Quranda təxminən belə bir ayə var: “Siz haqqınızı istəyin ki, Mən də sizin haqqınızı verim”. Sual yaranır: ölkəmizdə bu qədər haqsızlıq, ədalətsizlik, haqqı tapdalanan insanlar varkən, bəs niyə bu gün Allah onların haqqını özlərinə qaytarmır (bərpa etmir)? Maraqlı sualdır. Bunun səbəblərinə aydınlıq gətirmək istərdim. Bu gün məmurlardan haqqını istəyənləri bir neçə qrupa bölmək olar. Birinci qrup Avropaya güvənənlərdir. Yəni, onlar haqqını ala bilməyəndə məmurları Avropaya şikayət etməklə hədələyirlər. Məmurlar da bilirlər ki, bunların haqqını verməsələr (hüquqlarını pozsalar) avropaya şikayət edəcəklər. O avropa ki, dünyanın bütün mafiyoz dövlət rəhbərləri açıq-aşkar oradan dəstəklənir. Bunu bildikləri halda bir qism insanımız Allaha yox, məhz avropaya güvənərək haqlarını istəyirlər. Bu səbəbdən də nəinki, haqlarını ala bilmirlər, əksinə, haqlarını istədiklərinə görə zindanlara atılırlar. Avropa isə, bu haqsızlığı uzaqdan seyr edərək “qımışır”. İkinci qrup haqqı tapdalananlar hüquqlarının bərpasını Allahdan çox Rusiyadan gözləyirlər. Yəni, rus dövləti ilə birləşməyi arzulayırlar ki, bəlkə bu halda haqlarını ala bilələr. O rus ki, artıq üç əsrdir xalqımızı əsarətdə saxlayır; hər 50-100 ildən bir erməniləri silahlandıraraq, xalqımıza qarşı kütləvi soyqrım törədir. Gözlərinin önündə “20 yanvar”, “Xocalı soyqrımı” kimi faciyəlri görüb, yaşayanlar yenə də rusun bunları xilas edəcəyi, haqlarını bərpa edəcəyi kimi, ağılsız düşüncəyə sahibdirlər. Xilasını Rusdan gözləyən bu zümrə də Allahdan nicat gözləmirlər (inanmırlar ki, Allah bunları xilas edə bilər). Haqqını tələb edən kiçik bir zülmrə də vardır ki, onlar Türkiyəyə güvənirlər. Hətta, son döyüşlərdən sonra əlillik, veternlıq hüquqları pozulan qazilərimiz Türkiyə Prezidentinin qəbuluna qədər gedib çıxdılar (sanki Azərbaycan torpağı uğrunda deyil, Türkiyə uğrunda savaşıblar)... Nəticədə yanıldıqlarını gördülər (başa düşdülər ki, Türkiyədən bunlara nicat yoxdur) və bundan sonra qazilər arasında intiharlar çoxaldı... Cəmiyyətin “dindar” kəsimindən də haqqını (hicab və s) tələb edənlər var. Onların çox hissəsi mübarizə apararkən İrana güvənirlər. Fikirləşirlər ki, dara düşsək İran bizə kömək edəcək, dəstək olacaq... Lakin, on ildən çoxdur ki, hicab haqqını tələb etdiyinə görə zindana salınanlar var ki, İran onları xilas edə bilməyib... Deməli, İran da onların düşündüyü (güvəndiyi) qədər gücə, qüdrətə sahib deyil (Avropa, Rusiya, Türkiyə kimi). Maraqlıdır ki, adamlar hər gün televiziyalara baxırlar və xəbərlər proqramlarında həbs olunan narkotacirlərin danışdıqlarını eşidirlər. Narkotik ticarəti ilə məşğul olanlar hamısı etiraf edirlər ki, narkotiki İrandan gətirirlər. Azacıq ağlı olana məlumdur ki, yüksək rütbəli məmurların icazəsi olmadan ölkə sərhəddindən narkotiki nə idxal, nə də ixrac etmək olar. İranda molla rejimi hakimiyyətdə olduğundan aydın məsələdir ki, oradan gələn narkotikə mollalar “xeyir-dua” verirlər. Neçə onilliklərdir gənclərimizi ağ ölümlə zəhərləyən (indiyədək on minlərlə gənc İrandan gələn narkotikdən ölüb, yüzminlərlə ailə bu səbəbdən müflis olub) molla rejiminə hansı ağılla güvəndikləri, necə müsəlman hesab ettdikləri isə, bir ayrı məsələdir. Cəmiyyətin bir hissəsi də pozulmuş haqlarını (hüquqlarını) rüşvət hesabına bərpa etməyə çalışırlar. Alınmayanda da özlərini (kasıblıqlarını) qınayırlar. Bir sözlə, məmurdan (rəhbərdən) haqqını ala bilməyib, Allaha üz tutan (Quranda buyrulduğu kimi, haqqını Allahdan istəyən) lap az (bəlkə də barmaqla sayılacaq qədər) adam var. Elmi-ləduna görə (daha dorusu Quran məntiqinə görə) sərvətləri talanan, haqlarını məmurlardan ala bilməyən insanlar bu barədə kütləvi şəkildə Allaha şikayət edərlərsə və məmurda olan haqlarını (öncə məmurdan, snra isə) Allahdan istəyərlərsə Allah həmin insanların haqlarını bərpa edər (buna qadirdir). Çox təəssüflər olsun ki, indiki dövrdə insanlar pozulmuş haqlarını məmurdan ya heç tələb etmirlər, ya da ala bilməyəndə onlarda olan haqlarını Allahdan istəmirlər. Bunun səbəbi odur ki, Quran ayəsindən (Allahın vəədindən) ya xəbərləri yoxdur, ya da ayəyə inanacaq qədər imanları yoxdur. İmanları olsaydı Allahı qoyub, Qərbdən, Şərqdən, Şimaldan... nicat gözləməzdilər. Quranın “Hörümçək” surəsində Rəbbim Allahdan başqasını özünə dost (himayədar) tutanları özünə yuva qurmuş hörümçəyə bənzədir. Yuvaların ən zəifi (davamsızı) hörümçək torudur. Bu gün Avropa, Rusiya, İranla... dostluq edənlərin aqibətinə baxsaq, hörümçək toru kimi, uçub-dağıldığını görürik. O dövlətlər sığınacaq verdiyi “dostlarını” bir qədər bəsləyib (“kökəldəndən”), sonra baha qiymətə satırlar (deport edirlər). Yeganə Allahla dostluqdur ki, əbədidir. Allah bizi dostluğa dəvət etsə də, Onun çətiri altına girib güvənli olmadansa, özümüzə kənarda güclü çətir axtarırıq. Nəticədə, kənardakı çətirin hörümçək torundan fərqlənmədiyini görürük. Bu yazını yazmaqda məqsədim insanarın diqqətini Allahın (“Siz haqqınızı istəyin ki, Mən də sizin haqqınızı verim”.) vəədinə yönəltməkdir. Bizə məlum olan odur ki, xalqın çox hissəsi bu ayəyə inanarsa və haqqını öncə rəhbərdən, sonra Allahdan istəyərsə, tez bir zamanda Allah millətimizin haqqını bərpa edər və sərvətlərini xalqın özünə qismət edər. Beləliklə, haqqını tələb edən hər bir insan özü və ailəsi üçün bir xilaskardır. Belə bir insan Allaha güvənərək xalqın önündə gedərsə, o şəxs xalq üçün Xilaskardır. Çalışın Xilaskar olun. Söz ardı: haqqı tələb edənlər özləri Haqqa boyun əyməlidirlər (kimsənin haqqını yeməməlidirlər)! Onda çox asanlıqla haqqa çatacaqlar. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
“Biz hər şeyi sayıb yazmışıq”. Quran. Bildiyimiz kimi, bu gün (11 may) Lənkəranda və ətraf rayonlarda 6 bala yaxın zəlzələ həyəcanı yaşandı. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Belə ki, bu gün aşağıdakı həyəcanlı günlərlə bağlanır: 1) Bu gün yanvarın 19-da Azərbaycanda (episentri Hacıqabul) baş verən 5,1 bal zəlzələnin 114-cü günüdür ki, bu da Quran rəmzidir; 2) Keçən ilin 7 dekabrında Bakı əhalisini həyəcana salan 5,6 bal zəlzələnin 156-cı günüdür ki, bundan da Quran rəmzini çıxsaq, Lənkəranın rəmzi (seriyası) görünür: 156 – 114 = 42 3) Keçən il 13 iyunda Qusar-Bakı avtobusunun qəzaya uğramasının 270-ci günüdür ki, bundan Quran rəmzini çıxsaq, yenə də Lənkəranın seriyası görünür: 270 – 114 – 114 = 42 4) 4 sentyabr 2022-ci il tarixdə Lerikdən (ziyarətgahdan) Lənkərana gələn avtobusun qəzaya uğramasının (ölənlər və yaralılar vardı) 614-cü günüdür ki, bundan orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Lənkəranın rəmzi olan 42 ədədi görünür: 614 – 286 – 286 = 42 5) Qurana dövlət səviyyəsində üçüncü dəfə (yalandan) and içməyin 3.813-cü günüdür ki, bundan Quran rəmzlərini çıxsaq, tövbə və cəza rəmzi olan 555 ədədi alınır: 3813 – (6 x 114) – (9 x 286) = 555 və s. NƏTİCƏ: Bu gün Lənkəranda baş verən və böyük bir regionu həyəcanlandıran zəlzələ təsadüfü olmayıb, Qurana yalandan and içənlərə və ona etiraz etmək əvəzinə, rəğbət bəsləyənlərə Allahdan bir xəbərdarlıqdır: “Məndən başqa heç bir tanrı yoxdur, Məndən (əzabımdan) qorxun!” (Quran, 16:2) Hesablamalarımız və elmi-lədun bilgilərimiz göstərir ki, bu xəbərdarlıqlar sonsuzluğa qədər davam etmiyəcək. Zalım rəhbərlər və onların pərəstişkarları (xalqın çox hissəsi) tövbə etməyəcəkləri təqdirdə yaxın zamanda onlara böyük bəlalar gələcək. Onu da qeyd edək ki, şeytani dövr (dəccalizm) bitmək üzrə olduğundan, hazırda bütün bəşəriyyətin cəzalanma prosesi gedir. Dünyada baş verən dağıdıcı daşqınlar, zəlzələ və tufanlar bu prosesin tərkib hissəsi olmaqla, lokal qiyamətlərdir. Bizdən əvvəlki qövmlər (Nuh qövmü, Lut qövmü və s) kimi, indiki dövrdə də ancaq (bəla gəlməmişdən öncə) tövbə edənlər bu prosesdən salamat çıxıb, kamillik dövrünə keçəcəklər. Tövbə etməyənlər, Qurana əl basıb əməl etməyənlər isə, əzaba düçar olacaqlar (gələn bəlalar onları və onların xanimanlarını yerlə yeksan edəcək). Mənim vəzifəm bu xəbərdarlıqları şərh edib, insanların beynin tutumuna uyğun onlara çatdırmaqdır. Nətcə çıxarıb, tövbə edən özünə xeyir vermiş olacaq. Tövbə etməyənin də ziyanı ancaq özünə və övladlarına dəyəcəkdir. Kim doğmalarının və yaxınlarının bu təlatümlərdən sağ çıxmasını istəyirsə, bu qəbildən olan yazılarımızı kopiya edib, onlara göndərmələri tövsiyyə olunur. Allah doğru yolda olanları bütün bəlalardan qoruyacaq. O, sonsuz qüdrət sahibidir! Hörmətlə, Paşa Yaqub – Elmi-lədun bilicisi “Allah Kainatı riyazi dillə yaratmışdır”. Q. Qaliley Xəbər veridiyi kimi, dünən (08.05.24) Goranboyda avtobus qəzası baş verdi və nəticədə bir neçə insan xəsarət aldı. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb (Quran məntiqinə görə həyatda təsadüf olmur), xüsusi bir qanunauyğunluğa tabedir. Hesabamalar sübut edir ki, baş verən qəza, çox hissəsi yolunu azmış millətimizə və onun zülm etməkdə həddi aşan rəhbərlərinə Allahdan bir xəbərdarlıq mesajıdır. Bunu sübut edən dəlilləri təqdim edirik: 1) Dünən avtobus qəzası baş verəndə Binəqədidəki mebel fabrikində (15 yanvar) yeddi nəfərin ölümü, xeyli insanın yaralanması ilə nəticələnən yanğının 114-cü (!) günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allah tərəfindən xəbərdarlıq mesajı olduğunu təsdiq edir. 2) Xatırladaq ki, 01.01.2022 tarixdə Hacıqabulda 40 ədəd minik maşını zəncirvari qəza törətmişdi. Dünən həmin hadisənin 858-ci günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də səhifələrin sayı alınır və hadisələr üzərində Allahın rəqəmsal imzasının olduğunu aydın görərik: 858 – 286 – 286 = 286 3) Sözü gedən avtobus qəzası riyazi yolla Kür-Bakı su kəmərinin partlamasına da bağlanır. Yadınızdadırsa 15 oktyabr 2022-ci il tarixdə həmin su kəməri partlayaraq, Bakı-Qazax avtomobil magistralında nəqliyyatın hərəkətini iflic etdi. Dünən həmin hadisənin 572-ci günü idi ki, bundan da Qurann səhifələrinin sayını çıxsaq, yenə də Yaradanın rəqəmsal imzası görünür və hadisənin Allahdan xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 572 – 286 = 286 və s. NƏTİCƏ: oxucunu yormamaq üçün hesablamaları çox uzadıb, Qurana andiçmə mərasiminə qədər getmirik. Qısaca olaraq onu demək istəyirik ki, Azərbaycanda insana layiq olmayan həyat tərzi (buna həyat tərzi demək olarsa), zülmün ərşə dirənməsi, rəhbərlərin içdikləri anda əməl etməməsi... Yaradanın qəzəbinə səbəb olmuş, artıq ölkəmizə də bəla göndərməyə qərar vermişdir. Lakin, Rəbbim Quranda buyurduğu kimi, bəla göndərməzdən öncə xəbərdarlıqlar edir. Goranboyda baş verən avtobus qəzası da növbəti xəbərdarlıqdır ki, tövbə edib, günahlara, zülmlərə son qoyulsun. Əks halda zalımlar çox ağır bəlalarla qarşılaşmalı olacaqlar: “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Xəbərdarlığı çatdırdı: Paşa Yaqub – Pangeyist Doktor Paşa Yaqub bir neçə özəl klinikada çalışır. Beşi ensiklopediya olmaqla, 39 kitabın, yüzlərlə məqalənin müəllifidir. Onun özünəməxsus (elmi-lədun) müalicə metodu Elementlərin Dövrü Sistemində bir zamanlar mövcud olmuş sıfır qrupunda, sıfır xanasında yerləşmiş "Nyutoniy” (Efir) elementinin sirlərinə söykənir. Hansı ki, Bu element Mendeleyevin ölümündən (1907) sonra cədvəldən çıxarıldı. Alim Nikola Tesla öz dövründə "Nyutoniy” elementinin sirlərini mexanika sahəsinə tətbiq etməklə, daimi işləyən mühərriklərin kəşfi, enerjinin naqilsiz ötürülməsi kimi, bir çox böyük kəşflərə imza atdı. Kimyəvi işarəsi "X” olan bu elementi Mendeleyev öz cəvəlində "Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri” idi. Cəvəldə "Efir” "Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır. Bax: 1906 ci ildə nəşr olunan "Kimyanın əsasları” kitabının 8-ci nəşrində Mendeleyev cədvəli. "Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir – maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). Efir enerjisinin sirlərini bilən alimlər öldürülürlər Tarixə nəzər yetirsək, görərik ki, "Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülüblər. Belə ki, bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyrinə tətbiq edilmə variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən mafiyoz qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Nikola Tesla (1856 – 1943) "Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı… Sual yaranır: "Efir” elementi və onun faydalarının bəşəriyyətdən belə ciddi-cəhdlə gizlədilməsinin səbəbi nədir? Səbəb budur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir. "Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurlarına (neftə, qaza…) nəzarət edən mafiyaların marağına uyğun deyildir. Bu səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün dünyada yarımçıq – inamsız, imansız, dərrakəsiz bir kütlə formalaşdırıblar ki, onları asanlıqla istismar edirlər. "Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır Mendeleyev cədvəlinin saxtalaşdırılması kimya, fizika və tibb elmlərinin inkişafına güclü zərbə vurdu. Bu elmlərdə bir yarımçıqlıq, natamamlıq yarandı. Bu səbəbdən də hazırda tibb elmi bir çox xəstəlikləri sağalmaz hesab edir. Müasir dövrümüzdə uzun axtarışlardan sonra "Nyutoniy” (Efir) elementinin sirlərinə vaqif olan doktor Paşa Yaqub bu sirləri insanların sağlamlığına tətbiq etməkdədir. Beləliklə də tibb elmində sağalan və sağalmaz hesab edilən bir çox xəstəliklərin (bütün növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, cinsi disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, dağınıq skleroz, dəmirov və digər dəri zöhrəvi xəstəlikləri, sonsuzluq, kista, mioma, fibroz, xərçəng və s şişlər) müalicəsində uğurlu nəticələr əldə edib. Elə bu sirləri bildiyinə görə də Doktor Paşa Yaqub haqqında ölüm fətfası verildi. Belə ki, təxminən iyirmi il öncə Bakıda fəaliyyət göstərən iri banklara, vəqflərə, geniş şəbəkəyə sahib olan xarici ekstrimist təşkilatlar Paşa doktorun ölümünə fətva verdilər. Fətfanı icra etmək üçün Paşa Yaqubun evinə bir neçə dəfə hücum təşkil etsələr də, heç birində terror baş tutmadı. Məsələ mətbuata (o cümlədən "Hürriyyət” qəzetinə) çıxanda o vaxtkı Azərbaycan dövləti həmin dini təşkilatın banklarını, vəqflərini bağlayaraq, rəhbərlərini də arzuolunmaz şəxs elan edib, 48 saat ərzində ölkədən xaric etdi. Bundan sonra Paşa doktora hcumlar azaldı. Hazırda Dr. Paşa Yaqub özəl klinikada çalışmaqla, psixoterapevt və elmi-lədun bilicisi olaraq, tibb elminin sağalmaz hesab etdiyi xəstəlikləri uğurla müalicə edir. Mətanət Hürriyyət qəzeti Dünən bir dostumuzun ad gününə yığışmışdıq. Cəmi beş nəfər idik, hərəmiz də özümüzə görə ibadət edən, haqqı axtaran idik. Söhbət hazırda dünyada baş verən haqsızlıqlardan, zülmlərdən və bunun nəticsi olaraq, hər gün bir neçə ölkənin selə-suya qərq olmasından, zəlzələ...və s ilə bəlaların gəlməsindən düşdü. Yekdilliklə qəbul etdik ki, artıq axır zamandır və Allah Yer üzünü zalım və günahkarlardan təmizləməyə başlayıb... Razılaşa bilmədiyimiz bir sual oldu. Bu da ondan ibarətdir ki, axı Allah Quranda buyurur ki, biz xəbərdarlıq edən (kimi ona Xilaskar, kimi İsa, kimi Mehdi və s deyir) göndərmədən bəla göndərmərik. Bəs hazırda dünyada bəla (cəzalanma) prosesi gedirsə, indiki dövrün Xilaskarı kimdir? Oturanlardan bəziləri dedi ki, bu İmam Mehdi olacaq və hələ zühur etməyib. Biri dedi ki, Xilaskar mütləq İrandan gələcək (guya yeganə müsəlman dövləti imiş). (Haşiyə: "İmam İrandan gələcək" deyəndə, mən də dedim ki, İrandan gəlsə yəqin çiynində də bir kisə narkotik olacaq; çünki, orada əliboş gəlmirlər:) ) Beş nəfərin içində fərqli fikirdə olan tək mən idim. Həmişəki kimi dedim ki, Quranda buyurduğu kimi, Rəbbim xəbərdarlıq etmədən heç vaxt bəla göndərmir. Həmin xəbər verən (carçı) də aramızdadır; illərdir ki, bəlanın gələcəyi xəbərini insanlara çatdırmaqdadır. Quranın 7, 11, 21, 26, 28-ci və digər surələrində öncəki peyğəmbərlər öz qövmlərini gələn bəlalardan necə xəbərdar ediblərsə, müasir carçı da eləcə xəbərdar etməkdədir... Quranın bu və digər surələrini oxusanız görərsiniz ki, bizdən öncəki qövmlərin də böyük əksəriyyəti carçılarına lağ ediblər, onların (əslində Allahın) sözlərini bu qulaqlarından aıb, o biri qulaqlarından buraxıblar... Nəticədə kimlər ki, (cüzi hissə) carçının sözünə baxıb, Allah qarşısında tövbə ediblər, onlar gələn bəladan xilas olublar. Tövbə etməyənlər məhv olublar (bax: Qurana). Onu da qeyd edim ki, bəla gələn gün heç bir qövmdən tövbə qəbul olunmayıb. Ətrafımıza açıq gözlə baxa bilsək indi də həmin prosesin təkrar getdiyini görə bilərik... O ki, qaldı Xilaskara, bütün dövrlərdə Xilaskar Allahdır. Nuh Peyğəmbər, Lut Peyğəmbər öz övladlarını, bəzi ailə üzvlərini bəladan xilas edə bildilərmi? Xeyr! Çünki, Allah icazə vermədi! Niyə? Çünki tövbə etməmişdilər. Deməli, peyğəmbərlər Xilaskar deyil, sadəcə carçı idilr: gələcək bəlanı xalqa çatdırırdılar. Bu gün də carçılar var və bəla da tədricən (gündə bir şəhərə) gəlməkdədir... Bu bəla bir gün böyük formada gələcək və həmin gün də iş bitəcək. Sağ qalan az hissə kamillik dövründə həyatlarını davam etdirəcəklər... Mən bu sözləri demişdim ki, məclisdəki beş nəfərdn biri dedi: İnanıram ki, yeddi mömin bir yerdə namaz qılıb dua etsək ki, hansımızın haqlı olduğu (xilaskarın qeybdənmi, İrandanmı, içimizdənmi gələcəyini) Allah bizə agah edər (yuxuda, yaxud, aşkarda). Mən də onun fikrini dəstəklədim ki, insan əgər haqqı nahaqdan ayırmaqda səmimidirsə və bu işdə çətinlik çəkirsə, bunu Allahdan istəsə, Allah mütləq haqqı ona bildirər. Və belə qərara gəldik ki, durub gedəyin pak bir yerdə namaz qılıb dua edəyin ki, həmin şəxsin (carçının) hazırda harada (qeybdəmi, aramızdamı) olduğundan bizi agah etsin (keçmişdə buna müsəlləyə çıxmaq deyərdilər)... Maraqlıdır ki, beş nəfərdən cəmi biri mənim təklifimə dəstək verdi (haqdan agah olmaq üçün dua etməyə razı oldu). Qalanlar hərəsi bir bəhanə ilə dua etməkdən imtina etdilər... Dünən şahid olduğum bu əhvalatı yazmaqda məqsədim odur ki, hələ mənim oturub-durduğum, namaz qılan adamların çox hissəsi haqqın üzə çıxmasında maraqlı deyilsə, kənardakıların (ibadət etməyənlərin) necə olduğunu özünüz təsəvvür edin:). Söz ardı: əziz izləyicilərim, yazdığım məsələ barədə beş nəfərin arasında gedən mübahisə, fikir ayrılığı bütün cəmiyyətdə var və sizlər hər gün buna şahid olursunuz (yaxud, oxuyursunuz). Coxunuz da bu məsələdə məlumatsız olduğunuzdan kimin haqlı olduğunu ayırd edə bilmirsiniz. Bu qeyri-müəyyənliyə son qoymaq üçün sizə belə bir təkif edirəm: bacarırsınızsa iki rükət namaz qılın (bacarmırsınızsa sadəcə yuyunun) və Allaha əl açıb dua edin ki, Paşa Yaqub yazır ki, carçı bizim aramızdadır, başqaları da deyirlər ki, o qeybdədir və hələ gəlməyib. Ya Rəbbim! Bu deyilənlərin hansı haqdırsa onu mənə agah elə. Sən buna qadirsən Allahım... Bu cür dua edib yatsanız həmin gecə yuxuda (yaxud, sabahı günü aşkarda) Allah sizə əlamət göstərəcək. Həmin əlamətdən kimin haqlı olduğunu biləcəksiniz. Yaxşı olar ki, həmin gördüyünüz əlaməti bura (yaxud vatsapıma) yazasınız. Gördüyünüz yuxunun izahında (yozumunda) çətinlik çəksəniz, burada sizə izah edərəm . Hörmətlə, Dr. Paşa Yaqub - Pangeyist “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 84. Xəbər verildiyi kimi, dünən (24 aprel) Fransaya məxsus “Boeing 777” təyyarəsində yanğın baş verməsi səbəbindən Bakı hava limanına qəza enişi etdi. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, dünən baş verən təyyarə qəzası riyazi yolla aşağıdakı hadislərə bağlanır: - Nərmanov rayonunda Ramada otelinin yanmasının (11.03.22) 777-ci (!) günüdür. - 19 noyabr 2021-ci il tarixli Ay tutulmasının 891-ci günüdür ki, bundan Quran rəmzini çıxsaq, alınan ədəd təyyarənin üzərindəki markanı göstərir: 891 – 114 = 777 (!) - Qanlı Ay tutulmasının (26.05.21) 1063-cü günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də təyyarənin markasını göstərir: 1063 – 286 = 777 (!) - Yeni ilin ilk günündə Yaponiyada 7,6 bal zəlzələ baş verdi və “A-350” təyyarəsi hava limanında digər təyyarə ilə toqquşdu. Dünən həmin hadisələrin 114-cü (!) günü idi ki, bu da hər iki hadisənin Allahdan xəbərdarlıq olduğunu sübut edir. - Qazaxstana məxsus “A-320” təyyarəsinin Bakıda qəza enişi etməsinin (12 iyul) 286-cı günü idi. Və s. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən yanğın baş verən təyyarənin məhz Bakıya eniş etməsi təsadüfü olmayıb, çox hissəsi yolun azmış xalqımıza və zülm etməkdə (manyakcasına) həddi aşan rəhbərlərimizə Allahdan gələn kodlaşdırılmış xəbərdarlıq mesajı idi. Qeyd edək ki, xalqın çox hissəinin Allahın qanunlarına (Qurana) tabe olmaması və rəhbərlərin ədaləti qoruyacaqları barədə konsitusiya qanunlarına (həmçinin içdikləri anda) əməl etməmələri Allahın qəzəbinə səbəb olub. Buna görə də ölkəmizdə tez-tez baş verən qəzalar, yanğınlar, zəlzələlər və digər hadisələr Quran rəmzləri altında baş verir və tərəfimizdən sirləri izah olunur ki, bəlkə günahkarlar bundan nticə çıxarıb doğru yola dönələr. Əgər dönməsələr bəlanın miqyası daha böyük olacaq ki, bundan nə xalq, nə də rəhbərlər canlarını qurtara bilməyəcəklər! Gözünüzü açın, dünyaya yaxşı-yaxşı baxın: görmürsünüzmü Allah gündə neçə-neçə ölkəni su ilə, zəlzələ, yaxud, qasırğa ilə dağıdır? Siz onlardan güclüsünüzmü? Əgər o qəzaya uğrayan təyyarələrin içərisində siz olsaydınız qəzanın qarşısını almağa qüdrətiniz çatcaqdımı? Xeyr! Elə isə, bəs niyə bu qədər təkəbbürlüsünüz!? Niyə günahlarınızdan, xalqa zülm etməkdən əl çəkmirsiniz? “Elə isə. onlardan ötrü tələsmə. Çünki, Biz onların günlərini bir-bir sayırıq”. (Quran) Mesajları çatdırdı: Paşa Yaqub – Pangeyist Xəbər verildiyi kimi, 20 aprel tarixində Dərnəgüldəki taxta bazarı yenidən yandı. Elmi-lədun hesablamalarımız yanğındakı qanunauyğunluğu ortaya qoyur. Aydın olur ki, yanğın heç də təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Əvvəlki yanğın və qəzalar kimi, bu da yolazmışlara və zülm etməkdə həddi aşan rəhbərlərə Allahdan bir xəbrdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Yadınıza salaq ki, 22.08.2019 tarixində Baksöl yolunda taxta bazarı yanmışdı. Bu iki analoji hadisə arasında 1699 gün fərq vardır ki, bundan orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) çıxsaq, alınan 555 ədədi tövbə və cəza rəmzi olmaqla, baş verən yangının günahkarlara gələcək böyük bəlanın xəbərdarlığı olduğunu göstərir: 1699 – 286 – 286 – 286 – 286 = 555 2) Hadisədə diqqət çəkən digər məqam ilin 111-ci günü (20 apreldə) baş verməsidir. Belə ki, Quranın 111-ci surəsi “Əbu Ləhəb” adlanmaqla, burada Əbu Ləhəb adlı bir zalımın əllərinin quruması haqda hökm verilir (və həmin vaxt onun əlləri həqiqətən də quruyur). Bildiyimiz kimi, Quranın hökmləri bütün dövrlərə aiddir və 21-ci əsr başlayandan, kitabın ayələri təkrar yaşanmağa başlayıb. Hesablamalarımız göstərir ki, 111-ci surənin hökmü indiki dövrdə xalqa zülm edənlərə də şamil olunacaq və onların da əlləri quruyacaqdır. Bu yanğınların 555 ədədi altında baş verməsi həm də ona işarə verir. Sübut üçün deyək ki, 111-ci surə 5 ayədən ibarətdir və bunun hasili 555 ədədinə bərabərdir: 111 x 5 = 555 3) Maraqlıdır ki, taxta bazarında baş verən sonuncu yanğın narkoloji dispanserdəki (02.03.18) yanğına da bağlanır. Bu iki analoji hadisə arasında 2.237 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd tövbə və cəza rəmzi olmaqla, həm də Əbu Ləhəb haqqındakı hökmə işarə verir: 2237 – 286 – 286 = (555+555+555) (və yaxud: tövbə, tövbə, tövbə) 4) Daha bir analoji hadisəni – Alov qüllələrində baş verən partlayış və yanğını (30.12.21) yadınıza salmaq istəyirəm. Bu yanğınla taxta bazarındakı sözügedən yanğın arasında 841 gün fərq vardır ki, bundan yenə də Quranın kodu olan 286 ədədini çıxsaq, alınan ədəd zalım Əbu Ləhəbin haqqında verilmiş hökmü (surənin hasilini) göstərir: 841 – 286 = 555 5) Hesablamalarımız göstərir ki, taxta bazarındakı yanğın həm də Qurana dövlət səviyəsində and içib, əməl etməməyə bağlanır. Belə ki, yanğın üçüncü andiçmənin 3.837-ci günü baş vermişdir ki, bundan da Quranın surələrinin və səhifələrinin cəmini çıxsaq, alınan ədəd təkrar zalımların əllərinin quruyacağını göstərir: 3837 – (114+114+114+114) - (286+286+286) - (286+286+286) = (555+555+555) NƏTİCƏ: Bu və digər hesablamalarımız, həmçinin, elmi-lədun bilgilərimiz göstərir ki, Qurana and içib əməl etməmək, xalqa yersiz yerə zülm və işgəncələr vermək, ölkədə dəccalizmi bərqərar etmək Allahın qəzəbinə səbəb olmuş; Quranın Əbu Ləhəb haqqındakı “Əbu Ləhəbin əi qurusun! Qurudu da!” (111:1) hökmünün təkrar icra olunmasını vacib etmişdir. Bildyim qədər zalımlar tezliklə tövbə edib, Allahdan və xalqdan üzr diləməsələr az vaxtda hökm (111:1) icra olunacaq və zalımların əlləri quruyacaqdır. Əslində mən bunu daha öncələr bilsəm də, bu mövzuda burada danışmaq istəmirdim. Sonra fikirləşdim ki, bunu yazmamaqla əslində yuxardakılara pislik edirəm. Çünki, onlar gözlənilən təhlükədən xəbərdar olsalar ola bilsin bunun qarşısını almaq üçün gərəkəni (tövbəni) yaparlar və cəzadan xilas olarlar. Ona görə də yazmaq qərarına gəldim. Yazarkən də kiminsə xoşuna gəlib-gəlməyəcəyini düşünmədim (bu məni ən az maraqlandıran məsələdir). Kiminsə mənim haqqımda nə qərar verməsi məni qətiyyən ilgiləndirməz. Məni ilgiləndirən yeganə qərar Allahın mənim haqqımda verəcəyi qərardır. O nə qərar versə o da olacaq! Qüdrət Allaha məxsusdur! Allah haqqımızda xeyirli qərarlar versin və bizləri zalımın şərindən qorusun! Amin. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Pangeyist (Sülhyaradan) Bugünlərdə paylaşdığım "Peyğəmbər ölübsə İmam niyə ölməməlidir?" Başlıqlı məqaləm sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır (məqalə bütövlükdə şərh bölümünə qoyulacaq). Axşam qrupların birində mövzu ilə bağlı mənə aşağıdakı iradları bildirmişdilər: 1) hədislərə inanmayan Paşa Yaqub niyə Həzrət Ömərdən sitat gətirir? 2) Ömər Həzrət Peyğəmbəri dəfn etməyə qoymurdusa bəs niyə onun ailə üzvləri müdaxilə etmirdilər, dəfn işi ilə məşğul olmurdular? Və s Onlara yazdığım cavabı burada da paylaşıram ki, ağıl sahibləri faydalansınlar: - Söhbət ondan gedir ki, Peyğəmbərin ətrafında olan bütün səhabələr Ömərin bu fikrinə inandılar ki, Peyğəmbər ölə bilməz, yəqin ki, o diriləcək və bir neçə saat beləcə gözlədilər... Yəni, insanlar Peyğəmbərin ölümünə inana, ölümü qəbul edə bilmirdilər.... Bir neçə saatdan sonra Əbubəkr gəldi və Quranın mən yazdığım (nədənsə siz yazmadığınız) ayələrini onlara xatırladıb dedi ki, Peyğəmbər də insandır, o da ölə bilər... Ondan sonra kəfin-dəfin işlərinə başladılar (kimin yumasının heç bir fərqi yoxdur, bu müzakirə mövzusu deyil). Bu gün 12-ci imamın ölməsini qəbul etməyənlər Quranın həmin ayələrinə zidd getmiş, üsyan etmiş olurlar.... Quranın bir ayəsinə inanmamaq, qəbul etməmək elə bütün Qurana inanmamağa bərabərdir.... Sizə nə olub ki, Qurana yox, narkobaron İran mollalarına inanırsınız? Bu yaşa gəlmisiz, ölünün dirildiyini görmüsüzmü??? Mağara əhlini deyirsinizsə, onlar ölməmişdilər, sadəcə yuxuya verilmişdilər. Oyandıqdan sonra da yaşamadılar, həmən canları alındı. (Qeyd: Allah onları ona görə yatızdırdı ki, onlar padşahın zülmündən qaçıb, mağaraya sığındıqdan sonra öz aralarında mübahisə etdilər ki, görəsən elə bir gün gələcəkmi ki, bu padşahın zülmü bitəcək?... Allah buyurur ki, Biz onları təxminən üç yüz il yuxuya verdik, sonra oyatdıq. Gördülər ki, zalım padşahdan əsər-əlamət yoxdur. Sonra Biz onları öldürdük. Bax: Mağara surəsinə). Məsləhət görərdim ki, batil inanclardan əl çəkəsiniz (çəkməsəniz də özünüz bilərsiniz, bunun mənə nə istisi, nə soyuğu?!). İkincisi, yazdığım hədis deyil, tarixi faktdır, olmuş əhvalatdır (hədis olsaydı inanmazdım). Bu fakt onu göstərir ki, o vaxtın insanları da Peyğəmbərin ölümünə inanmırdılar, necə ki, indi sizlər İmamın ölməsinə inanmırsınız. Amma, Allah Quranda buyurur ki, bütün yaranmışlar ölümə məhkumdur. Yeganə əbədi varlıq Allahdır! Xristiyanlar İsanı, sizlər də imamı Allaha bərabər tutmaqla küfr edirsiniz, biləsiz. Məsləhət görərdim ki tövbə edib, Quranın hökmlərinə təslim olasız! Kiminsə dirilib gələcəyini təbliğ edənlərin məqsədi insanları zalıma, onun zülmünə qarşı mübarizədən yayındırmaqdır, bunu biləsiniz. Həzrət Əli başda olmaqla on bir imam hamısı bilirdi ki, onlardan sonra da imam gələcək, 12-ci İmam da doğulacaq. Bəs niyə onlar onlar oturub 12-ci İmamı gözləmədilər; hamısı öz dövründə zalıma, onun zülmünə qarşı döyüşdülər, şəhidlik məqamına yüksəldilər. Dedilər haqsızlıq önündə susan dilsiz şeytandır! Onlar susmadılar, oturub 12-cinin doğulmasını gözləmədilər, daim haqdan yana oldular, yeri gələndə həyatlarını təhlükəyə atdılar, Şəhidlik, Peyğəmbərlik məqamına yüksəldilər (mənə görə hər İmam öz dövrünün peyğəmbəri olub). Onlar mübarizə aparmayıb, oturub hansısa əsrdə doğulacaq imamı gözləsəydilər, özləri heç vaxt nə imamlıq, nə şəhidlik, nə də peyğəmbərlik məqamına yüksələrdilər (onda İmam yox, sizin bir tayınız olardılar). Biləsiz ki, İmamlıq məqamı kiməsə oturduğu yerdə podnosda gətirib qabağına qoyulmur, bu məqam zülmə qarşı mübarizə ilə qazanılır (haqq edilir). Birinci İmamın həyatı, apardığı mübarizə ikinci üçün örnək olub, ikincinin həyatı üçuncü üçün, üçüncünün mübarizəsi sonrakılar.... üçün örnək olub. Bütün imamların həyatı isə, bəşəriyyətə nümunədir ki, insan oğlu yaşadığı müddətdə zalım qarşısında, susmasın; onun zülmünə qarşı qorxmadan, çəkinmədən mübarizə aparsın, Allahdan başqa heç kəsdən qorxmasın! 12-ci İmamın dirilməsini gözləyənlər üzdə özlərini imamsevər kimi göstərsələr də, əslində onlar haqsızlıq qarşısında dilsiz şeytan kimi susmaqla, xalqı yatızdırmağa çalışmaqla, əslində Dəccalizmə xidmət edirlər (onların profillərinə baxın görün ölkədə baş verən bu qədər zülmə, haqsızlığa qarşı bir cümlə etiraz bildiriblərmi?). Mənə görə imamların yolu ilə gedənlər zühuru gözləyənlər yox, bu gün meydanlarda zalıma qarşı savaşanlar, zindanlarda əziyyət çəkənlərdir. Təsadüfi deyildir ki, Allah Quranda ancaq mübarizə aparanların canlarına and içir (bu barədə onlarla ayə var). Onlar Allahın ən sevimli bəndələridir. Heç görmüsüzmü Allah hardasa ölünün dirilməsini gözləyən birinin canına and içsin. Əksinə, ölünün dirilməsini gözləmək Allaha şərik qoşmaqdır. Çünki, əbədiyyət ancaq Allaha məxsusdur. Bütün yaranmışlar ölümə məhkumdur! Söz ardı: Ey İsa Peyğəmbərin zuhurunu (dirilməsini) gözləyən kitab əhli! Ey İmam Mehdini gözləyənlər! Sizlər bu həzrətlərdən nə soruşacaqsınızsa, gəlib məndən (Paşa Yaqubdan) soruşa bilərsiniz. Onlara verdiyi elmi Allah bizə də verib. Sizə verəcəyim cavablar Quran məntiqinə uyğun gələrsə, onun Allahdan olduğuna inanarsınız... Allahın qulu: Paşa Yaqub Bildiyimiz kimi, bu gün Günəş tutulması baş verməkdədir. Bu tutulmanı bir neçə aspektdən təhlil edəcəyik. Öncə qeyd edək ki, Günəş tutulmaları 858 gün periodla təkrarlanır. Sual yaranır, niyə məhz 858? Nədir bu ədədin mahiyyəti? Əvvəlcə qeyd edək ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Bildiyimiz kimi, insan “Quran”a and içərkən, yaxud tövbə edərkən bunu üç dəfə təkrarlayırlar. Gəlin bunu riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Göründüyü kimi, bütün astronomik hadisələr “Quran”ın üç misli olan 858 ədədi altında təkrarlanır. Bu da onu sübut edir ki, elm Allaha məxsusdur və tutulmalar bəşəriyyətin diqqətini Yaradanın qanunlar toplusu olan “Quran”a yönəldir. Xatırladaq ki: - Qurban bayramı ilə Ramazan bayramı arasında da bir qayda olaraq, 286 gün fərq vardır; - İnsan ana bətnində 286 günə yaranır (cütlüklər görüşəndən sonra toxumun bətnə çatması 6 gün+bətndə normal inkişaf 280 gün = 286 gün); - Novruz bayramı ilə Yeni il (31 dekabr) bayramı arasında da 286 gün fərq var ki, bu da bayramlar (təqvimlər) üzərinə Allahın rəqəmsal möhürünün vurulduğunun sübutudur; - Quranın 2-ci ("İnək") surəsi 286 ayədən ibarətdir ki, inəyin də anatomik quruluşunun 286 sümüyün birləşməsindən yarandığını artıq elm təsdiq etmişdir. Bütün bunlardan sonra Günəş tutulmalarının da 286 ədədinin üç misli ilə təkrarlanmsı bəşəriyyətə Qurana (Allahın qanunlarına) təslim olmağın vacibliyi mesajını verir. Belə etsələr Günəş tutulmsından sonra gələn bəlalar yan keçmək olar. 8 aprel Günəş tutulması Nuhun gəmisinə işarə verir Astronomiya dəqiq elmlərin ən qədimidir. Bu elm qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir, üstəlik, onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz. Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər astronomik dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6.585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Elmi-lədun hesablamalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 6.585 gündən bir təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəli yazıya əlavə edirik. Yuxarıda qeyd erdik ki, hər astronomik dövrdə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə, Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb. Araşdırmalarımız zamanı kəşf etdik ki, ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də astronomik dövrdə baş verən 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır. “Nuh” surəsinin sıra nömrəsinndən ayələrinin sayını (28) çıxsaq, 43 ədədi alınır ki, bu da astronomik dövrdə baş verən Günəş tutulmalarının sayıdır: 71 - 28 = 43 Bütün bunlar Kainatın necə dəqiqliklə idarə olunmasını və bütün bu dəqiqliyin Allahın kitabına bağlanmasını, Onun emi ilə baş verməsini sübut edir. Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır. Click here to edit.
”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 Xəbər verildiyi kimi, bu gün – 8 aprel tarixində Günəş tutulması baş verməkdədir. Elmi-lədun hesablamalarımız göstərir ki, Günəş tutulmaları təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bugünkü Günəş tutulmasında diqqət çəkən məqamlardan biri onun 29 ədədi altında baş verməsidir. Yəni, tutulmanın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, Ramazan ayının 29-na düşür (bax: aşağıda qoyduğumuz Günəş tutulmalarının Miladi və Hicri-Qəməri təqvimi ilə cədvəlinə:) Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq.
Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin - mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların (zalımların) hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəliblər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmılar. 69-dan dövlətlər mafiyalaşmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, cəmiyyətdə kamilliyin son həddində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və hazırda onlar cəmiyyətə İlahi mesajlar ötürürlər (bu mesajlardan biri hazırda sizin qarşınızdadır). Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faizlik Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...). Elmi-ləduna görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, yolunu azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə (!)Yaradan xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir... Hesablamalarımız göstərir ki, bəlalar getdikcə intensivləşəcək və nəticədə qısa zamanda Yerdəki hazırki əhalinin 29 (!) faizi sağ qalacaqdır. Beləliklə də indiki şeytani dövr (dəccalizm) başa çatacaq və Dünyada kamillik dövrü başlayacaqdır. Qeyd edək ki, Quranın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi elmi-ləduna görə Peyğəmbərlik və kamillik rəmzi sayılır. Onu da qeyd edim ki, 21-ci əsr qiyamət əsri olmaqla, bəşəriyyətin yekun əsridir (bu əsrdə Yerdə sivilizasiya başa çatacaq). Əlbəttə, ən düzgünün ALLAH bilir. Qərar Onundur. Bugünkü tutulmada diqqət çəkən digər məqam ilin 99-cu günü baş verməsidir. Belə ki, “Zəlzələ” surəsinin sıra nömrəsi olan 99 ədədi zəlzələ rəmzi sayılır (sözümüzün doğruluğunu bəşəriyyət keçən əsrin 99-cu ilində gördü) Elmi-lədun hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerə bəlalar endiyi kimi, bu tutulmadan sonra da bəlalar gələcəkdir. Bu bəlaların əsasən zəlzələ ilə gələcəyi ehtimal olunur (düzgünün Allah bilir). Bu cür bəlalardan sığortalanmaq üçün insanlar günahlardan çəkinməli, rəhbərlər içdikləri anda əməl edərək, zülmə son qoymalıdırlar. Əks halda hazırda mövcud olan mafiya və monopoliyalar tezliklə dağılacaq, dəccalizmə xidmət edənlər ağır cəzalanacaqlar... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub – Pangeyist (Sülhyaradan) Biri mənə yazıb ki, Peyğəmbərin hədislərində filan cür yazılıb, sən onun əksin deyirsən... Elə bil Peyğəmbər o sözü deyəndə bu onun yanında olub, doğruluğuna elə inanır ki... Rəhmətliyin oğlu, indiki "alim"lər Quranın tərcüməsinə, təfsirinə barmaq eləyib, insanları səhv istiqamətə yönəltməyə çalışırlar (avam adamları aldadırlar), o ki, qala hədis ola. Düzgün hədis qalar indiyə? (Heç düzgün İncil, Tövrat qalmayıb...) Hamısını narkobaron mollalar özlərinə uyğun "ofirmıt" eliyiblər. Əgər sən desəydin ki, Peyğəmbər filan hədisi mənim yanımda dedi, şahidəm, mən ona inanardım, amma, o hədis kitablarını kimin tərtib etdiyini, necə çap olunduğunu səndən yaxşı bildiyimə və onları tanıdığıma görə daha hədisə-mədisə inanmıram. Deyəcəksən ki, bəs sən nəyə inanırsan? Deyim ki, mən yeganə olaraq Qurana inanıram. Orada heç bir kəlmənin, nöqtənin belə dəyişmək mümkün olmadığına Allah Özü zəmanət verir. (Dəyişilmədiyinə adım kimi əminəm. Bilsəydim ki, Quranda Allahın dediyindən kənar bircə kəlmə dəyişiklik var, o kitabı heç əlinə almazdım). Amma, təfsir adıyla sırınan kitablarda çox sözlər insana məxsus olduğundan onları oxumuram. Sətri tərcüməsini oxuyuram, orada da mötərizə arasında yazılmış müəllif fikirlərinin (o cümlədən Ya Məhəmməd, Ya Peyğəmbər sözlərini) pozuram. Çünki, bunları tərcüməçi özündən pərçim edib ora. Lazım olsaydı Allah orda həmin sözləri işlədərdi. İşlətməyibsə, deməli bu sözlər lazım deyil. Bilirəm, deyəcəksiniz ki, nə fərqi var, mötərizədə Məhəmməd sözü yazılıbsa elə də oxu, niyə üstündən xətt çəkirsən? Məndə nöqsan axtaranlar bunu mənim əleyhimə istifadə edəcəklər ki, Paşa Yaqub Peyğəmbərin düşmənidir, onun adın pozur (bayaq burda elə bir rəy yazmışdılar). Ona görə də indi mən o fərqi sizə izah edim, onda biləcəksiz ki, mötərzədəkiləri niyə silirəm. Mötərizədəki (Ya Məhəmməd, Ya Peyğəmbər) sözlərini ona görə silirəm ki, birincisi, orada Allah o kəlmələri deməyib, ikincisi və ən əsası da odur ki, Quran öz oxucusuna (!) xitab eləyir. Tərcüməçilər bunu dərk etmədiklərindən mötərizə açıb, o sözləri ora pərçim edirlər. Belə olduqda oxucu həmin ayənin ona deyildiyini başa düşmür, elə bilir Peyğəmbərə xitab olunur. Mötərizəni silib oxuyanda görürsən ki, Allah sənə xitab edir, səninlə danışır... Ayədəki tapşırığı yerinə yetirməyə özünü məsul bilirsən və buna çalışırsan. Yerinə yetirdikdə də Quranı canlı yaşayırsan və daha dərindən dərk etməyə başlayırsan... Tərcüməçilər mötərizəni ora pərçimləyəndə isə, Quran sənlik olmur və dərketmə, ayəni icraetmə də baş vermir. Ayənin hökmündə özünü, yox Peyğəmbəri məsul bilirsən. İnanmırsınızsa Quranı mən deyən kimi oxuyun və icra edin... Bir müddətdən sonra görəcəksiniz ki, yerinə yetirdiyiniz (yaşadığınız) ayələr sizə vəhy olunur. Onda özünüzün Allah yanında nə qədər hörmətli, şərəfli olduğunuzu görəcəksiz.... Paşa Yaqub - Pangeyist Axşam dostlarla iftar məclisindəydim. Təklif etdilər ki, gəlin birlikdə namaz qılıb, İsa Peyğəmbərin, İmam Mehdinin zühuru üçün dua edəyin. Dedim siz dua edirsiniz edin, mən eləmirəm. Dedilər niyə, sən haqqın, ədalətin bərqərar olmasını istəmirsənmi? Dedim dua etməklə kiminsə dirilməsi mümkün olsaydı mən dua edərdim ki, valideynlərim, ailə üzvlərim dirilsin. Kiminsə duasıyla ölü dirilsəydi, sizdən öncə babalarınız, ulu babalarınız bu iş üçün (İsanın və Mehdinin dirilməsi üçün) min illərdir dua ediblər, dirilərdi. Deməli, mümkün deyil. Tutaq ki, mən dua etdim ki, İmam Mehdi dirilsin, məni zalımın zülmündən xilas etsin. İmam mənə qayıdıb deməz ki, öz nəfisin ucbatından (pul üçün, vəzifə üçün...) zalımı təbliğ edən, yaltaqlanan, qohum əqrəbanı başına yığıb zalıma səs vermək üçün gətirən sən deyildinmi? (Yaxud, günahsız adamın üzünə durub şərləyən, namusu ilə təhdid edib saxta izahatlara qol çəkdirən, günahsız olduğunu bildiyi halda 8-10 il iş kəsən, yaxud, tərəzidən oğurlayan, yaxud, zinakarlıq edən, qonşunun, qohumun haqqına görən, onlara ziyan vuran....siz deyilsizmi?). Başqalarına qarşı bütün bu yaramazlıqları edəndə bilmirdinmi bunları sənə də edən (sənə də şər atan, zülm edən...) tapılacaq?! Bu duruma nəfsinin ucbatından düşmədinmi? İmam Mehdi (yaxud İsa əleyhissalam) bizdən soruşmazmı ki, bütün bu və digər yaramaz hərəkətləri edəndə heç məni yada salmırdın! Demirdin ki, şərə saldığım, ziyan vurduğum adamın da Allahı, Peyğəmbəri, İmamı var!? İndi nooldu özün şərə düşəndə, zülmə məruz qalanda tez İmam yadına düşdü?! Bilmirsənmi, ilan bir gün onu bəsləyəni də çalır?! İmam sənin nökərindirmi ki, öz nəfsin ucbatından düşdüyun quyudan səni çıxarsın? Özün topalsanmı? Ağılsızsanmı? Canın çıxsın gərəkəni yap , düşdüyün vəziyyətdən çıx! Nə etmək lazım olduğunu bilmirsənsə götür Quranın tərcüməsini oxu, orada səndən əvvəl bu duruma düşənlər Nəmrudun, Fironun zülmündən necə xilas oldularsa, sən də o yolla bu gün Dəccalın zülmündən xilas olmağa çalış. Bu kimi batil düşüncənin yaranmasına səbəb odur ki, İranın ayətullah deyilən, müşteyid deyilən şarlatanları əsrlərdir ki, şeyx nəsrullahlıq edirlər: deyirlər biz dua edəcəyik, İmam Mehdi diriləcək, gəlib insanları xilas edəcək.... Ona qədər haqsızlığa, ədalətsizliyə, günahsız adamların dar ağacından asılmasına qarşı heç kəs səsin çıxarmasın, gözləyin, gələcək... Elədirsə , İranın şər rejimi niyə özü gözləmir? Onlar da biraz gözləsinlər, insanları dar ağacından asmağa tələsməsinlər, desinlər ki, İmam zühur edəndə bu adamın əməlinə baxar, günahkardırsa asar, günahsızdırsa buraxar (yaxud, ciblərə narkotik atıb şərləyənlər niyə dayanıb İmamı gözləmirlər)? Görürsünüzmü, şər maşını iranda da, Azərbaycanda da dayanıb gözləmədən insanların başını yeyə-yeyə gedir.... Amma, sizlərin beyninə yeridirlər ki, dinməyin, şərə qarşı mübarizə aparmayın, dua edib gözləyin, İmam Mehdi gəlib sizi şər maşınının ağzından xilas edəcək... Bütün bunlar dəccalizmin siyasətidir. Dəccalın məscidlərində İmamın dirilməsi üçün dua etdirən mollalar əslində dəccalın əsgərləridir. Dəccal onların altına maşın verib, aylıq maaş verib, deyir camaatın başını qat, haqsızlığa qarşı mübarizə aparmasınlar... Əsrlərdir ki, sizlər ölünün dirilməsi üçün məscidlərdə dualar edirsiniz, bir adam sizə demir ki, belə dua etməyin. Amma, həmin məsciddə siz bir kəlmə ölkədəki haqsızlıqdan, ədalətsizlikdən, insanların göz görəsi şərlənməsindən danışsanız, sözünüz ağzınızdan qurtarmamış başınızın uştünü polis kəsdirər və sizi də o birilər kimi zindana atarlar. Deməli sizin ölü diriltməyə çalışmağınız (şeyx nəsrullahlığınız) Dəccalı narahat etmir; haqqı deməyiniz narahat edir. Öz aramızdır, bir çoxlarınız heç İmamın diriləcəyinə inanmırsınız, amma, haqsızlığa qarşı mübarizə aparmağa qorxduğunuz üçün, özünüzü dirilməyə inanan kimi göstərirsiniz. Guya İmamı gözləyirsiz, gəlsə onunla birlikdə zülmə qarşı mübarizə aparacaqsız (ay hay). Beləliklə, qorxaqlığınızı, acizliyinizi ört basdır etməyə çalışırsınız... İmam dirilmiş olsaydı (bu mümkünsüzdür) və haqsızlığa qarşı mübarizə aparmış olsaydı, Dəccalın ordusu onun da cibinə narkotik atıb, başqa mübariz insanlar kimi, İmamı da şərləyib türməyə salardılar. Adım kimi əminəm ki, bu gün zühur üçün dua edənlərin böyük əksəriyyəti İmam şərlənəndə onun üzünə durardılar ki, narkotik satdığını görmüşdük (necə ki, bu gün türmələrdə yatanların üzünə durdunuz). Allah isə, Quranda belə buyurur: "Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?! Şübhəsiz ki, bütün yaranmışlar ölümə məhkumdur!" Son olaraq: bütün peyğəmbərlər öz dövrlərinin imamı olduğu kimi, bütün imamlar da öz dövrlərinin peyğəmbərləri olublar. Hamısına Salam olsun! Onların öz dövrlərində haqsızlığa, zülmə qarşı apardıqları mübarizə bizlər üçün örnək olmalıdır. Cəsarətimiz çatırsa onlardan nümunə götürüb dəccalizmə qarşı mübarizə aparağın, çatmırsa heç olmasa əllaməlik etməyəyin. İndi elm əsridir, Şeyx Nəsrullah dövrü deyil.... Paşa Yaqub - Pangeyist Xəbər verildiyi kimi, üç gün öncə (25 martda) Bakıda 67 saylı marşrut avtobusu qəzaya uğradı. İlk baxışdan adi görünən bu qəzanı elmi-lədun üsulu ilə araşdıranda, qəzanın arxasında dayanan çox böyük sirlər üzə çıxır. Məlum olur ki, çox hissəsi yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allahdan böyük bir xəbərdarlıq mesajı verilir. Bu yazımızda həmin xəbərdarlıq mesajının üzərindəki sirr pərdəsini qaldırıb, izah edəcəyik ki, söz sahibi bundan agah olsun. Əvvəlcə avtobusun üzərindəki nömrədən başlayaq. Bildiyimiz kimi, 67 ədədi Quranın “Hakimiyyət” surəsinin sıra nömrəsi olduğundan bu ədəd Quranda hakimiyyət rəmzi sayılır. Üç gün öncə baş verən avtobus qəzası da əsasən hakimiyyətdəkilərə xəbərdarlıq mesajıdır ki, günahsız insanlara zülm etməsinlər. Əks halda ağlasığmaz bəlalara tuş gələcəklər. Bunu sübut edən hesablamaları diqqətinizə çatdırırıq: 1) 6 dekabrda Bakıda 46 saylı marşrut avtobusu qəzaya uğradı. Üç gün öncə isə, 67 saylı avtobus qəzaya uğradı. Bu iki analoji hadisə arasında 114 gün fərq vardır ki, bu da Quran rəmzi olmaqla, hadisələrin Allah tərəfindən törədilməsi və hakimiyyətdəkilərə xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir. (7 dekabrda isə, Bakıda baş verən 5,6 bal zəlzələ şəhər əhalisini həyəcanlandırdı. Saat fərqini nəzərə alsaq, hər iki hadisə eyni tarixdə baş vermişdi. Yəni, həm qəzadan, həm də zəlzələdən 114 gün keçirdi) 2) 67 nömrəli avtobusun qəzaya uğraması Qusar-Bakı marşrutunda hərəkət edən avtobusun qəzası (13 avqust) ilə də riyazi yolla bağlanır. Bu iki analoji hadisə arasında 228 gün fərq vardır ki, bundan da Quran rəmzini (114) çıxanda yenə də Quran rəmzi alınır və hadisələrin Allahın elminə bağlandığını və kodlaşdırılmış mesaj olduğunu bir daha sübut edir: 228 – 114 = 114 3) Sözü gedən qəza hadisəsi Lerik-Lənkəran yolunda qəzaya uğrayan (04.09.22) səkkiz nəfərin ölümü, səkkiz nəfərin isə yaralanması ilə nəticələnən avtobus qəzasının 572-ci günü baş verib. Bildiyimiz kimi orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın rəqəmsal möhürü olaraq bütün qəzaların üzərinə vurulur. Lerikdəki qəza ilə 67 saylı avtobusun qəzası arasında əlaqəni görmək üçün 572 ədədindən 286 çıxaq: 572 – 286 = 286 4) 67 nömrəli marşrut avtobusu qəzaya uğrayanda narkoloji dispanserdə baş verən yanğının (02.03.18) 2220-ci günü idi ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də tövbə bə cəza rəmzi alınır və tövbə etməyəcəkləri təqdirdə hakimiyyətdə olanların ağır cəza alacaqlarına mesaj verir: 2220 – 555 – 555 – 555 = 555 (Bu düsturun verdiyi başqa bir mesaj da var ki, o barədə hələlik danışmırıq) 5) 67 saylı avtobus qəzaya uğrayanda Qazaxda üç uşağı ildırım vurmasının (21.09.22) 555-ci günü idi. 6) Sözü gedən avtobus qəzası 23 yanvarda Şirvandakı hərbi zavodda baş verən partlayışın 67-ci (!) günü baş verdi ki, bu da xəbərdarlıq mesajının hakimiyyətə aid olduğunu bir daha təsdiq edir. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, 67 nömrəli avtobusun qəzaya uğraması təsaadüfü olmayıb, zalım rəhbərlərə ilahi mesajdır ki, xalqa zülm etməsinlər, günahsız insanları şərləyib zindanlara doldurmasınlar. Onları da Allah yaradıb və sizlər bu xalqa xidmət edəcəyinizlə bağlı beş dəfə əlinizi Qurana basıb, Aallah qarşısında and içmisiniz. Lakin, andınıza əməl edib, haqqı, ədaləti bərqərar etmək istəmirsiniz; boşuna inadkarlıq edirsiniz. Bu səbəbdən də sizə cürbə-cür bəlalar gəlir. Bu bəlalar əvvəllər xalqın aşağı təbəqəsini (zalıma pərəstiş və xidmət edənləri) tuturdusa, indi artıq cavabdehlərin özünü tutmaqdadır. Artıq hədəfdə hakimiyyətin yuxarı eşalonudur (bəzi sirləri hələ açıqlamaq istəmirik). Qurana and içməkdən söz düşmüşkən, hakimiyyət rəmzi olan 67 nömrəli avtobus qəzaya uğrayanda üçüncü andiçmənin 3.813-cü günü idi ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də tövbə və cəza rəmzi (555) alınar və tezliklə tövbə etməyəcəkləri təqdirdə zalım rəhbərləri və onlara xidmət edənləri, pərəstiş edənləri ağır cəzaların gözlədiyini xəbər verir: 3813 – (114+114+114) - (114+286) – (114+286) – (114+286) - (286+286+286) - (286+286+286) = 555 Sözümüzün sonunda zülm etməkdə həddi aşan rəhbərlərə “Hakimiyyət” surəsindən bir mesaj veririk: “Bu əsgərləriniz (ordunuz, köməkçiləriniz, pərəstişkarlarınız) kimdir ki, onlar sizi Allahın əzabından xilas edə bilsinlər?! Kafirlər sadəcə yanılırlar”. “Hakimiyyət” (67) surəsi, 20-ci ayə Mesajları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Hər dəfə Pageyizm ideyası barədə məqalə paylaşanda izləyicilərimdən bəziləri irad tuturlar ki, İslam dura-dura niyə Pangeya ideyasını təbliğ edirsən? Öncə qeyd edim ki, həm İslam dini, həm də Pangeyizm bütün bəşəriyəti birləşdirmək, millətlər arasında sülh yaratmaq üçündür. Elə isə, mən niyə İslamdan çox Pangeyizmi təbliğ edirəm? Bunu izah etmək üçün belə bir misal çəkim: təsəvvür edin ki, Allah indiki dövrdə bəşəriyyəti islah etmək, insanları haqqa dəvət etmək üçün sizlərdən birini görəvləndirib. Bu məqsədlə dünya səyahətinə çıxmısınız ki, ölkələri gəzəsiniz, insanlara İslam dinini, onun gözəlliyini təbliğ edib, onları dinə dəvət edəsiniz; beləliklə, görəvinizi yerinə yetirəsiniz. Təsəvvür edin ki, yolunuz düşüb Avropanın bir ölkəsinə, camaatı yığıb başınıza təbliğat aparırsınız ki, İslamı qəbul edin. Avropa vətəndaşı qayıdıb sənə deyir ki, “hansı İslamı, İranda dar ağacı qurub, haqqını istəyənləri kəndirdən asan İslamı? Mən dəliyəmmi ki, azad yaşayışımı, qanunun aliliyini qoyub, başımı aparıb dar ağacının kəndirinə soxam?” Camaat hoydu-hoyduya götürüb səni bu ölkədən qovurlar... Üz tutursan başqa bir ölkəyə. Orda da başlayırsan camaatı İslama dəvət etməyə. Söhbətinin şirin yerində bir “mister Con” sənə yaxınlaşır, deyir danışığın yaxşıdır, çox gözəl, gəl gedək, sənə əyani bir şey göstərəcəm. Con girir sənin qoluna, aparır yaxınlıqdakı otelə. Resepşinə yaxınlaşıb, deyir ərəblər qalan otağı mənə göstər. Gedib açır otağın qapısın, görürsən ki, saqqalı bir ərəb 5-6 azyaşlı uşağı (oğlanı, yaxud qızları) salıb yatağına Lut qövmündən də betər bir vəziyyətdədirlər (bildiyiniz kimi, ərəblər bütün otellərdə belədirlər). Con səndən soruşur ki, filankəs müəllim, məni bunların dininə dəvət edirsən? Sən də deməyə söz tapmayıb, suyun süzülə-süzülə gedirsən başqa bir məmləkətə. Orada da insanları toplayıb, onları İslama dəvət edərkən, dinləyənlərdən biri deyir ki, "çox gözəl, mən qəbul edirəm, deməli, biz də İslamı qəbul etmiş ərəblər və farslar kimi bundan sonra narkotik əkib-becərib, balamızı dolandıra biləcəyik. Mənə bir hektar sahə ayırın, sabahdan narkotik becərəcəm. Əfqandan, “tanımadığım İran vətəndaşından” nəyim əksikdir?". Oradan da utana-utana uzaqlaşıb, missiyanı yerinə yetirmək üçün, üz tutursan başqa bir ölkəyə. İstəyirsən ki, insanları toplayıb, təbliğat aparasan, radio ilə elan edilir ki, ölkəmiz raket atəşinə tutulur, girin podvala. Neçə gün orada qalırsansa hər gün bu hücumlar təkrar olunur... Görürsən ki, bunları heç bir din maraqlandırmır, bunlar ancaq başlarını soxmağa sakit yer axtarırlar. Sənə də deyirlər ki, gözlə, müharibə qurarandan sonra səni dinləyəcəyik. Belə məqamda neynəməlisən? Oturub dünyada müharibələrin bitməsinimi gözləməlisən? Bəlkə heç müharibə on illərlə bitməyəcək və sən Allahın sənə həvalə etdiyi missiyanı yerinə yetirmədən öləcəksən? Qiyamət günü Allaha nə cavab vercəksən? Artıq sən düşünməyə başlayırsan və İslamı, Quranı inkar etməyən yeni bir ideya axtarırsan ki, onunla həm Dünyada sülh yaradasan, həm də İslamı sözdə qəbul edib, əməldə gözdən salan ərəblərə, farslara və digər xalqlara da başa salasan ki, İslamdan öncə ADAM olmaq lazımdır... Belə bir məqamda Allah sənin bəsirət gözünü açır və görürsən ki, Ayın üzərində min illərdir görünən "ləkə" əslində Yerin ilk yaranışında olan Pangeya materikinin xəritəsidir. Coğrafiya kitabını açıb, həmin xəritəyə də baxırsan, Aya da baxırsan, görürsən ki, eyni xəritə Ayın üzərindədir. Deməli, Allah hər axşam bizə Ay ilə mesaj verir ki, kökünüzə, fundamentinizə qayıdın. Torpaq bizim deyil, biz torpağınıq. Sabah bizim hamımızı udacaq bu torpaqdan ötrü biri-birimizi qırmaqdansa, elə Allahın bu torpaqda bizim üçün yaratdığı nemətlərdən yeyib, onun üzərində sülh şəraitində ölüncə kef çəkmək daha ağıllı fikir olmazmı? Müharibələr bizə övlad ölümündən başqa nə verir? Yerin kökü (özülü) Pangeya materiki olduğu kimi, bütün dinlərin də kökü tövhiddir. Fikirləşirsən ki, bu dövrdə bəşəriyyəti birləşdirməkdən, müharibələrə son qoyub, sülh yaratmaqdan söhbət gedirsə, buna ancaq dinlərin fundamentinə (tövhidə) qayıtmaqla nail olmaq olar. Yuxarıda qeyd etdiyimiz kimi, tövhid tək İslamın yox, İsaviliyin, Musəviliyin də əsasını təşkil edir. Bşəriyətin faciyəsi budur ki, əsası tövhid olan bütün dinlərin nümayəndələri bu gün biri-birini düşmən bilib, biri-birlərinin başlarına bomba yağdırmaqdadırlar. Bu atəşləri susdurmağın yolu bütün dinləri birləşdirməkdən keçir. Bu birlik də o vaxt baş verə bilər ki, dinlər hamısı kökünə (tövhidə) qayıtsın. Birləşmə ancaq tövhiddə mümkündür (tövhid kökdür dinlər onun budaqlarıdır).... Həm də digər dinlərin daşıyıcılarının böyük əksəriyyəti bu gün İslam Peyğəmbərini qəbul etmirlər, bu faktdır. Bu səbəbdən də bəşəriyyəti İslam ətrafında birləşdirmək mümkün deyil. (Digər tərəfdən də bu gün ərəbin, farsın və digər xalqların törətdikləri vəhşilikləri, qeyri-insani hərəkətləri görən bəşəriyyət açığı İslam dinindən qorxurlar; onlara elə gəlir ki, İslam belə olur). Amma, İbrahim Xəlilullah yeganə Peyğəmbərdir ki, bütün bəşəriyyət tərəfindən qəbul olunur. Çünki, o, bütün kitab verilmiş peyğəmbərlərin (Yaqubun, Yusifin, Musanın, İsanın, Məhəmmədin və s) babasıdır. Bu səbəbdən də Quranda Allah bütün peyğəmbərlərə (o cümlədən bugünkü kamil insanlara, Quranı canlı yaşayanlara) xitab edir ki, xalqını baban İbrahimin hənif dininə (tövhidə) dəvət elə. Onu da qeyd edək ki, İslam dini və Quran kamil insanlar üçün nəzərdə tutulub. Amma, bu gün biz elə bir mərhələyə gəlib çatmışıq ki, kamillikdən heç bir əsər əlamət yoxdur; əksinə, ibtidai insanlar kimi soyunub, lüt-üryan gəzirik. Tərbiyəmiz Lut qövmünün tərbiyəsindən də bərbad vəziyyətdədir (onlar tərbiyəsizliyi gizli edirdilərsə indiki insanlar canlı yayımlarda, milyonların gözləri qarşısında edirlər). Deməli, indiki adamların şüuru və əxlaqı ibtidaidən də aşağı səviyyədədir. Bu səbəbdən bunlar kamil dini (İslamı) onsuz da qəbul edəsi halda (tərbiyədə) deyillər. Çıxış yolu geri qayıdıb, İbrahimin dövründən başlayıb, sonra üzü bəri (kamilliyə doğru) gəlməkdir. Bunun üçün bəşəriyyətə İbrahim fəlsəfəsi təbliğ olunmalıdır. Nədir İbrahim fəlsəfəsi? İbrahim fəlsəfəsi aşaığdakı xasiyyətləri özündə cəmləşdirməkdir: -doğrudanışan olmaq, özünə rəva bilmədiyini başqasına rəva bilməmək; -qarşındakını öz səviyyəndə bilmək; -başqasının malına, namusuna göz dikməmək; -yalnız Yaradana güvənmək; -zinakar olmamaq; -lovğa və təkəbbürlü olmamaq; -hənif, ədalətli, vicdanlı, səxavətli, rəhimli və xeyirxah olmaq; -Allahın dostuyla dost, düşməniylə düşmən olmaq; -hər halında Allaha şükr etmək; -Allaha aid olan işlərdən xeyir güdməmək; -bütün işləri “Bismillah”la başlayıb, “Əlhəmdülillah”la bitirmək; -dünya işlərində səbirli olmaq; -Allahdan başqasından qorxmamaq; -istənilən halda (həyatına təhlükə olsa belə) ancaq haqqı demək və haqqın yanında olmaq ... Bir sözlə, bəşəri dəyərlərə sahib olmaq, bu dəyərləri özündə cmləşdirmək. Bütün bu dəyərləri özündə cəmləşdirəndən sonra hansısa bir dinin qəbulundan söhbət gedə bilər (bu xasiyyətləri kimdə görsəniz onu dindar hesab edə bilərsiniz). Təəssüf ki, bu gün yuxarıda sadaladığım bəşəri dəyərlərə sahib olmayan adamlar özlərini dindar adlandırırlar. Hətta, belələri mafiyalar tərəfindən qəsdən dinlərə rəhbər təyin edilir ki, insanların dinə, Allaha inamı azalsın, doğru yoldan azsınlar. Belə “din rəhbərləri” özləriylə bərabər, arxalarında dayananları da cəhənnəmə sürükləməkdədirlər. Yeri gəlmişkən, Pangeyizm ideyasını mən 2017-ci ildən mətbuatda təbliğ etməyə başladım (bu mövzuda xeyli məqalələrim, kitablarım çap olunub, videomüsahibələr vermişəm). Sonradan eşitdim ki, daha əvvəllər yazıçılardan biri bu mövzuda “Pangeyanın övladları” adlı fantastik roman da yazıbmış. Həmin romanda Pangeyanın (Yerin) qitələrə parçalanması ilə dinazavrların məhv olduğunu yazıbmış. Qeyd dim ki, o vaxtlar bəşəriyyət üçün təhlükə dinazavrlar idisə, indiki dövrdə də insanların qənimi beynəlxalq mafiyalardır. Bugünkü mafiyalar təhlükəliliyinə görə heç də dinazavrdan geri qalmırlar. Bütün müharibələrin, xəstəliklərin, narkoticarətin, insan alverinin… axasında dayanan mafiyozlar (dinazavrlar) hətta evində sakit oturan insanı da günün günorta vaxtı gəlib cibinə narkotik qoyub, qandallayıb aparıb zindanda öldürə, yaxud, ömrünü zindanda çürüdə bilirlər. Hazırda dünyada mövcud olan bütün dövlətlər dünya mafiya zəncirinin bir həlqəsidir (yəni, hər dövlətin başında bir “dinazavr” durub). Mövcud beynəlxalq təşkilatların vəzifəsi bu mafiya zəncirini qorumaqdan ibarətdir. Ona görə də xammal bazası olan Şərq ölkələrinin vətəndaları beynəlxalq təşkilatlara şikayət edərkən onların şikayətlərinə illərlə baxılmır, baxılanda da 3-5 min dollar kompensasiya kəsməklə işlərini bitmiş hesab edirlər. Həmin kompensasiyalar da sındırmadan sahibinə verilmir (şikayətçini sındırmasalar kompensasiyanı ona ödəmirlər). Bu gün bəşəriyyətin belə bir qəddar mafiyaların (“dinazavrların”) torunda girov kimi çabalamalarının səbəbi əslində insanlıqdan uzaqlaşmalarıdır. Yəni, insan oğlu əxlaqsız, tərbiyəsiz insana yaraşmayan hərəkət etdikcə və biri digərinə zülm etdikcə kütləvi şəkildə günaha batırlar. Beləkilə, Yaradandan uzaqlaşırlar. Çobanından uzaqaşan quzu qurda yem olduğu kimi, Allahdan da uzaqlaşan bəndələr kütləvi şəkildə mafiyalara (müasir dinazavrlara) yem olurlar. Yadınıza salın ki, bir zamanlar babanız İbrahim də dövrünün zalım rəhbəri (dinazavrı) Nəmruda qarşı mübarizə apardı. Hətta, Nəmrud hündür bir tonqal qalayaraq, İbrahimi oda atdı. Lakin, Allah İbrahimi həmin oddan sağ-salamat xilas etdi. Niyə xilas etdi? Çünki, İbrahim yuxarıda sadaladığım (Allah bəyənən) insani keyfiyyətlərə, əxlaqa, tərbiyəyə sahib idi. Bu gün biz bu keyfiyyətləri ona görə təbliğ edirik ki, sizlər də həmin insani keyfiyyətlərə sahib olsanız Allah sizi mafiyaların (müasir dinazavrların) başınıza yağdırdığı bombalardan, üstünüzə ələdiyi viruslardan, qidalarınıza, suyunuza qatdıqları zəhərlərdən qoruyar. İbrahimin misalından aydın olur ki, bu, Allah üçün problem deyil. Məncə bu xasiyyətləri əxz etmək bəşəriyyət üçün də problem olmamalıdır. Çünki, bu adi insanlıqıdr… Dr. Paşa Yaqub – Pangeyist (sülhyaradan) Qeyd: Pangeyizm ideyasından bəhs edən “İnanmayan Aya baxsın” kitabımız İngilis dilinə də tərcümə olunaraq, pashayaqub.weebly.com saytına yerləşdirilib. İngilisdilli oxucular həmin kitabdan geniş məlumat ala bilərlər. "Haqqı tələb edənlər Haqqa boyun əyməlidirlər " Bu başlıq altında 2006-cı ildə məqaləm çap olunmuşdu. Orada mübarizənin taktikasını göstərmişdim. O vaxt mübarizə aparanlar təkliflərimi qulaqardına vurdular. İndi yavaş-yavaş etiraf edirlər ki, indiyə qədərki taktika özünü doğrultmur, başqa taktika seçilməlidir.... Mənim təklif etdiyim taktika budur ki, kimdənsə haqqı tələb edirsənsə gərək özün kiminsə haqqına girməyəsən, günahlarına görə tövbə edəsən, özün haqqa nümunə olasan. Onda Allah səni Dəccalın şərindən, böhtanından, zülmündən, zindanından qoruyacaq və haqqa çatdıracaq. Yox əgər sən özündən aşağının haqqını tapdalamısansa heç vaxt yuxarılardan haqqını ala bilmərsən. Haqqını istəsən səni şərləyib zindana atacaqlar. Bəşər tarixinə nəzər salsaq, nəmrudlar, fironlar hamını öldürsələr də, peyğəmbərlərə heç nə edə bilmədilər (halbuki, onları da öldürmək istədilər). Çünki, peyğəmbərlər günahlarına görə tövbə edib təmizlənmişdilər. Bu səbəbdən Allahın qoruması altında idilər.... İnsanlar bilməlidirlər ki, zalıma qarşı mübarizə aparan şəxs mütləq Allahın çətiri altına girməlidir. Bura girməyin də yolu tövbədən keçir.... Haqqa dönün ki, Haq sizi qorusun. Sizi nə Avropa, nə də başqa dövlət qoruyası deyil. Onlara Azərbaycanın sərvəti lazımdır. Sərvəti kim verirsə, onu da qoruyurlar (sizi də zapas təkər kimi baqaja qoyublar, sərvət qurtaranda lazım ola bilərsiz)... Deməli siz Avropadan, Amerikadan, Rusiyadan, İrandan....daha güclü bir himayədar tapıb, onun çətiri altına girməlisiz.... Belə bir yeganə güclü varlıq Allahdır. O sizdən pul, mal istəmir; yeganə şərti indiyədək etdiyin günahlara görə tövbə elə, bundan sonra kimsənin haqqına girmə, günah etmə. Bundan sonra apardığın mübarizədə necə qorunduğunu görəcəksən və tezliklə zalımlardan haqqını alacaqsan. Elmi-lədun hesablamalarımız göstərir ki, hazırda dünyada 313 nəfər tövbə etmiş mübariz insan olsa onlar tez bir zamanda nəinki öz ölkələrində, hətta, bütün dünyada haqqı bərqərar edərlər.... |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |