Baharın qışa dönməsinin sirləri...
Xəbər verildiyi kimi 18 mart 2022-ci il tarixdən başlayaraq azərbaycanın bir sıra rayonlarında (Masallı, Cəlilabad…) baş verən sel və daşqınlar bir sıra fəlakətlərə səbəb olmuşdur. Elmi-lədun hesablamalarımız göstərir ki, bu fəlakətlər (həmçinin, Azərbaycanda bu günlərdə yaşanan mövsümə xas olmayan çovgunlar) heç də təsadüfü olmayıb, Prezidentin dördüncü dəfə (18.10.18) Qurana and içib, əməl etməməsi ilə əlaqədardır. Yəni Yaradan xəbərdarlıq edir ki, Quranı sizə beş ildən bir yalandan and içmək üçün göndərməmişəm. Nə qədər gec deyil, tövbə edib yolunuza qayıdın və içdiyiniz anda əməl edərək, zülmə son qoyun, haqqı. ədaləti bərqərar edin. Əks halda ölkənizi bu cür fəlakətlərə, selə-suya qərq edərəm! Andiçmədən söz düşmüşkən, keçən yaımızda avtobus qəzasını şərh edərkən, onun üçüncü andiçmə mərasiminə bağlandığını, həmçinin, üçüncü andiçmə ilə bağlı Azərbaycanda baş verən bir çox fəlakətlərin xronikasını və hesablamasını vermişdik (məqaləni şərhdəki linkdən oxumaq olar ). Bu yazımızda isə, dördüncü andiçmənin ölkəyə gətirdiyi fəlakətlərdən bəhs edəcəyik:
1. Dördüncü andiçmənin 858-ci günü Xırdalanda dağıntı və təlafatla nəticələnən dəhşətli (qeyri-adi) partlayış baş verdi ki, səsi Bakı və ətraf rayonlarda eşidildi (25.01.21). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 858 ədədi Allahın kodlaşdırılmış möhürü olan 286-nın üç mislidir: 858 – 286 – 286 = 286 2. Keçən il iyunun 6-da Şəkidə baş verən sel dağıntı və təlafat törədəndə dördüncü andiçmənin 1144-cü günü idi. Hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün 1144 ədədindən Allahın kodlaşdırılmış möhürü olan 286 ədədini çıxaq: 1144 – 286 – 286 – 286 = 286 Düsturdan görünür ki, Şəkidə baş verən sözügedən fəlakət Qurana dövlət səviyyəsində dördüncü dəfə and içilməsinə bağlanır. 3. Nəhayət, qayıdaq yazımızın mövzusu olan sel fəlakətinə. Hansı ki, bu gün Azərbaycanı əhatə etməkdədir. Ölkəmizə bahar gəlsə də neçə gündür göyün üzü açılmır; tufan, çovğun, daşqınlar… məmləkəti cənginə alıb. Elmi-lədun hesablamalarımız göstərir ki, ölkənin bu vəziyyətə düçar olması da riyazi yolla dördüncü andiçməyə bağlanır. Maraqlıdır ki, Masallı və Cəlilabadı sel basanda həminn andiçmənin 1430-cu günü idi. Hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün bu ədəddən yenə də 286 ədədini çıxaq: 1430 – 286 – 286 – 286 – 286 = 286 Göründüyü kimi, hesablamalar diqqətimizi yenə də dördüncü andiçmənin üzərinə yönəldir… Sizləri yormamaq üçün yazını çox uzatmıram (arifə bir işarə kifayət olduğu halda, burada dörd işarə verdik). Bu yazının anonsunu verərkən feysbuk profilimdə mənə belə bir sual ünvanlandı: “Günahsız, köməksiz xalqın günahı nədir ki, onların dövlətlərini idarə edən hakimiyyət diktatordur?...” Bilirəm, bu sual çoxlarınızı düşündürür: Qurana and içən rəhbər ona əməl etməyibsə, burada şəkilinin, cəlilabadlının, xırdalanlının nə günahı var? Niyə zalımlar deyil, “məzlum”lar ölürlər? Məsələ burasındadır ki, sizin məzlum hesab etdiklərinizin böyük əksəriyyəti (70faizdən çoxu) zalımın yüksək məqam tutmasında, vəzifəyə yüksəlməsində bu və ya digər formada vasitəçi olub; ona rəgbət bəsləyir. Allahdan gələn bəlaları bu qədər şərh etmişik, səbəblərini göstərmişik, zalımlara rəğbət bəsləməməyi tövsiyyə etmişik… “məzlum” dediklərinizdən neçəsi bu tövsiyyəyə məhəl qoyub, tövbə edib, düz yola qayıdıb? İnsan etdiyi günahın cəzasını bir gün çəkməli deyilmi? Millətimiz nə vaxtsa zalıma rəğbət bəsləməyin, hansısa məqamda ona dəstək olmağın bədəlini hələlik belə ödəyir… Əgər bu daşqınlar, fəlakətlər sizi narahat edirsə, onda “məzlum” hesab etdiklərinizə deyin, tövbə edib doğru yola dönsünlər və bir daha zalıma rəğbət bəsləməyəcəklərinə, dəstək verməyəcəklərinə and içsinlər. Onda bu cür fəlakətlərdən əziyyət çəkməyəcəklər. Bəla ancaq zalımın ünvanına gələcək. Bunu ilin 114-cü gününə qədər etsələr yaxşı olar. Bildiyim qədər ondan sonra bəlanın miqyası daha böyük, zərbəsi daha güclü olacaq. “Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (bəla gələr). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə kömək olunmaz!” Quran, 11:113 Rəhbərlərə də tövsiyyə edərdik ki, dörd dəfə içdikləri anda əməl etsinlər. Zülmə son qoyaraq, haqqı, ədaləti bərqərar etsinlər... Dünya sahibsiz deyil. Hansısa hegamon güclərdən deyil, Allahdan, Onun əzabından qorxmaq lazımdır. Artıq indiki şeytani dövr başa çatmaq üzrədir. Az vaxtda kamillik dövrü başlayacaq və bu dövrdə yaşamaq ancaq tövbə etmiş, günahlarını yumuş adamlara müyəssər olacaq. Qalanlar güclü bəladan məhv olacaqlar. Göydən bəla gələndə Yerdəki heç bir hegamon güc sahibi sizi bu bəladan xilas edə biləyəcək! Əksinə, özlərini qorumaq üçün sığınacaq axtaracaqlar; amma, tapmayacaqlar. Odur ki, papağınızı qarşınıza qoyub yaxşı-yaxşı düşünün... Paşa Yaqub, Alternativ tibb mütəxəssisi, Elmi-lədun bilicisi
0 Comments
(Zülmün bitməsinə 114 gündən az qaldı)
“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi, 5) Xəbər verildiyi kimi, martın 4-də Bakı şəhərində 166 saylı marşurut avtobusu qəzaya uğramış, nəticədə ölən və yaralananlar olmuşdur. Elmi-lədun hesablamalarımıza görə bu, təsadüfü qəza olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Ölkədəki zülmə, haqsızlığa, ədalətsizliyə görə gələcək böyük bəlanın kiçik xəbərdarlığıdır. Qəzanın Quran rəmzləri (114; 286; 555) altında baş verməsi, həm astronomik xəbərdarlıqlarla, həm də enerji böhranı ilə əlaqələnməsi onun Allahdan gələn xəbərdarlıq mesajı olmasını sübut edir. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1) Bu qəza hadisəsi 26.05.21 tarixli Ay tutulmasının 280-ci günü baş verib ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, alınan ədədin (166) avtobusun üzərində həkk olunduğunu görərik və hadisənin Allah tərəfindən yolun azmış millətimizə və onu idarə edən zalım rəhbərlərə Allahdan bir xəbərdarlıq olduğuna inanarıq: 280 – 114 = 166 2) 166 saylı marşurut avtobusu qəzaya uğrayan gün 30.11.20 tarixli Ay tutulmasının 452-ci günüdür ki, bundan da Quranın kodu (Kəbədəki orjianal Quranın səhifələrin sayı) olan 286 ədədini çıxsaq, alınan əddin yenə də marşurutun üzərində həkk olunduğunu görərik: 452 – 286 = 166 3) 166 saylı marşrut avtobusu qəzaya uğrayanda 26.05.21 tarixli Ay tutulmasının 286-cı günüdür ki, bu da orjinal Quranın səhifələrinin sayı olmaqla, qəzanın Allahdan bir xəbərdarlıq mesajı olduğunu bir daha sübut edir. 4)166 saylı marşurut avtobusunda baş verən qəza, riyazi yolla ölkəmizi günlərlə qaranlığa qərq edən enerji qəzasına da bağlanır. Xatırladım ki, 3 iyul 2018-ci il tarixdə Azərbaycanda bütün (!) elektrik stansiyaları eyni anda dayandığından ölkə bir həftədən çox (bölgələr on günlərlə) qaranlığa qərq oldu. Bu iki qəza arasında 1338 gün fərq vardır ki, bundan da Quranın surələrinin sayını çıxanda tövbə və cəza rəmzi alınır və tövbə etməyənlərə yaxın günlərdə gələcək bəlanı xəbər verir: 1338 – (114+114) = (555+555) Qeyd: sözü gedən enerji qəzası baş verəndə Qurana dövlət səviyyəsində üçüncü dəfə yalandan and içilməsinin 1716-cı günü idi ki, bu da Allahın kodlaşdırılmış möhürü olan 286 ədədinin altı mislidir: 1716 – (286+286+286) = (286+286+286) 5) Yeri gəlmişkən, 166 saylı marşrut avtobusunun qəzası da andiçmə mərasiminə bağlanır. Belə ki, qəza baş verən gün üçüncü andiçmənin 3054-cü günü idi ki, bundan da Quranın rəmzini və kodunu çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və qəzanın Qurana əl basıb əməl etməyən zalım rəhbərlərə Allahdan bir xəbərdarlıq mesajı olduğunu sübut edir ki, Haqqa təslim olsunlar: 3054 – (114 + 114) – (286 + 286 + 286) = (555 + 555) Qurana and içib, əməl etməmək Azərbaycana böyük fəlakətlər gətirir Andiçmədən söz düşmüşkən, onu da qeyd etməliyik ki, dövlət səviyyəsində müqəddəs kiaba əl basıb, əməl edilməməsi Azərbaycanda bir çox qəzalara və faciələrə səbəb olmuşdur. Məsələn, dövlət səviyyəsində üçüncü andiçmənin törətdiyi fəsadlar aşağıdakılardır: 1) Andiçmənin 114-cü günü – 10 fevral 2014-cü il tarixdə ölkəmizdə 5,5 bal gücündə zəlzələ baş verdi. Yerin 10 km dərinliyində baş verən bu zəlzələ bütün Azərbaycanı silkələdi. 2) 286-cı günü Heydər Əliyev Mərkəzində yanğın baş verdi (həmçinin, baqa elə bir hadisə baş verdi ki, o barədə rəsmi informasiya verilmədiyindən burada qeyd etmirik. Nə baş verdiyini yuxarıda əyləşənlər bilir). 3) 342-ci günü (29.09.14) Azərbaycanın Qərb bölgəsində (Gəncəbasardan Qəbələyədək) 6 bal zəlzələ baş verdi. Nəticədə yaşayış binalarında çatlar yaranmaqla, böyük bir həyəcan yaşandı: 342 – 114 – 114 = 114 4) 555-ci (!) günü Bakı-Böyükkəsik qatarı qəzaya uğradı (28.04.2015). Həmin istiqamətdə gün ərzində bütün qatarların hərəkəti dayandı. 5) 858-ci günü (23 fevral 2016) enerji kəsildiyindən Bakı-Sumqayıt qatarı yolda qaldı. Dəmir yolunda bütün qatarların hərəkəti iflic oldu: 858 – 286 – 286 = 286 6) 1716-cı günü yuxarıda qeyd etdiyimiz kimi, bir həftədən çox ölkə qaranlığa qərq oldu. 1716 - (286+286+286) = (286+286+286) 7) Nəhayət, üçüncü andiçmənin 684-cü günü (04.09.15) Şəkidə 7 bal zəlzələ baş verdi ki, bu da Quran rəmzi olan 114 ədədinin altı mislidir: 684 – (114 + 114 + 114) = (114 + 114 + 114) 669-cu günü (19 avqust 2015) zalım rəhbərlərin doğulduğu məkandan (Naxçıvandan) havaya qalxmaq istəyən “Boeng-757” təyyarəsində qəza baş verdiyindən uçuş təxirə salındı: 669 – 114 = 555 9) Üçüncü andiçmənin 286(0)-cı günü (24.08.21) Gəncəbasar bölgəsində baş verən ildırım hadisəsi orada yaşayanların yaddaşlarından heç vaxt silinməyəcək. Gəncə və ətraf ərazi bir saata yaxın sanki tamamilə ildırımın alovuna büründü. İnsanları vahiməyə salan bu hadisədən şəhərin enerji sisteminə böyük ziyan dəydiyindən, bölgə günlərlə qaranlığa qərq oldu: 286(0) – (286 + 286 + 286) = (286 + 286 + 286) və s. Oxucunu yormamaq üçün hesablamaları çox uzatmırıq. Bu və digər hesablamalarımız, eləcə də Elmi-lədun bilgilərimiz göstərir ki, 166 saylı marşrutda baş verən qəza ALLAHDAN zalım rəhbərlərə və onların pərəstişkarlarına növbəti (bəlkə də sonuncu) xəbərdarlıq mesajıdır. İndiyədək edilən və tərəfimizdən çatdırılan (nəşr edilən) xəbərdarlıqlara məhəl qoyulmadığı üçün bu avtobus qəzası baş verdi və insanlar həyat və sağlamlıqlarını itirdilər. Sadladığımız faktlar onu göstərir ki, hazırda ölkəmizdə mövcud olan haqsızlıq, ədalətsizlik, ərşə dirənən zülm... Allahın qəzəbinə səbəb olmuş, bu səbəbdən zaman-zaman müxtəlif (kiçikdən böyüyə doğru) xəbərdarlıq bəlaları göndərmişdir. Yuxarıdakı faktlar sübut edir ki, haqqın, ədalətin qarantı olanlar və bu barədə Qurana əl basanlar içdikləri anda əməl etmədiklərinə görə ölkəmizdə bu cür faciələr baş vermişdir. Elmi-lədun hesablamalarımız göstərir ki, bundan sonra da millətimiz öz həyat tərzinə, rəhbərlərimiz isə, zülmə, haqsızlığa son qoymasalar çox qısa zamanda Azərbaycana böyük bəlalar gələcək. Bu bəlalardan ən çox ziyan çəkənlər isə, Qurana and içib əməl etməyənlər və onların tərəfdarları (komandası) olacaqdır. Hesablamalarımız onu da göstərir ki, rəhbərlər xoşluqla haqqa təslim olmasalar, elə güclü bəla gələcək ki, haqsızlığa, zülmə səbəbkar olanlar hamısı məhv olacaq və Azərbaycanda haqq, ədalət Allahın iradəsi ilə bərqərar olacaqdır! Bildiyim qədər buna 114 gündən az qalıb (hər şeyin düzgünün Allah bilir). Bu bəlanın qarşısın ancaq insanların tövbə edib düz yola dönməsi və rəhbərlərin zülm etməkdən çəkinməsi ala bilər. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Paşa Yaqub Elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq”. (Quran)
Xəbər verildiyi kimi, mart ayının 2-dən başlayaraq, Azərbaycanın rayonlarında (Daşkəsən, Lənkəran, Masallı, Göyçay, Şamaxı və s) əsən güclü külək (qasırğa) ağacları kökündən qoparıb, tikililərə ciddi ziyan vurub, elektrik dirəklərini aşırıb. Bu səbəbdən bir çox rayaonlar son günlər qaranlığa qərq olublar. Elmi-lədun hesablamalarımız göstərir ki, davam edən bu qasırğalar təsadüfü olmayıb, Özündən əvvəlki analoji hadisələrlə riyazi şəkildə (114, 286 və 555 ədədləri ilə) bağlanmaqla, yolun azmış millətimizə və onun zalım rəhbərlərinə ALLAHDAN bir xəbərdarlıqdır. Bunu sübut edən hesablamaları təqdim edirik:
972 – 286 – 286 – 286 = 114 3. Əvvəlki yazılarımızın birində keçn il Xırdalanda baş verən, səsi Bakıda və digər rayonlarda eşidilən heyrətamiz partlayışdan (25.01.2021) bəhs etmişdik. Bugünkü qasırğa başlayanda həmin partlayışın 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda, səhifələrinin sayı qalır və hadisəlrin ALLAH tərəfindən xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 400 – 114 = 286 4. Azərbaycanda baş verən bütün xəbərdarlıq mesajları Ay tutulması ilə bağlandığı kimi, bu qasırğa da bağlanır. Belə ki, sözü gedən qasırğa başlayanda 07.08.17 tarixli Ay tutulmasının 1665-ci günü idi ki, bu da Qurandakı tövbə rəmzinin (555) üç mislidir (tövbə üç dəfə deyilir). 1665 – 555 – 555 = 555 4. 2014-cü ilin 27 iyulunda Bakıda Heydər Əliyev mərkəzi yananda buradan hesablama paylaşaraq bildirdim ki, həmin hadisə zalım rəhbərlərə ALLAHDAN bir xəbərdarlıqdır. Elmi-lədun hesablamalarımız göstərir ki, üç gündür davam edən qasırğa və enerji kəsilmələri həmin xəbərdarlığa məhəl qoyulmadığı üçün baş verdi. Sübut üçün bildirim ki, bu iki hadisə arasında 3330 gün fərq vardır ki, bu da tövbə və cəza rəmzinin altı mislidir: 3330 – (555 + 555 + 555) = (555 + 555 + 555) 5. Ötən yazımızda təqdim etdiyimiz hesablamalar göstərirdi ki, Azərbaycanda baş verən bir çox fəlakətlər və enerji qəzaları Qurana dövlət səviyyəsində and içmə mərasiminə bağlanır. Maraqlıdır ki, bəhs etdiyim qasırğa da enerji qəzaları yaratmaqla, üçüncü andiçməyə (19.10.2013)bağlanır. Belə ki, bu qasırğa başlayanda həmin andiçmədən 3054 gün keçmişdi ki, bundan da yuxarıda keçən Quran rəmzlərini çıxanda yenə də tövbə və cəza rəmzi alınır və ALLAHIN belə bir mesajını çatdırır ki, Quran beş ildən bir yalandan and içmək üçün göndərilməyib; bu kitaba əl basdınsa, artıq barmaq izlərin orada qalır və içdiyin anda ya əməl edəcəksən, ya da ağır cəza alacaqsan: 3054 – (114 + 114) – (286 + 286 + 286) = (555 + 555) 6. Fevralın 14-də paylaşdığımız hesablamada Tovuzda baş verən və bölgəni qaranlığa qər edən enerji böhranının sirlərini şərh etmişdik. Yazının bir bəndində göstərmişdik ki, qəzanın sirri Tovuzun rəmzi olan 60 ədədində və Quranın 60-cı surəsində (1-ci və 13-cü aylərində)gizlənir. Maraqlıdır ki, bu gün şərh etdiyimiz, Aərbaycanın bir çox rayonlarını qaranlığa qərq edən qasırğa da 60 ədədinə bağlanır. Yəni, ilin 60-cı (!) günü başlayan (hələ də davam edən) bu qasırğa diqqtimizi yenidən 60-cı surədə verilən mesaja yönəldir: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!” Quran, 60:1. “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!” 60-cı surə, 13-cü ayə. Bu və digər elmi-lədun hesablamalarımız göstərir ki, üç gündür Azərbaycanı dağıdan, bölgəlri qaranlığa qərq edən qasırğa ALLAHDAN yolun azmış millətimizə və onların zalım rəhbərlərinə növbəti (bəlkə də sonuncu) xəbərdarlıqdır: zülmə son qoysunlar, haqqı, ədaləti bərqərar edərək, içdikləri anda əməl etsinlər. Əks halda çox böyük bəlalarla üzləşəcəklər! Quran sizlər üçün oyuncaq deyil! Ağlınızı başınıza yığın və haramdan, oğurluqdan, xalqa zülm etməkdən əl çəkin! Qasırğanın hərbi hissədəki ölümlərlə əlaqələnməsinin sirri isə, “Hakimiyyət” surəsinin 20-ci ayəsində açılır: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qurtara bilsinlər? Zalımlar sadəcə aldanmaqdadırlar”. “Hakimiyyət” surəsi, 20. Yəni, əsgərə, silaha ümid olub, xalqa zülm etmək olmaz. Güvəndiyin silah bir gün öz əlində partlayıb (Ağstafadakı kimi), səni məhv edə bilər (hadisənin verdiyi mesaj budur). Söz ardı: ağlı olan nəticə çıxarsın, olmayan məhv olmasını gözləsin. Vaxtın bitməsinə 200 gündən az qalıb (Düzgünün ALLAH bilir). Mesajları şərh etdi: Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |