Azərbaycanın otuz illik mübarizə tarixinə ötəri baxış
... Ən çətini bu gün aparılan mübarizədir. Doxsanlarda mübarizə aparmağa nə vardı, sağın, solun, arxan hamısı səninlə eyni əqidədə olan adamlar idi.... Bu cəhətlərdən arxayın idin, ancaq qarşıdakı düşmənlə mübarizə aparırdın.... İndi tamam fərqli (şeytani) bir dövr, fərqli situasiyadır. Düşmənlə mübarizədə azacıq önə çıxsan, arxanda dayanan (doğma bildiyin), yaxud sağında-solunda dayanan (silahdaş bildiyin) sənə elə yerindən zərbə vurur ki, qarşındakı yağı düşmənin zərbəsindən qat-qat ağır olur... Odur ki, bu gün mübarizə meydanında olanlar doxsanlarda olanlardan qat-qat üstün sayılmalıdırlar (həm də ona g9rə ki, o vaxtlar adamın özün tuturdularsa, indi bütün nəslin tutur və ac qoyurlar). Bu gün meydanda olanlara tövsiyyəm odur ki, qarşılarındakının şər qüvvələrin təmsilçisi (Dəccalın prototipi) olduğunu nəzərə alıb, mübarizəni Allaha sığınaraq aparsınlar (peyğəmbərlərin apardıqları mübarizədən nümunə götürsünlər). Qərbə, şərqə...ümid bağladıqca mübarizə heç bir nəticə vermir....çünki, onlar zəngin Dəccalı qoyub, siz kasıbları heç vaxt müdafiyə etməzlər. Yaxın tariximiz artıq bunu sübut etmişdir. Avropalılar haqq-ədaləti ancaq özləri üçün nəzərdə tutmuşlar. Görmürsüzmü onlar Şərqdə ədalətli dövlət qurulmasında maraqlı deyillər?! Əslində onlar heç iranın da dağılmasında maraqlı deyillər. Çünki, İslama ıran qədər zərbə vuran, gözdən salan, lağ obyektinə çevirən ikinci bir dövlət yoxdur (iranın indiki mürtəce rejimin hakimiyyətə avropalılar (Fransa) gətirmədimi?) Meydana çıxıb mübarizə aparanda bir qədər diqqətli olun ki, nəyin uğrunda mübarizə aparırsınız? Əgər siz tək demokratiya uğrunda mübarizə aparırsınızsa bu artıq bizim ölkədə mövcuddur: TV kanallarında verliş aparanların 99 faizi ya geydir, ya da fahişə (qalan bir faiz də yaşına görə ola bilər ki, heç nəyə yaramasın). Siz istədiyiniz vaxt soyunub küçəyə çıxa bilərsiniz və buna görə sizə güldən ağır söz deyilməz. Bu demokratiya deyil, bəs nədir? Lakin siz kiminsə haqsız tutulmağına (haqsızlığa, ədalətsizliyə) qarşı etiraz olaraq hansısa bir idarənin qarşısına çıxanda sizləri həbs edib, müdafiəsinə qalxdığınız şəxsin yanına göndərirlər. Buradan o nəticə çıxır ki, Azərbaycanda olmayan ancaq haqq-ədalətdir və tələb olunması belə cinayət sayılan ancaq haqq-ədalətdir. Bunları nəzərə alıb, ölkəmizdə ifrat çox olan bir şey (demokratiya) uğrunda deyil, heç olmayan, zəruri ehtiyacımız olan haqq-ədalət uğrunda mübarizə apardığımızı bilməliyik və bəyan etməliyik. Bəşər tarixində Haqq (Allahın adıdır) uğrunda mübarizə Nuh Peyğəmbərdən başlayıb. Ondan sonra gələn bütün peyğəmbərlər bu mübarizəni davam etdiriblər.... Lakin, peyğəmbərlər zalıma (Nəmruda, Firona...) qarşı mübarizədə (boş ciblə, yalın əllə, az adamla) həmişə qalib gəlsələr də, onlardan sonra gələn mübarizlər (o cümlədən sizlər) bir çox hallarda zalıma məğlub olublar.... Çoxlarınız bu məğlubiyyətin səbəbini axtarırsınız (statuslarınızdan belə görürəm). Bunu nəzərə alıb, öz fikirlərimi bildirmək istəyirəm. Haqq (Allahın adı.) Uğrunda mübarizə aparan şəxs o vaxt qələbə çalır ki, özü Haqqa (Allaha) təslim olsun və bu işdə Allahdan başqa heç kəsə (nə Qarbə, nə Şərqə...,nə silahdaşa, nə doğmaya, nə xalqa... ) Güvənməsin. Azərbaycanın son 30 illik tarixində tutulan mübarizlərin hamısının üzünə güvəndikləri durub, onları şərləmədilərmi? Nə qədər acı olsa da, etiraf etməliyik ki, xalqımızın çox hissəsi "beş" manata, yaxud, bir patıya nəinki mübarizləri, hətta doğma qardaşını belə satmağa hazırdır (xalqın bu hala salındığı danılmaz faktdır). Artıq Allahdan başqa güvəniləsi bir qüvvənin qalmadığını etiraf edib, apardığımız mübarizədə ancaq Ona "stavka" etməliyik. Ona görə də haqqı tələb edərkən Haqqa boyun etməliyik. Yəni özümüz kimsənin (ətrafımızdakıların, bizdən aşağı olanların...) Haqqını tapdalamamalı, haqqına girməməliyik. Bu prinsiplərlə yaşayan adamlar apardıqları mübarizələrdə həmişə qələbə çalıblar və xalq onların qələbəsindən bəhrələnib (bütün peyğəbərlərin zalıma qələbə çalmasının sirri budur ). Qələbədən sonra aparılan düzgün siyasətlə xalqı istədiyin şəklə salmaq mümkündür (bir neçə ilə). Sonda 20 yanvarda və Qarabağda tökülən müqəddəs şəhid qanlarına xatir, Rəbbimdən Azərbaycanda haqqın, ədalətin bərqərar olmasın istəyirəm. Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi
0 Comments
Son günlər Bərdənin bir çox kəndlərində (Bəcrəvan, Hacallı, Xəsilli, Ağalı. Qaradəmirçi və s) baş verən paranormal hadisələrdən sakinlər əziyyət çəkirlər. Belə ki, el arasında Qulyabani adlandırılan varlıq axşamar tövlələri, ot tayalarını yandırır, öz bədheybət varlığını insanlara göstərərək, onları qorxuya salırlar. Polislər bu kəndlərdə mütəmadi reydlər keçirsələr də, baş verənlərin qarısını ala bilmirlər. Bundan öncə dərc olunan "Bərdədə baş verən paranormal hadislərin sirri rayonun seriyasında gizlənir" başlıqlı yazımda bu mövzuda geniş bəhs etmişəm. Bu yazıdan sonra izləyicilərimiz sual verdilər ki, polis bu cür hadisələrin qarşısını ala bilərmi? Suala cavab olaraq bildirirəm ki, Bərdədə baş verənlər paranormal hadisələrdir. Adından göründüyü kimi bu normal hadisə deyil ki, bununla hansısa dövlət qurumu məşğul olsun. Əslində bu məsələnin polis sisteminə heç bir aidiyyatı yoxdur. Bu problemlə bilicilər məşğul olmalıdırlar. Onlar bu sənəti (paralel aləmdəki məxluqlarla necə mübarizə aparmaq lazım olduğunu) oxuyub öyrəniblər. Başqa kateqoriyadan olan insanlar ona yaxınlaşa bilməzlər; çünki, onlar cin tayfasındandır; istədikləri vaxt, istədikləri adama görünər, istəməsə görünməz. O kimə görünsə adamın sinir sistemi pozular, yuxusu qaçar, əsəbləri korlanar, müxtəlif xəstəliklər yaranar.... Polislər sevinsin ki, onu görə bilmirlər. Bərdənin kəndlərində baş verən paranormal hadisələr insanların sağlamlığını, əsəbini pozur, maddi ziyan vurur... Üç həftədən çoxdur bu gərginliyi aradan qaldıra bilmirlər. Səbəb budur ki, işi mütəxəssisə tapşırmırlar. Tapşırsalar əslində onu həll etmək mütəxassis üçün bir günlük işdir. Əhalinin bu qədər əziyyət çəkməsinin digər səbəbi onların bu kimi məsələlərdə savadsızlığı, məlumatsızlığı, maariflənməməsidir. Savadlı olsaydılar bu problem başlayanda kimə müraciət etmək lazım olduğunu bilərdilər. Onda nə özləri bu qədər əziyyət çəkərdilər, nə də dövlət orqanları… Bu səbəbdən dövlətin elm, təhsil siyasətini tənqid etmək olar ki, əhaliyə düzgün təhsil vermədiyinə görə, Allahı, Peyğəmbəri, Quranı, yaradılmış varlıqları tələbələrə düzgün tanıtmadığına (məlumatlandırmadığına) görə adi bir cin basqısı olanda sakinlər nə etmək lazım olduğunu, kimə müraciət etməli olduqlarını bilmirlər. Ona görə də bir dənə qulyabani deyilən varlıq yüz minə yaxın əhalinin dincliyini pozub, külli miqdarda maddi və mənəvi ziyan vurub. Hansı ki, bu əhalinin içərisində on minlərlə “Ali təhsilli” adam var. Belə görünür ki, bu on minlərlə adamın təhsili, elmi bir qulyabaninin qarşısında acizdir. Qulyabaninin insanlarla bu cür aşağılayıcı rəftarı ölkəmizdə tədris olunan elmin, təhsilin heç nəyə yaramadığını (hətta bir qulyabanini susdura bilmədiyini) ortaya qoydu. Çünki, ökənin təhsil sistemi Allahı, Kitabı və yaranmışları nəinki tanıtmır, əksinə, bir çox məqamalrda onları inkar edən fikir formalaşdırır… Bəlkə elə ona görə Qulyabani xalqımıza dərs verir ki, Allahı və Onun yaratdıqlarını tanıyın (Bərdənin kəndlərində baş verənlər Quranın 72-ci surəsində yazılanların aşkar görünməsidir). Hər halda bu günlərdə qulyabaninin verdiyi dərs ölkənin təhsil sistemində indiyədək öyrədilənləri alt-üst etdi. Mendeleyev cədvəli saxtalaşdırıldığına görə dünyəvi elm qulyabani qarşısında aciz qalıb Sual yaranır ki, dünyəvi elm niyə paralel aləmdəki məxluqlar qarısında aciz qalıb? Səbəb budur ki, Mendeleyevin tərtib etdiyi Elementlərin Dövri Sistemi saxtalaşdırılıb. Belə ki, Mendeleyev sağ olarkən onun tərtib etdiyi cədvəldə “Nyutoniy” adlı element olmuşdur. Bu element hazırda cədvəldə yoxdur. Çünki Mendeleyevin ölümündən sonra bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr (Beynəlxalq mafiyalar) sözügedən elementi cədvəldən çıxardılar. Sübut üçün kitabxanaların fondunda olan 1906 ci ildə nəşr olunmuş “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəlinə baxmaq kifayətdir. Həmin cədvəldə sıfır qurupu vardır və bu qurupda yeganə element “Nyutoniyum”dur. (bax: aşağıdakı cədvələ) Kimyəvi işarəsi “X” olan bu element cədvəlin yuxarı sol küncündə yerləşirdi. Bu maddəyə alimlər "Dünya efiri" də deyirdilər. Cəvəldə “Efir” “Hidrogen”dən əvvəl yazılmışdı; sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). Ona Allahın nuru desək daha dəqiq olar.
Mendeleyevin vəfatından (1907) sonra, müəyyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və “sıfır” qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri bəşəriyyətdən qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Nyutoniyum” görsənmir. Çünkü “0” qrupu artıq mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya və tibb elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. Bu elementin sirrini bilən alimlər müəmmalı şəkildə öldürülür Böyük Alim Nikola Tesla (1856–1943) “Efir”dən (Nyutoniyumdan) enerji alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı (onun ixtira etdiyi və ancaq özünün sürdüyü maşına yanacaq bakı və akammulyator qoyulmamışdı). Daha sonra, enerjinin naqilsiz (!) paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti yoxa çıxardı. Oxucuda sual yaranacaq ki, “Nyutoniyum” elementi və onun faydaları bəşəriyyətdən niyə belə ciddi-cəhdlə gizlədilir? Səbəb budur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir.“Efir”in varlığını, onun sirrini bilmədən Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurslarına nəzarət edən mafiyaların marağına uyğun deyildir. Həkimlik təcrübəmiz göstərir ki, “Efir” enerjisinin sirlərini dərindən bilməklə, bir çox sağalmaz xəstəlikləri müalicə etmək mümkündür və atıq illərdir ki, pasiyentlərimizi bu metodla sağaldırıq. Aydın məsələdir ki, bütün xəstəlikləri bu elementin vasitəsi il dərmansız sağaltmaq dərman istehsalı ilə məşğul olan böyük şirkətlərə (mafiyalara) sərf etmir. Ona görə də kimya kitablarında “Nyuoniyum” elementinin tədrisinə və Elmlər Akademiyasında bu istiqamətdə elmi araşdırılmalar aparılmasına icazə verilmir. Sual verəcəksiniz ki, paranormal hadisələrin qarşısını “Efir” enerjisi ilə necə almaq olar? Adından göründüyü kimi, bu element enerjidir (nurdur). Qaranlıq işıqla yox edildiyi kimi, el arasında Qulyabani deyilən varlıqların ötürdüyü neqativ (qara) enerjini də məhz “Efir” enerjisi (Nyutoniyum) vasitəsi ilə aradan qaldırmaq mümkündür. Yuxarıda Teslanın bu metodla maşını (yanacaqsız və akamulyatorsuz) hərəkətə gətirdiyindən, enerjini naqilsiz ötürdüyündən bəhs etdik. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Artıq bu üsulla bütün xəstəliklərin müalicəsinin və paranormal hadisələrin qarşısının alınmasının mümkünlüyü tərəfimizdən sübut olunmuşdur. Qeyd edək ki, paranormal hadisələr fərdi evlərdə də baş verə bilir və bizə müraciət olunanda “Efir” enerjisinin tətbiqi ilə bunun qarşısını alırıq. Bərdə rayonunun kəndlərində baş verən paranormal hadisəlrin qarşısını da bu metodla almaq mümkündür. Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi İki gün öncə Azərbaycanın bütün xəbər portalları və sosial mediası İstanbui-Bakı reysi ilə uçmaq istəyən “A-320” təyyarəsinin havaya qalxa bilməməsi, dəfələrlə uçuşu təxirə salması ilə bağlı xəbərlər yaydılar. Məlum oldu ki, sözü gedən təyyarə yanvarın 15-də havaya qalxmalı olduğu halda, çoxsaylı cəhdlərə baxmayaraq, uça bilməyib. Nəhayət, ayın 16-da sərnişinlər başqa təyyarə ilə yola salınıb...
İlk baxışdan texniki nasazlıq kimi görünən bu hadisədə ciddi bir qanunauyğunluq üzə çıxır. Hesablamalarımız göstərir ki, ölkədə haqqı, ədaləti qoruyacağı barədə Qurana əl basıb and içənlərə İlahi mesaj verilir: ya içdiyiniz anda əməl edəcəksiz, ya da... Hadisənin Allah-taalanın xəbərdarlığı olduğunu sübut edən hesablamaları təqdim edirik: 1) Əvvəlki yazılarımızda dəfələrlə vurğulamışıq ki, Ay tutulmaları astronomik xəbərdarlıqdır; baş verəndə insan bilməlidir ki, ardıyca yerə bəlalar enəcək. Həmin bəlaya tuş gəlməmək üçün hər bir insan üç dəfə tövbə deyib, pis işlərdən çəkinməlidir. Maraqlıdır ki, “A-320”-nin qəzası riyazi yolla Ay tutulmasına və tövbəyə bağlanır. Belə ki, qəza baş verən gün 7 avqust 2017-ci il tarixli Ay tutulmasının 1985-ci günüdür ki, bundan da tövbə rəmzi olan 555 ədədini üç dəfə (tövbə üç dəfə təkrarlanır) çıxsaq, alınan ədəd uça bilməyən təyyarənin üzərindəki markanı göstərir: 1985 – 555 – 555 – 555 = 320 (!) 2) Xatırladaq ki, 2021-ci ilin yanvarın 25-də Xırdalanda həddən artıq güclü səsə malik partlayış baş verdi. Səsi hətta, ətraf rayonlarda da eşidildiyindən, əhali Bakının bombalandığını zənn edib, panikaya düşdü. Həmin gün hadisənin sirrini açan hesablamalar paylaşdıq. Hesablamalardan məlum oldu ki, hadisə İlahi xəbərdarlıqdır və bu kimi hadisələrin bir daha baş verməməsi üçün tövbə edib, doğru yola qayıtmaq (vəzifsindən aslı olmayaraq) hamıya vacibdir. Təəssüf ki, xəbərdarlığa məhəl qoyan olmadı. Hesablamalarımız göstərir ki, o vaxt xəbərdarlığa məhəl qoyan olsaydı, indi “A-320”-də qəza baş veməzdi və o rahat uçardı. Maraqlıdır ki, bu iki hadisə arasında 720 gün fərq vardır; bundan Quran rəmzlərini çıxsaq yenə də xarab olan təyyarənin markası görünür və hadisələrin Allah tərəfindən kodlaşdırılmış mesaj olması barədə verdiyimiz xəbəri bir daha təsdiq edir: 720 – 286 – 114 = 320 (!) 3) Ölkəmizə daha bir xəbərdarlıq mesajı H. Əliyev Mərkəzindəki yanğınla (27.07.2014) verildi. Elmi-lədun hesablamalarımız göstərir ki, təyyarənin xarab olması riyazi yolla bu yanğına da bağlanır (davamı olduğu görünür). Bu iki hadisə arasında 3650 gün fərq vardır ki, bundan tövbə və cəza rəmzini çıxsaq, yenə də Bakıya uça bilməyən təyyarənin markası görünür: 3650 – (555+555+555) - (555+555+555) = 320 (!) 4) Yuxarıda (eləcə də əvvəlki yazılarımızda) qeyd etdik ki, Azərbaycanda baş verən bu kimi təyyarə qəzaları və digər fəlakətlər ölkədəki zülmə, haqsızıqlığa görədir. Bu səbəbdən də bütün bu ziyanlı hadisələr riyazi yolla üçüncü andiçməyə bağlanır. Sözü gedən təyyarə xarab olanda üçüncü andiçmənin 3374-cü günü idi. Bundan Quran rəmzlərini (114, 286, 555) çıxdıqda yenə də təyyarənin markası görünür və söylədiklərimizin Allahdan olduğunu təsdiq edir: 3374 – (286+286+286) - (286+286+286) – (555+555) – (114+114) = 320 (!) 5) İstanbulda Azərbaycan təyyarəsi xarab olanda, keçən il martın 2-dən başlayan və ölkənin çox hissəsini (Daşkəsən, Lənkəran, Masallı, Şamaxı, Hacıqabul, Bakı və s) əhat edən qasırğanın 320-ci (!) günü idi. Oxucunu yormamaq üçün siyahını uzatmıram. Faktlardan görünür ki, Bakıya uçmalı olan təyyarənin xarab olma səbəbi ALLAHIN göndərdiyi əvvəlki xəbərdarlıqlardan nəticə çıxarılmamasıdır. Şükür edin ki, təyyarə havada olarkən xarab olmadı. Onda halınızı təsəvvür edirsinizmi? Bu xəbərdarlığı da qulaqardına vurarsınızsa, növbəti dəfə KİMİN təyyarəsinin xarab olacağını bilirsinizmi? O vaxt təyyarənizin yerdə xarab olacağına əminsinizmi? Əmin deylsinizsə, onda niyə özünüzü bu qədər təkəbbürlü və lovğa aparırsınız? Niyə haqqa təslim olmursunuz və tabeçiliyinizdə oanlara bu qədər zülm verirsiniz? Bunca var-dövlətiniz və qoruyucularınız sizi bir təyyarə qəzasından qorumaq gücündə deyilsə onlara bu qədər güvənməyə dəyərmi?... “Bu əsgərləriniz və köməkçiləriniz (qoruyanlarınız) kimdir ki, onlar sizi Allahın əzabından qurtara bilsinlər? Kafirlər sadəcə aldanmaqdadırlar”. “Hakimiyyət” surəsi, 20-ci ayə Xəbərdarlığı şərh etdi: Paşa Yaqub – Həkim, elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmııq”. (Quran)
Xəbər verildiyi kimi, 15 yanvar tarixində Nepalda göyərtəsində 72 nəfərin olduğu “ATR-72” təyyarəsi qəzaya uğradı. Qəzaya düşmə anının sərnişinlərin birinin telefonundan “təsadüfən” (Əslində həyatda təsadüf olmur; hadisəni Allah bizə canlı göstərirdi ki, ibrət alaq.) canlı yayımlanan bu hadisəni çoxunuz görmüsünüz. İndi sizə hadisənin qanunauyğunluqlarını və Allah-taalanın bəşər övladına xəbərdarlıq mesajı olması barədə faktları təqdim edəcəyik: 1) Yadınıza salaq ki, keçən ilin 5 noyabrında eyni markalı (ATR-42) təyyarə Tanzaniyada qəzaya uğrayaraq, Viktoriya gölünə düşdü. Maraqlıdır ki, bu iki analoji hadisə arasında 72 (!) gün fərq vardır ki, bu da iki gün öncə canlı yayımda qəzaya uğrayan təyyarənin üzərində həkk olunub. 2) Xatırladaq ki, bir neçə ay öncə Orta Asiyada (Qazaxstan, Qırğızıstan Özbəkistan...) ölkələrində eyni anda enerji böhranı baş verdi (24.01.22). Bu hadisənin 358-ci günü isə, Neplda sözü gedən qəza baş verdi. Aradan keçən günlərin sayından orjinal Quranın səhifələrinin sayını (kodladırılmış möhürü) çıxsaq, yenə də alınan ədəd qəzaya uğrayan təyyarənin markasını göstərir: 358 – 286 = 72 (!) 3) Xatırladaq ki, 11 iyul 2021-ci il tarixdə Hindistanda 38 nəfəri eyni vaxtda ildırım vuraraq öldürdü. Nepalda 72 (!) nəfərin ölümünə səbəb olan təyyarə qəzası baş verəndə həmin hadisənin 555-ci günü idi ki, bu da Quranda tövbə və cəza rəmzi sayılmaqla, bütün bu kimi qəzaların üzərində görünür. Siyahını çox uztmaq olar; lakin oxucunu yormaq da düzgün deyil... Bütün bunlar onu göstərir ki, baş verən bu və digər qəzaları təsadüfü saymaq olmaz. Bütün bunlar ciddi bir qanunauyğunluğa tabe olmaqla, Allahdan bəşəriyyətə gələn xəbərdarlıq mesajıdır. İnsan oğlu bu xəbərdarlıqlardan nəticə çıxararaq, pis işlərinə (günahlarına, pozgun həyat tərzinə...) tövbə deməli, gözəl işlər, gözəl əməllərlə məşğul olmalıdır. Əks halda daha böyük faciələrlə qarşılaşa bilər. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Son günlər Bərdənin bir çox kəndlərində (Bəcrəvan, Hacallı, Xəsilli, Ağalı. Qaradəmirçi və s) baş verən paranormal hadisələrdən sakinlər əziyyət çəkirlər. Belə ki, el arasında Qulyabani adlandırılan varlıq axşamar tövlələri, ot tayalarını yandırır, öz bədheybət varlığını insanlara göstərərək, onları qorxuya salırlar. Polislər bu kəndlərdə mütəmadi reydlər keçirsələr də, baş verənlərin qarısını ala bilmirlər.
İki gün öncə bu barədə "Bərdədə baş verən paranormal hadislərin sirri rayonun seriyasında gizlənir" başlıqlı yazımda geniş bəhs etmişəm. Bu yazıdan sonra izləyicilərimizdən biri sual verdi ki, polis şöbəsində bu barədə heç bir fakt qeydə alınmayıb, siz bunları hardan bilirsiniz? Suala cavab olaraq bildirirəm ki, Bərdədə baş verənlər paranormal hadisələrdir. Adından göründüyü kimi bu normal hadisə deyil ki, bununla hansısa dövlət qurumu məşğul olsun. Əslində bu məsələnin polis sisteminə heç bir aidiyyatı yoxdur. Bu problemlə parapsixoloqlar, ekstrasenslər, bilicilər məşğul olmalıdırlar. Onlar bu sənəti (cinlərlə necə mübarizə aparmaq lazım olduğunu) oxuyub öyrəniblər. Polis akademiyasında belə bir fənn (cintutma, cinçıxarma) öyrədilmədiyinə görə polis etiraf etməlidir ki, biz bu problemi həll edə bilmərik. Məsuliyyəti üstünə götürməməlidir. Amma təəssüf ki, bizim anormal cəmiyyətimizdə heç kəs öz işiylə məşğul olmur. İH-ləri özünü polis kimi aparır, polislər də ekstrasenlərin işini görmək istəyirlər, gedib Bərdənin kəndlərində cin, qulyabani qovurlar... Təbii ki, tuta bilmirlər. Tuta da bilməzlər, çünki, onlar cin tayfasındandır; istədikləri vaxt, istədikləri adama görünər, istəməsə görünməz. O kimə görünsə adamın sinir sistemi pozular, yuxusu qaçar, əsəbləri korlanar, müxtəlif xəstəliklər yaranar.... Polislər sevinsin ki, onu görə bilmirlər. Cin, qulyabani tutmağı polisə həvalə etmək ona bənzəyir ki, sıravi bir adama tapşırasan ki, on min voltluq elektrik xəttinin dirəyinə çıx, ora naqil bağla. Bu vaxt nə baş verər? O baş verər ki, naqilə yaxınlaşmağa bir neçə metr qalmış adamı cərəyan vurub öldürər.... Amma bu işi mütəxəssisə həvalə etsən, heç bir bədbəxt hadisə baş vermədən problemi qısa vaxtda həll edər. Bərdənin kəndlərində baş verən paranormal hadisələr insanların sağlamlığını, əsəbini pozur, maddi ziyan vurur... Üç həftədən çoxdur bu gərginliyi aradan qaldıra bilmirlər. Səbəb budur ki, işi mütəxəssisə tapşırmırlar. Tapşırsalar əslində onu həll etmək mütəxassis üçün bir günlük işdir. Əhalinin bu qədər əziyyət çəkməsinin digər səbəbi onların bu kimi məsələlərdə savadsızlığı, məlumatsızlığı, maariflənməməsidir. Savadlı olsaydılar bu problem başlayanda kimə müraciət etmək lazım olduğunu bilərdilər. Onda nə özləri bu qədər əziyyət çəkərdilər, nə də polislər.... O ki qaldı polisdə bu kimi hadisələrin rəsmiləşdirilməməsinə, tayanı yandıran qulyabaninin adı, familyası, ünvanı məlum olmadığından, işi bağlamaq mümkün deyil. Ən asanı heç qeydə almamaqdır. Əslində bu da doğru variant deyil. Ən doğrusu “bu bizim sahəyə aid deyil” deməkdir. Həmin kəndlərdən bir neçə nəfər bizə zəng edib. Danışıqlarından hiss olunurdu ki, hadisələri gizli saxlamaq, kənara sızdırmamaq qeri-rəsmi tapşırılıb. Bu da ondan irəli gəlir ki, cinlərin törətdikləri yanğınların qarşısının alınmamasında polis özünü sorumlu bilir; yaxud da, sorumlu çıxarılacağından qorxur. Bu səbəbdən polis hadisələrin gizli qalmasına, kənara sızmamasına cəhd edir.... Əslində yuxarıda qeyd etdiyim kimi, burada nə polisi, nə də digər bir dövlət qurumunu günahlandırmaq düzgün olmaz. Burada hansısa bir qurumu sorumlu bilmək ona bənzəyir ki, 9-10 ballıq zəlzələ baş verə, uçan binalara görə Fövqəladə Hallar Nazirliyini töhmətləndirəsən ki, zəlzələnin qarşısını niyə almadın? Təbii ki, bu cür ittiham absurd olardı. Burada ancaq dövlətin elm, təhsil siyasətini tənqid etmək olar ki, əhaliyə düzgün təhsil vermədiyinə görə, Allahı, Peyğəmbəri, Quranı, yaradılmış varlıqları tələbələrə düzgün tanıtmadığına (məlumatlandırmadığına) görə adi bir cin basqısı olanda sakinlər nə etmək lazım olduğunu, kimə müraciət etməli olduqlarını bilmirlər. Ona görə də bir dənə qulyabani deyilən varlıq yüz minə yaxın əhalinin dincliyini pozub, külli miqdarda maddi və mənəvi ziyan vurub. Hansı ki, bu əhalinin içərisində on minlərlə “Ali təhsilli” adam var. Belə görünür ki, bu on minlərlə adamın təhsili, elmi bir qulyabaninin qarşısında acizdir. Qulyabaninin insanlarla bu cür aşağılayıcı rəftarı ölkəmizdə tədris olunan elmin, təhsilin heç nəyə yaramadığını (hətta bir qulyabanini susdura bilmədiyini) ortaya qoydu. Çünki, ökənin təhsil sistemində Allahı, Kitabı və yaranmışları nəinki tanıtmırlar, əksinə, bir çox məqamalrda onları inkar edən fikir formalaşdırırlar… Bəlkə elə ona görə Qulyabani xalqımıza dərs verir ki, Allahı və Onun yaratdıqlarını tanıyın (Bərdədə baş verənlər Quranın 72-ci surəsində yazılanların aşkar görünməsidir). Hər halda bu günlərdə qulyabaninin verdiyi dərs ölkəmizin təhsil sistemində indiyədək öyrədilənləri alt-üst etdi. Bərdədə baş verən paranormal hadisələrdə acizliyi üzə çıxan və bu işdə əsas sorumlu sayılacaq bir zümrə oldu; ancaq o zümrə heç kəsin nə ağlına gəldi, nə də yadına düşdü. O zümrə din xadimləri - mollalar idi. Axı burada söhbət Quranın "Cinlər" surəsində bəhs olunan varlıqlardan gedir. Hansı ki, bizim dinimizə görə “Bismillah” kəlməsi deyiləndə onlar getməli idi. Bəs niyə getmədilər? Ona görə getmədilər ki, o kəlməni deyənlər mömün deyillər, halal yaşamırlar. Mömün kəs “Bismillah” deyəndə cinlər yox olmalıdırlar. Bu hadisə Bərdənin yeddipara kəndində bir nəfər də olsun mömün yaşamadığını sübut etdi (!). Demək indiyədək o kəndlərdəki mollalara dövlətin verdiyi əmək haqqı, insanların verdiyi nəzir-niyaz boşunaimış. Boşuna olmasaydı, mollanın görməli olduğu işin ardıycan polis getməzdi... Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi Son günlər Bərdə rayonunun bir çox kəndlrində paranormal hadisələr baş verməkdədir. Belə ki, bədheybət varlıqlar (camaat onları qulyabani adlandırır) kəndlərə hücum edərək, tövlələri, ot tayalarını yandırır, insanlara ziyan vurmaqla, gecələr onlarda qorxu, vahimə, həyəcan yaşadırlar. Axşam olanda sakinlər qorxularından bayıra çıxa, həyətə düşə bilmirlər... Kəndlərdə polis postları, kameralar qurulsa da, bu qorxunc varlıqların (cinlərin) qarşısın ala bilmirlər. Onların kamera görüntüləri belə insanlarda qorxu, vahimə yaradır...
Elmi-lədun hesablamalarımız göstrir ki, qorxulu varlıqların Bərdə rayonuna kütləvi və açıq hücumunun sirri rayonun seriyasında (9) gizlənir. Hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün 9 rəqəminin hikmətlərinə nəzər salaq. Quran niyə məhz 114 surədir? Kainatın 4 cəhətdən; təbiətin 4 fəsildən ibarət olmasını; insanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi ilə gəlir (9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan Quranda tövbə rəmzi sayılır) və sayı 11 olan (9, 19, 29, ...... 109) bu surələrdəki ayələri cəmləsək 555 ədədi alınır: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, tövbə və cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, tövbə və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Buradan məlum oldu ki, Bərdə rayonunun rəmzi (seriyası) olan 9 rəqəmi Quranda tövbə rəmzidir. İnsanların günahları həddən artıq çoxaldığına və tövbə etmədiklərinə görə Allah-taala müxtəlif bəlalar göndərir ki, onun da biri gözə-görünməz qüvvələrdir (onlar istəyəndə vahimə yaratmaq üçün görünə bilirlər). Diqqətinizi 9 rəqəmində olan digər hikmətlərə cəlb etmək istərdik. Belə ki, 9-cu surə (“Tövbə”) yeganə surədir ki, “Bismillah”sız başlayır. Belə ki, Quranda “Bismillah” kəlməsi 114 dəfə keçsə də, 9-cu surədə bu kəlmə keçmir. Əvəzində “Qarışqalar” (28) surəsində Süleyman Peyğəmbərin Bəlqisə yazdığı məktub “Bismillah” kəlməsi ilə başlayır ki, bununla da həmin surədə bu kəlmə iki dəfə keçmiş olur. Beləliklə, “Bismillah” kəlamının sayı 114-ə çatır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 28-ci surədə “Bismillah” sözü iki dəfə keçir; həm də cinlər padişahı Süleyman Peyğəmbərin dili ilə (Süleyman Peyğəmbər elmi qarışqadan öyrəndiyini demişdi). Bu təsadüfdürmü? Bunun təsadüf olmadığı ondan görünür ki, Quranın “Cinlər” surəsi məhz 28 (!) ayədən ibarətdir. Bununla Allah-taala bizlərə işarə verir ki, qulyabani dediyiniz cinlərin toxunmasından, hücumundan qorunmaq istəyirsinizsə, hər işə “Bismillah”la başlayın və Allaha sığının. Belə etməyəndə və günahlarınız çoxalanda cinlər (qulyabanilər) insanlara hücum edir, vahiməyə salır (bəşər tarixində cinlərin, ruhi varlıqların insanların üzərinə göndərilməsi barədə Quranda çoxsaylı faktlar var)... Yeri gəlmişkən, onu da qeyd edək ki, XXI əsr başlayandan “Quran” ikinci dəfə yaşanmağa başlayıb. Yəni, müqəddəs kitabda təsvir olunan bütün hadisələrin (əhvalatların) analoqu 2-ci (!) dəfə görünür. Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” (9) surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, həmin ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən böyük Həcc günü (Qurban bayramında) müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (Bax:“Tövbə” (9) surəsinin ilk üç ayəsinə). Dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Müraciətimdə 22 iyindan etibarən Yerə böyük bəlalar enəcəyini xəbər verdim və sübutlar (hesablamalar) təqdim etdim… Nəhayət, 22 iyunda (2002) Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə 22 təkan qeydə alındı və bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər, yanğınlar və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. 9-cu surənin “Bismillah”sız başlamasından və ilk üç ayəsindən görünür ki, bu surə 22-ci (Həc) surənin davamıdır. "22"nin "9"a çevrilməsi “Quran”da olduğu kimi, fizika elmində də özünü büruzə verir. Belə ki, bütün cihazlarınızın üzərində 220 ədədi həkk olunub (həmçinin, insan da 220 sümüyün birləşməsindən yaranıb. Deməli 220 ədədi insanın da üzərində həkk olunub). İndi isə, məişətimizdə işlətdiyimiz cihazların daxilində qoyulmuş transformatorların funksiyasına nəzər salaq: bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a (!) çevirirlər. Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ-nin sərhədləri daxilində hərəkət etməlidir; öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir.) qanunlarına tabe olmayıb, enerjisini günah işlərə (özündən aşağılara zülm etməyə, pozğun həyat tərzi keçirməyə, insanları aldatmağa...) sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (o cümlədən cinlərin hücumunun) artması da məhz bu amillərlə əlaqədardır... Odur ki, insanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olub-olmamasından aslı olmayaraq özlərindən aşağı təbəqələrə zülm etməməli, haqqı, ədaləti qorumalı, biri-birlərini aldatmamalı, pozğun həyat tərzindən uzaqlaşmalı, harama meyl etməməli, tərəzidə, verdikləri sözdə... düz olmalıdırlar. Belə etsələr gələn bəlalardan və cinlərin hücumundan qurtula biləcəklər. Yuxarıda 22-nin 9-a çevrilməsindən bəhs etdik. Bu ədədlərin fərqi 13-ə bərabər olduğundan (22 - 9 = 13) bir qədər də 13 ədədi barədə danışmağı vacib bilirik. Yeri gəlmişkən, onu da diqqətinizə çatdıraq ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13) Maraqlıdır ki, 13 ədədindəki hikmət kimya elmində də özünü biruzə verir. Belə ki, Mendeleyev cədvəlindəki 13-cü (!) element Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi fizika elmidə də həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə yükü 13-dən keçir və həyəcanlanır; yükünü ötürməklə boşalır... beləliklə, enerji ötürülməyə (naqillə axımağa) başlayır... İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə əlaqədardır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Beləliklə bəd xəbər sürətlə ötürülməyə başlayır... Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür. Həmçinin, təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da göz yaşı ilə boşaldır... Həyəcanlanma ilə bağlı diqqətinizi başqa bir maraqlı məqama cəlb etmək istəyirik. Yəqin çoxlarınız fikir vermiş olar: insanda həyəcan yarananda bu həyəcana ilk reaksiyanı bağırsaq verir. Yəni, beyinə həyəcanlı xəbər (siqnal) gələndə bağırsaqda kəskin sancı yaranır... Biologiya elmi təsdiq etmişdir ki, hər bir insanda bağırsağın uzunluğu 13 (!) metrdir ki, bu da həyəcan rəmzidir. Maraqlıdır ki, 114 ədədi (114-cü ayə) Quranda məhz 13 dəfə keçir (digər surələrdə ayələrin sayı 114-dən azdır). 13 ədədinin quruluşuna diqqət etsək, buradakı 1 “Əlif”ə, 3-ü isə üzü yuxarı qoysaq “Lam”a bənzəməklə, ərəbcə ALLAH sözünə bənzədiyini görmək olar. Təsadüfü deyildir ki, insanlar cinlərin hücumundan həyəcanlanarkən ilk olaraq yadlarına düşən söz “Bismillah” olur və sığınacaqları yer Allah olur. Buradan aydın olur ki, insanların günahları çoxaldıqca Allahdan uzaqlaşırlar. Cinlər hücum etdikdə isə, insanda həyəcan yaranır və istər-istəməz yadlarına Allah düşür və Ona sığınırlar. Əgər insanlar hər zaman işə başlarkən “Bismillah” desəydilər, yedikləri heyvanların başını “Bismillah” deyib kəssəydilər, haramdan, günahdan uzaq dursaydılar nə cinlər hücum etməz, nə də həyəcan, xəstəlik yaranmazdı. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün Bərdə rayonunda yaşanan həyəcanlı hadisələr tək orada yaşayan əhaliyə deyil, bütün Azərbaycan xalqına verilən mesajdır ki, ağlınızı başınıza (başda 22 sümük var) yığın, enerjinizi 9-a çevirin (tövbə edin); əks halda belə həyəcanlı hadisələr hamınızın başına gələ bilər: 22 – 9 = 13 Söz ardı: cinlərdə olan enerji dalğalarının tezliyi insandakından qat-qat yüksəkdir. Bu neqativ dalğalar onunla üz-üzə gələn insanın sinir sisteminə güclü zərbə vurur. Nəticədə insanda daim qorxu (panikatak), həyəcan, sinir ağrıları... və yaxud sinir sisteminin pozulması baş verə bilir (bunu TV dalğalarının vurulması ilə müqayisə edin). Belə hallara qarşı tibb elmi aciz qalsa da, bizim yaratdığımız Elmi-lədun müalicə metodu bu kimi halları asanlıqla (dərmansız) aradan qaldırır. Sirlər üzərindən pərdələri qaldırdı: Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi "Bərdə kəndlərində qulyabani tüğyan edir! Qardaş qonşu qardaşın evinə keçə bilmir, insanlar gecə olanda əl-ələ tutub gəzirlər; insanlar qorxu və vahimə içində qıvrılırlar. Axşam olanda tövlələr, ot tayaları hansısa bədheybət varlıqlar tərəfindən yandırılır, insanlara maddi və mənəvi ziyan vurulur. Dəhşətdir".
"Son günlər Bərdənin kəndlərində qorxulu varlıqlarla qarşılaşan bir neçə nəfər ürəktutmadan dünyasını dəyişib".... Bu cür paylaşımlarla son günlər Bərdə rayonundan olan sosial şəbəkə istifadəçiləri haray çəkib kömək istəyirlər. Ancaq onların harayına hay verəcək bir qurum, bir orqan, təşkilat yoxdur. Bu varlıqlar daha əvvəl başqa rayonlarda da insanlara ziyan vurmuşdular. Onda da bunların qarşısını alacaq bir qurum (ekstrasenslər, parapisxoloq təşkilatları) olmadığından, bu problemi həll etməyi polislərə (?) həvalə etmişdilər. Polislər də həmin kəndlərdə çoxsaylı postlar qurub, qulyabanilərlə bir müddət “qaçdı-tutdu” oynadıqdan sonra cinlərlə bacarmadıqlarını görüb, işi bağlamaq üçün dedilər filan ruhi xəstə edirdi, çağırdıq danladıq falan... bununla da başlarından elədilər... Bütün bunlar əslində polisin qabiliyyətsizliyindən deyil, cəmiyyətin anormallığından yaranır. Normal cəmiyyətlərdə başa düşürlər ki, polis cin tutan orqan deyil; gözlə görünən cinayətkar insanları məsuliyyətə cəlb etmək üçündür. Ona görə də belə problemlər yarananda onlar bunu ekstrasenslərə, parapsixoloqlara... həvalə edirlər. Bizdə isə, əksinə, hər işi polisə həvalə etdikləri kimi, elə bilirlər cinləri, qulyabaniləri də polisə həvalə etmək olar. “İtin qabağına ot, atın qabağına ət” qoyduğumuza görə bu gün Bərdə rayonunun bir çox kəndlərində əhali iki həftədən çoxdur ki, qorxu, əsəb, stress içindədir; hətta, qorxudan ürəyi tutub ölənlər də var. Bu gün dünya ölkələrinin böyük əksəriyyətində ekstasenslər birliyi, yaxud, parapsixoloqlar cəmiyyəti fəaliyyət göstərir və belə paranormal halların qarşısını alırlar. Azərbaycan dünyada az sayda ölkələrdəndir ki, burada bu cür təşkilat və yaxud, cəmiyyət fəaliyyət göstərmir. Ona görə də bu sahədə qabiliyyəti olan mütəxəssislər xaricə (əsasəndə Rusiya və İsrailə) üz tuturlar. Ölkəmizdə qeyri rəsmi fəaliyyət göstərən ekstrasenslər də heç vaxt özlərini aşkar biruzə vermirlər. Yəni,ruhi varlıqların hücumu bu cür kütləvi hal alanda ekstrasens və parapsixoloqlar olaya aşkar müdaxilə edə bilmirlər (bunu qadağan edən qanunlardan çəkinirlər). Açığını desək indiyədək evində belə paranormal hallar baş verən vətəndaşlarımızdan mənə müraciət edənlər çox olub. Elmi-lədun bilicisi olaraq müraciət edənlərə kömək etmişəm. Bərdə rayonunun hazırda əziyyət çəkən sakinlərinə də köək etməyə hazıram. Bir şərtlə ki, ya dövlət səviyyəsində, ya da fərdi qaydada bizə müraciət olunsun. Paşa Yaqub, Psixoterapevt, Elmi-lədun bilicisi “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Dünən (8 yanvar) Sədərərk TM-də güclü yanğın baş verdi. Nəticədə qırxdan çox mağaza yandı, insanlara böyük miqdarda maddi və mənəvi ziyan dəydi. Elmi-ldun hesablamalarımız göstərir ki, hadisə ciddi bir qanunauyğunluqla baş verib və riyazi yolla özündən əvvəlki böyük yanğınlara bağlanır: 1) Yadınıza salaq ki, 3 iyul 2021-ci il tarixdə gecə saatlarında Xəzər dənizindən böyük bir alov qalxdı. Güclü partlayışdan sonra yaranan bu alov o qədər yüksəlmişdi ki, Azərbaycanın bir çox rayonlarından görünür və əhalini qorxuya salırdı. Üstəlik gecə saatları olduğundan rəsmi məlumat verilmirdi və bu da sosial şəbəkələrdə bir çox (guya Rusiya neft quyularımızı bombalayır, Bahar yatağında partlayış olub və s) şayələrin yayaılmasına səbəb oldu. Nəhayət, ayın 4-də rəsmi məlumat yayıldı ki, Xəzərin Azərbaycan sektorunda vulkan püskürüb. Həmin gün yaydığımız açıqlamada hesablamalarla bildirdik ki, bu hadisə Allahdan gələn xəbərdarlıq mesajıdır, xalqımız zalımın yolunu tutduğuna görə tövbə edib, doğru yola dönməlidir; əks halda daha böyük həyəcanlar yaşamalı olacaqlar... Təəssüf ki, xalq bizim xəbərdarlığımızı qulaqardına vurdu. Maraqlıdır ki, Sədərəkdə dünənki yanğın riyazi yolla Xəzrdəki həmin həyəcan yaradan yanğına bağllanır. Belə ki, bu iki analoji hadisə arasında 555 (!) gün fərq vardır ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır (əvvəlki yazılarımızda bu ədədin sirlərindən geniş bəhs etmişik). 2) Sədərəkdə baş verən sözü gedən yanğın Binəqədi rayonunda 16 mərtəbə binada baş verən və bir neçə nəfərin ölümünə (sonradan xeyli insanın xəstəliyinə) səbəb olan yanğın hadisəsinə (19.05.2015) də bağlanır. Bu iki hadisə arasında isə, 2.792 gün fərq vardır ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də yuxarıda qeyd etdiyimiz tövbə və cəza rəmzi alınar, hadisələrin Allah tərəfindən xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edər: 2792 – (286+286) – (555+555) = (555+555) 3) Yadınızdadırsa keçən il martın sonunda Lerikdə torpaq sürüşməsi, Nehrəmdə isə, məktəbin çökməsi insan təlafatı ilə nəticələndi. Dünən Sədərək TM yananda həmin hadisələrin 286-cı (!) günü idi ki, bu da Yaradanın kodlaşdırılmış möhürü olaraq bütün xəbərdarlıq mesajlarının üzərinə vurulur. 4) ...Sözü gedən yanğın hadisəsi Gəncədə bina partlamasına (2018), Zaqataladakı dağıdıcı zəlzələlərə (2012, 2018), Cində göydələnin yanmasına (114 gün öncə) və s böyük hadisələrə də bağanır ki, oxucunu yormamaq üçün bunların hesablamalarını vermirik. Hesab edirik ki, arifə bir işarə də kifayətdir (nəticə çıxaran bunlardan da çıxarar). Çalışın baş verənlərdən nəticə çıxarın. Yəni, haqsızlığa, ədalətsizliyə, zülmə son qoyun; zalımın ardıycan getməyin! Tövbə edib, doğru yola dönün! Əks halda yanğınlar və bu kimi fəlakətlər ölkəmizi saracaq! Nə qədər gec deyil, ayılın! Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Zalıma gələn bəla niyə xalqa dəyir? “Siz (zülm etməkdə) həddi aşan bir qövmsiniz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” “Qızıl bəzəklər” surəsi, 5-ci ayə. Xəbər verildiyi kimi, dünən (6 yanvar 2023) Gədəbəydəki qızıl mədənində yanğın baş verdi. Nəticədə qızıl əridən fabrik yanmaqla, xeyli sayda işçi tüstüdən zəhərləndi. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfən baş verməyib, ciddi qanunauyğunluğa tabedir. Araşdırmalarımızdan məlum olur ki, baş verən bu yanğın ölkədəki haqsızlığa, ədalətsizliyə, sərvətlərin talanmasına görə ALLAHDAN gələn bir xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Yadınıza salaq ki, keçən il 4 mart tarixində 166 saylı marşrut avtobusu insan təlafatıyla nəticələnən qəza törətdi. Gədəbəydəki yanğın bu qəzanın 307-ci günü baş verdi ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd rayonun seriyasını göstərir: 307 – 286 = 21 2) Qızıl mədənində baş vermiş yanğın astronomik xəbərdarlıqlarla da əlaqələnir. Belə ki, 26.05.2021-ci il tarixli Ay tutulmasının 593-cü günüdür ki, bundan da Quranın səhifələrinin sayını (başqa sözlə, Allahın kodlaşdırılmış möhürünü, imzasını) çıxsaq, yenə də Gədəbəyin seriyası (rəmzi) görünür və hadisənin Allahın elmiylə baş verdiyi aydın olur: 593 – 286 – 286 = 21 3) Qızıl fabrikində yanğın baş verəndə 10 iyun 2021-ci il tarixli Günəş tutulmasının 576-cı günüdür ki, bundan tövbə və cəza rəmzini çıxsaq, yenə də Gədəbəyin seriyası görünər və hadisənin təsadüf olmadığı, ALLAHDAN bir xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 576 – 555 = 21 4) Əvvəlki yazılarımızdan gördüyünüz kimi, Azərbaycanda baş verən bütün bu kimi faciyəvi hadisələr hamısı dövlət səviyyəsində baş tutuan andiçmə mərasimlərinə bağlanır. Yəni, Qurana yalandan and içib, əməl etməmək həm Azərbaycan xalqına, həm də onu idarə edənlərə faciələr hesabına başa gəlir. Sözü gedən yanğın hadisəsi də bu qəbildəndir. Belə ki, bu yanğın üçüncü andiçmənin 3.361-ci günüdür ki, bundan da yuxarıdakı Quran rəmzlərini çıxsaq, yenə də yanğın baş verən rayonun seriyası görünür və Allahın xəbərdarlığı olduğunu bir daha təsdiq edir: 3361 – (7 x 286) – (555 + 555) – (114 + 114) = 21 Andiçmədən söz düşmüşkən, 19 okyabr 2013-cü il arixdə baş tutan üçüncü andiçmə günü Ay tutulması baş verdi ki, bu da bir əlamət idi. Bu hadisədən sonra Azərbaycanda baş verən bütün fəlakətlər riyazi yolla həmin andiçmə mərasiminə bağlanır. Bunu aşağıdakı faktlardan görmək olur: 1) 3 iyul 2018-ci il tarixdə baş verən və ölkəmizi günlərlə (həftələrlə) qaranlığa qərq edən enerji böhranı üçüncü andiçmənin 1716-cı günü baş verdi: 1716 – (286 + 286 + 286) = (286 + 286 + 286) 2) 23 fevral 2016-cı ildə enerji kəsildiyindən Bakı-Sumqayıt qatarı yolda qaldı. Dəmir yolunda bütün qatarların hərəkəti iflic oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin gün üçüncü andiçmənin 858-ci günü idi ki, bundan da Allahın kodlaşdırılmış möhürü (asan imzası) olan 286 ədədini çıxsaq, yenə də Quran rəmzi alınır: 858 - 286 - 286 = 286 3) Üçüncü andiçmənin 114-cü günü – 10 fevral 2014-cü il tarixdə ölkəmizdə 5,5 bal gücündə zəlzələ baş verdi. Yerin 10 km dərinliyində baş verən bu zəlzələ demək olar ki, bütün Azərbaycanı silkələdi. 4) 29 sentyabr 2014-cü il tarixdə Azərbaycanın Qərb bölgəsində (Gəncəbasardan Qəbələyədək) 6 bal zəlzələ baş verdi. Nəticədə yaşayış binalarında çatlar yaranmaqla, böyük bir həyəcan yaşandı. Həmin gün üçüncü andiçmənin 342-ci günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda yenə də Quran rəmzi alınır və hadisənin ALLAHIN qəzəbinin təzahürü olduğu bir daha aydın olur: 342 – 114 – 114 = 114 5) Üçüncü andiçmənin 286-cı günü (27.07.2014) isə, Heydər Əliyev Mərkəzində yanğın baş verdi (həmin tarixdə digər böyük bir hadisə də baş verdi ki, o barədə rəsmi informasiya verilmədiyindən burada qeyd etmirik). 6) 4 sentyabr 2015-ci il tarixdə Şəkidə 7 ballıq zəlzələ baş verəndə üçüncü andiçmənin 684-cü günü idi ki, bu da Quran rəmzi olan 114 ədədinin altı mislidir: 684 – (114 + 114 + 114) = (114 + 114 + 114) 7) Üçüncü andiçmə mərasiminin 555-ci (!) günü Bakı-Böyükkəsik qatarı qəzaya uğradı (28.04.2015). Həmin istiqamətdə gün ərzində bütün qatarların hərəkəti dayandı. Xatırladaq ki, 19 avqust 2015-ci il tarixdə zalımların vətəni olan Naxçıvandan havaya qalxmaq istəyən “Boeng-757” təyyarəsində qəza baş verdiyindən uçuş təxirə salındı. Maraqlıdır ki, həmin gün üçüncü andiçmənin 669-cu günü idi ki, bndan da Quran rəmzini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınar: 669 – 114 = 555 9) 2021-ci ilin 24 avqust tarixi Gəncəbasar bölgəsində yaşayanların yaddaşlarından yəqin ki, heç vaxt silinməyəcək. Çünki, həmin gün elə bir ildırım hadisəsi baş verdi ki, nəinki o bölgədə yaşayanlar, hətta, dünyanın heç bir yerində insan oğlu elə bir ildırım çaxması görməmişdi. Gəncə və ətraf ərazi bir saata yaxın sanki tamamilə ildırımın alovuna bürünərək qaldı. Şəhəri ildırım sardığından insanlar vahiməyə düşdülər. Hadisədən şəhərin enerji sisteminə böyük ziyan dəydi və bölgə günlərlə qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin gün üçüncü andiçmənin 286(0)-cı günü idi ki, bu da yalandan and içib əl basdıqları “Quran”ın səhifələrinin on mislidir: 286(0) – (286 + 286 + 286) - (286 + 286 + 286) - (286 + 286 + 286) = 286 11) keçən il iyunun 6-da Lənkəranda qasırğa baş verəndə üçüncü andiçmənin 3146-cı günü idi ki, bu da Quranın səhifələrinin on bir mislidir: 3146 : 11 = 286 12) Keçən ay Bakı-Quba yolunda ölümlə nəticələnən avtobus qəzası da üçüncü andiçmənin 3340-cı günü baş verdi ki, burada da yuxarıdakı Quran rəmzləri aydın görünür: 3340 - (286 + 286 + 286) - (286 + 286 + 286) – (555 + 555) – (114 +114) = 286 Oxucunun yorulmaq problemi olmasaydı siyahını bir neçə səhifə uzadardıq və rayonlarda baş verən bütün təbii fəlakətlərin (qasırğa, zəlzələ, yanğın, daşqın, avtobus qəzası (şəxsi avtomobillər xaric), binalardakı partlayış və yanğınlar...) hamısının riyazi yolla üçüncü andiçməyə bağlandığını aydın görərdiniz... Oxucuda sual yaranacaq ki, dövlət səviyyəsində dörd dəfə andiçmə olduğu halda, ölkədəki fəlakətlər niyə məhz üçüncü andiçməyə bağlanır? Bunun səbəbi odur ki, Qurana and içəndə (yaxud, tövbə edəndə) bu and üç dəfə təkrarlanır. Ona görə də üçüncü andiçmədən sonra ölkəyə ard-arda bəlalar gəlir (getdikcə bəlalar böyüyür və sürətlənir). Tez-tez sual verirlər ki, and içib, əməl etməyən rəhbərdirsə, bəla niyə xalqı tutur? Cavab: rəhbəri o məqama yüksəldən xalq olduğuna görə, onun etdiyi bütün günahlara xalq şərikdir. Allah və bu sətirlərin müəllifi (eləcə də oxucuların çoxu) şahiddir ki, xalq bu günahı bilərəkdən edib və ona heç kəs zor tətbiq etməyib (istəməsəydi pərdə arxasında başqa cür hərəkət edərdi və günaha batmazdı). Ən pisi də odur ki, xalq bu boyda günaha batdığını (onun səhvi ucbatından millətə zülm olunduğunu, sərvətlərin oğurlandığını, haqq deyənlərin zindanlara atıldığını, yaxud. öldürüldüyünü) gördüyü halda, hələ də ALLAH qarşısında tövbə etməyib, digər soydaşlarından üzr diləməyiblər (bu xidmətdən qazandığı haram pulla çoxları Həccə, Kərbəlaya... da gediblər). Zalıma rəğbət bəsləməkdə, onu təbliğ etməkdə həvəslə davam edirlər. Bu səbəbdən də ölkəyə gələn bəlaların çoxu xalqa dəyməklə, riyazi yolla da üçüncü andiçməyə bağlanır ki, xalq ona dəyən zərbənin (cəzanın) hardan gəldiyini, niyə gəldiyini anlasın. Bəlkə ibrət alıb doğru yola dönə (dönərsə ALLAH onu bağışlayar və etdiyi səhvi düzəldər, zülmdən xilas edər). Dönməzsə və tövbə etməzsə, onda xalq gələn bəlalara hazır olmalı və özündən başqa heç kəsi qınamamalıdır. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Məmləkətiniz və xanimanınız yerlə-yeksan olmamış tövbə edib, doğru yola dönün! Vaxt daralır... Xəbərdarlıqları çatdırdı: Paşa Yaqub Həkim, Elmi-lədun bilicisi Bu gün Bakıya qəza enİşİ edən təyyarənİn gətİrdİyİ mühüm və heyrətamİz mesaj: Günlərİnİz sayılır!1/5/2023 “Biz hər şeyi sayıb yazmışıq". “Quran” Xəbər verildiyi kimi, bu gün Frankfurtdan Astanaya uçan Airbus A-330 sərnişin təyyarəsi Qazaxstandakı əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıya qəza enişi etdi. Bir qədər sonra isə, təyyarə Frankfurta geri qayıtdı. İlk baxışdan adi görünən bu hadisənin üzərindən sirr pərdəsni qaldıranda, alt qatında olan çox böyük mənalar və mesajlar üzə çıxır. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir; Azərbaycan xalqına və onu idarə edənlərə böyük bir mesaj çatdırır (sanki, təyyarənin havaya qalxmaqda məqsədi Qazaxstana uçmaq deyil, Bakıya böyük bir mesaj çatdırıb, geri qayıtmaq imiş, onu da edib). Təyyarənin çatdırdığı mesajın nədən ibarət olduğu aşağıdakı hesablamalardan görünür: 1) 8 fevral 2022-ci il tarixdə Azərbaycan rəhbərliyi 330 (!) KV-luq Yaşma yarmstansiyasının açılışını etdi və stansiyanı işə saldı. Burada diqqət çəkən maraqlı məqam ondan ibarətdir ki, bu gün A-330 (!) təyyarəsi H. Əliyev hava limanına qəza enişi edəndə, həmin (330 KV) stansiyanın açılışının 330-cu (!) günü idi (!). Bu heyrətamiz fakt onu göstərir ki, baş verən hər bir hadisə Allahın nəzarətindədir və zülm edənlərin günləri bir-bir sayılır. Necə ki, Rəbbim buyurur: "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 2) Xatırladaq ki, Rusiyaya məxsus “Su-34” qırıcı təyyarəsi qəzaya uğradı (13.09.2022). Bu gün Bakıda təyyarə qəza enişi edəndə həmin hadisəsinin 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hər iki hadisə ilə ALLAHın zalımlara xəbərdarlıq mesajı çatdırdığını təsdiq edir. 3) Yadınıza salaq ki, 22 may 2020-ci il tarixdə Pakistanda A-320 təyyarəsi qəzaya uğrayaraq, içərisindəki sərnişinlər hamısı həlak oldular. Bu gün həmin hadisənin 955-ci günüdür ki, bundan da Quranın surələrinin və səhifələrinin sayını çıxsaq, alınan ədəd (555) tövbə və cəza rəmzini göstərir və hadisənin zalım rəhbərlərə ALLAHdan mesaj olduğunu bir daha sübut edir: 955 – 114 – 286 = 555 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Bütün bunlar onu göstərir ki, həyatda təsadüf yoxdur və hər şey Yaradanın ciddi nəzarətindədir. Ona görə də heç bir rəhbər kiməsə güvənərək, zalımları başına yığıb xalqa zülm etməməlidir. Baş verən yanğın, partlayış və qəzalar onlara ALLAHIN xəbərdarlıqlarıdır. Bunlardan nəticə çıxarıb, doğru yola dönərlərsə, bağışlanarlar. Əks halda (zülmlərini davam etdirərlərsə) qarşılarında ALLAHIN elmini və qüdrətini görəcəklər! Artıq çevrə daralır! ALLAHIN səbrini sınağa çəkmək ağılsızlıqdan başqa bir şey deyil! Bunu edənlərin adları (Firon, Nəmrud və s) bəşər tarixinə qara hərflərlə düşüblər. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Təyyarənin gətirdiyi xəbərdarlığı şərh etdi: Paşa Yaqub həkim, Elmi-lədun bilicisi “Dünyada baş verən və sizin öz başınıza gələn elə bir hadisə (müsibət) yoxdur ki, Biz onu yaratmamışdan qabaq o bir kitabda yazılmamış olsun”. (Quran) Xəbər verildiyi kimi dünən (02.01.2023) Bakı şəhəri Cavadxan küçəsi 63 ünvanında yerləşən yaşayış binasının 18-ci mərtəbəsində baş verən partlayış dağıntı və təlafata səbəb oldu (dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, partlayış təsadüfü olmayıb, heyrətamiz bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun özünü Quran rəmzləri olan 114, 286 və 555 ədədləri altında biruzə verməsi, hadisənin ALLAH tərəfindən bir xəbərdarlıq mesajı olmasını göstərir. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1) Oktyabrın 31-də Tovuzda enerji böhranı baş verdi. Həmin vaxt hadisəni şərh edərək, ALLAHDAN xəbərdarlıq olduğunu bildirdik və belə hadisələrin baş verməməsi üçün zalıma rəğbət bəsləməməyi məsləhət gördük. Cavadxan 63 ünvanında baş verən partlayışn tövsiyyələrimizə əməl etməməyin nəticəsi olduğunu görmək üçün bu iki hadisə arasında qalan günləri sayaq. Görəcəyik ki, sözü gedən hadisələr arasında 63 (!) gün fərq vardır ki, bu da partlayan binanın üzərində həkk olunub! 2) Xatırladaq ki, keçən il noyabrın 30-da Qaraheybətdə “Mİ-17” helikopteri qəzaya uğrayaradı. Dünən 18 mərtəbəli bina partlayanda həmin qəzanın 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını (114) çıxsaq, alınan 286 ədədi müqəddəs kitabın səhifələrinin sayını göstərir və hər iki hadisənin ALLAH tərəfindən xəbərdarlıq mesajı olmasını sübut edir: 400 – 114 = 286 (Xatırladaq ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün bu kimi hadisələrin üzərinə vurulur). 3) Daimi izləyicilərimizin yadına salaq ki, İmişlidə bazar yananda (26.06.2021) biz bunun Elmi-lədun hesablamalarını paylaşıb, ölkədəki haqsızlığa, ədalətsizliyə Allahın reaksiyası olduğunu bəyan etmişdik. Qeyd etmişdik ki, insanlar zalımlardan məsafə saxlamasalar daha böyük faciələr yaşayacaqlar. Cavadxan 63-də baş verən partlayış və yanğının sözügedən bazar yanğını ilə əlaqəsini görmək üçün arada qalan günləri sayaq. Bu iki yanğın hadisəsi 555 (!) gün fərqlə baş vermişdir ki, bu da Quranda tövbə və cəza rəmzi olmaqla, hadisələrin biri-biri ilə əlaqəsini və ALLAHDAN gələn xəbərdarlıq olmasını sübut edir. 4) Sözügedən binada baş verən partlayış riyazi yolla astronomik xəbərdrlıqlara da bağlanır. Belə ki, bu partlayış 10.06.2021-ci il tarixli Günəş tutulmasının 572-ci günü baş vermişdir ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də 286 ədədi alınır və hadisənin ALLAH tərəfindən törədildiyini, millətimizə və onu idarə edənlərə xəbərdarlıq olduğunu bir daha sübut edir: 572 – 286 = 286 5) ALLAHIN elminin böyüklüyünü anlamaq üçün, təkrar qayıdaq partlayan binanın yerləşdiyi ünvana. Yuxarıda qeyd etdik ki, 63 ədədi hadisəni Tovuzda baş verən enerji qəzasına bağlayır. Araşdırmalarımız göstərir ki, 18 mərtəbə binanın yerləşdiyi küçənin adının Cavadxan olması da təsadüfü deyildir (Quran məntiqinə görə həyatda təsadüf yoxdur). Belə ki, Cavadxan Ziyad oğlu Qacar 18-ci (!) əsrdə yaşamışdır və 3 yanvar (1804) tarixində Pavel Sisyanov tərəfindən qətlə yetirilmişdir (Yerdəki saat fərqini nəzərə alsaq 18 mərətəbə binanın 18-ci mərtəbəsində patlayış da eyni tarixə düşür). Əziz oxucu, hesablamaları davam etdirsəm, səni çox yormuş olaram. Bütün bu və digər Elmi-lədun araşdırmalarımız göstərir ki, Cavadxan 63 ünvanında baş verən partlayış və bu gün Bakı-Qazax yolunda neft daşıyan maşının yanaraq, özündən əlavə bir neçə maşını yandırması (Yerdəki saat fərqini nəzərə alsaq hər iki hadisə eyni tarixdə baş verib və buradakı hesablamalar maşınların yanmasına da aiddir.) ALLAHIN növbəti xəbərdarlıq mesajlarıdır: ölkədə zülm və haqsızlıqlara, sərvətlərin (neftin və s) talanmasına son qoyulmalıdır! Son qoyulmursa, onda xalq zalıma rəğbət bəsləməyə, yaltaqlıq və ikiüzlülüyə, ləyaqətini bir qarın çörəyə satmağa son qoymalıdır! Əks halda Allah bu ölkəni yandırıb yaxacaq və hər yanğın riyazi yolla özündən əvvəlkinə bağlanmaqla, miqyasca daha böyük, insan təlafatı daha çox olacaqdır! Haadisənin Tovuza balanması əslində insanların diqqətini yenə də (təkrar-təkrar) 60-cı surəyə yönəldir (Tovuzun seriyası 60-dır): “Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də öz düşməninizi dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri (oxu: sərvətlərinizi taladıqları, uşaqpulu vermədikləri, hüquqlarınızı pozduqları...) halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərir, rəğbət bəsləyir, təbliğ edirsiniz)...“ (Quran, 60:1) Hesablamalarımız göstərir ki, Azərbaycan xalqı zalıma rəğbət bəslədiyinə görə tövbə etməyincə və 60-cı surənin birinci və sonuncu ayələrinə əməl etməyincə, başından cürbə-cür bəlalar əskik olmayacaqdır... Bizim vəzifəmiz ALLAHIN göndərdiyi xəbərdarlıqları bəyan etməkdir (car çəkməkdir). Əməl-edib etməmək sizin ağlınıza və dərrakənizə buraxılır. Bütün hallarda işin sonunu görəcəksiniz (az vaxtda). Allahı aciz bilməyin və aldatdığınızı zənn etməyin! Onun elminin və qüdrətinin çox cüzi hissəsini burada şərh etdim (sizin beyin tutumunuzu nəzərə alaraq). Xəbərdarlığı şərh etdi: Paşa Yaqub Həkim, Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |