Tarixə nəzər saldıqda hər bir peyğəmbərin özündən əvvəl xəbər verəninin olduğunu görürük. İslam Peyğəmbərinin də xəbər verəni (səmavi kitablarla yanaşı) Varaqa bin Nofəl idi. Həzrət Peyğəmbərimizin sevimli həyat yoldaşı Xədicə xanımın əmizadəsi olan Varaqa bin Nofəl dövrünün ən savadlı və açıq fikirli, yeniliyə meyl edən adamı idi. O, Tövrat, Zəbur və İncili dərindən bilməklə yanaşı, bunları Ərəbcəyə tərcümə etmişdi. Həmçinin, bu səmavi kitabların əsasında, onların doğruluğunu təsdiq edən “Kitabi-müqəddəs” əsərini yazmışdı. Bir gün Xədicə xanım yuxuda gördü ki, Günəş yerə enib, onun evinə girdi və çıxaraq, bütün Məkkə əhalisinin evlərini işıqlandırdı. Yuxusunu əmisi oğlu Varaqaya danışdıqda, “Gördüyün bu röya, yaxında bir peyğəmbərin zühur edəcəyinə və sənin də həmin peyğəmbərin zövcəsi olacağına işarədir” dedi”¦ Bir çox dilləri bilən Varaqa bin Nofəl, dinlər tarixi, dinlərlə əlaqəli insanların həyat və fəaliyyəti, hekayələri barədə zəngin məlumatlar toplamış, bu mövzuda kitablar yazmışdı. Ərəbistan əhalisi o zamanlar yəhudilər, xristianlar və bütpərəstlərdən ibarət olmaqla, çoxluq bütə sitayiş edirdi. Varaqanın axtardığı tək Allahlıq inancı Məkkədə mövcud deyildi. Bu səbəbdən Varaqa, Zeyid bin Amir ilə birlikdə səyahətə çıxıb, Şamda, Bursada xristiyan alimlərlə tanış olub, söhbətləşdilər. Ancaq, İsanın təbliğ etdiyi dindən əsər-əlamət qalmadığına əmin oldular. Etibarlı bir qaynaq axtararkən, əfsanələrlə, xurafatla qarşılaşdılar. Həqiqi “İncil”i tapa bilməyən Varaqa və Zeyd, qüreyşin bütlərindən qaçdıqları halda, xristiyanların üçtanrılıq, heykəllər, təsvirlər aləminə düşdülər. Bu mənasız, cansıxıcı diyardan çıxıb, şimala doğru üz tutdular. Nəhayət, Mosulda sadəcə, Allahın rizasını qazanmağa çalışan bir nasturi rahibiylə tanış olan Varaqa və Zeyd, ondan çox faydalanırlar və axtardıqlarına yaxın olan inancını bəyənirlər. Həmin vaxtlar Məhəmməd də bütə tapınmağa nifrət edirdi. O da Həzrət Musa və Həzrət İsa kimi, cahiliyyat dövrünü yıxmağa çalışırdı. Və heykəllərə tapınmağı doğru hesab etmirdi. Onun həmfikirləri Varaqa, Kıyıs bin Saidə, Abdullah bin Çehişt, Osman bin Halis idi. Bu dörd hənif, bir gün Məkkədə böyük məbudlardan (Lat, Uzza, Manat) birinin dini mərasiminə qatıldılar. Onlar sakit bir guşəyə çəkilərək, cahil insanların ibadətlərini seyr edirdilər. Qurbanlar kəsilib, məbut təvaf edilirdi. Şüursuz bir daş parçasına ibadət edən insanların halına acıyan bu dörd nəfər, özlərinə haq bir din arayacaqlarına söz verdilər. Dördü də bu fikirdə birləşdilər. Onların başçıları Varaqa bin Nofəl idi. Bu dörd hənif, dövrün Peyğəmbəri olaraq Məhəmmədi görürdülər (hansı ki, o ərəfədə Məhəmmədə hələ vəhy gəlməmişdi və özünü peyğəmbər elan etməmişdi). Onu bu məqama yetişdirməyə çalışırdılar. Buradan anlaşılır ki, həniflər İslamiyyətin qurulması üçün gizli bir cəmiyyət olaraq çalışıblar. Məhəmmədin, Varaqanın əmisi qızı, zəngin Xədicə ilə evlənməsi də bu səbəbdən ola bilir. Öncəsi bilinməsə də, rəsmi nigahdan (25 yaş) Peyğəmbərlik yaşına (40 yaşa) qədər keçən 15 il ərzində Məhəmməd Varaqa və digər həniflərdən davamlı olaraq bilgi alır və qarşıdakı təbliğlərdə istifadə edəcəyi, günün şərtlərindən olan tarixi, etnoqrafiyanı, coğrafiyanı, dinləri və hekayələri öyrənərək, öz elmi biliklərini zənginləşdirirdi. Beləliklə, Məhəmmədin, öz dövrünün ən savadlı və zəngin biliyə malik bir şəxsiyyəti olaraq yetişməsində Varaqanın və onun ətrafında olan həniflərin böyük rolu olduğu danılmaz faktlardandır. Əkilən və daimi qulluq edilən bu elm ağacı artıq öz bəhrəsini verməkdəydi. Hira dağındakı mağarada uzun günlər və gecələr, fikir mübadiləsi, İlahidən alınan ilham, yavaş-yavaş daşları yerinə otuzdurmaqdaydı. İdeoloji devrim çox yaxındaydı”¦ Bu arada Ukkaz meydanında qızılı bir dəvə üzərində Kıys bin Saidə, Ərəb xalqına mənalı və xəbərverici məşhur xitabını etdi. O zaman Həzrət Məhəmməd 38 yaşında olmaqla, bu alovlu və oyandırıcı hənifi diqqətlə dinləmişdi. Bilavasitə, bu sözlər onun ruhunda yeni bir cığır açdı: “Sizi əmin edirəm ki, Allah dərgahında bir din var ki, indi tapındığımız dindən daha sevimli və Allahın gələcək Peyğəmbəri vardır ki, gəlməsi lap yaxındadır; kölgəsi başımızın üzərinə gəldi. Nə mutlu o kimsəyə ki, ona iman edib də, o da ona hidayət edə. Vay o bədbəxtə ki, ona üsyan və müxalifət edə. Yazıqlar olsun ömrünü qəflətdə keçirən ümmətlərə”. O, bu sözlərlə Ərəb xalqına Məhəmmədin gələcəyini xəbər verirdi. Və bundan sonra Məhəmməd, İslamiyyəti qurmaq əzmində bulundu; Cənabi Haqdan nübüvvət və risaləti qəbul etdi. Hira dağında Həzrət Cəbrail ilk dəfə nazil olaraq vəhy gətirəndə Məhəmməd əleyhissəlam qorxmuş, həyəcanlı halda evə gəldi və olanları həyat yoldaşına danışdı. Möminlərin anası Xədicə xanım, Varaqa bin Nofələ üz tutub, baş vermiş hadisəni izah etməsini istədi. O, əmisi qızını diqqətlə dinlədikdən sonra: Get həyat yoldaşına söylə ki, qorxmasın, bu əlamətlər onun peyğəmbərliyinə işarədir. Ona görünən Həzrət Cəbraildir; gətirdiyi isə, Allahın vəhyidir”¦ Bəzi mənbələrdə qeyd edilir ki, Həzrət Məhəmməd Hira dağında baş verənləri Varaqaya anlatdıqda: “Ya Məhəmməd, səni təbrik edirəm, Həzrət İsanın özündən sonra gələcəyini xəbər verdiyi Peyğəmbər sənsən”¦ Sənə çox əziyyət verəcəklər. Çünki, peyğəmbərliyə yetişən kimsələrə qövmü arasından bir çox düşmənlər çıxmışdır. Kaşki, gənc olsa idim, Məkkədən çıxarıldığın zaman sənə xidmət və yardım edə bilsəydim” deyərək, Məhəmməd əleyhissəlamı qucaqlayıb öpdü”¦ ”¦Tarix təkrar olunur. O vaxt xristiyanlıqdan əsər-əlamət qalmadığı kimi, indi də İslamdan demək olar ki, əsər-əlamət qalmayıb. Mənəviyyatı saflaşdırmaq, şəxsiyyəti formalaşdırmaq üçün göndərilən İslam dini, bu gün açıq-aşkar mafiyalara xidmət etməkdə və dünyada müharibələrin, qətliamların, qarətlərin”¦ pərdələnməsi üçün bir alət rolunu oynamaqdadır. Nə qədər acınacaqlı da olsa biz bunu (ürək ağrısı ilə) etiraf etməliyik. Dinin mafiyalaşmasından dolayı artıq elə bir mənzərə yaranıb ki, İslam deyəndə bəşəriyyətdə bir qorxu, xof yaranır. Danılmaz faktdır ki, bu gün valideynlərin böyük əksəriyyəti (elə bu sətirlərin müəllifi də) övladlarını məscidlərdən (dindən) uzaq tutmağa çalışırlar. Cəmiyyətə açıq gözlə baxdıqda, istər Şərqdə, istər Qərbdə, istərsə də Cənub və Şimalda yaşayan insan övladının bu və ya digər formada cahiliyyat içində yaşadığını görmək olur: bir tərəfdə heykəllərə tapınırlarsa, digər tərəfdə təsvirlərə, bütlərə, üç Allahlığa tapınırlar. Yerin dörd bir tərəfində insan oğlu fani dünya malı üçün günahsız insanların qanını su kimi axıtmaqdadır. Bəşər tarixinə nəzər salsaq, görərik ki, insanlığın indiki qədər vəhşiləşdiyi bir dövrü olmamışdır. Bu da onu sübut edir ki, bəşəriyyət artıq Yaradanın göndərdiyi heç bir dinə inanmır və onun qanunlarına tabe olmur. Onu da qeyd edək ki, bəşər tarixində indiki vəhşilik və zülm heç bir zaman olmasa da, bu və ya digər formada dinsizlik, pozğunluq, Yaradanın qanunnlarına sayqısızlıq dövrləri olmuşdur. Belə dövrlərin hamısında cəmiyyətin içərisindən bir nəfər xilaskar (qurtarıcı) meydana çıxaraq, insanları doğru yola dəvət etmiş və sülhü, əminamanlığı bərqarar edərək, cəmiyyətdə nizam yaratmışdır. Bəşəriyyət yenə də həmin dövrü yaşadığından, artıq yeni bir xilaskarın (nizamlayıcının) meydana çıxmasına zərurət yaranmışdır. Tarixdən məlumdur ki, hər xilaskar öz dövrünün ən savadlı, bəsirətli adamı olur və insanları tamamilə yeni (dövrə, zamana uyğun) bir ideologiya ətrafında birləşdirərək, sülhə, barışa nail olur. Elə isə, sual yaranır: yeni xilaskar bəşəriyyəti hansı ideologiya ətrafında birləşdirəcək ki, Yer üzündə axan qanlar dayansın? (Bugünə qədərki ideologiyaların (Musəvilik, İsavilik və İslam”¦) iflasa uğradığı göz önündədir və bəşəriyyəti onların ətrafında birləşdirmək utopiyadır.) Elmi-lədun bilgilərimiz göstərir ki, yeni xilaskar bəşəriyyəti Pangeizm ideyası ətrafında birləşdirəcək. Bəs Pangeizm nədir? Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. (Həmin materiki əhatə edən okean isə, Pantalas olub.) Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. “Pangeoist” sözün mənşəyi isə, “Pan os” ”“ “tam”, “bütöv”, “kök” (özül); “geo” ”“ “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə parçalanaraq indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və indiki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin qanını içməyə hazırdır və içirlər də! Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün yeni xilaskar insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcək. Beləliklə, onun təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına ”“ birlik və sülh hallarına qayıdacaqlar. Oxucuda sual yaranacaq ki, yeni xilaskar və onun ardıyca gedənlər dinsiz olacaqlarmı? Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni xilaskar həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına və pozulmuş nizamın bərpa olmasına səbəb olacaqdır... Yeni xilaskar insanlara təbliğ edəcək ki, insan öz taleyini əslində özü (öz əməlləriylə) yazır. Yəni, bu il ərzində insanlara etdiyiniz yaxşılıq (yaxud pislik) alnınıza yazılır və növbəti ildə həmin şeylər bu v”™ ya dig”™r formada özünüzə qayıdır... Odur ki, ona inananlar daim yaxşılıq edib, yaxşılıq da görəcəklər. Yeni xilaskara inananlar gün ərzində beş dəfə Yaradanı zikr edib (yada salıb) beş dəfə də ətrafdakı insanlara yaxşılıq edəcəklər. Bununla da Yaradana olan ibadətləri (sözdə və əməldə) tamamlanmış olacaq. Bütün bunları təklikdə və yalnız Yaradan xatirinə edəcəklər. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə.
0 Comments
Bütün xəstəliklər diksinmədən başlayır. Gündəlik təcrübəmizdə özümüzün, yaxud, yaxınlarımızın diksinməsinə çox rast gəlirik. Sual yaranır: insan yuxuda, yaxud oyaq halda olanda niyə diksinir? Psixoloji araşdırmalarımız göstərir ki, diksinmə ruhda baş verən neqativ prosesin nəticəsidir. Bildiyimiz kimi, ruh insana qoyulmuş, batareya (akkamulyator) funksiyasını yerinə yetirən bir enerji mənbəyidir. Bu nerji nə qədər ki, sabitdir, insanda heç bir diksinmə, qorxu və xəstəlik baş vermir. Bütün xəstəliklər diksinmədən başlayır Elə ki, ruhda sabitlik pozuldu, həmin andan etibarən insanda ilk öncə diksinmələr, sonra qaranlıqdan qorxmalar, daha sonra isə, baş, çiyin, onurğa, diz ağrıları, ürək döyüntüsü və əsəb pozğunluqları görünməyə başlayır. Əgər bu kimi hallar aradan qaldırılmazsa (ruhun sabitliyi bərpa edilməzsə), bir neçə ildən sonra daha ağır daxili xəstəliklər meydana çıxır... Ən pisi də odur ki, bu cür xəstəliklərə qarşı aparılan tibbi müaicələr effektsiz olur (müalicə vaxtı xəstəlik nisbətən sağalsa da, müalicə dayananda yenə də ağrılar baş qaldırır). Diksinmə (qorxu) halları müşahidə edilən qızlar adətən ailə qurmağa meyilli olmurlar. Onlarda əks cinsə maraq, inam və sevgi hissi demək olar ki, yox dərəcəsində olur. Çünki, ruhda olan qorxu hissi sevgi və inam hissini üstələdiyindən, qız elə bilir ki, ona yaxınlaşan oğlan ancaq pis məqsədlə yaxınlaşıb və evlilik təklifini qəbul edərsə bu ona bədbəxtlik gətirəcək. Bu səbəbdən diksinməsi olan qızlar adətən evlilik təkliflərini rədd edirlər. Onlar yaşları ötdükdən sonra təsadüf hallarda ailə qursalar da bu vaxt sevgi, məhəbbət hissi ilə deyil, humanizm prinsiplərini əsas tutaraq evlənirlər. Yəni, oğlanın, yaxud, onun vaalideynlərinin köməyə ehtiyacı olduğunu (yaxud, valideynlərinin xahişini) nəzərə alıb ərə gedirlər. Maraqlıdır ki, ailə qurduqdan sonra onlarda diksinmə, qorxu və həyəcan daha da artır... Nəhayət, bu vəziyyətdə hamiləlik dövrünü yaşayan gənc ana bir çox hallarda dünyaya əqli qüsurlu (autizm sindromlu) uşaq gətirir. Təcrübəmiz göstərir ki, bu hallar tək qızlarda baş vermir; eyni zamanda kişilərdə də baş verir və sonda sağalmaz (parkinson, nevrozlar, şizoferniya, sinir xəstəlikləri, sonsuzluq və s.) xəstəliklərə gətirib çıxarır. Oxucuda sual yaranacaq ki, diksinmə sonda bu qədər ağır xəstəliklərə gətirib çıxarırsa, bəs diksinmənin özünü yaradan nədir? Təcrübəmiz göstərir ki, diksinməni yaradan ruha düşən neqativ enerjidir. Bu enerji isə, aşağıdakı hallarda ruha daxil olur: 1) qorxu; 2) stress; 3) bəd nəzərlər; 4) magiya. Bilməliyik ki, insan qəlbində (ruhunda) olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri kompyuterimizdə olan fayl və proqramlar kimidir. Neqativ enerji isə, kopyuterimizə düşən virusa bənzəyir: ruhdakı sevgi, məhəbbət “fayl”ını, həyat eşqini”¦ silir. Əvəzində qlbə qorxu, nifrət “fayl”ı yazılır. Nəticədə insanda depressiv vəziyyət yaranır və bir çox ağır hallarda intihara meyilli olur. Diksinməsi olan insanlarda tez-tez hal dəyişmələri də baş verir. Yəni, əhvalları gah yaxşı, gah da pis olur. Bunun səbəbini izah etmək üçün təkrar fizikanın qanunlarına nəzər salaq (Kainat fizikanın qanunları ilə idarə olunur). Bildiyimiz kimi, fizikada iki cür ”“ dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir diksinmə və xəstəlik baş vermir. Neqativ təsirlər nəticəsində insanın enerjisi “dəyişən cərəyan” formasına keçir, sabitlik pozulur; tez-tez hal dəyişiklikləri baş verir. Bundan sonra insanda diksinmə və ardıyca da yuxarıda sadaladığım ağrılar və xəstəliklər yaranır. Diksinmələr iki formada olur Diksinmənin hansı səbəbdən yaranmasını dəqiq bilmək üçün, onun baş vermə formasına diqqət etmək lazımdır. Adətən diksinmələr iki cür olur: 1) Yuxuda haradansa yıxıldığını, yaxud ayağının boşluğa düşdüyünü hiss edərək, diksinmə; 2) Yuxuda üstünə ilan, yaxud eybəcər varlıqlar gəldiyini görərək diksinmə. Birinci diksinmə bədnəzərdən, yaxud nəfisdən (onların neqativ enerjisinin bədənə daxil olmasından) törəyən diksinmədir ki, bir neçə ildən sonra sağalmaz xəstəliklərə səbəb olur. Təcrübəmiz göstərir ki, bu enerji insandan xaric edilməzsə, hətta, ölümə də səbəb olur (bu səbəbdən dünyasını dəyişən çox qohumlarım olub; onda mən tələbəydim). Bu cür insanlar yuxularında çox vaxt üstlərinə it hürdüyünü görürlər. Həmçinin, daima keçmiş illərinə (keçmişdə yaşadıqları yerlər, orta məktəb illəri, rəhmətə getmiş insanlar...) aid yuxular görürlər. İkinci diksinmə forması isə, magiyanın (cadu, tilsim) ötürdüyü neqativ enerjinin təsirindən yaranır. Bu halda insan yuxularında çox vaxt ilanlar görür. Əgər ilan yuxuda onu sancırsa, həmin insanın ailəsi dağılır, sağlamlığını və gəlirini tamamilə itirir. Yuxuda ilanın sancmadığı, sadəcə, təqib etdiyi görülərsə, bu halda insanın işləri tərsə düşər, ailəsində daim söz-söhbət olar, tez-tez xəstələnər... Bu cür insanlar həmçinin, yuxuda boğulduqlarını hiss edirlər. Qaranlıq vaxtı onlara elə gəlir ki, kimsə arxadan daim onu izləyir. Axşam otaqda tək oturarkən, hamamda olarkən yanlarından kölgə keçdiyini hiss edirlər. Qəlblərində çox vaxt qorxu, vəsvəsə olur. Ətrafındakılara qarşı inam hissini itirirlər; qəlblərində sevgisizlik, əks cinsə qarşı istəksizlik olur, boşanmaya, intihara meyilli olurlar. . Belə şəxslər daim tibbi müalicələr alsalar da effekt vermir... Diksinmədən və onun yaratdığı fəsadlardan necə qurtulaq? Qeyd edim ki, hər iki diksinmə formasında orqanizmdə yaranmış xəstəliklərə qarşı aparılan tibbi müalicələr effektsiz olur (yaxud bir orqan sağalanda başqa orqan xəstələnir). Bunun səbəbi odur ki, ruha daxil olmuş neqativ enerji, bədənə girmiş yad cisimə bənzəyir. Yad cisim bədəndən çıxarılmadan aparılan müalicələr effekt vermədiyi kimi, neqativ enerji də ruhdan çıxarılmadan müalicələr effektsiz olur. Psixoloq və elmi-lədun bilicisi olaraq təcrübəmiz göstərir ki, bu cür hallarda cəmi üç seans etməklə ruhdakı neqativ enerjini (magiyanı, bədnəzəri) xaric edib, sabitliyi bərpa etmək mümkündür. Elmi-lədun metodu ilə aparılan bu üç seansın nəticəsi olaraq, ruhdan pozulmuş inam, sevgi, məhəbbət... faylları yenidən bərpa (vostonavit) olur və insan normal həyatına davam edir. Müalicə seansları həftədə bir dəfə olmaqla, üş həftəyə (21 günə) başa çatır. Qeyd: Elm zahiri və batini olmaqla, iki qrupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrənilməz. Buna elmi-lədun deyilir. “Ladun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər Allah dostları bu cür elmə malik olublar və xəstələrə şəfanı məhz bu elmlə veriblər. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |