Gündəlik təcrübəmizdə özümüzün, yaxud, yaxınlarımızın diksinməsinə çox rast gəlirik. Sual yaranır: insan yuxuda, yaxud oyaq halda olanda niyə diksinir?
Psixoloji araşdırmalarımız göstərir ki, diksinmə ruhda baş verən neqativ prosesin nəticəsidir. Bildiyimiz kimi, ruh insana qoyulmuş, batareya (akkamulyator) funksiyasını yerinə yetirən bir enerji mənbəyidir. Bu nerji nə qədər ki, sabitdir, insanda heç bir diksinmə, qorxu və xəstəlik baş vermir. Bütün xəstəliklər diksinmədən başlayır Elə ki, ruhda sabitlik pozuldu, həmin andan etibarən insanda ilk öncə diksinmələr, sonra qaranlıqdan qorxmalar, daha sonra isə, baş, çiyin, onurğa, diz ağrıları, ürək döyüntüsü və əsəb pozğunluqları görünməyə başlayır. Əgər bu kimi hallar aradan qaldırılmazsa (ruhun sabitliyi bərpa edilməzsə), bir neçə ildən sonra daha ağır daxili xəstəliklər meydana çıxır... Ən pisi də odur ki, bu cür xəstəliklərə qarşı aparılan tibbi müaicələr effektsiz olur (müalicə vaxtı xəstəlik nisbətən sağalsa da, müalicə dayananda yenə də ağrılar baş qaldırır). Diksinmə (qorxu) halları müşahidə edilən qızlar adətən ailə qurmağa meyilli olmurlar. Onlarda əks cinsə maraq, inam və sevgi hissi demək olar ki, yox dərəcəsində olur. Çünki, ruhda olan qorxu hissi sevgi və inam hissini üstələdiyindən, qız elə bilir ki, ona yaxınlaşan oğlan ancaq pis məqsədlə yaxınlaşıb və evlilik təklifini qəbul edərsə bu ona bədbəxtlik gətirəcək. Bu səbəbdən diksinməsi olan qızlar adətən evlilik təkliflərini rədd edirlər. Onlar yaşları ötdükdən sonra, ailə qursalar da, bu vaxt sevgi, məhəbbət hissi ilə deyil, humanizm prinsiplərini əsas tutaraq evlənirlər. Yəni, oğlanın, yaxud, onun vaalideynlərinin köməyə ehtiyacı olduğunu (yaxud, valideynlərinin xahişini) nəzərə alıb ərə gedirlər. Maraqlıdır ki, ailə qurduqdan sonra onlarda diksinmə, qorxu və həyəcan daha da artır... Nəhayət, bu vəziyyətdə hamiləlik dövrünü yaşayan gənc ana, bir çox hallarda dünyaya əqli qüsurlu (autizm sindromlu, yaxud, əsəbi) uşaq gətirir. Təcrübəmiz göstərir ki, bu hallar tək qızlarda baş vermir; eyni zamanda kişilərdə də baş verir və sonda sağalmaz (parkinson, nevrozlar, şizoferniya, sinir xəstəlikləri, sonsuzluq və s.) xəstəliklərə gətirib çıxarır. Oxucuda sual yaranacaq ki, diksinmə sonda bu qədər ağır xəstəliklərə gətirib çıxarırsa, bəs diksinmənin özünü yaradan nədir? Təcrübəmiz göstərir ki, diksinməni yaradan ruha düşən neqativ enerjidir. Bu enerji isə, aşağıdakı hallarda ruha daxil olur, daha doğrusu ötürülür: 1) qorxu; 2) stress; 3) bəd nəzərlər; 4) magiya. Bilməliyik ki, insan qəlbində (ruhunda) olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri kompyuterimizdə olan fayl və proqramlar kimidir. Neqativ enerji isə, kopyuterimizə düşən virusa bənzəyir: ruhdakı sevgi, məhəbbət “fayl”ını, həyat eşqini silir. Əvəzində qlbə qorxu, nifrət “fayl”ı yazılır. Nəticədə insanda depressiv vəziyyət yaranır və bir çox ağır hallarda intihara meyilli də ola bilir. Diksinməsi olan insanlarda tez-tez hal dəyişmələri də baş verir. Yəni, əhvalları gah yaxşı, gah da pis olur. Bunun səbəbini izah etmək üçün təkrar fizikanın qanunlarına nəzər salaq (Kainat fizikanın qanunları ilə idarə olunur). Bildiyimiz kimi, fizikada iki cür - dəyişən və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir diksinmə və xəstəlik baş vermir. Elə ki, neqativ enerji bədənə daxil oldu, həmin andan insanın enerjisi “dəyişən cərəyan” formasına keçir. Nəticədə sabitlik pozulur; tez-tez hal dəyişiklikləri baş verir. Bundan sonra insanda diksinmə və ardıyca da yuxarıda sadaladığım ağrılar və xəstəliklər yaranır. Diksinmələr iki formada olur Diksinmənin hansı səbəbdən yaranmasını dəqiq bilmək üçün, onun baş vermə formasına diqqət etmək lazımdır. Adətən diksinmələr iki cür olur: 1) Yuxuda haradansa yıxıldığını, yaxud ayağının boşluğa düşdüyünü hiss edərək, diksinmə; 2) Yuxuda üstünə ilan, yaxud eybəcər varlıqlar gəldiyini görərək diksinmə. Birinci diksinmə bədnəzərdən, yaxud nəfisdən (onların neqativ enerjisinin bədənə daxil olmasından) törəyən diksinmədir ki, bir neçə ildən sonra sağalmaz xəstəliklərə səbəb olur. Təcrübəmiz göstərir ki, bu enerji insandan xaric edilməzsə, hətta, ölümə də səbəb olur (bu səbəbdən dünyasını dəyişən çox qohumlarım olub; onda mən tələbəydim). Bu cür insanlar yuxularında çox vaxt üstlərinə it hürdüyünü görürlər. Həmçinin, daima keçmiş illərinə (keçmişdə yaşadıqları yerlər, orta məktəb illəri, rəhmətə getmiş insanlar...) aid yuxular görürlər. İkinci diksinmə forması isə, magiyanın ötürdüyü neqativ enerjinin təsirindən yaranır. Bu halda insan yuxularında çox vaxt ilanlar görür. Əgər ilan yuxuda onu sancırsa, həmin insanın ailəsi dağılır, sağlamlığını və gəlirini tamamilə itirir. Yuxuda ilanın sancmadığı, sadəcə, təqib etdiyi görülərsə, bu halda insanın işləri tərsə düşər, ailəsində daim söz-söhbət olar, tez-tez xəstələnər... Bu cür insanlar həmçinin, yuxuda boğulduqlarını hiss edirlər. Qaranlıq vaxtı onlara elə gəlir ki, kimsə arxadan daim onu izləyir. Axşam otaqda tək oturarkən, hamamda olarkən yanlarından kölgə keçdiyini hiss edirlər. Qəlblərində çox vaxt qorxu, vəsvəsə olur. Ətrafındakılara qarşı inam hissini itirirlər; qəlblərində sevgisizlik, əks cinsə qarşı istəksizlik olur, boşanmaya, intihara meyilli olurlar. . Belə şəxslər daim tibbi müalicələr alsalar da effekt vermir... Diksinmədən və onun yaratdığı fəsadlardan necə qurtulaq? Qeyd edim ki, hər iki diksinmə formasında orqanizmdə yaranmış xəstəliklərə qarşı aparılan tibbi müalicələr effektsiz olur (yaxud bir orqan sağalanda başqa orqan xəstələnir). Bunun səbəbi odur ki, ruha daxil olmuş neqativ enerji, bədənə girmiş yad cisimə bənzəyir. Yad cisim bədəndən çıxarılmadan aparılan müalicələr effekt vermədiyi kimi, neqativ enerji də ruhdan çıxarılmadan müalicələr effektsiz olur. Psixoloq və elmi-lədun bilicisi olaraq təcrübəmiz göstərir ki, bu cür hallarda cəmi üç seans etməklə ruhdakı neqativ enerjini (magiyanı, bədnəzəri) xaric edib, sabitliyi bərpa etmək mümkündür. Elmi-lədun metodu ilə aparılan bu üç seansın nəticəsi olaraq, ruhda pozulmuş inam, sevgi, məhəbbət... faylları yenidən bərpa (vostonavit) olur və insan normal həyatına davam edir. Müalicə seansları həftədə bir dəfə olmaqla, 21 günə başa çatır.
0 Comments
Bu gün “Quran”da təsbit olunmuş iki bayramdan biri olan Qur(b)an bayramıdır. Elmi-lədun hesabla-malarımız göstərir ki, İslamın iki bayramı – Qurban və Ramazan arasında riyazi bağlılıq vardır. Bu əlaqə özünü yenə də “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə büruzə verir. Belə ki, hər il bir qayda olaraq, Qurban bayramının 286-cı günü Ramazan bayramı qeyd olunur. Yazılarımı yeni oxuyanlara xatırladım ki, “Quran”ın orijinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, eləcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, 286 ədədi Allahın kodlaşdrılmış “möhürü” olaraq, tək dini bayramların deyil, bir çox böyük hadisələrin və dünyəvi bayramların da üzərinə vurulmuşdur. Məsələn: 1) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Hesablamalarımız göstərir ki, Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri - müvafiq olaraq: - 14 dekabr 2001-ci il; - 4 dekabr 2002-ci il; - 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutulub. Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü ildə də Günəş tutulub. Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin (vəhyin) doğruluğunu sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları və daşqınlar bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Yeri gəlmişkən, qeyd edək ki, bu ilin sonlarına qədər təmizlənmə prosesi başa çatacaq və gələn ilin əvvəllərindən etibaarən Yerdə haqq-ədalət bərqərar olacaq. Bugünkü “Qurban” bayramı əslində tövbə günüdür - tövbələrin qəbulu üçün böyük şans olan gündür. İnsanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, vəzifədə olanlar özlərindən aşağı təbəqələrlə mülayim davranmalı, haqqı, ədaləti bərqərar etməlidirlər. Unutmayaq ki, Allah-təala “Quran”da belə buyurur: “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi onlara cəza vermək üçün kifayət edər”. “Quran”, 17:16-17 Qeyd: “Quran” biz insanlara göndərilmiş vəhylər toplusudur. Əgər insan bu vəhyləri qəbul edib, onlara əməl edərsə, ö şəxs, mənbəyi bu kitabda olan əlavə vəhylər də qəbul edə bilər (və yaxud, buradakı vəhylərin alt qatında olan sirlərdən agah ola bilər). İnsanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi. insanları zaman-zaman düşündürən mövzulardandır. Moderator.az saytı olaraq kənar svilizasiyalarla təmas qurmuş insanlar və onların orada gördükləri haqda fikir və mülahizələrini yeri gəldikcə oxucularımıza çatdırmışıq. Kənar svilizasiyalarla təmasda olmuş daha bir müsahibimizin fikirlərini təqdim edirik.
Moderator.az-a danışan Xırdalan şəhər sakini İldırım Kazımov planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Müsahibimizin fikirlərinə şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq. - 1997-ci ilin yanvarın 13-dən 14-nə keçən gecə qeyri-ixtiyari yuxudan oyandım. Gördüm evdə kosmonavt geyimində (skafandrda), boyu təxminən 130-140 sm olan, dizlərində təxminən Azərbaycanın gerbinə bənzər gerb, başındakı kaskada doqquz guşəli, ziq-zaqvari ulduz olan bir canlı varlıq var. Bundan əlavə, boyu təxminən 90-100 sm olan daha iki canlı varlıq da evdə dayanmışdı. Onları yataq otağımda görəndən sonra, necə oldusa, bir də gördüm ki, başqa bir planetdəyəm. Oradakı gözəlliyi və rahatlığı təsvir etməkdə çətinlik çəkirəm. Hər tərəf tunc və gümüşü rəngdəydi. Onlar orada mənimlə telepatiya yolu ilə danışırdılar. Beynimə informasiyalar ötürürdülər. Sonra bir də gördüm ki, yenə yataq otağımdayam. - Fəzalılar sizə hansı informasiyaları ötürdülər? - Onlar dedilər ki, Yer üzərində canlıları biz yaratdıq (hiss olunurdu ki, Tanrının izni ilə yaradıblar). Biz Yerdə yeddi insan soyu yaratdıq: - İlk yaradılmış insan soyunu indiki Azərbaycanın Mingəçevir ərazisinə gətirdik; - İkinci yaradılmış soyu, indiki slavyan xalqlarının yaşadığı ərazilərə; - Üçüncü soyu - monqol irqi, Cənub-Şərqi Asiya ərzisinə; - Dördüncü soyu, Qərbi-Avropa xalqlarının yaşadığı əraziyə; - Beşinci soyu, farsdilli xalqların yaşadığı ərazilərə; - Altıncı soyu - Tövratda və Quranda xəbər verilən Adəmlə Həvvanı - indiki Ərəbistan və İsrail ərazisinə; - Yeddinci soyu - qara zənci irqi - indiki Afrika ərazisinə gətirdik. Azərbaycana gətirilən ilk cütlüyün adı Samir və Gülnaz idi. Tanrı onları göz yaşından yaradıb. İlkin mərhələdə onlar göyün birinci qalaktikasında Laç adlanan bir yerdə məskunlaşdırıldılar. Tanrı Samir və Gülnaza 35 dil öyrətdi və 18 yaşına qədər biri-biri ilə yaxınlıq etməyi qadağan etdi. Lakin onlar 16 yaşa çatanda şərin nümayəndəsi, Samiri yoldan çıxardı və Gülnazla yaxınıq etməyi öyrətdi. Gülnaz əvvəl razı olmadı ki, Tanrı bunu bizə qadağan edib, zamanımızı gözləməliyik. Buna baxmayaraq, Samir Gülnazı yoldan çıxardı və onlar yaxınlıq etdilər. Beləliklə, Tanrının qanununu pozdular. Gülnazı bu işə Samir sövq etdi. Bu səbəbdən türkdilli xalqlarda qadın kişidən daha namuslu olur. Onlar etdikləri günaha görə üç ay Tanrıya yalvardılar. Tanrı onları bağışlamadı; göydən uçan bir kosmik gəmi ilə indiki Azərbaycanın ərazisinə endirdi. Göydən gələn iki canlı məxluq (mələklər) Samirlə Gülnaza yerdəki həyat (yaşam) tərzini, bitkiləri, heyvanları öyrətdilər. Gülnazın Samirdən - Turan, Manya, Samrat, Qandar, Yan, Cəlil, Sambay adında yeddi oğlu oldu. Göydən gətirilmiş kosmik aparatın içərisində daha bir kiçik aparat da var idi. Gələn məxluqlar kiçik aparatı Samirə verib, təkrar göyə qayıtdılar. Gedib gördülər ki, Tanrı daha yeddi qız uşağı da yaradıb. Samir yerdə oğlanlarını böyüdür, onların hərəsinə bir dil öyrədirdi. Onlara həmçinin, heyvanları, bitkiləri öyrədirdi. Bir axşam oğlanları oturub ataları ilə söhbət edirkən. Turan soruşdu ki, ata, biz insanlar necə yaranmışıq, bura haradan gəlmişik? Həmin gecə ayparayla ulduz qarşı-qarşıya dayanmışdı. Samir Ayparanın qarşısındakı ulduzu göstərib: “Bizi Tanrı yaradıb, oradan gətiriblər” - dedi. Uşaqlar göyə baxanda ulduzu kimisi beş guşəli, kimisi isə, səkkiz guşəli gördü. Uşaqlar böyüdükcə aypara ilə ulduzu qayalara çəkirdilər. Biz göydəki hər qıza bir dil öyrətdik. Onlar 15 yaşa çatanda Yerə gətirdik. Göydə qızların altısı kor idi; təkcə Gita görürdü. Yerə endirəndən sonra qızların altısının da gözlərini açdıq. Gita dedi ki, ora daha gözəl idi. Göydən gələn mələk geri qayıdarkən, Gitanın alnından öpdü. Sonradan həmin qız öz ailəsi ilə Azərbaycandan Hindistana gedib çıxacaq və məhəbbət nişanəsi olaraq həmişə alnına xal qoyacaqdı. Aradan 150 il vaxt keçdi. Samir yeddi oğlunun hərəsini göydən gələn qızlardan biri ilə evləndirmişdi. Oğlanlarına hər bir kəsin yalnız öz qadını ilə yaşamasının vacib olduğunu bildirmişdi. Bu qadağaya baxmayaraq, Manna Tanrının qanununu pozdu və qardaşı Yanın arvadı ilə bir neçə dəfə yaxınlıq etdi. Yan və uşaqları bunu bildilər və Mannanı Kür çayında boğub öldürdülər.... Samirlə Gülnaz Yerdə 300 il yaşadılar və Samirin gözləri qocalıqdan tutuldu. İti daşla işləyərkən, biləyini kəsdi və canını tapşırdı. Samir, baxmayaraq ki, Yer üzünün ilk peyğəmbərlərindən biri idi, 16 yaşındaikən Tanrının qanunlarını pozaraq, göydə qan tökmüşdü (Gülnazla yaxınlıq etmişdi). Bu günahdan sonra Tanrı onu 300 il yaşatsa da, sonda özü-öz qanını tökdü. Yadplanetlilərin mənə bildirdiyinə görə, Amerikada yaşayan hindular, türkdilli xalqlar, qafqaz xalqları və Pakistan, Hindistan ərazisində yaşayan bir çox xalqlar Samirlə Gülnazın törəmələridir. Gülnaz ərini o qədər çox sevirdi ki, baxmayaraq ki, onun da gözləri tutulmuşdu, hər dəqiqə Samiri axtarırdı. Bir gün o Kür sahilində ərini axtararkən, canavar Gülnaza yaxınlaşdı və onu götürərək, yoxa çıxdı. Bu hadisədən sonra onun oğlanları, nəvə-nəticələri, öz ailələrini götürərək, hərəsi bir istiqamətdə Gülnazın axtarışına çıxdılar. Beləliklə, onlardan bir dəstəsi indiki Şimali Qafqaz ərazisinə, bir dəstəsi indiki Gürcüstan ərazisinə, bir dəstəsi indiki Orta Asiya ərazisinə çatdılar. Turanla oğlu Türk isə, ailələri ilə birlikdə indiki Ermənistan ərazisinə yetişdilər; hansı ki, canavar Gülnazı o istiqamətdə aparmışdı və Yanın yaşadığı yerə gəlib çıxmışdılar. Onlar Gülnazı bu ərazidə taparaq, qoca qadını daşla, ağacla vurmağa başladılar. Bu vaxt canavar üzünü göylərə tutub ulayırdı. Sanki, insanların bu vəhşiliyindən Tanrıya şikayət edirdi. Canavarın bu ulartısına Turanla, Türk gəlib çıxdılar. Türk və övladları, Gülnazı xilas etmək üçün, Yanın başına ağacla, daşla vurmağa başladılar. Qoca Yan qanı axan şəkildə yerə yıxıldı. Yanın uşaqları qanı görəndə qorxdular. Yan, oğlu Haya: “Urartu” - dedi. Qədim erməni dilində bu sözün mənası “Turanı vur” deməkdir. Turanla Türk Gülnazı da götürüb, indiki Türkiyə istiqamətində hərəkət etdilər. Həmin vaxt göydən elə bir dolu yağdı ki, hərəsi bir tərəfə qaçdılar. Gülnazın cəsədi isə, dolunun altında qaldı. Türklər həmin yeri gələcəkdə Anadolu adlandıracaqdılar. Indiki Mingəçevir ərazisində qalan, göydən gətirilən o kiçik kosmik aparatla bir dəstə qadın, kişi uçaraq indiki Amerika ərazisinə getdilər. İlk yaradılışda insanların elmi indikindən heç də geri qalmırdı. Onlar göydən gəlmiş kosmik aparatları idarə edə bilirdilər. Yaxın illərdə Yerdəki insanların elmi yenidən elə bir səviyyəyə yüksələcək ki, bir neçə dəqiqəyə başqa planetə köçə biləcəklər. Daha sonra, Yerdən köçərək, Ayda və Marsda yaşayan insanlar hətta, biri-birləri ilə planetlərarası müharibə aparacaqlar. Bu müharibələrin səbəbi planetlərdə olan qiymətli metallar olacaq. Fəzalılar mənə onu da bildirdilər ki, Yer kürrəsinə indiki insanların, heyvanların və quşların yaradılıb gətirilməsindən 14 min il keçib. Həmçinin, Yerdə ilk svilizasiya Azərbaycan ərazisindən başladığı kimi, son da burada baş verəcək. Yadplanetlilər onu da dedilər ki, Azərbaycan çox sirli bir ərazidir. Dünyanın hazırda pozulmuş nizamı Azərbaycandan düzəlməyə başlayacaq. Bunun üçün Azərbaycanda kifayət qədər elm verilmiş adamlar var. Onların təliğ etdiyi yeni ideyalar bəşəriyyəti birləşdirəcək və Yerdə sülhü, əminamanlığı bərpa edəcək. Bu məqsədlə hər ölkədə fəzalıların öyrətdiyi adamlar var. Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəri bu mesajı verir. Yəni, azərbaycandan doğulacaq yeni bir ideologiyanın bəşəriyyəti öz ətrafında birləşdirəcəyini xəbər verir. Allahın qiyamət günündə bəndələrindən soruşacağı sualları siz bir birinizdən soruşmuyın; bəndələrin biri-birindən soruşacağı sualları soruşun! Məsələn: “Sən namazı səhv qıldın”, “səhv salavat çəkdin” kimi, sizə dəxli olmayan suallar verməyin! Kim nəyi necə edirsə, sidq ürəklə eləsin; Yaradan qəbul edəcək. Yetər ki, bəndə əməlisaleh olsun. Bəndələrin biri-birindən soruşacağı suallar: “acsanmı?", “işsizsənmi?”, “nə kömək lazımdı, edim?” olmalıdır. Yəni, nəzəriyyəyə aid olan yox, praktikaya, əmələ aid olan suallar verilməlidir. Elə suallar soruşanlar Allahın işinə qarışanlardı; Allahlıq iddiasında olanlardı! Hisslərinə bağlanıb, insanları hövsələdən çıxardanlardı! Bu şəxsləri Allah sevməz! Bir də, qanunlarda və dində çoxlu istinad və qarmaqarışıq fikilər yaradanlardan daha zalım kim olar?! İbadətgahları (məscidləri, sinaqoqları, kilsələri...) Allah evi deyib, Allahı məkanla kiçiltməyin. Heç kainat da Allahın evi deyil! (Allah daha böyükdür!) Kitabı bütləşdirməyin, yaxşılığı bütləşdirin! Allahın və peyğəmbərlərin adından yalandan nağıllar uydurub, insanları alətə çevirməyin! Pangeist bax budur! Biz “sülh”, “din” deyib, insanları tülkücə qırmırıq. Biz “insanlara azadlıq” deyib, onları kölə etmirik. Biz insanlara “öncə siz” deyib, oların bu dünyaları və o dünyaları daha gözəl olsun deyə, xidmət edirik! Bir pangeist daima yaxşılıq etməlidir – son nəfəsinə kimi! Bir pangeist öləndə də mütləq orqanını bağışlamaldır! (Pangeyistin dirisi fayda verdiyi kimi, ölüsü də faydalı olmalıdır!) Dünyanı nə sevgi, nə gözəllik, nə də din xilas edəcək! Dünyanı ancaq və ancaq yaxşılıq xilas edəcək! Yaxşılıq et, sən də müqəddəslərdən ol! Önəmli olan sözlər deyil, davranışlardır. Tarixə nəzər saldıqda hər bir peyğəmbərin özündən əvvəl xəbər verəninin olduğunu görürük. Məsələn, İslam Peyğəmbərinin xəbər verəni (səmavi kitablarla yanaşı) Varaqa bin Nofəl idi. Həzrət Peyğəmbərimizin sevimli həyat yoldaşı Xədicə xanımın əmizadəsi olan Varaqa bin Nofəl dövrünün ən savadlı və açıq fikirli, yeniliyə meyl edən adamı idi. O, Tövrat, Zəbur və İncili dərindən bilməklə yanaşı, bunları Ərəbcəyə tərcümə etmişdi. Həmçinin, bu səmavi kitabların əsasında, onların doğruluğunu təsdiq edən “Kitabi-müqəddəs” əsərini yazmışdı. Bir gün Xədicə xanım yuxuda gördü ki, Günəş yerə enib, onun evinə girdi və çıxaraq, bütün Məkkə əhalisinin evlərini işıqlandırdı. Yuxusunu əmisi oğlu Varaqaya danışdıqda, “Gördüyün bu röya, yaxında bir peyğəmbərin zühur edəcəyinə və sənin də həmin peyğəmbərin zövcəsi olacağına işarədir” - dedi. Bir çox dilləri bilən Varaqa bin Nofəl, dinlər tarixi, dinlərlə əlaqəli insanların həyat və fəaliyyəti, hekayələri barədə zəngin məlumatlar toplamış, bu mövzuda kitablar yazmışdı. Ərəbistan əhalisi o zamanlar yəhudilər, xristianlar və bütpərəstlərdən ibarət olmaqla, çoxluq bütə sitayiş edirdi. Varaqanın axtardığı tək Allahlıq inancı Məkkədə mövcud deyildi. Bu səbəbdən Varaqa, Zeyid bin Amir ilə birlikdə səyahətə çıxıb, Şamda, Bursada xristiyan alimlərlə tanış olub, söhbətləşdilər. Ancaq, İsanın təbliğ etdiyi dindən əsər-əlamət qalmadığına əmin oldular. Etibarlı bir qaynaq axtararkən, əfsanələrlə, xurafatla qarşılaşdılar. Həqiqi “İncil”i tapa bilməyən Varaqa və Zeyd, qüreyşin bütlərindən qaçdıqları halda, xristiyanların üçtanrılıq, heykəllər, təsvirlər aləminə düşdülər. Bu mənasız, cansıxıcı diyardan çıxıb, şimala doğru üz tutdular. Nəhayət, Mosulda sadəcə, Allahın rizasını qazanmağa çalışan bir nasturi rahibiylə tanış olan Varaqa və Zeyd, ondan çox faydalanırlar və axtardıqlarına yaxın olan inancını bəyənirlər. Həmin vaxtlar Məhəmməd də bütə tapınmağa nifrət edirdi. O da Həzrət Musa və Həzrət İsa kimi, cahiliyyat dövrünü yıxmağa çalışırdı. Və heykəllərə tapınmağı doğru hesab etmirdi. Onun həmfikirləri Varaqa, Kıyıs bin Saidə, Abdullah bin Çehişt, Osman bin Halis idi. Bu dörd hənif, bir gün Məkkədə böyük məbudlardan (Lat, Uzza, Manat) birinin dini mərasiminə qatıldılar. Onlar sakit bir guşəyə çəkilərək, cahil insanların ibadətlərini seyr edirdilər. Qurbanlar kəsilib, məbut təvaf edilirdi. Şüursuz bir daş parçasına ibadət edən insanların halına acıyan bu dörd nəfər, özlərinə haq bir din arayacaqlarına söz verdilər. Dördü də bu fikirdə birləşdilər. Onların başçıları Varaqa bin Nofəl idi. Bu dörd hənif, dövrün Peyğəmbəri olaraq Məhəmmədi görürdülər (hansı ki, o ərəfədə Məhəmmədə hələ vəhy gəlməmişdi və özünü peyğəmbər elan etməmişdi). Onu bu məqama yetişdirməyə çalışırdılar. Buradan anlaşılır ki, bu böyük şəxsiyyətlər İslamiyyətin qurulması üçün gizli bir cəmiyyət olaraq çalışıblar. Məhəmmədin, Varaqanın əmisi qızı, zəngin Xədicə ilə evlənməsi də bu səbəbdən ola bilir. Öncəsi bilinməsə də, rəsmi nigahdan (25 yaş) Peyğəmbərlik yaşına (40 yaşa) qədər keçən 15 il ərzində Məhəmməd Varaqa və digər həniflərdən davamlı olaraq bilgi alır və qarşıdakı təbliğlərdə istifadə edəcəyi, günün şərtlərindən olan tarixi, etnoqrafiyanı, coğrafiyanı, dinləri və hekayələri öyrənərək, öz elmi biliklərini zənginləşdirirdi. Beləliklə, Məhəmmədin, öz dövrünün ən savadlı və zəngin biliyə malik bir şəxsiyyəti olaraq yetişməsində Varaqanın və onun ətrafında olan həniflərin böyük rolu olduğu danılmaz faktlardandır. Əkilən və daimi qulluq edilən bu elm ağacı artıq öz bəhrəsini verməkdəydi. Hira dağındakı mağarada uzun günlər və gecələr, fikir mübadiləsi, İlahidən alınan ilham, yavaş-yavaş daşları yerinə otuzdurmaqdaydı. İdeoloji devrim çox yaxındaydı” Bu arada Ukkaz meydanında qızılı bir dəvə üzərində Kıys bin Saidə, Ərəb xalqına mənalı və xəbərverici məşhur xitabını etdi. O zaman Həzrət Məhəmməd 38 yaşında olmaqla, bu alovlu və oyandırıcı hənifi diqqətlə dinləmişdi. Bilavasitə, bu sözlər onun ruhunda yeni bir cığır açdı: “Sizi əmin edirəm ki, Allah dərgahında bir din var ki, indi tapındığımız dindən daha sevimli və Allahın gələcək Peyğəmbəri vardır ki, gəlməsi lap yaxındadır; kölgəsi başımızın üzərinə gəldi. Nə mutlu o kimsəyə ki, ona iman edib də, o da ona hidayət edə. Vay o bədbəxtə ki, ona üsyan və müxalifət edə. Yazıqlar olsun ömrünü qəflətdə keçirən ümmətlərə”. O, bu sözlərlə Ərəb xalqına Məhəmmədin gələcəyini xəbər verirdi. Və bundan sonra Məhəmməd, İslamiyyəti qurmaq əzmində bulundu; Cənabi Haqdan nübüvvət və risaləti qəbul etdi. Hira dağında Həzrət Cəbrail ilk dəfə nazil olaraq vəhy gətirəndə Məhəmməd əleyhissəlam qorxmuş, həyəcanlı halda evə gəldi və olanları həyat yoldaşına danışdı. Möminlərin anası Xədicə xanım, Varaqa bin Nofələ üz tutub, baş vermiş hadisəni izah etməsini istədi. O, əmisi qızını diqqətlə dinlədikdən sonra: Get həyat yoldaşına söylə ki, qorxmasın, bu əlamətlər onun peyğəmbərliyinə işarədir. Ona görünən Həzrət Cəbraildir; gətirdiyi isə, Allahın vəhyidir”. Bəzi mənbələrdə qeyd edilir ki, Həzrət Məhəmməd Hira dağında baş verənləri Varaqaya anlatdıqda: “Ya Məhəmməd, səni təbrik edirəm, Həzrət İsanın özündən sonra gələcəyini xəbər verdiyi Peyğəmbər sənsən”. Sənə çox əziyyət verəcəklər. Çünki, peyğəmbərliyə yetişən kimsələrə qövmü arasından bir çox düşmənlər çıxmışdır. Kaşki, gənc olsa idim, Məkkədən çıxarıldığın zaman sənə xidmət və yardım edə bilsəydim” deyərək, Məhəmməd əleyhissəlamı qucaqlayıb öpdü”. Tarix təkrar olunur. Yaşadığımız dövrə açıq gözlə baxsaq görərik ki, o vaxt xristiyanlıqdan əsər-əlamət qalmadığı kimi, indi də İslamdan demək olar ki, əsər-əlamət qalmayıb. Mənəviyyatı saflaşdırmaq, şəxsiyyəti formalaşdırmaq üçün göndərilən İslam dini, bu gün açıq-aşkar mafiyalara xidmət etməkdə və dünyada müharibələrin, qətliamların, qarətlərin pərdələnməsi üçün bir alət rolunu oynamaqdadır. Nə qədər acınacaqlı da olsa biz bunu (ürək ağrısı ilə) etiraf etməliyik. Dinin mafiyalaşmasından dolayı artıq elə bir mənzərə yaranıb ki, İslam deyəndə bəşəriyyətdə bir qorxu, xof yaranır. Danılmaz faktdır ki, bu gün valideynlərin böyük əksəriyyəti (elə bu sətirlərin müəllifi də) övladlarını məscidlərdən (dindən) uzaq tutmağa çalışırlar. Cəmiyyətə açıq gözlə baxdıqda, istər Şərqdə, istər Qərbdə, istərsə də Cənub və Şimalda yaşayan insan övladının bu və ya digər formada cahiliyyat içində yaşadığını görmək olur. Şərq insanı bu gün heykəllərə tapınırsa, Qərb insanı təsvirlərə, bütlərə, üç Allahlığa tapınır... Yerin dörd bir tərəfində insan oğlu fani dünya malı üçün günahsız insanların qanını su kimi axıtmaqdadır. Bəşər tarixinə nəzər salsaq, görərik ki, insanlığın indiki qədər vəhşiləşdiyi bir dövrü olmamışdır. Bu da onu sübut edir ki, bəşəriyyət artıq Yaradanın göndərdiyi heç bir dinə inanmır və onun qanunlarına tabe olmur. Onu da qeyd edək ki, bəşər tarixində indiki vəhşilik və zülm heç bir zaman olmasa da, bu və ya digər formada dinsizlik, pozğunluq, Yaradanın qanunnlarına sayqısızlıq dövrləri olmuşdur. Belə dövrlərin hamısında cəmiyyətin içərisindən bir nəfər xilaskar (qurtarıcı) meydana çıxaraq, insanları doğru yola dəvət etmiş və sülhü, əminamanlığı bərqarar edərək, cəmiyyətdə nizam yaratmışdır. Bu gün bəşəriyyət yenə də həmin dövrü yaşadığından, artıq yeni bir xilaskarın (nizamlayıcının) meydana çıxmasına zərurət yaranmışdır. Tarixdən məlumdur ki, hər bir xilaskar (Peyğəmbər) öz dövrünün ən savadlı, bəsirətli adamı olub və insanları tamamilə yeni (dövrə, zamana uyğun) bir ideologiya ətrafında birləşdirərək, sülhə, barışa nail olub. Elə isə, sual yaranır: yeni Xilaskar bəşəriyyəti hansı ideologiya ətrafında birləşdirəcək ki, Yer üzündə axan qanlar dayansın? (Bugünə qədərki ideologiyaların (Musəvilik, İsavilik və İslam”) iflasa uğradığı göz önündədir və bəşəriyyəti onların ətrafında birləşdirmək utopiyadır.) Elmi-lədun bilgilərimiz göstərir ki, yeni xilaskar bəşəriyyəti Pangeizm ideyası ətrafında birləşdirəcək. Pangeizm nədir? Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. (Həmin materiki əhatə edən okean isə, Pantalas olub.) Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. “Pangeoist” sözünün mənşəyi isə, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və indiki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də! Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün yeni xilaskar insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcək. Beləliklə, onun təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. Oxucuda sual yaranacaq ki, yeni xilaskar və onun ardıyca gedənlər dinsiz olacaqlarmı? Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni xilaskar həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına və pozulmuş nizamın bərpa olmasına səbəb olacaqdır... Yeni xilaskar insanlara təbliğ edəcək ki, insan öz taleyini əslində özü (öz əməlləriylə) yazır. Yəni, bu il ərzində insanlara etdiyiniz yaxşılıq (yaxud pislik) alnınıza yazılır və növbəti ildə həmin şeylər bu və ya digər formada özünüzə qayıdır... Odur ki, ona inananlar daim yaxşılıq edib, yaxşılıq da görəcəklər. Yeni xilaskara inananlar gün ərzində beş dəfə Yaradanı zikr edib (yada salıb) beş dəfə də ətrafdakı insanlara yaxşılıq edəcəklər. Bununla da Yaradana olan ibadətləri (sözdə və əməldə) tamamlanmış olacaq. Bütün bunları təklikdə və yalnız Yaradan xatirinə edəcəklər. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Miasteniya (əzələ zəifliyi) xəstəliyi əksər hallarda 20-40 yaşlar arası (bəzən daha gənc) insanlarda inkişaf edir. Qadınlarda bu xəstəliyə daha tez-tez təsadüf edilir. Miasteniya tibb emi üçün sirli xəstəlikdir. Bu vaxta kimi onun inkişaf etmə səbəbləri və mexanizmi sona kimi öyrənilməyib. Xəstəlik tədricən inkişaf edir - insan tez yorulur, zəifləyir, göz qapaqları aşağı düşür, nitq aydın olmur, insan çeynəyəndə və udanda əziyyət çəkir. İnsanın istənilən hərəkəti əzələlərlə sinirlərin kollektiv işidir - sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə, lazım olan hərəkətlər edir. Miasteniya zamanı bu prosesdə pozulmalar yaranır ki, nəticədə əzələlər normal işləmir - tez yorulur, insana "qulaq asmır", hətta iflic olur. Səhər oyanandan sonra xəstə özünü tam normal hiss edir, lakin bir neçə saatdan sonra xəstəliyin simptomları meydana çıxmağa başlayır. Xəstəliyin simptomları arasında: - patoloji yorğunluq - ptoz (qöz qapaqlarının enməsi) - ikiligörmə - nitqin pozulması və burunda danışma - udmanın çətinləşməsi və çeynəmə əzələlərinin tez yorulması - nəfəsalmanın çətinləşməsi (bu xüsusilə təhlükəlidir ki, insanın boğulma nəticəsində həlak olmasına səbəb ola bilər) - boyun əzələlərin tez yorulması (insan başını düz tuta bilmir, əziyyət çəkir) - ayaqlarda və qollarda zəiflik. Bir insanda xəstəliyin bir neçə əlaməti görünə bilər (məsələn, nitqin, çeynəmə və udma proseslərin, nəfəsalmanın pozulması). Bu zədələnmiş əzələlərdə asılıdır. Miasteniya zamanı həmçinin, bədənin bütün əzələləri zədələnə bilər. Xəstəliyin simptomları gərginlikdən sonra meydana çıxır. Gərginlik artdıqda, xəstənin vəziyyəti daha da pisləşir. Miasteniyanın ağır formalarında xəstədə kriz vəziyyəti inkişaf edə bilər ki, bu zaman nəfəsalmada iştirak edən əzələlər iflic ola bilər. Bu da xəstənin həlak olmasına səbəb olar. Miasteniya xroniki proqressivləşən xəstəlikdir. Tibb elmində müalicəsiz sayılan bu xəstəlik ağır pozulmalara - əlilliyə və hətta insanın ölümünə səbəb ola bilər. Miasteniya xəstəliyinin sirləri nədir? Yuxarıda qeyd etdik ki, miasteniya tibb elmi üçün sirli xəstəlikdir; onun yaranma səbəbini müəyyən edə bilmir. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu xəstəlik magik yolla ötürülən neqativ enerjinin təsirindən yaranır. Tibb elmi bu sahəyə nüfuz edə bilmədiyindən, əzələ zəifliyi xəstəliyinin sirlərini aça və onu müalicə edə bilmir. Miasteniyadan əziyyət çəkən pasiyentlərimiz üzərində apardığımız araşdırmalar göstərir ki, bu xəstəlik tamamilə müalicə olunandır. Sadəcə, əvvəlcə səbəb (neqativ enerji) aradan qaldırılmalı, sonra müalicə olunmalıdır. Müayinələr göstərir ki, xəstəlikdən əvvəl insanda qorxu, həyəcan, qarabasmalar, əsəb, diksinmələr, ağrılar və s. əlamətlər görünür. Bu əlamətlər neqativ enerjinin orqanizmə daxil olduğunu göstərir. Bildiyimiz kimi kompyuter insanın alt kopyası olaraq yaradılıb. Odur ki, bu cihazda baş verən bütün proseslər bu və ya digər formada insanda da baş verir (təəssüf ki, insan kompyuteri kəşf etsə də, özünü kəşf edə bilmir). Belə ki, kompyuterə düşən virus oradakı fayl və proqramları necə yeyib dağıdırsa, fəaliyyətini iflic edirsə, neqativ enerji də insanın sinir (beyin) sistemini eləcə yeyib dağıdır və bu sistemi iflic edir (fəaliyyətini pozur). Yuxarıda qeyd etdik ki, insanın istənilən hərəkəti əzələlərlə sinirlərin kollektiv işidir - sinirlər əzələlərə impulslar ötürür, əzələlər isə, lazım olan hərəkətləri yerinə yetirir. Neqativ enerji sinir sistemini (ağır formada) pozduqda isə, artıq əzələlərə impuls ötürülə bilmir. Nəticədə əzələlər normal işləyə bilmir və beləliklə, miasteniya (əzələ zəifliyi) xəstəliyi yaranır. Bizim tətbiq etdiyimiz elmi-lədun müalicə metodunun tibbi metoddan fərqi ondadır ki, biz əvvəlcə səbəbi (neqativ enerjini), sonra nəticəni (xəstəliyi) aradan qaldırırıq. Oxucularımıza məlumdur ki, İsmayıllı rayonunun Girk kəndində heyvanların əmcəkləri müəmmalı şəkildə qoparılır. Kənd sakinləri sağlam heyvanları tövləyə salıb, ağzını bağlayırlar, səhər tövlənin qapısını açanda inəklərin əmcəklərinin yerində olmadığını görürlər... Baş verən bu müəmmalı hadisə barədə Respublika Baytarlıq laoratoriyası da açıqlama yayıb. Açıqlamada inəklərin əmcəklərinin hansısa vəhşi heyvan tərəfindən qoparıldığı bildirilir. Ancaq, deyəsən laboratoriyanın verdiyi bu açıqlama heç də hamını qane etməyib. Məsələn, tanınmış psixoterapevt, elmi-lədun bilicisi Paşa Yaqub hadisəyə özünəməxsus şəkildə münasibət bildirib: - Respublika baytarlıq laboratoriyası açıqlama verəndə ki, İsmayıllıda heyvanların əmcəklərini vəhşi heyvan aparır, yadıma Qurandan bir epizod düşdü: qardaşları Yusifin köynəyini qana bulaşdırıb, atalarına göstərirlər ki, onu qurd parçaladı. Atası deyir: “O necə qurddu ki, Yusifi parçalayıb, amma, heç onun köynəyini cırmayıb?” Yaqub Peyğəmbərin sözü olmasın, o necə vəhşidir ki, gecə tövlənin qapısını açır, inəklərin ancaq qabaq əmcəklərini qoparır, sonra da qapını səliqəli şəkildə bağlayıb gedir?! İnəklərin başqa yerlərinə toxunmur (?). Əcaba, bu vəhşi pəhriz saxlayırmı? Həkim ona ancaq inəklərin qabaq əmcəklərini yeməyi məsləhət görübmü? Onunla doydumu ki, heyvanın başqa yerlərinə toxunmadı? Baytarlıq laboratoriyası bu “mədəni” və “pəhriz saxlayan” vəhşinin növünü deyə bilərmi? Paşa Yaqub onu da qeyd etdi ki, bu müəmmalı hadisədə ufoloji amillər var. Odur ki, baş verən proses ufoloqlar tərəfindən ciddi araşdırılıb, üzərindəki sirr pərdəsi qaldırılmalıdır ki, qarşısını almaq mümkün olsun. Dağınıq skleroz (DS) — sinir sisteminin iltihabi xəstəliyi olub, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır. Dağınıq sklerozun ən xoşagəlməz xüsusiyyəti insanın cavan yaşlarında ciddi əlilliyə səbəb olmasıdır. Dağınıq skleroz xroniki, vaxtaşırı kəskinləşmə ilə keçən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından bir müddət sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir. Xəstəlik çox sürətlə irəliləyir. Klinik müayinələr göstərir ki, xəstələrin Mərkəzi Sinir Sistemində (MSS) zədələnmələr əmələ gəlir və bu zədələnmələr zaman keçdikcə səpələnir. Zədələr ocaqlarda olan iltihabi proses nəticəsində yaranan çapıqlardır. Dağınıq skleroza ən çox 18-45 yaşlarda rast gəlinir, amma bütün yaş qruplarında təsadüf edilə bilər. Qadınlarda kişilərə nisbətən çox rast gəlinir (1,6-2:1). ÜST-nin məlumatına görə nevroloji xəstəliklər arasında DS cavan yaşlı şəxslərin əlilliyinin əsas səbəbidir. Xəstəliyin başlanmasından 10 il sonra xəstələrin 30-37%-i yalnız başqasının köməyi ilə hərəkət edə bilir, 50% pasiyentlər peşəkar işlərini yerinə yetirməkdə çətinlik çəkirlər, pasiyentlərin 80%-dən çoxu iş yerlərini dəyişməyə məcbur olurlar. Tibb elmində indiyənədək xəstəliyin yaranmasında ilkin səbəb olan hər hansı bir virus aşkarlanmayıb. Dağınıq skleroz zamanı istənilən nevroloji əlamət müşahidə oluna bilər ki, bunlardan avtonom, hərəki, hissi, görmə problemləri daha çox yayılmışdır. DS zamanı kəllə-beyin sinirlərinin və beyin kötüyünün zədələnmə simptomlarına tez-tez rast gəlinir və onlar aşağıdakı kimi özünü göstərir: - gözün hərəki pozuntuları, xüsusilə uzaqlaşdırıcı sinirin parezi və nüvələrarası oftalmoplegiya - başgicəllənmə - psevdobulbar pozuntular (dizartriya, disfagiya və s.) Çanaq orqanlarının funksiyalarının pozulmasına DS-in müxtəlif mərhələlərində xəstələrin 80%-də rast gəlinir. Bu patologiyalar sidik ifrazının pozulması (sidik saxlaya bilməmək, sidik ifrazının ləngiməsi və ya hər iki pozuntunun kombinasiyası); defekasiyanın pozulması (qəbizlik, nadir hallarda nəcisi saxlaya bilməmək); cinsi funksiyanın pozulması ilə büruzə verir. Ağrı DS-li xəstələrin tez-tez rast gəlinən şikayətlərindəndir. Xəstələrin 90%-də neyropsixoloji pozuntular, sindromlar və psixi pozulmalar aşkar edilir. Hazırda tibb elmində heç bir müalicə yanaşması Dağınıq sklerozdan tam sağalmanı təmin etmir. Bütün dünyada istifadə olunan müalicə tədbirlərinin əsas məqsədi xəstəliyin baş vermiş kəskinləşmələrini müvəqqəti söndürmək və növbəti kəskinləşmənin qarşısını almaqdan ibarətdir. Dağınıq skleroza elmi-lədun baxış Dağınıq sklerozdan müalicə etdiyim xəstələrlə söhbətlərdən məlum olur ki, xəstəliyi yaradan əsas səbəb, neqativ enerjidir. Bu enerji virus kimi orqanizmə düşür və Mərkəzi Sinir Sistemin dağıdır (necə ki, virus kompyuterdəki fayl və proqramları dağıdır). Nəticədə beyində iltihabi ocaqlar yaranır. Bu ocaqlar güclü sinir ağrılarına və hərəkət pozğunluğuna səbəb olur. Nəticədə, xəstə əsəbi olur, yeriyərkən müvazinətini itirir, əl-ayaqlar keyləşərək hissiyatını itirir, sidik sistemindən beyinə səhv siqnallar gəlir (boş-boşuna tez-tez ayaqyoluna gedir), yaddaşını itirir (cümlənin yarısın deyir, digər yarısın unudur) və s. DS xəstəliyi ən çox ailənin böyük övladlarında görülür. Səbəb odur ki, neqativ enerji ilk növbədə anada olur. Hamiləlik dövründə bu qara enerji bətndəki körpəyə ötürülür. Uşaq hələ körpə olarkən, bu enerji çox kiçik olur və özünü ancaq əsəb şəklində biruzə verir. Uşaq böyüdükcə, neqativ enerji də böyüyür və onurğa, baş, digər ağrıların çoxalmasına səbəb olur. Nəhayət, həmin enerji MSS-ni dağıdaraq, iltihabi ocaqların yaranmasına gətirib çıxarır ki, bu da Dağınıq skleroz adlanır və əlilliyə səbəb olur. Uşaqların gələcəkdə dağınıq skleroza meyilli olub-olmayacağını bilmək üçün analar hələ gənc yaşlarından (qızlıq dövründən) bu əlamətlərə fikir verməlidirlər: - Diksinmə, qorxu, panikatak, - Baş, boyun, çiyin, bel ağrıları; - Əsəb; - Cinsi istəksizlik, həvəssizlik; - Qorxulu yuxular görmə; - Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda); - Menstruasiya dövrünün həddən artıq ağrılı və sancılı keçməsi; - Qərarsızlıq (bir fikrə gələ bilməmək); - Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir); - Həzm sistemi pozğunluqları; - Analıq orqanlarında kistalar, miomatik düyünlər, fibroma; və s. Bu əlamətlərdən bir neçəsi olan qadınlar (həmçinin qızlar) neqativ enerjinin daşıyıcısı sayılırlar və gələcəkdə hamilə qalarkən, onlar bu enerjini avtomatik olaraq, bətnlərindəki uşağa ötürürlər. Nəticədə, doğulan uşağın DS xəstəliyinə (yaxud, digər sinir xəstəliklərinə) tutulma ehtimalı kəskin şəkildə artır. Onu da qeyd edim ki, tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etmədiyindən, onun səbəb olduğu xəstəlikləri də (o cümlədən DS-zu) müalicə etməkdə acizdir. Lakin, bizim tətbiq etdiyimiz müalicə seansları ilə artıq bir neçə Dağınıq skleroz xəstəsi uğurla müalicə olunmuşdur (onlardan birindən Türkiyədə təkcə ağrılarını müvəqqəti dayandırmaq üçün, iyirimi beş min ABŞ dolları ödəniş istəmişdilər. Xəstədə bu qədər vəsait olmadığından, şiddətli ağrılarla geri qayıtmışdı). Elmi-lədun metodla apardığımız seanslar nəticəsində cəmi 21 günə pasiyentlər tibb elminin sağalmaz hesab etdiyi bu xəstəlikdən xilas olurlar. İnsanlar (əsasən də qadınlar və qızlar) profilaktiki məqsədlə vaxtında neqativ enerjidən təmizlənərlərsə, DS xəstəliyinin gələcəkdə (həm özlərində, həm də övladlarında) başvermə ehtimalı sıfıra enə bilər. Sənət adamı olan dostlarımın demək olar hamısı gileylənirlər ki, kənar yerlərdə sənətimizə yüksək qiymət verildiyi halda, öz doğulduğumuz yerin insanları bizə qiymət vermirlər. Bəzi dostlarım bunu yaşadığı yerin əhalisinin qədirbilməzliyi, sənətdən baş çıxarmaması kimi qiymətlən-dirirlər. Bilməlisiniz ki, bunun səbəbi heç də yaşadığınız yerin əhalisində deyil. İnanmırsınızsa, sizə yüksək qiymət verilən yerlərdə yaşayan kolleqalarınızdan soruşun, görün onlara həmin yerdə qiymət verirlərmi? Əlbəttə , “yox” deyəcəklər. Qeyd edim ki, bu problemlə tək bir sənətlə məşğul olanlar deyil, bütün sənət sahələrinin sənətkarları qarşılaşırlar. Odur ki, məsələnin kökünə daha dərindən nəzər salmağı lazım bildim. El arasında “Öy buzoyundan öküz olmaz” məsəli təsadüfən yaranmayıb. İnsan cəmiyyəti yaranandan yanaşma bu cür olub. Ona görə də, bizdən qabaq yaşamış aqillər başqalarından fərqli qabiliyyəti, istedadı olan adamara (sənətkarlara) məsləhət görmüşlər ki, öz sənətinizlə yüksəlmək və ad-san qazanmaq istəyirsinizsə, mütləq yaşadığınız yeri tərk etməlisiniz. Bunu belə izah edirlər ki, əgər sən xüsusi istedada sahib olub, məsələn, bir elmi kitab yazmısansa, yaşadığın yerin adamları onu oxuduqca, gözlərinin qabağına sənin uşaqlıqda onlarla bərabər etdiyin günah işlər gələcək... və beləliklə də sənin elmin o günahların kölgəsində qalacaq və həmin əhalinin gözlərində dəyərsiz olacaq. Sənin uşaqlığından və gəncliyindən (günahlarından) xəbərsiz olan uzaq yerin əhalisi isə, sənin kitabına və istedadına yüksək qiymət verəcəklər... Bilməlisiniz ki, dağ nə qədər uzaqda olsa, onun əzəməti bir o qədər böyük görünər. Üstünə çıxanda isə, insan özünü o dağdan əzəmətli hiss edər. Beləliklə də, insanın gözündə həmin dağın əzəməti itib gedər. Odur ki, doğulduğu yerdə yaşayan böyük istedad sahibləri də həmin o üstünə (oxu: boynuna) çıxılmış dağa bənzəyirlər - ətrafındakılar onun əzəmətini (istedadını) hiss etməzlər. Buna əmin olmaq üçün kəndinizdə doğulmuş iki istedadlı adamı müqaisə edin: biri doğulduğu kəndi tərk edib ad-san qazanıb, o biri kənddə qalıb, tanınmayıb. Dərindən araşdırsanız görəcəksiniz ki, tanınmayan həmyerliniz tanınandan qat-qat istedadlıdır; sadəcə, kənddə qaldığına görə istedadını nümaiş etdirməyə, məşhurlaşmağa şərait olmamışdır. Balıq dəryada böyüdüyü kimi, istedadlı adamlar da ancaq böyük şəhərlərdə məşhurlaşa bilirlər. Xoşbəxtliyi həmişə uzaqlarda axtaran insanlar bilməlidirlər ki, yaxınlaşanda onsuz da o əzəmətdən əsər-əlamət qalmayacaq. Ona görə də çalışın ətrafınızdakı insanları qiymətləndirəsiniz. Nə qədər çətin olsa da... Miqreni cəmi bir seansla yox etmək mümkündür... Son dövrlər miqrendən əziyyət çəkən insanların sayı sürətlə artmaqdadır. Bu xəstəliyə kişilərlə nisbətdə qadınlarda daha çox rast gəlinir. Qadınların təxminən 20 faizi, kişilərin isə 8 faizi miqrendən əziyyət çəkirlər. Əgər baş ağrılarınız krizlər halında ortaya çıxırsa, bu ağrı miqren ağrısı sayılır. Xəstəlik zamanı krizlər bəzi insanlarda ildə 1-2 dəfə, bəzilərində isə, ay ərzində dəfələrlə baş verə bilir. Əksər baş ağrıları isə, şiddətli formada baş verir. Miqren ağrılarının digər formalı baş ağrılarından fərqi isə, ürək bulanma, bəzən qaytarma və bəzən də səs, işıq və qoxulara olan həssaslığın müşahidəsidir. Araşdırmalarımız göstərir ki, miqreni yaradan səbəb ətraf mühitdən gələn neqativ enerjilərdir. Bu enerji bəzən irisi yolla da keçir. Məsələn, hamiləlik dövründə anada miqren və yaxud, digər ağrılar, stress, əsəb olarsa, doğulan uşağa mütləq neqativ enerji yüklənir. Belə uşaqlar adətən əsəbi, inadkar, immuniteti zəif olurlar. Böyüdükcə, onlarda bir çox hallarda miqren də görünməyə başlayır. Neqativ enerji insanda hormon dəyişikliyinə də səbəb olur ki, bu da öz növbəsində miqrenlə nəticələnir. Bu hal qadınlarda daha çox müşahidə edilir. Xüsusilə də menstruasiya zamanlarında ağrılar daha da şiddətlənə bilir. Həmçinin, ürək bulanması, qusma, işığa və səsə həssaslıq da yarana bilər. Adətən basin bir tərəfində güclü ağrılar baş verir. Miqrenin əlamətləri Miqrenin ən böyük əlaməti şiddətli ağrılardır. Hətta, bəzən o qədər güclü olur ki, xəstə yerindən qalxa bilmir. Miqrendəki baş ağrısı göz və ya gözün arxasında da hiss edilir. Alın, başın arxa tərəfi və qulağın arxası miqren ağrılarının ən çox hiss edilən nahiyələridir. Baş ağrıları ilə yanaşı depressiya, durğunluq, diqqət yayınması, danışan zaman yaranan çətinlik, yatmaq istəyi, qəbizlik, ishal da miqrenin əlamətlərindəndir. Ən çox rast gəlinən digər əlamət isə, qoxu, diksinmədir. Bütün bunlar miqreni yaradan və onunla birgə görülən əlamətlərdir. Miqren xəstələri məclislərə gedəndə özlərini niyə pis hiss edirlər? Miqren xəstələri adətən məclislərə, toya, şənliklərə gedəndə ağrıları daha da şiddətlənir. Bu da aura ilə əlaqəlidir. Belə ki, miqren neqativ enerjidən yarandığı üçün, məclisdəki insanların bəzilərindən gələn mənfi enerji onu daha da körükləyir (alovlandırır). Çox parlaq və yanıb sönən işıqlar, həmçinin kəskin qoxular və iqlim dəyişiklikləri də miqreninizi artıra bilər. Bununla yanaşı psixoloji vəziyyətlər, qadınlardakı hormonal dəyişikliklər də öz təsirini göstərə bilir. Miqrenin müalicəsi Yuxarıda qeyd etdik ki, miqreni yaradan səbəb neqativ enerjidir. Bu enerji başda və onurğada toplanaraq, sinir siteminə mənfi təsir göstərməklə, miqrenin yaranmasına gətirib çıxarır. Tibb elmində neqativ enerjiyə qarşı vasitə kəşf edilmədiyindən, ancaq ağrıkəsici və sakitləəşdirici vasitələrdən (kimyəvi pereparatlardan) istifadə edilir. Bunlar da ağrını bəzi hallarda müvəqqəti sakitləşdirsə də, çox hallarda effektsiz olur. Çünki, “fundament” (enerji) oduğu kimi qalır və bir müddətdən sonra təkrar baş qaldırır... Bizim yaratdığımız elmi-lədun müalicə metodu isə, sırf neqativ enerjiyə qarşı yönəldilmişdir. Əvvəlki yazılarımda izah etdiyim kimi, neqativ enerjiyə qarşı ən yaxşı vasitə Efir enerjisidir. (Bax: moderator.az/news/216101.html moderator.az/news/216472.html ) Bu metodla cəmi bir seansla miqreni yox etmək mümkündür. Bununla yanaşı onun bütün əlamətləri – depressiya, onurğa ağrıları, ürəkbulanma, qəbzlik və s. də yoxa çıxır. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |