Azərbaycan xalqına verilmiş möhlət başa çatmaq üzrədir – Qurban bayramında gələn xəbərdarlıq6/29/2023 Bu gün dünyada yaşanan təbii fəlakətlərə (zəlzələ, qasırğa və daşqınlara…) bəsirət gözü ilə baxdıqda Nuh Peyğəmbərin, Lut Peyğəmbərin, Saleh və digər peyğəmbərlərin dövründə baş verən (“Quran”da təsvir olunan) hadisələrin analoqunun təkrarlandığını görürük.
Onu da qeyd edək ki, elm və kamillik əsri olan XXI əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlamışdır. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci (!) dəfə yaşayırıq. Məsələn, XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) vəhy yolu ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi, yüz minlərlə insan həyatını itirdi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək: 1) Elm əsrinin birinci Qurban bayramının 286-cı günü - 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub; 2) İkinci Qurban bayramının 286-cı günü - 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub; 3) Üçüncü Qurban bayramının 286-cı günü - 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub. (Yeri gəlmişkən, qeyd edək ki, orjinal (Kəbədə və muzeylərdə qorunan) Quranın səhifələrin sayı olan 286 ədədi Yaradanın kodlaşdırılmış möhürü (oxu: asan imzası) olraq bütün böyük hadisələrin (bayramların, astronomik hadisələrin, təbii fəlakətlərin) üzərinə vurulmaqdadır). 4) Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü il tarixdə də Günəş tutulması baş verib. Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin Allahdan olduğunu sübut edir. Onu da əlavə edək ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda da (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. 22 iyunda vəəd olunan bəla niyə Azərbaycanın Şimalına deyil, Cənubuna düşdü? Oxucuda sual yaranacaq ki, 22 iyunda (2002) vəəd olunan bəla niyə Azərbaycanın Şimalına deyil, Cənubuna düşdü? Qeyd edək ki, Qurban bayramı günü Qurandan qəbul etdiyim vəhyi “Hürriyyət” qəzetində dərc etdirəndən sonra vaxt daraldıqca, ətrafımdakı insanların (qohumların, dostların, tanışların…) heç birinin tövbə etmədiyini görüb, onları itirəcəyimdən bərk narahat oldum (bu qədər yaxın adamlarımın hamısını bir dəfəyə itirməyə psixoloji cəhətdən hazır deyildim). Odur ki, vəəd olunan günə üç gün qalmış, gecələri yatmayıb, səhərədək açıq havada dualar etdim ki, gələn bəla təxirə salınsın (insanlara möhlət verilsin), yaxud, bəla Azərbaycana enməsin… Iyunun 21-dən 22-nə keçən gecə səhərə yaxın gözümə xəfif bir yuxu getdi (sanki məni huş apardı). Bu anda göyün üzündə qalın qara buludları (bəlanı) gördüm. Allaha dua etməyə başladım ki, bu bəla Azərbaycanın üstündən çəkilsin. Belə deyə-deyə iki əllərimi buluda tərəf qaldıraraq, onu Azərbaycanın üstündən kənara itələməyə başladım (yuxuda əllərim buluda çatırdı). Yuxuda çox dua və güc edəndən sonra gördüm qara bulud ölkəmizin üstündən tam kənarlaşdı və göyün üzü açıldı… Səhər yuxudan oyananda xəbərlərdən eşitdim ki, İranda 9 ballıq zəlzələ baş veib, 22 (!) təkan qeydə alınıb, bir çox yaşayış məntəqələrinin yerində ümumiyyətlə, heç nə qalmayıb (şəhər və kəndləri sanki yer udub). Mənə məlum oldu ki, Azərbaycan xalqına tövbə etmək üçün bir qədər möhlət verildi. Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada (eləcə də Azərbaycanda) baş verən böyük zəlzələlər, təyyarə qəzaları, daşqınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Bildiyim qədər yaxın zamanda təmizlənmə prosesi başa çatacaq və Yerdə haqq-ədalət bərqərar olacaq. Təmizlənmə prosesi necə baş verəcək və kimlər xilas olacaq? Oxucunu düşündürən digər sual təmizlənmə prosesinin necə, nə vaxt baş verəcəyi və kimlərin xilas olacağıdır. Yuxarıda qeyd etdik ki, 21-ci əsr başlayandan (21-ci surə “Peyğəmbərlər” adlandığına görə bu ədəd Quranda Peyğəmbərlik, kamillik rəmzi sayılır) Quranda keçən əhvalatlar (peyğəmbərlərin və onların qövmlərinin başına gələnlər) 2-ci (!) dəfə yaşanmaqdadır. Hazırda Yer əhlinin bir qismi Nuh qövmünün, bir qismi Saleh qövmünün, bir qismi isə, Lut qövmünün… etdiyi murdar hərəkətləri təkrarlamaqdadırlar. Hazırda bəşəriyyətin kütləvi şəkildə (71 faizdən çoxunun) bu cür yolunu azması, pozğun həyat tərzi keçirməsi Yaradanın qəzəbinə səbəb olmuşdur. Bu səbəbdən də həmin qövmlərə göndərdiyi bəlaları (aclıq, quraqlıq, zəlzələ, qasırğa, subasma, göydən daş, həşarətlər yağması…) bir qədər yumşaq formada, hazırda hər gün bir xalqa göndərilməkdədir. (O qövmlərin başına gələnlərlə Quranın 7, 11, 21, 26…-cı surələrində daha ətraflı tanış ola bilərsiniz). Bildiyim odur ki, getdikcə intensivləşən bu bəlalar bütün dünyanı əhatə edəcək və şiddətlənəcək. Nəhayət, bəlli bir gündə Yaradan bu pozgun, zalım, imansız insanların həyatına son verəcək, ondan sonra kamillik dövrü başlayacaqdır. Xilaskar gələcəkmi? O, zalımlarla döyüşəcəkmi? Oxucunu maraqlandıran digər sual “Xilaskar gələcəkmi?”, yaxud, “gəlibmi?” suallarıdır. Bu gün bəşəriyyətin böyük əksəriyyəti hazırkı dövrün böhranlı dövr olduğunu qəbul etməkdədir və bir qismi İsanın, digər qismi isə, İmam Mehdinin (hər ikisinə Allahın Salamı olsun!) gəlişini gözləyirlər ki, əlinə qılınc alıb, zalımları qırsınlar, bunlar da xilas olsunlar… Qeyd edək ki, bu formada zühur baş verəsi olsa (hərçənd ki, baş vermiyəcək) həmin qılıncla ilk növbədə onları gözləyənlərin, gəlişi üçün dua edənlərin boynu vurulmalıdır. Çünki, onlar günahlarına görə heç də Nuh qövmündən, Lut qövmündən, Saleh… qövmlərindən geri qalmırlar. Əslində isə, təmizlənmə prosesi Quranda təsvir olunduğu formalarda baş verəcək. Rəbbim Quranda dəfələrlə, təkrar-təkrar vurğulayır ki, siz mələk olsaydınız, sizə mələkdən peyğəmbər göndərərdim, insan olduğunuza görə öz içinizdən (sizinlə birgə yaşayan) bir nəfəri peyğəmbər seçirik ki, sizə günahlarınızı anlatsın və Allah adından sizə xəbərdarlıq etsin (gələcək bəlanı bəyan etsin). Təəssüflər olsun ki, insanlar Quranın bu ayələrini (hökmlərini) qəbul etmirlər və göydən kiminsə gələcəyini təblig edirlər (Quranın hökmlərini qəbul etməyən hər bir kəs cəzanı haqq edir). Bu barədə bildiyim odur ki, Qurandakı bütün obrazların (peyğəmbərərin, imamların, fironların, nəmrudların, Dəccalın) prototipləri artıq aramızdadır və pərdələnmiş şəkildə öz işlərini görməkdədirlər. Yəni, Nuh, Saleh, Lut… peyğəmbərlər (hamısına Salam olsun!) öz qövmlərinin günahlarını özlərinə izah edib, necə döru yola dəvət edirdilərsə, tövbə etməyənlərin necə cəzalanacağını bəyan edirdilərsə, indi də aramızda eyni missiyanı davamlı şəkkildə yerinə yetirən insanlar var… Həmin peyğəmbərlərin sözünə baxmayan qövlərə necə bəla gəldisə, həmin bəlalar artıq indiki qövmlərə (xalqlara) gəlməkdədir və bizlər bunu hər gün televiziyalardan, yaxud internetdən izləyirik… Sadəcə, çoxları ağlına gətirmir ki, məsələn, Türkiyəni dağıdan zəlzələ, Amerikanı dağaıdan qasırğa… sabah onun yaşadığı şəhərdə (kənddə) də baş verə bilər və Allah pozgun, zalım xalqları məhv etdiyi kimi, indikiləri də məhv edə bilər. Məgər indi sizə rəhbərlik edənlər Firoondan, Nəmruddan azmı zülm edirlər? And olsun ki, onlardan qat-qat artıq zülm edirlər və onların zülmünü və əxlaqını ancaq Dəccalla müqayisə etmək olar (əslində onlar Dəccalın prototipi, məncə elə özüdür!). Firoon və Nəmrud öz dövrünün peyğəmbərlərini (İbrahimi, Musanı…) öz saraylarında qəbul etdi və dinlədi, onların təkliflərini saray əyanları ilə müzakirə etdi (təklifi qəbul etməsələr də). Siz öz rəhbərlərinizi onlarla müqayisə edin, görün hansısa ağıllı adamı qəbul edib, onun öyüd-nəsihətini dinləyərmi (bunu təsəvvür edə bilirsinizmi)? Elə isə, bu insanlar hansı ağılla Dəccalın gələcəyini gözləyirlər (Dəccal sizin başınızın üstündə deyilmi, ibadət yerlərində dayanmadan ona dualar etmirsinizmi)? Bugünkü “Qurban” bayramı (bayram üç gündür) əslində tövbə günüdür - tövbələrin qəbulu üçün böyük şans olan gündür. İnsanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, bizdən əvvəlki qövmlərin etdiyi və Allahın qəzəbinə sbəb olan əməllərə son qoymalı, vəzifədə olanlar özlərindən aşağı təbəqələrlə mülayim davranmalı, haqqı, ədaləti bərqərar etməlidirlər. Əks halda tezliklə gələcək (Quranda təsvir olunan) böyük bəladan canınızı qurtara bilməyəcəksiniz! Bir şəhəri su basanda oranın əhalisi evin üstünə çıxıb ağ bayraq qaldıranda FHN-nin xilasediciləri helikopterlə gəlib, onu xilas edə bilirlər. Evin zirzəmisinə girən adamı isə, xilas edə bilmirlər. İnsanların Allahdan gələn bəladan xilası da təxminən bu formada baş verəcəkdir. Yəni, kim ki, bəla gəlməzdən öncə tövbə edib, günah işlərinə son qoyub, o şəxs damın üstünə çıxıb, ağ bayraq qaldırana bənzəyir ki, onu xilas etmək çox asan olacaq. Tövbə etməyənlər isə, daşqın zamanı zirzəmidə gizlənənlərə bənzəyirlər… Tövbə edib, Haqqa təslim olmayanları İmam Mehdi gəlməyib, lap babası Məhəmməd Əleyhissəlam da gəlsə xilas etməsi mümkün deyil! Nuh öz oğlunu xilas edə bildimi? Lut öz ailə üzvlərini xilas edə bildimi? Xeyr! Deməli, Xilaskar bizim doğmamız, sevdiyimiz şəxs olsa belə, (tövbə etməsək) onun bizi xilas etməsi mümkünsüzdür. Yalnız tövbə etmiş adamları Allah kiminsə (hansı xilaskarınsa) əliylə xilas edəcəkdir. Daşqın zamanı ağ bayraq gtürüb dama çıxan adam üçün helikopterlə gələn xilaskarın (FHN əməkdaşının) adının nə olması maraqlı olmadığı kimi, indiki dövrdə də bizə Allahdan gələn bəladan xilas yolları göstərən adamın adının nə olması maraqlandırmamalıdır. Sadəcə, ağıllı adam olması və dediklərinə nümunə olması (dediklərinə özü əməl etməsi) bizə kifayət etməlidir ki, tövbə edib, günahlarımıza son qoyaq. Çünki, 2002-ci ildə Azərbaycan xalqına verilmiş möhlət artıq başa çatmaq üzrədir. Çox güman ki, bu dəfə bəlanın günü dəqiq deyilməsin və qəfil gəlsin. Ona görə də, bizim üçün ən düzgün hərəkət bu olar ki, tövbə edək və Allahın bəyənmədiyi əməllərdən, hərəkət və davranışlardan uzaq duraq! Söz ardı: Bu yazını hazırlayarkən hesablamalarla maraqlı faktlar üzə çıxardıq. Məlum oldu ki, 2oo2-ci ildə olduğu kimi, 2o2o-ci ildən sonrakı illərdə də (bu il də daxil) Qurban bayramlarından dörd ay (120 gün) sonra Ay tutulub. Bunu aşağıdakı cədvəldən görmək olur. 1) 2o2o-ci ilin Qurban bayramından 4 ay (120 gün) keçmiş Ay tutulub (30.11.2o2o). 2) 2021-ci ilin Qurban bayramından 4 ay keçmiş (19 noyabrda) Ay tutulub. 3) Maraqlıdır ki, keçən ilki Qurban bayramının da 120-ci (4 ayın tamaminda) günü (8 noyabrda) Ay tutulması baş verib və ilin 313-cü gününü əhatə edib. 4) Bu ilki Qurban bayramından dörd ay sonra - (28 oktyabrda) Ay tutulması baş verəcəkdir. Bütün bunları nəzərə alıb, 9-cu surədə (Qurban bayramı günü) verilmiş 4 aylıq möhləti bir daha diqqətinizə çatdırıram: “Böyük Həcc günü (Qurban bayramı günü) Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Qeyd: 21 il qabaq bəla gələrkən gecələr yatmayıb dua etdim ki, insanlara möhlət verilsin. Dualarımın qəbul olmasına baxmayaraq, möhlət verilmiş insanlar (həm vəzifəlilər, həm də vəzifəsizlər) mənə olmazın (sizin təsəvvür etməyəcəyiniz dərəcədə) zülümlər verdilər. Haqqımda ölüm fətvası verildi… Öldürə bilməsələr də tısbağa ağzıyxarı qalanda necə olarsa, illərlə o vəziyyətdə qaldım. Nəhayət, Rəbbim məni qorumaq üçün Elmi-lədun bəxş etdi və həkim qərar verdi. Bundan sonra özümə edilən zülmlərin qismən qarşısını ala bilsəm də, xalqıma edilən zülm və işgəncələr, şərlənib həbs olunmalar… məni üzməkdədir. Odur ki, daha möhlət üçün dua etmirəm. Əksinə, bəlanın tez gəlməsi üçün dua edirəm. Çünki, qalan ömrümü insan kimi yaşamaq istəyirəm. Bir sürü günahkara görə bütün ömrümü çabalamaq fikrim yoxdur. Yaşamaq istəyənlər zəhmət çəkib tövbə etsinlər və doğru yol tutsunlar. Həyat təcrübəmdən bilirəm ki, bu el də çətin iş deyil, normal insani yaşayışdır. O ki, qaldı dörd ayın tamamında (bu ilin oktyabrın 28-də) nə baş verəcəyinə, bu barədə növbəti yazılarımızda bəhs edəcəyik. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Qurban bayramı, 2023
0 Comments
Bərdə bazarındakı yanğın rayonun seriyasına bağlanır
“Allah Kainatı riyazi dillə yaratmışdır”. Q. Qaliley Xəbər verildiyi kimi, dünən (15 iyun) Bərdə bazarında böyük bir yanğın hadisəsi baş verdi. Nəticədə onlarla mağaza yandı, əhaliyə yüz minlərlə manat ziyan dəydi. Elmi-lədun hesablamalarımız göstrir ki, baş verən bu hadisə təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Oxucuların diqqətini həmin qanunauyğunluqlara yönəltmək istəyirik. Öncə qeyd edək ki, baş verən yanğın riyazi yolla rayonun seriyası olan 9 ədədinə bağlandığından, bu ədədin hikmətlərinə ötəri nzər salaq. 9 rəqəmi Quranın “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, bu rəqəm Tövbə rəmzi sayılır və yeganə surədir ki, “Bismillah”sız başlayır. 1) Dünən Bərdə bazarı yananda 01.05.2022-ci il tarixli Günəş tutulmasının (astronomik xəbərdarlığın) 409-cu günü idi ki, bundan Quranın surə və səhifələrinin sayını çıxsaq, alınan rəqəm Bərdənin seriyasını göstərir və hadisənin həqiqətən də Allah tərəfindən xəbərdarlıq olmasını təsdiq edir: 409 – 114 – 286 = 9 (!) 2) Xatırladaq ki, keçən ilin iyunun 29-da Baakıda 68 saylı məktəb yandı. Maraqlıdır ki, dünən həmin hadisənin 351-ci günü idi. Bu ədəddən Quranın surələrinin sayını çıxsaq, yenə də alınan rəqəm Bərdənin tövbə və cəza rəmzi olan seriyasını göstərir: 351 – 114 – 114 – 114 = 9 (!) 3) Bərdə bazarının yanması riyazi yolla Ay tutulmasına da bağlanır. Belə ki, hadisə baş verəndə 19.11.2021 tarixli Ay tutulmasının 286-ci günü idi ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, yenə də səhifələrin sayı alınır və hadisənin Allah tərəfindən törədildiyini bir daha təsdiq edir: 572 – 286 = 286 NƏTİCƏ: Bu və digr hesablamalarımız göstərir ki, dünən Bərdə bazarında baş verən yanğınla Allah-taala insanların diqqətini Qurana və tövbəyə yönədir. İnsan oğlu bundan ibrət götürüb, günah işlərdən çəkinməli, tövbə edərək, doğru yola dönməlidir. Unutmaq olmaz ki, zaımların hakimiyyəti “məzlum”ların günahları üzərində bərqərar olur. İnsanlar tövbə edərlərsə, Dəccalizmin fundamenti laxlayar və tezliklə süqut edər. Bu səbəbdən Dəccalizm əlində olan bütün təbliğat vasitələrindən (radio, TV, qəzet və saytlar...) istifadə edərək, insanların əxlaqını, mənəviyyatını pozmağa çalışır. Bilir ki, pozğun, mənəviyyatsız insanı əzmək asan olur (çünki, Allah onun səsini, harayını eşitmir)... Ona görə də Allah-Taala bu kimi hadisələrlə insanlara xəbərdarlıq mesajı verərək, onların diqqətini tövbəyə, Quran ədəbinə, Quran əxlaqına yönəldir. Ümid edirik ki, insanlarımız bu cür kodlaşdırılmış mesajlara müsbət reaksiya verərək, Dəccalizmə həyat verən günah işlərdən çəkinəcəklər... “And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır”. Quran, 19:84. Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Kasıblığı yəqin bilir Ərdoğan, Beş uşağı doğa bilmir hər doğan... Ölkəmizdə uşaqpulu verilmir, İkincini doğa bilmir bir doğan. Hara baxsan tülkü, çaqqal doğulur, Bu ölkədə daha yoxdu nər doğan. Haqqı desəm böhtan atıb, tutarlar, Qarnın yansın, dəccal doğan, şər doğan. Son dövrlər sağlam uşaq doğulmur, Çoxalıbdır vərəm doğan, çər doğan. Çaqqal-çuqqal topa-topa doğulur, Beş-on ildə doğur ancaq şir doğan. Allah eşqi qəlbimizdə kök salıb, Mən Paşayam, doğub məni pir doğan. Dr. Paşa Yaqub Depressiv hallar yaşayan xanım pasiyentimdən soruşuram ki, niyə belə dərdlisən, səni üzən nədir?
Deyir yaşım əllini haqlayır, bir əlil uşaqla 20 ilə yaxındır tək yaşayıram, istəyirəm sağlam bir uşağım olsun ki, qocalanda mənə həyan olsun. Arzuma çata bilməməyim məni üzür... - Bu 20 ildə sizə bir evlilik təklif edən olmadımı? - Mən yaşda bəylər hamısı evlidir. Mənə ancaq evli kişilərdən təkliflər gəldi. Özüm razı olsam da, ailə üzvlərim, qardaşlarım razı olmadılar. Onunla gizli görüşsəm də uşaq dünyaya gətirə bilmirəm, qardaşlarım məni öldürər. Məcbur qalıb gizli görüşürəm, bu da mənə bir dərd olub - özümü günahkar hiss edirəm.... Belə hallarla bir dəfə qarşılaşsaydım heç yazmazdım. Təssüf ki, iş təcrübəmdə belə hallara tez-tez rast gəlirəm: boşanmış, yaxud dul qadın evli kişilərlə görüşür, onlar bu izdivacı leqalladırmaq (hamıya bildirmək, ər-arvad olmaq, uşaq sahibi olmaq) istəyirlər; lakin, qadın tərəf (qardaş, əmoğlu və s) buna icazə vermirlər... Nəticədə nə baş verir? Qadın öz (maddi, mənəvi...) təlabatlarını ödəmək üçün evli bir kişi ilə bir müddət görüşür. Aralarında heç bir rəsmi prosedur olmadığından, kişi onu öz namusu hesab etmir və bir müddətdən sonra dəyişir. Bu ayrılıq qadına çox böyük zərbə olur və əsəb, stress yaşayır... Bir müddətdən sonra qadın öz yaşıdı olan, eyni statuslu başqa kişiylə tanış olur. Yenə də eyni səbəbdən ailə bu izdivacı leqalladırmağa icazə vermir. Yenə də gizli görüşlər, qorxu, həyəcan (kimsə görər, bilər...), yenə də ayrılıq, əsəb, stress.... Stresdən çıxmaq üçün gənc qadın ya gecə klublarına ayaq açır, ya da öz səviyyəsinə uyğun olmayan biriylə görüşmək məcburiyyətində qalır... Qadın artıq özünə və həyatına nifrət edir. Düşünür ki, mən belə həyata layiq deyildim, niyə belə oldum(( Bundan sonra həmin xanımda sinir pozuntusu, müxtəlif əsəb xəstəlikləri, yuxusuzluq, daxili xəstəliklər, depressiya halları yaranır. Yəni, şəxsi həyatı puç olduğu kimi, sağlamlığını da tədricən itirir.... Nə qədər acı da olsa Azərbaycan cəmiyyətinin mənzərəsi budur. Müxtəlif səbəblərdən ailəsi dağılan (yaxud dul qalan) qadınların böyük əksəriyyəti bu həyatı yaşayır və cürbə-cür xəstəlik tapır. Bunu hamı bilsə də, heç kəs bu problemi qabartmaq istəmir (ayıb bilirlər). Hamının ürəyi ağrayır ki, gecə klublarının, barların... sayı sürətlə artır. Artıq belə əxlaqsız məkanlar rayonlarda da açılır. Millətimiz əxlaq faciəsi ilə üz-üzə qalıb... Bəs çıxış yolu nədir? Dövlət rəsmiləri və ölkədəki QHT-lər (əhalinin ictimayi-siyasi aktiv hissəsi) fahişəliyin leqallaşdırılmasını təklif edirlər. Yəni, o məkana gedənlər vergi ödəsinlər, ondan sonra neyniyirlər eləsinlər. Bütün bu hallar cəmiyyətin mənəvi çöküşünə sbəb olur və xeyir-bərəkət çəkilir - dəryalar (ruzi gəllən yerlər) quruyur və müxtəlif sağalmaz xəstliklər yayılır... Fahişəliyi leqallaşdırmaqdansa (camaatı pozğunluğa həvəsləndirməkdənsə), olmazmı ki, evliliyi leqallaşdırasınız. Yəni, onsuz da gizli görüşən cütlüklərin münasibətlərini hansısa bir qaydada rəsmiləşdirəsiniz, onlar da arxayın dünyaya uşaq gətirsinlər, xeyrə-şərə birlikdə getsinlər, ailə məsuliyyətini dərk edib, qarşı tərəfi öz namusu hesab etsinlər və səbəbsiz yerə atmasınlar... Bu daha yaxşı olmazmı? (Onsuz da onların gizli görüşməsinin qarşısını almaq mümkün deyil.) Belə olsa gecə klublarına, barlara... gedən qadınların böyük əksəriyyəti oradan çəkilər; bilər ki, ona sahib çıxan, təlabatını ödəyən bir kişi var. Heç bir qadın elə yerlərdə əldən-ələ ötürülməyini istəmir, sadəcə buna məcburdurlar. Onların çoxunu bu yola vadar edən dar düşüncəli qardaşları, gerizəkalı qohumları və ümumilikdə cəmiyyətdir. O qadınlar bizim bacılarımız, qohumlarımız, əmiqızlarımız, xalaqızlarımızdır... Onlar bu cəmiyyətin bir parçasıdır (çox da kiçik parça deyil, getdikcə böyüməkdədir). O qadınları sevdikləri ilə leqal yaşamağa qoymayan qardaşlarına sual verirəm: özünüz əks cins olmadan bircə həftə yaşaya bilərsinizmi? Bilmərsiniz. Bəs o qadınlar da insan deyillərmi? Onların təlabatları yoxdurmu? Siz onlara halal yolu qadağan etməklə nəyəsə nail olduğunuzu düşünürsünüzmü? Onlar sizin qadağalarınıza əməl etsəydilər axşam saat 7-də gecə klublarının qarşısında qadınların bu qədər növbəsi yaranmazdı, ora girmək üçün basa-bas salmazdılar (gecə klublarına giriş oranın tutumuna uyğun. limitlə olduğuna görə hər axşamüstü bu obyektlərin qarşısında qadınların izdihamı yaşanır. Toplaşan qadınların yarıdan çoxu içəri keçə bilməyərək kor-peşman qayıdırlar, yaxud, küçələrə düşürlər). Bunlar həmin o qadınlardır ki, öz yaşlarında sevdikləri kişilərlə leqal yaşamalarına qardaşları (yaxud qohumları) icazə vermirlər. Görəsən həmin qızların qardaşları (qohumları) gedib barda, gecə klublarında bacılarını yoxlayırlarmı ki, əyləndikləri kişi evlidir, yoxsa subaydır, neçə uşağı var? Düzgün həyatda halal işə mane olan, qadağa qoyan düşüncəsiz kişilər niyə çirkli həyatda (barda, gecə klubunda) da bacılarına eyni qadağanı qoymurlar (demirlər ki, gecə klubunda, yaxud, başqa yerlərdə ancaq subay kişi ilə görüş)? Sual yaranır: bəs dövlətlər niyə belə iyrənc, əxlaqsız işlərin qarşısını almırlar? Məsələ burasındadır ki, bu gün dünyanın demək olar ki, bütün dövlətlərini mafiyalar (zalımlar) idarə edirlər. Onlar milli sərvətləri talayır, insanları qul edərək, istədikləri zülmü verirlər. İnsanlar bu zülmdən qurtulmaq üçün nə qədər Allaha yalvarsalar da yalvarışları qəbul olunmur... Çünki, insanlar kütləvi şəkildə günaha batıblar. Günaha batarn insanın duaları qəbul olmadığından, ona zülm etmək, haqqını yemək asan olur. Ona görə də, zalim rəhbərlərin siyasəti ona yönəlir ki, insanlar daha çox günaha batsınlar. Zalımların hakimiyyəti yalnız millətin günahları üzərində bərqərar olur. Millətin günahları olmasa onlar bir gün də o vəzifədə otura bilməzlər. Bunu kütlə dərk etməsə də, zalım rəhbərlər ğzləri çox dərindən dərk edirlər. Bu səbəbdən öz ölkələrində elə siyasət yeridirlər ki, insanları daha çox günaha batırsınlar. Bunun da ən əsas yolu evlənmək üzərində qoyulan qadağalar, yaradılan maneələrdir. Yəni, onlar gecə klublarında, parkda, küçədə istənilən sayda əks cinslə qeyri-rəsmi əylənməyə icazə verdikləri halda, bu görüşü leqallaşdırmağa (hansı yollasa qanuniləşdirməyə) icazə vermirlər. İnsanlra sevdiyi şəxslə leqal yolla evlənməyə icazə verməyəndə məcbur olub tələbatını ödəmək üçün başqa yollara əl atırlar (gizli görüşə, barlara... üz tuturlar). Beləliklə də kütləvi günaha batırlar. 17 yaşlı qızların toy çadırlarının sökülməsi də, gecə klublarının sayının günü gündən artması da, fahişəliyin leqallaşması da həmin siyasətin tərkib hissəsidir. Cəmiyyətdə yaşanan əxlaq faciəsinin qarşısını necə almaq olar? Allah insanı yaradanda onun özünün və cəmiyyətin yaşayışını nizmalamaq üçün Quranı nazil etdi. Quran insanın texniki pasportudur. Məişətimizdəki cihazların texniki pasportunda yazılanlara əməl etməyəndə cihazda necə problem yaranırsa, Qurandakı göstərişlərə əməl etməyəndə də bugünkü əxlaq faciəsi ilə üzləşirik. Bu faciənin qarısını almaq istəyiriksə və gələcəkdə bacılarımızın, qızlarımızın, qohumlarımızın o cür iyrənc məkanlara getməsini istəmiriksə, mütləq Yaradanın bizə yazdığı qanunlara əməl etməliyik. Yaradan bu cür problemləri çözmək üçün bizə tövsiyyə edir ki, sevdiyiniz insanla izdivacınızı leqallaşdırmaq (halallaşdırmaq) üçün ən azı dörd şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu bəyan edin (üzərinizə ailə məsuliyyəti götürün və əks tərəfi öz namusunuz hesab edin və namusunuzu qoruyun). Bu izdivac Allah dərgahnda qəbul edilir və doğulan uşaq halal sayılır. Söz ardı: Yaxşı olardı ki, bu, dövlət sviyyəsində olaydı. Təəssüf ki, indiki şeytani dövrdə dövlət insanları harama yönəltmək istədiyindən, bunu etməyəcək (şeytani dövr bitəndə bu izdivac dövlət tərəfindən tanınacaq). Bunu nəzərə alıb, insanlar günaha batmamaq və gələn kütləvi bəlalara düçar olmamaq üçün əks cinslə münasibətlərini bu şəkildə halallaşdıra (leqallaşdıra) bilərlər. Bunu başqaları (qardaşınız, qohumlarınız) qəbul etməsələr də Allah qəbul edəcək və sizi bəlalardan qoruyacaq. Əgər sizlər Yaradanın qanunlarına tabe olub, onlara əməl etsəniz, Allah sizə çətinlikdən sonra bir asanlıq nəsib edər (yəni sizə elə hökumət qismət edər ki, sizin bu izdivacıınızı gələcəkdə dövlət də tanıyar. Sizə bu izdivacı təsdiq edən rəhbər qismət edər. O rəhbər sizi günahlardan qoruyar). Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi “Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5 Xəbər verildiyi kimi, dünən (13 iyun) SOKAR-ın Sumqayıtdakı polietilen zavodunda güclü yanğın baş verdi. Səhər saatlarında başlayan yanğını onlarla texnika axşam saatlarında çətinliklə söndürə bildilər. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Həmin riyazi qanunauyğunluqları diqqətinizə çatdırırıq: 1) Dünən lin 164-cü günü idi ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, alınan ədəd Sumqayıtın seriyasını (rəmzini) göstərir və hadisənin İlahi mesaj olduunu təsdiq edir: 164 – 114 = 50 2) Xatırladaq ki, bu il aprelin 24-də (ilin 114-cü günü) Biləsuvarın Heydər Əliyev küçəsində bina yandı. Bu hadisənin 50-ci günü (dünən) Sumqayıtda zavod yandı ki, bu da şəhərin seriyasını göstərir. 3)Sumqayıtdakı yanğın riyazi yolla Xırdalanda transformator partlamasına da bağlanır. Belə ki, keçən il sentyabın 1-də AAF park yaşayış kompleksinin transformatoru partladığından, şəhərin bir hissəsi qaranlığa qərq oldu. Sumqayıtdakı polietilen zavodu partlayanda bu hadisənin 286-cı günü idi ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, hər iki hadisənin Allah tərəfindən xəbərdarıq olduğunu bir daha təsdiq edir. 4) SOKAR-ın zavodunun yanması Sabirabadda pambıq zavodunun (19.02.23) yanmasının 114-cü günü baş verdi ki, bu da Quran rəmzidir. 5) Sumqayıtdakı yanğın riyazi yolla astronomik xəbərdarlıqlara da bağlanır. Belə ki, dünən Günəş tutulmasının (04.12.21) 555-ci günüdür ki, bu da tövbə və cəza rəmzi olmaqla, hadisənin xəbərdarlıq mesajı olmasını bir daha təsddiq edir. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən Sumqayıtda Neft Şirkətinə məxsus zavodda baş verən yanğın təsadüfü olmayıb, yolun azmış Azərbaycan xalqına və onun zülm etməkdə həddi aşan rəhbərlərinə Allahdan bir mesajdır: Tövbə edib, düz yola qayıdın! Pozğun və haram həyat tərzi keçirməyin! Xalqın sərvətlərini talamayın! Günahsız insanlara zülm etməyin! Əks halda sizə Allahdan daha böyük bəlalar gələcək və siz ondan canınızı qurtara bilməyəcəksiniz! “And olsun ki, Allah bunları hesablamış və tərar-təkrar saymışdır”. Quran, 19:94 Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |