Xəbər verildiyi kimi, bu gün Ay tutulması baş verdi. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini araşdırmazdan öncə, astronomiya elmində kəşf etdiyim bəzi sirlərdən vaqif olmağınızı istərdim. Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırıldı. Bir qayda olaraq hər "Saros dövrü”ndə 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb). Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır: 71 - 28 = 43 hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır. Yeri gəlmişkən, qeyd edim ki, Yerdə olduğu kimi, insan bədəninin də 71 faizi su, 29 faizi isə, bərk maddələrdir. İndi qayıdaq bu gün baş verən Ay tutulmasının ötürdüyü mesajlara. Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bu gün də Qəməri təqvimlə Zilqədə ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?
Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah”(55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın birbaşa iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Nişirəvanın sarayından niyə 14 sütun uçdu? Zülmkar rəhbərlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). Xeyirlə şər arasında pozulmuş balans 2020-ci ildə bərpa ediləcək Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, yolxucu xəstəliklərin pandemiyya həddinə çatması məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır! Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatların təhlili göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Bu bəlalardan biri də koronavirus xəstəliyidir. Bildiyim qədərində heç bir inzibati tədbir bu pandemiyyanın qarşısını ala bilməyəcəkdir. Çünki, Yaradandan gələn bəlanın qarşısını hansısa dövlət orqanın alması mümkünsüzdür. Bu və digər bəlaların (şiddətli istilər, quraqlıq, su qıtlığı və s) qarşısını almaq üçün mütləq ölkədə haqq-ədalət bərqərar olmalıdır. əks halda gələn növbəti bəlanı görüb, əvvəlkilərə şükür etməli olacağıq. Hesablamalarımız göstərir ki, bu ilin sonunadək bu bəlalardan ancaq 29 faiz əhali sağ qalacaqdır. Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər! “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Zəruri qeyd: 14 ədədinin Qurandakı sirlərini açan yuxarıdakı düstur insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, cahillər “Məhəmməd “Quran”a özünə sərf edən ayələr əlavələr etdi”, “Ömər Əli haqda olan ayələri oradan şıxardı”, “Aişə haqda ayəni Peyəmbər özündən əlavə etdi” kimi cəfəng fikirlərinə son qoysunlar! Həzrət Cəbrail Əleyhissəlamın bizə nazil etdiyi bu və digər düsturlar “Quran”a insan əliylə müdaxilənin mümkünsüzlüyünü sübut edir! Allah tərəfindən bu (və digər) düsturun bizə vəhy edilməsi həm də onun sübutudur ki, hal-hazırda Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzi olmaqla, burada vəhy qəbul etməyə layiq insanlar yaşayırlar. ALLAH onların vasitəsiylə bəşəriyyətə mesajlarını çatdırır. Paşa Yaqub, Psixoterapevt, elmi-lədun bilicisi
0 Comments
Xəbər verildiyi kimi, dünən (4 iyul) “Sobsan” boya fabrikində güclü yanğn baş verdi və Bakı şəhərində böyük ajiotaja səbəb oldu. Hesablamalarımız göstərir ki, bu yanğın təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu riyazi qanunayğunluğun “Quran” rəmzi olan 286 ədədi altında baş verməsi isə, hadisənin Allah tərəfindən cəmiyyətə bir mesaj olmasını göstərir. Bunu izah etməzdən öncə 286 ədədinin mənasına nəzər salaq.
Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin ideoloji nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. XVIII əsrdən sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı. Odur ki, elmi-ləduna görə 286 ədədi ALLAHIN kodlaşdırılmış “möhürü” olaraq qəbul edilir. Araşdırmalarımız göstərir ki, bu “möhür” bütün dini və təqvim bayramlarının, eləcə də yaradılışın üzərinə vurulmuşdur. Bunu aşağdakı faktlardan görmək olur: 1) Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Bu da Yaradanın təqvimlər üzərinə vurduğu kodlaşdırılmış “möhür”dür. 2) Onu da nəzərinizə çatdırım ki, bu “möhür” “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı: Qurban və Ramazan bayramları üzərinə də vurulub. Belə ki, iki dini bayram arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür! “Biz hər şeyi sayıb yazmışıq” (Quran, 78:29). 3) Elmi-lədun araşdırmalarımız göstərir ki, Allah öz kodlaşdırılmış “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 günə yaranır: cütlüklər görüşəndən sonra toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 4) Yeri gəlmişkən, onu da qeyd edək ki, 286 ədədi həm də “Quran”ın 2-ci (“İnək”) sursinin ayələrinin cəmidir. Artıq elm sübut edir ki, hər bir inəyin anatomik quruluşu 286 sümüyün birləşməsindən yaranıb. Bu hikmətlərə vaqif olduqdan sonra, yenidən qayıdaq yazının əvvəlindəki yanğın xəbərinin hesablamasına. 1) Elmi-lədun araşdırmalarımız sübut edir ki, “Sobsan”dakı yanğın narkoloji dispanserdə (2 mart 2018) baş verən yanğınla riyazi yolla əlaqələnir: hər iki yanğının üzərində ALLAHIN kodlaşdırılmış “möhür”ü olan 286 ədədi vardır ki, bu da yolun azmış millətimizə və onun zülm etməyi sevən rəhbərlərinə Yaradan tərəfindən xəbərdarlıq mesajı olmasını sübut edir. Belə ki, bu iki yanğın arasında 858 gün fərq vardır ki, bu da 286 ədədinin üç mislidir: 858 : 3 = 286 Bildiyimiz kimi, “Quran”a and içərkən və tövbə edərkən üç dəfə təkrarlanır. Bu da onu göstərir ki, hər iki hadisə yolazmışlara və zalımlara tövbə edib, doğru yola dönmək üçün xəbərdarlıq mesajıdır. Haşiyə: Xatırladım ki, 25 nəfərin yanıb ölməsi ilə nəticələnən narkoloji dispanserdəki yanğın barədə hesablamamızda göstərmişdik ki, bu hadisə Binəqədidə 17 mərtəbəli yaşayış binasındakı (10 noyabr 2017) yanğının 114-cü günü baş verib. Bu da “Quran”ın surələrinin sayı olmaqla, hadisələr arasındakı qanunauyğunluqları sübut edir. Yenə qayıdaq “Sobsan”dakı yanğının sirlərinə. Yəni, hadisə üzərində 286 ədədinin daha necə görünməsinə: 2) Bildiyimiz kimi, Günəş və Ay tutulması “Quran”da qiyamətin əlaməti, gələn bəlaların xəbərdarlığı kimi təqdim edilir. Maraqlıdır ki, dünənki yanğın hadisəsi Günəş tutulması ilə 286 ədədi altında bağlanır. Belə ki, “Sobsan”da yanğın baş verən gün 26 noyabr 2011-ci il tarixdə baş verən Günəş tutulmasının 3146-cı günü idi ki, bu da 286 ədədinin 11 mislidir və hadisənin Allah tərəfindən xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 3146 : 11 = 286 3) Boya fabrikindəki güclü yanğının ALLAHDAN zalımlara növbəti xəbərdarlıq mesajı olmasını sübut edən daha bir fakta nəzər salaq. Hadisə baş verəndə 22 iyul 2009-cu il tarixli günəş tutulmasının (astronomik xəbərdarlığın) 4290-cı günü idi ki, bu da Yaradanın kodlaşdırılmış “möhür”ü olan 286 ədədinin 15 mislidir: 4290 : 15 = 286 Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Düşünürəm ki, ağıl sahibləri üçün sadaladığım hesablamalar kifayətdir (ağlı olmayana isə, nə qədər dəlil ətirsəm onsuz da fayda verməyəcək). Bir daha xatırladıram ki, baş verən yanğın hadisələri Yaradanın bizlərə mesajıdır ki, zülmə, haqsızlığa və qeyri-normal həyat tərzinə son qoyub, haqqa dönək. Əks halda əvvəllər də qeyd etdiyimiz kimi, daha böyük fəlakətlərlə qarşılaşmalı olacağıq. Necə ki, koronavirus alovu ilə üz-üzəyik və dövlətin bütün çabalarına baxmayaraq alov hər gün daha da şiddətlənir. Elmi-lədun bilgilərimiz əsasında deyə bilərik ki, bu cür bəlalardan ancaq haqqa dönməklə, zülmə, haqsızlığa son qoymaqla qurtula biləcəyik. Əks halda... ilin sonunadək elə bəlalar gələcək ki, koronavirusa şükür etməli olacağıq.... “Biz bir məmləkəti məhv etmək istədikdə, əvvəlcə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (xalqa zülm etməmək barədə) xəbərdarlıq edərik. Lakin, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16 Dr. Paşa Yaqub Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |