Moderator.az xabər verir ki, bu gün Azərbaycanda baş verən 5,6 ballıq zəlzələ ölkənin bir çox rayonlarında həyəcana səbəb olmuşdur. Hətda, Ağcabədi rayonunda bir nəfər həyəcandan dünyasını dəyişmişdir.
Hadisəni saytımıza şərh edən tədqiqatçı-yazıçı, elmi-lədun mövzusunda 30-dan çox kitabın müəllifi olan Paşa Yaqub bunları bildirmişdir: -Əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi, bu cür həyəcanlı hadisələr təsadüfü olmayıb, riyazi dəqiqliklə baş verir. Yəni, müəyyən bir qanunauyğunluğa tabedir. Bugünkü zəlzələdəki qanunauyğunluğu görmək üçün aşağıdakı riyazi hesablamalara nəzər salmaq kifayətdir: 1) Bu il aprelin 10-da Xaçmazda baş verən qasırğanı xatırlayırsız yəqin ki? (Bu hadisəni saytınıza şərh etmişdim həmin gün.) Bu gün həmin qasırğanın 114-cü günüdür ki, bu da “Quran”ın surələrinin sayı olmaqla, diqqətimizi yenə də müqəddəs kitaba yönəldir. 2) Xatırladım ki, keçən il iyulun 1-də “Günəşli” yatağında enerji müəmmalı şəkildə kəsilmişdi. Bu səbəbdən 3 gün müddətində oradakı neft buruqlarına enerji ehtiyat generatorlar vastəsi ilə verilmişdi. Əvvəlki yazılarımda bu hadisəni şərh edərkən, bunun Allahdan bir xəbərdarlıq olduğunu qeyd etmiş və bu barədə dəlillər (hesablamalar) gətirmişdim. Çox təəssüf ki, o vaxt bu xəbərdarlığa məhəl qoyan olmadı. Maaraqlıdır ki, bugünkü zəlzələ riyazi yolla həmin enerji qəzasına bağlanır. Belə ki, bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da “Quran”ın səhifələrinin cəmi olan 286 ədədini (Kəbədə və muzeylərdə qorunan XVII əsrə qədər çap olunmuş quranlar 286 səhifəyə yerləşdirilib) çıxsaq, yenə də müqəddəs kitabın surələrinin sayı və rəmzi olan 114 ədədi alınar və baş verən hadisələrin Allahdan xəbərdarlıq mesajı olduğu bir daha təsdiq olunar: 400 ”“ 286 = 114 3) Ötən yazılarımda 2014-cü ilin 27 mayında Cəlilabadda baş verən ildırım hadisəsindən bəhs etmişdim. Hesablamalardan görünürdü ki, Azərbaycanda baş verən bir çox faciəvi hadisələr bu tarixdə baş verən ildırım hadisəsinə bağlanır. Məsələn, bu hadisənin 400-cü (114 + 286) günü (iyilin 1-də) yuxarıda qeyd etdiyim kimi, neft quyularının enerjisi kəsilmişdi. Həmin ildırım hadisəsinin 555 ci günü (4 dekabrda) isə, “Günəşli” neft yatağında baş verən tufan onlarla insanın ölümünə və yaralanmasına səbəb oldu, ölkədə böyük həyəcan yaratdı (həmin gün neft quyusunda baş verən yanğın 60 gündən sonra söndürüldü). Xatırladım ki, 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayılır. Elmi-lədun hesablamalarımız göstərir ki, bu gün baş verən zəlzələ həyəcanı da riyazi yolla Cəlilabaddakı ildırım hadisəsinə bağlanır. Belə ki, bu gün həmin hadisənin 800-cü günüdür ki, bundan da “Quran”ın kodlarını çıxdıqda, yenə də müqəddəs kitabın rəmzləri alınır: 800 ”“ (114 + 286) = (114 + 286) Xatırladım ki, Cəlilabadda ölümlə nəticələnən ildırım hadisəsi baş verəndə rayonun kodu 114 (!) idi. Hələ o vaxt hadisəni şərh edərkən, bunun kodlaşdırılmış bir xəbərdarlıq olduğunu qeyd etmişdim və nəticə çııxarmağın vacibliyini bildirmişdim. 4) Hesablamalarımız göstərir ki, bugünkü zəlzələ həm də keçən il Qubada baş verən 5 ballıq zəlzələnin davamıdır. Belə ki, keçən ilin 26 yanvarında Qubada baş verən zəlzələ bütün bölgədə həyəcana səbəb olmuşdu. Həmin vaxt bu hadisəni şərh edərkən, Allahdan xəbərdarlıq mesajı olduğunu hesablamalarla göstərmişdim. Maraqlıdır ki, bu gün həmin hadisənin 555-ci günüdür ki, bu da qeyd etdiyim kimi, tövbəyə və cəzaya işarədir (yəni, tövbə edib, doğru yola qayıdın ki, cəzalanmayasız). 5) Elmi-lədun hesablamalarımız bugünkü zəlzələnin Ay tutulmasına da bağlandığını üzə çıxarır. Belə ki, 15 aprel 2014-cü ildə Ay tutulması baş vermişdi. “Quran”da Ay və Günəş tutlmaları qiyamətin əlaməti və xəbərdarlığı kimi göstərilir. Bu gün qeyd etdiyim Ay tutulmasının 841-ci günüdür ki, bundan da “Quran”ın kodu olan 286 ədədini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır: 841 ”“ 286 = 555 Göründüyü kimi, bugünkü zəlzələnin bütün hesablamaları diqqətimizi “Quran”a və özəlliklə də cəza rəmzi olan 555 ədədinə yönəldir. Bütün bunlar onu göstərir ki, baş verən zəlzələ əslində insanlara kodlaşdırılmış xəbərdarlıq məqsədi daşıyır. Əgər əvvəlki hadisələr (xəbərdarlıqlar) kimi, bundan da nəticə çıxarılmazsa və cəmiyyətdə haqq-ədalət, sərvətlərin bölünməsində halallıq təmin olunmazsa, onda daha böyük fəlakətlərlə və faciələrlə qarşılaşmalı olacağıq. Adətən ağır yatanı silkələyib oyadarlar. Bu silkələnmə də insanların oyanışı üçün bir vasitədir. Bugünkü zəlzələdə diqqət çəkən daha bir məqam onun episentrinin İmişli rayonuna düşməsi və burada üç dəfə təkrarlanmasıdır. Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur. Bəs bunun səbəbi nədir? Hesablamalarımız göstərir ki, burada da bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq özünü rayonun seriyası (həm də poçt kodu) olan 30 ədədi ilə biruzə verir. Belə ki, iyul ayının 3-də Şəkidə baş verən sel özüylə fəlakət gətirmişdi (yolları, körpüləri, tikililəri dağıtmışdı) Bu gün həmin fəlakətin 30-cu (!) günüdür ki, bu da İmişlidəki maşınların üzərində görünməkdədir. Fikrimizi təsdiq etmək üçün daha bir elmi-lədun hesablama gətirək: bu gün 9 mart tarixli Günəş tutulmasının 144-cü günüdür ki, bundan “Quran”ın kodunu (114) çıxsaq, yenə də İmişli rayonunun seriyası görünər: 144 ”“ 114 = 30 Bir daha qeyd etməyi vacib bilirəm ki, bu zəlzələ tək imişli rayonuna deyil, bütün Azərbaycan xalqına və onu idarə edənlərə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır: “İnsanların öz əlləri ilə etdikləri pis əməllər, günahlar üzündən quruda və suda fəsad əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah bununla onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Quran”, “Rumlular” surəsi, 41. Allahın qulu və carçısı Paşa Yaqub Müəllifdən: yuxarıda qeyd etdiyim neft daşlarındakı 4 dekabr tarixli tufan hadisəsinin 114-cü günü (martın 27-də) Bakıda (Badamdart səmtində) güclü uğultu və həyəcan yaşanmışdı. Həmin hadisəni moderator.az-a şərh edərkən bunun mikroqiyamət və Allahdan xalqımıza bir xəbərdarlıq mesajı olduğunu qeyd etmişdim (bu linkdən oxuya bilərsiz: http://www.moderator.az/news/128775.html ) Maraqlıdır ki, həmin uğultulu xəbərdarlıq boşa getmədi. Onun da 114-cü günü böyük bir hadisə baş versədə səsi (uğultusu) hələ xalqa çatmayıb. Çox güman ki, yaxın günlərdə çatacaq.
0 Comments
«Həqiqətən Səfa və Mərvə (İsmayıl peyğəmbərin anası Həcərin gəzdiyi və dua etdiyi təpələr - müəllif) Allahın əlamətləridir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ümrə yolu ilə ziyarət etdikdən sonra bunları da təvaf etməkdə (ətrafına dolanmaqda) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır, onu biləndir». "Quran", «İnək» surəsi, 158-ci ayə. Ayədən göründüyü kimi müqəddəs şəxslərin ”“ kəramət sahiblərinin yaşadıqları, ibadət etdikləri və yaxud dəfn olunduqları yerləri təvaf etməkdə, ziyarət etməkdə heç bir günah yoxdur və insana əlavə savab qazandırır. Məkkəyə getməyə, Səfa və Mərvanı ziyarət etməyə maddi imkanı olmayanlar yaşadıqları ərazidə olan kəramətli şəxslərin qəbirlərini və yaxud ibadət yerlərini ziyarət etməklə əlavə savab qazanmaqdadırlar. Belə ziyarət yerlərindən biri də Pir Hüseyn xanəgahıdır. Xanəgah Hacıqabul rayonunun Rəncbər (və Qubalı) kəndinin ərazisində, Pirsaat çayı sahilində yerləşir. Şeyx Pir Hüseyn adıyla şöhrət tapmış əl-Hüseyn bin Əli tarixi mənbələrdə əzəmətli, görkəmli pir, sufilikdə üçüncü dərəcəyə çatmış (əl-salik), müqəddəslərin görkəmlisi, ruhani işləri ilə məşğul olan, imam kimi dərəcələrlə qeyd edilmişdir ki, bu da onun dövrünün ən nüfuzlu şəxsiyyəti olduğunu göstərir. Hündür bürclü divarlarla əhatə edilmiş xanəgah kompleksinin memarlıq abidələri orta əsr əzəmətini bu gün belə, saxlamışdır. Abidələrin üzərindəki XII-XV əsrlərə aid daş kitabələr bu günə qədər qalmaqdadır. Xanəgah kompleksinə orta əsr Şirvan-Abşeron memarlığının ən nadir əsərlərindən sayılan türbə, məscid, karvansara və yardımçı tikililər daxildir. Pir Hüseyn görkəmli alim-filosof kimi Azərbaycanda elmi-fəlsəfi fikir tarixində, İslam-fəlsəfi dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. O, 954-cü ildən 1072-ci ilə qədər yaşamış öz böyük qardaşı Məhəmməd Bakuvidən 25 il sonra, qocalıq dövründə vəfat etmişdir. Xanəgahın abidələr kompleksi Pir Hüseynin məzarı ətrafında yerləşmişdir. Kompleksdə olan yazılı daşlar ”“ kitabələr əsasında demək olar ki, xanəgah tikililərindən çoxunun əsası Şirvanşah Gərşasbın oğlu Fəribüzr və II Axıstanın oğlu II Gərşasbın vaxtında qoyulmuşdur. Vaxtilə xanəgahda tədqiqat aparmış V. A. Kraskovskaya yazırdı: «Dünyada Pir Hüseyn türbəsinin kaşı bəzəkləri ilə ancaq Məşhəddəki İmam Rza məqbərəsi rəqabət edə bilər». İran tarixçisi Vəssafın (1264-1334) verdiyi məlumata görə xanəgahın zəngin təsərrüfatı, kitabxanası, külli miqdarda dövləti, o cümlədən qızıl külçələri də olmuşdur. Məhz buna görə də xanəgah müxtəlif dövrlərdə dəfələrlə qarət edilmişdir. Pir Hüseyn məqbərəsinin al-əlvan yazılı-naxışlı kaşı bəzəkləri bu gün dünya muzeylərinin sərgilərini bəzəməkdədir. Peterburq Dövlət Ermitajında, Gürcüstan Dövlət Muzeyində, Moskvada Şərq Mədəniyyəti Muzeyində, Avropanın Luvr, Britaniya və başqa muzeylərində nümayiş etdirilir. Bir neçə ədəd əlvan kaşı parçası həmçinin, kompleksdəki məscidin gəcdən düzəldilmiş mehrabı Nizami adına Ədəbiyyat muzeyində saxlanılır. Xanəgah tikililəri söküldükdən sonra daş kitabələr Bakı muzeylərinə gətirilmiş və çoxusu itib getmişdir. Şərq baştağdan düşmüş 6 parça ərəbcə kitabədə yazıldığına görə bina Şirvanşah Fəribürz ibn Gərşasb dövründə böyük sədr Həsən ibn Məhəmmədin vəsaiti və əmri ilə 1243-44-cü ildə tikilmişdir. Xanəgahın şərq divarında Şirvanşah I Xəlilullahın adıyla əlaqədar bir kitabə olmuşdur. Bu günə ancaq fotoşəkli gəlib çatmış kitabədən məlum olur ki, I Xəlilullah zamanı da burada tikinti işləri aparılmışdır. Əbdüssəməd adlı bir usta da xanəgahda bərpa işləri görmüşdür. Minarənin səkkizgüşəli hssəsindəki kitabədən məlum olur ki, o, 1256-cı ildə tikilmişdir. Lap yuxarıda qoyulmuş iki kiçik kitabələr də minarənin Şirvanşah Əxistanın oğlu II Gərşasbin göstərişi ilə 1294-cü ildə bərpa edilməsi qeyd olunub. Həmçinin bərpa işlərini memar Şəmsəddin bin Mahmud, inşaatçı Mahmud bin İbrahimi aparmışlar. Minarənin ən böyük kitabəsi onun giriş qapısı üzərindəki əhəng daşına fars dilində həkk olunmuş yazıdır. Bu yazıda qeyd olunduğuna görə minarə böyük monqol hökmdarı Munka Buğa Qaan vaxtında onun Azərbaycan canişini Arğun ağanın xanəgaha bəxş etdiyi daimi gəlir verən vəsaitlər hesabına və onun səyi nəticəsində bina olmuşdur. Kitabədə tarix qeyd olunmamışdır. Tarixçi Vəssafın yazdığına görə Qızıl orda xanı Sultan Məhəmməd Özbək Pir Hüseyn xanəgahını ziyarətə gəlmiş və Qızıl Orda qoşunlarının talan etdiyi əmlakın ziyarətgaha qaytarılmasını təmin etmişdi. Elxani hökmdarlarından əbu Səid və Məhəmməd Xudabəndə də Pir Hüseyn xanəgahını ziyarət etmişlər. Məhəmməd Xudabəndə Bakı yaxınlığındakı digər sufi xanəgahına da ziyarətə gəlmiş, onun şeyxi Əbu Səid Abdal Bakiyə bəxşişlər təklif etmişdir. Lakin şeyx monqol hökmdarının bəxşişlərindən imtina etmişdir. Monqolların xanəgahlara olan diqqət və münasibətlərinin əsas səbəbi Azərbaycanın həmişə Qərblə Şərqi birləşdirən bir körpü rolunu oynaması idi. İşğalların ilk dövrlərində məscidləri yandıran bütpərəst monqol hökmdarları sonralar Azərbaycana sahib olmaq uğrunda apardıqları mübarizədə İslam faktorundan istifadə etmişlər. Bəs necə oldu ki, monqolları səcdəyə gətirmiş, onlara İslamı qəbul etdirmiş xanəgahlar XIX əsrin əvvəllərindən başlayaraq süquta uğrayıb talan edilmişdir? Təkcə Pir Hüseyn xanəgahının öyrənilməsi tarixinə nəzər salsaq bəzi məsələləri dərk etmiş olarıq. V. A. Kraçkovskaya xanəgahın öyrənilməsini üç dövrə bölür: Birinci dövr 1858-1861-ci illərdir. Bu zaman Bartolemey, Nanıkov, Dorn kimi Rusiya Peterburq Akademiyasının akademikləri, şərqşünas alimləri Qafqazda və Xəzərin sahil boyu ölkələrində hərbi qulluğa təyin olunmuşdular. Onlar eyni zamanda yerli xalqın adət-ənənəsini, etnoqrafiyasını, tarixi abidələrini və s. öyrənirdilər. Onlar bir çox əlyazmaları toplamış, kitabələri tədqiq etməklə də məşğul olmuşlar. 1858-ci ildə ilk dəfə Pir Hüseyn Xanəgahında olmuş Bartolemey (Ermitajda numizmatika ilə məşğul olurdu) kompleksi son dərəcə xaraba halında görmüşdür. Pir Hüseyn türbəsinin və məscidin al-əlvan kaşı bəzəkləri onu heyrana gətirmişdi. O, dünya mədəniyyətinin çox nadir abidəsi sayılan bu kaşı parçalarından bir neçəsinin yerindən qoparıldığını gördükdə kompleksin Peterburqa köçürülməsini təklif etmişdir. Sonra kompleksin Tiflisə köçürülməsini qərara almışlar. Lakin bu qərar yerinə yetirilmədi. İkinci dövr 1907-ci ildə Tiflisdə Qafqazşünaslıq institutunun elmi katibi S. V. Ter-Avetyanın xanəgahda işə başlamasına tsadüf edir. O, kaşıların təsvirini və fotosunu çəkmişdi. Kraçkovskaya da Ter-Avetiyanın ona təqdim etdiyi materiallar əsasında kaşı parçalarının kitabələrini bir qədər bərpa edib oxumuşdu. Kraçkovskayanın yazdığına görə məhz Ter-Avetriyanın xanəgahdakı fəaliyyətindən sonra bütün kaşı parçaları yoxa çıxmışdır. Sonralar həmin kaşı bəzəklərinin sorağı Avropanın muzeylərindən gəlmişdir. Üçüncü dövr 1936-cı ilin oktyabrında təşkil olunmuş ekspedisiyanın işi hesab olunur. Bu zaman bütün kaşı bəzəklərinin yeri artıq boş idi. Onlardan üç ədəd kaşı parçasından ikisi türbədən, biri isə, məsciddən tapılmışlar. Göründüyü kimi, istər Çar Rusiyası, istərsə də Sovet Rusiyası zamanında, bura göndərilən “tədqiqatçı”lar əslində xanəgahda olan daş kitabələri və yazılı kahıları oğurlamaqla məşğul olmuşlar. Ona görə də xanəgaha aid yazlı nümunələr bu gün Avropa və Rusiya muzeylərində daha çoxdur, nəinki xanəgahın özündə. Maraqlı xatirələr Pir Hüseyn ziyarətgahında olarkən bələdçi mənə xatirə kitabına ürək sözlərimi yazmağı təklif etdi. Yazmazdan əvvəl xatirə kitabını vərəqlədim. Məndən qabaq yazılmış xatirələr pirin kəramətinə dair maraqlı əhvalatlar olduğundan, həmin xatirələrin bəzilərini Moderator.az-ın oxucularına təqdim etmək qərarına gəldim: «Peterburqdan mənə zəng etdilər ki, orada yaşayan qızım Leylanın ilk uşağı doğulmaq üzrədir və uşaq tərs gəldiyindən qızın həyatı təhlükəlidir. Ya ana, ya da uşaq ölməlidir. İki rükət «Hacət namazı» qılıb Allahdan kömək istədim və nəzir etdim ki, duam qəbul olunsun Pir Hüseyn ziyarətgahında qurban kəsərəm. Həmin gecə yuxuda çay qırağında olduğumu və bir pirani insanın qayıqla suda gəldiyini gördüm. Qəribə idi ki, qayıq suyun axarına yox, tərsinə (!) gəlirdi. Amma, bu şəxs gəmini çəkmək üçün avardan (kürəkdən) istifadə etmirdi, gəmi öz-özündən gəlirdi. Gəlib mənə çatanda həmin pirani qoca əlindəki çəliyi uzadıb dedi tut bu çəlikdən. Iki dəfə təkrar edəndən sonra tutdum. Dedi sənin Pir Hüseynə dediyin nəziri Allah qəbul etdi. Sənə bir qız nəvəsi pay verildi. Mən dedim anasına bir xəta olmadı ki? Təkrar dedi ki, sənə deyirəm Allah nəzirini qəbul etdi. Nə anasına, nə də balasına heç bir xətər yetmədi. Səhər açılanda xəbər gəldi ki, qızım sağ-salamat qurtarıb. Gətirib qurbanını kəsdik». İsmayılov Hacı Əlisalam İbrahim oğlu. 24 may 2008-ci il. «10 il bundan əvvəl qızım Günelin qəflətən dili və ayaqları tutulmuşdu. Nə danışa, nə də yeriyə bilirdi. Aşura günü qızımı götürüb bu ziyarətgaha gəldim. Dua etdim ki, imamların qırxına qədər qızımın dili açılsın. Maraqlıdır ki, 40 günün tamamında - imamların qırxı günü qızımın dili və ayaqları açıldı. Allaha şükür etdim ki, Pir Hüseyn ziyarətgahında etdiyimiz duanı qəbul etdi». Cabbarova Durna. 14 avqust 2002-ci il. «Həyat yoldaşımın ağzı əyilmişdi, qə nədər həkimlərə, ocaqlara getdik faydası olmadı. Yoldaşım dedi daha bezmişəm, özümü öldürəcəm. Məhərrəmlik ayı idi, yuxuda rəhmətlik anamı gördüm. Dedi: “A bala, nə rahat yatmısan? Sən üç ildən sonra qızını, 7 ildən sonra oğlunu Pir Hüseyndən almadınmı? Niyə ərinin də şəfasını ondan almırsan?” Səhər oyanıb yuxumu həyat yoldaşıma danışdım. Həqiqətən də qızım və oğlum anamın dediyi illərdə burda dua edəndən sonar doğulmuşdular. Yoldaşımla durub gəldik pirə. Ziyarət edəndən sonra sağalmağa başladı. Həmin məhərrəm ayı çıxana qədər həyat yoldaşım tamam sağaldı». Səmayə, Əli Bayramlı şəhəri. 14 sentyabr 2008-ci il. «Bir neçə il bundan qabaq həyat yaddaşımla Pir Hüseyn xanəgahını ziyarətə gəldik. Mən günbəzə girib ziyarət edib, dua verib çıxdım. Həyat yoldaşım qorxusundan günbəzə girmədi ki, içəridə əqrəb olar, başıma düşər. Qayıdanda maşınımızı saxlayıb, yolun qırağındakı ağacın kölgəsində süfrə açdıq ki, çörək yeyək. Bu vaxt bir quş başımızın üstündə dayandı və dimdiyində gətirdiyi əqrəbi süfrəmizin üstünə atdı. Həyat yoldaşım dedi bu bizə işarədir. Süfrəni yığışdırıb, pirə qayıtdıq və yoldaşım günbəzə girib ziyarət etdi. Elə onun xahişi ilə də bu əhvalatı olduğu kimi xatirə kitabına yazdım». «60-cı illərdə Hacıqabul şəhərindən bu pirə piyada gəlmişdim. Gəlib gördüm böyük traktorlar, ekskavatorlar pirin ətrafında toplaşıb buranı sökmək istəyirlər. Dayanıb gözlədim ki, görüm piri dağıda biləcəklərmi? İki traktor çalışdı ki, piri içəridən uçursun. Amma nə qədər cəhd etdilər, traktor yerimədi. Onlar ruslar idi, axşama qədər əlləşib, heç nə edə bilmədilər, qayıdıb getdilər». Məmmədov Gülbəs. Hacıqabul şəhəri. «Ailə qurandan sonra dünyaya gələn bütün uşaqlarım ölürdü. Bir gün Pir Hüseyn yuxuma girib dedi: «Gəl qəbrimi ziyarət elə. Günbəzin astanasını şirələyib deyərsən: “Mən səndən övlad istəyirəm». Dediyi kimi eləyib getdim. Ondan sonra doğulan qızım yaşadı və adını Pirxanım qoydum. İndi onun 12 yaşı var». B.Nazilə. Stansiya Navahi. Mənbə: Pir Hüseyn xanəgahının xatirə kitabı. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Hacıqabul ”“ Bakı. Qeyd: xanəgahın (eləcə də digər ziyarətgahların) tarixi barədə geniş məlumatı müəllifin “Doğrulan ümidlər” kitabından əldə etmək olar. «Allaha və peyğəmbərlərinə iman gətirən və onların heç birini digərindən ayırmayan şəxslərə Allah özü mükafatlarını verəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!» Quran, «Qadınlar» surəsi, 152-ci ayə.
Allahın mükafatlandıraraq övliyalıq mərtəbəsinə yüksəltdiyi mömin bəndələrindən biri də Hacı Mahmud əfəndidir. Ötən yazımda Nəqşibəndi şeyxi Həmzə Nigaridən bəhs edərkən qeyd etmişdim ki, onun irşad etmək üçün icazənamə verdiyi şeyxlərdən biri də Hacı Mahmud əfəndi olmuşdur. (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/145887.html ) Onun şərif məzarını ziyarət etmək üçün Qazax rayonuna yola düşürəm. Qeyd edim ki, Hacı Mahmud Veysəl Qərani oğlu 1835-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olub. İlk təhsilini atasından alan Mahmud əfəndi sonralar ərəb və fars dillərini dərindən öyrənmişdir. Təhsilini artırmaq məqsədi ilə bir müddət Şəkidə sufi şeyxlərinin açdığı mədrəsədə oxuyur. Təhsilini tamamladıqdan sonra yenidən Qazaxın Aslanbəyli kəndinə qayıdır. Burada elmi bilikləri təbliğ etmək üçün mədrəsə tikdirir. Bu mədrəsəyə tezliklə ətraf rayonlardan çoxlu sayda tələbələr toplaşır. 1870-ci illərdə Hacı Mahmud Əfəndi Türkiyənin Amasiya şəhərinə gedərək orada nəqşibəndi şeyxi Mir Həmzə Seyid Nigariyə intisab etmişdir. Seyr və sülukunu tamamladıqdan sonra Həmzə Nigari Hacı Mahmud əfəndiyə icazənamə vermiş və Qazax bölgəsində irşad etməsini tapşırmışdır. Daha sonra Həcc ziyarətinə getmişdir. Həzrət Peyğəmbərimiz buyurur: «Bir neçə şəxsə qibtə etmək olar: elminə əməl edib onu xalqa öyrədənə və var”“dövlətini Allah yolunda sərf edənə». Hər iki halı Hacı Mahmud Əfəndinin həyatında müşahidə etmək mümkündür. Belə ki, o, həm elmə əməl edərək onu təbliğ edir, həm də var-dövlətindən Allah yolunda, İslam dininin dirçəlişi üçün istifadə edirdi. Qərbi Azərbaycandan ”“ Qaraçöp mahalından, Zəngəzur mahalından, Göyçə mahalından çoxlu sayda müridlər Hacı Mahmud əfəndinin tikdirdiyi məktəbdə təhsil almışlar ki, bu müddətdə onların yemək və yaşamaq xərclərinin hamısını Əfəndi öz üzərinə götürmüşdür. O, müridlərinin yemək və yaşayış xərclərini qarşılamaq üçün meyvə bağı salmış, İncə çaydan böyük xərc hesabına kəndə su çəkdirmişdir (bu gün də Aslanbəyli camaatı həmin sudan istifadə edir və övliyanın ruhuna rəhmət oxuyurlar) . Hacı Mahmud Əfəndi xanəgahın bütün təsərrüfat və maliyyə işlərini ən etibarlı və təqvalı müridi Əhməd Qaramana tapşırmışdı. Çar Rusiyasının əleyhinə danışdığına görə Hacı Mahmud əfəndi iki dəfə qısa müddətə həbs olunub. Əvvəlcə Qazaxda «Şəkərin qalası» deyilən qalada saxlanılıb (indi həmin yer əsəb xəstəlikləri xəstəxanasıdır). Sonra Tiflisdə «Tamara qalası» deyilən qalada saxlanılıb. Həbsxanada olarkən bir çox kəramətləri üzə çıxıb. Belə ki, hər namaz vaxtı çatanda həbsxana kamerasının qapısındakı qıfıl qüdrəti-İlahidən açılarmış və Hacı Mahmud Əfəndi çıxıb çöldə dəstəmaz alıb, namaz qılıb qayıdarmış. Hacı Mahmud Əfəndi Həmzə Nigariyə çox böyük sayğı və hörmət bəsləmişdir. Nigarinin qəbri üzərindəki türbə və məscidin tikilməsində də onun təşəbbüsü və səyi olmuşdur. Hacı Mahmud Əfəndi 1891-ci ildə dünyasını dəyişdi. Vəfatından əvvəl rus məmurları digər nəqşibəndi şeyxləri kimi, ona da osmanlı dövlətinə köçməyi tövsiyə etmişdilər. Lakin, o, bu təklifi qəbul etməmişdir. Hacı Mahmud Əfəndi vəsiyyətinə uyğun olaraq Aslanbəyli kəndində müridi Seyid Yasin adlı şəxsin yanında dəfn edildi. Kürəkəni Mustafa ağa Miralayevin və müridlərinin köməyi ilə qəbri üzərində günbəz tikilib. Hacı Mahmud Əfəndinin məzar daşında «Ya Allah, Ya Seyid Nigari, Ya Həzrət Mövlanə» və Şeyxin öz adı yazılmışdır. Həmçinin, günbəzdəki daş kitabələrdə Füzulinin və Həmzə Nigarinin qəzəllərindən parçalar həkk olunmuşdur. Hacı Mahmud əfəndinin Məhəmməd, Əhməd və Veyis adlı üç oğlu, Aişə və Sayalı adlı iki qızı olmuşdur. Övliyanın ziyarətində olarkən burada bir çox ziyarətçilərlə tanış oldum. Onlardan birinin (adının çəkilməsini istəməyən məhşur şairənin) söhbətini moderator.az-ın oxucularına təqdim edirəm: -Anam mənə hamilə olanda evdə uşaq çox olduğundan məni abort etmək istəyib. Hacı Mahmud əfəndi anamın yuxusuna girərək, deyib bətnindəki uşağı tələf eləmə, onu dünyaya gətir. Lakin, anam məsləhətə qulaq asmayaraq Qazaxdakı qadın həkiminə müraciət edib. Həkim deyib indi Bakıya gedirəm, tələsirəm, qayıdıb gəlib abort edərəm. İki gündən sonra həmin həkimin ölüm xəbəri gəlib. Qəzaya düşərək dünyasın dəyişib. Aradan bir müddət keçəndən sonra anam yenə məni abort etmək fikrindən daşınmayıb. Kənddəki mamaça ilə danışaraq, bu işi onun vasitəsi ilə həyata keçirmək istəyib. Razılaşdırılmış vaxtda anam bütün hazırlıqları görüb mamaçanı gözləyirmiş. Lakin, mamaça həyət darvazasından girəndə qonşunun bəd iti zənciri qıraraq onun üstünə cumur. Beləliklə, üz-gözünü it yemişmamaçanın özünü təcili həkimə çatdırırlar. Beləliklə, anam başa düşür ki, övliyanın tapşırığına əməl etməmək ona pis nəticələr verə bilər. Ona görə də bu gün mən dünyaya gəldiyimə görə ilk növbədə Allahıma, ondan sonra isə, Hacı Mahmud əfəndiyə borcluyam. Odur ki, te-tez övliyanın ziyarətinə gəlirəm. Biz də öz növbəmizdə bu Allah dostunun ruhuna dualar oxuyaraq Bakıya yola düşürük. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı «Həqiqətən, iman gətirib, yaxşı işlər görənlər üçün Rəhman ürəklərdə bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır)”. “Quran”, «Məryəm» surəsi, 96-cı ayə. Allahın sevdiyi və möminlərə sevdirdiyi dostlarından biri də böyük övliya Əhməd əfəndi babadır. O, XIX əsrdə indiki Ucar rayonunun Ramal kəndində yaşayıb. Allahın bəxş etdiyi kəramət sayəsində həm sağlığında, həm də ölümündən sonra (qəbri) ziyarətgaha çevrilib. Biz də bu mübarək şəxsi ziyarət məqsədi ilə Ramal kəndinə gəldik. Neçə əsrlər keçməsinə baxmayaraq bu gün də insanlar Allaha etdiyi dualarda Əhməd əfəndini vəsilə tuturlar və dualarının bir çox hallarda qəbul edilməsi övliyanın qəbrinin və yaşadığı evin daimi ziyarət olunmasına səbəb olur. Deyilənə görə günorta namazı vaxtı Əhməd əfəndi baba həyətindəki bağa girərmiş və burada bir müddət görünməz olarmış. Həyat yoldaşı ora-bura baxsa da ərini görə bilməzmiş. Bir azdan görərmiş ki, Əfəndi baba bağdan gəlir. Bir gün qadın uşaqlardan birini tovlayıb ərini pusmağı tapşırır ki, gör kişi namazını harada qılır. Bir azdan uşaq həyəcanlı halda qayıdıb gəlir ki, atam əsasını yerə vurdu, əsa qaldı orada, amma, özü yox oldu. Aradan bir az keçəndən sonra, görürlər Əhməd əfəndi baba gəlir. Arvadı soruşur ki, ay kişi, haradaydın, başmağındakı bu qar nədi bu vaxtı? Əhməd baba duruxur və sirri açıldığına görə hirslənir. Deyir sizi kor olasınız, gərək mənim arxamca baxasınız?! Deyilənə görə həmin gündən babamın arvadının və uşağının gözündə şikəstlik yaranır. Maraqlıdır ki, həmin nəslin bugünkü nümayəndələrində də bu problem zaman-zaman özünü büruzə verməkdədir. Onlar bunu babalarının o vaxtkı qəzəbi ilə əlaqələndirirlər. Mələklər Əhməd əfəndi babanı ziyarət edirdilər Ramal kəndində olarkən Əhməd əfəndi ilə bağlı çoxlu maraqlı söhbətlər eşitdim. Belə söhbətlərdən birini Ramal kənd məscidinin əfəndisi Hacı Sahib danışır: - Bir gecə yatağımda uzanmışdım, nə qədər çalışdım gözümə yuxu getmədi. Gecə yarı durub dəstəmaz alıb namaz qıldım. Namazdan sonra pəncərənin qabağında dayanıb səmaya baxırdım. Birdən gördüm ki, Əhməd əfəndi babanın qəbrinin üstünə göydən işıq zolağı düşüb. Sanki ulduzlar üç şaquli xətt boyunca düzülüb heyrətamiz mənzərə yaratmışdılar. Bu xəttlərin bir ucu göydə, bir ucu da Əhməd əfəndi babanın qəbrinin üstündə idi. Ətraf nura boyanmışdı. Ulduzlar elektrik lampası kimi düzülüb, ətrafa işıq saçırdılar. Sonra fikirləşdim ki, ulduz belə balaca-balaca olmaz, yəqin bu mələklərdir ki, qüdrəti”“İlahi ilə nur saçırlar. Birdən ağlıma gəldi ki, bəlkə bu görünənlər heç yoxdur, mənim gözümə illüziya kimi görünür və yaxud, bəlkə mən qızdırmalıyam? Odur ki, əmin olmaq üçün qonşu otaqda yatan anamla bacımı çağırdım. Onlar gələndə dedim ziyarətgah tərəfə baxın görün nə görürsünüz? Heyrət içində dedilər: «Ulduzlar zolaq kimi düzülüblər Əhməd əfəndinin qəbrinin üstünə. Üç xətt boyunca düzülüblər». Bundan sonra əmin oldum ki, gördüyum möcüzə illuziya deyil, həqiqətdir. Əhməd əfəndi baba xəstəxanada dadıma yetdi Növbəti müsahibim Abdullayev İsax İbniyamən oğlu (hazırda Bakıda yaşayan Ramal kənd sakini) başına gələn hadisəni belə nəql edir: - Zavodda işləyərkən istehsalat qəzası baş vermiş, üstümə dəmir düşmüşdü. Qolum, qıçım, daxili orqanlarım, qabırğalarım əzilmiş, sınmışdı. Sağ ayağım isə, tamamilə qıçımdan aralanmışdı. Həkimlər ayağımı kəsməyi planlaşdırırdılar. Yataqdan qalxa bilmirdim. Bir neçə ay idi ki, dəhşətli ağrıdan yata bilmirdim, özümə ölüm arzulayırdım. Bir gecə məni yuxu apardı. Yuxuda gördüm qapı açıldı, iki nəfər içəri girdi. Qabaqda gələn ağ paltarlı, ağ saqqallı, ağ saçlı nurani bir kişi idi, onu tanımırdım. Arxasınca gələni tanıdım ki, rəhmətlik Molla Mecid babamdır. Qabaqda gələn kişi yanımda dayanıb dedi mən sənin Əhməd əfəndi babanam, nə olub sənə? Dedim Baba, görürsən də, vəziyyətimi, neçə aydı ağrıdan yata bilmirəm. Başıma gələnləri olduğu kimi babama danışdım. Sözümü qurtaranda Əhməd Əfəndi baba üstümdəki ağ mələfəni götürüb qoydu qırağa. Yaralarıma baxıb, qıraqda Molla Mecid babamla nə isə danışdı. Sanki, həkim kimi məsləhətləşirdilər. Sonra yanıma gəlib, əlini üç dəfə başımdan ayağımadək çəkib dedi: “Qorxma, sənə heç nə olmayacaq, anadan olduğun kimi, durub gəzəcəksən”. Bu anda bədənim ani olaraq alovlanan kimi oldu. Sanki, bədənimdən elektrik cərəyanı keçdi. Sonra gördüm ayağımın qırılan yerinə elə bil köz basıldı, alışıb yanır. Elə bil qırılan dəmiri qaynaq edirdilər. Bu anda ağrının ”“ daha doğrusu yanğının şiddətindən yuxudan ayıldım. Qışqırığıma, tibb bacıları gəldi. Dedim üstümü açın, alışıb yanıram. Üstümü açanda gördülər barmaqlarım tərpənir. Ona qədər barmaqlarım tərpənməmişdi, həkimlər həmin ayağımı kəsmək istəyirdilər. Tibb bacıları heyrət içində baxdıqları vaxt, onların gözünün qabağında ayaqlarımda nə qədər mil vardısa hamısı hansısa bir qüvvənin təsiriylə çıxıb töküldü yerə. Ayaqlarımdan daşlar asmışdılar, onlar da qırılıb töküldü yerə. Həkimi çağırdılar, o da heyrətləndi ki, bu nə işdi belə, mən ömrümdə belə hadisə görməmişəm. Həkim dedi bunun əlin, ayağın sarıyın çarpayıya. Sarıdılar, amma, qurtaran kimi, məni hansısa qüvvə silkələyirdi, o saat da əl-ayağımdakı kəndirlər qırılıb tökülürdü yerə. Bu hal üç dəfə təkrar olundu, hər üçündə kəndirlər qırılıb yerə töküldü. Daha sarımadılar. Sonra qeyri-adi bir qüvvə başladı məni idman elətdirməyə. Qolumu, qılçamı büküb ”“ açırdı. Neçə aylardı ki, onları tərpətməmişdim. İndi bükülüb, açıldıqca, şak-şak edirdi... Beləcə, bir neçə gündən sonra mən yeriməyə başladım. İlahinin qüdrəti və Əhməd əfəndi əabanın kəramətiylə bədənimin bütün sınan, əzilən hissələri bir neçə günün içində bitişib, anadangəlmə kimi oldu. Müsahibimin danışdığı bu əhvalat yadıma Mövlananın tələbələrinə vəsiyyətini saldı: Mövlana Cəlaləddin Rumi vəfatından əvvəl tələbələrini topladı, şəfqətlə onlara baxdı və: - Vəfatımdan sonra pərişan və hüzursuz olacaqsınız deyə düşünməyin. Hansı halda olursunuz olun, mənimlə olun! Məni xatırlayın, Allahın izni ilə üzümü sizə göstərər, maddi və mənəvi yardımlar edərəm. Quruda və dənizdə Allahın izni ilə yardımınıza çataram. Sözlərimi yaxşı dinləyin! Sizə bəzi tövsiyələr edəcəyəm. Bunları eşidənlər eşitməyənlərə söyləsin! Gizli və aşkar Allahdan qorxun! Günahlardan çəkinin! Az yeyib, az yatıb, az danışın! Çox oruc tutun! Zamanınızı namaz qılaraq dəyərləndirin! Şəhvəti tərk edib, səfeh və cahillərlə mücadilə etməyin! Onlarla oturub-durmayın! Onları özünüzə həmsöhbət etməyin. Daima yaxşı insanlarla bərabər olun! Ya xeyirli danışın, ya da susun! İnsanların sıxıntılarına səbr edin və bilin ki, insanların ən xeyirlisi insanlara ən faydalı olandır. Mövlanənin bu vəsiyyəti bu gün də öz aktuallığını itirməmişdir. Təcrübə göstərir ki, Allahın vəli qullarını sevən, onlara inanan şəxslər onların ölümündən sonra da kəramətlərindən faydalana bilirlər. Çünki, insan cismən ölsə də ruhən daim sağdır. Əgər o, sağlığında duaları və əməlləriylə insanların dadına çatıbdırsa, dünyasın (məkanın) dəyişəndən sonar da çata bilir. Allah bizləri Öz bərəkətindən və övliyaların xeyir-duasından məhrum etməsin. Amin. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Ucar ”“ Bakı. Moderator.az xəbər verir ki, bu axşam Amerikanın Koliforniya ştatının Kolumbiya şəhərində “Cessna-310” markalı təyyarə qəzaya uğramış və içərisində olan sərnişinlər həlak olmuşlar.
Xəbəri saytımıza şərh edən tədqiqatçı-yazıçı, elmi-lədun üsulu ilə təyyarə qəzalarının monitorinqini aparan və bu mövzuda 30-dan çox kitabın müəllifi olan Paşa Yaqub baş verən qəza ilə əlaqədar bunları bildirmişdir: -Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim kitab və məqalələrimdəki faktlardan da görünürdü ki, bu cür qəzalar təsədüfü olmayıb, müəyyən bir qanunauyğunluğa tabedir. Yəni, bir qayda olaraq 114 və 286 ədədləri ilə özündən əvvəlki qəzalara bağlanır və onların davamı olduğunu sübut edir. Bu gün baş verən qəza da bu qəbildəndir. Bu günkü qəzanın “üzərində” bu kodları göstərməzdən öncə 286 ədədindəki hikmətə təkrar nəzər salmanızı istəyirəm. Qeyd edim ki, XVIII əsrə qədər çap olunan, Kəbədə, eləcə də dünyanın bütün muzey və kitabxanalarında qorunan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Bunun təsadüf olmadığı aşağıdakı faktlardan görünür: 1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı ”“ Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar ən çox Günəş və Ay (qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Buradan aydın olur ki, 286 ədədi Allahın kodlaşdırılmış “möhürü” olaraq bütün böyük hadisələrin və elmlərin üzərinə vurulmuşdur. Adətən insanlar “Quran”a and içərkən (yaxud tövbə edərkən) bu andı üç dəfə təkrarlayırlar. Gəlin təkrar olunan bu andı riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Astronomiya sahəsində apardığımız elmi-lədun araşdırmalarımız göstərir ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 858 gündən bir təkrarlanır. Bunu sübut edən cədvəli aşağıda təqdim edirəm (qeyd edim ki, tərtib etdiyimiz bu cədvəllər astronomiya elmində mühüm kəşfdir): Təyyarə qəzalarının monitorinqini də aparanda eyni halla qarşılaşdıq. Faktlar sübut edir ki, astronomik hadisələrdə olduğu kimi, təyyarə qəzaları da 858 günün tamamında təkrar baş verir. Elə bu gecə baş verən sözü gedən qəza da özündən əvvəlki qəza ilə 858 ədədi ilə bağlanır. Belə ki, 21 mart 2014-cü il tarixdə Ukraynada “Su-24” təyyarəsi qəzaya uğramışdı (içərisindəkilər həlak olmuşdular). Bu gün həmin hadisənin 858-ci günüdür ki, Amerikada sözü gedən qəza baş verdi. Qeyd edim ki, bu gecə qəzaya uğrayan təyyarənin üzərindəki marka (310) da təsadüf olmayıb, özündən əvvəlki qəzalara bağlayan riyazi zəncirdə bir halqa rolunu oynayır: xatırladım ki, keçən il iyunun 30-da İndoneziyada “Horkulas-130” sərnişin təyyarəsi Medan şəhərində otelin üzərinə çırpılmışdı. Hadisə nəticəsində laynerdə olan 130 sərnişinin və heyət üzvlərinin hamısı həlak olmuşdular. Bu gün həmin hadisənin 424-cü günüdür ki, bundan “Quran” rəmzi olan 114 ədədini çıxsaq, alınan 130 ədədi bu gecə qəzaya uğrayan təyyarənin markasını göstərər: 424 ”“ 114 = 310 Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca olaraq onu deyim ki, bu cür qəzalar təsadüfü olmayıb, yolun azmış və Allahdan, kitabdan çox uzaqlaşmış bəşəriyyətin diqqətini Allaha və kitaba yönəltməklə, insanlara xəbərdarlıq məqsədi daşıyır. Elmi-lədun hesablamalarımız göstərir ki, bəşəriyyət bu cür xəbərdarlıqlara məhəl qoyub doğru yola qayıtmazsa və Haqqa təslim olmazsa, qarşıda onu daha böyük faciələr gözləyir. Allah əməlisaleh insanları qorusun. “Sizi suda, quruda (və havada) gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Quran”, “Yunis” surəsi, 22-23-cü ayələr. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Arvadına etdiyi qarğış oğluna düşdü və öldü ... XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin Bağdaddan Kürdəmirə qayıtması ilə Azərbaycanın təsəvvüf tarixində önəmli bir mərhələ başlamışdır. Belə ki, 1817-ci ildə ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn İsmayıl Şirvani nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə ideologiyasının - müridizmin formalaşmasında əsas rol oynamışdır... Davamı: (əvvəlin bu linkdən oxumaq olar: http://www.moderator.az/news/145614.html ) Mövlanə İsmayıl Şirvani dünyasını dəyişəndə yerinə ən kamil müridi Şeyx Həmzə Nigarini xəlifə təyin etdi. Həmzə Nigari 1805-ci ildə Qarabağ xanlığının Bərgüşad mahalının (indiki Laçın rayonunun) Cicimli kəndində dünyaya gəlmişdir. Atası Mir Rüknəddin Əfəndi Mir Paşa təxəllüsü ilə tanınmışdır. (Türk mənbələrində isə Seyid Paşa kimi göstərilmişdir.) Anası Xeyransa xanım isə Qızxanım adı ilə tanınmışdır. Şəcərəsi Ağabalım və Malikəjdər Baba vasitəsi ilə Həzrəti Peyğəmbərimizə qədər gedib çıxır. Elm ardınca diyar-diyar gəzən Seyid Mir Həmzə ona bu yolda maddi və mənəvi dəstək olan iman və səxavət sahibi Nigar xanımın şərəfinə «Nigari» təxəllüsünü götürmüşdür. Həmzə Nigari ilk təhsilini Şəkinin Dəhnə kəndində almışdır. Sonra isə böyük sufi mütəfəkkiri Mövlanə Xaliddən dərs almaq üçün səyahətə çıxmışdır. Xarputa çatanda Xalidin vəfat etdiyini eşitmiş, oradan Sivasa getmişdir. Həmzə Nigari Sivasda olarkən, Mövlanə İsmayıl Siracəddin Şirvaninin adını eşitmiş, ona mürid olmaq üçün yola çıxmışdır. O Azərbaycanda olarkən, Rus dövlətinin təzyiqləri ilə üzləşmiş, yenidən Türkiyəyə - Sivas şəhərinə qayıtmışdır. Mürşidi Siracəddin Şirvaniyə də burada yetişmişdir. Həmzə Nigari burada təsəvvüf elminin sirlərini öyrəndikdən sonra mürşidindən icazə alaraq ziyarət səfərinə çıxmışdır. Əvvəlcə Konyaya gedib Mövlanə Cəlaləddin Ruminin türbəsini ziyarət etmiş, sonra isə, Məkkə, Mədinə, Şam, Qüds şəhərlərinə gedərək, müqəddəs yerləri ziyarət etmişdir. Ziyarətini tamamlayıb, Amasiyadan dönən Həmzə Nigari irşad etmək üçün mürşidi Mövlanə Siracəddin Şirvanidən icazənamə almışdır. Həmzə Nigari İrşad fəaliyyətinə Bərgüşad və Bərdə ərazisində başladı. Burada mollaların təqib və təzyiqləri ilə üzləşdi. Daha sonra Qazax bölgəsində geniş fəaliyyət göstərmiş, ətrafına minlərlə mürid toplamışdır (Qarabağ mahalında «Şıx əfəndi» Qazax bölgəsində isə «Həzrəti Pir» təxəllüsü ilə məşhur olmuşdur). Vətənpərvər və azadlıqsevər olan Mir Həmzə Azərbaycanın Rusiya dövlətinin əsarətində qalmasına dözə bilmirdi. Xalqı çar hökumətinə qarşı üsyana qaldırmaq üçün təbliğat aparır və əqidədaşı Şeyx Şamilin ruslara qarşı apardığı müharibəyə canlı qüvvə və maddi yardımla vaxtaşırı dəstək olurdu. Çar hökuməti bunu bildiyindən Mir Həmzə Seyid Nigarinin gizli şəkildə ölümünə qərar verir. Bir neçə dəfə Şeyxə qarşı sui-qəsd təşkil edilsə də Allah öz dostunu bütün təhlükələrdən hifz etmişdir. Nəhayət, bu böyük sufi mütəfəkkiri mühacirət etmək məcburiyyətində qalır. Bir neçə ay Qubadlı rayonunun Çələbilər kəndi yaxınlığında Hərtiz dağındakı mağarada gizlənir. Burada ona Səfər adlı mömin bir şəxs qulluq edir. Nəhayət, gizli yollarla Osmanlı dövlətinə mühacirət edən Nəqşibəndi Şeyxi Həmzə Nigari Krım müharibəsindən sonra Ərzurumun Bakurlar məhəlləsinin məscidindəki dərsxanada üç il dərs verdi. Həmzə Nigariyə müraciət edənlərdən Kim olursa-olsun, əvvəlcə müraciət edənin halını, səviyyəsini diqqətlə tədqiq edər, ona görə də rəftar edərdi. Yəni, misal üçün, dərviş olmaq istəyən şəxsin fitri qabiliyyətini tədqiq etdikdən sonra, ona istedadına görə tapşırıq verərdi. Bəzisinə də fərz olan ibadət etməsini və haramdan çəkin-məsini tapşırmaqla kifayətlənərdi. İnabətdəki təlim üsulu Müridin idrak və zəkasına uyğun onun anlaya biləcəyi səviyyədə mütaliə tapşırar, artıq yükləmədən çəkinərdi. Müridinin anlamaqda çətinlik çəkəcəyi ifadələri işlətmirdi. Onun qüdsi nəfəsləri o qədər təsirli idi ki, ən bəsit ifadələri belə dinləyicisinə zövq verər və anlaşılardı. Başına ürfan tacını qoyub dərsə və ya ibadətə girərkən, bam-başqa bir hal alarmış. Üzünü bir nur, bir işıq haləsi bürüyər, riqqətdən tələbələrinin bir çoxunun ürəyi gedərmiş. Ərzurumdan İstanbula gələn Həmzə Nigari bir müddətdən sonra Amasiyada məskunlaşmış, təfsir və hədis elmlərini tədris etməklə yanaşı, təsəvvüfü fəaliyyətlə də məşğul olmuşdur. Ətrafına on minlərlə müridlər toplanan nəqşibəndi şeyxi Həmzə Nigarinin nüfuzundan narahat olan Sultan Əbdülhəmid onun Xarputa sürgün edilməsinə fərman verdi. Burada diqqət çəkən məqamlardan biri odur ki, həmin vaxt Osmanlının Daxiliyyə Naziri Nigarinin şeyxi və onu xəlifə təyin edən Mövlanə Siracəddin Şirvaninin oğlu Şirvanzadə Mehmet Rüşdi Paşa idi. O, hakimiyyətdə yerini isti saxlamaq üçün atasının dostlarını və müridlərini təqib edirdi. Həmzə Nigarinin sürgün olunması fərmanını da Sultan məhz Mehmet Rüşdi Paşanın raportlarına əsasən vermişdi. Bu barədə müridləri Həmzə Nigariyə sual verəndə Şeyx deyib: “Allah heç bir valideynə xeyrsiz övlad qismət etməsin”. Həmzə Nigari 1886-cı ildə dünyasını dəyişdi. Vəfatından əvvəl Xarput valisindən Amasiyada dəfn olunmasını xahiş etdi. Vali Amasiyanın 8 günə dəf ediləcək bir məsafədə olmasını və bu müddətdə cəsədin iylənəcəyini əsas gətirib, vəsiyyətə etiraz etmək istədi. Şeyx cavabında: «80 il «Allah-Allah» deyən bu bədən 8 günə qoxuyacaqsa, qoy qoxusun»-deyir. Vəsiyyətinə uyğun olaraq cənazəsi Amasiyaya gətirilib, burada dəfn olunmuşdur. Qarabağdakı müridlərinin yardımı ilə türbəsi və Şeyxin adına məscid inşa edilmişdir. Həmzə Nigarinin «Fütuhati-məkkiyyə»yə yazdığı «Təvzihat», türkcə və farsca Divanı, «Nigarnamə» və «Saqinamə» adlı əsərləri vardır. Aşağıda adları çəkilən məşhur övliyalar şeyx Həmzə Nigariyə mürid olaraq, ondan irşas etmək üçün icazənamə almışdılar. 1) Hacı Mahmud əfəndi Qərani (Qazax rayonu) 2) Mir Seyid Həsən Hüsnü əfəndi əd-Dağıstani 3) Ağarəhim Ağa Dilbazi 4) Qazi Osman əfəndi 5) Şahnigar Xanım Rəncur 6) Hacı Teyyub əfəndi 7) Hacı Zəkəriyyə əfəndi 😎 Hacı Mustafa əfəndi 9) Postlu Hacı Mahmud əfəndi Mir Həmzə niyə “Nigari” təxəllüsünü götürdü? Yuxarıda qeyd etdim ki, Seyid Mir Həmzə yaxın dostu Nigar xanımın şərəfinə “Nigari” təxəllüsünü götürmüşdü. Araşdırmalar göstərir ki, Nigar xanım ərli və zəngin bir qadın olmaqla, Mir Həmzəyə böyük inam və etiqad bəsləmiş, ona elm almaq üçün dünyanı dolaşmaqda böyük maddi və mənəvi dəstək vermişdir (necə ki, Xədicə anamız Peyğəmbər əfəndimizə dəstək olmuşdur). İman əhli olan bu xanımın elmə böyük marağı olmuş, elm adamlarına yardım etməyi özünə mənəvi borc bilmişdir. Onun dəstəyindən yararlanan Mir Həmzə də bu köməyin əvəzi olaraq həm ona daim duaçı olmuş, həm də adını təxəllüs götürərək, bugünkü və gələcək nəsillərə çatmasına səbəbkar olmuşdur. (Bu əhvalatda ibrət alınası məqamlardan biri də odur ki, Peyğəmbərimizin zamanında (elə ondan sonra da) Xədicə kimi minlərlə zəngin qadın vardı. Onlardan ancaq Xədicə anamız öz sərvətini Allaha xoş gedən bir işə: İslamın yayılmasına və Peyğəmbər əleyhissəlamın fəaliyyətinə sərf etdiyi üçün, yalnız onun adı bugünümüzə gəlib çıxıb və qiyamətə qədər də nə qədər ki, Məhəmməd əleyhissəlamın adı çəkiləcək, onunla yanaşı Xədicə anamızın da adı yaşayacaq. Eyni zamanda Mir Həmzənin dövründə də Nigar xanımdan da zəngin sonsuz sayda qadınlar vardı. Onlardan yalnız Nigar xanım Həzrət Xədicənin missiyasını davam etdirdi. Ona görə də ancaq onun adı bugünümüzə gəlib çıxdı. Şübhəsiz ki, gələcək nəsillər də bizim kimi Həmzə Nigarinin irsini araşdıranda mütləq bu təxəllüsün haradan götürüldüyünə də diqqəti yönəldəcəklər...) Diqqətinizi maraqlı bir məqama da cəlb edək ki, bütün qadınlar kimi Mir Həmzənin həyat yoldaşı da onu Nigar xanıma qısqanırdı. Onun adını təxəllüs götürməsini heç cür həzm edə bilmirdi. Günlərin birində iman və səxavət sahbi olan Nigar xanım dünyasını dəyişir. Bu bəd xəməri Mir Həmzəyə sevinə-sevinə çatdıran həyat yoldaşı Nigar xanımın haqqında təhqiramiz ifadələr işlədib: “filankəs” öldü deyir. Bu bəd xəbər və mömün bir xanımın belə cahilliklə təhqir olunması Seyid Nigarinin qəlbini dağlayır və qəzəblə üzünü arvadına tutaraq: “Sənin ciyərin yansın” deyə qarğayır. Duaları kimi ah-naləsi də keçərli olan bu imam övladının qarğışı ünvanına çatır. Amma, necə? Bildiyimiz kimi, hər bir övlad valideyninin ciyəridir (ciyərparəsidir). Qarğınan qadının da ciyəri yeganə oğlu Siracəddin idi. Odur ki, həmin andan Siracəddinin halı pisləşərək yatağa düşdü. Kəramət əhli olan Həmzə Nigari o saat başa düşdü ki, arvadına etdiyi qarğış oğluna düşdü və bu səbədən belə vəziyyət yarandı. Nə qədər namaz qılıb, dualar etsə də vəziyyəti dəyişə bilmədi. Artıq olan olmuşdu ”“ Siracəddin güllə dəymiş yaralı kimi yataqda qıvrılırdı. Hadisənin sabahı günü Həmzə Nigari atını çaparaq, özünü ətraf kənddə yaşayan başqa bir kəramət sahibinin ”“ ustadı Şeyx Alı Çələbinin mənzilinə çatdırır. Vəziyyəti ona danışıb, kömək etməsini xahiş edir. Alı Çələbi yan otağa keçərək, namaz qılıb, dualar edir. Qayıdıb Mir Həmzəyə təəssüflə bildirir ki. Artıq gecdir, oğlun sabah dünyasını dəyişəcək, get tədarük gör. Beləliklə, Həmzə Nigarinin yeganə oğlu Siracəddin əfəndi atasının qarğışı səbəbindən (şübhəsiz ki, taleyinə bu cür dünyadan gedəcəyi yazılıbmış) üç günün tamamında Haqq dərgahına qovuşdu. Yuxarıda qeyd etdim ki, Həmzə Nigarinin şəcərəsi Laçının Cicimli kəndində türbəsi olan, Həzrət Əlinin yaxın silahdaşı Malik Əjdərə bağlanır. Onu da qeyd edim ki, həmin bölgədə Malik Əjdərin soyundan olan başqa kəramət sahibləri də yetişmişlər. Buna misal olaraq bütün Qarabağda kəramətləriylə məşhur olan, Mir Həmzənin yaxın qohumu Şıx Fərzalı babanın (1853-1928) adını çəkmək olar. Bu övliyanın kəramətlərini sübut edən bir çox əhvalatlar xalq arasında indi də dillər əzbəridir. Onlardan birini moderator.az-ın oxucularına çatdırım ki, bu Allah dostunun dualarının necə keçərli olduğu barədə təsəvvürə malik olsunlar. Əhvalat belə olmuşdur: Qubadlı rayonunun Dəmirçilər kəndindən Şıx Mustafa babanın Qiymət adlı qızı həddibuluğa çatmamış rəhmətə getmişdi. Bu hadisə uşağın anası Həcəri çox sarsıtmışdı. O, gecə gündüz dayanmadan ağlayırdı. Həyat yoldaşı Mustafa baba Həcəri heç cür sakitləşdirə bilmirdi. Ona görə də qonşu Saray kəndində yaşayan Şıx Fərzalı babaya kömək üçün müraciət etdi. Bir qədər məsləhət-məşvərət edəndən sonra belə qərara gəldilər ki, ananı qızının qəbri başına gətirsinlər və onu qızı Qiymətin ruhu ilə danışdırsınlar. Razılaşdırılan vaxt uşağın atası, anası, Fərzalı baba və bir neçə kənd ağsaqqalları qəbristanlığa gəlib məzarın başında dayanırlar. Övliya namaz qılıb, dua edir və uşağın ruhunu çağırır. Üçüncü çağırışda məzardan səs gəlir: “Can baba, eşidirəm”. Fərzalı baba soruşur ki, qızım, niyə gec cavab verdin? Uşaq cavab verir ki, Cənnətdə çayın qırağında oynayırdım, gördün çağırırsan, qaça-qaça gəldim. Övliya soruşur ki, qızım, anan səndən nigarandır, ona sözün varmı? Uşaq cavabında deyir ki, anama deyin mən Cənnətdəyəm, amma, anam daim ağlayır deyə çox narahat oluram. Ona deyin ağlamasın. XX əsrin əvvəllərində baş verən bu heyrətamiz hadisənin bir çox şahidləri olmuşdur. Onlardan sonuncu rəhmətə gedən İsmayıl Abuşov keçən əsrin 70-ci illərinə qədər yaşamışdır. O, şahidi olduğu bu hadisəni daim məclislərdə danışarmış. İsmayıl kişiyə istinadən bölgənin bir çox yazarları bu hadisəni öz əsərlərində işıqlandırmışlar (elə biz də bu hadisəni qələmə alarkən, həmin yazarlardan Şakir Mirlərə və övliyanın həmkəndlilərinə istinad etdik). Həmzə Nigari dini əsərlər yazmaqla bərabər, həm də gözəl qəzəllri də qalmışdır. Bu qəzəllərdən birni oxuculara təqdim edirəm: Çıxmadı sahibi-dəva, nə əcəb? Açmadı bayraqi-bala, nə əcəb? Çıxdı çün firqeyi-Dəccal, nəh, Çıxmadı Mehdi, Məsiha nə əcəb? Atdı atəşlərə Nəmrud bizi, Gəlmədi bir Xəliləsa, nə əcəb? İrdi Firoon bizim dadımıza, İrmədi bir yədi-beyza, nə əcəb? Olmadı milləti-islama kömək, İrmədi bir mədəd, aya, nə əcəb? Ey Nigari, qədəri-Mirim üçün Tövbə qıl, söyləmə haşa “nə əcəb?”. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29
Xəbər verildiyi kimi bu gün Şirvan şəhərindəki silah-sursat zavodunda baş vermiş partlayış həm bölgədə, həm də ölkəmizdə böyük həyəcana səbəb olmuşdur. Hadisə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Bundan əvvəl ölkəmizdə və dünyada baş verən bu cür həyacanlı hadisələrin elmi-lədun yolu ilə hesablamalarını apararkən aydın olurdu ki, bunlar təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü bir qayda olaraq 114 ədədi ilə biruzə verdiyindən, əvvəlcə bu ədədin mahiyyəti barədə bir neçə cümlə yazmağı vacib bildik. Öncə qeyd edək ki, 114 ədədi “Quran”ın surələrinin sayıdır. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 114 ədədindəki hikməti bildikdən sonra qayıdaq Şirvanda sözü gedən partlayış və həyəcanın 114 ədədinə bağlanmasına. Yuxarıda qeyd etdim ki, bu cür həyəcanlı hadisələr hər biri özündən əvvəlki hadisəyə zəncirvari bağlı olur. Hesablamalarımız göstərir ki, bugünkü partlayış da Bakı metrosunda baş verən həyəcanla riyazi şəkildə bağlanır. Belə ki, keçən il dekabrın 10-da Bakı metropolitenində yaranan problem insanların həyəcanlanmasına səbəb olmuşdur. Maraqlıdır ki, hərbi zavodda baş verən partlayış həmin metro qəzasının 228-ci günü baş vermişdir ki, bundan da “Quran”ın rəmzi olan 114 ədədini çıxsaq, yenə də 114 alınar və diqqətimizi müqəddəs kitaba yönəldər: 228 - 114 = 114 Göründüyü kimi, 114 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bu hadisənin üzərinə vurulmuşdur. Bunu aşağıdakı hesablamalar da təəsdiq edir. Xatırladım ki, 2014-cü ilin 29 sentyabrında Azərbaycanın Qəbələ, Gəncə və digər Qərb rayonlarında baş verən altı ballıq zəlzələ bəzi binlarda çatların yaranmasına səbəb olmaqla, əhali arasında həyəcana səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, Şirvandakı partlayış həyəcanı riyazi olaraq həmin zəlzələ həyəcanına da bağlanır. Belə ki, hər iki hadisə arasında 669 (!) gün fərq vardır ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də “Quran” rəmzi olan 114 ədədi alınır və təkrar olaraq millətimizin diqqətini müqəddəs kitaba yönəldir: 669 ”“ 555 = 114 Allahın kodlaşdırılmış möhürü olan 114 ədədinin bu hadisə üzərinə “vurulmasının” təsadüf olmadığını daha bir hesablama ilə sübut etmək mümkündür. Belə ki, keçən il iyunun 22-də Bakı mütrosunda daha bir qəza baş vermiş və sərnişinlərin tuneldə qalması böyük bir həyacanın yaşanmasına səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da “Quran”nın səhifələrinin sayı olan 286 ədədini (Kəbədə və muzeylərdə saxlanan orjinal “Quran” kitabları hamısı 286 səhifədə yerləşdirilib) çıxsaq, yenə də 114 ədədi alınar və yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiq edər: 400 ”“ 286 = 114 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, 19:94 Söz ardı: Adətən ölüm ayağında olan insanı ayıltmaq üçün elektroşokdan istifadə edirlər ki, buna tibb elmində şokterapiyya deyilir. Təssüf ki, bu gün millət olaraq ölü nöqtədəyik və bu həyəcanlı hadisələr də bizləri oyatmaq üçün şokterapiyya rolunu oynayır. Bu hadisələrdən sığortalanmaq istəyənlər tövbə edib doğru yola dönməlidirlər. Çünkü yerə enən bəlalrın hər gün intensivləşdiyinin şahidi oluruq. Allah inananları qorusun! Unutmayın: hər ziyanın içində bir xeyir də var. Bu hadisələr nəhayət insanları oyadacaq və onlar doğru yolu tutaraq, biri-birlərinə zülm etməkdən, əziyyət verməkdən və haqsızlıq etməkdən çəkinəcəklər. Beləliklə də Azərbaycan Dünyanın mənəviyyat mərkəzinə çevriləcəkdir. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Azərbaycanda sufiliyin yayılması İslam dininin yarandığı ilk vaxtlarda meydana gələn sufilik cərəyanının əsas dayağı nəqşibənlik olmuşdur. Orta əsrlərdə nəqşibəndilik məktəbi Azərbaycanda da yaranmağa başlamışdır. Tarixi mənbələrdə bu məktəbin yaradıcısı olaraq XIII əsrdə yaşamış Əf-şar Babanın adı çəkilir. XV əsrdə isə, böyük ustad Nemətullah Naxçıvani Azərbaycanda nəqşibəndliyin daha da inkişaf edib yayılmasında böyük xidmətlər göstərmişdir. Onlardan sonra da Azərbaycanda sufilik məktəbini davam etdirən böyük mütəfəkkirlər yetişmişlər. Bu araşdırmamızda belə mütəfəkkirlərdən bir neçəsinin həyat və fəaliyyətini öyrənəcəyik. Nəqşibəndiyyə məktəbinə mənsub azərbaycanlı sufilərdən biri də 1514-cü ildə Təbrizdə anadan olmuş Əbu Səid ibn Sunullahdır. XVI əsrdən başlayaraq dövlət rəhbərlərinin və mollaların çoxsaylı təzyiqləri səbəbindən bir çox sufi mütəfəkkirləri Azərbaycanı tərk edərək Hindistan, Anadolu, Misir, Türküstan kimi bölgələrdə məskunlaşmışlar. Bu da öz növbəsində Azərbaycanda təsəvvüfün zəifləməsinə səbəb olmuşdur. XIX əsrdə Kürdəmirli Mövlanə İsmayıl Şirvaninin Bağdaddan Kürdəmirə qayıtması ilə Azərbaycanın təsəvvüf tarixində önəmli bir mərhələ başlamışdır. Belə ki, 1817-ci ildə ustadı Mövlanə Xaliddən icazənamə alaraq Kürdəmirə gələn İsmayıl Şirvani nəqşibəndiliyi Qafqazda yayaraq, milli mübarizə ideologiyasının - müridizmin formalaşmasında əsas rol oynamışdır. Mövlanə İsmayıl Siracəddin əl-Kürdəmiri əş-Şirvani 1782/83-cü illərdə Şirvan xanlığının Bölükət mahalının Kürdəmir kəndində anadan olmuşdur. Bəzi mənbələrdə atasının adının Şeyx Ənvər Şirvani olduğu bildirilir. İsmayıl Şirvani ilk təhsilini Şamaxıda Məhəmməd Nuri Əfəndidən almışdır. 1800-cü ildə Ərzincana gedərək, dövrünün məşhur alimlərindən olan Övliyazadə Əbdürrəhman Əfəndidən bir neçə il təhsil alaraq oradan Toqata gedir və bir neçə il də burada elmi bi-liklərini təkmilləşdirir. İsmayıl Şirvani Bağdadda Şeyx Yəhya Mərvəzi əl-İmadidən hədis elmini, Molla Məhəmməd ibn Adəmdən hikəmiyyə elmini öyrənir. 1805-ci ildə Burdura gələrək fiqh elmindən dərs alır və 1806-cı ildə vətəninə qayıdır. Burada yeddi il elmi biliklərin tədrisi ilə məşğul olduqdan sonra Həcc ziyarətinə gedir. İsmayıl Şirvani mənəvi elmlərdə yüksələrək, kamillik məqamına yetişmək üçün kamil bir mürşid - övliya axtarır, bu mürşidə bağlanmaq istəyirdi. Odur ki, zamanın ən məşhur vəlilərindən, feyz mənbəyi, nəqşibəndi Şeyx Abdullah əd-Dəhləvi həzrətlərinə mürid olmaq üçün Hindistana yola düşür. Bəsrəyə çatanda, Abdullah əd-Dəhləvidən mənəvi işarə aldı: "Sənin Şeyx Xalidlə sirlərin var, onu təqib edəcəksən". Odur ki, yarı yoldan qayıdaraq Bağdada ”“ Mövlanə Xalidin məqamına gedərək, ondan zahiri və batini elmləri öyrənməyə başladı (Mövlanə Xalid özü də Abdullah əd-Dəhləvidən dərs almışdı). İsmayıl Siracəddin elmdə və təsəvvüf məktəblərində kamal dərəcəsinə çatdıqdan sonra, ona tələbə yetişdirmək üçün icazənamə vermişdir. Qeyd edim ki, Mövlanə Xalid özünün on minlərlə müridindən yalnız bir neçəsinə icazənamə vermişdir ki, onlardan da biri kürdəmirli İsmayıl Şirvanidir. 1821-ci ildə verilən və hazırda Amasiyadakı türbəsinin divarından asılan ərəbcə yazılmış bu icazənamənin tərcüməsi belədir: "Həmd sadəcə Allaha məxsusdur. Salavat və salam vəhyinə seçdiyi Həzrəti Məhəmmədə (s.ə.s.), onun davamçılarına və səhabəsinə olsun. Bundan sonra Allahın xəlifəsi olaraq şəfqətli, sadiq dost, alim, fazil, ariflərin və fəzilətlilərin mənbəyi, sədatı-təriqi-nəqşibəndiyyənin əmri ilə qüvvətləndirilmiş qardaşım, sevdiyimiz, uca və kərəmli Hacı İsmayıl Əfəndiyə icazə verdim. Allah-təala bərəkətini, dərəcələrini və hallarını artırsın, tələbələrinə feyzlərini yağdırsın. Ona nəqşibəndiyyə təriqətində irşad, zikr və tövhid təlqini ilə, taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra icazə verdim. Bu icazəni silsileyi-aliyyənin böyüklərindən aldığım müsaidə və peyğəmbərin sünnəsi üzərinə istixarədən sonra verdim. Övliyanın yoluna təşəbbüs edən hər kəs onun söhbətini qənimət bilsin... Ona Quran müəllimlərinə, fiqh alimlərinə, sufilərə hörmət etməyi, qəlb səlaməti, nəfs səmahəti, comərdlik, gülərüzlük, əziyyət verməkdən çəkinmək, qardaşların qüsurlarını əfv etmək, böyüklərə və kiçiklərə nəsihət, düşmənlikləri tərk etmək, tamahı tərk etmək, ehtiyacının yerinə yetiriləcəyi xüsusunda Allaha etimad etməyi (Allah özünə etimad edənləri darda qoymaz) vəsiyyət edirəm. Qurtuluşun ancaq doğruluqda olduğundan əsla ayrılmamaq və Allaha vasil olmaq ki, bu ancaq Həzrəti Məhəmmməd əleyhissəlama tabe olmaqdır. Özünün heç kimsədən daha üstün olduğunu zənn etməyib, öz nəfsini hər kəsdən aşağı görsün. Əleyhində danışmağı davam edəni və həsəd edəni Allaha həvalə etsin. Başına gələn şəri qeyrəti ilə dəf etməyə çalışmasın. Bu təriqəti ”“ Aliyənin şeyxləri dağlar kimi hümmətləri ilə sənə yetişəcəklər. Əgər istərsə, Allah-təalanın qüdrəti ilə fəsadı o anda maddi olaraq bağlarlar. Bəndələrinin sayısınca, razı olduğu nəfslər ədədincə, ərşinin zinəti və kəlmələrinin mürəkkəbləri sayınca Allahın salavat və salamı yenə Nəbiyyi-Ümmisi Məhəmmədin özünün və davamçılarının üzərinə olsun. Aləmlərin Rəbbinə həmd olsun. Mən fəqir və misgin Xalid ən Nəqşibəndi, əl Mücəddidi. Mövlayi-Kərimin böyük fəzlinə yetişmiş. Möhrü -Şərif: əl-Xalidi ən-Nəqşibəndi əl-Mücəddidi əl-Qadiri əl-Kübrəvi əs-Sührəverdi əl-Çişti. Bu cür icazənamələr təriqətin sağlam əsaslar vasitəsi ilə davam etməsi, yalançı şeyxlərin meydana çıxmasının qarşısının alınması, ən başlıcası isə, o şəxsin mürşidliyə layiq olduğunu sübut etməsi baxımından əhəmiyyətli sənəddir. İsmayıl Şirvaniyə bu icazənamə hansı xüsusiyyətlərinə görə verilmişdir? Bu suala icazənamənin mətnində cavab tapmaq olur: “taliblərə nəzərinin təsirini, nurları müəyyən etməkdəki və pərdələri qaldırmaqdakı iqtidarını təcrübə etdikdən sonra icazə verdim”. Deməli, Mövlanə Xalid şeyxlərə, mürşidlərə məxsus xüsusiyyətləri (batini elmlə sirlər üzərindən pərdələri qaldırmaq, nurları müəyyən etmək və s.) onda görmüş, təcrübədən keçirmiş və bundan sonra icazənamə vermişdir. İsmayıl Şirvani Mövlanə Xaliddən aldığı icazənamə ilə Şirvanda nəqşibəndiyyə məktəbini təlim edən ilk şeyxdir. Onun təlimi sufiliyi, dünya malından çəkinməyi, özünü tamamilə Allaha həsr etməyi təbliğ edirdi. Mövlanə İsmayıl Şirvaninin təlimi, imanı və kəramətləri haqqında xəbərlər bütün Qafqaza yayıldı. Onun yanına qonşu kənd və obalardan, Zərdabdan, İlisudan, Dağıstandan müridlər toplaşmağa başladı. Bu müridlər içərisində Kürdəmirdən Hacı Mahmud Baba, Dağıstandan Molla Məhəmməd Yaraqlı, Xas Məhəmməd, Şeyx Şamil, Qarasubasar mahalının Zərdab kəndindən Hacı Əhməd Əfəndi, Qaracallıdan Hacı Abdı Əfəndi, Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndindən Mir Həmzə Seyid Nigari kimi tanınmış şəxslər vardı. Mövlanənin təlimi sayəsində bu müridlər sonralar övliyalıq səviyyəsinə qədər yüksəlmiş və xalq tərəfindən sevilən şəxsiyyətlər olmaqla bərabər, hər birinin çoxlu sayda müridləri olmuşdur. Qalagahlı İbrahim Əfəndi Nənqşibəndi Şeyxi Mövlanə Hacı İsmayıl Əfəndiyə intisab etməsini belə xatırlayır: “Gəl əvvəl başdan söyləyim ki, bu övliyalıq elmi (nəqşibəndilik ”“ müəllif.) tamam yer üzərindən götürülmüşdü. Ancaq alimlik (fiqh elmi) var idi bizim dövrümüzdə. Biz fəqirlər bu elmlə məşğul idik. Eşidirdik ki, Şirvana övliyalar gəlib-gedirlər. Sonra haqlıq ilə Mövlanə Hacı İsmayıl Şirvani (Allah ondan razı olsun) Kürdəmirə gəldi, sakin oldu və bir para müxlis adamlara özü xəbər göndərdi ki, “buraya gəlin”. Bir də Diyallı Məhəmmədə. Ona da elan etdi ki, “bir buraya, mənim yanıma gəl!” O, cavabında dedi: “Səndən irəli çox adamlara getdik, bir şey hasil olmadı”. Mövlanə qurbanolduğum cavabında dedi ki, bu da onların birisi olsun. Xəlilli Molla Məhəmməd öz dilindən söylədi ki, “Mən görə-görə Diyallı Məhəmməd Əfəndi mərhum Hacı İsmayılın yanına getdi-gəldi. Mən ondan xəbər aldım ki, nə gördün? Buyurdu ki, “Mən gedən vaxtda Mövlanəni (İsmayıl Şirvanini) məscid qabağında əyləşmiş və yemişan ağacına söykənmiş gördüm. Mənə dedi: “Dəstamazın yoxdursa dəstamaz al”. Cavabında dedim ki, dəstəmazım var. Buyurdu: “Üzü qibləyə mənim yanımda əyləş və gözünü yum”. Mən də o təhər ki, buyurmuşdu, əyləşdim. “Boş dur” - dedi. Yəni, qəm və qüssə qəlbinə gətirmə. Mən də boş durdum, nagah ustadım Şeyx Məhəmməd Cekli kömürdən qara qabağımda durdu. Mən ağladım. Çünki ustadımdır deyə. Sonra dedi: “Ağlama, onda heç nə yoxdur”. Bu vaxt qəlbimdə fikirləşdim ki, əgər Məkkə və Mədinəni mənə müayinə (aşkar) göstərsə, gerçək övliyadır, yoxsa yox. Elə fikirləşən kimi tələbim hasil oldu. Yəni, sağ əlinin iki barmağını aralayaraq, buradan bax dedi. Mən baxdıqda bu şəhərlər göründü. Sonra buyurdu: “Get, daha gəlmə”. Mövlanənin ki, haqlığı bilindi, xalq Hacı Məhəmməd Səid Əfəndini vəkil edib, onun qulluğuna göndərdilər. O, Mövlanəyə dedi: “Adamlar sənə salam göndərdilər, dedilər ki, eşitmişik bəy həqq təriqət gətiribdir. Necə olsun gərək?” O da dedi ki, “Bu haqq təriqət hər adamın işi deyildir. Neyçün ki, uzun işdir”. Məhəmməd Səid Əfəndi dedi: “Bəs biz zəlalətdə qalaq? Bizə bir çarə”. Buyurdu: “Doğrudur, zəlalətdə qalmaq olmaz”. Biz fəqirlər uzaqdan baxırıq ki, yanına gəlib, gedənlər qəbir əhlindən kəşflə xəbər verirlər. Onlardan xəbər aldıq: “Sizdə bu hal necə zahir oldu?” Onlar dedilər: “Bu yolda çox əziyyət çəkdik”. Soruşduq: “Heç bir adam buna taqət gətirə bilməzmi?” Dedilər: “Allah qismət etsə olar”. Soruşduq: “Bəs necə edək ki, əhli əzab olmayaq?” Dedilər: “Mövlanəyə mürid olmaqla mümkündür”. (İbrahim əfəndinin arxivindən) 1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandıqdan və Azərbaycan bu iki dövlət arasında bölündükdən sonra, Mövlanə və onun müridlərinə qarşı təzyiqlər başlandı. 1825-ci ildə Qafqaz canişini Yermolovun əmri ilə İsmayıl Şirvaninin iki müridi - Bölükənd mahalı Cəyli kəndlindən Hacı Məmməd Nəbi Əfəndi və Zərdablı molla Əhməd əfəndi Rusiyanın mərkəzi vilayətlərinə sürgün edildilər (sonralar molla Əhməd Əfəndi sürgündən qaçaraq, Türkiyədə şeyxinə yetişmiş və burada Hacı Əhməd Qiyasi Əfəndi Şirvani kimi tanınmışdır). Bu hadisələrdən sonra Mövlanə İsmayıl Şirvani Kürdəmirin Şıxımlı kəndindən Türkiyənin Axıska vilayətinə, 1828-ci ildə isə, Amasiya şəhərinə köçdü. Bu zaman onu çoxlu sayda müridi müşayət edirdi. İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etdi. Amasiya yaxınlığındakı Şamlar qəbirstanlığında dəfn olundu. Hazırda qəbri üzərində 1869-cu ildə oğlu Ştirvanzadə Mehmet Rüşdi Paşa tərəfindən tikilən türbə və məscid kompleksi hələ də qalmaqdadır. Mövlanə dünyasını dəyişəndə dörd oğlu, bir qızı qalmışdır ki, adları aşağıdakı kimidir: 1. Şirvanzadə Mehmet Rüşdi Paşa - 1828-ci ildə Amasiyada anadan olmuşdur. Müxtəlif illərdə Şam valisi, Suriya valisi, Maliyyə Naziri, Daxiliyyə Naziri, nəhayət Osmanlı sultanı Sultan Əbdüləzizin hakimiyyəti dövründə Baş Nazir vəzifəsinə qədər yüksəlmişdir. 2. Əbdülhəmid Əfəndi - Kürdəmirdə doğulmuş, 1846-cı ildə Amasiyada suda boğularaq ölmüşdür. 3. Əhməd Hülusi Əfəndi - 1833-cü ildə Şirvanda anadan olmuş, İstanbul qazisi vəzifəsinə qədər yüksəlmiş, 1888-ci ildə Amasiyada vəfat etmişdir. 4. Mustafa Nuri bəy ”“ 1844-cü ildə Amasiyada anadan olmuş, 1897-ci ildə vəfat edərək Fateh qəbristanlığında dəfn edilmişdir. 5. Hacı Şərifə Fatma xanım - Hacı İsa Ruhi Əfəndinin zövcəsi olmuşdur. (ardı var) Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Qeyd: yazıda istifadə edilmiş şəkillər Məhəmməd Məhəmmədcəlil və Fariz Xəlillinin müəllifi olduqları - "Mövlanə İsmayıl Siracəddin Şirvani" kitabından götürülmüşdür. Bakı, "Adiloğlu" nəşriyyatı, 2003. Moderator.az saytında yayımlanan “İran mollaları priton kassiri funksiyasını yerinə yetirirlər” məqaləsi cəmiyyətdə böyük rezonans doğurmuşdur (linki burada: http://www.moderator.az/news/145261.html )
Son iki gündə sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan biri də bu olmuşdur. Aldığımız məlumata görə İranpərəst dindarlar yazıçı Paşa Yaquba yazını saytdan silmək üçün təzyiqlər göstərirlər. Əməkdaşımız olayla bağlı yazıçı ilə əlaqə saxlamışdır. Onun məsələyə münasibətini diqqətinizə çatdırırıq. -Paşa bəy, sosial şəbəkələrdəki müzakirələrdən də görünür ki, Sizə güclü təzyiqlər var. -Mən həmin məqaləni paylaşarkən rəy yazmışdım ki, İran mollaları bu yazıdan sonra məni öldürməsələr yaxşıdır. Düzü heç bilməzdim ki, Azərbaycanda bu qədər İranpərəst və siğədən faydalanan “dindar”lar var. Onlar təzyiq göstərirlər ki, yazını saytdan sildirim. Amma, bu təzyiqlər faydasızdır, mən yazını sifarişlə yazmamışam ki, kiminsə sifarişiylə də sildirim. Bu məsələ cəmiyyətin böyük kəsimini, xüsusiylə də ziyalı kəsimini narahat etdiyindən mən buna münasibət bildirdim və doğru olanı yazdım. Siğənin haram və pozğunluq əlaməti olduğunu “Quran”dan dəlil gətirməklə sübut etdim. Quranda siğə deyilən bir şey yoxdur. Siğənin azərbaycanda bənzəri bəzi “din xadimlərinin” donuz piyindən hazırlanmış kolbasaya halallıq sertifikatı verməsidir. Tanıdığım bəzi adamlar üstünə “Halal” yazılmış kolbasanı yeyirlər. Soruşanda da deyirlər ki, bilirik donuz piyi var, amma bundan bizə günah gəlməz, günah bu kolbasaya halallıq sertifikatı verənlərə gəlir. Məncə bu cür yanaşma heç də doğru yanaşma deyildir. İnsan özü bilirsə ki, yediyi qida haramdır, etdiyi əməl günahdır, onu yeməməlidir, etməməlidir. Bəlkə ona icazə verən din rəhbəri yolun azıbdır? Bizdəmi yolumuzu azmalıyıq? Bu onu göstərir ki, bir çox insanlar nəfislərini cilovlaya bilmirlər, günah etməyə sadəcə bir bəhanə axtarırlar. Siğə adıyla cinsi əlaqəyə icazə verənlər və donuz piyinə “Halal” deyənlər belə zəif iradəli adamların əllərinə bəhanə vermiş olurlar. Gərək özünə “din xadimi” deyən adamlar bu cür bəhanələri onların əlinə verməsinlər. Odur ki, Allah-təala buyurub ki, yəhudi, xristiyan və müsəlman alimlərinin bir çoxları insanların mallarını haqsızlıqla yeyir, özlərini də Allah yolundan döndərirlər. Bu ayəylə məhz belələrini nəzərdə tutur ki, bu gün harama, zinaya din adından icazə verərək çoxlu pul qazanırlar, həm də insanları düz yoldan azdıraraq günaha batırırlar. -Belə bir sual yaranır ki, siğədən doğulan uşaq necə olacaq? -“Quran”da buyrulur ki, kişiylə qadın nigaha girərkən ən azı iki nəfər şahid tutun. Bu ona görədir ki, gələcəkdə doğulacaq uşağın atası haqda cəmiyyətdə şəkki-şübhə yaranmasın. Allah həm də buyurur ki, uşaqları atalarının adıyla çağırın. Bütün bunlar zinakarlığın qarşısını almaq üçündür. Siğə edərkən isə, şahid tutulmur. Kim təminat verə bilər ki, həmin qadın başqa kişilərlə də eyni vaxta siğədə deyil? -Oponentləriniz iddia edirlər ki, bəzi qadınlar üzərlərinə ailə məsuliyyəti götürmək istəmirlər, ona görə onlara da siğə olmaq sərf edir. -Araşdırmalarımız göstərir ki, bir çox ayağısürüşkən qadınlar siğə adı altında eyni vaxtda bir neçə kişi ilə yaşayırlar. Məhz ailə məsuliyyətinə girmək istəməyənlər bu yolu seçirlər. Elə küçə qadınları da üstlərinə məsuliyyət götürməmək üçün bu yola düşürlər. Bilmək lazımdır ki, hər çirkin iş məsuliyyətsizlikdən doğur! Ona görə də Rəbbim Quranda biz insanları məsuliyyətli olmağa çağırır! İnsan olduğumuza görə hər işdə məsuliyyət daşımalıyıq! Qadın şpris deyil ki, bir dəfə istifadə edib atasan! Onu da bir ana doğub, o da bir insandı! Qeyrətiniz çatırsa onlarla nigah bağlayıb, onlara həyat yoldaşı, arxa-dayaq olun, təlabatlarını qarşılayın, Allaha da xoş getsin bəndəyə də. Buna cəsarətiniz çatmırsa qadınları din adı altında əxlaqsızlığa dəvət etməyin. “Allah belə buyurub” ”“ deyib, Yaradana böhtan atmayın. Allah çirkin işi əmr etməz! -Paşa bəy, Sizə həm də onu irad tuturlar ki, həm dünyada, həm də Azərbaycanda bu qədər mavilər, pritonlar, əxlaqsızlıq yuvaları olduğu halda onlardan yazmırsınız, amma, İran mollalarının siğə edərək pul almasını tənqid edirsiniz. -Mən bunu inkar etmirəm, həqiqətən də küçələr doludur yolazmışlarla. Amma, onların bir fərqli cəhəti var ki, etdikləri pozğunluqları Allahın buyruğu kimi qələmə verib, fars mollaları kimi, Allaha, “Quran”a bötan atmırlar, sadəcə deyirlər dolana bilmirik, bu yola düşmüşük. Onlar düz yolda olmadıqlarını, çirkin iş gördüklərin etiraf edirlər. Onlara nəzarət hüquq mühafizə orqanlarının işidir. İran mollalarını ona görə tənqid edirəm ki, onlar etdikləri belə çirkin işləri “Quran”a bağlamağa cəhd edirlər. Bununla da insanlarda dinə qarşı ikrah hissi yaradırlar. Normal düşüncəli adam görür ki, insanları bir-neçə saatlıq xəlvət yolla, gizlin siğə edib pul qazanan molla ilə priton kassiri arasında heç bir fərq yoxdur. Ona görə də insanlar dindən, mənəviyyatdan uzaqlaşırlar. Bir də ki, insan öz anasına, bacına rəva görmədiyini başqalarının qız gəlininə rəva bilməməlidir. Bu nə dinə, nə də insanlığa uyğun deyildir! "Qulum elə bir hala gələr ki, mən onun görən gözü, eşidən qulağı olaram". (Allah-təala, Qüdsi hədislərdən)
Allahın saleh və sadiq bəndələrindən biri, kəramətləriylə məşhur olan Seyid Mir Fazil ağanın ocağını ziyarət etmək üçün Göyçay rayonuna yola düşürəm. Şəcərəsi yeddinci imam həzrət Museyi-Kazım vasitəsi ilə Peyğəmbər əleyhissəlama bağlanan Seyid Mir Fazil Mir Abutalıb oğlu XIX əsrin 60-cı illərində Şamaxı şəhərində anadan olub. Anasının adı Xanım olub. Ömrünün 30 ilini ilahiyyat elmlərinin öyrənilməsinə sərf etmişdir. Təhsilini əvvəl Nəcəfdə, sonra Türkiyədə, daha sonra isə, yenidən Nəcəfdə tamamlamışdır. Ayətullah dərəcəsinə qədər yüksəlmişdir. Nəcəfdə təhsilini başa vurduqdan sonra həmin şəhərdə Raziyə adlı ərəb mənşəli möminə bir qızla ailə qurub. 1906-cı ildə seyid Mir Fazil ağa təhsilini tamamlayaraq, doğulduğu Şamaxı şəhərinə gəldi. 1918-ci ildə isə, Göyçay şəhərinə köçdü. Burada əvvəlcə Potu kənd məscidinin, sonra isə, Göyçay şəhər cümə məscidinin axundu oldu. Öz elmi və imanı ilə kamillik zirvəsinə ucalan Mir Fazil ağa nümunəvi bir əxlaq sahibi idi. Hətta o, küçəyə çıxanda üzünə rübənd örtərmiş ki, naməhrəm görməsin. Mir Fazil ağa həddən ziyadə səxavət əhli olub. Belə ki, gündüzlər ziyarətçilərin ona gətirdikləri nəzirləri gecələr torbaya yığıb oğlanlarının çiyninə qoyarmış, özü də yanlarıyla gedərmiş kasıbların, yetimlərin, xəstələrin qapısına. Heç kəs görmədən ərzağı qapıdan içəri qoyub, əsayla qapını döyərmiş. İçəridən səs gələndə tez oradan aralanıb gedərmiş ki, azuqənin kim tərəfindən gətirildiyini bilən olmasın. Çünki, seyid istəmirdi ki, kimsə onu görəndə utansın və yaxud gözükölgəli olsun. Balam Hüseynin əzadarlığına gəlmişəm Mir Fazil ağa yaxın adamlarına söhbət edirmiş ki, aşura günü sübh namazını qılmaq üçün məscidə gəldim. Məscidin qapısının ağzında əynində uzun libas, üzü örtülü bir qadının oturduğunu gördüm. “Sübh tezdən bura qadın gəlmir, siz burada nə gəzirsiniz?» - deyə, soruşdum. Qadın cavabında: «Balam Hüseynin əzadarlığına gəlmişəm» - dedi və qeyb oldu. Nə maşın, nə də at seyidi zindana aparmadı Bir gün Raziyə nənə yuxuda görür ki, bir müctəhid vəfat edib; cənazəsini aparanlar hamısı müctəhidlərdir. O cümlədən, həyat yoldaşı da buradadır. Müctəhidlərdən biri digərinə deyir: “Seyid Mir Fazil ağanı görürsən? O da cəddi Həzrət Museyi-Kazım kimi, ömrünü zindanda başa vuracaq”. 1941-ci ilin iyun ayının 23-də (müharibə başlayanın səhəri günü) Mir Fazil ağanı həbs etməyə gəlirlər. Seyidi dustaq maşınına qoyurlar ki, aparsınlar. Bu vaxt maşının motoru sönür. Çox çalışsalar da, moto-ru işə sala bilmirlər. Seyid maşından düşəndə motor işləyir, maşına minəndə isə, sönürmüş. «NKVD» işçilərinin əlacları kəsilib, fayton gətiriblər. Mir Fazil ağa faytona minəndə indi də at yerindən tərpənməyib. Nə qədər qamçılasalar da at hərəkət etməyib. Seyid deyib: “Ata nahaq əziyyət verməyin, onsuz da getməyəcək, yaxşısı budur mən düşüm, piyada gedim”. Hamısı bir yerdə piyada gəlirlər «NKVD»-nin Göyçay rayon şöbəsinə. Seyid bir müddət burada saxlanır. Bu müddətdə hər gün Göyçayda yaşayan rusların və qeyri millətlərin təşkilatçılığı ilə həbsxana qarşısında mitinq, piket keçirilir. Hökumətin əlacı kəsilir, Mir Fazil ağanı Bakıya ”“ Bayıl türməsinə göndərirlər. Mir Fazil ağaya hökm oxuyan hakim məhkəmə zalındaca öldü Mir Fazil ağanın 80 yaşı olduğuna görə, o dövrün qanunları ilə həbs oluna, sürgünə göndərilə bilməzmiş. Ona görə də istintaqçılar saxtakarlıq edərək, onun yaşını 20 il azaldıblar. Məhkəmə hakimi isə, yalançı şahidlərə istinad edərək, nahaqdan seyidə on il iş kəsir. Hökmü elan edəndə Mir Fazil ağa bu ədalətsizliyə etiraz olaraq Haqq dərgahına üz tutur və başqalarının eşitməyəcəyi bir səslə dua edir. Şahidələrin dediyinə görə bu vaxt hakim iclas zalındaca yıxılaraq canını tapşırır. Bu hadisədən bir neçə gün sonra isə, seyidə cəza istəyən prokuror faciəli surətdə həlak olur. Maraqlıdır ki, bu işdə keçən şahidlərin də həyatı müxtəlif faciə¬lərlə sona yetmişdi. Yaşlı göyçaylıların danışdığına görə yalandan şahidlik edənlərdən biri ömrünü hürə-hürə başa vurmuşdur. Seyidin möcüzələri həbsxana rəisini çaş-baş saldı Bayıl həbsxanasının keşikçiləri də Mir Fazil ağanın çox möcüzələrinin şahidi olurlar. Belə ki, hər gün sübh tezdən nəzarətçilər görürlər ki, seydin kamerasının qapısı açıqdır, özü isə, həyətdə dəstəmaz alır, yaxud, namaz qılır. Bu hadisə hər gün təkrar olunurmuş və həbsxana rəisi çox çalışsa da bunun qarşısını ala bilmirmiş. Rəisə elə gəlirmiş ki, nadzorlardan kimsə kameranın qapısını açıb, seyidi çölə buraxır. Odur ki, tez-tez nəzarətçiləri dəyişirmiş. Amma, bir faydası olmurmuş, yenə də sübh namazında seyidi həyətdə görürmüşlər. Ermənini Mir Fazil ağaya nəzarətçi qoydular Həbsxana rəisi belə qərara gəlir ki, Mir Fazil ağanın nəzarətçisi erməni olsa onun qapısının qıfılı açılmaz. Belə də edir: seyidin kamerasının keşiyini çəkməyi erməni nadzora tapşırır. Amma, nə fayda, yenə də sübh namazlarında seyidi həyətdə namaz qılan gördülər. Nəhayət, 1942-ci ilin aprelində seyid Mir Fazil ağanın saxlandığı kameranın qapısını açanda içəridən göyərçinə bənzər bir quşun uçub getdiyini görürlər. Kameraya girəndə seyidin ancaq başmaqlarını tapırlar. Seyid özü yox olmuşdu. Həbsxana rəisi yenə də bu möcüzəyə inanmadı. Nadzorları bu işdə müqəssir bilib, həbs etdilər. Həmin günü Ağanın keşiyini çəkən nadzoru isə, istintaq olunmaq üçün Tiflisə hərbi tribunala göndərdilər. Nadzor seyidi yuxusunda gördü 1947-ci ildə həmin (tribunala göndərilən) nadzor Mir Fazil ağanın ocağını ziyarət etmək üçün həyat yoldaşı ilə birlikdə Tiflisdən Göyçaya gəlir və həbsxanada baş verən yuxarıdakı hadisələri də seyidin ailə üzvlərinə o danışır. Həmçinin bildirir ki, 1942-ci ildə Tiflisə tribunala göndərilərkən, yolda dustaq vaqonunda Mir Fazil ağa yuxusuna girib. Seyid nadzora deyib ki, başqalarından fərqli olaraq, sən mənim haqqımda pis söz danışmadın, kobud rəftar etmədin.. Ona görə də qorxma, sənə heç nə etməyəcəklər. Əksinə, sənə orada vəzifə verəcəklər. Belə də olur. İstintaq müəyyən edr ki, seyidin qeyb olması sirli bir hadisədir və bu işdə nəzarətçinin heç bir günahı yoxdur. Beləliklə, işə xitam verilir və həmin nəzarətçi də orada yüksək vəzifəyə təyin olunur. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Göyçay ”“ Bakı İran mollaları qanunları sərtləşdirməklə qadın ticarətini nəzarətdə saxlayırlar
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (“Rumlular” surəsi, 21) Son günlər KİV-də yayılmış bir xəbər diqqətimi çəkdi. Xəbər bundan ibarətdir ki, İranda açılmış yeni sayt siğə xidməti göstərir. Yəni, əks cinsə ehtiyacı olan insanlar bu sayta müraciət etməklə və lazımi vəsaiti (təqribən 60 dollardan 500 dollara qədər) ödəməklə bir saatdan 99 saata qədər qadın “kirayələyə” (onların təbirincə desək siğə edə) bilərlər. Həmin saat başa çatdıqdan sonra isə, həmin qadını başqa bir kişıyə... və s. siğə edirlər. İran qapalı və ciddi rejimli bir dövlət olduğundan, bu cür saytların xidməti özfaliyyət olması mümkün deyildir. Deməli, bu saytın qadın kirayələmə xidmətinə dövlət (İran həm də şəriət qanunları ilə idarə olunur) qanunları icazə verir. Qeyd edim ki, bundan əvvəl də İran qanunarı bir neçə saatlıq qadın siğə etməyə icazə verir və bu ölkədə bu cür hallar demək olar ki, dəbdədir. Bütün bunlar şəriət adıyla insanlara sırındığından məsələyə münasibət bildirmək qərarına gəldim. Öncə qeyd edim ki, bu, İslam dini və onun müqəddəs qanunlar kitabı olan “Quran”la heç bir əlaqaəsi olmayan, iyrənc bir haldır. Çünki, bu barədə Rəbbim buyurur ki, qadın bir kişidən ayrıldıqdan sonra üç ay gözləyib, bu müddətdə üç dəfə heyz görməsə başqa bir kişiylə əlaqədə ola bilməz: “Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.” (“İnək” surəsi 228) “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları ”“ açıq-aşkar bir pis iş (zina) etməyənə qədər yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) ”. “(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər). Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini (dünya və axirətdə) asan edər.” “Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar.” (“Boşanma” surəsi 1-5) Üç aylıq gözləmə müddəti ona görədir ki, qadın dünyaya uşaq gətirərsə, körpənin atası barədə cəmiyyətdə şübhə yaranmasın. İran mollaları “Quran”ın bu hökmünü pozurlar. Görəsən bir qadını gündə bir və yaxud ber neçə kişiyə siğə edən mollalar gələcəkdə doğulacaq uşağın atasını müəyyən edə biləcəklərmi? Bu gün dünyada fitnə-fəsad törədən adamlar elə bu cür qarma-qarışıq şəkildə dünyaya gələnlər (zinadan törəyənlər) deyilmi?! Bunu gördükləri halda özünə “din xadimi” deyənlər bu cür iyrəncliyə necə rəvac verirlər?! Sayt vasitəsi ilə, yaxud, real həyatda bir qadını saat, gün hesabı ilə kişilərin ixtiyarına verən mollanın priton kassirindən nə fərqi oldu? Fərqi varsa göstərin! Pritona girənlər saat hesabı pul odəyib çek alırlar, mollalar da eyni qayda ilə cinsəl təlabatını ödəmək istəyənlərdən pul alıb, “siğə” kağızı (oxu: çeki) verirlər. Saat bitəndə hər iki kağız qüvvədən düşür və zibil qabına atılaraq, hər kəs öz işinin dalınca gedir... Açıq demək lazımdır ki, belə ölkələrdə mollalar “siğə” adı altında qadın ticarətinə nəzarət edirlər. Ona görə də bu sahədə qanunları sərtləşdirirlər ki, heç kəs cəsarət edib mollanın icazəsi (çeki) olmadan bir qadına yaxın durmasın. İran qanunlarında belə hal daşqalaq olunmaqla nəticələnir. Mollanı “gördükdə” isə, heç bir məhdudiyyət yoxdur. Necə deyərlər: “Kəndxudanı gör, kəndi çap”. İslam dini eyni vaxtda birdən dördə qədər qadınla evlənməyə icazə verir; bir şərtlə ki, onların hamısı eyni hüquqlu olsun ”“ birinə az, birinə çox, qayğı göstərilməsin və müddətlə evlənilməsin: “...sizə halal olan (bəyəndiyiniz) başqa qa-dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyil-sinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” (“Qadınlar” surəsi 3-cü ayə) Bu gün Avropa dövlətlərinin və Avropadan yönləndirilən dövlətlərin qanunları naməhrəm kişi və qadınların qeyri-rəsmi şəkildə (nigahsız) birlikdə yaşamasına icazə verir. Nəfsinə qul olanlar bu qanundan istifadə edib, “vətəndaş nigahı” (İranda “siğə”) adı ilə istənilən sayda əks cinsin nümayəndəsi ilə gün keçirirlər. Cahiliyyət dövrünə xas olan bu qanun əyləncə sevən insanlar üçün cəlbedici olsa da, sonu faciyəyə aparır. Çünki, bu cür nigahdan (zinadan) törəyənlər gələcəkdə fitnə-fəsad törədən olduqları üçün onların cəmiyyətdə çoxalması (bu gün dünyada belələri çoxluq təşkil edir) əmin-amanlığın və nizamın pozulmasına səbəb olur. Digər tərəfdən isə, bu cür yüngül həyat tərzi bəzi kişilərə sərf etsə də, qadınlara heç cür sərf etmir. Çünki, bu cür hallarda qadınların ancaq gəncliyindən istifadə edilir (birdəfəlik şpris kimi). Yaşa dolanda onlar tənha qalırlar. Azərbaycan kimi ölkələrdə qadınlar bu cür qeyri-rəsmi yaşayışdan dünyaya uşaq gətirə bilmədiklərindən, qocalanda tənha və baxımsız qalırlar. Nəticədə onların ömürlərinin sonu ən yaxşı halda qocalar evində keçir. Bu cür neqativ halların baş verməməsi üçün Allah-təala bir kişiyə dördə qədər qadınla evlənməyə icazə verir. Çünki İslamda ailə qurmaq təkcə nəfsi öldürmək üçün deyil, dünyaya halal övlad gətirərək, qocalığa təminat almaq üçündür. Təəssüflər olsun ki, bu gün dünyanın çox dövlətləri Avropadan yönləndirildiyi üçün, şeytanın yoluna (zinakarlığa) qanunla icazə verildiyi halda, Allahın qoyduğu yola (bir neçə nigaha) qadağa qoyulur. Bu da belə ölkələrdə əhali artımının qarşısını almaqla yanaşı, cəmiyyətdə anormal vəziyyət yaradır. Təsadüfi deyildir ki Quranda 4 qadınla evlənməyə məhz “Qadınlar” surəsində icazə verilir. Çünki bu surə Quranın 4-cü (!) surəsidir. Müşahidələr göstərir ki, qadınların bütün tələbatı ödənərsə, birdən artıq kişiylə yaşamağa meyilli olmurlar. Kişilərdə isə əksinə, nə qədər tələbatları ödənsə də, yenə də müxtəlifliyə meyilli olurlar. Bu da kişi ruhunun xüsüsiyyəti ilə əlaqədardır. Allah-təala yaratdığı varlığın xüsusiyyətini nəzərə alıb, qanun Kitabında (Quranda) bir kişinin eyni vaxtda dördə qədər qadınla nigahlanmasına icazə verir. Dövlətlərin qanun yazanları insanlar üçün qanun yazarkən, bundan nümunə götürüb, cinslərin xüsusiyyətlərini nəzərə almalıdırlar ki, cəmiyyətin nizamı pozulmasın. Bəs nigah necə bağlanmalıdır? “Quran” bu mövzuda nə deyir? Allahın buyurduğuna görə istər nigah bağlananda, istərsə də pozulanda bu ən azı iki nəfər şahidin qarşısında elan olunmalıdır ki, Allah qəbul etsin. Şahidsiz bağlanan nigahlar İslamda qəbul olunmur: “...içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.” (“Boşanma” surəsi, 2) “Quran”ın heç bir ayəsində yazılmayıb ki, nigah bağlanarkən, yaxud, pozularkən buna molla hansısa bir sənəd (kəbin, siğə və s.) verməlidir. Müqəddəs kitabda bu işləri edərkən (ən azı) iki şahid tutun deyir. Sual olunur ki, bəs niyə indiyədək bu işləri mollalar həyata keçiriblər? Nəzərə almaq lazımdır ki, daha əvvəllər ölkəmiz şəriət qanunları ilə idarə olunub və qazilik insitutu mövcud olub. Bu insitut indiki VAAQ və məhkəmə funksiyasını yerinə yetirirdi. Ona görə də həmin dövrlər evlənənlər qazinin yanına gəlib evliliklərini rəsmləşdirirdilər ki, gələcəkdə aralarında mülk mübahisəsi yaranarsa, qazinin verdiyi möhürlü sənədlə bu mübahisələri həll etsinlər. Qazi iki nəfərin şahidliyi ilə onların nigahın rəsmiləşdirib, bu barədə möhürlü sənəd verirdi (şahidlər öldüyü halda sənəd qalırdı). Göründüyü kimi, burada qazinin verdiyi kəbin kağızı ancaq hüquqi sənəd sayılırdı və gələcəkdə mülkü mübahisələri həll edirdi. Qadınla kişinin biri-birinə halal olması, yəni, nigahın Allah dərgahında qəbul edilməsi üçün isə, iki nəfərin şahidliyi təmin edilirdi. İndi həmin funksiyanı VAAQ şöbələri həyata keçirir və burada da nigah və boşanma prosesi iki nəfərin şahidliyi ilə həyata keçirilir. Bu tamamilə normal, dövlət və şəriət qanunlarına uyğun bir prosesdir (həm rəsmi sənəd verilir, həm də şahidlərin iştirakı “Quran”ın vacib buyurduğu halallığı təmin edir). Amma, təssüflər olsun ki, insanlarımız qədimdə mövcud olmuş molla idarəçiliyini unuda bilmədiklərindən, indi də onlardan kağız almaq adətini tərgidə bilmirlər. Bunun bir ziyanı olmasa da heç faydası da yoxdur. Çünki, bu gün mollaların verdiyi kəbin kağızı ilə VAAQ şöbəsinin verdiyi nigah şəhadətnaməsinə baxsanız, eyni sözlərin yazıldığını görərsiniz. Sadəcə, biri Azərbaycan, digəri Ərəb dilində yazılıb. İnsanların avamlığından, “Quran”dan bixəbərliyindən və qədimlərdə mövcud olmuş adətləri tərgidə bilməmək mərəzindən İran mollaları bu gün sui istifadə edirlər. Qadınları saat hesabı siğə adı ilə kirayəyə verərək, küllü miqdarda pul qazanmaları da, bu qaydanı pozanlara ölüm hökmü kəsmələri də insanların avamlığından irəli gəlir. “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?! “Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.” “Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (“Qadınlar” surəsi, 127-130) “Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir.” “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” ”“ deyildi.” “Allah iman gətirənlərə isə Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında ”“ Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” ”“ demişdi.” “(Allah mömin qadınlara) həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz (Cəbrail vasitəsilə) libasının yaxasından ona Öz ruhumuzdan (Öz yaratdığımız ruhdan) üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökm¬lərini), kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (“Qadağan” surəsi, 10-12) Əgər siz günah qazanmaq istəmirsinizsə və Allahın razı qaldığı (bəyəndiyi) bir həyat yaşamaq istəyirsinizsə, onda İran mollalarının dediklərinə yox, Allahın “Quran”da buyurduqlarına əməl edin. Belə etsəniz Allah sizi mollaların əlində kirayə vasitəsi olmaqdan qoruyar və üzünüzə səadət qapısı açar. Yetər ki, siz öz ədəbiniz, əxlaqınız və yaşam tərzinizlə bu sədətə layiq olasınız. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı “Biz Davuda və Süjeymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” “Quran”, “Qarışqalar” surəsi, 16-cı ayə.
Allah-təalanın bəndələrinin çoxundan üstün tutaraq, elm, hikmət verdiyi dostlarından biri olan Şıx Eyyub babanı ziyarət etmək üçün Şamaxı rayonuna yola düşürəm. II hissə Birinci hissəni bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/144934.html Şıx Eyyub babanın Acıdərədəki ziyarətgahında olarkən, bura gələn ziyarətçilərlə həmsöhbət oluram. Onların danışdıqları maraqlı söhbətləri Moderator.az -ın oxucularına təqdim edirəm. İlk həmsöhbətim Şamaxı şəhər sakini Qasımov Hacı İsmət Ağamalı oğludur: -Qardaşım Nadir brusellyoz xəstəliyinə tutulmuşdu, ağır qızdırma ilə Bakıda klinikalardan birində müalicə olunurdu. Həkimlər qızdırmanı bir qədər aşağı salsalar da, dedilər bu xəstəlik insandan heç vaxt tam çıxmır, odur ki, ömrünün sonunadək gərək müalicə ala. Xəstəxanada yatan günlərdə qardaşım dedi ki, Şıx Eyyub baba yuxuma girdi, günbəzinin yolunu göstərib, dedi gəl ziyarətimə, səni bu dərddən qurtararam. Biz qardaşımı xəstəxanadan xəlvət götürüb, bir neçə ağsaqqalla Acıdərəyə yola düşdük. Yuxunun doğruluğunu yoxlamaq üçün, Nadiri qabağa buraxdıq ki, görək günbəzin yolunu tanıyacaqmı? Çünkü, o, heç vaxt burada olmamışdı. Maraqlıdır ki, qardaşım həm qəbiristanlığın yolunu, həm də burada olan üç günbəzdən hansının Şıx Eyyuba mənsub olmasını kənardan göstərdi. Ziyarət edib qayıdandan sonra Nadirdə bir daha qızdırma olmadı və o, xəstəxanaya qayıtmadı. Cəbrayılova Mahirə Culfalı qızı: -Övliyalara xidmət etməyi çox xoşlayıram. Şıx Eyyub babanın nəticəsi rəhmətlik Mustafa babaya uzun müddət xidmət etmişəm. Atam onun müridlərindən idi. Hər Cüməaxşamı bir müridin evində toplaşıb zikr edirdilər. Bu zikr mərasimləri çox maraqlı olurdu. Hətda, ətraf kəndlərdən də xəstə, əsəbi pozulmuş adam olanda gətiridilər bu zikr mərasiminə, dairə halında oturan müridlərin ortasına qoyurdular, mərasim bitənə qədər xəstə sağalırdı. Bir gün bizim evdə zikr edirdilər, oğlum Elmar onda təzə-təzə ayaq açıb yeriyirdi. Mustafa baba uşağı zikr edilən otağa çağırıb, müridlərin oturduğu dairənin ortasında otzdurdu. Oxuduqları hər kupletin sonunda “Hey baba, heyy” deyirdilər və bu vaxt Şıx uşağın üzünə üfürürdü. Zikir mərasimi davam etdikcə, gördüm uşaq oturduğu yerdən bir qədər havaya qalxıb. Sanki, havada oturmuşdu. Zikr davam etdikcə, uşaq tədricən qalxırdı. Mərasim qurtaranda Elmar təxminən yarım metr hündürlükdə idi, övliya onu yapışıb, yerə otuzdurdu. Şıx Mustafa baba öz kəramətiylə hər zaman dadıma yetibdir. Bir gün də Qonşularla taksi tutub, Saatlı rayonuna getmişdik. Orada mağazaya girəndə baxdım ki, pulum evdə qalıb. Narahat oldum ki, mən burada pulsuz neyniyəcəm? Alınası şeylər vardı, yanımdakı adamlarda da artıq pul yox idi ki, mənə versinlər. Pərişan halda küçədə dayanmışdım ki, birdən yanımda bir maşın saxladı, içərisindən iki qadın düşdü. Qadınlardan biri üzümə diqqətlə baxıb, dedi: “Haralısan?” Dedim: “Nəyə görə soruşursan?” Dedi: “Səni Şamaxıdan Şıx Eyyub babanın nəslinə oxşatdım, ona görə soruşuram”. Dedim: “O nəsildən deyiləm, amma, həmin nəsildən Şıx Mustafa babaya xidmət edirəm”. Dedilər nə yaxşı bizə rast oldun, Şıxa nəzrimiz var, çoxdandır göndərməyə adam axtarırdıq, sənə versək çatdırarsanmı? Dedim: “Çatdıraram”. Bu qadınlar sovet pulu ilə hərəsi bir “iyrimibeşlik” çıxarıb mənə verdilər. Yanındakı kişi də bir “onluq” verdi, oldu cəmi 60 manat. O vaxt bu böyük məbləğ idi. Puldan biraz götürüb bazarlıq etdim, lazımi işlərimi gördüm. Qayıdanda gördüm Şıx Mustafa baba bizdədir. Məni görən kimi, dedi: “A bala, orada qabağına kim çıxdı?” Dedim: “Ay baba, iki qadın, bir kişi çıxdı, sənə nəzir göndərdilər”. Belə deyib, yan otağa keçdim, oradan xərclədiyim qədər pul götürüb qoydum bu pulun üstünə və 60 manatı gətirib Şıxın qabağına qoydum. Mimustafa baba gülə-gülə dedi: “A bala, elə bilirsən mən bilmədim sən pulu yan otaqdan götürdüyünü? Götür pulun hamısını qoy cibinə, halal xoşun olsun. O pulu sənə mən göndərdim. Gördüm yad yerdə darda qalmısan, Rəbbimə dua etdim ki, sənə pul yetirsin. O da duamı qəbul edib, bizə çatası nəziri sənə yetirdi, halal xoşun olsun, çox əziyyətimi çəkmisən”. Nə qədər israr etsəm də övliya pulu götürmədi. Bir dəfə də Şıx Mustafa baba bir stəkan suya dua oxuyub, üfürdü, verdi mənə ki, iç. Suyu içəndə əlim titrədi, sudan bir neçə damcı çənəmə düşdü. Səhər yuxudan duranda gördüm həmin su damcısı düşən yerlərdə üstən aşağı sırayla ət xalları düzülüb ”“ Mahirə xanım dodağından çənəsinə qədər düzülmüş ət xallarını göstərir. ”“ Bu hadisədən bir müddət sonra oğlum dünyaya gəldi. Maraqlıdır ki, yeni doğulan körpənin də çənəsində ət xalları eyni yerdə, eyni formada düzülmüşdü. Mahirə xanım bu əhvalatı danışanda yadıma Həzrət Cəbrailin Məryəmə üfürməsi düşdü: “(Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Məryəm artıq Cəbrailin üfürməsi ilə İsaya hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”. “Məryəm” surəsi, 19-20-21-ci ayələr. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu axşam Soçiyə uçan “TU-204” sərnişin təyarəsi Tümendə qəza enişi edib. Təyarənin enmə səbəbi, laynerin mühərrikində yaranan problemlərlə bağlıdır.
Qeyd edək ki, təyyarədə 213 nəfər srnişin olub ki, onlardan da 49-u uşaqdır. Xəbəri saytımıza şərh edən tədqiqatçı-yazıçı, 30-dan çox kitabın müəllifi Paşa Yaqub baş verən qəza ilə əlaqədar bunları bildirmişdir: -Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim kitab və məqalələrimdəki faktlardan da görünürdü ki, bu cür qəzalar təsədüfü olmayıb, müəyyən bir qanunauyğunluğa tabedir. Yəni, bir qayda olaraq 114 və 286 ədədləri ilə özündən əvvəlki qəzalara bağlanır və onların davamı olduğunu sübut edir. Xatırladım ki, 114 “Quran”ın surələrinin, 286 isə bu müqəddəs kitabın səhifələrinin sayıdır. Bu gün baş verən qəza da bu qəbildəndir. Bu günkü qəzanın “üzərində” bu kodları göstərməzdən öncə 286 ədədindəki hikmətə təkrar nəzər salmanızı istəyirəm. Qeyd edim ki, XVIII əsrə qədər çap olunan, Kəbədə, eləcə də dünyanın bütün muzey və kitabxanalarında qorunan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Bunun təsadüf olmadığı aşağıdakı faktlardan görünür: 1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı ”“ Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar ən çox Günəş və Ay (qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir Bunları bildikdən sonra 286 ədədinin Allahın kodlaşdırılmış möhürü olaraq bu gün baş vern tyyarə qəzasının üzrinə nec vurulmasına nzər salaq: 1) Xatırladım ki, 7 oktyabr 2015-ci il tarixdə ABŞ-da “A-320” tyyarsi havada olarkən pilotu ölmüşdü. Kömkçi pilot onun əvəz edrək, məcburi eniş etmişdi. Bu gün Tümendə baş verən qəza hadisəsi də Amerikadakının 286-cı (!) günüdür. 2) Bu günkü qəza hadisəsi həmçinin, 27 dekabr 2014 tarixdə Malayziyada baş verən “A-320” qəzasının 572-ci günüdür ki, bundan da “Quran”ın səhifələrinin sayı olan 286 ədədini çıxsaq, yenə də 286 alınar və yuxarıda qeyd etdiyim fikri bir daha təsdiq etmiş olar: 572 ”“ 286 = 286 3)15 iyun 2015-ci il tarixdə Bakı-Naxçıvan reysi ilə uçan “Boenq-757”-də qəza baş verdiyindən, geri qayıdaraq, Bakı hava limanına qəza enişi etmişdi. Bu gün Tümendə baş verən təyyarə qəzası da bu hadisənin 400-cü günüdür ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxsaq, səhifələrinin cəmi (286) qalır və diqqətimizi bir daha “Quran”a yönəldir: 400 ”“ 114 = 286 4) Yadınıza salım ki, Türkiyə hava yollarına məxsus “Boeing-737” təyyarəsi 27 dekabr 2015-ci il tarixdə İrkutskdə qəza enişi etmişdir. Bu gün həmin hadisənin 204-cü günüdür ki, bu da Tümendə qəza enişi edən sözü gedən təyyarənin üzərində həkk olunmuşdur: Tu-204 (!) Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca olaraq onu deyim ki, bu cür qəzalar təsadüfü olmayıb, yolun azmış və Allahdan, kitabdan çox uzaqlaşmış bəşəriyyətin diqqətini Allaha və kitaba yönəltməklə, insanlara xəbərdarlıq məqsədi daşıyır. Bəşəriyyət bu cür xəbərdarlıqlara məhəl qoyub doğru yola qaıtmazsa, qarşıda onu daha böyük faciələr gözləyir. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, 19:94 “Biz Davuda və Süjeymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” “Quran”, “Qarışqalar” surəsi, 16-cı ayə.
Allah-təalanın bəndələrinin çoxundan üstün tutaraq, elm, hikmət verdiyi dostlarından biri olan Şıx Eyyub babanı ziyarət etmək üçün Şamaxı rayonuna yola düşürəm. Əvvəlcə qeyd edim ki, kəramətləriylə məhşur olan Şıx Eyyub Baba (1730-1797) Şamaxı xanlığının Ərəbqədim kəndində doğulub. Uşaq yaşlarında atasını itirdiyindən, anasıyla bərabər ana ocağı Quşçu kəndinə gələrək, dayısının himayəsində yaşamışlar. Soykökü haşimilər nəslinə bağlanan övliyanın əcdadları VII əsrdən sonra ərəbstandan Azərbaycana İslam dininin gözəlliklərini və qayda-qanunlarını təbliğ etmək üçün ezam olunmuşlar. Təbii ki, özləri də Peyğəmbər nəslinin nümayəndələri olaraq, iman və təqva baxımından bu gözəlliyin nümunəsi olmuşlar. Şıx Eyyub baba Quşçu kəndində Şölə adlı qızla ailə qurmuş, dolanışığını önləmək üçün əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Bildiyimiz kimi, övliyalıq məqamına yüksələn şəxslər mütləq özlərindən əvvəlki övliyaların ya müridi olur, ya da dünyasını dəyişmiş müqəddəslərdən mənəvi ilham ”“ işarə alır, bu yolla qəlblərini təmizləyərək, tədricən övliyalıq məqamına yüksəlirlər. Mövlanə Cəlaləddin Rumi bu halı belə izah edir: “Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan necə yona bilər? Sən get yaralarını bir könül cərrahına göstər. Sən onları təkbaşına müalicə edə bilmərsən”. Şıx Eyyub babanın mürşidi Baba dağda ziyarətgahı olan Qütbül-övliya (övliyaların qütbü) Həzrət Baba idi. İnsanlar arasında özünə həmsöhbət tapa bilməyəndə Babadağa qalxar, günlərlə orada tək qalaraq, Həzrət Babanın ruhuyla həmsöhbət olar, ondan mənəvi güc, ilham alaraq, qəlbini cilalayardı. Çar hökumətinə aid arxiv sənədlərində Şıx Eyyub baba və onun müridlərinin zikr mərasimləri haqda sənədlərə rast gəldim. Sənəddə yazılır: “Cəzbə adlanan zikr mərasimlərini Şıx Eyyub həftədə bir dəfə - Cümə günləri Bakı-Şamaxı yolunun üstündəki Acıdərə adlanan yerdə keçirir. Şıx Eyyub nəfissiz adamdır. Özünü Həzrət babanın xəlifəsi hesab edir. Həzrət babanın nəsil davamçıları olmadığı üçün, gətirilən nəzirlərin hamıya məxsus olduğunu müridlərə bildirir. Ədalətli bölgü aparmaq üçün o, müridlər arasında cümlə-icma yaradıb. Bütün nəzirlər Cümə gününə qədər toplanır, Cümə namazından sonra isə, toplanan nəzirlər müridlər arasında ədalətlə bölünür. Müridlər ayinlərini ”“ zikirlərini belə həyata keçirirlər: Cümə günü bütün müridlər Acıdərədə yığışırlar. Günorta Cümə namazı qılınarkən müridlər Şeyxin ətrafında yarımdairə vurub eyni səslə oxumağa başlayırlar. Min dəfə “La İlahə İllallah” (Allahdan başqa Allah yoxdur), sonra Şeyxin həftə ərzində öyrətdiyi zikirləri oxuyurlar. Başlarını və bədənlərini sağa-sola əyərək, vəcdə gələnədək “Allah hey” oxuyurlar. Görəndə ki, müridlər yorulub, Şeyx ucadan hansısa zikri oxuyur, müridlər o dəqiqə sakitləşirlər. Sonra xəlifələri xeyir-dua almaq üçün Şeyxə yaxınlaşır, o da onların kürəyinə yumruqla vurur. Daha sonra növbə sıravi müridlərə çatır... Şeyx Eyyubun ölmündən sonra şeyxlik oğlu Molla Məhəmədə keçir. O, atasının təlimini heç bir yenilik gətirmədən davam etdirir. Onun ölmündən sonra isə, şeyxlik Əhmədpaşaya keçir”. (Mənbə: Qafqaz Təhsil idarəsinin nəşri. Tiflis. İ. K. Kodolkovskinin Qafqazadakı hərbi və mülki dəftərxanası) Şıx Eyyuba övliyalıq kəramətləri bəxş olunması haqda xəbərlər Şirvan xanı Mustafa xana çatanda xan onu sınamaq qərarına gəldi. Xan evdən çıxarkən həyat yoldaşı (Güləndam xanım, yaxud, Fatma Bəyim) bir qızıl üzüyü dəsmala bükərək ərinə verir və deyir ki, əgər görsən Eyyubda həqiqətən öliyalıq kəramətləri var, onda bu hədiyyəni mənim adımdan ona verərsən. Mustafa xan yolda gedərkən qəlbində fikirləşir ki, əgər Eyyub da başqaları kimi, mənim pişvazına çıxıb, qulluq göstərsə, biləcəm ki, övliya deyil. Nəhayət, xan yaylağa gəlib çatır. Şeyxin onun pişvazına çıxmadığını görüb, alaçığa daxil olur. Salam-kəlamdan sonra Şıx Eyyub baba deyir: “Xan, pişvazına çıxmamağımı qonağa hörmətsizlik kimi qəbul etmə. Qəlbində tutduğun fikrə görə pişvazına çıxmadım”. Mustafa xan bir qədər söhbətləşib, təam kəsdikdən sonra çıxıb getmək istəyir. Şeyx üstüörtülü şəkildə eyham vurur ki, cibində mənə çatası nəzir var. Xan bağlamanı çıxarıb övliyaya verir. Şıx Eyyub baba xanın həyat yoldaşını inandırmaq üçün (həyat yoldaşı “əgər övliyadırsa, üzüyü verərsən” demişdi) yan otağa keçdi və xəlvət ocaqdan bir köz götürüb pambığa bükdü. Pambığı isə, xanımın üzük bükdüyü həmin dəsmala bükdü. Övliya Mustafa xanın yanına qayıdıb, bağlamanı xanımına verməsini xahiş etdi. Və tapşırdı ki, yolda açıb baxmasın. Xan evdə öz xanımı ilə birgə bağlamanı açanda heyrətdən donub qaldılar: övliyanın kəramətindən od pambığı yandırmamışdı. Bu hadisədən sonra Mustafa xan Şamxı ilə Hacıqabul arasında olan və Acıdərə adlanan min hektara yaxın torpaq sahəsini Şıx Eyyuba hədiyyə etdi. Həmin torpaqlar Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər övliyanın törəmələrinin mülkiyyətində olmuşdur. (ardı var) Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı “Sən də ağlını başına topla, övliyaların öyüd və nəsihətlərini canla-başla dinlə, üzüntü və qorxudan qurtul, mənəvi rahatlığa qovuş! Vəlilərin sözləri abi-həyat dolu camdır, ondan doya-doya iç ki, qəlbində mənəvi çiçəklər, güllər açılsın! Allah dostlarının hüzurundan uzaqlaşsan, həqiqətdə Allahdan uzaqlaşarsan”. (Mövlanə Cəlaləddin Rumi)
Mövlanənin tapşırığına əməl edərək, Allaha yaxınlaşmaq üçün Pir Abdulkərim babanın hüzuruna getdim. Övliyanın məqbərəsi Qobustan rayonunun Nabur kəndində, dağlıq ərazidə yerləşir. Deyilənə görə keçmiş zamanlarda övliya burda qeyb olmuşdur (düzgünün Allah bilir). Bu məkanı XVIII əsrdə Şıx Eyyub babanın tapşırığı ilə el arasında “Xəlfə İsmayıl” kimi tanınan müridi təsbit etmişdir. Əhvalat belə olmuşdur ki, Şamaxıda yaşamış övliya Şıx Eyyub baba (1730-1797) müridi İsmayıla bu yeri nişan verərək, deyib sürülərin orada çətinə düşüb, çobanlar səni gözləyir, tez özünü çatdır. Xəlfə İsmayıl mürşidinin sözü ilə həmin bu yerə gəlsə də, nə sürünü, nə də çobanları görür. Bir az var-gəl etdikdə, yerdən bir işıq (nur) zolağının qalxdığını görür. Əvvəl bunu alov bilir. Amma, işığa doğru əlini uzatdıqda, bunun alov deyil, bir nur olduğunu başa düşür. Həmin yerdə namaz qılır və yeri itirməmək üçün ora bir ağac basdıraraq gedir. Gördüyünü mürşidinə danışır. Şıx Eyyub baba deyir bu gecə yuxumda Pir Abdulkərim baxımsızlıqdan və mal tapdağında qalmasından mənə gileyləndi. Mən də səni göndərdim ki, görüm öz hiknmətini sənə də göstərəcəkmi? Rast ki, görmüsən, bu gündən səni ora mücöürçü təyin edirəm. Oranı qoru və gələn xəstələrə, çarəsizlərə dua elə. Xəlfə İsmayıl mürşidinin tapşırığına əməl edir və çox keçmir ki, həmin yerdə günbəz tikdirir. Elə həmin vaxtdan da bölgənin inanclı insanları bir problemləri, sıxıntıları olanda gəlib burada dua edirlər. Zaman-zaman ziyarətçilərin bura üz tutmasından görünür ki, Pir Abdulkərim babanın kəramətindən faydalanan çoxdur. Ziyarətgahda olarkən söhbət etdiyimiz zəvvarlar da pirdəki kəraməti təsdiq edən əhvalatlar danışdılar. Onlardan bəzilərinin söhbətlərini sizə təqdim edirəm: Şirəliyeva Nəzirə Möhyəddin qızı ”“ Nabur kənd sakini: -Qorxu keçirmişdim, çox narahat olurdum, gecələr yuxudan diksinib oyanırdım. Bir gün gəlib Pir Abdulkərim babanın günbəzində yatdım. Həmin vaxt yuxuda gördüm ki, günbəzdə övliyanın yanında uzanmışam, məndən soruşur ki, yatmısan? Dedim yox, uzanıb dincəlirəm. Dedi: “Dincəl, daha qorxun olmayacaq”. Həmin anda yuxudan ayıldım. Həqiqətən də ondan sonra məndə bir daha diksinmə, qorxma olmadı. Keçid daşı Ziyarətgahda ortasında deşik olan yumru bir daş mövcuddur. Adına keçid daşı deyilir. Zəvvarlar niyyət tutub bu daşdakı deşikdən keçirlər. Deşiyin giriş hissəsi bir qədər geniş, olsa da, çıxış hissəsi çox dardır. İlk baxışdan adama elə gəlir ki, buradan çıxmaq olmaz. Daşdan keçən insanlara fikir verəndə xəyalımda ananın dünyaya uşaq gətirməsi prosesi canlandı. İnsanlar çıxdıqları yerə qayıdıb baxanda öz-özlərinə təəccüblü gəlir ki, mən burdanmı çıxdım? Zəvvarlar deyirlər ki, buradan keçəndən sonra özümüzdə mənəvi cəhətdən yüngülləşmə hiss edirik, sanki, dünyaya yenidən gəlmiş kimi oluruq. Keçid daşı barədə zəvvarlardan biri ”“ Şıxalıyeva Əfruz Ağəli qızı (Göyçay rayonu, Çayarxı kəndi) başına gələn maraqlı bir əhvalatı danışır: -Oğlum dörd il idi ki, ailə qurmuşdu, uşağı olmurdu. Dedilər qorxuluğu olub, Pir Abdulkərim ziyarətghındakı daşdan keçirdin, sağalacaq. Deyilənə əməl etdik, həqiqətən də qayıdandan sonra nəvəm dünyaya gəldi. Buranı ziyarət edən vaxt başqa bir maraqlı əhvalatın da şahidi olduq ”“ deyə, Əfruz xanım söhbətini davam etdirir: - Bizi bura kəndimizdən Mehdi adlı bir sürücü gətirmişdi. O pirə içkili halda gəlmişdi və keçid daşından keçənlərə baxıb lağ edirdi. Qayıdandan sonra Mehdi xəstəliyə düşdü, üştmə-qızdırma ara vermirdi. Həkimlər malyariya xəstəliyinə qarşı çox müalicə etsələr də nəticəsi olmadı. Bir gün övliya nəslindən bir nəfər ona dedi ki, səndə heç bir xəstəlik yoxdur, keçid daşına lağ etdiyinə görə bu hallar səndə baş verir. Get piri ziyarət elə, daşdan keç, sağalacaqsan. Mehdi deyiləni elədikdən sonra, həqiqətən də üşütmə-qızdırması keçib getdi. Pirin mücövürçüsü Siyarə Rzaqulu qızı söhbət edir ki, bir gün günbəzdə oturmuşdum, mənə dedilər ki, keçid daşının yanında ilan bir gəlinin ətəyindən tutub, buraxmır. Gəldim ilanı araladım. Sonra gəlini kənara çəkib söhbət edəndə məlum oldu ki, qüsul etməmiş gəlibmiş, ona görə ilan daşdan keçməyə imkan verməyib. Abdulkərim baba bizi bir oğulla müjdələdi Səidi Ruqiyyə Sərəstan qızı ”“ Qobustan rayonu, Nərimankənd sakini: -Altı qızım vardı. Olum da olmasını arzulayırdım. Bir gün qızlarımdan biri dedi ki, Pir Abdulkərim babanı yuxuda gördüm, dedi qardaşın olacaq, aş dəmləyib, gətirib pirdə mənə ehsan verərsiz. Sonra da balaca bir qazan göstərib, deyib bunda da əriştə bişirib gətirərsiz. Maraqlıdır ki, göstərdiyi balaca qazandan evimizdə vardı. Bu söhbətdən sonra ailəmizdə oğlan uşağı dünyaya gəldi. Mən aşı və əriştəni bişirib, gətirib pirdə ehsan verdim. Cəbrayılova Mahirə Culfalı qızı ”“ Mərəzə qəsəbə sakini: -Övliyalara inamım, etiqadım böyükdür. Ata-babalarımız daim bu bölgədə yaşayan övliyalara mürid olublar, onların xidmətində durublar. Mən də bu yolu davam etdirmyə çalışıram. Oğlum olmasını çox arzulayırdım, bu məqsədlə ziyarətgaha gəlib, Allaha dua etdim. Bir gün yuxuda Pir Abdulkərim baba mənə iki alma verdi. Ondan sonra iki oğlum dünyaya gəldi. Bir gün də həyat yoldaşımla öz maşınımızda evə gəlirdik, gecə vaxtı idi, “Diri baba” pirinin yanından keçəndə gördüm pirin qarşısında bir ağ paltarlı, bəstəboy, nurani kişi dayanıb, əlində təsbeh vardı. Yoldaşıma dedim saxla maşını, baxaq babaya, bunu bizə Allah qismət edib. Dayanıb tamaşa etdik. Üzü qibləyə dayanıb Əzan verirdi, çox məlahətli səsi vardı, adamı riqqətə gətiridi. Əzanı qurtarandan sonra yolumuza davam etdik. Paşa Yaqub ”“ Tədqiqatçı-yazıçı. Qeyd: Pir Abdulkərim baba haqda daha geniş məlumatı müəllifin “Nurlu simalar” kitabından ala bilərsiniz. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |