Psixoloji araşdırmalarımız göstərir ki, son dövrlər gənc ailələrdə doğulan ilk övladlar əsəbi (bəzi hallarda fiziki və əqli qüsurlu) doğulurlar. Onu da qeyd edim ki, əgər ilk hamiləlik müəyyən səbəblərdən pozulursa (döl yarımçıq düşürsə), ikinci hamiləlik normal keçə və sağlam uşaq doğula bilir. Cəmiyyətdə geniş hal alan və ailələri narahat edən bu halları, onları yaradan səbəbləri araşdırmaq qərarına gəldik. Psixoloji və elmi-lədun araşdırmalarımız göstərir ki, bu cür əsəbi (və yaxud, qüsurlu) uşaqların doğulmasına səbəb ananın ətraf mühitdən qəbul etdiyi neqativ enerjilərdir. Maraqlıdır ki, bu enerji bir çox hallarda hələ qızlıq dövründən başlayaraq təsir etdiyi də üzə çıxır. Bəzi hallarda isə, analar hamiləlik dövründə neqativ təsirə məruz qalırlar. Araşdırmalarımız göstərir ki, neqativ təsirə məruz qalmış qızlarda (yaxud analarda) aşağıdakı əlamətlər olur: - Baş, boyun, çiyin, bel ağrıları (başda keyləşmə də ola bilir); - Əsəb; - Ürək döyüntüləri; - Diksinmə, qorxu; - Qorxulu yuxular görüb, gündüzlər bu yuxuların təsirindən çıxa bilməmək; - Boğulmalar; - Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi; - Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda); - Aybaşı dövrünün həddən artıq ağrılı və sancılı keçməsi; - Qərarsızlıq (bir fikrə gələ bilməmək); - Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir); - Həzm sistemi pozğunluqları; - Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq və s. Sadaladığım bu əlamətləri olan qızlar (və yaxud gəlinlər) hmilə qalarkən, onlarda bu əlamətlər daha da artır və bundan çox əziyyət çəkirlər. Nəticədə, ya hamiləlik pozulur, ya da doğulan uşaq əsəbi (bəzi hallarda qüsurlu) olur. Oxucuda sual yaranacaq ki, neqativ enerji insana hansı yollarla daxil olur? Araşdırmalarımız göstərir ki, bu enerji insana qorxu, stress, bəzi gözlərdən gələn Selen maddəsinin şüaları, eləcə də magik təsirlər vasitəsi ilə daxil olur. Orqanizmə düşən bu neqativ (qara) enerji kompyuterlərimizə düşən virusa bənzəyir ki, daxil olduğu bədəndə sabitliyi pozur, əsəb, ürək darıxması, eləcə də yuxarıda sadaladığım əlamətlərin yaranmasına səbəb olur. Diqqətinizi bir məqama da cəlb edək ki, neqativ enerji qızların (bəzən oğlanların da) qəlbindən inam və məhəbbət hissini (faylını) sildiyindən, onlar bir çox hallarda ailə qurmaq istəmirlər. Onlarda cinsi istək (həvəs) olmur. Belə gənclər bəzi hallarda ailə qursalar da bunu məhəbbətlə deyil, kiminsə xatirinə (ailənin təzyiqi və s.) reallaşdırırlar. Nəticədə, belə qızlarda ilk hamiləlik çox ağrılı, qorxu, həyəcanla və yuxarıda sadaladığım əlamətlərlə keçir. Ən pisi də odur ki, hamiləlik dövründə bu əlamətlər hamısı bətndəki uşağa keçir. Nəticədə ailənin ilk övladı əsəbi, (yaxud, qüsurlu) doğulur. Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan qızların (qadınların) da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər doğulan uşaqların böyük əksəriyyəti əsəbidir. Araşdırmalarımız göstərir ki, neqativ enerjini bir çox hallarda insanlar bilməyərəkdən öz-özlərinə yükləyirlər. Belə ki, günümüzdə bir çox insanlar çətinə düşəndə falçı və ekstrasenslərə, cadugərlərə müraciət edirlər. Çıxış yolu üçün onların “məsləhət”lərindən “faydalanırlar”. İnsanlar dərk etmirlər ki, bu kateqoriyadan olan “maq”lar özləri əsəbi, sevgisiz və rəhmsizdirlər. Bu da onların neqativ enerjiyə yüklənmələri ilə əlaqədardır. Onlar yanlarına gələn pasiyentlərə də həmin neqativi yükləyirlər. Falçı və cadugərlərin verdikləri əşyalar evə daim qara enerji ötürərək, auranı pozur. Nəticədə orada yaşayanlarda əsəbilik, qorxu, həyəcan və s. yuxarıda sadaladığım əlamətlər, xəstəliklər müşahidə edilir. Qızlarda (qadınlarda) həssaslıq kişilərdən çox olduğundan, neqativ təsirə daha çox məruz qalırlar və ailəyə daxil olmuş enerjini ilk növbədə onlar qəbul edirlər (ağırlıq onların üzərinə düşür). Vaxtında tədbir görülmədikdə, gələcəkdə belə qızlardan əsəbi uşaqların doğulmasına gətirib çıxarır. Odur ki, bu kimi halların baş verməməsi üçün, insanlar falçı və cadugərlərdən, fırıldaqçı molla və “seyid”lərdən uzaq durmalıdırlar. Onların istifadə etdikləri (kart, kofe, şam və s.) əşyalar magik təsirə malikdir və şeytanla əlaqə qurmaq üçün vasitələrdir. Təəssüflər olsun ki, bir çox analar qızlarını ərə verərkən, yaxud, oğul evləndirərkən, həmin neqativ enerji mənbələrinə (maqlara) üz tuturlar. Beləliklə, özləri bilməyərəkdən övladlarını (gələcək anaları) neqativ enerjiyə yükləyirlər. (Bu yüklənmə qəsdən, düşmənçilik məqsədi ilə də edilə bilir.) Bundan sonra qızlarda qorxu, həyəcan, diksinmələr... baş verir ki, bu da son nəticədə cəmiyyətimizdə xəstə və əsəbi uşaqların həddən artıq çoxalması ilə nəticələnir... Tibb və psixologiya elmləri bu enerjinin yaratdığı fəsadları aradan qaldırmaqda aciz qalsa da, lədun elmi ilə cəmi üç seansa bu enerjidən xilas olmaq mümkündür. Yuxarıda sadaladığım əlamətlər uşaq doğulmazdan əvvəl (qızlıq və ya hamiləlik dövründə) aradan qaldırılarsa, tam normal övlad dünyaya gətirmək mümkündür. Əgər gecikdirilibsə, və əsəbi, qüsurlu uşaq doğulubsa, yenə də üç seans etməklə, bu əsəbiliyi (neqativ enerjini) həm uşaqdan, həm də anadan götürmək mümkündür. Bundan sonra həmin anadan sağlam uşaqlar doğulur. Diqqətinizi bir vacib məqama da yönəldim ki, belə analar uşaq doğulduqdan sonra özlərini çox yüngül və qorxusuz, həyəcansız hiss edirlər. Yuxarıda sadaladığım əlamətlər və ağrılar bir daha onlarda baş vermir. Çünki, onlar bu əlamətləri yaradan səbəbi (enerjini) uşaqla bərabər özlərindən xaric edirlər. Beləliklə də, anadangəlmə neqattivli (əsəbi, qüsurlu) bir övlada sahib olurlar. Bundan sonra həmin neqativ enerji analara birbaşa deyil, dolayısı ilə (uşaq vasitəsi ilə) təsir etməyə başlayır. Belə ki, əsəbi uşaq anaya rahatlıq vermir, gecə rahat yatmağa, gündüz normal işləməyinə mane olur... Belə hallarda uşaqlara (və yaxud qadınlara) təyin edilən sakitləşdirici dərmanların tərkibində psixotrop, narkotik maddələr olduğundan, bir çox hallarda onların beynində keyləşməyə və əqli inkişafdan qalmaya səbəb ola bilir. Təcrübəmiz göstərir ki, bütün bu fəsadlardan xilas olmaq üçün elmi-lədun metodu ilə cəmi üç seans etmək kifayət edir. Kimyəvi dərman vasitəsindən istifadə edilmədiyindən, hamilə qadınlar üçün seansların heç bir ziyanı yoxdur.
0 Comments
“Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar. Bu da bir neçə ildən sonra şikəst uşaqların doğulması ilə nəticələnir” Son zamanlar ölkəmizdə nadir patalogiya ilə dünyaya gələn körpələrin sayı artıb. Bu yaxınlarda medianın gündəmini zəbt edən xəbərlərdən biri 4 əlli və 4 ayaqlı uşağın doğulması idi. Hər kəsi şoka salan bu xəbər ciddi müzakirələrə səbəb olmuşdu. Bu müzakirələr səngiməmiş növbəti qeyri-adi uşaq da görənləri heyrətləndirib. 2 il əvvəl doğulan uşağın oğlan və ya qız olduğunu doğum evində təyin edə bilməyiblər. Körpənin əvvəlcə kişi cinsinə məxsus olduğu düşünülüb. Lakin daxili orqanlarının qadına məxsus olduğu müəyyən edildikdən sonra, uşaq uzun müddət hormonal müalicə alıb. Ailə körpəni oğlan uşağı kimi təqdim edib, hətta adını da oğlan adı qoyub. Lakin 1 yaşına çatanda yenidən müayinə olunan körpənin daxili orqanlarının tamamilə qadına məxsus olduğu bildirilib, bu səbəbdən əməliyyatla qadın edilməsinə qərar verilib. Bəs bu cür halların baş verməsinə səbəb nədir? Hamiləlikdə ana bətnində hansı hallar baş verir ki, nəticə bu qədər acınacaqlıdır? Tanınmış həkim-psixoterapevt Paşa Yaqub mövcud vəziyyətlə bağlı "Şərq”ə açıqlama verib. Həkimin sözlərinə görə, son dövrlər cəmiyyətdə anormal uşaqların doğulması halları artıb: "Psixoloq olaraq bu cür uşaqların anaları arasında apardığımız test sorğuları bir çox heyrətamiz faktları ortaya qoymaqdadır. Həmin faktlar uşaqların ana bətnində bu cür şikəst yaranmasının səbəblərini tapmaqda bizə yardımçı oldu. Test sorğularından aydın olur ki, anormal doğulan uşaqların analarında bir qayda olaraq hamiləlik dövründə eyni əlamətlər müşahidə olunub: yuxuda diksinmə, qorxu, əsəb, stress, boğulma, qarabasma, qorxulu yuxular görmə, ürək döyüntüləri və s. Bütün bunlar beyində sabitliyin pozulmasının əlamətləridir ki, şikəst uşaqlar hələ ana bətnində olarkən, analarda bu əlamətlər müşahidə olunub”. - Bəs analarda müşahidə olunan bu problemlər nəyin nəticəsidir? - Bunu izah etmək üçün, fizikanın qanunlarına müraciət edək. Çünki Kainat fizikanın qanunları ilə idarə olunur. Bildiyimiz kimi, fizikada iki cür - dəyişən və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi "dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri, qorxular, diksinmələr, boğulmalar, pis yuxulardan əziyyət çəkmə, qarabasma halları baş verir. Bu hallar insanın beyin damarında baş verən sıxılma ilə əlaqədardır ki, bu da getdikcə həmin damarın qurumasına doğru gedir. Nəticədə həmin ananın bətnində funksional pozğunluq baş verir. Qeyd edim ki, anormal uşaqların bətndə yaranma prosesi bu cür baş verir... Hamilə qadınlar özlərində yuxarıdakı halları müşahidə etsələr də, bunun mahiyyətini bilmədiklərindən, yaşadıqları narahat hallara məhəl qoymurlar. - Bu halları necə aradan qaldırmaq olar? Necə etmək olar ki, uşaq sağlam doğulsun? - Apardığımız araşdırmalar göstərir ki, son dövrlər ailələrdə doğulan ilk uşaq əsəbi olur. Şikəst doğulan uşaqlar da adətən ailənin birinci övladı olur. Anormal doğulan köpələrin analarını test edərkən, aydın görmək olur ki, onlar hamiləlik dövründə və ondan xeyli əvvəl, bəzən hətta, qız vaxtından neqativ travma alırlar. Nəticədə onların orqanizmində sabitlik pozulur; daimi baş, çiyin ağrıları, diksinmə, qorxu, əsəb, qarabasma halları yaşayırlar. Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar. Bu da bir neçə ildən sonra şikəst uşaqların doğulması ilə nəticələnir. İnsanlar bilməlidirlər ki, ana bətnində dölün anormal olması, ətraf mühitdən gələn neqativ enerjilərin nəticəsidir. Bütün növ neqativ enerjilərin təsiri nəticəsində ananın beynində və ruhunda sabitlik pozulur. Beynin kapilyar damarları sıxılmağa və nəhayət, qurumağa başlayır. Bunu virusun kompyuteri dondurması ilə müqayisə etmək olar. Qadınlar (qızlar) həssas olduqlarından, neqativ təsirə kişilərdən daha çox məruz qalırlar. Amma bu sahədə bilgisiz olduqlarından, vaxtında tədbir görüb, bu enerjidən azad ola bilmirlər. Nəhayət, hamiləlik dövründə onlar bu neqativ enerjini bətlərindəki övladlarına ötürürlər. Beləliklə, beyin damarları qurumuş, bədən üzvləri inkişafdan qalmış övlad dünyaya gətirirlər. O ki qaldı bütün bunların qarşısını almağa, psixoloq olaraq, təcrübəmiz göstərir ki, hamilə qadınlar yuxarıda sadaladığım əlamətləri vaxtında aradan qaldırarlarsa, sağlam övlad dünyaya gətirərlər. Onu da qeyd edim ki, bizim tətbiq etdiyimiz metodla bir neçə seansla bu əlamətləri aradan qaldırmaq mümkündür. Yeri gəlmişkən, qeyd edək ki, bu gün cəmiyyətdə geniş şəkildə yayılan neqativ enerji tək anormal uşaqların doğulmasına səbəb olmur; bu enerji həm də ailələrin sürətlə dağılmasına, uğursuzluqlara, evlərdə sirli yanğınlar baş verməsinə, xəstəliklərin artmasına və intiharların tüğyan etməsinə səbəb olur. - İndiki dövrdə neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir? - Cəmiyyətdə neqativ enerji bütün dövrlərdə olub. Amma əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların "xidmətindən” istifadə edənlərin artması ilə əlaqədardır. Vurğulamaq istəyirik ki, Fironun dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb. Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar - yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər - bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ ("qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini çətin duruma salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə, şikəst uşaqların doğulmasına səbəb olur... Təcrübəmiz göstərir ki, bu cür neqativ əlamətləri insanlardan (o cümlədən hamilə qadınlardan) çox asanlıqla yox etmək mümkündür. Bu əlamətlərdən xilas olan anadan heç vaxt anormal uşaq doğulmaz. Son dövrlər evlərdə paranormal halların baş verməsi barədə xəbərlərə tez-tez rast gəlirik. Bəzi evlərdə sirli yanğınlar baş verir, bəziləri daşa basılır, bəzilərində kölgələr gəzir və s. Bəs bütün bunların bir elmi izahı varmı? Bu cür hadisələri necə izah etmək olar və qarşısı necə alınmalıdır? Bu sualla doktor və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Onun şərhini Moderator.az-ın oxucularına təqdim edirik: - Həkimlik təcrübəmdə belə hallarla hər gün rastlaşıram. Qəbuluma gələn pasiyentlərin danışdıqlarından aydın olur ki, bir çox evlərdə boş otaqda səslər (tıqqıltı və s.) eşidilir, kölgələrin hərəkət etdiyi görünür. Bunu ev sakinlərinin hamısı görməsə də, çoxusu, özəlliklə də qız və qadınlar açıq-aşkar görürlər. Belə evdə yaşayanların adətən səhhətləri normal olmur - baş, çiyin, onurğa və s. ağrılar, həmçinin, əsəb onların əhvalını daim korlayır. Ev sakinlərində daim qorxu, vahimə müşahidə edilir ki, bu da son nəticədə ağır xəstəliklərin yaranması ilə nəticələnir. Depressiyaya düşmüş bütün xəstələr adətən belə halların baş verdiyi evlərdə yaşayanlar olur. Sizə bir sirri də açım ki, intihar etmiş və yaxud bu fikirdə olan adamların demək olar hamısının evində bu cür paranormal hallar yaşanır. Bunu başqaları görməsə də, xəstə özü görür. Bundan əlavə, belə evdə yaşayan adamlar tez-tez maddi ziyana və uğursuzluğa düşürlər. İşləri alınmadığından, evlənəsi adamların ailə qurmaları da çətinə düşür. Bir çox hallarda belə kölgə gəzən və qəribə səslər eşidilən evlərin sahibləri onu satmağa çalışırlar. Lakin, uğursuzluq burada da özünü göstərir və satış çox çətin, ziyanla baş tutur (əgər baş tutsa). Diqqətinizi bir məqama da yönəldim ki, belə evlərin sakinləri başqa evlərə köçsələr də, səhhətlərindəki problemləri və şəxsi həyatdakı uğursuzluqları aradan qaldıra bilmirlər. - Bəs bunun sirri nədir? - Bütün bunlar neqativ təsirlərin nəticəsində baş verir. Bu təsir adətən evə yox, birbaşa ev sakinlərinə yönləndirilmiş olur. Odur ki, evdə baş verən paranormal hallar sadəcə bu təsirin təzahürüdür. Odur ki, ev dəyişsə də vəziyyət dəyişmir. - Doktor, bəs bu cür paranormal halları necə aradan qaldırmaq olar? - Həkimlik fəaliyyətimdə bu cür hallarla demək olar ki, hər gün rastlaşıram. Təcrübəmdən onu da bilirəm ki, əvvəllər intihar hadisəsi yaşanmış ailələrdə və yaxud sağalmaz xəstəlikdən dünyasını dəyişmiş insanların evlərində hazırda bu cür paranormal hallar yaşanmaqdadır. Bunun səbəbi odur ki, həmin şəxs dünyasını dəyişsə də (yaxud intihar etsə də) onun ölümünə səbəb olmuş neqativ enerji hələ də həmin evdə qalmaqda və insanlara bu və ya digər formalarda ziyan verməkdədir... Tibb elmi belə paranormal hallar qarşısında aciz olsa da, sahib olduğum lədun elmi ilə bu cür halları asanlıqla aradan qaldırıram. Belə ki, elmi-lədun metodu ilə cəmi üç seans etməklə evdəki paranormal hallar aradan qalxır. Eyni zamanda həmin seansların nəticəsi olaraq ev sakinləri bütün ağrılardan və əsəbdən xilas olurlar. Həmçinin, belə evdə hazırda depressiv vəziyyətdə olan adam varsa, seanslardan sonra həmin xəstə tamamilə sağalır. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |