XƏRÇƏNGDƏN, DEPRESSİYADAN, SƏPKİLƏRDƏN VƏ KORONAVİRUSDAN
MƏNİ PAŞA DOKTOR XİLAS ETDİ - Üç ilə yaxın idi ki, arıqlamaq üçün dünyaca məşhur “Herbalayf” firmasının dərmanlarını qəbul edirdim. Bir müddət sonra bir çox xəstəliklərə düçar oldum. Birdən səhhətimdə narahatçılıq yarandı. Köp, gəyirmə, mədəmdə qıcqırma, yuxu pozğunluğu, özünəqapanma (depressiya), dəridə qaşınmalar, qəbizlik (elə olurdu ki, qəbizlik dörd gün davam edirdi) kimi hallardan əziyyət çəkirdim.Ultrasəs (UZİ) müayinəsinə getdim. Öd, mədəaltı vəz və qaraciyərimdə ciddi patologiya olduğu bildirildi. Həkim dərmanlar təyin etdi. Dərmanlar təsir göstərmədiyindən təkrar müayinəyə gedərək, bağırsaqlarımın yoxlanılmasını istədim. Biopsiyanın nəticələrinə əsasən "S”-vari bağırsağımda adenomakarsinoma (xərçəng) aşkarlandı. Onkoloqlar əməliyyat olmasam, şiş metastaz verəcəyini bildirdilər. Mən isə əməliyyat olunmaq istəmirdim. Şiddətli ağrıların azalması üçün qəbul etdiyim dərmanlar təsir etmirdi. Xərçəng xəstəliyi diaqnozu təsdiqlənən kimi tibb elminə o qədər də inamım olmadığından, (bunu həyat mənə aşılamışdı) 27 dekabr 2018-ci ildə müayinə cavablarımı götürüb son çarə olaraq məqalə və müsahibələrini izlədiyim möcüzəvi qüvvəyə malik, elmi-lədun bilicisi, psixoterapevt-həkim Paşa Yaqubun yanına getdim. Düzdür, onun yanına 100 faiz inamla getməsəm də, yenə də möcüzə ilə rastlaşdım. Onun yanına həyatdan əlimi üzmüş halda getmişdim. Yaşamağa ümidim qalmamışdı. Amma, başqa yol da tapa bilmirdim. İki övladım - biri auditizm, digəri isə əqli inkişafdan qalma xəstəliyindən əziyyət çəkirlər. Həyat yoldaşım da ruhi xəstədir. Bütün bunlar mənim əsəb sistemimə tamamilə təsir etmişdir. Özümü sakitləşdirmək üçün mütəmadi dərmanlar qəbul edirdim. Xərçənglə yanaşı sinəmdə, qurşağımda və kürəyimdə dəhşətli ağrı və qaşınma verən səpkilər də yaranmışdı. Həkimə getdim; ağrıların azalmasına iynə-dərmanlar kömək etmirdi. Bu halı görən müalicə həkimim 6-7 həkimin iştirakı ilə konsilium (fikir mübadiləsi) etdi. Həkimlər stasionar (xəstəxanada) müalicə olunmağımın vacibliyini bildirdilər. Razılaşmadığımdan dərmanlarımı dəyişdilər. Bu dərmanlar da mənə kömək etmədi. Düzünü deyim ki, səpkiləri Paşa həkimin müalicə edə biləcəyi ağlıma gəlmirdi. Seans zamanı Paşa həkim soruşdu ki, nədənsə narahat görünürsünüz. Mən bədənimdəki səpkilərin iynə-dərman sağalda bilmədiyini ona deyəndə o, soruşdu ki, bəs bunu mənə niyə əvvəldən deməmisiniz? Çox soyuqqanlılıqla dərhal səpkiləri seans etdi. Bir neçə gün dalbadal seans olmağımın vacibliyini bildirdi. İkinci seansda sinəmə üfurdukcə mənə elə gəlirdi ki, sinəmdə bir lopa (məşəl) hərləyir. Bir neçə seans aldıqdan sonra səpkilər yoxa çıxdı, əsəblərim də sakitləşdi. Dərmanlardan qurtuldum. Paşa həkim dua oxuyaraq üfürdükcə elə bilirdim ki, nəfəsindəki lopadan çıxan istilik səpkilərimi yandırır, yerinə isə sərinləşdirici maz çəkir. Seansdan sonra hər gün səpkilərə güzgüdə baxırdım. Üç gün dalbadal seansa getdim. Birinci seansdan sonra gördüm səpkilər sönüb, yavaş-yavaş azalır. İkinci gün ləkələrin yox olduğunu gördüm. Üçüncü seansdan sonra möcüzəilə qarşılaşdım. Gecə yatdım, səhər duranda gördüm ki, sanki bədənimdə elə bir şey olmamışdı. Gözlərimə inanmırdım. Tez-tez ğüzgüyə baxıb sevincdən gah ağlayır, gah da gülürdüm. Halbuki, respublikada ən güclü dəri həkimləri kimi tanınan bir neçə həkimlərin müalicələrinin xeyri olmamışdı. Bu səpkiləri də Paşa həkimin möcüzəli müalicəsi sağalda bildi. Bir gün müalicəmi nəzarətdə saxlayan qeydiyyatda olduğum poliklinikanın həkimi zəng edib vəziyyətimi soruşdu. Sağaldım, özüdə dərmansız dedikdə, xahiş etdi ki, poliklinikaya gəl. Getdim; məni müayinə edən bir neçə həkim gəlişimlə əlaqədar başıma yığışdılar. Necə sağalmağım onlara maraqlı idi. Həkimlərə Paşa həkimin seanslarından danışdıqca-ola bilməz, - deyib təəccüblərini gizlətmirdilər. Həkimlər inanmaq istəməsələr də reallıq göz qabağında idi. Sən demə müalicə üçün dərman təyin etsələr də, tam sağalacağıma ümidləri yox idi. Artıq poliklinikada bu xəsətliyimi xroniki xəsətlik kimi qeydə almışdılar. Bildirirəm ki, seanslar zamanı Paşa həkimin üfürdüyü nəfəsi sanki alova bənzər enerji kimi bütün orqanizmimdə ağrı nöqtələrini yandırırdı. Mən Paşa həkimdən üç ay mütəmadi seans aldım. Tez bir zamanda xəstəliyimi unutdum. Daxilimdə elə fikir yarandı ki, xərçəng xəstəliyi məndə yoxdur. Mən bunları gözümlə görüb, yaşadım. Bunları gözümlə görməsəydim, kimsə danışsaydı, heç vaxt inanmazdım. Onu da deyim ki, ilk dəfə seansa gedəndə depressiyada idim, yuxusuzluq, iştahsızlıq, ağrılar da məni rahat buraxmırdı. Çox çəki də itirmişdim. Dayanmadan ağlayırdım. Az müddətdə mən həyata qayıtdım, altı kq çəkim artdı, depressiyadan çıxdım. Qanımda lyambliya və digər xəstəliklər də aşkarlanmışdır. Bir neçə seansdan sonra təkrar müayinəyə getdim, qan analizlərim yaxşı çıxdı, onkoloqlar bağırsağımdakı şişin üç ay ərzində böyüyüb yayılmamasından heyrətləndilər. Paşa doktorun seansları sayəsində şiş çəkilib getmək üzrəydi... Daha sonra yaxınlarımın təkidilə Türkiyədə də müayinə olundum. Orada da onkoloqlar təəccübləndi ki, üç ay ərzində necə olub ki, bu şiş metastaz verməyib, əksinə, balacalaşıb. Onlara deyəndə ki, bunlara iynəsiz-dərmansız nail olmuşam, inanmırdılar. Paşa Yaqubun seansları sayəsində sağlamlığıma qovuşdum. Allah mənə o qədər səbr, həyat eşqi verib ki, görənlər məəttəl qalır. Psixoloji cəhətdən sağlam bir insan oldum. Sanki, dünyaya yenidən gəlmişəm. O hissləri yuxuda görmüş kimi xatırlayıram. Adətən mədə-bağırsaqda olan şiş 3-4 ay ərzində sürətlə yayılır. Əminəm ki, mən ağrılar hiss edən kimi dərhal Paşa həkimin seanslarını qəbul etsəydim heç xərçəng də olmayacaqdım. Əlavə olaraq bildirirəm ki, bir necə il öncə müayinə zamanı sinəmdə düyünlər aşkarlanmışdı. Paşa həkim seanslara başlayanda həmin düyünlər də şiddətli ağrılar verməyə başladı və dərhal da keçib getdi. Müayinə zamanı həmin düyünlər də aşkarlanmadı. İndi heç bir dərman müalicəsi almıram, ancaq hərdən seanslara davam edirəm. Analiz və müayinələrin cavabları isə çox yaxşıdır. Paşa həkimin sayəsində mən həyatda ən səbrli, sakit bir insan olmuşam. Koronovirusdan da məni o qurtardı Bəşəriyyəti cənginə alan koronavirus məni də yaxaladı, - deyə, Çiçək xanım söhbətini davam etdirir: - on gün əziyyət çəkdim. Bacılarım həkimdir. Hərəsi bir dərman dedilər. Nə etdimsə sağalmaq bilmirdim. Yadıma Paşa həkim düşdü. Ona zəng edərək, vəziyyətimi danışdım. Paşa həkim bu dəfə məni votsab vasitəsilə görüntülü seans etməyə başladı. Dəhşətə gəlmişdim. Telefonun o başında olan həkimi yanımda hiss edir, sanki, nəfəsini əyani olaraq üzümə üfürürdü. Bir neçə görüntülü seansa və dediyi tövsiyələrə əməl etdim. Tamamilə sağaldım. Paşa həkimin müalicə üsulunu başıma gələn və gördüklərimə əsasən, İlahi bir möcüzə hesab edirəm. Heç bir insan möcüzə yarada bilməz. Paşa həkim Allahın yaratdığı bir möcüzədir. Paşa həkimin seansları haqqında tanışlarıma sevinc dolu hisslərlə danışıram. Paşa həkim çox danışmağı sevmir. Ancaq səbrlə qarşısındakı insanı dinləməkdən sanki zövq alır. Ondan seanslar götürdüyüm müddət ərzində çox müsbət xüsisiyyətləri olmasının şahidi oldum. Müsbət xüsisiyyətləri çox xoşuma gəldiyinə görə onunla həm də dost olmağa qərarlı oldum. Qeyri-adi xüsisiyyətləri olan Paşa həkimin dost kimi də insan qəlbində uca zirvəni fəth etməyi bacaran biri olduğunun da şahidi oldum. Paşa həkim kimi möcüzəli müalicə üsuluna sahib olan ikinci bir həkim tanımıram. Qızımı da müalicə etdi Seanslara qızımı da aparırdım. Qızım autizmdən əziyyət çəkirdi. Qızımda o qədər narahatlıq və əsəb var idi ki, bizə də əzab verirdi. Özü də rahatlıq tapmırdı. Əzab-əziyyət çəkirdi. Uca ALLAHdan başqa mənim heç kimə belə rəğbətim yoxdur. Seanslara başlamamış qızımın yavaş-yavaş sakitləşəcəyini dedi və çox təmkinlə seanslara başladı. Bir neçə seansdan sonra onun dediyi məqam yetişdi. İndi qızımda həmin narahatlıqlardan əsər-əlamət belə yoxdur. Demirəm tam sağalıb. On gündə bir dəfə yüngulcə tutmaları olur. Hiss edirəm ki, xəsətlik yavaş-yavaş canından çıxır. Normal insanlar kimi davranır, danışır, gülür, şənlənir. Bu xəstəlik bütün dünyada olan çox ağır xəstəlikdir. Hətta, mən buna görə bu adda təşkilat da yaratmışam. Deyə bilərəm ki, mən də qızımla yanaşı sakitləşmişəm. Yəni, ətrafdakıları incitmir. Bu qıza görə intihar etmə həddinə çatmışdım. Mən Paşa həkimin sayəsində bu bəladan da xilas olmuşam. Bu xoşbəxtliyi Allahın iznilə möcüzələr yaradan Paşa həkim mənə nəsib edib. Qızıma mütəmadi güclü psixatrop dərmanlar verirdim. Dərmanlar çox bahalı olmaqla yanaşı, çətin tapılırdı. Xüsusi resseptlə satılırdı. Hətta, bir dəfə qızım əlini kəsmişdi, onu 5-6 adam zorla tutub xəstəxanaya apardıq və həkimlər yarasına tikiş qoydular. Seanslardan sonra qızım sakitlik tapıb. Bir ilə yaxındır ki, heç bir dərman qəbul etmir. Bunu necə möcüzə adlandırmayım? Bütün bu olanlar məndə yaşamağa həvəs yaratdı. Bu gün yaşadığım sakit həyat tərzim üçün varlığımla Paşa həkimə təşəkkürlər edərək, möcüzəli əllərindən öpürəm. |
Çiçək Qəzənfərqızı (Məmmədli) “Azərbaycan Respublikası Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri |
Sizin saytla - https://pashayaqub.weebly.com/ ilə təzə tanış oldum. Çox yararlandım. Kitablardan yüklədim, Allahın izni ilə bir-bir tanış olaram.
Ən çox alternativ müalicə metodu, Mendeleyevin dövri cədvəli barəsində məqalə, müasir xəstəliklər haqqında elmi məqalə, ziyarətgahlar, məkanlar haqqında məlumatlar məni maraqlandırdı. Hal-hazırki dövrdə bu müalicə metoda maraq az olsa da, mən qəlbim ilə hiss edirəm ki, bu gələcəyin müalicə metodudur. Dr. Paşa Yaqub kimi psixoterapevtlər bizə çox lazım. Həm indi, həm də gələcəkdə. Özü ilə tanışlığım olmasa da əsərlərindən bəzi hissələrini oxumaq məni bu qənətə gətirdi. Yaxın vaxtlarda yəqin ki, əlaqə saxlamağa cəhd edəcəm in şə Allah. Həkim, var olun, Allah yardımçınız olsun, yaxın vaxtlarda ya virtual, ya da üzbəüz görüşmək ümidi ilə, Bəxtiyar Ağakişiyev. |
BƏXTİYAR AĞAKİŞİYEV |
Uzun müddət idi ki, diz qapaqlarımdakı kəskin ağrılar səbəbindən yeriyə bilmirdim, axsayırdım. Hətta yaxın məsafəyə də ancaq taksiylə gedə bilirdim.
Bu yaxınlarda möcüzəvi, deyərdim ki, əfsanəvi doktor PaşaYaqubun qəbuluna getdim. Elə birinci seansda xeyli yüngülləşdiyimi hiss etdim... Üçüncü seansdan sonra məndə heç bir ağrı qalmadı. Bundan həvəslənib, bacılarıma qoşulub şəhəri başdan-başa piyada gəzdik. Neçə kilometr-lərlə piyada yol qət etdim. Evə gələndə ayaqlarımda agrı hiss etdim. Paşa həkimə zəng edib, vəziyyəti dedim. O məni videogörüntüylə seans etdi və vatshapda mənə doğru üfürdü. Allah şahiddir ki, mən telefondan küləyin yelini hiss etdim, agrım həmən keçdi. Paşa doktorun qəbulunda olanda ondan xahiş etdik ki, videobağlantı aradaq, Türkiyədə yaşayan qohumumuza da baxsın. Həkim razılaşdı. Qohum qadın dedi hazırda kürək və boyun nahiyəmdə kəskin ağrılar var, əsəbim var. Paşa həkim videogörüntüylə ona enerji ötürdü. Dedi indi ağrı varmı həmin nahiyyələrdə? Qohum dedi: xeyr, ağrılar və əsəbim yoxa çıxdı. Ondan sonra Türkiyədə yaşayan qohumumuzla hərdən əlaqə saxlayanda soruşuram, deyir o gündən bəri məndə nə əsəb var, nə də ağrı. Odur ki, bütün ailəmiz adından Paşa həkimə dərin təşəkkürümüzü bildirib, ona işlərində yeni-yeni uğurlar arzulayırıq. Hörmətlə: Badisəbah Dünyamalızadə |
Badisəbah Dünyamalızadə Laçın rayonu 32 saylı tam orta məktəbin ingilis dili müəlliməsi |
Nəhayət ki, bu gün xəstəxanadan çıxdım. Koronavirus bəlasından qurtuldum. Mənə Xəstəxanada baxan həkimlərə, bütün narahat olan dostlara və ən əsası doktor. Pasha Yaquba öz minnətdarlığımı bildirirəm.
Mən xəstə olduğum vaxt dostlardan birisi mənə Paşa Yaqubla əlaqə yaratmağımı söylədi. Mən eyni gecədə doktor Paşa Yaquba whatsapda yazdım. Sabah Doktor mənə cavab verdi. Və mənimlə online şəkildə bir neçə seans etdi. Və hələ ilk seansdan mən özümü çox yaxşı hiss etməyə başladım. Və zamanla artıq özümü çox rahat hiss elədim. Və nəhayət dünən mənə bir daha Koronovirus testi olundu. Nəticə neqativ çıxdı. Və mən artıq bu gün xəstəxanadan ayrıldım. Başda Pasha Yaquba və Türkiyə Cumhuriyəti, Tokat dövlət xəstəxanasının həkimlərinə, sonra isə mənə bu zamanlarda dəstək olan bütün dostlara təşəkkür edirəm. Hər kəsə inamlı olmağı tövsiyyə edirəm. Var olun. Hörmətlə: Seymur Ağayev |
Seymur Ağayev Türkiyədə təhsil alan Azərbaycanlı tələbə |
Paşa Yaqub imzası oxuculara yaxşı tanışdır. O, otuz bir kitabın, beş ensiklopediyanın və onlarla məqalənin müəllifidir. Paşa Yaqub elmi-dini, tarixi araşdırmalarla bərabər, bir sıra yaşayış məntəqələrinin adlarının mənşəyi, toponomiyası, arxeologiyası, eləcə də Böyük Vətən, Əfqanıstan, Qarabağ müharibələrinin iştirakçıları, şəhidləri haqqında dəyərli kitablar yazmışdır.
Həyat təcrübəsi göstərir ki, xeyirxah niyyətli insanlar həmişə insani dəyərlərə layiq işlər görməyə çalışırlar. Bu, doğrudan da belədir. Əslində yaxşı adamların gördükləri yaxşı işlər yaxşı da qiymətə layiqdir. Heç kimdən təmənna güdməyən Paşa Yaqub insanlara xidmət etməyi hər şeydən üstün tutur və haqlı olaraq sübut etməyə çalışır ki, əgər ürəkdə həvəs və sevgi varsa, Azərbaycanın istənilən yaşayış məntəqəsinin tarixini araşdırıb ortaya maraqlı bir əsər qoymaq mümkündür. İlk baxışda elə görünə bilər ki, burada qeyri-adi bir şey yoxdur. Amma, hər şeyə diqqət ilə yanaşsaq, mədəni irsimizi diqqətlə araşdırsaq, bir sıra məsələlərlə yanaşı, hər hansı bir kəndin fəxr edilməli şərəfli keçmişi olduğunun şahidi olarıq. Paşa Yaqub istər kitablarında, istərsə də məqalələrində kimya, fizika, anatomiya, biologiya, tibb, astronomiya, daktiloskopiya, kibernetika və informatika elmlərinin bu günədək gizli qalan məqamlarını araşdırıb, onların həyatımıza təsirindən əsaslandırılmış faktlarla söhbət açır. Paşa Yaquba məxsus olan maraqlı araşdırmalar, izahlar oxunaqlı bir dillə oxucuya çatdırılır və əlbəttə, müəllifin özünün də qeyd etdiyi kimi, aqillərin “kəşf”, cahillərin isə, “fantaziya” adlandıracağı bu tipli maraqlı yazıları, fikirləri, kitabları gələcəkdə də davam etdirəcəyinə inanıram. Mən hörmətli qələm dostum Paşa Yaquba həyatda möhkəm cansağlığı, elmi-ədəbi yaradıcılığında və həkimlik fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, maraqlı araşdırmaları ilə oxucularının böyük rəğbət qazanmış Paşa Yaqub bundan sonra da tibb elmindəki naliyyətləri ilə psiyentlərini tez-tez sevindirsin. |
Nazim Tapdıqoğlu (Vəlişov) Təqdiqatçı-tarixçi, Bakı Slavyan Universitetinin elmi işçisi “Qızıl Qələm” mükafatı laureatı |
2011-ci ildə məndə poliplər aşkarlanmışdı. Sonuncu dəfə 2017-ci ilin noyabrında muayinədən keçdim, yenə UZİ aparati polipləri aşkarladi.
Paşa həkimin seanslarına getdim. Üçüncü seansdan sonra- növbəti UZİ müayinəsindən keçdim. Hər şey qaydasında idi. Poliplərin heç biri aşkarlanmadı. UZİ həkiminin dediklərinə inanmadım. Müayinə həkiminə cavabları göstərdikdə o da təsdiq etdi ki, heç bir polip və ya şiş yoxdur. Bundan əlavə, anadangəlmə nitq qüsurum olduğu üçun məndə kompleks var idi. Bu qusur məni ömrü boyu izləyirdi. Hətta, həkimlər belə bunun çarəsiz olduğunu deyirdilər. Mənim nitq qüsurum günün muxtəlif vaxtlarında danışığımın, səsimin aydın olmayan ifadələri idi. Yəni, günün müəyyən hissəsində aydın danışırdım, müəyyən hissəsində isə, danışığım başa düşülmürdü. Hətta, hansı bir məclisdə, yığıncaqda danışanda başqalarının gülüşünü sezirdim. Təbii ki, butun bunlar məni psixoloji sarsıdırdı və mən yəqin etmişdim ki daha buna çarə yoxdur (yəni anadangəlmədir). Doktor Paşa Yaqub məni muayinə edərkən mənə neqativ enerji ötürüldüyünü və bütün bu qüsurların da məhz elə bundan törəndiyini qeyd etdi. Bütün neqativ enerjilər anamdan ötürülübmüş mənə; ilkin olaraq. Sonradan isə, əlavə olunmuş bəd əməllər... Əvvəllər də mənə bir görücü demişdi ki, sənin başında natəmiz cin oturub, səni sıxır, haldan-hala salır gün ərzində. Bu, nitqimdə də özünü göstərirdi, gah aydın, gah da anlaşılmaz səslə danışırdım... Paşa Yaqub da bunu təsdiq etdi və seanslarda da yəqinləşdirdi... Şükürlər olsun ki artıq mən bunları arxada qoydum. Paşa doktorun mualicəsi sayəsində özümü çox gumrah, şən, şux aurada hiss edirəm. Hətta, nitqimdə də qeyri adi bir aydınlıq hiss edirəm. Əvvəlki sıxıntı, qorxu, süstlük, nitqdə tormozlanmaları daha hiss etmirəm. Doktoruma minnətdaram, var olsun! Paşa doktor, əsil möcüzəsiniz! Bir şeyi də qeyd edim ki, dəfələrlə Paşa doktorun qəbuluna getmək üçün cəhd edirdim. Amma, gedə bilmirdim. Hansısa qüvvə buna imkan vermirdi. Çox çalışırdım, elə bil yol açılmırdı. Allaha yalvararaq dua etdim ki, mənə Paşa həkimin yanına getməyə yol açsın. Elə bilirəm ki, Allah dualarımı eşidib, mənə yol açdı. Paşa həkimin qəbuluna yazılanda bir daha dərk etdim ki, yolumu Allah açdı. Tam sağaldım. Birmənalı deyə bilərəm ki, doğrudan da bu insan qeyri-adı möcüzəli qüvvəyə malikdir, Allahın Özü tərəfindən idarə olunur! |
Elbəniz Hüseynova |
Belimdə uzun müddət idiki ağrı var idi. Heç bir müəlicə nəticə vermirdi. Qızım mənə tanınmış təbib Paşa Yaqubdan seans almaq təklif etdi. İki seans aldıqdan sonra ağrılarım qismən azalmağa başladı. Seans zamanı Paşa Yaqub mənə “Gizli Elmlər” kitabını bağışladı. Kitabı bir nəfəsə oxumağa başladım. Kitabı oxuduqca elə bilirdim Şimal Buzlu Okeanın buzu əriyib bir dərya olub, mən də həmin dəryada üzürəm.
Kitabda yazılanları insan təfəkkürünün qavraması ancaq bir möcüzə nəticəsində ola bilər. Paşa Yaquba zəng edib, kitab haqqında fikir mübadiləsi etdim. Soruşdum ki, sənə indiyə kimi niyə Nobel Mükafatı verilməyib? Təvazökarlıqla bildirdi ki, “mən nə etmişəm ki, Nobel Mükafatı” alım? Dedim bu mövzuda yazıram ki: Sağlığında bircə yol tutmurlar hörmətini, Xəbislər hey pisləyirlər, Dahi bir insan ölmək istəyir. Öləndən sonra verirlər öz qiymətini, O qədər tərif edirlər ki, Ölmüş o dahi dirilmək istəyir. |
Kərimov Aydın Rəhim oğlu “Qızıl Qələm” mükafatı laureatı, uzun illər “Neft daşları” qəzetinin redaktoru, Kirpi jurnalının müxbiri, “Yeni fikir” qəzetinin redaktor müavini, 1960-cı illdən dillər əzbəri olan “Sevgilimə könül açdım” mahnısının sözlərinin müəllifi, şair, yazıçı. |
Övladlığa bir qız götürmüşəm. Sonradan bildim ki, qız autizm sindromundan əziyyət çəkir. Özümün də səhhətimdə bir çox narahatlıqlar yaranmışdı. Sosial şəbəkədə həkim, psixoterapevt Paşa Yaqub haqqında çox oxuyurdum. Bir gün onun autizm xəsətliyini müalicə edə bildiyi barədə yazıya rast gəldim. Onu tanımırdım. Facebookda statuslarından telefonunu götürüb zəng etdim. Maddi imkanım olmadığını hətta, onun seansına getmək üçün avtobus pulum belə olmadığını bildirdim. O mənə-narahat olma gəlib evinizdə müalicə edərəm, dedi. Bildirdi ki, “Siz bir xəstə qıza ömrünüz boyu kömək olaraq, ona ana olmaq kimi müqəddəs missiyanı yerinə yetirirsiniz. Həm də çox çətinliklərə qatlaşaraq. Mən necə Allahın mənə bəxş etdiyi elmi sizdən əsirgəyə bilərəm? Bu Allaha xoş olmaz. Allahrizası üçün mən onu müalicə edəcəyəm, narahat olmayın, heç nəyə ehtiyac yoxdur”.
Paşa doktor həftədə 1-2 dəfə gəlib həm qızım Gümüşü və həm də bütün ailə üzvlərimizi təmənnasız seans edirdi. Qızım Gümüşə çox köməyi oldu: 14 yaşında danışmağa başladı. Gümüş utanmaq bilmir, heç nədən çəkinmirdi. Bizimlə ünsiyyət qurmurdu. Paşa həkim belə hissləri də onda bərpa etdi. Gümüş indi bizimlə ünsiyyət qurur, danışır, şənlənir. Aerozoldan qurtardım O həm də mənim səhhətimdə yaranan bir neçə xəstəliyi müalicə etdi, deyə, Bahar xanım söhbətini davam etdirir: -Paşa həkimin seanslarından sonra nə aerozoldan istifadə edirəm, nə də ki, astma pristuplarım tutur. İnanılmaz haldır ki, qrip oldum, ancaq mənim astma pristuplarım tutmadı. Əvvəllər çox əziyyət çəkərdim. Mərhəmət sahibidir. Paşa həkim hər dəfə bizə gələndə bazarlıq edib gətirirdi. Halbuki, o bizdən seanslara pul almırdı. Mən onun bazarlıq etməsinə etiraz etdikdə çox mülayim tərzdə- Siz hazırlayın, mən Gümüşlə oturub birlikdə yemək yemək istəyirəm. O qədər gözəl insandır. Onun insani xüsusiyyətlərindən danışmaqla qurtarmaz. Biz ailəliklə onun xətrini çox istəyirik. Allah ondan razı olsun! Ən çətin anlarımızda Allahın köməkliyi ilə bizə dəstək oldu. İndi də əlaqələrimiz var. Onun haqqında dastanlar yazılsa belə azdır. Ona təşəkkür etmək üçün layiq olduğu sözləri tapmaqda çətinlik çəkirəm. Elə başa düşürəm ki, onun təmənnasız köməklik etdiyi insan tək biz deyilik. Mən inanıram ki, hələ də neçə-neçə insanlara pulsuz yardım göstərir. Paşa həkimin mərhəmətli ürəyi qarşısında baş əyib ona dərin minnətdarlığımı bildirirəm. |
Bahar Abbasova Xırdalan şəhər sakini, bədii qiraətçi |
Gözlənilmədən səhhətim ağırlaşdı. Həkim müayinələrinin cavabları son aylarımı yaşadığıma işarə idi. Həkimlər aşkar şəkildə bildirdilər ki, məndə xərçəng xəstəliyi var və təcili əməliyyat olunmalıyam.
Hər dəfə onkoloji xəstəxanaya gedəndə elə bilirdim ki, ömrümdən 10 ilim gedir. Öz ayağı ilə onkoloji xəstəxanaya getməyin nə demək olduğunu Allah düşmənimə də yaşatmasın. Qızımı təcili ərə verdim ki, mən öləndən sonra balaca qızımla ortada qalmasınlar. Heç olmasa ailəsi olsun ki, balaca qızıma da sahib çıxsınlar. Həyatdan ümidimi üzmüşdüm. Paşa həkimin seanslarını təklif etdilər. Mən Allaha sığınaraq, seanslara getdim. Bu gün Paşa həkimin sayəsində sağlamlığıma qovuşdum. Allah ondan razı olsun! Amin! Ağrılar cəmi bir videoseansla yoxa çıxdı. Türkiyədə professorların üç günə kəsə bilmədiyi sancını Paşa Yaqub videogörüntü ilə bir seansa dayandırdı - deyə, Gülnarə xanım söhbətini davam etdirir: -Bir neçə gün qabaq Türkiyədə yaşayan qızım zəng etdi ki, ana, sancıdan nəfəsim kəsilir, yoldaşım məni xəstəxanaya aparır. Onlar Kocaeli şəhərində özəl xəstəxanaya gediblər. Orada professorlar müayinə ediblər, biri deyib kor bağırsaq sancısıdır, əməliyyat olunmalıdır. Sonra digər professorlar da baxıb, deyiblər yox, kor bağırsaq deyil, yumurtalıqda kistanın sancısıdır, ginekoloq baxmalıdır. Səhəri gün gediblər Bursa dövlət xəstəxanasına. Orada uzman doktor ginekoloq müayinə edib, yenidən xeyli analizlər, müasir diaqnostik aparatlardan keçiriblər, belə qərara gəliblər ki, kista deyil, bağırsaq genişlənməsinin sancısıdır. Hər dəfə həkimlər müayinədən sonra ona iynə-dərman yazıblar. Qızımın sancıları, ağrıları yenə də keçməyib. Ötən gecə nə o yata bilməyib, nə də məni qoymayıb yatmağa. Dəqiqədə yazır ki, mama, sancıdan ölürəm. Mən də burda ana olaraq narahatlıqdan yata bilmirəm. Nəhayət, bu gün ailə həkimimiz Paşa Yaquba zəng edib vəziyyəti dedim. Dedi ki, tez mənə zəng etsin, videoseans edib sağaldaram. Qızım zəng etdi, seans aldı. Təxminən yarım saatdan sonra Mələk təkrar mənə zəng edib dedi ki, Paşa doktorun videoseansından sonra sancılarımın hardasa səksən faizi yoxa çıxdı. İndi çox rahatam. Doktor Paşa Yaquba öz təşəkkürümü bildirirəm. Sidq ürəklə deyirəm ki, var olasınız, doktor! Allah Sizi bizə çox görməsin! Türkiyənin məşhur klinikalarında çalışan uzman həkimlərin, professorların kəsə bilmədiyi, səbəbini tapa bilmədiyi sancını Siz bir seansla dayandırdınız. Yaxşı ki, varsınız. Onu da deyim ki, Türkiyədə yaşayan, tanıdığım onlarla adam Paşa doktorun xəstələridir və ondan videoseans alırlar. Müalicə üçün Türkiyəyə üz tutan azərbaycanlılara məsləhət görərdim ki, yaxşı-yaxşı fikirləşsinlər, əlavə xərcsiz, iynə-dərmansız, ağrısız sağalmağın yolu Paşa doktorun seansından keçir. |
Gülnarə Dünyamalızadə Sumqayıt şəhər sakini |
Bu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur.
Bütün kitab, məqalə, foto, audio və video materialların müəlliflik hüququ Paşa Yaquba aiddir.
Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır.
Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024
Bütün kitab, məqalə, foto, audio və video materialların müəlliflik hüququ Paşa Yaquba aiddir.
Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır.
Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024