Xəbər verildiyi kimi, 29 may tarixində Nepalda göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olan “DHC-6-300” markalı sərnişin təyyarəsi qəzaya uğradı. Nəticədə təyyarədə olan 26 nəfərin hamısı həlak oldu. İlk baxışdan adi (təsadüfi) qəza kimi görünən bu hadisə əslində ciddi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun özünü yenə də Quran rəmzi (286) altında göstərməsi hadisənin ALLAH tərəfindən törədildiyini və məqsəd bəşəriyyətin diqətini Qurana yönəltmək olduğu aydın olur. Bunu aşağıdakı hesablamalardan görmək olar:
2. Yadınıza salaq ki, 8 oktyabr 2020-ci il tarixdə Rusiyanın Ryazan şəhərində silah anbarı partlamışdı. Nepalda sözügedən təyyarə qəzaya uğrayanda həmin hadisənin 592-ci günü idi ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd qəzaya uğrayan təyyarənin markası görünür: 592 – 286 = 306 3. Nepalda baş verən təyyarə qəzası Türkiyədə baş verən analoji hadisə ilə də əlaqələnir. Belə ki, keçən il avqustun 14-də orada “Beriev-200” təyyarəsi qəzaya uğramışdı (8 nəfər həlak oldu). Bu iki analoji hadisə arasında 286 gün fərq vardır ki, bu da insan oğlunun diqqətini Yaradanın qanunlar toplusu olan Qurana yönəldir. Bütün bu və digər Elmi-lədun hesablamalarımız onu göstərir ki, Nepalda və digər yerlərdə baş verən təyyarə və s qəzalarla ALLAH yolun azmış və günah törətməkdə həddi aşmış bəşəriyyətə xəbərdarlıq mesajı verir və onların diqqətini Qurana yönəldir: Bu, (xəbərdarlıqlar) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə peyğəmbər gəlmədiyi üçün dini vəzifələrini bilməyib icra etmədikləri halda) zülmlə məhv etməyi özünə rəva bilməz! Quran, 6:131 Xəbərdarlıq mesajlarını şərh etdi: Dr. Paşa Yaqub – elmi-lədun bilicisi
0 Comments
Onun kəşflərini Elmlər Akademiyası niyə təsdiq etmir? Paşa Yaqub: "Kainatın idarə olunması bu rəqəmlər üzərində qurulub" Astronomiya dəqiq elmlərin ən qədimidir. Bu elm qədim Yunanıstanda, Misirdə və Çində meydana gəlmişdir. Orta əsrlərdə astronomiya orta Asiya və Azərbaycanda təşəkkül tapmağa başlamışdır. Astronomiya digər dəqiq elmlərlə sıx əlaqədardır, onların üsullarından və əldə etdikləri nəticələrdən istifadə edir, üstəlik, onların da inkişafına təkan verir. Astronomiyanı digər dəqiq elmlərsiz, digər dəqiq elmləri də astronomiyasız təsəvvür etmək olmaz. Mövzu ilə bağlı tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubla həmsöhbət olduq. Birinci kəşf - Astronomik dövr nədir? - Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər astronomik dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Hesablamalarımız nəticəsində kəşf etdik ki, bütün astronomik hadisələr (Günəş və Ay tutulmaları) bir qayda olaraq 6585 gündən bir təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəlləri diqqtinizə çatdırırıq 6585 GÜNLƏ TƏKRARLANAN GÜNƏŞ VƏ AY TUTULMALARININ CƏDVƏLLƏRİ İkinci kəşf Yuxarıda qeyd erdik ki, hər astronomik dövrdə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb. Araşdırmalarımız zamanı kəşf etdik ki, ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də astronomik dövrdə baş verən 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır: 71 - 28 = 43 hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır. Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır. Üçüncü kəşf - Bütün astronomik hadisələr niyə 858 gündən bir təkrarlanır? Astronomik hadisələr üzrində hesablamalar apararkən kəşf etdik ki, Günəş və Ay tutulmaları eyni zamanda 858 gündən bir də təkrarlanır. Bunu sübut edən və astronomiya elmində yenilik olan cədvəlləri oxuculara təqdim edirik 858 GÜN FƏRQLƏ BAŞ VERƏN GÜNƏŞ VƏ AY TUTULMALARININ CƏDVƏLLƏRİ Sual yaranır: astronomik hadisələr niyə məhz 858 gündən bir təkrarlanır? Nədir bu ədədin mahiyyəti? Əvvəlcə qeyd edək ki, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində vəhabilər hakimiyyətə gələnə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluqisə, özünüaşağıdakıhikmətlərdəbiruzəverir: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı – Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Biologiya elmi sübut edirki, insan ana bətnində 286 günə yaranır. Beləki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Beləliklə, insanın yaranışı üzərinə Allah öz kodlaşdırılmış “möhürünü” vurub. 3) Quranın 2-ci surəsiolan “İnək” surəsinində 286 ayədən ibarət olması təsadüfi deyildir. Beləki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. 4) İnsanlar ən çox Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayramarasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Bu faktlar onu sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq, həyatımızın bütün vacib sahələrinin üzərinə vurulmuşdur. Bildiyimiz kimi, insan “Quran”a and içərkən, yaxud tövbə edərkən bunu üç dəfə təkrarlayırlar. Gəlin bunu riyazi dilə çevirək: 286 + 286 + 286 = 858 Göründüyü kimi, bütün astronomik hadisələr “Quran”ın üç misli olan 858 ədədi altında təkrarlanır. Bu da onu sübut edir ki, elm Allaha məxsusdur və tutulmalar bəşəriyyətin diqqətini Yaradanın qanunlar toplusu olan “quran”a yönəldir. Dördüncü kəşf – Ayın üzərindəki ləkə deyil, xəritədir Mənə inanmayan Aya baxsın Astronomiya elmində dördüncü kəşfimiz Ayın üzərindəki “ləkə”nin sirridir. İndi isə, qayıdaq yuxarıda qeyd etdiyimiz Ayın üzərindəki “ləkə”nin sirrinə. Dünya yaranandan insan oğlu hər axşam Ay üzərindəki “ləkə”ni görsə də, mənasını anlamadığından, bu barədə cürbə-cür əfsanələr yaranmşdır. Uzun araşdırmalarımızdan sonra kəşf etdik ki, bu “ləkə”lər əslində bir vaxtlar mövcud olmuş Pangeya adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi kimi, ilk yaranışda Yer kürəsi cəmi bir materikdən ibarət olub ki, onun da adı Pangeya olub. (Həmin materiki əhatə edən okeanın adı isə, Pantalas olub.)Zaman keçdikcə Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamınıza məlumdur. Yerin ilk yaranış forması olan Pangeya materikinin coğrafiya kitabında olan xəritəsini götürüb Ayın üzərindəki “ləkə”nin şəkli ilə yanaşı qoysaq görrik ki, bunlar biri-birinin eynidir. Ay və Pangeya materikinin şəkilləri
Buradan aydın olur ki, bir vaxtlar mövcud olmuş Yerin ilk xəritəsini (PAngeyanı) Yaradan hər axşam işıqlandıraraq bizə nümayiş etdirir. Bütün bunlar bir daha sübut edir ki, elm Allaha məxsusdur və Yaradan hər yerdə Öz varlığını, qüdrətini bizə göstərir. Bütün bunları hamı görsə də ancaq ağıllı adamlar dərk edirlər. Astronomiya, fizika, kimya, biologiya, anatomiya, kibernetika və informatika, daktiloskopiyya, təbabət və s elmlərin indiyədək açılmamış sirlərini açan və bu barədə onlarla kitab, yüzlərlə elmi məqalələ yazan bir şəxsin kəşflərini hansısa bir elmi mərkəz təsdiqləyibmi? Sualınıza cavab olaraq bildirim ki, bu gün elmlər akademiyaları və elmi mərkəzlər hamısı Dünyanı idarə edən mafiyaların (massonların və s) nəzarətindədir. Onlara tapşırılıb ki, Allahın varlığını, elmini təsdiq edən heç bir kəşfi təsdiq etməyin. Mən kəşflərimi “Quran”dakı rəqəmlərlə etmişəm. Yəni, hesablamalarımı həəmin rəqəmlər üzərində quraraq bütün elmlərdə kəşflər etmişəm. Bu kəşfləri təsdiq etmək elə Allahın varlığını, elmini, qüdrətini təsdiq etməkdir. Bu da bəşəriyyəti istismar edən, insanları oyuncağa çevirən mafiyalara sərf etmir. Çünki, onlara inamsız, ümidsiz, dərrakəsiz kütlə lazımdır ki, rahat istismar edə bilsinlər. Oyanmış və Allaha sıx bağlı olan insana zülm etmək olmur, o insanlar zülmə qarşı çıxırlar. Mənim kəşflərimin Elmlər Akademiyası tərəfindən təsdiq olunmamasının sirri budur. Amma, mənim kəşflərim o qədər sadə və gözlə görünəndir ki, heç EA-ı təsdiqləməsə də, hər bir şüurlu insan bunun doğruluğunu təsdiqləyə bilər. Məsələn, yuxarıdakı şəkildə Pangeya materiki ilə Ayın üzərindəki “ləkə”nin eyni şey olduğunu təsdiq etmək üçün heç bir cihaz, teleskop tələb olunmur, adi gözlə də bunun eyni olduğunu təsdiq etmək mümkündür. Yaxud da kı, kəşf etdiyim cədvəllərdə tutulmalar arasında qalan günlərin 858 (6585) olduğunu təsdiq etmək üçün bir kalikulyator, bir də 3-cü sinifə qədər təhsil almaq kifayət edir. Onu da qeyd etməyi vacib bilirəm ki, hazırkı dövr şeytani dövr olduğuna görə Allahın qüdrətinə dəəlalət edən kəşfləri Elmlər Akademiyası təsdiqləmirlər. Astronomik hesablamalarımız göstərir ki, yaxın aylarda indiki şeytani dövr bitəcək və kamillik dövrü başlayacaq. Onda bu cür kəşflər dərsliklərə salınacaq və dərs vəsaiti kimi tələbələrə öyrədiləcək. İndikindən fərqli olaraq onda tələbələr həm elmli, həm də imanlı olacaqlar (hazırda elm verilsə də çalışırlar ki, imanların alsınlar). Elmi-lədunun nə demək olduğunu qısaca izah edək. “Lədun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarə anlamını verir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və bir çox kəramət sahibləri sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Biz də zaman-zaman müxtəlif elmlərə dair sirləri məhz bu elmlə açdıq. YƏHYA Tanınmış həkim və ictimai fəal Paşa Yaqubun sosial şəbəkədəki profili müvəqqəti bloklanıb.
Bu barədə saytımıza həkimin özü məlumat verib. Bundan sonra Paşa Yaqubun həkimlik fəaliyyəti və yaradıcılığı ilə maraqlananlar pashayaqub.weebly.com saytına daxil olub, məqalələri, kitabları ilə tanış ola, videolarını buradan izləyə bilərlər. Həmçinin, youtube və Tik-tok kanallarından da həkimin fəaliyyətini izləmək mümkündür. 050 375 30 97 Dr. Paşa Yaqub “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Xəbər verildiyi kimi, 23 may tarixində Bakı-Naxçıvan reysi ilə uçan “A-319” təyyarəsi Nxçıvana eniş edə bilmədi. Görünən səbəb budur ki, güclü qasırğa enməyə imkan vermədi. Elmi-lədun hesablamalarımız isə, burada başqa məqamların oldugunu göstərir. Yəni, bu hadisə təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Məsələn, Quranda qasırğa haqqında (“Sovurub dağıdan küləklər”) surə 51 ədədi ilə nömrələndiyinə görə bu ədəd Quranda Qasırğa rəmzi sayılır. (1). Maraqlıdır ki, 23 mayda Naxçıvanda qasırğa baş verəndə 2 apreldə Bakıda gecə klubunda baş verən partlayışın 51-ci günü idi. Bu da onu göstərir ki, baş verən hadisə zülmün beşiyi olan Naxçıvana Allahdan gələn bir xəbərdarlıq idi. (Xatırladaq ki, gecə klubunda baş verən partlayışın da Allahdan gələn xəbərdarlıq olduğunu sübut edən hesablamalarımızı həmin gün yayımlamışdıq.) Bir məsələni xüsusi vurğulamaq istəyirik ki, Naxçıvanda mövcud olan zülm və haqsızlıq səbəbindən oranın əhalisi (kişilər, qadınlar, qızlar, gəlinlər...) demək olar ki, çöllərə düşüblər (dünyaya səpələniblər). “A-319” təyyarəsinin Naxçıvana enə bilməməsinin ALLAHdan kodlaşdırılmış bir xəbərdarlıq olduğunu sübut edən digər hesablamaları diqqətinizə çatdırırıq: 2) Hadisə baş verən gün 5 iyun 2020-ci il tarixli Ay tutulmasının 719-cu günüdür ki, bundan da Quranın surə (114) və səhifələrinin (286) sayını çıxsaq, alınan ədəd Naxçıvana enə bilməyən (izn verilməyən) təyyarənin üzərində həkk olunub: 719 – 114 – 286 = 319 (!) (Qeyd: Kəbədə, eləcə də muzey və kitabxanalarda saxlanan bütün əlyazma Quranlar 286 səhifəyə yerləşdirilib. Bu ədəd Yaradanın kodlaşdırılmış möhürü olaraq bütün xəbərdarlıq mesajlarının üzərinə vurulur.) 3) 17 mart 2021-ci il tarixdə Gürcüstanda və azərbaycanda enerji böhranı baş verdi (enerji qəfil kəsildiyindən, gecə Gürcüstan tam, Azərbaycan isə, qismən qaranlığa qərq oldu). “A-319” təyyarəsinin Naxçıvana enməsinə izn verilməyəndə həmin enerji böhranının 433-cü günü idi. Bu ədəddən Quran rəmzini çıxsaq, yenə də enə bilməyən təyyarənin üzərindəki marka görünür: 433 – 114 = 319 (!) 4) Xatırladaq ki, bugünlərdə daha bir "A-319" təyyarəsi Cində (12 may) qəzaya uğradı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki eyni markalı təyyarə qəzası arasında 286 (!) saat fərq var. Bütün bunlar onu sübut edir ki, təyyarələrlə bağlı Dünyada baş verən bütün hadisələr kimi, mayın 23-də Naxçıvanda baş verən hadisə də ALLAHDAN növbəti kodladırılmış mesajdır. Zülmün beşiyi olan Naxçıvanın rəhbərliyi və ona pərəstiş edənlər bu mesajdan ibrət alıb, nəticə çıxarmalıdırlar. Əks halda yaxın zamanda ora böyük bəlalar enecəkdir. Çünki, Naxçıvan torpağı Azərbaycana çoxlu sayda zalımlar “bəxş etmişdir” ki, xalqımız uzun illərdir onların zülmü altındadır. Onu da qeyd etməyi vacib biirik ki, Naxçıvanla bağlı bizə məlum olanları ictimailəşdirsək, qısa vaxtda orada nə rəhbərlikdən, nə də sadə xalqdan heç kəs qalmaz. Odur ki, ağlınızı başınıza yığın! Dünyanı sahibsiz bilməyin! Bəla gəlməmişdən öncə tövbə edib, yolunuza qayıdın! Yazıya əlavə: onu da qeyd edək ki, Naxçıvanda qasırğa baş verən gün - 23 may tarixində Göyçay rayonunda da eyni hadisə baş verdi. Nəticədə iri ağaclar kökündən çıxaraq, evlərin, həyətlərin üzərinə düşdü və insanlara maddi ziyan vurdu. (1) Maraqlıdır ki, qasırğanın baş verdiyi tarix Göyçayın seriyasında görünür (23). 2) Göyçayda qasırga baş verəndə 1 may tarixli günəş tutulmasının 23-cü (!) günü idi. “Biz hər şeyi sayıb yazmışıq” Quran, 78:29 Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi “Saat yaxınlaşdı, Ay parçalandı!” “Ay” surəsi, 1. Xəbər verildiyi kimi, bu gün (16.05.22) Qanlı Ay tutulması baş verdi. Tutulmada diqqət çəkən bir çox məqamlar vardır. Birinci məqam ondan ibarətdir ki, bu Ay tutulması da digərləri kimi, Quranın səhifələrinin (286) üç misli olan 858 ədədi ilə əvvəlki tutulmalara bağlanır. Belə ki, bu gün 10.11.2020-ci il tarixli tutulmanın 858-ci günüdür (cədvəl yazıya əlavə edilir). Saros dövrü nədir?
Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb). Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir. 71-ci surənin 28 ayədən ibarət olması isə, “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının sirrini açır: 71 - 28 = 43 hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır. Sual yaranır: Günəş tutulması niyə məhz 43 dəfə baş verir (başqa sayda ola bilməzdimi)? Bu sualın cavabını da ALLAHIN kitabından tapmaq olur. Belə ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da Saros dövründə Günəş tutulmasının 43 dəfə baş verməsininn hikməti bir daha üzə çıxır. Bugünkü qanlı Ay tutulmasında diqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, 18 il, 11 gün, 8 saat (və yaxud 6585 sutka) bundan qabaq – 4 may 2004-cü il tarixdə Ay tutulması baş verib. (Hesablamalarımız göstərir ki, hər 6585 gündən bir tutulma baş verir. Bu barədə ayrıca bəhs edəcəyik.) Qanlı Ay görünəndə nələr baş verir? Hələ ta qədimdən insanlarda sınaqdan çıxmış belə bir inanc mövcuddur ki, Qanlı Ay tutulmasından sonra: - xroniki xəstəliklər alovlanır; - yollarda qəzaların sayı artır (xüsusən gecə); - insanlar əsəbi olurr; - ruhi xəstə və balanssız insanların vəziyyəti pisləşir; - okeanda axınların olması səbəbindən bildiyimiz kimi Yerin maqnit sahəsi dəyişir və insan 71% sudan ibarət olduğu üçün kosmosun görünməz qüvvələrinə məruz qalır Və s Elmi-lədun hesablamalarımız göstərir ki, indiyədək baş verən Qanlı Ay tutulmaları Azərbaycanın ictimayi-siyası hadisələrinə təsirsiz ötüşməyib. Belə ki, 2003-cü ildə baş verən Qanlı Ay tutulmasından sonra Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. 2014-cü ildə baş verən Qanlı Ay tutulmasından sonra isə, Azərbaycan xalqında uzun illərdən sonra bir oyanış baş verdi və xalq ayağa qalxdı. Beləliklə də, dövlətdən böyük güzəştlər aldılar... Hesalamalarımız göstərir ki, bugünkü Qanlı Ay tutulması da Azərbaycanın ictimayi-siyasi həyatına təsirsiz ötüşməyəcək. Yəni, yaxın aylarda 2003-cü ildəkinə bənzər böyük hadisələr baş verəcəkdir (düzgünün Allah bilir). “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” Quran,“Süfrə” surəsi, 19-cu ayə. Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi Xəbər verildiyi kimi bu gün (12 may 2022) Çində göyərtəsində 122 sərnişin olan “A-319” sərnişin təyyarəsi qəzaya uğradı. Nəticədə təyyarə yandı və 40 nəfərdən çox insan yaralandı.
Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü baş verməyib, xüsusi BİR qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü Quran rəmzləri olan 114, 286 və 555 ədədləri altında baş verməsi onun Allahdan gələn bir xəbərdarlıq mesajı olduğunu sübut edir. Görünən odur ki, Yaradan bu cür qəzalarla bəşəriyyətin diqqətini Öz qanunlar toplusu olan Qurana yönəldir. Bunu aşağıdakı hesablamalardan görməK olur:
719 – 114 – 286 = 319 (!)
433 – 114 = 319 (!)
874 – 555 = 319 (!)
955 – 114 – 286 = 555
1110 – 555 = 555 Və s. Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Çində baş verən təyyarə qəzasından çıxan nəticə odur ki, Yerdə baş verən zülm və işgəncələr, nahaq qanlar, pozğun həyat tərzi.... artıq Yaradanın səbrini tükətmiş, beləliklə də zalım rəhbərlərə və yolazmış insanlara bəla göndərmək qərarına gəlmişdir. Bütün dövrlərdə (bizdən əvvəl yaşamış qövmlərdə) olduğu kimi, indi də Yerə gələcək böyük bəladan öncə xəbərdarlıq məqsədi ilə xırda bəlalar gəlir ki, bəlkə müəyyən qisim insanlar bu xəbərdarlıqlardan nəticə çıxarıb doğru yola dönsünlər və sağ qalsınlar. Bu gün Çində baş verən “A-319” qəzası da bu qəbildən olan xəbərdarlıqdır. Xəbərdarlığın (bütün bu qəbildən olan xəbərdarlıqların) təkrar-təkrar Azərbaycanla əlaqələnməsi də təsadüfü deyil. Əvvəllər dəfələrlə qeyd etdiyimiz kimi, əsrin 2-ci Qurban bayramından (22.o2.2oo2) etibarən Dünyanın Mənəviyyat Mərkəzi olmaq şərəfi Məkkədən alınaraq, Bakıya (Azərbaycana) verilib. Bu səbəbdən də bütün bəşəriyət buradan xəbərdar olunur və dünyanın harasına bir xəbərdarlıq gəlsə, o riyazi yolla Azərbaycanla əlaqələnir. Qurandakı bütün obrazların prototipləri hazırda aramızdadır Yeri gəlmişkən, 114 ədədində olan bir hikməti də açıqlayaq. Bildiyimiz kimi 114 ədədi həm də İNSANLAR surəsinin sıra nömrəsidir. Deməli bu ədəd Quran rəmzi olmaqla yanaşı, həm də İNSANLAR rəmzidir. Buradakı hikmət ondan ibarətdir ki, Quranda təsvir edilən bütün insanların – peyğəmbərlərin, fironların, nəmrudların, mömünlərin, kafirlərin, Dəccalın prototipləri bu gün aramızda yaşamaqdadırlar. Yəni, biz ətrafımıza açıq gözlə baxsaq peyğəmbərlərə, imamlara... bənzəyən (onların etdiyini edən) adamları da görə bilərik, firoona, Dəccala, onların tərəfdarlarına bənzəyən adamları da görə bilərik. O vaxt mömünlərə necə zülm olunubsa, bu gün haqqın istəyənlərə ondan qat-qat ağır formada zülmlər olunur. İndiyə qədər dünyaya gəlib-getmiş bütün zalımların (Fironun, Nəmrudun, Yezidin...) insanlara verdiyi zülmü, işgəncələri üst-üstə yığsaq, təkcə Tərtər hadisələrində günahsız hərbçilərimizə verilmiş işgəncənin bir epizoduna çatmaz (o ağlagəlməz işgəncələr haqda mətbuatda çox danışıldığından burada yazmıram. Həm də onları yazmağa mənim tərbiyəm imkan vermir). Təəccüblüdür ki, günahsız insanları ağlasığmaz işgəncələrlə öldürdüyünə görə həbs olunan cəlladları da heç iki il keçmədi ki, əff etdilər və onlar azadlıqdadırlar (ola bilsin haradasa fəaliyyətlərini davam etdirirlər). Bütün bunlara açıq gözlə baxsaq Dəccalın prototipinin də aramızda olduğuna əmin olarıq. Belə ağlasığmaz, bəşər tarixində heç kəsə verilməyən işgəncələrin azərbaycanlılara tətbiq edilməsinə əmri ancaq Dəccalın prototipi verə bilərdi (adım kimi əminəm ki, bu əmri Dəccalın özü verib!).... Elmi-lədun hesablamalarımız və bilgilərimiz onu göstərir ki, bu qədər zülmü və insanların ah-naləsini artıq Allah götürmür! Çox yaxın zamanda Yerə (özəlliklə də Azərbaycana) böyük bəlalar enəcək! Bu bəla əsasən Dəccalın prototipini (mənə görə özünü) və ona xidmət edənləri, eləcə də pərəstiş edənləri tutacaq! Odur ki, bu yazını (xəbərdarlığı) oxuyan, eşidən hər bir kəs ağlını başına yığsın, bizdən əvvəl yaşamış qövmlərin başına gələnlərə (Quranda onlara gələn dəhşətli bəlalar təsvir edilib) diqqət etsin. And olsun ki, bu gün günahsız insanlara verilən işgəncələr indiyədək heç kəsə verilmədiyi kimi, bu işgəncəni verənlərə (dəccala və onun nökərlərinə) də gələn bəla indiyədək heç kəsə (heç bir qövmə) gəlməmiş olacaq! Onlar bunu bilmiş olsalar indidən dizlərini yerə atıb işgəncə verdikləri xalqdan üzr istəyərdilər... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Paşa Yaqub - Elmi-lədun bilicisi "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5.
Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların şüuru, elmi artdıqca əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay təqvimini (355 gün) yaratdılar. Elm bir qədər də inkişaf etdikdən sonra Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi (365 gün) kəşf edildi. Odur ki, inamsız insanlar bu təqvimlərin insan beyninin (elminin, zəkasının) məhsulu olduğunu (Allaha aid olmadığını) iddia etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, hər iki təqvim insan ağlının məhsulu olsa da Allah Öz kodlaşdırılmış “möhür”ünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır! Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. 1. Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 (!) gündür. 2. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin ideoloji nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 (!) səhifəyə yerləşdirilib. XVIII əsrdən sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı. Buna baxmayaraq orjinal (əl ilə köçürülən) "Quran"lar 286 səhifə olduğundan bu ədəd müqəddəs kitabın kodu sayılır. (Haşiyə: əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, bütün Günəş, Ay tutulmaları, eləcə də Yerdə baş verən zəlzələ və qəzaların üzərində 286 ədədini görmək mümkündür. Başqa sözlə desək, bu ədəd Allahın kodlaşdırılmış “möhür”ü olaraq, Onun elmi ilə baş verən bütün hadisələrin üzərinə vurulmuşdur). 3. Bu İlahi “möhür” “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı: Qurban və Ramazan bayramları üzərinə də vurulub. Belə ki, iki dini bayram arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 (!) gündür! Burada: “Biz hər şeyi sayıb yazmışıq” (Quran, 78:29) ayəsi ayəsi yada düşür. 4. Araşdırmalarımız göstərir ki, Allah Öz kodlaşdırılmış “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Bütün bu və ya digər hesablamalar göstərir ki, alimlər tərəfindən tərtib edilən təqvimlər əslində Allahın elmi və iradəsi ilə yaradılmışdır. Bunu sübut etmək üçün Allah Öz kodlaşdırılmış “möhür”ünü hər iki təqvim üzərinə burmuşdur. 5. Yeri gəlmişkən, onu da qeyd edək ki, 286 ədədi həm də “Quran”ın “İnək” sursinin ayələrinin cəmidir. Artıq elm sübut edir ki, hər bir inəyin anatomik quruluşu 286 (!) sümüyün birləşməsindən yaranmışdır. Təqvimdən söz düşmüşkən, diqqətinizi daha bir məqama cəlb etmək istəyirəm. Təqvimlər astronomiya elmi əsasında yarandığı üçün, astronomik hadisələrin üzərində də Yaradanın “möhür”ünü (286) görmək mümkündür. Belə ki, bütün Günəş və Ay tutulmaları biri-biri ilə 286 ədədinin üç misli olan 858 ədədi ilə bağlanır. Yəni, hər tutulmanın 858-ci (286 + 286 + 286) günü yenidən tutulma baş verir (bax: aşağıdakı cədvəllərə). Buradan görünür ki, astronomik hadisələr əslində insanların diqqətini bəşəri dəyərlərə və bu dəyərlərin toplusu olan “Quran”a yönəltmək üçün kodlaşdırılmış mesajlardır. İnsan oğlunun elmi artdıqca, bu mesajları anlamağa başlayacaq. Anladıqca da, ya İlahi qanunauyğunluğa tabe olaraq, böhrandan xilas olacaq. 286 ayədən ibarət olan "İnək" surəsinin nömrəsi 2-dir. Bu da təsadüfi deyildir. Bunun hikməti odur ki, 21-ci əsrdə Quranda olan bütün obrazların (peyğəmbərlərin, fironların, Dəccalın....) prototipləri bu əsrdə 2-ci dəfə görünəcəkdir (artıq görünməkdədir). Bizdən əvvəl yaşamış qövmlərin başına gələn və Quranda təsvir edilən bütün hadisələr bu əsrdə görünəcəkdir (görünməkdədir). Hazırda Azərbaycan da daxil bir çox dövlətlərin rəhbərləri Dəccalın (Antixristin) prototipləridir. Elmi-lədun hesablamalarımıza görə yaxın vaxtlarda (114 gündən az vaxtda) 111-ci surənin 1-ci ayəsində ki hökm onlara da şamil olunacaq. Yəni, Dəccalın müasir prototipləri tezliklə Əbu-Ləhəbin aqibətini yaşayacaqlar (bax:111:1). Yeri gəlmişkən, bayramlarınız mübarək, canınız sağlam, süfrələriniz ruzili-bərəkətli olsun! Amin. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |