”Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18. Xəbər verildiyi kimi, bu gün 14 oktyabr 2023-cü il tarixində Günəş tutulması baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, bu tutulmalar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Burada diqqət çəkən məqamlardan biri tutulmanın Saros dövrünə uyğun – 6585 gün fərqlə baş verməsidir ki, bu da bir astronomik dövrdür. Hansı ki, Astronomiya elmində ona “Saros dövrü” deyilir (bu dövr haqqında əvvəlki yazılarımızda bəhs etmişik). Tərtib etdiyimiz və astronomiya elmində yenilik olan aşağıdakı cədvəldə bunu aydın görmək olur: (Bax: 6585 gün fərqlə baş verən Günəş tutulmalarının cədvəlinə:) Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri də astronomik hadisənin 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür. Məsələn, bugünkü tutulma Rəbiül-əvvəl ayının 29-na təsadüf edir. Bu astronomik hadisələrin bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Bugünkü tutulmanın da 29 ədədi altında baş verməsi Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmışlar. Yəni, 69-dan dövlətlər mafiyalaşmağa başladı. Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Yuxarıda qeyd etdik ki, 29 ədədi Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun hesablamalarımıza görə elm əsri olan 21-ci əsr başlayandan bəri bəşəriyyət kamillik dövrünə doğru irəliləməyə başlayıb. Bu özünü onunla büruzə verir ki, artıq cəmiyyətdə kamillik mərhələsində olan insanlar görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə İlahi mesajlar ötürürlər... Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas gətirən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiniz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...). Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslamı gözdən salmaqla məşğuldurlar... Bugünkü Günəş tutulması oktyabrın 14-də baş versə də, Yerdəki saat fərqini nəzərə alsaq bu tarixin ilin 286-cı günü olduğunu görərik. Bu ədəd orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayıdır. Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, başqa tutulmalar kimi, bu tutulma da 286 ədədinin üç misli olan 858 ədədi ilə təkrarlanır. Bunu aşağıdakı cədvəldən aydın görmək olur. (Bax: 858 ədədi ilə təkrarlanan Günəş tutulmasının cədvəlinə) Bu və digər hesablamalarımız göstərir ki, bugünkü Günəş tutulması bəşəriyyətə ötürülmüş astronomik mesajlardır və insanların diqqətini Qurana (Allahın buyurduqlarına) yönəltmək məqsədi daşıyır. Hazırda Yerə enən bəlalardan (lokal qiyamətlərdən) sığortalanmaq üçün Allahın kitabda buyurduğu tövsiyyələrə əməl etməli, bütün pis əməllərdən, o cümlədən xalqa zülm etməkdən əl çəkilməlidir. Əks halda yaxınlarda gözlənilən böyük bəladan qurtumaq mümkünsüz olacaqdır.
Bugünkü Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, indiki şeytani dövr (dəccalizm) yaxın aylarda bitəcək; dövlət adına qurulmuş bütün mafiya və monopoliyalar dağılacaq; onları yaradanlar isə, ciddi cəzalanacaqlar... Qüdrət Allaha məxsusdur! Paşa Yaqub, Həkim, elmi-lədun bilicisi
0 Comments
Yazıçı, elmi-lədun bilicisi, dotor Paşa Yaqubun 'Mənə inanmayan aya baxsın' başlıqlı məqaləsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Oxucuların suallarına həkim özünəməxsus tərzdə maraqlı caavablar verib. pashayaqub.weebly.com saytı olaraq, oxucularla müəllif arasında baş tutan dialoqun bir qismini izləyicilərimizə təqdim edirik.
Mehri Can: - Ruhunuza sağlıq, Paşa bəy! Bu məqaləni ayaq üstdə, bir nəfəsə oxudum, bir sözünü belə ötürmədən. Sizin verdiyiniz bilgiləri daha öncə heç bir kəsdən almamışdım. Hərdən mənə elə gəlir ki, o Xilaskar elə Siz özünüzsüz. Təbii ki, doğrusunu Allah bilər. Amma yenə də əminəm ki, bütün əməli saleh insanlar nə zamansa bir amal ətrafında, bir insanın yardımıyla birləşəcək. Keşkə o zamanı görmək mənə də nəsib olardı, bir günlük də olsa. Çünki bu günə qədər satanistlərin, yəni, Şeytana qulluq edənlərin qələbəsini gördükcə həmişə hər şeyə inamımı itirmişəm. Amma yenilməmişəm. Hətta Allaha asi düşdüyüm anlar da az olmayıb. Bəzən onun varlığına belə şübhəylə yanaşmışam. Amma bu mənə hər şeyə rəğmən yaxşı insan olmağa mane olmayıb. Allahıma minlərcə dəfə şükür olsun ki, məni belə yaradıb. Yoxsa mən özümü sevməzdim. Dr. Paşa Yaqub: - Mehri Can xanım, H. Cavidin bir gözəl kəlamı var: Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü. Yer üzündə cərəyan edən bu zülmləri, qanları, haqsızlıqları... kim dayandırsa Xilaskar (Pangeyist) da odur. Elmi-ləduna görə hər kəs Xilaskar ola bilər və bu yolda çalışmalı, Allahı çağırıb, hərəkətə keçməlidir. Əgər elmi, imanı və əxlaqı yerində olsa Allahın köməyi ilə həmin adam bəşəriyyəti xilas edə bilər. Bir şərtlə ki, apardığı təbliğata özü nümunə olsun. Yəni, dediklərinə birinci özü əməl etsin. Həmin adam bəşəriyyətin xilasına tam nail ola bilməsə belə, ən azından elindən, obasından onu eşidənlərə təsir etməklə, bir qrup adamı da olsa xilas edər və həmin el oba üçun Xilaskar olar. Bəşər tarixinə nəzər salsaq, Nuhun, Lutun, Salehin xilas etdiklərini saysaq görərik ki, onlar da hər biri az sayda (bir kəndin adamından da az) kiçik bir qrupu xilas edərək, ondan qazandıqları savab sayəsində Peyğəmbər (Xilaskar) olublar. İndiki dövrdə də hər bir şəxs insanları bu fəlakətlərdən xilas etmək uğrunda yuxarıda dediyim qaydada (elmlə, imanla, əxlaqla, dürüstlüklə) mübarizəyə girişərsə, nə qədər insanın həyatını xilas edə bilsə, o insanlar üçün Xilaskar olacaq və uca məqama yüksələcək. Ola da bilər ki, bütün bəşəriyyəti bir nəfər təkbaşına xilas etməsin, bir neçə nəfər bu prosesdə iştirak etsin. Onlar hər biri (öz təbliğatları ilə) xilas etdikləri adamlar üçün Xilaskar (Peyğəmbər) sayılacaqlar və Allah dərgahında uca məqama yüksələcəklər... Ola da bilər ki, bu istiqamətdə çaba göstərən tək bir nəfər olsun (Allahdan başqa ona kömək edən olmasın), və həmin adam xilas etdiklərinin Xilaskarı (Peyğəmbəri) sayılsın.... Bütün hallarda insan özünü o vaxt Xilaskar sayar ki (yaxud insanlar onu o vaxt Xilaskar kimi qəbul edərlər ki), o adam faktiki kimlərisə xilas etmiş olsun. Yəni, bu gün dünyada gedən lokal qiyamətlər başa çatmış olsun ki, görək sonda nə qədər adam qalır (xilas olur) və onlar kimin sözünə, məsləhətinə, təbliğatına inanıb əməl edərək xilas oldular. Hər bir işə nəticəsinə görə qiymət verirlər. Arxı tullanmamış Bərəkallah demək düzgün deyil.... Nəticə ortada yox ikən kiminsə özünə Xilaskar deməsi yüngüllük sayılar... Onu da qeyd edim ki, sonda Xilaskar kimi o adam qəbul ediləcək ki, o, göydən kiminsə gəlişini gözləmədən (heç kəs gələsi də deyil!!!), özü insanları tövbə etməyə, Qurana əməl etməyə, əxlaqlı, dürüst, halal olmağa dəvət edəcək və özû nümunə olacaq... Bəşəriyyətin çox hissəsi (bildiyim qədər 71 faiz) öyüd nəsihətə qapalı olduğundan, tamam pozulduqlarından onun təbliğatına əhəmiyyət verməyib, lağ edəcəklər. Az hissə (bildiyim qədər 29 faiz) isə, tam pozulmadıqlarından, qəlblərində Allaha məhəbbət hissi olduğundan həmin adamın təbliğatını qəbul edib, tövbə edəcəklər və gələn bəlalar onları tutmayacaq... Nəhayət, hazırda dünyada gedən mikroqiyamət (hər gün bir neçə şəhərin dağılması) prosesləri başa çatanda (yaxın aylarda) həmin o dediyim az hissə sağ qalacaq. Sağ qalanlar görəcəklər ki, tövbə etməyənlər həqiqətən də qırıldılar, tövbə edənlər sağ qaldılar. Həmin sağ qalanlar kimin məsləhəti ilə tövbə etmişdilərsə onu Xilaskar kimi qəbul edəcəklər. Allah da onun dərəcəsin artıracaq və peyğəmbərlərə yoldaş edəcək... Ondan sonra bəşəriyyətin kamillik (pangeyizm) dövrü başlayacaq ki, keçmiş kahinlər bu dövrü “Qızılçağ” dövrü kimi dəyərləndiriblər və öz kəhanətlərində xəbər veriblər. Onların yazdıqları dövr artıq çatıb və İnşallah bir neçə aya biz o dövrə qədəm qoyacağıq. Allah hamımıza xilas olmaq və xilaskarlıq nəsib eləsin. Amin. Söz ardı: Rəbbim Quranda həmin pozulmuş çoxluqdan bəhs edərək, belə buyurur: "Bunlar hara, öyüd nəsihət qəbul etmək hara?" (44:13) Ellada Məmmədli: - Yazınızı oxudum , bu ifadələr mənə məkanı cənnətlik Əbülfəz Elçibəyi xatırlatdı. O, hər zaman deyirdi ki, Milli Hərəkata qoşulanlar Allah tərəfindən seçilmişlərdir. Elə çıxır ki , şər qüvvələrlə mübarizəyə rəhbər lider də Tanrı tərəfindən göndərilmiş və xalq tərəfindən qəbul edilmiş şəxs olacaqdır. Mənə görə proseslərin inkişafı ləngiyir , şər qüvvələr dünyanı zəbt etmiş , insanların məhvi üçün yeni ixtiralar axtarışındadır. Paşa Yaqub: -Ellada Memmedli xanım, vəziyyətin bu cür olmasında insanların da günahı vardır. Çünki, sizin “məzlum” kimi tanıdığınız adamların heç də hamısı günahsız deyildir. Onlar da kiməsə pislik etməklə, zina etməklə, Allahın qoyduğu yolla getməməklə... günaha batıblar. Nəticədə Allah onlara qəzəbini zalım, xeyirsiz, ağılsız... rəhbər qismət etməklə bildirir. Deyir siz buna layiqsiniz. İnsanlar zalım rəhbərdən qurtulmaq üçün ilk növbədə günahlarına görə tövbə etməli, haqqa qarşı (özəlliklə də Elçi Bəyə qarşı) üsyan etdiklərinə, söyüb təhqir etdiklərinə görə Allahdan üzr diləməlidirlər (Bəyi ən çox söyən indi "məzlum" görkəmində olanlar idi). Onu da deyim ki, bu "məzlum"ların elə birini tapmaq olmaz ki, onlar zalımın başa keçməsinə səs verməsin, yaxud, hansısa formada dəstək olmasın. Beləliklə də zalımların 30 ildə törətdikləri bütün günahlara, oğurluqlara, günahsız qətllərə... həmin bu və ya digər formada (doxsanlarda) dəstək olmuş adamlar (“məzlumlar”) da şərikdirlər. Bu günahı üstlərindən atmadan (bunlara görə tövbə etmədən) zülmdən xilas olmaq mümkünsüzdür. Hər bir insan günahına görə cəza çəkdiyi kimi, xalq olaraq biz bugünkü zülmü (cəzanı) haqq etmişik. Əffimiz Allahın əlindədir. Xalq nə vaxt əfv dilədi Allah əfv etmədi? Belə etsələr Allah onları bağışlayar və xeyirli (ayağı uğurlu) bir rəhbər qismət edər.... Bütün bunlara görə otuz ildir aparılan siyasi mübarizələr heç bir nəticə vermir, əksinə, ən güclü və savadlı siyasətçilər bizdə olduğu halda, digər ölkələrdən müqayisə olunmaz dərəcədə geridə qalmışıq. Mənə görə bizdə vəziyyət hətta Şimali koreyadan da qat-qat aşağıdır (orada qanunlar nə qədər sərt olsa da (şirin qabağına atmaq və s), bu qanunlar prezidentin ailə üzvlərinə də şamil olunur. Yəni, orada hamı qanun qarşısında bərabərdir. Bizdə isə, qanun ancaq kasıblar üçündür). Elmi-ləduna görə Azərbaycandakı bu vəziyyətin həlli siyasi deyil, mənəvidir. Bu səbəbdən son illərdə heç bir siyasi yazı yazmıram. Ancaq mənəvi mövzuda yazıram ki, bəlkə bir hissə günahlarını dərk edib tövbə edər, Allah bu zalımları başımızdan götürər... Bildiyim qədər insanlar tövbə etdi etmədi yaxın aylarda Dəccalizm bitəcək və zalım rəhbərlərlə bərabər, ona xidmət etmiş (buna görə tövbə etməmiş) bütün insanlar (əhalinin böyük əksəriyyəti) cəzasını alıb, layiq olduqları yerə gedəcəklər. Azərbaycan yaxın aylarda düzələcək, amma, Hatayvari. Hatay “düzələn” kimi - düm-düz. Azərbaycandakı siyasi liderlərin səhvi odur ki, onlar iqtidarı tənqid etməkdə cəsarət göstərsələr də xalqın nöqsanlarını özlərinə açıq deməyə cəsarətləri çatmır. Halbuki, xalqın günahlarını üst-üstə yığsan, prezidentin günahından milyon qat çox olar və zalım rəhbəri də postunda bu günahlar saxlayır. Siyasətçilərin birtərəfli tənqidi ona bənzəyir ki, valideyn görür həyətdə öz uşağı ilə qonşu uşağı dalaşır; yaxınlaşıb qonşu uşağını tənbeh edir, amma, öz uşağına bir kəlmə söz demir.... Müxalifət liderləri də xalqın günahlarını, nöqsanlarını özlərinə izah edib, o günahlardan xalqı çəkindirməyə çalışmırlar (burada Avropa faktoru, falan da var). Bu səbəbdən mübarizələri effekt vermir. Mənim yazılarıma diqqət etsəniz görərsiniz ki, bütün məqalələrimdə zalım rəhbərləri tənqid etməklə yanaşı, xalqın çox hissəsinin də yolazmış, pozğun olduğunu nəzərlərinə çatdırıram və tövbə edərək, özlərinə çəki-düzən verməyə çağırıram. Xalqın çox hissəsinin pozğun olduğunu görmək üçün uzaq getməyə ehtiyac yoxdur, elə pəncərədən küçəyə boylanmağınız kifayətdir, görəsiz ki, yoldan keçən qadınların çoxunun göbəyi və digər intim yerləri çöldədir... Pozğunun rəhbəri də pozğun olmalıdır, mömün olmalı deyil ki?! Pozğun rəhbərin də işi xalqın sərvətini talamaq, insanları şərləyib tutdurmaq, ölkəni fahişəxanaya çevirmək olmalıdır, durub sizə uşaqpulu, yüksək maaş, pensiya verəsi deyil ki?! Ağıllı, qədirbilən, halal rəhbər istəyirsinizsə ilk növbədə buna layiq olmalısınız. Yəni, pozğun həyat tərzinə son qoyub, halal, dürüst adam kimi yaşamağa qərar verməlisiniz. Onda Allah sizə adam oğlu adamı rəhbər qismət edəcək! Ona qədər zülm altında əziləcəksiniz! “Biz hər şeyi sayıb yazmışıq”. (Quran) Xəbər verildiyi kimi, 6 oktyabr 2023-cü il tarixdə Masallı bazarında böyük yanğın hadisəsi baş verdi. Nəticədə yaralananlar və zəhərlənənlər olmaqla, insanlara böyük miqdarda maddi ziyan dəydi. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və Allahdan gələn növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Hadisənin Bərdə bazarının yanmasının 114-cü (!) günü baş verməsi onun Allahın elminə (kitabına) bağlandığını və İlahi xəbərdarlq olduğunu təsdiq edən əlamətlərdəndir. 2) Xatırladaq ki, avqustun 23-də Masallıda baş verən 5 bal zəlzələ əhali arasında təşviş və həyəcan yaratdı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bazr yananda həmin zəlzəlnin 44-cü (!) günü idi. Bildiyimiz kimi, 44 ədədi Masallının seriyası olmaqla, rayonun rəmzi sayılır. 3) Hesablamalarımız göstərir ki, bu hadisə riyazi yolla Sədərək bazarındakı (8 yanvar) yanğına da bağlanır. Belə ki, bu iki analoji hadisə arasında 272 gün fərq vardır ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də Masallının rəmzi olan 44 ədədi alınır və hadisənin İlahdan xəbərdarlıq mesajı olması barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edər: 272 – 114 – 114 = 44 4) Yadınıza salaq ki, keçən ilin 4 sentyabrında Lənkəranda səkkiz nəfərin ölməsi, bir o qədər də insanın yaralanması ilə nəticələnən avtobus qəzası baş verdi. Maraqlıdır ki, Masallı bazarı yananda həmin avtobus qəzasının 400-cü günü idi. Bundan orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də surələrin sayı alınır və hər iki hadsiənin Allahdan xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edir 400 – 286 = 114 NƏTİCƏ: bu və digər hesablamalarımız göstərir ki, Masallı bzarında baş verən yanğın hadisəsi yolun azmış xalqımıza və onun zülm etməkdə hddi aşan rəhbərlərinə Allahdan xəbərdarlıqdır ki, tövbə edib, yolunuza qayıdın, pozğun həyat tərzindən və biri-birinizə zülm etməkdən, şərləyib həbsə saldırmaqdan, xalqın sərvətləərini talamaqdan və digər saysız-hesabsız günahlarınızdan əl çəkin. Əks halda yaxın zamanda gələcək çox böyük miqyaslı, ağlagəlməz bəlalardan canınızı qurtara bilməyəcəksiniz! Allahı aciz bilməyin! “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (rəğbət bəsləyirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz (haqqı dediyiniz) üçün onlar sizi yurdunuzdan çıxardırdılar (mühacirət etməyə məcbur edirlər). Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa zalıma rəğbət bəsləməyin. Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!” Quran, 60:1 Xəbərdarlığı şərh etdi: Paşa Yaqub həkim, elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |