ELMİ-LƏDUN NƏDİR VƏ BU ELM NƏYƏ QADİRDİR?
Son vaxtlar moderator.az saytında tədqiqatçı-yazıçı Paşa Yaqubun imzasıyla elmi-lədun adlandırdığı silsilsilə yazılar getməkdədir. Yazıçı bu elmlə bir çox sirli hadisələrin – təyyarə, metro, enerji qəzalarının, həmçinin, ayın əvvəlində Bakıda baş verən sirli uğultunun, Qız qalasının sirrinin və sair sirlərin üstünü açmışdır. Oxucularımız saytımıza çoxsaylı suallar ünvanlayırlar ki, elmi-lədun nədir və bu elm necə qazanılır, nəyə qadirdir? Biz də öz növbəmizdə sualı Paşa Yaqubun özünə ünvanladıq: -Elmi-lədun barədə tarixi mənbəlrdə nə deyilir? -Elm zahiri və batini olmaqla, iki qrupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrəniləz. Buna elmi-lədun deyilir. “Ladun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər Allah dostları bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur. “Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” – buyrulmuşdur. Allah-təalanı qəlb və ruhla tanıyıb bilməyə mərifətullah deyilir. Məhəmməd Məsum bu dünyada ən qiymətli şeyin mərifətullaha qovuşmaq olduğunu bildirmiş; İmam Rəbbani isə, qəlbində xardal dənəsi boyda dünya məhəbbəti bulunan kimsənin mərifətullaha qovuşmayacağını ifadə etmişdir. Şəhabəddin Şührəverdi: “Elmi-batin (elmi-lədun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəlilərin və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” – demişdir. Peyğəmbərimiz buyurmuşdur: “Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər.” Elmi-lədun barəsində Quranın bir ayəsində belə buyrulur: «Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» Quran, 12:68 -ELMİ-LƏDUN NƏYƏ QADİRDİR? YƏNİ, BU ELMLƏ NƏ ETMƏK MÜMKÜNDÜR? -Elmi-lədunla bütün sirli hadisələrin və xəstəliklərin üzərindən sirr pərdəsini qaldırmaq, hadisənin mahiyyətini açıb, ondan xilas (qorunmaq) yollarını təyin etmək mümkündür. Məsələn, elə olur ki, texniki baxışdan keçərək havaya qalxan təyyarə havada olarkən hər iki motoru eyni vaxtda müəmmalı şəkildə sönür və qəzaya uğrayır. Bu, sirli, müəmmalı hadisədir. Normalda motor sönməməlidir. Sönürsə, heç olmasa, ikinci motor işləməlidir. Son dövrlər təyyarələrdə iki motorun birdən sönməsi hallarına te-tez rast gəlinir. Bu cür hallarda təyyarənin üzərindəki marka bir qayda olaraq Ay tutulmasından keçən günlərin sayını göstərir. Məsələn, bu gün “Boeinq 737” müəmmalı şəkildə qəzaya uğrayıbsa, onun sirrini açmaq üçün kalendar üzərində 737 gün geriyə sayırıq, görürük həmin tarixdə Ay tutulubmuş. Yaxud, Bakıdakı metro qəzalarının monitorinqi göstərir ki, bu qəzalar hər 114 gündən bir baş verir. Bu barədə kitablarımda və moderator.az saytında çoxlu faktlar sadaladığımdan, burada təkrarçılığa yol vermək istəmirəm. -MƏQALƏLƏRİNİZİN BİRİNDƏ ELMİ-LƏDUNLA PARALEL ALƏMƏ ÇIXMAĞIN MÜMKÜNLÜYÜNÜ DƏ QEYD ETMİŞDİNİZ... -Bəli, sifətdə üç nöqtə vardır ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə barmaqların fəzada vəziyyəti “WWW” formasını alır və insanın bəsirət gzü açılaraq, paralel aləmdəki nuru, və bu aləmin gözəlliyini, mələklərin nurunu ziyarət edə bilir... İnternetdə informasiya ötürmək üçün istifadə edilən “@” işarəsi isə, insanın mədəsinə işarədir (mədənin bənzəridir). Elmi-lədunla mədənin üzərində olan nöqtələri basmaqla insan öz enerjisini istənilən istiqamətə ünvanlaya bilir. -BU VAXT NƏ BAŞ VERİR? -Bu vaxt insandan ayrılan enerji öz gücünə görə Allahın enerjisinə yaxın, bəlkə də bərabər olur. Çünki, həmin vaxt insan öz gücünü Allahın gücü, enerjisi ilə birləşdirir. Mədənin üzərindəki nöqtədən cəmi bir dəfə istifadə edilib – 1999-cu ilin dekabrında, bu nöqtələrin yerini mənə öyrədən Hacı Xalid istifadə edib. Onda da enerjinin ünvanı Yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyası olub. Həmin vaxt stansiyanın işi bir dəqiqəlik dayandığından, Yerdəki bütün transliyasiyalar, rabitə və internet də bir dəqiqəlik kəsildi. -BUNU YENİDƏN ETMƏK MÜMKÜNDÜRMÜ? -Bu ancaq Allah-təalanın izni ilə edilə bilər. Yalnız O icazə versə edilə bilər. Bir dəfə etməyə icazə verdi ki, həqqi-yəqinlik hasil olsun insan nəyə qadir olduğunu, Allahdan sonra ikinci qüdrətli varlıq olduğunu bilsin! Enerjinin ünvanı ona görə Sputnik seçildi ki, bütün dünya bilsin ki, Azərbaycanda elmi-ladun sahibləri var və bu elm nəyə qadirdir. Həmin gün dünyanın bütün KİV-ləri tərəfindən xəbəri yayımlanan bu hadisə Yer sakinlərinə Allah tərəfindən bir mesaj idi ki, silahlarının gücünə çox güvənməsinlər. Allahın elmi istənilən vaxt həmin silahları susdurmağa, enerjini kəsməyə qadirdir...
0 Comments
XII əsrdə tanınmış memar Məsud Davud oglu tərəfindən tikilən və Bakının simvoluna çevrilən Qız qalası özündə bir çox sirləri gizlətməkdədir. O sirləri tədqiqatçılar və memarlar zaman-zaman açmağa çalışsalar da hələ də qala özündə sonsuz sayda sirr saxlayır. Tədqiqatçı-yazıçı Paşa Yaqub da öz növbəsində bu sirlərdən bir neçəsinə aydınlıq gətirir. Tədqiqatçı bu barədə fikirlərini Moderator.az saytı ilə bölüşür: - Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Bu faktı Quran prizmasından işıqlandırsaq: 23 - "Möminlər" surəsinin; 32 - "Səcdə" surəsinin sıra nömrələridir. Elə isə: 23 + 32 = 55 Bildiyimiz kimi, 55 ədədi "Rəhimli Allah" surəsinin sıra nömrəsi olmaqla, Allaha işarədir. 32 - 23 = 9 Bildiyimiz kimi, 9 rəqəmi "Tövbə" surəsinin nömrəsi olmaqla, Quranda tövbə rəmzi sayılır. Qeyd edim ki, qala özü də "9" formasında olmaqla, "Tövbə" surəsinin simvoludur. Bütün bunları nəzərə alsaq görərik ki, Qız qalasının bizlərə ötürdüyü kodlaşdırılmış mesaj belədir: "Möminlər tövbə edərək yalnız Allah qarşısında səcdə etməlidirlər". Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159+951 = 1110 258+852 = 1110 357+753 = 1110 456+654 = 1110 1110 ədədi isə, 555 ədədinin iki mislidir. Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər. Maraqlıdır ki, 555 ədədi həm də Quranın özəyini təşkil edir. Belə ki, Quranın 114 surədən ibarət olmasının sirri də məhz 555 ədədinə bağlanır! Bunu aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 (!) ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən (əksliklərin vəhdəti və mübarizəsi) ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir. Düsturdakı ədədləri necə tapmağım barədə çox suallar verirlər. Nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail əleyhissəlam tərəfindən Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy yolu ilə nazil olub, və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək, bu düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan. ...Və mən səhər onlara qonaq getdim (birinci dəfəydi gedirdim). Bu düsturlardakı rəqəmlər mənə çatanda mürəkkəb və izahsız formada idi. Özüm başa düşsəm də, başqalarına çatdırmaq üçün onların anlaya biləcəyi dildə sadə izah olunmalıydı... Oxucuların nəzərinə bir məqamı da çatdırım ki, Quranın mahiyyətini açan bu düstur, həm də kainatın idarəolunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur. Odur ki, bu düstur ladun elminin fundamenti sayılır. "Biz hər şeyi sayıb yazmışıq" Quran, 78: 29. Həm Quran üzərindəki hesablamalarımız, həm də sirli, möcüzəli Qız qalasında apardığımız araşdırmalar göstərir ki, yaxın zamanda Azərbaycanda yaşayan əhali tövbə edib günahlardan çəkinməklə, bəşəriyyətə nümunə olacaqlar İnşallah. Qeyd: yazının hazırlanmasında göstərdiyi köməkliyə görə tədqiqatçı Qalib Quliyevə təşəkkürümü bildirirəm. "Növbəti xilaskar sayca 13-cü İmam olacaq..."
Dünən moderator.az saytında yayımlanan “İran camaatı oturub gözləməlidir ki, İmam Mehdi nə vaxt zühur edəcək?” başlıqlı müsahibəmdən sonra ünvanıma gələn sualların ardı-arası kəsilmir (bax: http://www.moderator.az/news/133166.html). Düzü indiyədək İmam Mehdi barədə yazmamışdım, bu mövzuya münasibət bildirməmişdim. Bu da onunla əlaqədardır ki, mənim bu mövzuda bildiyim müəyyən sirlər var ki, o sirlərin açılmasından həmişə ehtiyyat etmişəm. Çünki, bu mübahisəli mövzudur, fikir bildirəndə mütləq istər-istəməz kiminləsə mübahisə etməli olursan. Odur ki, mövzudan həmişə kənar qaçmağa çalışmışam. Amma, dünən İran mollasının fikirlərini oxuyanda özümü saxlaya bilmədim... Təssüf ki, yenə də mübahisəli fikirlərlə qarşılaşdım və cavab vermək məcburiyyətindəyəm. İlk öncə onu deyim ki, 12 imam və peyğəmbərlər, Allah dostları haqdır, inkar olunmazdır. Bir məsələni də diqqətinizə çatdırım ki, bütün peyğəmbərlər öz dövrlərinin imamı olduqları kimi, bütün imamlar (12 imam) da öz dövrlərinin peyğəmbərləri olublar və yaşadıqları dövrdə insanları hidayət ediblər, Allahın vermiş olduğu elmlə insanları doğru yola yönəldiblər. İmamlar əslində peyğəmbərlərin missiyalarını davam etdiriblər və cənnətdəki məqamları da peyğəmbərlərlə eyni mərtəbədədir. Rəbbim Quran-Kərimdə buyurur ki, saysız-hesabsız peyğəmbərlər gəlib-getmişlər, onların bəzilərinin (iyirimi səkkiz peyğəmbərin) həyatlarından Quranda bəhs etdik, qalanlarını da o dünyada olanda tanıyacaqsınız. Həmçinin, qeyd olunur ki, hər bir peyğəmbərin, Allah dostlarının, möminlərin özlərinin dərəcəsi var, onları siz bilmərsinz, Allah bilər (necə ki, hərbiçilərin, elm sahəsində çalışanların... hamısının özünəməxsus dərəcələri var). İmamların dərəcələri Quranda adı keçən bir çox peyğəmbərlərin (Lut (ə), Loğman (ə), Yəhya (ə), Yusif (ə) və s.) dərəcəsindən heç də aşağı sayılmaz, bəlkə də bəzilərindən (Məhəmməd salavatullahdan başqa) daha yüksək ola bilər (doğrusunu Allah bilər). Məhəmməd əleyhissəlamın: “Məndən sonra ümmətim arasından elə şəxslər çıxacaq ki, onlara hətta peyğəmbərlər və şəhidlər də qibtə edəcəklər” kəlamı da fikrimizi bir daha təsdiq edir. Araşdırmalarımız göstərir ki, Fəxri-kainat Peyğəmbərimizdən sonra peyğəmbərlik dərəcəsinə çatan bir çox şəxslər (imamlar, Allah dostları) olsa da, onlar bu Həzrətə hörmət əlaməti olaraq (və təvazökarlıq edərək) heç vaxt dərəcələrini bildirməmişlər. Əksinə, həmişə bunu gizli saxlamağa çalışmışlar. O da məlumdur ki, peyğəmbərləri, imamları, bir sözlə, Allah dostlarını başqalarından fərqləndirən ancaq və ancaq elmləri, imanları və ixlasları (Allahdan qorxmaları) olmuşdur. Onlar Allahın bəxş etdiyi (batini) elm sayəsində öz dövrlərinin ən savadlı adamları olmuşlar. Bu barədə Allah-təala belə buyurur: “Şübhəsiz ki, Yaqub onu öyrətdiyimiz (elm verdiyimiz) üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti Allahın seçdiyi şəxslərə elm verməsini bilməz”. Quran, “Yusif” surəsi, 68-ci ayə. O ki, qaldı zühur məsələsinə, bir məqamı qeyd edim ki, imamlar hamısı yaşadıqları dövrdə peyğəmbərlərin missiyasını davam etdiriblər. Həyatda yaşayış davam etdiyindən, imamların davam etdirdiyi missiyanın bu gün davam etməsinə zərurət vardır. Belə ki, hazırda Yerdə xeyirlə şər arasında tarazlıq pozulmuş, cahiliyyat, mənəvi pozğunluq, insanların vəhşiləşərək günahsız bəndələrin başlarını kəsməsi... görünməmiş, indiyədək heç olmamış kimi bir səviyyəyə çatmışdır. Qurandan və tarixi mənbələrdən məlumdur ki, Yerdə belə hallar tüğyan edəndə Allah insanlara bəla (zəlzələ, qasırğa, daşqın və s.) göndərir, Yeri belə yaramazlıqlardan təmizləyir. Bəla göndərməzdən öncə isə, Allah mütləq bir qulu vasitəsi ilə insanlara xəbərdarlıq göndərir: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!” “Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına Allaha itaət etməyi, zülm etməməyi əmr edərik. Lakin onlar bu çağırışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16-17. Adətən Allah-təala insanlar arasından xəbər göndərmək üçün seçdiyi şəxsə başqalarında olmayan bir elm bəxş edir. Yəni, o şəxs özündən əvvəlkilər kimi, ancaq elmi, imanı və ixlası ilə başqalarından fərqlənir ki, bunu da hər kəs görüb dəyərləndirə bilmir... Xəbərdarlıqdan söz düşmüşkən, xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin (21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd elm və kamillik rəmzi sayılır) 2-ci Qur(b)an bayramı günü (22. o2. 2oo2.) elmi-lədun hesablamalarla mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qur(b)an bayramına da şamil olunur! Belə ki, bu üç ayədə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” (bax: “Tövbə” surəsinin ilk üç ayəsinə). Qurban bayramı üç gün olduğundan, verilmiş dörd aylıq möhlətin 22-24 iyunda bitəcəyini hesabladım. Bu barədə açıq məktub yazıb, o vaxtkı dövlət başçısına və mətbuat orqanlarına göndərdim (bax: “Hürriyyət” qəzetinin 5 iyun 2002-ci il tarixli sayına). Nəhayət, dörd ayın tamamında - 22 (!) iyunda İranın Azərbaycanlılar yaşayan bölgəsində baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin gün bir çox yaşayış məntəqələri yer üzündən silindi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimdə və kitablarımda riyazi hesablamalarla sübut etmişəm (bax: müəllifin kitablarına və məqalələrinə). 22 iyunla (2oo2) bağlı verdiyim xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə riyazi dəlil gətirim: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri ”“ müvafiq olaraq: - 14 dekabr 2001-ci il; - 4 dekabr 2002-ci il; - 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutulub. Həmçinin, 22 iyun 2oo2-ci il tarixinin 286-cı günü ”“ 3 aprel 2003-cü ildə Günəş tutulub (orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi barədə əvvəlki yazılarımda şərh vermişəm). Onu da əlavə edim ki, 2-ci Qur(b)an bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün ”“ 24 iyunda Ay tutulması baş verdi. Bu və digər faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını sübut edir. Yuxarıda qeyd etdiyim kimi, 22 iyun 2002-ci il tarixdən etibarən dünyanın günahkarlardan təmizlənməsinə start verilib və bu tarixdən etibarən, dünyada baş verən bütün böyük fəlakətlər biri-biri ilə və 22 iyunla riyazi şəkildə əlaqələnir. Bu əlaqələri sübut edən hadisələri kitablarımdan və məqalələrimdən oxuya bilərsiniz. Oxucuda bir sual da yaranacaq ki, başqa surələrdən fərqli olaraq, haqqında bəhs etdiyim 9-cu (“Tövbə”) surə niyə “Bismillah”sız başlayır? Səbəbi budur ki, 9-cu surə 22-ci (“Həcc”) surənin davamıdır! Sözümün sübutu üçün deyim ki, 9-cu surənin yuxarıda qeyd etdiyim ilk üç ayəsini oxuduqda görürük ki, bu gün Qurban bayramı - HƏCC günü olduğu qeyd olunub və doğru yolda olmadıqları insanların nəzərinə çatdırılır. Həmçinin, insanlara TÖVBƏ etmək tövsiyyə edilir (necə ki, Həccdə tövbə edilməlidir). Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Necə ki, fizikada 22o gəlib cihazın daxilində 9-a çevrilir (bu barədə növbəti məqalədə). Elə isə: 22 - 9 = 13 Bu düsturun üzərinə təsadüfən gəlib çıxmadıq. Məsələ burasındadır ki, Allahın elm verərək xəbərdaredici (carçı) kimi seçdiyi şəxs əslində 12-ci deyil, sayca 13-cü imamdır. Belə ki, bütün peyğəmbərlər və 12 imam dünyaların dəyişdiklərindən (Quran məntiqinə görə dünyasın dəyişmiş adamın ikinci dəfə dirilib fəaliyyət göstərməsi mümkünsüzdür), onlar ancaq qiyamət günü dirilə bilərlər. Odur ki, məntiqlə növbəti xilaskar (imam) da sayca 13-cü olacaqdır. Son dövrlərdə baş verən bütün həyəcanlı hadisələrin Quranın “İldırım” surəsinin sıra nömrəsi olan 13 (!) ədədinə bağlanması da məhz bununla əlaqədardır! Bütün gözlənilən həyəcanlı hadisələrdən qorunmağın yeganə yolu TÖVBƏ etmək və saleh əməllərin sayını artırmaqdır. "Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər (xəbərverən) göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!" Quran, 28:5 Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. Qeyd: müəllifin 13 ədədi ilə bağlı araşdırmalarını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/132245.html " Həzrəti Mehdi Zühur edəndə Suriya və İraqda türklərə qarşı döyüşəcək".
Moderator.az xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xameneinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Ayətullah Ameli Təbrizin Engeci məscidində çıxışı zamanı deyib. ( Buradan oxu: http://www.moderator.az/news/133159.html) Bu fikirlə bağlı tədqiqatçı-yazıçı, Paşa Yaqub öz münasibətini Moderator.az oxucuları ilə bölüşür. Quranda belə bir ayə var: "Ya Peyğəmbər, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?" (bax: Quran, 3:185-ci ayə; 21:8-34 ayələr; 29:57-ci ayə və s.) Yəni, sənin kimi sevimli bəndəmi öldürəndən sonra kimi sağ saxlaya bilərəm? Göydən Kiminsə gələcəyini iddia edən mollalara bu ayələri oxuyun, bəlkə başlarına nəsə girdi. Göydən xilaskar gözləyənlər (Mehdi qeybdən zühur edib gələcək deyənlər) bunun analoqunu Qurandan mənə göstərsinlər, əllərindən öpərəm. Əksinə, Quran buyurur ki, göydən xilaskar gələ bilməz, xilaskar hər zaman sizin öz içinizdən çıxar. “Doğrudan da, Biz səni haqla (Quranla) müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən kafirləri Allahın əzabı ilə qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!” Quran, 35:24 Bu gün də bəşəriyyət mənəvi böhran keçirir... Bu böhrandan ancaq aramızdan ən elmli və ən cəsarətli bir nəfər bəşəriyyəti xilas edə bilər. Kim elminə və cəsarətinə güvənirsə, dursun qabağa, xilas etsin. Onun əllərini ilk olaraq özüm öpərəm və xilaskar kimi qəbul edərəm..... Onu da deyim ki, insanlar arasından həqiqətən də elə biri (xilaskar) çıxacaq. Amma iran mollası dediyi kimi, adı Mehdi olmayacaq və türklərə qarşı vuruşmayacaq. Əksinə, o özü təmizqanlı türk olacaq. Farslar, ərəblər onu qəbul etməyəcəklər. Ümumiyyətlə, əsrlərdir ki, xilaskar gözləyənlər həmin o xilaskarı qəbul etməyəcəklər. Çünkü xilaskar təriqətsiz olacaq və onu gözləyənlərə deyəcək ki, siz islamı təriqətlərə böldüyünüz üçün cəhənnəmliksiniz: “Bu (islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!” “Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)”. “Sən onları bir müddət öz şaşqınlıqları içində burax!” Quran, “Mömünlər” surəsi, 52, 53, 54-cü ayələr. Ona görə də xilaskarı gözləyənlər yox, gözləməyənlər onu qəbul edəcəklər - elmli olduğuna görə. - İran mollaları deyirlər ki, İmam Meihdi zühur edəcək və biz hakimiyyəti ancaq ona təhvil verəcəyik. - Hakimiyyəti qorumağın yeni üsuludur. Yəni, İmam Mehdi gələnəcən biz burda oturacağıq, gəlməsə getməyəcəyik... Bu cür təbliğat İslam dininə vurulan ən böyük zərbədir. İran camaatı oturub gözləməlidir ki, nə vaxt Mehdi zühur edəcək, İranda hakimiyyət dəyişəcək?! Məgər onlar Quranı oxumayıblar? Orada yazılmayıbmı ki, ölən adam bir daha dirilmir?! Bunu yuxarıdakı ayələrdə göstərdim. Əksinə Quran buyurur ki, insan haqsızlığa qarşı özü mübarizə aparmalıdır, oturub kimisə gözləməməlidir. QEYD: Paşa Yaqub “Məhəbbət ili” kitabında qeyd edib ki, gözlənilən xilaskar Azərbaycandan çıxacaq və ölkəmiz dünyanın mənəviyyat mərkəzinə çevriləcək. "Siz günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!" Quran, 43:5
Xəbər verildiyi kimi, bu gecə Xaçmaz rayonunda 4 bal gücündə baş verən zəlzələ əhali arsında həyəcan və təşvişə səbəb olmuşdur. Bu ayın 10-da Xaçmazdakı qasırğa və enerji böhranının görünməyən tərəflərini elmi-ladun hesablamalarla şərh etmişdim (linki yazının sonuna əlavə edirəm). Sözügedən linki belə bir şərhlə paylaşmışdım ki, bundan sonra artıq saatlar sananacaq (yəni yazıda keçən 114 və 286 ədədlri artıq günlərlə deyil, saatlarla öz təsirin göstərəcək). Maraqlıdır ki, bu gün həmin qasırğanın 286 saatı tamam idi ki, bu da özünü zəlzələ həyəcanı ilə biruzə verdi. Görünür qasırğadan nəticə çıxarmayan və tövbə etməyən yatan əhalini Allah zəlzələ ilə silkələyib oyatmağa çalışıb (ağır yatanları adətən silkələyib oyadarlar). Oxucuda haqlı sual yaranacaq ki, bu zəlzələ xalqı oyatmaq üçündürsə, niyə məhz Xaçmazda baş verdi? Maraqlıdır ki, həm qasırğa, həm də zəlzələ hadisəsi rayonun seriyası (və rabitə indeksi) olan 27 (!) ədədinə bağlanır. Belə ki, bu gün 23 martda baş verən Ay tutulmasının 27-ci (!) günüdür, (astronomik hadisələrin əslidə gələcək bəlaların xəbərdarlığı olduğu barədə hesablamaları ötən yazımda təqdim etmişdim). "And olsun ki, Allah bunları hesablamış, təkrar-təkrar saymışdır". Quran, 19:94 (Şimal bölgəsində baş verən qasırğanın görünməyən tərəfləri ... . http://www.moderator.az/news/131462.html) Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!» “Quran”, 30:21
Əvvəlki məqalələrimdən (və kitablarımdan) gördüyünüz kimi, elmin bir çox sahələrini (fizika, kimya, astronomiya, anatomiya, biologiya, daktiloskopiya və s.) elmi-lədun yolu ilə araşdırıb, kəşflər etmişəm. Araşdırdığım sahələrdən biri də tibb (biologiya) elmidir. Apardığım tədqiqatlardan belə qənaətə gəldim ki, insanların (əsasən qadınların) tənha yaşaması stress, əsəb gərginliyi yaradır ki, bu da onlarda erkən qocalmaya və bir çox daxili xəstəliklərin yaranmasına səbəb olur. Və bir hikməti də aşkar etdim ki, bütün bunlar insanların YARADILIŞ QANUNLARINA riayət etməmısindən doğur. Yəni, Allah insanı (cinsləri) yaradarkən onların yaşam tərzini müəyyənləşdirən qanunlar (qaydalar) müəyyən edib (necə ki, alimlər icad etdikləri texnikanın işləməsi üçün teniki pasport deyilən bir kitab da yazırlar). Çox təssüf ki, bu gün insanlarımız məişət cihazlarında problem yaranmaması üçün onların texniki pasportlarına ciddi riayət etdikləri halda, öz “texniki paspor”tlarına ”“ “Quran”a bir dəfə də olsun nəzər salmırlar və onun göstərişlərinə uyğun yaşamırlar. Bu da onlarda stresin, əsəb gərginliyinin, nəticə etibarı ilə də bir çox xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, Allah-təala “Quran”da buyurur ki, boşanan qadınlar üç aydan, əri rəhmətə gedənlər isə, dörd ay on gündən (3 ay + 40 gün = 130 gün) sonra ərə getsinlər: “Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib, gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz”. “Quran”, 2:228 “Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün başqa ərə getməyib özlərini gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!” “Quran”, 2:238 İndi gəlin görək bu gün bu tapşırığa əməl edən varmı? Bir çox hallarda həmin qadınların uşaqları olduğundan ya özləri könüllü, ya da ətrafdakıların təzyiqi ilə təkrar ailə qurmamağa üstünlük verirlər. Beləliklə də tənhalığın və həyatlarındakı çatışmazlığın stressindən bir çox daxili xəstəliklərə və erkən qocalmaya səbəb olurlar. Və yaxud da bir çox hallarda onlar öz bioloji təlabatlarını kənarda (zina yolu ilə) ödəməyə çalışırlar. Bu halda da həyəcan, stress və qazanılan günahlar insanı mənən çökdürür və ümumilikdə cəmiyyətin mənəvi aşınmasına, çökməsinə gətirib çıxarır (indiki kimi). Araşdırmalarımız göstərir ki, bütün bu anormallıqların kökündə qanunların düzgün tərtib olunmaması (yaradılış qanunlarının nəzərə alınmaması) dayanır. Belə ki, qanunverici orqanlarımız heyvanlar haqqında qanun qəbul edərkən, onların bütün xüsusiyyətlərini (balalama dövrü, ovlama dövrü və s.) nəzərə aldıqları halda, insanlar üçün qəbul etdikləri qanunda bu xüsusiyyətlər nəzərə alınmır. Belə ki, bildiyimiz kimi, bütün dövrlərdə və cəmiyyətlərdə qadınların sayı kişilərinkindən daim üstün olur. Bundan əlavə isə, qadın cinsindən olanlar 15 yaşdan sonra yetkinliyə çatırlar və ailə qurmağa can atırlar (və yaxud bioloji təlabatlarını ödəməyə meyilli olurlar). Qadınlarda hətda 70-80 yaşda da ailə qurmaq şansı yaranarsa, bu onlarda problem yaratmır (fiziki cəhətdən buna qadir olurlar). Kişilərdə isə, bu belə deyildir. Onlar adətən 20 yaşdan sonra ailə qurmağa meyl edirlər (əgər maddi imkanları yol verirsə). 60 yaşdan sonra isə, kişinin ailə qurması fiziki cəhətdən nadir hallarda mümkün olur. Bütün bu və digər (kişilərin ruzi dalıycan, hərbiyə və s. getmələri) faktları nəzərə alanda görürük ki, bütün cəmiyyətlərdə ailə qurmaq istəyən qadınlarla kişilər (tələblə təklif) arasında ən azı üç-dörd dəfə fərq olur. Yəni, hər kişiyə azı 3-4 qadın düşür. Məhz buna görə də hər şeyi qabaqcadan görən və problemləri nəzərə alan Rəbbim bir kişiyə zərurət yaranarsa, dördə qədər qadınla evlənməyə icazə verir: “... sizə halal olan (bəyəndiyiniz) qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər onlarla ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa daha yaxındır.” “Qadınlar” surəsi, 3-cü ayə. İndi gəlin görək qanunverici orqanlar bu yaradılış qanunlarını nəzərə alırlarmı? Nəzərə alsaydılar hər halda cəiyyətimizdə bugünkü anormallıqlar (fahişəlik, zinakarlıq, qadın ticarəti və s.) yaşanmazdı. Görün cəmiyyətdəki əxlaqsızlıq, pozğun həyat tərzi necə acınacaqlı vəziyyətə çatıbıb ki, hətta dövlət yetkilisi Ombudsman Elmira Süleymanova da SOS siqnalı çalmaq məcburiyyətində qaldı! Oxucuda haqlı sual yaranacaq ki, parlamentlər niyə bu yaradılış qanunlarını nəzərə almırlar? Almayanda bu cür pozğun həyat yaşayırıqsa, bəs alsalar nə baş verər? Araşdırmalarımız göstərir ki, dünyada qadın ticarətinə nəzarət edənlər Avropada oturan və beynəlxalq fondlara rəhbərlik edənlərdir (!). Onlar demokratiya adı altında ikinci, üçüncü qurup ölkələrin parlament seçkilərinə qrant ayırmaqla, yaxud öz nüfuzlarından istifadə edərək birbaşa idarəçilərə təsir etməklə, qanunların yaradılış qanunları ilə uzlaşdırılmasına (uyğunlaşdırılmasına) heç vəclə imkan vermirlər. Çünki, bu halda “tələblə təklif” bərabərləşər, qadın artıqlığı yaranmaz. Beləliklə də dünyada qadın ticarətinə böyük zərbə dəyər (qadınların sayı artıq olmasa və onlar öz təlabatlarını ödəməyə yollar axtarmasalar qadın ticarətinə də şərait yaranmaz). Heç öz-özünüzə sual vermisinizmi: Avropada oturan və özünün şəxsi fondu olan filankəsə (ad çəkib mübahisə yaratmaq istəmirəm) nə düşüb ki, Azərbaycana və digər bu qəbildən olan dövlətlərə milyardlarla dollar pul ayırır? O bu pulları haradan alır və verdiyini necə, hansı yolla çıxarır? Axı bu cür böyük fondların, milyardların üstündə oturan adamlar adətən gəlirini-çıxarını hesablayan adamlar olurlar (gəlir-çıxarını bilməyən adam milarder ola bilməz). Hansısa bir avropalının müsəlman dövlətlərin əhalisinə yazığı gəldiyindən səxavət nümayiş etdirdiyinə və milyardları ehsan etdiyinə inanacaq qədər sadəlövh deyilsiniz hər halda (belədirsə, onda mənim sizə yazığım gəldi). Əslində onlar bu pulları xərcləyib bir çox dövlətlərin qanunverici və idarəedici orqanlarında öz adamlarını yerləşdirirlər və onlar vasitəsi ilə qanunların qəbuluna təsir göstərirlər. Heç öz-özünüzə sual vermisinizmi niyə Avropa və oradan yönləndirilən (təsir dairəsində olan) dövlətlərin qanunlarında bir kişinin saysız-hesabsız qadınlarla (yaxud qadının çoxlu kişilərlə) qeyri-rəsmi (!) şəkildə (vətəndaş nigahı adıyla) birgə yaşamasıına icazə verildiyi halda, rəmi (qeydə alınmış) şəkildə buna icazə verilmir? Bu ona bənzəmirmi ki, ağacdakı meyvəni oğurluq yeyə bilərsən, amma icazəli (rəsmi, halal) yeyə bilmərsən (?). Bu anormallıq deyilmi? NİYƏ? NƏ SƏBƏBƏ BELƏDİR? Səbəbi odur ki, əgər buna rəsmi icazə verilərsə, bekar (ərsiz) qadınların sayı azalar və bu da qadın ticarətinə zərbə vurar (!). İndi sizə aydın oldumu ikinci, üçüncü qurup ölkələrə öz fərdi fondundan milyardlarla pul buraxan adamlar bu pulu haradan və necə qaytarırlar? Məhz QADIN TİCARƏTİNDƏN! Bu gün biz (və bir çox cəmiyyətlər) bunun acılarını yaşamaqdayıq. Cəmiyyətimiz ombudsmanın dediyi kimi (daha da artıq) əxlaq faciəsi ilə üzləşib. Qadınlarımız rəsmi şəkildə ailə qurmaqda çətinlik çəkdiklərindən, öz bioloji təlabatlarını qeyri-rəsmi (zinakarlıqla) ödəmək məcburiyyətində qalırlar. Bu da yuxarıda qeyd etdiyim kimi, stresə, əsəb gərginliyinə və bir çox xəstəliklərin yaranmasına, cəmiyyətin pozulmasına gətirib çıxarır... Amma insanlarımız (əsasən də qadınlarımız) nəzərə alsınlar ki, Allah hər bir çətinlikdən çıxmaq üçün yollar qoyub. Yəni, sizin bəyəndiyiniz kişiylə nigahınıza dövlət qanunları rəsmi icazə vermirsə (qeyri-rəsmi əlaqəyə icazə verir), onda heç olmasa əlaqənizi Allahın kitabına uyğun qurun: (ən azı) iki nəfər etibarlı şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin və üzərinizə şəriətə müvafiq ər-arvadlıq məsuliyyəti götürün. Bu cür nigahı dövlət tanımasa da heç olmasa Allah dərgahında qəbul ediləcək və siz biri-birinizə halal olacaqsınız. Bu nə qədər yaxşı olmasa da hər halda zinakarlıqdan (günaha batmaqdan, qorxu, həyəcan keçirməkdən) çox yaxşıdır! “... İçərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün doğru şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu əta edər”. “Quran”, 65:2 Paşa Yaqub - tədqiqatçı-yazıçı “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır.. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» “Quran,”13:13 Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur “Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan kimya elmində də eynilə (13 rəqəmi altında) büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü (!) elementi Alüminiumdur. Elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, Alüminium energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi “Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd fizikada da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü ötürməklə boşalır. 13 ədədində olan həyəcan kimya, fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür. Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür). Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 (!) metr olduğunu artıq biologiya (o cümlədən tibb) elmi qəbul etmişdir... Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda göz yaşı ilə boşaldır. Yuxarıda sadaladığım elmlərdə olan hikmətlərdən inşaatda da istifadə olunur. Belə ki, binalar tikilərkən, ona ildırımötürücülər quraşdırılır. İnsan cəmiyyətində bu funksiyanı kəramət sahibləri və yaxud onların müqəddəs ziyarətgahları yerinə yetirirlər. Təcrübədən məlumdur ki, insanda olan bir çox daxili xəstəliklərin (hansı ki, o xəstəliklər qorxudan, stressdən, həyəcandan, yaxud neqativ təsirdən yaranır) qarşısını Allahın izni ilə ziyarətgahlar alırlar. Bu mənada onlar cəmiyyətin ildırımötürəni (bəlaötürəni) funksiyasını yerinə yetirirlər. “... Şübhəsiz ki, bunda (bu deyilənlərdə) düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!” Quran, 13:3. Ziyarətgahlardan söz düşmüşkən, son günlər Azərbaycanın şimal bölgəsində olan Allah dostlarının pak qəbirlərinə (ziyarətgahlara) qarşı törədilən vandalizm hərəktləri, pirlərin yandırılması bütün mömünləri narahat edən məsələdir. Ona görə də yeri gəlmişkən, Nəcuddövlənin hakimiyyəti dövründə baş vermiş bir əhvalatı xatırlatmaqla, bu vandallığa münasibət bildirməyi özümə borc bildim: Nəcuruddövlənin hakimiyyəti dövründə Həzrət Peyğəmbərimizin qəbrinin qonşuluğunda yaşayan iki yəhudi evlərinin içərisindən lağım ataraq, Peyğəmbərin pak qəbrini dağıtmaq istəyirdilər. Nəcuruddövlə yuxuda görür ki, Peyğəmbər ona deyir: "Məni bu iki nəfərin əlindən xilas et". Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdən donub qalır və bilir ki, Mədinədə nəsə pis bir hadisə baş verməkdədir. Mədinəyə gəlib, şəhər əhalisinin hamısını cərgəyə düzdürür. Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü həmin iki nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub, bu məkrli planlarını zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər. Sonra göstəriş verir ki, şərif qəbrin ətrafını qazıb, onu əridilmiş filizlə doldursunlar ki, poladdan olan bir divar yaransın və gələcəkdə heç kəs belə işlərə cəsarət etməsin". Sözardı: həmin iki nəfərin törəmələri indi bütün Şərqi əhatə eləyiblər. Allah həqiqi müsəlmanları zalımların fitnə-fəsadından qorusun! Amin! “Quran”da bu mövzuda belə buyrulur: "Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə, haram (hörmətli) aya (həcc ayı hesab edilən zülhiccəyə və ya rəcəb zülqədə, zülhiccə və məhərrəm aylarına), qurbanlara, boynuna nişan taxılmış qurbanlıq heyvanlara, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub (ziyarətə) gələnlərə hörmətsizlik etməyin! (Onlara qarşı nalayiq işlər görməyi özünüzə halal (rəva) bilməyin!)... Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!" "Süfrə" surəsinin 2-ci ayəsi. (c) Paşa Yaqub- tədqiqatçı-yazıçı. Dostlar mənə irad tuturlar ki, ölkədə dörd gün qızğın müharibə getdi, bütün ölkə əhli buna öz münasibət bildirsə də, təkcə Paşa Yaqubdan bu barədə heç bir informasiyaya, münasibətə rast gəlmədik. İradların və ünvanıma gələn sualların ardı-arası kəsilmədiyini görüb gec də olsa məsələyə münasibət bildirmək məcburiyyətində qaldım. Aşıq Ələsgərin sözü olmasın: "Desəm öldürəllər, deməsəm ölləm"
Əvvəlcə onu qeyd edim ki, aprelin 2-də başlayan dörd günlük müharibə yəhudilərlə rusların Azərbaycana nəzarət uğrunda savaşının nəticəsi idi. Belə ki, 2014-cü ilin yanvarında mafiyalar arasında dünyanın yenidən bölünməsi prosesi getdi və həmin bölgüdə Azərbaycan rusların çətiri altına girdi. Bundan bir-iki ay sonra Azərbaycanda güclü repressiyalara start verildi (hərçənd ki, bu repressiyalarda rusların heç bir marağı yox idi, daxili maraqdan irəli gəlirdi). Amma, sonradan ruslara tətbiq edilən beynəlxalq sanksiyalar onlarla yanaşı Azərbaycanı da pis vəziyyətdə qoydu. Beləliklə, son dövrlər bizimkilər rus çətirini yəhudi çətirinə dəyişmək məcburiyyətində qaldılar.... Bununla da sanksiyalardan yayındılar.... .... Və beləliklə də iki böyük güclərin Azərbaycana nəzarət etmək uğrunda qızışan mübarizəsi aprelin 2-də Qarabağda müharibənin alovlanması ilə nəticələndi... Bütün bunlara baxmayaraq, həmin savaşda Vətənin müdafiəsi uğrunda dünyasın dəyişənlər şəhid sayılır və onların məqamı Cənnətdə peyğəmbərlərin məqamı ilə eynidir (eyni mərtəbədə qərar tuturlar). Bütün şəhidlərə və peyğəmbərlərə salam olsun! "Əgər siz bir döyüşdə yara aldınızsa, o biri kafir dəstə də başqa döyüşdə o cür yara aldı. Biz bu günləri (qələbəni və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz!" Quran, 3:140 "Müharibəyə getməyib evlərində oturan və müharibəyə getmiş qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda bacarıb ölümü özünüzdən uzaqlaşdırın!” Quran, 3:169. Söz ardı: Bundan sonra Azərbaycanda nələrin gözlənildiyini bilmək istəyən dostlarım şəkildəki "Məhəbbət ili" kitabımı oxuya bilərlər. (c) Paşa Yaqub “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” Quran, 57:22
Xəbər verildiyi kimi, dünın (10 aprel) səhər saatlarından başlayaraq əsən güclü külək Xaçmaz rayonunda, eləcə də şimal bölgəsində bir sıra fəsadlar törədib. Külək bölgənin elektrik təsərrüfatına ciddi ziyan vurub. Ağaclar kökündən qoparaq elektrik və rabitə xətlərinin üzərinə düşüb, binaların dam örtüklərini qoparıb. İki gündür bölgə demək olar ki, qaranlığa qərq olub. Araşdırmalarımız göstərir ki, Azərbaycanda baş verən enerji və qasırğa ilə bağlı bu cür hadisələr təsadüf olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, bunlar pərakəndə baş verməyib, ciddi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü bir qayda olaraq 114 və 286 ədədləri ilə biruzə verir ki, bunlardan birincisi “Quran”ın surələrinin, ikincisi isə, səhifələrinin sayıdır (Kəbədə saxlanan, muzey və kitabxanalarda qorunan bütün qədim “Quran”ların 286 səhifədən ibarət olması və bu ədədin sirləri barədə ötən yazımda bəhs etmişdim). Hesablamalarımız göstərir ki, Şimal bölgəsində baş verən qasırğa və enerji qəzası Neft daşlarındakı analoji qəza ilə riyazi şəkildə bağlıdır. Belə ki, 01 iyul 2015-ci il tarixdə Xəzərdəki “Günəşli” yatağında, Cilov adasında müəmmalı enerji böhranı baş verdiyindən 3-4 gün ərzində bütün platformalar ehtiyyat generatorlar vasitəsi ilə işıqlandırılmışdır. Hadisədə diqqət çəkən məqam ondan ibarətdir ki, dünən (və bu gün) Şimal bölgəsində baş verən qasırğa və enerji böhranı yuxarıda qeyd etdiyim neft yataqlarındakı enerji böhranının 286-cı (!) günü baş vermişdir. Bu da “Quran”ın səhifələrinin sayı olmaqla, diqqətimizi bir daha müqəddəs kitaba və halallığa yönəldir... Hadisənin üzərindəki sirr pərdəsi bununla bitmir. Elmi-ladun hesablamalarımız göstərir ki, Şimal bölgəsindəki qasırğanın iki il qabaq Cəlilabadda baş verən analoji hadisə ilə də riyazi bağlılığı vardır. Xatırladım ki, 2014-cü ilin mayın 27-də Cəlilabadda güclü təbiət hadisəsi baş vermiş, ildırım bir neçə nəfəri vurub öldürmüşdür (dünyasın dəyişənlərə Allahdan rəhmət diləyirəm). Hadisədə diqqət çəkən digər məqam ondan ibarətdir ki, Cəlilabaddakı ildırım hadisəsi ilə, Şimal bölgəsində baş verən qasırğa arasında 686 gün fərq vardır ki, bundan da “Quran”ın surə və səhifələrinin sayını çıxanda yenə də müqəddəs kitabın rəmzi olan 286 ədədi alınır və bir daha diqqətimizi bəşəri dəyərlər toplusu olan “Quran”a yönəldir: 686 ”“ 286 ”“ 114 = 286 Daha bir maraqlı məqamı diqqətinizə çatdırım ki, 2014-cü ilin 27 may tarxində Cəlilabaddakı ildırım hadisəsi ilə 1 iyul 2015-ci il tarixdə Xəzərdə “Günəşli” yatağında baş verən müəmmalı enerji hadisəsi arasında 400 gün fərq vardır ki, bundan yenə də "Quran"ın surələrinin sayını (114) çıxanda, müqəddəs kitabın səhifələrinin sayı (286) alınır və bir daha hadisələrin millətimizə və dövlətimizə Allahdan bir xəbərdarlıq olduğunu görmək olur: 400 ”“ 114 = 286 Hadisələrdə diqqət çəkən daha bir maraqlı məqam Cəlilabad rayonunun beynəlxalq rabitə kodu ilə bağlıdır. Belə ki, həmin vaxt bu rayonun kodu 114 (!) idi ki, bu da "Quran" rəmzi sayılır. Riyazi yolla Cəlilabad hadisəsinə və "Quran"a bağlanan daha bir hadisə 2015-ci ilin dekabrın 4-də baş verdi. Həmin gün Xəzərdə baş vermiş tufan səbəbindən "Günəşli" yatağında estakadada uçqun və yanğın baş vermiş, nəticədə çoxsaylı insan təlafatı olmuşdur (hadisədə həlak olanlara bir daha Allahdan rəhmət diləyirəm). Hadisələrdə diqqət çəkən məqam ondan ibarətdir ki, neft daşlarında baş verən fırtına Cəlilabaddakı ildırım hadisəsinin 555-ci (!) günü baş vermişdir ki, bu ədəd keçən yazımda şərh etdiyim kimi, “Quran”da tövbə və cəza rəmzi sayılır. Hadisələrin Cəlilabad ətrafında baş verməsinin sirrini izah etdik ki, rayonun kodu (114) ilə bağlıdır (rayonun adı da Allahın adlarından (“Cəlil”) biridir). Sual yaranır ki, bəs niyə hadisələr Xaçmazda davam edir? Hesablamalarımız göstərir ki, bu da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü rayonun seriyasında (həmçinin rabitə indeksində) göstərir. Belə ki, bu il martın 15-də Ankara-Bakı marşurutunda uçan bir təyyarəmiz qəza səbəbindən geri qayıtmağa məcbur olmuşdur ki, bu hadisə Allah tərəfindən böyük bir xəbərdarlıq idi. Maraqlıdır ki, dünəndən başlayan qasırğa və enerji böhranı da bu təyyarə xəbərdarlığının 27-ci günü baş vermişdir ki, bu da Xaçmaz rayonunun seriya və rabitə indeksini göstərir. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, 19:94 Beləliklə, Azərbaycanda baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki onlar əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətimizə (vəzifəsindən aslı olmayaraq) Allahdan bir xəbərdarlıqdır. Hesablamalarımız göstərir ki, insanlarımız bu xəbərdarlıqları qulaqardına vurduqca, bəlaların şiddəti və miqyası da genişlənəcəkdir. Hər ziyanın içində bir xeyir olduğu kimi, bu silkələnmələr və katakilizmlər də Azərbaycanın təmizlənməsi və dünyanın mənəviyyat mərkəzi olması ilə nəticələnəcəkdir. Odur ki, Ağıl sahibləri baş verənlərdən ibrət almalı və heç kəsi gözləmədən təcili tövbə edib, günahlardan təmizlənməlidir (mən özüm də belə etmişəm). "Sizdən təkcə zalımlara toxunmayacaq (zalımlara dəstək olduqlarına görə hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah Onun əmrlərini pozanlara şiddətli əzab verəndir!" Quran, 8:25 (c) Allahın qulu və carçısı: Paşa Yaqub (tədqiqatçı yazıçı) |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |