Bu bir faktdır ki, sovet dönəmi ilə müqayisədə bu gün xəstəliklər həddən artıq artmışdır. Müqayisə etdiyimiz dövrdə hər rayonda bir, Bakıda isə, cəmi bir neçə xəstəxana vardı. Buna baxmayaraq, bu az sayda xəstəxanalar insanların sağllamlığını təmin edə bilirdilər. Bu gün kəndlərin demək olar hamısında tibb məntəqələri fəaliyyət göstərir; rayon mərkəzlərində xəstəxana ilə yanaşı özəl tibb müəssisələri və diaqnostika mərkəzləri fəaliyyətdədir. Bakıda isə, xəstəxanaların demək olar ki, sayı hesabı yoxdur ”“ az qala hər addımda bir xəstəxana var. İlk baxışdan fikirləşmək olar ki, belə az əhalisi olan ölkədə bunca xəstəxana varsa, yəqin oralarda xəstə qıtlığı olar və oranın həkimləri bekar qalarlar. Lakin, həmin tibb müəssisələrinə girdikdə bunun belə olmadığını, əksinə, istənilən həkimin qapısı ağzında uzun-uzun növbələr olduğunu görmək mümkündür. Nəzərə alsaq ki, insanlarımız müalicə üçün İrana və s. qonşu dövlətlərə də üz tutur və bu üzdən sərhəd-keçid məntəqələrində də xəstələrin belə növbələri var, onda gözlərimiz önündə heyrətamiz mənzərə yaranır. Sual olunur: son illər nə baş verir ki, cəmiyyətdə bu qədər xəstəlik yaranır? Bu sualla tanınmış psixoterapevt Paşa Yaquba müraciət etdik. Onun cavabını Moderator.az - ın oxucularına təqdim edirik: - Maraqlı mövzudur; həqiqətən də son dövrlər xəstəliklər həddən artıq artmışdır. Pasiyentlərimiz arasında apardığımız araşdırmalar, sorğular göstərdi ki, bir klinikada həkim növbəsi gözləyən adam keçən aylarda başqa-başqa klinikalarda müalicə olunublar. Belə çıxır ki, bu klinikada da müalicə almış adamlar yəqin indi başqa klinikalarda və yaxud sərhəd-keçid məntəqəsində növbə gözləyirlər... Beləliklə, eyni xəstələr illər uzunu bir çox klinikalarda həkim növbəsi gözləyirlər... - Yəqin çoxları fikirləşir ki, bunun səbəbi həkimlərimizin savadsızlığı, müasir diaqnostika aparatlarının çatışmazlığıdır”¦ - Araşdırmalarımız göstərir ki, səbəb bunlardan heç biri deyildir. Yəni, həkimlərimiz onlara tədris edilmiş elmi heç də pis mənimsəməyiblər; diaqnostika aparatları da kifayət qədər müasir və boldur. Elə isə, bəs niyə bu xəstələr sağalmırlar və karusel kimi klinikalar arasında fırlanırlar? Şübhəsiz ki, bunun bir sirri vardır. Yeri gəlmişkən, sizə bir sirr də açım: Azərbaycandakı klinikalarda sağala bilməyib, İranda (yaxud digər ölkələrdə) sağalıb gələn xəstələrin çoxluğu danılmaz faktdır. Siz tənbəllik etməyib, o adamlarla sağalıb gələndən bir neçə ay sonra təkrar görüşün və səhhətləri ilə yenidən maraqlanın. Görəcəksiniz ki, bir neçə ay qabaq xaricdə bir xəstəlikdən sağalıb gəlmiş adam, hazırda başqa xəstəlikdən daha kəskin əziyyət çəkir. Son dövrlərdə həkimlik təcrübəmdə buna hər gün rast gəlirəm.... Bunun sirri bilirsizmi nədir? Ətraf mühitdə sürətlə yayılan neqativ enerjidir. Bu qara enerji insana daxil olur və hansı orqana toplanırsa, orada fəsad törədir. Xarici klinikada bir orqandan onu qovurlar, iki aydan sonra başqa orqanda toplanıb, başqa xəstəliyin yaranmasına səbəb olur. Ona görə də xarici ölkələrdə (hətda, Avropa ölkələrində) illərlə sağala bilməyən adamlar mənim qəbulumda cəmi üç seansa sağalırlar və bir daha orqanizmdə xəstəlik (fəsad) baş vermir. Quranda Yaqub əleyhissəlamın oğlanlarını neqativ təsirlərdən qoruması ayəsini yada salaq: “Yəqub dedi: “Oğullarım! Misirə eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun sizə göz dəyməsin...”. Quran, 12:67 Araşdırmalarımız və həkimlik təcrübəmiz göstərir ki, neqativ enerji bütün xəstəliklərin özülünü (fundamentini) təşkil edir. Yəni, xəstəliyi binaya bənzətsək, onun fundamenti neqativ enerjidir (pis nəzərlər, magik təsirlər və s.). Xəstə həkimə müraciət edərkən onu diaqnostika aparatlarından keçirib, düzgün diaqnoz qoyurlar və “binanı” sökməyə başlayırlar. “Fundament”ə qədər “sökülmə” çox uğurla gedir, bura çatdıqda isə, müalicə dayandırılır. Çünkü, tibb elmi və diaqnostika aparatları neqativ enerjini təyin etməkdə acizdir. Beləliklə, xəstə özünü sağalmış hiss edir və aparatlar, analizlər də onun sağlamlığını təsdiq edir (bu, çayır bitkisinin gövdəsini kəsib, kökünü saxlamağa bənzəyir). Beləliklə, xəstə evə buraxılır. Lakin, “fundament” qaldığından az müddət keçəndən sonra xəstəlik təkrar daha kəskin formada dirçəlməyə başlayır. Təbii ki, bu vaxt xəstənin beynindən keçən ilk fikir həkimlərin savadsızlığı, onu aldadaraq küllü miqdarda pulunu mənimsədikləri barədə olur. Ona görə də bir çox hallarda pasiyent təkrar həmin klinikaya yox, başqa bir klinikaya üz tutur və yenə də eyni halla qarşılaşır... Beləliklə karusel yaranır. Bu gün tibb müəssisələrində növbələrin yaranmasının sirri məhz budur: “Quran”da verilən mesajlara laqeyd yanaşmağımız, özümüzü neqativ təsirlərdən qorumamağımız. - Bəs, xəstəliyin fundamenti sayılan neqativ enerjini necə təyin etmək olar? - Qeyd edim ki, belə insanlarda baş və boyun ağrıları, yuxusuzluq, yuxuda diksinmə, boğulma, qaranlıqdan qorxma, qarabasma, qorxulu yuxular görmə, həvəssizlik, uğursuzluq və s. kimi hallar özünü biruzə verir. Kimyəvi dərmanların tərkibində olan keyidici maddələr müalicə vaxtı ağrıların müvəqqəti olaraq dyanmasına səbəb olsa da, müalicə dayandırılarkən bu əlamətlər təkrar görünməyə və orqanizmdə fəaliyyəti dayandırılmış (dondurulmuş) xəstəlik dirçəlməyə başlayır. Odur ki, həkimlik fəaliyyətimdə kimyəvi dərmanlarla müalicəyə yox, elmi-lədun metodu ilə orqanizmdən neqativ enerjini təmizləməyə üstünlük verirəm. Bu metodla cəmi 21 günə istənilən xəstəlikdən qurtulmaq mümkündür.
0 Comments
Allah dərgahında hər işin öz vaxtı var:
- Doğulmağın öz vaxtı, ölməyin öz vaxtı; - Əkməyin öz vaxtı, əkiləni çıxartmağın öz vaxtı; - Öldürməyin öz vaxtı, şəfa verməyin öz vaxtı; - Sökməyin öz vaxtı, tikməyin öz vaxtı; - Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı; - Fəğan etməyin öz vaxtı, rəqs etməyin öz vaxtı; - Daş atmağın öz vaxtı, daşı bir yerə yığmağın öz vaxtı; - Qucaqlamağın öz vaxtı, qucaqlamamağın öz vaxtı; - Axtarmağın öz vaxtı, itki ilə barışmağın öz vaxtı; - Saxlamağın öz vaxtı, atmağın öz vaxtı; - Cırmağın öz vaxtı, tikməyin öz vaxtı; - Susmağın öz vaxtı, danışmağın öz vaxtı; - Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı; - Müharibənin öz vaxtı, sülhün öz vaxtı var. Çəkdiyi zəhmətdən insana nə fayda? Allahın bəşər övladlarına verdiyi məşğuliyyəti gördüm. O, hər şeyi vaxtında və gözəl etdi. İnsanların ürəyinə əbədiyyət qoydu. Hərçənd onlar heç vaxt Allahın işini əvvəldən axıra kimi dərk etməyəcəklər. Allah yolunda nəzir deyəndə yerinə yetirməyə yubanmayın. Çünki, Onun ağılsızlardan xoşu gəlmir. Nəzirini yerinə yetir. Nəzir deməmək, nəzir deyib, onu yerinə yetirməməkdən yaxşıdır. Qoyma dilin səni günaha batırsın. Allah insanları kamil olmaq ucun yaratmışdı; amma, onların hərəsi bir niyyətin dalınca düşdü. Qaçışı həmişə bərk qaçanlar udmur; döyüşdə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur. Uğuru da həmişə bilikli adam qazanmır. Çünki, hamısının qabağına vaxt və təsadüf çıxır. İnsan öz vaxtını bilmir. Balıq amansız tora, quş tələyə düşdüyü kimi, insan övladını da qəfil gələn fəlakət günü o cür yaxalayır. Axmaqlar yüksək vəzifəyə qoyulur, layiqli insanlar isə, yerdə qalır. Ey sulhsevər xalq, sözlərimi dinləyin. Pangeizmin rəhbərilərinin dövründə xalqın işinə insafla baxılacaq; adil hökm çıxarılcaq. Xalqa sülh gətiriləcək. Təpələr salehlik gətirəcək. Hakimlər fəqirlərin işinə ədalətlə baxacaq. Kasıb-küsubun balası bos yerə ölməyəcək. Günəş var olduqca, Ay yerində durduqca, nəsillər boyunca Yaradandan qorxacaqlar. Rəhbər, biçilmiş çəmənə yağan yağış kimi, torpağı sulayan bərəkətli yağmur kimi olacaq. Onun dövründə saleh adam çiçəklənəcək; Ay durduqca hər yanda sülh olacaq. Səltənəti dənizdən-dənizə; çaydan tutmuş ta dünyanın hüdudlarınadək uzanacaq. Səhraların məskunları ona təzim edəcək; düşmənləri torpağı yalayacaq. Bütün rəhbərlər ona təzim edəcək, bütün xalqlar qulluğunda duracaq. O, imdad deyib çağıran fağırı, məzlumu, biçarəni xilas edəcək. O, fəqir-füqəranın halına acıyacaq; fəqirlərin canını xilas edəcək. Canlarını zülmdən, zorakılıqdan qurtaracaq. Qanları onun gözündə dəyərli olacaq. Onun canına daim dua edilsin; hər gün şəninə tərif deyilsin. Yerdə çörək bol olacaq; dağ başında zəmilər aşıb-daşacaq. Onun məhsulu bol olacaq. Şəhər camaatı ot-çiçək kimi göyərsin. Qoy adı daim yaşasın; Günəş var olduqca o da parlasın; sayəsində insanlar xeyir-bərəkət tapsın. Bütün xalqlar onu bəxtəvər çağırsın. Bir alqış olsun, Yaradana! Heyrət doğuran işlərin yeganə Yaradanına! Alqış olsun, daima Onun Uca adına! Calalı bütün yer üzünü bürüsün. Amin! Amin! Keçən yazımda bəşəriyyətin İslam ideyası ətrafında birləşməsinin mümkünsüz olduğunu qeyd etmişdim. Fikirlərim sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bəzi fanatiklər məni İslamdan, müsəlman-çılıqdan uzaqlaşmaqda ittiham etdilər. Gəlin təsəvvür edək ki, sizin dediyiniz kimi, bütün bəşəriyyət İslamı qəbul etdi və sizin kimi müsəlman oldu. Nə baş verəcək, bilirsinizmi? Dünən İran müsəlmanları ilə, İraq müsəlmanları arasında nə baş vermişdisə, o baş verəcək! Bu gün Suriyada İŞİD müsəlmanları ilə Suriya müsəlmanları arasında nə baş verirsə, o baş verəcək! Yəni, onda da sizlər təriqətlərə bölünüb (hansı ki, bölünmüsünüz) yenə də biri-birinizi qıracaqsınız. Bütün bunlar müsəlmançılığın mahiyyətini düzgün anlamamağın nəticəsində baş verir. Müsəlmançılıq Haqqa təslim olmaq, Allahın birliyinə inanmaq deməkdir. Haqqa təslim olanın əməlində insaf, mürvət, halallıq, sülhpərvərlik, xeyirxahlıq görünər. Baxaq görək bu əlamətlər sizin müsəlman hesab etdiklərinizdə görünür, yoxsa, kafir hesab etdiklərinizdə? Götürək, kimin qazancını hara xərcləməsini. Mətbuatdan bizə məlum olduğu kimi, Azərbaycanın bir çox sərvət sahibləri öz milyonlarını yarıçılpaq müğənni qadınların yolunda gen-bol xərcləyirlər. Mediadan onu da oxuyuruq ki, İngilis (yaxud, digər xristiyan) milyarderi uşaqların hansısa xəstəlikdən sağalmaları üçün milyonlarla vəsait ayırır. Niyə biz həmin xristiyan xeyriyyəçisini yox, pozğun həyat tərzi keçirən azərbaycanlını müsəlman hesab etməliyik? Və yaxud, götürək ticarətdə insafı, halallığı. Bakı bulvarında bir çaynik çay 20-25 manata satıldığı halda, həmin məbləğə qonşu Erməni (yaxud, Gürcü...) ticarətçi bir ailənin ən azı bir həftə dolanacaq ərzağını satır. Niyə biz insaflı Erməni (Gürcü...) ticarətçini yox, insafsız və qaniçən azərbaycanlı ticarətçini müsəlman (Haqqa təslim olan) hesab etməliyik? Götürək idarəçiliyi. Sizin müsəlman hesab etdiyiniz ölkələrin demək olar ki, hamısının rəhbərləri rüşvətxorluqla, öz xalqının əmlakını talamaqla məşğul olduqları halda, məsələn, Saakaşvili gözümüzün önündə Gürcüstanı banditlərdən təmizləyərək, ölkəsində haqqı, ədaləti və insanların asayişini təmin edən bir dövlət qurdu (hansı ki, müsəlmanlar o dövlətə həsədlə baxırlar). Niyə biz Saakaşvilini deyil, oğru rəhbərləri müsəlman hesab etməliyik? Qara libas geyib, qara hicaba bürünmüş orta yaşlı qadın pasiyentimdən soruşuram ki, niyə belə qaraya bürünmüsən? Müsibətinmi düşüb? Nə cavab versə yaxşıdır? Deyir dini kitablarda yazılıb ki, qadın elə geyməlidir ki, qara qarğaya bənzəsin (?). XXI əsrdə, orta təhsilli, orta yaşlı bir Azərbaycan qadınının verdiyi cavabdan düzü az qala ayağımın altından yer qaçdı. Necə yəni, qara qarğaya bənzəsin? Məgər Allah qadını yer üzünün bəzəyi olaraq yaratmadımı? Elə isə, o niyə tovuz quşuna yox, qara qarğaya bənzəməlidir? Gözünüzü açın, çox uzağa demirəm, elə “Torqovı”ya baxın: ərəbin, farsın qadın və kişiləri orada necə geyindiklərini, hansı hoqqalardan çıxdıqlarını görün. Azərbaycanlı qadınlara gəldikdə isə, məsləhət görürlər ki, siz qara qarğa kimi geyinin (?!). Dininizi qaramata, matəmə döndərən, özünüzü qarğaya bənzətməyə çalışan bu bədxahlar sizin düşmənləriniz deyilmi?! Bütün bu gördüklərinizdən sonra, yenə də onların kitablarını oxuyub, yazdıqlarına əməl edirsinizsə (özünüzü qarğaya bənzədirsinizsə), artıq mən günahı onlarda görmürəm... Matəmdən söz düşmüşkən, bölgələrdən tez-tez belə xəbərlər gəlir ki, gənclər gecə kütləvi şəkildə küçələrə axışaraq “şaxsey-vaxsey” qışqıra-qışqıra qəbristanlıqlara üz tuturlar. Bölgə rəhbərləri də bu anormal hərəkətlərinə görə onları qanlarına qltan edirlər... Qeyd edək ki, onların heç birinin (nə gənclərin, nə də rəhbərlərin) hərəkətlərində məntiq yoxdur. Çünki, İmam Hüseyni yad etmək üçün gecə vaxtı qışqırıb bağırmağa heç bir lüzum yoxdur. O, bir tarixi şəxsiyyətdir və bizim dünyasını dəyişmiş, şəhid olmuş qardaşımızdır. Tarixi şəxsiyyətləri, ölmüş qardaşımızı, yaxud, valideynlərimizi necə hörmətlə anırıqsa, şəhidlərimizin xatirəsini necə sakitliklə yad ediriksə, İmam Hüseyni də o cür anmalıyıq. Özünə zərər vurmaq, qışqır-bağır salmaq İmam Hüseyni öldürdüyünə görə Allaha üsyan, etiraz etmək deyilmi? Məgər Allah İmam Hüseyndən daha əvvəl və daha üstün neçə-neçə peyğəmbərlərini öldürmədimi? Hansı Peyğəmbər özündən əvvəlki Peyğəmbəri öldürdüyünə görə Allaha bu cür üsyan, etiraz etdi, qışqır-bağır saldı? Heç biri! Elə isə, siz kimdən nümunə götürdünüz də belə üsyan etdiniz? İmamın mübarək ruhunu sevindirmək istəyən, başqasına bir yaxşılıq edər və deyər ki, bunu sənə İmam Hüseynin ehsanı üçün etdim. Adam da deyər “Allah İmama rəhmət eləsin”. Beləliklə, sən bu rəhmətin qazanılmasında vasitəçi olarsan və o dünyada İmamın yanında üzün ağ olar. Yoxsa ki, gecənin bir aləmində, camaat şirin yuxuda yatdığı zaman kütləvi şəkildə “şaxsey-vaxsey” deyib qışqırarkən insanlar yerlərindən dəli kimi qalxarlar və sizin bu hərəkətiniz İmama rəhmət yox, bəlkə də söyüş qzandırar. Beləliklə də, İmam Hüseynin ruhunu narahat etmiş olursunuz. Qaş düzəltmək istərkən, göz çıxrırsınız... Bütün bunlar savadsızlıqdan və cahillikdən irəli gəlir ki, buna görə də məsuliyyət təhsil sisteminin üzərinə düşür. Acınacaqlı haldır ki, buna görə məsuliyyət daşıyanlar yetişdirdikləri bağın meyvələrinə baxıb utanmaqdansa, çıxış yolunu həmin meyvələri əzib, tapdalamaqda görürlər. Yəni, “İmam üçün” qışqırıb-bağıran gənclərin yarısını xəstəxanalıq, yarsını da türməlik edirlər... Heç görmüsüzmü valideyn savadsız uşağını döyüb öldürsün? Rəhbərlər də xalqın balalarına öz balası kimi baxmalıdırlar və döyüb öldürməkdənsə, bilmədiklərini onlara başa salmalıdırlar. Necə ki, Yaradan buyurur: “İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən şəxslər olsun! Bunlar (bu şəxslər), həqiqətən nicat tapmış şəxslərdir”. Quran, “İmran ailəsi”, 104. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |