“... Səni də yalnız (möminlərə) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105. Elmi-lədun araşdırmalarımız göstərir ki, Peyğəmbərlik haqqında Yer əhlinin təsəv-vürləri tamamilə yanlışdır. Öncə qeyd edək ki, Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət tələb edir. İnsan hər hansı bir məqama layiq olarsa, Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha yaraşmaz. Biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, başqaları da o məqama layiq deyillər və yüksələ bilməzlər! Bu ona bənzəyir ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplaya, amma ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da dəqiq bilirəm! Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiklərini etdik, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi? İş burasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığımız haram pulla gedib vəhabilərin məskənini ziyarət edirik ki, qayıdanda bizə "Hacı" deyib, başa keçirsinlər, sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz... Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə. Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir. İstəyirsiniz Quranı dərk etməyin və Peyğəmbərlik məqamına yüksəlməyin sirrini sizə açım: - İndiyədək etdiyiniz günahlara görə tövbə edin; - Təkəbbürdən və lovğalıqdan uzaq olun, - Sadə həyat tərzi keçirin; - Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun; - Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın; - Quranı oxuyarkən orada mötərizə arasında (“Ya Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın. - Quranda münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında ad çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda Quranı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz. Bir müddət belə (Quranın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsınız. Bir məqamı da diqqətinizə çatdırım ki, Quran 114 surədən ibarətdir və sonuncu ”“ 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək Quran rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları təsvir edilib. Bu obrazların hamısının (peyğəmbərlərin, fironların, nəmrudların, kafirlərin, möminlərin...) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! Sual yaranır: Quranı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda Məhəmməd deyə xitab olundu? Cavab budur: nə qədər ki, kamilləşməmişdi, Əhməd idi; kamillik məqamına yüksəldikdən sonra artıq Məhəmməd oldu. Yəni, Məhəmməd obrazı Quranda kamillik simvoludur və Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşamış və yaşayacaq bütün kamil insanları (peyğəmbərləri, imamları, övliyaları) özündə ehtiva edir. Allah bu məqama yüksəlməyi hamıya nəsib etsin. “Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik”. “Mağara” surəsi, 56
0 Comments
Moderator.az xəbər verir ki, Zərdab rayonunda Qarabağ uğrunda döyüşlərdə canından keçmiş şəhid Müşfiq Hacıyevin ruhu təhqir olunub. Hadisə rayonun Bıçaqçı kəndində baş verib. Qeyd edək ki, Müşfiq Hacıyev 1992-ci ilin avqustunda Ağdərə rayonundakı Qızılqaya yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub. Döyüş yoldaşlarının və komandirlərinin xahişini nəzərə alıb, oxuduğu Bıçaqçı kənd məktəbinə şəhidin adı verilib. Həmçinin, o vaxtlar “Şirvan” kolxozunun maliyyə dəstəyi ilə məktəbin həyətində şəhidin abidəsi ucaldılıb. Abidənin açılışında rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 1996-cı ildə Prezident H. Əliyevin fərmanı ilə şəhid Müşfiq Hacıyev ölümündən sonra “Xidmətlərinə görə” medalı ilə təltif edilib. 2000-ci ildə isə şəhidin döyüş yolundan bəhs edən “Şəhidlik zirvəsi” kitabı nəşr olunub. Bütün bunlara baxmayaraq, Bıçaqçı kəndinin Rəsulov Eyvaz adlı sakini Respublika Prokurorluğuna ərizə yazaraq, şəhidə böhtan atıb və onun ruhunu təhqir edib. Bu barədə redaksiymıza telefon açan şəhidin qardaşı Bəxtiyar Hacıyev məlumat verib. B. Hacıyev bildirir ki, prokurorluğa yazılan ərizə şər-böhtan və təhqirlə doludur. Belə ki, ərizəçi qeyd edib ki, guya Müşfiq Hacıyev şəhid olmayıb. Məktəbin həyətindəki abidə guya erməni Şaumyanındır və biz onu haradansa tapıb gətirib bura qoymuşuq. Fakt isə odur ki, həmin abidənin hazırlanmasını “Şirvan” kolxozu Mingəçevir şəhərində fəaliyyət göstərən Böyükkişi adlı heykəltaraşa sifariş etmişdi və abidənin açılışında həm heykəltaraş, həm rayon rəhbərliyi, həm də şəhidin döyüş yoldaşları iştirak ediblər. Bəxtiyar Hacıyev əməkdaşımıza onu da bidirdi ki, prokurorluğa ünvanlanmış böhtan dolu ərizə yoxlanılması üçün Zərdab Rayon İcra Hakimiyyətinə göndərilib. İcra Hakimiyyətində isə ərizədə yazılanların əsassız olduğu qeyd olunub. Bundan sonra şəhidin atası Zabit Hacıyev məhkəməyə müraciət edərək, şəhidin ruhunu təhqir etdiyinə və ailəsinin şərəf və ləyaqətini alçaltmağa çalışdığına görə Rəsulov Eyvaz Əsabəli oğlu barədə iddia qaldırıb. İddia ilə əlaqədar Zərdab Rayon Məhkəməsində hazırlıq iclası keçirilib və iyunun 30-na işə baxış iclası təyin edilib. Məhkəmədə şahid kimi şəhidin döyüş yoldaşları da iştirak edəcəklər. Moderator.az saytında dərc olunan “Həzrəti Məhəmmədin peyğəmbərliyini təsdiq edən riyazi düstur - Elmi-lədun” baş-lıqlı araşdırmamızdan sonra oxucularımızdan bəzi suallar aldıq. Sualların bir çoxunda “Məhəmməd Əleyhissəlamdan başqa daha hansı peyğəm-bərin adına olan surədə riyazi sirlər var?” deyə soruşulur. Qeyd edim ki, sıra nömrəsində böyük İlahi hikmət gizlənən surələrdən biri də “İbrahim” surəsidir. Surə 14 ədədi ilə nömrələnib. Elmi-lədun hesablamalarımız göstərir ki, 14 ədədinin hikməti Allahın öz adına olan “Rəhimli Allah” surəsində açılır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün Allah-təalanın Həzrət Cəbrail Əleyhissalam vasitəsi ilə göndərdiyi növbəti düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, 114 surənin və altı min iki yüz otuz altı ayənin fövqəladə bir elmlə (Allahın elmi ilə) düzüldüyünü bir daha təsdiq edir. “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, “Xəbərdarlıq” surəsi, 29. Moderator.az saytında yayımlanan “Qədr gecəsində “Quran” niyə 114 surədə nazil oldu? ”“ Maraqlı” başlıqlı yazımızdan sonra bir sıra suallar meydana gəldi. Suallardan biri müqəddəs kitabın surələrinin nömrə-lənməsi ilə bağlıdır. “Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini. Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Allahın Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır. Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik: 78 ”“ 31 = 47 Bu fakt, Allah-təala ilə Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının riyazi sübutudur. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur. Müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir. Söz ardı: o ki, qaldı “Rəhimli Allah” surəsində eyni sualın niyə məhz 31 dəfə təkrar olunmasına, bu, “Loğman” surəsinə işarədir. Belə ki, “Loğman” surəsininin sıra nömrəsi olan 31 ədədi “Quran”da elm verilmiş şəxslərə işarədir. Buradan aydın olur ki, sözü gedən surədə təkrarlanan sualın cavabını elm verilmiş şəxslər verə bilərlər. Bu düsturu mənə Həzrət Cəbrail vəhy etdi... ”“ Elmi-lədun Yaşadığımız Ramazan ayı həm də “Quran”ın nazil olması ilə müqəddəsdir. Qədr gecəsində nazil olan İlahi kitab 114 surədən ibarətdir. Sual yaranır: müqəddəs kitab niyə məhz 114 surədir? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın elmi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur. Elmi-lədun araşdırmalarımız göstərir ki, “Quran” özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, özü-özünü də riyazi şəkildə təsdiq edir. Məsələn: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə vəhy olunan “Quran” ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Yeri gəlmişkən, bu qanunauyğunluğu sübut edən yuxarıdakı düstur da insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək, “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Suriyada İŞİD terror təşkilatı sıxışdırıldıqca böyük güclər qarşı-qarşıya gəlməkdədirlər. Əsəd rejiminə tabe olan İran dəstəkli hərbi birləşmələrin, Rusiyanın yardımıyla İran-İraq sərhədindəki neft bölgəsi Deyr ez Zor bölgəsindəki mücadiləsi davam edir. Lakin, bu bölgədə bir çox beynəlxalq güclər öz mövqelərini qorumağa çalışırlar. ABŞ, bölgədə bəzi hərbi qüvvələr vasitəsi ilə öz raketlərini yerləşdirmişdir. Bölgəni PKK/PYD-nin nəzarətinə verilməsinə çalışan ABŞ, Rakkadan sonra planlaşdırılan Deyr ez Zor əməliyyatı üçün İŞİD sonrası ölkədən qaçan gənclərdən bəzilərini bu təşkilatın sıralarına qata bilib. ENERJİ KORİDORUNA NƏZARƏT UÄžRUNDA MÜBARİZƏ Suriyalı qaynaqlar ölkənin şərqindəki qarşıdurmanı Suriyada yeni bir dönəmin başlanğıcı kimi qiymətləndirirlər. Rakkadan sonra bütün diqqətlər neft bölgəsi olan Deyr ez Zor, Mayadin və Abukəmal ərazisinə yönəlib. Bu ərazidən İŞİD-i kim sıxışdırıb çıxara bilsə, İraq-Suriya sərhədindəki neftlə zəngin böyük bir bölgəni nəzarət altına almış olacaq. İran bu bölgəni Suriya rejiminə dəstək üçün göndərdiyi məzhəbçi milis təşkilatları ilə nəzarətə götürmək istəyir. ABŞ isə, zaman-zaman nəzarətindəki hərbi birləşmələr vasitəsi ilə İrana tabe olan hərbi güclərə zərbələr endirir. ABŞ-ın dəstəklədiyi Azad Suriya Ordusunun mövqeləri də tez-tez Rusiya hərbi qüvvələri tərəfindən hücumlara məruz qalır. Keçən gün Tabkada Əsəd rejiminə məxsus hərbi təyyarə ABŞ-a bağlı hərbi birləşmələr tərəfindən vuruldu. Hadisəyə ilk reaksiya Tehrandan gəldi: Deyr ez Zordakı İŞİD mövqelərinə İrandan atılan raketlərlə ağır zərbələr endirildi. İran rejimi hücumun İŞİD-in Tehran terroruna cavab olduğunu açıqlasa da, hücumun gerçəkləşdiyi zaman olduqca düşündürücüdür. İran Suriya müharibəsi başlayandan ilk dəfədir ki, ölkədən ölkəyə ballistik raket atırdı. Rusiya Müdafiyə Nazirliyi ABŞ-ın Əsəd rejiminə aid SU-22 hərbi təyyarəsini vurmasından sonra öz hava qüvvələrinin nəzarətində olan bölgələrdə hər hansı yad cismi hədəf alacağını bəyan etdi. Bu bəyanat ABŞ-a ünvanlanmış cavab mesajı idi. Bu bəyanata cavab olaraq Pentaqon yetkilisi Orgeneral Joseph Dunford “hərbi qüvvələrimizin orada özünü müdafiyə gücünə malik olmasından əminəm” deyə cavab verdi. Suriyada enerji ehtiyatları uğrunda beynəlxalq savaş yeni bir mərhələyə qədəm qoymaqdadır. Bu savaşda itirən təbii ki, sadə suriyalılardır. Moderator.az saytında dərc olunan “Ruh haqqında bilmədiklərimiz - Elmi-lədun araşdırma” başlıqlı yazımızdan sonra bu mövzuda müxtəlif suallar meydana gəldi. (Yazını bu linkdən oxumaq olar: www.moderator.az/news/181076.html ) Suallardan biri Quranda keçən “Allah sizə şah damarınızdan da yaxındır” ayəsinin şərhi ilə bağlıdır. Nəzərinizə çatdırım ki, hər şey Allahdan qopan nurla yaradılmışdır. Allah ilə Kainat eyni deyil. Allah hər yerdədir; həm zamanın içindədir, həm xaricində; həm dəyişəndir həm də dəyişməyəndir. Allah, Kainat və bütün varlıqları özündən (öz nurundan) yaratdı və kainatı aşan, kainatın şüurunda mütləq və dəyişməz bir varlıq olaraq suverendir. Ruhun tək məqsədi, meydana gəldiyi Allaha dönməkdir. Bunun da yolu tək universal qanun olan təkamüldən keçir. Konkret mənada, Allahın daxilində olunduğu Kainatın və varlıqların təkamül yolu ilə dəyişdiyi və inkişaf etdiyi, inkişafını tamamladıqdan sonra dönüşün yenə əzəli və əbədi olan Allaha olacağı şübhəsizdir. Bu geri dönüşdə yalnız təkamülünü tamamlayan ruhlar Allaha qovuşurlar. Kainat Allahın içindədir və sevgi vasitəsi ilə idarə edilir. Necə ki, bədənimizdə orqanlar sevgi yolu ilə biri-birinə bağlı olduğu kimi, Kainatda da hər şey bir birinə belə bağlıdır. Kainat, sanki, iç-içə dolu bir yumaqdır. Hər şey biri”“birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, Kainat var. Cahil və dərrakəsiz (mexaniki) ibadət dövrü artıq başa çatmaqdadır. Bundan sonrakı mərhələdə xeyirli əməllər və bəşəriyyətə sülh gətirən qanunlar yaradılmalıdır. Qarşıdakı dövrdə insanlar o qədər kamilləşəcək, saflaşacaqlar ki, etdikləri yaxşılıqları cəhənnəm qorxusundan deyil, yaradılmışlara sevgi şəfqət səbəbindən edəcəklər. Yerə endirilən dörd səmavi kitabın - Tövrat, Zəbur, İncil, Quran - hamısı Ramazan ayında nazil olub. Bu barədə Quranda belə buyrulur: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!” “Qədr” surəsi, 1-5-ci ayələr. Elmi-lədun araşdırmalarımız göstərir ki, Quranın düzülüşündə böyük bir riyazi dəqiqlik vardır. Yəni, surələrin və ayələrin nömrələnməsi təsadüfü olmayıb, sirli bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Qədr” surəsində və Qədr gecəsinin ehtimal olunduğu Ramazan ayının dörd (əhya adlanan) gecələrində də biruzə verir. Quranın “Qədr” surəsi 97-ci surədir ve 5 ayədən ibarətdir. Bunu nəzərə alıb, 97-ni 5-ə bölsək, 19 alınır və 2 qalıq qalır. Qədr gecəsinin ehtimal olunduğu (gizləndiyi) Əhya gecələri bunlardır: 19; 21; 23; 25. Maraqlıdır ki, bunların hər birinin üzərinə qalıqdakı 2-ni əlavə etdikdə, növbəti əhya gecəsinin tarixi alınır: 19 + 2 = 21; 21 + 2 = 23; 23 + 2 = 25; 25 + 2 = 27. “HƏR GECƏNİ QƏDR BİL” Yeri gəlmişkən, xalq arasında işlənən “Hər gecəni Qədr bil; hər gələni Xızır bil” məsəlinin də böyük bir fəlsəfi mənası vardır. Insan hər gecə elə ibadət etməlidir ki, sanki Qədr gecəsi ibadət edir. Nə bilmək olar, bəlkə elə bu gecə duası qəbul olacaq. Ümumiyyətlə, insanın duası hansı gecə qəbul olunarsa, onun üçün həmin gecə elə Qədr gecəsi kimidir. Məsəlin ikinci hissəsində işlənən “Hər gələni Xızır bil” ifadəsinə gəldikdə isə, burada da böyük bir məna vardır. Belə ki, qapımıza gələn, yaxud qarşımıza çıxan tanımadığımız adamla hörmətlə davranmalıyıq. Nə bilmək olar, bəlkə elə Xızır Əleyhissəlamdır, bizi sınamağa gəlib? Yaxud, bu şəxsin Allah yanındakı hörməti, dərəcəsi peyğəmbərlərin hörməti qədər yüksəkdir. Bütün bunları nəzərə alan ata-babalarımız bizlərə tanımadığımız adamlara qarşı ehtiyatlı olmağı və nəzakətlə davranmağı öz məsəlləri ilə tövsiyə etmişlər. “And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 17-ci ayə. Moderator.az saytında elmi-lədun araşdırmalarımız dərc edildikdən sonra, electron ünvanımıza yaradılış və ruh haqqında bir çox suallar gəlməkdədir. Odur ki, bugünkü yazımızı bu mövzuya həsr etmək qərarına gəldik. Araşdırmalarımız göstərir ki, mələk insanın ağılı, şeytan isə, insanın hissləridir. Şər yoxdur; xeyiri şər edən insanlardır. İnsanlar dininə və milliyyətinə görə yox, ağlına və bacarığına görə bölünməlidir. Bilməliyik ki, üç cür insan var: 1) agllı; 2) bacarıqlı; 3) həm agıllı, həm bacarıqlı. Peyğəmbərləri obyektiv və subyektiv olmaqla, iki qrupa bölmək olar. Obyektivlər Adəmdən Yusif Peyğəmbərə qədər olanlar; qalanları isə, subyektivlərdir. Bunlar da obyektivlerin fikirlərini inkişaf etdiriblər. Elmi-ləduna görə Peygəmbər bilicidir. Kim bəşəriyyətin xeyri üçün calışırsa, şübhəsiz, Allah ona kömək edəcək və elmdə qüvvətləndirəcək. İnsanları və heyvanları hərəkətə gətirən ruhdur. Hər bir insanın iki ruhu var: biri insanın göbəyində olur; ana bətnində inkişaf edir (heyvanlarda olan kimi). Digər ruh isə, insanın beynində olur. Bu ruh əzələ kimidir: insan məşq etdikcə əzələsi inkişaf edən kimi, beyin ruhunu da məşq etdirdikcə sonsuzluğa qədər inkişaf edir”¦ İnsan ana bətnində olanda onun ikinci ruhu (beyin ruhu) toxum kimi olur. Zaman keçdikcə bu toxum inkişaf edir və sanki, tumurcuqlayır. Həmin tumurcuqlardan meyvə çıxır və o meyvələrdən bir də toxum əmələ gəlir”¦ Beləliklə, beyin ruhu inkişaf etməyə və bəhrə verməyə başlayır. İkinci ruhunu inkişaf etdirən şəxs məhz Allaha qovuşar. Allahdan bir zərrəcik ayrıldı. Bu zərrəcik həyat zərrəciyi idi. Bu zərrəcik ilk vaxtlar hava, od, su və torpağı yaratdi. Sora bunlar reaksiyaya girərək mineralları yaratdı. Mineralların da ruhu var. Mineral, od, su, hava və torpaq reaksiyaya girərək bitkiləri yaratdı. Sonra isə, bitki, mineral, od, su, hava və torpaq reaksiyaya girərək heyvanları, yəni, hiss duyğularını yaratdi. Daha sora, bunların hamısı reaksiyaya girərək, insanı yaratdı. Allahın zərrəciyi ən çox insanda təcəssüm edir. Ən boyük möcüzə elmdir. Təkamül insanın beynində gedir. Vaxt var idi insan araba uzəldirdi, indi maşın, təyyarə düzəldir. Gələcəkdə yeni-yeni nəqliyyat vasitələri düzəldəcək”¦ Həqiqətləri dedikləri üçün insanlar bir çox filosofları, peygəmbərləri öldürdülər. Vaxt var idi İbrahim Peyğəmbər bütləri dağıdanda ona qarşı gedən də insanlar idi. O vaxt bütləri müdafiyə edənlərin inadkar gen kodları bugünkü insanlarda hələ də qalmaqdadır. Çoxluğa aldanıb ədalətdən sapmayın. Başınız fikirləşir, ayağınız isə, sizi aparır. Onda nə üçün baş yox, ayaq olursunuz? Tanınmış psixoterapevt Paşa Yaqubun “AUTİZM - Yaranma səbəbi və müalicəsi” adlı araşdırması broşura halında çap olunub. Müəllif autizm sindromunun yaranma səbəblərini araşdırır və özünə məxsus olan müalicə metodlarını izah edir. Autizm sindromlu uşaqların valideyn-ləri, hamilə qadınlar, həkimlər, psixo-loqlar və digər oxucular üçün nəzərdə tutulan araşdırmanı Moderator.az saytının oxucularına təqdim edirik. Autizm sindromunun yaranma səbəbi Autizm ”“ erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problem-lərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşdan sonra özünü göstərməyə başlayır. Bu əlamətlər əsasən özünə qapanma, real həyat-dan uzaqlaşma kimi təzahür edir. Keçən əsrin 80-ci illərindən sonra autizm sindromu ilə doğulan uşaqların sayında kəskin artım müşahidə edilməkdədir. Təxmini hesablamalara görə hazırda doğulan hər min körpədən 55-i bu sindromdan əziyyət çəkir. Xəstəliyin yaranma səbəbi tibb elminə məlum olmadığı kimi, onun getdikcə çoxlama səbəbi və müalicəsi də indiyədək məlum deyildir. Son dövrlər psixoloq olaraq autizim sindromlu uşaqların anaları arasında apardığımız test sorğuları bir çox heyrətamiz faktları ortaya qoydu. Həmin faktlar bu sindromun yaranma səbəbini tapmaqda bizə yardımçı oldu. Test sorğularından aydın olur ki, autizimdən əziyyət çəkən uşaqların analarında bir qayda olaraq hamiləlik dövründə eyni əlamətlər müşahidə olunub: yuxuda diksinmə, qorxu, stress, boğulma, qarabasma, qorxulu yuxular görmə, ürək döyüntüləri və s. Bütün bunlar beyində sabitliyin pozulmasının əlamətləridir ki, autizm sindromlu uşaqlar hələ ana bətnində olarkən, analarda bu əlamətlər müşahidə olunub. Ən maraqlısı da odur ki, həmin uşaqlar doğulduqdan sonra anaların bir çoxunda bu əlamətlər bir daha baş verməyib. Bu da onu göstərir ki, həmin əlamətlər doğuş zamanı anadan uşağa keçməklə, autizm sindromunun yaranmasına səbəb olub. Oxucuda sual yaranacaq ki, analarda müşahidə olunan bu problemlər nəyin nəticəsidir və onları necə aradan qaldırmaq olar? Bunu izah etmək üçün, fizikanın qanunlarına müraciət edək (Kainat fizikanın qanunları ilə idarə olunur). Bildiyimiz kimi, fizikada iki cür ”“ dəyişən və sabit (düzxətli) cərəyan mövcuddur. Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ tesirler sirler neticesinde insaninin enerjisi de“dəyisen ceryan” formasina kecir. Yəni, onda tez-tez hal dəyisilikleri, qorxular, diksinmeler, bogulmalar, pis yuxulardan əziyyet çəkmə, qarabasma halları baş verir. Bu hallar insanın beyin damarında baş verən sıxılma ilə əlaqədardır ki, bu da getdikcə həmin damarın qurumasına doğru gedir. Nəticədə həmin damar insanın hansı daxili orqnı ilə əlaqəlidirsə, o orqanda funksional pozğunluq baş verir. Qeyd edim ki, istənilən xəstəliyin (o cümlədən autizm sindromunun) insanda yaranma prosesi bu cür baş verir... Autizmli uşaqların anaları arasında apardığımız test sorğulardan aydın olur ki, onlar bu uşaqlara hamilə olarkən, orqanizmləridə sabitliyin pozulması halları müşahidə edilsə də, onlar bunun mahiyyətini bilmədiklərindən yaşadığı narahatçılıqlara hallara məhəl qoymayıblar. Nəticədə ananın beynində başlayan həmin proses (kapilyar damarların daralması və qurumağa başlaması) bətindəki uşağın da beynində eyni qaydada baş verməyə səbəb olur. Uşaq doğulduqda isə, bir çox hallarda həmin əlamətlər analarda yoxa çıxsa da, uşaqlarda proses davam etməyə başlayır. Beləliklə, yeni doğulan körpənin beyin damarlarının sıxılması, yaxud quruması onun əqli inkişafdan qalması ilə nəticələnir ki, bunun da adına müasir tibb elmində autizm deyilir. Yuxarıda qeyd etdiyimiz kimi, tibb elminə bu xəstəliyin səbəbi məlum olmadığı kimi, müalicəsi də məlum deyildir. Apardığımız psixoloji araşdırmalar bu xəstəliyin səbəini aşkar etdiyi kimi, müalicəsinin mümkünlüyünü də ortaya qoyur. Autizmin müalicəsi mümkündür Əvvəlcə onu bildirim ki, bizim tətbiq etdiyimiz müalicə metodunda autizm sindiromlu uşaqların müalicəsi anaları ilə bərabər aparılır. Bunun səbəbi sindromun adından məlumdur. Belə ki, autizim ANADAN-GƏLMƏ (!) problemdir. Deməli məntiqlə problemin çözümü də ANADAN mənbədən başlanmalıdır. Autizmlə doğulan köpələrin analarını test edərkən aydın görmək olur ki, onlar uşaq doğulmamışdan xeyli əvvəl, bəzən hətta, qız vaxtından neqativ travma alırlar. Nəticədə onların orqanizmində sabitlik pozulur; diksinmə, qorxma, yersiz əsələşmə halları başlayır. Ağır hallada qarabasmalar müşahidə olunur.Təəssüf ki, insanlarımız bu əlamətləri ciddiyə almırlar və bu da bir neçə ildən sonra müxtəlif xəstəliklərin yaranması, eləcə də autizim sindiromlu uşaq-ların doğulması ilə nəticələnir. Müasir psixologiya və tibb elmi neqativ enerjini qəbul etmədiyindən onların tətbiq etdikləri müalicə metodları yalnız autizmli uşaqların özlərinə yönəlir. Bu səbəbdən də indiyədək aparılan müalicələrdə heç bir nəticə əldə olunmur. Sizə bir misal çəkim: tutaq ki, Mingəçevir SES-dən Bakıya gələn enerji xətti məsələn, Ağdaş rayonunda qırılıb. Bu vaxt Bakıda mənzilində işığı sönən biri, problemi çözmək üçün elektrik ustası çağırır. Usta əgər professionaldırsa qırığın Ağdaşda (yaxud, başqa rayonda) olduğunu aşkar edəcək və oradan xətti calayaraq, mənzildəki problemi həll edəcək. Yox əgər naşıdırsa, gəlib Bakıdakı mənzildə patronları qurdalamağa başlayacaq.. Psixoloqların və həkimlərin autizm sindromlu uşaqların valideynlərini bir kənara qoyub, yalnız uşağın üzərin¬də işləməsini mən naşı elektrik ustasinın patronla, yaxud lampa ilə uğrasmasına bənzədərdim (hansı ki, xətt Ağdaşda qırılıb) Enerji misalını təsədüfən çəkmədim. Bilməliyik ki, 220 (!) sümüyün birləşməsindən yaranan insan anatomiyası həm də enerji daşıyıcisıdır. Belə ki, ruh insana yerləşdirilmiş və onu enerji ilə təmin edən bir batareya funksiyasını yerinə yetirir. Məişətdə işlətdiyimiz elektrik enerjisində müəyyən problemlər, kəsilmələr baş verdiyi kimi (küləyin, yaxud dələduz insnın müdaxiləsi ilə enerji kəsilə billir), orqanizmimizi enerji ilə temin edən ruhumuza da bu cür kənar müdaxilələr ola bilir. Oxucuda sual yaranacaq ki, başqasının daxili enejisinə bəd niyyət insanlar necə müdaxilə edə bilirlər? Nəzərinizə çatdırım ki, ruha neqativ təsir əssən bu yollarla baş verir: 1) qorxu; 2) stress; 3) bəd nəzərlər; 4) magiya. Bidiymiz kimi, hər bir insanın gözündə Selen maddəsi vardır. Bəzi insanlarda isə, bu maddə lazım olduğundan artıq olur. Onlar gözəl bir insan, yaxud, əşya görəndə heyrətlənirlər ki, bu zaman həmin Selen maddesi şüalanmağa başlayır. Nəticədə, gözdən ayrılan neqtiv enerji qarşidakı insana daxil olur və birbaşa onun ruhuna (enerjisinə) təsir edir. Magiyaya gəldikdə isə, bu heç də insanların düşündüyü kimi, cəhalət deyil, kimyanın sirlərinə əsaslanan byük br elmdir (hansı ki, o sirlər müasir kimyçılara məlum deyil). Sadəcə bu elm (magiya) Allah tərəfindən lənətlənmiş, şeytani bir elmdir. Yəni, bundan istifadə etmək, kompyuterin müəyyən proqramlarından istifadə edərək bankları soymaq kimi günah (haram) bir elmdir. Bundan istifadə edənlər gec-tez Allahın bəlasına düçar olurlar. Buna baxmayaraq, yenə də insanlar bəd əməllərindən əl çəkməyərək müəyyən elementlərin (Dəmirin, Kalsiumun, heyvani yağların və s.) sirlərindən istifadə edərək sevmədikləri insanın enerjsinə (ruhuna) müdaxilə edirlər. Bütün bu neqativ təsirlər və müdaxilələrin nəticəsində insan beynində sabitlik pozulur. Beynin kapilliyar damaları sıxılmağa və nəhayət qurumağa başlayır. Bundan sonra insanda müxtəlif xəstəliklər baş qaldırır. Bunu, virusun kompyuteri dondurması ilə müqayisə etmək olar. Qadınlar (qızlar) həssas olduqlarından, neqativ təsirə kişilərdən daha çox məruz qalırlar. Amma, bu sahədə bilgisiz olduqlarından, vaxtında təbir görüb, bu enerjidən azad ola bilmirlər. Nəhayət, hamiləlik dövründə onlar bu neqativ enerjini bətlərindəki övladlarına ötürürlər... Beləliklə, beyin damarları qurumuş övlad dünyaya gətirirlər ki, tibb elmi bu cür tilsimli uşaqları “autizm sindromlu” adlandırır və müalicəsini mümkünsüz hesab edir. Bir psixoloq və elmi-lədun bilicisi olaraq apardığımız araşdırmalar bu sindiromun ən azı 70-80 faiz (körpə yaşda bilinərsə 100 faiz) aradan qaldırmağın mümkünlüyünü göstərir. Bir şərtlə ki, problemin çözümünə anadan başlansın. Çünkü, yuxarıda qeyd etdiyimiz kimi, sindrom anadangəlmə(!)dir. İlk növbədə ananın hamiləlik dövründə (yaxud, ondan 10-15 il qabaq) aldığı neqativ travma aradan qaldırılmalı və orqanizmindəki sabitlik bərpa olunmalıdır. Daha sonra problemli uşaq seans edilərək, neqativ enerjisi götürülməli və sabitlik bərpa olunmalıdır. Bütün bu müalicə seansları fizikanın qanunlarına uyğun və elmi-lədun üsulu ilə həyata keçirilir. Bəzən pasiyentlər sual verirlər ki, ananı müalicə etmədən autizmli uşağı sağaltmaq olmazmı? Olar; amma, bir şərtlə ki, müalicə aldıqdan sonra gərək uşaq ananın yanına qayıtmasın və onunla bir evdə yaşamasın. Çünki, təmizlənmiş uşaq neqativli ananın yanına gedən kimi, onda olan neqativi yenidən özünə çəkəcək və təkrar beyindəki sabitlik pozulacaq. Təcrübəmiz göstərir ki, autizm sindromlu uşaqlar bu cür enerjiyə qarşı həssas olduqlarından, anada, atada, eləcə də bir evdə yaşadıqları ailə üzvlərində olan neqativləri maqnit kimi özlərinə çəkirlər və yüklənərək yenidən pozulurlar. Ona görə də bu cür xəstə uşaqların tək müalicəsi effekt vermir (psixoloqlar bu sirri bilmədiklərindən nəticə ala bilmirlər) Onu da vurğulayaq ki, autizm sindromlu uşaqlar neqativdən təmizləndikdən sonra valideynlərindən başqa heç kəsdən neqativi çəkmirlər. Bu da genetik rabitə ilə əlaqədardır. Bilməliyik ki, bu cür uşaqların əsəbiliyi, aqressiyası, qaranlıqdan qorxmaları, ürək döyüntüləri, diksinmələri... neqativ təsirin əlamətləridir ki, bir neçə seansla bu əlamətləri aradan qaldırmaq mümkündür. Körpənizin xəstə, yaxud sağlam doğulacağını bilmək istəyirsinizsə hamiləlik dövründə bu əlamətlərə fikir verin Son dövrlər autizm sindromundan əziyyət çəkən uşaqlar üzərində apardığımız uğurlu müalicə seansları bu qənaətə gəlməyimizə əsas verir ki, doğulacaq körpənin autizm sindromundan əziyyət çəkib-çəkməyəcəyini hələ hamiləliyin ilkin dövründə təyin etmək mümkündür. Belə ki, autizmli uşaqların anaları bir qayda olaraq etiraf edirlər ki, hami¬lə¬lik dövründə (yaxud ondan əvvəlki dövrlərdə) özlərində yuxudan diksinib oyanma, baş, çiyin ağrıları, ürək döyüntüləri, qorxu, yuxuda boğulma, qarabasma (gözünə başqa varlıqlar görünməsi), qorxulu yuxular görmə, qərarsızlıq, əsəbilik müşahidə ediblər. Qeyd edək ki, bütün bunlar neqativ təsirin əlamətləridir. Yuxarıda qeyd etdiyimiz kimi, hamilə qadınlar (eləcə də gənc qızlar) neqativ təsirə qarşı həssas olduqlarından ətrafdakı insanlarda olan neqativ enerji onlara daha çox təsir göstərir. Nəticədə onlar özlərində yuxarıda sadaladığım əlamətləri müşahidə etməyə başlayırlar. Lakin müasir dövrdə insanlarımız gizli elmlərdən bixəbər olduqlarından, bu əlamətlərin mahiyyətini dərk etmirlər. Başqalarına da deməyə utanırlar ki, ətrafdakı insanlar onları dəli hesab edərlər (kimsə deyəndə ki, gözümə qorxulu varlıqlar görünür, cahil insanlar gülürlər və bunun mümkün olmadığını deyirlər). Onu da qeyd edək ki, qorxu, əsəb, stress və s. yuxarıdakı əlamətləri olan insanlarda beyin damarları sıxılmağa və tədricən qurumağa başlayır ki, bu da beyində və digər orqanlarda funksional pozğunluqla nəticələnir. Bu əlamətlər hamiləlik dövründə baş verdikdə isə, bətndəki körpənin birbaşa beyin sisteminə təsir edir ki, nəticədə əqli qüsurları olan, beyni inkşafdan geri qalan (autizm sindromlu) uşaqlar doğulur. Yeri gəlmişkən, qeyd edək ki, bu gün cəmiyyətdə geniş şəkildə yayılan neqativ enerji tək autizmli uşaqların doğulmasına səbəb olmur; bu enerji həm də ailələrin sürətlə dağılmasına, uğursuzluqlara, evlərdə sirli yanğınlar baş verməsinə, xəstəliklərin artmasına və intiharların tüğyan etməsinə... səbəb olur. Oxucuda sual yaranacaq ki, “qara enerji” indiki dövrdə niyə belə çox yayılıb? Neqativ enerjinin bu dərəcədə artmasına səbəb nədir? Sualınıza cavab olaraq bildirək ki, cəmiyyətdə neqativ enerji bütün dövrlərdə olub. Amma, əvvəllər bu dərəcədə deyildi. Bunun artması bu gün cəmiyyətdə magiya ilə məşğul olanların (falçı və cadugərlərin) hədsiz çoxalması və onların “xidmətindən” istifadə edənlərin artması ilə əlaqdardır.Vurğulamaq istəyirik ki, Fironun dövründən bəri sehrbazlığın (cadugərliyin) indiki qədər artdığı bir dövr olmayıb! Artıq dünyanın dörd bir tərəfində yaşayan insanlar ”“ yüksək vəzifəlisindən tutmuş, sıravi vətəndaşına qədər ”“ bir iş görərkən ekstrasenslə (yaxud falçı ilə) məsləhətləşməyi, onların enerjisindən yararlanmağı özlərinə borc bilirlər. Düşünmürlər ki, bu kateqoriyadan olanların istifadə etdikləri enerji neqativ (“qara”) enerjidir. Nəticədə öz əlləri ilə özlərini çətin duruma salırlar. Həmin enerji yüklənmiş əşya daim evə ağırlıq, uğursuzluq gətirir və xəstəliklərə, yuxarıda sadaladığım əlamətlərə səbəb olur... Hələ ta qədmdən bu əlamətləri olan insanlar kəramət (elmi-lədun) sahiblərinə müraciət edər, onların müsbət enerjisi ilə bu cür təsirlərdən azad olardılar. Ona görə də cəmiyyətdə xəstəliklərə, səfalətə, autizm sindromuna və intiharlara... az təsadüf olunardı. Təcrübəmiz göstərir ki, bu cür neqativ əlamətləri insanlardan (o cümlədən hamilə qadınlardan) elmi-lədun üsulu ilə çox asanlıqla yox etmək mümkündür. Bu əlamətlərdən xilas olan anadan heç vaxt autizm sindromlu (yaxud, başqa problemli) uşaq doğulmaz. Qeyd: autizm sindromundan, qorxudan, əsəbdən, sinir pozğunluqlarından, qaymaritdən, miqrendən, duzlaşmadan, oynaq ağrılarından və s. daxili xəstəliklərdən, neqativ enerjilərdən əziyyət çəkən insanlar müəllifə müraciət edə bilərlər. Bəs intihara meyil edən, illərlə evlənmək istəməyən, çimməyən və s. ruhi xəstələri müalicə etmək mümkündürmü? Bir neçə gün öncə Moderator.az saytında “Şeytan və cinlər insanların fikirlərini oxuya bilirmi?” başlıqlı yazımızdan daha bir neçə sual meydana çıxdı: Cinlər insanlara konkret hansı ziyanları vura bilərlər? Və onların zərər vurduqları “ruhi xəstə” adlandırdığımız adamları müalicə etmək mümkündürmü? Həmin sualları elmi-lədun araşdırmaları ilə saytımızda tez-tez çıxışlar edən, tanınmış psixoterapevt Paşa Yaquba ünvanladıq. Onun cavabını oxucularımıza təqdim edirik: “Cinlər insanların səhhətində fəsadlar törədən neqativ enerjidir” ” - Allah-təala Quranda buyurur ki, “Biz hər bir Peyğəmbər üçün cinlərdən və insanlardan düşmənlər yaratdıq"”. Cinlər və şeytanlar neqativ enerjidirlər və düşdükləri yerdə fəsad törədirlər. Necə ki, virus, bakteriya düşdüyü yerdə fəsad törədər. Yeri gəlmişkən, Peyğəmbərimiz(s) bir hədisində: “Dırnağınızı kəsin, onun altında şeytan gizlənib” buyurur. Müasir tibb elmi həmin fikri belə ifadə edir: “Dırnağınızı kəsin, çünki, altında mikroblar, bakteriyalar gizlənib”. Göründüyü kimi, hər iki fikirdə mahiyyət eynidir; bir vaxt şeytan adlandırılan nəsnəni, indi virus, mikrob adlandırırlar. “Depressiya - “cin” adlandırdığımız neqativ enerjinin törətdiyi fəsaddır” Elmi-lədun araşdırmalarımız göstərir ki, cinlər neqativ enerjidirlər; onlar hər bir insana daxil ola bilirlər. Bu cür enerji daxil olan insanda ilk növbədə əsəbilik müşahidə edilir. Daha sonra baş, çiyin ağrıları, oynaq ağrıları, yuxuda diksinmələr, qorxu, qarabasma, ürək döyüntüləri, həyəcanlanmalar, müxtəlif xəstəliklər, uğursuzluqlar görünməyə başlayır... Necə ki, kompüterimizə virus düşəndə onu dondurur, müxtəlif fayl və proqramları silir, neqativ enerji (cin şeytan) də insan aurasına daxil olanda insanın həyatını dondurur və səhhətində, sağlamlığında fəsadlar yaradır. Bu cür insanlar qərarsız olurlar. Yəni bir yerdə qərar tuta bilmirlər, darıxırlar, səbirsizləşirlər. Həmçinin bu enerji insan qəlbindəki sevgi hissini (oxu: faylını, proqramını) pozaraq, yerinə nifrət, inamsızlıq “yazır”. Nəticədə, qəlbinə həmin enerji dolmuş şəxs dünənədək sevdiyi şəxsə bu gün niftət etməyə başlayır, insanlardan uzaqlaşır, heç kəsə inanmır və özünə qapanır. Buna psixologiya elmində depressiya deyilir. Əslində isə, bu həmin neqativ enerjinin (dində buna cin, şeytan deyilir) törətdiyi fəsaddır. “İllərlə evlənmək istəməyən, çimməyən, özlərinə qapılan xəstələrin bədənindən qara enerjini çıxarmaq mümkündür...” Bu bəlalardan sonra insanda yuxarıda sadaladığım əlamətlər, ağrılar baş verir. Ağır hallarda insan intihara meyilli olur və qarşısı alınmazsa, bunu reallaşdırır. Ən pisi də odur ki, bu cür insanlarda inam hissi itdiyindən, heç vaxt həkimə, yaxud psixoloqa müraciət etmək istəmirlər. Belə halda gərək xəstənin sahibi ağıl nümayiş etdirsin və onu aldadaraq müalicə etdirsin. Məsələn, mən bu cür depressiyaya düşüb on ildən çox bağlı otaqda qalan və atasından başqa heç bir ailə üzvü, qohumları ilə görüşməyən, iki ildir çimməyən və paltarını dəyişməyən (!) pasiyentimə özümü işıq ustası kimi təqdim edib, çətinliklə otağa daxil olmuşam və özü də hiss etmədən onu seans etmişəm. Nəticədə pasiyent normal həyata qayıdıb. Təcrübəmdə buna bənzər çox hallarla qarşılaşmışam. Amma, təəssüflər olsun ki, çox valideynlər bu üsuldan istifadə etmirlər və xəstə istəmir deyə, onu müalicə etdirmirlər. Nəzərə alın ki, körpə uşaq heç vaxt çimmək istəmir və suya salanda qışqıraraq müqavimət göstərir. Buna baxmayaraq, ana çimməyin faydasını və vacibliyini dərk etdiyindən müqavimətə məhəl qoymayaraq uşağı zorla da olsa çimizdirir. Depressiyaya düşərək özünə qapanan, ailə qurmaq istəməyən (Bəzi neqativ enerjiylə yüklənmiş insanlar ailə qurmaq istəmirlər və onlara elə gəlir ki, istəsələr ailə qurarlar, sadəcə, özləri istəmirlər) yaxınları da bu cür davranmalıdırlar. Yəni, onlara məcburi qaydada seans keçirməlidirlər. Məlumunuz olsun ki, bu cür “qara enerji”dən təmizlənmək heç də problem deyildir. Sadəcə bacarıqlı mütəxəssisə müraciət etmək gərəkdir... Sultan Laçın Waşinqtondakı Wilson Beynəlxalq Mərkəzinin internet saytında yayımlanan məlumata görə, İsrailin 1967-ci ildə planlaşdırdığı və Orta Şərq müharibəsində altı gün ərzində qələbə qazanmasını təmin edəcək “Şimşon əməliyyatı”, və ya ibranicə “Samson” adı verilən plan həyata keçirilməyib. Planın detallarına görə İsrail, Sina Yarımadasındakı bir dağın zirvəsində nüvə silahı istifadə etməyi düşünürdü. Nüvə silahı İsrail Prezidentinin əmri ilə işə düşməliydi. “Şimşon əməliyyatı”nın məqsədi isə Ərəb ölkələrinin ordularını qorxutmaq və hücumlardan vaz keçmələrini təmin etmək idi. Əməliyyatın adı verilən “Samson” isə, Tövratda adı keçən qüdrətli bir fiqurdur. Bu bilgilri verən, Yitzhak Yaakov adlı bir generaldır. O, 1967-ci ildə İsrail ordusu ilə vətəndaş cəmiyyətləri arasında əlaqə yaradırdı. İsrailin nüvə silahı istehsalının keçmişini araşdıran tarixçi Avner Cohenin 1999-cu ildə hazırladığı reportaj xidmətində Yaakov bu planı detallı bir şəkildə açıqlayıb. Cohenin hazırladığı reportajın səs qeydlərində Yaakovun “Bir düşməniniz var və sizi dənizə atacağını söyləyir. Ona inanırsınız. Onu necə dayandırırsınız? Qorxudaraq. Əgər onu qorxuda biləcək bir şeyiniz varsa, qorxudarsınız” söylədiyi eşidilir. Nüvə silahının partladılmasının planlaşdırıldığı dağ, Sina Yarımadasının cənubunda, Misirin ən böyük hərbi bazasının 20 km-də yerləşir. Bu planın üzə çıxması Orta Şərq müharibəsinin 50 illiyinə təsadüf edir. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |