Xalqı pozmaq siyasətinin arxasında nə durur?
Xəbər verildiyi kimi, dünən (24 iyul 2022) Goranboyun Qaramusalı kəndində avtobus qəzası baş verdi. Nəticədə 24 nəfər xəsarət aldı. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun Quran rəmzləri altında özünü biruzə verməsi onu göstərir ki, hadisə ALLAHdan növbəti xəbərdarlıqdır. Bunu görmək üçün aşağıdakı hesablamalara baxaq:
Bu və digər hesablamalarımız göstərir ki, Goranboyda baş verən avtobus qəzası zalım rəhbərlərə Allahdan gələn bir xəbərdarlıqdır. Soruşacaqsınız ki, xəbərdarlıq zalım rəhbərlərə gəlirsə, niyə ziyanı aşağı təbəqə çəkir? Birbaşa rəhbərlərin özlərinə gələ bilməzdimi? Məsələ ondadır ki, zalımlar xalqı əsarətdə saxlamaq və daimi istismar etmək üçün ilk növbədə xalqı ALLAHDAN uzaqlaşdırmaq siyasəti yeridirlər. Bunun ən asan yolu xalqın əxlaqını pozmaq, onu mənəvi dəyərlərdən uzaqlaşdıraraq, pozğun kütləyə çevirməkdir. Çünki, yolun azmış, pozulmuş kütləni nə qədər əzsən, zülm etsən, onlar ah-fəryad etsələr də Allah onların səsini eşitməyəcək. Hazırkı iqtidar əlində olan televiziyalar və s KİV ilə artıq demək olar ki, buna nail olub. Xalqı o qədər pozublar ki, artıq Lut Peyğəmbərin dövründəki yaşam tərzinə qayıdıblar. Öz ehtiraslarını kişi kişiylə, qadın qadınla və yaxud heyvanlarla söndürürlər... Qadınlar küçəyə çıxanda göbəklərini və digər intim yerlərini nümayiş etdirərək gəzirlər. Əxlaqda, mənəviyyatda elə bir böhranlı vəziyyət hökm sürür ki, artıq kişilərin çoxu öz qadınlarının, qızlaının üzərində nəzarəti itiriblər. Cəmiyyət o dərəcədə pozulub ki, kişilər küçəyə çıxan qadınlarının nəinki başını, heç göbəyinin üstünü örtməyə məcbur edə bilmirlər... İnsanların bu gün zülmə, haqsızlığa, zalıma etiraz edə bilməməsinin gizli sirləri də buradadır. Belə ki, öz halal arvadının intim yerini örtə bilməyən kişi əlində bu qədər topu-topxanası, qoşunu olan zalım rəhbərə necə (hansı qeyrətlə) etiraz edə bilər? Doxsanıncı illərdə bundan daha güclü olan sovet dövlətinin tankı, topu, ordusu qarşısında xalqımızın kişiləri qeyrəti ilə, qadınları isə namusu ilə dayandılar və başqa silahları olmadığı halda qalib gəldilər. İndiki zalımlar o vaxtkından qat-qat zəif olsalar da, xalq onlara etiraz edə, sözün deyə bilmir. Çünki, nə kişilərimizdə həmin qeyrət, nə də qadınlarımızda o vaxtkı abır, ismət, namus var (bu fikrimə etirazı olanlara məsləhət görürəm ki, küçəyə çıxıb, qarşılarına çıxan yüz qadını saysınlar və görsünlər bu yüz qadından neçəsinin intim yeri örtülüdür? Baş örtüyündən heç danışmıram). Tarixi faktlar sübut edir ki. qeyrətiylə, namusuyla silahlanan xalqı heç bir ordu, heç bir padşah məğlub edə bilməyib. Çünki, qeyrətini, ismətini, namusunu qoruyanları ALLAH çox möhkəm qoruyur və həmişə qalib edir. Bunu aşağı təbəqə bilməsə də, yuxarı təbəqə (hakimiyyətdəkilər) çox gözəl bilirlər və dərindən dərk edirlər. Ona görə də, xalqı daimi əsarətdə saxlamaq üçün ilk növbədə onu bu silahdan (namusdan, qeyrətdən, abır-ismətdən) məhrum edirlər. Yəni, bir növ mənəvi cəhətdən “axtalayırlar”. Mənən axtalanan, xırdalanan xalq heç vaxt azadlıq, haqq-ədalət kimi böyük ideyaları düşünə, onların uğrunda mübarizə apara bilmir və beləliklə, ömrünü əsarətdə keçirir; zalımlara qul olmaqla və onlara yaltaqlanmaqla gününü keçirməyə çalışır. Zalım rəhbərlərin otuz ilə yaxın müddətdə yeritdiyi məqsədyönlü siyasət artıq öz “bəhrəsini” vermişdir. Xalıqın böyük əksriyyəti (təqribən yetmiş faiz civarında əhali) artıq azadlığını düşünməyən, özünə dəyər verməyən pozğun, bir kütləyə çevrilmişdir... Bu səbəbdən də ALLAH bəla göndərəndə hələlik aşağı təbəqəni tutur. Bu da onlara xəbərdarlıqdır ki, bəlkə yollarına qayıtdılar. Çünki, hələ qarşıda (böyük vəzifəlilər üçün gələcək) böyük bəlalar var. Bu gün əhalinin bir hissəsi bu xırda bəlaları görüb yoluna qayıdarsa (heç olmasa intim yerlərini örtərsə, abır-ismətini qoruyarsa), onda böyük bəlalardan və indiki zülümdən, zillətdən xilas olar. Onu da qeyd edim ki, bəşər tarixində belə dövrlər çox olub. Məsələn, Nuh qövmü, Lut qövmü, Hud qövmü.... də bizim kimi yollarını azmışdılar və ALLAH onların hərəsinə bir cür (suyla, başlarına daş yağdırmaqla və s) bəla göndərib, az qisim istisna olmaqla, çox hissəsini yer üzündən sildi. Artıq tarix təkrar olunmaqdadır. O xalqların etdiyi günahları (daha doğrusu həyasızlıqları) bu gün biz hər addımda görürük və bu, xalqın həyat normasına çevrilməkdədir. Bu səbədən də hər gün Yerə xırda bəlalar enməkdədir (bəzi ölkəlrdə yanğınlar, bəzilərində daşqınlar, qəzalar... baş verir). Dünyanın elmi mərkəzləri artıq etiraf edirlər ki, son illərdə Yerdə baş verən təbii fəlakətlər əvvəlki illərlə müqayisəolunmaz dərəcədə çoxalmaqdadır... Elmi-lədun hesablamalarımız göstərir ki, indiyədək baş verənlər hələ xırda bəlalardır. İnsan oğlu bunlardan ibrət götürüb doğru yola qayıtmasa qabaqkı aylarda çox ciddi prseslər gedəcək və nəticədə Yer üzü murdar insanlardan tamamilə təmizlənəcək (Lut, Nuh... dövründəki kimi). Bununla da indiki eytani (Dəccal) dövrü bitib, kamillik dövrü başlayacaqdır. Kamillik dövründə yaşamaq istəyənlər indidən öz abır-ismətlərini qorumalıdırlar. “Bu, (xəbərdarlıq) ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola (özlərinə xəbərdarlıq edilmədən, günahları izah edilmədən) zülmlə məhv etməyi özünə rəva bilməz!” Quran, 6:131 Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi (Qeyd: paylaşaraq Allahın carçısı olun)
0 Comments
El arasında vasvasılıq, sofuluq kimi tanınan xəstəliyin (psixoloji halın) elmi adı Sarışan hallar nevrozudur. Bu problemə Obsessiv Kompulsiv Pozuntu da deyilir.
Bu xəstəlik, xəstənin tez-tez təkrarlanan, narahat edən düşüncə və çox vaxt rahatlamaq üçün edilən təkrarlanan davranışlarla xarakterikdir. Bir çox halda bu düşüncələr təmizlik, kontrol etmə, dini düşüncə və buna uyğun davranışlarla özünü biruzə verir. Cinsindən, sosiyal vəziyyətindən, təhsil səviyyəsindən asılı olmayaraq, hər kəsdə bu xəstəlik görülə bilir. Dünya Səhiyyə təşkilatının verdiyi məlumata görə hər 1000 nəfərdən 15-ə qədəri bu xəstəlikdən əziyyət çəkir. Azərbaycanda isə on minlərlə insan bu xəstəliyin daşıyıcısıdır. Xəstələrdə adətən aşağıdakı əlamətlər olur: - Əllərini gün ərzində saatlarla yuyurlar. -Başqalarından nəsə almağa qorxurlar ki, hansısa xəstəliyə yoluxarlar. -Evdə mikrob olar deyə saatlarla evi təmizləyirlər. - Uşaqları və həyat yoldaşları evə gəldikdə harada olduqlarını ən xırda detalına qədər soruşurlar. Bütün paltarlarını dəyişmələrini, əllərini sabunla dəfələrlə yumalarını tələb edirlər. Bunları edənə qədər evin heç bir yerinə toxunmamalarını tələb edirlər. -Mümkün qədər evdən çıxmırlar ki, qayıdıb gələndə təkrar saatlarla təmizlik aparmasınlar. Çünki, bu onları çox yorur. -Bilirlər ki, bu düşüncələri doğru deyil, ancaq beynlərindən də çıxara bilmirlər. - Bütün vaxtlarını evdə, işdə nəyinsə yolunda getməyəcəyini yoxlamağa sərf edirlər. -Evdən çıxmaq üçün ona saalarla vaxt lazımdır. Çünki qazı bağladığından, işıqları söndürdüyündən, pəncərələri bağladığıdan tam əmin ola bilmir, dəfələrlə yoxlayır. Bəzən tam əmin olmaq üçün qazı təkrar-təkrar yandırıb söndürür (hətta, bunu 5-7 dəfə təkrarlayır). Onunla evdən çıxan başqa adam varsa, onun da yoxlamasını istəyir. -İpdən asdığı paltarların aşağısı əyri durarsa gözünə yuxu getmir, durub o paltarların ətəyini iynə ilə biri-birinə tikdikdən sonra gedib rahat yatır. - Bəzən əllərini yuyarkən saatlarla sudan ayrıla bilmir və buna görə oturub ağlayır... Bu əlamətlər başlanğıc mərhələdə zəif və adi görünsə də, yaşlandıqca insana böyük problemlər yaradır və nəhayətdə insan özünü cəmiyyətdən və ailə üzvlərindən təcrid edir. Özünə qapanır, həm ailədən, həm də cəmiyyətdən təcrid olunur. İnsanların hərəkətləri onu hədsiz əsəbləşdirir... Ona görə də bu cür xəstələrin çoxu orta yaşı keçdikdən sonra işlərini tərk edib, evə qapanırlar... Xəstəliyin yaranma səbəbi Sarışan hallar nevrozu əsasən neqativ enerjinin təsirindən yaranır. Bu enerji insana ya birbaşa, ya da dolayısıyla ötürülür. Dolayısıyla ötürülmə odur ki, bu cür xəstələr hələ ana bətnində olanda anada neqativ enerji olur. Bu enerji körpəyə yoluxur və körpə neqativ enerji ilə doğulur. Uşaq böyüdükcə əllərini çox yuyur və ətrafdakılardan iyrənməyə başlayır. Orta yaşa çatdıqda artıq qapanmağa doğru gedir... Əgər anada sarışan hallar nevrozu varsa mütləq bətndəki ilk uağa (bəzən sonrakılara da) yoluxur və uşaq böyüdükcə nevrozun əlamətləri görünməyə başlayır. Yaş ardıqca xəstəlik kəskinləşir. Sarışan hallar nevrozunun müalicəsi Elmi lədunla sarışan hallar nevrozunun müalicəsi mümkündür. Bu xəstəlik neqativ enerjidən yarandığına görə ilk növbədə xəstənin bədənindən bu enerji təmizlənməlidir. Bunun üçün biz Mendeleyevin sağlığında onun tərtib etdiyi cədvəldə mövcud olmuş Nyutoniyum (Efir) elementindən istifadə edirik. Hansı ki, Mendeleyev ölən kimi (1907), bəzi sirləri bəşəriyyətdən gizlətmək üçün bu elementi mövcud olduğu sıfır qrupu ilə bərəbar Elementlərin Dövrü Cədvəlindən sildilər. Böyük alim Nikola Tesla bu elementin sirlərini mexanika sahəsinə tətbiq etməklə daimi işləyən mühərrikləri və enerjinin naqlsiz ötürülməsini kəşf etmişdi. Uzun araşdırmalarımızdan sonra Nyutoniyum elementinin sirlərini tibb elminə tətbiq edə bildik. Bunun sayəsində sarışan hallar nevrozu da daxil bir çox sağalmaz xəstəlikləri uğurla müalicə edə bilirik. Bu cür xəstəliyi olan uşaqların valideynləri bilməlidirlər ki, övladları nə qədər ki, gəncdir, müalicəyə cəlb etmək asan olur. Orta yaşdan sonra onları bizim seansa cəlb etmək çətin olur. Çünki hamıdan iyrəndikləri kimi, həkimdən də iyrənirlər. Bu cür xəstələrdə heç nəyə, heç kəsə (nə doğmalarına, nə özünə, nə Allaha) inam hissi olmadığına görə müalicədən yayınmağa çalışırlar. Gərək ətrafında möhkəm adam ola ki, zorla da olsa müalicəyə gətirə bilsinlər. Bizim ilk 2-3 seansımız onlarda narahatlıq yaratsa da sonrakı seanslarda bədəndə neqativ enerji azaldığına görə heç bir narahatlıq hiss etmirlər; əksinə, seansdan ləzzət alırlar. Odur ki, nalideynlər bunu nəzərə alıb, xəstə övladlarını 2-3 dəfə zorla cəlb etməlidirlər. Sonrakı seanslarda heç bir məcbutiyyətə ehtiyac qalmayacaqdır. Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi Xəbər verildiyi kimi, 10 iyul tarixində Bakı-Moskva reysi ilə uçan “A-340” təyyarəsində nasazlıq yaranması səbəbindən geri dönərək, Bakı aeroportuna qəza enişi edib.
Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfi olmayıb, xüsusi bir qanunauyğunuğa tabedir. Bu qanunauyğunluğun Quran rəmzləri olan 114 və 555 ədədlərinə bağlanması qəzanın ALLAH tərəfindən xəbərdarlıq olaraq törədildiyini sübut edir. Odur ki, təyyarə qəzasını hesablamazdan öncə 114 və 555 ədədlərinin hikmətlərinə nəzər salmağınızı istərdim. Sual yaranır: “Quran” niyə məhz 114 surədə nazil oldu? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın elmi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. (Yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, 555 ədədi müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır.) Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə vəhy olunan “Quran” ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Yeri gəlmişkən, bu qanunauyğunluğu sübut edən (yuxarıdakı) düsturun özü də insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. Düsturu bizim vasitəmizlə insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, cahillər (əsasən də mollalar) “Məhəmməd “Quran”a özünə sərf edən ayələr əlavələr etdi”, “Ömər Əli haqda olan ayələri oradan şıxardı”, “Aişə haqda ayəni Peyəmbər özündən əlavə etdi” kimi cəfəng fikirlərinə son qoysunlar! Həzrət Cəbrailin nazil etdiyi bu düstur, “Quran”a insan əliylə müdaxilənin mümkünsüzlüyünü sübut edir! “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Bu hikmətə vaqif olduqdan sonra, indi qayıdaq Bakı-Moskva reysi ilə uçan “A-340” təyyarəsinin qəza enişi etməsinə və bunun 114 və 555 ədədlərinə bağlanmasına. 1. Təyyarə qəza enişi edəndə Masallı və Cəlilabadı su basmasının (18 mart) 114-cü günü idi. 2. Xatırladım ki, 6 iyun 2021-ci il tarixdə Şəkidə baş verən dolu və leysan təbii fəlakətə səbəb olmaqla, insan təlafatı ilə nəticələndi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, “A-340” təyyarəsi qəza enişi edəndə həmin fəlakətin 400-cü günü idi. Bu ədəddən orjinal (Kəbədə və muzeylərdə saxlanan) “Quran”ın səhiflərinin sayı olan 286 ədədini çıxsaq, alınan ədəd müqəddəs kitabın rəmzi olan 114 ədədini göstərir və hadisənin ALLAH tərəfindən xəbərdarlıq siqnalı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 400 – 286 = 114 3. Yadınıza salım ki, Bakı-Moskva reysində daha bir qəza enişi 29 yanvar 2020-ci ildə baş vermişdi. Həmin tarixdə “A-319” qəza enişi etdi. Maraqlıdır ki, bu iki qəza arasında 895 gün fərq vardır. Bu ədəddən tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, alınan ədədin (340) təyyarənin üzərində həkk olunduğunu görərik: 895 – 555 = 340 4. Elmi-lədun hesablamalarımız göstərir ki, Bakıda baş verən bu qəza enişi Prezidentin andiçmə mərasiminə də bağlanır. Belə ki, bu hadisə 4-cü andiçmənin 1544-cü günü baş verib ki, bundan da “Quran”ın səhifələrinin sayını çıxsaq, yenə də surələrin sayı alınır və hadisənin zülmün ərşə dirənməsinə ALLAHın reaksiyası olduğunu bir daha sübut edir: 1544 – (286 + 286 + 286) – (286 + 286) = 114 Bu və digər hesablamalarımız göstərir ki, Bakıdan Moskvaya uçan təyyarənin geriyə qayıdıb qəza enişi etməsi təsadüfü olmayıb, haqqın tapdalandığı, zülmün ərşə dirəndiyi bir ölkəyə və onun rəhbərinə ALLAHdan gələn növbəti xəbərdarlıqdır. Xəbərdarlığın Qur(b)an bayramı günü gəlməsinin də xüsusi önəmi vardır. Çünki bundan qabaqkı rəhbərə də mətbuat vasitəsi ilə göndərdiyim xəbərdarlığı məhz Qur(b)an bayramı (2002) günü qəbul etmişdim. Sözü gedən xəbərdarlığın mənbəyi “Quran”ın 9-cu surəsindədir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Qurban bayramı əslində tövbə günüdür. Yaxşı olar ki, ölkədə haqqı, ədaləti bərqərar edəcəyinə söz verib, dörd dəfə Qurana əl basan adam müqəddəs kitabı oyuncaq sanmasın! Tezliklə içdiyi anda əməl etsin! Əgər haqqı, ədaləti bərpa edə bilmirsə (buna gücü çatmırsa) açıq şəkildə xalqın önünə çıxıb bunu etiraf etməli və içdiyi anda görə ALLAHdan, xalqdan üzr istəyib, tövbə etməlidir. Belə etməsə çox çəkməyəcək ki, ALLAHDAN gələn ağır bəlalarla üzləşəcəkdir. Əgər andına əməl edəcəyi təqdirdə hansısa güclərin təzyiqi ilə üzləşəcəyindən ehtiyat edirsə, biz ona ALLAHIN öyrətdiyi elmlə (elmi-lədunla) tövsiyyələr verə bilərik. Qüdrət ALLAHA məxsusdur və Ondan başqa qorxulacaq başqa varlıq tanımırıq! Elə bilməyin ki, kimsə andına əməl etməyib, haqqı bərqərar etməsə Azərbaycanda ədalət bərqərar olmayacaq! Əsla elə deyildir! Bu ölkədə ədalətin bərqərar olmasına ALLAH artıq qərar verib və bu qərarın icrasına mane olacaq bir qüvvə də yoxdur (ağıl sahibləri buna əmindir). Kainatı yoxdan var eləyən qüdrət Sahibi üçün Azərbaycanda ədaləti bərqərar eləmək nə böyük problemdir ki? Sadəcə bu xəbərdarlıqlar aşağıdakı ayənin yenidən yaşanması üçündür: "Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar, o məmləkəti və rəhbəri yerlə yeksan edərik". Quran, 17:16 ALLAH bütün dövrlərdə zülmün ərşə dirəndiyi məmləkətlərə bəla göndərməzdən öncə xəbərdarlıqlar göndərir. Nəhayət, bu işdə məsuliyyət daşıyan rəhbərin xəbərdarlığa reaksiyası hamıya bəlli (aşkar) olduqdan sonra Yaradan Öz qərarını verir (ya rəhbər qarışıq məmləkətin çox hissəsini məhv edir, ya da həmin rəhbərin əli ilə ölkədə haqqı, ədaləti bərqərar edir). Ümid edirəm ki, Qurana əl basanlar ağılla hərəkət edib, ALLAHIN iradəsinə qarşı getməyəcəklər. Bildiyim odur ki, yaxın aylarda ölkəmizdə haqsızlığa son qoyulacaq və hər kəs öz haqqına çatacaq! Söz ardı: Quranda adı keçən bütün obrazların (peyğəmbərlərin, fironların, dəccalların və s) prototipləri hal-hazırda Azərbaycanda yaşamaqdadırlar və biz ALLAHIN bəxş etdiyi elmlə onları tanıyırıq (Quranı canlı yaşayan istənilən şəxs onları tanıya bilər). Məmləkətin taleyi onlrın münasibətlərinin sonundan aslı olacaq. Paşa Yaqub, Həkim, elmi-lədun bilicisi “Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi, 5)
Xəbər verildiyi kimi dünən (28-29 iyun) Zaqatala rayonunda baş verən güclü qasırğa və leysan selə əbəb olduğundan, bir sıra kəndlər su altında qaldı. Həmin tarixdə Bakı şəhərində də güclü külək ağacları kökündən qoparıb, maşınların üstünə aşırdı. Həmçinin, şəhərdə bir neçə bina yandı ki, onlardan ən əsası Sabunçu rayonundakı 68 saylı məktəbi göstərmək olar. Elmi-lədun hesablamalarımız göstərir ki, bütün bunlar, sıradan təbiət hadisəsi olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun yenə də özünü Quran rəmzləri olan 114, 286 və 555 ədədləri altında biruzə verməsi fəlakətin Allah tərəfindən göndərilməsini sübut edir. Araşdırmalarımız göstərir ki, ölkədə zülm ərşə dirəndiyinə və haqsızlıq, ədalətsizlik, pozğunluq... tüğyan etdiyinə görə Allah bu cür təbii fəlakətlər göndərərək yolun azmış milləti və onun zalım rəhbərini xəbərdar edir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:
400 – 114 = 286 3. Dünən baş verən qasırğa və leysan 30.11.2020-ci il tarixli Ay tutulmasının 572-ci günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxanda yenə də müqəddəs kitabın səhifələrinin sayı alınır və hadisənin xəbərdarlıq siqnalı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 572 – 286 = 286 4. Zaqatalada baş verən təbii flakət iki il qabaq zığdakı modul tipli xəstəxanada baş verən partlayışla da əlaqələnir. Belə ki, 18.12.2020-ci il tarixdə FHN-nin Zığda yerləşən koronavirus xəstəxanasının oksigen anbarında güclü partlayış baş verdi (qeyri rəsmi xəbərlərə görə hadisədə ölənlər oldu). Bu iki hadisə arasında 555 gün fərq vardır ki, bu da Quranda tövbə və cəza rəmzi olmaqla, yolazmış xalqın və onun zalım rəhbərinin cəzalanacağına bir xəbərdarlıq siqnalıdır... 5. Oxucuda sual yaranacaq: millətə və zalım rhbərə xəbərdarlıq üçün niyə məhz Zaqatala seçildi? Başqa rayon olmazdımı? Elmi-lədun araşdırmalarımız buradakı qanunauyğunluğu da üzə çıxardır: sözü gedən xəbərdarlıq baş verəndə bu ilin 30 aprel tarixindəki Günəş tutulmasının 62-ci (!) günü idi ki, bu da Zaqatalanın seriyasıdır (rəmzidir). 68 saylı məktəbdə baş verən yanğın Alov qüllələrindəki partlayışla əlaqələnir 6. Yuxarıda qeyd etdik ki, dünən baş verən hadisələrdən biri də Sabunçu rayonunda 68 nömrəli məktəbdə baş verən yanğın idi. Hesablamalarımız göstərir ki, bu yanğın Alov qüllələrində baş verən partlayışla (yanğınla) əlaqələnir. Belə ki, bu iki analoji hadisə arasında 182 gün fərq vardır ki,, bundan da Quran rəmzini çıxdıqda yanan məktəbin nömrəsi görünür: 182 – 114 = 68 Bu və digər hesablamalarımız göstərir ki, baş verən fəlakətlər təsadüfü olmayıb, ölkədəki zülm və haqsızlığa Allahın qəzəbinin təzahürüdür. Yəni bütün bunlar əsas bəla olmayıb, gələcək bəlanın xəbərdarlığıdır (siqnalıdır). Bildiyim qədər insanlar bu siqnallardan nəticə çıxararaq, doğru yola dönməsələr və rəhbərlər zülmə, talançılığa son qoymasalar, yaxın zamanda sonuncu bəla gələcək. Ondan sonra nə zalım rəhbərdən, nə də ona rəğbət bəsləyən pozgun camaatdan (xalqın çox hissəsindən) əsər-əlamət qalacaq... Məsləhət sizindir, istərsiniz zülmə son qoyun, tövbə edin, istərsiniz belə davam edin. Onsuz da vaxta (şeytani dövrün bitməsinə) çox az qaldı. Kamillik dövrünün astanasındayıq... "Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar, o məmləkəti və rəhbəri yerlə yeksan edərik". Quran, 17:16 Paşa Yaqub. Həkim, elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |