Bildiyimiz kimi, iki gündür Şabran, Siyəzən və ətraf rayonlarda başlayan güclü yanğınlar dünəndən (16.08.22) özünün pik həddinə çatıb. Belə ki, meşələrdən başlayan yanğın 16 avqustdan etibarən yaşayış məntəqələrinə daxil oldu. Bu səbəbdən Zöhrəmli və ətraf kəndlərin əhalisinin təxliyyə etdilər. Bunu nəzərə alıb, hadisənin üzərindən sirr pərdəsini qaldırmaq üçün, hesablamamızı yanğının kəndlərə (yaşayış məskəninə) daxil olduğu gündən (16 avqustdan) aparacağıq. Elmi-lədun hesablamalarımız göstərir ki, ölkədə başlayan yanğınlar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Səbəbi isə, yenə də haqsızlığın, zülmün tüğyan etməsi, insanların savabdan qaçaraq, günaha meyl etməsidir. Bunu aşağıdakı hesablamalardan görmək olur. 1) Yadınıza salaq ki, 18.03.2018-ci il tarixdə Türkiyənin Yusifeli vilayətinin Dərəiçi köyündə baş verən yanğından kənddə minlərlə ev yandı (demək olar ki, kənd tamam yandı). Dünən Azərbaycanın kəndlərinə (Zöhrəmli və s) yanğın daxil olanda Dərəiçi kəndinin yanmasının 514-cü günü idi ki, bundan da Quran rəmzlərini çıxanda yenə də Quranın surələrinin sayı alınır və hər iki hadisənin ALLAHDAN xəbərdarlıq olduğunu təsdiq edir: 514 – 286 – 114 = 114 2) 30 dekabr tarixində Alov qllələrinin qarşısında məşəlin partlaması dağıntıya səbəb oldu ki, insanların maşınlarına və canlarına ziyan dəydi. Dünən kəndlərə yanğın daxil olanda Alov qüllələrindəki partlayış və yanğının 228-ci günü idi. Bundan da Quran rəmzini çıxanda yenə də surələrin sayı alınır və hadisənin ALLAHDAN bir xəbərdarlıq olması barədə soylədiyimiz fikri bir daha təsdiq edir: 228 – 114 = 114 3) Hesablamalarımız göstərir ki, kəndlərimizdə baş verən yanğın riyazi yolla narkoloji dispanserin yanmasına da bağlanır. Belə ki, 02.03.2018-ci il tarixdə Bakıda narkoloji dispanserin yanması səbəbindən bir neçə nəfər həyatını itirdi. Dünən həmin analoji hadisənin 1624-cü günüdür ki, bundan da tövbə və cəza rəmzini çıxanda yenə də Quran rəmzləri alınır və hadisənin ölkədə narkomaniyanın sürətlə və vəzifəli şəxslər tərəfindən qəsdən yayılmasına Allahın qəzəbi olduğunu sübut edir: 1624 – (555 + 555) – (286 + 286) = (114 + 114) Sirr deyil ki, bu gün ölkəmizdə ağ ölüm adlanan narkomaniya çox sürətlə yayılır və bu cinayəti yüksək rütbəli məmurlar himayə edirlər. Sadə vətəndaşlar da bu cinayətdə (narkotikin yayılmasında) kütləvi şəkildə və çox böyük həvəslə iştirak edirlər. Bütün bunların ALLAHIN qəzəbinə gəldiyi yuxarıdakı düsturdan məlum olur. Narkotiki yayanlar və yaydıranlar bundan ibrət alıb, bu cür çirkin və böyük günahlarına son qoymalıdırlar. Əks halda bu kimi fəlakətlər daha kəskin və intensiv şkildə davam edəcəkdir. 4) Azərbaycanın kəndlərini alov bürüməsi Baksöl yolundakı taxta bazarının yanması (22.08.19) ilə də riyazi yolla əlaqələnir. Belə ki, dünən həmin analoji hadisənin 1086-cı günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxanda surələrinin sayı qalır: 1086 – (286 + 286 + 286) = (114 + 114) 5) Azərbaycanın kəəndlərinin yanması həm də Qurana dövlət səviyyəində and içib, əməl etməməyin nəticəsidir. Belə ki, dünən dördüncü andiçmənin 1483-cü günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd yanğın baş verən rayonun (Siyəzənin) seriyasını göstərir: 1483 – (286 + 286 + 286 + 286 + 286) = 53 Nəticə: Azərbaycanın kəndlərinin sürətlə yanması ölkədəki haqsızlıq və zülmə ALLAHIN qəzəbi və xəbərdarlığıdır. Əgər yüksək vəzifəli məmurlar və pozğun həyat tərzinə, günaha hədsiz meyl edən sıravi vətəndaşlar tezliklə günahlarına son qoymasalar Azərbaycanda yanğınlar və digər fəlakətlər ara verməyəcəkdir! Yeri gəlmişkən, bizə dövlət səviyyəsində müraciət olunarsa müəyyən şərtlər daxilində bu kimi yanğınların və s fəlakətlərin qarşısını almaq mümkündür (qüdrət ALLAHA məxsusdur). Söz ardı: yanğın kəndləri bürüyəndə (dünən) ilin 228-ci günü idi ki, bundan da Quran rəmzini çıxsaq, yenə də surələrin sayı qalır və verdiyimiz xəbərin Allahdan olduğunu bir daha təsdiq edir: 228 – 114 = 114 Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi
0 Comments
Xəbər verildiyi kimi 10 avqust 2022-ci il tarixdə Bakı Beynəlxalq hava limanının enerji sistemi müəmmalı şəkildə kəsildiyindən zülmətə qərq oldu. Bəzilərinə adi qəza kimi görünən bu hadisədə ciddi bir qanunauyğunluq vardır. Bu qanunauyğunluğun özünü Quran rəmzləri olan 114, 286 və 555 ədədləri altında büruzə verməsi qəzanın Allahdan bir xəbərdarlıq siqnalı olduğunu sübut edir. Qəza baş verən yerdə (Azal şirkətində) olan bahalıq və haqsızlıq, insanları zorakılıqla aldatma, vətəndaşlara qarşı sayqısızlıq... dünyanın heç bir aeroportunda yoxdur. Dünyanın heç bir aeroportunda Bakı aeroportu qədər baha qiymət yoxdur. Burada təyyarə biletlərinin qiyməti qonşu ölkələrlə müqayisədə 5-10 dəfə bahadır. Bu haqsızlıqlara qarşı insanların ah-naləsi Allahın qəzəbinə səbəb olmuş, nəticədə Azal zülmətə qərq olaraq, ALLAH tərəfindən xəbərdarlıq olunmuşdur. Bunu aşağıdakı hesablamalardan görmək olur:
1) Xatırladaq ki, 24 iyul 2019-cu il tarixdə Azərbaycana məxsus “MİQ-29” təyyarəsi qəzaya uğrayaraq Xəzərə düşdü. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən Azal zülmətə qərq olanda həmin təyyarə qəzasının 1110-cu günü idi ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də cəza rəmzi alınır və hadisənin zülm və haqsızlıq səbəbindən ALLAHdan bir xəbərdarlıq olduğunu sübut edir: 1110 – 555 = 555 2) Keçən il oktyabrın 30-da Bakı metrosunun enerji sistemində problem yarandığından metro nəqliyyatı bir müddətə öz fəaliyyətini dayandırdı və bağlandı. Dünən isə, Bakının hava nəqliyyatı enerjinin kəsliməsi səbəbindən iflic oldu. Maraqlıdır ki, bu iki bənzər hadisə arasında 286 (!) gün fərq vardır. Bu da orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, hadisənin Allahdan bir xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir. 3) Azal rəhbərlərinin yadına salaq ki, 4 iyul 2021-ci il tarixdə Bakıdan zalımların vətəni olan Naxçıvana uçmaq istəyən “A-319” təyyarəsi geri qayıdaraq, Bakıya qəza enişi etdi. Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, dünən Azal zülmətə bürünəndə həmin hadisənin 400-cü günü idi. Bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, alınan ədəd Quranın kodu olan 286-nı göstərir və hadisənin Azalın inafsız sahiblərinə ALLAHdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 400 – 114 = 286 Günün hadisələri (xəbərdarlıqları) bununla bitmədiyindən, yazını çox uzatmırıq. Bir daha vurğulayırıq ki, dünən Bakı hava limanının və Azal şirkətinin zülmətə bürünməsinin səbəbi oradakı zülm və haqsızlığa, millətin açıq-aşkar soyulmasına Allahın qəzəbinin təzahürüdür. Tzliklə bu zülümlərə son qoyulmasa ALLAHDAN daha böyük bəlalar gələcək və haqsızlıq edənlər, onların yurdları, obyektləri əbədi olaraq zülmətə qərq olacaqdır! Odur ki, ağlınızı başınıza yığın və millətə zülm etməyin! Sizdən əvvəlkilərin yıdıqları özərinə qismət olmadıqları kimi, sizin də topladığınız haram pullar kimlərəsə qismət olacaq. Bundan ötrü millətə zülüm etməyə dəyməz! Qaruna bənzəməyin! “(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm sayəsində verilmişdir. Məgər o (Qarun), Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? (Bir gün Qarun) faxir libas geyib öz zinəti (ehtişamı) içində qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!” Elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!” Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!) Dünən (dünyada) onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!” Quran, "Hekayət" surəsi. Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi Xəbər verildiyi kimi dünən axşam (10 avqust) Tovuz rayonunnun enerji sistemində partlayış və qəza baş verdi ki, bu da rayonun qaranlığa qərq olmasına səbəb oldu. Həmçinin, bu sabah Lökbatan qəsəbəsi ərazisində vulkan püskürdü.
Hesablamalarımz göstərir ki, hər iki hadisə xüsusi qanunauyğunluğa tabe olmaqla, ALLAH tərəfindən bir xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1) Xatırladaq ki, 10.12.2019-cu il tarixdə “Evrohom” TM-də yanğın baş verdi. Bu yanğınla Tovuzun enerji sisteminəki yanğın arasında 972 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını çıxdıqda surələrin sayı qalır və hər iki hadisənin ALLAHın qəzəbinin təzahürü olduğu görünür: 972 – (286 + 286 + 286) = 114 2) Hesablamalarımız göstərir ki, Tovuzda elektrik stansiyasında baş verən partlayışla Ağstafada hərbi sissədə baş verən partlayış arasında riyazi əlaqə vardır. Belə ki, 6 iyul 2019-cu il tarixdə Ağstafada silah anbarında baş verən partlayışda ölən və yaralananlar olmuşdu. Bundan 1127 gün sonra Tovuzun enerji sistemində partlayış oldu ki, bu ədəddən Quranın səhifələrinin sayını çıxsaq, tövbə və cəza rəmzi alınır və hadisənin ALLAHdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 1127 – (286 + 286) = 555 3) Elmi-lədun araşdırmalarımız göstərir ki, Tovuzun enerji sektorunda baş verən partlayış rayonun seriyası (60) ilə də uzlaşır. Xatırladaq ki, bu il iyunun 11-də Daşkəsəndə baş verən güclü sel insanların evlərini və maşınarını yuyub aparmışdı. Bu hadisənin 60-cı (!) günü Tovuzun enerji sektorunda yanğın oldu. Nəzərinizə çatdıraq ki, 60 ədədi Tovuzun rəmzi olmaqla yanaşı, həm də Quranın “İmtahana çəkilmiş qadın” surəsinin sıra nömrəsidir. Maraqlıdır ki, sözü gedən surə 13 ayədən ibarətdir ki, bu da enerji rəmzidir (13 ədədinin enerji rəmzi olması barədə əvvəlki yazılarımızda geniş hesablamalar vermişik). Elmi-lədun hesablamalarımız və bilgilərimiz göstərir ki, Tovuzda enerjini kəsməklə Yaradan azərbaycanlıların diqqətini 60-cı surədə verdiyi mesaja cəlb edir: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri (Allahın bəxş tdiyi sərvətlərdən sizə vermədikləri, uşaqpulu və müavinətlərinizi kəsdikləri, özünüzü istədikləri vaxt şərləyib zindana salıdıqları – P.Y) halda, siz onlarla dostluq edirsiniz...” “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin...”. (Quran, 60:1-13) Bu gün baş verən vulkan əslində ALLAHın qəzəbiydi ki, püskürürdü 4) Xatırladaq ki, keçən il iyulun 4-də Xəzər dənizində güclü bir partlayış baş verdi. Partlayışdan qalxan alov Bakı və ətraf rayonların əhalisini həyəcana saldı. Gecə saatları olduğundan və rəsmi informasiya verilmədiyindən xalq arasında belə bir şaiyə yayıldı ki, rus ordusu Bakının neft sektoruna raket zərbələri endirib. Sosial şəbəkələrdə gecə boyu bu mövzuda müzakirələr getdi... Səhər hadisə barədə rəsmi informasiya veriləndə məlum oldu ki, Xəzərdə vulkan püskürübmüş. Maraqlıdır ki, həmin püskürmə ilə bugünkü püskürmə arasında 400 gün fərq vardır. Bundan da Quranın surələrinin sayını çıxsaq, səhifələrinin sayı alınar və hadisələrin Allah tərəfindən törədildiyi bir daha təsdiq olunar: 400 – 114 = 286 Bu və digər hesablamalarımız göstərir ki, Azərbaycanda baş verən zülm və haqsızlıqlar, eyni zamanda əhalinin zalıma rəğbət bəsləməsi, zülm önündə susması Allahın qəzəbinə səbəb olmuşdur. Bu gün püskürən vulkan (eləcə də Tovuzun qaranlığa qərq olması) da əslində Yaradanın qəzəbinin təzahürü idi. Vətəndaşlarımız bundan ibrət alaraq, ən azından Allahın qəzəbinə düçar olmuş zalımlardan məsafə saxlamalıdırlar ki, tezliklə onlara gələcək böyük bəla aşağı təbəqəni tutmasın. Söz ardı: Bu gün ərləri, oğulları və qardaşları şərlənərək zindanlara doldurulan, eləcə də Tər-tər hadisələrində gözləri qarşısında döyülə-döyülə öldürülən Azərbaycan qadınları əslində ağır imtahana çəkilmiş qadınlardır; 60-cı surə onlara da şamil olunur. Bu qadınların ah-naləsi ALLAH dərgahına çatmışdır. Kaş biləydiniz ki, bunun bədəli nə qədər ağır olacaq! Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi Xəbrə verildiyi kimi, dünən (9 avqust) Yevlax şəhərinin mərkəzində yerləşən, 30 ailənin yaşadığı beşmərtəbəli yaşayış binası tamamilə yanıb kül oldu. Yangından sakinlərə küllü miqdarda ziyan dəydi; polislərdən və xilasedicilərdən yaralananlar oldu.
Elmi-lədun hesablamalarımız göstərir ki, ölkəmizdə bundan öncə baş verən fəlakətlər kimi, bu yanğın hadisəsi də Allahdan gələn növbəti xəbərdarlıqdır. Bu xəbərdarlıq ölkədə zülmün, haqsızlığın tüğyan etməsi və rəhbərlərin Qurana and içib, əməl etməməsi səbəbindəndir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Bu il iyunun 5-də Lənkəranda güclü qasırğa evlərə və elektrik təsərrüfatına ciddi ziyan vurdu. Dünən yaşayış binası yananda bu hadisənin 66-cı (!) günü idi ki, bu da Yevlaxın rəmzidir (seriyasıdır). 2) Bu il fevralın 13-də Tovuzda enerji böhranı və Qərb bölgəsində zəlzələ həyəcanı yaşandı. Yevlaxdakı yanğın həmin hadisələrin 180-ci günü baş verdi ki, bundan da Quran rəmzini (114) çıxsaq yenə də rayonun rəmzi görünür və hadisənin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha təsdiqləyir: 180 – 114 = 66 3) Xatırladaq ki, keçən ilin 24 avqustunda Gəncə bölgəsində heç vaxt baş verməmiş ildırım hadisəsi baş verdi. Belə ki, şəhəri və bütün bölgəni ildırımın dilləri bürüdüyündən insanlar qiyamətin qopduğunu zənn etdilər... burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən həmin hadisənin 352-ci günü idi ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də Yevlaxın rəmzi olan 66 ədədi alınar: 352 – 286 = 66 4) Hesablamalarımız göstərir ki, dünənki yanğının səbəblərindən biri də (ən əsası) Qurana and içib əməl etməməkdir. Belə ki, ölkədə haqqı, ədaləti qoruyacağı barədə dörd dəfə Qurani-Kərimə and içən şəxs ölkədəki zülmü, haqsızlığı seyr edərək susur; içdiyi anda əməl etmir. Bu hal ALLAHIN qəzəbinə səbəb olur. Odur ki, ölkədə baş verən bu kimi faciyəvi hadisələr hamısı riyazi yolla andiçmə mərasimlərinin keçirildiyi tarixlərə bağlanır. O cümlədən dünən Yevlaxda yaşayış binasının yanıb kül olması da üçüncü andiçmənin baş verdiyi tarixlə (19.10.2013) əlaqələnir. Həmin andiçmədən 3212 gün keçib ki, bundan da Quranın kodunun (286) on bir mislini çıxanda alınan 66 ədədi yanğın baş verən şəhərin rəmzini göstərir: 3212 – (11 x 286) = 66 Bu və digər hesablamalarımız göstərir ki, ölkəmzdə baş verən və getdikcə intensivləşən fəlakətlər yolun azmış millətimizə və onun zalım rəhbərlərinə ALLAHDAN XƏBƏRDARLIQDIR! Əgər nəticə çıxarmasalar yaxın günlərdə fəlakətin miqyası daha da genilənəcək və daha sərt olacaq! Bəzi izləyicilərimizdə sual yaranacaq ki, rəhbər Qurana and içib əməl etmirsə, bina sakinlərinin günahı nədir ki, onların evləri yanır (yaxud, başqa rayonu sel aparır. Qasırğa baş vrir...)? Sualınıza cavab olaraq tək bir faktı nəzərinizə çatdırım: bugünlərdə Yevlaxdan gələn, rayonda hörmətli müəllim kimi tanınan, hazırda təqaüddə olan bir pasiyentim danışırdı ki, rayonda “topdağıtmaz” mülküm olmasına baxmayaraq, övladlarım məni o mülkə buraxmırlar, qoca yaşımda qalmışam Bakının küçələrində.... O kişinin danışdığını siz dinləsəydiniz və ALLAHIN qüdrəti sizin əlinizdə olsaydı, yəqin ki, o rayonda daşı-daş üstə qoymazdınız. Görün ALLAH nə qədər səbirlidir ki, hələ bir binanı yandırmaqla xəbərdarlıq edir ki. mal-mülk üstündə biri-birinizi qırmayın, valideynlərinizi, bacı-qardaşlarınızı çölə atmayın (qocalar evi bu cür valideynlərlə doludur)... Yəni, insanların rəhbərdən, rəhbərin insanlardan zalım olduğu bir məmləkətdən xeyir-bərəkət çəkilər və oradan bəla əskik olmaz... Odur ki, biri-birinizə zülm etməkdən əl çəkin! Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi Xəbər verildiyi kimi, dünən (03.08.22) Xırdalanda 4 mərtəbəli binada partlayış baş verdi və nəticədə yaralananlar olmaqla, bina tamamilə yararsız vəziyyətə düşdü. İlk baxışda təsadüfi qəza kimi görünən bu hadisədə cox ciddi qanunauyğunluq oldugunu aşkar etdik. Bu qanunauyğunluğun həmişə olduğu kimi, Quran rəmzləri olan 555 və 286 ədədləri altında baş verməsi hadisənin əslində zülmün ərşə dirəndiyi Azərbaycanın rəhbərlərinə Allahdan bir xəbərdarlıq mesajı olduğunu sübut edir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:
1) Xatırladaq ki, Xırdalanda analoji hadisə keçən ilin 25 yanvarında baş vermişdi. Həmin gün yaşayış mənzilində qeyri-adi səsə malik partlayış baş verdi. Partlayışın səsi Bakı və ətraf rayonlarda eşidildiyindən ölkədə çaxnaşmaya səbəb oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin partlayışla dünənki partlayış arasında 555 (!) gün fərq vardır. Bu da Quranda tövbə və cəza rmzi olduğundan, hadisənin yolun azmış xalqımıza və onun zalım rəhbərlərinə Allah tərəfindən göndərilmiş xəbərdarlıq siqnalı (mesajı) olması barədə söylədiyimiz fikri təsdiq edir. 2) Dünən baş verən partlayış astronomik xəbərdarlıqlarla da əlaqələnir. Belə ki, 17.07.19 tarixli Ay tutulmasının 1110-cu günüdür ki, bundan da tövbə və cəza rəmzini çıxsaq, yenə də cəza rəmzi (555) alınır. Beləliklə, partlayışın haqsızlığın tüğyan etdiyi Azərbaycana və onun zalım rəhbərlərinə gələcək böyük bəlanın xəbərdarlığı olduğunu bir daha süübut edir: 1110 – 555 = 555 3) Bir daha vurğulayırıq ki, ölkəmizdə zülm və haqsızlıq Azərbaycan tarixində (bəlkə də bəşər tarixində) görünməmiş bir həddə çatmışdır. Artıq haqqını istəyən insanlar namusları ilə təhdid edilirlər ki, bu da Rəbbimin sonsuz qəzəbinə səbəb olmuşdur. Bu səbəbdən də Azərbaycandan xeyir-bərəkət çəkilmiş (çaylar quruyur, məhsullar azalır, ruzi qıtlaşır), ölkəyə cürbə-cür bəlalar enməkdədir. Elmi-lədun hesablamalarımız göstərir ki, dünənki partlayış dövlət başçısının Qurana dördüncü dəfə əl basdığı tarixə (18.10.18) də bağlanır. Belə ki, dünən 4-cü andiçmənin 1413-cü günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də 555 ədədi alınır və Qurana and içməyin oyun-oyuncaq olmadığını rəhbərlərin diqqətinə çatdırır: 1413 – (286 + 286 + 286) = 555 Qurana and içib əməl etməmək Azərbaycana böyük faciələr yaşadır 1) Xatırladım ki, Xırdalandakı birinci partlayış da məhz andiçmə mərasimlərinə bağlanırdı. Belə ki, partlayış baş verəndə dördüncü andiçmənin 858-ci günü idi ki, bundan da Quranın səhifələrinin sayını çıxdıqda, yenə də səhifələrin sayı alınır və hadisənin ALLAH tərəfindən xəbərdarlıq məqsədi ilə törədildiyini bir daha təsdiq edir (ona görə də səsi Bakıda eşidildi): 858 – 286 – 286 = 286 2) Dövlət səviyyəsində Qurana üçüncü dəfə and içilməsinin 858-ci günü isə, (3 iyul 2018-ci il tarixdə) ölkəni həftələrlə qaranlığa qərq edən enerji qəzası baş verdi: 858 – 286 – 286 = 286 3. Maraqlıdır ki, dördüncü andiçmənin 286-cı günü də Mingəçevir İES-də qəza baş verdi və ölkənin rayon və kəndləri günlərlə qaranlığa qərq oldu (29.06.2019) Və s. Bu və digər hesablamalarımız göstərir ki, ölkədə haqqı, ədaləti bərqərar etmək üçün dörd dəfə Qurana and içənlər içdikləri anda əməl etmədiklərinə görə Azərbaycana cürbə-cür bəlalar gəlməkdədir. Onu da qeyd edək ki, bugünədək baş verənlər əsl bəla olmayıb, xəbərdarlıq məqsədi daşıyır. Yəni, Azərbaycan xalqı və ona rəhbərlik edən zalımlar ordusu bu siqnallardan nəticə çıxarıb yollarına qayıtmazlarsa (aşağı təbəqə pozğun həyat tərzindən, rəhbərlər isə, zülm və işgəncədən əl çəkməzlərsə) bu məmləkətə ağlasığmaz bəlalar gələcək və tezliklə zalımların hakimiyyətinə son qoyulacaq. Necə ki, Rəbbim buyurur: "Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar, o məmləkəti və rəhbəri yerlə yeksan edərik". Quran, 17:16 Məmləkətiniz və hakimiyyətiniz yerlə yeksan olmamış haqqa gəlin! Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi Bir suala bir cavab
Dünən İmam Hüseyn (bütün peyğəmbərlərə və imamlara Salam olsun!) yolundan bəhs edən məqaləmin şərh bölümünə maraqlı suallar yazıldı. Onlara verdiyim cavabın bir neçəsini ümumi şəkildə bütün oxucularım üçün paylaşıram Teymur Memmedov: - Həkim, görəsən İmam Hüseyn sağ olsa və o hönkür-hönkür ağlayanları yanına çağırsa ki, mənə kömək edin, ona tərəf neçə nəfər addım atar? - Teymur Məmmədov, İmam Hüseyn bu gün sağ olsa və yezidi kürdlərin zülmünə məruz qalsa, indi mərsiyə deyənlərdən heç beş nəfərin onun yanında olacağına inanmıram. Onu yenə də meydandakı cəsur qadınlar müdafiə edərlər, hansı ki, namaz qılanlar onları bəyənmirlər və “feminist” falan deyirlər. Yeri gəlmişkən, onu da deyim ki, İmam Mehdinin missiyasını davam etdirən Xilaskar hazırda aramızdadır. Amma, özünü aşkar etmir, tanitdirmir. Əgər tanıtdırsaydı ona qarşı üsyan edən elə həmin o mərsiyə deyib ağlayanlar olardı. Mən neçə illərdir yazılarımda vurğulayıram ki, bəşəriyyətin gözlədiyi Xilaskar Azərbaycanda zühur edəcək, amma, ona qarşı üsyan edənlər əsrlərdir ki, zühur üçün dua edənlər olacaqlar. Bu da İranın dini rəhbərlərinin fitvasıyla olacaqdır... Azərbaycanlılara zülm edən Yezidi kürdlərin böyükləri Xilaskarı bu gün də tanıyırlar və ona toxunmağa cəsarət etmirlər (bilirlər ki, bu onların sonunu gətirər). Məscidlərə yığılanlar isə, əsasən şüursuz kütlə olduğundan və öz beyinləri ilə düşünmədiklərindən ən təhlükəli zumrədirlər. Onlar iranın kafir rəhbərlərinin bir fitvasıyla düşünmədən Azərbaycanı alt-üst etməyə hazırdırlar (əgər gücləri çatarsa). Məscidə gedənlərin böyük əksəriyyətinin beynini ıran mollaları idarə edirlər, hansı ki, o mollalar dindən bir alət kimi istifadə edirlər, dini təriqətlərə parçalamaqla və özlərinə “şiyə” deməklə hamısı kafirdirlər. O kafir mollalar Azərbaycanlıların yarıdan çoxunu öz arxalariyla cəhənnəmə aparırlar. Kaş azərbaycanlılar dərk edəydilər ki, Allah-taala Quranda dini parçalayanları - təriqətlərə bölənlərin lənətləyir: “Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah onlara nə etdiklərini bildirəcəkdir!” Quran, 6:159 Azərbaycanlılar Quranı dərk etsəydilər heç vaxt məscidə getməzdilər. Çünki, bu gün məscidlər şeytan yuvasıdır. Orada insanları ALLAHA yaxınlaşdırmırlar, əksinə, ALLAHdan uzaqlaşdırırlar. O ki qaldı farsların İmam Hüseyn üçün niyə əsrlərdir ki, matəm saxlamasına, bu heç də İmamın mübarizəsi, əqidəsi ilə əlaqədar deyildir. Heç görmüsünüzmü farslardan kimsə onun yoluyla gedə, İmamın atdığı addımı ata? Əsla! İmam Cəfər Sadiqə Allah peyğəmbərlərə verdiyi Elmi-lədun vermişdi. Böyük bir elm sahibi idi. Heç görmüsünüzmü məscidlərdə onun elmindən danışalar, adını çəkərək, nə işlə məşğul olduğunu desinlər? Deməzlər, çünki, onları elm maraqlandırmır. Elə isə, bəs İmam Hüseynin matəmini niyə saxlayırlar (heç onun da etdiyini etmirlər)? Bunun sirri odur ki, İmam Hüseyn ərəb millətindən olsa da, fars şahının qızı Şəhrabanu ilə evlənmişdi (digər imamlar fars qızıyla evlənməyiblər). Bəli, əsrlərdir ki, farsların İmama yaş tutması məhz kürəkən sevgisindən irəli gəlir. Ola bilsin Azərbaycanda İmama səmimi sevgisi olan, səmimi ağlayan insanlar da var. Azərbaycanda İmam Hüseyn əleyhissəlamın yolunu gedib sinəsıni düşmən qabağına verib şəhid, qazı olan oğlanlar da çoxdur. Amma, bütün imamlar öz dövrlərinin zalim rəhbərləri ilə mübarizə aparıdıqları halda, farsların digər imamlara deyil, məhz Hüseynə yaş saxlamaları əqidədən yox, kürəkənə olan hörmətdən irəli gəlir. Mənə görə İmam Hüseyn bir əqidə məktəbi, mübarizə məktəbidir. Kim bu məktəbdən bəhrələnib, öz xalqının, millətinin azadlığı uğrunda zalımlarla mübarizə apararsa İmam Hüseynin məqamına yüksələ bilər. İmam Hüseyndə olan daha bir hikməti (kəraməti) nəzərinizə çatdırmaq istəyirəm hansı ki, sizlərə o deyilməyib. İmam Hüseyn əleyhissəlam Qurandan bir ayə oxuyub hansı xəstənin üzünə üfürərmişsə xəstə həmən şəfa taparmış. ALLAH onda olan bu hikməti (proqramı) mənə yükləmişdir. Həkimliyimin kökündə məhz bu hikmət dayanır. Pasiyentlərimə məlumdur ki, Quranın bir ayəsini oxuyub kənardan xəstəəyə tərəf üfürdüyümdə (hətta, online də) xəstədə olan ən kəskin ağrı həmən dayanır. Depressiyada olan xəstə həmin anda deyir ki. elə bil üstümdən dağ götürüldü (Qüdrət ALLAHA məxsusdur). Bunu 3-4 dəfə təkrarladıqda istənilən xəstəlik yoxa çıxır (qəbulumda olanlar bunu bilsələr də. bunun İmam Hüseyndən gəldiyini bilmirlər). Bu hikmətin mənə bəxş olunması tək Həzrət Əli soyundan olduğuma görə deyildir. Bu əsas ona görədir ki, özümü tanıyandan millətimin azadlığı uğrunda meydanlarda olmuşam. Zalıma qarşı mübarizə apardığıma görə dəfələrlə haqqımda ölüm hökmü çıxarılıb, həbsimə göstəriş verilib (ALLAHIN xüsusi nəzarətində olduğuma görə bu planlardan qabaqcadan agah edilmişəm; ona görə də planların heç biri həyata keçirilə bilməyib). Bu yol İmam Hüseyn yoludur. Bu yolu kim halallıqla gedərsə (zalımla separat danışığa getməzsə) ALLAH onu mükafatlandırar və İmam Hüseynə bəxş etdiyi hikməti ona da bəxş edər (yükləyər). Hamınıza İmam Hüseyn məqamı arzulayıram. Mollalaın dediklərinə inanmayın ki, bu məqama daha heç kəs yüksələ bilməz. Onlar qələt edib başlarını da daşa döyürlər! İnanmırsınızsa gəlin sizə sübut edim! İmam Hüseynə sonsuz sayqı və hörmətlə: Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |