“Sizi suda, quruda və havada gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!
Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Yunis” surəsi, 22-23. Xəbər verildiyi kimi bu gün (31 dekabr) Tehran-Şiraz reysi ilə uçan və göyərtəsində 130 sərnişin olan təyyarə Mehrabad hava limanına qəza enişi etdi. Qəza nəticəsində təyyarədə yanğın baş verdi və sərnişinlər evakuasiya edildi. Hesablamalarımız göstərir ki, baş verən qəza təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, bu qəza özündən əvvəlki analoji qəzalarla zəncirvari əlaqəlidir. Bu əlaqələr özünü “Quran” rəmzləri olan 114 və 286 ədədləri ilə büruzə verməsi hadisənin Allah tərəfindən yolun azmış bəşəriyyətə xəbərdarlıq mesajı olduğunu sübut etməkdədir. Bunu aşağıdakı hesablamalardan görmək mümkündür: 1) Xatırladım ki, 9 sentyabr 2016-cı il tarixdə Bakı-Gəncə reysi ilə uçan sərnişin təyyarəsi havada olarkən nasazlıq yarandığından geri qayıdaraq Bakıda qəza enişi etdi. Bu gün İranda təyyarədə yanğın baş verəndə həmin hadisənin 114-cü günü idi ki, bu da “Quran”ın surələrinin sayıdır. 2) Bu gün həmçinin, Azərbaycana məxsus “AN-12” təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının (18.05.2016) 228-ci günüdür ki, bundan müqəddəs kitabın surələrinin sayını çıxanda yenə də “Quran”ın kodu olan 114 ədədi alınır və hadisələrin Allah tərəfindən xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edir: 228 ”“ 114 = 114 3) Yadınıza salaq ki, 29 noyabr 2015-ci il tarixdə Surqutda neft şirkətinin fəhlələrini daşıyan helikopter qəzaya uğrayaraq içərisindəkilər həlak oldular. Bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını çıxanda səhifələrinin sayı qalır və hadisələr arasındakı əlaqəni bir daha təsdiq edir: 400 ”“ 114 = 286 4) Bu gün həmçinin, 21 martda İndoneziyada helikopter qəzasının (13 nəfər həlak olmuşdu) 286-cı günüdür. Oxucuları yormamaq üçün hesablamaları çox uzatmırıq. Bütün bunlar bir daha sübut edir ki, baş verən bütün təyyarə qəzaları eyni bir prosesin (cəzalanma prosesinin) tərkib hissəsidir və Allah tərəfindən kodlaşdırılmış xəbərdarlıqdır. Söz ardı: ... Son dövrlər Bakı şəhərində insanlar biri-birlərinə hədsiz zülm etdiklərindən və pozğun həyat tərzinə çox meyl etdiklərindən Allahın qəzəbinə gəlmişlər. Nəticədə şəhərə bəlalar gəlir. Gələn bəlalar hələlik xəbərdarlıq məqsədi daşıdığından Xəzər dənizinə enməkdədir. Bu səbəbdən də son dövrlər dənizdə tez-tez soydaşlarımız həyatlarını itirirlər. Bu ona bənzəyir ki, qarşıdakı günahkarı öldürmək imkanı olduğu halda güllələr əvvəlcə xəbərdarlıq məqsədi ilə onun ayaqları altına, başı üzərinə atılır ki, təslim olsun... Hesablamalarımız göstərir ki, Bakı əhli tövbə edib Haqqa təslim olana qədər bu cür faciələr intensiv olaraq davam edəcəkdir... "Elə isə onlardan ötrü (günahkarların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq”. “Quran”, “Məryəm” surəsi, 84.
0 Comments
Hadisənin konsertinə söz ardı
Bir generalın fərasətli yavəri vardı. Yavərin tək nöqsanı bu idi ki, komandirinin evinə gələndə gözaltı arvadına baxardı. Bu xasiyyət generalın xoşuna gəlməsə də yavəri itirmək istəmirdi. Onu tərbiyələndirmək qərarına gəldi: Böyük bir məcməyidə yumurta soyutmalayıb, şəhərin mahir rəssamlarına payladı. Xahiş etdi ki, hərəsi bir yumurtanı öz zövqlərinə uyğun ən gözəl tərzdə bəzəsinlər... Sabahı gün həmin bəzənmiş yumurtaları yavərinin qabağına qoydu. Sonra onun gözünün qabağında general yumurtaları bir-bir soyub başqa bir məcməyiyə yığdı. Nəhayət, yavərə demək istədiyini dedi: - Görürsənmi, yumurtaların bəzənmiş qabıqlarını soyanda hamısı eyni olur? Qadınlar da belədir, onların paltarlarını soyunduranda (Oxucularımdan üzr istəyirəm ”“ P.Y.) bu yumurta kimi biri-birlərinə bənzəyirlər. Mənim də arvadım eynən səninki kimidir, çox baxmağa dəyməz. Bundan sonra yavər bir daha komandirinin arvadına baxmadı. Söz ardı: Xalqın bu ac-yalavac vaxtında Hadisəyə 150 min dollar verib ölkəyə gətirən və onun açıq qıçlarına baxanlara tövsiyyə edirəm ki, vaxtları olanda öz qadınlarının ətəyini qaldırsınlar (Bir daha üzr istəyirəm!) inanıram ki, Hadisədə gördüklərindən daha yaxşısını, həm də başqalarının görmədiklərini görəcəklər! Xüsusi qeyd: Allah şahiddir ki, bunu mən kimisə təhqir üçün yazmadım, Sadəcə belə şeylərə pul xərcləyən bir para şəxslərin ibrət alması və ağıllarını başlarına yığmaları üçün yazdım! "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5. Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların şüuru, elmi artdıqca əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay təqvimini (355 gün) yaratdılar. Elm bir qədər də inkişaf etdikdən sonra Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi (365 gün) yaradıldı. Adətən inamsız insanlar bu təqvimlərin insan beyninin (elminin, zəkasının) məhsulu olduğunu (Allaha aid olmadığını) iddia etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, hər iki təqvim insan ağlının məhsulu olsa da Allah Öz möhürünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır. Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib (ondan sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı). Əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, bütün Günəş, Ay tutulmaları, eləcə də Yerdə baş verən zəlzələ və qəzaların üzərində 286 ədədini görmək mümkündür. Başqa sözlə desək, bu ədəd Allahın kodlaşdırılmış “möhür”ü olaraq, Onun elmi ilə baş verən bütün hadisələrin üzərinə vurulmuşdur. Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayı 286 olduğu kimi, “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. Araşdırmalarımız göstərir ki, Allah öz “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Təqvimlər astronomiya elmi əsasında yarandığı üçün, astronomik hadisələrin üzərində bu təqvimləri açıq-aşkar görmək mümkündür. Belə ki, aşağıda Günəş və Ay tutulmalarının cədvəlini təqdim edirik. Cədvəldə tutulmanın baş verdiyi tarixlər hər iki təqvimlə göstərilib. Cədvəlin Ay təqvimi ilə olan hissəsinə diqqətlə fikir versəniz görəcəksiniz ki, astronomik hadisələr bir ilin (355 günün) tamamında təkrar baş verməkdədir. Cədvəldən göründüyü kimi, 2014, 2015, 2016, 2017-ci illərin Cəmadiul-axır aylarının 14-cü günlərində (355 günün tamamında) Ay tutulub. Eyni zamanda həmin illərin Cəmadiul-əvvəl ayının 29-cu günlərində (yenə də bir ilin tamamında) Günəş tutulması baş verib. Bütün bu və ya digər hesablamalar göstərir ki, alimlər tərəfindən tərtib edilən təqvimlər əslində Allahın elmi və iradəsi ilə yaradılmışdır. "Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o dönüb xurma ağacının qurumuş əyri budağı kimi olar". “Ya Sin” surəsi, 39. Siz (zülm etməkdə, günah törətməkdə) həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz qanmazsınız deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)” “Quran”, “Qızıl bəzəklər” surəsi, 5-ci ayə. Xəbər verildiyi kimi bu gün (26 dekabr) Hindistanın Qoa ştatının hava limanında “Boeing-737” markalı sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb. Nəticədə 154 sərnişindən bir neçə nəfəri xəsarət alıb. (Bu gün həmçinin, Rusiyadan Suriyaya uçan “TU-154” təyyarəsi Qara dəniz üzərində qəzaya uğradı. Yerdəki saat fərqini nəzərə alsaq eyni gündə baş verən bu qəzalardan birincinin hesablamalarına nəzər salaq.) Elmi-lədun araşdırmalarımız göstərir ki, əvvəlki qəzalar kimi, bu qəza da təsadüfü olmayıb xüsusi qanunauyğunluğa tabedir və Allahdan gələn növbəti xəbərdarlıq siqnalıdır. Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. 1)Xatırladım ki, 22 noyabr 2015-ci il tarixdə Özbəkistanda “Boeing-737” (!) markalı sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər yaralanmışdı. Bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxanda səhifələrinin sayı (286) qalır və qəzanın Allah tərəfindən xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir: 400 ”“ 114 = 286 2) Daha bir “Boeing-737” markalı təyyarə 17 noyabr 2013-cü ildə Tatarıstanın Kazan şəhərində qəzaya uğramışdı. Nəticədə 6 nəfər yaralandı. Bu gün həmin hadisənin 1137-ci günüdür ki, bundan “Quran”ın surələrinin və səhifələrinin sayını çıxsaq bu gün Hindistanda qəzaya uğrayan təyyarənin markası (737) görünər və hadisənin necə bir nizamla, qanunauyğunluqla baş verdiyini ortaya qoyar: 1137 ”“ 114 ”“ 286 = 737 (!) 3) Yuxarıdakı hesablamalardan gördünüz ki, bu gün baş verən təyyarə qəzası özündən əvvəlki eyni markalı təyyarə qəzaları ilə riyazi şəkildə əlaqələnir. Maraqlıdır ki, bunlar hələ son deyildir. Belə ki, sözü gedən qəza Dubay-Moskva reysi ilə uçan və Rostovda qəzaya uğrayan “Boeing-737” (!) ilə də bağlanır. Belə ki, bu ilin 18 martında Rostov-Donda “Boeing-737”-nin qəzaya uğraması nəticəsində bütün sərnişinlər həlak oldular. Bu gün həmin hadisənin 286-cı (!) günüdür. 4) Yadınıza salım ki, daha bir “Boeing-737” (!) markalı təyyarəni İstanbulda (11 dekabr 2013) ildırım vurdu. Bu gün həmin hadisənin 1110-cu günüdür ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenədə 555 alınır və diqqətimizi bir daha “Quran”a yönəldir: 1110 ”“ 555 = 555 5) Hesablamalarımız göstərir ki, bu gün Hindistanda baş verən qəza Fransanın Şarl-de-Qol” hava limanında iki təyyarə toqquşması ilə də riyazi şəkildə bağlanır. Belə ki, bu il mayın 12-də sözü gedən hava limanında “A-320” və “Boeing-777” markalı təyyarələr toqquşdular. Bu gün həmin hadisənin 228-ci günüdür ki, bu da “Quran”ın surələrinin iki mislidir: 228 ”“ 114 = 114 6) Bu qəza həmişə olduğu kimi Günəş tutulması ilə də riyazi şəkildə bağlanır. Bu gün 4 noyabr 2013-cü il tarixli Günəş tutulmasının (astronomik xəbərdarlığın) 1144-cü günüdür ki, bundan da müqəddəs kitabın səhifələrinin sayını çıxanda yenə də səhifələrin sayı qalır və hadisənin Allah tərəfindən xəbərdarlıq məqsədi ilə törədilməsini bir daha təsdiq edir: 1144 ”“ 286 ”“ 286 ”“ 286 = 286 Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Bütün bunlar sübut edir ki, bu gün baş verən təyyarə qəzası təsadüfü olmayıb, özündən əvvəlki eyni (!) markalı təyyarə qəzaları ilə zəncirvari əlaqəlidir. Bu da onların hamısının eyni Mərkəzdən (Allah tərəfindən) idarə olunmasına və gələcək bəlaların xəbərdarlığı olmasına sübutdur. “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” “Quran”, 57:22 Dünən rayonların birində yaxın bir adamın cənazə mərasiminə qatılmışdım. Mərasim boyu müşahidə etdiyim məntiqə sığmayan adətlər məni dəhşətə gətirdi. Belə ki, cənazə qəbirə qoyulduqdan sonra molla mərhumun oğlunu qəbirə saldı və məzarın üstünü də parça ilə örtdü (!). Qaranlıq məzarda, qapalı şəraitdə meyidlə təkbə-tək qalan gəncin halını molla dərk etməsə də yəqin siz təsəvvür edərsiniz. Molla qəbrin başında dayanaraq içəridəki oğlana göstərişlər verməyə başladı: baş hissəsindən kəfəni aç və mərhumun üzünü bayıra çıxar (?); qəbirdən torpaq götür, mərhumun sifətinin altına qoy (?)... Sanki, qəbirin içi torpaqdan deyil və nə kəfən, nə də sifət heç vaxt çürüməyəcək. Bunu dərk etmək molla üçün bu qədərmi çətindir? Nəhayət, mollanın bu mənasız və məntiqsiz tapşırıqları qurtarandan sonra qəbirin üzərinə sərilmiş örtük götürüldü. Yaxınlaşıb məzara baxanda oradakı iki nəfərdən hansının ölü, hansının diri olduğunu ayırmaqda çətinlik çəkdim. Oğulanın sifətinin rəngi mərhumun sifətindən betər saralmışdı. Əynində paltar olmasaydı onları ayırmaq olmazdı (!). Mollanın məntiqsiz hərəkətləri bununla da bitmədi. Sonra başladı meyidə İslam qanunlarını və şəriyəti izah etməyə (?). (Ruslar buna “zakon tolkavat” eləmək deyirlər.) Bu ona bənzəyir ki, müstəntiq bir məzarın başında dayanıb ölüyə “izah” edir ki, oğurluq etsən filan maddə ilə, kiməsə tcavüz etsən bəhmən maddə ilə ittiham olunacaqsan və sənə bu qədər iş veriləcək (?). Məgər bu insanlar dərk etmirlərmi ki, məzara qoyulan ölü bundan sonra orada oğurluq edəsi və yaxud kiməsə təcavüz edəsi deyil?! Yaxşı olmazmı bütün bunları insanlara diri vaxtı izah edəsiniz və bu cür günahlardan çəkindirəsiniz. Yoxsa diriyə cəsarətiniz çatmır, ancaq ölüyə “zakon tolkavat” eləyirsiz?! İndi yadınıza düşdümü bunu izah etməkdə üzərinizə məsuliyyət düşdüyünü? Bütün bunları gördükcə beynimdə düşünürdüm ki, bunlar niyə belə tərsinə iş görürlər? Bunu necə izah etmək olar? Nəhayət, mərasimin sonunda mənə hər şey aydın oldu. Molla bu (məntiqsiz) hərəkətlərinə görə mərhumun varislərindən əlli manat (bir neçə saat üçün) pul aldı. Başa düşdüm ki, ayının min oyunu bir armudun başında olduğu kimi, mollanın da oyunları bu əlli manatın başındaimiş. Yəni, mollalar bu kimi məsələləri dirilərə izah edəndə buna görə onlara bir qəpik pul verən olmur. Amma, ölüyə “tolkavat” edəndə sahibindən nəsə qoparmaq olur. Həm də dirilərin “tolkavat” edəni başqadır axı... P. S. Bu gün aldığım məlumata görə, mərhumun oğlu qəbirdə keçirdiyi psixoloji travmadan artıq yatağa düşüb. Yazıçı, psixoterapevt, tez-tez elmi-lədun araşdırmaları, maraqlı hesablamaları ilə Moderator.az-da oxucuların görüşünə gələn Paşa Yaqub vəsiyyət edib. Moderator.az Paşa Yaqubun maraqlı və qeyri-adi vəsiyyətini təqdim edir: “Vəsiyyət edirəm ki, mənim dəfnimdə və hüzür məclisimdə mollanın olması vacib deyil (bu mənə lazım deyil, amma, arzu edən gələ bilər). Namaz bilənlər iki rükət namaz (və yaxud cənazə namazı) qılıb, Allahdan mənə rəhmət diləyə bilərlər (əgər istəsələr). Yuyub-kəfənləyib bir quyuya (və yaxud qəbrə) basdırsınlar (ki, çürüntüdən ayrılan üfunət aləmə yayılmasın və mikroblar ətrafa xəstəlik yaymasın). Qadınların cəm olub ağlamasını qəti şəkildə yasaqlayıram. Çünki çoxunun ağlaması saxtadır və adam üzünədir. Ürəyi yanan övladlarım tək olanda və yaxud qəbrim üstə gedib ağlaya bilərlər. Yadların zorla ağladılması qəti şəkildə mənə lazım deyil, ruhum narahat olar. Həm də hüzürə gələn qadınların çoxunun ürəyi, qara ciyəri, əsəbləri xəstə olduğundan onların ağlaması səhhətlərinə ziyan verir və gedib çoxlu dərman içməli, psixoloq yanına getməli olurlar. Bütün bunlara bais olmaq istəmirəm. Sağ vaxtı kimsəyə ziyan vurmaq istəmədiyim kimi, öləndən sonra da ziyan vurmaq istəmirəm. Bunu kim etsə, o dünyada yanıma üzü qara gəlsin! Tapşırmışam ki, məni yad etmək istəyənlər ruhuma salam və salavat göndərsinlər. Ürəyi istəyən "Fatihə" və "İxlas" da oxuya bilər. “Ya Sin” oxumaq vacib deyil. Amma, ürəyi istəyən bunu məclisdə deyil, tək olanda oxuya bilər Məclisdəkilərin başa düşmədiyi bir surəni zorla camaatın qulağına dürtmək, onların vaxtını almaq lazım deyil. (Müasir insanlar qaynar həyat keçirdiklərindən və səbirsiz olduqlarından uzun surələri dinləməyə hövsələləri çatmır.) Mən özüm də valideynlərimi belə yad etmişəm. Övladlarıma da tapşırmışam ki, məni yad etmək istəsəniz belə yad edin. Yəqin sizi maraqlandıracaq ki, ehsan barəsində nə vəsiyyət etmisən? Vəsiyyət edirəm ki, öləndə var-dövlət qoyub getsəm gələn qonaqlara süfrə açasız və yemək də qoyasız. Bir şərtlə ki, açılan süfrə gündəlik süfrədən fərqlənməsin və növbə-növ təamlar düzülməsin (ölümümü bayram etməyin). Əgər məndən var-dövlət qalmasa onda yemək verilməsin. İmkan olsa çay verilsin, buna da imkan olmasa verilməsin (kimdənsə borc, nisyə nəsə alınmasın!). Allah şahiddir ki, yaşadığım dövrdə bir kimsə ilə bəhəs etmədim. Mənə ehsan veriləndə də heç kəslə bəhəs olunmasın! Mən özüm də valideynlərimə ehsanı belə verdim: onlardan 5-6 baş heyvan qalmışdı, birini kəsib ehsan verdim. Öz hesabıma da "Kamilliyə doğru" adlı broşuramı anamın xatirəsinə ithaf edib, “40”-a gələnlərə payladım (süfrədə). Tapşırıram ki, mənim də hüzürümə gələnlərə qalan kitablarımdan paylayın (güman edirəm ki, məndən qalan var-dövlət elə bu olacaq)". Qəbristanlıqları işğal edib ölülərdən xərac alanlardan din, iman tələb edərkən bir özümüzə sual etməliyik... Son günlər Azərbaycan mediasında və sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu Bakıda üç gün əvvəl dünyasını dəyişmiş şəxsin dəfn olunmasına icazə verilməməsidir. Nəticədə yuyulmuş və kəfənlənmiş cənazə üç gündür ki, ortalıqda qalıb. Çox utncverici, tükürpədici və rüsvayçı olaydır. Bir din yazarı (təbliğatçısı) olaraq bu olaya münasibət bildirmək qərarına gəldim. Olayın mahiyyəti və məğzi ondan ibarətdir ki, rəhmətə getmiş bir nəfərin varisi (oğlu) öz valideynini Yasamal qəbristanlığında dəfn etmək istəyib. Bu məqsədlə əvvəldən hasara aldığı qəbir yerində qəbirin qazılmasını və içərisinin daşla hörülməsini qəbristanlıq “darğa”larına sifariş edib. Cənazəni basdırmağa gətirəndə “darğa” ayağın qoyub cənazənin üstünə, deyib bu qəbri qazdığıma və içərisini daşla hördüyümə görə mənə filan qədər borcun var, onu ödəməmiş icazə vermirəm ki, ölünü basdırasan! Neçə gündür ki, olayı müzakirə edən KİV və sosial media qəbristanlıq “darğa”larını yıxıb sürüməkdədirlər və onların qansız, zalım və rəhimsiz olduqlarını tirajlayırlar... Demirəm ki, səhv yazırlar; yazdıqları düzdür. Həqiqətən də Bakı şəhərində qəbristanlıqları bir qurup zalım və nadanlar zəbt ediblər və (ermənilər qarabağı işğal edən kimi) insanlara zülm etməkdədirlər. Küllü miqdarda bac-xərac almasalar ölünü öz ərazilərinə (işğal etdikləri məhəlləyə) buraxmırlar. Bu hamıya bəllidir. Məsələ burasındadır ki, hamı qəbristanlığı işğal edənləri qınasa da mən bir din yazarı olaraq ölü sahiblərini qınayıram! Nəyə görə? Ona görə ki, bizim dinimizdə, onun qanunlar kitabı olan “Quran”da belə bir tapşırıq yoxdur ki, ölünü mütləq Yasamal qəbristanlığında basdırın və yaxud mütləq qəbrin içərisində tikinti (sərdabə) tikin, üstünə bahalı daşlar düzün. Əksinə, Allah bunları qadağan edib. Ölünü basdırmağın mahiyyəti odur ki, şəxsin ruhu Allah dərgahına getdiyi halda cəsədi torpağın altında çürüsün. Cəsədin torpaqda, yaxud, daşdan, qızıldan tikilmiş sərdabədə çürüməsinin bir fərqi varmı? Elə isə, insanın cibində pulu yoxdursa niyə qəbrin içərisini daşla hörülməsini sifariş verməlidir? Yaxud, qəbri niyə özü (qohumları) qazmayıb, başqasına sifariş etməlidir? Bunu hansı dinə, hansı kitaba əsasən edirlər (sonra da tikintinin pulun ödəyə bilməyib, cənazəni ora-bura sürüyürlər; ölənin ruhun incidirlər)?! Torpağın altında sərdabə (tikinti) tikib, ölünü orada basdırmaq hansı dinin şəriətindədir? Deyin biz də bilək!? Bu dinsizlikdir! “Dinsizin öhdəsindən imansız gələr” el məsəli var. Ona görə də qəbristanlıqları işğal edib ölülərdən xərac alan zalımlardan din, iman tələb edərkən bir özümüzə də sual etməliyik: özümüz o dinə, onun qaydalarına riayət edirikmi? Bu olay ona bənzəyir ki, cibində üç manatı olan biri restorana girir və həmin pula sup alıb içə biləcəyi halda, görür ki, başqa stolda bir imkanlı adam kürü, kabab yeyir; bu da deyir mütləq mən də ondan yeməliyəm. Cibində pulu olmadığı halda bahalı yeməkləri sifariş verir. Nəticədə hesabı ödəyə bilmədiyindən girov götürülür və el içndə rüsvay (urvatsız) olur. Məni yandıran məmurların rüşvətxorluğundan, mollaların nadanlığından çox insanların şüursuzluğudur. Nə qədər ki, insanlarımızın “Quran”dan, dindən, şəriətdən xəbərləri yoxdur mollalar və məmurlar onları istismar edəcəklər (bu təbiidir). Yadıma Qabilin Habili öldürməsi və günlərlə səhrada ora-bura sürüməsi düşdü. Sonda Allah qarğa vasitəsi ilə onu başa saldı ki, ölünü torpağa basdırarlar. Qabil əllərin başına çırpıb dedi: "Kül mənim başıma ki, qarğa qədər də ağlım yoxdur..." Bakıda yaşanan bu olay eynən Qabilin halına bənzəyir, aradan milyon illər keçməsinə baxmayaraq yenə də insanlar ölülərini basdıra bilməyərək ora-bura sürüyürlər... Oxucuda sual yaranacaq ki, belə situasiya ilə qarşılaşan müsəlman nə etməlidir? Yadımızdan çıxarmayaq ki, gündə neçə-neçə insan müharibə, tufan səbəbindən dünyasını dəyişir və torpağa tapşırılmır. Bu o demək deyil ki, torpağa basdırılmayanların ruhu Allah dərgahında yüksək məqam qazanmır. Bəlkə onların arasında elələri var ki, torpağa basdırılanlardan daha üstündür? Düzgünün Allah bilər. Yəni, Yasamal qəbristanlığında basdırılmamaq (qəbrin içərisini daşla hörməmək) şəxsin nüfuzuna xələl gətirməz. Allah torpağa qoyulmağı tövsiyyə edib. Bunun qəbristanlıq torpağımı, yaxud, hansısa dağ, meşə torpağı olması fərq etmir. əgər qəbristanlıqlar düşmənlər (zalımlar) tərəfindən zəbt olunubsa və onların qoyduğu şərtlər bizi qane etmirsə, onda biz öz ölülərimizi Allahın zəbt olunmayan digər torpaqlarında (dağda, meşədə, səhrada...) yerə basdırmalıyıq. Yuxarıda qeyd etdiyim kimi, cəsəd yerə çürümək üçün basdırılır; istiahət etmək üçün basdırılmır ki, yerin altında ona nə isə bir tikinti tikək, şərait quraq... Əgər bizlər bunu dərk etsək, molla mafiyasının işğal etdikləri qəbristanlıqlardan imtina etsək, rəhmətə gedənlərimizin cənazəsini Allahın başqa torpaqlarında (dağda, meşədə...) basdırsaq onda onlar camaatın ayıldığını görüb bu biznesdən imtina edəcəklər. Bu mafiya xalqın avamlığından və dindən bixəbərliyindən istifadə edib hüzür məclislərində də camaatı soymaqla məşğuldurlar. Xalqın beyninə yeridirlər ki, guya onlar məclisdə nə özlərinin, nə də xalqın başa düşmədiyi bir dildə “qart-qurt” etməsələr ruh cənnətə getməz. Mütləq böyük bir məbləğ müqabilində “Quran” xətm olunmalıdır və yxud “Ya Sin” oxunmalıdır. Yeri gəlmişkən, “Quran” üzərində hesablamalar aparmağıma, əsirlərdir açılmayan sirləri açmağıma baxmayaraq, ərəbcə bir hərf belə tanımıram və heç bunu vacib də bilmirəm. Çünki, bizim gözəl alimləriimiz var və onlar Allahın kitabını bizim üçün tərcümə ediblər. “Quran”ın mahiyyətini anlamaq istəyən, ondan yararlanmaq istəyən bu tərcümələri oxuyub, mümkün qədər orada yazılanlara əməl etməlidir. Əcdadlarımızın ruhunu yad etmək üçün bu kitabı xətm etməyə, “Ya Sin” oxumağa gərək yoxdur. Mən bu məqsədlə hər namazda onların (eləcə də peyğəmbərlərin, imamların, Allah dostlarının) ruhlarına salam və salavat göndərirəm, yaxud məzarları başında “Fatihə” və “İxlas” surələrini oxuyuram. Onların günahlarını bağışlatmaq üçün bir gözəl əməl edəndə Allaha dua edirəm ki, qazandığım savabdan valideynlərimin də dəftərinə yazsın. Çünki, onlar məni dünyaya gətirməsəydilər, mən də bu gözəl əməli etməyəcəkdim. Əgər insanlar hamısı əcdadlarının ruhlarını özləri yad etsəydilər, ölülərini özləri quyu (qəbir) qazıb basdırsaydılar molla sinfi aradan çıxardı; digər mafiyalarla birləşib xalqı istismar etməzdilər. Mollalar bunu dərk etdiklərindən xalqın oyanmasına və bir çox sirlərin açılmasına imkan vermirlər. Bu səbəbdən də heç vaxt məclislərdə “Quran”ı tərcümədən oxumurlar. Belə şeyxi, mollası olan ölkədə meyitin günlərlə ortada qalması təbiidir... 2017-cİ İlİn Ay tutulmaları ədalətİn bərqərar olacağından xəbər verİr - Maraqlı hesablamalar12/22/2016 “And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 40. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiz: moderator.az/news/162626.html) Öncə qeyd edək ki, 2017-ci ildə iki dəfə - 11 fevral və 7 avqust tarixlərdə Ay tutulması baş verəcəkdir. Elmi-lədun araşdırmalarımız göstərir ki, növbəti ilin Günəş tutulmaları kimi, Ay tutulmaları da xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların Allahın elmi ilə və ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır. Belə ki, aşağıdakı cədvəldən də göründüyü kimi bütün Ay tutulmaları “Quran”ın səhifələrinin üç misli olan 858 ədədi altında təkrarlanır. Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşə-riyyətin diqqətini “Quran”a yönəlt-mək üçün Allah tərəfindən göndə-rilmiş kodlaşdırılmış mesajdır. Onu da qeyd edək ki, qiyamətin əlaməti və gözlənilən bəlaların xəbərdarlığı (siqnalı) olan Ay tutulmalarının ötürdüyü mesajlar bununla bitmir. Elmi-ladun araşdır-malarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün Allah-təalanın Həzrət Cəbrail Əleyhissalam vasitəsi ilə göndərdiyi bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 ”“ 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın elmi ilə) düzüldüyünü bir daha təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmasına bağlanmaqdadır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Zülm edənlərdən və 14 ədədindən söhbət düşmüşkən maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi. Yeri gəlmişkən, tarixi faktlar sübut edir ki, idarəçilikdə zülmə üstünlük verən (balansı pozan) padşahlar 14 ildən (!) artıq hakimiyyətdə qala bilmirlər. Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə mərhələlərdə baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin elmi-lədun təhlili pozulmuş balansı bərpa edəcək şəxsin də artıq aramızda olduğunu sübut etməkdədir. Hesablamalarımız göstərir ki, elm əsrinin 17-ci ilində tarazlığı pozanlara güclü bəlalar gələcəkdir ki, nətcədə xeyirlə şər arasındakı balans bərpa olacaqdır. Bu da gözləniləndir ki, gələn bəla 111 ədədi altında baş versin (yazının əvvəlində qeyd etdik ki, 17-ci surə 111 ayədir). “Əbu-ləhəb” surəsinin sıra nömrəsi (kodu) olan 111 ədədi altında Allah-təala zülmü ilə həddi aşan (tarazlığı pozan) Əbu-Ləhəb haqqında belə bir hökm verir: “Əbu-Ləhəbin əlləri qurusun, qurudu da!” 111:1 Burada diqqət çəkən digər məqam odur ki, sözü gedən surə 5 ayədən ibarətdir. Beləliklə, surənin hasili (111 x 5) “Quran”da tövbə və cəza rəmzi sayılan 555 ədədini göstərir. Yuxarıda qeyd etdim ki, elm və Peyğəmbərlik rəmzi sayılan XXI əsr başlayandan müqəddəs kitabda keçən hadisələr hamısı təkrar görünməkdədir. Hesablamalarımız göstərir ki, Əbu-Ləhəb hadisəsinin təkrarı da məhz əsrin 17-ci ilində baş verəcək; beləliklə də xeyirlə şər arasında pozulmuş balans bərpa olacaqdır. "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimin (hökmlərimin) bütün dövrlrə aid olduğunu sizə göstərəcəyəm. Hələ Məni tə ləsdirməyin!" “Quran”, “Peyğəmbərlər” surəsi, 37. Oxucuda sual yaranacaq ki, bu hökm (111:1) niyə məhz 17-ci ildə təkrar icraya yönəldiləcəkdir? Başqa ildə ola bilməzmi? Qeyd edək ki, bunun bir neçə səbəbi vardır. Birincisi, 17-ci surə 111 ayədən ibarətdir (111 ayədən ibarət digər surə 12-ci surədir ki, həmin ildə bu hadisə yaşanmadı). Deməli, hadisənin baş vermə ehtimalı məhz növbəti ilə düşür. İkinci səbəb ondan ibarətdir ki, XXI əsr başlayandan bəşəriyyət əsrin hər günündə “Quran”ın müvafiq ayəsini yaşayır. Məsələn, bu gün (22 dekabr 2016) elm əsrinin 5.835-ci günüdür ki, bu da Quranın müvafiq (5.835-ci) ayəsi ilə uzlaşır. Beləliklə, müqəddəs kitabın ayələrinin cəmi olan 6.236-cı ayə 2018-ci ilin 27 yanvarında başa çatır. Elmi-lədun hesablamalarımız göstərir ki, həmin tarixə qədər tarazlığı pozan zalım xarakterli insanların cəzalanma prosesi başa çatacaqdır. Bununla da Yerdə haqqın, ədalətin bərqərar olduğu kamil bir dövr başlayacaqdır. Onu da qeyd edim ki, bu kamil dövrdən 29 faiz insan bəhrələnəcəkdir (71 faiz dəryaların payına düşür). Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər. Allah bəyənən əxlaqa və əməllərə sahib olsunlar. Belə edənlər 29 faizin içərisində yer alacaqlar. Fürsətdən istifadə edərək, üzümüzə gələn 2017-ci ildə bütün oxucularımıza iman kamilliyi və ruzi-bərəkət arzulayırıq. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. (Yazının əvvəlini bu linkdən ozuya bilərsiz: moderator.az/news/162507.html) ”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə bir ço-xunun Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc”surəsi, 18 Xəbər verildiyi kimi, 2017-ci ildə iki dəfə - 26 fevral və 21 avqust tarixlərində Günəş tutulması baş verəcəkdir. Elmi-lədun üsulu ilə apardığımız araşdırmalar göstərir ki, Günəş tutulmaları bir-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir (bu surənin 2 rəqəmi ilə nömrələnməsi isə, “Quran”da təsvir edilən hadisələrin XXI əsrdə 2-ci dəfə yaşanacağına işarədir). “Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır: 286 + 286 + 286 = 858 Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir: 858 GÜN FƏRQLƏ BAŞ VERƏN GÜNƏŞ TUTULMALARININ CƏDVƏLİ: Cədvəldən göründüyü kimi, Günəş tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun “Quran”ın koduna bağlanması isə, bütün elmlər kimi, astronomiya elminin də “Quran”ın bir qolu olduğunu sübut edir. Günəş tutulmalarında diqqət çəkən digər məqam onun 29 ədədi altında baş verməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Günəş tutulmaları bir qayda olaraq Hicri-Qəməri təqvimi ilə ayın 29-da baş verir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, Günəş tutulmaları bir qayda olaraq ayın 29-da baş verir. 2017-ci ilin tutulmaları da Cəmadiül-əvvəl və Zülqədə aylarının 29-cu günlərinə düşür. Gələn ilin Günəş tutulmalarının bizə ötürdüyü mesajı anlamaq üçün 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer əhlinə, yəni, insanlara işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir). Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi artıq Yer əhlinə xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur. Bəs onda 69 ədədi nəyə işarədir? Yuxarıda qeyd etdiyimiz kimi 69 ədədi “Quran”ın “Haqq olan qiyamət” surəsinin sıran nömrəsi olduğundan, bu ədəd lədun elmində qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verir. Diktatorları təsadüfən hörümçəyə bənzətmədim. Burada da bir riyazi bağlılıq vardır. Belə ki, “Quran”ın “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara (diktatorlara) işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu da onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanır. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). 29 ədədi həm də Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri bu hörümçək toru dağılmağa başlayıb və Rəbbimin iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik rəmzi sayılır. Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz bir cəhd edirlər. Məsələyə açıq gözlə baxdıqda isə bunun tam əksini görmək mümkündür. Yəni, Azərbaycan da daxil olmaqla, 29 faiz Yerinin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətlər yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar ”“ yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə azacıq gözüaçıq olmaq yetərlidir. Göründüyü kimi burada Allaha və Onun dininə (İslama) aid heç nə yoxdur. 2017-ci ilin Günəş tutulmalarının elmi-lədun təhlili göstərir ki, Rəbbim yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, o cümlədən Azərbaycan xalqına və onun rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqı və onun rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Hesablamalar növbəti ildə mafiya tipli dövlətlərin dağılacağını xəbər verir. Dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsaq yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərik. Artıq Azərbaycandakı zalım və yolazmışların da cəzalanma vaxtı çatmışdır. Bir vacib məqamı da vurğulayım ki, xalqın bir çox məsuliyyəti rəhbərlərin üzərinə düşdüyündən və oların günahları daha böyük olduğundan gələn bəladan ən çox ziyan çəkən də rəhbərlər olacaqdır. Odur ki, onların papaqlarını qabaqlarına qoyub, daha dərindən düşünmələrini tövsiyyə edirik. Hesablamalarımız göstərir ki, Allahın qüdrəti ilə Azərbaycan ətrafında çox böyük və sirli bir proses getməkdədir. Bu prosesin gözəl nəticələrindən faydalanmaq istəyənlər etdikləri zülmə və haqsızlıqlara görə tövbə etməli və bəşəri dəyərlərə təslim olmalıdırlar. Belə edənlər 2017-ci ildə uğur qazana biləcəklər. "Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik)." Quran, 19:84 2017-ci ilin Ay tutulmaları bizə nə vəd edir? (ardı var) Artıq elm və Peyğəmbərlik rəmzi sayılan 21-ci əsrin 17-ci ilinin astanasındayıq. Bu ərəfədə çoxlarını düşündürür ki, görəsən növbəti il necə keçəcək? Uğurlumu, uğursuzmu olacaq? Oxucu marağını nəzərə alıb növbəti ilin astronomik hadisələrinin elmi-lədun təhlilini və bunun Yerə, ümumilikdə cəmiyyətə göstərə biləcəyi təsiri moderator.az-ın oxucularına təqdim edirik. Öncə qeyd edək ki, elm əsri olan XXI əsr başlayandan əsrin hər ili “Quran”ın müvafiq surəsinə uyğun davam etməkdədir. Surələrin həm mətnindəki, həm də nömrəsindəki hikmətlər yaşadığımız illərdə özünü büruzə verməkdədir. Bu mənada 17-ci il də öz hikmətləri ilə artıq qarşımızda dayanıb. Gəlin bu ədədin hikmətlərinə və bu ildə baş verəcək astronomik hadisələrə birlikdə nəzər salaq. “Quran”ın 17-ci surəsi “Gecə vaxtı seyr” adlanır və Fəxri-Kainat Peyğəmbərimizin meerac xəbəri ilə başlayır (yeri gəlmişkən, surənin tərcüməsini oxumağı oxuculara tövsiyyə edirəm). Surə 111 ayədən ibarətdir. Bunu nəzərə alıb, surənin nömrəsi ilə ayələrinin cəmini toplasaq “Bal arısı” surəsinin kodu (128) alınır: 17 + 111 = 128 Alınan 128 ədədi “Bal arısı” (16) surəsnin ayələrinin cəmi olduğundan diqqətimizi 16-cı surəyə və onun hikmətlərinə yönəldir. Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, 111 ədədi “Quran”da 16 dəfə keçir (müqəddəs kitabın cəmi on altı surəsində 111-ci ayə var. Qalan surələrdə ayələrin sayı 111-dən azdır). . Göründüyü kimi, 17-ci surəni hansı tərəfindən hesablasaq hər dəfə 16-cı surənin üzərinə çıxırıq. Bu onu göstərir ki, növbəti ildə də biz “Bal arısı” surəsindəki hikmətləri yaşayacağıq. Elmi-lədun araşdırmalarımız göstərir ki, surələrin nömrələnməsində bir qanunauyğunluq vardır. Bu mənada «Bal arısı» surəsinin 16 ədədi ilə nömrələnməsi təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal ”“ arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu söz «yanmaq», «alovlanmaq» sözü ilə yanaşı işlədi-lir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendele-yev cədvəlinin 16-cı elementi olan Kükürd məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmır”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır! Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır). Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 ”“ 8 ”“ 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir. “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala) Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq: 6 gün + 280 gün = 286 gün. Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21. 16 ədədində olan başqa hikmətlərə nəzər salaq: Oksigenin sıra nömrəsini (8) Kükürdün sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir: 8 x 16 = 128 (Yuxarıdakı hesablamanı bir daha xatırladaq: 17 + 111 = 128) Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü necə büruzə verməsinə cəlb etmək istəyirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal-a yaranır və hər ikisi şirindir. Çünkü, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm yaşadığı cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Bura qədərki təhlillərimiz onu deməyə əsas verir ki, astanasında dayandığımız 17-ci il gözəl əxlaqı və gözəl əməlləriylə Allahın məhəbbətini qazanmış insanlar üçün çox uğurlu olacaq. Biri-birlərini səmimi hisslərlə sevən cütlüklərin qovuşmasına imkan yaranacaq. Bəs görək gələn ilin astronomik hadisələri bizə hansı xəbərləri verir? (ardı var) Rusiya KİV-in verdiyi xəbərə görə bu gün Moskvanın Şermetyevo hava limanında iki ədəd “A-321” markalı sərnişin təyyarəsi toqquşub. Hər iki təyyarənin qanadları zədələnsə də, sərnişinlərdən xəsarət alan olmayıb. Olayı saytımıza şərh edən yazıçı Paşa Yaqub bu barədə maraqlı hesablamalar vermib. Hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. Təyyarə qəzalarının monitorinqi göstərir ki, onlar pərakəndə baş verməyib, xüsusi bir qanunauyğunluğa tabe olurlar. Bu qanunauyğunluq isə, bir qayda olaraq özünü Quran rəmzləri olan 114 və 286 ədədləri ilə büruzə verir. Moskvada bu gecə baş verən toqquşma da bu qəbildəndir. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1)Xatırladım ki, keçən il aprelin 24-də (ilin 114-cü günü) Türkiyədə eyni gündə “A-319” və “A-321” markalı təyyarələr müxtəlif səbəblərdən qəza keçirdilər. Bu gün həmin qəzaların 607-ci günüdür ki, bundan “Quran”ın kodunu çıxsaq, moskvada toqquşan təyyarələrin markası görünür: 607 ”“ 286 = 321 (!) 2)Yadınıza salım ki, daha bir “A-321” Somalidə (bu il fevralın 1-də) partlamışdı (həmin gün Domededova aeroportundan Tiflisə uçmalı olan “A-320” təyyarəsində də yanğın baş vedi). Hesablamalarımız göstərir ki, bu gün həmin hadisənin 321-ci günüdür; bu da Moskvada toqquşan təyyarələrin üzərində həkk olunub: “A-321” (!). 3) Bu gecə baş verən toqquşma həmişə olduğu kimi Ay tutulması ilə də riyazi şəkildə bağlanır. Belə ki, bu gün 8 oktyabr 2014-cü il tarixdə baş verən Ay tutulmasının (qiyamət əlamətinin) 800-cü günüdür ki, bundan “Quran”ın kodlarını çıxsaq, yenə də müqəddəs kitabın rəmzləri alınır və hadisənin Allah tərəfindən insanlara xəbərdarlıq olaraq törədildiyini bir daha təsdiq edir: 800 ”“ (114 + 286) = (114 + 286) “Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər”. “Quran”, “Yasin” surəsi, 65 Ayədə xəbər verildiyi kimi, məhşər günü insanların dilləri susacaq, etdikləri günahlar barədə əlləri danışacaq. Sual yaranır: bu necə baş verəcək? Əllər necə danışacaq? Axı onlarda danışıq qabiliyyəti yoxdur? Niyə ayaqlar və yaxud başqa orqanlar deyil, məhz əllər danışacaq? Bu məntiqli suallara cavab tapmaq üçün elmi-lədun araşdırmalar apardıq. Əldə etdiyimiz maraqlı nəticələri moderator.az saytının oxucularına təqdim edirik: Bu istiqamətdə araşdırmalarımız bizi “Qiyamət” surəsinin 4-cü ayəsinin üzərinə aparıb çıxardı. Ayədə Rəbbim buyurur: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" “Quran”, 75:4. Hesablamalarımız göstərir ki, həmin barmaq izlərindən bəhs edən yeganə ayə “Quran”ın 5555 - ci ayəsidir. Yəni, müqəddəs kitabın birinci ayəsindən başlayıb 75-ci surənin 4-cü ayəsinə qədər saysaq görərik ki, bu, 5555-ci ayədir. Beləliklə, “Quran”dakı saysız-hesabsız sirlərdən daha birini kəşf etmiş olduq. Belə ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4 - cü ayəsini göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.(5555-ci ayə) (Xatırladaq ki, insan ilk dəfə saymağı məhz barmaqla öyrənir.) İndi bildinizmi qiyamət günü əllər necə “danışacaq”? Məhz barmaq izləri ilə! Necə ki, bu dünyada istintaqçılar barmaq izlərini “danışdırırlar”. Bu və digər hikmətlər onu göstərir ki, “Quran”ın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur və hər birində sətiraltı, rəqəmlərlə kodlaşdırılmış mesajlar vardır. Yeri gəlmişkən, “Quran”da əllərdən bəhs edən surələrdən biri də “Əbu-Ləhəb” (111) surəsidir. Surənin birinci ayəsində pis əməlləri (!) müqabilində Əbu Ləhəb haqda HÖKM oxunur: “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” 111:1. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Əbu Ləhəbin əllərindən bəhs edən 111-ci surədə cəmi 5 (!) ayə vardır. Bu da əldəki 5 barmağa işarədir. Digər maraqlı məqam surənin hasili ilə bağlıdır. Belə ki, surənin nömrəsini (111) ayələrinin sayına (5-ə) vurduqda 555 ədədi alınır: 111 x 5 = 555 Ötən yazılarımızdakı hesablamalardan məlum olduğu kimi 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayılır (bütün təbi fəlakətlərin və təyyarə qəzalarının hesablaması bu ədədə bağlanır). Bu hikmətlərlə tanış olduqdan sonra yaxşı olar ki, əməllərimizə diqqət edək. Çünkü, hansı vəzifədə işləməyimizdən aslı olmayaraq, bir gün həm bu dünyada (istintaqda), həm o dünyada mütləq əllərimiz “danışacaq” və əməllərimiz qarşımıza qoyulacaq! Odur ki, çalışaq barmaq izlərimiz ancaq gözəl əməllərin üzərində qalsın! “Bu elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar”. Quran. Dünyada baş verən zəlzələ və qəzaların sirlərini açıb, Modera-tor.az saytında paylaşdıqdan sonra oxuculardan internet ünvanımıza çoxsaylı suallar gəlməkdədir. Eyni məzmunda suallar çox təkrarlan-dığından onlardan birinə yazdığı-mız cavabı saytın bütün oxucula-rına təqdim edirik. “Əziz dostum Paşa bəy! Sizi mütəmadi izləyirəm. Diqqət edirəm ki, hadisələr periodik olaraq hər bir hadisədən 114, 286, 514, 955, 555, 400 gün keçəndən sonra baş verir. Vaxtları artıq mûəyyən etmisiniz. Yəni burda bir qanunauyğunluğun oldugunu görürük. Məni bir sual narahat edir: olmazmı bu hesablamaları hadisə baş verməzdən öncə paylaşasız, insanlar xilas olsunlar? Hadisələrin (bəlaların) baş verdiyi tarixlərdəki qanunauyğunluğu, düsturu tapmısınızsa, bu o deməkdir ki, bir az da ûstûndə işləsəniz onların baş verəcəyi məkanları da tapmaq olar. Hadisələrin məkanlarla əlaqəsini də tapsaydınız bu ən azından insan tələfatının qarşısının alınmasına səbəb olardı”. Əhliman Şəmsizadə, Səlyan rayonu, Qaraçala qəsəbəsi. Cavab: - Diqqətinə görə təşəkkür edirəm əziz dostum Əhliman bəy. Əslində, bəla gələcək günləri mən özüm təxmin edə bilirəm (yazdığınız ədədlərlə). Amma, gələn bəlanın hara enəcəyi, özünü hansı şəkildə (zəlzələmi, qəzamı...) göstərəcəyini bilmirəm. Bunu ancaq Allah bilər. Bizim üzərimizə düşən vəzifə insanlara bu xəbərdarlıqları car çəkməkdir: doğru yola dönün ki, gələn bəlalardan sığortalanasız. Kim bu xəbərdarlığı qəbul edəcək, etməyəcək öz işidir. Biz insanların üzərində gözətçi deyilik. Əvvəlki yazılarımızda bu xəbərdarlıqları qatarın yaxınlaşarkən verdiyi fitə (xəbərdarlıq siqnalına) bənzətmişdik. Heç görmüsüzmü qatar fit verəndən sonra maşinist başını pəncərədən çıxarıb izahat versin ki, hara qaçın, yaxud qaçsanız nə olacaq, qaçmasanız nə olacaq (yüngül yoxsa ağır yaralanacaqsınızmı, öləcəksinizmi)? Təbii ki, bu barədə maşinist heç vaxt yolda dayanana izahat vermir və buna heç imkanı da yoxdur! Bütün bunlar insanların şüuruna buraxılır. Yəni, fiti (xəbərdarlığı) eşidən insan özü fikirləşməlidir ki, gələn təhlükədən qorunmaq üçün mən nə etməliyəm? Harada dayansam qatar məni vurmaz və s. Son dövrlər dünyada baş verən və getdikcə intensivləşən bəlalar hamısı qatarın verdiyi fiti xatırladır! Bundan sonrası insanların şüuruna qalıb. İstəyirlər doğru yola (Allahın onlar üçün nəzərdə tutduğu yola) keçib xilas olsunlar, istəmirlərsə... yenə də öz işləridir. Allah insanı fail-muxtar yaratdığından hətta, Özünə belə inanmaqda, hansı yolu seçməkdə sərbəstlik verib. İnsan əməllərinə görə o biri dünyada cavab verəcəkdir. Yeri gəlmişkən, bir faktı da diqqətinizə çatdırım ki, belə bəlaların gələcəyi tarixi və yeri qabaqcadan elan etməyimə indiyədək cəmi bir dəfə icazə verilib və mən bunu qabaqcadan qəzetdə dərc etdirmişəm. Bu, 2002-ci ilin iyununda baş verib və əvvəlki yazılarımda bu barədə üstüörtülü bəhs etmişəm. Belə ki, həmin ilin 22 iyununda Azərbaycana böyük bir bəla enəcəyini xəbər vermişdim və bu xəbəri may ayında həm dövlət başçısına, həm də 10-dan çox qəzet və informasiya agentliklərinə göndərmişdim (xəbər iyunun 5-də “Hürriyyət” qəzetində çap olundu). Orada insanlara tövsiyyə etmişdim ki, tövbə edib doğru yola dönsünlər. Əks halda iyunun 22-də böyük bir bəla gələcək və tövbə etməyənlər hamısı məhv olacaq... Həmin vaxt xəbər bütün ölkədə yayılsa da çoxları tövbə etmək barədə düşünmədilər. Nəhayət, elan edilən tarixə üç gün qalmış mən yaxınlarım, ailə üzvlərim, dostlarım... barədə narahat olmağa başladım. Çünkü, heç biri tövbə etmədiyindən ölüm təhlükəsi ilə üzbə-üz idilər (hərçənd ki, bu onların veclərinə deyildi). Odur ki, son üç günü gecələr yatmayıb, dua etməklə məşğul oldum ki, bəla bir qədər ləngidilsin və yaxud yeri dəyişilsin (Azərbaycan xalqına möhlət verilsin). Üçüncü günü ”“ yəni, iyunun 21-dən 22-nə keçən gecə gözümə xəfif yuxu getdi və həmin anda mənə bildirildi ki, bəlanın məkanı azacıq dəyişdirildi. Səhər yuxudan oyananda eşitdim ki, Azərbaycanın Cənubunda (İran ərazisində) 9 (!) bal zəlzələ baş verib, 22 (!) təkan qeydə alınıb. Nəticədə bir çox kəndlər və şəhərlər tamamilə yer üzündən silindi, yüz minlərlə insan həyatını itirdi (bax: həmin dövrün mətbuatına). Həmin tarixdən üzü bəri baş verən bütün bəlalar yuxarıda yazdığınız ədədlərlə həmin 22 iyun tarixinə bağlanır və eyni bir prosesin (cəzalanma prosesinin) tərkib hissəsi olduğunu sübut edir. Bir vacib məqamı da diqqətinizə çatdırım ki, Azərbaycana gələsi və təxirə salınmış həmin bəla mütləq gələcək və çox güman ki, bunun tarixi bir daha qabaqcadan elan olunmayacaq (düzgünün Allah bilir). Odur ki, ən yaxşısı budur insanlar bəla gəlməzdən öncə tövbə edib, günahlarından təmizlənsinlər, doğru yolda olsunlar. Bununla da gələcək bütün bəlalardan sığortalanmış olarlar... “Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, istehza ilə: “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” ”“ deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər”. “Quran”, “Hud” surəsi, 2-ci ayə. “Onlara öz əməllərinin cəzası artıq yetişdi. İstehza etdikləri əzab onları yaxaladı”. “Bal arısı” surəsi, 34 Xəbər verildiyi kimi bu gün Xəzər dənizində baş verən güclü qasır-ğa neft buruğunda işləyən on nəfər soydaşlarımızın həyatına son qoydu. Ölənlərə Allahdan rəhmət, doğmalarına səbr dilə-yirik. Onu da qeyd edək ki, bu faciyə həlak olanlara deyil (ola bilsin onlar şəhidlik məqamına da yüksələ bilərlər; düzgünün Allah bilir), vəzifəsindən aslı olmayaraq ümumilikdə Azərbay-can xalqına Allah tərəfindən göndərilmiş xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablmalardan görəcəksiniz: 1) Xatırladım ki, bu il martın 4-də aeroport yolunda 160 saylı marşurut avtobusu qəzaya düşərək, 20 nəfər xəsarət aldı. Bu gün həmin hadisənin 286-cı günüdür ki, bu da “Quran”ın kodudur (səhifələrinin sayıdır) ki, hadisələrin Alah tərəfindən kodlaşdırılmış mesaj olduğunu təsdiq edir. 2) Hesablamalarımız göstərir ki, bu gün Xəzərdə baş verən faciyə dünyanın bir çox ölkələrində baş verən zəlzələlərlə də riyazi yolla əlaqələnir. Belə ki, bu il avqustun 24-də İtaliya, Miyanma, Hindistan, Banqladeş və s. ölkələrdə baş verən 6,5 bal zəlzələ (mikroqiyamət) güclü dağıntı və təlafata səbəb olmuşdu. Burada diqqət çəkən məqam odur ki, bu gün həmin faciyənin 114-cü günüdür; bu da “Quran”ın surələrinin sayı olmaqla, hadisələr arasındakı əlaqəni və qanunauyğunluğu bir daha təsdiq edir. 3) Elmi-lədun araşdırmalarımız bugünkü hadisənin Azərbaycanda baş verən qatar və təyyarə qəzaları ilə də bağlılığını üzə çıxardı. Belə ki, keçən il 22 iyul tarixində Balakən-Bakı qatarı reysdən çıxaraq yolda qalmış və eyi gündə Moskva-Gəncə reysi ilə uçan təyyarə Minvodda qəza enişi etmişdi. Maraqlıdır ki, bu gün həmin hadisənin 514-cü günüdür. Bundan “Quran”ın rəmz və kodunu çıxsaq, yenə də 114 ədədi alınır və baş verən faciənin haqsızlığın tüğyan elədiyi məmləkətimizə Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 514 ”“ 114 ”“ 286 = 114 4) Yadınıza salım ki, 7 may 2014-cü il tarixdə Bakı metrosunda baş verən qəza səbəbindən sərnişinlər bir müddət tuneldə qaldı. İnsanları tuneldən evakuasiya etdilər ki, bu da böyük həyəcan və təşvişə səbəb oldu (Qeyd edək ki, tunel bu dünya ilə o dünya arasında keçid rəmzi sayılır. Ona görə də bir çox xəbərdarıqlar məhz tunel vasitəsiylə verilir). Burada diqqət çəkən məqamlardan biri də odur ki, Xəzərdəki faciyə həmin həyəcanlı hadisənin 955-ci günü baş vermişdir. Bu ədəddən yenə də “Quran”ın kodlarını çıxanda tövbə və cəza rəmzi sayılan 555 ədədi alınır (bu ədədin hikmətləri barədə əvvəlki yazılarımızda geniş bəhs etmişik): 955 ”“ 114 ”“ 286 = 555 5) Xəzər dənizində baş verən faciyə Günəş tutulması ilə də riyazi şəkildə əlaqələnir. Belə ki, bu gün 25 oktyabr 2014-cü il tarixli Günəş tutulmasının (astronomik xəbərdarlığın, qiyamət əlamətinin) 783-cü günüdür ki, bundan da “Quran”ın kodunu çıxanda yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır, diqqətimizi tövbə edib doğru yola dönməyin vacibliyinə yönəldir: 783 ”“ 114 ”“ 114 = 555 6) Hesablamalarımız göstərir ki, bu gün baş verən qasırğa və insan təlafatı İsmayıllıda baş verən analoji hadisə ilə riyazi şəkildə əlaqələnir. Belə ki, keçən il 11 oktaybrda İsmayıllıda baş verən qasırğa ağacları kökündən qoparmış, elektrik dirəklərini aşırmışdı. Bu səbəbdən həmin raionda həyat bir neçə günlüyə iflic olmuşdu. Maraqlıdır ki, bu gün həmin hadisənin 400-cü günüdür. Bundan “Quran”ın surələrinin sayını (114) çıxsaq yenə də müqəddəs kitabın səhifələrinin sayı (286) alınır və təkrar olaraq diqqətimizi bəşəri dəyərlər toplusu olan “Quran”a yönəldir: 400 ”“ 114 = 286 7) İsmayıllıdan söz düşmüşkən, üç gün qabaq orada baş verən zəlzələni şərh edərkən yazını belə yekunlaşdırmışdıq: “Bütün bu və digər hesablamalar sübut edir ki, bu gün episentri İsmayıllı ərazisinə düşən zəlzələ təsadüfü olmayıb, yolun azmış Azərbaycan xalqına və onu idarə edənlərə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıq mesajıdır. Millətimiz (vəzifəsindən aslı olmayaraq) bu xəbərdarlıqdan nəticə çıxararaq haram işlərdən (zinadan, pozğunluqdan, rüşvətdən, əziyyət verməkdən) uzaq durmalıdırlar. Əks halda daha böyük və ciddi fəsadlarla qarşılaşa bilərik”. (Yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/161835.html ) Bu linki paylaşarkən belə bir şərh də yazmışdıq: “Belə hadisələrdən sonra adətən 3 gün müddətinə daha böyük həyacan yaradan başqa bir hadisə baş verir”. Maraqlıdır ki, bu gün həmin hadisənin 3-cü günüdür. Burada diqqət çəkən digər maraqlı məqam: faciənin baş verdiyi Neft Yığım Məntəqəsinin nömrəsi də 3-dür (!). Bu da baş verən faciyənin 3 gün qabaqkı zəlzələnin davamı olduğunu bir daha təsdiq edir. Görək bugünkü faciədən necə, nəticə çıxarıb haram işlərdən (halal sərvətə haram qatmaqdan, pozğun həyat tərzindən...) əl çəkəcəyikmi? Yoxsa başımıza gələcək növbəti fəlakətləri gözləyəcəyik? “İnsanları Allahın əzabı ilə qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” ”“ deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır (falçıdır)!” dedilər". “Quran”, “Yunis” surəsi, :2-ci ayə. “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah bununla onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Rumlular” surəsi, 41. Respublika Seysmologiya Mərkəzindən verilən məlumata görə bu gün İsmayıllı rayonunda 4,5 bal gücündə zəlzələ baş vermişdir. Nəticədə rayonun Diyallı, Tircan və digər kəndlərində evlərdə çatlar yaranmış, əhali təşvişə düşmüşdür. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu zəlzələ Azərbaycan ərazisində baş verən digər zəlzələ və həyacanlı hadisələrlə riyazi şəkildə əlaqəlidir. Bu əlaqə və qanunauyğunluq özünü yenə də “Quran”ın kodları olan 114 və 286 ədədləri ilə büruzə verir. Məsələn: 1) Xatırladım ki, 19 may 2015-ci ildə Bakıda 16 mərtəbəli binada baş verən yanğın 16 nəfərin həyatına son qoydu (həmin tarixdə həmçinin, Bakıda baş verən metro qəzası insanlarda həyəcan yaratdı). Burada diqqət çəkən məqam odur ki, bu gün həmin hadisənin 572-ci günüdür ki, bundan “Quran”ın səhifələrinin sayı olan 286 ədədini çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və diqqətimizi bir daha Allahın kitabına yönəldir: 572 ”“ 286 = 286 2) Hesablamalarımız göstərir ki, bu günkü zəlzələ Qubada baş verən (26 yanvar 2015) zəlzələ ilə də riyazi şəkildə əlaqələnir və onun davamı olduğunu ortaya qoyur. Belə ki, qeyd etdiyim tarixdə Qubada baş verən zəlzələ Şimal bölgəsində həyəcana səbəb oldu (həmin tarixdə həmçinin, Bakıda baş verən metro qəzası insanlarda həyəcan yaratdı). Maraqlıdır ki, bu gün həmin hadisənin 686-cı günüdür ki, bundan da “Quran” rəmzlərini çıxanda yenə də müqəddəs kitabın kodu görünür: 686 ”“ 286 ”“ 114 = 286 3) Yadınıza salım ki, 7 iyun 2015-ci il tarixdə Badamdartda maşın azarında baş verən yanğın səbəbindən bir neçə maşın yandı və insanlar təşvişə düşdülər. Burada diqqət çəkən məqam bu gecə baş verən zəlzələ həyəcanı ilə maşın bazarındakı yanğın arasında 555 gün fərq olmasıdır. Belə ki, əvvəlki yazılarımızda göstərdiyimiz kimi, 555 ədədi “Quran”da tövbə və cəza rəmzi sayıldığından Allah tərəfindən edilən bütün xəbərdarlıqların (həyəcanlı hadisələrin) üzərində bu ədədi görmək mümkündür. 4) Diqqətli oxucuda sual yaranacaq ki, Azərbaycan xalqı üçün edilən bu xəbərdarlıq niyə məhz İsmayıllı ərazisində vaqe oldu? Şübhəsiz ki, bu da səbəbsiz deyil və burada da bir qanunauyğunluq vardır. Yadınızdadırsa episentri digər rayonlara düşən zəlzələlərin hesablamalarını təqdim edərkən, rayonun kodu ilə də əlaqəli olduğu üzə çıxırdı. İsmayıllıdakı zəlzələ də rayonun kodu ilə əlaqələnir. Belə ki, 13 noyabrda Yeni Zellandiyada baş verən 7,9 bal zəlzələ ölkədə böyük dağıntılara səbəb oldu (həmin tarixdə həmçinin Pakistan təyyarəsi Bakıda qəza enişi etdi). Hesablamalarımız göstərir ki, bu gün həmin həyəcanlı hadisələrin 31-ci günüdür ki, bu da İsmayıllı rayonunun seriyası və rabitə kodudur (!). Bütün bu və digər hesablamalar sübut edir ki, bu gün episentri İsmayıllı ərazisinə düşən zəlzələ təsadüfü olmayıb, yolun azmış Azərbaycan xalqına və onu idarə edənlərə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıq mesajıdır. Millətimiz (vəzifəsindən aslı olmayaraq) bu xəbərdarlıqdan nəticə çıxararaq haram işlərdən (zinadan, pozğunluqdan, rüşvətdən, əziyyət verməkdən) uzaq durmalıdırlar. Əks halda daha böyük və ciddi fəsadlarla qarşılaşa bilərik. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağırışa məhəl qoymayıb, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, “Gecə vaxtı seyr” surəsi, 16-cı ayə. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |