“Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb yaxaran və özünü tamamilə Allaha təslim etmiş bir zat idi”. “Quran”,“Hud” surəsi, 75.
Allahın həlim xasiyyətli, həyatını elm öyrənməyə və öyrətməyə sərf edən və bu yolla övliyalıq məqamı qazanan qullarından biri də Şeyx Əhməd Əfəndidir. O, 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Yetim Əhmədin uşaqlıqda iştirak etdiyi məclislərdən biri də Ramazan ayının son on gecəsində qeyd edilən Qədr gecəsinin ehtimal edildiyi Əhya gecələri idi. Onda balaca Əhməd ağsaqqalların bura nə üçün toplaşdığını və Qədr gecəsinin nə olduğunu bilmirdi. Heç kəs, hətta, mollalar da ona nəyisə öyrətməkdə maraqlı deyildilər. Çünkü, onlar dərsi imkanlı ailələrin uşaqlarına keçirdilər. Odur ki, axşamdan bir az keçmiş evin bir küncündə oturan yetim Əhmədi yuxu tutdu. Mollalar isə, Qədr gecəsini görmək arzusuyla ibadətlərini davam etdirdilər. Amma, necə deyərlər “Sən saydığını say, gör fələk nə sayır”. Gecənin bir vaxtı ağsaqqal, nurani bir şəxs balaca Əhmədi yuxudan oyadıb, ona həyətdə dəstəmaz aldırdı. Bu gecə Qədr gecəsi olduğunu bildirib, onun mahiyyətini uşağa başa saldı: namaz qılıb dua etməyin vacib olduğunu bildirdi. Müqəddəs Quranın qədr gecəsi surəsini izah etdi. Əhməd bütün bunları bildikdən sonra namaz qılıb dualar etdi. Səhər açılanda ağsaqqallar yuxudan oyanıb bir-birlərindən Qədr gecəsini görüb görmədiklərini soruşdular. Heç biri müsbət cavab vermədikdə, balaca Əhməd gecə şahidi olduğu əhvalatı danışdı. Mollalar çox pərt oldular ki, neçə illər ibadət etdikləri halda Allah dərgahında Yetim Əhmədin hörməti onlarınkindən üstündür. Bu əhvalatdan sonra Əhməd əfəndi elm öyrənməyə başladı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm əfəndidən dərs aldı. Daha sonra isə, İlisuda Səid əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə şeyxi almalı Mahmud əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi seyr və sülukunu tamamlayaraq məzun oldu. Şeyx Mahmud əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd əfəndiyə xilafətnamə (icazənamə) verdi. Həmin dövrdə onun əqidədaşı olan Şeyx Şamil çar hökumətinə qarşı müridizm hərəkatına rəhbərlik etdiyindən ruslar Zaqatala şeyxlərinin də onlara qoşulacağından ehtiyat edib 1863-cü ildə Şeyx Əhməd əfəndini həbs edtdilər. Şeyxi İrkutsk vilayətinə sürgün etdilər. Bir müddət çar həbsxanasında saxlanan Əhməd əfəndi öz kəramətləri ilə nadzorları heyrətə saldı. Belə ki, gündə beş vaxt namazda kameranın qıfılları Qüdrətli-İlahidən açılar, Şeyx həyətdə dəstəmaz alıb, namaz qıldıqdan sonra yenidən kameraya qayıdarmış. Bu və digər möcüzələri görəndən sonra 1866-cı ildə övliyanı sərbəst buraxdılar. Sürgündən qayıdandan sonra Əhməd əfəndi Aşurə adlı qızla ailə qurdu. Daha sonra iki dəfə Həcc ziyarətində oldu. İkinci Həcc ziyarətindən qayıdanda İstanbula gəldi. Səkkiz il İstanbulda yaşayan Şeyx Əhməd burada ikinci dəfə evləndi və Abidət adlı qızı oldu (Abidətin qəbri Talada atasının yanındadır). Əhməd əfəndi İstanbulda yaşadığı dövrdə Sultan Əhməd camisində dərs deyirdi. Sonralar o, Misirin Əl-əzhər universitetinə müəllim kimi dəvət alsa da, xanımı vəfat etdiyindən talaya qayıtdı. İstanbulda olarkən İmam Şamilin oğlu Qazı Məhəmməd Əhməd əfəndi ilə görüşərək, “Qazavat”etmək istədiyini bildirdi və Şeyxdən məsləhət istədi. Əhməd əfəndi Şeyx Şamilin oğluna yazdığı məktubda belə tövsiyə edirdi: “İndi vuruşmağın əhəmiyyəti yoxdur. Atan 30 il vuruşdu, lakin, o da lazım olanda qılıncı yerə qoydu. Türk xalqı böyük xalqdır, amma yenə deyirəm ki, hər işin öz vaxtı var”. Tala kəndində irşad etdiyi müddətdə Şeyx Əhməd əfəndinin ətrafına yüzlərlə mürid toplaşmışdı. Müridləri onda zaman-zaman kəramətlər müşahidə edirdilər. Belə ki, bir gün namaz vaxtı Şeyx səcdəni həddən artıq uzatdı. Müridləri onun bu qədər səcdədə qaldığını görməmişdilər. Namazın sonunda ondan bunun səbəbini soruşduqda bildirdi ki, həmkəndliləri dağ yolu ilə gedərkən uçquna düşdülər və məni çağırdılar; onların köməyinə getdiyimdən səcdədən qalxa bilmədim. Müridlərdən bəziləri buna şübhə etsələr də, qapıdan çıxanda şeyxin başmaqlarının yaş olduğunu gördükdə şübhələri aradan qalxdı. Əhməd əfəndi insanlara xeyirxahlığı təbliğ etdiyi kimi, özü də bu xeyirxahlığın nümunəsi idi. Belə ki, o, öz vəsaiti və rəhbərliyi ilə Talaya 14 km uzunluğunda su xətti çəkdirdi. Bu gün də insanlar həmin sudan istifadə etdikcə övliyaya rəhmət oxuyurlar. Şeyx Əhməd əfəndi 1901-ci ildə Talada əsasını qoyduğu və lazım olan vəsaitini ayırdığı məscid 1910-cu ildə tamamlanmaqla, keçmiş SSRİ-də ən böyük məscid idi. Kəramətli övliya və Nəqşibəndiyyə şeyxi olan Əhməd əfəndi 1904-cü ildə dünyasını dəyişdi. Cənazə namazına 1500-ə yaxın adam dayanmışdı. Dəfn mərasimində iştirak edənlər isə, 15 minə yaxın idi. Dəfn mərasimdə iştirak edənlərin bir ucu qəbirstanlığa çatanda arxa tərəfi hələ şeyxin həyətində idi. Şeyxin cənazəsi Tala qəbirstanlığında müqəddəs bəsil nəslindən olan Hacı Ramazanın (Ölüm tarixi hicri-1308 miladi 1890-91) məzarının yanından keçəndə hansısa bir qüvvənin təsiri ilə dayandı. Insanlar nə qədər cəhd etsələr də cənazə irəliləmədi. Bir neçə dəqiqə sonra cənazə yoluna davam etməyə başladı. Deyilənə görə Əhməd əfəndi sağlığında da bu müqəddəs məzarın yanından keçəndə ayaq saxlayıb dua vermədən keçməzmiş. Şeyx Əhməd əfəndinin başdaşının kitabəsinin ərəbcədən tərcüməsi belədir: “Hökmranlıq vahid, qüdrətli Allaha məxsusdur! İki dünyanın hökmdarına eşq olsun! Bu məzar pirlik məqamına çatmışların çırağı, bu torpaq xalqın günəşi, böyük xilaskarların və əzəmətli şeyxlərin qütbü, qüdrətli və hakimiyyət sahibi Allaha qovuşanların və ariflərin tacı, öz əsrinin vahidi, zəmanəsinin yeganəsi, Allahı dərk etmiş, Allahın rəsulunun canişini, xalqın və dinin mürşidi, on dörd məsumun dini uğrunda zəhmət çəkən alim, əl-Məhəmmədi, əl-Xadrai, ən-Nəqşibəndi, əl-Mücəddədi, əl-Xalidi, əl-Mahmudi (Almalı Mahmud Əfəndi nəzərdə tutulur-müəllif.) Talalı şeyx Əhməd Əfəndi 1321-ci ildə zilhiccə ayının onu gecəsi vəfat etmişdir (27 fevral 1904-cü il) Torpağı pak olsun”. Şeyxin məzarının sol tərəfində Nəqşibəndi şeyxi, Dağıstanlı Hacyu əfəndinin qəbri vardır. Qəbrin başdaşının ərəbcə kitabəsinin tərcüməsi belədir: “Allah! Mahmud əfəndi Almalı, Şüayb əl-Bəkir əfəndi, Hacı İbrahim əfəndi əl-Qcuri, Əhməd əfəndi, şəkili Hacyu əfəndi, imam rəbbani Əhməd Sirhindi, Bağdadlı Xalid, ölüm məlaykəsi Bahəddin Məhəmməd əl-Buxari... Bu qəbir islamın çırağı, xalqların mürşidi, qüdrət və hakimiyyət sahibi ariflərin və Allaha qovuşanların son dərəcə yaxşısı və layiqlisi, əsrinin yeganəsi, zəmanəsinin vahidi, Allahı tanıyan, Allahın rəsulunun canişini, on dörd məsumun dini uğrunda çalışan görkəmli alim Hacyu əfəndi əl-Məhəmməd, əl-Xədrai nəqşibəndi, əl-Mücəddədi, əl-Xalidi, əş-Şəkuri Dağıstanlı, hicri, 1367-ci ildə, rəbi ələvval ayının onu, gecə yarısı (22 fevral 1948) vəfat etmişdir. Kitabəni talalı Əbdül Qadir yazmışdır.” Başdaşının arxa tərəfində nəqşibəndiyyənin içərisində “Allah” sözü yazılmış ürək formalı çevrədən ibarət embleması həkk olunmuşdur. Hər iki kitabədən göründüyü kimi, nəqşibəndiyyə silsiləsindən olan alimlərin adları hörmətlə yad edildikdən sonra mərhumun adı çəkilir. Əhməd əfəndinin Tala kəndindəki evini 30-cu illərdə sovet hökuməti müsadirə edərək MTS idarəsinə verdi. Şeyxin Abdulla və Məhəmməd adlı iki oğlu qalmışdı. Abdulla uşaq yaşlarında dünyasını dəyişdi. Din xadimi olan Məhəmməd isə, Ruqiyyət adlı qızla evləndi. Onların nigahından Əhməd (1905) və Mustafa (1906) adında iki oğlu, Aşurə (1923 təv) Xatimət, Əminəxatun, Minəsona adlı dörd qızı olub. Atasının yolunu davam etdirdiyinə görə Rus hökuməti Məhəmməd əfəndini də təqib etməyə başladı. 1930-cu illərdə həbs olunan Molla Məhəmməddən sonralar heç bir xəbər çıxmadı. Onun həbsinin səhərsi günü isə arvadı Ruqiyyəni, oğlanları Əhmədi və Mustafanı, körpə qızları Aşurəni, Xatiməti, Əminəxatunu da həbs edərək, sürgünə göndərdilər. Qızlardan biri Minəsona ərdə olduğu üçün, onun özünü yox, ərini sürgün etdilər. Qızlardan yeganə sağ qayıdan Aşurə söhbət edirmiş ki, Qazaxıstan çöllərində çox ağır sürgün həyatı keçiriblər. Azov dənizindən qamış qırıb, ocaq yandırırmışlar. Çox çətinliklə əldə etdikləri kəpəyi həmin ocaqda qaynadıb, horra bişirib içirlərmiş. Anası və iki bacısı bu məşəqqətlərə dözməyərək orada vəfat ediblər. On yaşlı Aşurə isə vətənə qayıdıb (sonralar o, Həbibullah adlı şəxslə ailə qurub). Molla Məhəmmədin oğlanları Mustafa və Əhməd 1933-cü ildə sürgündən qayıdandan sonra, yenə də təqib olunduqlarını görüb, dağlara çəkiliblər. 1937-ci ilə qədər qaçaq həyatı yaşayandan sonra, qonşularından biri öyrədilərək onların yanına göndərilib və aldadılaraq aşağı endirilib. Evlərinə qayıdan kimi Əhmədi və Mustafanı həbs edərək, güllələnməyə göndəriblər. Möcüzəli quş Yuxarıda qeyd etdim ki, 30-cu illərdə Molla Məhəmmədin ailə üzvləri represiya olunanda Minəsona adlı qızına toxunmamışdırlar. O, 1979-cu ildə dünyasını dəyişdi. Mərhumun 40-ı günü baş verən bir möcüzə gələnləri heyrətə saldı. Belə ki, göyərçin boyda, həddən artıq bəzəkli bir quş qadınların oturduğu otağa girərək, Aişənin (sürgündən sağ qayıdan qızın-müəllif) başına qonub və qanqdını geniş açaraq onun yanında əyləşən Əminətin başına salıb. Bir qədər durduqdan sonra, quş pəncərənin qabağına qonub və oturanlara tamaşa etməyə başlayıb. Həmin vaxt evdə Hafizə adlı qohum qadın yataqda xəstə yatırmış. Qadınlardan biri quşu götürüb, xəstənin üzərinə qoyur ki, bəlkə şəfa tapa. Hafizənin üzünə diqqətlə baxan quşun gözlərindən yaş axmağa başlayır. Həmin günün səhəri Hafizə dünyasını dəyişir. Daha sonra quşu götürüb həyətə çıxarırlar ki, gələnlər hamısı görsün. Hadisə şahidlərinin danışdığına görə hələ nə o vaxtadək, nə də ondan sonra belə bir bəzəkli, yaraşıqlı və gözəl gözlərə malik bir quş görməyiblər. Şeyx Əhməd əfəndinin davamçıları: 1. Hacı Osman əfəndi (ölümü 1918) 2. Hacı Mustafa əfəndi Əl-Qadiri 3. Əbdülvəhab əfəndi əs-Saxuri 4. Həsən Dəbir ət-Taşi 5. Musa Dəbir-əl-Qarani əd-Dağıstani 6. Hacı Mamay əfəndi 7. Ömər əfəndi əl-Qarali 8. Hacı Mustafa Əfəndi əl-Malaxi (1919-cu ildə Qax rayonunun Malax kəndində vəfat edib.) 9. Hacı Şirin əfəndi əl-Güllükü (1899-cu ildə Səudiyyə ərəbistanının Ciddə şəhərində vəfat edib) 10. Əbdürrəhman əfəndi əl-Əhhadi (qəbri Tala kəndində şeyxinin yanındadır) 11. Musa əfəndi əl-Göynüki 12. Temirxan əfəndi əl-Çarışlı 13. Murtuza Əli əfəndi əz-Zəldi əl-Xaraxi 14. Hacı Gülməhəmməd əfəndi əl-Mosuli 15. Hacı Əbdürrəhman əfəndi əl-Qumuği (1909-da vəfat edib, qəbri Tala kəndindədir) 16. Əbdüssəlam Əfəndi əl-Xaçmazi (qəbri oğuz rayonunun Padar kəndidndədir.) 17. Hacı Şamil əfəndi əl-Batuni 18. Hacı Ömər əl-Hədli əl-Aradi 19. Hacı Əndal əl-Hədli əl-Aradi 20. İbn Həcər əl Ukehi 21. Hacı Bəkri əfəndi əl-Məşləfi (Zaqatala) 22. Cüneyd Əfəndi əl-Qaxi Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Zaqatala ”“ Bakı
0 Comments
”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi ?” “Quran”, “Həcc”surəsi, 18
Sabah ”“ 1 sentyabr 2016-cı il tarixdə Bakı vaxtı ilə saat 11:00-dan 16:00-a qədər Günəş tutulması baş verəcək. Bu astronomik hadisənin bəzi maraqlı məqamlarını diqqətinizə çatdırmaq istəyirik. Qeyd edək ki, elmi-ladun üsulu ilə son 16 ildə baş verən bütün Günəş və Ay tutulmalarının monitorinqini apardıq. Əldə etdiyimiz nəticələr astronomları və fizikləri heyrətə saldı (monitorinqin nəticələri barədə bir neçə məqalə və kitab yazıb, çap etdirmişik). Belə ki, bütün Günəş və Ay tutulmalarının bir-biri ilə “Quran”ın səhifələrinin üç misli olan 858 (!) ədədi ilə bağlandığı sübut olundu. Əvvəlcə onu qeyd edək ki, “Quran”ın orijinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, eləcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. “Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır: 286 + 286 + 286 = 858 Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir: Cədvəldən göründüyü kimi, Günəş tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun “Quran”ın koduna bağlanması isə, bütün elmlər kimi, astronomiya elminin də “Quran”ın bir qolu olduğunu sübut edir. (Ay tutulmaları da 858 günün tamamında təkrar baş verir.) Yuxarıdakı cədvəldən o da məlum olur ki, sabahkı Günəş tutulması 29 aprel 2014-cü il tarixdə baş verən Günəş tutulmasının 858-ci (!) günüdür. Sabahkı Günəş tutulmasında (eləcə də bütün Günəş tutulmalarında) diqqət çəkən digər məqam onun 29 ədədi altında baş verməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, Günəş tutulmaları bir qayda olaraq Hicri-Qəməri təqvimi ilə ayın 29-da baş verir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: Cədvəldən görünür ki, Günəş tutulmaları bir qayda olaraq ayın 29-da baş verir (sabah da Zilqədə ayının 29-dur). Bunun mənasını anlamaq üçün 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer əhlinə yəni insanlara işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir). “Quran”ın 29-cu surəsi isə, “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi, artıq Yer əhlinə xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Həqqi yəqinlik hasil olması üçün daha bir dəlil gətirim ki, 29-cu ayə “Quran”da 69 dəfə keçir. (Yəni, müqəddəs kitabın cəmi altmış doqquz surəsində 29-cu ayə var. Qalan surələrdə ayələrin sayı 29-dan azdır). Bütün bunlar onu göstərir ki, qiyamətin əlaməti olan Günəş tutulmaları riyazi yolla “Haqq olan qiyamət” (69) surəsi ilə əlaqələnir. Bu əlamətlər qiyamətin yaxınlaşması (XXI əsrdə olması) haqqında insanlara xəbərdarlıq olmaqla yanaşı, həm də bu müqəddəs kitabın düzülüşünün (nömrələnməsinin) Allahın iradəsi altında baş verdiyini təsdiqləyir. 29 x 69 = 2001 Göründüyü kimi, bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Yəni, dünyanı əhatə edən və bəşəriyyəti istismar edən mafiya və monopoliyaların dağılması Allahın iradəsi ilə XXI əsrdə baş verəcəkdir. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, “Məryəm” surəsi, 94. Cədvəldə diqqət cəkən digər məqam ondan iba-rətdir ki, hər bir Günəş tutulması 355 günün tamamında yenidən baş verir. Bu da Ay təqvimi ilə tam bir il deməkdir. Maraqlıdır ki, bu hal dörd il dalbadal davam edir. Məsələn, 2004-2005-2006-2007-ci illərin Şaban ayının 29-da Günəş tutulub (bax: yuxarıdakı cədvələ). Bütün bunlar bir daha onu göstərir ki, astronomik hadisələr təsadüfü deyil, xüsusi bir qanunauyğunluqla baş verir. Burada sual yaranır ki, bu hal niyə məhz dörd dəfə təkrarlanır? Cavab olaraq qeyd edim ki, kainatın dörd cəhəti, təbiətin dörd fəsli var, həmçinin insan dörd ünsürdən (torpaq, su, hava, ruh) yaranıb. Eləcə də, elm və ədəb mənbəyi olan “Quran”, dördüncü səmavi kitabdır. Deməli, Rəbbim Günəş tutulması ilə insanların (ağıl sahiblərinin) diqqətini bütün yaradılışın əks olunduğu “Quran”a yönəldir. Maraqlıdır ki, “Quran”ın “Günəş” (91) surəsinin ilk dörd (!) ayəsində Allah-təala Günəşə dörd dəfə and içir: 1. “And olsun Günəşə və onun işığına”. 2. “And olsun (Günəşin) ardınca çıxan Aya”. 3. “And olsun onu (Günəşi) parlaq edən gündüzə”. 4. “And olsun onu (Günəşi) örtən gecəyə”. Burada diqqət çəkən digər məqam, üçüncü ayənin mənasıdır. Yəni bu ayədən məlum olur ki, Günəşi parlaq edən, ona işıq verən əslində gündüzdür (bir az da dərinə getsək, Günəşi işıqlandıran əslində gündüzün nurudur. Bu nuru görə bilənlərə salam olsun!). “And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Quran” “Ay” surəsi, 40-cı ayə. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı “İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!” “Quran”, “İmran ailəsi” surəsi, 57-ci ayə.
Yaxşı əməllərinə görə Rəbbimin mükafatlandırdığı qullarından biri də böyük övliya Kərim Babadır. O, XIX əsrdə Oğuz rayonunun Filfilli kəndində yaşamışdır. Atasının adı Vəlixan olub. Elm, iman və təqva sahibi olduğundan, həmçinin, həyatını “Quran”ın və İslamın təbliğinə həsr etdiyindən, Allah-təala onu peyğəmbərlərdən sonra ən yüksək məqama-övliyalıq məqamına yüksəltmişdir. Duaları Haqq dərgahında rədd olunmadığından, insanlar çətin anlarında ondan dua etməyi xahiş edərlərmiş. Ağsaqqalların danışdığına görə isti yay aylarında uzun müddət imiş ki, Oğuz bölgəsində yağış yağmadığından camaatın əkinləri susuzluqdan yanırmış. Yenə də insanlar ümid yeri kimi Kərim babaya üz tutub, Allaha dua etməsini xahiş edirlər. Övliya onlara məsləhət görür ki, imkanlı adamlar hərəsi bir qurban götürüb cümə günü qəbristanlığa toplaşsınlar. Cümə günü kənd ağsaqqalları deyilən yerə gəlirlər və çoxları da qoyun qurbanı gətirirlər. Kərim Baba qəbiristanlıqda dəfn olunmuş kəramətli bir övliyanın qəbrinin başında “Quran” oxuyur, namaz qılır və həmin övliyanı vəsilə tutaraq Allahdan yağış yağdırmasını istəyir. Baba duasını qurtarandan sonra qurbanları kəsməyə başlayırlar. Bir neçəsini kəsdikdən sonra, deyir: «Dayanın, kəsdiklərinizi də götürün tez məscidə gedəyin, qurbanların qalanını da orada kəsin». Səbəbini soruşduqda övliya cavab verir ki, «Bu saat güclü yağış yağacaq, tez buradan aralanmaq lazımdır». Hava çox isti və günəşli olduğundan çoxları inanmır. Lakin insanlar məscidə çatmamış göyün üzünə qara bulud gəlir və güclü yagış başlayır. Beləliklə, camaatın bütün əkinləri bol-bol su içir. “Kərim Baba elmli və ağır övliyadır” Filfilli kəndində olarkən ağsaqqallarla da görüşdüm. Onların danışdıqları maraqlı söhbətləri moderator.az-ın oxucularına təqdim edirəm: Abdullayev Abdulla Həbib oğlu - Filfilli kəndinin 80 yaşlı sakini: - Atam danışırdı ki, bir gün Dağıstandan bir şeyx Filfilliyə qonaq gəlib. Babam Molla Beydullah əfəndi kəndin mollası olduğundan, gələn qonaq da bizə düşüb. Dağıstanlı şeyx babamdan xahiş edib ki, onu Filfilli qəbiristanlığına aparmasın. Babam onun xahişini yerinə yetirir və oradakı övliyaları birlikdə ziyarət edirlər. Şeyx qəbristanlıqda dəfn olunmuş öliyaların qəbrlərinin ayaq tərəfində duraraq, onların bütün əlamətlərini - boyunu, sifət cizgilərini, elmini, həyatda olarkən nə iş gördüyünü, nədən öldüyünü babama danışmağa başlayır və bildirir ki, bəsirət gozü açıq olduğundan, qəbirdəki şəxsi görür və onun ruhu ilə söhbət edir. Hacı Məsim əfəndinin qəbrinin yanında olanda onun çox elmli olduğunu, Kərim Baba haqqında isə, elmli olmaqla yanaşı, həm də ağır övliya olduğunu deyib. Köhnə qəbiristanlıqda olan bir övliya qəbrinin yanında duranda isə, onun düşmənləri tərəfindən xəncər yarası ilə öldürüldüyünü bildirib. Babam ondan soruşub ki, mən də ilahiyyat elmini, “Quran”ı bilirəm və kəndin mollasıyam; bəs mən niyə qəbirdəkilərlə danışa bilmirəm? Şeyx cavab verib ki, «Sənə verilən nəzirlərin çoxusu haramdır, ona görə də bəsirət gözün açılmır». Babam yataqda yatan iki oğlunu şeyxə göstərib: Bunlardan hansınin faydalı olacağını soruşub. Şeyx hər iki uşağın başına əl çəkib, Abdulla əmim haqqında deyib ki, bu uşaqdan muğayat ol, gedəsi qonaqdır. Çox keçmir ki, əmim dünyasını dəyişir. Biz də öz növbəmizdə övliya Kərim babanın və Filfilli qəbristanlığında dəfn olunmuş digər kəramət sahiblərinin şərif məzarlarını ziyarət edib, ruhlarına dua edərək Bakıya dönürük. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Oğuz ”“ Bakı. “Övliyalar ensiklopediyası” kitabımın tədqiqatı üçün bugünlərdə Qax rayonunda səfərdə oldum. Hacı Mustafa əfəndinin şərif məzarını ziyarət etdim və həyatını öyrəndim. Qeyd edim ki, Sufi şeyxi Hacı Mustafa əfəndi övliyaların görkəmlilərindəndir. O, XIX əsrin ortalarından, 1919-cu ilə qədər Qax rayonuun Malax kəndində yaşamışdır.
Atasının adı İsgəndər olub. Onun Malax kən-dindəki qəbrinin başdaşındakı kitabənin ərəbcədən tərcüməsi belədir: “Ya Rəhman, Ya Rəhim! Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Bu məhşur şeyx, bacraqlı mürşid, sufilərdə üçüncü dərəcəyə çatmışların başçısı (əl-salikin), iki müqəddəs şəhəri-Məkkə və Mədinəni ziyarət etmiş, şərəflilərin və zəvvarların, insanların və cinlərin başçısı əl-Hac Mustafa Əfəndi, əl-Əhmədi, əl-Mahmudi, əl-Xalidi, əl-Xədra nəqşibəndi şeyx əl-Hacı Mustafa Əfəndi bin Hacı İsgəndərin qəbridir. Rəhmətlik cəmadiül-əvvəl ayı 1337-ildə (02.02-04.03.1919) cənnət otağına köçmüşdür” Kitabədən göründüyü kimi, Hacı Mustafa əfəndi sufiliyin nəqşibəndiyyə qoluna mənsub olmaqla, üçüncü dərəcəyə çatmış şeyx olmuşdur. Bildiyimiz kimi sufilərdə bu dərəcəni almaq üçün mütləq digər sufi şeyxinə mürid (tələbə) omalı və onun rəhbərliyi altında bütün zahiri və batini elmləri mənimsəməli idi. Sonda imtahan verərək, müvəffəqiyyət qazanan tələbə hansısa bir bölgəyə şeyx təyin edilirdi. İmtahanlardan biri 40 saymaq di ki, bu vaxt mürid bir bardaq su və qırx ədəd xurma götürüb, qaranlıq quyuya girər, gündə bir qurtum su və bir xurma yeyərdi. Bu müddətdə orada ibadət edər və “Quran”ı oxuyub, başa çıxardı.. 40 gün tamam olanda müridi quyudan çıxarıb, tanımadıgı bir qəbiristanlığa aparar, oradakı qəbirlərdən birini (və yaxud bir neçəsini) göstərib, qəbirdə yatan şəxsin cinsi, yaşı, həyatdakı fəaliyyəti və s. barədə soruşardılar. Əgər düzgün cavab verərdisə, deməli 40 saymaq effektli olmuşdur. Bu vaxt ona dərəcə verər və şeyx təyin edərdilər. Dərəcəsini artırmaq istəyənlər bəsirətli olduğunu sübut etmək üçün daha ağır imtahanlardan keçməli olardılar. Şeyx Mustafa Əfəndi də üçüncü dərəcəli (əl-saik) şeyx rütbəsi almazdan oncə, bir neçə il böyük ovliya Talalı Şeyx Əhməd Əfəndiyə mürid oldu. Onun nəzarəti altında seyr və sülukunu tamamladıqdan, zahiri və batini elimləri mənimsədikdən sonra, imtahan verərək, müvəffəqiyyət qazanmış və irşaq fəaliyyəti göstərmək üçün Malax bölgəsinə şeyx təyin edilmişdir. Yeri gəlmişkən, qeyd edim ki, talalı Şeyx Əhməd əfəndi özü Almalı Şeyx Mahmud əfəndidən (1809-1876) dərs almış, o da öz nəvbəsində kəramətli övliya Lələli Şeyx Yunis Əfəndidən (XVIII-XIX əsr) dərs almış, sonuncu isə, Kürdəmirli mövlana Hacı İsmayıl Əfəndi Şirvanidən (1782-1848) dərs almışdır. Hacı Mustafa Əfəndi şeyx olmaqla yanaşı, həm də kəramət sahibi övliya idi. Duaları haqq dərgahında qəbul olunduğundan, insanlar çətin anlarında ona üz tutardılar. Onun bəsirət və kəramət sahibi olmasını sübut edən əhvalatlar bu gün də xalq arasında maraqla danışılmaqdadır. Deyilənə görə Şeyx cümə namazından qayıdanda həyat yoldaşı soruşur ki, niyə gec gəldin? Cavab verir ki, namazdan sonra Şalbuz Babanı ziyarətə getmişdim, onunçün ləngidim (Dağıstanda dəfn olunmuş övliya). Qadın heç nə demədən otağa keçir. Şeyxin iki arvadı vardı. Mustafa Əfəndi eşidir ki, qadınlardan biri o birinə deyir: «Əfəndi elə bilir ki, biz qadınıq deyə heç nədən başımız çıxmır, bizi aldatmaq istəyir. Guya biz bilmirik ki, bir saatın içində Dağıstanda Şalbuz Babanı ziyarət edib, qayıtmaq olmaz?!» Övliya bu söhbəti eşitsə də, heç nə demir. Növbəti cümə günü namazdan evə qayıdanda qəsdən həyat yoldaşına deyir ki, başmaqlarımı təmizlə. Qadın başmağa baxanda, üstündə qar olduğunu görür və ərinin Şalbuz Babanın ziyarətindən gəldiyinə heç bir şübhə etmir. Onu da qeyd edim ki, sufilərin həyatına dair apardığım araşdırmalardan görünür ki, onlardan üçüncü dərəcəyə (əl-salik) çatanlar su üzərində gəzmək, uzaq məsafəni qısa vaxta qət etmək kimi problemlərin öhdəsindən Allahın izni ilə çox asanlıqla gəlirlər. Şeyx Mustafa əfəndidə də bu cür kəramətlər olmuşdur. XX əsrin əvvəllərində Malax kəndində taun xəstəliyi yayılmışdı. Xeyli sayda insan bu xəstəliyin qurbanına çevrilmişdi. Nəhayət, ağsaqqallar Hacı Mustafa əfəndinin yanına gəlib, çıxış yolu göstərməsini xahiş etdilər. Bu xəstəlikdən dünyasını dəyişənlərin məzarlığı təpənin ütündə idi. Şeyx camaatı toplayıb, həmin məzarlığın altından təpənin bir üzündən o biri üzünə tunel qazdırdı. Sonra bütün kənd əhalisini bir-bir həmin tuneldən keçirməyə başladı. Özü isə tunelin çıxışında dayanaraq, əlində tutduğu və əvvəlcədən dua oxuduğu bir vedrə sudan adamların üzərinə çiləməyə başladı. Yaşlı adamların danışdığına görə həmin gündən kənddə bir nəfər də olsun bu bəlaya düçar olmadı. Bu ev it kimi adamlara qismət olacaq Şeyxin Malax kəndindəki evini ötən əsrin əvvəllərində İlisudan olan ustalar inşa etmişlər. Evin eyvanlarından birinə tamet döşənmişdir. Həmin dövrdə tametlər həyətdə kustar usulla hazırlandığından yaş-yaş düzülürdü, yerində də quruyub bərkiyirdi. Bir gün ustalar görürlər ki, axşam eyvana düzdükləri tametin üzərində itin ayaq izləri var. Mustafa Əfəndiyə deyirlər ki, bu tametləri sökək, başqasını düzək; bunlar artıq murdarlanıb, sizə layiq deyillər. Şeyx cavab verir ki, «Narahat olmayın, onsuz da yaxın vaxtlarda bu ev it kimi adamlara qismət olacaq». Bu söhbətdən sonra çox keçmir ki, övliya dünyasını dəyişir. Bir neçə ildən sonra isə, Allahı inkar edənlər - kommunistlər hakimiyyətə gəlirlər. Şeyx Mustafa Əfəndinin evini müsadirə edərək, bir otağını kolxoz sədrinə, birini partiya katibinə, birini komsomol katibinə, bir otağını isə, məktəbə verirlər. Övladlarını isə kənddən didərgin salırlar. Nəhayət, sovet hökuməti dağılana yaxın nəvə-nəticələri həmin mülkü geri qaytara bilirlər. Onu da qeyd edim ki, həmin eyvandakı it ləpirləri bu günə qədər qalmaqdadır. Malax kəndinin adı Ömərabad olub Malaxda olarkən, burada diqqətimizi çəkən qədim bir məscidin qalıqları oldu. Məciddəki kitabənin məzmunundan aydın olur ki, bina Molla Xəlilin oğlu Molla Mübin tərəfindən hicri 1277 (miladi 1860-1861) ilində tikilib. Digər bir camenin ərəbcə yazılmış kitabəsində deyilir ki, hazırda Malax adlanan ərazi əvvəllər Ömərabad adlanırmış. Həmin cameni 1906-cı ildə Hacı Mustafa Əfəndi kənd camaatının köməyi ilə tikdirmişdir. Bu və digər faktlar sübut edir ki, Şeyx Mustafa əfəndi mədəni maarif işlərinin inkişafında, bölgədə sosial problemlərin həll edilməsində də mühüm işlər görmüşdür. Onun çox zəngin kitabxanası olmuşdur ki, kommunistlərin hakimiyyəti dövründə hamısı yandırılmış, vəyaxud torpağa basdırılmışdır. Kəramətləri ilə məşhur olan Şeyx Mustafa əfəndinin şərif məzarı bölgənin inanclı insanları tərəfindən bu gün də hörmətlə yad edilməkdədir. Biz də öz növbəmizdə bu həzrətin pak ruhuna dualar oxuyub, Bakıya qayıdırıq. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Qax ”“ Bakı. “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala)
"Quran”ın 16-cı surəsi «Bal arısı» adlanır. Araşdırmalarımız göstərir ki, bu nömrələnmə təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal ”“ arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu söz «yanmaq», «alovlanmaq» sözü ilə yanaşı işlədi-lir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendele-yev cədvəlinin 16-cı elementi olan Kükürd məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmaz”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır. Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanmanı” əks cinsdən olan tərəf müqabili təmin edir. Kimyəvi elementlərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Kükürdü yandırmaq üçün mütləq Oksigen lazımdır (hər ikisi 16 ədədinə bağlıdır). “... Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” “Quran”, 6:80 Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 ”“ 8 ”“ 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir. (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir. Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq: 6 gün + 280 gün = 286 gün. Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21. 16 ədədində olan başqa hikmətlərə nəzər salaq: Atom kütləsi 16 olan və yanmanı təmin edən Oksigenin sıra nömrəsini (8) Kükürdün məhəbbət rəmzi olan sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir: 8 x 16 = 128 Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istə-yirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Onu da nəzərinizə çatdırım ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür. Elm iki cür olur Yeri gəlmişkən, elm zahiri və batini olmaqla, iki qurupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrəniləz. Buna elmi-lədun deyilir. Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” deyə buyurulmuşdur. “Sülükül-Uləma” adlı əsərdə keçən bir hədisi şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” buyrulmuşdur. Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz” demişdir. Elmi-ladun barəsində Quranın bir ayəsində belə buyrulur: «Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların ək-səriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» “Quran”, 12:68 Qeyd edim ki, oxuduğunuz bu yazı da bir elmi-lədun nümunəsidir. Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsrin 16-cı ilində yaşayırıq. Gözəl əməlləri və əxlaqı ilə Allahın məhəbbətini qazanmış insanlar üçün ən uğurlu ildir. Təsadüfü deyildir ki, 16-cı ayə “Quran”da 85 dəfə keçir (müqəddəs kitabın cəmi 85 surəsində 16-cı ayə var; qalan surələrdə ayələrin sayı 16-dan azdır). 85-ci (!) surə isə “Bürclər” adlanmaqla, tale, xoşbəxtlik rəmzi sayılır. Söz ardı: o ki, qaldı bu il təbii fəlakətlərin və qəzaların artmasına, bunun da cavabı müqəddəs kitabda verilib: “Biz heç kəsə zülm etmək istəmirik, insan zülmü özü (öz əməlləriylə) qazanır”. Qurani-Kərim. Ayədən göründüyü kimi, Allah hamını sevmək, yaxşılıq etmək istəyir. Lakin, insanların çox hissəsi öz mənəviyyatsızlığı, əxlaqsızlığı, yaxud qəddarlığı ilə cəmiyyətin digər üzvlərinə əziyyət (zülm) verdikləri üçün, Allah həmin günahkarları cəzalandırmaq məcburiyyətindədir. Belələri isə, cəmiyyətdə çoxluq təşkil etdiklərindən gələn bəlanın da miqyası böyük olur və Yerin çox hissəsini əhatə edir. Amma, hər ziyanın içində bir xeyir də vardır. Yəni, fəlakətlərin çoxalması Yerin zalım və tərbiyəsizlərdən təmizlənməsinə xidmət edir ki, bu da Allahın məhəbbətini qazanmış əməlisaleh adamlar üçün sərfəlidir (onların xeyrinədir). Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Müəllifdən: 16-cı ilin elmi-lədun təsviri ilə tanış olmaq istəyənlər “Məhəbbət ili” kitabımızı oxuya bilərlər. Moderator.az saytı xəbər verir ki, bu gün Amerikada içərisində 7 ekipaj, 99 sərnişin olan “Boeinq-737” markalı təyyarədə həyəcanlı anlar yaşanıb. Belə ki, havada olarkə mühərriklərindən biri parçalanan sərnişin təyyarəsi ABŞ-ın Pensacola Hava Limanına qəza enişi edə bilib. Bundan sonra sərnişinlərin təşvişinə son qoyulub.
Təyyarə qəzalarının monitorinqini aparan tədqiqatçı-yazıçı Paşa Yaqub olayı əməkdaşımıza şərh etmişdir. Onun şərhini oxucularımıza təqdim edirik: - Bundan əvvəlki qəzalarda olduğu kimi, bu qəzada da xüsusi qanunauyğunluq olduğu görünür. Bu qanunauyğunluq yenə də özünü 114 və 286 ədədləri ilə büruzə verir ki, bu da “Quran”ın kodlarıdır. Aşağıdakı hesablamalar hadisənin Allah tərəfindən bəşəriyyətə yönəlik bir xəbərdarlıq mesajı olduğunu sübut edir: 1) Xatırladım ki, bu il mayın 6-da İndoneziya-Honkonq reysi ilə uçan “A-330” markalı sərnişin təyyarəsi qəza enişi etmiş və 17 nəfər xəsarət almışdı. Bu gün həmin hadisənin 114-cü (!) günüdür ki, Amerikada analoji hadisə baş verdi. 2) 13 yanvar 2016-cı il tarixdə ABŞ-ın Las-Veqas şəhərində “Boeinq-737” markalı təyyarə qəza enişi etmişdi. Bu gün Amerikada eyni markalı təyyarə qəzaya uğradı. Bu iki analoji hadisə arasında 228 gün fərq vardır ki, bundan da “Quran”ın surələrin sayını (114) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədədi alınar və hadisənin Allahdan xəbərdarlıq olması barədə yuxarıda dediyimiz fikri bir daha təsdiq edər: 228 ”“ 114 = 114 3) Yadınıza salım ki, keçən il noyabrın 16-da (ilin 319-cu günü) Tehran-Bakı reysi ilə uçmalı olan “A-319” (!) təyyarəsindədə nasazlıq baş verdiyindən uçuş bir gün sonraya təxirə salınmışdı. Bu gün həmin hadisənin 286-cı günüdür ki, Bu da “Quran” rəmzi olmaqla, Amerikada baş verən qəzanı riyazi yolla Tehrandakı qəza ilə birləşdirir. 4) Hesablamalarımız göstərir ki, bu gün baş verən təyyarə qəzasının üzərindəki marka da təsadüfü deyildir. Belə ki, bu marka onu özündən əvvəlki qəzalarla zəncirvari əlaqələndirir. Məsələn, 21 avqust 2014-cü il tarixdə Mumbay-Deli reysi ilə uçan “A-320” markalı təyyarə yerə enərkən, yanğın baş vermiş, sərnişinlərdən yaralananlar olmuşdu. Bu gün həmin hadisənin 737-ci (!) günüdür ki, Amerikada qəzaya uğrayan təyyarənin üzərində açıq-aşkar həkk olunub: “Boeinq-737” (!). 5) Araşdırmalarımız göstərir ki, əvvəlki təyyarə qəzaları kimi, bu qəza da astronomik hadisələrə bağlanır. Belə ki, bu gün 29 aprel 2014-cü il tarixdə baş verən Günəş tutulmasının 851-ci günüdür ki, bundan da “Quran” rəmzini çıxdıqda, bu gün qəzaya uğrayan təyyarənin markası görünür: 851 ”“ 114 = 737 6) Bugünkü qəza 4 noyabr 2013-cü il tarixli Günəş tutulmasının 1023-cü günüdür ki, bundan da müqəddəs kitabın səhifələrinin sayını (286) çıxsaq, yenə də 737 alınır və yuxarıda söylədiyimiz fikri bir daha təsdiq edir: 1023 ”“ 286 = 737 Bütün bu hesablamalar bir daha sübut edir ki, baş verən qəza təsadüf olmayıb, yolun azmış bəşəriyyətə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Hesablamalarımız göstərir ki, insanlar bu xəbərdarlıqdan nəticə çıxarmazlarsa və doğru yolu tutmazlarsa daha böyük fəlakətlərlə qarşılaşa bilərlər. “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” “Quran”, 57:22 Moderator.az xəbər verir ki, bu gecə Daşkəsən rayonunda baş verən güclü qasırğa yaşayış evlərinə və elektrik təsərrüfatına ciddi ziyan vurmuşdur. Külək elektrik dirəklərini yıxdığından rayon qaranlığa qərq olmuşdur.
Son dövrlər baş verən təbii fəlakətləri və təyyarə qəzalarını elmi-lədun üsulu ilə şərh edən tədqiqatçı-yazıçı Paşa Yaqub Daşkəsəndə baş verən qasırğanı da saytımıza şərh etmişdir. Yazıçının şərhini moderator.az-ın oxucularına təqdim edirik. “İnsanların öz əlləri ilə etdikləri pis əməllər, günahlar üzündən quruda və suda fəsad əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ, qasırğa baş verər, dənizlərdə gəmilər batar) ki, Allah bununla onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar”. “Quran”, “Rumlular” surəsi, 41. Elmi-lədun araşdırmalarımız göstərir ki, digər həyəcanlı hadisələr kimi, Daşkəsəndəki qasırğa da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq yenə də özünü “Quran”ın rəmzləri olan 114 və 286 ədədləri ilə büruzə verir ki, bunlar da müqəddəs kitabın surələrinin və səhifələrinin sayı olmaqla, “Quran”ın kodları sayılır. Məsələn: 1) Daşkəsəndəki qasırğa bu ilin mayın 5-də Lerikdə baş verən analoji hadisənin 114-cü günü baş vermişdir ki, bu da “Quran”ın kodu olmaqla, diqqətimizi müqəddəs kitaba yönəldir və baş verən hadisənin əslində Allahdan kodlaşdırılmış bir xəbərdarlıq olduğunu sübut edir. 2) Qasırğada diqqət çəkən digər maraqlı məqam onun Azərbaycanda baş verən digər həyəcanlı hadisələrlə də riyazi şəkildə bağlanmasıdır. Belə ki, keçən ilin iyulun 21-də Balakən-Bakı qatarı reysdən çıxmış və həmin tarixdə Moskva-Gəncə reysi ilə uçan təyyarə Minvodda qəza enişi etmişdi. Hər iki hadisə ölkəmizdə həyəcanla izlənilmişdi. Hesablamalarımız göstərir ki, Daşkəsəndəki qasırğa həyəcanı da həmin qəzaların 400-cü günü baş vermişdir ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxdıqda, müqəddəs kitabın səhifələrinin sayı (286) qalır və diqqətimizi təkrar olaraq bəşəri dəyərlər toplusu olan “Quran”a və orada yazılanlara tabe olmağın vacibliyinə yönəldir: 400 ”“ 114 = 286 Xatırladım ki, hazırda Kəbədə saxlanan və XVIII əsrə qədər (ərəblərin İslama baxışı dəyişənə qədər) çap olunub muzeylərdə qorunan bütün quranlar 286 səhifədə yerləşdirilib (vəhabilər hakimiyyətə gələndən sonra müqəddəs kitabın sözləri dəyişməsə də formatı dəyişib). 3) Xatırladım ki, analoji hadisə keçən ilin 29 oktyabrında Lənkəranda baş vermişdi. Belə ki, həmin gün yağan güclü yağış bölgədə güclü daşqınlara səbəb olmuşdur ki, bu da yolların və körpülərin sıradan çıxmasına, həmçinin, heyvanları sel aparmasına səbəb olmuşdur. Maraqlıdır ki, 302 gündən sonra bənzər təbii fəlakət Daşkəsəndə yaşanmışdır. Elmi-lədun hesablamalarımız göstərir ki, bu, rayonun nəqliyyat və rabitə seriyası (kodu) olan 16 ədədi ilə əlaqədardır. Belə ki, 302 (!) ədədindən “Quran”ın kodu olan 286 ədədini çıxsaq, Daşkəsənin kodu sayılan 16 ədədi alınar və diqqətimizi bir daha haqqa, ədalətə, halallığa təslim olmağın vacibliyinə yönəldər: 302 ”“ 286 = 16 “And olsun ki, Allah bütün bunları hesablamış və təkrar-təkrar saymışdır”. Qurani-Kərim, 19:94 Oxucları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca olaraq onu qeyd etmək istəyirəm ki, baş verən bu cür fəlakətlər yolun azmış (haqdan, ədalətdən, mənəvi dəyərlərdən uzaqlaşmış) millətimizə və onu idarə edənlərə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Yaxşı olar ki, ağıl sahibləri bu xəbərdarlıqlardan nəticə çıxarıb, tövbə etsinlər. Ancaq bu yola qarşıdakı analoji fəlakətlərdən sığortalanmaq mümkündür. Bu və digər hadisələrin bir-biri ilə riyazi şəkildə bağlanması bir daha göstərir ki, bütün bunlar eyni bir prosesin (əvvəlki yazılarımızda bəhs etdiyimiz təmizlənmə prosesinin) tərkib hissəsidir və sayla, hesabla, dəqiqliklə gedir. Hesablamalarımız göstərir ki, bu proses tezliklə başa çatacaq və Azərbaycan təmizlənərək dünyanın mənəviyyat mərkəzinə çevriləcəkdir. Necə ki, Rəbbim buyurur: “Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili dili ilə onun naz-nemət içində yaşayan başçılarına Allaha itaət etməyi, insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis (günah) işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16 “Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə (həkimə, övliyaya və s.) izn verdikdən sonra şəfa verə bilər”. Qurani-Kərim. Ayədən göründüyü kimi, Allahın razı olduğu şəxs Onun şəfasını bəndəyə catdıra bilər. Belə şəxslərdən biri də məhşur sufi Şeyxi Yusif Əfəndidir. O, Ərəş mahalının Ərəbbəsrə kəndində doğulub. Müqəddəs məzarı da bu kənddədir. Şeyxin başdaşının kitabəsində ərəbcə aşağıdakı sözlər həkk olunmuşdur: “Bu məqbərə məhşur şeyx, böyük və ləyaqətli mürşid, müqəddəs övliyaların görkəmlisi (qütbü), əzmətli seyyidlərin başcısı, mövlana, iki müqəddəs ziyarətgahda olmuş əl-Hac, insanların və cinlərin başcısı əl-Hac Yusif Əfəndi İbn mərhum Məhəmməd İbn Molla Yusif əl-Bəsrənindir. Rəcəb ayı 1324 (21.08-20.09. 1906) ildə dünyadan köçmüşdür.” Kitabədən onun böyük ruhani alim, mürşid olduğu və babasının adını daşıdığı məlum olur. Molla sözündən görünür ki, onun babası da alim olmuşdur. Bundan başqa Mövlana Yusifin mənşəcə İraqın Bəsrə şəhərindən olduğu aydınlaşır. Azərbaycan Milli Elimlər Akademiyasının əməkdaşı, professor Məşədi xanım Nemətova Şeyx Yusif Əfəndinin oğlu Bahəddin Yusifova istinadən yazırdı ki, Yusif Əfəndi Oğuz rayonunun Tüntül kəndində dəfn olunmuş ruhani alim Hacı Şeyx Yusif padar Hacı Əli Babanın müridi (tələbəsi), o da öz növbəsində dərviş Evliya Nəbinin (Qəbələ rayonunun Novul Qışlaq kəndində dəfn olunub.) müridi, o da Mövlana Şeyx Hacı İsmayıl Kürdəmirlinin (1782-1848) müridi olmuşdur (Şeyx Hacı İsmayıl Kürdəmirlinin həyat və fəaliyyəti haqda ötən yazılarımızda məlumat vermişdik). Şeyx Yusif Əfəndinin başdaşındakı ləqəblərdən aydın olur ki, o, sufilik ideyalarını təbliğ edən nəqişbəndiyyə təriqətinə mənsub bir Şeyx olmuşdur. O, həm də kəramət sahibi kimi bölgədə nüfuz qazanmışdı. Onun övliyalığını təsdiq edən bir şox əhvalatlar bu günümüzə gəlib çatmışdır. Bu əhvalatların birində deyilir ki, Zaqatalanın İtitala kəndində yer sürüşməsi baş verirmiş və sürüşmə dayanmadığından, camaatın əkin sahələri hissə-hissə zay olurmuş. Ağsaqqallar Ərəbbəsrəyə - Şeyx Yusif Əfəndinin yanına gəlib, onlarla birlikdə kəndə getməyi və sürüşmənin dayanması üçün dua etməyi xahiş edirlər. Şeyx faytona minib, onlarla bərabər yola düşür. Bu vaxt Tasmalı kəndinin camaatı eşidirlər ki, Yusif Əfəndi bu yoldan keçəcək; yolun qırağında dayanıb, onu gözləyirlər. Bu gözləmənin səbəbi o idi ki, onların taxıl sahəsinə siçanlar darışmışdı və camaatın əkinlərini məhv edirdilər. Nəhayət, Yusif Əfəndi gəlib çatanda tasmalılar salam-kəlamdan sonra dərdlərini övliyaya danışdılar. Şeyx onlardan bir çanaq buğda istədi. Buğda hazır olanda dua oxuyub, onu qarışdırdı. Tapşırdı ki, buğdanı əkin sahələrinizə səpin. Ondan sonra ziyanvericilər bir daha orada görünmədilər. Beləliklə, övliya yoluna davam etdi. O, İtitalanın torpaqlarını gəzdikdən sonra, ağsaqqallara tapşırır ki, camaatdan pul toplayıb, bir qara cöngə alsınlar və onu bu torpaqlarda gəzdirib, sonra qurban kəssinlər. Özü də gəzdikcə, əsasını yerə sürtüb, dualar oxuyurmuş. Deyilənə görə camaat onun tapşırdığına əməl edib, dediyi qurbanı kəsəndən sonra, həmin kənddə sürüşmə dayanır. Şeyxin Zaqatalaya səfəri bir neçə gün çəkir və bu müddətdə bölgənin bütün kəndlərindən ağsaqqallar dəstə-dəstə onun ziyarətinə gəlir və öz kəndlərinə qonaq dəvət edirlər. Hamısı da istəyirdi ki, övliya məhz onun qonağı olsun. Belə məclislərdən bir də Çobankol kəndində, Lələyovlar məhəlləsində qurulur. Burada Varxiyan, Əliabad, Tasmalı, Muxas kəndlərinin də ağsaqqalları iştirak edirdilər. Peyğəmbərin şəninə mövlud oxuyub, ehsan verilir. Məclis açıq havada, təbiətin qoynunda qurulmuşdu. Bahar fəsli olduğundan çöl-çəmən al-əlvan çiçəklərlə bəzənmişdi. Şeyx Yusif Əfəndi təbiət vurğunu olduğundan, bu gözəlliyə baxmaqdan doya bilmirdi. Təbiətin gözəlliyi ilə yanaşı, insanların saflığı, mehribanlığı onu valeh etmişdi. Beynində belə bir fikir yarandı ki, bu cür gözəl təbiətdən və gözəl insanlardan ayrılıb getməsin; elə burada da yurd-yuva qurub, yaşasın. Bu fikirlə də palıd ağacının dibində uzandığı yerdə onu yuxu apardı. Bu vaxt qəribə bir yuxu gördü: doğulub boya-başa çatdığı Ərəbbəsrə torpağı: “Məni bəyənmədin?” - deyib, ondan incidiyini bildirir. Bu yuxunun təsirindən Şeyx Yusif Əfəndi Zaqatalada qalmaq fikirindən daşınır və Ərəbbəsrəyə qayıdır. Şeyx Yusif Əfəndi 1906-cı ildə dünyasını dəyişdi və Ərəbbəsrə kəndində dəfn olundu. Yurdunda Əfəndi, Camal, Xalid, Əbubəkir, Hacı Məhəmmədəli və Bahyəddin adında altı oğlu qaldı. Şeyx Yusif əfəndinin oğlu Xalid Baba da kəramətləriylə məhşur olan bir övliya olmuşdur. O, Ərəbbəsrə kəndində doğulsa da, İlisu sultanı Daniyel sultanın Yusif Əfəndiyə bağışladığı torpaq sahəsində ailələrinə məxsus qoyunları otararmış. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra, onların var-dövlətini müsadirə etdilər. Bundan sonra Xalid Baba dolanışığını təmin etmək üçün Zaqatalanın Qımır kəndinə gəldi. Çünki, burada atasının müridləri yaşayırdı və kənddə onların nəslinə böyük sayqı və məhəbbət vardı. Qımırda çox adam istəyirdi ki, Xalid baba onun evində qalsın. Xalid baba vvəlcə bir neçə gün Məhəmmədsaleh kişinin qonağı oldu. Orada qalarkən bu ailənin övladı olmadığını görüb, süfrədən iki ədəd qənd götürərək, dua oxuyur və ev sahiblərinin hərəsinə birini verərək, deyir: “İnşallah tezliklə övladınız olar.” Növbəti il - 1932-ci ildə həmin ailənin bir qızı dünyaya gəlir. Uşağa ad qoymasını Xalid Babadan xahiş edirlər. Baba körpəyə Məryəm adı verir və deyir ki, bu qızı yeni dünyaya gələn Məcid adlı oğluma ad eləyirəm. Xalid Baba kəramətli övliya olmasına baxma-yaraq, daim öz əlinin əməyi ilə yaşayırdı. Belə ki, o, bağlardan meyvə, bostan, tərəvəz dərməklə pul qazanar, ailəsini dolandırardı. Xalid Baba 1937-ci illərin Stalin repressiyasına məruz qaldı və Sibirə sürgün olundu. O, ömrünü sürtgündə başa vurdu və geri qayıtmadı. Hacı Yəhya Əfəndi Yuxarıda qeyd etdik ki, Zaqatala rayonunun Qımır kəndində Şeyx Yusif əfəndinin müridləri yaşayırdılar. Onlardan biri də Hacı Yəhya Əfəndi idi. O, XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər yaşamaqla, sufi şeyxi Ərbbəsrəli Şeyx Yusif Əfəndinin müridi olmuş, irşad etrmək üçün ondan icazənamə almışdır. Onlar tez-tez həm Ərəbbəsrədə, həm də Qımırda zikr mərasimləri təşkil edərdilər. Zikr mərasimlərinin keçirildiyi yerə təkyə deyirdilər. Sufilərin Qımırdakı təkyəsinin qalıqları bu gün də durur və onun ətrafında sufi şeyxlərinin, o cümlədən Hacı Yəhya Əfəndinin məzarları var. Yuxarıda qeyd etdim ki, Yəhya Əfəndinin mürşidi Ərəbbəsrəli Şeyx Yusuf Əfəndi olmuşdur. Bundan əlavə bütün övliyalarda olduğu kimi Şeyx Yəhya Əfəndinin də mənəvi mürşidi olmuş və onunla ruhən təmasda olmuşdur. Bu, Dağıstanın Axtı rayonunda dəfn olunmuş və müqəddəs məzarı ziyarətgah olan, övliyaların qütbü sayılan Şalbuz Baba idi. Həyat yoldaşı Zalxa xanım söhbət edirmiş ki, isti yay günlərində Yəhya Əfəndinin başmaqlarında qar görərmiş və bunun sirrini soruşanda heç bir cavab almazmış. Həmçinin, həyat yoldaşına tapşırarmış ki, gördüklərini heç kəsə danışmasın. Sonralar Zalxa xanım dəqiqləşdirib ki, əri bəzən gecə ikən Şalbuz Babanın ziyarətində olub, qayıdır. Övliya dünyasını dəyişənə qədər Zalxa xanım bu sirri açmır. Qımır camaatının danışdığı əhvalatlardan məlum olur ki, Şeyx Yəhya Əfəndi şox kəramətli bir övliya olmuşdur. Bir gün oğrular arasında mübahisə olur ki, Yəhya Əfəndinin həyətindən oğurluq etmək mümkün deyil. O, bəsirətli adam olduğundan, həyətinə girənlərin niyyətini duyur. Oğrulardan biri bununla razılaşmır, deyir mən oğurlayaram, siz də baxarsınız. O, öz oğru yoldaşları ilə mərcə duraraq, axşam övliyanın həyətinə oğurluğa girir. Qeyd edim ki, hamı kimi Şeyxin də həyətinin ətrafına yulğundan çəpər çəkilmiş, ağacdan doqqaz qoyulmuşdu. İlk baxışdan həyətə girmək və buradan oğurluq etmək o qədər də çətin görunmürdü. Oğru da elə buna arxayın idi. Nə isə... Bu zavallı bir gecə övliyanın həyətinə girdi və eşikdəki arı təhnəsini götürərək, darvazadan çıxmaq istədi. Elə problem də bundan sonra yarandı. Belə ki, oğru nə qədər axtarsa da, darvazanı tapa bilmədi. Adi yulğundan hörülmüş çəpər oğurunun gözünə hündür divar kimi göründü. Beləcə, səhərə qədər həyətdə o baş-bu başa fırlana- fırlana qaldı. Hacı Yəhya Əfəndi sübh namazına duranda oğruya salam verib, içəri dəvət etdi. Oğru ondan çiynindəki təknəni alıb yerə qoymağı və darvazanın yerini göstərməyi xahiş etdi və etdiyi hərəkətə görə üzr istədi. Çünki, gecəni səhərə qədər o, həyətdə fırlanarkən təknəni çiynindən yerə yerə qoya bilməmişdi. Murad Əfəndi Qımırda yaşamış sufi şeyxlərindən biri də Murad Əfəndi olmuşdur. XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər həyat sürən bu Allah dostu bütün ömrünü İslam dininin və müqəddəs kitabın təbliğinə həsr etmişdir. O, təhsilini Ərəbbəsrə kəndində Şeyx Yusif Əfəndidən almış, daha sonra Talalı Şeyx Əhməd Əfəndinin (1839-1904) yanında seyr və sulukunu tamamlayaraq, irşad üçün icazənamə almışdır. Yeri gəlmişkən qeyd edim ki, Murad Əfəndinin atası Xanməhəmməd Əfəndi də mollalıq etmiş, din xadimi kimi bölgədə nüfuz qazanmışdır. Sarı pir Qımır kəndində olan ziyarətgahlardan biri də “Sarı pir”dir. Burada ən çox sarılıq xəstəliyindən əziyyət cəkənlər şəfa tapdığından, el arasında adı “Sarı pir” qalmışdır. Hələ ta qədimdən ətrafda yaşayan əhali burada bir çox kəramətlərin, hikmətlərin şahidi olmuşlar. Belə ki, Bazar kəndinin sakinləri Məhəmməd və Məhəmmədhənifə adlı iki nəfər axşam namazı vaxtı pirin yanından keçırmişlər. Birdən havada ardıcıl düzülmüş nurların pirə doğru gəldiyini görürlər. Onların dediyinə görə düz xət boyunca düzülmüş on iki ədəd nur “Sarı pir”ə eniblər. Xalq arasında sınaqdan çıxmış bir inanc mövcuddur ki, kimsə başqası tərəfindən zülmə məruz qalarsa sarı pirə gəlib, günahkarın cəzalanması üçün mıx çalır və tezliklə nəticəsini görür. Bu barədə Qımır kənd sakini Həşimov Həşim Məhəmməd oğlunun danışdığı bir əhvalatı Moderator.az-ın oxucularına təqdim edirəm: - Gecə həyətimdən heyvanlarım oğurlanmışdı. Oğrunu təxmin etsəm də, boynuna almırdı. Ona dedim: «Gedirəm sarı pirə mıx çalmağa, sənə pis olacaq». Getdim oğrunun tapılması və cəzalanması niyyəti ilə pirə mıxı çaldım, mücövürçüyə tapşırdım ki, üç gündən sonra gəlib çıxaracam, ona qədər heç kəsin çıxarmasına imkan verməsin. Üç günün tamamında pirə gedəndə mıxın çıxarıldığını gördüm. Mücövürçüdən soruşanda dedi: «Filankıs gəldi mənə yalvardı, mən də mıxı ona göstərdim, çıxarıb, getdi». Deməli, oğrunu düzgün təxmin etmişdim. Yenidən onun yanına gedib, heyvanlarımı istədim. Dedi: «Satıb, pulunu xərcləmişəm, məni bağışla». Çox keçmədi ki, böyük biabırçılıqla onun ailəsi dağıldı və özü də kənddən baş götürüb getdi. Növbəti müsahibim Zaqatala rayonunun Bəhmədli kənd sakini Cahangirova Gülbahar Cahangir qızı başına gələn faciəli hadisəni belə nəql edir: -Oğlum ağır xəstələnmişdi. Zaqatalada sarılıq diaqnozu ilə müalicə alsa da, vəziyyəti ağırlaşırdı. Həkimlər dedilər təcili Bakıya - Mərkəzi klinikaya çatdırın. Axşam uşağı evə gətirdim və taksiyə zəng etdim ki, səhər üzü bizi Bakıya aparsın. Həmin gecə qəribə yuxu gördüm: “Sarı pir”də dəfn olunan övliyanın həyətimizə gəldiyini gördüm. Dedi uşağı Bakıya aparma, sabah gətir ziyarətimə, sağaldaram. Səhər üzü bu yuxunu görüb ayıldım və yoldaşıma danışdım. Dedi taksi gəlir, yoldadır; biz Bakıya çıxmalıyıq, ziyarət qalsın sonraya. Beləliklə, icazə vermədi. Bakıda həkim baxıb dedi sarılıq olub, amma, düzgün müalicə getmədiyindən xəstəlik şiddətlənib. Nə qədər cəhd etsələr də oğlumu sağalda bilmədilər, Bakıdan cənazəsin qaytardıq. Hələ də özümü qınayıram ki, gərək yuxuda mənə deyilənə əməl edib, uşağı “Sarı pir”ə aparaydım. Çünkü, ata-babadan görmüşük ki, sarılıq xəstəliyi olanları bu pirə aparadılar, şəfa tapardı. Bağırovun Qımır səfəri Qımır kəndinin mötəbər qonaqlarından biri də Mircəfər Bağırov olmuşdur. Azərbaycana rəhbərlik etdiyi dövrdə o, xalqın güzəranı və yerli rəhbərlərin əhaliylə necə davrandığını öz gözləri ilə görüb, şahid olmaq üçün tərki-libas olub, tez-tez bölgələrə gizli səfərlər edərdi. Belə səfərlərin birində Bağırov Qımır kəndinə gəlib çıxır. Kənd sakini Musa kişinin (el arasında ona “Baley Musa” deyərmişlər) qapısını döyüb, Allah qonağı olduğunu, gecələməyə yer verməsini ondan xahiş edir. Ev sahibi qonağı tanımasa da, Allah xatirinə onu evə dəvət edir və çay-çörək verir. Çörək yediyi müddətdə qonaq camaatın yaşayışına, rayon rəhbərlərin davranışına dair çox sözlər soruşur; hamısına da düzgün və səmimi cavablar alır. Ev sahibi səhər yuxudan oyananda qonağın yatağını boş görüb, təcüblənir. Bir neçə gündən sonra Zaqatalada işinin öhdəsindən gələ bilməyən və vəzifəsindən sui istifadə edən bir neçə vəzifəli şəxs işdən azad edildi, bəziləri isə güllələndi. Bu hadisələrdən sonra hamıya məlum oldu ki, “Baley Musa”nın qonağı Bağırov imiş. Daha sonra müəyyən dairələr qisas məqsədi ilə Musanı sürgünə göndərəndə Bağıraov onu xilas etdi. Paşa Yaqub - tədqiqatçı-yazıçı Zaqatala ”“ Bakı Müəllifdən: Qımır kəndində tədqiqat apararkən bizi təmənnasız olaraq evində qonaq saxlayan kənd sakini Həşimov Həşim Məhəmməd oğluna təşəkkürümüzü bildiririk. (Yazının əvvəlin bu linkdən oxuyun: moderator.az/news/148994.html )
PEYÄžƏMBƏR QIZI ÜMMÜGÜLSÜM Peyğəmbər bağçasının üçüncü gülü Həzrət Ümmügülsüm Zeynəbdən dörd, Ruqəyyədən iki il sonra dünyaya gəlmişdir. İlk nişanı Əbu Ləhəbin digər oğlu Üteybə ilə olmuşdur. Lakin İslamın ilk illərində Əbu Ləhəbin təkidi ilə Üteybə də digər qardaşı kimi hərəkət edərək Peyğəmbər qızı ilə nişanını pozub, kafir qızı ilə evlənmişdir. Üteybə Rəsulullaha həqarət etdiyi üçün bir aslan tərəfindən parçalandı. Digər bacıları kimi həya, əxlaq və iman sahibi olan Həzrət Ümmügülsüm xanım bacısı Həzrət Ruqəyyənin vəfatından sonra Həzrət Osmanla evləndi. Onun üçün də Həzrət Osmana “Zinnureyn” yəni, iki nur sahibi ləqəbi verilmişdir. Həzrət Peyğəmbərimiz bir gün Məscidi-Nəbəvinin girişində Həzrət Osman ilə qarşılaşmışdı. Ona: - Səni son dərəcə kədərli görürəm?! ”“ buyurdu. Həzrət Osman: - Ya Rəsulallah! Mənə olan heç kimsənin başına gəlmədi. Rəsulullahın qızı vəfat etdikdən sonra onunla aramdakı qohum-əqrabalıq bağı kəsilmiş oldu! ”“ dedi. Allah Rəsulu: - Ey Osman! Budur, Cəbrayıl əleyhissəlam Ruqəyyanın bacısı Ümmü Gülsümü də eyni miqdarda mehrlə və ona etdiyin həyat yoldaşı kimi bir həyat yoldaşı olmaq şərti ilə sənə nigahlamağımı Uca Allah tərəfindən mənə əmr etdi ”“ deyə buyurdu. Beləliklə, Allah Rəsulu qızı Həzrət Ümmügülsümü Hicrətin üçüncü ilində Həzrət Osman ilə nigahladı. Fəxri-Kainat Peyğəmbərimiz: -Osman ilə Ümmügülsümü ancaq səmadan gələn vəhy ilə evləndirdim ”“ buyurmuşdur (Heysəmi, IX, 86). Həzrət Ümmügülsüm hicrətin 9-cu ilində 28 yaşında vəfat etdi. Cənazə namazını Peyğəmbərimiz qıldırdı. Mədinədəki Baqi qəbiristanlığında, bacılarının yanında dəfn olundu. Həzrət Osman bu itkidən çox kədərləndi və ağladı. Peyğəmbər Əfəndimiz onu bu halda görüb yanına gəldi və Həzrət Osmana xitabən yavaş səslə: - Üçüncü qızım olsaydı, yenə sənə verərdim- buyurdu. PEYÄžƏMBƏR QIZI FATİMƏ Nəbilər əfəndisinin son çiçəyi Həzrət Fatimeyi-Zəhradır. Peyğəmbərimizi əhatə edən insanlar arasında onun öz yeri vardır. Allah elçisinin sevimli qızını “Cənnət xanımlarının Seyidəsi” adlandırması fikrimizi təsdiq edir. Həzrət Fatimə miladi tarixlə 609-cu ildə doğuldu. Ona Fatimə adını verməsinin səbəbini ucalar ucası Həzrəti Peyğəmbərimiz şəxsən belə açıqladı: -Onu sevənləri Allah cəhənnəmindən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını verdim. Həzrət Fatimənin ləqəbi Zəhradır. Mənası “Ağ üzlü” deməkdir. Peyğəmbərimizin xanımlarından biri Həzrət Aişə ögey qızı Fatimə haqqında belə demişdir: -Fatimənin üzü o qədər ağ, o qədər aydındır ki, gecələr onun yanında iynə saplayırdım. Daha sonra: “Allah Rəsulu yanında insanların ən sevimlisi Fatimə və onun əri idi” deyə Aişə anamız bildirmişdi. Onun başqa bir ləqəbi də Betüldür. Mənası “Tayı-bərabəri olmayan” deməkdir. Rəsulullah belə buyurmuşdur: -Fatimə mənim bir parçamdır, onu sevindirən məni sevindirmiş, onu incidən məni incitmiş olar (Buxari, Əshabun-Nəbi, 12, 29). İbn Abbas belə nəql edir: -Peyğəmbərimiz yerə dörd xətt çəkdi və: - Bu xətləri niyə çəkdiyimi bilirsinizmi? ”“ deyə soruşdu. Səhabələr: - Allah və Rəsulu daha yaxşı bilir! ”“ dedilər. Bunun müqabilində Peyğəmbərimiz: - Cənnət qadınlarının ən fəzilətliləri Xədicə binti Xuveylid, Fatimə binti Məhəmməd, Məryəm binti İmran, və Firoonun xanımı Asiyə binti Müzahimdir ”“ buyurdu. (Əhməd, I, 293) Həzrət Fatimə Həzrət Əli əleyhissəlamla ailə qurdu. Toy günü Rəsulullah Həzrət Əlidən soruşdu: -Ey Əli! Ciyərimi yer üzündə gəzən görsən, nə edərsən? Əli əleyhissəlam: -Bilmirəm, ey Allahın Rəsulu! - deyə çaşqınlıqla cavab verdi. Allah Rəsulu sorduğu sualın cavabını belə açıqladı: - Övladlarımız bizim yer üzərində gəzən ciyərlərimizdir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də o cür davran. Həzrət Fatimə hicrətin 11-ci ilində 29 yaşında Mədinədə dünyasını dəyişdi. Məhəmməd əleyhissəlam belə buyurmuşdur: -Səmadan bir mələk enərək mənə salam vermək üçün Allah-təaladan izn istədi. Bu mələk daha əvvəl heç yerə enməmişdir. Mənə Fatimənin cənnətliklərin xanıməfəndisi olduğunu müjdələdi (Hakim, III, 164). Həzrət Fatimənin Həsən, Hüseyn, Muhassin adlı üç oğlu, Ümmügülsüm, Zeynəb, Ruqəyyə adlı üç qızı olmuşdur (qızlarına bacılarının adını qoymuşdur). Həzrət Həsən atası Kufədə şəhid edildikdən sonra müsəlmanların xəlifəsi oldu. Hakimiyyəti 6 ay davam etdi. Müaviyənin hiyləsi ilə zəhərlənərək şəhadətə qovuşdu. Həzrət Hüseyn hicrətin 4-cü ilində doğuldu. Haqqında saysız-hesabsız kitablar, məqalələr yazılan İmam Hüseyn Kərbəla faciəsində Yezid tərəfindən şəhid edildi. Bu Həzrət müsəlmanların əqidə məktəbi, şəhidlik simvoludur. Mühassin çox kiçik yaşlarında vəfat etdi. Həzrət Fatimənin böyük qızı Zeynəbdir. Kərbəla faciəsinin canlı şahidi idi. Zeynəb Qahirədə vəfat edib, orada da dəfn olunmuşdur. Həzrət Ümmügülsüm Həzrət Fatiəmənin ikinci qızıdır. Doğumundan az sonra anası vəfat etdiyindən yetim qaldı. Böyüyəndə xəlifə Həzrət Ömər Xəttab oğlu ilə ailə qurdu. Çox keçmədi ki, xəlifə Ömər şəhid edildi. Bundan sonra Həzrət Əli qızını başqasına ərə verdi. O şəxs də şəhid oldu. Beləliklə Ümmügülsüm bir neçə dəfə ailə qurdu. Həzrət Fatimənin sonuncu qızı Ruqiyyədir. Ləqəbləri Sittə və Seyidədir. O da bacısı və qardaşı kimi Kərbəla faciəsini yaşayıb. Bu dəhşətli hadisədən çox təsirlənmişdi. Çox gənc yaşda vəfat etdi. Peyğəmbər qızlarının həyatından da göründüyü kimi, Həzrət Ömərlə Həzrət Əli (və onun ailəsi) arasında heç bir döşmənçilik olmamış, əksinə, onlar həm yaxın silahdaş, həm də mehriban qaynata-kürəkən olmuşlar. Neçə əsrlərdir ki, ərəblər və farslar bu tarixi faktları insanlardan gizlədərək, bu Allah dostlarını biri-birlərinə düşmən kimi təqdim etmiş, beləliklə də müsəlmanlar arasına nifaq salmaqla məşğuldurlar. Təssüflər olsun ki, bəzi fanatik həmvətənlərimiz ərəb-fars fitnəsinə uyaraq Allah dostu və Cənnət əhli olan xəlifələr haqqında xoşagəlməz (nalayiq) ifadələr işlədərək günaha batırlar (hissiyyatım mənə deyir ki, bu gün bəzi dindarların zindanlarda əzəb çəkməsinin gerçək səbəbi elə bu cür günahlardır). MÜRCİİD TƏLİMİ İslam lüğətində olan məlumata görə, mürciid təlimi Həzrət Osmanın ölümündən sonra müsəlmanlar arasında mənasız çəkişmələrin qarşısını almaq məqsədi ilə Həzrət Əlinin nəvəsi Əl-Həsən bin Məhəmməd tərəfindən VIII əsrin əvvəllərində yaradılmışdı və barışdırıcılıq, birləşdiricilik mövqeyi tutmuşdu. Bu təlim həm Həzrət Ömər, həm də Həzrət Əli təraftarlarını özündə birləşdirmişdir. Onların təbliğatına görə nə Həzrət Osmanı, nə də Həzrət Əlini günahkar hesab etmək olmaz; onların günahı olub-olmadıgı axirət günü bilinəcək. O vaxta qədər bu böyük şəxiyyətlər haqqında mənfi fikir söyləmək doğru deyildir. Onun bu və digər mütərəqqi fikirləri tezliklə xilafətin bütün ölkələrinə - Xorasana, Suriyaya, İraqa və s. yayıldı. Tarixin müxtəlif dövrlərində İmami-əzəm Əbu Hənifə, Davud ət-Tai, Qaylan Əd-Dəməşqi kimi böyük İslam alim və övliyaları bu təlimə öz töhfələrini vermişlər. Ötən yazılarımızdan birində həyatından bəhs etdiyimiz Zaqatalanın Car kəndində yaşamış və şəcərəsi Peyğəmbər əfəndimizə bağlanan Şeyx Məhəmməd Davudinin (1823-1915) baş daşındakı kitabədən aydın olur ki, bu böyük Alim və övliya da öz dövründə mürciid təlimini təbliğ etməklə, İslam dinindəki parçalanmanın qarşısını almağa, cəmiyyətin birliyinə və bütövlüyünə çalışmışdır. (Məhəmməd Davudinin həyatı haqda bu linkdən oxuyun: moderator.az/news/141987.html ) Çünki Allah ”“ təala Quranda dini parçalayanların axirətdə cəzalanacağını xəbər verir: “Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra (axirətdə) onlara etdiklərini xəbər verəcəkdir!” Quran, “Davar” surəsi, 159-cu ayə. Məhəmməd Davudinin başdaşındakı kitabənin ərəbcədən tərcüməsi aşağıdakı kimidir: “Bu qəbir Carda dünyasını dəyişmiş, şəriət elmlərinin dərin bilicisi, elm bağının bağbanı, zəka meydanında qələbə çalmış müdriklərin başçısı, mövlana, hacıların zinəti, Hacı Məhəmməd Əfəndi Davudinindir. O, daim İlahiyyat elmini araşdıraraq, təbliğ etmiş, ömrünün sonunadək Zaqatala bölgəsində unudulmuş mürciid təlimini təbliğ etmiş və ölərkən işi yarımçıq qalmışdır. Allah onun ruhunu şad etsin”. Məhəmməd Əfəndi də təqva sahibi olduğundan, dini parçalamaqdan qorxmuş və İslamı unudulmuş mürciid təlimi ilə təbliğ etmişdir. Kitabədən də göründüyü kimi, onun ölümündən sonra yolunu davam etdirən olmamışdır. Nəticədə özünü dindar hesab edənlərin bir çoxu günahsız xəlifələri, səhabələri söyüb təhqir etməklə etdikləri ibadətin, qazandıqları savabların üstündən xətt çəkmiş olurlar. İnsan nə qədər cahil və nadan olmalıdır ki, Peyğəmbərin çevrəsində olmuş, malı və canıyla ona dəstək verərək Allahın və Onun Rəsulunun sevgisin qazanmış hər hansı şəxs barədə nalayiq ifadə işlətsin. Acınacaqlı haldır ki, bu gün məscidlərimizdə belə nadanlar az deyildir. Müəllifdən: Peyğəmbər qızlarının həyatlarını araşdırmağımın qəribə və maraqlı bir taxixçəsi vardır. Belə ki, İmam Museyi Kazım həzrətlərinin qızlarının həyatından bəhs edən “Peyğəmbər nəvələri Azərbaycanda” adlı kitabım işıq üzü görəndə qəribə bir yuxu gördüm. Gördüm ki, müqəddəs şəxslərdən ibarət münsiflər heyyəti əyləşiblər və mənim bu kitabım haqda fikirlərini bildirirlər. Bir neçə müsbət fikirdən sonra münsiflərdən biri soruşdu ki, Peyğəmbərin qızlarını tanıyırsanmı? “Yox” cavabı verəndə məni danlayaraq dedi sən necə yazı-tədqiqatçısan ki, İmamın qızlarını tanıdığın, təbliğ etdiyin halda onlardan daha yüksək olan Peyğəmbər qızlarını tanımırsan?! Həmin anda söz verdim ki, mütləq Peyğəmbər qızlarının da həyatlarını araşdırıb, bu barədə yazı yazacam. Yuxarıda tanış olduğunuz yazı da bu vədə əməl etməyimin nəticəsində meydana çıxdı. Allah bizləri peyğəmbərlərin və imamların xeyir-duasından ayırmasın. Amin. Paşa Yaqub - tədqiqatçı-yazıçı “Bu, insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” “Quran”, 14:52
Xəbər verildiyi kimi bu gün italiyada çoxsaylı insan təlafatıyla nəticələnən zəlzələ baş vermişdir. Elm-lədun hesablamalarımız göstərir ki, bu fəlakət də əvvəlki həyəcanlı hadisələr (təyyarə qəzaları və s.) kimi, təsadüfü olmayıb, müəyyən bir qanunauyğunluğa tabedir. Belə ki, astronomik hadisələrin hesablamalarını təqdim edərkən bir məqamı xüsusi vurğulamışdıq ki, bunlar xüsusi bir düstur əsasında baş verməklə, Allahdan insanlara gələcək bəlanı bildirən bir xəbərdarlıqdır. Necə ki, qatar gələndə fit verərək insanları xəbərdar edir, bəla gəlməzdən öncə də Allah-təala Günəş və Ay tutulmaları ilə bəşəriyyəti xəbərdar edir ki, insanlar mövqelərini müəyyənləşdirsinlər. Yəni, tövbə edərək düz yola dönsünlər. Hesablamalarımız göstərir ki, insanların indiyədək bu astronomik xəbərdarlıqlara məhəl qoymaması səbəbindən bu gün dünyanı təyyarə qəzaları və digər fəlakətlər bürümüşdür. İtaliyada baş verən bugünkü zəlzələ də bu qəbildəndir. Fikrimizi sübut etmək üçün bir neçə riyazi hesablama təqdim edəcəyik. Öncə bildirim ki, bu zəlzələ 25 oktyabr 2014-cü il tarixli Günəş tutulması ilə əlaqələnir. Bu əlaqə 669 ədədi ilə özünü büruzə verdiyindən, əvvəlcə bu ədədin mahiyyətini açmaq istəyirəm. Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6. İtaliyada bu gün baş verən zəlzələnin Günəş tutulmasının 669-cu günü baş verməsinin səbəbi bəşəriyyətin diqqətini bəşəri dəyərlərə tabe olmağın vacibliyinə cəlb etmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bu zəlzələ Təyyarə qəzaları ilə də əlaqələnir. Xatırladaq ki, bu il mayın 2-də Türkiyə hava yollarına məxsus “Boeing-737” markalı təyyarə Kosovoda qəzaya uğramışdı. Bu gün həmin hadisənin 114-cü günüdür ki, yenə də bəşəriyyət həyəcanlı xəbərlə oyandı. Elmi-lədun araşdırmalarımız göstərir ki, bugünkü zəlzələ Günəş tutulması ilə əlaqələndiyi kimi, Ay tutulması ilə də əlaqələnir. Bu əlaqə özünü 286 ədədi ilə büruzə verir ki, bu da müqəddəs kitabın səhifələrinin sayıdır (Kəbədə saxlanan və muzeylərdə qorunan qədim “Quran”lar 286 səhifəyə yerləşdirilib. Son dövrlər ayələrin sözləri dəyişməsə də kitabın formatı dəyişib). Zəlzələdə diqqət çəkən məqamlardan biri 10 dekabr 2011-ci il tarixli Ay tutulmasının 1430-cu günü baş verməsidir ki, bundan “Quran”ın səhifələrinin sayını çıxanda, yenə də 286 ədədi alınır və diqqətimizi təkrar olaraq müqəddəs kitaba və onun hökmlərinə yönəldir: 1430 ”“ 286 ”“ 286 ”“ 286 = 286 Oxucuları yormamaq üçün hesablamaları çox uzatmırm (bu zəlzələ bir çox təyyarə qəzaları ilə zəncirvari əlaqələnir). Qısaca onu qeyd edim ki, arif adamlar Günəş, yaxud, Ay tutulması zamanı tövbə edib, Allaha sığınırlar ki, gələn bəlalardan sığortalansınlar. Əgər bəşəriyyət hamısı belə etsəydi (ayıq olsaydı) heç bugünkü zəlzələlər də baş verməzdi. Adətən ağır yatan adamı silkələyib oyadırlar. Bəşəriyyət də ağır yatdığından silkələnməyə ehtiyac yaranmışdır. Bu həm də ölüm ayağında olan xəstənin şokterapiyya üsulu ilə müalicəsinə bənzəyir. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu silkələnmə ilə də oyanmarsa və doru yola qayıtmasra, onda daha böyük fəlakətlərlə üz-üzə qalacaqdır! Keçən dəfəki hesablamalarımda XXI əsrin qiyamət əsri olduğunu göstərmişdim (yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/148757.html ) Allah-təala “Quran”da buyurur: “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” 17:58 Bütün bunlar hazırda Yerin təmizlənməsinə xidmət edən hadisələrdir. Belə ki, dənizlər və okeanlar özünü təmizlədiyi kimi, artıq Allah Yeri də təmizləməyə başlayıb (murdarlıq və zülm həddən artıq çoxaldığına görə). Hər ziyanın içində bir xeyir olduğu kimi, bu təmizlənmədə də fayda vardır. Belə ki, təmizlənmə prosesi başa çatanda Yerdə kamillik mərhələsi başlayacaqdır. Bu mərhələdən əməlisalehlər və Haqqa təslim olanlar faydalanacaqlar. Hesablamalarımız göstərir ki, bu cür adamlar Yerdə 29 faiz təşkil edir. Çalışın tövbə edib, təmizlənərək, həmin 29 faizin içərisində olasınız. Allah yaxşı insanları qorusun. Amin. “Allah günahkarları Öz dərgahından gələcək şiddətli bir əzabla qorxutmaq, yaxşı əməllər edən möminlərə isə gözəl mükafata nail olacaqları ilə müjdə vermək üçün “Quran” ı doğru-düzgün olaraq endirdi”. “Quran”, 18:2 Qeyd: yazı hazır olarkən Myanmada, Banqladeşdə və Hindistanda da bu gün dağıdıcı zəlzələlər olması barədə xəbər yayıldı. Paşa Yaqub - tədqiqatçı-yazıçı “Həqiqətən biz sənə Kövsər bəxş etdik! Ona görə də bu nemətlərə şükr edərək Rəbbin üçün namaz qıl və qurban kəs! (Oğlanların vəfat etdiyi zaman sənə sonsuz deyən) düşmənin özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)”. Quran, “Kövsər” surəsi.
Fəxri-kainat Peyğəmbərimiz Məhəmməd əleyhissalamın (Ona Allahın salamı olsun!) Həzrət Xədicədən Qasım və Abdullah adında iki oğlu, Mariya adlı kənizindən isə İbrahim adında bir oğlu olsa da, hər üçü körpə yaşında vəfat etmişlər. Odur ki, Peyğəmbərimizin nəsli qızları vasitəsi ilə davam etmişdir. Bunu nəzərə alıb Məhəmməd əleyhissəlamın qızlarının həyatını araşdırmaq qərarına gəldik. Həzrət Peyğəmbərin qızlarını çox sevməsinin və onları yüksək dəyərləndirməsinin o dövrün sosial-mənəvi mühiti üçün böyük önəmi var idi. Qadınların bütün hüquqlardan məhrum olduğu bir zamanda Allah Rəsulunun qızlarına bəslədiyi dərin sayqı və ata sevgisi, onları nümayişkəranə şəkildə yüksək qiymətləndirməsi cəmiyyətin mənəvi-etik dünyagörüşündə əsl inqilab idi. Qeyd edək ki, İslam Peyğəmbərinin Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə adında dörd qızı olub ki, bunların hamısının anaları möminlərin anası Həzrət Xədiceyi Kübradır (Ona Allahın salamı olsun!). Yeri gəlmişkən, Xədicə anamız İslama ilk girən və onu canı və var-dövləti ilə dəstəkləyən ilk şəxsdir. Rəsulullah onun haqqında belə buyurmuşdur: “Zamanının ən xeyirli qadını Məryəm idi. Bu zamanın da ən xeyirli qadını Xədicədir” Peyğəmbərimiz onu vəfatından sonra belə, bütün xanımlarından üstün tutardı. Xədicə anamız həyatda ikən Məhəmməd əleyhissəlam başqa qadınla evlənməmişdir. PEYÄžƏMBƏR QIZI ZEYNƏB Həzrət Zeynəb Peyğəmbər bağçasının ilk gülü olmaqla, qızlarının ən böyüyüdür. Hicrətdən iyirmi iki il əvvəl Məkkədə doğulmuşdur. Dayısı oğlu (anası Həzrət Xədicənin qardaşı oğlu) Əbu Asla evlənmişdir. Evlilikləri İslamdan əvvəl olduğundan, İslamın ilk illərində əriylə özü arasında müəyyən problemlər yaşanmışdır. Belə ki, müsəlmanlar Mədinəyə hicrət edərkən, bütpərəst əri Zeynəbi köçməyə qoymadı. Peyğəmbərin kürəkəninin İslamı qəbul etməməsi möminləri nə qədər məyus edirdisə, Məkkə müşriklərini bir o qədər sevindirirdi. Hətta bir dəstə müşrik Əbu Asın yanına gələrək təklif etdilər ki, Məhəmmədin qızını boşamaq şərti ilə ona Məkkə zadəganlarından kimin qızını istəsə, ala bilərlər. Əbu As onları dinlədikdən sonra belə cavab verdi: -Mən belə bir işi görə bilmərəm. Zeynəbi çox sevirəm, onu heç bir qadına dəyişmərəm. Təklifinizi rədd edirəm. Allah Rəsulu bu əhvalatı eşitdikdə kürəkəninin ağlını təqdir etmişdir. Zeynəbin hicrətinə izn verməyən Əbu As Bədr döyüşündə bütpərəstlərin tərəfində vuruşmuş və müsəlmanlara əsir düşmüşdü. Xəbəri alan Zeynəb İslam qanunlarına uyğun olaraq fidyə müqabilində ərini azad etmək üçün Mədinəyə adam göndərdi. Fidyə Allah Rəsulunun önünə qoyulduqda, o, qəmləndi və mübarək gözləri yaşla doldu. Çünki fidyə olaraq göndərilən Həzrəti Xədicənin qızı Zeynəbə evlilik hədiyyəsi olaraq verdiyi gərdənlik idi. Allah Elçisi əshabələrinə dönərək dedi: “Bu fidyəni almaq sizin haqqınızdır, fəqət mən sizdən rica etsəm Əbu Ası fidyə almadan buraxarsınızmı?” Əshab bunu sevərək qəbul etdi və Əbu Ası sərbəst buraxaraq, gərdanlıqla birlikdə Məkkəyə yola saldılar. Rəsul ondan Zeynəbi Mədinəyə göndərmək vədini almağı da unutmadı. Əbu As vədinə əməl edərək Zeynəbi Peyğəmbərin göndərdiyi elçilərə qoşaraq Mədinəyə yola saldı. Fəqət yolda Məkkə müşrikləri Peyğəmbər qızına hücum etdilər. Həbbar adlı bir bütpərəstin zərbəsi ilə dərədən yıxılan Zeynəb bətnində olan körpəsini itirdi (həmçinin bu yıxılmadan aldığı xəsarət bir neçə ildən sonra Zeynəbin ölümünə səbəb olacaqdır). Həzrət Zeynəbin çəkdiyi bu və digər zillətlərə görə Rəsulullah: “O, mənə görə əziyyətlərə məruz qalan ən xeyirli qızımdır” ”“ buyurmuşdir. (Təbərani, Kəbir, XXII,431- 1051) Zeynəb Mədinədə Peyğəmbər atasının yanında xoşbəxt həyat sürməkdə ikən, hicrətin altıncı ilində Əbu As bir ticarət karvanının başında Mədinə yaxınlığından keçirdi. Bu vaxt İslam ordusu bütpərəstlərin karvanına hücum etdi və bütün malları ələ keçirdi. Bu vaxt Əbu As birtəhər canını qurtararaq Mədinəyə girdi və Zeynəbi taparaq, ondan sığınacaq istədi. Peyğəmbər Əfəndimiz qızının verdiyi amanı qəbul etsə də, ona belə tapşırdı: “Qızım, Allah müsəlman qadınlarının müşrik kişilərlə təmasını qadağan etmişdir. Nigahda da olsan Əbu Asa yaxınlaşma”. Bütün bunlardan sonra Rəsulullah əshablara xitab edərək buyurdu: “Sizlər əl qoyduğunuz malların sahibisiniz. O mallar sizin ən təbii haqqınız olan qənimətlərdir. Ancaq mən rica etsəm öz razılığınızla o malları əvvəlki sahibinə qaytarma comərdliyini göstərərsinizmi?” Onlar hamısı bir ağızdan: “Məmnuniyyətlə” - deyə cavab verdilər və karvan mallarından əllərinə keçən hər şeyi qaytarıb Allah elçisinin önünə qoydular. Əbu Asa mallarıyla birlikdə Məkkəyə dönməkdə sərbəst olduğu bildirildi. Bu anda Əbu As əshaba xitabən dedi: “Sizlər mənim bütün mallarımı gətirib mənə qaytardınız və azad olduğumu bildirdiniz. Artıq rahat gedə bilərəm. Ancaq mən belə etmirəm, hüzurunuzda Kəlmeyi Şəhadət gətirərək müsəlmanlığımı elan edirəm. Bunu az öncə etsəydim, malları almaq üçün bəhanə olduğunu düşünərdiniz”. Bu bəyanat hər kəsi, ən çox da Zeynəbi sevindirdi. Həzrət Peyğəmbər qızını dərhal yanına çağıraraq bu əmri verdi: “Artıq yeni nigah mərasiminə lüzum qalmadan, ərinə təslim ola bilərsən”. Əbu Asın Həzrət Zeynəbə çox böyük bir sevgi və sayğıyla bağlı olduğu bəlli olur. Ayrı qaldıqları illər həmişə Zeynəbi anmış və onun eşq və xatirəsini müqəddəs bir əmanət kimi qorumuşdur. Mənbələr Əbu Asın ticarət yolçuluqlarında xanım Zeynəb üçün həsrət şeirləri tərənnüm etdiyini bildirirlər. Nəhayət, bu təmiz yaradılışlı insan səbrinin və sədaqətinin mükafatını görərək, həm xanımına, həm də İslama qovuşdu. Həzrət Zeynəbin Əbu Asla nigahından Əli adında bir oğlu, Ümamə adlı bir qızı dünyaya gəldi. Əli körpə yaşda vəfat etdi. Ümamə isə, xalası Həzrət Fatimənin vəfatından sonra Həzrət Əli ilə evlənəcək, Əli əleyhissəlamın şəhadətindən sonra isə Əbdülmütəllibin nəvələrindən olan Müğirə ibn Nöfəl ibn Harislə həyatını birləşdirəcəkdir. Müdrik əl-Əzdi belə nəql edir: “Atamla birlikdə (cahiliyyə) həcci edirdim. Minaya gəlib yerləşdikdə bir qrup adam gördüm. Atamdan: - Bu camaat nə üçün toplanıb? ”“ deyə soruşdum. Atam: -Qövmünün dinini tərk etmiş olan bir şəxs üçün ”“ dedi. Göstərdiyi tərəfə baxdıqda Rəsuli-Əkrəmi gördüm: “Ey insanlar! La ilahə illallah” deyin, nicat tapın” ”“ deyirdi. İnsanlardan kimi onun üzünə tüpürür, kimi başına torpaq atır, kimi də ona söyüş söyürdü. Günortaya qədər bu vəziyyət davam etdi. O əsnada yaxası açılmış bir qız əlində su dolu qab və dəsmal olduğu halda gəldi. Ağlayırdı. Kainatın fəxri Peyğəmbərimiz qabı alıb sudan içdi, əl-üzünü yudu. Başını qaldırıb: -Əziz qızım, yaxanı başörtünlə ört! Atan haqqında tələ qurulub öldürüləcək və zillətə salınacaq, deyə qorxma! ”“ buyurdu. Bunun kim olduğunu soruşdum, “Qızı Zeynəbdir!” ”“ dedilər (Heysəmi, VI, 21). Həzrət Zeynəb 31 yaşında, hicrətin səkkizinci ilində Mədinədə dünyaya vida etdi. Rəsulullah cənazə namazını qıldıqdan sonra hüznlü və qədərə razı bir halda qəbrə endi. Bir az dayandıqdan sonra çıxdı və: - Zeynəbin zəifliyini düşünərək ona qəbir sıxıntısını və hərarətini xəfiflətməsi üçün Allaha dua etdim. Allah-təala da bu istəyimi qəbul edib qəbir əzabını ona xəfiflətdi” ”“ buyurdu (İbn Əsir, Üsdül-Äžabə, VII, 131). PEYĞƏMBƏR QIZI RUQİYYƏ Həzrət Ruqiyyə xanım Peyğəmbər bağçasının ikinci gülüdür. Həyatı barədə məlumatlar çox azdır. Zeynəbdən 2 yaş balacadır. İlk nişanı Əbu Ləhəbin oğlu Ütbə ilə olmuşdur. Həzrət Məhəmməd əleyhissalam Peyğəmbərliyini bəyan edəndə, Əbu Ləhəb ona qarşı çıxmış və ömrü boyu Peyğəmbərlə mübarizə aparmışdır. Bu səbəbdən oğlundan tələb etmişdir ki, Məhəmmədin qızı ilə nişanını pozsun. Oğlu da Peyğəmbərin qızı ilə nişanını pozub, kafirlərdən birinin qızı ilə evlənmişdir. Qeyd edim ki, “Quran”ın 111-ci surəsi Əbu Ləhəb haqqında nazil olmuş və surədə Əbu Ləhəb lənətlənərək, Peyğəmbərə verdiyi əziyyətə görə əllərinin quruması hökm olunmuşdur. Surə nazil olandan bir qədər sonra, həqiqətən də Əbu Ləhəbin əlləri qurumuşdur. Həzrət Ruqiyyə bundan sonra Peyğəmbər Əleyhissəlamın yaxın dostu və silahdaşı Həzrət Osmanla ailə qurmuşdur. Onların nigahından Abdullah adında bir oğlu dünyaya gəlmiş, altı yaşında gözünü xoruz dişləmiş, aldığı bu yaradan vəfat etmişdir. Rəsulullah Həbəşistana hicrət edən Həzrət Osman və qızı Ruqəyyədən bir müddət xəbər ala bilmədi. O, tez-tez yola çıxar, o tərəflərdən gələnlərdən övladlarının xəbərini soruşardı. Qüreyşdən bir qadın Həbəş diyarından gəldi. Rəsuli-Əkrəm qızı və kürəkənini ondan da soruşdu. O da: - Ey Əbul-Qasım, mən onları gördüm ”“ dedi. Allah Rəsulu: - Necədirlər, yaxşıdırlarmı? ”“ deyə soruşdu. Qadın: - Osman Ruqiyyəni bir uzunqulağa mindirib aparır, özü də arxasınca gedirdi, ”“ dedi. Həzrət Peyəmbərimiz: - Allah yar və yardımçıları olsun! Şübhəsiz ki, Osman Lut Peyğəmbərdən sonra ailəsi ilə birlikdə Allah üçün hicrət edən ilk insan oldu, ”“ buyurdu. (Ali əl-Müttəqi, XIII, 63). Həzrət Osman çox gözəl bir insan, həyat yoldaşı üçün layiqli bir ər idi. Həzrət Rüqiyyə də eyni şəkildə çox gözəl bir xanım idi. Rəsulullah çox sevdiyi Üsamə bin Zeydi uşaq ikən bir qab yeməklə onların evinə göndərmişdi. Kiçik uşaq evə gəldikdə bu iki gözəl insan qarşısında qeyri-ixtiyari bir Həzrət Osmana, bir də Ruqiyyəyə baxmağa başladı. Sonra Peyğəmbərimizin yanına qayıtdı. Allah Rəsulu: - Yanlarına getdinmi? ”“ deyə soruşdu. Üsamə: - Bəli, ”“ dedi. Aləmlərin fəxri: - Yaxşı, heç onlardan daha gözəl cütlük gördünmü? ”“buyurdu. Usamə də: - Xeyr, Ya Rəsulallah! ”“ deyə cavab verdi (Suyuti, Tarixul Xüləfa, s. 150). Həzrət Osman xanımı Ruqiyyə ağır xəstə olduğu üçün Peyğəmbərimizin izni ilə Bədr döyüşündə iştirak etməmişdi. Həzrət Ruqiyyə ordu Bədirdə olduğu əsnada vəfat etmiş, zəfərin müjdəsi Mədinəyə çatdığı gün torpağa verilmişdi. Feli olaraq Bədrdə iştirak etməməklə birlikdə Həzrət Peyğəmbərimiz Həzrət Osmanı Bədrdə iştirak edənlərdən saydı və qənimətdən ona da pay ayırdı (İbnul-Əsir, Üsdül-Äžabə, III, 586). Həzrət Ruqiyyə 24 yaşında Mədinədə vəfat etmiş, Baqi qəbiristanlığında dəfn edilmişdir. (ardı var) Paşa Yaqub - tədqiqatçı-yazıçı Azərbaycanda müqəddəs ziyarətgaha çevrilən xanım övliyalardan biri də “Pir Cahan” adı ilə tanınan pirdə dəfn olunmuş xanımdır. Bu pir Zərdab rayonunun Lələağacı kəndi ilə Yarməmmədbağı kəndinin sərhədində yerləşir. Pirin ərazisi sıx bitmiş yulğun ağacları ilə örtülüdür. Burada cəmi iki ədəd qəbir mövcuddur. Qəbirlərdən biri xanım övliyaya, digəri isə, kişiyə (ola bilsin ki, onun həyat yoldaşıdır. Düzünü Allah bilir) məxsusdur. Bu pir orta əsrlərdən bu yana mövcuddur. Ona görə də buradakı ağaclara toxunulmur. Şahidlərin dediklərinə görə, pirin yanından keçən adamlar müxtəlif zamanlarda burada qədim geyim formasında bir qadınla bir kişini görmüşlər və onlar bir anda yox olmuşlar. Ağsaqqalların dediyinə görə zaman-zaman insanlara görünən və yox olan bu varlıqlar ola bilsin ki, pirdə dəfn olunanların ruhlarıdır. XIX əsrdə bu pirə Yarməmmədbağı kənd sakini Soltanəhməd kişi mücövürçü olmuşdur. Onun pirdə mücövürçü olmasının çox maraqlı tarixçəsi vardır və mühüm bir tarixi hadisəyə bağlanır. Belə ki, təxminən 1850-ci illərin əvvəllərində Soltanəhməd kişi pirin yanından keçəndə burada yad bir kişi görür və onunla salamlaşaraq kimliyi ilə maraqlanır. Kişi cavab verir ki, “Mən Ağsunun Külüllü kəndindən olan Hacı Əhməd əfəndiyəm. Nikolay hökumətinin təqibindən qaçaraq bura sığınmışam”. Beləliklə, Hacı Əhməd əfəndi bir müddət (1850-ci illərin əvvəllərində) bu pirdə yaşayır və bu müddətdə Soltanəhməd kişi hər gün evindən ona çörək gətirib verir. Soltanəhməd kişinin övladlarına danışdığı və bu günə gəlib çatan söhbətə görə günlərin birində Hacı Əhməd əfəndi onun gətirdiyi çörəyi yeyərək, artıq getmək vaxtı olduğunu bildirir və Soltanəhməd kişi ilə halallaşır. Tapşırır ki, bundan belə bu pirə mücövürçü olarsan və bura xidmət göstərərsən. Bunu deyəndən sonra möcüzəli şəkildə havaya qalxmış və bir anda yox olmuşdur. Həmin vaxtdan Soltanəhməd kişi ölüncə “Pir Cahan” pirinə xidmət göstərmiş, ölümündən sonra bu işi övladları və nəvələri davam etdirmişlər (son 5-6 ilə qədər nəvəsi Soltanəhməd bu işi davam etdirirdi).
Araşdırmalarımız göstərir ki, XIX əsrin ortalarında Ağsu rayonunun Külüllü kəndində həqiqətən də Hacı Əhməd əfəndi adlı şəxs (məşhur Bilal əfəndinin atası) yaşamış və kəramətli övliya olmuşdur. Tarixi mənbələrdən o da məlumdur ki, Külüllü kəndindən olan Hacı Əhməd əfəndi öz təhsilini Kürdəmirdə məşhur Nəqşibəndi Şeyxi Mövlanə Hacı İsmayıl Şirvanidən (1782-1848) almış və müridizm hərəkatının öncüllərindən biri olmuşdur. (Mövlanə İsmayıl Şirvani haqda bu linkdən oxuya bilərsiniz: ( http://www.moderator.az/news/145614.html ) Çar hökumətinin sufilərə qarşı amansız mübarizəsi Hacı Əhməd əfəndidən də yan keçmədi. Belə ki, 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan “Gülüstan” müqaviləsindən sonra Azərbaycanın şimalında din xadimlərinə, özəlliklə də sufilərə qarşı böyük təzyiq və təqiblər başlandı. Bu gün arxivdə saxlanan rus rəsmi sənədlərində 1849-cu ildə Şamaxı quberniyasından dindarların kütləvi şəkildə sürgün olunması haqda qeydlər vardır. Sürgünlərin səbəbi kimi Şirvan əhalisinin yeni təlim ”“ müridizm bayrağı altında mübarizəyə başlamaları göstərilir. Sənədlərdə həmçinin hərəkatın rəhbərinin Külüllü Hacı Əhməd əfəndi olduğu göstərilir (!). Hadisədən yeddi il sonra knyaz Behbudov təəssüf edirdi ki, 1849-cu il sürgünləri zamanı Hacı Əhməd əfəndinin kənarda qalması (tapılmaması) 1855-1856-cı illərdə yeni Şirvan üsyanının başlanmasına səbəb olmuşdur. Tədqiqatçı Məhəmməd Rıhtımın araşdırmalarına görə 1855-ci ilin yanvarından etibarən çar məmurları Şeyx Hacı Əhməd əfəndini izləməyə başlayırlar. Knyaz Behbudov 1856-cı il 6 sentyabr tarixində Daxili İşlər Nazirliyinə göndərdiyi 552 saylı rəsmi məktubda Hacı Əhməd əfəndinin və Qaraqoyunlu Qəhrəman bəyin həbs edilərək Tambov quberniyasına sürgün olunduğunu qeyd edir. Hacı Əhməd əfəndi 1856-cı il dekabrın 24-də Tambov şəhərində vəfat etmiş, orada da dəfn olunmuşdur. Göründüyü kimi, tarixi sənədlərdə göstərilənlərlə “Pir Cahan”ın mücövürçüsü Soltanəhməd kişinin dediyi sözlər tam üst-üstə düşür və zaman baxımından da uyğun gəlir. Sual yaranır ki, Şamaxı üsyanının rəhbəri Külüllü Şeyx Əhməd əfəndi çar məmurlarından qaçarkən gizlənmək üçün niyə məhz “Pir Cahan”ı seçmişdir? Bu sualın dəqiq cavabı məlum olmasa da, onu bir neçə variantda izah etmək olar. Birinci variant sufi şeyxlərinin aldıqları mənəvi ilham və işarələrlə əlaqəlidir. Belə ki, kəramətli övliya olan Əhməd əfəndiyə mənəvi işarələrlə göstərilə bilərdi ki, bu pir onun üçün təhlükəsizdir və burada təqibdən qurtula bilər. İkinci variant genetik bağlılıqla əlaqədardır. Araşdırmalarımız göstərir ki, bir çox kəramət sahiblərinin nəsil şəcərəsi çox qədimlərdə mövcud olmuş pirlərə, imamlara bağlana bilir. Odur ki, Hacı Əhməd əfəndinin də nəsil şəcərəsinin “Pir Cahan”da dəfn olumuş xanım övliyaya bağlanması mümkündür. Bu iki ehtimaldan hansının doğru olmasını Allah bilir. Pir Cahan piri əsrlərdir ki, bölgə əhalisinin sevə-sevə ziyarət etdikləri müqəddəs məkandır. Buradan edilən dualar xanım övliyanın üzünün nuru hörmətinə Allah dərgahında tez qəbul edildiyindən bugünkü nəsil tərəfindən də yad edilməkdədir... Paşa Yaqub - tədqiqatçı-yazıçı Zərdab ”“ Bakı Qeyd: “Pir Cahan” ziyarətgahı haqda daha geniş məlumatı müəllifin “Xanım övliyalar” kitabından ala bilərsiniz. Moderator.az saytında yayımlanan “Qiyamət günü baş verəcək dəhşətli hadisələr” məqaləsi cəmiyyətdə geniş rezonans doğurub.
(Yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/148590.html ) Dünyada baş verən qeyri-adi hadisələri elmi-lədun hesablamalarla araşdıran yazıçı Paşa Yaqub məqaləyə münasibət bildirib. Belə ki, yazıçı qiyamət günü baş verəcək hadisələrin vaxtı haqqında konkret hesablamalar təqdim etmişdir. Həmin hesablamaları oxucularımıza təqdim edirik. “Quranda xəbər verilən hər bir hadisənin (qiyamətin, əzabın və s.) müəyyən bir bilinmə vaxtı vardır və siz onu biləcəksiniz”. “Quran”, “Davar” surəsi, 67. Ayədən göründüyü kimi, Allah baş verəcək bütün hadisələri müqəddəs kitabda xəbər vermiş və bunun qabaqcadan insanlara agah olması üçün də vaxt müəyyən etmişdir. Bu gün həmin vaxt daraldığından və qiyamətin əlamətləri açıq-aşkar göründüyündən, “Quran”da xəbər verilən bəzi hadisələrin tarixi üzərində yüngülvari gəzişmək məcburiyyətindəyik. Öncə onu qeyd edək ki, qiyamət XXI əsrdə baş verəcəkdir. Bunu sübut etmək üçün aşağıdakı hesablamalara nəzər salaq: 1) Yer yeddi qatdan ibarətdir; 2) İnsan Allah qarşısında səcdə edərkən onun iki əli, iki ayağı, iki dizi, bir alını olmaqla, yeddi üzvü yerə dəyir. 3) Başımızın üzərindəki göy də yeddi qatdan ibarətdir (bütün bunlar “Quran”da təsbit olunub). Bu üç amili nəzərə alıb, üçü yeddiyə vursaq, 21 ədədi alınar: 3 x 7 = 21 Bildiyimiz kimi, “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi “Quran”da elm, kamillik, peyğəmbərlik rəmzi sayılır. Çünki, peyğəmbərlər adətən kamillik məqamına yüksəlmiş olurlar və onlara Allah tərəfindən elm bəxş olunur. Həmin elm peyğəmbərləri dövrünün bütün alimlərindən və elm xadimlərindən üstün vəziyyətə gətirir. Peyğəmbərlər tarixinə və onların həyatına nəzər salsaq bunu aydın görə bilərik: İsa Peyğəmbərin dövründə tibb elmi çox yüksək inkişaf etmişdi və təbiblər o dövrün ən hörmətli adamları idilər. Ona görə də Rəbbim İsa Peyğəmbərə korun gözünü açmaq və ölünü diriltmək kimi möcüzələr bəxş etdi ki, həmin dövrün ən hörmətli zümrəsi olan təbiblər bu elm qarşısında mat oldular. Yaxud, Musa Peyğəmbərin zamanında sehrbazlıq və cadugərlik elmi geniş vüsət almışdı və bu elmlə məşğul olanlar Firoonun sarayında ən hörmətli və inanılmış adamlar sayılırdılar; cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdilər. Ona görə də Allah-təala Musa əleyhissəlama elə bir elm bəxş etdi ki, onunla cadugərlərin bütün sehrlərini uddu və onları mat qoydu. Bu barədə “Quran”ın 20-ci surəsinin 57-73-cü ayələrində söhbət açılır. Ayələrin qısa məzmunu belədir ki, Firoon ona Allahın xəbərin çatdıran Musanı məhv etmək üçün cadugərləri səfərbər edir. Sehirbazlar söz verirlər ki, biz elmimizlə Musanı məğlub edəcəyik, o da kor-peşman qayıdıb gedəcək. Bunu camaatın qabağında nümayişkəranə etmək üçün müəyyən edilmiş saatda hamını meydana yığırlar. Sehirbazlar meydana qamış topaları da yığırlar. Nəhayət, Musa ilə cadugərlərin qarşılaşma anı çatanda, təklif edirlər ki, kim birinci başlasın (öz elmin göstərsin)? Musa deyir siz başlayın. Cadugərlər sehirli sözləri oxuyub qamışlara üfürərkən, hər qamış bir ilan formasına düşüb, Müsa Peyğəmbərə doğru gəlirlər. Musa qorxuya düşəndə Allahdan vəhy gəlir ki, əlindəki əsanı yerə at. Bu vaxt əsa əjdahaya dönərək, sehirbazların bütün ilanlarını udur. Beləliklə, onlar mat olurlar və əllərini qaldırıb Musaya və onun Allahına təslim olduqlarını bildirirlər (bax: “Quran”, 20: 57-73-cü ayələr). Məhəmməd əleyhissəlamın zamanında isə, söz sənəti geniş vüsət almışdı və şairlər cəmiyyətin ən aparıcı qüvvəsi sayılırdılar. Dövrün adətinə görə şairlər yeni şeirlərini vərəqə yazıb, aparıb Kəbənin divarından asardılar və hər şair öz pərəstişkarlarının çoxluğundan qürur duyardı (necə ki, indi şairlər şeirlərini, yaxud statuslarını sosial şəbəkə divarlarından asırlar). Odur ki, Allah-təala Məhəmmədə elə bir ecazkar söz vəhy etdi ki, həmin sözü vərəqə yazdırıb kəbənin divarından asan kimi, digər şairlər utandıqlarından öz şeirlərini divardan çıxarmaq məcburiyyətində qaldılar (vəhylə gələn sözlərin (ayələrin) fonunda həmin şeirlər çox sölğun görünməyə başladı). Peyğəmbərlərin həyatlarına qısa nəzər saldıqdan sonra qayıdaq 21 ədədinə və onun hikmətlərinə. Qeyd edim ki, “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olan 21 ədədi “Quran”da elm və kamillik (Peyğəmbərlik) rəmzi sayılır. Hesablamalarımız göstərir ki, bu əsrdə bəşəriyyət özünün kamillik məqamına yüksələcəkdir və bu kamillik cəmiyyətin sonu olacaqdır. Necə ki, fərd olaraq insan ömrünün son günlərini yaşayarkən artıq gözünə mələklər görünür və dünyanı tam olaraq dərk etməyə başlayır. Və bu kamillik zirvəsi insanın sonu olur. Toplum olaraq bəşəriyyət məhz XXI əsrdə dünyanı dərk etməyə başlayacaq (hazırda çox cüzi hissə kainatı, yaradılışı dərk edir) ki, bu da cəmiyyəti sona yaxınlaşdıracaq və “Quran”da xəbəri verilən qiyamət bu əsrdə baş verəcəkdir. Xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002.) elmi-ladun hesablamalarla mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bu-günkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə, dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə Prezidentə və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirək: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı günləri ”“ müvafiq olaraq: - 14 dekabr 2001-ci il; - 4 dekabr 2002-ci il; - 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutulub. Hər üç tarix müvafiq olaraq Ramazan ayının 29-cu günlərinə düşüb. Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü ”“ 3 aprel 2003-cü ildə də Günəş tutulub. Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və qəzetdə elan etdiyimiz xəbərin doğruluğunu sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün ”“ 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. Baş vermiş hadsələrin təhlili göstərir ki, Günəş və Ay tutulmaları əslində qiyamətin əlamətləri olaraq, insanlara xəbərdarlıqdır ”“ siqnaldır. Belə olduqda insanlar günahlarına görə tövbə etməli və yaxşı işlər görməyə çalışmalıdırlar. Çünki, belə xəbərdarlıqların ardıyca təbii fəlakətlər və qəzalar gəlir. Ancaq qazanılan savablar insanı bu cür fəlakətlərdən sıgortalayır (necə ki, Nuh və onun ətrafındakılar sıgortalanmışdılar). Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada baş verən böyük zəlzələlər, təyyarə qəzaları və daşqınlar bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Bu gün biz 6.236 ayədən ibarət olan “Quran”ın hər ayəsini bir gün hesabı ilə yaşayırıq (məsələn, bu gün elm əsrinin 5.712-ci günü olaraq, müqəddəs kitabın 5.712-ci (78:40) ayəsi ilə uzlaşır). Hesablamalarımız göstərir ki, “Quran”ın sonuncu ”“ 6.236-cı ayəsi əsrin 18-ci ilinin yanvar ayının 27-nə düşəcəkdir. Beləliklə, həmin tarixdə bəşər tarixinin bir mərhələsi bitib, yeni bir kamillik dövrü başlayacaqdır. Həmin dövr əməlisalehlərin və cəmiyyətin xeyri üçün çalışan (faydalı) insanların dövrü olacaqdır. Odur ki, hər bir insan yaxşı əməllərinin sayını artırmağa çalışmalıdır. Yuxarıda qeyd etdim ki, bu gün elm əsrinin 5.712-ci günü olmaqla, “Quran”ın “Böyük xəbər” (Xəbərdarlıq) surəsinin sonuncu ”“ 40-cı ayəsi ilə uzlaşır. Ayədə Allah buyurur: “Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş bu əzabı görməmək üçün torpaq olaydım!” ”“ deyəcəkdir”. “Quran”ın 5.712-ci ayəsi, elm əsrinin 5.712-ci günü ”“ 21 avqust 2016-cı il. Qeyd: bəzi fanatik oxucular hesablamalarımıza irad bildirirlər ki, bu məsələləri peyğəmbərlər, imamlar demədikləri halda siz nə cürət edib deyirsiniz, özünüzü onlardan savadlımı bilirsiniz? Onların nəzərinə çatdırııq ki, biz heç də özümüzü onlardan üstün bilmirik. İradınızın cavabını yazının girişində qeyd etdiyim ayədən oxuya bilərsiniz (“Quranda xəbər verilən hər bir hadisənin (qiyamətin, əzabın və s.) müəyyən bir bilinmə vaxtı vardır və siz onu biləcəksiniz”. “Quran”, “Davar” surəsi, 67.) Peyğəmbərlərin və imamların dövründə qiyamətin vaxtı çatmadığından bu barədə onlara xəbər də çatmamışdır. Bizim bu mövzuda xəbər verməyimiz elm və peyğəmbərlik rəmzi olan XXI əsrdə yaşamğağımızla əlaqədardır. Çünkü, Allah-təala Qurani-Kərimdə buyurur ki, biz xəbər göndərməmiş heç bir məmləkətə bəla göndərmərik! Əli bəy Hüseynzadədən din haqqında şok sözlər... “Azərbaycan övliyalarının ensiklopediyası” layihəsi çərçivəsində bugünlərdə Mərdəkandakı Pir Həsən ziyarətgahında oldum. Yeri gəlmişkən, qeyd edim ki, bu pir kompleksində iki qədim türbə mövcuddur. Türbələrdən biri (nisbətən hündürdə olanı) Pir Həsənə, digəri isə, (daha qədimi) Xədicə xanıma məxsusdur. Pir Həsənin türbəsinin üzərindəki ərəbcə kitabəni AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutunun əməkdaşı Məşədixanım Nemətova aşağıdakı kimi tərcümə etmişdir: “Bu mübarək məqbərə ən kamil insanların nümunəvisi Pir Həsənindir. Əzəmətli xaqan Şah Abbas ”“ Allah onun hökmranlığını əbədiləşdirsin ”“ vaxtında Dərviş əl-Hüseyni tikdirmişdir. Min iyirmi birinci il” (1612-1613) Kitabədən göründüyü kimi, günbəz 1612-13-cü illərdə tikilmişdir. Qeyd edim ki, pir kompleksində olan digər günbəz daha qədimdir. Burada VII imam Həzrət Musyi-Kazımın nəvəsi Həzrət Xədicə xanım dəfn olunmuşdur. O, kəramətləri ilə məşhur olan xanım övliyalardandır. Bu həzrətin türbəsi uzun illər qum altında qalmışdır. 1990-cı illərin əvvəllərində bir nəfər mömin şəxsin gördüyü yuxu ilə əlaqədar ərazidə olan qum təmizlənmiş, nəticədə Xədicə xanımın günbəzi və qəbri üzə çıxarılmışdır. Həmin dövrdən burada bir çox çarəsiz xəstələr şəfa tapdığından bu qəbir insanlar tərəfindən müqəddəs tutulmuş və pir kimi ziyarət olunmağa başlanmışdır. Bunu ziyarətgaha qoyulmuş xatirə kitabından da aydın görmək olur. Belə ki, bu kitabda ziyarətçilər başlarına gələn maraqlı əhvalatları qeyd etmişlər. İctimai marağı nəzərə alıb, xatirə kitabında yazılmış bir neçə xatirəni Moderator.az -ın oxucularına təqdim edirəm: “Ağır xəstəlik keçirdiyimdən can üstə olmuşam. Anam bu halımdan qorxmuşdu. Sonra mən xəstəlikdən sağalıb qalxsam da, anam bərk xəstə düşdü. Onda qorxudan həm ürək, həm də şəkər xəstəlikləri yaranmışdı. Bu onu çox qorxudurdu. Bir ay xəstəxana şəraitində yatmasına baxmayaraq, anamda heç bir irəliləyiş hiss olunmurdu. Dünyagörmüş qohumlarımız bizə məsləhət gördülər ki, “Pir Həsən” ziyarətgahına gəlib buradakı müqəddəsləri, o cümlədən Xədicə xanımın məzarını ziyarət edək. Belə də etdik. Bu gün beşinci dəfədir ki, buranı ziyarət edirik. Birinci gün gələndə anam təngnəfəslikdən yeriyə bilmirdi. İkinci gün bir az yüngülləşmə, üçüncü gün daha çox yüngülləşmə hiss olunurdu. Bu gün artıq anam özünü sağlam hiss edir. Biz pirdə dəfn olunanlara Allahdan rəhmət diləyirik. Allah onların xatirinə bura üz tutan çarəsizlərin dərdinə çarə qılsın”. Rzayeva Cəlalə Rauf qızı Bakı şəhəri, Naxçıvan küçəsi 94, mənzil 5. “Qızım Mehparə uşaq dünyaya gətirərkən onda psixi pozğunluq yaranmışdı. Əsəb xəstəxanasında aparılan müalicələr heç bir effekt vermirdi. Gecə ikən onu xəstəxanadan götürüb, xəlvət bu pirə gətirdim. Ziyarət edib gedəndən sonra tamam sağaldı”. Hüseynova Səkinəxanım Mirismayıl qızı Maştağa qəsəbəsi, Axund Mirəbdülxaliq küçəsi, ev 1. 5 may 2002-ci il. “Mən Nadirova Vüsalə Zeynal qızı bu müqəddəs ziyatətgahın daimi zəvvarlarından briyəm. Hələ xəstə olmayana qədər ailə üzvlərimlə piri ziyarətə gəlirdik. 28 oktyabr 2002-ci il tarixdə sübh çağı sudurğa keçirdim, dilim qatlanmışdı. Valideynlərim məni həkimlərə apardılar. Lakin qəbul etdiyim iynə-dərmanların heç bir müsbət təsiri olmurdu. Hər dəfə sudurğa keçirəndə elə zənn edirdim ki, həyatımın sonudur. Nəhayət, valideynlərim məni bu pirə ziyarətə gətirdilər. İki dəfə ziyarət edəndən sora özümdə xeyli yüngüllük hiss etdim və burada niyyət tutdum ki, tam sağalım, üçüncü dəfə ziyarətə piyada gələrəm. Allah niyyətimi qəbul etdi və buradakı müqəddəslər xatirinə mənə şəfa verdi. Əhdimə əməl edib, piyada gəlmişəm”. Nadirova Vüsalə Zeynal qızı Əmircan qəsəbəsi, ev 4, mənzil 53. 17 avqust 2003-cü il. “Mən Şərafət Həsənova Neftçala rayonunun Mirqurbanlı kəndində yaşayıram. Bura ziyarətə gəlməmişdən qabaq uzun müddət müxtəlif xəstəxanalarda yatmışam. Məni qorxudan o idi ki, xəstəliyimin nə olduğunu həkimlər müəyyən edə bilmirdilər. Ağrılar məni çox pis vəziyyətə gətirirdi. Sonra qaynanam məni Bakıya gətirdi. “Pir Həsən” pirinə üç gün dalbadal ziyarətə gəldim. Xanım Xədicənin və Pir Həsənin şərif məzarlarını ziyarət etdim. İndi məndə hər şey yaxşıdır. Ağrılardan qurtulmuşam. Bura üz tutanların hamısına Allahdan şəfa diləyirəm”. Şərafət Həsənova Neftçala rayonunun Mirqurbanlı kənd sakini 13 dekabr 2003-cü il. “Qaynanam Rzayeva İsbəngülü iflic vəziyyətdə “Pir Həsən” ziyarətgahına gətirdim. Həm Seyidin, həm də seyidə Xədicə xanımın qəbirlərini ziyarət etdik. Buna qədər əlimizi hər yerdən üzmüşdük. Xəstədə ağız, burun, çənə tanınmaz hala düşmüşdü, çənə pis şəkildə aşağıya əyilmişdi. Biz bura iki dəfə ziyarətə gələndən sonra Allahın möcüzəsi ilə rastlaşdıq. Pirdə olarkən, bir göz qırpımında sifət düzəlməyə başladı. Biz getmək üçün maşına əyləşəndə xəstə özünə gəlmiş və artıq özünü rahat hiss edirdi. Bundan sonra ailəmiz həmişə pir sahibinə dualar edirik”. Səfərov Xəyyam Nüsrət oğlu Keşlə qəsəbəsi, Moskva prospekti, ev 79. 20 aprel 2004-cü il. “Mən ”“ Türkan qəsəbə sakini Əliyeva Əntiqə Balaəhməd qızı 15 oktyabr 2004-cü il tarixdə süd vəzimdə şiş olduğunu hiss etdim. Həmin gün səhər həkimə gedib, diaqnostik aparata girdim. İki ədəd şabalıd və qoz boyda şiş olduğunu dedilər və əməliyyat etməyi təklif etdilər. Xəstəxanadan çıxıb, birbaşa üz tutdum ziyarətgahlara. Mir Mövsüm ağanı, Mir Sultan ağanı, “Pir Həsən” pirini, Maştağada Seyid İbad ağanı və digər müqəddəs yerləri ziyarət etdim. Üç dəfə bura gəlib, Xədicə xanımın və Pir Hüseynin günbəzlərini ziyarət etdim. Sonralar üç klinikada müayinədən keçdim ki, görüm məndə şiş var, ya yoxdur? Hər üçü təsdiq etdi ki, məndə şiş yoxdur. Mən bu gün ”“ 9 noyabr 2004-cü il tarixdə bura gəlib qurbanımı kəsirəm. Həyat yoldaşım Əliyev Bəyləri də bir il bundan əvvəl ağır vəziyyətdə bu pirə gətirmişdik. Həmin vaxt o da şəfa tapdı. Onun da qurbanın bu gün birlikdə gətirmişik. Qurbanolduqlarımın möcüzəsinə inanırdım, bilirdim ki, sinəmdə olan şiş yox olacaq, onlar məni darda qoymazlar”. Əliyeva Əntiqə Balaəhməd qızı Türkan qəsəbə sakini 9 noyabr 2004-cü il. “Mən Əsədov Dəyanət Əhliman oğlu özüm bilmədiyim xəstəliyə görə Bakıdakı (...) əsəb xəstəxanasında müalicə alırdım. Beynimə müxtəlif fikirlər gəlirdi və mən onu edirdim. Elə bilirdim yaxşı hərəkətdir. Sonradan etdiyimə peşman olurdum. Hərdən sanki ağlımı itirirdim. Bir gün əmim Qubad məni xəstəxanadan qaçırıb “Pir Həsən” ziyarətgahına gətirdi. Burdakı günbəzə girib Allaha yalvardım ki, məni sağaltsın. Şükür Allaha, günbəzdən 200 metr aralanmışdım ki, burnumdan qan açıldı. Ondan sonra həmin xəstəlik məni tərk etdi”. Əsədov Dəyanət 19 dekabr 2008-ci il. “Oğlum Teymur Qarabağ müharibəsində minaya düşəndən sonra yarası sağalsa da, özünü həmişə narahat hiss edirdi ”“ qorxurdu, diksinirdi. Bir gün onu bura ziyarətə gətirdim. Pir Həsənin və Xədicə xanımın qəbirlərini ziyarət etdikdən sonra narahatlığı keçib getdi”.
Paşayev Fazil Mingəçevir şəhərində məskunlaşmış Laçın rayon sakini. AXUND MİRZƏ ƏBU TURAB Mərdəkandakı “Pir Həsən” pir kompleksində dəfn olunan nurlu simalardan biri də Axund Mirzə Əbu Turabdır. O, Bakı şəhərinin İçəri şəhər hissəsində anadan olmuş və fəaliyyəti də əsasən Bakı ilə bağlı olmuşdur. O, dövrünün bütün ictimai və mədəni hadisələrində yaxından iştirak etmişdir. Məsələn, 1905-ci ildən nəşr olunan "Həyat" qəzetinin mühərriləri Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev kimi yazıçı və ictimai xidmətlər sırasında Axund Mirzə Əbu Turabın da imzasına tez-tez rast gəlmək olur. O, təhsilini Mədinədə alaraq, ərəb dilinə mükəmməl yiyələnmişdi. Əmircan məscidində və habelə şəhərin bir çox məscidlərində moizələr oxuyurdu. Öz dövründə ilahiyyat elminin ən görkəmli nümayəndəsi hesab olunurdu. Elmin, maarifin dostu, mövhumatın, dini fanatizmin qatı düşməni idi. Şəbeh çıxarmaq, baş yarmaq, zəncir vurmaq, şaxsey-vaxsey kimi dini adətlərə qarşı çıxaraq, müsəlmanları islamiyyətə dəxli olmayan belə zərərli adətlərdən çəkinməyə çağırırdı - həm minbərdən və həm də mətbuat səhifələrindən. Buna görə də fanatik qara qüvvələr onu sevmirdilər. Onu açıq-açığına hədələyərək, deyirdilər ki, bu axund bizi bidətə çağırır. Axundun öz qızını Tağıyevin qız məktəbinə qoyması onun düşmənlərini daha da qəzəbləndirmişdi. Həyatı bir neçə dəfə təhlükə qarşısında qalmışdı. Belə hallarda o, Mərdəkandakı bağında gizlənirdi. Moizələrində həmişə sünni-şiəçiliyin əleyhinə çıxırdı. İslamda təfriqə salanlarla mübarizədə silahını heç zaman yerə qoymamışdı. Cəmiyyətin mütərəqqi ziyalıları ilə onun arasında bəzən münaqişə və mübahisələr də baş verirdi. Xüsusilə "Həyat" qəzetində dərc edilmiş və sonralar 1907-ci ildə Tiflisdə kitabça şəklində nəşr edilmiş "Bizə hansı elmlər lazımdır?" məqaləsində irəli sürülən məsələlər ətrafında qızğın mübahisələr getmişdir. Söhbət hansı elmlərin vacibliyi barədə idi. Bəzilərinin düşündüyü kimi Əbu Turab elm ədyanla elm əbyanı (dünyəvi elmlə ilahiyyat elmini ”“ müəllif.) heç zaman bir-birinə qarşı qoymamışdı. O, yalnız hansı elmi əvvəlcə öyrənməyin əhəmiyyətindən danışır və özünün bütün mülahizələrini də bunun əsasında qururdu. Axund Əbu Turab ilk növbədə insanın daxili aləminin paklığını, təmizliyini və zənginləşməsini lazım bilirdi. Mənəvi daxili aləmi zənginləşdirmədən dünyəvi elmlərin öyrənilməsi fayda verməz - deyirdi. İnsanda insaniyyəti tərbiyələndirmək üçün onun fikrincə birinci növbədə ilahiyyata yiyələnmək lazımdır. Bu barədə belə yazırdı: "Hikməti təbiini bilməklə insan olmaq olmaz. Hikməti ilahi ilə kamil olmaq insanı insan edər". Söhbət ancaq bu barədə gedirdi. Bəziləri isə Axund Əbu Turabı düzgün başa düşməyərək, belə nəticə çıxarırdılar ki, guya o, dünyəvi elmləri inkar edir, yalnız dini elmlərə, ilahiyyata rəvac verir. Əslində Axund Əbu Turabın məqsəd və məramı hər şeydən əvvəl insanın daxili aləmini zənginləşdirmək idi. Belə olmadıqda onun fikrincə insanın məşğul olduğu təbii elmlər heç bir səmərə verməz: "Bəs lazımdır insan əvvəl dəyanət elmini təhsil edib, sonra sair ülum və maarifə iştiqal etsin". Məlum olduğu kimi, elmlə din arasındakı mübahisəyə hələ qədim zamanlarda Əbu Əli İbn Sina, Fərabi, İbn Rəşad kimi üləmalar da girişmişdi. Axund Mirzə Əbu Turabın məqaləsi ətrafında gedən mübahisələrdə Əli bəy Hüseynzadə bu məsələ ilə əlaqədar çıxış edən Ömər Faiq Nemanzadə və "Molla Nəsrəddin" jurnalından fərqli olaraq, məsələyə daha mötədil və ehtiyatla yanaşırdı. O, yazırdı: "Russo ülum və fənnin ziddinə, əleyhinə idi. Lakin Əbu Turab bu qədər irəli getmir. O, ancaq buyurur ki, ülum və fünun təhsil etməməkdə, onlardan məhrum olmaqda bir zərər yoxdur. Yetər ki, ülum diniyəyə həqq ilə vaqif olaq. Elm və din, ixtilafi din və məzhəb... qorxulu sözlər deyilmi? Lakin heç qorxmayın. Çünki həqiqət halda niza və ixtilaf elm ilə din arasında deyildir. Çünki nə haqq və mubin (aşkar) olan din elmdən qorxar və nə də elmi həqiqət din və məzhəbə düşməndir. İxtilaf bunların arasında deyildir". Əli bəy Hüseynzadə ixtilafı özlərini din bilicisi hesab edən mollalarla din elmindən xəbəri olmayan elm və maarif xadimləri arasında görürdü. Beləliklə söhbət nə dinin və nə də elmin inkarından deyil, onlardan birinin üstünlüyündən gedirdi. Şübhəsiz ki, Axund Mirzə Əbu Turab üstünlüyü dinə verirdi: "Tibb elmində bədənin xəstəliklərinə əlac etmək olar, lakin onunla insanlıq kəsb etmək olmaz". Axund Əbu Turab fəal publisist idi. Hansı mövzuda yazırsa-yazsın, insanları həmişə maarifə və birliyə çağırırdı. Öz dərin biliyi, mərifəti və xeyirxahlığı ilə hamının hörmətini qazanmışdı. H. Z. Tağıyevin ona xüsusi hörmət və ehtiramı vardı. Bu səbəbdən də Tağıyev vəsiyyət etmişdir ki, onu Əbu Turabın ayaq tərəfində dəfn etsinlər (vəsiyyətə əməl edərək milyonçunu Axundun ayaq tərəfində dəfn ediblər). Axund Mirzə Əbu Turabın ölümündən sonra 1914-cü ildə Orucov qardaşlarının nəşriyyatı tərəfindən onun "İslamın təfriqəsi səbəbləri" adlı kitabı nəşr edilmişdir. Bu kitabda islamiyyət içərisindəki təfriqənin əsas səbəbləri geniş izah olunurdu. Axund Mirzə Əbu Turab 1910-cu ildə vəfat etmişdir. Qəbri Mərdəkandakı Pir Həsən ziyarətgahındadır. Qəbri üzərindəki məqbərəni neft milyonçusu Murtuza Muxtarov tikdirmişdir. Paşa Yaqub - tədqiqatçı-yazıçı Mərdəkan ”“ Bakı Qeyd: “Pir Həsən” ziyarətgahı haqda daha geniş məlumatı müəllifin “Xanım övliyalar” kitabından ala bilərsiniz. 1918-ci ildə Azərbaycan əhalisini erməni soyqırımından xilas etmək üçün köməyə gələn Türk ordusunun komandanı Nuru Paşa Zaqatala rayonundakı “Qala düzü” adlanan ərazidə düşərgə salmışdı. Araşdırmalarımız göstərir ki, həmin vaxt rayonun Qımır kənd sakini Məhəmmədov Mustafa Oruc oğlu (1884-1985) Nuru Paşanın yaxın köməkçisi və kəşfiyyat bölüyünün rəhbəri olmuşdur. Bu səbəbdən də Nuru Paşa tez-tez Qımır kəndində qonaq olarmış. Hər dəfə gələndə Mustafanın əmisi və ağsaqqalı Süleymanın (Ona el arasında Pendir Süleyman da deyərlərmiş.) evində qalarmış.
Həmin vaxt Mustafa ilə komandiri arasında baş verən bir əhvalat Nuru Paşanın necə duyumlu və öncəgörücülük qabiliyyətinin olduğunu sübut edir. Belə ki, Mustafa Oruc oğlu ailəsinə baş çəkmək üçün Paşadan icazə istəyir. Lakin, heç gözləmədiyi halda Nuru Paşa öz köməkçisinin xahişini rədd edir. Bir neçə gün bu xahişin israrla təkrar olunduğunu görən Nuru Paşa icazə verməməsinin səbəbini Mustafaya izah etmək məcburiyyətində qalır. Bildirir ki, sən evinizə gedən gün qardaşın öləcək. Bu səbəbdən sənə izn vermirəm. Buna baxmayaraq Mustafanın qəlbinə şiddətli bir darıxma gəlir və o, hərbi düşərgədən qaçaraq, evlərinə gəir. Və evə gəldiyi gün Nuru Paşanın bir neçə gün qabaq xəbər verdiyi kimi, cavan qardaşı qəflətən rəhmətə gedir. Onun hüzür mərasimindən sonra hərbi düşərgəyə qayıdan Mustafanı Nuru Paşa bir daha qəbul etmir (hərbi hissəni icazəsiz tərk etdiyi üçün). Onu da qeyd edim ki, Sovet dönəmində Mustafa Oruc oğlu uzun illər Zaqatalanın Qımır kəndində kolxoz sədri işləmişdir. Paşa Yaqub - tədqiqatçı-yazıçı Zaqatala ”“ Bakı |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |