Cibində CİN gəzdirənlər və daim onun xidmətindən istifadə edənlər cinlərin varlığını danmaq istəyirlər. Günümüzdə bəzi insanlar guya elitar görsənmək üçün özlərini cinlərin varlığına inanmayan kimi göstərməyə çalıırlar. Onlara elə gəlir ki, cinlərin varlığına inanmaq elmə zidd getməkdir və guya cahiliyyat əlamətidir. Daha başa düşmürlər ki, müsair telekommunikasiya sənayesi, mobil telefonlar və teleötürücülər elə cinlərin vrlığına görə mövcuddur. Yəni, Allah cin tayfasını yaratmasaydı bu gün biz mobil telefonlarla dünyanın o başında olan insanı ovcumuzun içinə qoyub, danışa bilməzdik. Təsadüfü deyildir ki, ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar hamısı cin adları daşıyırlar – CİN, Nar, Sim və s. Cibində Cin gəzdirən və hər dəqiqə onun xidmətindən istifadə edən adamın cinin varlığını danması əslində savadsızlıqdan, cahillikdən irəli gəlir... Məşhur “Bir qalanın sirri” filmində “Sim” və “Nar” adlı cinlərdən, onların padşahlarından bəhs edən səhnələri yəqin çoxlarınız izləmisiniz. “Sim” - əlaqə yaradan cinin adıdır; “Nar” isə, od, alov mənasındadır. Qurandan bildiyimiz kimi, Allah cinləri oddan yaratmışdır. Yeri gəlmişkən, Quranda Süleyman Peyğəmbərin həyatından bəhs edən bir epizodda onun cinlərin xidmətindən istifadə etməsi belə təsvir olunub: “Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”” “(Süleyman taxtın daha tez gətirilməsini istədi). Kitabdan (Allahın kitabından, yaxud lövhi-məhfuzdan) bir qədər xəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!”” . Quran, “Qarışqalar” surəsi, 39-40. Cinlər Süleymana gətirdiklərini mobil telefon üzərindən gündə min yol bizə gətirmirlərmi? Dünyanın istənilən nöqtəsində olan adamı bir göz qırpıında qabağımıza (ovcumuzun içinə) qoymurlarmı?! Elə isə, niyə özümüzü “elit” göstərmək üçün bu xidməti danırıq? Elmi-lədun bilicisi olaraq, onu da qeyd etməyi lazım bilirik ki, cinlər əslində fizika elmində dalğa kimi tanınan nəsnədir. Cinlərdə olan dalğaların tezliyi insandakından müqayisəolunmaz dərəcədə yüksək hersdə olduğundan, onların insana görünməsi (elmdə buna halsünasiya, loru dildə qarabasma deyilir) insanın sinir sisteminin pozulması ilə nəticələnir. Bunun bənzərini televiziya dalğalarının biri-birini vurub, ekrandan çıxarmasıdır (güclü dalğa zəif dalğanı sıxışdırıb, özü ekrana hakim olur). Bənzər proses insan beynində də gedə bilir – paralel aləmdə olan məxluqların (cinlərin) ötürdüyü mənfi (neqativ) dalğalar insan beynninə daxil olur və orada sabitliyi pozur. Dalğanın tezliyi (hersi) yüksək olduqda halsünasiya baş verir və insanın sinir sistemi pozulur, ruhi-əsəb (hirs, hers) xəstəlikləri yaranır... Buradan aydın olur ki, Yaradan Quranda “Cinlər” (72) surəsini boşuna göndərməmiş, bu barədə Süleymana verdiyi elmi də təsadüfən verməmişdir. Cinlər Süleymana göstərdiyi xidməti bu və ya digər formada bu gün hər birimizə göstərməkdədirlər. Buna əmin olmağınız üçün, əlinizi cibinizə salıb, “CİN”inizi (yaxud, Simi. Narı) çıxarıb, dərin düşüncəylə (açıq gözlə, bəsirətlə) baxmağınız kifayətdir... “Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mömin bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!”” Quran, 27:15 Söz ardı: dalğalar televiziyaya anten, insan orqanizminə isə, onurğa vasitəsi ilə daxil olur. Maraqlıdır ki, anteninin quruluşu ilə onurğanın (qabırğaların) quruluşu bənzərdir. Paşa Yaqub, Həkim, elmi-lədun bilicisi, 35 kitab müəllifi
0 Comments
Bildiyimiz kimi, bu il avqustun 13-də Məkkədəki (Kəəbə ətrafında) hündür saat qülləsini ildırım vurdu. Elmi-lədun araşdırmalarımız göstərir ki, baş verən hadisə təsadüfü olmayıb, bəşəriyyətə böyük bir xəbərdarlıqdır. Bu yazımızda oxucularımızın diqqətini hadisənin verdiyi mesaja yönəltmək istəyirik.
Bildiyimiz kimi, Günəş tutulması astronomik xəbərdarlıq olaraq qiyamətin əlamətlərindəndir. Kəbədəki saatı ildırım vuranda sonuncu (21 aprel) Günəş tutulmasının 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, bəşəriyyətin diqqətini saatın (qiyamət saatının) yaxınlaşmasına yönəldirdi. Bu ibrətamiz hadisənin 13 rəqəmi altında (ayın 13-də) baş verməsi də təsadüfi deyildir. Şübhəsiz ki, buradakı 13 ədədi bizə bir sıra kodlaşdırılmış mesajlar verir. Bu mesajları anlamaq üçün 13 ədədinin sirlərinə nəzər salaq. Öncə qeyd edək ki, “Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» “Quran,” 13:13 Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. “Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan, kimya elmində də eynilə - 13 rəqəmi altında - büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü (!) elementi Alüminiumdur ki, elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, bu element energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi “Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd fizikada da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü digər atoma ötürməklə boşalır. Beləliklə, 13-də enerjinin axımı başlayır. 13 ədədində olan həyəcan kimya, fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, insanlar arasında bəd xəbərin tez yayılması həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür... Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür). Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 (!) metr olduğunu artıq biologiya elmi qəbul etmişdir... Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda göz yaşı ilə boşaldır. 13 ədədi "Allah" sözünün bənzəridir Araşdırmalarımız göstərir ki, 13 ədədi ərəbcə “Allah” sözünün yazılışına bənzəyir. Belə ki, “1” rəqəmi “Əlif”ə, 3 rəqəmini isə çevirəndə “lam”a bənzəməklə, ərəbcə bu ədəd “Allah” sözünün bənzəridir (bax: Allah sözünün ərəbcə yazılış formasına). Təsadüfi deyildir ki, 13-cü ayə Quranda 88 dəfə keçir (yəni, Quranın cəmi səksən səkkiz surəsində 13-cü ayə var; qalanlarda ayələrin sayı 13-dən azdır). 88-ci surənin adı “Bürüyən”dir ki, burada söhbət Qiyamətdən, qiyamət əzabının aləmi bürüməsindən gedir. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Elmi-lədun hesablamalarımız göstərir ki, avqustun 13-də Məkkədəki saat qülləsini ildırım vurması təsadüfi olmayıb, Allahdan bəşəriyyətə qiyamətin yaxınlaşdığını bildirən böyük bir xəbərdarlıqdır. Hazırda dünyada gedən proseslər (zəlzələlər, qasırğalar, yanğınlar, daşqınlar...) Mikroqiyamətlərdir. Rəbbim Quranda buyurur: Elə bir şəhər olmaz ki, Biz onu qiyamətdən öncə bir dəfə dağıtmayaq. Hazırda gözlərimiz önündə hər gün neçə-neçə şəhərlərin dağılması (yaxud yanması) bunun sübutudur. Hesablamalarımız göstərir ki, hər gün baş verən mikro qiyamətlər son nəticədə makro (sonuncu) qiyamətlə nəticələnəcək. Məkkə saatının ildırımla vurulması da bəşəriyyətə bu xəbəri çatdırırdı. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi Həzrət Ruqəyya xanım Peyğəmbər bağçasının ikinci gülüdür. Həyatı barədə məlumatlar çox azdır. Zeynəbdən 2 yaş balacadır. İlk nişanı Əbu Ləhəbin oğlu Ütbə ilə olmuşdur. Həzrət Məhəmməd əleyhissalam Peyğəmbərliyini bəyan edəndə, Əbu Ləhəb ona qarşı çıxmış və ömrü boyu Peyğəmbərlə mübarizə aparmışdır. Bu səbəbdən oğlundan tələb etmişdir ki, Məhəmmədin qızı ilə nişanını pozsun. Oğlu da Peyğəmbərin qızı ilə nişanını pozub, kafirlərdən birinin qızı ilə evlənmişdir. Qeyd edim ki, “Quran”ın 111-ci surəsi Əbu Ləhəb haqqında nazil olmuş və surədə Əbu Ləhəb lənətlənərək, Peyğəmbərə verdiyi əziyyətə görə əllərinin quruması hökm olunmuşdur. Surə nazil olandan bir qədər sonra, həqiqətən də Əbu Ləhəbin əlləri qurumuşdur. Həzrət Ruqəyya bundan sonra Peyğəmbər Əleyhissəlamın yaxın dostu və silahdaşı Həzrət Osmanla ailə qurmuşdur. Onların nigahından Abdullah adında bir oğlu dünyaya gəlmiş, altı yaşında gözünü xoruz dişləmiş, aldığı bu yaradan vəfat etmişdir. Rəsulullah Həbəşistana hicrət edən Həzrət Osman və qızı Ruqəyyadən bir müddət xəbər ala bilmədi. O, tez-tez yola çıxar, o tərəflərdən gələnlərdən övladlarının xəbərini soruşardı. Qüreyşdən bir qadın Həbəş diyarından gəldi. Rəsuli-Əkrəm qızı və kürəkənini ondan da soruşdu. O da: - Ey Əbul-Qasım, mən onları gördüm - dedi. Allah Rəsulu: - Necədirlər, yaxşıdırlarmı? - deyə soruşdu. Qadın: - Osman Ruqəyyani bir uzunqulağa mindirib aparır, özü də arxasınca gedirdi, - dedi. Həzrət Peyəmbərimiz: - Allah yar və yardımçıları olsun! Şübhəsiz ki, Osman Lut Peyğəmbərdən sonra ailəsi ilə birlikdə Allah üçün hicrət edən ilk insan oldu, - buyurdu. (Ali əl-Müttəqi, XIII, 63). Həzrət Osman çox gözəl bir insan, həyat yoldaşı üçün layiqli bir ər idi. Həzrət Rüqəyya də eyni şəkildə çox gözəl bir xanım idi. Rəsulullah çox sevdiyi Üsamə bin Zeydi uşaq ikən bir qab yeməklə onların evinə göndərmişdi. Kiçik uşaq evə gəldikdə bu iki gözəl insan qarşısında qeyri-ixtiyari bir Həzrət Osmana, bir də Ruqiyyəyə baxmağa başladı. Sonra Peyğəmbərimizin yanına qayıtdı. Allah Rəsulu: - Yanlarına getdinmi? - deyə soruşdu. Üsamə: - Bəli - dedi. Aləmlərin fəxri: - Yaxşı, heç onlardan daha gözəl cütlük gördünmü? - buyurdu. Usamə: - Xeyr, Ya Rəsulallah! - deyə cavab verdi. (Suyuti, Tarixul Xüləfa, s. 150). Həzrət Osman xanımı Ruqəyya ağır xəstə olduğu üçün Peyğəmbərimizin izni ilə Bədr döyüşündə iştirak etməmişdi. Həzrət Ruqəyya ordu Bədirdə olduğu əsnada vəfat etmiş, zəfərin müjdəsi Mədinəyə çatdığı gün torpağa verilmişdi. Feli olaraq Bədrdə iştirak etməməklə birlikdə Həzrət Peyğəmbərimiz Həzrət Osmanı Bədrdə iştirak edənlərdən saydı və qənimətdən ona da pay ayırdı. (İbnul-Əsir, Üsdül-Äžabə, III, 586). Həzrət Ruqiyyə 24 yaşında Mədinədə vəfat etmiş, Baqi qəbiristanlığında dəfn edilmişdir. Ona ALLAHIN salamı və rəhməti olsun! Amin. Dr. Paşa Yaqub, Elmi-lədun bilicisi “Həqiqətən biz sənə Kövsər bəxş etdik! Ona görə də bu nemətlərə şükr edərək Rəbbin üçün namaz qıl və qurban kəs! (Oğlanların vəfat etdiyi zaman sənə sonsuz deyən) düşmənin özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)” Quran, “Kövsər” surəsi. Fəxri-kainat Peyğəmbərimiz Məhəmməd əleyhissalamın (Ona Allahın salamı olsun!) Həzrət Xədicədən Qasım və Abdullah adında iki oğlu, Mariya adlı kənizindən isə, İbrahim adında bir oğlu olsa da, hər üçü körpə yaşında vəfat etmişlər. Odur ki, Peyğəmbərimizin nəsli qızları vasitəsi ilə davam etmişdir. Bunu nəzərə alıb Məhəmməd əleyhissəlamın qızlarının həyatını araşdırmaq qərarına gəldik. Həzrət Peyğəmbərin qızlarını çox sevməsinin və onları yüksək dəyərləndirməsinin o dövrün sosial-mənəvi mühiti üçün böyük önəmi var idi. Qadınların bütün hüquqlardan məhrum olduğu bir zamanda Allah Rəsulunun qızlarına bəslədiyi dərin sayqı və ata sevgisi, onları nümayişkəranə şəkildə yüksək qiymətləndirməsi cəmiyyətin mənəvi-etik dünyagörüşündə əsl inqilab idi. Qeyd edək ki, İslam Peyğəmbərinin Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə adında dörd qızı olub ki, bunların hamısının anaları möminlərin anası Həzrət Xədiceyi Kübradır (Ona Allahın salamı olsun!). Yeri gəlmişkən, Xədicə anamız İslama ilk girən və onu canı və var-dövləti ilə dəstəkləyən ilk şəxsdir. Rəsulullah onun haqqında belə buyurmuşdur: “Zamanının ən xeyirli qadını Məryəm idi. Bu zamanın da ən xeyirli qadını Xədicədir” Peyğəmbərimiz onu vəfatından sonra belə, bütün xanımlarından üstün tutardı. Xədicə anamız həyatda ikən Məhəmməd əleyhissəlam başqa qadınla evlənməmişdir. PEYĞƏMBƏR QIZI ZEYNƏB Həzrət Zeynəb Peyğəmbər bağçasının ilk gülü olmaqla, qızlarının ən böyüyüdür. Hicrətdən iyirmi iki il əvvəl Məkkədə doğulmuşdur. Dayısı oğlu (anası Həzrət Xədicənin qardaşı oğlu) Əbu Asla evlənmişdir. Evlilikləri İslamdan əvvəl olduğundan, İslamın ilk illərində əriylə özü arasında müəyyən problemlər yaşanmışdır. Belə ki, müsəlmanlar Mədinəyə hicrət edərkən, bütpərəst əri Zeynəbi köçməyə qoymadı. Peyğəmbərin kürəkəninin İslamı qəbul etməməsi möminləri nə qədər məyus edirdisə, Məkkə müşriklərini bir o qədər sevindirirdi. Hətta bir dəstə müşrik Əbu Asın yanına gələrək təklif etdilər ki, Məhəmmədin qızını boşamaq şərti ilə ona Məkkə zadəganlarından kimin qızını istəsə, ala bilərlər. Əbu As onları dinlədikdən sonra belə cavab verdi: -Mən belə bir işi görə bilmərəm. Zeynəbi çox sevirəm, onu heç bir qadına dəyişmərəm. Təklifinizi rədd edirəm. Allah Rəsulu bu əhvalatı eşitdikdə kürəkəninin ağlını təqdir etmişdir. Zeynəbin hicrətinə izn verməyən Əbu As Bədr döyüşündə bütpərəstlərin tərəfində vuruşmuş və müsəlmanlara əsir düşmüşdü. Xəbəri alan Zeynəb İslam qanunlarına uyğun olaraq fidyə müqabilində ərini azad etmək üçün Mədinəyə adam göndərdi. Fidyə Allah Rəsulunun önünə qoyulduqda, o, qəmləndi və mübarək gözləri yaşla doldu. Çünki fidyə olaraq göndərilən Həzrəti Xədicənin qızı Zeynəbə evlilik hədiyyəsi olaraq verdiyi gərdənlik idi. Allah Elçisi əshabələrinə dönərək dedi: “Bu fidyəni almaq sizin haqqınızdır, fəqət mən sizdən rica etsəm Əbu Ası fidyə almadan buraxarsınızmı?” Əshab bunu sevərək qəbul etdi və Əbu Ası sərbəst buraxaraq, gərdanlıqla birlikdə Məkkəyə yola saldılar. Rəsul ondan Zeynəbi Mədinəyə göndərmək vədini almağı da unutmadı. Əbu As vədinə əməl edərək Zeynəbi Peyğəmbərin göndərdiyi elçilərə qoşaraq Mədinəyə yola saldı. Fəqət yolda Məkkə müşrikləri Peyğəmbər qızına hücum etdilər. Həbbar adlı bir bütpərəstin zərbəsi ilə dərədən yıxılan Zeynəb bətnində olan körpəsini itirdi (həmçinin bu yıxılmadan aldığı xəsarət bir neçə ildən sonra Zeynəbin ölümünə səbəb olacaqdır). Həzrət Zeynəbin çəkdiyi bu və digər zillətlərə görə Rəsulullah: “O, mənə görə əziyyətlərə məruz qalan ən xeyirli qızımdır”” - buyurmuşdir. (Təbərani, Kəbir, XXII,431- 1051) Zeynəb Mədinədə Peyğəmbər atasının yanında xoşbəxt həyat sürməkdə ikən, hicrətin altıncı ilində Əbu As bir ticarət karvanının başında Mədinə yaxınlığından keçirdi. Bu vaxt İslam ordusu bütpərəstlərin karvanına hücum etdi və bütün malları ələ keçirdi. Bu vaxt Əbu As birtəhər canını qurtararaq Mədinəyə girdi və Zeynəbi taparaq, ondan sığınacaq istədi. Peyğəmbər Əfəndimiz qızının verdiyi amanı qəbul etsə də, ona belə tapşırdı: “Qızım, Allah müsəlman qadınlarının müşrik kişilərlə təmasını qadağan etmişdir. Nigahda da olsan Əbu Asa yaxınlaşma”. Bütün bunlardan sonra Rəsulullah əshablara xitab edərək buyurdu: “Sizlər əl qoyduğunuz malların sahibisiniz. O mallar sizin ən təbii haqqınız olan qənimətlərdir. Ancaq mən rica etsəm öz razılığınızla o malları əvvəlki sahibinə qaytarma comərdliyini göstərərsinizmi?” Onlar hamısı bir ağızdan: “Məmnuniyyətlə” - deyə cavab verdilər və karvan mallarından əllərinə keçən hər şeyi qaytarıb Allah elçisinin önünə qoydular. Əbu Asa mallarıyla birlikdə Məkkəyə dönməkdə sərbəst olduğu bildirildi. Bu anda Əbu As əshaba xitabən dedi: “Sizlər mənim bütün mallarımı gətirib mənə qaytardınız və azad olduğumu bildirdiniz. Artıq rahat gedə bilərəm. Ancaq mən belə etmirəm, hüzurunuzda Kəlmeyi Şəhadət gətirərək müsəlmanlığımı elan edirəm. Bunu az öncə etsəydim, malları almaq üçün bəhanə olduğunu düşünərdiniz”. Bu bəyanat hər kəsi, ən çox da Zeynəbi sevindirdi. Həzrət Peyğəmbər qızını dərhal yanına çağıraraq bu əmri verdi: “Artıq yeni nigah mərasiminə lüzum qalmadan, ərinə təslim ola bilərsən”. Əbu Asın Həzrət Zeynəbə çox böyük bir sevgi və sayğıyla bağlı olduğu bəlli olur. Ayrı qaldıqları illər həmişə Zeynəbi anmış və onun eşq və xatirəsini müqəddəs bir əmanət kimi qorumuşdur. Mənbələr Əbu Asın ticarət yolçuluqlarında xanım Zeynəb üçün həsrət şeirləri tərənnüm etdiyini bildirirlər. Nəhayət, bu təmiz yaradılışlı insan səbrinin və sədaqətinin mükafatını görərək, həm xanımına, həm də İslama qovuşdu. Həzrət Zeynəbin Əbu Asla nigahından Əli adında bir oğlu, Ümamə adlı bir qızı dünyaya gəldi. Əli körpə yaşda vəfat etdi. Ümamə isə, xalası Həzrət Fatimənin vəfatından sonra Həzrət Əli ilə evlənəcək, Əli əleyhissəlamın şəhadətindən sonra isə Əbdülmütəllibin nəvələrindən olan Müğirə ibn Nöfəl ibn Harislə həyatını birləşdirəcəkdir. Müdrik əl-Əzdi belə nəql edir: “Atamla birlikdə (cahiliyyə) həcci edirdim. Minaya gəlib yerləşdikdə bir qrup adam gördüm. Atamdan: - Bu camaat nə üçün toplanıb? ” - deyə soruşdum. Atam: -Qövmünün dinini tərk etmiş olan bir şəxs üçün ” - dedi. Göstərdiyi tərəfə baxdıqda Rəsuli-Əkrəmi gördüm: “Ey insanlar! La ilahə illallah” d eyin, nicat tapın” - deyirdi. İnsanlardan kimi onun üzünə tüpürür, kimi başına torpaq atır, kimi də ona söyüş söyürdü. Günortaya qədər bu vəziyyət davam etdi. O əsnada yaxası açılmış bir qız əlində su dolu qab və dəsmal olduğu halda gəldi. Ağlayırdı. Kainatın fəxri Peyğəmbərimiz qabı alıb sudan içdi, əl-üzünü yudu. Başını qaldırıb: -Əziz qızım, yaxanı başörtünlə ört! Atan haqqında tələ qurulub öldürüləcək və zillətə salınacaq, deyə qorxma! ” - buyurdu. Bunun kim olduğunu soruşdum, “Qızı Zeynəbdir!” - dedilər. (Heysəmi, VI, 21). Həzrət Zeynəb 31 yaşında, hicrətin səkkizinci ilində Mədinədə dünyaya vida etdi. Rəsulullah cənazə namazını qıldıqdan sonra hüznlü və qədərə razı bir halda qəbrə endi. Bir az dayandıqdan sonra çıxdı və: - Zeynəbin zəifliyini düşünərək ona qəbir sıxıntısını və hərarətini xəfiflətməsi üçün Allaha dua etdim. Allah-təala da bu istəyimi qəbul edib qəbir əzabını ona xəfiflətdi” - buyurdu. (İbn Əsir, Üsdül-Äžabə, VII, 131). Dr. Paşa Yaqub Nəbilər əfəndisinin son çiçəyi Həzrət Fatimeyi-Zəhradır. Peyğəmbərimizi əhatə edən insanlar arasında onun öz yeri vardır. Allah elçisinin sevimli qızını “Cənnət xanımlarının Seyidəsi” adlandırması fikrimizi təsdiq edir. Həzrət Fatimə miladi tarixlə 609-cu ildə doğuldu. Ona Fatimə adını verməsinin səbəbini ucalar ucası Həzrəti Peyğəmbərimiz şəxsən belə açıqladı: -Onu sevənləri Allah cəhənnəmindən uzaqlaşdıracağı üçün qızıma Fatimə adını verdim. Həzrət Fatimənin ləqəbi Zəhradır. Mənası “Ağ üzlü” deməkdir. Peyğəmbərimizin xanımlarından biri Həzrət Aişə ögey qızı Fatimə haqqında belə demişdir: -Fatimənin üzü o qədər ağ, o qədər aydındır ki, gecələr onun yanında iynə saplayırdım. Daha sonra: “Allah Rəsulu yanında insanların ən sevimlisi Fatimə və onun əri idi” deyə Aişə anamız bildirmişdi. Onun başqa bir ləqəbi də Betüldür. Mənası “Tayı-bərabəri olmayan” deməkdir. Rəsulullah belə buyurmuşdur: -Fatimə mənim bir parçamdır, onu sevindirən məni sevindirmiş, onu incidən məni incitmiş olar (Buxari, Əshabun-Nəbi, 12, 29). İbn Abbas belə nəql edir: -Peyğəmbərimiz yerə dörd xətt çəkdi və: - Bu xətləri niyə çəkdiyimi bilirsinizmi? ”“ deyə soruşdu. Səhabələr: - Allah və Rəsulu daha yaxşı bilir! ” - dedilər. Bunun müqabilində Peyğəmbərimiz: - Cənnət qadınlarının ən fəzilətliləri Xədicə binti Xuveylid, Fatimə binti Məhəmməd, Məryəm binti İmran, və Firoonun xanımı Asiyə binti Müzahimdir ” - buyurdu. (Əhməd, I, 293) Həzrət Fatimə Həzrət Əli əleyhissəlamla ailə qurdu. Toy günü Rəsulullah Həzrət Əlidən soruşdu: -Ey Əli! Ciyərimi yer üzündə gəzən görsən, nə edərsən? Əli əleyhissəlam: -Bilmirəm, ey Allahın Rəsulu! - deyə çaşqınlıqla cavab verdi. Allah Rəsulu sorduğu sualın cavabını belə açıqladı: - Övladlarımız bizim yer üzərində gəzən ciyərlərimizdir. Fatimə də mənim ciyərimdir. Mənim ciyərimlə necə davranarsansa Fatimə ilə də o cür davran. Həzrət Fatimə hicrətin 11-ci ilində 29 yaşında Mədinədə dünyasını dəyişdi. Məhəmməd əleyhissəlam belə buyurmuşdur: -Səmadan bir mələk enərək mənə salam vermək üçün Allah-təaladan izn istədi. Bu mələk daha əvvəl heç yerə enməmişdir. Mənə Fatimənin cənnətliklərin xanıməfəndisi olduğunu müjdələdi (Hakim, III, 164). Həzrət Fatimənin Həsən, Hüseyn, Muhassin adlı üç oğlu, Ümmügülsüm, Zeynəb, Ruqəyyə adlı üç qızı olmuşdur (qızlarına bacılarının adını qoymuşdu). Həzrət Həsən atası Kufədə şəhid edildikdən sonra müsəlmanların xəlifəsi oldu. Hakimiyyəti 6 ay davam etdi. Müaviyənin hiyləsi ilə zəhərlənərək şəhadətə qovuşdu. Həzrət Hüseyn hicrətin 4-cü ilində doğuldu. Haqqında saysız-hesabsız kitablar, məqalələr yazılan İmam Hüseyn Kərbəla faciəsində Yezid tərəfindən şəhid edildi. Bu Həzrət müsəlmanların əqidə məktəbi, şəhidlik simvoludur. İmam Hüseyn kəramət sahibi olduğundan sağlığında xəstələr şəfa üçün ona müraciət edərlərmi. Mənbələrin bildirdiyinə görə o, hansı xəstənin üzünə üfürərmişsə, xəstə şəfa taparmış. Həzrət Fatimənin oğlu Mühassin çox kiçik yaşlarında vəfat etdi. Həzrət Fatimənin böyük qızı Zeynəbdir. Kərbəla faciəsinin canlı şahidi idi. Zeynəb Qahirədə vəfat edib, orada da dəfn olunmuşdur. Həzrət Ümmügülsüm Həzrət Fatiəmənin ikinci qızıdır. Doğumundan az sonra anası vəfat etdiyindən yetim qaldı. Böyüyəndə xəlifə Həzrət Ömər Xəttab oğlu ilə ailə qurdu. Çox keçmədi ki, xəlifə Ömər şəhid edildi. Bundan sonra Həzrət Əli qızını başqasına ərə verdi. O şəxs də şəhid oldu. Beləliklə, Ümmügülsüm bir neçə dəfə ailə qurdu. Həzrət Fatimənin sonuncu qızı Ruqiyyədir. Ləqəbləri Sittə və Seyidədir. O da bacısı və qardaşı kimi Kərbəla faciəsini yaşayıb. Bu dəhşətli hadisədən çox təsirlənmişdi. Çox gənc yaşda vəfat etdi. Peyğəmbər qızlarının həyatından da göründüyü kimi, Həzrət Ömərlə Həzrət Əli (və onun ailəsi) arasında heç bir döşmənçilik olmamış, əksinə, onlar həm yaxın silahdaş, həm də mehriban qaynata-kürəkən olmuşlar. Neçə əsrlərdir ki, ərəblər və farslar bu tarixi faktları insanlardan gizlədərək, bu Allah dostlarını biri-birlərinə düşmən kimi təqdim etmiş, beləliklə də müsəlmanlar arasına nifaq salmaqla məşğuldurlar. Təssüflər olsun ki, bəzi fanatik həmvətənlərimiz ərəb-fars fitnəsinə uyaraq Allah dostu və Cənnət əhli olan xəlifələr haqqında xoşagəlməz (nalayiq) ifadələr işlədərək günaha batırlar (hissiyyatım mənə deyir ki, bu gün bəzi dindarların zindanlarda əzəb çəkməsinin gerçək səbəbi elə bu cür günahlardır). (ardı var) Dr. Paşa Yaqub Elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq”. (Quran) Bildiyimiz kimi dünən (23 avqustda) Azərbaycanın bir hissəsində 5 bal gücündə zəlzələ baş verdi ki, bu da bütün ölkədə həyəcan və təşvişə səbəb oldu. Elmi-ləddun hesablamalarımız göstərir ki, baş verən hadisə yolun azmış xalqımıza və onun zülm etməkdə həddi aşmış rəhbərlərinə Allahdan növbəti xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1) Xatırladaq ki, bu il aprelin 30-da Goranboyda sel fəlakəti yaşandı. Yayılan videogörüntülərdən göründüyü kimi, sel insanların təsərrüfatlarını və maşınlarını yuyub aparırdı... Dünən həmin hadisəninn 114-cü (!) günü idi ki, bu da Quran rəmzi olmaqla, baş verən zəlzəlnin Allahın elminə bağlandğını və insanlara xəbərdarlıq olduğunu təsdiq edir. 2) Bu ilin 8 yanvarında Sədərək TM-də yanğın baş verəndə bunun Allahdan xəbərdarlıq olması barədə hesablamalar paylaşmışdıq. Maraqlıdır ki, dünən həmin hadisənin 228-ci günü idi ki, bundan da Quranın surələrinin sayını (114) çıxsaq, yenə də Quran rəmzi alınır və hadisənin yolazmışlara xəbərdrlıq olduğunu bir daha təsdiq edir: 228 – 114 = 114 3) Yadınıza salaq ki, 14.02.22 tarixdə Tovuzda yarımstansiya partladığından rayon qaranlığa qərq oldu (həmin vaxt hadisənin hesablamasını paylaşmışdıq). Dünən həmin hadisənin 555-ci günü idi ki, bu da tövbə və cəza rəmzi olmaqla, insanların diqqətini tövbə edib, doğru yola dönməyin vacibliyinə yönəldir... 4) Dünənnki zəlzələ Leridə baş verən torpaq sürüşməsi (30.03.22) ilə də əlaqələnir (həmin tarixdə Nehrəmdə məktəb uçması ölümlə nəticələndi). Belə ki, dünən həmin sürüşmənin (və məktəb uçmasının) 514-cü günüdür ki, bundan da Quran rəmzlərini çıxanda, yenə də surələrin sayı qalır və hadisənin Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 514 – 114 – 286 = 114 NƏTİCƏ: Bu və digər hesablamalarımız (eləcə də elmi-lədun bilgilərimiz) göstərir ki, dünən baş verən zəlzələ yolun azmış (günah törətməkdə həddi aşmış) xalqımıza və onun zalım rəhbərlərinə Allahdan növbəti xəbərdarlıqdır: tövbə edib, düz yola qayıdın! Əks halda yaxın zamanda elə bir güclü bəla gələcək ki, nə xalq, nə də onun zülm etməyi sevən (zülmü xobbiyə çevirən) rəhbərləri canını qurtara bilməyəcək! Dünyanı sahibsiz bilməyin! Aglınızı başınıza yığın və yaxşı-yaxşı fikirləşin. Heç tarixdə baş verənləri (Lut qövmünün, Huh qövmünün, Saleh qövmünün... başına gələnləri) demirəm, elə gözlərinizin önündə bir gecədə Türkiyədə yüz minlərlə insanın zəlzəldən ölməsini, Havay adaları kimi, möhtəşəm kurort şəhərinin bir günə yanıb kül olmasını və s gündəlik dağılan, yanan... şəhərləri gözlriniz önünə gətirin. Nə sizin tikdikləriniz onlardan möhkəm deyil, nə də özünün o xalqlardan güclü deyilsiz ki, Allahın əzabının qarşısını alasınız.... Hesabllamalarımız göstərir ki, yaxın aylarda sonuncu bəla gələcək (ona qədr hələ bir neçə kiçik bəlalar gələcək) və ölkədəki indiki şeytani dövr (zülm, pozğuluq dövrü) bitib, kamillik dövrünə qədəm qoyacağıq. Bildiyim qədər kamillik dövrünə əhalinin tövbə etmiş 29 faizi daxil olacaqdır. Çalışın siz də kamillik dövrünə keçənlərdən olasız. Bunun üçün böyük bəlanı gözləmədən (bəla gələndə insan yuxuda da ola bilər, tövbə etməyə imkan olmaz), tövbə edin. Savab işlər görməyə çalışın. Vəzifəli insanlarla bəhəs etmək (onlar məndən çox günah edirlər demək) lazım deyil. Çünki onların çoxu satanistlərdi və yeritdikləri siyasət sizin əxlaqınızı pozub, bəlalara düçar eləmək, Allahdan uzaqlaşdırmaqdır. Görmürsünüzmü, 18 yaşının tamam olmasına bir neçə ay qalanların toy çadırını dağıtdıqları halda, 13-15 yaşlı qızların parklarda, sosial şəbəkələrin canlı yayınında pozgunluq etmələrinə hər cür şərait yaradılır... Bu, xalqın pozulması üçün yeridilən məqsədyönlü siyasətdir. Çünki, pozgun adamlar ancaq xalq pozğun olduğu halda hakimiyyətdə qala bilirlər (Quran məntiqinə görə tərbiyəli xalqa tərbiyəli rəhbər, pozğun xalqlara da pozgunlar rəhbərlik edər). Çalışın doğru yolda olasınız ki, başınızın üstündə zalımlar otura bilməsin və sizi əzib, sərvətlərinizi talaya bilməsinlər... Bunun üçün heç bir mübarizəyə ehtiyac yoxdur, sadəcə tövbə edib, haqqa təslim olmağınız və haqqın yanında olmağınız kifayətdir. Yarıdan çoxunuz bunu edərsə, Allah bir gecədə sizin haqqınızı bərpa edər (səhər oyananda görərsiniz ki, başınızın üstündəki zalımlardan əsər əlamət yoxdur). Bir sözlə, nəfsinizə qalib gəlməyiniz zülmə qalib gəlməyiniz deməkdir! “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 Xəbərdarlıq mesajını şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Bu gün paylaşdığım statusun şərh bölümündə maraqlı müzakirə oldu. Oradakı suallara yazdığım cavabları hamınızın diqqətinə çatdırmağı lazım bildim.
.... Keçmiş dövrlərdə boşanan, yaxud, dul qalan qadınları üç-dörd aydan sonra mütləq bir qohumu, yaxud bəyəndiyi biriylə nigahlayırdılar ki, indiki kimi pozğunluq olmasın.... İndi tik toka girəndə adama elə gəlir ki, Azərbaycanda arvad qız qalmayıb, "7-dən 77-yə " hamısı soyunub durub kameranın qabağında.... ...Arvadını-qızını tik tokun canlı yayımından yığışdıra bilməyənlər Allahın Peyğəmərinə, səhabələrə lağ edirlər. Öz ayıblarına (sosial şəbəkələrə, küçələrə, dəniz sahillərinə...) baxıb kor olmurlar, yeddinci əsrdə yaşayıb, sümükləri çürümüş adamların gözlərində tük axtarmağa çalışırlar. Daha bilmirlər ki, yeddinci əsrdə yaşayan kişilərin ruhları indikilərin biqeyrətliyinə baxıb, xəcalət çəkirlər... Onlar boşananı, dul qalanı ona görə subay qalmağa qoymurdular ki, qadınlar tək qalıb pis yola düşmək məcburiyyətində qalmasınlar (indiki kimi). Bizdən fərqli olaraq, onlar qanırdılar ki, (ər görmüş) qadının başının üstündə bir kişi olmasa gec tez zina edəcək, onun da bəlasın bütün cəmiyyət çəkəcək. Qəbuluma gələn 35 yaşında, boşanmış bir xanım pasiyentim məndən soruşur ki, tez tez başıma bədbəxt hadisələr gəlir, bundan necə qurtula bilərəm? Dedim nə qədər ki, həyatında 5-6 kişi olacaq, belə olacaqsan, onlardan aldığını dərman-davaya verəcəksən. Yaxşısı budur onların çoxunu ixtisar elə, birini saxla, kəbin kəsdirin, qoy sənin bütün tələbatını bir kişi ödəsin. Deyir nə danışırsan, nə kəbin, qardaşım məni öldürər. Dedim bəs gündə 5-6 kişiylə görüşəndə niyə qardaşının qeyrət damarı tutmur?.... Müşahidələrim onu göstərir ki, bu günümüzdə pula gedənlər ərə getmək istəmirlər. Və yaxud da, boşanmış, dul qadınların istədiyi kişi ilə nigahına icazə verməyəndə həmin qadın gündə istəmədiyi bir kişi ilə görüşür... Əcdadlarımız bizdən ağıllı və qeyrətli olduğundan boşanan, dul qadınların üç (dul qadınlar dörd) aydan artıq subay qalmasına imkan verməyiblər. İndikilər öz aləmlərində guya "qeyrətli" olublar, "mənim bacım ailə qura bilməz"... Ona görə də "bacı"larımızın əlindən tik toka, telqrama...girmək olmur, hamısı lütlənib durublar kameranın qabağında. Qeyrəti olanlar onları görəndə xəcalət çəkirlər (bunlar da bizim millətimizin qız gəlinləridir), qeyrəti olmayanlar (onlara ürək atan, şir atanlar) da yeddinci əsrdə yaşayıb, sümükləri çürümüş Aişənin, Fatimənin.... "qeyrətini" çəkirlər ki, onlar niyə tez ailə qurdular, dul qalanda niyə ərə getdilər? Başa düşmürlər ki, onların ataları, qardaşları sizin kimi peysər olmaq istəmədilər, ona görə bacıların tez verdilər... Millətin pis yola düşüb, əzaba düçar olmasını istəməyən: Paşa Yaqub Bildiyiniz kimi, dünən (13.08.2023) Qusar-Bakı marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Quba rayonu ərazisində qəzaya uğradı. Nəticədə 19 nəfər yaralanaraq, xəstəxanaya yerləşdirildi. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən qəza təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bu qanunauyğun özünü Quran rəmzləri ilə büruzə verməsi onu göstərir ki, hadisə yolunu azmış millətimizə və onun zülm etməkdə həddi aşan rəhbərinə Allah tərəfindən növbəti xəbərdarlıqdır. Bu xəbərdarlığa məhəl qoyulmayacağı təqdirdə daha böyük faciələrin olacağı şəksizdir. Bunu aşağıdakı hesablamalar sübut edir: 1) Xatırladaq ki, bu il aparelin 20-dən 21-nə keçən gecə Günəş tutulması (astronomik xəbərdarlıq) baş verdi. Dünən Qubada avtobus qəzaya uğrayanda həmin astronomik xəbərdarlığın 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənnin Allah tərəfindən xəbərdarlıq olduğunu sübut edir. 2) Yadınıza salaq ki, 13.10.2021 tarixində (ilin 286-cı günü) Bakıda 171 saylı marşrut avtobusu qəzaya uğradı. Dünən həmin qəzanın 669-cu günü idi ki, bundan da Quran rəmzini çıxsaq, tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisənin Allah tərəfindən tövbə edib, doğru yola dönməyimiz üçün bir xəbərdarlıq mesajı olduğunu sübut edir: 669 – 114 = 555 3) Elmi-lədun hesablamalarımız göstərir ki, dünən Qubada baş verən qəza Ələtdə baş verən 164 saylı marşrut avtobusunun qəzası (29.10.22) ilə əlaqələnir (həmin qəzada 23 nəfər yaralandı). Belə ki, bu analoji hadsələr arasında 286 (!) gün fərq vardır. Bildiyimiz kimi, 286 ədədi orjinal (Kəbədə saxlanan) Quranın səhifəlrinin sayı olmaqla, Yaradanın kodlaşdırılmış möhürü olaraq, bütün bu kimi hadisəlrin üzərinə “vurulur”... 4) 6 fevral 2022-ci il tarixdə Xocavənddə yol çəkənləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər yaralandı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Qusardan gələn avtobus qəzaya uğrayanda Xocavənddə baş verən qəzanın 555-ci günü idi. Tövbə və cəza rəmzi olan 555 ədədi ilə Yaradan bizlərə tövbə edib, günahlara son qoymaq üçün mesaj verir. Əks halda xalqımız və ona rəhbərlik edən zalımlar daha böyük qəzalarla üz-üzə qala bilərlər... 5) Sual yaranır: xəbərdarlıq hadisəsinin Qubada baş verilməsi təsdüfdürmü? Quran məntiqinə görə həyatda təsadüf yoxdur. İndiyədək şərh etdiyimiz bütün hadisəlrdə qəzanın baş verdiyi rayonun seriyası mühüm faktor kimi qabarıq görünüb. Bu hadisənin də məhz Qubada baş verməsi onun seriyası (40) ilə əlaqədardır. Belə ki, avtobus qəzası baş verəndə Azərbaycanı silkələyən 5,7 bal zəlzlənin (4 iyul) 40-cı günü idi ki, bu da Qubanın rəmzidir. “De: Bizim qarşımıza çıxara biləcək bir elminiz varmı?” (Quran) Nəticə: Göründüyü kimi, Allah hər bir şeyi elmlə ehtiva etmişdir. Onunun verdiyi kodlaşdırılmış mesajlar da böyük bir elmə, qanunauyğunluğa, riyazi dəqiqliyə tabedir. Qusar-Bakı avtobusunun qəzaya uğraması və 19 nəfərin xəsarət alması da yolun azmış, günah törətməkd həddi aşmış xalqımıza və onun zalım, Dəccal xaiyyətli rəhbərlərinə xəbərdarlıqdır: tövbə edib, doğru yola dönün! Biri-birinizə zülm etməkdən, əziyyət verməkdən çəkinin! Əks halda qarşıda sizi daha böyük və ağlasığmaz bəlalar gözləyir! Görmürsünüzmü, sağınızda, solunuzda böyük-böyük şəhərlərin bəzilərini Allah zəlzələ ilə, bəzilərini yanğınla, diərlrini daşqınla... xarabalığa çevirir. Halbu ki, o xalqlar sizdən daha irəlidə, dövlətləri sizinkindən daha güclü idi. Allahdan gələn bəlanın qarşısını onlar ala bilmdiyi halda sizmi alacaqsınız? Odur ki, pulunuza, varınıza, hakimiyyətinizə, tabeliyinizdə olan qoşunlara güvənib xalqa zülm etməkdən əl çəkin! Ağlınızı başınıza yığın və vaxt itirmədən tövbə edərək doğru yola dönün! Sonra gec olacaq! Günlər sayılır...! Xəbərdarlıq mesajını şərh etdi: Dr. Paşa Yaqub Elmi-lədun bilicisi VII əsrə qədər İran adlanan ərazidə insanlar xürrəmidin dininə sitayiş edirdilər. Günəşi Allah bilən bu din cahiliyyət dövründə olduğu kimi, şərabı, donuz ətini halal hesab edir, insanın öz ana-bacısı ilə evlənməsinə normal baxırdı.... Nəhayət, xəlifə Həzrət Ömər öz dövründə İranı fəth etdi və burada İslam dinini qəbul etdirdi (bu hücumla Sasanilər dövləti dağıldı). O vaxtdan bəri İran özünü İslam dövləti adlandırır və İslam qanunlarını pozanlara qarşı qanunvericilikdə ağır cəzalar nəzərdə tutulur... Lakin, iranın dini cameəsində bir çox paradokslar nəzərə çarpmaqdadır. Məsələn, özünü müsəlman hesab edənlər əgər bu dini sevirlərsə və özlərini İslamda rahat hesab edirlərsə, ilk növbədə bu dini ölkələrinə gətirənə (Xəlifə Ömərə) rəhmət oxumalıdırlar. Amma, biz bunu görmürük. Əksinə, İranın bütün məscidlərində (Azərbaycanın da bəzi məscidlərində) Həzrət Ömərə lənətlər (?) Oxuyurlar... Cahiliyyət qanunlarını təbliğ edən və İslam dininin yayılmasına qarşı mübarizə aparan Babəki isə, milli qəhrəman (?) kimi qəbul edib, hər il onu yad edirlər. İranın dini liderlərinin başındakı əmmamə və əyinlərindəki cübbə Ömərin dininə aid olsa da, hərəkətləri və davranışları cahiliyyət dövründəki xürrəmidin dininə uyğun gəlir... Beləliklə, onların dilləri islamla, qəlbləri cahiliyyatladır. Bu səbəbdən də İranda haqqın istəyəni, zülmə etiraz edəni dar ağacından asırlar. Hər gün neçə-neçə gəncin həyatına dar ağacında son qoyulsa da, indiyədək bir mollanın (Quranı, dini təbliğ edənin) bu zülmə etiraz etdiyi görünməyib... Bütün bunlar onu göstərir ki, İslam dini iran mollalarının ancaq libaslarında görünür; qəlblərində, əqidələrində isə, bu dindən əsər-əlamət yoxdur. İranda hər ilin qırx günü İmam Hüseynin matəmi saxlanılsa da, Həzrət Hüseyn əqidəsində olan (zülmə, haqsızlığa qarşı qiyam edən) "dindara" rast gəlmək mümkün deyil. Əksinə, görünən odur ki, onlar əməldə Yezidin etdiyini edirlər (haqsızlığa qarşı çıxanı dar ağacından asırlar). Quranı oxuyan hər kəsə məlumdur ki, burada Yaradanımız İslam dinini parçalayanları (təriqətlərə bölənləri) lənətləyir və cəhənnəm vəəd edir. Buna baxmayaraq İranın yüksək (və aşağı) rütbəli bütün mollaları özlərini "şiyyə" adlandırmaqla, çıxışlarında "ey şiyyələr" deyə xitab etməklə, İslamda olmadıqlarını təsdiq edirlər və onlara inananları da öz arxalarınca cəhənnəmə sürükləyirlər (halbuki, "ey müsəlmanlar", "ey dindarlar" da deyə bilərdilər). İranda və Azərbaycanda "dindar"ların ən çox işlətdikləri ifadələrdən biri də "şiyyə alimi" ifadəsidir. Qeyd edək ki, bu ifadə dini parçaladığına görə kökündən yanlış və Quranın əleyhinə gedən bir ifadədir. Bu cür alimlərə "şiyyə alimi" demək olar, amma, İslam alimi qətiyyən demək olmaz. Çünki, o şəxs əgər alim olsaydı bilərdi ki, alimin şiyyəsi, sünnisi olmur və dini parçalayan cəhənnəmlikdir... Bir məqamı da qeyd edək ki, Azərbaycanda İranı tənqid edən bəzi millətçi dindarlarların stolunun üstünə baxsanız İran "alim"lərinin yazdıqları kitabları görərsiniz. Aydın olur ki, iranlılar öz çürük ideologiyaları ilə bir çox həmvətənlərimizin (o cümlədən iranı tənqid edənlərin) beyinlərini zəhərləyiblər. Bu səbəbdən onlar da Qurana zidd gedərək, min il qabaq dünyasını dəyişmiş şəxsin (Həzrət Mehdinin) gəlib onları xilas edəcəyini təbliğ edirlər. Halbuki, Yaradan Quranda belə buyurur: "Ya Məhəmməd, sən öləcəksən, səndən sonra gələnlər dirimi qalacaqlar?". Yəni, Kainatın fəxri Məhəmməd əleyhissalama bu konuda güzəşt olunmursa, kimə güzəşt oluna bilər?! Quranda ölülərin ancaq qiyamət günü diriləcəyi təsbit edilmişdir (Yaradanın qanunları qarşısında hamı bərabərdir. Bunun əksi ədalətsizlik olardı). Bu əsassız, Qurana zidd ideyanı iranın başbilənləri öz hakimiyyətlərini qorumaq üçün dövriyyəyə buraxmışlar (onlar deyirlər ki, biz hakimiyyəti ancaq İmam Mehdiyə təhvil verə bilərik). Yaradan Öz kitabında (Quranda) xilas yolu kimi ancaq tövbə qapısını göstərir. Yəni, Allah ancaq tövbə edənləri xilas edəcək. İran mollaları əgər həqiqətən mömin olsaydılar insanları tövbə etməyə dəvət edərdilər və özləri də buna nümunə olardılar (özü tövbə etməyən heç vaxt başqasını tövbəyə dəvət edə bilməz). Yoxsa siz düşünürsünüz ki, bacardığınız bütün günahları (oxu: qələtləri) edib, gözünüzün içinə qədər zibilə batacaqsınız, sonra da ayağınızı ayağınızın üstünə qoyacaqsınız ki, İmam Mehdi gəlib bizi bu bataqlıqdan (zibillikdən) xilas etsin? (Özünüzə nökər axtarırsızmı?) Bu mümkün olan iş deyil! Bəşər tarixində bunun analoqu yoxdur! Nuh qövmünü, Lüt qövmünü, Saleh qövmünü, Musa qövmünü... Peyğəmbərləri xilas etdimi? Xeyr! O peyğəmbərlər xilas edə bilsəydi öz övladlarını, xilas edərdilər! Onları Allah xilas elədi və ancaq tövbə edənləri xilas elədi. Həmin peyğəmbərlərin övladları tövbə etmədiyinə görə əzaba düçar oldular. Bunu dərk edənlər heç bir ölünün diriləcəyini gözləmədən tövbə edib, doğru yola dönməlidir ki, dünyanı bürüyən bəlalardan və Dəccalın zülmündən Allah bizi xilas etsin. Görmürsünüzmü min ildi təbliğ olunmasına baxmayaraq heç bir ölünün dirilməsindən əsər-əlamət yoxdur (nə də olmayacaq), amma, Nuh dövründə, Lüt... dövründə gələn bəlalar ard-arda hər gün gözlərimiz önündə baş verməkdədir. Sağımızda, solumuzda gündə bir ölkə dağılır və minlərlə insan məhv olur... Bundan ibrət alıb tövbə etməli deyilikmi? Yoxsa İran mollalarının fitnəsinə uyub, tövbə etmək əvəzinə kiminsə dirilməsini gözləməliyik? Bəlkə Allahla müqavilə bağlamısınız ki, İmam dirilməyənə qədər burada zəlzələ olmayacaq? Söz ardı: bütün peyğəmbərlərə və imamlara Salam olsun! Yaşadığım dövrdə onlardan hansı biri dirilsəydi hamıdan öncə onun əlini mən öpərdim və xidmətində durardım. Amma bilirəm ki, bu mümkünsüzdür. Odur ki, günahlarıma görə (30 il öncə) tövbə etdim. Tövbə etdim ki, gələn bəlalardan Allah məni qorusun və o dünyada İmam Mehdi Əleyhissalama, İsa Ruhullaha xidmət etmək bəlkə mənə də nəsib oldu. Sizlərə də bunu tövsiyyə edirəm. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi İzləyicilərimə məlumdur ki, İslama, tarixi şəxsiyyətlərə baxışım başqalarından tam fərqlidir. Məsələn, VII əsrə baxışda çoxları "yadelli ərəblərin işğalı" ifadəsini işlədirlər. Qəribədir ki, İslamı işğal hesab edənlərin çoxusu Məhəmməd əleyhissalama, həzrət Əliyə, övliyalara ehtiramla yanaşırlar. Bu da paradoksdur... Mənə görə yeddinci əsrdə ərəbistandan gələn Allah dostları (Peyğəmbərin davamçıları) Azərbaycana gözəl bir İslam əxlaqı, mənəviyyat, namus, qeyrət gətirdilər.... Bu əqidəni yurdumuza gətirən Allah dostlarından Üveys əl-Qərani, Həsən Bəsri və digərləri haqqında zaman-zaman məqalələr, kitablar yazmışam. Onların gətirdikləri dinə ciddi əməl etdiyinə görə bu xalq min illər boyu qeyrətli xalq kimi tanınıb; içərsindən övliyalar, Seyidlər, kəramət sahibləri yetişiblər.... ... Lakin, XVII əsrdən sonra ingilislər İslam ölkələrinə nüfuz etməyə başladılar və müxtəlif cərəyanlar, məzhəblər....yaradaraq, bunların vasitəsi ilə müsəlmanları gerçək dindən sapdırmağa başladılar.... Bundan sonrakı əsrlərdə ərəblər yenidən vəhşiləşməyə başladılar. Artıq, Bakıya gələn ərəblərin pozğun hərəkətlərini (onların etdiklərini Azərbaycanda heç alkaş, narkoman özünə sığışdırıb eləmir) siz hamınız görmüsünüz və vəhşi hesab edirsiniz (idi Azərbaycanda ərəbləri ancaq fahişələr və geylər sevirlər). Yəni, indi Azərbaycana gələn ərəblərlə yeddinci əsrdə gələnlər arasında böyük fərq var və onlar əks qütblərdədirlər. Bu səbəbdən məndə yeddinci əsrdə gələnlərə sevgi, indi gələnlərə isə, nifrət var. İnanmıram ki, ərəb ölkələrində hazırda dini və dövlət camiyəsində bir dənə müsəlman tapılsın (düzgünün Allah bilər). Amma, təssüf ki, Azərbaycanın bəzi məscidlərində ərəb şeyxlərinə hələ də inananlar və onların kitablarını oxuyanlar var (görəsən ərəblər daha hansı vəhşilikləri etməlidirlər ki, Azərbaycanın məscidə gedənləri onlardan imtina etsinlər?) Onlar deyəcəklər ki, bəs biz dini bilgiləri hansı mənbələrdən alaq? Əzizlərim, sizə Allah lazımdırsa, Ona yaxınlaşmaq lazımdırsa Qurana üz tutun; buradan istədiyiniz bilgini alıb, mənəviyyatınızı saflaşdırıb, islah olacaqsınız (ötən yazılarımda qeyd etdiyim kimi, Quranın ilk ayələrini oxuyub əməl etdikcə (!) növbəti ayələri tam dərk edəcəksən və sənə heç bir ərəbin kitabı, sözü lazım olmayacaq. Qurana əməl etməyəcəksənsə nə namaza, nə də ərəbin kitabına boşuna vaxt sərf etmə). Bir sözlə, Allaha səmimi qəlblə yaxınlaşmaq istəyənlərə Quran yetərlidir. Özləri islah olmayan bir xalq (indiki ərəblər) sizi necə islah edə bilərlər?! Sözardı: farslar haqqında fikirlərim növbəti yazımda. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi El arasında gülləbatmaz deyilən bir dua növü var ki, onu düzgün yazanda insan düşməndən qoruna bilir... İnsanı həm Allah, həm də şeytan mühafizə edə bilir (İnsanların bu barədə bilgisi azdır). Şeytanın mühafizə etdiyi adamlara adi insanlar toxuna bilmirlər (gücləri çatmır). Onlara ancaq Allahdan elm öyrədilmiş adamlar qalib gələ bilərlər. Babək də şeytan tərəfindən qoruma altında olduğundan onu dəmir kəsmirdi. Həmdə falçılara, cadugərlərə öyrətdiyini şeytan Babəkə də öyrətmişdi. Bu səbəbdən dövrünün adamları onun peyğəmbər olduğuna inanırdılar (qılınc onu kəsmədiyinə görə). Seyid Battala Peyğəmbərimiz yuxuda bəzi sirlər öyrətdi; dedi Babəki mühafizə edən şeytanı Quranın bu ayəsi ilə qova bilərsən:"La hövlə və la Qüvvətən İllah, Billah il Aliyul Azim". (Qüvvət, qüdrət və hakimiyyət Allaha məxsusdur). Seyid Battal bu duadan istifadə etdikdən sonra Babəkin ətrafından şeytan çəkildi və mühafizəsiz qaldı. Babəkin məğlub olmasının sirri bu idi. Yaxşı olar ki, elm verilməmiş adamlar bu mövzuda mənimlə mübahisə etməsinlər. Bu günümüzdə Babək kimi şeytanla əlaqəli insanlar itətökdür. Kəndlərdə, rayonlarda, şəhərlərdə onlarla, yüzlərlə, minlərlə baxıcı, falçı, cadugər adlanan məxluqlar var ki, şeytan onlara bəzi sirlər (bəd dualar) öyrədib. Onlar karta, kofeyə, şama, mis kasadakı suya, təsbehə, hansısa əşyaya....baxmaqla, insan haqda bir çox informasiyaları deyə bilirlər (əslində həmin informasiyaları şeytan onların qulağına pıçıldayir, onlar da müştəriyə deyirlər). Bu cür şeytani qüvvəsi olanlar istədikləri ailəni rahatlıqla dağıda, istədikləri adamı ağır xəstəliklərə (miqren, onurğa yırtığı, xərçəng, parkinson, dağınıq skleroz, sonsuzluq, depressiya, arteroz , osteoparez, şizofreniya və s) sala bilirlər. İş təcrübəmdə onların yaratdığı xəstəliklər və uğursuzluqlarla hər gün qarşılaşıram və Allahın verdiyi elmin, eləcə də "La hövlə və la Qüvvətən İllah, Billah il Aliyul Azim" ayəsinin hikmətiylə xəstəlikləri sağaldır, uğursuzluqları aradan qaldırıram. Qəbulumda olan pasiyentlər, haqqımda yazılan məqalələr və kitablar bunu təsdiq edir. Yeri gəlmişkən, şeytanın öyrətdiyi adamlardan (falçı, cadugər, ekstrasens, mediuma və s) qəbuluma gələnlər olur. Ancaq onlar bir dəfədən artıq gəlmirlər. Çünkü, görürlər ki, mənimlə üz-üzə olanda şeytan onlardan uzaqlaşır və gücsüzləşirlər. Hazırki dövrdə şeytanla ittifaqa girib yüksək vəzifə tutanlar da çoxdur. Onlar Məkkəyə gedəndə Allaha deyil, şeytana qurban kəsirlər (indi bəziləri həccə ona görə gedirlər ki, orda şeytana qurban kəssinlər). Bu cür yüksək vəzifəli adamlar da mənimlə üz-üzə gəlməkdən, toqquşmaqdan çəkinirlər.... Hazırda Bakıda şeytan rəsmlərinin, onların simvollarının çoxalması buranın Şeytanın tam nəzarətində olmasını göstərir... Amma, Allaha inananlar narahat olmasınlar, artıq şeytani dövr bitmək üzrədir və onunla ittifaqda olaraq hakimiyyət edənlərin ömrünə lap az qalıb.... Dr. Paşa Yaqub Elmi-lədun bilicisi Fransada dərc olunan “Bedi Kartliza” jurnalının 41-42-ci sayında Azərbaycan tarixinə işıq salan sanballı bir tədqiqat əsəri yer alıb. Əsərin müəllifi Strasburq universitetinin professoru İren Melikoffdur. IX əsrin əvvəllərində Azərbaycanda baş vermiş Babək hərəkatını geniş tədqiq etmiş fransız şərqşünas alimi eyni zamanda Azərbaycan xalqının həmin dövrdəki siyasi həyatı, qonşu ölkə və xalqlarla münasibətləri haqda da dəyərli elmi məlumat toplayıb. Fransız mətbuatında dərc olunmuş belə bir əsərin azərbaycanlı oxucuda ciddi maraq doğuracağını nəzərə alaraq, onun fransızcadan tərcüməsinin bəzi məqamlarını oxuculara təqdim edirik.
“TÜRK-QAFQAZ QEYDLƏRİ: BABƏK XÜRRƏMİ VƏ SEYYİD BATTAL” IX əsrin birinci yarısında müxtəlif dinlərin yayılmış olduğu Azərbaycan torpağında çox güclü bir hərəkat – Babək Xürrəminin üsyanı baş verdi. Əlçatmaz bir yerdə, özünün Bəzz qalasında möhkəmlənmiş, Azərbaycan və Ermənistan kəndlilərinin dostluğuna arxalanan, Məmun və Mötəsim kimi güclü xəlifələrin qoşunlarını məğlub edən Babək Xürrəmidin dinini təbliğ edirdi... ... Hələ öz dövründə qeyri-adi adam kimi dillərə düşmüş Babək sonrakı dövrlərdə şər qüvvə ilə ittifaqda olan möcüzəli bir şəxsiyyət kimi qələmə verilib. Mənbələrdən bizə məlumdur ki, Babək üsyanı və Babəkin Afşin tərəfindən həbs olunmasını nəql edən çoxlu əlyazmalar olub. Ancaq itmiş əlyazmalardan birinin müəllifinin Vakid b. Amar at-Tamaninin adı bizə gəlib çatıb. Onun “Ahbar-i Babək” əsəri İbn an-Nadim və Makdisinin əsərlərinin mövzu mənbəyidir. Həmin əsər tarixi hadisələrdən götürülmüş olmuş əhvalatlardan ibarətdir. “Ahbar-i Babək” əsərinin yazılma tarixi bizə məlum deyil, amma, bir halda ki, Makdisi öz əsərini Babəkin ölümündən yüz iyirmi il sonra, İbn an-Nadim isə Makdisidən iyirmi il sonra yazıb, belə bir fikrə gəlmək olar ki, Vakid öz əsərini Babəkin ölümündən sonrakı yüzillik ərzində tərtib edib. O, Babəki sadə bir ailənin övladı kimi tanıdır. Babəkin uşaq vaxtı və ilk dini fəaliyyət illəri haqda bəzi məlumata ancaq burada rast gəlmək olur. Əsərdə Babəkin Şeytanla görüşü və onunla ittifaqa girməsi təsvir olunur. Amma, bizim əfsanələrdə könüllü və bilə-bilə şər qüvvə ilə ittifaqa girmiş doktor Faust və keşiş Teofildən fərqli olaraq Babək aldanaraq şeytanla ittifaqa girmişdi. Şeytan ona müqəddəs mələk şəklində görünmüş və ölənə qədər Babək öz himayədarının əsl sifətinə bələd ola bilməmişdir. Şər qüvvənin lazımi adamları yoldan çıxarmaq üçün məlakə sifətinə girməsi geniş yayılmış bir mövzudur. Lakin əsərdəki əfsanəvi möcüzə onun tarixi əsasını yoxa çıxarmır. Babək dastanı kitabında oxuduğumuz əhvalatlara Makdisi, İbn an-Nadim, Təbəri, Məsudinin hekayətlərində rast gəlirik. Əvvəlki iki mənbədə Babəkin çobanlıq etdiyi uşaqlıq dövründən başlayaraq, vəd olunmuş mükafata uymuş dostu Səhl ibn Sumbatın xəyanət edərək Babəki Afşinə satması, onun zindanda ölümünə qədər bütün əhvalatlar təhlil olunub... ... İbn ən-Nadimin yazdığına görə Babəkin mənsub olduğu dini qrupun adı əvvəlcə Babəkin ustadı Cavidanın adı ilə Xürrəmiyyə Cavidaniyyə adlandırılıb. Cavidan öldükdən və onun ruhu şagirdinə keçdikdən sonra həmin dini qrupa Xürrəmiyyə - Babəkiyyə adı verilib. Bu dini qrup varlığın ilahiləşməsi və ruhun bədəndən-bədənə keçməsi ideyasını təbliğ edirdi. Bizə belə bir cəhət də məlumdur ki, onların yığıncaqları zamanı şərab içilir, musiqi mühüm rol oynayır, ritual rəqslər ifa edilirdi. Vakidin yazdığına görə Babəkin 18 yaşı olanda Cavidan onu işə götürür. Çox keçmədən Cavidan öz düşmənləri tərəfindən öldürülür. Onun arvadı isə bildirir ki, ölüm qabağı Cavidan deyibmiş ki, onun ruhu Babəkin bədəninə keçəcək və bundan sonra Xürrəmidinlər qələbələr qazanacaqlar. Beləliklə, Babək dinin başına keçərək, Cavidanın arvadı ilə evləndi. Dağlar başında möhkəm bir qalada məskən salmış Babək ərəf xilafətinin onun üzərinə göndərdiyi bütün qoşunlara sirli, möcüzəli şəkildə qalib gəlirdi. Bu qalibiyyət iyirmi il davam etdi. Babəkin az bir dəstə ilə böyük ərəb qoşunlarına qələbə çalmasının sirri haqda mənbələrdə maraqlı məlumatlar yer alır. Babək dastanının indi təqdim edəcəyimiz təhlili isə, Paris milli kitabxanasının əlyazması: 1504-cü ildə üzü köçürülmüş “Qədim Türk fondu - 318”, sonra tamamlanmış və 1609-cu ildə üzü köçürülmüş “Qədim Türk fondu - 339” kimi mənbələr əsasında tərtib edilmişdir. Seyyid Battal (Afşin) Xəlifə Məmunun ölümü və Mötəsimin taxta çıxması xəbərini alır. Həm də eşidir ki, bir nəfər ərəb xilafətini hədə altına alıb və özünü də peyğəmbər adlandırır. Bu adam Xürrəm Keşiş ləqəbi qazanmış Babəkdir. O möcüzəli bir adamdır: bədəni silah yarası götürmür (dəmir onu kəsmir), özü adamların fikrini oxuya bilir, gələcəyi görür, yer altında gizlədilmiş xəzinələri tapa bilir. Onun sitayiş etdiyi din şərab içməyə, donuz əti yeməyə, yaxın qohumla (ana, bacı) evlənməyə icazə verir. O indiyə qədər məğlubiyyət görməmiş, çoxlu qalalar ələ keçirmiş, Təbriz əyalətini talan etmiş, bütün İranı öz dininə tabe etmiş, Suriya üzərinə iki dəfə hücum çəkmişdir... Bu xəbərdən narahat olmuş Afşin (Seyyid Battal) Babəkin mənşəcə kim olması ilə maraqlanıb və belə cavab alıb: “Onun atası bir az əliəyrilik edən tacir imiş. Xəlifə onu öz ərazisindən qovmuş, tacir Təbriz yaxınlığındakı bir kəndə köçmüş, burada kənd sahibinin təkgöz xidmətçisi ilə evlənmişdir. Yeddi yaşında atadan yetim qalmış Babək işləməyə başlamış, kəndin sürüsünü otarmışdır. Sonra o təbrizli Memlan ilə tanış olmuş, ondan şərab içmək və başqa hər cür pis adətlər öyrənmişdir. Sonra Babək Memlamı öldürmüş, başına yüzə qədər adam toplamış və qarətçiliyə başlamışdır”. Bu faktlar Makdisi və İbn an Nadimin əsərlərində də eynidir və Vakidin “Ahbar-i Babək” kitabından götürülüb. Əsərdə daha sonra yazılır: “Bir gün Babək naməlum bir qocanın ona tərəf gəldiyini görür və onun kim olduğunu soruşur. Qoca cavab verir: “Mən Cəbrayılam, sənə şad bir xəbər verməyə gəlmişəm: sən peyğəmbər olursan və indi mən sənə öz dininin əsas qanunlarını öyrədəcəyəm. Əgər mənə itaət etsən bütün dünyanın hökmranlığı sənin olacaq”. Babək soruşur: ”Mən necə peyğəmbər ola bilərəm axı, peyğəmbərlər möcüzə göstərir, mən ki, bir möcüzə göstərə bilmirəm?” Qoca ona cavab verir: “Səni nə dəmir kəsə biləcək, nə də od yandıracaq. Mən sənə yeraltı xəzinələrin tapılma sirrini öyrədəcəyəm və bunun sayəsində öz ətrafına çoxlu adam toplaya biləcəksən”. Babək şər qüvvəyə inanır, öz tərəfdarlarının sayını artırır və az vaxtda şöhrəti dünyanın hər tərəfinə yayılır. Xəlifə onun yanına Esed-i Kufi adlı bir elçi göndərir. Babək onu öz tərəfinə keçirir və özünə vəzir təyin edir. Xəlifə onun üzərinə Türk Hoqtayın başçılıq etdiyi iyirmi minlik qoşun göndərir. Babək silah götürmədən Hoqtayın qarşısına çıxır və bədənini onun qılınc zərbələri qarşısına verir. Hoqtay və onun iyirmi minlik qoşunu Babəkin “peyğəmbərliyinə” inanır və onun tərəfinə keçir. İndi yüz minlik qoşunla Babək Bağdada tərəf hərəkət edir və Xəlifə qaçır”. Bu xəbəri eşidən Seyyid Battal (Afşin) öz şəhəri Meliteni tərk edib Bağdada tərəf gedir. O, üsyançı qoşuna hücum edir və təkbaşına yüz adam öldürür. Onda Babək döyüş meydanına girir. Battal görür ki, onun üzərinə ucaboy, gözəl görkəmli bir kəbr gəlir. Bu adamın qaraşın sifətinə mavi gözləri işıq saçırdı; üzündə xoşagəlməz bir cəhət duyulsa da özü yaraşıqlı və güclü idi. O belə deyir: “Battal, bu günahsızları niyə qırırsan? Mən peyğəmbərəm, niyə haqqın yolundan dönməyə çalışırsan? Mən sənə ölüm yox, yaxşılıq arzulayıram. Əgər mənə inansan Əlinin Məhəmmədin hüzurundakı hörməti qədər hörmətin olar. İndi Məhəmməd dövrü keçib, Xürrəm Keşiş Peyğəmbər adlanan şəxs mənəm”. Lakin Battal onun sözlərinə inanmadı, əvvəl qılıncla, sonra isə növbə ilə bütün başqa silahlarla ona hücum etdi. Babəkə heç bir silah təsir etmirdi... Xəlifənin qoşunu gəlib çıxsa da, bir neçə gün vəziyyət dəyişmədi. Əlacsız qalan Seyyid Battal (Afşin) bir tərəfə çəkilib namaz qılaraq dua etməyə başladı. Nəhayət həmin gecə Həzrət Peyğəmbər onun yuxusuna girib bildirdi ki, Şeytanın gözəgörünməz varlığı Babəki salamat saxlayır. Şeytanı qovmaq üçün Battal öz qılıncı üzərinə “Quran”ın bu ayəsini yazmalıdır: "La hövlə və la qüvvətən illa billahil Əliyul Əzim" (Qüvvət, qüdrət və hakimiyyət Allaha məxsusdur). Battal bu göstərişə əməl etdi və ertəsi gün Babək adəti üzrə döyüş meydanına çıxanda gördü ki, Cəbrayıl hesab etdiyi varlıq daha yanında yoxdur. O, sehrkar qüvvəni itirmişdi, döyüşü də uduzdu və qaçmalı oldu... Babək Zenqam əyalətinə gəldi və dağdakı sığınacağına çəkildi. Afşin (Battal) və Xəlifə qoşunu onu mühasirəyə aldılar. Qala alındı və dağıdıldı. Babəkin tərəfdarları dağıdılmışdı, ailəsi isə qalibin əlinə keçdi. Babək qaçmağa üz qoydu. Battal isə onu qovmağa başladı və çatıb onu vurmaq üçün qılıncını qaldıranda bir qoca peyda olub ona dedi: “Bu adama rəhm eləmə, o da Həsənlə Hüseyni öldürənlərdəndir”. Əlinin oğullarının adını eşidəndə Seyyid Battalın gözləri qanlı yaşla doldu. O gözlərini siləndən sonra gördü ki, Babək yoxa çıxıb və başa düşdü ki, onun özü də Şeytanın hiyləsinə aldanıb”... Oxucuları yormamaq və bildiyiniz məqamları təkrar etməmək üçün məqaləni ixtisarla verdik. Məqalənin tərcüməsinin bütöv mətnini Hamlet Qocanın “Fransızlar yurdum haqqında” kitabından oxuya bilərsiniz. Mətndən göründüyü kimi fransız alimi Azərbaycanda Babək hərəkatı barədə tədqiqatına çox ciddi yanaşmış, çoxlu tarixi sənədlərə, Şərq və Qərb tarixçilərinin əsərlərinə müraciət etmişdir. Vətənimizin tarixi, beynəlxalq əlaqələri, keçmişinin və bu gününün mədəni və ictimai həyatı haqda əcnəbi səyyah və alimlərin xatirə, tədqiqat işlərini incələmək çox vacib məsələdir. Uzun illər qapalı ölkədə yaşadığımızdan tarixi hadisələr bizə ancaq bir mənbədən – Rusiyadan və onların istədiyi formada (xristian nöqteyi-nəzərindən) öyrədilirdi. Xalqımız müstəqillik əldə etdikcə tariximizi digər mənbələrdən də öyrənmək zəruridir. Odur ki, bu yazıları araşdırıb üzə çıxaranlara minnətdar olmalıyıq. Paşa Yaqub Yazıya əlavə: Bu yazını oxuyan millətçi dostlar yenə məni qınayacaqlar və Fransa arxivindəki yazının yalan olduğunu iddia edəcəklər. Kim nə fikirləşəcəksə özü bilər. Mən həqiqəti bəyan etməyə çalışdım. Desəm öldürəllər, deməsəm ölləm. Mənim seansımda olanlar bu yazıdakı bir məqamı tutdular yəqin ki: "La hövlə və la qüvvətən illa billahil Əliyul Əzim" ayəsini seans vaxtı mənim dilimdən çox eşitmisiniz. Mən niyə məhz bu ayəni deyirəm, başqasını demirəm? Səbəb odur ki, bu ayə insandakı tilsimi qırır, neqativ enerjini yox edir və xəstəyə şəfa verir. Bu ayə öz hikmətini ancaq ALLAHIN seçib, izn verdiyi şəxslərin dilində büruzə verir. Seyid Battala da ALLAH Peyğəmbərimizin dili ilə bu izni vermişdi. Məndə olan qabiliyyətlərin əvvəllər kimlərdə olduğunu və ondan necə istifadə olunduğunu bildiyimdən, Fransız arxivindən götürülmüş bu yazıya qətiyyən şübhə etmirəm. Onu da qeyd etməyi vacib bilirəm ki, indiki dövrdə də şeytanla əlaqəyə girib, bu və ya digər formada qabiliyyətlərə sahib olan satanistlər mövcuddur. Bu yolla hətta, yüksək vəzifə pillələrinə qalxanlar da var... Lakin, Quranda buyrulduğu kimi, hakimiyyət ALLAHA məxsusdur. Şeytanın köməyi ilə ancaq az bir dövrdə (bu dövr insanlara çox da görünə bilər, ancaq bəşər tarixinin fonunda baxanda kiçik bir dövrdür) hökm etmək mümkündür. Gec-tez Yaradan Öz hökmünü verəcək və şeytani dövr başa çatacaqdır. “Biz hər şeyi sayıb yazmışıq”. (Quran)
Xəbər verildiyi kimi, dünən (4 avqust) Sumqayıt şəhəri, 13-cü mikrarayon, Babək küçəsi 5011 ünvanında yerləşən “Green house” şadlıq sarayında yanğın baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə yolun azmış millətimizə və onun zülm etməyi sevən, mərhəmətsiz (rəhmsiz) rəhbərinə Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Yadınıza salaq ki, bu ilin 15 aprelində Xızıda (Yaşma) sursat partlaması nəticəsində ölənlər və yaralananlar olmuşdu. Sumqayıtda sözü gedən yangın baş verəndə həmin partlayışın 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hər iki hadisənin Allahın elminə (kitabına) bağlandığını və xəbərdarlıq mesajı oldunu təsdiq edir. 2) Sadlıq sarayının yanması Bakıdakı yanğınlarla da əlaqələnir. Belə ki, keçən ilin 29 iyununda Bakıda (Qış parkında) yaşayış binası ətrafındakı maşınlarla birlikdə yandı. Həmin tarixdə 68 saylı məktəb də yandı. Maraqlıdır ki, dünən həmin yanğınların 400-cü günü idi ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də surələrin sayı alınır və hadisənin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 400 – 286 = 114 3) Xatırladaq ki, keçən il martın 11-də Nərimanov rayonunda “Ramada” oteli yandı. Bu hadisə ilə “Green house” sarayının yanması arasında 514 gün fərq vardır ki, bundan Quranın surələrinin sayını çıxsaq, yenə də səhifələrinin sayı qalar və hadisənin Allahdan bir xəbərdarlıq olmasını növbəti dəfə təsdiq edər: 514 – 114 – 286 = 114 4) Sual yaranır ki, bu xəbərdarlığın Sumqayıtdan verilməsi təsadüfdürmü? Elmi-ləduna görə həyatda təsadüf yoxdur və hər şey zərurətdən doğur. Bunu sübut edən daha bir fakt ondan ibarətdir ki, şadlıq sarayındakı yanğın Bərdə bazarının yanmasının (15 iyun) 50-ci günü baş vermişdir (bu da Sumqayıtın rəmzidir). 5) Elmi-lədun hesablamalarımız göstərir ki, şadlıq sarayının nəinki, yerləşdiyi şəhər, hətta yerləşdiyi ünvan (Babək küçəsi, 5011) da təsadüfü seçilməmişdir. Belə ki, bu ünvan diqqətmizi Günəş tutulmasına yönəldir. Yadınıza salaq ki, 22 iyul 2009-cu ildə Günəş yüz faiz tutuldu. Bu, son iki yüz ilin ən böyük tutulması idi – Yer yeddi dəqiqə qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən həmin hadisənin 5125-ci günü idi ki, bundan da Allahın elminin rəmzi olan 114 ədədini çıxsaq, alınan ədəd yanan sarayın ünvanını göstərir: 5125 – 114 = 5011 (!) NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, Sumqayıtda yanan şadlıq sarayı yolun azmış xalqımıza və onun zalım (Dəccalın prototipi olan) rəhbərlərinə növbəti xəbərdrlıq mesajıdır: pozğun həyat tərzindən və xalqa zülm etməkdən əl çəkin! Əks halda ağır bəlalarla üz-üzə qalacaqınız! Allahın elminə və qüdrətinə qarşı getməyin (Allahın nə elminə elminiz, nə də qüdrətinə qüdrətiniz çatar)! Onun kitabında yazılanlara əməl edin! Bu ktab sizə beş ildən bir yalandan and içmək üçün göndərilməyib və oyun-oyuncaq deyil! İçdiyiniz anda əməl edin və ölkədə haqqı, ədaləti bərqərar edin! Belə etməsəniz bu sizə çox baha başa gələcək və tezliklə cəzanızı alacaqsınız! Əgər xalq zalım rəhbərlərə gələcək bəladan amanda qalmaq istəyisə, tezliklə (bəla gəlməmiş) tövbə etsin və düz yola qayıtsın. Hesablamlarımız göstərir ki, növbəti bəla əvvəlkilərdən daha dəhşətli olacaq və yaxın aylarda təmizlənmə prosesi başa çatacaq. Ondan sonra tövbə etməmiş (pozğun) camaatdan və zalım rəhbərlərdən əsər-əlamət qalmayacaq! Bizdən deməkdir, hansı yolu tutmaq insanın özündən aslıdır. Biz ancaq doğru yolu tutmağınızı tövsiyyə edərdik. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94. Xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |