Son qanun dəyişikliklərinə əsasən avtomobillərin şüşələrinə dini sözlər yazmaq qadağan olunur. Bundan sonra həmin avtomobillər saxlanılaraq cərimə olunacaq. Maraqlıdır, görəsən, insanın əməli ilə ürəyinin düz olması maşınına şəkil yapışdırmaq, İslam dinində müqəddəs sayılanların adları maşının şüşəsinə yazmaqdanmı keçir? Bu barədə elmi - ladun əsərlərin müəllifi Paşa Yaqub öz fikrini Moderator.az ”“ ın əməkdaşına bildirib: "Hansısa əşyanın üzərinə Allahın, peyğəmbərin adını yazmağı qəbul etmirəm. Allahın, Peyğəmbərin, İslamın adı hər bir insanın qəlbinə yazılmalıdır və əməllərində təzahür etməlidir. Yəni, insanın əməlinə baxanda bilinməlidir ki, bu adamın qəlbində Allah xofu, Allah sevgisi, Peyğəmbər məhəbbəti var, ya yoxdur. Bir sözlə, insanın müsəlmançılığı əməlində bilinməlidir. Əşyanın, parçanın üzərinə bu sözləri yazıb, qara bayraq edib, bu gün günahsız insanları qıranlar da, insanlıqla bir araya sığmayan vəhşiliklər törədənlər də həddən artıq çoxdur. Odur ki, kiminsə maşınının üzərində bu cür sözlər yazılması hələ onun müsəlman olduğuna, haqqa tapındığına qətiyyən dəlalət etmir. Təcrübə göstərir ki, bir çox hallarda insanlar bu adlardan, sözlərdən pis işlərini pərdələmək, insanları aldatmaq üçün istifadə edirlər. Amma bunu qadağan etməyi də düzgün hesab etmirəm və insan haqlarına zidd hesab edirəm. Çünki, hər bir maşın vətəndaşın şəxsi mülkiyyətidir və o, öz şəxsi mülkiyyətinə istədiyi şəxsin (atasının, babasının, inandığı və sevdiyi bir şəxsin) adını qoya da bilər, yaza da. Misal üçün biri Məhəmməd (yaxud başqa bir ad) yazıbsa bəlkə öz babası Məhəmmədi nəzərdə tutub yazıb!? Həm də niyə başqa adları, şəkilləri (məsələn, siyasi liderlərin ad və şəkillərini) yazanda irad tutulmur, amma Allahın, Peyğəmbərin adını yazarsa buna irad tutulur, qadağan olunur?! Bunu insan hüquqlarına zidd hesab edirəm (baxmayaraq ki, özüm o adları qəlbimdən başqa heç yerə yazmıram və yazanlara da inamım yoxdur). Tutaq ki, biri özünün, yaxud atasının pulu ilə kompüter alıb və onun ekranına atasının, yaxud sevdiyi birinin şəklini qoyub. Buna heç kim irad bildirmir. Çünki öz malıdır, özü bilər kimin şəklini qoyur. O cümlədən də maşından, evdən və s. kim nə şəkil asırsa, nə yazırsa. bu onun şəxsi işidir və buna müdaxilə olunmasını düzgün hesab etmirəm. Bu qadağa dövlət müəssisələrinə, yaxud ictimai yerlərə aid edilə bilər (oralara yapışdırmağı qadağan edə bilər)”.
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |