“Quranın mahiyyətini açan bu düstur, həm də kainatın idarə olunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur. Odur ki, bu düstur ladun elminin fundamenti sayılır” "And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır" Quran, 19:94. Quran özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır. Araşdırmalarımız sübut edir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Rəbbimin iradəsi ilə baş vermişdir. Məsələn, götürək Quranın 114 surədən ibarət olmasının hikmətini. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir. Düsturdakı ədədləri necə tapmağım barədə çox suallar verirlər. Nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail əleyhissəlam tərəfindən Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy yolu ilə nazil olub, və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək, bu düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan. ...Və mən səhər onlara qonaq getdim (birinci dəfəydi gedirdim). Bu düsturlardakı rəqəmlər mənə çatanda mürəkkəb və izahsız formada idi. Özüm başa düşsəm də, başqalarına çatdırmaq üçün onların anlaya biləcəyi dildə sadə izah olunmalıydı... Düşünürəm ki, öhdəsindən gələ bildim və oxucular üçün qaranlıq bir şey qalmadı... Səhvimiz oldusa, Allah günahımızdan keçsin. Oxucuların nəzərinə bir məqamı da çatdırım ki, Quranın mahiyyətini açan bu düstur, həm də kainatın idarəolunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur. Odur ki, bu düstur ladun elminin fundamenti sayılır. "Biz hər şeyi sayıb yazmışıq" Quran, 78: 29. P. S. Bütün bunlar bir daha sübut edir ki, insanların bütün hərəkətləri Allahın iradəsi və qərarı ilə baş tutur. Allahın aciz qulu və carçısı Paşa Yaqub
0 Comments
Bu gün "141" qaynar xəttinə zəng etdim ki, 83 saylı marşurut avtobusundan şikayət edəm. Deyəm ki, hər gün işə gedəndə, gələndə ən azı yarım saat dayanacaqda avtobus gözləməli oluruq. İlin-günün bu vaxtında (əcnəbilərin seyrə balonlarla çıxdığı bir dövrdə) bu nə cür "intellektual" idarəetmədir?
Elə bunları demək məqsədi ilə "141" qaynar xəttini yığdım. Operator cavab verdi ki, Azərbaycan dilində danışmaq istəyirsizsə, "1" düyməsini basın. "1" düyməsini basanda bir xeyli musiqi səslənsə də (Hiss olunurdu ki, çağırış musiqiylə müşayət olunur. Axı İntellektual Mərkəzə zəng etmişdim) zəngimə cavab verən tapılmadı. Buna baxmayaraq, "odboy" verəndə gördüm bir xeyli konturum gedib. Bir qədər keçəndən sonra təkrar zəng etdim ki, görüm cavab verən tapılacaqmı? Yenə eyni prosedur qaydaları təkrar olsa da, musiqili zəngimə cavab verən tapılmadı. Və yenə də xeyli konturum getdi. Deyirəm bu cür İntellektual (?) İdarəetmə Mərkəzi olan ölkədə 83 saylı marşurut avtobusu yarım saatdan bir gəlirsə, buna da şükür. Bunların "Qaynar xətt"inə sərf etdiyim konturun puluyla mən iki gün işə gedib-gələ bilərdim. Həm də 83-ü gözləmədən, iki marşurut dəyişməklə... Görəsən dövlət büdcəsinin belə kəsir vaxtında, hər sahədə qənaətin vacib olduğu bir dövrdə "Nəqliyyatın İntellektual (?) İdarəetmə Mərkəzi" kimi mənasız bir qurumu saxlamaq, ona elə böyük və bahalı bina ayırmaq, bina dolusu insana hər ay milyonlarla manat əmək haqqı və s. xərclər çəkmək kimə lazımdır - əgər hər gün bir neçə saatımızı dayanacaqda itirəcəyiksə? Məncə bu barədə fikirləşməyin vaxtıdır. Paşa Yaqub “Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” ”“ dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” ”“ dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” ”“ dedi”. Quran, “İnək” surəsi, 67
Elm və Peyğəmbərlik əsri olan XXI əsr başlayanda Rəbbim mənə elə bir elm (elmi-ladun) bəxş etdi ki, onunla Quranın açılmamış sirlərinə işıq salıb bir çox mətləbləri üzə çıxarmaq mümkün oldu. İndiyədək kitablarımda, məqalələrimdə və paylaşdığım statuslarda bu mətləblərdən bəzilərini diqqətinizə çatdırmışam. Bugünkü söhbətim "İnək" (“Bəqərə”) surəsi barədədir. Daha doğrusu surədə keçən əhvalatın həyatda başıma gəlməsini danışacam. Əvvəlcə qeyd edim ki, surənin mahiyyəti ondan ibarətdir ki, Misirdə iki tayfadan biri (Firoon tayfası) o birinə (Musa tayfasına) zülm edirdi və onlara heç bir hüquq tanımırdı, istədiyi adamı öldürsəydi qanı batırdı. Musa qövmünün isə, qarşı tərəfə toxunmaq hüququ yox idi. Belə bir şəraitdə Musa (ona salam olsun) tayfasının xilası üçün Rəbbinə dua etdi və cavab aldı ki, qızılı rəngdə, üç yaşında, kələ görməmiş bir inək (düyə) qurban kəssələr, onu qəbul edib, tayfanı zülümdən azad edərəm (bax: “İnək” surəsinin 67-72-ci ayələrinə) Surədəki sirləri Elmi-ladunla öyrənərkən mənə məlum oldu ki, bu gün bəşəriyyət (o cümlədən xalqımız) həmin situasiyanı yaşamaqdadır və insanlar müasir firoonların zülümündən qansız xilas olmaq istəyirlərsə, həmin əlamətlərdə inəyi (düyəni) tapıb, ikinci dəfə qurban kəsməlidirlər. Surənin 2 rəqəmi ilə nömrələnməsi də məhz bununla bağlıdır (ümumiyyətlə, Quranda keçən bütün hadisələr bu əsrdə bu və ya digər formada görünəcək). Bunu biləndən sonra, mən həmin əlamətlərdə inəyi axtarmağa başladım. Bir neçə ildən sonra bir şair dostum (o həm də tamadadır) yanıma gəlib, dedi inək axtarırsan? Əvvəl heç nə yadıma düşmədiyindən, dedim yox. Dedi bu gecə yuxumda filankəsi gördüm, qabağında bir topa öz heyvanlarını aparırdı, içərisində qızılı rəngdə bir düyə vardı, bir səs mənə dedi ki, bu düyə Paşa Yaqubun neçə ildir axtardığı düyədir. Şair dostum yuxunu danışanda, yadıma düşdü ki, mən Qurandakı inəyi axtarıram, Allah-təala mənə nişan verir. Dediyi adamı tanıyırdım, axşamüstü evinə gedib, bu əlamətlərdə düyəsinin olub-olmadığını, satıb-satmadığını soruşdum. Kişi dedi elə bir heyvanımız var, üç yaşındadır, çöldə-bayırda azad gəzsə də, kələ başqa heyvanlara yaxınlaşır, nədənsə ona yaxınlaşmır. Dəfələrlə satmaq istəmişəm, arvad qoymur ki, həyətimizin yaraşığıdır, satmıram. Maraq üçün gedib heyvanlar saxlanan yerdə həmin inəyə baxdım, gördüm Qurandakı bütün əlamətlər bunda var. Təxmini hesabladım ki, bunun ən yüksək bazar qiyməti 100 "şirvan" olar. Ev sahibinin arvadına bu məbləği təklif etdim ki, heyvanı sat mənə. Dedi pula ehtiyacım yoxdur, satmıram. Soruşdu ki, doğmayan heyvana nə əcəb bu qədər təklif edirsən, hansı ki, bazarda bu pula daha sərfəlisin ala bilərsən? Qurban kəsəcəyimi deyəndə, arvada gülməli gəldi, dedi inəkdən qurbanmı olar? ("Onlar dedilər: "Bizi məsğərəyəmi qoyursan?" Quranın həmin ayəsi.) Səhəri gün həmin qadına 150, birisi gün isə 200 "şirvan" və yaxud yanı balalı bir inəyi bazardan alıb verməyi, düyəni onunla dəyişməyi təklif etdim (and olsun ki, həmin anda mənim bir maşın pulum olsaydı, hamısını ona təklif edərdim). Arvad iki ayağını bir başmağa dirəyib, satmayacağını dedi. Bundan əlavə qonşu qadınların da yanında mənim dəli olduğumu, erkək heyvanlar dura-dura dişini qurban kəsmək istədiyimi lağnan danışırmış. Sonuncu söhbətimdə ona bildirdim ki, mənə satmırsansa, eybi yoxdur, amma bu heyvanı heç vaxt qəssaba satma, çünki oradan restoranlara və içki məclislərinə gedəcək və günaha batacaqsan, düyədə Allahın nişanəsi olduğundan, ona kələ yaxınlaşmır. Mən danışdıqca gördüm arvad gülür.... Bir neçə aydan sonra xəbər tutdum ki, həmin düyəni 70 "şirvana" qəssaba satıblar, bir neçə heyvanla birlikdə. Arvadı qəfil sancı tutduğundan, Bakıdakı klinikaardan birində əməliyyat olunub. Bu minvalla ailə üzvləri dalbadal bir neçə dəfə əməliyyat olandan sonra həmin həyətdəki heyvan sürüsündən əsər-əlamət qalmadı. Aradan cəmi bir neçə il keçib, həmin ailədəki bir dəstə külfətdən də heç kəs qalmayıb, sonuncu həmin qadın dünyasını dəyişdi. Allah hamısına rəhmət eləsin, günahların bağışlasın... ... Bu əhvalatı danışmaqda məqsədim insan oğlunun diqqətini bir daha həmin qurbana cəlb etməkdir ki, müasir firoonların zülmündən qansız-qadasız qurtarmaq üçün Rəbbim onun kəsilməsini istəyir. Qurbana şərik olmaq üçün say məhdudiyyəti yoxdur və onu istənilən ölkədə zülmə məruz qalan toplum cəmləşərək, halallıqla alıb, kəsə bilər. Bu qurbanlıqda başqa nüanslar da var ki, bunlar ictimaiyyət üçün deyil. "Nəhayət onlar inəyi tapıb kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər". 2:71 Paşa Yaqub Ufologiya elminin sirləri elmi-ladun işığında...
Yuxarıda qeyd etdiyim kimi, Allah-təala kainatı fizikanın qanunları ilə idarə edir. Odur ki, bu yazıda diqqətinizi tester cihazına və onun funksiyaları ilə kəramətli adamların funksiyası arasında olan eyniliklərə cəlb etmək istəyirəm. Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor ustalarının demək olar ki, hamısının əlində bu aparatdan olurdu. Aparatın çoxsaylı funksiyalarından biri dəyi-şən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir. Qeyd edim ki, cihazlarda yaranan bu cür problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü büruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən (gah yaxşı, gah da pis) olur. Ruhumuzda müşahidə olunan bu cür qeyri-sabit hallar neqativ təsirdən yaranır. Bu cür hal yaşayan adamlar adətən qəti qərar verməkdə çətinlik çəkirlər. Ailə qurmaq, iş görmək istiqamətində bir addım atmaq istəyəndə hədsiz tərəddüd edirlər və bu gün verdikləri qərarı sabah öz ziyanlarına dəyişirlər. Yəni, sabit bir fikrə malik olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez diksinib oyanırlar, qaranlıqdan qorxurlar, qorxulu yuxular görür, özlərinə qapanır və bəzi (ağır) hallarda intihara meylli olurlar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, neqativ təsirin əlamətlərindəndir. Oxucuda sual yarana bilər: necə olur ki, neqativ təsir insanı dəyişir, özünə qapanmağa və intihara sövq edir? Əvvəlcə, onu qeyd edim ki, neqativ əsasən bəd nəzərlərdən və magik təsirlərdən yaranır. Bunu kompyuterlərimizə düşən virusla da müqayisə etmək olar. Virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur. Həmçinin, bu vaxt insanda olan məhəbbət hissi (oxu: faylı, proqramı) yox olur. Bildiyimiz kimi insanı dünyaya bağlayan yaxınlarına, doğmalarına olan məhəbbət hissidir. Məhz bu hissin sayəsində insan dünyanın bütün məşəqqətlərinə dözür, özünün və doğmalarının yaşaması uğrunda mübarizə aparır. Neqativ enerji ilk növbədə insanda məhəbbət hissinin yox olmasına səbəb olur ki, bunun yerini nifrət, kin-kidurət kimi mənfi hisslər (fayllar) tutur. Beləliklə, onu dünyaya bağlayan tellər qırılmış olur. Odur ki, bu cür təsirə məruz qalan insanlarda həyat eşqi olmur, insanlardan uzaqlaşır, ailəsindən üz döndərir, özünə qapanır və yuxarıda sadaladığım digər hallar tədricən baş verir... Bu mövzuda “Quran”ın “İnək” surəsinin 102-103-cü ayələrində geniş bəhs olunur. Ayələrin məzmunundan aydın olur ki, bəzi insanlar (onlara xalq arasında falçı, cadugər, elmi camiədə isə “maq” deyilir) ər-arvad arasına nifaq salmaq üçün Harut və Marut adlı iki mələkdən (şeytandan) sehr öyrənirlər... Narahatlıq yaradan bir məqamı da vurğulamaq istəyirəm ki, sehrbazlıq, cadugərlik Musa Peyğəmbərin zamanından sonra heç vaxt indiki qədər geniş vüsət almamışdır. İnsanların demək olar ki, əksər hissəsi onların “xidmətindən” istifadə edərək, məqsədinə nail olmağa, digər insanlara problem yaratmağa çalışırlar. Yaxınlığınızda yaşayan istənilən sehrbazın qapısında düzülən növbələrə baxsanız, bunu özünüz də aydın görə bilərsiniz. Nəzərə alsaq ki, hər şəhərdə, rayonda belə “maqların” sayı minlərlədir, onda nə qədər insanın onlara müraciət etməsini və yüzminlərlə insanın neqativ təsirə məruz qalmasını təsəvvür etmək çətin deyil. Məhz bu növbələrin, belə “xidmətlərin” nəticəsidir ki, bu gün cəmiyyətdən xeyir-bərəkət çəkilməkdə, aclıq, səfalət hər yanı bürüməkdə, ailələr sürətlə dağılmaqda, hər gün intihar xəbərləri gəlməkdədir... Oxucuda sual yaranacaq ki, onların xidmətindən istifadə edib hansısa məqsədə nail olmaq mümkündürmü? Əsla yox! Qəti şəkildə sizi əmin edirəm və Allahı, “Quran”ı şahid gətirirəm ki, sehrbazların, cadugərlərin (eləcə də bu kimi işlərlə məşğul olan mollaların) xidmətindən istifadə etməklə, heç bir xoş (!) məqsədə nail olmaq mümkün deyildir!!! Bu necə mümkün ola bilər ki, Allah onları “Quran”da lənətləyir və cəhənnəm vəd edir?! Ancaq onların dağıtdığı ailələrə, bədbəxt etdiyi insanlara baxıb “sevinmək” olar. Təəssüf ki, bu gün cəmiyyətimizdə bu kimi ürəkağrıdan hallara baxıb sevinən paxıl insanlar da az deyildir. Məhz belələrini nəzərdə tutub Rəbbim “Sübh” surəsində buyurur: “...Ovsun oxuyub düyünlərə üfürən, yaxud cadu edib iplərə düyün vuran qadınların şərindən və bir də paxıllığı tutanda paxılın şərindən...” (bax: “Fələq”, “Nas” surələrinə). Ayədə paxıl adamlardan təsadüfən bəhs olunmur. Təcrübə göstərir ki, bu cür nalayiq işlərlə əsasən paxıl adamlar məşğul olurlar. Yəni, onları sehrbazların növbəsində durmağa vadar edən səbəb öz qohumlarına, qonşularına qarşı olan hədsiz paxıllıq hissidir... Amma, bəzən avamlıqdan (ufologiya elmindən bixəbərlikdən) da cadugərlərə üz tutanlar, onlardan öz dərdlərinə çarə gözləyənlər var. Onların atdıqları addım suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. Oxucuda haqlı bir sual da yaranacaq ki, magiya pisliyə qadirdisə (onların hər cür pisliyə qadir olduqlarını Allah-təala Quran-Kərimdə təsdiq edir və bunu təsdiq edən ayələri yuxarıda qeyd etdim) bəs niyə yaxşılığa da qadir olmasın? Bunun sirri nədir? Maraqlı sualdır. Maraqlı da cavabı var: bunun sirrini onların istifadə etdikləri əşyalarda və o əşyaların tərkibindəki kimyəvi birləşmələrdə, maddələrdə axtarmaq lazımdır. Araşdırmalarımız göstərir ki, sehrbazlar bir qayda olaraq neqativ enerjiyə malik olan maddələrdən hazırlanmış əşyalardan istifadə edirlər (uran və s. kimyəvi elementlər ətrafa zəhərli şüalar buraxdığı kimi, bəzi elementlər də neqativ eneri ötürərək, insanın aurasını pozur ki, bu da xəstəliyə və yuxarıda sadaladığım mənfi hallara səbəb olur). Məhz bunun nəticəsidir ki, bu cür təsirə məruz qalan insanlar adətən yuxularında canavar, ilan və s. neqativ heyvanların üstlərinə hücum etdiyini görürlər və bu da onlarda yuxu pozğunluğuna, yersiz qorxuya səbəb olur. İnsanlar cadugərlərdən o vaxt uzaqlaşarlar ki, (onların növbəsinə o vaxt yazılmazlar ki,) bu sahədə maariflənsinlər. Yəni, ufologiya elmindən xəbərdar olsunlar. Sehrbazların işinin mahiyyətini bilsinlər. Bu yazını da biz məhz bu səbəbdən yazdıq. Yəni, insanlara yalnız “getmə” deməklə, onları çəkindirmək olmaz. Əksinə, onlarda daha da maraq yaranacaq. Çünki, Yaradanın sözünə baxmayan bəndə (Allah “Quran”da sehrbazlara getməyi qadağan edir) gəlib hansısa bir ziyalının qadağasınamı tabe olacaq?! Əsla tabe olmayacaq. Tabe olsaydı, bu gün cadugərlərin qapısının qarşısında bunca uzun növbələr yaranmazdı. Əlac qalır bu sahədə insanları maarifləndirməyə. Yəni, işin mahiyyətini açmağa. Bu sahədə oxucunun gözünü açmaq üçün daha bir gizli məqama aydınlıq gətirmək istəyirik. Sual olunur: niyə şama, kofeyə... baxaraq dil-dil ötən “maq” bu vasitələr götürülsə (şam söndürülsə, kofe bayıra atılsa...) lal olur? Cavabı budur ki, şeytan oddan yaranıb, şamın da yanar hissəsi oddur, hansıki, şeytan onun içindədir və informasiyanı da məhz oradan ötürür. Odur ki, həmin anda şamı üfürsəniz, informasiya mənbəyini kəsmiş olacaqsınız. Elə isə, cadugərin qarşısında oturan insan bir anlıq özünə sual versin: mən şeytanamı pənah gətirdim? Bu mənə yaraşarmı? Şeytandan nicat tapmaq mümkündürmü? Məndən qabaq kimsə şeytandan xeyir görübmü? İnsan bu sualları özünə versə, məncə bir daha oralarda növbə gözləməz (kofedə də böyük magik qüvvə - neqativ enerji vardır ki, fəsad törədə bilir. Məhz bu fəsadın nəticəsidir ki, kofeni içən insanda bir qayda olaraq yuxu pozğunluğu baş verir). Nə etməli? Oxucuda bir sual da yaranacaq ki, bəs nə etməli? Əgər kimsə bu cür təsirə məruz qalıbsa və onda yuxarıda sadaladığım əlamətlər müşahidə olunursa, bundan necə xilas olsun? Araşdırmalarımız göstərir ki, hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi xeyli inkişaf edənədək) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonrakı dövrlərdə isə, Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan, enerji) hiss edərdilər. Yazının əvvəlində tester cihazından təsadüfən bəhs etmədim. Peyğəmbərlərin və digər kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür”¦ Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir: “O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-ladunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”. Araşdırmalarımız göstərir ki, bu cür neqativ təsirdən xilas olmaq üçün kəramət sahiblərinin qəbirlərini ziyarət etmək də müsbət nəticə verir. Bu ziyarətlər 3 (yaxud 7) dəfə təkrar olarsa (ziyarətlər arasında qalan günlərin sayı 3-5 gündən çox olmasın) nəticənin daha yüksək olması ehtimalı var. Ziyarət əsnasında insanın gözünə bir anlıq yuxu gedərsə, həmin anda neqativ təsirdən yüz faiz xilas ola bilər... Din böyükləri belə hallarda iki qoç qurbanını müqəddəs tapınaq yerlərindən (adətən yaxınlıqdakı ziyarətgahlardan) birində kəsmyi tövsiyə etmişlər. Bir şərtlə ki, qoçlardan biri ağ, digəri qara rəngdə olsun (bunlar gecəylə gündüzə, xeyirlə şərə işarədir) və ağ qoçun boynuna qara yaylıq, qara qoçun boynuna isə ağ yaylıq bağlansın (bu əlamətlərdə qurbanların Xızır Zində pirində kəsilərək, qəbul olması haqda əlimizdə faktlar da var). Belə hallarda saleh əməllərlə yaxınlığınızda (qohum-qonşuda) olan tanıdığınız kasıb insanların (dilənçilər nəzərdə tutulmur) qəlblərini sevindirmək də yaxşı təsir edir. Kimisə sevindirərsinizsə və etdiyiniz gözəl əməldən özünüz də fərəhlənərsinizsə, qəlbin belə fərəhli halında Allaha üz tutub: “Ya Rəbbim, mən Sənin fəqir bəndənin qəlbini sevindirdim, Sən də düşdüyüm çətin vəziyyətdən çıxardaraq, məni sevindir” ”“ deyə müraciət etmək bəyənilən əməllərdəndir. Allahın qulu və carçısı: Paşa Yaqub “Qısa müddət ərzində şairin taleyilə bağlı hər hası pozitiv addım atılmasa...” Moderator.az xəbər verir ki, "Saday Şəkərlinin hüquqlarının Müdafiə Komitəsi" şairin həbsinə səbəb olan şəxslərə xəbərdarlıq ünvanlayıb. Xəbərdarlıqda qeyd olunub ki, əgər S.Şəkərlinin taleyi ilə bağlı qısa zamanda ciddi addımlar atılmasa, o zaman şairin “Qurd ürəyi” adlı avtobioqrafik kitabı KİV və sosial mediada uşıqlandırılacaq: “Tanınmış şair Saday Şəkərlinin həbsinə rəvac verənlərin nəzərinə! Qısa müddət ərzində şairin taleyilə bağlı hər hası pozitiv bir addım atılmayacağı təqdirdə, biz,- "Saday Şəkərlinin hüquqlarının Müdafiə Komitəsi" olaraq, onun sonuncu kitabını qəzetlərdə, sosial şəbəkələr və digər KİV səhifələrində tirajlamaq məcburiyyətində qalacağıq. Qeyd edək ki, S.Şəkərlinin "Qurd ürəyi" adlı avtobioqrafik romanında mövcud hakimiyyət təmsilçiləri sərt şəkildə tənqid olunur. Müdafiə Komitəsinin üzvləri: 1. Eldəniz Quliyev - kinodramaturq.Müdafiə Komitəsinin sədri. 2. Zöhrab Əmirxanlı ”“ publisist. 3. Rüstəm Behrudi ”“ şair. 4. Sabir Rüstəmxanlı ”“ xalq şairi. 5. Ramiz Qusarçaylı ”“ şair. 6. Yaşar Məmmədli ”“ BDU-nun professoru. 7. Cəmil Həsənli ”“ Tarixçı professor. 8. Səadət Cahangir ”“ şairə. 9. Sevinc Məmmədova ”“ şairə. 10. Zümrüd Yağmur ”“ yazıçı. 11. Rafiq Manafov ”“ politoloq. 12. Zakir Məmməd ”“ tənqidçi, şair. 13. Mehdibəy Səfərov ”“ ictimai xadim. 14. Xəlil Adıgözəl ”“ şair. 15. Araz Səməd ”“ şair. 16. Nurəddin Muğanli ”“ yazıçı. 17. Şahinə Könül ”“ şairə. 18. Mübariz Məsimoğlu ”“ şair. 19. Rasət Pirisoyu ”“ yazıçı, şair. 20. İlqar Hüseynli ”“ yazar. 21. Elşən Qəniyev ”“ jurnalist. 22. Şəhriyar İbrahimov ”“ şair. 23. Rəşidə Allahverdiyeva ”“ şairə. 24. Əlisəmid Kür - şair. 25.Nəriman Zeynalzadə - şair. 26.Nigar Hüseynqızı - hüquqşünas. 27.Əbülfət Novruz - şair. 28.Paşa Yaqub - publisist. 29.Əlayif Həsənov - vəkil. 30. Rövşən Almuradlı - rejissor. 31. Bilman Qüdrət - şair. 32. Çingiz Ələsgər - şair. 33.İradə Aytel -şairə. 34.Ayaz Arabaçı - şair. 35.Elməddin Mətləb - şair. 36.Əlizaman Baxış - şair. 37.Rafail Tağızadə - şair. 38.Esmira Məhiqızı - şairə. 39. Azad Qaradərəli - yazıçı. 40. Nazim Yaquboğlu - şair. 41. Aqşin Dadaşoğlu - şair. 42.Zəka Vilayətoğlu - ictimai xadim. 43. Qurban Bayramov - tənqidçi,ədəbiyyatşünas. 44. Müzəffər Məzahim - şair. 45. Maarif Soltan - şair. 46. Aləmzar Əliyeva - şairə. 47.Vasif Əlihüseyn - jurnalist. 48.Nazlı Ağayeva - publisist. 49. Hafiz Rüstəm - şair,tərcüməçi. 50.Murad Köhnəqala - şair. 51.Allahverdi Təkləli - şair. 52.Zakir Oğuz -şair. 53.Tahir Dövlətoğlu - neftçi,yazar. 54.Zamiq Mehdisoy - müəllim. 55.Sahib Nəbiyev - yazar. 56.İlkin Şakiroğlu - şair. 57. Yeganə Əmiraslanova - jurnalist,siyasi mühacir. 58. Kəmaləddin Qədim - şair. 59. Namiq Hacıheydərli - şair. 60. Yusif Məhəmmədoğlu - şair. 61.Daşqın Ağalarlı - siyasi-ictimai xadim. 62.Sakit Sabiroğlu - şair. 63.Mayisə Əsədullaqızı - şairə,puplisist. 64.Murtuzəli Atayev - müəllim. 65. Şahvələd Çobanoğlu - jurnalist. 66. Qeys Əbilov.- naşir, poliqrafçı”. Seymur Əliyev "Bunlar yerə enəcək daha böyük fəlakətlərin kodlaşdırıl-mış xəbərdarlığıdır" "Biz hər şeyi sayıb yazmışıq" Quran, 78:29 Xəbər verildiyi kimi dünən və srağagün sərnişin təyyarələri qəzaya uğramışlar. Belə ki, fevralın 2-də Somalinin paytax-tından qalxan "A-321" təyyarəsi havada partlaması səbəbindən ölən və yaralananlar olmuşdur. Fevralın 3-də isə, Domodedovo hava limanından Tiflisə uçmalı olan "A-320" təyyarəsi yanmışdır. Əvvəlki qəzalara dair hesablamalarımı oxuyanlara məlumdur ki, bu tip qəzalar bir qayda olaraq 114 və 286 ədədləri altında təkrarlanır (114 ədədi Quranın surələrinin, 286 isə, müqəddəs kitabın səhifələrinin sayı olmaqla, hər ikisi Quran rəmzi sayılır). Maraqlıdır ki, bu hadisələrdən 400 (114 + 286) gün qabaq (28 və 29 dekabr 2014-cü il tarixlərdə) eyni markalı təyyarələr Malayziyada (A-320) və Filippində (A-320) qəzaya uğramışdılar (birində sərnişinlər hamısı həlak olmuş, digərində isə xilas edilmişdilər). Bir daha qeyd edim ki, bu qəzalarla haqqında bəhs etdiyim dünənki qəzalar arasında 400 gün fərq vardır ki, bundan da Quranın surələrinin sayını çıxdıqda, səhifələrinin sayı alınır və bəşəriyyətin diqqətini bir daha Qurana yönəldir: 400 - 114 = 286 Hesablamalarımız göstərir ki, dünənki qəzalardan 286 (!) gün qabaq da Türkiyədə eyni markalı təyyarələr ard-arda (bir gün fərqlə) qəza keçirmişdilər. Belə ki, 23 aprel 2015 tarixdə Türkiyəyə məxsus "A-319" təyyarəsi quş qatarı ilə toqquşaraq məcburi eniş etmişdi. Bu hadisənin səhəri günü - 24 apreldə yenə də Türkiyənin "A-320" təyyarəsi havada motoru alışdığından məcburi eniş etmişdir. Yerdə baş verən saat fərqini nəzərə aldıqda görmək olur ki, türkiyədəki bu qəzalar hər ikisi ilin 114-cü (!) günü (24 apreldə) baş vermişdir. Bir daha xatırladım ki, türkiyədə baş verən bu qəzalarla dünən və srağagünkü təyyarə qəzaları arasında 286 gün fərq vardır! "And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır" Quran: 19:94 Bir daha nəzərinizə çatdırım ki, bütün bu təyyarə qəzalarında məqsəd yolun azmış bəşəriyyətin diqqətini Qurana və Allahın hökmlərinə, qoyduğu yola yönəltməkdir. Həmçinin, bunlar yerə enəcək daha böyük fəlakətlərin (təmizlənmələrin) kodlaşdırılmış xəbərdarlığıdır. Bütün bunlardan tövbə edib Allaha sığınmaqla və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22 Söz ardı: Dünənki tarixdən 114 çıxsaq, 2015-ci ilin 13 oktyabrına düşür ki, bu da ilin 286-cı (!) gününə düşür. Belə görünür ki, dünənki tarix keçən ilin həm 114-cü, həm də 286-cı günü ilə riyazi şəkildə bağlanır. Allahın qulu və carçısı: Paşa Yaqub "Allah-təala Quranda faizi boşuna qadağan etməyib" ÖLKƏDƏN BƏRƏKƏT NİYƏ QEYBƏ ÇƏKİLİB? Faiz (kredit) cəmiyyəti çökdürür!!! "Sələm (müamilə, faiz) yeyənlər qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə bu işə son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!" Quran, 2:275 "Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" Quran, 2:276 Məlumdur ki, bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti banklardan (yaxud fərdi sələmçilərdən) aldığı borcların faizi altında inləməkdədir. Hətta bu səbəbdən gündə neçə nəfərin intihar etməsinin xəbəri yayılır. İntihar etməyənlər də borcun həyəcan və stresindən müxtəlif xəstəliklər qazanırlar ki, bu xəstəlikdən qurtulmaq üçün bir o qədər də müalicəyə sərf etməli olurlar... Cəmiyyətin çökdüyü açıq-aşkar göz önündədir. Bunun çoxsaylı səbəblərindən birini yuxarıda qeyd etdiyim ayədə Allah-təala göstərmişdir: faizlə qazanılan malın bərəkətini Allah qeybə çəkər. Bu gün cəmiyyətə açıq gözlə baxsaq, görərik ki, xeyir-bərəkət həqiqətən də qeybə çəkilmişdir. Düşündürücü haldır ki, kredit (faiz) bataqlığında batan təkcə kasıb təbəqə deyildir. Hətta Azərbaycanda oliqarx, maqnat sayılan, şəhərlər salan adamların da faizlə götürdüyü pulun ucbatından bu gün türmələrin həyətini süpürdüyü, döyülüb alçaldıldığı haqda təkzibolunmaz xəbərlər yayılır (onlardan bəziləri bunu şəxsən etiraf etdilər). Deməli, Allah-təala Quranda faizi boşuna qadağan etməyib. Faktlar sübut edir ki, bundan heç kəs xeyir görmür! Bəziləriniz fikirləşir ki, xeyir görən bircə banklardır (yaxud sələmçilərdir), onlar dünyada analoqu olmayan ən yüksək (insafsız) faizlə pul verərək, hədsiz qazanc əldə edirlər və xeyli irəli gedirlər. Belə düşünənlərin fikirlərinin bir hissəsi ilə razılaşıram ki, həqiqətən də ölkəmizdə faizlər hədsiz yüksəkdir və insafsızlıqdır. Burada razılaşmadığım məqam belə yüksək faizlə kredit verənlərin irəli getməsidir. Yəni, başqalarından fərqli olaraq mən bankların irəli getdiyini düşünmürəm. Əksinə, onların hər gün geri getdiyini görürəm. Gündəlik xəbərləri izləyənlər bunu aydın görə bilərlər. Belə ki, yüksək faizlə kredit verən bankların hər gün neçəsinin bankrot olaraq bağlandığının şahidi oluruq. Və yaxud, kriminal xəbərlərin böyük əksəriyyətinin fərdi sələmçilər haqqında olduğunu görmək olur. Bu da onu göstərir ki, Quranda deyildiyi kimi, faizlə nə pul götürən, nə də pul verən xeyir tapmır. Allah-təala insanlara biri-birinə qarşı mərhəmətli, rəhmli davranmalarını tövsiyyə edərək, borclu olanlara güzəşt etmələrini buyurur: "Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq bağışlamağınız daha yaxşıdır!" Quran, 2:280 Mərhəmət edin ki, mərhəmət görəsiniz! Paşa Yaqub, ilahiyyatçı Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Bu barədə Moderator.az-a Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev məlumat verib. Məlumatda deyilir: “Bir aydan artıqdır ki, sevimli şair Saday Şəkərli həbsdədir. Vergilər Nazirliyinin yüksək kalibrli əməkdaşının sifarişli şər-şəbədəsi əsasında onun barəsində qondarma cinayət işi açılıb. Şairin azad olunması ilə bağlı KİV səhifələrində, eləcə də ictimai rəydə hallanan çoxlu sayda müraciətlərə, xahiş-minnətlərə, arzu və istəklərə baxmayaraq, vergilər naziri hörmətli Fazil Məmmədov indiyəcən bu məsələyə heç bir reaksiya verməyib. Qeyd edək ki, Rusiyanın əlliyə qədər dünya şöhrətli qələm sahibi və incəsənət xadimləri də S.Şəkərlinin azad olunması xahişi ilə Azərbaycan Respublikası prezidentinə müraciət ünvanlayıblar. Məsələyə qanunun aliliyini əsas tutaraq, qərəzsiz və ədalətlə baxılması üçün, biz də öz tərəfimizdən “Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi” yaratmaq qərarına gəldik.Və bir neçə saatın içində məlum oldu ki, dəyərli şairin hüquqlarını qorumaq istəyənlərin sayı-hesabı yoxdur. Müdafiə Komitəsinə ilk üzv olanların siyahısını diqqətinizə çatdırırıq: 1. Eldəniz Quliyev - kinodramaturq. 2. Zöhrab Əmirxanlı ”“ publisist. 3. Rüstəm Behrudi ”“ şair. 4. Sabir Rüstəmxanlı ”“ Xalq şairi. 5. Ramiz Qusarçaylı ”“ şair. 6. Yaşar Məmmədli ”“ BDU-nun professoru. 7. Cəmil Həsənli ”“ Tarixçı professor. 8. Səadət Cahangir ”“ şairə. 9. Sevinc Məmmədova ”“ şairə. 10. Zümrüd Yağmur ”“ yazıçı. 11. Rafiq Manafov ”“ politoloq. 12. Zakir Məmməd ”“ tənqidçi, şair. 13. Mehdibəy Səfərov ”“ ictimai xadim. 14. Xəlil Adıgözəl ”“ şair. 15. Araz Səməd ”“ şair. 16. Nurəddin Muğanli ”“ yazıçı. 17. Şahinə Könül ”“ şairə. 18. Mübariz Məsimoğlu ”“ şair. 19. Rasət Pirisoyu ”“ yazıçı, şair. 20. İlqar Hüseynli ”“ yazar. 21. Elşən Qəniyev ”“ jurnalist. 22. Şəhriyar İbrahimov ”“ şair. 23. Rəşidə Allahverdiyeva ”“ şairə. 24. Əlisəmid Kür ”“şair. 25.Nəriman Zeynalzadə - şair. 26.Nigar Hüseynqızı - hüquqşünas. 27.Əbülfət Novruz - şair. 28.Paşa Yaqub - publisist. 29.Əlayif Həsənov - vəkil. 30. Rövşən Almuradlı - rejissor. 31. Bilman Qüdrət - şair. 32. Çingiz Ələsgər - şair. 33.Ayaz Arabaçı - şair 34.Elməddin Mətləb-şair 35.Əlizaman Baxış-şair P.S. Dostlar, siyahı açıqdır və MK-nin içində iştirak etmək istəyənlər Zöhrab Əmirxanlıya müraciət edə bilərlər. Gəlin,: ” Şükür, güllə məndən yan keçdi...” kimi zərərli şakərimizi kənara qoyaq və heç olmasa bircə dəfə əsil monolit BİRLİK nümayiş etdirək. Seymur Əliyev |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |