Türkİyədə pRofessorların üç günə kəsə bİlmədİyİ sancını Azərbaycanlı həkİm bİr seansa dayandırdı8/19/2020 Gülnarə Dünyamalızadə adlı oxucumuz yazır:
Üç gün qabaq Türkiyədə yaşayan qızım Mələk zəng etdi ki, ana, sancıdan nəfəsim kəsilir, yoldaşım məni xəstəxanaya aparır. Onlar Kocaeli şəhərində özəl xəstəxanaya gediblər. Orada professorlar müayinə ediblər, biri deyib kor bağırsaq sancısıdır, əməliyyat olunmalıdır. Sonra digər professorlar da baxıb, deyiblər yox, kor bağırsaq deyil, yumurtalıqda kistanın sancısıdır, ginekoloq baxmalıdır. Səhəri gün gediblər Bursa dövlət xəstəxanasına. Orada uzman doktor genekoloq müayinə edib, yenidən xeyli analizlər, müasir diaqnostik aparatlardan keçiriblər, belə qərara gəliblər ki, kista deyil, bağırsaq genişlənməsinin sancısıdır. Burada da resept falan yazıblar... Mələyin sancıları, ağrıları yenə də keçməyib. Ötən gecə nə o yatammayıb, nə də məni qoymayıb yatmağa. Dəqiqədə yazır ki, mama, sancıdan ölürəm. Mən də burda xətərədən yata bilmirəm. Nəhayət, bu gün ailə həkimimiz Dr. Paşa Yaquba zəng edib vəziyyəti dedim. Dedi tez mənə zəng etsin, videoseans edib sağaldaram. Qızım zəng etdi, seans aldı. Təxminən yarım saatdan sonra Mələk təkrar mənə zəng edib dedi ki, Paşa doktorun videoseansından sonra sancılarımın hardasa səksən faizi yoxa çıxdı. İndi çox rahatam. Saytınız vasitəsi ilə doktor Paşa Yaquba öz təşəkkürümü bildirirəm. Var olasız doktor. Allah sizi bizə çox görməsin. Türkiyənin məşhur klinikalarında çalışan uzman həkimlərin, professorların kəsə bilmədiyi, səbəbini tapa bilmədiyi sancını siz bir seansla dayandırdınız. Yaxşı ki varsınız. Onu da deyim ki, Türkiyədə yaşayan, tanıdığım onlarla adam Paşa doktorun pasiyentləridir və ondan videoseans alırlar. Müalicə üçün Türkiyəyə üz tutan azərbaycanlılara məsləhət görərdim ki, yaxşı-yaxşı fikirləşsinlər... Gülnarə Dünyamalızadə Sumqayıt şəhər sakini.
0 Comments
Xəbər verildiyi kimi, üç gün qabaq (7 avqust 2020) magistral qaz kəmərinin Hacıqabuldan keçən hissəsində güclü partlayış və yanğın yanğın baş verdi. İlk baxışdan adi görünən bu partlayış hadisəsinin üzərində olan sirr pərdəsini qaldırdıqda, ALLAHdan gələn böyük bir xəbərdarlıq olduğu görünür. Sübut üçün aşağıdakı hesablamaları diqqətinizə çatdırıram:
1) Xatırladaq ki, keçən ilin 29 oktyabrında Xəzər dənizində Neft Şirkətinə məxsus gəmidə baş verən partlayış insan ölümü və çoxsaylı yaralanmalarla nəticələndi. Hesablamalarımız göstərir ki, üç gün qabaq qaz kəmərində baş verən partlayışla gəmidə baş verən partlayış arasında riyazi əlaqə vardır. Belə ki, hadisələr 286 gün fərqlə baş vermişdir ki, bu da orjinal Quranın səhifələrinin sayıdır. (Qeyd edək ki, 286 ədədi ALLAHın kodlaşdırılmış möhürü olaraq bu kimi hadisələrin üzərində həmişə görünür). 2) 6 iyul 2019-cu il tarixdə Ağstafada hərbi hissədə baş verən və əsgər ölümüylə nəticələnən partlayış yəqin ki, oxucularımızın yadındadr. Maraqlıdır ki, üç gün qabaq qaz kəməri partlayanda həmin (Ağstafada baş verən) hadisənin 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını (114) çıxsaq, yenə də hər iki hadisə üzərində ALLAHın kodlaşdırılmış möhürünün (286) vurulduğunu görərik və Yaradan tərəfindən zülmün ərşə dirəndiyi ölkəmizə bir xəbərdarlıq olduğunu anlayarıq: 400 – 114 = 286 3) Elmi-lədun hesablamalarımız göstərir ki, Hacıqabul ərazisində üç gün qabaq baş verən kəmər partlayışı Şirvanda silah anbarında baş verən partlayışla da riyazi şəkildə əlaqələnir. Xatırladaq ki, 28 sentyabr 2018-ci il tarixdə Şirvan şəhərində yerləşən silah zavodunun anbarında partlayış baş verdi. Maraqlıdır ki, bu iki partlayış arasında 686 gün fərq vardır ki, bundan da Quran rəmzlərini çıxanda yenə də hadisələr üzərində ALLAHın kodlaşdırılmış möhürü olan 286 ədədi görünür və hadisənin Yaradandan bir xəbərdarlıq mesajı olması barədə yuxarıda dediyimiz fikri bir daha təsdiq edir: 686 – (114 + 286) = 286 4) 3 iyul 2018-ci il tarixdə Azərbaycanı zülmətə qərq edən enerji böhranını yəqin ki, unutmamısız. Belə ki, həmin gün ölkədəki bütün elektrik stansiyaları dayandığından Respublikamız həftələrlə qaranlığa qərq oldu. Üç gün qabaq enerji daşıyıcısı olan qaz kəmərində baş verən partlayışı araşdırarkən, onun həmin (03.07.18) enerji böhranı ilə əlaqəsi üzə çıxdı. Belə ki, Azərbaycanın enerji sektorunda baş verən bu iki partlayış 800 gün fərqlə baş tutmuşdur ki, bundan da yuxarıdakı Quran rəmzlərini çıxanda yenə də hər iki hadisənin üzərinə ALLAHın kodlaşdırılmış möhürünün vurulduğu üzə çıxır: 800 – (114 + 286) = (114 + 286) Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bir daha vurğulayıram ki, Azərbaycanın hərbi və enerji sektorunda baş verən partlayışlar hamısı bir MƏRKƏZDƏN törədilməklə, yolun azmış millətə və onların ordusuna güvənərək zülm etməkdə həddi aşan rəhbərlərinə Ali Enerji Mənbəyi olan Yaradandan xəbərdarlıq mesajıdır: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər?” Quran, “Hakimiyyət” surəsi, 20-ci ayə. “Biz bir məmləkəti məhv etmək istədikdə, əvvəlcə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (xalqa zülm etməmək barədə) xəbərdarlıq edərik. Lakin, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16 Nəzərinizə çatdırım ki, bu yazı və burada təqdim edilən faktlar, hesablamalar yerlə yeksan olmaq ərəfəsində olan bir məmləkətin əhalisinə (vəzifəsindən aslı olmayaraq) bəlkə də sonuncu xəbərdarlıqdır (düzgünün ALLAH bilir). Ağıl sahibləri bu xəbərdarlıqlardan nəticə çıxararaq düz yola qayıdacaqlar. Ağlı olmayanlar və ancaq pulunun və varının gücünə arxalananlar isə, tezliklə yerlə yeksan olacaqlar!!! "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, “Məryəm” surəsi, 84 Söz ardı: günlər və saatlar sananır.... Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |