”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bəzilərinin (!) Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc” surəsi, 18 Xəbər verildiyi kimi, bu gün – 30 aprel tarixində Günəş tutulması baş verməkdədir. Elmi-lədun hesablamalarımız göstərir ki, Günəş tutulmaları təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri onların 29 ədədi altında baş verməsidir. Yəni, tutulmalarnın tarixini Hicri-qəməri təqviminə çevirsək görərik ki, bir qayda olaraq ayın 29-na düşür (bu gün də Ramazan ayının 29-dur). Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: (Bax: aşağıdakı Günəş tutulmalarının Miladi və Hicri-Qəməri təqvimi ilə cədvəlinə:) Cədvəldən göründüyü kimi, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir və bu hal dörd dəfə təkrarlanır. Bugünkü Günəş tutulmasının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir. Yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir. Diqqətinizi daha bir maraqlı məqama yönəldək. “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. Tutulmanın məhz 29 ədədi altında baş verməsi Yer əhlinə xəbərdarlıq mesajı kimi qəbul edilməlidir. Yəni, az vaxtda insanları əsarətdə saxlayan mafiya tipli dövlətlərin (yaxud, dövlət tipli mafiyaların) dağılacağını xəbər verir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Mafiya və monopoliyalar da həmin vaxtdan dövlətlərin içinə sızmışlar. 69-dan sonra dövlətlər mafiyalaşmağa başladı. Fironun (yaxud Dəccalın) prototipləri olan diktatorların 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verirdi. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada riyazi qanunauyğunluq vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69 və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Bir faktı da qeyd edək ki, 21-ci əsr başlayandan cəmiyyətdə həm xilaskarların (peyğəmbərlərin, imamların...), həm də zalımların (Yezidin, Dəccalın...) prototipləri aşkar şəkildə (qabarıq) görünməyə başlayıb. Yəni, bundan əvvəlki əsrlərdə zalımlar öz zalımlığını gizlətməyə, pərdələməyə çılışırdısa, bu əsrdə onlar əsl sifətlərini qabarıq göstərməkdən çəkinmirlər (zalım olduqlarını gizlətmirlər). Buna paralel olaraq cəmiyyətimizdə kamilliyin son həddində olan (İlahi mesajları qəbul edən) insanlar da görünməyə (tanınmağa) başlayıblar və onlar cəmiyyətə (özəlliklə də zalımlara) İlahi mesajlar ötürürlər... Yuxarıda qeyd etdiyimiz kimi, 21-ci əsrdə Qurandakı bütün (xeyir, şər) obrazların prototipləri yaşamaqdadırlar və onlar əvvəlkindən fərqli olaraq özlərini gizlətmirlər. Bu gün yaşadığımız cəmiyyətdə xeyirlə şərin mübarizəsi açıq müstəviyə keçib. Bəşəriyyətin gələcək taleyi məhz bu mübarizənin nəticəsindən aslıdır. ...Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, Yerin hər tərəfində zalımları (Dəccalın prototiplərini) hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. Özlərini “İslam” ölkəsi kimi təqdim edənlərin kimlərlə müttəfiq olmalarına baxsanız, onların mahiyyətlərini başa düşəcəksiz (İran rus və ermənilərlə, ərəb ölkələri isə, İngilisdilli ölkəllərlə müttəfiqdirlər...). Bizim baxışlarımıza görə bu gün dünyada nəinki İslm dövləti yoxdur, əksinə, özlərini İslam kimi təqdim edən dövlətlər dini və millətləri parçalamaqla, İslama ən böyük zərbə vururlar. Günəş tutulmalarında diqqət çəkən digr maraqlı məqam onların Quranın kodu olan 286 ədədi altında baş verməsidir. Belə ki, Quranın Kəbədə, eləcə də qədim muzey və kitabxanalarda qorunan əlyazmaları 286 səhifədir. Bildiyimiz kimi and içəndə, yaxud tövbə edəndə üç dəfə təkrarlanır. Bunu riyazi dilə çevirsək: 286 + 286 + 286 = 858 Maraqlıdır ki, bütün Günəş tutulmaları biri-biri ilə 858 ədədi ilə bağlanır. Bugünki Günəş tutulması da 26.12.19 tarixli günəş tutulmasının 858-ci günüdür.... (bax: rəydəki 858 ədədi altında baş verən astronomik cədvələ). Bugünki Günəş tutulmasının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların zalım rəhbərlərinə (!) xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə zülm etməkdən, əziyyət verməkdən çəkinsinlər. Əks halda xalqları və onların zalım rəhbərlərini ağlasığmaz bəlalar gözləyir...
Hesablamalarımız göstərir ki, Dəccalın (antixristin) prototiplərinə göndərilən bəlalar getdikcə intensivləşəcək və miqyası daha da böyüyəcəkdir. Gələn bəladan əvvəllər aşağı təbəqə ziyan çəkirdisə, bundan sonra daha çox zalım rəhbərlər ziyan çəkəcəklər... Beləliklə, indiki şeytani dövr (Dəccalın hakimiyyəti) yaxın aylarda başa çatacaq və kamillik dövrü başlayacaqdır. Onu da qeyd edək ki, 21-ci əsr qiyamət əsri olmaqla, bəşəriyyətin yekun əsridir. Bu əsrdə Yerdə indiki sivilizasiya başa çatacaq (əlbəttə, ən düzgünün ALLAH bilir, qərar Onundur). Bu və digər hesablamalarımız göstərir ki, bütün astronomik xəbərdarlıqlardan sonra Yerə bəlalar endiyi kimi, bu tutulmadan sonra da bəla gələcəkdir. Bu cür bəlalardan sığortalanmaq üçün insanlar günahlardan çəkinməli, rəhbərlər zülmə son qoymalıdırlar. Əks halda heç 114 gün çəkməyəcək ki, qurulmuş mafiya və monopoliyalar dağılacaq, onları yaradanlar ciddi cəzalanacaqlar... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub, elmi-lədun bilicisi, 36 kitab müəllifi.
0 Comments
“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran, “Qızıl bəzəklər” surəsi, 5) Bildiyimiz kimi dünən (28.04.22) Sumqayıt Sənaye Parkında (SSP) olan bir neçə zavod yandı. Bu yanğın son dövrlərdə Azzərbaycanda olan ən güclü yangındır. İlk baxışdan təsadüfü (yaxud, qəsdən törədilmiş) hadisə kimi görünsə də, əslində yanğının ciddi bir qanunauyğunluğa tabe olduğu görünür. Elmi-lədun hesablamalarımız göstərir ki, yanğın zülm etməkdə həddi aşan zalım bir zümrəyə ALLAHDAN ciddi bir xəbərdarlıq – siqnaldır. Bunu sübut edən hesablamaları diqqətinizə çatdırırıq (Allahdan gələn bütün bəlalar kimi, bu yanğın da Quran rəmzləri olan 114 və 286 ədədləri altında baş verib): 1. SSP-da baş verən yanğın 26.05.2021 tarixli Ay tutulmasının (astronomik xəbərdarlığın) 336-cı günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd Sumqayıtın seriyasını (rəmzini) göstərər və hadisənin Allahdan ciddi bir siqnal olması barədə verdiyimiz xəbərin doğruluğunu təsdiq edər: 336 – 286 = 50 2. Yadınıza salım ki, 29.10.2019 tarixdə Xəzərdə Neft Şirkətinə məxsus gəmi batmışdı. Bu qəza ilə dünənki yangın arasında 908 gün fərq vardır ki, bundan da Quran rəmzinin üç mislini çıxsaq yenə də yangın baş verən rayonun seriyası (rəmzi) görünür və hər iki hadisənin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha təsdiq edir:\\ 908 – 286 – 286 – 286 = 50 3. Sumqayıtda baş verən yangın riyazi yolla Ağstafadakı hərbi sursat anbarında baş verən partlayışla da əlaqələnir. Belə ki, 6 iyul 2019-cu il tarixdə sözü gedən hərbi hissədə baş verən partlayış ölümlə nəticələnmişdi. Dünən həmin hadisənin 1.022-ci günü idi ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də SSP-nin yerləşdiyi rayonun seriyası görünür: 1022 - 286 – 286 – 286 – 114 = 5 4. Elmi-lədun hesablamalarımız göstərir ki, SSP-da baş verən yanğın Şirvandakı hərbi zavodun partlaması (28.09.18) ilə də əlaqələnir. Belə ki, bu iki analoji hadisə (partlayış və yanğın) arasında 1.308 gün fərq vardır ki, bundan yenə də Quran rəmzlərini çıxsaq, alınan ədəd dünən yanğın baş verən ərazinin seriyasını göstərir və hadisələrin qanunauyğunluğunu sübut edir: 1308 – 286 – 286 – 286 – 286 – 114 = 50 5. Xatırladaq ki, daha bir hərbi sursat anbarı Siyəzəndə partlayıb yanmışdı. 27 avqust 2017-ci il tarixdə baş verən bu partlayışla SSP-da baş verən yanğın arasında 1708 gün fərq vardır ki, bundan Quran rəmzlərini çıxanda yenə də yanğın baş verən ərazinin seriyası görünür: 1708 – (286 + 286 + 286) – (286 + 114) – (286 + 114) = 50 Və s. Bu hesablamaları onlarla bənd yazmaq olardı; ölkədəki enerji böhranı ilə, Prezidentin Qurana əl basması ilə necə əlaqələndiyini göstərmək olardı. Sadəcə oxucunun beyin tutumunu nəzərə alıb, hesablamaları burada dayandırırıq və diqqətinizi nəticəyə cəlb etmək istəyirik. Sual yaranır: bu yanğını ALLAH niyə törətdi? Niyə bu hadisə hərbi hissələrdəki partlayış və yanğınlarla, həmçinin NŞ-nin gəmisində baş verən partlayış və yanğınla əlaqələndi? Bununla Yaradan hansı mesajı verir? Verilən mesaj “Hakimiyyət” surəsinin 20-ci ayəsidir: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qurtara bilsinlər? Zalımlar sadəcə aldanmaqdadırlar”. “Hakimiyyət” surəsi, 20. Yəni, əsgərlərinə (gücünə) güvənərək xalqa zülm edən zalım rəhbərlərə mesaj verilir ki, inadkarlığınızdan əl çəkin və Haqqa boyun əyin! Məzlumlara zülm etməyin! Onların özlərininn və körpə balalarının haqqını yeməyin! Yoxsa sizə bəla gələr! Onu da qeyd edək ki, yuxarıda sdaladığım, biri-biri ilə bağlı olan hadisələrin heç biri əsl bəla deyil. Bunlar hamısı “xırda-xuruş” hadisələr olmaqla, gələcək böyük bəlanın xəbərdarlığıdır – siqnalıdır. Əsl bəla yaxın aylarda gələcək və bu zalımarın sonu olacaq! Bildiyim qədər 114 gündən az bir vaxtda gələcək böyük bəla, indiki şeytani dövrə (Dəccalın hakimiyyətinə) son verəcək (düzgün vaxtın Allah bilir)! Bundan sonra kamillik dövrü başlayacaq və dünyada olmayan haqq-ədalət ilk dəfə Azərbaycanda bərqərar olacaq (əslində Qaraqoyunlular dövlətinin hökmdarı Qara Yusifin dövründə olan haqq-ədalət ikinci dəfə bərpa olacaq). Bütün bunlar Allahın qərarıdır və insan iradəsindən aslı deyildir. Yəni, kimliyindən asılı olmayaraq heç bir zalım hökmdar bu prosesin qarşısını almağa qadir deyil! Rəhbərlərin ağlı varsa tövbə edərək Haqqa təslim olsunlar və zülmdən, haramdan çəkinsinlər. Onda kamillik dövründə yaşamaq onlara da qismət olar. Əks halda yuxarıda sadaladığım partlayış və yanğınların heç birinin qarşısını ala bilmədikləri kimi, Allahdan gələn böyük bəlanın da qarşısını ala bilməyəcəklər! Seçim sizindir: iki yoldan birini seçməkdə azadsınız. Xalqın əzilən təbəqəsinə də tövsiyyə edərdim ki, 60-cı surənin 1-ci və 13-cü ayələrini təkrar-təkrar oxuyub, Allahın bu ayələrdəki tapşırığına əməl etsinlər (Quranın hökmləri bütün dövrlərə aiddir). Bu halda zalımlara gələn bəladan qurtula bilərlər. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:94. Paşa Yaqub Həkim, elmi-lədun bilicisi “Allah Kainatı riyazi dillə yaratmışdır”. Q. Qaliley
Xəbər verildiyi kimi, iki gün öncə (23aprel) Bakının metro sistemində yaranmış problem innsanların tuneldə qalmasına və həyəcanlanmasına səbəb oldu. Həmçinin, dünən Qazax-Agstafa bölgəsində bəndin uçması ilə əlaqədar bəzi kəndlərdə evləri və əkin sahələrini su basdı... Elmi-lədun (elmin alt qatı) hesablamalarımız göstərir ki, bunlar təsadüfü qəzalar olmayıb, ölkədəki haqsızlıq və zülmə görə ALLAHIN xəbərdarlıqlarıdır. Yəni, insanların günahlarının çoxalması və rəhbərlərin zülmünün həddi aşması Allahın qəzəbinə səbəb olmuş, bu səbəbdən də yuxarıdakı hadisələrlə vətəndaşlara və rəhbərlərə xəbərdarlıq etmişdir. Bunu sübut etmək üçün aşağıdakı hesablamaları diqqətinizə çatdırırıq: 1. Bu il yanvarın 1-də Bakı-Qazax magistralının Hacıqabuldan keçən hissəsində 40 ədəd maşın biri-biri ilə toqquşdu və xeyli sayda insan yaralandı; insanlara maddi və mənəvi ziyan dəydi. Maraqlıdır ki, dünən yuxarıda bəhs etdiyim hadisələr baş verəndə həmin toqquşmanın 114-cü (!) günü idi ki, bu da Quran rəmzi olmaqla, hər iki hadisənin ALLAH tərəfindən xəbərdarlıq olmasını sübut edir... 2. Hesablamalarımız göstərir ki, dünən Azərbaycanda baş verən həyəcanlı hadisələr riyazi yolla 2018-ci ildə narkoloji dispanserin yanması (2 mart) hadisəsinə də bağlanır. Belə ki, dünən həmin həyacanlı hadisənin 1510-cu günü idi ki, bundan da Quranın surələrinin (114) və səhifələrinin (286) saylarını çıxsaq, tövbə və cəza rəmzi olan 555 ədədi alınır; bu da hadisələrin ALLAH tərəfindən xəbərdarlıq olaraq törədildiyini bir daha sübut edir: 1510 – 114 – 286 – 555 = 555 (28 nəfərin yanıb ölməsi ilə nəticələnən yanğın hadisəsi baş verən gün Allahın xəbərdarlığı olduğunu sübut edən hesablamaları paylaşmışdıq). 3. Bakıda baş verən daha bir həyəcanlı hadisəni yadınıza salmaq istəyirəm – Baksöl yolunda taxta bazarındakı yanğını. Dünən həmin yanğının 972-ci günü idi ki, bundan yenə də Quranın səhifələrinin sayını çıxanda surələrin sayı alınır və hadisələrin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha sübut edir: 972 – 286 – 286 – 286 = 114 4. Dünən Bakıda və Qazaxda baş verənlər bizi riyazi yolla 2018-ci ildə baş verən başqa bir hadisənin üzərinə apardı. Belə ki, həmin vaxt Nizami rayonunda cərimə (!) meydançasında saxlanılan 50-dən çox maşın bir anda od tutub yandı (29.06.18). Dünən həmin hadisənin 1396-cı günü idi ki, bundan Quranın kodu olan 286 ədədini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınar və hadisələrin ALLAH tərəfindən xəbərdarlıq olması barədə iddiamızı bir daha təsdiq edər: 1396 – 286 – 555 = 555 5. Və nahəyət, Yerdəki saat fərqini nəzərə alsaq görərik ki, həm metroda qəza baş verəndə, həm də kəndləri su basanda ilin 114-cü (!) günü idi ki, bu da Quran rəmzidir və hadislərin Allah tərəfindən xəbərdarlıq olaraq törədildiyini bir daha təsdiq edir! Söylədiyimiz fikri təsdiq edən hesablamaları sonsuza qədər uzatmaq olar. Lakin, oxucunu yormamaq üçün bunlarla kifayətlənirəm. Bir daha vurğulayıram ki, insanlarımızın həddən artıq günahlara meyl etməsi və tövbə etməmələri, ölkədə haqsızlığın tüğyan etməsi, haramçılığın, oğurluğun kulminasiya nöqtəsinə çatması, zülmün ərşə dirənməsi, haqqını tələb edənlərin şərlənərək zindanlara salınması... ALLAHIN qəzəbinə səbəb olmuş və O, günahkarları cəzalandırmaq üçün ölkəmizə böyük bəla göndərməyə qərar vermişdir (necə ki, bizdən əvvəlki Nuh qövmünə, Lut qövmünə... bəla göndərmişdi). Quran məntiqinə görə insanları və onların başçılarını bu (hökm) barədə xəbərdar etmədən ALLAH heç vaxt böyük bəla göndərmir. Necə ki, dünyəvi qanunlarda hökm müttəhimə elan edildikdən sonra cəza başlayır. Həmçinin, insana böyük cəza verilməzdən öncə kiçik cəzalar verilir ki, görək bu adam islah olunurmu? ALLAH da nəzərdə tutduğu böyük cəzanı (bəlanı) göndərməzdən öncə yuxarıda (həmçinin, ötən yazılarımda) sadaladığım xırda bəlaları göndərir ki, görək yolun azmış bu əhali və onların zalım rəhbərləri tövbə edib, yollarına qayıdacaqlarmı (islah olunacaqlarmı)? Baş verənlərdən nəticə çıxarılarsa nə gözəl. Yox əgər Allahdan gələn xəbərdarlıqlar qulaqardına vurularsa, onda... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Elmi-lədun hesablamalarımız göstərir ki, böyük bəlanın göndərilməsi üçün Haqq dərgahında günlər sananır və bildiyim qədər buna üç aydan da az vaxt qalıb (düzgünün Allah bilir). Odur ki, həm camaatımız, həm də onların zülm etməyi sevən rəhbərləri yaxşı-yaxşı düşünsünlər... “İnsanları, əzabın gələcəyi gün barəsində xəbərdar et! O gün zalımlar belə deyəcəklər: “Ey Rəbbimiz! Yaxın bir vaxta qədər bizə möhlət ver ki, sənin dəvətini qəbul edək və peyğəmbərlərə tabe olaq”. Onlara belə deyiləcək: “Əvvəllər sizin üçün heç bir zaval olmadığına dair and içməmişdinizmi?” Quran: 14:44 Paşa Yaqub Allahın qulu və carçısı Yaxın günlərdə nüvə silahı atılacaq - Azərbaycanda necə qorunmalı? - Elmİ-lədun mütəxəssİsİ4/20/2022 “İnsanları xəstəlik yox, təkəbbür öldürür”
Nüvə silahının atılacağı və bəşəriyyətin radiasiya şüalanmasına məruz qalacağı mövzusu bu gün dünyanı narahat edən əsas məsələdir. Rusiya-Ukraina müharibəsi başlayandan Putin və onun komandası dəfələrlə bəşəriyyəti nüvə silahı ilə təhdid etməsi, böyük dövlətlərin kəşfiyyat orqanlarının nüvə silahından istifadə olunacağı ilə bağlı xəbərdarlıqlarının şahidi oluruq. Pashayaqub.weebly.com xəbər verir ki, parapsixoloq, Elmi-lədun bilicisi Paşa Yaqub nüvə silahı ilə bağlı xəbərdarlıq müraciəti edib. O, atom silahından istifadə olunacağı təqdirdə Azərbaycanın nə dərəcədə şüalanmaya məruz qalmasından danışıb. “Hiss edirəm ki, yaxın günlərdə nüvə silahından istifadə olunacaq və bu, dünyada gərgin vəziyyət yaradacaq. O cümlədən Azərbaycana da birbaşa, yaxud dolayısıyla təsirləri olacaq. Buna görə zəruri ehtiyat tədbirləri görməyi unutmayın. Ayrıca dua edəyin ki, nüvə silahı atılan vaxtı Allah küləyin istiqamətini Azərbaycana tərəf yönəlltməsin. Dövlət qurumlarına təklif edirəm ki, Rusiya prezidentinin və digər rəsmi dövlət qurumlarının nüvə silahından istifadə edəcəkləri ilə bağlı dəfələrlə verdikləri bəyanatları, həmçinin, böyük dövlətlərin kəşfiyyatlarının bu mövzuda açıqlamalarını nəzərə alıb, əhalinin radiasiyadan qorunmaq yönümündə maarifləndirilməsini təmin etsinlər”. - Paşa Yaqub, radiasiyanın dolayısı ilə Azərbaycana təsiri necə ola bilər? - Birbaşa təsir odur ki, nüvə bombaları atıldığı yerdən üzü bəri külək əsə və radiasiya Azərbaycanda da yayıla bilər. Bu, insanların, eləcə də su və digər qida mənbələrinin şüalanmasına səbəb ola bilər. Bunun insanların sağlamlığına çox böyük fəsadları olar. Dolayı təsiri odur ki, Ukraynada və digər ölkələrdə yaşayan azərbaycanlılar atom bombasının təsirinə məruz qalarlarsa, onların Azərbaycandakı ailə üzvlərinə və qohumlarına böyük mənəvi və maddi zərbə olar. Həmçinin, hazırda müharibənin mərkəzi Avropa olduğundan, nüvə bombalarının da o istiqamətdə atılacağı gözlənilir. Həmin dövlətlərin radiasiyaya məruz qalması, oradan Azərbaycana idxal olunan malların (ərzağın, dərman vasitələrinin və s) şüalanması deməkdir ki. bu da Azərbaycan əhalisinin də dolayısıyla şüalanmaya məruz qalmasına şərait yaradır. - Belə bir ciddi şüalanma problemi zamanı insanlara köməyinizi təklif etməkdən qorxmursuzmu? Və buna nə dərəcədə əminsiz? - Bəli, elmi-lədun qüvvəsinin şüalanmaya, zəhərlənməyə təsir etdiyindən əminəm. Bu yaxında xaricdə bir nəfəri xüsusi zəhərlə zəhərləmişdilər. Avropa ölkələrində heç bir klinika onu qəbul etmədi ki, bu zəhərə qarşı dərman hələ kəşf olunmayıb. Adam ölüm ayağında məni yığdı. Tərcüməçi vasitəsi ilə anlatdı ki, xüsusi zəhərlə zəhərləyiblər. Online seanslara başladım. Bir neçə seansdan sonra adam həyata qayıtdı. Sonra zəhərləyən adamlar ona yazıb xahiş ediblər ki, harada müalicə aldığını bizə de, nə səninlə, nə də xəstəxana ilə işimiz olmayacaq. Tapşırmışdım ki, heç kəsə deməsin. O da demədi. Haqqı gizli saxlamaq yetər artıq. İnsanlar haqqı bilməlidir. Bəşəriyyət böyük bir təhlükə qarşısındadır. Az faiz əhalini bu təhlükədən qorumaq üçün özümüzü təhlükəyə atmaq məcburiyyətindəyik. Necə ki, döyüş bölgəsində yaralıları xilas etmək üçün vicdanlı həkimlər həyatlarını təhlükəyə atırlar. Hazırda xeyirlə şər arasında döyüş gedir. Bu döyüşdə də yaralanan, zəhərlənən, şüalanmaya məruz qalan... bir qurup insanların sağlamlğını qorumaq da mənim üzərimə düşür. Qüdrət Allaha məxsusdur. Hərəyə bir iş tapşırır. Özümü qorumaq üçün indi bunları gizlətsəm, vəziyyət düzələndən sonra camaat məni neyniyir? İnanan az sayda adam bu cür müraciətimi oxuyanda özlərini güvəndə hiss edirlər, qorxuları azalır, bilirlər ki, nüvə silahı atılsa da, çarəsi var. Bir vaxtlar koronavirusu müalicə etdiyimi bəyan edəndə də ətrafımdakı insanlar narahat olurdular ki, bunu açıq demə, gəlib səni öldürərlər. Hətta o vaxt koronavirus barədə yazdığım kitabı çap etməkdən bir neçə nəşriyyat imtina elədi; nəhayət çətinliklə də olsa çap etdirib pulsuz payladım ki, insanlar bu sahədə düzgün maariflənsinlər. Pandemiyya dönəmində minlərlə insanı ölümün pəncəsindən xilas elədim Allahın izni ilə. Yadımdadır, bir neçə qadın zəng edib xahiş etdilər ki, yoldaşım, yaxud, uşağım xəstədir, müalicə etməyə pulum yoxdur, kömək edin ailəmiz başsız qalmasın. Həmin vaxt işsizlik olduğundan çox adamın dərman almağa pulu yox idi. Onları online təmənnasız seans edib, iynəsiz, dərmansız sağaltdim. Inşallah nüvə təhlükəsində də xalqıma xidmət edəcəyəm. - Birdən özünüz də şüalanmaya məruz qaldınız, onda kim kömək edəcək? - O ki, qaldı özümə, pandemiyya dövründə də koronavirusa yoluxmusdum. Virus bədənimdə olanda karonanın mahiyyətini tam bildim və ona qarşı necə mübarizə aparmaq lazım olduğunu öyrəndim. Əvvəl özümü, sonra isə, insanları xilas etdim. Ona görə də narahat olmağa dəyməz. Yəqin ki bütün təhlükələr kimi, bu təhlükədən də qabaqcadan necə qorunmaq lazım olduğunu Rəbbim bizə agah edəcək. Ümumiyyətlə insan orqanizmində olan bütün problemləri necə aradan qaldırmaq lazım olduğunu Allah bizə öyrədib. Siz elə bilirsiniz ki, şüalanmaya məruz qalanlar hamısı mənə müraciət edəcək? Xeyr, elə olmayacaq. Pandemiya dövründə ailənin bir üzvünü sağaltdim, digər üzvü yoluxanda nə qədər təkid etdilər ki, mənə zəng eləsin, eləmədi; getdi xəstəxanaya, cənazəsi gəldi. Tanıdığım neçə adamlar tibb yolu ilə sağalmağa üstünlük verdilər, bu onlara minlərlə manata başa gəldi. Əlli min manatdan çox xərc çəkənlər gördüm ki, axırda cənazəsini gətirdilər. Onlar hamısı bilirdilər ki, mən bu xəstəliyi 2-3 seansa sağaldıram. Buna baxmayaraq yenə də zəng etmədilər. İndi şüalanma dövrü olarsa (kaş olmasın, arzu etmirəm) yenə də elə olacaq. Az adam zəng edəcək və xilas olacaq. Mən artıq belə hallara öyrəşmişəm. Hamı müraciət etsə bunu fiziki cəhətdən çatdırmaq olmaz. Rəbbim buyurur ki, Biz hər kəsi gücü çatan qədər yükləyirik. Şüa olanda da gündə 5-6 adam zəng edib sağalacaq. Bir məsələni də sizə çatdırım; bu elm mənə öyrədiləndə bildirildi ki, sən bütün sağalmaz xəstəlikləri sağalda biləcəksən və insanların bundan xəbəri olacaq.Amma, az adam sağalmaq üçün sənə müraciət edəcək. Müraciətimin də elə az adama faydası olacağını bilirəm. Amma mən xəbərdarlığımı etdim. Müsahibəni hazırlayan: Yaqub Məmmədli Tanınmış həkim, Elmi-lədun bilicisi, alternativ tibb mütəxəssisi, qeyri adi müalicə üsulu ilə tibb elmində sağalmaz hesab edilən xəstəlikləri sağaltmaqla məşhurlaşan doktor Paşa Yaqub Ramazan ayında xeyriyyə aksiyası keçirəcək. On gün davam edəcək aksiya sabahdan – 19 aprel 2022-ci il tarixdən başlamaqla, aprelin 29-dək davam edəcək.
Aksiyada konsultasiya (müayinə) ödənişsizdir. Arzu edən uşaqlar və böyüklər on gün ərzində gəlib pulsuz müayinə oluna bilərlər. Maraqlananlar üçün həkimin müalicə etdiyi xəstəliklərin siyahısını təqdim edirik: - Bütün növ qorxular, fobyalar; - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (böyrəkdəki bütün problemlər, enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm; - Epilepsiya; - Skalyoz, osteoxondroz, kipoz, protuziya, yırtıq və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluq; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s.); - Hormon pozuntuları; - Həyəcan (panik atak); - Sayrışan hallar nevrozu; - Sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Zob; - Göz xəstəlikləri; - Miasteniya (əzələ zəifliyi); - Sevgisizlik, inamsızlıq; - Dəmirov və s. dəri xəstəlikləri, allergik yaralar...; - Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq; - Sonsuzluq; - Xərçəng; - Koronavirusa yoluxma (videoseansla müalicə olunur); - Koronavirusdan geriyə qalan əlamətlər - əsəb, ürək sıxılması, yuxusuzluq, əzələ ağrıları, tənginəfəslik və s. - Analıq orqanlarının xəstəlikləri - endometroz, kistalar, miomalar, fibrozlar, folikulların partlamaması, uşaqlığın sallanması və s. - Osteoparez; - Dağınız skleroz (MS); - Ürək-damar xəstəlikləri; - Zöhrəvi xəstəliklər (siflis, SPİD və s) - Bakteroloji xəstəliklər (qızılı stefilokok, fekal streptokok və s) Konsultasiya üçün əlaqə: 050 375 30 97 / 051 777 70 40 Tanınmış həkim və Elmi-lədun bilicisi Paşa Yaqub nüvə təhlükəsi ilə bağlı müraciət edib.
Sosial şəbəkə profilində pasiyentlərinə müraciət edən həkim yazır: Hiss edirəm ki, yaxın günlərdə nüvə silahından istifadə olunacaq və bu Dünyada gərgin vəziyyət yaradacaq. O cümlədən Azərbaycana da birbaşa, yaxud dolayısıyla təsirləri olacaq. Nəzərinizə çatdırıram ki, həmişə (pandemiyya və s dövrlardə) olduğu kimi, radiasiya dövründə də gərəkirsə Allahın izni ilə sizə online kömək edə biləcəyəm. videoseanslarımızla zəhərlənmələri, şüalanmanı, yanıqları, allergiyanı və s xəstəlikləri aradan qaldırmaq mümkündür. Odur ki, pasiyentlərim narahat olmaya bilərlər. Buna baxmayaraq radiasiyaya qarşı zəruri ehtiyat tədbirləri görməyi də unutmayın. Ayrıca dua edəyin ki nüvə silahı atılan vaxtı Allah küləyin istiqamətini Azərbaycana tərəf yönəlltməsin. Söz ardı: Dövlət qurumlarına təklif edirəm ki, Rusiya prezidentinin və digər rəsmi dövlət qurumlarının nüvə silahından istifadə edəcəkləri ilə bağlı dəfələrlə verdikləri bəyanatları, həmçinin, böyük dövlətlərin kəşfiyyatlarının bu mövzuda açıqlamalarını nəzərə alıb, əhalinin radiasiyadan qorunmaq yönümündə marifləndirilməsini təmin etsinlər. Hörmətlə: Dr. Paşa Yaqub Əlaqə 050 375 30 97 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:94
Xəbər verildiyi kimi, dünən – 10 aprel 2022-ci il tarixində Moskvadan İravana uçan “Superjet-100” markalı sərnişin təyyarəsində qəza baş verdiyindən, geri dönərək, Jukovski hava limanına qəza enişi etdi. Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan təsadüf kimi görünə bilən bu qəza əslində Allahdan erməni xalqına bir xəbərdarlıq mesajıdır. Bu kodlaşdırılmış mesaj Quran rəmzləri ilə verildiyindən, bu rəmzlərin mahiyyətini açan düsturu diqqətinizə çatdırırıq (hansı ki, bu düsturu bizə ALLAH Həzrət Cəbrail vasitəsi ilə göndərmişdir): “Quran” niyə məhz 114 surədir? - Kainatın 4 cəhətdən; - Təbiətin 4 fəsildən ibarət olmasını; - İnsanın 4 ünsürdən yaranmasını; - Quranın 4-cü Səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınır: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır (yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır). Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: “Həqiqətən, Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan Quran surələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir (bu kitabın qiyamətədək dəyişməyəcəyinə ALLAH zəmanət verir). Bu hikməti dərk etdikdən sonra indi qayıdaq təyyarə qəzasının bu rəmzlərlə necə uzlaşmasına. 1. Dünən Ermənistana uçan təyyarə qəza enişi edəndə 06 iyun 2020-ci il tarixli Ay tutulmasının (astronomik xəbərdarlığın) 669-cu günü idi ki, bu da Quranda bəşəri dəyərlər rəmzidir. Bu hadisə ilə (orada yaşanan həyəcanla) Yaradan sizlərə mesaj verdi ki, bəşəri dəyərlərə tabe olun! 2. Yadınıza salım ki, 29 sentyabr 2020-ci il tarixdə Ermənistanda eyni gündə iki ədəd "Su-25" hərbi təyyarələri qəzaya uğradı. O zaman siz heç düşünmədiniz ki, niyə eyni gündə bizim iki ədəd eyni markalı təyyarəmiz (müxtəlif yerlrdə) qəzaya uğradı. Bu nəyin mesajı idi? Bilmək istəyirsinizsə sizə izah edim: Dünən “Superjet-100” təyyarəsində qəza və həyəcan yaşananda həmin “Su-25” təyyarələrinin qəzasının 555-ci (!) günü idi. Bu da tövbə və cəza rəmzidir ki, gələcək böyük bəlaların kodlaşdırılmış mesajıdır. Yəni sizlərin diqqətini etdiyiniz günahlara görə tezliklə tövbə edib, haqqa təslim olmağın vacibliyini bildirir. 3. “Superjet-100” təyyarəsinin qəzaya uğramasında diqqət çəkən məqamlardan biri də odur ki, qəza baş verəndə ilin 100-cü (!) günü idi. Bütün bu və digər hesablamalar “Superjet-100” təyyarəsində qəza baş verməsinin təsadüf olmadığını, YARADANdan erməni xalqına bir mesaj olduğunu sübut edən faktlardır. Bu hikməti dərk edən hər bir ağıllı erməni etdiyi günahlara görə tövbə etməli və babaları İbrahim Peyğəmbərin dininə (Tövhidə, təkallahlığa) tabe olmalıdır. Sizlərdən bir çoxunuzun əlləri günahsız azərbaycanlıların qanına batmışdır. Unutmayın ki, torpaq bizim deyil, biz torpağınıq! Yəni üstündə gəzdiyimiz torpaqlar nə sizindir, nə bizim, nə də başqa millətlərin! Torpaq Yaradanındır, sizin və bizim, eləcə də bəşəriyyətin yaşaması, qidalanması üçün yaradıb bu torpağı. Bunu dərk edən ağıllı adam Yaradanın torpaq üzərində yaratdığı nemətlərdən yeyər və Ona şükr edər. Allahın yaratdığı digər bəndələri öldürməz! Sizi müharibəyə təhrik edən Dünya miqyaslı böyük mafiyalardır ki, öz silahlarını satmaq, alınan torpaqlarda narkotik becərmək üçün sizlərdən alət kimi istifadə edirlər. Bir düşünün: kimlərsə silahlarını (və narkotikini) satacaq deyə niyə cavan balalarınız həyatını qurban verməlidir? Niyə anaların qəlbinə sağalmaz yaralar vurulmalıdır? Bu sizə lazımdırmı? (Kimə lazımdırsa qoy silah uğrunda, narkotik uğrunda özü döyüşsün). Aprelin 10-da baş verən təyyarə qəzası ilə Yaradan sizlərə bu mesajları verir: günahlardan çəkinin, halal, doğru və dürüst olun; başqasının torpağına, malına, mülkünə göz dikməyin; günahsız insanları haqsız yerə öldürməyin...! Bir sözlə bəşəri dəyərlərə tabe olun! Əks halda yaxın vaxtda Yaradandan sizə böyük bəlalar gələcək! “Biz hər şeyi sayıb yazmışıq” Quran, 78:29. Paşa Yaqub Həkim, Pangeyist (Sülhsevər) Qeyd: Bu yazını erməni dilinə tərcümə etməyi bacaranlar 050 375 30 97 nömrəli vatsapıma yazmalarını xahiş edirəm. Yadınızdadırsa ötən yazılarımdan birində İmam Mehdi Əleyhissəlamdan mesaj alan bir dostum barədə yazmışdım. İmamın onun vasitəsi ilə ötürdüyü kodlaşdırılmış mesajı (“Cümə” surəsindəki hikməti) sizlərə şərh etmişdim.
Həmin dostuma indi də Həzrət Peyğəmbərimiz (Cəmi peyğəmbərlərə və onları sevənlərə Salam olsun!) yuxuda nazil olaraq bir neçə hikmət öyrədib; tapşırıb ki, bunları insanlara çatdır. O da təbii ki, həmişə olduğu kimi yuxularını mənə danışdı və yayılmasını məndən xahiş etdi (adının çəkilməməsi şərti ilə). Bu yazımızda onlardan birini – ruhun hikmətini oxuculara çatdıracağıq (qalanlarını da digər yazılarımızda şərh edəcəyik). Öncə qeyd edim ki, ruh barədə insan oğlu çox az biliyə malikdir. Çünki, bu barədə Quranda yetərincə məlumat verilmir. Rəbbim buyurur ki, ruh Allahın sirridir. Dostumun qəbul etdiyi mesaj ruhun hikmətlərindən bəzilərini üzə çıxarır və onu dərk etməyimizə imkan yaradır. Bu mənada Peyğəmbərimizin açıqlamasının çox önəmli olduğunu nəzərə alıb, onu insanlara çatdırmağımız vacibdir. Dostum danışır ki, yuxuda gördüm insan formasında dörd nur gəldi. Bu dörd nurdan birinin içindən Həzrət Peyğəmbərimiz çıxdı. Mənə Salam verərək, dedi sənə ruhun fəlsəfəsini öyrədəcəm. Bundan sonra sol əlində yanmayan adi bir elektirik lampası tutdu. Dedi bu ruh misalındadır. Sağ əlində (ovcunda) isə, nur vardı. Həmin nurdan bir qədər atdı sol əlindəki yanmayan lampanın üzərinə. Bu vaxt lampada hərəkətlənmə yarandı və işıqlanmağa başladı. İşıqlandıqca lampanın ətrafında güclü bir nur (işıq) dalğası fırlanırdı. Fırlandıqca da ətrafa işıq saçırdı. Sonra Peyğəmbərimiz sağ əlindəki nurdan lampanın üzərinə biraz daha atdı; lampa daha çox nurlandı... Qurbanolduğum dedi bax ruhun fəlsəfəsi budur: Rəbbim bu lampadan (ruhdan) hamıya verib. Ancaq bu sağ əlimdəki nurdan hamıya vermir. Kimlər ki, Allaha sidq ürəklə bağlanaraq, Yaradanı zikr edir, gözəl işlər, gözəl əməllərlə məğul olur, gözəl əxlaqa sahibdir, onların ruhuna Öz nurundan çiləyir və ruh nurlanaraq, ətrafa işıq saçır... (digər adamlarda isə “lampa” sönük qalır). Bizim şərh: Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Allah Kainatı fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə edir. İlahi sistemdə enerjinin (nurun) mənbəyi Allahdır. Hansı insan ki, gözəl əxlaqa, mənəviyyata sahib olub, cəmiyyətə xeyir verən əməllərlə, savab işlərlə məşgul olur, onların ruhları cilalanır və parlaqlığı artır. Onlar ətrafa gümüşü işıq saçırlar. Bu şəxslər Ali Enerji (Nur) Mənbəynə qoşula bilirlər. Allah onları nurlandırır (işıqlandırır). Allah bəndələrinə etdiyi yaxşılığı (şəfanı, ruzini və s) həmişə belə şəxslərin vasitəsi ilə edir. Bunlar cəmiyyətin mayaklarıdır; onlara üz tutanlar yolun azmazlar. Cəmiyyət belə şəxslərdən birini özünə rəhbər seçərsə, həmişə sülh-əminamanlıq içində yaşayar, torpağın bərəkəti artar, dəryalar insanlara bol ruzi verər. Haram yeyən, günah işlərlə məşğul olan adamlar isə, Allahdan (Ali Enerji Mənbəyindən) kənar düşürlər (əlaqələri kəsilir) və Onun nurundan faydalana bilmirlər. Belələrindən cəmiyyətə ancaq ziyan gələr. Allah zülmü belə şəxslərin əliylə göndərər. Belələrini yüksəldən cəmiyyətlər qaranlığa qərq olar və orada heç vaxt bərəkət olmaz (torpağın bərəkəti çəkilər, dəryalar (ruzi mənbələri) quruyar). Fəxri-Kainat Peyğəmbərimizin göstərdiyi təcrübənin elmi izahı budur. Bu hikməti dərk edərək, haramdan, günahdan uzaq durub, ancaq gözəl əməllərlə məşğul olmalıyıq ki, Allah Öz nurundan bizlərə də pay versin və insanlara etdiyi yaxşılığı bizim əlimizlə versin. Söz ardı: Həzrət Peyğəmbərimizin bu mesajını paylaşaraq, insanlara çatdırmaq da savab əməl sayılır və sizlər bunu etməklə, Allaha xoş gedən əməl etmiş olarsınız. (ardı var) Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |