“Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur” Psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub, intihar etmək istəyən adamların öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirdiyini dedi: “İntiharlar depres-siyadan yaranır. Əsasın də payız fəslində daha çox müşahidə olunur. Fəsil dəyişkənliyi ilə əlaqədar sinir sistemində dəyişikliklər baş verir. Yaz və payız fəsillərində insanlarda sinir sistemləri oyanır və müşhitə uyğunlaşa bilmir. Nəticədə insanda əsəb gərginliyi yaranır. Bu da intiharların baş verməsinə gətirib çıxarır. İntiharlar neqativ enerjidən yaranır. Pis enerjilər insanlara ötürülür. Ümumiy-yətlə, insanı yaşadan həyat eşqidir. İnsanın həyata məhəbbəti olsa,nə qədər çətinliyi olsa belə, o çətinliklərə qalib gəlir. İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir. Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinir. Kompüterə düşən virus fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır. İntiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir. İntihar etmək istəyən adamlar öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. İntihar edənlər üçün ilin hansı fəsli olması, havanın necə olması o qədər də önəmli deyil. Ancaq onlar axşamüstü daha çox sıxılırlar”. Paşa Yaqub, Psixoterapevt, Elmi-lədun bilicisi
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |