Bir müddət öncə saytımızda qeyri-adi müalicə metodları barədə məlumat verdiyimiz elmi lədun bilicisi, psixoloq, parapsixoloq Paşa Yaqub bu dəfə bağırsaq xərçəngindən əziyyət çəkən, ictimaiyyətdə kifayət qədər tanınmış bir xanımın müalicəsini üzərinə götürüb. Bir neçə aydır Autizm Defektoloji və Psixoloji yardım mərkəzinin sədri, millət vəkili Qənirə Paşayevanın rəfiqəsi kimi tanınan Çiçək Qəzənfərqızının bağırsağında aşkar olunmuş bədxassəli şişi müalicə edərək metastaz verməsinin qarşısını alan Paşa Yaqub xərçəng xəstəliyində elmi-lədun metodunun effektiv olduğunu sübut etmək üzrədir. Medicina.az xəbər verir ki, onkoloqların təcili əməliyyat və kimyaterapiya təyin etdiyi Çiçək Qəzənfərqızı dərin depressiya və ağrılar içində təsadüfən saytlarda müsahibəsini oxuduğu Paşa Yaqubu tapır. TÜRKİYƏDƏ ONKOLOQLAR HEYRƏTLƏNDİ Kİ, NECƏ OLUB 4 AY ƏRZİNDƏ BU ŞİŞ BÖYÜMƏYİB? Çiçək Qəzənfərqızı başına gələnləri belə xatırlayır: "S-vari bağırsağımda adenomakarsinoma aşkarlandı. Onkoloqlar əməliyyat dedi, yoxsa şiş metastaz verəcəkdi. 25 dekabr 2018-ci ildə müayinə cavablarımı götürüb son çarə olaraq dr. Paşa Yaqubun yanına getdim. Həmin vaxt mənim bədənimdə, dəhşətli səpkilər yaranmışdı, ağrılar isə dayanmırdı. Paşa həkim dərhal seanslara başladı. 2-3 seansa ağrılarım yoxa çıxdı. 4-5 sensdan sonra isə səpkilərim itdi. Halbuki ən güclü dəri həkimləri ağır dərmanlar yazmışdılar, xeyri olmamışdı. Mən bunları gözümlə görüb, yaşadım. Paşa Yaqubun nəfəsi sanki alova bənzər enerji kimi bütün orqanizmimdə ağrı nöqtələrini yandırırdı. Bir neçə seansdan sonra təkrar müayinəyə getdim, qan analizlərim yaxşı çıxdı, onkoloqlar bağırsağımdakı şişin 3 ay ərzində böyüyüb yayılmamasından heyrətləndilər. Paşa doktorun seansları sayəsində şiş çəkilib getmək üzrəydi. İlk dəfə seansa gedəndə depressiyada idim, yuxusuzluq, iştahsızlıq, ağrılar... Dayanmadan ağlayırdım. Az müddətdə mən həyata qayıtdım, 6 kq çəkim artdı, depressiyam çəkildi. Daha sonra yaxınlarımın təkidilə bir də Türkiyədə yoxlandım. Orada da onkoloqlar təəccübləndi ki, 4 ay ərzində necə olub ki, bu şiş metas-taz verməyib, əksinə kiçilib. Onlara deyəndə ki, bunlara iynəsiz - dər-mansız nail olmuşam, inanmır-dılar. Amma təəssüf ki, orda həkimlərin şişi əməliyyatla götürək, canınız qurtarsın sözünə razılaşdım. Əməliyyatdan sonra peşman oldum, 2-3 gün sonra sanki 4 ay əvvələ qayıtdım. Bütün ağrı, əziyyət və depressiyam qayıtdı. Türkiyədən gələndən sonra yenidən Paşa həkimin yanına qaçdım. Bir neçə seansdan sonra özümə gəldim. Onu da deyim ki, bu seanslardan sonra sinəmdəki düyünlər, baş ağrısı, əsəb pozuntum da itib. Allah mənə o qədər səbr, həyat eşqi verib ki, görənlər məəttəl qalır. Adətən mədə-bağırsaqda olan şiş 3-4 ay ərzində sürətlə yayılır. Mən şiş aşkar edilən kimi seanslara gəldim. Əminəm ki, daha tez gəlsəydim, heç xərçəng olmayacaqdım. İndi heç bir kimya müalicəsi almıram, ancaq seanslara davam edirəm. Analiz və müayinələr isə yaxşıdır”. Medicina.az xəstənin müalicə metodu barədə Paşa Yaqubdan açıqlama alıb. Xərçəng xəstələrində elmi-lədun seanslarının necə tətbiq edilməsi, kimlərdə effekt verməsi, ümumiyyətlə onkoloji xəstəliklərin səbəbləri barədə parapsixoloqun geniş açıqlamasını təqdim edirik: - Paşa doktor, Çiçək xanım sizin ilk onkoloji xəstəniz idi ki, belə uğurlu nəticə əldə olunub, yoxsa siz öncədən də xərçəng xəstələrini qəbul edirsiz. Hansı halda sizin metod xəstəyə kömək edir, hansı halda yox? - Bundan öncə də xərçəng xəstəliyi ilə əlaqədar müraciət edənlər olub. Çoxu bir neçə dəfə əməliyyat olandan sonra gəlib. Elə pasiyentlərim olub ki, diaqnozunu bilməyib, yaxınları mənə bildirib. Təbii ki, ilkin mərhələdə müraciət edəndə, daha yaxşı nəticə olur. Əməliyyat və kimyaya ehtiyac olmur. Artıq orqanizmin enerji ehtiyatı tam dağılmış, şiş bütün vacib orqanlara yayılmış xəstələrdə bir qədər çətin olur. Amma onları da naümid qoymuruq. - Bu pasiyentdə konkret olaraq bağırsaqda olan şişə nə etdiniz, nə ilə kiçiltdiniz? - Xərçəng şişi (eləcə də digər şişlər, düyünlər) bayaq qeyd etdiyim kimi, neqativ enerjinin toplanmasından yaranır. Tibb elmi bu şişi cərrahi müdaxilə ilə kəsib götürsə də, həmin enerji orqanizmdə qaldığından, xəstələrdə bir müddətdən sonra yenidən yaranır. Bu, çayır bitkisinin gövdəsini kəsib atmağa bənzəyir. Neqativ enerji xərçəngin və digər şişlərin kökünü, özülünü təşkil etdiyindən, həmin kökdən yenidən şiş yaranır. Tibb elmi səbəbə qarşı deyil, nəticəyə qarşı mübarizə apardığından, uğursuz alınır və xərçəngi sağalmaz xəstəlik hesab edirlər. Mənim tətbiq etdiyim müalicə metodu isə, ilk növbədə xərçəngi yaradan neqativ enerjini orqanizmdən xaric etməyə yönəlib. Daha sonra həmin qara enerjinin yaratdığı şişi müalicə edirəm. Yəni, öncə səbəbi, sonra nəticəni aradan qaldırıram. Ona görə də mənim nəzərimdə xərçəng sağalan xəstəlikdir. O ki qaldı necə təsir etməyimə, bu Efir enerjisi ilə baş verir. Müasir elm bu enerjinin mahiyyətini bilmir. Ona görə bilmir ki, hazırda orta və Ali məktəblərdə öyrədilən Elementlərin Dövri Sistemini saxtalaşdırılıbdır. Belə ki, Mendeleyev öləndən sonra cədvəldə olan sıfır qrupu ləğv edildi. Beləliklə, həmin qrupda olan yeganə element – "Nyutoniy” cədvəldən silindi. Bu saxtalaşdırma kimya və fizika elmlərinin inkişafının qarşısını aldığı kimi, tibb elminin də yarımçıqlığına səbəb oldu. Müasir tibb elmi yarımçıq olduğuna görə xərçəng və digər bir çox xəstəlikləri sağalmaz hesab edirlər. Əgər tibb unversitetlərində Mendeleyev cədvəli tələbələrə tam olaraq öyrədilsəydi, "Nyutoniy” elementinin və ondan yaranan Efir enerjisinin də sirlərini bilərdilər. - Ola bilərmi ki, xəstənin özünün inamı onu sağaldıb? - Bəli, burada əsas məsələ inamdır. Ancaq bir problem var ki, neqativ enerjinin təsirinə məruz qalan insanlarda adətən inam olmur. Bunun da müəyyən sirri var. Bu sirr də ondan ibarətdir ki, neqativ enerji öz xüsusiyyətlərinə görə kompyuterə düşən virusa bənzəyir. Virus komputerdən fayl və proqramları necə silirsə, bu qara enerji də insanın qəlbindən inam hissini elə silir. Bu cür adamlar demək olar ki, heç nəyə inanmırlar. Ancaq yaxınları onları mənim qəbuluma 2-3 seans gətirə biləndə onlarda ilk növbədə inam hissi bərpa olur. Ondan sonra onların gəlməsində və sağalmasında heç bir problem olmur. Seans etdiyim pasiyentlərimə məsləhət görürəm ki, gün ərzində 12 ədəd ərik çəyirdəyi də yesinlər. - Ümumiyyətlə, onkoloji xəstələrə tövsiyyələriniz nədir, müalicədə səhvlər hansılardır. Şişə toxunmaq olarmı? - Ümumiyyətlə, şişi, düyünləri olan xəstələrə tövsiyyə edərdim ki, əməliyyata girməyə qərar veriblərsə, bu qərarı reallaşdırmazdan öncə o şişi yaradan neqativ enerjidən təmizlənsinlər. Çünki, enerji qaldıqca, xəstəliyin təkrar yaranma riski qalır. Bizim tətbiq etdiyimiz müalicə metodunda orqanizmin neqativ enerjidən təmizlənməsi cəmi 21 gün çəkir. Xəstə bu müddətdə səbr edib gözləsə, görəcək ki, onu narahat edən ağrılardan əsər əlamət qalmadı. Bundan sonra o, əməliyyat barədə verdiyi qərarı dəyişəcək və xeyirli variantı seçəcək. Ata-babadan deyiblər ki, şişə bıçaq vurmazlar. Təcrübə göstərir ki, kəsilən şiş əksər hallarda yenidən yaranır... Xərçəngdən qorunmaq üçün ilk növbədə neqativ enerjidən təmizlənmək lazımdır. Insan görəndə ki, diksinir, həyəcanlanır, yersiz əsəbiliyi, onurğada, həzm sistemində, analıq orqanlarında ağrıları var, deməli, bu enerjiyə yüklənib. Nə qədər ki, şişə çevrilməyib, neqativ enerjidən xilas olmalıdır. Belə etsə heç vaxt xərçəngə tutulmaz. Seans etdiyim pasiyentlərimə məsləhət görürəm ki, gün ərzində 12 ədəd ərik şərdəyi də yesinlər. Ancaq seans olunmayan adama bunun heç bir faydası yoxdur. - Çiçək xanımın hekayəsindən sonra Azərbaycanda çox sayda xərçəng xəstəsi var ki, onlar bunu oxuyub, müalicədən imtina edib sizə müraciət etmək fikrinə düşə bilər. Bu da böyük ajiotaj yarada bilər. Siz isə təksiz, bu qədər xəstəni qəbul etməyə sizing gücünüz yetərmi? - (Gülür) Siz elə bilirsiz ki, bu müsahibəni oxuyan kimi, bütün onkoloji xəstələr Paşa doktoru axtaracaq? Xeyr, əsla elə deyil. Sizə bir misal çəkim, yuxarıda bəhs etdiyimiz Çiçək xanımla eyni vaxtda onun rəfiqəsinə də xərçəng diaqnozu qoyulmuşdu. Hər ikisi şiddətli ağrılardan günlərlə yata bilmirdilər. Nəhayət, Çiçək xanım mənə müraciət etdi və iki seansdan sonra ağrılardan qurtuldu. Dedi, gələn dəfə seansa gələndə rəfiqəmi də gətirəcəm, qoy o da qurtulsun. Dedim inanmıram ki, o gəlsin. Hər dəfə seansa gələndə Çiçək xanım heyrətlənirdi ki, rəfiqəmə yalvarıram gəl mənimlə gedək, iki ayağın bir başmağa dirəyib, gəlmir... Aradan heç iki ay keçmədi ki, həmin gəlməyən qadın dünyasını dəyişdi. Onun əcəli tamam idi, ona görə də gətirmək mümkün olmadı. Həm də bilməlisiniz ki, neqativ enerji tək xərçəngi yaratmaqla kifayətlənmir; bu enerji həm də insanın üzünə bütün xeyir qapılarını bağlayır. Beləliklə, insan həmişə variantlardan ən ziyanlısın, çətinin seçir. Gündə onlarla xəstə mənə zəng edir ki, sabah gələcəm qəbulunuza. Ancaq onlardan 4-5 nəfəri güclə gəlir. Eyni xəstə ardıcıl zəng edəndə ki, keçən dəfə gələ bilmədim, sabah gələcəm, deyirəm səhvin var, sabah da gələ bilməyəcəksən. Gəlmək üçün yaxşı olar ki, qurban kəsib, yetimlərə paylayasan. Belə etsən Allah yol açar. Bu ölkədə Allah rizasına yetim qəlbi sevindirən 3-5 adam olar ki, mənim də qəbuluma elə bu sayda adam gələcək və düşdüyü dərddən asanlıqla qurtulacaq. Odur ki, üstümə axın olacağından, qətiyyən narahat olmayın. Nə vaxt insanları yetim qəlbi sevindirməyə axışan görsəniz, mənim də qəbuluma axışan görəcəksiniz... AYGÜN MUSAYEVA Medicina.az saytı üçün müsahibə. 16 may 2019
0 Comments
"Kömək edin! Kömək edin... Nə qədər çağırmaq, var-gücümlə qışqırmaq istəsəm də, bacarmırdım. Yerimdə çırpınmaq, çabalamaq istəyirdim, əllərim, ayaqlarım sözümə baxmırdı... Çox çarəsiz idim... Getdikcə nəfəsim tükənirdi. Boğazıma çökmüş qara kölgə ağırlığı ilə getdikcə məni əzir, nəfəsimi kəsir, gözlərim hədəqəsindən çıxırdı. Dəhşətə gəlmişdim, çox qorxurdum, getdikcə heç bir müqavimətin işə yaramayacağını anlayıb, sonumun çatdığını qəbul edirdim. Elə bil bütün dünyanın ağırlığı üzərimə çökürdü, məni sıxırdı, əzilirdim, əzilirdim... Bədənim xıncım-xıncım olur, heçliyə yuvarlanırdım... Və birdən elə bil qeybdən bir səs eşitdim. Bu səsin sehrilə üzərimə çökən qara kölgə də bir anda çəkilib, yox oldu. Gözlərimi açanda anam “bismillah”, - deyə-deyə alnımda puçurlanan təri silirdi". (azadqadın saytı) Bu cür hallarla pasiyentlərimin çoxu qarşılaşır və elə birinci seansdan sonra bir daha bu cür qarabasmaları olmadıqlarını deyirlər. Məni evinə dəvət edən bir polis işçisi isə, həmin varlığın əlindən cana gəldiyini deyir: "Gecələr yatmaq istəyəndə taqqıltı salıb, bizi oyadır, evin ortasındakı stolun üstünə çıxıb, pola tullanır, tappıltısından diksinib oyanırıq, daim əsəbi oluruq... onu tutmaq istədim; böyük bir kardon alıb, evin ortasına, stolun yanına qoydum. Üstünə un səpdim ki, tullananda izi qalsın, görüm nə formadadır, necə tuta bilərəm. səhər duranda gördüm kardonun üzərində rəsmlər çəkib, mənimlə məzələnib..." Evi seans edəndən sonra zarafatla dedim ki, tapşırdım, bir də sizi narahat etməyəcəklər. Ev sahibi elə bildi ki, mən onunla məzələnirəm :) Bir həftədən sonra bir də görüşəndə soruşdum ki, necədi, evdə səs-küy varmı? Dedi Vallah keçən dəfə elə bildim mənə lağ edirsən; amma, bu bir həftədə hələ də tıqqıltı eşitməmişik və əsəblərimiz sakitdir, rahat yatırıq. Buna bənzər hadisələr son dövrlər Azərbaycanda çox baş verir. Ancaq, təssüf ki, bəzi adamlar mütəxəssisə müraciət etməkdənsə, Zaurun verlişinə çıxırlar. Necə ki, əri qaçan, arvadı qaçan ora çıxır :) Orda da verlişin sponsoru psixologiya mərkəzi olduğuna görə, yalandan deyirlər ki, səs eşidən adamın başına hava gəlib :) Bir-iki yerdən bu sözü eşidəndən sonra şikayətçi həqiqətən də özündən şübhələnməyə başlayır və qorxusundan verlişə gəlmir. Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi XX əsrin əvvəllərində Azərbaycanın Qax bölgəsində taun xəstəliyi yayılmışdı. Xeyli sayda insan bu xəstəliyin qurbanına çevrilmişdi. Nəhayət, ağsaqqallar rayonun Malax kəndində yaşayan kəramət sahibi Hacı Mustafa əfəndinin yanına gəlib, taundan xilas olmaq üçün ondan kömək istədilər. Bu xəstəlikdən dünyasını dəyişənlərin məzarlığı təpənin ütündə idi. Şeyx camaatı toplayıb, həmin məzarlığın altından təpənin bir üzündən o biri üzünə tunel qazdırdı. Sonra bütün kənd əhalisini bir-bir həmin tuneldən keçirməyə başladı. Özü isə, tunelin çıxışında dayanaraq, əlində tutduğu və əvvəlcədən dua oxuduğu bir vedrə sudan adamların üzərinə çiləməyə başladı. Yaşlı adamların danışdığına görə həmin gündən kənddə bir nəfər də olsun taun xəstəliyinə tutulmadı. Oxucuda sual yaranacaq ki, bu necə baş verdi? Bu xurafatdır, yoxsa elmi əsası vardır? Fizika elmindən məlum olduğu kimi, suyun yaddaşı vardır. Bütün kəramət sahibləri kimi, Şeyx Mustafa əfəndi də bundan istifadə edərək, Quranın şəfaverici ayələrini suyun yaddaşına yükləmiş və insanların üzərinə çiləməklə. Onları neqativ enerjidən (taun virusundan) qorumuşdur. Burada daha bir sual meydana çıxır: suyun yaddaşına hamı müsbət enerji yükləyib insanlara şəfa verə bilərmi? Elmi-lədun araşdırmalarımız göstərir ki, bu nəzəri cəhətdən mümkün olsa da, praktikada hamıya müyəssər olmur. Belə ki, suya Quran enerjisini yükləmək üçün gərək insanın özündə də lazımi enerji (nur) olsun. Bu səviyyədə nur (enerji) isə, ancaq kəramət sahiblərində (Allah dostlarında) olur. Qeyd edim ki, Şeyx Hacı Mustafa əfəndi övliyaların görkəmlilərindəndir. O, XIX əsrin ortalarından, 1919-cu ilə qədər Qax rayonuun Malax kəndində yaşayıb. Onun Malax kəndindəki qəbrinin başdaşındakı kitabənin ərəbcədən tərcüməsi belədir: “Ya Rəhman, Ya Rəhim! Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Bu məhşur şeyx, bacarıqlı mürşid, sufilərdə üçüncü dərəcəyə çatmışların başçısı (əl-salikin), iki müqəddəs şəhəri - Məkkə və Mədinəni ziyarət etmiş, şərəflilərin və zəvvarların, insanların və cinlərin başçısı əl-Hac Mustafa Əfəndi, əl-Əhmədi, əl-Mahmudi, əl-Xalidi, əl-Xədra nəqşibəndi şeyx əl-Hacı Mustafa Əfəndi bin Hacı İsgəndərin qəbridir. Rəhmətlik Cəmadiül-əvvəl ayı 1337-ildə (1919) cənnət otağına köçmüşdür” Kitabədən göründüyü kimi, Hacı Mustafa əfəndi sufiliyin nəqşibəndiyyə qoluna mənsub olmaqla, üçüncü dərəcəyə çatmış şeyx olmuşdur. Bildiyimiz kimi sufilərdə bu dərəcəni almaq üçün mütləq digər sufi şeyxinə mürid (tələbə) omalı və onun rəhbərliyi altında bütün zahiri və batini (ləduni) elmləri mənimsəməli idi. Sonda imtahan verərək, müvəffəqiyyət qazanan tələbə hansısa bir bölgəyə şeyx təyin edilirdi. Şeyx Mustafa əfəndi Mövlanənin ardıcıllarından idi. Belə ki, o, böyük ovliya Talalı Şeyx Əhməd əfəndinin tələbəsi idi. Yeri gəlmişkən, qeyd edim ki, talalı Şeyx Əhməd əfəndi özü Almalı Şeyx Mahmud əfəndidən (1809-1876) dərs almış, o da öz nəvbəsində kəramətli övliya Lələli Şeyx Yunis əfəndidən (XVIII-XIX əsr) dərs almış, sonuncu isə, Kürdəmirli Mövlana Hacı İsmayıl əfəndi Şirvanidən (1782-1848) dərs almışdır. Şeyx Mustafa əfəndi mədəni maarif işlərinin inkişafında, bölgədə sosial problemlərin həll edilməsində də mühüm işlər görmüşdür. Onun çox zəngin kitabxanası olmuşdur ki, kommunistlərin hakimiyyəti dövründə hamısı yandırılmış, və yaxud torpağa basdırılmışdır. Şeyx Hacı Mustafa əfəndi şeyx olmaqla yanaşı, həm də kəramət sahibi övliya idi. Duaları haqq dərgahında qəbul olunduğundan, insanlar çətin anlarında ona üz tutardılar. Onun bəsirət və kəramət sahibi olmasını sübut edən əhvalatlar bu gün də xalq arasında maraqla danışılmaqdadır. Söz ardı: indiki dövrdə yayılmış koronavirus pandemiyyasının qarşısının alınmasında da Şeyx Mustafa əfəndinin metodundan istifadə etmək mümkündür. Yəni, Quranın enerjisini suyun yaddaşına yükləməklə insanları pandemiyyadan qorumaq olar. Bizim koronavirusun müalicəsində uğurla tətbiq etdiyimiz metod buna sübutdur. Hansı ki, bundan əvvəlki yazımızda bu barədə geniş bəhs edib, sənədlər təqdim etmişdik (bax: https://www.moderator.az/news/317453.html ) Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi Yola saldığımız 23 aprel tarixi ilin 114-cü günüdür. Bildiyimiz kimi, 114 ədədi “Quran”ın surələrinin sayı olmaqla, müqəddəs kitabın rəmzi sayılır.
Sual yaranır: müqəddəs kitab niyə məhz 114 surədə nazil oldu? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın elmi və qərarı ilə baş tutmasını bizə vəhy olunan aşağıdakı düsturdan görmək olur: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bu dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. (Yeri gəlmişkən, 9 rəqəmi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan, müqəddəs kitabda tövbə və cəza rəmzi sayılır.) Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (rəmzi) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Bu və digər hesablamalarımız göstərir ki, Həzrət Peyğəmbərimizə Qədr gecəsində vəhy olunan “Quran” ayələri Həzrət Osmanın xəlifəliyi dövründə kitab halına salınsa da, buradan heç bir ayə çıxarılmamış və yaxud əlavə edilməmişdir. Yuxarıdakı düstur sübut edir ki, müqəddəs kitab insan beyninin məhsulu olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Yeri gəlmişkən, bu qanunauyğunluğu sübut edən yuxarıdakı düsturun özü də insan beyninin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver” deyə, tapşırmışdır. Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, cahillər “Məhəmməd “Quran”a özünə sərf edən ayələr əlavələr etdi”, “Ömər Əli haqda olan ayələri oradan şıxardı”, “Aişə haqda ayəni Peyəmbər özündən əlavə etdi” kimi cəfəng fikirlərinə son qoysunlar! Həzrət Cəbrailin nazil etdiyi bu düstur, “Quran”a insan əliylə müdaxilənin mümkünsüzlüyünü sübut edir! “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Zəruri qeyd: Həzrət Cəbrail əleyhissəlamın bu və digər düsturları (mənə çatdırmaq üçün) Hacı Xalidə vəhy etməsi həm də onun sübutudur ki, hal-hazırda Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzi olmaqla, burada vəhy qəbul etməyə layiq insanlar yaşayırlar. ALLAH onların vasitəsiylə bəşəriyyətə mesajlarını çatdırır. Kainatda baş verən bütün hadisələrin üzərindən sirr pərdəsini qaldırmaq qüdrəttinə malik olan bu düsturları tapmaq üçün mən illər boyu axtarış aparmışam. Ağlıma gəlməzdi ki, ALLAH bu düsturları mənə Öz qulu Hacı Xalidin vasitəsi ilə çatdıracaqdır. Bu düsturlar əsasında mən 34 kitab, minlərlə məqalə yazdım; təyyarə, enerji qəzaları, zəlzələlər üzərindəki sirr pərdəsini qaldırdım, sağalmaz xəstəliklərin çarəsini tapdım; yolazmışlara və fironlara mesajlarımı çatdırdım. Həmd olsun aləmlərin Rəbbinə! Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi Mətbuatda yayılan xəbər-lərdən məlum olur ki, Cənubi Koreyada korona-virusdan sağalıb evə buraxılan 95 xəstə təkrar bu virusa yoluxub. Bu kimi xəbərlər başqa ölkələrdən də gəlməkdədir. İnsanarı bu sual çox düşündürür: sağalan insanlar təkrar niyə yoluxurlar? Qeyd edim ki, bir çox xüsusiyyətlərinə görə koronavirusu xərçəng xəstəliyi ilə müqayisə etmək olar. Belə ki, xərçəng düşdüyü orqanizmdə metastaz verdiyi kimi, koronavirus da nəfəs yollarına (yaxud, mədəyə) düşərək, oranı parçaladıqdan sonra, digər orqanlara, hətta cinsiyyət orqanlarına belə yayılır. Xərçəngin digər xüsusiyyətləri odur ki, şişi əməliyyatla götürsələr də, sonradan bu və ya digər orqanda yarana bilir. Koronovirusda da bu xüsusiyyət vardır – sağalıb evə buraxılan xəstədə bir müddətdən sonra bu xəstəlik yenidən görünə bilir. Həmçinin, sağalan xəstələrdə hansısa bir hissin (qoxu bilmə, dad bilmə, eşitmə və s) yoxa çıxması ola bilir. Sual yaranır: Bütün bunlar niyə baş verir? Niyə xəstəlik birdəfəlik sağalmır? Suala cavab vermək üçün əvvəllər xərçəng xəstəliyi haqda moderator.az saytında yayımlanan bir məqaləmə diqqət çəkmək istəyirəm. Orada göstərmişdik ki, xərçəngin yaranma səbəbi orqanizmə kənardan yönləndirilən neqativ enerjidir. Bu qara enerji hər hansı bir orqanın üzərində toplanaraq, orada şiş yaradır. Cərrahiyyə əməliyyatı ilə bu şişi kəsib götürdükdə həmin enerji digər bir orqanın üzərində toplanaraq, yeni bir şişin yaranmasına səbəb olur... Bu ona bənzəyir ki, çayır bitkisinin gövdəsini kəsdikdən sonra, torpağın altında qalan kökdən yeni pöhrələr çıxır. Burada neqativ enerji çayırın kökü funksiyasını yerinə yetirir (bax: https://www.moderator.az/news/270545.html ) Koronavirusdan bəhs edən bir məqaləmdə isə, bu virusun əslində neqativ enerji olduğunu qeyd etmişdim. Bildirmişdim ki, koronavirus neqativ (qara) enerjinin bir forması olmaqla, ruhi varlıqdır. Virus o şəxslərə yoluxur ki, onlarda daha əvvəl neqativ enerjinin digər formaları (nəfis, bəd nəzər, magiya) olmuş olsun. (bax: https://www.moderator.az/news/315870.html ) Son vaxtlar koronavirusa yoluxmuş insanlarla müalicə seansları apararkən, diqqətimi bu məqam cəlb edir ki, pasiyentlərimin hamısında yoluxmadan öncə neqativ enerji olub. Hətta, elə pasiyentlərim olub ki, bu enerjinin ona ana bətnində olarkən yoluxduğunu təsbit etmişəm. Yəni, pasiyent anadangəlmə neqativ enerjiylə doğulub. Belə şəxslər koronovirusa daha həssas olurlar. Hamıdan tez yoluxurlar. Yoluxduqda isə, xəstəliyi ağır keçirdirlər. Belə xəstələri tibbi vasitələrlə sağaltdıqdan sonra, bədənlərində neqativ enerji qaldığına görə xərçəng xəstəliyində olduğu kimi, yenidən koronovirus xəstəliyi təkrarlana bilir. Onu da qeyd edim ki, bizim apardığımız müalicə seansları koronovirusun yaratdığı fəsadları sağaltmaqla yanaşı, orqanizmi də neqativ enerjidən təmizləyir. Odur ki, sağaltdığım pasiyentlər arasında hələ ki, təkrar yoluxma halı baş verməyib və pasiyentlərim heç bir hisslərini (qoxu bilmə, dadbilmə və s) itirməyiblər. (bax: https://www.moderator.az/news/317453.html ) Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi Son günlər KİV-də 5G internet tezliyinin koronavirusun yayılma-sında mühüm rol oynadığı barədə məlumatlar dolaşmaqdadır. Sübut kimi, virusdan ölənlərin çoxluq təşkil etdiyi ölkələrin hamısının (Çin, İran, İtalya…) 5G-yə keçdik-lərini göstərirlər. Sual yaranır: Bu həqiqətənmi belədir? Moderator.az-ın əməkdaşı sözügedən məsələ ilə bağlı psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Həkimin fikirlərini oxucularımıza təqdim edirik: - Həqiqətən də yüksək tezlikli dalğalar havadakı oksigeni öldürür. Bu vaxt insanda nəfəs darlığı, və boğulma yaranır. Bunu biz başqa formada hələ Sovetlər dönəmində yaşamışıq. Belə ki, Qəbələdə yerləşən Hərbi Hava Qüvvələrinə məxsus radiolakasiya stansiyası ətraf rayonların əhalisini necə xəstələndirdiyini, flora və faunanı necə məhv etdiyini görmüşük. Şükür ki, həmin stansiya buradan köçürüldü. İndi həmin ziyanı digər formada internet vurur. Özəlliklə də yüksək tezliyə malik olan 5G internet. Bu da eyni qaydada şüalanma yaradır və havadakı oksigeni məhv edir. Nəticədə insanlarda boğulmalar müşahidə olunur. - Doktor, belə iddia olunur ki, koronavirus 5G internet üzərindən insanlara yoluxur. Bu mümkündürmü? - Yadınızdadırsa, mən moderator.az saytındakı yazılarımda və kitablarımda bir məsələni vurğulamışdım ki, kompyuter insanın alt kopyası olaraq yaradılıb və orada olan bir çox funksiyalar əslində insanda da var. Məsələn, elə götürək internetə giriş etdiyimiz “WWW”-nu. Bu hərflərdən istifadə etməklə insanlar geniş informasiya məkanına daxil olub, istədikləri informasiyanı əldə edirlər və Yerin istənilən nöqtəsindəki tanışları ilə təmas qururlar. Elmi-lədun araşdırmalar apararkən kəşf etdim ki, insan sifətində üç nöqtə vardır və onları hər əlin üç barmağı ilə birləşdirdikdə barmaqların fəzada vəziyyəti “WWW” formasını alır. Bu vaxt insanın bəsirət gzü açılaraq, paralel aləmə çıxır. Bu aləmdəki nuru, və aləmin gözəlliyini, mələklərin nurunu ziyarət etmək mümkün olur. Eləcə də internetdə informasiya ötürmək üçün istifadə edilən “@” işarəsi. İnsanın mədə-bağırsağının şəklini bu işarəylə yanaşı qoysanız, sanki kopya olduğunu görəcəksiniz. Elmi-lədun kəşflərimizdən biri də bununla bağlıdır. Yəni, bizə məlum oldu ki, sifətdəki üç nöqtəni (“WWW”) və mədənin üzərində olan nöqtələri basmaqla, insan öz enerjisini istənilən istiqamətə, istənilən məsafəyə, hətta, Yerin cazibəsindən kənardakı obyektlərə də ünvanlayıb, çatdıra bilir. Mən bu kəşflərimi müalicəyə tətbiq etməklə, neçə illərdir ki, internet üzərindən xəstələri müalicə edirəm. İndi qayıdaq virusun internetlə yayılmasına. Yuxarıda qeyd etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradılıb. Alt kopyaya internetlə virus gəlməsi mümkündürsə, bəs “üst kopya” olan insana niyə göndərilə bilməsin? Koronavirus infeksiyasının yayılması yollarını araşdıran elm adamları artıq bunu təsdiq edirlər. Məlum olur ki, 5G internetdə güclü şüalanma olduğundan, insanlarda oksigen çatışmazlığı və boğulmalar yaradır. Hətta, bu dalğalar nəm hava ilə reaksiyaya girərək, koronavirus yarada bilir. Həmçinin, yüksək tezlikli bu dalğalar insan bədənində olan və orqanizmi qoruyan mikroorqanizmləri məhv edir ki, bu da immun sistminin zəifləməsinə səbəb olur. Beləliklə orqanizm müdafiəsiz qalır və virus asanlıqla insanı məhv edə bilir. Yeri gəlmişkən, sizə bir sir də açım. Bir neçə gün öncə moderator.az saytında koronovirusdan sağaltdığım pasiyentimin test cavablarını paylaşmışdım. Türkiyədə tələbə olan həmin xəstəni internet üzərindən sağaltmşdım. Bunu yuxarıda qeyd etdiyim kəşflərimlə eləmişdim. Ötürdüyüm enerji dalğaları orqanizmdə pozulmuş oksigen balansını təmin edir. Ağ ciyərin funksiyası bərpa olur və xəstədə boğulma əlaməti aradan qalxır. Nəticədə bir neçə seansdan sonra koronovirusdan (eləcə də digər xəstəliklərdən) əziyyət çəkən xəstə qısa zamanda sağlamlığına qovuşur (bax: https://www.moderator.az/news/317453.html) - Doktor, internetdən başqa, daha hansı amillər koronavirusun inkişafına təsir göstərir? - Bütün ölkələrdə Hərbi Hava Qüvvələrinə məxsus obyektlər var ki, onların funksiyası ölkənin hava məkanını qorumaqdan ibarətdir. Onlardan ayrılan yüksək tezlikli dalğalar insanlara çox pis təsir göstərir və boğulmalara səbəb olur. Təəssüf ki, Bakı şəhərində də bu cür obyektlər mövcuddur və onlar şəhərə yüksək tezlikli şüalar yayırlar. Bu çox ziyanlı şüalardı və neçə vaxtdır insanlarda boğulmalara səbəb olur. Mən bu şüaları hiss etsəm də onlar məni boğmurlar. Ancaq pasiyentlərimiz arasında boğulmadan əziyyət çəkənlər çoxdur. - Paşa doktor, bir həkim və elmi-lədun bilicisi olaraq koronavirusun nə vaxt bitəcəyi haqda proqnoz verə bilərsizmi? - Bu virus yuxarıda qeyd etdiyimiz kimi, nəmişlik havada daha çox inkişaf edir və yayılır. Bu və digər bilgilərimiz əsasında deyə bilərik ki, mayın ortalarından sonra koronavirusa son qoyulacaq. Güman edirəm ki, Ramazan bayramını koronasız qeyd edə biləcəyik. Əlbəttə, düzgünün Allah bilir. Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi Son günlər koronavirus bəlasından qurtulmaq üçün insanların sosial şəbəkə və vatshap üzərindən müsəlləyə çağrılması haqda elanlara tez-tez rast gəlirəm. Mənə bu barədə suallar da gəlir ki, müsəlləyə çıxmaq nədir və necə edilsə ALLAH dərgahında qəbul edilər? Öncə qeyd edim ki, müsəlləyə çıxmaq - hansısa bir bəlanın, sıxıntının aradan qaldırılması üçün insanların toplum halda, hündür yerdən ALLAHA dua etməsinə deyilir. Bildiyiniz kimi, övliyalar tarixinə dair xeyli kitabların müəllifiyəm. Həyatını araşdırdığım övliyaların müsəlləyə çıxmaq faktları çox olmuşdur və yazdığım kitabar bu cür əhvalatlarla zəngindir (şahidlərin dilindən yazmışam). ALLAH dostlarının təcrübəsindən çıxış edərək bu istiqamətdə bəzi tövsiyyələr vermək istərdim. Tarixən insanlar müsəlləyə çıxarkən, mərasimə rəhbərlik etməyi bir övliyadan (Bu zümrəyə aiddir: kəramət sahibləri - syyidlər, ALLAH dostları - hansı ki, onların duasıyla hansısa xəstə şəfa tapıb, müşkül iş həll olub.) xahiş edərmişlər. Onlar xalqın xahişini nəzərə alıb, vaxt təyin edərmişlər ki, filan gün, filan saatda camaat filan yerə toplaşsın, müsəlləyə çıxacağıq. Adətən seçilən yer ya hansısa bir övliyanın ziyarətgah olan məzari-şərifi, ya da hündür bir təpə, dağ seçilərmiş (məkan pak olsun deyə). Kəramət sahibləri bu mərasimi yerinə yetirməzdən öncə insanlara elan edərmişlər ki, həmin yerə gələndə imkanlı şəxslər özləriylə qurban gətirsinlər (yaxud bir neçə nəfər toplaşıb bir qurban alarmışlar). Dua etməzdən öncə gətirilən qurban(lar) kəsilib, kənddəki başsız ailələrə, kasıblara, xəstələrə pay çıxılarmış. Ondan sonra kəramətli şəxs bəlanın götürülməsi (yaxd, yağış yağması, müşkül işin həll olması) üçün ALLAHA dua edərmiş, toplaşanlar da Amin deyərmişlər. Rəbbim edilən o xeyirxah əməl (yetimlərin, kasıbların sevindirilməsi) xatirinə həmin duanı qəbul edərmiş. Bu şəkildə müsəlləyə çıxaraq, bəlalardan qurtuluş barədə yaxın tariximizdən mənə yüzlərlə fakt məlumdur (yaşlı şahidlər danışıblar). Bu təcrübədən çıxış edərək, koronavirus bəlasının götürülməsinə görə müsəlləyə çıxmaq istəyənlər özləriylə qurban götürsünlər və kəsdikləri qurbanı öncə başçısını itirmiş ailələrə və kasıblara bölüşdürsünlər. Sonra dua etsinlər. Hazırkı durumdan tezliklə çıxmamız üçün hər kənddə, şəhərdə bu cür qurbanların kəsilməsi son dərəcə vacibdir!!! Kəndlərdə hamı pul qoyub bir baş erkək dana alıb kənd adından kəsə bilərlər. Bir kənddən ən azı 40 nəfər pul qoyub, qurban kəsərsə ALLAH həmin kəndi bəladan hifz edər. Kimsə görsə ki, kəndində buna məhəl qoyan yoxdur, onda özü fərdi qaydada bir qurban kəsib, dediyim kateqoriyadan olan insanları sevindirdikdən sonra dua edərsə, ALLAH onun ailəsini gələn bəlalardan qoruyar. Əgər şəxsin bir qurbana da gücü çatmırsa, onda iki yetim uşağı bir dəfə doyuzdurduqdan sonra belə dua edə bilər: Ya Rəbbim! Mən gücüm, imkanım daxilində bu iki yetimin qəlbini sevindirdim. Sən də məni və övladlarımı bu bəladan qoruyaraq, məni sevindir. Sən buna qadirsən, qüdrət sahibisən! Soruşacaqsız ki, qurban olmasa, nəsə verilməsə, dua qəbul olmazmı? Xeyr! Çünki, Rəbbim bu barədə belə buyurur: Sizin gözəl sözlərinizi (dualarınızı, namazlarınızı) Allah dərgahına gözəl əməllriniz (!) qaldırar. Və yaxud bir ayədə buyurur: Biz sizin gözəl sözlərinizi eşidir, gözəl əməllərinizi isə qəbul (!) edirik! Odur ki, müsəlləyə çıxarkən, çalışın mərasimə rəhbərliyi çox namaz qılana yox, çox yaxşılıq edənə tapşırasınız. Bu mərasimdə ərəbcə nəsə deməyə heç bir ehtiyac yoxdur, bacarırsızsa iki rükət namaz qılın, bacarmırsınızsa elə öz dilinizdə deyin ki, Ya Rəbbim Sənin rizanı qazanmaq üçün, bu qurbanı kəsdik, yaxud bu yaxşılığı etdik, bunu bizdən qəbul elə və bu gözəl əməlimiz xatirinə gələn bəlalardan bizi hifs elə. Biz sənə sığınırıq, Sənə pənah gətiririk, günahlarımızı bağışla və bu kəndin əhalisini (yaxud mənim ailəmi) bu bəladan qoru. (Dünya üçün dua etmək sizlik deyil, çünki, siz öz ailənizə və yaxud kəndinizə cavabdehsiz. Qurbana kim şərikdirsə, savabından ancaq onlar faydalana bilər). ALLAH kəsdiyiniz qurbanları, etdyiniz yaxşılıqları qəbul etsin və sizləri bu bəladan hifs etsin. Amin. Söz ardı: yeri gəlmişkən qeyd edim ki, bu sətirlərin müəllifinin dünyaya gəlişi də ağsaqqalların Üveys Əl-Qərani (Veyis Baba) ziyarətgahında müsəlləyə çıxması ilə bağlı olub. Orada keçirilən mərasimdən sonra ailədə qızlardan sonra bir oğlan doğulub. Allahın aciz və fəqir qulu: Dr. Paşa Yaqub Hörmətli rəsmilər! Hazırda yayılmış pandemiya-nın miqyasını hamıdan yaxşı siz bilirsiniz. Dünyada çox böyük insan təlafatı olacağı barədə proqnozlardan məlu-matlısınız. Epidemiya bitəndən sonra dünyada baş verəcək aclıq və yaxud qıtlığın da Azərbaycandan yan keçmə-yəcəyini bilirsiniz. Ona görə də təbii ki, narahatsınız. Çünki, nə baş verəcəyini proqnozaşdır-maq və çıxış yolu tapmaq insan beyninin gücündən kənardır. Belə bir çətin və qaranlıq durumdan çıxış yolu tapmaq üçün fövqəladə (qeyri adi) bir elmə ehtiyac var. Bütün bunları nəzərə alıb, millətimizi kütləvi qırğından və gələcəkdə gözlənilən qıtlıqdan qorumaq üçün sizə bəzi təkliflər vermək istəyirəm. İmkanınız və vaxtınız varsa məni qəbul edib, təkliflərimi dinləyin, ağlabatan olarsa, istifadə edərsiniz. Söz ardı: Bəşər tarixinin müxtəlif dövrlərində bu cür böhranlar olmuşdur. Ancaq fövqalədə elmə malik bilicilərin, alimlərin təkliflərindən istifadə edən ölkələr bu böhranlardan az itkiylə çıxmışlar. Məsələn, Yusif Peyğəmbərin təkliflərindən istifadə edən Misir hökuməti aclıqdan qurtuldu və digər ölkələr yardım üçün Misirə müraciət etdilər. Ola bilsin ki, elmi-lədun bilicisi olaraq bizim də verdiyimiz təkliflər dövlət rəsmilərinin işinə yarasın (inanıram ki, belə olacaq). Nəzərinizə çatdırım ki, koronovirus epidemiyasından sağaltdığım insanlar var və bunu təsdiq edən sənədlər bugünlərdə mətbuatda dərc olunub. Odur ki, təkliflərimi dinləmək üçün məni qəbul etməyinizi xahiş edirəm. Paşa Yaqub Psixoterapevt, elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |