Vüsal adlı pasientim (ad şərtidir) mənə müraciət etdi ki, qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, mənə kömək edə bilərsinizmi? Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən pulun qalığını da istəyə bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, əllilik vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", “qalığını” qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, mənə kömək edin. Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.) Dedi haradan bildiniz, yoxsa siz də görmüsüz? Dedim yox, səndən qabaq da birinə ilişmişdi; həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür... Nə isə, bi neçə seansdan sonra qadın cin bir də Vüsalı narahat etmədi. Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar. Yeri gəlmişkən, buna bənzər bir hadisə ilə, rayonların birində tədqiqat apararkən rastlaşmışdım. Qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxlayırlar. Bu müddətdə heç kəslə təmasda olmağına icazə vermirlər. Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı. Müqaisə üşün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür... Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, falçılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür “əsirlikdən” keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları gələn pasiyentlərə ötürməklə pul qazanırlar. Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri düz olur (kartla, kofeylə, şamla baxan “şeytan”lar da belədir). Çünki, “Quran”da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı maqa xəbər verir... Bütün bunlar “İnək” surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan bu barədə çox danışmıram. Psixoloq olaraq müşahidələrimiz göstərir ki, bu gün cəmiyyətin böyük əksəriyyəti neqativ təsirdən əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxusunun törədicisi qadınlardır. Onlar bunu bəzən bilərəkdən edirlər və elə bilirlər ki, xoş bir missiya həyta keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (maqa) deyirlər. O da öz növbəsində bu işin onunçun heç bir problem olmamasını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır". Elə bütün bəlalar da bundan sonra baş verir. Soruşacaqsınız ki, nə baş verir? O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), immuniteti zəifləyir və nəticədə tez-tez səhhəti pozulur, məhəbbət hissin itirir (əks cinsə həvəsi olmur), həyat eşqi, yaşamaq həvəsi olmur, yuxuda diksinmələr, fobiyalar müşahidə edilir, qəmgin olur, özünə qapanır və s. Nəticədə, bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki, başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir. Ona görə də psixoloq olaraq qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gələndə ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa maqın (görücünün, falçının) vasitəçiliyindən heç vaxt istifadə etməsinlər. Bu, qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat patlayıb fəsad törədən kimi, magiya da insan həyatına daim neqativ enerji ötürdüyündən gec-tez müxtəlif fəsadlar törədir. Həm də insanın etdikləri bir gün bumeranq kimi mütləq qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşul olağın ki, qarşımıza da həmişə xeyir çıxsın! “İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir”. “İmran ailəsi” surəsi, 104.
0 Comments
“Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər, onlara dünyada da, axirətdə də müjdə vardır”. “Quran”, “Yunis” surəsi, 62-64 Allahın dost seçdiyi saleh qullarından biri də kəramət sahibi Seyid Əli ağadır. O, XIX əsrdə Qərbi Azərbaycanın Göyçə mahalının Qızılvəng kəndində yaşayıb. Hal-hazırda Şəmkirdə yaşayan törəmələrində bu günədək qorunub saxlanan şəcərədə Seyid Əli Seyid Budaq oğlunun Həzrət Peyğəmbərin və Həzrət Əlinin nəslindən olduğu öz təsdiqini tapmışdır (şəcərə sənədi 1832-ci ildə 54 mötəbər alimin möhürü ilə təsdiq olunaraq verilmişdir). Seyidin kəramətlərini təsdiq edən əhvalatlar zaman-zaman nəsildən-nəsilə ötürülərək bu günümüzədək gəlib çıxmışdır. Onlardan birini oxuculara təqdim etmək yerinə düşərdi. Belə ki, Seyid Əli ağanın müasiri olmuş Nəbi kişi öz nəvələrinə danışırmış ki, bir gün Göyçə mahalının Yarpızlı kəndində bir yas məclisində oturmuşduq. Seyid Əli ağa məclisin başında oturub söhbət edirdi. Söhbət əsnasında birdən qəflətən yerindən qalxıb əlini irəli uzatdı, dedi: “Vay-vay-vay, a bala qorxma, a bala qorxma”. Bu vaxt hamı gördü ki, seyidin barmağı qanadı. Məclisdəkilər soruşdular ki, “Ağa, barmağın niyə qanadı? Kimə “qorxma-qorxma” deyirdin?” Dedi: “Qızılvəng kəndindən filankəslər (adları ilə dedi) arandan gəlirdilər, qabaqlarında da bir inək vardı, yolda tar (qar uçqunu ”“ müəllif.) onları aparırdı. Bu anda məni çağırdılar, onları götürüb qırağa qoyanda barmağım daşa dəydi qanadı”. Nəbi kişi söhbət edirmiş ki, məclisdə çox adam vardı, seyidin bu sözünə inanan olsa da çox adama gülməli gəldi. Hamı bir-birinin üzünə baxdı. Fikirləşdik ki, bizimlə bərabər məclisdə oturan adam bir neçə kilometr uzaqda tara düşənləri necə xilas edə bilər? Bu düşüncə məclisdəkilərin üzündən aydın oxunurdu. Ortada cəmi bir fakt vardı ki, seyidin barmağı bizm gözümüzün qarşısında havada qanadı və onun xilas etdiyini iddia etdiyi və adlarını çəkdiyi adamları məclisdəkilər hamısı tanıyırdılar. Odur ki, hamı səbirsizliklə məclisin qurtarmasını gözləyirdilər ki, gedib həmin adamlardan tara düşüb-düşmədiklərini soruşsunlar. Nəhayət, məclis başa çatır, camaat evinə dağılışıb gedirlər. Axşamüstü həmin Yarpızlı kəndinin camaatı küçədə dayanıb, günorta baş vermiş əhvalatı müzakirə edirdilər ki, bunun doğruluğunu qonşu Qızılvəng camaatından necə soruşaq. Mübahisənin qızğın vaxtında görürlər ki, Seyid Əli ağanın günorta adını çəkdiyi adamlar buduha girdilər kəndə, qabaqlarında da bir inək. Camaat onları dövrəyə alıb, soruşurlar ki, siz yolda tara düşmüşdünüzmü? Cavab verirlər ki, bəli, bizi tar aparırdı, Seyid Əli ağanı çağırdıq, gördük yanımızdadır. Bizi bir-bir götürüb qırağa qoydu. Heyvanımızı da xilas etdi. Biraz gələndən sonra baxdıq ki, seyid yanımızda yoxdur. Bu inəyi də ona nəzir eləmişik. Axşamı bu kənddə qalıb, sabah Qızılvəngə çatan kimi, inəyi ona aparacağıq... Seyid Əli ağa dünyasın dəyişən gün insanlar qəribə bir öcüzənin şahidi olublar. Belə ki, Seyidin cənazəsi yuyacaqda olarkən, böyük bir göyərçin dəstəsi göy üzünü bürüyüb. Göyərçinlər hissə-hissə yuyacağa enərək, cənazədən axan suyu ağızları ilə tutub, suyun yerə tökülməsinə imkan verməyiblər. Birinci hissə göyərçinlər ağızlarını suyla doldurub, qalxdıqdan sonra, yuxarıda gözləyən ikinci dəstə yuyacağa enib. Onlar da suyu götürüb, qalxdıqdan sonra, üçüncü dəstə enib... Bu minvalla, şahidlərin danışdığına görə göyərçinlər imkan verməyiblər ki, seyidin cənazəsindən axan su yerə tökülsün. Hazırda Seyid Əli ağanın qəbri Göyçə mahalının Qızılvəng kəndindədir. Yurdunda Seyid Mirisə adlı oğlu qalıb. Seyid Mirisə də kəramət sahibi övliyalardan olub. Onun kəramətlərinə dair əhvalatlar bu gün də maraqla danışılmaqdadır. Deyilənə görə Seyid Mirisə yol ilə gedərkən bir nəfər həmkəndlisinin torpağa buğda səpdiyini görür. Soruşur ki, “Ay qonşu, bərəkətli olsun, nə əkirsən?” Qonşusu buğda əkdiyini danıb, deyir zəyrik (heyvan yemi) əkirəm. Mirisə ağa deyir: “Allah zəyriyinə bərəkət versin”. Ağsaqqalların danışdığına görə həmin adamın səpdiyi buğda sahəsində bir dənə də olsun buğda bitmir ”“ hamısı zəyrək olur. Oğru belə tövbə etdi Bir nəfər oğurluq məqsədi ilə gecə Seyid Mirisənin həyətinə gəlir. Yaxınlaşanda görür ki, seyid həyətdə namaz qılır, həyat yoldaşı Zeynəb nənə də yanındadır. Oğru kənarda dayanıb gözləyir, seyid səhərə qədər ibadətdən ayrılıb, evə keçmir ki, bu da heyvanları aparsın. Səhər açılır, oğru fikirləşir ki, sabah gecə gələrəm. Sabah gecə gəlir, yenə eyni mənzərənin şahidi olur: Mirisə ağa həyat yoldaşı ilə həyətdə namaz qılır. Yenə səhər açılır. Oğru gedib, gündüzü yatır, üçüncü gecə bir də gəlir ki, bu gecə seyidin heyvanlarını mütləq aparacam. Üçüncü gecə də Seyid Mirisə ilə Zeynəb nənəni həyətdə ibadət edən görür. Səhərə qədər çöldə gözləyən oğru, səhər açılanda kor-peşman evinə qayıdır. Oğru bu üç gün ərzində gündüzlər də tez-tez seyidin evinin yanından keçir ki, görsün bunlar gündüzlər yatırlarmı? Baxıb görür ki, ağa gündülər öz həyat yoldaşıyla bərabər öz iş-gücündədir. Seyidin gecə-gündüz yatmaması, gündüzlər işdə, gecələri səhərədək ibadətdə olması oğrunu heyrətə salır və qərara gəlir ki, bunun sirrini, səbəbini mütləq öyrənməliyəm: axı necə ola bilər ki, insan gecə-gündüz yatmasın? Dördüncü gün səhər tezdən oğurluq etmək istəyən adam seyidin evinə qonaq gəlir. Mirisə babadan soruşmağa cürət etmir, Zeynəb nənəyə deyir ki, “Ay Zeynəb nənə, sənə bir sirr açacam, amma, Allaha and verirəm aramızda qalsın. Üç gecədir sizin həyəti pusuram ki, heyvanlarınızı aparam. Amma, gecə səhərə qədər həyat yoldaşınla səni həyətdə namaz qılan görürəm. Gündüzlər də evinizin yanından keçəndə, görürəm ikiniz də iş-güclə məşğulsunuz. Artıq sizin heyvanlarınız məni maraqlandırmır. Mən bircə sirri bilmək istəyirəm ki, siz günlərlə yuxusuz necə qalırsınız? Bunu öyrənmək üçün gəlmişəm”. Zeynəb nənə deyir ki, “Bala, gündüzlər gördüyün bizik, həyət-bacada öz işimizlə məşğuluq. Axşam olanda isə, giririk yatağa, bir də səhər oyanırıq. Allaha and olsun üç gecədir ki, biz bir dəqiqəliyə də olsa həyətə düşməmişik, necə yatmışıqsa, səhər elə də oyanıb qalxmışıq”. Oğru başa düşür ki, seyidin malını Allah qoruyur. Orada da tövbə edir və bir daha oğurluq etmir. Sənət adamı olan dostlarımın demək olar hamısı gileylənirlər ki, kənar yerlərdə sənətimizə yüksək qiymət verildiyi halda, öz doğulduğumuz yerin insanları bizə qiymət vermirlər. Bəzi dostlarım bunu yaşadığı yerin əhalisinin qədirbilməzliyi, sənətdən baş çıxarmaması kimi qiymətləndirirlər. Bilməlisiniz ki, bunun səbəbi heç də yaşadığınız yerin əhalisində deyil. İnanmırsınızsa, sizə yüksək qiymət verilən yerlərdə yerli sənətkarlardan soruşun, görün onlara həmin yerdə qiymət verirlərmi? Əlbəttə “yox” deyəcəklər. Bu problemlə tək bir sənətlə məşğul olanlar deyil, bütün sənət sahələrinin sənətkarları qarşılaşırlar. Odur ki, məsələnin kökünə daha dərindən nəzər salmağı lazım bildim. El arasında “öy buzoyundan öküz olmaz” məsəli təsadüfən yaranmayıb. İnsan cəmiyyəti yaranandan yanaşma bu cür olub. Ona görə də, bizdən qabaq yaşamış aqillər başqalarından fərqli qabiliyyəti, istedadı olan adamara (sənətkarlara) məsləhət görmüşlər ki, öz sənətinizlə yüksəlmək və ad-san qazanmaq istəyirsinizsə, mütləq yaşadığınız yeri tərk etməlisiniz. Bunu belə izah edirlər ki, əgər sən xüsusi istedada sahib olub, məsələn, bir elmi kitab yazmısansa, yaşadığın yerin adamları onu oxuduqca, gözlərinin qabağına sənin uşaqlıqda onlarla bərabər etdiyin günah işlər gələcək... və beləliklə də sənin elmin o günahların kölgəsində qalacaq və həmin əhalinin gözlərində dəyərsiz olacaq. Sənin uşaqlığından və gəncliyindən (günahlarından) xəbərsiz olan uzaq yerin əhalisi isə, sənin kitabına və istedadına yüksək qiymət verəcəklər... Bilməlisiniz ki, dağ nə qədər uzaqda olsa, onun əzəməti bir o qədər böyük görünər. Üstünə çıxanda isə, insan özünü o dağdan əzəmətli hiss edər. Beləliklə də, insanın gözündə həmin dağın əzəməti itib gedər. Odur ki, doğulduğu yerdə yaşayan böyük istedad sahibləri də həmin o üstünə (oxu: boynuna) çıxılmış dağa bənzəyirlər - ətrafındakılar onun əzəmətini (istedadını) hiss etməzlər. Buna əmin olmaq üçün kəndinizdə doğulmuş iki istedadlı adamı müqaisə edin: biri doğulduğu kəndi tərk edib ad-san qazanıb, o biri kənddə qalıb, tanınmayıb. Dərindən araşdırsanız görəcəksiniz ki, tanınmayan həmyerliniz tanınandan qat-qat istedadlıdır; sadəcə, kənddə qaldığına görə istedadını nümaiş etdirməyə, məşhurlaşmağa şərait olmamışdır. Balıq dəryada böyüdüyü kimi, istedadlı adamlar da ancaq böyük şəhərlərdə məşhurlaşa bilirlər. Xoşbəxtliyi həmişə uzaqlarda axtaran insanlar bilməlidirlər ki, yaxınlaşanda onsuz da o əzəmətdən əsər-əlamət qalmayacaq. Ona görə də çalışın ətrafınızdakı insanları qiymətləndirəsiniz. Nə qədər çətin olsa da... Hazırda İsrildə yaşayan yazıçı Çingiz Hüseynov Moderator.az-da yayımlanmış müsahibəsində “Quran”ın təhrif olunduğunu, insanlar tərəfindən "Quran"a müdaxilə olunduğunu iddia edir. (Müsahibəni bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/166511.html )
“Quran” araşdırmaçısı olaraq məsələyə münasibət bildirməyi özümə borc bildim. Öncə qeyd edim ki, “Quran” özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, özü-özünü də riyazi şəkildə təsdiq edir. Bunu aşağıdakı düsturlardan aydın görmək olur. Məsələn, götürək “Quran”ın niyə 114 surədən ibarət olmasının sirrini. Sual yaranır; müqəddəs kitab niyə məhz 114 surədir? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görmək olur: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını. Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edək ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı (kodu) olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Və yaxud götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini. Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Rəbbimin öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır. Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik: 78 - 31 = 47 Bu fakt Rəbbimlə Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində olmasının riyazi sübutudur. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur. Bunu “İbrahim” surəsinin kodunu təhlil edərən də aydın görmək olur. Xatırladaq ki, 14 ədədi “Quran”da “İbrahim” surəsinin sıra nömrəsidir. “Məhəmməd” surəsi kimi “İbrahim” surəsi də riyazi şəkildə “Rəhimli Allah” surəsinə bağlanır. Yəni, sirləri burada açılır. Belə ki, "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın elmi ilə) düzüldüyünü bir daha təsdiq edir. Həm də müqəddəs kitabın nazil olduğu gündən 114 surədən və 6.236 (altı min iki yüz otuz altı) ayədən ibarət olması heç bir şübhə doğurmur. Bildiyimiz kimi, “Quran”ın surələrinin düzülüşü kimi, hətta, səhifələrinin də sayında böyük hikmət vardır. Belə ki, müqəddəs kitabın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib (sonralar Quranın sözlərinə və düzülüşünə əl vurmasalar da kağız formatın dəyişdirdilər. Beləliklə səhifələrin sayı artdı). Araşdırmalarımız göstərir ki, bu, təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü aşağıdakı hikmətlərdə biruzə verir: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Oxucuları yormamaq üçün hesablamaları davam etdirmirəm. Bir daha bildirirəm ki, yazıçı Çingiz Hüseynovun açıqlamasında “Quran”ın təhrif olunduğunu, insanlar tərəfindən ona müdaxilə olunduğunu iddia etməsi tamamilə əsassızdır. Müqəddəs kitabın orjinalına toxunmaq mümkün deyildir. Ancaq onu şərh edənlər bəzən öz cahillikləri ucbatından öz dillərində yanlış şərhlər verirlər. Bu səhvlərin orjinal “Quran”a aidiyyəti yoxdur. "Dəyanətin intiharını maddiyyatla bağlamaq düzgün deyil" Bu gün tanınmış psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbəri günün əsas mövzusuna çevrildi. Onu da vurğulayaq ki, intihar hadisələri bu gün cəmiyyətin bütün təbəqələrinə sirayət edib. Yaşından, cəmiyyətdəki mövqeyindən, vəzifəsindən aslı olmayaraq insanlar intihara çox meyl edirlər. Adətən belə hallara qarşı mübarizəni psixoloqlar aparırlar. Bu gün artıq psixoloqların özlərinin də intihar etməsi xəbərini alırıq. Əgər psixoloqlar da intihar edirsə, deməli bu məsələ üzərində ciddi düşünülməlidir. Görünür problemin arxasında hansısa sirlər gizlənir. Bu sirləri aşkar etmək üçün elmi-lədun araşdırmaçı və psixoterapevt Paşa Yaquba müraciət etdik. Onun fikirlərini Moderator.az saytının oxucularına təqdim edirik: - Paşa bəy, bu gün intiharların sürətlə artmasını və bütün sosial təbəqələr arasında müşahidə edilməsinin səbəblərini necə izah edərdiniz? - Bu gün intihar edən tanınmış psixoloq Dəyanət Rzayevə də bu sual ünvanlanmışdı. 8 gün qabaq musavat.com saytında o intiharların səbəblərini izah edərkən bütün psixoloqlar və sosioloqlar kimi bunu maddi problemlərlə bağlamışdı. Əgər belədirsə, bəs onda tanınmış psixoloq özü niyə intihar etdi? O ki, bildiyim qədər maddi sıxıntı çəkmirdi, işi, evi və s. təminatı hər halda orta səviyyədə idi. Bu və digər imkanlı şəxslərin intihar etməsi faktları onu göstərir ki, bunu təkcə maddiyyatla bağlamaq düzgün deyildir. Düzdür, burada maddi faktorun rolu var, amma, bu çox cüzü və məsələnin görünən tərəfidir. Məsələn, uşaq valideyndən bir manat pul istəyir, valideyn onu verə bilmir və yaxud müəyyən səbəblərdən vermək istəmir, uşaq gedir özün asır. Bütün psixoloq və sosioloqlar bu faktı araşdıranda bunu maddi səbəblə izah edirlər ki, valideyn bir manat vermədiyinə görə uşaq özün asıb. Amma, elmi-lədun bu fakta fərqli yanaşır. Sual olunur ki, valideyn o biri uşağına istədiyi vaxt həmin pulu verirmi və yaxud qonşu valideyn həmin yaşda uşağa ürəyi istədiyi vaxt həmin məbləği verirmi? Araşdırsaq görərik ki, çox vaxt vermirlər. Elə isə, bəs niyə o uşaqlar intihar etmədilər, ancaq bu uşaq bir manata görə intihar etdi? Biz uşaq olanda valideynimiz ürəyimiz istəyəndə, istədiyimiz məbləği bizə veribmi? Verməyib! Bəs niyə biz intihar etmirdik? Deməli, məsələnin kökündə heç də maddi amil dayanmır. Maddi faktor ancaq görünən tərəfidir. Pərdə arxasındakı sirlər başqadır. - Biz də o sirlərdən danışmağınızı istərdik. - Bildiyimiz kimi, Allah-təala kainatı fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə edir. Odur ki, bu sirri açmazdan öncə sizə TESTER cihazından və onun funksiyaları ilə kəramət (elmi-lədun) sahiblərinin funkisaları arasında olan oxşarlığı izah etmək istəyirəm. Sonra məsələyə qayıdacağam. Aparatın çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, televizorun daxilində iki min voltdan çox sabit cərəyan olsa da o insanı öldürmür (ziyansızdır). Amma, 220 volt dəyişən cərəyan insanı öldürür (ziyanlıdır). Odur ki, tester aparatı yeri gələndə dəyişən crəyanı sabit cərəyana çevirərək onu ziyansız hala gətirir. Eləcə də bu aparatla hər hansı bir cihazın daxilindəki gərginliyi (!) artırıb-azaltmaq mümkündür. Elmi-lədun araşdırmalarımız və psixoanalizlərimiz göstərir ki, enerji ilə işləyən məişət cihazlarımızda (kompyuter, televizor və s.) baş verən bu cür problemlər enerji (ruh) daşıyıcısı olan insanda da bəzi hallarda özünü biruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən - gah yaxşı, gah da pis olur. Həmçinin, bir çox hallarda insanda daxili gərginlik (!) müşahidə olunur. Qeyd edim ki, bu cür hallar insanın ruhunda baş verən dəyişikliklə əlaqədardır. Ruhumuz cismimizə qoyulmuş bir enerji ”“ batareya funksiyasını yerinə yetirdiyindən, burada cihazlarda olduğu kimi gərginliyin artması, sabit enerjinin dəyişən (qalxıb-enən) enerjiyə keçməsi halları müşahidə edilir. - Ruhda baş verən bu cür dəyişikliklər, necə deyərlər sabitliyin pozulması nədən yaranır? - İnsanda, daha doğrusu insanın ruhunda baş verən qeyri-sabit hallar neqativ təsirlərdən yaranır və bunun yüngül və ağır formaları vardır. Yuxarıda bəhs etdiyimiz intihar halları da məhz ağır formanın nəticəsində baş verir. - Bəs bunun əlamətləri nədir? Necə bilmək olar ki, bu insan intihara meyillidir? - Neqativ təsir yüngül formada olanda insanda bir çox hallarda baş və çiyin ağrıları müşahidə olunur ki, adətən dərmanlarla bunu yox etmək olmur. Bundan əlavə, belə şəxslərdə yuxuda diksinmə, qaranlıqdan qorxma, qarabasma, qorxulu yuxular (ilan və digər vəhşi heyvanların üstünə gəlməsi) görmə, yuxuda boğulma, evdə və yaxud işdə olarkən güclü darıxma və s. kimi hallarla özünü biruzə verir. Ağır formada isə, bu hallardan əlavə, insan özünə qapanır, evdən çıxmaq, məclislərə getmək istəmir... Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri düz gətirmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz) qalırlar. Bu cür əlamətlər müşahidə olunan pasientlərin problemlərini adi həkimlər (tibb işçiləri) əczalarla aradan qaldırmaqda çətinlik çəkirlər; dərmanlarla müalicələr effekt vermir, yaxud müvəqqəti olur. Çünkü, buna səbəb xəstənin enerjisində sabitliyin pozulmasıdır. Yəni, dəyişən cərəyana keçməsidir. Odur ki, birinci səbəb, sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır. Təssüf ki, tibb elmi (bütün müasir elmlər kimi) yarımçıq olduğundan və insanda olan ruhu (enerjini) nəzərə almadıqlarından, səbəbə deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu ömrü boyu xəstəxana yollarında qalırlar”¦ Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, neqativin (başqa sözlə desək dəyişən cərəyanın) orqanizmə təsirini virusun kompyuterə təsiri ilə müqayisə etmək olar. Yəni, virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur; müxtəlif xəstəliklərin təməlini qoyur, qəlbindən məhəbbət hissini (faylını) silir. Belə şəxslər subaydırsa ailə qurmaq istəmir (heç kəsə etimad göstərmir), ailəlidirsə boşanmaq istəyir. Qəlbindən məhəbbət hissi silindiyindən artıq onu həyata bağlayan heç nə qalmır və artıq intihara meyilli olur. Bu vaxt azacıq maddi sıxıntı baş verən kimi, bunu bəhanə edib intihara əl atırlar. - Yuxarıda sadalanan əlamətləri necə aradan qaldırmaq olar? - Hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi inkişaf edənə qədər) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam, xoş əhval (oxu: sabit enerji) hiss edərdilər. Qeyd edim ki, kəramət sahiblərinin bu funksiyası yuxarıda şərh etdiyim tester cihazının funksiyası ilə üst-üstə düşür. Yəni, tester aparatı cihazın daxilindəki dəyişən cərəyanı sabit cərəyana çevirdiyi, gərginliyi azaltdığı kimi, kəramət sahibi də öz enerjisi ilə qarşısındakı şəxsdən neqativ enerjini yox edir. Beləliklə, pasiyentin ruhunda sabitlik yaranır, xəstəliklərin və intiharın yaranma səbəbi aradan qalxmış olur. Buna görə də Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir: “O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və insanın cismini əczalarla müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir. Bu cür insanlar müalicə haqqı istəməzlər”. -Maraqlıdır, kəramətli adam necə edir ki, qarşısındakı şəxsdən neqativ təsirin əlamətləri yoxa çıxır? -Bunun üçün “Quran”ın müəyyən ayələrin oxumaq və yaxud kəramətli şəxsin özünə aid duanı oxuması kifayət edir. - Həmin ayəni və yaxud duanı başqası da oxusa təsir edirmi? -Sualınızın cavabını Həzrət Əlinin bir kəlamı ilə verəcəm. Bir kasıb kişi Əli əleyhissəlama yaxınlaşıb, dolanışıq üçün maddi yardım istədi. İmam yerdən bir ovuc qum götürüb, “Quran”dan bəlli bir ayə oxudu və ayədəki enerjinin təsirindən (qüdrəti-İlahidən) qum qızıla çevrildi. Həmin qızılı kişinin ovcuna töküb: “Get dolan” dedi. Kişi dedi: “Ya Əli, sən “Quran”ın filan ayəsini oxumadınmı?” Dedi: “Bəli”. Kasıb kişi sevincək əlindəki az (bir ovuc) qızılı yerə töküb, yerdən iki qoşa ovuc qum götürdü və həmin ayəni təkrar-təkrar oxumağa başladı. Nə qədər cəhd etsə də qum qızıla çevrilmədi. Dedi: “Ya Əli, mən də həmin ayəni oxudum, niyə bu quma təsir etmədi?” Həzrət Əli cavab verdi ki, “Düzdür, ayə həmin ayədir, amma, oxuyan qəlb başqadır”. Buradan aydın olur ki, eyni ayəni və yaxud duanı hamı oxusa də çox az hallarda Allah dərgahında qəbul olunur. Burada ayəni oxuyan qəlbdəki enerji (nur) vacib şərtdir. Kəramət sahiblərinin elədiyi dua ona görə qəbul olunur ki, onların daxili enerjisi ilə oxuduqları ayənin enerjisi üst-üstə düşür, biri-birini tamamlayır (necə ki, evdəki elektrik lampasının yanması üçün iki xət lazımdır). Bu cür üst-üstə düşən (tamamlanmış) enerji ilə pasiyentdən neqativ enerjini çıxarmaq və daxili sabitlik yaratmaq mümkündür. - Bunu özünüz təcrübə etmisinizmi? - Hər halda təcrübə etməsəydim belə əminliklə və dəqiqliklə izah edə bilməzdim. - Vaxt ayırdığınıza görə təşəkkür edirik. - Sizə və oxucularınıza daim sağlamlıq və xoş əhval-ruhiyyə ”“ sabit enerji arzulayıram. "... Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?". “Quran”, 6:80
Əsrlərdir ki, ateistlər Allahı və Onun kitabını inkar etmək üçün Dialektikanın qanunlarından - Darvinizimdən istifadə etməkdədirlər. Qanunun mahiyyəti ondan ibarətdir ki, canlıları Aallah yaratmamış, onlar təkamül yolu ilə - sadədən mürəkkəbə doğru prinsipi ilə yaranmışlar. Lakin elmi-lədun araşdırmalarımız bunun tam əksini sübut edir. Yəni, məlum olur ki, dialektik materializmin qanunları Allahı nəinki inkar etmir, əksinə Yaradanın varlığını təsdiq edir. Qeyd edək ki, “Quran” bütün Kainatı özündə əks etdirən səmavi kitabdır. Kainat isə, kimyəvi elementlərin birləşməsindən yarandığından müqəddəs kitabda surələrin düzülüşü ilə kimyəvi elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uyğunluq vardır. Hesablamalarımız göstərir ki, həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin qanunlarını - sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi qanunlarını özündə əks etdirir. Belə ki, “Quran”ın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca surələr sərtləşməyə doğru gedir. Müqəddəs kitabın ilk 669 ayəsində heç bir cəzadan söhbət getməyərək, ancaq mülayim şəkildə tövsiyyələr verilir. Surələrin nömrəsi artıqca daha kəskin ifadələr keçir və günah edənlərin necə cəzalanacağından bəhs olunur. Bu da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunu ilə uyğunluq təşkil edir. Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir. Bundan başqa, surələr ikili xassə nümayiş etdirirlər. Yəni, onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişlər ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə uzlaşır. Mendeleyev cədvəlində bu hal eyni elementin ikili (həm mənfi, həm də müsbət) xassəyə malik olması ilə özünü göstərir. Yeri gəlmişkən qeyd edim ki, ikili xassəyə malik olma insanda da özünü biruzə verir. Belə ki, qarşılaşdığı fərddən (oxu: elementdən) aslı olaraq, insan (kimyəvi elementlər kimi) gah müsbət, gah da mənfi xassə nümayiş etdirir. Bütün bu sadaladığım faktlar aydın göstərir ki, dialektikanın qanunları “Quran”ı və Allahı inkar etmək üçün ortaya atılsa da, əslində onları təsdiq edir. Bu da Allahın bir hikmətidir. Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”ın surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü mahiyyətcə biri-birini tamamladığı kimi, riyazi cəhətdən də bağlanırlar. Məsələn, “Quran”ın 24-cü surəsi olan “Nur” surəsinin mahiyyəti nurlanmadan (işiqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı (!) qurupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır. Dövrü cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur. Göründüyü kimi, həm “Nur” surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur” surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir: 64 - 52 = 12 Məlumdur ki, müqəddəs kitabda “Dəmir” surəsi də vardır və burada Dəmir elementindən bəhs edərək buyrulur: “ Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik ...”. “Dəmir” surəsi, 25-ci ayə. “Dəmir” surəsi ilə dövrü cədvəldəki Dəmir elementi arasında olan riyazi əlaqəyə birlikdə nəzər salaq. Belə ki, Dəmirin atom kütləsi olan 55 ədədindən onun sıra nömrəsini (26) çıxsaq, alınan 29 ədədi “Dəmir” surəsinin ayələrinin cəmini göstərir: 55 - 26 = 29 Yaxud, Allah-təalanın Öz adına olan “Rəhimli Allah” (55) surəsi ilə, Mendeleyev cədvəlinin 55-ci xanasında yerləşən Sezium elementi arasında olan riyazi əlaqəyə nəzər salaq: Seziumun nisbi atom kütləsi olan 133 ədədindən sıra nömrəsini (55) çıxsaq, alınan 78 ədədi “Rəhimli Allah” surəsinin ayələrinin cəmini göstərir və bütün bu elmlərin Allahın nəzarətində olduğunu sübut edir: 133 - 55 = 78 “Quran”ın 13-cü surəsi “Göy gurultusu” adlanır. Göy gurultusunun isə, bir enerji prosesi olduğu hamınıza məlumdur. Maraqlıdır ki, energetika (!) sənayesinin özəyini təşkil edən Alminium elementi dövri sistemin məhz 13-cü xanasında yerləşir. «Bal arısı» surəsinin 16 ədədi ilə nömrələnməsi də təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal ”“ arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmır”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır! Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır). Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 ”“ 8 ”“ 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir. “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala) Bütün bunlar təsadüf sayıla bilməz. Burada böyük bir qanunauyğunluq vardır. “Quran”ın nazil olma tarixi Darvinizmdən müqaisəolunmaz dərəcədə qabaq olduğundan Allahın (yaxud Peyğəmbərin) Darvindən nəsə öyrənməsini iddia etmək mümkünsüzdür. Onda belə çıxır ki, Darvin bu qanunu Allahdan öyrənib. Amma, bir məsələ var ki, Darvin Allahı inkar edib. Onda sual yaranır ki, bu uyğunluq necə yaranıb? Sualın cavabı budur ki, elm Allaha məxsusdur. Darvini də (kafir də olsa) yaradan və elm verən Allahdır. Allah isə, bütün elmlərin üzərinə Özünün kodlaşdırılmış “möhürünü” vurmuşdur. Maraqlıdır ki, biz bu “möhürü” Dialektikanın qanunları üzərində də görməkdəyik. Qeyd edim ki, Mendeleyevdən qabaq yaşamış bir çox görkəmli alimlər bu cədvəli tərtib etməyə çalışsalar da nəticə əldə edə bilməmişlər. Mendeleyev də öz dövründə kimya elminə böyük tövhə verəcək bu cədvəlin üzərində uzun müddət fikirləşmişdir. Nəhayət, o, Bakıda (!) Nobel qardaşlarının neft laboratoriyasında çalışarkən yuxuda bu cədvəl ona göstərilmişdir (vəhy yolu ilə beyninə həkk olunmuşdur). Səhər oyananda yuxuda gördüyü cədvəli olduğu kimi kağıza köçürmüşdür. Ancaq cədvəldəki bəzi sirli suallara cavb verə bilməmişdir. Maraqlıdır ki, cədvəldəki sirlər və elmentlərin düzülüşünün “Quran”ın düzülüşü ilə eyni prinsipə malik olması da bu sətirlərin müəllifinə Bakıda (!), həm də yuxuda olarək (Mendeleyevə öyrədilən kimi) öyrədilmişdir. Fransada dərc olunan “Bedi Kartliza” jurnalının 41-42-ci sayında Azərbaycan tarixinə işıq salan sanballı bir tədqiqat əsəri yer alıb. Əsərin müəllifi Strasburq universitetinin professoru İren Melikoffdur. IX əsrin əvvəllərində Azərbaycanda baş vermiş Babək hərəkatını geniş tədqiq etmiş fransız şərqşünas alimi eyni zamanda Azərbaycan xalqının həmin dövrdəki siyasi həyatı, qonşu ölkə və xalqlarla münasibətləri haqda da dəyərli elmi məlumat toplayıb. Fransız mətbuatında dərc olunmuş belə bir əsərin azərbaycanlı oxucuda ciddi maraq doğuracağını nəzərə alaraq, onun fransızcadan tərcüməsinin bəzi məqamlarını Moderator.az oxucularına təqdim edirik.
“TÜRK-QAFQAZ QEYDLƏRİ: BABƏK XÜRRƏMİ VƏ SEYYİD BATTAL” IX əsrin birinci yarısında müxtəlif dinlərin yayılmış olduğu Azərbaycan torpağında çox güclü bir hərəkat ”“ Babək Xürrəminin üsyanı baş verdi. Əlçatmaz bir yerdə, özünün Bəzz qalasında möhkəmlənmiş, Azərbaycan və Ermənistan kəndlilərinin dostluğuna arxalanan, Məmun və Mötəsim kimi güclü xəlifələrin qoşunlarını məğlub edən Babək Xürrəmidin dinini təbliğ edirdi... ... Hələ öz dövründə qeyri-adi adam kimi dillərə düşmüş Babək, sonrakı dövrlərdə şər qüvvə ilə ittifaqda olan möcüzəli bir şəxsiyyət kimi qələmə verilib. Mənbələrdən bizə məlumdur ki, Babək üsyanı və Babəkin Afşin tərəfindən həbs olunmasını nəql edən çoxlu əlyazmalar olub. Ancaq itmiş əlyazmalardan birinin müəllifinin Vakid b. Amar at-Tamaninin adı bizə gəlib çatıb. Onun “Ahbar-i Babək” əsəri İbn an-Nadim və Makdisinin əsərlərinin mövzu mənbəyidir. Həmin əsər tarixi hadisələrdən götürülmüş olmuş əhvalatlardan ibarətdir. “Ahbar-i Babək” əsərinin yazılma tarixi bizə məlum deyil, amma, bir halda ki, Makdisi öz əsərini Babəkin ölümündən yüz iyirmi il sonra, İbn an-Nadim isə Makdisidən iyirmi il sonra yazıb, belə bir fikrə gəlmək olar ki, Vakid öz əsərini Babəkin ölümündən sonrakı yüzillik ərzində tərtib edib. O, Babəki sadə bir ailənin övladı kimi tanıdır. Babəkin uşaq vaxtı və ilk dini fəaliyyət illəri haqda bəzi məlumata ancaq burada rast gəlmək olur. Əsərdə Babəkin Şeytanla görüşü və onunla ittifaqa girməsi təsvir olunur. Amma, bizim əfsanələrdə könüllü və bilə-bilə şər qüvvə ilə ittifaqa girmiş doktor Faust və keşiş Teofildən fərqli olaraq Babək aldanaraq şeytanla ittifaqa girmişdi. Şeytan ona müqəddəs mələk şəklində görünmüş və ölənə qədər Babək öz himayədarının əsl sifətinə bələd ola bilməmişdir. Şər qüvvənin lazımi adamları yoldan çıxarmaq üçün məlakə sifətinə girməsi geniş yayılmış bir mövzudur. Lakin əsərdəki əfsanəvi möcüzə onun tarixi əsasını yoxa çıxarmır. Babək dastanı kitabında oxuduğumuz əhvalatlara Makdisi, İbn an-Nadim, Təbəri, Məsudinin hekayətlərində rast gəlirik. Əvvəlki iki mənbədə Babəkin çobanlıq etdiyi uşaqlıq dövründən başlayaraq, vəd olunmuş mükafata uymuş dostu Səhl ibn Sumbatın xəyanət edərək Babəki Afşinə satması, onun zindanda ölümünə qədər bütün əhvalatlar təhlil olunub... ... İbn ən-Nadimin yazdığına görə Babəkin mənsub olduğu dini qrupun adı əvvəlcə Babəkin ustadı Cavidanın adı ilə Xürrəmiyyə Cavidaniyyə adlandırılıb. Cavidan öldükdən və onun ruhu şagirdinə keçdikdən sonra həmin dini qrupa Xürrəmiyyə - Babəkiyyə adı verilib. Bu dini qrup varlığın ilahiləşməsi və ruhun bədəndən-bədənə keçməsi ideyasını təbliğ edirdi. Bizə belə bir cəhət də məlumdur ki, onların yığıncaqları zamanı şərab içilir, musiqi mühüm rol oynayır, ritual rəqslər ifa edilirdi. Vakidin yazdığına görə Babəkin 18 yaşı olanda Cavidan onu işə götürür. Çox keçmədən Cavidan öz düşmənləri tərəfindən öldürülür. Onun arvadı isə bildirir ki, ölüm qabağı Cavidan deyibmiş ki, onun ruhu Babəkin bədəninə keçəcək və bundan sonra Xürrəmidinlər qələbələr qazanacaqlar. Beləliklə, Babək dinin başına keçərək, Cavidanın arvadı ilə evləndi. Dağlar başında möhkəm bir qalada məskən salmış Babək ərəf xilafətinin onun üzərinə göndərdiyi bütün qoşunlara sirli, möcüzəli şəkildə qalib gəlirdi. Bu qalibiyyət iyirmi il davam etdi. Babəkin az bir dəstə ilə böyük ərəb qoşunlarına qələbə çalmasının sirri haqda mənbələrdə maraqlı məlumatlar yer alır. Babək dastanının indi təqdim edəcəyimiz təhlili isə Paris milli kitabxanasının əlyazması: 1504-cü ildə üzü köçürülmüş “Qədim Türk fondu - 318”, sonra tamamlanmış və 1609-cu ildə üzü köçürülmüş “Qədim Türk fondu - 339” kimi mənbələr əsasında tərtib edilmişdir. Seyyid Battal (Afşin) Xəlifə Məmunun ölümü və Mötəsimin taxta çıxması xəbərini alır. Həm də eşidir ki, bir nəfər ərəb xilafətini hədə altına alıb və özünü də peyğəmbər adlandırır. Bu adam Xürrəm Keşiş ləqəbi qazanmış Babəkdir. O möcüzəli bir adamdır: bədəni silah yarası götürmür (dəmir onu kəsmir), özü adamların fikrini oxuya bilir, gələcəyi görür, yer altında gizlədilmiş xəzinələri tapa bilir. Onun sitayiş etdiyi din şərab içməyə, donuz əti yeməyə, yaxın qohumla (ana, bacı) evlənməyə icazə verir. O indiyə qədər məğlubiyyət görməmiş, çoxlu qalalar ələ keçirmiş, Təbriz əyalətini talan etmiş, bütün İranı öz dininə tabe etmiş, Suriya üzərinə iki dəfə hücum çəkmişdir. Bu xəbərdən narahat olmuş Afşin (Seyyid Battal) Babəkin mənşəcə kim olması ilə maraqlanıb və belə cavab alıb: “Onun atası bir az əliəyrilik edən tacir imiş. Xəlifə onu öz ərazisindən qovmuş, tacir Təbriz yaxınlığındakı bir kəndə köçmüş, burada kənd sahibinin təkgöz xidmətçisi ilə evlənmişdir. Yeddi yaşında atadan yetim qalmış Babək işləməyə başlamış, kəndin sürüsünü otarmışdır. Sonra o təbrizli Memlan ilə tanış olmuş, ondan şərab içmək və başqa hər cür pis adətlər öyrənmişdir. Sonra Babək Memlamı öldürmüş, başına yüzə qədər adam toplamış və qarətçiliyə başlamışdır”. Bu faktlar Makdisi və İbn an Nadimin əsərlərində də eynidir və Vakidin “Ahbar-i Babək” kitabından götürülüb. Əsərdə daha sonra yazılır: “Bir gün Babək naməlum bir qocanın ona tərəf gəldiyini görür və onun kim olduğunu soruşur. Qoca cavab verir: “Mən Cəbrayılam, sənə şad bir xəbər verməyə gəlmişəm: sən peyğəmbər olursan və indi mən sənə öz dininin əsas qanunlarını öyrədəcəyəm. Əgər mənə itaət etsən bütün dünyanın hökmranlığı sənin olacaq”. Babək soruşur: ”Mən necə peyğəmbər ola bilərəm axı, peyğəmbərlər möcüzə göstərir, mən ki, bir möcüzə göstərə bilmirəm?” Qoca ona cavab verir: “Səni nə dəmir kəsə biləcək, nə də od yandıracaq. Mən sənə yeraltı xəzinələrin tapılma sirrini öyrədəcəyəm və bunun sayəsində öz ətrafına çoxlu adam toplaya biləcəksən”. Babək şər qüvvəyə inanır, öz tərəfdarlarının sayını artırır və az vaxtda şöhrəti dünyanın hər tərəfinə yayılır. Xəlifə onun yanına Esed-i Kufi adlı bir elçi göndərir. Babək onu öz tərəfinə keçirir və özünə vəzir təyin edir. Xəlifə onun üzərinə Türk Hoqtayın başçılıq etdiyi iyirmi minlik qoşun göndərir. Babək silah götürmədən Hoqtayın qarşısına çıxır və bədənini onun qılınc zərbələri qarşısına verir. Hoqtay və onun iyirmi minlik qoşunu Babəkin “peyğəmbərliyinə” inanır və onun tərəfinə keçir. İndi yüz minlik qoşunla Babək Bağdada tərəf hərəkət edir və Xəlifə qaçır”. Bu xəbəri eşidən Seyyid Battal (Afşin) öz şəhəri Meliteni tərk edib Bağdada tərəf gedir. O, üsyançı qoşuna hücum edir və təkbaşına yüz adam öldürür. Onda Babək döyüş meydanına girir. Battal görür ki, onun üzərinə ucaboy, gözəl görkəmli bir Kəbr gəlir. Bu adamın qaraşın sifətinə mavi gözləri işıq saçırdı; üzündə xoşagəlməz bir cəhət duyulsa da özü yaraşıqlı və güclü idi. O belə deyir: “Battal, bu günahsızları niyə qırırsan? Mən peyğəmbərəm, niyə haqqın yolundan dönməyə çalışırsan? Mən sənə ölüm yox, yaxşılıq arzulayıram. Əgər mənə inansan Əlinin Məhəmmədin hüzurundakı hörməti qədər hörmətin olar. İndi Məhəmməd dövrü keçib, Xürrəm Keşiş Peyğəmbər adlanan şəxs mənəm”. Lakin Battal onun sözlərinə inanmadı, əvvəl qılıncla, sonra isə növbə ilə bütün başqa silahlarla ona hücum etdi. Babəkə heç bir silah təsir etmirdi. Xəlifənin qoşunu gəlib çıxsa da, bir neçə gün vəziyyət dəyişmədi. Əlacsız qalan Seyyid Battal (Afşin) bir tərəfə çəkilib namaz qılaraq dua etməyə başladı. Nəhayət həmin gecə Həzrət Peyğəmbər onun yuxusuna girib bildirdi ki, Şeytanın gözəgörünməz varlığı Babəki salamat saxlayır. Şeytanı qovmaq üçün Battal öz qılıncı üzərinə “Quran”ın bu ayəsini yazmalıdır: “Qüvvət, qüdrət və hakimiyyət Allaha məxsusdur”. Battal bu göstərişə əməl etdi və ertəsi gün Babək adəti üzrə döyüş meydanına çıxanda gördü ki, Cəbrayıl hesab etdiyi adam yanında yoxdur. O sehrkar qüvvəni itirmişdi, döyüşü də uduzdu və qaçmalı oldu. Babək Zenqam əyalətinə gəldi və dağdakı sığınacağına çəkildi. Afşin (Battal) və Xəlifə qoşunu onu mühasirəyə aldılar. Qala alındı və dağıdıldı. Babəkin tərəfdarları dağıdılmışdı, ailəsi isə qalibin əlinə keçdi. Babək qaçmağa üz qoydu. Battal isə onu qovmağa başladı və çatıb onu vurmaq üçün qılıncını qaldıranda bir qoca peyda olub ona dedi: “Bu adama rəhm eləmə, o da Həsənlə Hüseyni öldürənlərdəndir”. Əlinin oğullarının adını eşidəndə Seyyid Battalın gözləri qanlı yaşla doldu. O gözlərini siləndən sonra gördü ki, Babək yoxa çıxıb və başa düşdü ki, onun özü də Şeytanın hiyləsinə aldanıb”... Oxucuları yormamaq və bildiyiniz məqamları təkrar etməmək üçün məqaləni ixtisarla verdik. Məqalənin tərcüməsinin bütöv mətnini Hamlet Qocanın “Fransızlar yurdum haqqında” kitabından oxuya bilərsiniz. Mətndən göründüyü kimi fransız alimi Azərbaycanda Babək hərəkatı barədə tədqiqatına çox ciddi yanaşmış, çoxlu tarixi sənədlərə, Şərq və Qərb tarixçilərinin əsərlərinə müraciət etmişdir. Vətənimizin tarixi, beynəlxalq əlaqələri, keçmişinin və bu gününün mədəni və ictimai həyatı haqda əcnəbi səyyah və alimlərin xatirə, tədqiqat işlərini incələmək çox vacib məsələdir. Uzun illər qapalı ölkədə yaşadığımızdan tarixi hadisələr bizə ancaq bir mənbədən ”“ Rusiyadan və onların istədiyi formada (xristian nöqteyi-nəzərindən) öyrədilirdi. Xalqımız müstəqillik əldə etdikcə tariximizi digər mənbələrdən də öyrənmək zəruridir. Odur ki, bu yazıları araşdırıb üzə çıxaranlara minnətdar olmalıyıq. “Biz Yaqba elm verdik. Lakin insanların əksəriyyəti bunu bilməz”. “Yusif” surəsi, 68-ci ayə. Elm zahiri və batini olmaqla iki qrupa bölünür. Zahiri elm məktəblərdə oxumaqla mənimsənilir. Batini elm isə, elmi-lədun adlanır və tək oxumaqla əldə edilə bilməyən, hisslə, duyumla öyrənilən bir elmdir. “Lədun” sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Vaxtilə peyğəmbərlər, imamlar və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Böyük Alim Deyləmi bu barədə: “Elmi-lədun Allah-Təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” ”“ demişdir. “Quran”da bu barədə belə bir ayə vardır: “Allah istədiyi şəxsə hikmət (elm, mərifət, kəramət) bəxş edər. Kimə hikmət bəxş olunmuşsa, ona çoxlu xeyir (əbədi səadət) bəxş olunmuşdur”. İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məşğul olduqca və “Quran” ədəbi, “Quran” əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqalarından daha yaxın olur. Yaxın olduqca da duaları daha tez qəbul edilir. Belə şəxsləri Rəbbim “Quran”da vəliyullah, həbibullah, övliyaüllah adlandırır ki, dilimizə tərcüməsi Allahın vəlisi, dostu, həbibi mənasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Həm kişilər, həm də qadınlar arasında rast gəlinən bu cür şəxslər mərifət elminə sahib olurlar. Lədun elminə bəzi alimlər mərifətullah elmi də deyirlər. “Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” - buyrulmuşdur. Bütün bu deyilənlərdən belə qənaət hasil olur ki, elmi-lədun kəramətin özülünü təşkil edir. Kəramət isə, iki cür olur: 1. Hissi və maddi kəramət. Buna misal olaraq uzun məsafəni qısa zamanda qət etmə, az qidanı çoxaltma, su üzərində yerimə, odda yanmamaq kimi kəramətləri göstərmək olar. Allah dostları bu cür kəramətlərə çox da önəm verməz və onu daim cəmiyyətdən gizlətməyə çalışarlar. Bütün bunların Allahın imtahanı olmasından qorxarlar. 2. Mənəvi və həqiqi kəramət. Bu kəramətlər elm, ürfan, səxavət, mərifət və əxlaqla əlaqəli kəramətlərdir. Bir insan pis, xoşagəlməz bir halından imtina edərək, gözəl və hamının bəyəndiyi bir hala gələrsə, ən böyük kəramət budur. Həqiqi kəramət elmdə, ürfanda, əxlaqda, ibadətdə, itaətdə, əməldə, ədəbdə və insanlıqda göstərilən üstün nümunələr, fəzilətlərdir. Həqiqi Allah dostları elm, ürfan və əxlaq vasitəsiylə baş verən dəyişiklikləri, irəliləmələri və yüksəlişləri gerçək kəramətlər olaraq qəbul etmişlər. Hissi və maddi kəramətlərə isə, çox da önəm verməmişlər. Bir şeyxin və yaxud seyidin göstərdiyi ən böyük kəramət bir kafirin mömin olmasına, bir günahkarın pis əxlaqdan nəfsini tərbiyə etməsinə vəsilə və vasitə olmasıdır. Hissi və maddi kəramətə isə, bütün çarələr tükəndikdə, əlac kəsildikdə baş vurmuşlar. Kəramət sahiblərindən (Allah dostlarından) bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli olduqlarını bir kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi, bəziləri qırx, bəzi alimlər isə yetmiş olduğunu söyləmişlər. Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bir hədisində buyurmuşdur: "Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. Bu zatlara ebdal deyilir. (“Ebdal” - təsəvvüfdə yüksək məqam - P. Y.) Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər". Abdullah ibn Məsud: "Ya Rəsulallah! Nə ilə bu dərəcəyə çatdılar?" - deyə soruşdu. "Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə, buyurdu. Oxucuların diqqətini bir məqama da cəlb etmək istəyirik ki, Övliyalıqda yüksək dərəcələrə çatmış elmi-lədun sahiblərindən bir qisminə də “Qütb” və ya bunun sinonimi olan “Aktab” adı verilir. Qütb-ül-aktab - aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir. Böyük alim İmam Rəbbaninin bildirdiyinə görə, Qütb-ül-ebdal (və ya Qütb-ül-medar) deyilən bu zat hər zaman bulunur. Fəqət bunlara inziva (insanlar arasına qarışmamaq) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta, bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar - aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri ilə olur. Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünkü, aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir. İrşad qütbü isə, belə deyildir. Çünkü, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur. Qızıl satan müştərini çağırmaz O ki, qaldı bu cür şəxslərin cəmiyyətdə niyə tanınmamasına (dərk edilməməsinə), qeyd edək ki, bu kateqoriyadan olan insanlar (Allah dostları) özlərini reklam etməzlər. Bunu qızıl satanla da müqayisə etmək olar. Belə ki, bazara girərkən bütün satıcıların “xiyar”, “pomidor”, “kartof”... deyə qışqıraraq müştəri çağırdığını eşidərik. Bazarda olan qızıl satanın isə, heç vaxt qışqırıb müştəri çağırdığını eşidən olmayıb. Əksinə, qızılı həm satan, həm də alan pünhanlığı sevər. Kəramət sahibləri də qızıl satana bənzəyirlər - heç vaxt kəramətli olduqlarını etiraf etməzlər. "1990-cı ilin 20 yanvar gecəsi yuxuda Xızır Zində babanı gördüm. Beşbar-maq dağının üstündə oturub, qəmgin halda yollara baxırdı”. Bu sözləri mənə Quba rayonunun Əlibəyqışlaq kənd sakini Növrəstə Abdurahmanova danışır. Müsahibim qeyd edir ki, həmin gecə Xızır Zində baba o qədər pərişan və qəmgin idi ki, sanki o, dağın üstündə yox, dağ onun çiynində idi. Fikirləşdim görəsənn nə baş verib ki, Xızır Peyğəmbər belə qəmgindir? Səhər açılanda eşitdim ki, rus-erməni qoşunları Bakıya basqın edib, dinc əhalini qırıblar...." Gənc yaşlarımda bir gecə ailəlikcə evdə yatmışdıq ”“ deyə, müsahibim söhbətini davam etdirir: - Otaqda məndən başqa anam və kiçik bacı-qardaşlarım vardı. Gecə yuxudan ayılıb, anamın üstünün açıldığını gördüm. İstədim durub yorğanı anamın üstünə çəkəm; amma, hava soyuq olduğundan və yuxu şirin olduğundan fikrimdən vaz keçdim. Birdən öz-özümə fikirləşdim ki, körpə olanda anam mənim üstümü nə qədər örtüb, gecələri başımın üstündə dayanıb, indi mən bir dəfə qalxıb onun üstünü örtə bilmirəm. İçimdə özümü qınamağa başladım. Bu anda qapı pəncərələr tayba-tay açıldı, içəri külək daxil oldu və küləklə birgə otağa gülab ətri yayıldı. Elə bu vaxt qapının ağzında bir kişi göründü. Kişi əlindəki əsanı yerə vurub: “Dur ananın üstünü ört” deyə əmr etdi. Mən qaranlıqda kişinin üzünü aydın görə bilməsəm də, səsini və hənirtisini açıq-aşkar eşidirdim. Yatağımdan qalxıb, yorğanı anamın üstünə çəkdim və qayıdıb yatağıma girdim. Bu vaxt həmin kişi sağ biləyimdən yapışıb: “Mən Xızır Zindəyəm” ”“ dedi və yox oldu. Bir anlığa fikirləşdim ki, görəsən bu yuxudur, yoxsa reallıq? Ətrafa baxdım ki, qapı-pəncərə hələ də açıqdır, anamın üstü isə örtülüdür. Hansı ki, anamın üstü əvvəlcə açıq idi, sonra mən örmüşdüm. Başa düşdüm ki, bu yuxu deyil, reallıqdır. Durub qapı-pəncərəni də örtərək, təkrar yatağıma uzandım. Yeri gəlmişkən, qeyd edim ki, Növrəstə xanımın ulu babalarının da real həyatda Xızır əleyhissəlamı görmələri barədə əhvalatlar mövcuddur. Xüsusi qeyd: Xızır Peyğəmbərin diri olması və Musa Peyğəmbərlə görüşməsi barədə “Quran”ın “Mağara” surəsində geniş bəhs olunur. Bu səbəbdən də Xızır əleyhissəlama “Zində” adı verilmişdir ki, mənası “diri” deməkdir. Tarixdən günümüzədək bir çox adamların yuxuda və yaxud real həyatda Xızır Peyğəmbəri görməsi barədə əhvalatlar mövcuddur. “Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə bəzilərinin Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə bilməz. Həqiqətən, Allah dilədiyini edər!” “Quran”, “Həcc” surəsi, 18-ci ayə.
Elmi-lədun araşdırmalarımız göstərir ki, insan Allah qarşısında səcdəyə gedərkən onun anatomik quruluşu məscid formasını alır. Belə ki, iki qolları qoşa minarəyə, başı gümbəzə, sinəsi (qəlbi) otağa bənzəməklə, cəcdəyə gedən insan məscidi xatırladır. Görünür «Bir insanın qəlbini sındırmaq, bir məscidi uçurtmağa bərabərdir» - atalar sözü də bu hikmətdən qaynaqlanır. Hesablamalarımız göstərir ki, həm insanda, həm də fizikada enerjinin yaranması prosesi üst-üstə düşür. Belə ki, Həcc ziyarətində olanlar və yaxud bu prosesi bəsirətlə müşahidə edənlər belə bir halın şahidi olurlar ki, zəvvar Kəbə evinin ətrafına fırlandıqca vəcdə gəlir və sanki bu fırlanmadan onun ruhu, mənəviyyatı cilalanır və parlaqlığı (işığı) artır. Qəlbində Allaha qarşı sevgi, məhəbbət artır. Özündən asılı olmayaraq, insanda bir enerji yaranır. Fizika elmində də enerjinin yaranmasına bəsirətlə fikir versək, Kəbə ətrafında baş verən prosesə bənzədiyini aydın görmək olar. Belə ki, elektrik stansiyalarında enerji fırlanmadan (!) yaranır. Yeri gəlmişkən, böyük mütəfəkkir Bəyazid Bistamidən Allaha yaxınlaşmaq üçün məsləhət istəyən bir dərvişə verdiyi cavaba nəzər salaq: “Allahın vəli qullarını sev! Onların könlünə girməyə çalış! Çünki Allah hər gün o ariflərin qəlblərinə 360 dəfə nəzər salar. Bu nəzərlər əsnasında səni də orada tapsın”. Sual yaranır: niyə məhz 360 dəfə? Araşdırmalarımız göstərir ki, burada 360 ədədi çevrənin radiusu olmaqla, Yer kürəsinin rəmzidir. Mənası budur ki, Allah-təala Yerə nəzər salarkən öz dostlarının (ariflərin) da qəlblərinə baxır... Çalışın o qəlblərə məhəbbətlə daxil olasız. Bir daha xatırladım ki, həm Kəbə ətrafında, həm də elektrik stansiyalarında enerji 360 dərəcə fırlanmadan yaranır. Yer özü də həm oxu ətrafında, həm də Günəş ətrafında daim 360 (!) dərəcə fırlanmaqdadır... Göründüyü kimi, bütün hallarda 360 ədədi enerjiyə (oxu: Nura) bağlı bir ədəddir. Ona görə də Bəyazid Bistami həzrətləri məhz bu ədədi işlətmişdir. Bu yerdə Allah-taalanın hikmətli bir kəlamı yada düşür: «İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm». Harun ər-Rəşidə hər il Bizans imperatorluğundan vergi olaraq çoxlu var-dövlət göndərilirdi. Bir il müsəlman alimləri ilə disput keçirmək üçün rahiblər göndərildi. Dedilər ki, bizə qalib gəlsəniz mal-dövləti qoyub gedəcəyik, yoxsa geri qaytaracağıq. Dörd yüz nəfər rahib gəlmişdi. Harun əmr verdi ki, bütün müsəlman alimləri Dəclə çayının kənarına toplaşsınlar. Sonra o, imam Şafiini də çağırtdırdı və buyurdu ki, onlara sən cavab verəcəksən. İmam Şafii səccadəsini çiyninə alıb, çaya doğru getdi. Səccadəni dünyanın ən iti axan çayı olan Dəclənin üzərinə sərib oturdu və buyurdu ki, mənimlə disput etmək istəyənlər buraya gəlsinlər. Bu halı görüncə oradakı bütün xristianlar İslamı qəbul etdilər. Xəbər gedib çatdı Bizans imperatoruna və o, məsələdən hali olub dedi:
-Allaha şükür ki, o adam (Şafii) buraya gəlməyib. Əgər gəlsəydi buradakılar hamısı müsəlman olardılar. İmam Şafii miladi 767-ci ildə Qüds yaxınlığındakı Qəzza bölgəsində anadan olub. Ana tərəfdən Peyğəmbər soyuna bağlanır. 2 yaşında atadan yetim qalıb və anası ilə Məkkəyə gələrək orada böyüyüb boya-başa çatıb. Alim və övliya olaraq İslam tarixində özünəməxsus yeri var. Şafiinin bir neçə qiymətli kəlamlarını diqqətinizə çatdırırıq: - Hər kəs öz mömin qardaşına gizlincə nəsihət etsə faydalı olar. El içində edilən nəsihətin faydası olmaz, bəlkə də zərəri olar. - Fikri-zikri mədəsində olan adamın qiyməti bağırsaqlarından çıxanla ölçülər. - Hər kəsə ağıllı deməzlər. Ağıllı odur ki, özünü hər cür pislikdən qorusun. - Kiminlə oturub-dursan onun məqamında olarsan. “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” “Dəmir” surəsi, 22-ci ayə.
Xəbər verildiyi kimi, bu gün Honq-Konq - Bişkek uçuşunu həyata keçirən “Boeng 747” markalı Türk karqo təyyarəsi qəzaya uğrayıb. Honq-Konqdan havaya qalxan təyyarə Qırğızıstanın paytaxtı Bişkekdəki Manas hava limanına enməyə hazırlanarkən qəza baş verib və layner yaşayış binalarının üzərinə düşüb. İlk məlumatlara görə, dəhşətli qəzada 37 nəfər ölüb, 6 nəfər yaralanıb. Təyyarədən sağ çıxan olmayıb. Ölənlərdən dördünün uşaq olduğu bildirilir. Elmi-lədun araşdırmalarımız göstərir ki, baş verən qəza özündən əvvəlkilər kimi, təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun özünü “Quran”ın kodları ilə büruzə verməsi isə, hadisənin Allah tərəfindən xəbərdarlıq məqsədi ilə törədildiyini bir daha ortaya qoymaqdadır. Sübut üçün aşağıdakı hesablamaları moderator.az saytının oxucularına təqdim edirik: 1. Xatırladaq ki, hadisədən 114 gün qabaq ”“ 26 sentyabr 2016-cı il tarixdə eyni gündə Dünyanın altı ölkəsində təyyarə qəzası baş verib. Belə ki, həmin tarixdə ABŞ-ın Nyu-York ştatında “Çessna-140” təyyarəsi “Piper-Cerokee” təyyarəsi ilə havada toqquşdu; Dehli-Kotmandu marşurutu ilə uçan “A-320” təyyarəsi qəza enişi etdi və s. Bu gün Bişkekdə təyyarə qəzaya uğrayanda həmin hadisələrin 114-cü (!) günü idi ki, bu da “Quran”ın surələrinin sayı (rəmzi) olmaqla, hadisələrin Allah tərəfindən siqnal olaraq törədilməsi barədə söylədiyimiz fikrin birinci dəlilidir. 2. Bu gün Bişkekdə yaşanan faciənin analoqu 30 iyun 2015-ci il tarixdə İndoneziyada yaşanmışdı. Həmin gün göyərtəsində 130 sərnişin olan “Herkules-130” təyyarəsi Medan şəhərində bir otelin üzərinə düşdü. Onda da bugünkü kimi, hadisədən sağ çıxan olmadı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki oxşar təyyarə qəzaları arasında 572 gün fərq vardır ki, bundan da “Quran”ın səhifələrinin sayını (286) çıxdıqda, yenə də müqəddəs kitabın kodu alınır və hadisənin Allah tərəfindən yolun azmış bəşəriyyətə xəbərdarlıq olması barədə söylədiyimiz fikrin doğruluğuna ikinci dəlildir: 572 ”“ 286 = 286 (Qısa xatırlatma: XVIII əsrə qədər üzü köçürülən, Kəbədə və Dünyanın bütün muzey və kitabxanalarında saxlanan “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Sonradan hakimiyyətə gətirilən vəhabilər tərəfindən kağız formatı dəyişsə də müqəddəs kitabın nə düzülüşünə, nə də bir hərfinə toxuna bilməyiblər. Çünkü bu kitab Allah tərəfindən qiyamətədək qorunur!) 3. Hesablamalarımız göstərir ki, Honq-Konq-Bişkek marşurutunda baş verən qəza Azərbaycanda baş verən eyni markalı təyyarə qəzası ilə riyazi şəkildə əlaqələnir. Belə ki, 15 iyul 2015-ci il tarixdə Azərbaycana məxsus “Boeing-747” (!) təyyarəsi Honq-Konqda (!) qəzaya uğradı. Bu iki eyni markalı, bənzər ünvanlı təyyarə qəzaları arasında 555 gün fərq vardır ki, bu da müqəddəs kitabda tövbə və cəza rəmzi olduğundan bütün qəzaların üzərində görünməkdədir. 4. Bişkekdə baş verən bugünkü qəza Azərbaycanda baş verən başqa təyyarə qəzaları ilə də əlaqələnir. Xatırladaq ki, 11 iyun 2014-cü ildə Naxçıvanda baş verən “Boeing-757” qəzasında ölən və yaralananlar olmuşdu. Bu gün həmin hadisənin 955-ci günüdür ki, bundan da “Quran”ın kodlarını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisələrin Allah tərəfindən gələcək bəlaların siqnalı olmasını bir daha təsdiq edir: 955 ”“ 114 ”“ 286 = 555 5. Xatırladaq ki, 6 yanvar 2014-cü il tarixdə Bakıda “A-380” markalı təyyarə qəza keçirmişdi. Bu gün həmin hadisənin 1110-cu günüdür ki, bundan da tövbə rəmzini (555) çıxsaq, yenə də cəza rəmzi (555) alınar və Bişkekdə baş verən qəzanın Allah tərəfindən göndəriləcək daha böyük bəlaların xəbərdarlığı olması barədə söylədiyimiz fikri təsdiq edən beşinci dəlildir: 1110 ”“ 555 = 555 Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca olaraq bir daha vurğulayım ki, bu kimi qəzalar yolun azmış və zülm etməkdə həddi aşmış bəşəriyyətə göydən gələcək daha böyük bəlaların kiçik xəbərdarlıqlarıdır... Gələcək daha böyük bəlalardan sığortalanmağın yeganə yolu insanların tövbə edərək doğru yola dönməsidir. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir Allahın əzabı ilə qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19. “Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” “Quran”, “İmran ailəsi” surəsi, 42-43.
Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur: “İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” ”“ dediyini xatırla! Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram” (dedi). Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” “Quran”, “İmran ailəsi” surəsi, 35-37. Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir. Və yaxud, “Məryəm” surəsində onun kəramətinə dair başqa fakta rast gəlirik: “(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun!” 19:25-26 İslam tarixində kəramət sahibi olan qadın övliyalardan Həzrət Rəbiyənin özünəməxsus yeri vardır. Onun kəramətini Həsən Bəsri ilə aralarında baş verən bir dialoqdan aydın görmək olur. Belə ki, bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: - Gəl burada iki rükət namaz qılaq - dedi. Rəbiyyə: - Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın ”“ deyə cavab verdi. Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və: - - Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol - dedikdən sonra əsas söyləmək istədiyini söylədi: -Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər. Elə Azərbaycanda da öz kəramətləri ilə məhşur olan xanım övliyalar yaşamışlar ki, onlara misal olaraq Həzrət Museyi Kazımın qızları Həzrət Həkimə xanımı, Həzrət Leyla xanımı, Həzrət Rəhimə xanımı və s. kəramət sahibi olan xanımları göstərmək olar. Bütün bunları oxuduqdan sonra insanda belə bir sual yaranır: qadınlar arasından kəramətli şəxslər çıxdığı halda niyə onlardan peyğəmbər seçilmir? Bildiyimiz kimi, Peyğəmbərlik məqamına ancaq kişilərin layiq görülməsi barədə “Quran”da ayələr var: “Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər bunu bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!” “Bal arısı” surəsi, 43. Suala cavab tapmaq üçün Peyğəmbərliyin mahiyyətinə nəzər salmaq vacibdir. “Quran”dan məlumdur ki, Allah peyğəmbəri o xalqın arasından seçir ki, orada sadə camaat yolun azıb, pozğun həyat tərzi keçirir, onlara rəhbərlik edən (kişi) padşah isə, xalqa zülm etməkdə həddin aşmış olsun. Allah onların arasından seçdiyi bir şəxsi (elçini) həmin zalım rəhbərin yanına göndərib, xalqa zülm etməməyi əmr edir. Xalqa da elan edir ki, pozğun həyat tərzinə son qoyub, doğru yolu tutun... Peyğəmbərlər tarixinə nəzər saldıqda aydın görmək olur ki, belə hallarda həmin zalım padşah və pozğun həyat tərzinə alışmış xalq heç də həmin Peyğəmbəri qəbul etmirlər. Ya ona (Həzrət İbrahim kimi) ağır işgəncələr verirlər, ya da (Həzrət Zəkəriyya və Yəhya kimi) öldürürlər. “Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə həmin peyğəmbərlərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. Və elə hesab edərdilər ki, bunun müqabilində özlərinə heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular...”. “Süfrə” surəsi, 70-71. Ayədən göründüyü kimi, Peyğəmbərlik vəzifəsi bu yükü daşıyan şəxsin həyatı üçün çox təhlükəli və əziyyətli bir vəzifədir. Məhz bu səbəbdən də Allah-təala zərif cinsin nümayəndələrinə belə çətin bir vəzifəni yükləməmişdir. Digər tərəfdən qadınlarda ayda bir dəfə baş verən fizioloji hallar vardır ki, həmin dövrdə qadının ibadət etməsi, vəhy qəbul etməsi mümkün deyildir. Bildiyimiz kimi, “Quran”ın 21-ci surəsi “Peyğəmbərlər” adlanır. Bu səbəbdən də 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomik quruluşunda 21 ədədi görünür. Belə ki, qadınlarda barmaq çıxıntıları 20 olduğu halda, normal kişilərdə barmaqların və barmaqvari çıxıntıların (cinsiyyət üzvünün) birlikdə sayı 21-dir. Həyatda təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomik quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır. Bu və digər bir çox səbəblərdən peyğəmbərlər ancaq kişilər arasından seçilir. “Biz səndən əvvəl də hər bir ümmətə ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!” “Peyğəmbərlər” surəsi, 7-ci ayə. Qeyd: yazıda bəhs etdiyimiz Həsən Bəsri VII əsrdə yaşayıb. Həzrət Peyğəmbərin xanımlarından birinin yaxın qohumu olduğundan körpəliyi Peyğəmbərin evində keçib və ondan dərs alıb. Peyğəmbərdən aldığı elm və feyzlərlə övliyalıq məqamına çatan bu şəxs İslamı təbliğ etmək üçün Azərbaycana ezam olunub və ömrünün sonuna qədər burada yaşayıb. Hazırda qəbri Şamaxı rayonu ərazisindədir. “Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!”
Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Yunis” surəsi, 22-23-cü ayələr. Xəbər verildiyi kimi dünən Xəzər dənizində Zərifə Əliyeva adına yük gəmisində yanğın baş verdi. Elmi-lədun araşdırmalarımız göstərir ki, son dövrlər Xəzər dənizindəki neft buruqlarında baş verən uçqun və yanğınlar kimi, bu gəmi yanğını da təsadüfü olmayıb, özündən əvvəlki analoji hadisələrlə zəncirvari əlaqəlidir. Bu barədə hesablamalarımızı moderator.az saytının oxucularına təqdim edirik: 1) Xatırladaq ki, 6 noyabr 2014-ci il tarixdə Xəzər dənizində estakada uçdu və nəticədə bir neçə soydaşımız həyatını itirdi (həmin gün metronun Q. Qarayev stansiyasında qatarda baş verən yanğın da insanlarda həyəcana səbəb oldu). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən Xəzərdə gəmi yananda həmin hadisələrin 800-cü günü idi. Bu ədəddən “Quran”ın surələrinin və səhifələrinin sayını çıxanda yenə də müqəddəs kitabın rəmzləri alınır və hadisələrin Allah tərəfindən xüsusi bir qanunauyğunluqla törədildiyini ortaya qoymuş olur: 800 ”“ (114 + 286) = (114 + 286) 2) Yadınıza salaq ki, 10 dekabr 2015-ci il tarixdə Bakı metropolitenin tunelində (!) daha bir qəza baş verdiyindən bütün qatarların hərəkət istiqaməti dəyişdi. Maraqlıdır ki, dünən Xəzərdə gəmi yananda bu hadisənin 400-cü günü idi ki, bundan “Quran”ın surələrinin sayını çıxanda müqəddəs kitabın səhifələrinin sayı qalır və hadisələrin yolun azmış millətimizə və onun rəhbərlərinə Allah tərəfindən bir xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikrin doğruluğunu təsdiq edir: 400 ”“ 114 = 286 3) Hesablamalarımız göstərir ki, Xəzərdə yük gəmisinin yanması Moskvada yük təyyarəsinin yanması ilə də riyazi şəkildə əlaqələnir. Belə ki, 3 iyun 2014-cü il tarixdə Şermetovo hava limanında “İL-96” yük təyyarəsi müəmmalı şəkildə yandı. Dünən həmin hadisənin 955-ci günü idi ki, bundan “Quran”ın rəmzlərini çıxsaq, yenə də müqəddəs kitabda tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisənin gələcək bəlaların (cəzalanmanın) xəbərdarlığı olmasını bir daha təsdiq edir: 955 ”“ 114 ”“ 286 = 555 Bu və digər hesablamalar göstərir ki, dünən Xəzər dənizində Z. Əliyeva adına gəminin yanması ilə Allah-təala zülmün, haqsızlığın və haramçılığın həddi aşdığı (qırmızı xətti keçdiyi) məmləkətimizə növbəti xəbərdarlığını göndərdi: “Biz, peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik! Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”. “Gecə vaxtı seyr” surəsi, 15-16-cı ayələr. “Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! Allahın sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və zalım olduğunuza görə sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz”. “Quran”, 17-ci surə, 67-69-cu ayələr. Başqasının balasını ağlar qoymayın ki, sabah da sizin balanız ağlar qalmasın!
“De: “Mən sizə ancaq bir öyüd verəcəyəm. Allah xatirinə məni dinlədikdən sonra məclisimdən iki-iki, bir-bir durun gedin, sonra da bir dərindən düşünün, görəcəksiniz ki, sizin yoldaşınızda heç bir divanəlik əsəri yoxdur. O yalnız qarşıdakı şiddətli əzabla (pis əməllərinizə görə düçar olacağınız əzabla) sizi qorxudan, xəbərdar edən bir peyğəmbərdir!” “Quran”, 34:46 Son dövrlər yalandan üzə durub adamları şərləyən məxluqlarla çox tez-tez rastlaşırıq. Onlar hətta özləri də arxada etiraf edirlər ki, kimdənsə aldığımız pula görə yalandan şahidlik edirik; balamızı bununla dolandırırıq... Belələri üç olsaydı, beş olsaydı narahat olmağa dəyməzdi. Acınacaqlı haldır ki, bunlar artıq cəmiyyətin əhəmiyyətli bir hissəsini təşkil edir və sayları getdikcə çoxalır. Gündəlik mətbuatda ən çox bunların kiminsə üzünə durmasına dair xəbərlərə rast gəlirik. Bütün bunlar mənəviyyatın necə dərin böhran keçirdiyinin göstəricisidir. İnsanlığın bu cür ölməsini müşahidə etmək bir ziyalı üçün həddən artıq çətindir... Odur ki, belələrinin nəzərinə Allahın onlar haqda buyurduğu bir neçə ayəni çatdırmaq istəyirəm: “Ey iman gətirənlər! Şahidliyiniz sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! Əleyhinə şahidlik edəcəyiniz şəxs istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə sizdən daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, bilin ki Allah etdiyiniz işlərdən xəbərdardır!” “Quran”, “Qadınlar” surəsi, 135 Göründüyü kimi, Allah-təala öz bəndələrinə yalandan şahidlik etməyi qadağan edir. Həmçinin, bu qadağaya məhəl qoymayanların şiddətli əzaba düçür olacaqlarını xəbər verir: “Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!” “Quran”, “İnək” surəsi, 10. Gündəlik ruzisini başqalarına şər-böhtan atmaqla qazanmaq istəyənlərə Allah-təalanın başqa bir kəlamını çatdırmaq istəyirəm: “Ey insan! Göydə uçan quşu görürsənmi? Onun da ruzisini Biz veririk. Necə ki, onun ruzisini veririk, elə də sənin ruzini veririk!” Bəli, quş ruzisini qazanmaq üçün heç vaxt yalandan başqa bir quşun üzünə durmur. Bilir ki, onu Yaradan ruzisini də düşünüb yaradıb və hər gün qarşısına çıxarır. Amma, çox təəssüflər olsun ki, bu gün insanların çoxunun quş qədər düşüncəsi, dərrakəsi yoxdur. Ona görə də bu cahillər elə bilirlər ki, yalandan kiminsə üzünə durub həyatın alt-üst etməsələr, anasını ağlar, balasını sinəsi dağlı qoymasalar ruzi qazana bilməzlər. Belələri dərk etsələr ki, bu gün etdikləri günahlar sabah mütləq qarşılarına çıxacaq (Bu aksiomadır!), onun da anası ağlar, balası sinəsi dağlı qalacaq, heç vaxt belə çirkin hərəkət eləməzlər! Onlara özlərindən əvvəl şər-böhtan yolu ilə “ruzi” qazananların aqibətinə baxmağı tövsiyyə edirəm: siz bu işdə Akif Çovdarovdan və onunla birgə məhkəmədə oturanlardan, yaxud zindanda “intihar” edənlərdən “qabiliyyətli”, “mahir”mi olacaqsınız? Onların sonu sizə ibrət deyilmi? Əgər quş qədər ağlınız varsa ruzinizi başqa (daha münasib) işlərdən qazanmağa çalışın. Başqasının balasını ağlar qoymayın ki, sabah da sizin balanız ağlar qalmasın! "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq." “Quran”, 19:84 |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |