“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Xəbər verildiyi kimi bu gün (16 noyabr) Xırdalanda AAF yaşayış kompleksinin binasında baş verən partlayış dörd nəfərin ağır yaralanması ilə nəticələndi (yaralılara Allahdan şəfa diləyirik). Bu gün həmçinin, Abşeron rayonunda hündürmərtəbəli binada yanğın hadisəsi baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, bunlar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Baş verən partlayışın ölkədəki haqsızlığa, ədalətsizliyə, zülmə son qoymaq üçün Allahdan xəbərdarlıq olduğunu aşağıdakı hesablamalardan görmək olur: 1) Bu ilin 24 iyulunda Goranboyun Qaramusalı kəndində fəhlələri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 24 nəfər ağır yaralandı. Maraqlıdır ki, bu gün Bakıdakı binalarda yanğın və partlayış baş verəndə həmin qəzanın 114-cü günü idi. Bu da Quran rəmzi olmaqla, hər iki hadisənin Allahdan xəbərdarlıq olması barədə verdiyimiz xəbri təsdiq edir. 2) Keçən il oktyabrın 13-də (ilin 286-cı günü) 171 saylı marşrut avtobusu yük maşını ilə toqquşdu (ölən və yaralananlar oldu). Bu gün həmin hadisənin 400-cü günüdür ki, bundan da Quranın surələrinin sayını çıxanda səhifələrinin sayı alnır və hadisənin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 400 – 114 = 286 3) Xatırladaq ki, 6 iyul 2019-cu il tarixdə Ağstafadakı hərbi hissədə sursat anbarında partlayış oldu. Bu gün həmin hadisənin 1224-cü günüdür ki, bundan da Quran rəmzlərini çıxsaq, yenə də tövbə və cəza rəmzi alınar və hadisələrin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha təsdiq edər: 1224 – 114 – 555 = 555 4) Əvvəlki yazılarımızda vurğulamışdıq ki, dövlət səviyyəsində Qurana əl basıb, əməl edilməməsi ölkədə bir çox fəlakətlərin baş verməsinə səbəb olur (əvvəlki yazılarımızda bu barədə çox faktlar sadalamışdıq). Bugünkü prtlayış və yanğınlar da üçüncü andiçmə mərasiminin 3316-cı günü baş verib ki, bundan da Quranın səhifələrinin sayını çıxsaq, surələrin sayı alınır və hadisələrin Allahdan xəbərdarlıq siqnalı olmasını bir daha təsdiq edir: 3316 – (286+286+286+286) – (114+114+114+114) – (286+286+286) = (286+286+286) Bu və digər esablamalarımız göstərir ki, sadaladığım bütün bu faciəli hadisələr ölkədəki zülmə, haqsızlığa görə Allahdan xəbərdarlıq siqnallarıdır. Tezliklə içdikləri anda əməl etməsələr, haqsızlığa, oğurluğa, haram işlərə son qoymasalar Azərbaycanda daha böyük faciələr baş verəcək. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub Elmi-lədun bilicisi
0 Comments
Xəbər verildiyi kimi, bu gün – 8 noyabr 2022-ci il tarixdə Ay tutulması baş verəcək. Bu tutulmanın Yer əhlinə hansı mesajları verdiyini gəlin birlikdə araşdıraq. Hesablamalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır. Bu gün baş verən Ay tutulmasında diqqət çəkən məqamlardan biri onun 6585 ədədinə bağlanmasıdır ki, bu da bir astronomik dövrdür. Hansı ki, Astronomiya elmində ona “Saros dövrü” deyilir “Saros dövrü” nədir? Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən edilmişdir ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi bu dövrü "Saros dövrü" adlandırdı. Bu gün baş verən Ay tutulması da 28.10.2004-cü il tarixli Ay tutulmasının 6585-ci günüdür. (bax: aşağıdakı cədvələ) Maraqlıdır ki, hər "Saros dövrü”ndə bir qayda olaraq 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən kəşf olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb). Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, buradakı 71 astronomik hadisə Yerin dərya hissəsinə işarədir (Yerin 71 %-i sudan ibarətdir). Dəryadan söhbət düşəndə isə, gözlərimiz önünə ilk növbədə gəmi və Nuh gəlir. Təsadüfü deyil ki, “Quran”ın bu mövzudan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi də 71-dir (!). Bu da həm dəryalara, həm də “Saros dövrü”ndəki 71 tutulmaya işarədir. Bəs niyə bu dövrdə Ay tutulması məhz 28 dəfə baş verir? Ona görə ki, 71-ci surə 28 (!) ayədən ibarətdir. Astronomik dövrdə Günəş tutulmalarının sayının niyə məhz 43 olmasının sirrini tapmaq üçün “Nuh” surəsinin sıra nömrəsindən (71) onun ayələrinin sayını (28) çıxaq. Alınan ədəd Günəş tutulmalarının sayını göstərəcək: 71 - 28 = 43 Yeri gəlmişkən, qeyd edək ki, Quranın “Ay” surəsi 54 ədədi ilə nömrələnib. Bu səbəbdən 54 ədədi Ay rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, 54 ədədi Quranda 43 (!) dəfə keçir (kitabın cəmi qırx üç surəsində 54-cü ayə var). Bununla da “Saros dövrü”ndə Günəş tutulmasının 43 dəfə baş verməsininn digər hikməti də üzə çıxır. Ay tutulmaları 14 ədədinə də bağlanır Araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir (bu gün də Hicri-Qəməri təqvimlə Rəbiəl-axır ayının 14-dür). Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?
Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-taala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah”(55) surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün daha bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə (Allahın iradəsiylə) düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən rəhbərlərə Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı (balansı) pozmasınlar (müasir terminlə desək, qırmızı xətti keçməsinlər). Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ, qasırğa və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələn bəlaların siqnalıdır. Nişirəvanın sarayından niyə 14 sütun uçdu? Zülmkar rəhbərlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı (bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi). Xeyirlə şər arasında pozulmuş balans yaxın dövrdə bərpa ediləcək Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-taalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları, yolxucu xəstəliklərin tüğyan etməsi məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin təhlili, eləcə də elmi-lədun bilgilərimiz göstərir ki, pozulmuş balansı bərpa edəcək şəxs artıq aramızdadır! Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatların təhlili göstərir ki, Yer kürrəsində, o cümldən Azərbaycanda baş verən zülm və haqsızlıqlar ALLAHIN qəzəbinə səbəb olmuş, bu səbəbdən cürbə-cür bəlalar gəlməkdədir. Odur ki, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər! Elmi-lədun hesablamalarımız göstərir ki, az müddətdə şeytani dövr başa çatacaq, zalım rəhbərlər və onların pərəstişkarları meydandan silinib gedəcəklər. Az vaxtda kamillik dövrü başlayacaq və haqq-ədalət tamamilə bərqərar olacaqdır! “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Dr. Paşa Yaqub - elmi-lədun bilicisi "And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, "Məryəm" surəsi, 94.
Xəbər verildiyi kimi, dünən (6 noyabr) Tanzaniyada göyərtəsində 43 sərnişin olan təyyarə Viktorya gölünə düşdü. Nəticədə 19 sərnişin həyatını itirdi, xeyli insan yaralandı. Elmi-lədun hesablamalarımız göstərir ki, bu təsadüfü qəza olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun riyazi yolla Quran rəmzlərinə bağlanması hadisənin Allah tərəfindən törədildiyini və insan oğlunun diqqətini Qurana, bəşəri dəyərlərə yönəltmək məqsədi daşıdığını sübut edir. Bunu aşağıdakı hesablamalardan görmək mümkündür: 1. Yadınıza salaq ki, bu il yanvarın 24-də Orta Asiya dövlətlərində (Qazaxstan, Qırğızstan, Özbəkistan) enerji böhranı baş verdi. Yəni enerji sisteminin müəmmalı şəkildə çökməsi səbəbindən bir neçə dövlət günlərlə qaranlığa qərq oldu. Maraqlıdır ki, sərnişin təyyarəsi Viktoriya gölünə düşəndə həmin enerji böhranının 286-cı günü idi ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayıdır. 286 ədədi Yaradanın kodlaşdırılmış möhürü (indiki dövrdə asan imza) olaraq bütün bu kimi qəzaların və zəlzələlərin üzərinə “vurulur”. (Qeyd edək ki, Orta Asiyada enerji böhranı baş verəndə biz geniş məqalə yazmışdıq və hesablamalarla bunun Allahdan xəbərdarlıq olduğunu bəyan etmişdik. O vaxt insanlar çağrışımıza məhəl qoyub tövbə etsəydilər 286 gündən sonra sərnişin təyyarəsi də Viktoriya gölünə düşməzdi.) 2. Yadınızdadırsa keçən il oktyabrın 4-də internetdə sosial şəbəkələrin çökməsi Dünya iqdisadiyyatına milyardlarla ziyan vurdu. Dünən təyyarə qəzaya uğrayanda həmin hadisənin 400-cü günü idi ki, bundan da Quran rəmzini (114) çıxsaq, alınan ədədin (286) müqəddəs kitabın səhifələrinin sayı və Yaradanın kodlaşdırılmış möhürü (asan imzası) olduğunu görərik: 400 – 114 = 286 3. Təyyarə viktoriya gölünə düşəndə keçən il (10.06.21) baş verən Günəş tutulmasının 514-cü günü idi ki, bundan yenə də Quran rəmzini çıxsaq, ALLAHIN asan imzası (kodlaşdırılmış möhürü) görünər və hadisənin bəşəriyyətə bir xəbərdarlıq mesajı verdiyini sübut edər: 514 – (114+114) = 286 4. Elmi-lədun hesablamalarımız göstərir ki, Tanzaniyada baş verən təyyarə qəzası riyazi yolla Azərbaycanda baş verən helikopter qəzasına bağlanır. Yadınıza salaq ki, keçən il noyabrın 30-da DSX-nə məxsus “Mİ-17” helikopteri Xızı rayonundakı poliqonda qəzaya uğramışdı (orada həlak olanlara bir daha rəhmət diləyirik). Dünən həmin qəzanın 342-ci günüdür ki, bundan Quran rəmzlərini çıxanda yenə də Quran rəmzi alınır və hər iki hadisənin Allahdan bəşəriyyətə xəbərdarlıq mesajı olduğunu bir daha sübut edir: 342 – 114 – 114 = 114 Bu riyazi hesablamanı sözə çevirsək: Quran, Quran, Quran kimi oxunar. Bütün bu hadisələri törətməklə və bizim dilimizlə bunların sirrini açmaqla Allah-taala insan oğlunun diqqətini Qurana yönəltmək, tövbə etməyin və insan olmağın vacibliyini bildirir. Yeri gəlmişkən, qeyd edək ki, müstəqil internet televiziya kanallarında verilən xəbərə görə 6 noyabr tarixində Azərbaycanın mühüm dövlət obyektlərinin birində yanğın baş verib. Bu barədə rəsmi məlumat olmadığından obyektin adını çəkmirəm. Ancaq onu deyə bilərəm ki, Elmi-lədun hesablamalarımız məlumatın doğruluğunu təsdiq edir. Yuxarıdakı bu və digər (sadalamadığım) hesablamalar həmin yanğın hadisəsinə də aiddir. Xızıda helikopter qəzaya uğrayanda bunun Azərbaycanda haqsızlığa, ədalətsizliyə, zülmə son qoymaq üçün Allahdan bir xəbərdarlıq mesajı olduğunu bəyan etmişdik. Əgər tövsiyyələrimizə əməl edib zülmə son qoysaydılar nə sərnişin təyyarəsi qəzaya uğrayardı, nə də mühüm dövlət obyektində yanğın baş verərdi. Heç kəs qarantiya verə bilməz ki, sabah o qəza zalım rəhbərlərin uçduğu təyyarədə baş vermiyəcək, yaxud, o yanğın rəhərin yataq otağında baş verməyəcək. Yəni, Rəbbim bu hadisələrlə zalımlara o mesajı verir ki, Mən hər şeyə qadirəm və sizi hər yerdə (havada, quruda, suda) əzabımla yaxalaya bilərəm. Odur ki, ağlınızı başınıza yığın və dünyanı sahibsiz bilməyin! Allahın yaratdığı günahsız insanlara zülm etməkdən, haqlarını talamaqdan, şərləyib zindanlara doldurmaqdan, namusuyla təhdid etməkdən... əl çəkin! Unutmayın ki, müasir terminlə desək, Yaradanın qoyduğu bir qırmızı xətt var, onu keçmək insanın sonunu gətirir. Siz artıq o qırmızı xətti keçmisiniz! Bildiyim qədər sonunuza lap az qalıb. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Dr. Paşa Yaqub psixoterapevt, elmi-lədun bilicisi, 36 kitabın müəllifi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |