“Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!
Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Yunis” surəsi, 22-23 Xəbər verildiyi kimi bu gün (29 oktyabr) Amerikanın Çikaqo hava limanında “Boeing-767” markalı sərnişin təyyarəsində yanğın baş verib. Sərnişinlər təxliyyə edilərkən 20 nəfərdən artıq xəsarət alan olub. Eyni gündə Florida ştatında yük təyyarəsində də yanğın baş verdi. Bütün bunlar təsadüfmü, ya zərurətmi? Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün sirli qəzalar kimi, Amerikada baş verən təyyarə yanğınları da təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq həmişə olduğu kimi, yenə də “Quran”ın kodları olan 114 və 286 ədədləri ilə özünü büruzə verir və Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıq olduğunu sübut edir. Məsələn: 1) Hesablamalarımız göstərir ki, bu yanğınlar Ay tutulmasına da bağlanır. Belə ki, bu gün 27 sentyabr 2015-ci il tarixli Ay tutulmasının 400-cü günüdür ki, bundan “Quran” rəmzi olan 114 ədədini çıxsaq, müqəddəs kitabın səhifələrinin sayı olan 286 ədədi alınır: 400 ”“ 114 = 286 2) Hesablamalarımız göstərir ki, Amerikadakı təyyarə yanğınları Türkiyədəki enerji qəzası ilə riyazi şəkildə əlaqəlidir. Xatırladım ki, 31 mart 2015-ci il tarixdə Türkiyədə enerji qəzası baş verdi və ölkə bir gündən artıq qaranlığa qərq oldu (o vaxt bu hadisənin bəşəriyyətə Allahdan bir xəbərdarlıq olduğunu qeyd etmişdik). Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün Türkiyənin qaranlığa qərq olmasının 572-ci günüdür; bundan “Quran”ın kodunu (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və bəşəriyyətin diqqətini bu kitabın hökümlərinə yönəldir: 572 ”“ 286 = 286 3) Xatırladım ki, bu il yanvarın 15-də Amerikada və Rusiyada eyni vaxta “Boeing-737” təyyarələri qəza keçirmişdilər. Bu gün həmin qəzaların 286-cı günüdür ki, Amerikada iki təyyarə yandı. 4) Yuxarıda qeyd etdim ki, bu gün ABŞ-da iki təyyarə eyni formada qəzaya uğradı (yandı). Bunlardan biri “Boeng-767”, digəri isə “Md-10” yük təyyarəsi idi. Yanan təyyarələrin markalarını cəmləsək 777 alınar: 767 + 10 = 777 Marqlıdır ki, 777 gün bundan qabaq da ABŞ-a məxsus iki eyni markalı təyyarə müəmmalı şəkildə qəzaya uğramışdı. Belə ki, 13 sentyabr 2014-cü il tarixdə Amerikanın iki ədəd “F-18” təyyarəsi eyni gündə Sakit okean üzərində qəzaya uğradı. Bu gün həmin ölkədə iki təyyarə müəmmalı şəkildə yananda həmin hadisənin 777-ci günü idi ki, bundan təyyarələrin birinin markasını çıxdıqda, digərinin markası görünür: 777 ”“ 10 = 767 Oxucuları yormamaq üçün hesablamaları çox uzatmıram. Qısaca onu deyim ki, bu gün Amerikada eyni vaxtda iki təyyarənin yanması yolun azmış, biri-birinə haqsız zülm edən bəşəriyyətə Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Əgər insanlar bu xəbərrdarlıqlara məhəl qoymayıb zülm və azğınlıqlarında davam edərlərsə daha böyük fəlakətlərlə üzləşə bilərlər. "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (yolazmışların cəzalanacağı haqda hökmlərin bütün dövrlrə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" “Quran”, “Peyğəmbərlər” surəsi, 37.
0 Comments
Tacikistanda baş verən enerji böhranı riyazi yolla Türkiyədəki analoji hadisəyə bağlanır
“Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” “Quran”, “Davar” surəsi, 80. Xəbər verildiyi kimi bu gün (28 oktyabr) Tacikistanda müəmmalı enerji böhranı baş verib. İlkin məlumata əsasən, nasazlıq paytaxt Düşənbədən 100 km şərqdə yerləşən “Nurek” Su Elektrik Stansiyasında baş verib. Elektrik təchizatı bütün ev və müəssisələrdə dayanıb, yollarda işıqforlar sönüb, ölkə tamamilə qaranlığa qərq olub. Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün sirli qəzalar kimi, Tacikistanda baş verən enerj qəzası da təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq həmişə olduğu kimi, yenə də “Quran”ın kodları olan 114 və 286 ədədləri ilə özünü büruzə verir. Məsələn: 1)hesablamalarımız göstərir ki, bu enerji qəzası Ay tutulmasına da bağlanır (Astronomik hadisələr “Quran”da qiyamətin rəmzi və bəlaların xəbərdarlığı olaraq göstərilir). Belə ki, bu gün 27 sentyabr 2015-ci il tarixli Ay tutulmasının 400-cü günüdür ki, bundan “Quran” rəmzi olan 114 ədədini çıxsaq, müqəddəs kitabın səhifələrinin sayı olan 286 ədədi alınır: 400 ”“ 114 = 286 2) Bu gün həmçinin, 19 oktyabr 2013-cü il tarixli Ay tutulmasının 1106-cı günüdür ki, bundan “Quran”ın kodunu (114) çıxanda hadisənin baş verdiyi Tacikistanın Beynəlxalq rabitə kodu (992) görünür: 1106 ”“ 114 = 992 (!) 3) Hesablamalarımız göstərir ki, Tacikistanın qaranlığa qərq olması dünyadakı digər enerji qəzaları ilə riyazi şəkildə əlaqəlidir və onların davamıdır. Xatırladım ki, 31 mart 2015-ci il tarixdə Türkiyədə analoji hadisə baş verdi və ölkə bir gündən artıq qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün Türkiyənin qaranlığa qərq olmasının 572-ci günüdür; bundan “Quran”ın kodunu (286) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi alınır və bəşəriyyətin diqqətini bu kitabın hökümlərinə yönəldir: 572 ”“ 286 = 286 XXI əsrdə dünyada baş verən enerji böhranlarının monitorinqini apararkən çox maraqlı məqamlar üzə çıxardıq. Oxucuların marağına səbəb olacağını nəzərə alıb, həmin məqamları diqqətinizə çatdırırıq. Enerji qəzalarını adi təqvim üzəriində sayarkən onların bir qayda olaraq “Quran”da tövbə və cəza rəmzi olan 555 ədədinə bağlandığını görmək olur (bu ədədin mənasını dünənki yazımızda şərh etmişik). Məsələn: 1) 13 iyul 2002-ci ildə Azərbaycanda baş verən enerji böhranı bütün ölkəni qaranlığa qərq etmişdi. Həmin gün elm əsri olan XXI əsrin 555-ci (!) günü idi. 2) Azərbaycanda daha bir enerji böhranı 29 yanvar 2006-cı ildə baş verdi. Bu böhran da 555 ədədinə bağlanır. Belə ki, həmin gün 5 iyul 2001-ci il tarixli Ay tutulmasının 1665-ci günündür ki, bu da 555 ədədinin üç mislidir: 1665 - 555 - 555 = 555 3) 20 aprel 2006-cı ildə Azərbaycanda baş verən enerli böhranı Bakını qaranlığa qərq etmiş, metro da daxil bütün nəqliyyat və digər mühüm dövlət obyektləri fəaliyyətini dondurmuşdu. Həmin gün 14 oktyabr 2004-cü il tarixli Günəş tutulmasının 555-ci günü idi. 4) Bakıda növbəti enerji böhranı 6 iyul 2006-cı ildə baş verdi. Həmin gün enerjinin kəsilməsi səbəbindən bir çox vacib dövlət strukturları və mühüm obyektlər fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Bu böhranın da əvvəlkilərin davamı olduğu və xüsusi qanunauyğunluğa tabe olduğu aşağıdakı hesablamalardan görünür: - həmin qəza 14 dekabr 2001-ci il tarixli Günəş tutulmasının 1665-ci günü baş verib ki, bu yenə də cəza rəmzi olan 555 ədədinin üç mislidir: 1665 - 555 - 555 = 555 - bu enerji qəzası həmçinin, 24 noyabr 2003 tarixli Günəş tutulmasının 955-ci günü baş verib ki, bundan da “Quran”ın səhifələrinin (286) və surələrinin (114) sayını çıxdıqda yenə də 555 ədədi alınır: 955 ”“ 286 ”“ 114 = 555 5) Yadınıza salım ki, dünyanın diqqətini özünə cəlb edən enerji böhranlarından biri (ən böyüyü) də 2003-cü ilin avqustun 13-də Amerikada baş vermiş və iki dövlət (Amerika və Kanada) bir həftə ərzində qaranlığa qərq olmuşdu. Maraqlıdır ki, həmin gün elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 955-ci günü idi! Elə isə, bundan Quranın səhifələrinin (286) və surələrinin (114) sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır: 955 ”“ 286 ”“ 114 = 555 6) Xəbər verildiyi kimi, 31 mart 2015-ci il tarixdə Türkiyədə enerji böhranı baş verdi və ölkə iki gün ərzində qaranlığa qərq oldu. Hesablamalarımız göstərir ki, bu hadisə də təsadüfü olmayıb, “Quran”da qiyamətin əlaməti kimi göstərilən astronomik hadisələrlə əlaqələnir. Bu əlaqə özünü yenə də TÖVBƏ və cəza rəmzi olan 555 ədədi ilə aşkar biruzə verir. Belə ki, Türkiyədəki enerji böhranı: - 21 iyul 2001-ci il tarixli Günəş tutulmasının 4995-ci günüdür ki, bunu da “Tövbə” surəsinin rəmzi olan 9-a bölsək, cəza rəmzi olan 555 ədədi alındığını görərik: 4995 : 9 = 555 - Türkiyədə enerji böhranı baş verən gün həmçinin, 28 avqust 2007-ci il tarixdə baş verən Günəş tutulmasının 2775-ci günüdür ki, 5-ə böləndə yenə də 555 ədədi alınır və diqqətimizi yenə də Qurana və cəzadan bəhs edən ayələrə yönəldir: 2775 : 5 = 555 Bu faktları və onların sirlərini bildikdən sonra yenə də diqqətinizi təkrar olaraq Azərbaycan ətrafında baş verən və şahidi olsaq da, əhəmiyyət vermədiyimiz enerji hadisələrinə cəlb etmək istəyirəm. Mətbuatda yayılmış bir hadisəni yadınıza salım ki, 2014-cü ilin 27 may tarxində Cəlilabadda ildırım hadisəsi baş verdi (ildırımın enerji hadisəsi olduğu fizikadan və "Quran"dan bizə məlumdur). Həmin hadisədə ölənlər və yaralananlar oldu. 2015-ci ilin dekabrın 4-də Xəzərdə neftçilərin ölümü ilə nəticələnən tufan baş verəndə Cəlilabaddakı ildırım hadisəsinin 555-ci günü idi. Hadisələrdə diqqət çəkən daha bir maraqlı məqam Cəlilabad rayonunun beynəlxalq rabitə kodu ilə bağlıdır. Belə ki, həmin vaxt bu rayonun kodu 114 (!) idi ki, bu da diqqətimizi bir daha "Quran"a yönəldir. Beləliklə, istər Tacikistanda, istər Azərbaycanda, istərsə də dünyada baş verən bu kimi sirli hadisələrin monitorinqi göstərir ki, enerji kəsilmələri əslində yolun azmış və biri-birinə manyakcasına zülm edən, işgəncə verməyi sevən millətlərə və onların rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır: «Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir elçi göndərməmiş o şəhərləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri məhv etdik». “Quran”, 28:59 Qız qalasının kodları ilə 9-cu surənin kodları üst-üstə düşür... “Biz hər şeyi sayıb yazmışıq” “Xəbər” surəsi, 29. Bildiyimiz kimi “Quran”da 114 surə vardır və 9-cu surə (“Tövbə”) istisna olmaqla, qalan 113 surənin hamısı “Bismillah”la başlayır. Onu da qeyd edim ki, “Qarışqalar” surəsinin 30-cu ayəsində “Bismillah” kəlməsinin keçməsini nəzərə alsaq görərik ki, bu kəlmə müqəddəs kitabda əslində 114 dəfə keçir: “O məktub Süleymandandır və o “bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır)”. “Quran”, 27:30 Sual yaranır: niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır? Elmi-lədun araşdırmalarımızla bu suala cavab tapmağa çalışaq. Hesablamalarımız göstərir ki, 9-cu surə 22-ci (Həcc) surənin davamıdır. Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimizdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik (yazını bu linkdən oxumaq olar: http://www.moderator.az/news/151167.html ) Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (Sıfır məna bildirmədiyindən mötərizəyə aldıq.) bunlardan 22-si başdadır. Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir. 22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya elmlərində deyil, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirik. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Bunu insanın daxilində (xislətində) olan vicdanla müqayisə etmək olar. Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əmələ çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya (ziyana, qəzaya) məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır. Dünyada baş verən təbiət hadisələrini, kataklizmləri təhlil ederərkən aydın görmək olur ki, 13-cü ildən başlayaraq Yerdə ildırımla bağlı fəlakətlər (ildırım vurmaları) çoxalmışdır. Bu da təsadüfü deyildir. Belə ki, “Quran”da ildırımdan bəhs edən surə (“Göy gurultusu”) 13 ədədi ilə nömrələnmişdir. Bu səbəbdən də 13 ədədi Quranda ildırım, cəza rəmzidir. Hesablamalarımız göstərir ki, biz tövbə etmədikcə və öz enerjimizi əmələ çevirərkən, onu vicdan süzgəcindən keçirmədikcə, cəmiyyətimizdə qəzalar və həyacanlı hadisələr (o cümlədən ildırımvurmalar) getdikcə intensivləşməkdədir. Bunu aşağıdakı düstur da sübut edir: 22 - 9 = 13 Oxucuların diqqətini “Quran”da 9 rəqəmi ilə gələn (9, 19, 29, 39, ......109) surələrə cəlb etmək istəyirik. Bunun üçün “Quran”ın 114 surədən ibarət olmasının sirrinə nəzər salaq. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Xatırladım ki, ötən yazılarımızdan birində Bakıdakı yaşı min illərlə ölçülən və astronomik məqsədlə tikilən Qız qalasının sirlərindən (kodlarından) bəhs etmişdik. Təqdim etdiyimiz hesablamalar göstərirdi ki, “9” formasında olan qalanın kodları ilə “Quran”ın 9-cu surəsinin kodları üst-üstə düşür (yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/133955.html ) Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Elə isə: 32 - 23 = 9 Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159 + 951 = 1110 258 + 852 = 1110 357 + 753 = 1110 456 + 654 = 1110 1110 ədədi isə, 555 ədədinin iki mislidir. Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94. Azərbaycanda ən çox ziyarət edilən övliyalardan biri də Şeyx Yusif əfəndidir. Onun şərif məzarı Xaçmaz rayonunun Şıxlar kəndindəki günbəzdədir.
Haşimilər nəslindən olan və soykökü Həzrət Əli və Həzrət Fatimə vasitəsi ilə Peyğəmbər əfəndimizə bağlanan Şeyx Yusifin şəcərəsi bu gün Xaçmaz rayonunun Seyidlər kəndindəki törəmələrinin evində saxlanmaqdadır. Tam adı Yusif ibn Əli əl-Fazil əl-Hüseyni, künyəsi Əbül-Füyuzat, ləqəbi Ziyaəddindir. Abbasqulu ağa Bakıxanov Mövlana Şeyx Molla Yusif haqqında “Gülüstani-İrəm” əsərində belə məlumat verir: “Onun ulu babaları Qubanın Müskür nahiyəsinə Qarabağdan gəlmişlər. Şeyx cənabları hicri səkkizinci əsrin ortalarında dünyaya gəlmişdir. Təriqət mərasimini təkmil etdikdən sonra, Seyid Yəhya Bakuvidən (XIV-XV əsrlər) irşad xirqəsi almış və təriqət saliklərinin üzünə feyz və təbliğ qapılarını açmışdır. Şeyxin məzarı və onların yurdu olan kənd Şıxlar adı ilə adlanmışdır. Onun əsərlərindən ancaq “Bəyanül-əsrar” adlı ərəbcə kitabı bizə gəlib çatmışdır. Bir müqəddimə və 24 fəsildən ibarət olan bu kitab əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təriqət sahibləri və füqəranın adət və ədəbinə aid olan geniş mövzuları müxtəsər bir surətdə izah edir. Hicri səkkizinci əsrin axırlarında vəfat etmişdir”. Tədqiqatçı Mehmet Rıhtımın araşdırmalarına görə Şeyx Yusifin vəfat tarixi 1485 miladi ilidir. Onun atası Şirvanın qazil-quzatı və dövrünün nüfuzlu alimlərindən olub. İlk təhsilini atasından alaraq, doqquz yaşında Quranı oxumağı tam öyrənib başa çatıb; həddi-buluğa yetəndə dərs deməyə başlayıb. Sonralar Həccə gedərək Misir, Qüds, İsgəndəriyyə, Bağdad və Şamda olub; buradakı böyük alimlərdən dərs alaraq, elmi biliklərini təkmilləşdirib. Daha sonra Şamaxıya gələrək elm tədrisi ilə məşğul olub. Seyid Yəhya Bakuvidən dərs almağı Yusifə Həzrət Peyğəmbərimiz yuxusunda tövsiyə etmişdir. Yusif Əfəndi dərhal Bakıya gələrək, Seyid Yəhyaya yetişdi və ona mürid oldu. Yeri gəlmişkən, qeyd edim ki, sufilikdə uca məqam (dərəcə) qazanmaq üçün mürid mütləq ildə bir dəfə xəlvətə girməlidir. Yəni, qırx gün qaranlıq otaqda tək-tənha qalaraq, ancaq su və xurma ilə qidalanır və “Quran” oxuyur. Bu müddətdə mürid ancaq tualet ehtiyacını ödəmək üçün bir neçə dəqiqəliyə otaqdan çıxır və onda da heç kəslə danışmır. Şeyxinin əmri ilə Yusif əfəndi də xəlvətə girərək, çətin riyazətlər ilə böyük mərtəbələr keçdi və xəlifəlik məqamına çatdı. Seyid Yəhya onu irşad üçün Şamaxıya göndərdi. Burada onun ətrafına yüzlərlə mürid toplandı. Nəzminin yazdığına görə Seyid Yəhya Bakuvi ölümündən əvvəl xəlifələri və müridləri toplayaraq: “Məndən sonra səccadə və Allahın əmanəti Məxdumundur”- dedi (Bakuvi əzizləmə mənasında Yusifə “Məxdum” təxəllüsü vermişdi). Lakin Seyid Yəhya dünyasını dəyişəndə onun ortancıl oğlu Fətullah atasının səccadəsində oturdu. Yusif Məxdum da ona güzəşdə gedərək, müridləri sakitləşdirdi. Daha sonra Şeyx Yusif Şamaxıya gələrək, burada irşad etdi. Bir müddətdən sonra isə, Qubanın Müskür nahiyəsində fəaliyyətini davam etdirdi. Qəbri-şərifi Xaçmazın Şıxlar kəndindəki günbəzdədir. Həmin günbəzdə Şeyxin oğlu Məhəmməd Əminin və digər şeyxlərin də qəbirləri vardır. AMEA-nın Arxeologiya İnsitutunun professoru Məşədixanım Nemətova Məhəmməd Əminin qəbrinin üstündəki ərəbcə yazını bu cür tərcümə edir: “Bu qəbir Mövlana Şeyx Yusifin oğlu, mərhum Məhəmməd Əminindir. Səkkiz yüz altmışıncı il” (1455-1456 miladi ili). M.Nemətovanın tədqiqatlarından o da məlum olur ki, Şeyx Yusifin digər övladları və nəvələri də onun yolunu davam etdirərək, şeyxlik titulu qazanıblar. Bunu günbəzdən çöldəki qəbrlərin üstündəki yazıların tərcüməsindən görmək olur: “O əbədidir, əzəmətlidir. Bu, Şeyx Yusif Müskürünün övladı, mərhum, bağışlanmış Şeyx Əşrəfindir”. “Bu qəbrin sahibi Şeyx Əşrəfin oğlu rəhmətlik, günahları bağışlanmış İsgəndərindir. Allah ona rəhmət eləsin”. “Bu qəbr Şeyx Mövlana Yusifin övladlarından Şeyx Əşrəfin oğlu Şeyx Tahirindir. Allah ona rəhmət eləsin. Səfər ayı”. Şeyx Yusif əfəndinin mənalı həyat yolu və fəaliyyəti bütün dövrlərdə tədqiqatçılar üçün maraq kəsb edib. Bizim də bu mövzuda araşdırma aparmağımız Şeyx Yusif (Yusif Məxdum) dühasına olan maraq və ehtiramdan irəli gəldi. Bəni-Adəm arasında törənən ixtilaf ən əvvəl Adəmin oğlanları Qabil və Habil arasında baş verdi. Ölümlə nəticələnən bu ixtilaf qız üstündə oldu. Belə ki, Adəmin iki oğlunun hər biri ekiz idi və ikisinin də ekiz tayı qız idi. Onlar yetkinlik yaşlarına çatdıqda evlənmək istədilər. Həmin vaxt başqa insan nəsli olmadığından Allah-təala Peyğəmbərə vəhy etdi ki, onları öz bacıları ilə çarpaz evləndir. Yəni, Habilin ekiz tayı ilə Qabili, Qabilin də ekiz tayı ilə Habili evləndir ki, nəsil artsın. Lakin, Qabil bu cür evlənməyə etiraz edərək öz ekiz tayı daha gözəl olduğundan onunla evlənmək istədi. Adəm əleyhissəlam buna etiraz etdi. Məsələni yoluna qoymaq üçün Peyğəmbər oğlanlarına təklif etdi ki, hərəniz öz məhsulunuzdan bir qurbanlıq götürün, kiminki qəbul olunsa, Qabilin ekiz tayı ilə o evlənsin. Həmin vaxt Qabil əkin əkir, Habil qoyun saxlayırdı. Beləliklə, Qabil bir dərz sünbül, Habil isə, bir erkək qoyun götürüb qurbangaha apardılar. O vaxt qəbula keçən qurbanın əlaməti bu idi ki, göydən bir od (işıq) gəlib, həmin qurbanlığı bürüyüb görünməz edərdi. Bu dəfə Habilin qurbanı qəbula keçib, Qabilinki rədd edildi. Bu hal Qabili çox əsəbləşdirdiyindən doğma qardaşını vurub öldürdü. Bu vaxta qədər Adəm övladları arasında ölüm hadisəsi baş vermədiyindən, Habilin cəsədi ilə nə edəcəyini bilmədi və bir neçə gün özü ilə səhrada sürüdü. Birdən gördü iki qarğa biri-biri ilə vuruşub öldürdü. Sağ qarğa qumu ayağı ilə eşərək ölən həmcinsinin cəsədini orada basdırdı. Qabil bunu görüb, qardaşının cəsədini torpağa basdırdı. Özünün qarğadan şüursuz olduğuna peşmançılıq çəkdi. Habili bir neçə gün görməyən Adəm onu Qabildən soruşdu. Günahkar oğul tövbə edib, üzr diləməkdənsə, atasına dedi ki, mən habilə gözətçi deyiləm ki, harada olduğunu biləm. Adəm onun bu kobud cavabından pərişan olub, oğlunu axtarmağa üz qoydu. Allah Habilin qəbrinin yerini Peyğəmbərə agah etdi. Heç ölüm görməmiş ata övladının bu cür zülmlə qətlə yetirilməsinə ağlayıb qəmgin oldu və Qabili lənətləyərək yanından qovdu. Qabil dağlara çəkilərək, bir daha valideynlərinə görünmədi. O, ailəsi ilə Yəmən səhrasına getdi. Orada nəsil artıraraq, atasının dinindən uzaqlaşdı və oda sitayiş etməyə başladı. Bu əhvalat “Quran”da belə zikr edilməkdədir: “Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: “Səni mütləq öldürəcəyəm! Habil ona belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qurban qəbul edər! Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Mən istəyirəm ki, sən məni öldürməklə mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!” Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Qabil dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu”. “Süfrə” surəsi, 27-30-cu ayələr. Quba rayonunda ehtiramla ziyarət edilən müqəddəs yerlərdən biri də Ağbil piridir. Bu pir Quba-Qusar şosse yolunun sağ tərəfində, Ağbil kəndinin ərazisindəki qəbristanlıqda yerləşir.
Həmin qəbiristanlıqda vaxtilə üç günbəz olsa da, günümüzə yalnız ikisi gəlib çatıb. Günbəzin biri düzbucaqlı olmaqla, kitabəsi yoxdur. Digər günbəz isə xaricdən səkkizguşəli, daxildən isə dördbucaq olmaqla, “Şeyx Məzyəd” türbəsi adlanır. Türbənin qapısı üzərində əhəng daşına həkk olunmuş üç sətirlik kitabə vardır. Kitabədə aşağıdakı sözlər yazılıb: “Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah zamanında ”“ Allah onun sayəsini əskik etməsin ”“ Sufi Rəfiəddinin oğlu ağıllı şeyx, Şeyx Məzyədin məzarı üzərində doqquz yüz qırxıncı il tarixində (1533-1534) tikildi”. XIX əsrdə burada tədqiqat aparmış rus tarixçisi B. Dorn digər türbədəki kitabəni tərcümə edib. Tərcümədən məlum olur ki, türbədə dəfn olunan Şeyx Məzyədin oğlu Şah Muraddır və o, Şeyx Bəyazidin nəvəsidir: “De: Ey özləri öz əleyhlərinə çıxan qullarım! Allahın mərhəmətindən ümidsiz olmayın. Hə-qiqətən (tövbə etdikdə) Allah bütün günahları bağışlayır. Çünki, O, bağışlayan və mərhəmətlidir (Quran). Bu bina sultan oğlu sultan, Sultan Xəlilullah ”“ Allah onun dövlət və səadətini əbədiləşdirsin - zamanında Allahın rəhmətinə getmiş, günahları bağışlanmış, xoşbəxt şəhid Şah Murad bin Şeyx Məzyəd bin Xacə bin Şeyx Bəyazid ”“ Allah onu və bütün möminləri bağışlasın ”“ üçün doqquz yüz qırxıncı (1533-1534) ildə tikilmişdir”. Kitabələrdə yazılanlardan məlum olduğu kimi, türbələrdə dəfn olunanlar kəramətli övliyalar olmaqla, həyatlarını İslam dininin inkişafına və cəmiyyətin mənəvi dirçəlişinə həsr etmiş, bu yolda da şəhid olmuşlar. Odur ki, qədirbilən Azərbaycan xalqı onların əməyini unutmur, müqəddəs məzarlarını daim yad edərək, Allaha etdikləri dualarda övliyaları vəsilə tuturlar. Pirdə dəfn olunan övliyanın üzünün nuru xatirinə Rəbbim indiyədək burada edilən yüzlərlə, minlərlə duaları qəbul etmişdir. Odur ki, burada ziyarətçilərin ardı-arası kəsilmir. Bu araşdırmanı apararkən biz də bir neçə saat Ağbil pirində olduq və pirin kəramətindən faydalnmış onlarla ziyarətçi ilə söhbət etdik. O söhbətlərdən bəzilərini Moderator.az-ın oxucularına təqdim edirik. Vəlicanova Almaxanım Hətəm qızı ”“ Şabran rayonu, Dəvəçi kəndi: - Bir neçə il idi ki, barmaqlarımda yaralar vardı, çox müalicələr etdirsəm də, xeyri olmurdu. Nəhayət bu pirə üz tutdum. Burada mücövürçü qadın qəbrin torpağından suya qarışdırıb, yaralarıma sürtdü. Bir neçə gündən sonra barmaqlarımdakı yaralardan əsər-əlamət qalmamışdı. Nəcəfova Şərqiyyə Sabir qızı - Şabran rayonu, Dəvəçi kəndi: - Uşaqlıqdan sağ əlimin şəhadət barmağının uc hissəsində ziyil kimi bir çıxıntı vardı, əlimi bir şeyə vuranda ziyilin ucu ağrıyırdı. Məni çox incidirdi, müalicələrin də xeyri olmurdu. Evimizin yanında “Çinarlı piri” adlanan pir vardı, hamı deyirdi ki, oranın tütyəsindən sürtdük, yaramız, ziyilimiz sağaldı, get sən də sürt, barmağın sağalsın. Amma mən heç vaxt pirlərə inanmırdım. Fikirləşirdim ki, bu qədər dərmanların sağaltmadığı yaranı pirin tütyəsi necə sağalda bilər? Bir gün gəlin köçdüyüm evin qonşuluğunda yaşayan bir qadın mənə pul verib xahiş etdi ki, uşağım xəstədir, atan evinə gedəndə bu nəziri Çinarlı pirinə qoy, oradan mənə tütyə gətir. Mən həmin nəziri mücövürçüyə verib, əhvalatı danışdım. O, nəziri alıb, pirin torpağından kağıza büküb, mənə verdi. Həmin tütyəni evdə stolun üstünə qoymuşdum. Birdən necə oldusa, kağız cırılıb, torpaq stolun üstünə dağıldı. Sağ əlimlə torpağı sıyırıb başqa bir kağıza bükdüm və qonşu gələndə ona verdim. Sabahı gün hiss etdim ki, əlimi bir şeyə toxunduranda ziyilin ucu ağrımır. Əmin olmaq üçün şəhadət barmağımı yerə bərk-bərk sürtdüm, gördüm həqiqətən də ağrımır. İki gündən sonra barmağımdakı ziyil tamamilə yoxa çıxdı. O hadisədən sonra məndə pirə və onun tütyəsinə qarşı inam yarandı. Bəlkə də o tütyənin dağılması və mənim yaralı barmağımla ona toxunmağım bir qismət imiş ki, məndə inam yaransın. Türbəni sökənlər peşman oldular... Yuxarıda qeyd etdim ki, Ağbil pirində üç türbə olmuş, onlardan biri sovet dönəmində sökülmüşdür. Həmin hadisənin şahidi olanlar söhbət edirlər ki, otuzuncu illərdə əsgərləri gətirib, günbəzin birini sökdürürlər və kərpiclərini başqa bir binanın tikintisi üçün maşına yükləyirlər. Ancaq nə qədər cəhd etsələr də, maşın yerindən tərpənmir. Sonda əlacsız qalıb, kərpici yerə boşaldırlar. Əsgərlərə əmr verən şəxs isə həmin yerdə infarkt keçirir və xərəkdə qayıdır. Ağbil kəndinin yetmiş dörd yaşlı sakini, kitabxanaçı Şəfiyeva Sara Hüseyn qızı söhbət edir ki, mən uşaq olanda, dağa gedən və yaxud dağdan qayıdan çobanlar Ağbil pirində düşərgə salar, heyvanlardan bir neçəsini burada qurban kəsərdilər. Kənd camaatına elan edərlərmiş ki, hamı gəlib qurban payını aparsın. Çobanlar söhbət edirlərmiş ki, ata-babalarımızın vəsiyyətinə görə, sökülmüş türbənin yerində qotur xəstəliyinin şəfası var, biz heyvanlarımızı həmin türbənin ətrafına fırladanda və qurban kəsəndə həmin ili qoyunlarımız qotur olmurlar. “Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər!” “Zümrələr” surəsi, 27-ci ayə. (Yazının əvvəlini bu linkdən oxuya bilər-siniz: moderator.az/news/155962.html ) Süleyman Peyğəmbərdən söz düşmüşkən, onunla bağlı daha bir olmuş əhvalatı moderator.az-ın oxucularına çatdırmaq istəyirik. Bir nəfər özünü hövləng Süleymanın sarayına yetirib, onun qəbuluna düşmək istədi. Gözətçilər bu gün qəbul günü olmadığını bildirdikdə kişi xahiş etdi ki, həyatımın təhlükədə olduğunu o həzrətə çatdırın, məni qəbul etsin. Süleyman kişini qəbul etdikdə onun qorxudan rənginin saraldığını görüb, bunun səbəbini soruşdu. Kəndli cavab verdi ki, məni Əzrail qorxuzdu. Səhər tezdən küçəyə çıxanda Əzrili grdüm, o mənə gözünü ağartdı, bundan bərk qorxuya düşdüm. Ürəyimə damıb ki, o mənə xətər toxunduracaq. Ya Peyğəmbər, səndən xahişim budur ki, əmirində olanlara de, məni təəcili bu diyardan çıxarıb, başqa bir diyarda sakin etsinlər, bəlkə orada Əzraillə qarşılaşmayam. Həzrəti Süleyman kişinin xahişini nəzərə alıb, küləyə əmr edir ki, bunu al qanadına, apar Hindistanda ən gözəl, gül-çiçəkli adalardan birinə qoy... Bu əhvalatdan bir neçə saat sonra Süleyman Peyğəmbər bütün insan, heyvan və cin tayfalarından hər birindən bir nümayəndə olmaqla müşavirə keçirirdi. Gördü ki, Əzril də müşavirədə oturub. Dedi Ya Əzrail, bir neçə saat qabaq filankəs oğlu filankəs səndən şikayət etdi. Onu niyə qorxuzmusan, sənin ki, vəzifən bu deyil!? Əzrail əleyhissəlam cavab verdi ki, bu gecə Allah-təala həmin filankəs oğlu filankəsi mənə göstərərək Hindistanda gül-çiçəkli bir adada günortadan sonra onun canını almağımı tapşırdı. Səhər tezdən bu vilayətdə o adam mənim qarşıma çıxanda heyrətdən gözlərim bərəldi. Fikirləşdim ki, bu kişinin min dənə qanadı olsa da, günortadan sonra Hindistanda ola bilməz. Bəs mən bunun canını necə alacam? Bu anda həmin insan mənim heyrətdən bərələn gözlərimi görüb qorxuya düşdü və bir baş sənin sarayına gəldi. İndi kişi əcəlinin tamam olduğu yerdədir və az vaxtdan sonra mən orada onun canını alacam... “... Hər ümmətin əzəldən müəyyən olunmuş bir əcəl vaÑ…tı vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”. “Quran”, 10:49 Müşahidələr göstərir ki, insanların öz əcəllərinə doğru (başlarına qəza və yaxud bir müsibət gələcək yerə) tələsmələri də bu ayə ilə bağlıdır... “Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi öz mö-min bəndələrinin çoxundan üstün tutan Allaha həmd olsun!” “Quran”, 27:15 (yazının əvvəlini bu linkdən oxumaq olar: moderator.az/news/155886.html) Bir nəfərin qoyunları gecə vaxtı bir əkinçinin tarlasına girmiş və əkinini zay etmişdi. Əkinçi dəyən zərərin ödənilməsi tələbiylə Həzrət Davudun hüzuruna gedib şikayət etdi. Zərərin qiyməti qoyunların qiymətinə bərabər olduğundan Davud qoyunları alıb əkinçiyə verilməsi barədə hökm verdi. Bu söhbəti kənardan izləyən Davudun 11 yaşlı oğlu Süleyman yaxınlaşaraq söbətə qarışdı və atasına bildirdi ki, sənin qərarın səhvdir və qoyun sahibinə qarşı haqsızlıqdır. Davud oğlundan soruşdu ki, bəs necə hökm versəydim ədalətli olardı? Süleyman dedi ki, əkin tarlası əvvəlki halına gəlincəyə (bərpa oluncaya) qədər tarla qoyun sahibinə verilsin; Tarla bərpa olunana qədər qoyunlar da əkin sahibinə verilsin və bu müddətdə onların ancaq yunundan və südündən istifadə etmək əkinçiyə halal edilsin; Tarla əvvəlki halına gəldikdən sonra hər kəsin malı özünə qaytarılsın. Davud Peyğəmbər Süleymanın bu ağlına və zəkasına heyran qaldı və özündən sonra onun varis olması, nübüvvəti davam etdirməsi üçün Allaha dua etdi (halbuki, bu əhvalata qədər böyük oğlunu varislik üçün nəzərdə tutmuşdu). Bu hadisə Quran-Kərimdə belə zikr olunmaqdadır: “Davudu və Süleymanı da yad et! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik. Biz onu (məsələnin hökmünü) dərhal Süleymana anlatdıq. Və onların hər birinə hökm (hikmət, peyğəmbərlik) və elm verdik. Biz dağları və quşları Davudla birlikdə Allahı təqdis edib tərifləsinlər deyə ona ram etdik. Bunları (sizə təəccüblü görünsə də, lövhi-məhfuzdakı əzəli hökmümüzlə) Biz etmişdik. Biz (Davuda) sizi düşmənlə vuruşda qorumaq üçün zireh toxumaq sənətini öyrətdik. Artıq şükür edərmisiniz? ”¦ Şiddətlə əsən küləyi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!” “Peyğəmbərlər” surəsi, 78-81-ci ayələr. Tarixi mənbələrdən məlumdur ki, Məscidi-Əqsanın tikilməsi də Süleyman Peyğəmbərin hakimiyyəti dövründə baş tutdu. Bu ibadət ocağının tikilməsinin də maraqlı tarixçəsi vardır. Belə ki, Davud Peyğəmbərin hakimiyyəti dövründə Bəni-İsrail tayfası (yəhudilərin) arasında taun xəstəliyi yayıldı. Çox insan tələf oldu. Həzrəti Davud Bəni-İsrailin sağ qalanlarını başına toplayıb, birlikdə indiki Məscidi-Əqsanın yerinə gəldilər (onda hələ tikilməmişdi). Allaha dua edib, taun bəlasının üstlərindən götürülməsini dilədilər. Duaları müstəcəb oldu və həmin gündən xəstəlik bir daha baş vermədi. Allah-təalanın bu mərhəməti müqabilində Davud Bəni-İsrail alimləri ilə məsləhətləşərək dualarının qəbul olduğu həmin yerdə bir məbəd binası inşa etməyə qərar verdi. Bu niyyətlə Həzrət Davud tikintiyə lazım olacaq materialları illərlə tədarük etdi. Lakin, ona vəhy olundu ki, ziyarətgahın tikintisi oğlun Süleymana nəsib olacaq. Beləliklə, çox keçmədi ki, Davud hakimiyyətinin 40-cı ili dünyasını dəyişdi. Həmin vaxt Həzrət Musanın vəfatından 500 il keçirdi. Oğlu Süleyman hakimiyyətə gələrək, atasının vəsiyyətinə uyğun olaraq Məscidi-Əqsanın (Beytul-Müqəddəsin) tikintisinə başladı. Hakimiyyətinin dördüncü ilində tikintiyə başlayan Süleyman Peyğəmbər bu məbədi yeddi ilə tamamladı. Məscidin daxili divarları və tavanı xalis qızıla tutulub. Digər avadanlıqları da qızıl və gümüşdən hazırlandı. Bundan sonra Musa əleyhissəlamın inşa etdiyi qübbəni və Tabuti-Səkinəni də həmin məbədə gətirdilər. “Quran”ın “Gecə vaxtı seyr” (17) surəsinin birinci ayəsində zikr olunduğuna görə Məhəmməd əleyhissəlam Meerac vaxtı bu ibadətgahı (Məscidi-Əqsanı) da ziyarət etmişdir. (ardı var) “Biz Davuda Süleymanı bəxş etdik, nə gözəl bəndə!” (Quran).
Allah Davud oğlu Süleymana quşların, heyvanların və cinlərin dilini bilmək və onları buyurmaq üçün elm vermişdi. Süleyman cinlərin əməyindən istifadə etməklə, dünyada tayı-bərabəri olmayan billur saraylar tikdirmişdi ki, görənlər valeh olurdular. Buna baxmayaraq, o çörək pulunu öz zəhməti ilə qazanardı. Belə ki, Peyğəmbər öz əlləri ilə həsir toxuyub satar, onun pulu ilə çörək və digər yeyəcək şeylər alardı. Süleyman Peyğəmbər cinlərin xidmətindən həm də Allahı qəbul etməyən dövlət başçılarını ram etmək üçün istifadə edirdi. Onun Yəmən padşahı Bəlqisi Haqqa təslim etməsi barədə “Quran”da keçən əhvalat bu mənada diqqət çəkəndir: “... Bir azdan (Hüdhüd) gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara (Səba əhlinə) padşahlıq edən bir qadın gördüm. Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır. Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər... (Süleyman dedi:) Mənim bu məktubumu aparıb (göydən) onlara at, sonra yaxın bir yerə çəkilib dur, bax gör nə cavab verəcəklər!” Səba hökmdarı Bəlqis Süleymanın məktubunu alıb oÑ…uyandan sonra dedi: “Ey əyanlar! Mənə çoÑ… hörmətli bir məktub göndərildi (atıldı). O məktub Süleymandandır və o “bismillahir-rəhmanir-rəhim”lədir (bismillahla başlanır). (Məzmunu belədir:) “Mənə qarşı təkəbbür göstərməyin və yanıma müsəlman (Allaha müti) olaraq gəlin! (Mənim dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”. Bəlqis dedi: “Ey əyanlar! Bu iş barəsində mənə rəyinizi bildirin. Mən sizinlə məsləhətləşməmiş heç bir iş görən (hökm verən) deyiləm!” Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. (Güclü ordumuz, sursatımız, hərb alətlərimiz var. Özümüz də təcrübəli, mahir döyüşçülərik). Hökm sənindir. Nə əmr edəcəyini özün baÑ… (fikirləş)!” Bəlqis dedi: “Hökmdarlar bir ölkəyə (zorla) girdikləri zaman onu Ñ…arabazara çevirər, Ñ…alqının böyüklərini də zəlil (qul, əsir) edərlər. Onlar məhz belə hərəkət edərlər. (Hökmdarların adəti, davranışı belədir). Mən onlara bir hədiyyə göndərəcəyəm; görüm elçilər nə ilə qayıdacaqlar! (əgər Süleyman peyğəmbərdirsə, onu rədd edər; yoÑ…, əgər ancaq bir padşahdırsa, qəbul edər). (Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaÑ…şıdır. Amma siz (dünyanın bər-bəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz. Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil və Ñ…ar olaraq çıÑ…ardarıq!” (Süleyman) dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taÑ…tını mənə gətirə bilər?” Cinlərdən olan çoÑ… qüvvətli və nəhəng bir ifrit dedi: “Sən yerindən (taÑ…tından) qalÑ…mamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çoÑ… qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taÑ…tını götürüb gətirməyə gücüm çatar. Mən taÑ…tın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”. (Süleyman taÑ…tın daha tez gətirilməsini istədi). Kitabdan bir qədər Ñ…əbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Süleyman) onu (taÑ…tı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoÑ…sa nankor olacağam! Kim Rəbbimin nemətinə şükür etsə, yalnız özü üçün (öz Ñ…eyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö”™minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!). Süleyman dedi: “Bəlqisin taÑ…tını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yoÑ…?!” Bəlqis gəldikdə ona: “TaÑ…tın bu cürdürmü?” - deyildi. O da: “Sanki odur!” - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi:) “Bizə ondan daha öncə elm verilmiş və biz ondan daha əvvəl müsəlman (Allaha təslim) olmuşuq!” Süleyman ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (YaÑ…ud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). çünki o, kafir bir tayfadan idi. Bəlqisin əqlini, zəkasını yoÑ…lamaq məqsədilə ona belə deyildi: “Saraya daÑ…il ol!” (Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraÑ…ıldığı üçün Bəlqis) sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu su deyil, büllurdan tikilmiş (şəffaf) bir saraydır!”-dedi. (Bəlqis) dedi: “Ey Rəbbim! Mən günəşə sitayiş etməklə özümə zülm etmişdim. Mən artıq Süleymanla (Süleymanın sayəsində) aləmlərin Rəbbi olan Allaha təslim oldum!” “Qarışqalar” surəsi, 22-44-cü ayələr. Ayələri oxuduqda insanda belə bir sual yaranır: Süleyman cinləri necə buyururdu? Bu indi də mümkündürmü? Sualın cavabını Allah-təala “Quran”ın başqa bir ayəsində verir: “(Sehrbazlar) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman bu kitablara uymadığı (pis məqsədlə istifadə etmədiyi) üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” ”“ deməmiş heç kəsə sehr öyrətmirdilər. Bununla belə cadugərlər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” 2:102. Ayədən göründüyü kimi, Süleymanda belə bir kitab olmuş və cinləri həmin kitabda yazılmış dualarla buyurmuşdur. Lakin, Süleyman Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kitab sonrakı nəsillərin əlinə keçmiş, onlar da kitabda yazılanlardan ər-arvad (yaxud, qohumlar, dostlar...) arasına nifaq salmaq və digər fitnə-fəsad məqsədlər üçün istifadə etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu gün həmin kitab bir çox mollaların və cadugərlərin stolüstü kitabıdır. Bunun nəticəsidir ki, bu gün cəmiyyətimizdə boşanmaların və psixi xəstəliklərin, ziyanlı vərdişlərin... sayı görünməmiş həddə çatmışdır. Bəzi evlərdə televizor pultunun və s. əşyaların tez-tez sirli şəkildə yoxa çıxması (az vaxtdan sonra həmin əşyalar elə yerdə tapılır ki, ora bəlkə min dəfə baxılmışdı) da bunun əlamətlərindəndir (necə ki, yuxarıdakı ayədə Bəlqisin taxtı bir göz qırpımında oğurlanaraq gətirildi). Bundan başqa, son dövrlər mətbuatda yayılan xəbərlərdən görürük ki, bəzi evlərdə sirli yanğınlar baş verir, bəzilərində daşa basmalar və digər sirli varlıqların görünməsi xəbərləri yayılmaqdadır. Bütün bunların sirri məhz yuxarıda qeyd etdiyim 2-ci surənin 102-ci ayəsində axtarılmalıdır. Sehirin (cadunun) digər əlamətləri insanda baş, boyun ağrıları, immunitetin azalması (nəticədə cürbə-cür xəstəliklərin baş qaldırması), əsəbilik, yuxusuzluq, qorxulu yuxular görmə, qarabasma, yuxuda diksinmə və s. kimi özünü biruzə verir. Bu cür hallarda insan özünə qapanır, həyat eşqi, məhəbbət hissi ölür, qəlbində ətrafdakılara qarşı nifrət hissi baş qaldırır. Beləliklə, sevdiklərindən uzaqlaşmağa çalışır (ağır hallarda intihara meyilli olur). Magiq təsiri kompyuterimizə düşən virusla da müqayisə etmək olar. Belə ki, virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ təsir də insanın həyatın (fəaliyyətin) dondurur və qəlbindəki məhəbbət hissini silir (əvəzində nifrət kimi ziyanlı “fayl”lar yazılır). Ötən yazılarımızda qeyd etdiyimiz kimi, insandakı sabit cərəyan dəyişən cərəyana çevrilir və nəticədə halı və fikirləri tez-tez dəyişir... Araşdırmalarımız göstərir ki, bu hallar nə qədər qorxulu olsa da aradan qaldırılması mümkün olan bir problemdir. Belə ki, bu cür hallarda komryuter format olunub, fayllar bərpa olduğu kimi, insanın aurası da “format” olunaraq, pozulmuş hisslər (fayllar) bərpa edilə bilər (əvvəlki yazılarımızda bunun elmi izahını verdiyimizdən, bu yazıda bu barədə danışmayacağıq). Bir məqamı xüsusi vurğulamaq istəyirik ki, bu cür fitnə-fəsad işlərlə məşğul olmağı elə həmin ayədə də Allah-təala qadağan edir və belələrinə cəza vəd edir. Bilməliyik ki, etdiyimiz (yaxşı və pis) əməllər bumeranq kimi özümüzə qayıdır, gec-tez bu və ya digər formada qarşımıza çıxır. Odur ki, çalışıb yaxşı əməllərlə məşğul olmalıyıq ki, Alah bizi bəlalardan qorusun. (ardı var) Peyğəmbərin qarğışından əmisi oğlunun başına nə gəldi?
Qarun Musa Peyğəmbərin əmisi oğlu olmaqla, Bəni-İsrailin içində ən zəngin şəxs idi. Dünya malına aldanıb həddini aşdı. Musa ilə eyni dərəcədə olmaq fikrinə düşdü. Ona görə də Peyğəmbərə tabe olmayıb, həmişə onu aşağılamağa, xalqın gözündən salmağa çalışırdı. Həzrət Musa əmri-ilahi ilə Qaruna əmr etdi ki, malından zəkat versin. Yəni, Bəni-İsrailin fəqir və möhtaclarına sədəqə və ehsan eləsin. Lakin, Qarun dünya malını canı kimi çox sevdiyindən Allahın əmrindən çıxdı və xeyli nadanı da öz tərəfinə çəkib, onları da zəkat verməkdən yayındırdı. Bir gün Qarun Musa əleyhissəlama bir qadın vasitəsi ilə böhtan atmaq istədi. Qadına müəyyən məbləğ verdi ki, Musanı zinada ittiham etsin. Beləliklə, bir məclisdə Qarun Musaya sual verdi ki, sənin dinində zinanın cəzası nədir? Peyğəmbər cavab verdi ki, Tövrata görə zinanın cəzası daşqalaq olunmaqdır. Qarun dedi sən özün də bu qanun qarşısında hamı ilə bərabərsənmi? Dedi əlbətdə bərabərəm. Qarun dedi: “Elə isə, filan qadın səni zinada ittiham edir (ona təcavüz etməkdə günahlandırır)”. Həzrəti Musa dedi o qadını çağırın gəlsin. Qadın məclisə daxil olduqda Peyğəmbər onu Allaha və Tövrata and verərək həqiqəti bildirməyi xahiş etdi. Qadın verilən andın qarşısında yalan danışa bilməyib, Qarunun verdyi rüşvət müqabilində bu yalanı uydurduqlarını bəyan etdi və həmin rüşvəti ortaya qoyaraq, ondan imtina etdi. Həzrəti Musa gördü ki, Qarunun ədavəti və yaramazlığı əndazəsin aşıb. Onun haqqında bəd dua etdi. Dusanının müstəcəb olduğu və Yerin ixtiyarının ona verildiyi, Qaruna istədiyi cəzanı verə biləcəyi ona xəbər verildi. Belə olduqda Peyğəmbər Yerə əmr etdi ki, Qarunu udsun. Qüdrəti-İlahidən camaatın gözü qarşısında Yer Qarunu sorub apardı. Məclisdəkilərin bir çoxunun həmin anda qəlblərindən keçdi ki, yəqin Qarunun var-dövlətinə sahib çıxmaq üçün onu belə cəzalandırdı. Həzrəti Musa bunu duyduğunda yenidən dua etdi ki, Qarunun var-dövləti də özü kimi yerə batsın. Bu hadisə “Quran”da bu cür zikr olunmaqdadır: “Həqiqətən, Qarun Musa qövmündən (Musanın əmisi oğlu) idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdı. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmü ona belə dedi: “Malına qürrələnib sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz! Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. (O maldan qismətinin ancaq bir kəfən olduğunu bil. Pulunu mənasız yerə sağa-sola səpələmə; səhhətinin, sərvətinin, gəncliyinin qədrini bil. Sabah səni Allahın əzabından qurtara biləcək yaxşı əməllər et). Allah sənə sərvət verməklə yaxşılıq etdiyi kimi, sən də varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz!” Qarun dedi: “Bu var-dövlət mənə yalnız məndə olan elm (fərasət, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar. (Onların günahkar olduqları üzlərindən bilinər və buna görə də heç bir sorğu-sual edilmədən cəhənnəm oduna atılarlar). Bir gün Qarun faxir libas geyib öz zinəti (ehtişamı) içində (dörd min vəznəli-çuxalı əyanın, qızıl-gümüş yəhərli atların müşayiətilə) qövmünün qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: “Kaş ki, Qaruna verilən (dövlət) bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt (qismət) sahibidir!” (Axirət barəsində) elm verilmiş kəslər isə belə dedilər: “Vay halınıza! (Ay yazıqlar!) İman gətirib yaxşı əməl edən kimsə üçün Allahın mükafatı (təmənnasında olduğunuz var-dövlətdən, dəbdəbədən) daha yaxşıdır. Buna (bu nemətə) yalnız səbr edənlər (Allaha itaət və ibadət etməyi fani dünya malından üstün tutanlar, həyatın çətinliklərinə dözənlər) qovuşarlar!” Nəhayət, Musanın duasını qəbul buyurub onu (Qarunu) var-dövləti ilə birlikdə yerə gömdük. Allaha qarşı ona yardım edə biləcək (Allahın əzabından onu qurtaracaq) bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. (Bu qədər cah-calalın, dəbdəbənin müqabilində nə özü, nə də başqası Allahın əzabını ondan dəf etməyə qadir olmadı. Allahın əzab vermək istədiyi bir kimsəni Allahın Özündən başqa o əzabdan heç kəs qurtara bilməz!) Dünən (dünyada) Qarunun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: “Vay (biz heç bilməmişik)! Sən demə, Allah öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!” “Hekayət” surəsi, 75-82-ci ayələr. Şərin, böhtanın ayaq açıb yeridiyi indiki dövrümüzdə bu mövzu aktual və ibrətamizdir. Şübhəsiz ki, ağıl sahibləri bu əhvalatdan ibrət alacaqlar. "And olsun ki, Allah bunları hesablamış, və təkrar-təkrar saymışdır" Quran, 19:94.
Xəbər verildiyi kimi, göyərtəsində Türkiyənin “Fənərbaxça” komandasının futbolçuları olan “Embraer-195” markalı təyyarə Macarıstanın paytaxtında qəza enişi edib. Futbolçular Londona başqa təyyarə ilə yola salınıb. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu qəza da özündən əvvəlkilər kimi, astronomik hadisələrlə və biri-biri ilə riyazi şəkildə əlaqələnir. Bu əlaqə özünü bir qayda olaraq 114 və 555 ədədləri ilə büruzə verdiyi üçün bu ədədlərin mahiyyətini açan düsturu bir daha diqqətinizə çatdırıram. Beləliklə, “Quran” niyə 114 surədir? “Quran” özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır. Araşdırmalarımız sübut edir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Onun iradəsi ilə baş vermişdir. Məsələn, götürək Quranın 114 surədən ibarət olmasının sirrini. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 13:6 Ağıl sahiblərinin diqqətinə çatdırım ki, “Quran”ın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir (necə əldə etdiyimizi sonda yazarıq). İndi isə, qayıdaq Türkiyə futbolçularını daşıyan təyyarənin qəza keçirməsinə. Hesablamalarımız göstərir ki, bu qəza özündən əvvəlkilərlə məhz 114 və 555 ədədləri ilə bağlanır. 1) Xatırladım ki, 26 iyun 2016-cı il tarixdə London hava limanında “A-330” təyyarəsində yanğın baş verdi. “Fənarbaxça” futbolçularını daşıyan təyyarə qəzaya uğrayanda həmin hadisənin 114-cü (!) günü idi. 2) 4 mart 2016-cı il tarixdə İstanbuldan havaya qalxan üç sərnişin təyyarəsini eyni saatda ildırım vurduğundan, üçü də geri qayıtdı. Türkiyə futbolçuları uçaq qəzası keçirəndə həmin hadisənin 228-ci günü idi ki, bundan da “Quran”ın surələrinin sayını çıxsaq yenə də müqəddəs kitabın rəmzi (Allahın kodlaşdırılmış “möhürü”) olan 114 ədədi alınar: 228 ”“ 114 = 114 3) Yadınıza salım ki, 13 aprel 2015-ci il tarixdə Yaponiyada “A-320” markalı təyyarə qəza keçirmişdi. Dünən Türkiyə futbolçuları analoji qəza keçirəndə həmin hadisənin 555-ci günü idi ki, bu da “Quran”da tövbə və cəza rəmzi sayılır. 4) Bu il aprelin 8-də ABŞ-da “Çessna-206” markalı təyyarə qəzaya uğradı. Dünən “Fənarbaxça” komandası qəza keçirəndə həmin hadisənin 195-ci günü idi ki, bu da futbolçuları daşıyan təyyarənin üzərinə həkk olunub: “Embraer-195”! Və s. Oxucuları yormamaq üçün hesablamaları çox uzatmırıq. Bu və digər araşdırmalar sübut edir ki, bütün təyyarə qəzaları biri-biri ilə zəncirvari əlaqəlidir. Bu əlaqələrin “Quran” rəmzləri ilə özünü biruzə verməsi bəşəriyyətin diqqətini müqəddəs kitaba yönəldir. Bu kitabda bizdən qabaq yaşamış və həddini aşmış qövmlərin necə cəzalanmasından bəhs olunur və bizlərə bundan ibrət almaq tövsiyyə olunur. Elmi-lədun araşdırmalarımız göstərir ki, baş verən qəza və zəlzələlər əslində həmin yolazmış qövmlərin başına gələnlərin indiki zalım və zülümkar qövmlərin də başına gələcəyinə bir xəbərdarlıq siqnalıdır. İnsanlar bu kodlaşdırılmış xəbərdarlıqlardan nəticə çıxararaq tövbə edib doğru yola qayıtmalıdırlar. O ki, qaldı “Quran”ın niyə 114 surədən ibarət olmasının sirrini açan düsturu necə kəşf etməyimizə, bir daha bildirim ki, lədun elminin fundamenti sayılan bu düstur (və bundan əlavə "Məhəmməd" və "İbrahim" surələrinin sıra nömrələrindəki sirri açan iki düstur) Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan iman və mərifət sahibi, Hacı Xalid Saday oğluna Həzrət Cəbrayıl əleyhissəlam tərəfindən vəhy yolu ilə nazil olub və ona bildirilib ki, sabah Paşa adında bir nəfər sizə qonaq gələcək, bu üç düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan (neçə illər idi ki, mən bu düsturu kəşf etməyə çalışırdım). Nəhayət mən səhər onlara qonaq gedəndə düsturu mənə verdi. Demək olar ki, izahsız (yarımfabrikat) formada idi. Günlərlə üzərində işləyib, sadə insanların anlayacağı hala gətirdim. Baş verən bütün sirli hadisələrin üzərindən sirr pərdəsini məhz bu düsturla qaldırdıq. Məncə ağıl sahibləri üçün burada böyük hikmətlər var (xırdalamaq istəmədiyimiz hikmətlər). Söz ardı: bəzi fanatik dindarlar yazımızın axırıncı abzastlarına etiraz edəcəklər ki, indi Həzrət Cəbraildən vəhy qəbul etmək olmaz (?). Bildirim ki, düzdür, indi həyatda yolazmış və pozğun həyat tərzi keçirən kütlə sayca daha çoxdur. Amma, nəzərə almaq lazımdır ki, bunu bütün əhaliyə şamil etmək olmaz, cəmiyyətimizdə tövbəkar, qəlbini Allaha bağlamış az da olsa qullar var. Allah Öz qullarına vəhy etməkdə aciz deyildir. Bir də ki, siz Allah-təalanın varlığını (hazırda diri olub dünyanı idarə etməsini), Həzrət Cəbrailin varlığını (hazırda diri olmasını) qəbul edirsinizsə, onların kiməsə vəhy etməsini niyə qəbul edə bilmirsiniz?! (Yoxsa, məscidlərdə narkotik satan və satdıranları görüb elə bilirsiniz hamı onlar kimidir?) Görmürsinizmi ki, “Quran”ın “Bal arısı” surəsində Rəbbim istədiyi quluna vəhy göndərə biləcəyini açıq-aşkar bildirib: “Allah öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları əzabımla qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” 16:2 Ayədən göründüyü kimi, hər bir kəs tövbə edərək qəlbini Allaha bağlayarsa və Rəbbin imtahanlarından üzüağ çıxarsa, daim diri olan və Kainatı bəndələrinin əli ilə idarə etməkdə olan Allah-təala ona vəhy edə bilər. Həra halda aramızda buna layiq adamların olması təəccüblü deyil... “Lutu da peyğəmbər göndərdik. O zaman (Lut) öz tayfasına demişdi: “Gözünüz görə-görə çirkin işləmi məşğul olursunuz?
Siz qadınları qoyub şəhvətlə erkəklərin üstünəmi gedirsiniz? Həqiqətən, siz cahil bir tayfasınız!” “Quran”, 27:54-55 Həzrət İsmayılın təvəllüdündən beş il keçmiş İbrahim Peyğəmbərin evinə üç qonaq daxil oldu. Həddən artıq qonaqsevər olan İbrahim bu gəlişdən sevinib, onların şərəfinə kök bir buzov kəsdirdi. Lakin, qonaqların yeməyə əl uzatmadığını görüb çox kədərləndi. Çünkü, o zaman qonaq ev sahibinin təamından yeməsəydi, ona düşmən olduğunu bildirmiş olurdu. Qonaqlar İbrahimin pərişanlığını görüb dedilər ki, ey İbrahim, qorxma, biz bəşər deyilik, Allah tərəfindən sənə müjdə vermək üçün göndərilən mələklərik. Sənin Saradan bir oğlun olacaq ki, adı İshaqdır. Həmin vaxt İbrahimin yüz, Saranın isə, doxsan yaşı olduğundan bu xəbər onları təəccübləndirdi və Saraya gülmək gəldi... Belə bir xəbəri çatdırmaq üçün bir mələk kifayət etdiyi halda, onların üçünün birdən gəlməsi İbrahimi təəccübləndirdi. Mələklər bildirdilər ki, biz bir günahkar qövmü həlak etmək üçün göndərildik ki, onların üzərinə odda bişmiş daşlar yağdıraq. Allah dərgahında bu qövm həddin aşmış sayıldığından biz onların yurdunu alt-üst edəcəyik... Söhbət Lut qövmündən gedirdi. Həzrət İbrahim bu xəbəri eşitdikdə çox qəmgin oldu. Çünkü, ürəyiyumşaq və həlim xasiyyətli insan idi. Hətta, mələklərlə mübahisə etməyə başlayıb dedi necə ola bilər ki, onların içində bir əməlisaleh olmasın? Halbuki, mənim qardaşım oğlu Lut və ailəsi onların içərisindədir və Peyğəmbər olaraq insanları haqq yola dəvət edir. Mələklər belə cavab verdilər: “Ya İbrahim, biz bilirik ki, o qövmün içərisində kim saleh, kim araqarışdırandır. Luta və onun tərəfdarlarına övrətindən savayı nicat verəcəyik”. Bu sözü deyib, qeyb oldular. Həmin mələklər axşamüstü Səddum qəryəsində gənc oğlanlar libasında Lut Peyğəmbərə göründülər və xahiş etdilər ki, bu gecə onları qonaq saxlasın. Həmin vaxt Səddum qəryəsi və ona bitişik dörd qəryənin əhalisi tamamən bütpərəst olub, əndazəsiz günah işlərlə məşğul olurdular. Lutun öyüd-nəsihətinə məhəl qoymurdular. Lut əleyhissalam onları görüb qəlbi sıxıldı. Çünkü, onları bəşər bilib bilirdi ki, qövmü öz içərilərindəki pis adətə görə qonaqları ondan tələb edəcəklər. Bununla belə, qonaqların sözünü yerə salmayıb, evinə gətirdi. Öz əhli-əyalına da tapşırdı ki, qonaq gəldiyini heç kəsə deməyib, gizli saxlasınlar. Amma, gecə olanda Lutun kafirlərlə gizli əlaqəsi olan övrəti bu sirri öz qövmünə bildirdi. Dərhal bir neçə azğın gəlib Lutdan qonaqları tələb etdilər. Həzrəti Lut onları nə qədər nəsihət etdisə, qəbul etmədilər, zorla evə soxuldular. Lakin, Allahın qüdrəti ilə hamısının gözləri yerindən çıxıb, üzlərinə töküldü. Lut bu haldan qorxuya düşdü. Qonaqlar dedilər ki, qorxma, biz bəşər deyilik. Allah-təalanın əmrlə göndərdiyi mələklərik ki, bu həddin aşmış qövmü həlak, yurdlarını alt-üst edəcəyik. Tapşırdılar ki, gecədən biraz keçmiş sənə inananları da götür, bu qəryələrdən çıx. Lut əleyhissəlam tapşırığa əməl edərək ona inanan 13 nəfəri götürüb həmin qəryələrdən çıxdı və əmisi Həzrət İbrahimin yurduna üz tutdu. Sübh çağı göydən qaynar daş yağıb Lutun övrəti də daxil olmaqla həmin qəryələrdə qalanların hamısını həlak etdi. Yurdlarında iylənmiş su peyda oldu ki, hazırda adına “Bəhri-Lut” deyirlər. Bu, pozğun tayfadan qalan yeganə nişanədir ki, qiyamətədək insanlar görüb ibrət alsınlar və pozğunçuluq etməsinlər. Bu hadisə “Quran”da belə zikr olunmaqdadır: “... İbrahim: “Ey elçilər! (Bir deyin görək) işiniz nədir?” ”“ dedi. (Mələklər) belə cavab verdilər: “Biz günahkar bir tayfaya əzab vermək, onları məhv etmək üçün göndərilmişik. Yalnız Luta iman gətirənlərdən başqa! Biz, sözsüz ki, onların hamısını xilas edəcəyik! Ancaq Lutun zövcəsi istisna olmaqla! (Allahın əmri ilə) qət etdik ki, o, küfr etdiyinə görə əzaba uğrayanlardan olacaqdır!” Elçilər (mələklər) Lutun yanına gələndə (Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!” (Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik! Gecənin bir vaxtı ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!” Və ona (Luta da) vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq. Lutun gözəl qonaqları gəldiyini bilən şəhər əhli sevinərək bir-birini muştuluqlayıb onun yanına gəldi. Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Onlara hörmət etmək mənim borcumdur. Məni biabırçı hərəkətlərinizlə onların yanında rüsvay etməyin! Allahdan qorxun və məni xar etməyin! Onlar: “Məgər biz sənə şəhərimizə gələn adamları himayə etməyi, onları qonaq saxlamağı qadağan etmədikmi?” ”“ deyə soruşdular. Lut dedi: “Bunlar mənim qızlarımdır. Əgər istədiyinizi edəcəksinizsə (buyurun, onlarla evlənin)!” Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində sərgərdan (şaşqın) vəziyyətdə durub qaldılar. Lutun nəsihətini qəbul etmədilər. Şəfəq doğanda o dəhşətli (tükürpədici) səs onları bürüdü. Onların altını-üstünə çevirdik və başlarına odda bişmiş gildən bərk daşlar yağdırdıq. Bunda (bu əzabda) düşünüb-daşınanlar üçün, sözsüz ki, neçə-neçə ibrətlər vardır! Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum şəhərinin xarabaları Məkkədən Şama gedilən) yolun üstündə hələ də durmaqdadır! Bunda möminlər üçün, sözsüz ki, bir ibrət vardır!” “Quran”, “Daşlı sahə” surəsi, 57-77-ci ayələr. “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” ”“ deyildi”. “Qadağan” surəsi, 10. Söz ardı: təəssüfləndirici haldır ki, bu gün Lut qövmünün başına gələnlərdən ibrət alan azdır. Buna görə də həmin murdar hərəkətlər bu gün yenidən dünyanı bürüməkdədir. Elmi-lədun hesablamalarımız göstərir ki, Allah-təala Yeri ikinci dəfə bu cür murdarlıqlardan təmizləyəcəkdir: "Elə isə onlardan ötrü (pozğunların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran” “Həqiqətən Biz sənə kövsər bəxş etdik! Ona görə də (bu nemətlərə şükr edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (Oğlanların vəfat etdiyi zaman sənə sonsuz deyən) düşmənin özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artaraq, adına həmişə rəhmət oxunacaqdır!)” “Quran”, “Kövsər” surəsi.
Həzrəti Peyğəmbərin qiyamətə qədər törəyib artan və adına rəhmət oxunan nəslinin nüma-yəndələrindən biri də Seyid Mrşahverən ağadır. O, 1924-cü ildə Yardımlı rayonunun Pirembel kəndində doğulub. Atası Seyid Şahmar, anasının adı isə, seyidə Saray olub. 1920-ci illərin ortalarında atası rəhmətə get-diyindən bu seyid ailəsi dağlıq kənd olan Pirembeldən aran kənd olan Lallar (Masallı rayonu) kəndinə köçdülər. Bu vaxt ailədə Mirşahverən və Ağayar adında iki oğul var idi. Nəhayət, 1941-ci ildə İkinci Dünya müharibəsi başlayanda hamı kimi seyid ailəsinin də oğluna çağırış vərəqəsi gəldi. O vaxt Seyid Mir Şahverənin yaşı çatmadığından, böyük qardaşına çağırış vərəqi gəldi. Lakin, kiçik qardaş Mirşahverən böyük qardaşının öhdəsində övladlarının olmasını nəzərə alıb, yaşının az olmasına baxmayaraq, onun əvəzindən müharibəyə yollandı. 1942-ci ildə qolundan güllə yarası aldığına görə müharibədən tərxis olunub evinə qayıdır. Ailənin dolanışığı kolxozda işləməklə ödənirdi. Lakin, seyid Mirşahverən ağa ömrünü yalnız kolxozda işləməklə keçirmək fikrində deyildi. Onda hələ uşaqlıqdan Quran elminə böyük maraq vardı. Bu maraq onu 1960-cı illərin əvvəllərində Masallı rayonunun Köçəkli kəndinə gətirdi. Burada o, Molla Şıxverdidən Quranı öyrənməyə başladı. Daha sonra həmin kənddə yaşayan və İlahiyyat elmini dərindən bilən Molla Qaibin yanında elmi biliklərini təkmilləşdirdi. Bir gün Köçəkli kəndindəki bir məclisə özünü seyid kimi təqdim edən iki nəfər gəlib çıxır. Onlardan biri özünü məclis əhlinə göstərmək üçün “mən qaynar suya əlimi salaram, sən də edə bilərsənmi?” ”“ deyir; o biri “mən yanan çırağı qoltuğumun altına qoyaram, sən də edə bilərsənmi?” ”“ deyə, bir-birləri ilə şit zarafatlar edirlər. Onların belə özündənrazılıqları və özlərini xalqa göstərmək istəmələri Seyid Mirşahverən ağanın xoşuna gəlmir və onları susdurmaq məqsədi ilə durub qaynayan samovara yaxınlaşır, lüləyini açaraq, təzə qırxılmış başını qaynar suyun altına tutur. Məclis əhlinin gözü qarşısında başını yuyub quruladıqdan sonra gəlib yerində oturur. Bunu görən camaat gözlərini bayaq özlərini seyid kimi təqdim edən və “mən belə edərəm”¦” deyən iki nəfərə zilləyirlər ki, görsünlər onlar neyləyəcək. Vəziyyətin qəlizləşdiyini görən həmin iki nəfər susaraq, bir bəhanə ilə oranı tərk edirlər. Bu və digər kəramətlərini gördükdən sonra yerli camaatın Seyid Mirşahverən ağaya hörmət və məhəbbətləri daha da artır. Kəndin ağsaqqalları ona təklif edirlər ki, ailəsini də yığıb, Köçəkliyə köçsün. Seyid əvvəlcə tərəddüd etsə də bir müddətdən sonra razılaşır. Ailəsini Köçəkli kəndinə gətirən Mirşahverən ağa əvvəlcə müəllimi Molla Şıxverdinin evində məskunlaşır. Daha sonra kənd sakinləri iməcilik yolu ilə kərpic kəsərək, Seyidə yeni yurd yerində ikiotaqlı ev tikib verirlər. Həmin vaxtdan Peyğəmbər nəsli bu kənddə yaşamağa başlayır. Seyid Mirşahverən ağa öz elmi, imanı, təqvası və ləyaqəti ilə müqəddəslik zirvəsinə çatmış, insanlar üçün kamillik və səxavət nümunəsi olmuşdur. Rəbbim “Qurani-Kərim”də belə buyurur: “Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir”. “Davar” surəsi, 83. Allah-təala Mirşahverən ağanın da xidmətlərini nəzərə alıb, onu dərəcə-dərəcə yüksəltmişdir. Çünki o, xalqa xidmət etdikcə, nəfsini öldürmüş və ruhən paklaşaraq, Allahla dostluğa layiq vəli bir qula çevrilmişdir. Yeri gəlmişkən, Peyğəm-bərimizin hədislərindən birində: “Bir qövmə xidmət edən şəxs (əcr və mükafata nail olmaq baxımından) onların ən üstünüdür” - deyə, buyurmuşdur. Başqa bir hədisi-şərifdə isə buyurur: “Bir nəfər yolda gedərkən qarşısında bir tikan kolu gördü və onu götürüb yoldan kənara atdı. Bu səbəbdən Allah ondan razı qaldı və qüsurlarını bağışladı”. (Buxari, Azan 32). Buradan belə məlum olur ki, Allah dərgahında ən məqbul əməl, Allah rizası üçün insanlara xidmət etmək və gözəl əxlaq sahibi olmaqdır ki, Mirşahverən ağanın simasında da biz bunun aydın nümunəsini görürük. O, bütün həyatını insanların hidayətə çatması və daxili aləmlərinin mənəvi gözəlliklərlə bəzədilməsi kimi ülvi bir xidmətə həsr etmişdir. Seyid Mirşahverən ağanın Allahla dostluq məqamına yüksəlməsinin bir səbəbi də, insanları Haqqa dəvət etməsi və onları pis işlərdən çəkindirməsi idi. Çünki Böyük Yaradan “Quran”ın “İmran ailəsi” surəsinin 104-cü ayəsində buyurur: “İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən adamlar olsun! Bunlar (bu adamlar) həqiqətən nicat tapmış şəxslərdir.” Seyidi başqalarından fərqləndirən əsas cəhət onun mərhəmətidir. Mərhəmətin təzahürü kimi edilən müqəddəs xidmətlərin başında da islami təbliğ və Haqqa dəvət gəlir. İnsanları xeyirxahlığa çağırmaq, xətalarını düzəldərək, bilmədiklərini öyrətmək, qəlblərini Allaha istiqamətləndirmək onlara edilən ən böyük xidmətlərdəndir. Həzrət Peyğəmbərimiz bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, Allah təalanın sənin vasitənlə bir nəfəri hidayətə çatdırması (ən qiymətli dünya neyməti sayılan) qızıl dəvələrə sahib olmağından daha xeyirlidir”. (Buxari, Əshabun-Nəbi, 9.) Başqa bir hədisdə isə müqəddəs Peyğəmbərimiz beləbuyurur: “Hidayət yoluna dəvət edən şəxs, ona tabe olanların əcri qədər mükafat alar. Bu, ona tabe olanların əcrindən hec bir şey əksiltməz! Pis bir yola dəvət edən insan da, ona tabe olanların günahı qədər günah alar. Bu da ona tabe olanların günahlarından heç bir şey əksiltməz” (Müslüm, Elm, 16; Əbu Davud, Sünnə, 6/4609). Təbliğ xidməti edən şəxsin elmli, əməlisaleh, səxavətli və gözəl əxlaq ilə yaşayaraq, başqalarına nümunə olması vacibdir ki, bu keyfiyyətlərin hamısını Mirşahverən ağada görmək mümkün idi. Belə yaşayan səmimi insanlar üzlərinə baxıldıqda Allahı xatırladan sadiq və övliya bəndələrdən olurlar. Belə ki, səhabələr: “Allahın övliya bəndələri kimlərdir?” - deyə soruşduqda, Allahın Rəsulu: “Allahın övliya bəndələri üzlərinə baxıldıqda Allah-təalanı xatırladan insanlardır”-deyə buyurmuşdur (Heysəmi,X, 78). Quran elmini öyrədən insana mürşid deyilir. Mövlana Cəlaləddin Ruminin maraqlı bir fikri var ki, “Bir bıçaq öz sapını başqa bir biçaq olmadan yona bilmədiyi kimi, insan da öz ruhunu, mənəviyyatını cilalamaq üçün bir mürşidə ehtiyac duyur”. Seyid Mirşahverən ağa dövrünün kamil mürşidi olaraq insanların ruhunun cilalanmasına, nurlanmasına, paklaşmasına xidmət edirdi. Və öz nuru ilə insanların həyat yollarına işıq saçırdı, onları yollarını azmalarına imkan vermirdi. Yeri gəlmişkən, Seyid Mirşahverən ağanın haşimilər nəslindən bir imam övladı olduğunu rəsmən təsdiq edən sənəd (şəcərə) bu gün onun Köçəklidə yaşayan oğlu Mirqadirin evində saxlanılır. Farsca yazılmış bu sənəddə aşağıdakı mətn yazılıb: Tərcüməsi: “Bismillahirrəhmanirrəhim. Bütün mömin və müsəlman qardaşlar, Mir Şahverən Mir Şahmar oğlu [imamın] sülaləsin-dəndir və əhli-beytə mənsubdur. Hər kim bu seyidə ianə etsə, Allaha və Allahın rəsuluna xoş gedər. Ali-Məhəmmədin xümsü baxımından ianə etmək lazım və vacibdir. Bunun cəddinin başqa adları belədir: Mir Şahverən ibn Mir Şahmar ibn Mir Hüseyn ibn Mir Rza ibn Mir Sücaəddin ibn Mir Qiyas ibn Mir Məhəmmədrəhim ibn Mir Məhəmmədyar ibn Yarməhəmməd ibn Mir Saleh ibn Mir Şahrux ibn Mir Əlvənddin ibn Mir Kamal ibn Mir Əlvənddin ibn Mir Şahrux ibn Mir Qiyas ibn Mir Saleh ibn Mir Hüseyn ibn Zeynəlabidin əleyhüssəlam”. Sənəd 5 özəl möhürlə təsdiqlənib. Möhürlərin sahiblərinin adları: Mir Qiyas; Qaib; Mir Ağabəy. İkisinin adı oxunmadı. Sənəddən göründüyü kimi, seyid Mirşahverən ağanın şəcərəsi İmam Zeynalabidin əleyhissəlama, onun da vasitəsi ilə Həzrəti Peyğəmbərimizə bağlanır. Mirşahverən ağa 1985-ci ilin 12 fevralında dünyasını dəyişdi. Onun Köçəkli kəndindəki pak məzarını ziyarət edib, Bakıya yola düşürük. Qeyd: Seyid Mirşahverən ağanın həyatı və kəramətləri barədə geniş məlumatı müəllifin “Kəramətin sirləri” kitabından oxuya bilərsiniz. «Allah dostlarının bir qismi həzrət Adəm xislətli, bir qismi həzrət İbrahim, həzrət Musa, həzrət İsa xislətli; bir qismi də Məhəmməd (s.ə.s) məşrəblidir. Bunlardan bir qismi irfan əhli, bir qismi məhəbbət və könül əhli, bir qismi tövhid əhli; bir qismi də məchuldur. Yəni təvazökarlıq və gizliliklər içindədir”.
(Mövlanə Cəlaləddin Rumi) Həzrət Baba ziyarətgahı Quba rayonunun İsmayıllı ilə sərhəddində, Şah dağın zirvəsində, dəniz səviyyəsindən 3626 metr yüksəklikdə yerləşir. Bura həm Qubadan, həm də İsmayıllıdan keçməklə getmək mümkündür. Həzrət babanın yaşadığı tarix məlum deyildir. Məlum olan odur ki, övliyaların qütbü (qütb-ül övliya) sayılır. Azərbaycanda yaşamış bir çox məşhur övliyalar ”“ Şıx Eyyub Baba (1730-1797), Mövlanə Hacı İsmayıl Kürdəmirli (1782-1848), Ərəş mahalından Şeyx Yusif Əfəndi (XIX əsr), Qaracallı Hacı Abdu əfəndi (XIX əsr) və digər kəramətləri ilə məşhur olan Allah dostları Həzrət babanı özlərinə mürşid sanmış, ondan mənəvi feyz (ilham) almışlar. Elə bu ilhamla da uca məqamlara yüksəlmişlər. Onlar öz sağlıqlarında ilin istənilən fəslində Həzrət Babanı ziyarət etmişlər. Və bu yolu davam etdirməyi öz müridlərinə və sevənlərinə vəsiyyət etmişlər. Bu vəsiyyətlərə əməl edən möminlər neçə əsrlərdir ki, Həzrət Babanın nurundan və xeyir duasından bəhrələnmək üçün bu çətin yolu qət edirlər. Gəmilər dənizdə azmamaq üçün mayaka baxdıqları kimi, insanlar da həyat dənizində yollarını azmamaq üçün Həzrət babanın əbədi nurundan, işığından faydalanırlar. Həzrət babanın xeyir-duasına və nuruna möhtac olan qullardan biri olduğumdan, bu işığa doğru yola çıxdım. Xoşbəxtlikdən əziyyətim hədər getmədi ”“ Həzrət babadan aldığım ilhamla bir neçə kitab yazdım və onun kəramətiylə çap etdirdim. Ziyarətgahda olarkən bir çox maraqlı və heyrətamiz hadisələrin şahidi oldum. Onlardan bəzilərini Moderator.az saytının oxucularına təqdim edirəm. Qurup halında Baba dağın ətəyində düşərgə salmışdıq. Uzaq yol gəldiyimizdən gecəni gəldiyimiz avtobusda yatıb, səhər ziyarət üçün dağın başına qalxmalıydıq. Gecə səs-küyə oyandım. Avtobusdan düşüb, orada düşərgə salmış başqa quruplardan nə baş verdiyini soruşdum. Məlum oldu ki, Göyçaydan gələn qurupun bir neçə üzvü dağda itkin düşüblər. Orada itkin düşməyin (özəlliklə də gecə vaxtı) nə demək olduğunu ziyarətdə olmuş adamlar yaxşı bilirlər ”“ sağ qalmaq ehtimalı sıfıra bərabər olur. Bu adamlardan artıq bir sutqa idi ki, xəbər yox idi. Qurupun digər üzvləri (kişilər) yerli adamlardan bələdçilər götürüb güman gələn yerlərə baxıb, əliboş qayıtmışdılar. Onların itkin düşməsindən bir gün və bir gecə keçdiyindən, artıq əllərini üzmüşdülər. Geri qayıda da bilmirdilər. Artıq səhər açılmaq üzrə idi, bəziləri ağlayır, bəziləri də tonqalın ətrafında ümidsiz halda başlarını aşağı salıb oturmuşdular. Bu vaxt yaxınlıqdakı qayanın üstündən qadın səsi eşidildi. İtgin düşən qadınlardan biri idi, düşərgədəki qurup yoldaşlarını səsləyirdi. Kişilər bələdçilərlə birgə dərhal səs gələn tərəfə yüyürdülər. Təxminən iki-üç saatdan sonra yanlarında bir qız geri qayıtdılar. Bu itgin düşən təxminən 6-7 nəfərdən biri idi və sağ qalan yeganə zəvvar idi. Başlarına gələnləri həyəcanla yoldaşlarına danışırdı. Məlum oldu ki, ziyarət edəndən sonra camaatın gəldiyi ənənəvi yolla deyil, kiminsə təklifi ilə başqa bir kəsə yolla qayıtmaq istəyiblər. Beləliklə, qurupdan ayrılan 6-7 nəfər dağın başında yolu azıblar. Üstəlik də gecəyə düşdüklərindən və susuzluqdan heydən düşüb, hərəsi bir tərəfdə çöküb qalıblar. Qız söhbət edir ki, axıra iki nəfər qaldıq ”“ mən və başqa bir qadın. Bir cığırı tutub, təxminən irəliləyirdik. Heydən düşdüyümüzdən oturub bir qədər dincimizi almaq qərarına gəldik. Nəhayət, mən dedim durub gedək, qadın etiraz etdi ki, getməyə artıq taqəti qalmayıb, elə burdaca yatacaq, nə olar-olar. Burada yatmaqla vəhşilərə yem ola biləcəyimizi dərk etdiyimdən mən dayanmadım və tək-tənha cığırla getməyə başladım. Nəhayət, məndə də taqət qalmadı və o biri yoldaşlar kimi, mən də bir daşın dibinə çöküb, “nə olar-olar” deyib, gözlərimi yumdum. Bir qədər yatdıqdan sonra səsə oyandım. Gördüm başımın üstündə ağ paltarlı, ağ əmmaməli, nurani bir kişi dayanıb. Məni oyadıb, qalxmağımı və onun ardınca gəlməyimi əmr etdi. Nəhayət, gəlib düşərgə səmtində bir qayanın üstündə dayandıq. Buradan belə yol yox idi. Nurani kişi dedi burada otur, yoldaşların gəlib səni tapacaqlar və özü yox oldu. Orada oturub, səhərin açılmağını gözlədim. Hava işıqlaşanda aşağı baxdım, və maşınları, adamları gördüm. Çağırmağa başladım. Yoldaşlarım gəlib qayanın aşağısına çatdılar. Ancaq, qaya sıldırım olduğundan yuxarı çıxa bilmirdilər. Nəhayət, bələdçilərdən biri yuxarı çıxa bildi və kəndirlə məni aşağı salladı. Şükür ki, salamat gəlib bura çıxdım. Mən həmin qızdan soruşdum ki, bəs nurani kişi səni orada qoyub gedəndən sonra tək qaldığın vaxtda, səhər açılana qədər qorxmadınmı? Qız cavab verdi ki, o gedəndən sonra başqa bir möcüzə baş verdi. Mən sanki şəhərin ortasında oturmuşdum, hər tərəfdə işıqlar yanırdı və adamlar o tərəf-bu tərəfə hərəkət edirdilər. Amma, mən onlarla təmas yarada, danışa bilmirdim, sanki başqa bir aləmə düşmüşdüm. Beləcə, onlara tamaşa etdim və qorxum-ürküm olmadı... Düşərgədəki tonqalın ətrafında ziyarətçilərin danışdığı söhbətlərdən mənə təsir edən və unuda bilmədiyim başqa bir əhvalat həkim xanımın danışdıqları oldu. Həmin xanım ziyarətə gəlməsinin səbəbini belə izah edirdi: “Kiçik qardaşımı mən evləndirmişəm, 5-6 ildir ailə qursalar da övladları olmurdu. Qardaşım ayrılmaq istəyirdi, qoymurdum ki, arada mən varam, qızın ailəsi mənə yaxın ailədir, evliliyə mən zamin durmuşam. Nə isə... iki ailənin arasında çıxılmaz vəziyyətdə qalmışdım. Keçən il üz tutdum Həzrət baba ziyarətgahına. Burada dua edib, düşdüyüm çətin vəziyyətdən çıxmaq üçün Allahdan Həzrət baba xatirinə bu ailəyə bir övlad istədim. Şükür Allaha duam qəbul olundu. Bu yaxında qardaşımın ailəsində övlad dünyaya gəldi, bununla da söz-söhbətə son qoyuldu. Mən də əhdimə əməl edib, qurban kəsməyə gedirəm”. Elə biz də bu inam və danışılan hadisələrdən aldığımız xoş təəssüratla səhər saatlarında Babadağın zirvəsinə üz tutduq. Ziyarətgahda olarkən, Həzrət babaya xitabən, arzularımı və ümidlərimi ifadə edən bir şeir də yazdım. Yeri gəlmişkən, həmin şeiri dəyərli oxucularımın diqqətinə çatdırıram AY BABA Cəmi müsəlman adını Müqəddəs tutur ay baba. Sənin mübarək ruhun Göylərdə uçur ay Baba. Bu dünyanın sərt çağında Qaldıq düşmən qabağında. Qoyma kafir ayağında, Bizə arxa dur ay Baba. Allahsızlar haqqı danır, Şeytanı da Allah sanır. Haqqın özü də tapdanır, Nə yatmısan, dur, ay Baba. Zülm edir zalım şahımız, Göylərə çatmır ahımız. Yəqin çoxdur günahımız, Tərəzini qur ay Baba. Qarışıbdır quruyla yaş, Naxələflər kəsirlər baş. Bizə zamin olaydın kaş, Çalınanda SUR, ay Baba. “Bu insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!”
“Quran”, 14:52 Xəbər verildiyi kimi bu gün Azərbaycanda zəlzələ baş verib. Zəlzələnin episentri İmişli rayonu olmaqla, gücü 4,5 bal olub. Elmi-lədun hesablamalarımız göstərir ki, bu zəlzələ də riyazi yolla özündən əvvəlki böyük (həyəcanlı) hadisələrə bağlanmaqla, Allahdan xalqımıza növbəti xəbərdarlıq olduğu üzə çıxır. Bunu sübut edən hesablamaları oxuyanda necə deyərlər: “Ayağınızın altından Yer qaçacaq”. Odur ki, hesablamaları təqdim edirik: 1. Xatırladım ki, bu il iyunun 22-də Nxçıvanda 4 bal zəlzələ baş vermişdi. Bu gün həmin hadisənin 114-cü günüdür ki, bu da “Quran”ın surələrinin sayı (həm də Allahın kodlaşdırılmış “möhürü”) olmaqla, hər iki hadisənin Allahdan olmasını təsdiq edir. Yəni, 114 ədədinin “möhür” olaraq hər iki analoji hadisənin üzərinə vurulması hadisələrin Allahdan bir xəbərdarlıq olması barədə yuxarıda söylədiyimiz fikri təsdiq edir. 2. Hesablamalarımız göstərir ki, bu günkü zəlzələ riyazi yolla Balakəndəki partlayışla da əlaqələnir. Belə ki, bu il yanvarın 4-də Balakən rayonundakı yem zavodunda baş verən qəfil partlayış ölüm və təlafatla nəticələnmişdi. Burada diqqət çəkən maraqlı məqam ondan ibarətdir ki, bugünkü zəlzələ həmin partlayışın 286-cı günü baş verdi. (Bir daha xatırladım ki, XVII əsrə qədər çap olunan, Kəbədə və muzeylərdə qorunan quranlar 286 səhifədə yerləşdirilib. Sonralar bu kitabın sözləri dəyişməsə də kağız formatı dəyişdirilib.) Bu da bir daha diqqətimizi “Quran”a yönəltməklə, hər iki hadisənin Allahdan xəbərdarlıq olduğunu növbəti dəfə təsdiqləyir. 3. Elmi-lədun araşdırmalarımız göstərir ki, qiyamət əlaməti olan bu günkü zəlzələ qiyamətin digər əlaməti olan Günəş tutulması ilə də riyazi yolla bağlanır. Belə ki, bu gün 13 sentyabr 2015-ci il tarixdə baş verən Günəş tutulmasının 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını (114) çıxdıqda səhifələrinin sayı (286) qalır və bir daha hadisənin yolun azmış və zülm etməkdə həddi aşmış millətimizə növbəti xəbərdarlıq olduğunu sübut edir: 400 ”“ 114 = 286 4. Bu günkü zəlzələdə diqqət çəkən digər məqam onun Lerik və Qəbələ rayonlarında baş verən analoji hadisələrlə riyazi şəkildə bağlanmasıdır. Xatırladım ki, 23 mart 2015-ci il tarixdə qeyd etdiyim rayonlarda və Xəzər dənizində 3-5,4 bal gücündə zəlzələlər baş verdi. Maraqlıdır ki, bu gün həmin hadisənin 572-ci günüdür ki, bundan da “Quran” rəmzi olan 286 ədədini çıxsaq, yenə də 286 alınar və hər iki tarixdə baş verən həyacanlı hadisələrin üzərində Allahın kodlaşdırılmış “möhür”ünü bir daha görərik: 572 ”“ 286 = 286 5. Maraqlıdır ki, bu günkü zəlzələ Azərbaycanda baş verən təyyarə qəzaları ilə də əlaqələnir. Xatırladım ki, 11 iyun 2014-cü il tarixdə Bakı-Naxçıvan reysi ilə uçan “Boeing-757” təyyarəsini ildırım vurduğundan ölən və yaralananlar olmuşdu. Bu gün həmin hadisənin 858-ci günüdür ki, bu da Allahın kodlaşdırılmış “möhür”ü olan 286 ədədinin üç mislidir: 858 ”“ 286 ”“ 286 = 286 6. Oxucuda sual yaranacaq: Azərbaycan xalqına (!) Allahdan bir xəbərdarlıq olan bu zəlzələ niyə məhz İmişli rayonu ərazisində baş verdi? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur. (Xatırladım ki, avqustun 1-də də İmişlidəki zəlzələnin hesablamalarını təqdim edəndə bunu təsadüf olmadığını qeyd etmişdik. Yazını bu linkdən oxuyun: moderator.az/news/146489.html Hesablamalarımız göstərir ki, bu həm də İmişliin kodu ilə bağlıdır. Belə ki, bu gün 16 sentyabr 2016-cı il tarixdə baş verən Ay tutulmasının 30-cu (!) günüdür ki, bu da İmişli rayonunun seriyası və yaxud rabitə indeksidir. 7. Azərbaycanda qiyamətin daha bir əlaməti ötən il dekabrın 4-də baş verdi. Həmin gün Xəzərdə baş verən tufan (neft buruğunun uçması) soydaşlarımızın ölümü və yaralanması ilə nəticələndi. Bu gün həmin hadisənin 430-cu günüdür ki, bundan da “Quran” rəmzlərini çıxsaq, yenə də İmişli rayonunun “kodu” alınar: 430 ”“ 114 ”“ 286 = 30 (!) Bütün bu və təqdim etməyi məqbul bilmədiyim digər hesablamalar sübut edir ki, bu gün Azərbaycanda baş verən zəlzələ sıradan bir təbiət hadisəsi olmayıb, Allahdan gələn növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Məqsəd yolun azmış və günah törətməkdə həddi aşmış millətimizin və onu idarə edənlərin diqqətini bəşəri dəyərlər toplusu olan “Quran”a yönəltməkdir. Hesablamalarımız göstərir ki, əgər millətimiz (vəzifəsindən aslı olmayaraq) bu cür xəbərdarlıqlara rəğmən tövbə edib doğru yola qayıtmasalar daha böyük və ciddi bəlalarla qarşılaşmalı olacaqlar! Odur ki, bu sətirlərin müəllifi bir daha tövbə edib Allaha sığındı, sizlərə də bunu tövsiyyə edir (bunu o qədər də çətin bilməyin, çünkü biz iyirmi ildən çoxdur bu cür tövbəkar yaşayıyırıq, çətinliyin görməmişik). “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” Bax: “Quran”, “Gecə vaxtı seyr” surəsi, 16-58-ci ayələrə. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |