"Elm əsrinin 2-ci Qurban bayramından etibarən dünyanın mənəviyyat mərkəzi olmaq statusu Məkkədən alınaraq Bakıya verilib!!" Bu il müqəddəs Həcc ziyarəti faciələr, kütləvi insan tələfatı ilə yadda qaldı. Bu hadisə çox adamı düşündürdü. İslam düşmənləri buna sevindi. Allahın çirkin işləri haram buyurduğu yerdə bu hadisələrin nə ilə bağlı olması bizi də düşündürdü. Olmaya, Allahın müsəlmanlara qəzəbi tutduğundan bu dəhşətləri yaşamağa məhkum edilmişik? Odur ki, bu baxımdan həm dindarların, həm də siyasilərin fikirlərini öyrənmək istədik. İlk növbədə tədqiqatçı Paşa Yaqubun fikirlərini öyrənmək istədik. "Xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin ikinci Qur(b)an bayramı günü (22. 02. 2002.) elmi-ladun hesablamalarla mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü (2-ci) Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. (Bir vacib məqamı da vurğulayım ki, “Tövbə” surəsi HƏCC (22) surəsinin davamı olduğu üçün "Bismillah"sız başlayır) Allahın verdiyi elmlə, dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə açıq məktub yazıb, o vaxtkı dövlət başçısına və mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda İranın Azərbaycanlılar yaşayan bölgəsində baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin vaxt 22 (!) təkan qeydə alındı). Ondan sonra Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimdə və kitablarımda riyazi hesablamalarla sübut etmişəm. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyim xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirim: elm əsrinin birinci, ikinci və üçüncü Qur(b)an bayramlarının 286-cı günləri qiyamətin əlaməti(siqnalı) olan Günəş tutulmaları baş verib: (286 ədədinin Quranın səhifələrinin sayı olduğunu əvvəlki paylaşmalarımda qeyd etmişəm.) - 14 dekabr 2001-ci il ”“ birinci Qur(b)an bayramının 286-ci günü; - 4 dekabr 2002-ci il ”“ ikinci Qur(b)an bayramının 286-cı günü; - 24 noyabr 2003-ci il ”“ üçüncü Qur(b)an bayramının 286-cı günü; Günəş tutulub. Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü ”“ 3 aprel 2003-cü ildə Günəş tutulub! Bu faktlar 22 iyun tarixinin də Qur(b)an bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını sübut edir. Onu da əlavə edim ki, 2-ci Qur(b)an bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün ”“ 24 iyunda (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi!Yuxarıda qeyd etdim ki, 5 iyun 2002-ci il tarixdə “Hürriyyət” qəzetində bu barədə açıq məktubum çap olundu və sonda tövbə edib, doğru yola dönməyin vacibliyini qeyd etdim. Əks halda iyunun 22-də Azərbaycana böyük bir bəlanın enəcəyini vurğulamışdım. Həmin gün bəla endi, amma, Azərbaycanın Şimalına yox, Cənubuna endi. İlk baxışda bunun elə bir prinsipial fərqi yoxdur, mən bunu qeyd etməyə də bilərdim. Bəs niyə qeyd etdim? Şübhəsiz ki, burada da bir hikmət var. Amma mən bu sualın cavabın hələ bir neçə il açıqlamayacam. Sizlər HAQQ dünyada olanda bu sualın cavabı orada sizə aydın olacaq...Azərbaycanın Şimalında da riyazi hesablamalarla 22 iyun tarixinə bağlanan N sayda zəlzələ və qəzalar baş vermişdir ki, zaman-zaman mən bunların hesablamalarını (hikmətlərini) kitablarım vasitəsi ilə xalqa çatdırmışam ki, elm əsrinin 2-ci Qurban bayramından etibarən dünyanın mənəviyyat mərkəzi olmaq statusu Məkkədən alınaraq Bakıya verilib!!! Mən bu xəbəri 13 il qabaq qəzetdə yazanda mötərizədə qeyd etmişdim ki, bu sətiri oxuyub gülənlər çox olacaq. Aradan keçən 13 ildə baş verən hadisələrə və bu gün Məkkə ətrafında gedən proseslərə ağılla fikir verənlərə məncə bu gün bu xəbər gülməli gəlməz. Bu gün Məkkəyə vəhhabilər nəzarət edir. Onlar İslamı təbliğ etmirlər, gözdən salırlar, zərbə vururlar. Ona görə Allah-təala bu statusu onlardan aldı.VII əsrdə Üveys əl-Qərani kimi, Həsən Bəsri kimi Allah dostlarının Azərbaycana gətirdikləri gözəl islam dinini bu günkü vəhabi ərəblər zay etməklə, gözdən salmaqla məşğuldurlar.Ona görə Allah bu bəlaları göndərir, qəzəbini göstərir ki, getmək vacib deyil oralara..Mən bugünkü ərəbin, farsın təbliğ etdiyi islamı qəbul etmirəm. VII əsrdə gələn İslamı qəbul edirəm. Hansı ki, o İslamı heç bu gün nə ərəb, nə də fars qəbul edir. Allah dini parçalayanlara cəza verəcəyini xəbər verir. Bu gün həmin cəzanı verməkdədir Rəbbim. Allah buyurur ki: "Yolunuzu azarsınız, dəryanızı qurudaram!" Bu gün "dəryalar" - ruzi mənbələri qurumaqdadır....Kolxozlar, sovxozlar qurudu, zavod fabriklər qurudu, indi də neft-qaz quruyur...Bu gün tövbə günüdür (Qurban bayramının mahiyəti tövbə etməkdir), insanlar tövbə edib doğru yola dönərsə, dəryalar artar.Onların qəbul etdikləri təriqətlərdir. Mən də təriqətləri qəbul etmirəm.Hadisədə səudiyyə rejiminin antidemokratik olmasının da rolu olub.Yəni, kralın oğlu yol gedərkən, bizdəki kimi orada da yolu bağlayıblar.. ona görə də sıxlıq yaranıb və hadisə baş verib.Şübhəsiz ki, bu da səbəblərdən görünən tərəfidir.Həm də nəzarətçi polislər insanları paralel yollara çıxmasına imkan verməyiblər. Zorla sıxışdırıb, bu vəziyyətə səbəb olublar.Bu da onların xarakterində olan rəhimsizlik, qəddarlıqla əlaqədardır ki, belə qəlblərdə İslam olmur!İslam yumşaq, insaflı qəlblərdə olur. Bunu Allah buyurur.Nəzarətçilər Allah evini ziyarətə gedən insanlarla belə rəhimsiz davranıblarsa deməli onlarda İslamın əlamətləri yoxdur" Həccin əməlləri barədə İslam Demokrat Partiyasının sədri Tahir Abbaslının da fikrini aldıq: "7 Həcc əməllərinin hər birinin fəlsəfəsi və dərin mənası var ki, Allah bu əməlləri Qiyamətə qədər yaşamasını və müsəlmanların ibrət götürməsini istəyir. Hz. İbrahim peyğəmbər (ə)in Allaha ixlasla etdiyi əməllərdi ki, hər bir müsəlman ailəsi bunu bilməlidi. Valideynlər övladlarına nağıl əvəzinə bu hadisələr haqqında danışmalıdılar. Bu əməllər bir - biri ilə o qədər əlaqəlidir ki insanın kamillik məktəbi hesab edilir. Şeytana daş atmaq da bu qəbildən olan əməllərdi ki, insan həqiqi qeybi düşmənini tanıyır və ona daş atmağa cəsarət edir. Bununla da Şeytana müxaliflik etdiyini sübut edir."
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |