Xəbər verildiyi kimi, iki gün öncə (25 yanvar 2021 tarixdə) Xırdalan şəhərində yerləşən yaşayış binasında güclü partlayış baş verdi. Səsi paytaxta gəlib çatan bu heyrətamiz partlayışın nəticəsində ətrafdakı binalara da ciddi ziyan dəydi. Hadisədən bir neçə binaya ziyan dəydi. Həmçinin, insanların yaralanmaları və həyatlarını itirmələri ilə nəticələndi. (Yaralılara şəfa, dünyasını dəyişənlərə rəhmət diləyirik).
Bəzilərinin təsadüf kimi qəbul etdiyi hadisəni Elmi-lədunla təhlil etdikdə, görürük ki, əslində bu partlayış təsadüfü olmayıb, ALLAHdan Azərbaycan cəmiyyətinə bir xəbərdarlıq mesajıdır. Bu kodlaşdırılmış mesajın üzərindəki sirr pərdəsini qaldırmaq üçün aşağıdakı hesablamaları təqdim edirik: 1) Bu partlayışın Ay tutulmasının (17.07.19) 555-ci (!) günü baş verməsi diqqətimizi qiyamətə, Tövbə və cəzaya yönəldir. (Ötən yazılarımızda 555 ədədinin tövbə və cəza rəmzi olması barədə hesablamalar təqdim etmişdik). 2) Xatırlayırsınızsa Aşura günü (20 sentyabr 2018) Göydə ALLAH sözü yazıldı və bunu dünyanın çox yerlərində insanlar müşahidə edib, lentə aldılar. O vaxt jurnalistlərdən mənə də zənglər oldu ki, bu hadisəni şərh edim... Burada diqqət çəkən məqamlardan biri də odur ki, Xırdalandakı partlayış həmin hadisənin 858-ci günü baş verdi. Əvvəlki yazılarımı və kitablarımı oxuyanara məlumdur ki, göydə baş verən bütün Günəş və Ay tutulmaları 858 gün fərqlə təkrarlanır. Maraqlıdır ki, Göydə yazılan ALLAH sözü ilə partlayış arasında 858 gün fərq vardır. Bununla da partlayışın ALLAH tərəfindən bir mesaj olaraq törədildiyi aydın olur (bunu aşağıdakı hesablamalar da təsdiq edəcək). 3) Elmi-lədun hesablamalarımız göstərir ki, sözügedən partlayış digər Ay tutulması (qiyamət əlaməti) ilə də riyazi yolla əlaqələnir. Belə ki, partlayış 06.06.2020-ci il tarixli Ay tutulmasının 228-ci günü baş vermişdir. Bundan da Quran rəmzi olan 114 ədədini çıxdıqda yenə də müqəddəs kitabın rəmzi alınır və hadisənin insan əliylə deyil, ALLAH tərəfindən törədildiyini bir daha təsdiq edir: 228 – 114 = 114 4) Xırdalandakı partlayış qiyamətin digər əlaməti olan Günəş tutulması (astronomik xəbərdarlıq) ilə də riyazi şəkildə əlaqələnir. (Əvvəlki yazılarımızda astronomik hadisələri şərh edərkən, bunlrın bir xəbərdarlıq siqnalı olduğunu vurğulamışdıq və bu xəbərdarlıqlardan sonra Yerə bəlalar enəcəyini qeyd etmişdik) Hesablamalarımız göstərir ki, sözügedən partlayış da astronomik hadisədən sonra Yerə gələn bəladır. Bu hadisənin 02 iyul 2019-cu il tarixli Günəş tutulmasının 572ci günü baş verməsi dediklərimizə növbəti sübutdur. Belə ki, 572 ədədindən orjinal Quranın səhifələrinin sayı olan 286 ədədini çıxsaq, yenə də səhifələrin sayı və Allahın kodlaşdırılmış möhürü sayılan 286 ədədi alınacaq: 572 – 286 = 286 (Əvvəlki yazılarımızda XVII əsrə qədər çap olunan bütün Quranların 286 shifəyə yerləşdirildiyi və bu ədədin hikmətləri barədə şərh vermişdik. Bütün xəbərdarlıq mesajlarının üzərinə 286 ədədi möhür kimi vurulur). Bu və digər hesablamalarımız sübut edir ki, Xırdalanda baş verən və səsi paytaxtdakı rəhbərlərə gəlib çatan partlayış əslində bir ailəyə deyil, bütün cəmiyyətə yönəlmiş bir xəbərdarlıq mesajıdır: "Zülmə, haqsızlığa və pozğun həyat tərzinə son qoymasanız, vəzifənizdən aslı olmayaraq, hər birinizin sarayı belə sirli şəkildə (gözləmədiyiniz halda) dağıla bilər..." Bu cür mesajlara məhəl qoymamaq millətə və onun rəhbərlərinə çox baha başa gələ bilər. “Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” (Quran) ALLAH əməlisalehləri qorusun. Amin. Dr. Paşa Yaqub Elmi-lədun bilicisi
0 Comments
|
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |