Bildiyimiz kimi Allah-təala kainatı fizikanın qanunları ilə (fiziki qanunlarla) idarə edir. Odur ki, ötən söhbətimdə peyğəmbərlərin (o cümlədən kəramət sahiblərinin) cəmiyyətin transormatoru funksiyasını yerinə yetirdiyi barədə hesablamalar vermişdik. Bugünkü söhbətimizin mövzusu isə, TESTERdir. Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor ustalarının hamısının əlində bir qayda olaraq bu aparatdan olurdu. Aparatın çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, televizorun daxilində iki min voltdan çox sabit cərəyan olsa da o insanı öldürmür (ziyansızdır). Amma, 220 volt dəyişən cərəyan insanı öldürür (ziyanlıdır). Araşdırmalarımız göstərir ki, cihazda olan bu problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü biruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən - gah yaxşı, gah da pis olur. Qeyd edim ki, insanın ruhunda baş verən qeyri-sabit hallar neqativ təsirdən (bəd nəzərlər, yaxud magik təsirlərdən) yaranır və yuxuda diksinmə, qaranlıqda qorxma, qarabasma, qorxulu yuxular görmə və s. kimi hallarla özünü biruzə verir. Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri düz gətirmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz) qalırlar. Bu cür əlamətlər müşahidə olunan pasientlərin problemlərini adi həkimlər (tibb işçiləri) əczalarla aradan qaldırmaqda çətinlik çəkirlər; dərmanlarla müalicələr effekt vermir, yaxud müvəqqəti olur. Çünkü, buna səbəb xəstənin enerjisində sabitliyin pozulmasıdır. Yəni, dəyişən cərəyana keçməsidir. Odur ki, birinci səbəb, sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır. Təssüf ki, tibb elmi (bütün müasir elmlər kimi) yarımçıq olduğundan və insanda olan ruhu (enerjini) nəzərə almadıqlarından, səbəbə deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu ömrü boyu xəstəxana yollarında qalırlar”¦ Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm ki, neqativin (başqa sözlə desək dəyişən cərəyanın) orqanizmə təsirini virusun kompyuterə təsiri ilə müqayisə etmək olar. Virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur; müxtəlif xəstəliklərin təməlini qoyur. Hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi inkişaf edənə qədər) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edərdilər. Qeyd edim ki, kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür. Yəni, tester aparatı cihazın daxilindəki dəyişən (ziyanlı) cərəyanı sabit (ziyansız) cərəyana çevirdiyi kimi, kəramət sahibi də insandakı neqativ enerjini sabit enerjiyə çevirir, beləliklə də xəstəliklərin yaranma səbəbi aradan qalxmış olur. Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir: “O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və insanın cismini əczalarla müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir. Bu cür insanlar müalicə haqqı istəməzlər”. Hamınıza sağlamlıq və daim xoş RUHİYYƏ (sabit enerji) arzulayıram. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı
0 Comments
“Bu insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm də Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” “Quran”, 14:52 Xəbər verildiyi kimi, sentyabrın 27-də Dehli ”“ Katmandu reysi ilə uçan “A-320-220” markalı sərnişin təyyarəsi salonda baş verən tüstüləmə səbəbindən Katmandu hava limanına qəza enişi etmişdir. Hava gəmisində olan 154 sərnişin təxliyyə edilmişdir. Elmi-lədun hesablamalarımız göstərir ki, bu qəza da digər analoji qəzalar kimi, təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir və özündən əvvəlki qəzalarla riyazi şəkildə bağlıdır. Başqa sözlə desək, bu qəza əvvəlki qəzaların davamıdır. Bunu sübut etmək üçün aşağıdakı hesablamalara nəzər salaq: 1) 8 noyabr 2015-ci il tarixdə Türkiyədən Gəncəyə uçan “A320” (!) markalı təyyarə 8:45-də Gəncəyə eniş etməli olduğu halda enişi həyata keçirə bilmədi və bir neçə saat havada qaldıqdan sonra 12:50-də Bakı Beynəlxalq hava limanına enə bildi. Maraqlıdır ki, bu gün Katmanduda “A320-220” qəza keçirəndə həmin hadisənin 320-ci (!) günü idi! 2) 4 mart 2015-ci il tarixdə Türk hava yollarına məxsus “A-330” markalı təyyarə Katmandu (!) hava limanına enərkən qəza keçirdi və bir nəfər yaralandı. Bu gün eyni məkanda, eyni markalı təyyarə qəza enişi edərkən həmin hadisənin 572-ci günü idi ki, bundan da “Quran”ın səhifələrinin sayı olan 286 ədədini çıxsaq, yenə də müqəddəs kitabın rəmzi və Allahın “kodlaşdırılmış möhürü” sayılan 286 ədədi alınır: 572 ”“ 286 = 286 (Xatırladım ki, “Quran”ın Kəbədə saxlanan orjinalı 286 səhifədir və bu ədəd Allahın “kodlaşdırılmış möhürü” olaraq bütün böyük hadisələrin və elmlərin üzərinə vurulmuşdur.) 3) Bu gün qəza keçirən təyyarənin markasındakı ədədləri toplasaq (320+220) 540 ədədi alınar. Hesablamalarımız göstərir ki, bu da təsadüfü deyildir. Belə ki, 4 mart 2015-ci il tarixdə Türk hava yollarına məxsus “A-330” markalı təyyarə quş qatarı ilə toqquşaraq qəza keçirmişdi. Bu gün həmin hadisənin 540-cı (!) günüdür ki, Katmanduda qəza keçirən hava gəmisinin üzərində həkk olunmuşdur: “A-320-220”! 4) Bundan əvvəlki analoji qəzaların hesablamalarını təqdim edərkən bir məqam diqqət çəkirdi ki, bu cür qəzalar bir qayda olaraq Ay tutulmalarına (astronomik xəbədarlıqlara) bağlanır. Maraqlıdır ki, bu gün araşdırdığımız bu qəza da riyazi yolla Ay tutulmasına bağlanır. Qeyd edim ki, Bu gün 8 oktyabr 2015-ci il tarixdə baş verən Ay tutulmasının 720-ci günüdür ki, bundan da “Quran”ın surələrinin (114) və səhifələrinin (286) cəmini çıxsaq, yenə də Katmanduda qəza keçirən təaayarənin markası görünər: 720 ”“ 114 ”“ 286 = 320 (!) Bütün bunlar baş verən təyyarə qəzalarının təsadüf olmadığını, xüsusi qanunauyğunluğa tabe olduğunu və eyni bir MƏRKƏZdən böyük bir elmlə idarə olunduğunu sübut edir. Qeyd edim ki, baş verən bu kimi qəzalar və zəlzələlər eyni bir prosesin (Yerin təmizlənmə prosesinin) tərkib hissəsi və davamıdır. Biraz da dəqiq desək təmizlənmənin xəbərdarlığı və bağlanğıc mərhələsidir. Elmi-lədun hesablamalarımız göstərir ki, bəşəriyyət bu cür kodlaşdırılmış xəbərdarlıqlara məhəl qoymasa; iqtidarlar zülmü və kütlə pozğun həyat tərzini davam etdirsə daha böyük faciələrlə qarşılaşmalı olacağıq. İnsanlar ancaq tövbə edib Allaha sığınmaqla və saleh əməllərlə bu cür bəlalardan sığortalana bilərlər. Necə ki, Nuh qövmü və bizdən əvvəl yaşamış qövmlərdən az bir hissə sığortalandı. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”. “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” “Quran”, 17:16-58 Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi”. “Nuh” surəsi, 17-ci ayə. “Altmiş altı övliya” adı ilə tanınan müqəddəs ziyarətgah Quba rayonunun Pir Vahid kəndində yerləşir. Qəbir daşlarındakı yazılardan aydın olur ki, orta əsrlərdə burada sufiliyin Xəlvətiyyə qoluna mənsub şeyxlər fəaliyyət göstərmiş, onlar öz həyatlarını İslam dininin yayılmasına həsr etdiklərindən, övliyalıq məqamına yüksəlmişlər. Odur ki, yerli əhali onların şərif məzarlarını zaman-zaman ziyarət edərək, ruhlarına dular oxuyurlar. Məzarlıqdakı 66 övliyadan biri olan Şeyx Oqtayın başdaşında yazılıb: “Möcüzələr yaradan Əlini çağır. Sən onda bəlalardan xilaskarını taparsan. Sənin vasitəçiliyinlə bütün kədər və qüssələr keçib gedər. Ya Əli! Ya Əli! Ya Əli! Ya Allah! Sənin itaət etməyən qulun günahlarını boynuna alaraq Sənin qarşında dayanmışdır. Səni çağırır. Əgər bağışlasan Sən buna qadirsən, əgər rədd etsən - Səndən başqa bağışlayan ki, yoxdur, Ya Allah! Məhəmməd Mustafa! Allahın ona salamı olsun. Bu qəbir Şeyx Aslanın oğlu Şeyx Oqtayındır”. 1047 hicri = 1637/38 miladi Məzarlıqdakı müqəddəs qəbirlərdən biri Pir Vahidin nəvəsi, Şeyx Məhəmmədin oğlu Şeyx Səfinindir. Onun məzar daşındakı yazı Quranın “İnək” surəsinin 256-cı ayəsi ilə başlayır: “Dində məcburiyyət yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı) inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir! Dünya bir saatlıqdır, onu itaətlə keçirməyə çalışın. Şeyx Səfi b. Şeyx Məhəmməd b. Pir Vahid”. 1054 hicri = 1644/45 Həmin başdaşında bir kuplet də şeir həkk olunmuşdur: Bir cavan nazəninin məskənidir bu məzar, Eyləmiş nazik tənin xakilə yeksən ruzigar. Arzum budur duayi xeyir qılmış ola, Hər kim bura etsə güzar. Pir Vahid qəbiristanlığındakı 66 övliyadan daha birinin başdaşında yazılıb: “Bu qəbir rəhmətlik Maşallahın oğlu rəhmətlik, bağışlanmış Əhmədindir”. 1216 hicri = 1801/02 Yazıdakı bağışlanmış sözündən məlum olur ki, qəbirdə dəfn olunan övliyadır. Ziyarətgahdakı digər bir şərif məzarın başdaşında yazılıb: “Bu, qazi Məhəmmədin qəbridir”. 1217 hicri = 1802/03 “Altmış altı övliya” ziyarətgahında olarkən bu övliyaların kəramətindən faydalanan bir çox ziyarətçilərlə söhbət etdim. Burada tanış olduğum ailələrdən biri də Birinci Nügədi kənd sakinləri Mirzəyev Çingiz Ağabala oğlu və onun həyat yoldaşıdır. Bu ailə də pirin daimi ziyarətçilərindəndir. Çingiz bəyin həyat yoldaşı söhbət edir ki, evləndiklərindən beş il sonra övladları olub. Bu müddətdə bura tez-tez ziyarətə gəlib, dualar ediblər. Nəhayət, arzuları hasil olub: - Buradakı övliyalara çox böyük inamımız var. Odur ki, ailəlikcə tez-tez ziyarətə gəlirik. Yaşadığımız Nügədi kəndinin beşinci məhləsində “Övlad piri” deyilən bir ocaq var. Orada da övladla bağlı niyyətlər hasil olur. Həmişə istəyirdim ki, ora gedib övladla bağlı niyyət tutum. Amma nədənsə həmişə bunu sonraya saxlayırdım. Bir gün yuxuda gördüm həmin pirdəyəm, tütyə içirəm, tütyənin torpağı ağzıma, boğazıma, sinəmə yapışıb. Bu vaxt yuxudan ayıldım, amma ayıq olmağıma baxmayaraq ağzımda, boğaz və sinəmdə çoxlu torpaq olduğunu hiss etdim. Bir az udqunandan, su içəndən sonra ağzım təmizləndi. Səhər durub qonşuluğumuzdakı həmin pirə getdim. Oranın xidmətçisi Həzrə xala pirin torpağından suya qarışdırıb, tütyə düzəldib mənə içirtdi. Tütyəni içərkən yuxuda necə olmuşdumsa elə oldum: torpaq ağzıma, boğazıma, sinəmə yapışıb qaldı. Xeyli su içəndən sonra ağzım təmizləndi. Ziyarətdən qayıdandan bir müddət sonra hamilə qaldım və oğlum Murad dünyaya gəldi. İndi onun 14 yaşı var. Sonrakı illərdə daha iki övladım dünyaya gəldi. Müsahibim danışdıqca yadıma “Quran”ın “İmran ailəsi” surəsinin 37-ci ayəsi düşdü. Hansı ki, həmin ayədə Məryəm torpaqdan yaranmış bitkiyə (fidana) bənzədilir: “Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü...” Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı "İnsanların öz əlləri ilə etdikləri günahlar üzündən quruda, suda və havada fəsad (qəza) əmələ gələr ki, Allah bununla onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar tövbə edib pis yoldan qayıtsınlar". "Quran", 30:41 Xəbər verildiyi kimi, Amerikada “Cessna-140” və “Piper-Cerokee” markalı təyyarələrin havada toqquşması nəticəsində hər iki təyyarənin pilotları həlak olublar. Təyyarə qəzalarının monitorinqi zamanı əldə etdiyimiz faktlar sübut edir ki, bu cür qəzalar təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Hesablamalarımız göstərir ki, qeyd etdiyim təyyarə toqquşması Dünyanın hegamon dövləti olan Amerikanın Prezidentinə və xalqına Allahdan bir xəbərdarlıqdır. Bunu sübut etmək üşün aşağıdakı hesablamalara nəzər salaq. Xatırladım ki, bu il iyunun 2-də Amerika Prezidenti Barak Obama Kolorido ştatında HHQ-nin Akademiyasında buraxılış imtahanında iştirak edərkən sınaq uçuşu zamanı “F-16” qırıcı təyyarəsi qəzaya uğradı (həmin gün Tennesi ştatında “F-18” qəzaya uğradı). Hesablamalarımız göstərir ki, bu gün toqquşan iki təyyarə ilə Obamanın yanında baş verən qəza arasında bağlılıq vardır. Belə ki, hadisələr arasında 114 gün fərq vardır ki, bu da “Quran”ın surələrinin sayı və yaxud Allah-təalanın “kodlaşdırılmış möhürü” olaraq, həmişə olduğu kimi bu qəzaların da üzərinə vurulmuşdur. Apardığımız digər hesablamalar da bu iki təyyarə toqquşmasının digər analoji hadisələrlə əlaqəsini üzə çıxarmaqla, fikrimizi bir daha təsdiq edir. Belə ki, 2016-cı ilin fevralın 10-da Dominikan-Moskva reysi ilə uçan “Boeing-777” markalı təyyarə qəza enişi edərək yandı (sərnişinlər təxliyyə edildi). Bu gün həmin hadisənin 228-ci günüdür ki, yuxarıda qeyd etdiyim iki təyyarə toqquşdu. Elə isə: 228 ”“ 114 = 114 hesablaması ilə hadisələrin üzərindəki Allahın “kodlaşdırılmış möhür”ünü görmək mümkündür. Araşdırmalarımız göstərir ki, bu gün (25 sentyabrda) Amerikada toqquşan təyyarənin markası da təsadüf olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Belə ki, bu il mayın 6-da İndoneziyadan Honq Konqa uçan “A-330” sərnişin təyyarəsinin qəzasını şərh edərkən, bunun Allahdan bir xəbərdarlıq mesajı olduğunu qeyd etmişdim. Təəssüf ki, insanlar bu kodlaşdırılmış mesajlardan gərəkən nəticəni çıxarmırlar və çoxsaylı günahlarına son vermirlər. Bu gün şərh etdiyim toqquşma da bunun nəticəsidir. Sübut üçün qeyd edim ki, bu gün “A-330” qəzasının 140-cı (!) günüdür ki, bu da Amerikada toqquşan təyyarənin üzərində həkk olunmuşdur: “Cessna-140” (!). Bütün bunlar yuxarıda qeyd etdiyim fikri bir daha təsdiq edir ki, baş verən qəzalar Amerika xalqının və Prezidentinin simasında yolun azmış (günah törətməkdə “qırmızı xətti” keçmiş) bəşəriyyətə Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bu həm də bəşəriyyətə gələcək daha böyük bəlalar səbəbindən onların günlərinin sayılmasına işarədir: "Elə isə onlardan ötrü (günahkarların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik)". “Quran”, “Məryəm” surəsi, 84 Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı «Allah dostlarının bir qismi həzrət Adəm xislətli, bir qismi həzrət İbrahim, həzrət Musa, həzrət İsa xislətli; bir qismi də Məhəmməd (s.ə.s) məşrəblidir. Bunlardan bir qismi irfan əhli, bir qismi məhəbbət və könül əhli, bir qismi tövhid əhli; bir qismi də məchuldur. Yəni təvazökarlıq və gizliliklər içindədir». (Mövlanə Cəlaləddin Rumi) Əhməd Bədəvi nəslinin davamçılarından biri də Şəki rayonunun Baş Şabalıd kəndində yaşamış Kəramətli övliya, qəbri ziyarətgah olan Şeyx Hacı Əhməd əfəndidir. Atasının adı Hacı Ağasıdır. (Əhməd Bədəvi haqda bax: moderator.az/news/144283.html ) O, XIX əsrdə yaşamaqla, sufiliyin ələviyyə qoluna mənsub Şeyx olmuş, Azərbaycanın Şimal-Qərb bölgəsində irşad fəaliyyəti göstərmişdir. Haşimilər nəslindən və Həzrət Əli soyundan olduğundan xalq arasında seyid kimi tanınmışdır. Bu nəsildən olanlar Həcdən qayıdarkən başqalarından fərqli olaraq başlarında yaşıl çalma olardı ki, bu da onların haşimilər nəslindən olmalarının əlaməti idi. Şəkinin Baqqal kəndində ziyarətgahı olan Mahmud Axund babanın qohumu olan Şeyx Hacı Əhməd əfəndi bölgədə bir çox şeyxlərin mürşidi olmuşdur. Həmçinin, tanınmış şair və din xadimi Molla Cümə də onun yetirməsi olmuşdur (el arasında danışılana görə, Molla Cümənin «İsmipünhan» adıyla şeirlər ithaf etdiyi Şeyxin Anaqız adlı qızı olmuşdur. Lakin, Şeyx onların evlənməsinə izn verməmişdir). Kəramətləri ilə məşhur olan Allah dostu Şeyx Əhməd əfəndinin bir çox maraqlı əhvalatları bu gün də dillər əzbəridir. Deyilənə görə Baş Şabalıd kəndində Qara adlı bir dəllək varmış və övliya həmişə üz-başını ona qırxdırarmış. Bir gün şeyx yenə də dəlləyi çağırtdıranda Qara cavab verir ki, Â«İşim var, gələ bilmərəm». Cavab Əhməd əfəndinin xətrinə dəyir və deyir: «Səni görüm işdən dincəlməyəsən». Deyilənə görə o vaxtdan Dəllək Qaranın səhərdən axşamacan dincəldiyini görən olmayıb. Bu gün bölgədə işlənən «Filankəs Dəllək Qara kimi dayanıb-dincəlmir» deyimi də, bu əhvalatla bağlıdır. Şeyx Əhməd əfəndi Əsli adlı qızla evlənmiş, Anaqız adlı qızı dünyaya gəldikdən sonra, Baş Göynük kəndindən Mədinə xanımla nigahlanıb. Bu evlilikdən Məhəmməd, Mustafa, Sadəddin adlı üç oğlu, Məkkə adlı bir qızı olduqdan sonra, 1889-ci ildə dünyasını dəyişib. Şeyxin oğlu Məhəmməd əfəndi atasının yolunu davam etdirərək, ilahiyyat elmini dərindən öyrənmiş və mədrəsədə müəllim işləmişdir. Həccə getmiş və seyyid titulu ilə çağırılmışdır. Baş Göynük kəndindən Əminəxatun adlı qızla evlənib, Mustafa və Xədicə adlı övladları olub. Mustafa (Molla Mustafa) 30-cu illərdə Şəkidə Sovet hökumətinə qarşı üsyana rəhbərlik etdiyi üçün həmin illərdə kəndin çoxsaylı kişiləri ilə birlikdə güllələnib. Əhməd əfəndinin oğlu Sadəddin əfəndi də atasının yolunu davam etdirərək dini təhsil almış və din xadimi kimi tanınmışdır. Şeyxin Baş Şabalıd kəndində olan günbəzi bölgədə ən böyük ziyarətgahlardan biridir. Baş Şabalıd kəndində olarkən eşitdim ki, bir neçə il qabaq üç nəfər vəhabi Şeyx Əhməd əfəndinin günbəzinin şüşələrini qırıb, qəbrin üstündəki əşyaları kənara atıblar, qəbri isə, ayaqlayıblar. Ziyarətgahın mücövürçüsü söhbət edir ki, həmin gecə Şeyx yuxuma çox pərişan girdi. Qeyd edim ki, övliyanın kəraməti burada da özünü göstərib. Bir neçə gündən sonra ziyarətgaha qarşı vandallıq edən vəhabilərdən ikisini oxuduqları ali məktələrdən qovublar, biri isə, vəhabi kimi polisin nəzarətinə götürülüb. Burada yadıma Həzrət Peyğəmbərimizin qəbrini dağıtmaq istəyən yəhudilərin əhvalatı düşdü. Əhvalat belə olmuşdur: Nəcuruddövlənin hakimiyyəti dövründə Həzrət Peyğəmbərimiz Məhəmməd əleyhisalamın qəbrinin qonşuluğunda yaşayan iki yəhudi evlərinin içindən lağım ataraq, Peyğəmbərin pak qəbrini dağıtmaq istəyəirdilər. Nəcuruddövlə yuxuda görür ki, Peyğəmbər ona deyir: «Məni bu iki nəfərin əlindən xilas et». Bir neçə gün bu yuxunu təkrar görür, heyrətdən donub qalır və bilir ki, Mədinədə nəsə pis bir hadisə baş verməkdədir. Mədinəyə gəlib, şəhər əhalisinin hamısını bir cərgəyə düzdürür. Bir-bir hamısının üzünə baxdıqda, yuxuda gördüyü o iki nəfəri tanıyır. Göstəriş verir ki, onları tutub, bu məkrli planlarını zərərsizləşdirsinlər və onlara ağır cəza versinlər. Sonra göstəriş verdi ki, şərif qəbrin ətrafını qazıb, onu əridilmiş filizlə doldursunlar ki, poladdan olan bir divar yaransın və gələcəkdə heç kəs belə işlərə cürət etməsin. Müəllifdən: Şəki camaatı hələ ta qədimdən dinə qəlbən bağlı, iman sahibi insanlar olublar. Son vaxtlar işsizlik və imkansızlıq burada insanların bir qisminin vəhabiliyə meyl etməsinə səbəb olmuşdur. Allahdan bu camaata ruzi-bərəkət diləyirəm ki, belə çirkin yollara düşmək məcburiyyətində qalmasınlar. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. Şəki ”“ Bakı «Qurani-Kərimdən və Həzrət Peyğəmbərin (s.ə.s) hədislərindən sonra Rəbbin xas qullarının sözlərindən daha gözəl heç bir söz yoxdur. Çünki onların sözləri lədun elmidir. Kəsbi deyildir. Buna görə də onlara peyğəmbərlərin varisləri deyilir. O xas qulların kəlamlarını dinləyənlərin qəlbi feyzlə dolar. Səy və cəhdləri artar. Sirlər onlara ayan olmağa başlayar və şeytani vəsvəsələrdən, dünyəvi ehtiraslardan xilas olarlar». (Mövlanə Cəlaləddin Rumi) Murad piri adı ilə tanınan ziyarətgah Xaçmaz rayonunun Qarğalı kəndinin ərazisində yerləşir. Neçə əsrlərdir ki, insanlar burada etdikləri dualarla murada çatdıqları üçün, pirin adı “Murad” qalmışdır. Burada ən çox yel xəstəliyindən (və digər xəstəliklərdən) əziyyət çəkənlər şəfa tapdıqlarından el arasında bura “Yel piri” də deyirlər. Buradakı günbəzin içərisində kəramətli bir övliyanın qəbri vardır. Əvvəllər qəbrin üzərində yazılı daş olsa da, 2000-ci ildə burada günbəz tikilərkən həmin daş yoxa çıxmışdır. Keçən əsrin əllinci illərində bu kəndin sovxoz direktoru Murad pirini dağıdıb, yerində əkin əkmək istəyib. Bu məqsədlə Rus millətindən olan bir traktorçunu ora göndərib. Amma rus nə qədər cəhd etsə də, traktor pirə toxuna bilməyib. Hər dəfə qəbrə yaxınlaşanda motor sönürmüş. Nəhayət, əlacsız qalıb geri qayıdıb. Ondan sonra heç kəs piri dağıtmağa cürət etməyib. Xaçmazda olarkən Murad pirinin kəramətindən faydalanan bir çox insanlarla rastlaşdım. Onlardan birinin söhbətini diqqətinizə çatdırıram. Nadirov Əvəz Abuzər oğlu ”“ Xaçmaz rayonunun Çarxı kəndinin 60 yaşlı sakini: - Gəncliyimdə möhkəm xəstələnmişdim, yerim-dən tərpənə bilmirdim. Müalicələrin də effekti yox idi. Bir gün qohumlarım məni maşının arxa oturacağına uzandırıb Murad pirinə apardılar. Çatanda yenə də əllərimdən, ayaqlarımdan yapışıb, maşından düşürdülər və övliyanın qəbrinin yanına uzandırdılar. Mən burada övliyanı vəsilə tutub Allahdan özümə şəfa dilədim. Sonra mənə pirin tütyəsindən içirdilər. Qayıdandan sonra yaxşılaşmağa başladım. Üç gündən sonra mən işə çıxdım. Hansı ki, mən neçə illər idi yel xəstəliyindən əziyyət çəkirdim. Hərdən bir az yaxşılaşıb gəzsəm də, bir yanı üstə gəzirdim, düz yeriyə bilmirdim. İndi düz yeridiyimi görüb iş yoldaşlarım hamısı təəcüblənirdilər. Həmin gündən neçə il keçib, hələ də xəstələnməmişəm. Coşan ələm Murad pirini ziyarət edərkən mənə Hacılar kəndinin bələdiyyə sədri Məşhədi Əbülfəz bələdçilik edirdi. Qonaqpərvər bir ziyalı olan Əbülfəz müəllim məni evinə qonaq dəvət etdi. Böyük məmuniyyətlə dəvəti qəbul edərək, onlara gəldik. Kənd ağsaqqalları 72 yaşlı Kərbəlayi İslam Nuru oğlu və Hacı Nəzər İmanqulu oğlu da gəlişimizi eşidib, axşam Əbülfəz müəllimgilə söhbət etməyə gəldilər. Onlar Nikolay zamanında Hacılar kəndinə gətirilmiş ələmin coşmasından tutmuş, kəramət sahibi Seyid Mircəfər ağanın suya atılıb yağış yağdırmasına qədər şahid olduqları bir çox maraqlı əhvalatları danışdılar. Həmin söhbətlərin bir hissəsini moderator.az-ın oxucularına təqdim edirəm. Kərbəlayi İslam Nuru oğlu: - Kəndimizdə bir neçə evdə ələm var. Onlardan ancaq biri ”“ rəhmətlik Gülhüseyn kişinin evindəki ələm coşan ələmdir. Onun babaları Nikolay zamanında Kərbəladan gətiriblər. Deyilənə görə imamlarımızın döyüşlərdə istifadə etdikləri ələmdir. Həmin ələm də hər adamın əlində coşmur. Mən hələ cavan uşaq olanda qonşu Qarağaşlı kəndindən Abdulla adında kişinin əlində coşan görmüşəm onu. Hər il Məhərrəm ayında Abdulla kişi gəlib ələmi gəzdirərdi. Çox maraqlı və unudulmaz səhnələr idi. Camaat ələmin gəzməsinin həqiqiliyini yoxlamaq üçün verəcəkləri nəziri aparıb uzaq bir yerdə gizlədirdilər ki, görək onu tapacaqmı? Abdulla dayı xahiş edirdi ki, evin damında, ağacın başında gizlətməyin, yıxılıb, qolqıçımı sındıraram. Nəziri gizlətdilər. Abdulla dayı dua oxumağa başladı. Ələm coşub, sürətlə irəli şığıdı və Abdulla kişini də özü ilə bərabər yüyürtdürməyə başladı. Camaat gördü ki, ələm kanala doğru gedir, kişini kanala salacaq, beş-altı nəfər yüyürüb, onu qucaqladılar ki, dayandırsınlar. Amma ələm onlardan güclü oldu, Abdullanın qolundan, paltarından yapışan adamlar yerdə bir qədər sürünəndən sonra məcbur olub əllərini buraxdılar. Ələm dərin su kanalından keçmək istəyəndə Abdulla kişi cəld tərpənib onu qurşağından çıxartdı. Beləliklə, ələm sakitləşdi. Kişi kanalın körpüsündən keçəndən sonra ələmi yerinə taxıb, axtarışı davam etdirdi. Nəhayət, həyətlərdən birində ağacın koğuşunda gizlədilən nəziri tapdıqdan sonra ələm sakitləşdi. Bu cür ağır sınaqdan çıxandan sonra kənd camaatı hamısı ələmə nəzir verirdilər. Bu sınaqlar hər il Məhərrəm ayında təkrarlanırdı. Bu ələmlə bağlı şahidi olduğum bir gülməli əhvalatı heç vaxt unuda bilmirəm ”“ deyə, Kərbəlayi İslam söhbətini davam etdirir - ələmin belə bir xüsusiyyəti vardı ki, kimin bu ələmə nəziri vardısa, coşan kimi ələm onun üzərinə gedirdi, o da qabaqcadan niyyət tutduğu nəziri ələmin üstünə qoyurdu. Kəndimizdə bir baməzə kişi də vardı ki, bu rəhmətlik hər dəfə işi çətinə düşəndə ələmə nəzir deyərdi, amma, işi düzələndən sonra heç vaxt nəziri verməzdi. O heç ələm gəzdirilən mərəkəyə də gəlməzdi. Bir dəfə Aşura günü Abdulla kişi gəldi kəndimizə, ələmə dua oxuyan kimi, ələm coşub kəndi gəzməyə başladı. Camaat da düşdü bunun arxasıycan ki, görək hara gedəcək? Birdən küçədə həmin baməzə kişi çıxdı qabağımıza, ələm şığıdı bunun üstünə, elə bil elə onu axtarırmış. Qış vaxtı idi, yer də palçıq idi. Kişinin əynində qalın sırıqlı vardı, ələm bunun sırıqlısının cibinə girib, kişini qaldırdı yuxarı, ordan çırpdı yerə, başladı palçıqda kişini sürüməyə. İnanın ki, Abdulla kişi azca da ləng tərpənsəydi, ələm həmin adamın qarnın deşəcəkdi. Ondan sonra həmin kişi bir də ələmə yalandan nəzir demədi. Hacı Nəzər: -Sovet dövründə Aşurə mərasimini keçirməyə icazə vermirdilər. Ona görə də mərasimi evlərdə gizli keçirirdilər. Kəndin girişində, çıxışında atlı adamlar dayanırdılar ki, polis gələndə camaata xəbər versinlər. Bir il mərasim Gülhüseyn kişinin evində keçirilirdi, cavan olsam da, mən də məclisdə iştirak edirdim. Mərsiyə deyilən vaxt evdə möhkəm taqqıltı eşitdik. Gördük səs otağın küncündəki sandıqdan gəlir. Sanki içəridən bir adam sandığı döyəcləyirdi. Mərsiyəni dayandırıb hamı heyrətlə sandığa tərəf baxdı. Ağsaqqallardan biri sandığı açanda içərisində həmin coşan ələmin olduğunu gördük. Mərsiyə oxunduqca ələm coşub, sandıqdan çıxmaq istəmişdi. Özünü necə qəzəblə sandığın divarlarına vurmuşdusa, barmaqlarının ikisi qırılmışdı. Ondan sonra Aşurə günlərində qonşu kənddən Abdulla kişi gəlib o ələmi gəzdirirdi. Seyidi suya atanda yağış yağırdı Kərbəlayi İslam: - Bizim bu Hacılar kəndində Seyid Mircəfər ağa adında təqvalı bir seyid yaşayırdı. Çox gözəl insan idi. Xəstələnəndə həmişə onun yanına gedir, o da əlini başımıza çəkib bizə dua edirdi, onunla da ağrımız keçib gedirdi. Kəndimizdə sınaqdan çıxmış bir adət də vardı ki, yay quraqlıq keçəndə Mircəfər ağanı ya da onun qızı Seyid Zəhranı qəflətən itələyib suya salırdılar, onlar da hirslənirdilər, həmin gün mütləq yağış yağardı. Sonra camaat onlara nəzir gətirirdi ki, hirsləri soyusun. Çünkü bu cur hallarda onlar o qədər möhkəm hirslənirdilər ki, rəngləri qapqara qaralırdı. Mən özüm bir neçə dəfə bu cür hadisənin şahidi olmuşam. Hacı Nəzər: - Mən də Seyidin suya atılmasını bir neçə dəfə görmüşəm. 1950-ci illər idi, yay quraqlıq keçirdi. Çoxdandı yağış yağmadığından camaatın əkinləri yanırdı. Bir gün kəndin kişiləri kolxozun istixanasının yanındakı gimgədə toplaşıb söhbətləşirdilər. Söhbət quraqlıqdan düşəndə briqadir Məmmədşah dedi gəlin Mircəfər ağanı salağın suya, yağış yağsın. Təklifi hamı bəyənsə də, bu işi icra etməyi heç kəs öz üstünə götürmək istəmirdi. Məmmədşah dedi ki, bu işi mən eləyərəm, amma siz nəziri qabaqcadan toplayın. Oradakı adamlar əllərini ciblərinə salıb, hərə imkanı daxilində nəzir çıxartdı. Bir nəfər nəzirləri topladı. Bu vaxt gördük Seyid bizə tərəf gəlir. Gəlib çatanda Məmmədşah onu götürüb, yaxınlıqdakı su quyusuna saldı. Hirsindən ağanın rəngi qapqara qaraldı. Onu quyudan çıxardandan sonra toplanan nəzirləri verib üzürxahlıq elədilər ki, yağışa görə elədik. Mircəfər ağa paltarını dəyişmək üçün evinə getdi. Bu hadisə səhər-səhər baş vermişdi. Axşam üstü yağan yağış kəndin bütün əkinlərini suladı. Müəllifdən: Yuxarıda haqqında söhbət açılan ələm Hacılar kəndində bu gün də saxlanmaqdadır. İndi onu gəzdirən olmasa da, bir şey itirənlər gəlib onu ziyarət edirlər. Çünkü, camaat arasında olan inanca görə bu ziyarətdən sonra itən şey mütləq tapılır. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı, Xaçmaz ”“ Bakı «Həbib Nəccar şəhid olduqdan sonra vurulmuş başını sol əli ilə yuxarı qaldırdı, sonra sağ əlinə alaraq üç gün üç gecə onun bədəni Antakiyanın küçə və bazarlarında gəzib dolaşdı; başı isə qışqıra-qışqıra belə deyirdi: «Kaş qövmüm biləyidi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!» «Yasin» surəsi, 13-27-ci ayələr. Azərbaycanda mövcud olan müqəddəs yerlərdən biri də Hürüley ziyarətgahıdır. Bu müqəddəs məkan Balakən rayonu-nun Salban kəndində, Salban çayının sahilində yerləşir. Ziyarətgahda dəfn olunan Şeyx Dağıstan Respublikasının Tlyarata rayonunun Hüruk kəndindən olduğundan və Şeyxin adı məlum olmadığından, ziyarətgahın adı da Hüruk kəndinin adıyla adlanır. Qeyd edim ki, Avar dilində «Hürüley» sözünün təcrüməsi «Hürüyə məxsus yer» mənasını verir. Qeyd edim ki, müqəddəs Şeyx burada kafirlərə qarşı döyüşdə müridləri ilə birilikdə şəhadət məqamına yetişiblər. Deyilənə görə o, döyüşdən qabaq şəhid olacağını duysa da, düşmənin qabağından qaçmayıb və İmam Hüseyn məktəbindən bəhrələnərək, əqidəsi yolunda, İslamın dirçəlişi naminə şəhadəti üstün tutub. Necə ki, Rəbbim Qurani-Kərimdə buyurur: «Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun. Kafirlərə qarşı döyüş (cihad) xoşunuza gəlmədiyi halda sizə vacib edildi. Bəzən xoşla-madığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz». “Quran”, 2: 190-216 Hüruk kəndinin müqəddəs Şeyxi də Rəbbinin əmrinə uyğun olaraq öz müridləri ilə birlikdə çoxsaylı düşmənə qarşı döyüşə başladı. Bu qeyri bərabər döyüşdə düşmən macal tapıb, qılıncla Şeyxin boynunu vurdu. Şeyxin müqəddəsliyi və möcüzəsi də elə bu vaxt üzə çıxdı. Belə ki, onun mübarək başı bədənindən ayrılan kimi, yerdə diyirlənə-diyirlənə «Əşhədü ən lə İlahə İllallah, əşhədü ən Mühəmmədin Rəsul Allah» deyərək, ucadan azan verməyə başladı. Bu tükürpədici səsdən və heyratamiz möcüzədən vahimələnərək hər iki qoşun əl saxladı və donub qaldılar. Kafirlər gördükləri möcüzəni öz başçılarına xəbər verdikdə başı onun yanına gətirmələrini əmr etdi. Lakin, əsgərlər başa yaxınlaşdıqda necə tufan qopdusa, qorxudan geri çəkildilər. Şeyxin vəsiyyətinə uyğun olaraq mübarək nəşi digər şəhidlərlə bərabər həmin yerdəcə dəfn olundu. Bu hadisənin üzərindən əsrlərlə vaxt kecməsinə baxmayaraq, mömünlər bu müqəddəs Şeyxin və onunla birlikdə şəhid olanların xatirəsini əziz tutir, pak məzarlarını sevə-sevə ziyarət edirlər. Sovet dönəmində ziyarətgahda xidmətçi olmadığından, hökumət buradakı anti-sanitariyanı bəhanə edərək, ziyarətgahı dağıtmaq istəyir. Bunun qarşısını almaq üçün Balakən rayonunun cümə məscidinin imamı məscidə daim ibadətə gələn Pirdas adlı mömin qadını yanına çağırıb, ondan bu ziyarətgaha xidmətçi olmağı xahiş edir. Pirdas xala təklifi qəbut edərək, qızı Cənnətlə (Ona el arasında Fatimət deyirlər.) birlikdə ziyarətgaha gəlir və cani-dildən çalışaraq burada səliqə - sahman yaradır. Şeyxin qəbrindən hələ də azan səsi gəlir 2007-ci ildə Pirdas xala müqəddəsləin xidmətində ömrünü şərəflə başa vurduqdan sonra bu haqq işi qızı Fatimət davam etdirir. Fatimət xanımla söhbət edərkən dəfələrlə burada möcüzəli hadisələrin şahidi olduğunun dedi: - Bir gün cümə namazanının vaxtı idi, həyətdə (qeyd edim ki, müsahibim ziyarətgahdakı yardımçı tikilidə yaşayır.) paltar yuyurdum. Fikirləşdim ki, namazın vaxtı olsa da, iki dənə köynək qalıb, bunları da yuyum, sonra dəstamaz alıb, namaza gedərəm. Bu vaxt azan səsi eşitdim. Ətrafdakı bu evlər həmin vaxt hələ tikilməmişdi və buralarda insan yaşamırdı. Burada birinci dəfə idi ki, azan səsi eşidirdim deyə maraq məni götürdü. Ətrafı gəzib, azanın haradan verildiyini bilmək istədim. Nəhayət, Şeyxin məzarına yaxınlaşanda, səsin buradan gəldiyini görüb, heyrətdən donub qaldım. Azan bitən kimi, dəstamaz alıb, namazımı qıldım. Qədr gecəsini görsəm də bəhrələnə bilmədim -Bir gecə anam məni çağırdı ki, səhərdir, sübh namazının vaxtı keçib, dur namazımızı qılaq - deyə, Fatimət xanım söhbətini davam etdirir: - dedim ola bilməz, mən indi yatmışam. Gözümü açıb pəncərədən ziyarətgahın həyətinə baxanda hər tərəfi işıqlı gördüm, sanki Günəş çıxımışdı. Saata baxdım, gördüm 3-ə işləyib, təəcüb etdim. Həyətə çıxanda axşam yatarkən bağladığım darvazanı tayba - tay açıq gördüm. Qəribə idi ki, hasardan kənarda zülmət qaranlıq olmasına baxmayraq, Şeyxin qəbrinin ətrafı və həyət işıqlı idi. Heç nə başa düşə bilməyib, darvazanı bağladım və gedib yatdım. Bir neçə gündən sonra Ramazan bayramı idi, məscidə getdim və şahid olduğum hadisəni məscidin imamına danışdım. Dedi neçə gündür biz gecəni yatmırıq, məsciddə ibadət edirik ki, bəlkə Qədr gecəsini görək, sən isə bu mübarək gecəni gördüyün halda, ondan bəhrələnmədən, gedib yatmısan. Sonralar öz-özümə təssüfləndim ki, Qədr gecəsi olduğunu niyə bilməmişəm. Bir gün də Xatimət adlı bir qız məndən xahiş etdi ki, gecəni səninlə ziyarətgahda qalıb, ibadətlə, dualarla məşğul olmaq istəyirəm. Bir rəfiqəsilə gəlmişdi. Yorğun olduğumdan mən yatdım, onlar ibadət etdilər. Gecə yarı gördüm məni çağırır, pərncərədən bayıra baxıb, mənə dedi ki, Şeyxin qəbrinin üstündə işıq görürəm, görəsən bura maşın gəlmir ki? Dedim ay qız, buralarda insan yaşamır, dağlıq yerdir, yol yoxdur, burada maşın nə gəzir? Dedi iki dənə işıq zolağının Şeyxin qəbrinin üstündən göyə yüksəldiyini görürəm, sanki qəbrin yanında maşın dayanıb, işıqları göyə tuşlanıb. Hamam bulağı Balakəndə olarkən Yeni Şərif kəndində müalicəvi suya malik şəfalı bir bulaq olduğunu eşitdim və bu bulağın möcüzəsini görmək üçün deyilən ünvana yollandım. Qeyd edim ki, deyilən bulaq kəndin kənarında yerləşir. Ağsaqqaların dediyinə görə ovliyalardan birinin yolu bu kəndə düşür və həmin vaxt kənddə yayılmış xəstəliyin qarşısını almaq üçün, camaat ondan əlac istyir. (Ola bilsin həmin övliya bu kənddə yaşayıb.) Bu kəramət sahibi Rəbbinə dua edərək, əsasını yerə vurur, həmin yerdən qaynayan su ilə çimməyi məsləhət görür. Bununla da yerli əhali xəstəlikdən xilas olur. Bu hadisədən bir neçə əsr keçməsinə baxmayraq bu günədək ətraf kəndlərin əhalisi müxtəlif xəstəliklərin müalicəsində həmin bulağın şəfalı suyundan bəhrələnirlər. Ələlxüsus da tibb eliminin inkişaf etmədiyi dövrlərdə bu bulaq insanların ümid yeri idi. Kənd ağsaqqalları bu mövzuda şahid olduqları əhvalatları danışdıqca, yadıma Əyyub Peygənbərin əhvalatı düşdü: «Bəndəmiz Əyyubu da yad et! Bir zaman o, öz Rəbbinə müracətlə belə demişdi: «Şeytan mənə bəla və əzab toxundurmuşdur!» «(Ona belə buyurduq:) «Ayağınla yerə vur! Bu yerdən çıxan bulaq yuyunacaq və içiləcək sərin sudur!» Əyyub o su ilə çimib, ondan içən kimi bütün xəstəlikləri getdi». «Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq» Quran, “Sad” surəsi, 41-43-cü ayələr. Qeyd edim ki, Yeni Şərif kəndindəki bulağın başında təxminən 1 x 1 enində divar hörülərək, divarın ortasında daş kitabə yerləşdirilmişdir. Kitabə ərəb əlifbası ilə oyma üsulla yazılmışdır. Epiqrafiya üzrə mütəxəssis olmadığımdan, kitabəni oxuya bilməsəm də, guman olunur ki, burada bulağın yaranma tarixi və səbəbkar övliyanın adı həkk olunub. Bu kitabə ətrafında da maraqlı əhvalatlar baş vermişdir. Belə ki, sovet hökümətinin ilk dövrlərində kolxoz sədri (müxtəlif səbəblərdən sədrin adını qeyd etmirəm-müəllif) camaatın bura ziyarətə gəlməsinin qarşısını almaq üçün həmin kitabəni qopararaq aparıb kənarda torpağa basdırıb. Səhər yuxudan oyananda ağzını əyilmiş gördüyündən, kitabəni qaytarıb, yerinə bərkidib. Yeni Şərif kəndinin 85 yaşlı sakini Səhmir Rəcəb oğlu söhbət edir ki, mənim yaşımdan bu yana dəfələrlə şahid olmuşam ki, yay aylarında quraqlıq baş verəndə ağsaqqallar bu bulağın başına toplaşıb ehsan verilib, Qruan oxunub, zikir edilib və yağış üçün Allaha dua edilib. Allah burada edilən duanı qəbul edərək, həmin gecədən başlayaraq, bir neçə gün yağış yağdırıb. Hamam bulağından bir şədər kənarda, Gürcüstanla sərhəd zolağında «Qotur bulaq» deyilən bir bulaq da mövcuddur ki, dəri xəstəliyindən əziyyət çəkənlər burada çimərək, şəfa tapırlar. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Balakən ”“ Bakı «Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edil-mişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edə bilər!» Quran, «İnək» surəsi, 269-cu ayə. Allahın hikmət bəxş edərək övliyalıq məqamına yüksəltdiyi mötəbər qullarından biri də Zaqatala rayonunun Gözbaraq kəndində yaşamış Osman əfəndidir. O, 1880-ci illərdə Dağıstan mahalının Rutul rayonunun Cınıx kəndində doğulub. Gənclik illərində Kazan şəhərindəki giminazi-yada kommunizmin banisi və Sovet dövlətinin qurucusu V.İ.Leninlə birlikdə oxuyan Osman Əfəndi Volodya ilə dostluq edir. Sonralar o, Lenini belə xatırlayırdı: «Çox iti zəkalı, elmli, bacarıqlı və ağıllı uşaq idi. Komandalara bölünüb topqalax oyunu oynayardıq, Leninin komandasını heç bir komanda uda bilməzdi. Bir gün Volodyadan xahiş etdim ki, sən bu gün oyuna qarışma, görək komandan uda biləcəkmi? Həmin oyunu son üç ildə ilk dəfə idi ki, Leninin komandası uduzurdu». Osman əfəndi Giminaziyanı bitirdikdən sonra çoxlu uşağa sahib olan atası onu ailədən aralayır ki, sənə elm vermişəm, başqa heç nəyə ehtiyacın yoxdur, get öz elminlə həyatını qur. Beləliklə o, Zaqatala rayonunun Gözbaraq kəndində yaşayan və dövrünün ilahiyyat alimi kimi tanınan övliya Qasey əfəndinin yanına gəlir. Ondan bir qədər dərs aldıqdan sonra, Qasey əfəndi öz vəsaiti hesabına Osman əfəndini Buxarada Mirərəb Ali Ruhani məktəbində oxudur. Buranı bitirdikdən sonra o, artıq hərtərəfli biliyə malik bir din xadimi kimi Gözbaraq kəndinə qayıdır və dini fəaliyyətlə məşğul olmağa başlayır. Beləliklə, dövrünün alimi və övliyası kimi, xalq arasında böyük nüfuz qazanır. Duaları müstəcəb olduğunudan, qapısından ziyarətçilər əskik olmazdı. Quranın şəfaverici xüsusiyyətlərindən xəstələrin müalicəsi üçün istifadə etməyi bacaran Osman əfəndi həm də həkim kimi şöhrət qazanaraq, Loğman Peyğəmbərin missiyasını davam etdirirdi. Necə ki, Rəbbim «Loğman» surəsində (12-ci ayə) buyurur: «Həqiqətən, Loğmana: «Allaha şükür et!» - deyə hikmət (elm) verdik». Osman əfəndinin həkimlik fəaliyyəti və mülaciə üsulları barədə Gözbaraq kəndinin 82 yaşlı sakini Baba Hüseyn oğlu bizimlə söhbətində maraqlı əhvalatlar danışdı: - Kəndimizdə Saleh adlı cavan oğlan 1941-ci illər müharibəsindən əsəbləri pozularaq qayıtmışdı. Gecə-gündüz küçələri sərgərdən dolaşırdı. Bir kimsəsi olmadığından ona sahib çıxan yox idi. Qonşumuz Məryəm xala onun qolundan yapışıb Osman əfəndinin ziyarətinə apardı və Allah rizasına bu xəstəni müalicə etməsini xahiş etdi. Övliya onu bir həftə evində saxlayaraq müalicə etdikdən sonra Saleh ağlı başında bir oğlan oldu, ailə qurdu, övladları, nəvələri bu gün də kənddə yaşayırlar. Mənim özüm də xəstələnəndə Osman əfəndiyə üz tutardım ”“ deyə Baba dayı söhbətini davam etdirir: - Qurandan bir ayə yazıb mənə verdi ki, bir həftə su ilə iç. Gündə üç dəfə onu içəndən sonra xəstəliyim keçib getdi. Qohumlarımdan biri övladına toy edirdi. Onunla birlikdə Osman əfəndini kəbin kəsmək üçün atla qonşu kəndə aparmalı idik. O, çox qocaldığından atı evinin pilləkəninə yaxınlaşdırdıq ki, rahat minsin. Övliya eyvana çıxan kimi, at onun qocalığını və kəramətini hiss edib, dizi üstə çökdü ki, əfəndi rahat minsin. O isə, əlindəki əsa ilə üç dəfə ata yüngül toxunub, «Sübhanallah, Sübhanallah, Sübhanallah, qalx ay Allahın heyvanı, məndə minəsi hal var» - dedi. At qalxdı və övliya ona mindi. O qədər rəhmli adam idi ki, heyvana artıq əziyyət vermək istəmirdi. Siçanlar övliyanın əmrinə tabe olub, zəmini tərk etdilər Osman əfəndi doğulduğu Cınıx kəndinə qonaq gəlmişdi. Bir gün ağsaqqallar ona dedilər ki, kəndin taxıl zəmisinə bir neçə gündür ki, siçan sürüsü daraşıb, artıq zəmilərin çox hissəsini məhv ediblər, bizə bir kömək edə bilərsənmi? Övliya təəccübləndi ki, bəs neçə gündə bunu mənə niyə deməmisiniz? İki uşaq göndərir ki, gedin zəmidən bir siçan tutub gətirin. Uşaqlar tapşırığı yerinə yetirirlər. Övliya siçanı əlinə götürüb, Qurandan ayə oxuyaraq, onun üzünə üfürür və uşaqlara qaytararaq, haradan tutmuşdularsa, ora da buraxmağı tapşırır. Camaata üzünü tutaraq, üç günün tamamında filan saatda siçanların zəmiləri tərk edəcəklərini bildirir. Kim istəsə onlara toxunmamaq şərti ilə gedib kənardan baxa bilər. Təbii ki, övliyanın sözünə inanan da olur, ağız büzənlər də. Lakin, onun dediyi gündə və saatda siçanların sürü ilə zəmini tərk edərək, Samur çayını keçib Cınıx meşəsinə doğru getdiyini çox adamlar öz gözləri ilə gördülər. Övliyanın qız nəvəsi Əli Mustafayev bizə söhbət edir ki, orta məktəbdə oxuyanda riyaziyyatdan zəif idim. Müəllimin verdiyi ev tapşırıqlarını sinfimizdə Məhəmmədən başqa yazan olmurdu. Bütün uşlaqlar oturub Məhəmmədin dərsə gəlməyini gözləyirdilər ki, ev tapşırığını ondan köçürsünlər. Bir gün anama yalvardım ki, babama desin, elə etsin ki, mən riyaziyyatdan yaxşı bilim. Anam əlimdən yapışıb məni babamın yanına apardı. Otağa girəndə anamın uzun donunun ətəyinə büründüm ki, babam hirslənsə məni vura bilməsin. Babam gəlişimizin səbəbini biləndə dedi: “Dərsi oxumamış necə bilmək olar, getsin oxusun, bilsin da?!” Anam dedi: «Oxuyur ey, başına batmır». Babam əlini stolun üstündəki kitaba atanda ürəyim üstümə gəldi, anamın ətəyindən çıxıb, babamın yanında oturdum. Aradan 5-6 gün keçəndən sonra, dərsə gedəndə görürdüm ki, uşaqlar ev tapşırığını köçürmək üçün məni gözləyirlər... Oxuyan qəlb başqadır Babam qocalıb yataqda yatanda anam ona dedi ki, uşaqların birini öyrət, sənin yolunu davam etdirsinlər - deyə, həmsöhbətim sözünə davam edir ”“ xəstə gələndə Quranla müalicə etsinlər. Babam dedi onların verdiyi ayə xəstəyə təsir etməz. Bu işi görməyə mənə Allahdan izn verilib. Müsahibim danışdıqca yadıma Həzrət Əli ilə bir kasıbın arasında baş verən əhvalat düşdü: Günorta vaxtı, ağacın kölgəsində istirahət edən xəlifə Əli əleyhissəlamın yanına gələn həmyerlisi ondan dolanışıq üçün yardım istəyir. Həzrət Əli yerdən bir ovuc qum götürərək, Qurandan bir ayə oxuyub, quma üfürür. Ayədə olan hikmətin təsirindən qum qızıla çevrilir və kəndlinin ovcuna töküb: «Get dolan» deyir. Həmin adam soruşur ki, «Ya Əli, sən Quranın filan ayəsini oxumadınmı?» İmam: «Bəli» deyəndə, kişi yerdəki qumla ovuclarını doldurub həmin ayəni oxuyur. Amma nə qədər cəhd etsə də qum qızıla çevrilmir. Kişi soruşur ki, «Ya Əli, həmin qumdur, həmin ayədir, niyə sən oxuyanda qızıla çevrilir, mən oxuyanda çevrilmir?» Həzrət Əli buradakı hikməti belə açıqlayır: «Ayə həmin ayə olsa da, oxuyan qəlb başqadır». Yuxarıda qeyd etdim ki, Osman əfəndi gənc yaşlarında öz qohumu və ustadı Qasey əfəndinin yanına gəlib. Qasey əfəndinin oğlu olmadığından, dünyasını dəyişərkən Osman əfəndiyə vəsiyyət edib ki, mənim evimdə oturub yolumu davam etdirərsən. Bir də vəsiyyət edib ki, bu evin quruluşunda heç bir dəyişiklik etməsin, necə var, elə də qalsın. Vəsiyyətə uyğun olaraq Osman əfəndi ustadının qızlarına müəyyən məbləğ ödəyərək evi satın alıb. Nə öz sağlığında, nə də bu günkü nəvələri evin quruluşuna əl vurmayıblar. Söz ardı: Yuxarıda müsahibəsini təqdim etdiyim Baba dayı söhbət əsnasında vaxtilə qonşu kənddə yaşamış mərhum şair Cahangir Dalğının bir neçə şeirini dedi. Şeirlərdən birini moderator.az-ın oxucularına təqdim edirəm: Bundan da yamana şükür Ya görünməz! Çox hökmün var, yaratdın - cahana şükür! İnsanlığa qərar etdin - Adəmə, Həvvana şükür! On dörd dünya qərar tutdu nazil olan kitabda, Məhəmmədə pay göndərdin - otuz cüz Qurana şükür! Qabil öldürdü Habili, qan götürdü dünyanı, Həzrət Əli Düldül atın minib gəzdi hər yanı. Qəm dəryasında görüb sevdilər müsəlmanı, Hər gələn vasi tutduğu İsmayıl qurbana şükür! Dalğın deyər mən heyranam sən tutduğun divana, Həqiqətdən yaratmısan, hazıram imtahana. Layiq deyil coşqun təbim belə haqsız dövrana, Gərəkdir səbr eləyəm, bundan da yamana şükür! Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. Zaqatala ”“ Bakı Musa Peyğəmbər (Cəmi pey-ğəmbərlərə salam olsun!) Tur dağındaikən Allah-təaladan sordu ki, mənim Cənnətdə qonşum kim olacaq? Əgər o adam bu gün həyatdadırsa onu mənə tanıt. Allahdan səda gəldi ki, filan şəhərin bazarında qəssablıq edən filankəs oğlu filankəs sə-nin Cənnətdə qonşun olacaq. Bildiyimiz kimi Cənnət 7 qatdır və ən yüksək qatda (İlliyyun Cənnətində) peyğəmbərlər sakin olurlar. Bu səbəbdən də Musa evinə gedəndən sonra bu sual onu çox düşündürdü: mən kitab verilmiş Peyğəmbər olduğum üçün bu mərtəbəni qazandım; bəs qəssab hansı işinə, əməlinə görə mənə bərabər tutuldu? Beyninə hakim kəsilmiş bu suala cavab tapmaq üçün bir gün o, deyilən şəhərə üz tutdu. Soraqlaşaraq bazarı tapdı. Qəssabı soruşdu, nişan verdilər ki, dükanı bazarın o başındadır. Musa qəssaba salam verib, qərib bir yol adamı olduğunu və nahara ona qonaq olmaq istədiyini bildirdi. Qəsssab şad olaraq, böyük məmuniyyətlə onu evinə qonaq apardı. Qəssab süfrə açaraq, qərib qonağın qarşısına çay-çörək düzüb, özü yan otağa keçdi. Musa əleyhissalam yeməyə əl vurmayaraq, ev sahibini diqətlə izləyirdi ki, görsün bu nə işlə məşğuldur, necə bir həyat keçirir. Ara qapıdan gördü ki, qəssab yuxarıdan asılmış iri bir səbəti alıb yerə qoydu, içindən nəsə çıxarıb, onunla məşğul olmağa başladı. Ancaq, ev sahibinin arxası Peyğəmbərə tərəf olduğundan, Musa onun orada nə işlə məşğul olduğunu anlaya bilmədi. Bir müddətdən sonra qəssab qayıdanda qonağın yeməyə əl vurmadığını görüb təəccübləndi və səbəbini soruşdu. Musa dedi mən sənin çörəyini o vaxt yeyərəm ki, sən yan otaqda nə etdiyini deyəsən. Ev sahibi çox israr etsə də, qonağın yemədiyini görüb, etdiyi işi izah etmək məcburiyyətində qaldı. Dedi o səbətdəki mənim anamdır; o qədər qocalıb ki, uşaq kimi balacalaşıb. Odur ki, onu səbətə qoyub, yüyrük kimi yuxarıdan asıram, gündə üç dəfə bələyin dəyişib, onu yemləyirəm. Özüm də evlənmirəm ki, birdən həyat yoldaşıma ümüd olaram, o da bu işləri layiqincə yerinə yetirməz (amma, mənə deyər ki, eləmişəm). Musa soruşdu ki, sən bayaq işlərini görüb qurtaranda “Amin” dedin, o nə üçün idi? Qəssab cavab verdi ki, heç, anam qocaldığından biraz ağlı azalıb, ona hər dəfə qulluq edəndə mənə dua edir ki, ay oğul səni görüm Cənnətdə Musa Peyğəmbərlə qonşu olasan. Mən də amin deyirəm; amma, bilirəm ki, mən Musa Peyğəmbərlə qonşu ola bilmərəm, o Peyğəmbərdir, mən qəssab, hərənin özünün yeri var... Bu əhvalatda diqqət çəkən ən maraqlı məqam hətda qəssabın da Peyğəmbərlik məqamına yüksələ bilməsidir. Yəni, bu məqama yüksəlmək üçün vacib deyil ki, ona Allahdan kitab və yaxud vəhy göndərilsin. Bu məqama yüksəlməyi abuturiyentin Ali məktəbə imtahan verməyi ilə müqayisə etmək olar: kim nə qədər bal toplayırsa, ona münasib də yer qazanır. Peyğəmbərlik məqamı qazanmaq da eynən bu cürdür: bu məqam üçün lazım olan savabı (oxu: balı) bəndənin hansı yolla (kitab təbliğ etməkləmi, valideynə, cəmiyyətə təmənnasız xidmət etməkləmi) toplamağın heç bir fərqi yoxdur. Necə ki, yuxarıdakı əhvalatda qəssab anasına layiqiqincə xidmət edərək, onun duasını qazanmaqla bu məqama yüksəldi. Çoxları belə gümün edir ki, Peyğəmbərlik məqamı VII əsrdə bitdi, indi o savabı toplasaq da XXI əsrdə yaşadığımız üçün bizi o məqama buraxmazlar. Belə düşünənlər çox böyük səhv edirlər. Bu ona bənzəyir ki, gedib testlə imtahan verəsən, ən yüksək balı toplayasan, amma, sənə deyələr ki, səni universitetə qəbul etmirik, çünkü, filan ildə, filan yerdə doğulmusan və yxud, filan nəsildən deyilsən. Adın bəhmənkəs olsaydı qəbul edərdik. İndi deyin görüm bunu özünüzə haqsızlıq kimi qəbul etmərsinizmi? Ey dindarlar və dinşünaslar, siz bu haqsızlığı Allahdan gözləyirsinizmi? Şəxsən mən gözləmirəm və əminəm ki, hər kəs topladığı savabın (balın ”“ məhəbbətin) müqabilində Allahdan mükafatını alır və layiq olduğu dərəcəyə yüksəlir. Adəmdən bu günümüzədək bu belədir və qiyamətədək də belə olacağına əminəm (əksini görsəydim heç bir gün də ibadət etməzdim). O ki, qaldı yüksək məqama çataraq vəhy qəbul etməyin mümkünlüyünə, bu məsələdə də mənim fikrim başqa dinşünaslardan fərqlənir. Belə ki, hər bir şəxsin dərəcəsini artıraraq vəhy qəbul etməyə layiq olmasına inanıram. Əgər inanmırsınızsa “Quran”ın öz dilinizə tərcüməsini (!) oxuyun və ayələri özünüzə gəlmiş kimi qəbul edərək, yerinə yetirməyə çalışın. Bir müddət belə etsəniz görəcəksiniz ki, qalan ayələri də vəhy şəklində qəbul edirsiniz. Bir məsələni də qeyd etməyi vacib bilirəm ki, bu gün məscidlərə üz tutanların böyük əksəriyyəti övliyaları (Allah dostlarını) qəbul etmirlər, Peyğəmbərlik məqamına yüksəlməyi ağıllarından belə keçirmirlər. Bir qismi isə, filan nəsildən olmayanların bu məqama yüksəlməsini mümkünsüz sayırlar (hamımız Adəmin nəsli deyilikmi?). Elə isə, bəs siz nəyə görə ibadət edirsiniz? Hədəfiniz nədir? Bunu izah edə bilərsinizmi? Elədirsə, niyə vaxtınızı məsciddə, namazda öldürürsünüz? Zamanınızı elə işə sərf edə bilmirsinizmi ki, o sizi qarşınıza qoyduğunuz hədəfə çatdırsın?! O necə əsgərdir ki, general olmağı qarşısına məqsəd qoymayıb?! Bütün bunlar onu göstərir ki, bu gün məscidlərimizdə dindarlara düzgün yol (hədəf) göstərilmir. Araşdırmalarımız göstərir ki, bir çox məscidlərdə nəinki dindarlara düz yol göstərilmir, əksinə, yollarının azmasına səbəb olurlar. Haşiyə şıxaraq, oğlumla aramızda olan bir əhvalatı danışım. Bir neçə il qabaq oğlum dedi qonşumuz filankəsin oğlu məscidə gedir, icazə ver mən də gedim. Dedim icazə vermirəm, getmə, evlərimiz ibadət üçün yararlıdır, istəsən burda ibadət edə bilərsən. Uşaq heç nə deməsə də gözlərindən bunu oxudum: sən necə atasan ki, övladını məscidə buraxmırsan?! Bu yaxında oğlum deyən həmin o filankəsin oğlunun Suriyada ölməsi barədə xəbər gəldi. Ailəsi başsız, körpələri yetim qaldı. Meyidin də tapıb gətirə bilmədilər. Oğluma dedim indi gördünmü səni niyə məscidə buraxmırdım, mən uzaqgörən olmasaydım indi sənin də qara xəbərin Allah bilir hansı ölkədən gələcəkdi. Bu əhvalatı ona görə xatırlatdım ki, bu gün məscidlərimizin çoxunda dindarları əsl hədəfdən yayındırıb, səhv yola yönəldirlər (elə cinayət faktları da baş verir ki, mən onu buradan yaza bilmirəm, çükü arxalarında güclü mafiya dayanıb). Ona görə də məscidə gedənlərin çoxu nə övliya qəbul edirlər, nə peyğəmbər. Əksinə, işləri peşələri Allah dostlarına lağ etməkdir. İlahi məqama yüksəlməyin yolu ilk növbədə mərifətdən keçir. Mərifətullaha sahib olmayanlar Allah dərgahında nəinki məqam qazana bilməzlər, heç bu məqamın nə olduğunu da dərk etməzlər. “Quran”da yüzlərlə ayə vardır ki, istənilən şəxsin İlahi məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub bu həqiqəti Mənim adımdan onlara bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” Quran, 16:2. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı “And olsun ki, Biz Quranı ondan ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 32. “Quran”ın 36-cı surəsi “YA SİN” adlanır. Elmi-lədun araşdırmaları-mız sübut edir ki, müqəddəs kitabın nömrələnməsi təsadüf olmayıb, xüsusi qanunauyğunlu-ğa tabedir. Bunu sübut edən bir neçə məqaləmizi əvvəllər mode-rator.az saytından oxumusunuz. Bu yazımızda isə, “Ya Sin” surəsinin sıra nömrəsi (kodu) olan 36 ədədini araşdıracağıq. Qeyd edim ki, İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün "kamil insan", "Peyğəmbər" sözünün sinonimi olduğunu deməyə əsas verir. Bildiyimiz kimi kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Maraqlıdır ki, hər iki sistemdə enerjinin paylanması 36 ədədinə bağlanır. Məsələn, kamil insan olan peyğəmbərlər Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq: Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”dakı rəmzi 36-dır (YA SIN). Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur. Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür. Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür. "Transformasiya" ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. Bildiyimiz kimi transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür. Yüksəldici transformatorların vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transormatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur. İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətda uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməz! (Xatırladım ki, Həzrət Cəbrail Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda ”“ Hira dağında nazil olardı.) Alçaldıcı transormatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, cihazların tutumuna uyğun ”“ 220-yə çevirərək, ötürürlər. İlahi sistemdə bunun misalı peyğəmbərlərdir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər. İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur. Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb! Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirik. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər və kəramət sahibləri də anatomic və bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir? Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar. Kamil insanlarda da eynən bu cürdür ”“ vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlənmə” (94) surəsində belə deyilir: “Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!” 94:1. Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, insanın anatomik quruluşunun 22(0) sümüyün birləşməsindən yaranmasını anatomiya elmi sübut etmişdir (sıfır məna bildirmədiyindən mötərizəyə aldıq). Burada diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, bu 22(0) sümüyün 22-si başdadır. Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir. Vicdan insanın daxili transformatorudur Yeri gəlmişkən, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirəm. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Bunu insanın daxilində olan vicdanla müqayisə etmək olar. Belə ki, Quranın 9-cu surəsi “Tövbə” adlanır və yeganə surədir ki, "Bismilah"sız başlayır. Səbəbi odur ki, Bu surə yuxarıda söhbət açdığım 22-ci (Həcc) surənin davamıdır. Sözümün sübutu üçün deyim ki, 9-cu surənin ilk üç ayəsini oxuduqda görürük ki, bu gün Qurban bayramı - HƏCC günü olduğu qeyd olunub və doğru yolda olmadıqları insanların nəzərinə çatdırılır. Həmçinin, insanlara TÖVBƏ etmək tövsiyyə edilir... Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Necə ki, fizikada 220 gəlib cihazın daxilində 9-a çevrilir... Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əmələ çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (yuxarıda qeyd etdim ki, Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya (ziyana, qəzaya) məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır. Dünyada baş verən təbiət hadisələrini, kataklizmləri təhlil ederərkən aydın görmək olur ki, 13-cü ildən başlayaraq Yerdə ildırımla bağlı fəlakətlər (ildırım vurmaları) çoxalmışdır. Bu da təsadüfü deyildir. Belə ki, “Quran”da ildırımdan bəhs edən surə (“Göy gurultusu”) 13 ədədi ilə nömrələnmişdir. Bu səbəbdən də 13 ədədi Quranda ildırım, cəza rəmzidir. Hesablamalarımız göstərir ki, biz tövbə etmədikcə və öz enerjimizi əmələ çevirərkən, onu vicdan süzgəcindən keçirmədikcə, cəmiyyətimizdə qəzalar və həyacanlı hadisələr (o cümlədən ildırımvurmalar) getdikcə intensivləşməkdədir. Bunu aşağıdakı düstur da sübut edir: 22 - 9 = 13 Bütün bunlardan sığortalanmağın yolu TÖVBƏDƏN (9) keçir. Artıq neçə illərdir ki, mən bu fiziki qanunauyğunluğa riayət edirəm və mənə inananlara da bunu tövsiyyə edirəm. Allah sizləri qorusun! Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. «Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzər: taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə sanki parlaq bir ulduzdur. O çıraq nə Şərqdə, nə də Qərbdə olan mübarək bir zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa, sanki işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur». Quran, «Nur» surəsi, 35-ci ayə. Allahın nuru ilə nurlanan möminlərdən biri də Kərbəlayi Seyid Mir Həbi ağadır. Atasının adı Seyid Mir Əli olmaqla, şəcərəsi imamlarımız vasitəsi ilə Həzrəti Peyğəmbərimizə bağlanır. Onun əcdadları Kərbəla faciəsindən sonra İrana köçüblər. İrandan isə XIX əsrdə Azərbaycanın indiki Ucar rayonunun Qəzyan kəndinə gəliblər. Qəzyana köçəndə Mir Həbi ağanın beş qardaşı, bir bacısı olub. Burada onun kəramət sahibi olduğunu görüb, yerli əhali ona çox böyük ehtiram göstərib. Xəstələnənlər, problemi olanlar, dara düşənlər Seyidə üz tutar, onun duasıyla dərdlərinə çarə tapardılar. Hətda, ilanlar da Kərbəlayi Mir Həbi ağanın əmrlərinə tabe olar, onun tapşırığı ilə yuva qurduqları yaşayış evlərini tərk edərdilər. Tibb elminin inkişaf etmədiyi və kimyəvi dər-manların olmadığı bir dövrdə Seyid Mir Həbi ağa ilan vuranları, sonsuzları, əsəb xəstələrini və sair ağır xəstəlikləri öz kəramətiylə, Allaha etdiyi dualarla sağaldardı. Gecələr Mir Həbi babanın qəbri üzərində nur gördüm Mir Həbi ağanını dəfn olunduğu Qəzyan kənd qəbiristanlığının qonşuluğunda yaşayan Əliyeva Xavər Soltan qızı bizimlə söhbətində bunları bildirdi: - Bir gecə həyətə düşmüşdüm, birdən çəpərin o biri üzündən - Seyid Mir Həbi ağanın qəbri üstündən bir işığın qalxdığını gördüm. Özünüz görürsüz ki, qəbiristanlıqla bizim aramızdakı çəpər çox alçaqdır, buradan baxanda ağanın qəbri görünür. Alovabənzər işıq da dəqiq gördüm ki, Seyidin qəbri üstündən qalxdı. Alov kimi yanırdı, arxa tərəfi yaşıla çalırdı. Hər tərəfə nur saçırdı. Qəbrin üstündən göyə qalxdı və uçub getdi. - Ata-babadan həm bizim ailənin, həm də kənd camaatının Seyid Mir Həbi ağaya böyük inamımız olub ”“ deyə Xavər xanım söhbətini davam etdirir: - Yadımdadır, Sovet dönəmi idi, atam pambıq briqadiri işləyirdi; çoxdandır yağış yağmadığından pambıq tarlası susuzluqdan yanırdı. Atam Mir Həbi ağanın qızı Seyid Xanımdan xahiş etdi ki, yağış üçün dua etsin. Seyid xanım da atasının qəbrinin torpağından götürüb dəsmala büküb, su arxına qoydu və yağış üçün dua etdi. Həmin gündən başlayaraq üç gün aramsız yağış yağdı, tarlalar su içdi. Üç gündən sonra atam Seyid Xanıma dedi ki, daha bəsdir, get torpağı sudan çıxart. Bizim nəsli ilan vurmur - Zərdab rayonunun Gəlmə kəndində yaşayan Mir Həbi ağanın nəvəsi seyid Gülnisə xanımın atası və babası haqqında danışdğı xatirələr də maraqlıdır: - Bir dəfə həyətdə getdiyim yerdə, birdən ayağım sarmaşığa ilişdi, ağzı aşağı yıxıldım otluğa. Yıxılanda gördum qarnımın altında ilan var. Qorxumdan tərpənə bilmirəm ki, ilan vuracaq məni. Gördüm ilan üzü yuxarı sinəmə tərəf gəlir. Gəldi çənəmin yanından keçib çıxıb getdi. Onda yadıma düşdü ki, ağam deyirdi bizim nəsli ilan vurmur, mən inanmırdım, deyirdim gürzə nə bilir mən kimin qızıyam? İndi inandım ki, ağam düz deyirmiş. Kəramətləriylə bölgədə məşhur olan Kərbəlayi Seyid Mir Həbi ağa 1933-cü ildə dünyasını dəyişib. Qəbri Qəzyan kəndinin qəbiristanlığındadır. Seyidin Həbib və Mirhüseyn adında iki oğlu, Minayə, Güllü, Seyidxanım, Gülnisə, Güldəstə adında beş qızı qalıb. Seyid Fatimə Seyid Fatimə Mir Fəttah qızı 1891-ci ildə indiki Ucar rayonunun Qəzyan kəndində doğulmaqla, yuxarıda bəhs etdiyim Seyid Mir Həbi ağanın qardaşı qızıdır. Ata-babalarında olan kəramət övladlarının bir çoxunda, o cümlədən Seyid Fatimədə də özünü büruzə vermişdir. O, öz kəraməti ilə ilanları ram edər, hətda ilanlar bir çox hallarda ona pənah gətirərmişlər. Hal-hazırda Ucar şəhərində yaşayan Alagöz xanım anası Seyid Fatiməni belə xatırlayır: ”“ Bir gün ailəlikcə eyvanda oturub çay içirdik. Yay vaxtı idi, birdən gördük həyətə bir sürü ilan daxil oldu, çoxusu da yaralı idi. Anam dedi onlara toxunmayın, davadan gəlirlər. Anam onlara çərəklə yağ, bal verdi, yedilər, bir az dincəlib getdilər. Yay vaxtı biz ailəlikcə eyvanda yatırdıq ”“ deyə Alagöz xanım söhbətini davam etdirir ”“ səhər yuxudan oyananda görürdük yatağımızın ətrafında ilanlar yatıblar. Anam ilanları yığırdı mənim donumun ətəyinə, deyirdi apar boşalt narlığa. Mən də aparıb boşaldırdım... Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Ucar ”“ Bakı
Sufiliyin prinsipinə görə şeyxlik təyinatla idi və bunun üçün mütləq bir neçə il bir şeyxin yanında qalıb onun müridi olmalı və onun elmiylə yanaşı əxlaqını, tərbiyəsini də əxz etməliydi. Sonda şeyx öz müridinin elmini, əxlaqını, sirrə varmaq və sirr üzərindən pərdələri qaldırmaq iqtidarını sınaqdan keçirdikdən sonra, hansısa bir bölgəyə şeyx təyin etmək üçün icazənamə verirdi. Belə icazənaməni alan şəxs şeyx təyin olunduğu yerdə başına müridlər toplayaraq, irşad edər və kamal dərəcəsinə çatan müridlərinə özü icazənamə verərdi. Qeyd edim ki, Yunus əfəndi zahiri və batini elimləri Kürdəmirli Mövlanə Hacı ismayıl Sıracəddin Şirvanidən (1782-1848) əxz etdi. Belə ki, bir neçə il ona mürid olduqdan və kamal dərəcəsinə çatandan sonra, imtahan verərək, ondan şeyxlik üçün icazə aldı. Onu da qeyd edim ki, Mövlanə Hacı İsmayıl əfəndi on minlərlə müridindən cəmi bir neçə nəfərə icazənamə vermişdir ki, onlardan da biri Şeyx Yunus əfəndi idi. Araşdırmalarımız göstərir ki, 1825-ci ildə Mövlana Hacı İsmayıl əfəndi Osmanlı dövlətinə köçdükdən sonra onunla Yunus əfəndi arasında əlaqələndirici Hacı Yəhya bəy əl-Qutqaşeni əl-Məki adlı şəxs olmuşdur. Bir məqama da diqqətinizi yönəldim ki, Mövlanadan icazənamə alan şeyxlərin hamaısının məzari şərifləri bu gün xalq tərəfindən ziyarətgaha çevrilib. Məsələn, Hacı Mahmud baba Kürdəmirli (ö.1870), Mir Həmzə Seyid Nigari (1805-1886), Hacı Mahmud əfəndi Aslanbəyli (1835-1891), Hacı Abdu əfəndi Qaracallı, Xas Məhəmməd (Şeyx Şamilin ustadı) kimi böyük şəxsiyyətlərin kamal dərəcəsinə çatmasında və övliyalıq məqamına yüksəlməsində Mövlanə İsmayıl Şirvaninin böyük rolu olmuşdur. (Bu övliyaların həyat və fəaliyyəti haqqında əvvəlki məqalələrimizdə bəhs etmişik.) Qeyd edim ki, Hacı Ismayil əfəndinin özünə icazənaməni 1821-ci ildə Bağdadlı Mövlanə Xalid vermişdir (hansı ki, övliyaların qütbü sayılır). Mövlana Cəlaləddin Rumi mürid-mürşid münasibətlərini belə ifadə etmişdir: «Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan necə yona bilər? Sən get yaralarını bir könül cərrahına göstər. Sən onu təkbaşına müalicə edə bilməzsən. Dünyəvi duyğu və səhhətinin çərəsini təbibdən, insanı sonsuzluğa yüksəldən ilahi hisslərin sirrini də mürşiddən öyrən». Şeyx Yunus əfəndi mürşid olaraq, bölgədə bir çox övliyaların kamal dərəcəsinə çatmasında mühüm rol oynamışdır. Belə ki, Azərbaycanda və şimali Qafqazda tanınmış kəramət sahiblərindən olan Almalı Şeyx Mahmud əfəndi də seyr və sülukunu onun yanında tamamlamış və Yunus əfəndinin verdiyi icazənamə ilə şeyxlik fəaliyyəti göstərmişdir. İnsanlar sıxıntılı anlarında, həyatlarının çətin məqamlarında Yunus əfəndinin məsləhətlərindən və kəramətlərindən faydalanardılar. Şeyxin Alazan çayının üzərindən yeriyərək keçdiyini görənlər olmuş və şahidlərin danışdığı belə maraqlı söhbətlər bu gün də məclislərdə maraqla danışılmaqdadır. Məsələn, Qax rayonunun Qındırğa kəndinin ən yaşlı sakini Orucov Xəlil Məhəmməd oğlu söhbət edir ki, atası və babası, Yunus əfəndinin müasiri olublar və övliyanın kəramətlərinə şahid olublar. Onlar söhbət edirlərmiş ki, qış vaxtı Lələli və Qındırğa kəndlərinin heyvanları bəzən Alazan çayının o biri tayına keçər, sahibləri arxasınca gedə bilməzdilər. Belə hallarda Yunus əfəndi çayın üzəri ilə yeriyərək, heyvanları bu taya keçirər, camaatı çətinlikdən qurtarardı. Bu və digər xeyirxah əməllərinə görə camaat onu çox sevərmiş. Onun ziyarətinə tək Azərbaycanın rayonlarından deyil, dağıstandan da zəvvarlar gələrdi. Gələn ziyarətçilərdən də bəziləri kəramətli olmuşlar. Məsələn, Dağıstanda tanınmış övliya olan Mirzə Şeyxzadə tez-tez Yunus əfəndini ziyarət edər və yolüstü Qındırğa kəndində yaşayan dostu Məhəmmədi də yad etməyi unutmazmış. Bir gün də o, qonaq gələndə Məhəmməd kişi övliyanın saçının uzandığını görüb, qonşudakı dəlləyi çağırıb onu saçını qırxdırmağa razı salır. Dəllək işini qurtaranda Mirzə baba saçı toplayıb, bir quyuda basdırmağı, üstünə də bir heyva ağacı əkməyi tapşırır. Avqust ayı olmasına baxmayaraq ağac bitib və qolbudaq atıb. Üstündən səksən ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, övliyanın yadigarı olan bu ağaca heç kəs toxunmur. Bir dəfə qonşuluqda yaşayan bir kişi cürət edib bu ağacdan qırıb odun kimi yandırıb. Elə həmin gün kişinin evi yandığından, burada qurban kəsərək, peşmançılığını bildirmişdir. Şeyx Yunusun bizə məlum olan Abdulla adında bir oğlu və Yunus adında bir nəvəsi olmuşdur. Övliyanın qəbri üzərindəki gümbəzi də nəvəsi Yunus əfəndi tikdirmişdir ki, bu gün möminlərin sevimli ziyarətgahıdır. Burada haşiyə çıxaraq Şeyix Yunis əfəndi ilə, həyat yoldaşı arasında baş verən maraqlı bir əhvalatı qiqqətinizə çatdırıram: Bir gün həyat yoldaşı Şeyxə deyir ki, sənin kəramət göstərməyində mənim də az da olsa payım var. Yunis əfəndi həyat yoldaşının fikri ilə razılaşmır və ona istehza edir. Səhəri gün qadın meşəyə odun qırmağa gedən həyat yoldaşına yemək bağlaması verib yola salır. Yunis əfəndi meşədən qayıdanda həmişəki kimi Alazan çayının üzərindən yeriyərək keçmək istəyir. Amma, nə qədər cəhd etsə də, buna nail ola bilmir. Hər dəfə ayağını suya qoyanda qurşağa qədər suya batır. Əlacsız qalıb, uzun bir məsafə qət edərək, camaat kimi, Alazanın dayaz yerindən keçir. Evə gələndə həyat yoldaşı niyə belə gec gəldiyini soruşur. Övliya cavab verir ki, həmişə Alazanın üstündən yeriyərək keçirdim; bu gün keçə bilmədim, ona görə gec gəldim. Qadın gülüb deyir: “Ay kişi, sənə demədim ki, sənin kəramət göstərməyində mənim də payım var?! Bunu sənə sübut etmək üçün səhər xəmiri dəstamazsız və başıaçıq yoğurdum, həmin çörəkdən də dəsmala bağlayıb sənə verdim. Onu yeyəndən sonra kəramət göstərə bilmədin. İndi bil ki, sənin kəramətində mənim də payım var?!” Deyilənə görə bu əhvalatdan sonra Şeyx Yunus əfəndi öz həyat yoldaşına daha da hörmətlə yanaşmış və bir daha onun xətrinə dəyən hərəkətə yol verməmişdir. Bu əhvalatı son vaxtlar bizə tez-tez ünvanlanan: “İndi niyə kəramətli adamlar yoxdur?” sualına cavab olaraq yazdım. Yəni, kəramətli kişinin yetişməsi üçün ilk növbədə imanlı qadın lazımdır. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Qax ”“ Bakı (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/151380.html ) Elə ki, Musa Peyğəmbər səkkiz il çobanlıq müddətin tamamladı, əlavə də iki il artıq işlədi ki, qaynatası Şüeyb Peyğəmbər razı qalsın. Daha sonra Allahdan qəbul etdiyi vəhy üzrə həyat yoldaşını da götürüb, yenidən Misirə (Fironu haqqa dəvət etmək üçün) üz tutdu. Ayrılarkən Şüeyb Peyğəmbər ona Adəm Peyğəmbərdən miras qalmış əsanı bağışladı; hansı ki, həmin əsa bütün peyğəmbərlərin əlindən keçərək vərəsəlik yolu ilə Şüeybə çatmışdı (o da Allahın əmri ilə Musa əleyhissəlama bağışladı). Musa Fironun sarayına daxil olaraq, Allah tərəfindən göndərilmiş elçi olduğunu bildirdi və ondan Allahlıq iddiasından əl çəkməyi, zülmə son qoymağı tələb etdi. Əks halda ona Allahdan bəla gələcəyini xəbər verdi. Firon cavab verdi ki, sən mənim sarayımda böyümədinmi? Sonra da bir qibtini öldürüb qaçdın; indi də peyğəmbərlik iddiasına düşmüsən? Belə dedikdən sonra Firon onu öldürtmək istədi. Bu vaxt Musa əlindəki əsanı yerə atdıqda, qüdrəti-İlahidən əsa əjdahaya dönüb, Fironun üstünə yeridi. Zalım şah qorxuya düşərək fikirləşmək üçün üç gün vaxt istədi. Sonra saray əyanlarını məşvərətə yığıb, onlardan məsləhət istədi. Əyanlar dedilər ki, Musa sehrbazdır, onun etdiyi də cadudur. Onun qabağına biz Misirdəki ən güclü cadugərləri çıxarmalıyıq. Beləliklə, Misirdəki ən güclü cadugərlər təəcili saraya yığıldı. Firon onlara vəziyyəti anlatdıqda sehrbazlar dedilər sən onu bizə həvalə elə, öhdəsindən gələrik. Qərar verildi ki, qibtilərə məxsus bayram günündə bütün xalq meydana yığışsın; onların qarşısında sehrbazlar Musanı məğlub edib, Fionun Allah olduğunu xalqa sübut etsinlər. Elan olunmuş gündə xalq meydana cəm oldu. Musa və qardaşı Harun da, sehrbazlar da, saray əyanları da... hər kəs öz yerin tutdu. Firon soruşdu ki, birinci kim başlamaq istəyir? Musa dedi sehrbazlar başlasınlar. Belə olduqda sehrbazlar əvvəlcədən meydanın ortasına topladıqları qamış və ip topasına sehrli sözlər oxudular. Tilsimin təsirindən qamışların hərəsi bir ilana dönüb Musanın üzərinə yeriməyə başladılar. Musa belə halla ilk dəfə qarşılaşdığından qorxub, geri çəkilməyə başlad. Bu vaxt Allahdan vəhy gəldi ki, qorxma, əlindəki əsanı yerə at. Musa atdıqda əsa əjdahaya dönərək sehirbazların ilanlarının hamısını uddu. Cadugərlər Musanın bu möcüzəsi qarşısında heyrət edərək, ona təslim olduqlarını bildirdilər. Firon bundan qəzəblənərək oradakı sehrbazların hamısının asılmasına qərar verdi. Bu əhvalat “Quran”da öz əksini belə tapmışdır: “Onlar dedilər: “Ya Musa! Özün seç. Ya sən əvvəlcə əsanı yerə tulla, ya da biz birinci tullayaq! Musa dedi: “Xeyr, əvvəlcə siz tullayın!” Sehrbazlar əllərindəkini yerə atan kimi onların sehri üzündən birdən Musaya elə gəldi ki, onların ipləri, qamışları və dəyənəkləri hərəkətə gəlib ilan kimi qarnı üstə sürünür. Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə möcüzə arasında fərq qoya bilməyib iman gətirməsin). Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını bir anda udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, qamışlarını yerli-dibli uddu. Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” ”“ deyib səcdəyə qapandılar. Firon, dedi: “Mən sizə izin verməmişdən əvvəl siz Ona iman gətirdiniz, çünki O, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fironun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” “Quran”, 20-ci surə, 65-71-ci ayələr. “Quran”da təsbit olunmuş bu hadisədə diqqət çəkən bir neçə məqam vardır. Bunlardan biri ondan ibarətdir ki, əhvalat niyə məhz 20 ədədinə bağlandı (20-ci surədə danışıldı)? Elmi-lədun araşdırmalarımız sübut edir ki, “Quran”ın düzülüşü təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Qeyd edim ki, 20 ədədi lədun elmində sehr, tilsim rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, magik təsirə (sehrə, caduya) məruz qalmış insanların yuxusuna girən ədəd ən çox 20 (!) ədədi olur. Belə adamlar səfər ərəfəsində yuxuda ya 20 nömrəli marşurutda getdiklərini görürlər, ya da kiminsə onlara 20 manatlıq əskinaslar verdiyini görürlər. Nəticədə real həyatda onların səfərləri baş tutmur (uğursuz olur), yaxud, gözlədikləri yerdən onlara pul verilmir. Bunun elmi-lədun yozumu odur ki, belə yuxu görən şəxsin magik təsir səbəbindən yolları bağlıdır. Musa əleyhissəlamla cadugərlərin qarşılaşma səhnəsində diqət çəkən digər məqam onların meydana yığdıqları ip və qamışların ilana çevrilməsidir. Sual yaranır: bu əşyalar niyə başqa heyvana deyil, məhz ilana çevrildi? Araşdırmalarımız göstərir ki, ilan neqativ auraya malik olduğundan bu gün də magiya ilə ilə məşğul olanlar ən çox bu heyvanın müəyyən orqanlarından (dərisindən və s.) istifadə etməklə insanlara neqativ təsir göstərirlər. Bu cür təsirə məruz qalan insanlar isə, yuxuda ən çox gördüyü heyvan məhz ilan olur. “(Cadugərlər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman bu kitablardan pis məqsədlə istifadə etmədiyi üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” ”“ deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə cadugərlər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirlər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirlər. Həqiqətən, onlar (cadugərlər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” “Quran”, “İnək” surəsi, 102-ci ayə. Allah əməlisaleh bəndələri şeytanların və şeytababənzər adamların fitnə-fəsadından qorusun. Amin. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Dİktatorların pİşİkdən qorxmasının sİrrİ açıldı: "Şər qüvvələr pİşİk olan otağa daxil olmurlar"9/15/2016 Moderator.az dünən böyük dövlətləri idarə edən, hətda bəzi hallarda dünyanı lərzəyə salan tarixi şəxsiyyətlərin pişikdən qorxması ilə bağlı maraqlı material vermişdi.
Məsələn, sən demə, dünyanın yarısını işğal edən Makedoniyalı İsgəndər, Roma İmperatorluğunun güclənməsinin əsas səbəbkarı olan Yuli Sezar, fransız krallar III Henri, XIV Lüdovik, Orta əsrlərdə Mərkəzi Asiyanın şəksiz lideri Çingiz xan, XX əsrə qan udduran diktatorlar Adolf Hitler, Benito Mussolini, Lavrenti Beriya da pişikdən qorxanlar sırasındadırlar. (Həmin yazını bu linkdən oxuya bilərsiniz: moderator.az/news/151492.html ) Bəs bunun səbəbi nədir? Necə olur ki, dünya onlardan qorxduğu halda onlar adi bir pişikdən qorxurlar? Əməkdaşımız suala cavab almaq üçün elmi-lədun araşdırmalar aparan yazıçı Paşa Yaquba müraciət edib. Yazıçının cavabını oxucularımıza təqdim edirik: - Araşdırmalarımız göstərir ki, pişikdən qorxma (və yaxud iyrənmə) halları neqativ təsirə məruz qalan insanlarda baş verir. Belə insanların halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən (gah yaxşı, gah da pis) olur. Yəni sabit bir fikrə malik olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez diksinib oyanırlar, qaranlıqdan və pişikdən qorxurlar, qorxulu yuxular görür, özlərinə qapanır və bəzi (ağır) hallarda intihara meylli olurlar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, neqativ təsirin əlamətlərindəndir. - Paşa bəy, insanda neqativ təsir nədən baş verir? - İnsanda neqativ əsasən bəd nəzərlərdən və yaxud magik təsirlərdən yaranır. Bunu kompüterlərimizə düşən virusla da müqayisə etmək olar. Virus kompüteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ enerji də insanın həyatını dondurur. Həmçinin, bu vaxt insanda olan məhəbbət hissi (oxu: faylı, proqramı) yox olur. Bildiyimiz kimi insanı dünyaya bağlayan yaxınlarına, doğmalarına olan məhəbbət hissidir. Məhz bu hissin sayəsində insan dünyanın bütün məşəqqətlərinə dözür, özünün və doğmalarının yaşaması uğrunda mübarizə aparır. Neqativ enerji ilk növbədə insanda məhəbbət hissinin yox olmasına səbəb olur ki, bunun yerini nifrət, kin-küdurət kimi mənfi hisslər (fayllar) tutur. Beləliklə, onu dünyaya bağlayan tellər qırılmış olur. Odur ki, bu cür təsirə məruz qalan insanlarda həyat eşqi olmur, insanlardan uzaqlaşır, ailəsindən üz döndərir, qəddarlaşır (diktatorlarda olduğu kimi), özünə qapanır və yuxarıda sadaladığım digər hallar tədricən baş verir... - Bu barədə “Quran”da məlumat varmı? - Bu mövzuda “Quran”ın “İnək” surəsinin 102-103-cü ayələrində geniş bəhs olunur. Ayələrin məzmunundan aydın olur ki, bəzi insanlar (onlara xalq arasında falçı, cadugər, elmi camiədə isə “maq” deyilir) ər-arvad arasına nifaq salmaq üçün Harut və Marut adlı iki mələkdən (şeytandan) sehr öyrənirlər... - Bəs necə olur ki, diktatorlar bu cür təsirə məruz qalırlar? - Tədqiqatlar sübut edir ki, hələ ta qədimdən günümüzədək bütün hakimiyyət başçıları, o cümlədən yuxarıda adı çəkilən diktatorlar saraylarında magiya ilə məşğul olan adamlar (cadugərlər) saxlayıblar. Onlar şahlara (indi isə, prezidentlərə) xidmət edərkən sehrdən (magiyadan) istifadə edirlər ki, bu da elmi dildə desək neqativ enerjidir. Ufologiya elmi bunu cin adlandırır ki, magik təsirlə insanın bədəninə və yaxud aurasına daxil olur. Cinlərdə isə, belə bir xüsusiyyət vardır ki, onlar pişikdən qorxurlar. Ufoloji sirlərdən hali olan adamlara məlumdur ki, cinlər, şər qüvvələr pişik olan otağa daxil olmurlar. Bunu bilən xalqlar ta qədimdən evdə pişik saxlamağı adət etmişlər. Əgər bir insana magik təsir olursa, artıq neqativ enerji (cin) ya onun aurasına, ya da bədəninə daxil olur. Beləliklə, həmin adam pişikdən qorxmağa başlayır. Diktatorların pişikdən qorxma səbəbləri də məhz bu amillə bağlıdır. Onlar ya öz yanlarında saxladıqları, da kənarda olan maqların təsiri nəticəsində bu cür hallarla üzləşirlər (özləri də bilmədən özlərinə problem yaradırlar). Onu da qeyd edim ki, pişiklərdə güclü ekstrasensor qabiliyyət vardır. Bu qabiliyyətlə onlar sahiblərini həm xəstəliklərdən, həm də kənar neqativ təsirlərdən qoruya bilirlər. Araşdırmalarımız göstərir ki, pişik öz sahibi ilə bir otaqda yatarsa, insanda olan bütün ağrıları (o yatarkən) pişik özünə çəkir. Ona görə də evində pişik olan adamlar adətən gecə oyanarkən, pişiyi ağrı nahiyyəsinə söykənmiş görürlər (amma çox hallarda insanlar bu hala əhəmiyyət vermirlər). Onu da qeyd edim ki, magiya ilə məşğul olan adamlar heç vaxt evlərində pişik saxlamırlar; ümumiyyətlə, onlar pişiklə təmasda olmurlar. - Niyə? - Çünkü maqların ətrafında daim neqativ enerji (ufoloji dildə desək cinlər) olur ki, pişikdəki aura ilə bu aura biri-birinə əks təsir edir. Yəni pişik maqa yaxın gələndə cinlər ondan aralanmaq məcburiyyətində qalırlar ki, bununla da informasiya əlaqəsi qırılır. Ona görə də cadugərlərin ətrafında heç vaxt pişik görmərsiniz. Pişikləri ən çox peyğəmbərlər və kəramət sahibləri sevərlər... |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |