Sosial şəbəkədə bəzi LGBT üzvləri tanınmış həkim, Elmi-lədun bilicisi Paşa Yaqubun müalicə metoduna istehza ediblər. Həkimin onlara yazdığı cavab çox maraqlı olub. pashayaqub.weebly.com saytı həmin cavabı öz oxucularına təqdim edir. Zəhra Kələndərova, bizdə olan bu qabiliyyət sevdiyiniz (və sevdiyimiz) İmam Hüseyndə də olub - o həzrət dua oxuyub kimin üzünə üfürərmişsə şəfa taparmış. Yəqin ki, İmam Hüseyn sağ olsaydı və bu gün xəstələrin üzünə üfürməklə sağaltsaydı sizin kimi cahillər (üzdə başını bağlayıb İmam Hüseyn deyənlər, arxada maviliyi, əxlaqsızlığı, lezbiyanlığı, geyliyi - bir sözlə, Lut qövmünün əməllərini təbliğ edənlər) ona da lağ edərdilər. Çünki mənim müalicə metodumla onunku eynidir (proqram olaraq mənə ondan keçib). Yaxud, loğman Peyğəmbər sağ olsaydı və diplomsuz falansız kimisə sağaltsaydı ona məndən daha çox lağ edərdiniz. Yaxud, Yusif Peyğəmbər indi yaşasaydı və xəstənin gördüyü yuxu ilə ona diaqnoz qoyub, sağaltsaydı ona məndən çox lağ edərdiniz. Həzrət Cəbrayıl Məryəm anamızın yaxasından üfürməklə Həzrət İsaya hamilə qalmadımı? O vaxt da sənin kimi cahillər Məryəm anamızı gözümçıxdıya salıb, gününü qara etmədilərmi? Guya həmin hadisə bu gün baş versəydi sən və sənin təmsil olunduğun "lgbt" üzvləri Məryəm anamıza mənə dediyinizin beşqatını demiyəcəkdinizmi? Yeri gəlmişkən, mənim bu üfürmek seansımla indiyədək onlarla uşaq dünyaya gəlib; hansı ki, onların anaları on illərlə hamilə qala bilmirdilər. Bu analardan bəzilərinə canlı şəkildə (klinikada), bəziləri isə, xaricdə olduğundan videoseans zamanı üfürmüşəm (Bu seanslardan sonra dünyaya gələn uşaqların bəziləri ilə valideynlərinin razılığı ilə şəkil çəkdirib paylaşmışam. sən və milyonlarla insan bunu görüb). Göydə Allah, yerdə də minlərlə insan buna canlı şahiddirlər. Belə olduğu halda mənim üfürməyimlə doğulan uşaqlarla İsa Peyğəmbərin doğulması bənzər proses deyilmi? Mənə lağ edənlər guya İsa Peyğəmbər sağ olsaydı ona da lağ etmiyəcəkdilərmi? Sizlər Allahdan gələn hər şeyə lağ etmirsinizmi? Bitkilərin çoxalma, bar vermə prosesinə baxıb heç ibrət almısınızmı? Onlar küləklə (oxu: üfürməklə) coxalıb bar vermirlərmi? Onların çoxalması ilə Məryəmin və mənim qadın pasiyentlərimin hamilə qalması (çoxalması) arasında oxşarlığı görə bilmirsənsə bunun günahı məndədirmi? Bütün kainat küləklə (küləyin tərkibində olan Efir enerjisi ilə) hərəkətə gəlmirmi? Mən üfürəndə kiçik külək yaranmırmı? Həmin kiçik küləyin tərkibində olan Efir enerjisi xəstələrin ağrısın dayandırıb, onlara şəfa vermirmi? Yeri gəlmişkən, dəfələrlə məndən videomüsahibə alıb efirə vermisən və bu seanslar vaxtı özünü də seans etmişəm (həmin seans da YouTube də var). Həmin vaxt özün etiraf etdin ki, xeyli yüngülləşdin (səsin də YouTube də durur). Həmin yungülləşmə mənim üfürməyimlə baş vermədimi? (İndiyədək məndən başqa kiminsə üfürməsi ilə yüngülləşən, ağrısı həmən yox olan birinə rast gəlmisənmi? Qüdrət ALLAHA məxsusdur) . Bütün bunları gözünlə gördüyün, şahid olduğun halda mənə lağ edəcək qədər cahillik nümayiş etdirirsəsə, səni Allaha həvalə etməkdən başqa əlimdən heç nə gəlmir. Sizlər LGBT olaraq ailə dəyərlərinə, qızların ərə getməsinə qarşı mübarizə aparırsınız, fahişəliyi, Lut qövmünün əməllərini indiki insanlara təbliğ edirsiniz, amma, çoxunuz başınızı bağlayıb, ailə qurursuz?! Sual yaranır: Ailə pis şeydirsə özün niyə ailəlisən? 2. Fahişəlik yaxşı şeydirsə özün niyə etmirsən? Özünə rəva bilmədiyini (Lut qövmünün əməllərini) xalqa niyə təbliğ edirsən? Heç olmasa pərdələndiyin hicabdan utan. Allahdan həya elə. O ki qaldı mənim ixtisasımın nə olmasına? İlahi sistemdə bunun adı kəramətdir . Bunu Rəbbim peyğəmbərlərə, imamlara və bəzi övliyalara bəxş edib. Bütün kəramət sahibləri yaşadıqları dövrdə öz kəramətlərini gizlətməyə çalışıblar. Alimlər bunu belə izah edirlər ki, qadınların ayda bir dəfə heyz olduğunu hamı bilir. Amma, heç bir qadın onu cəmiyyətə nümayiş etdirmir, çünki, həya edirlər. Kəramət sahibləri də onlarda kəramət olduğunu heç vaxt cəmiyyətə bəyan edib, bununla qürrələnməzlər, çünki, Allahdan həya edərlər. Qüdrət ALLAHA məxsusdur. Biz də öz növbəmizdə bizə bəxş olunan hikməti (kəraməti) indiyədək psixoterapevt, parapsixoloq və s adlar altında gizlətməyə çalışmışıq. Çünki, bütün dövrlərdə cəmiyyətdə sizin kimi cahillər üstünlük təşkil edirlər. İstəmirik ki, Allahın hikməti onların dilində müzakirə mövzusu olub, ucuzlaşsın. Yadıma Zünnun Misri ilə bir gəncin əhvalatı düşdü. Əhvalat belə olmuşdur: Bir gənc Zünnun Misrinin yanında övliyaları inkar etdi. Zünun barmağındakı üzüyü çıxarıb gəncə verdi ki, apar bunnu çərçi bazarında 10 qızıla sat gəl. Gənc birazdan qayıtdı ki, çərçilər bu üzüyə bir gümüşdən artıq vermədilər. Zünnun dedi indi bu üzüyü apar ləl-cəvahirat bazarına, gör orada nə verəcəklər? Gənc birazdan qayıtdı və heyrət içində dedi ki, ləl-cəvahirat satanlar bu üzüyə min qızıl təklif etdilər. Zünnun dedi mənim bu üzüyü satmaq fikrim yoxdur, sadəcə bu üzüyə kimin hansı qiyməti verəcəyini sənə göstərmək istəyirdim. Sənin övliyalara qiymət verməyin, çərçilərin bu üzüyün dəyərini bilmələri kimidir. Saytımızım "Sizdən Gələnlər" bölməsində Paşa Yaqub həkimin sağaltdığı xəstələrin ürək sözləri və təəssüratları var. Arzu edən hər kəs bu bölməyə keçib baxa bilər və həkimin müalicə metodları və nəticələri ilə tanış ola bilər. Həmin bölməyə keçid üçün link: https://pashayaqub.weebly.com/sizd601n-g601l601nl601r.html
0 Comments
“Keşişlərin, rahiblərin və mollaların bir çoxları insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər” “Quran”. Oxucularımın ən çox ünvanladığı suallardan biri də siğə ilə bağlıdır. Yəni, bu məsələnin qanunlar toplusu olan “Quran”da öz əksini tapıb-tapmaması ilə bağlı suallar verilir. Sualların çoxluğunu nəzərə alıb, yazımı bu mövzuya həsr etmək qərarına gəldim. Öncə qeyd edim ki, siğə İslam dini və onun müqəddəs qanunlar kitabı olan “Quran”la heç bir əlaqaəsi olmayan, iyrənc bir haldır. Çünki, bu barədə Allah-təala buyurur ki, qadın bir kişidən ayrıldıqdan sonra üç ay gözləyib, bu müddətdə üç dəfə heyz görməsə başqa bir kişiylə əlaqədə ola bilməz: “Boşanan qadınlar üç dəfə heyz görüb təmiz-lənincəyə qədər başqa ərə getməyib gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıb-larsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.” (“İnək” surəsi 228) “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşa-yın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allah-dan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) ”. “Boşan¬ma” surəsi 1-5-ci ayələr Üç aylıq gözləmə müddəti ona görədir ki, qadın dünyaya uşaq gətirərsə, körpənin atası barədə cəmiyyətdə şübhə yaranmasın. İran mollaları “Quran”ın bu hökmünü pozurlar. Görəsən bir qadını gündə bir və yaxud ber neçə kişiyə siğə edən mollalar gələcəkdə doğulacaq uşağın atasını müəyyən edə biləcəklərmi? Bu gün dünyada fitnə-fəsad törədən adamlar elə bu cür qarma-qarışıq şəkildə dünyaya gələnlər (zinadan törəyənlər) deyilmi?! Bunu gördükləri halda özünə “din xadimi” deyənlər bu cür iyrəncliyə necə rəvac verirlər?! Bu cür fitnə-fəsada rəvac verənlər pis niyyətlərini pərdələmək üçün “Qadınlar” surəsinin 24-cü ayəsindən istifadə etməyə çalışırar (daha doğrusu ayəni siğəyə işarə kimi şərh etməyə çalışırlar). Amma, ayəyə açıq gözlə nəzər saldıqda burada heç bir siğədən falandan söhbət getmədiyinin şahidi oluruq: “Sahib olduğunuz (cariyələr) istisna olmaqla ərli qadınları almaq sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. İstifadə etdiyiniz (evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. İran mollaları ayədəki “istifadə etdiyiniz” ifadəsini siğə zamanı istifadə etməyə yozurlar. Əslində isə, burada evlənərək, həyat yoldaşı kimi istifadə olunan qadından söhbət gedir. Son günlər KİV-də yayılmış bir xəbər diqqətimi çəkdi. Xəbər bundan ibarətdir ki, İranda açılmış yeni sayt siğə xidməti göstərir. Yəni, əks cinsə ehtiyacı olan insanlar bu sayta müraciət etməklə və lazımi vəsaiti (təqribən 60 dollardan 500 dollara qədər) ödəməklə bir saatdan 99 saata qədər qadın “kirayələyə” (onların təbirincə desək siğə edə) bilərlər. Həmin saat başa çatdıqdan sonra isə, həmin qadını başqa bir kişıyə... və s. siğə edirlər. İran qapalı və ciddi rejimli bir dövlət olduğundan, bu cür saytların xidməti özfaliyyət olması mümkün deyildir. Deməli, bu saytın qadın kirayələmə xidmətinə dövlət (İran həm də şəriət qanunları ilə idarə olunur.) qanunları icazə verir. Qeyd edim ki, bundan əvvəl də İran qanunarı bir neçə saatlıq qadın siğə etməyə icazə verir və bu ölkədə bu cür hallar demək olar ki, dəbdədir. Bütün bunlar şəriət adıyla insanlara sırındığından məsələyə münasibət bildirmək qərarına gəldim. Sayt vasitəsi ilə, yaxud, real həyatda bir qadını saat, gün hesabı ilə kişilərin ixtiyarına verən mollanın priton kassirindən nə fərqi oldu? Fərqi varsa göstərin! Pritona girənlər saat hesabı pul odəyib çek alırlar, mollalar da eyni qayda ilə cinsəl təlabatını ödəmək istəyənlərdən pul alıb, “siğə” kağızı (oxu: çeki) verirlər. Saat bitəndə hər iki kağız qüvvədən düşür və zibil qabına atılaraq, hər kəs öz işinin dalınca gedir... Açıq demək lazımdır ki, belə ölkələrdə mollalar “siğə” adı altında qadın ticarətinə nəzarət edirlər. Ona görə də bu sahədə qanunları sərtləşdirirlər ki, heç kəs cəsarət edib mollanın icazəsi (çeki) olmadan bir qadına yaxın durmasın. İran qanunlarında belə hal daşqalaq olunmaqla nəticələnir. Mollanı “gördükdə” isə, heç bir məhdudiyyət yoxdur. Necə deyərlər: “Kəndxudanı gör, kəndi çap”. İslam dini eyni vaxtda birdən dördə qədər qadınla evlənməyə icazə verir; bir şərtlə ki, onların hamısı eyni hüquqlu olsun – birinə az, birinə çox, qayğı göstərilməsin və müddətlə evlənilməsin: “...sizə halal olan (bəyəndiyiniz) başqa qa-dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyil-sinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” (“Qadınlar” surəsi 3-cü ayə) Müşahidələr göstərir ki, qadınların bütün tələbatı ödənərsə, birdən artıq kişiylə yaşamağa meyilli olmurlar. Kişilərdə isə əksinə, nə qədər tələbatları ödənsə də, yenə də müxtəlifliyə meyilli olurlar. Bu da kişi ruhunun xüsüsiyyəti ilə əlaqə-dardır. Allah-təala yaratdığı varlığın xüsusiyyətini nəzərə alıb, qanun Kitabında (“Quran”da) bir kişinin eyni vaxtda dördə qədər qadınla nigahlanmasına icazə verir. Dövlətlərin qanun yazanları insanlar üçün qanun yazarkən, bundan nümunə götürüb, cinslərin xüsusiy¬yətlərini nəzərə almalıdırlar ki, cəmiyyətin nizamı pozulmasın. Suallar gəlir ki, nigah əslində necə bağlanmalıdır? “Quran” bu mövzuda nə deyir? Allahın buyurduğuna görə istər nigah bağlananda, istərsə də pozu¬landa bu ən azı iki nəfər şahidin qarşısında elan olunmalıdır ki, Allah qəbul etsin. Şahidsiz bağlanan nigahlar İslamda qəbul olunmur və zina sayılır. “...içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.” (“Boşanma” surəsi, 2) “Quran”ın heç bir ayəsində yazılmayıb ki, nigah bağlanarkən, yaxud, pozularkən buna molla hansısa bir sənəd (kəbin, siğə və s.) verməlidir. Müqəddəs kitabda bu işləri edərkən (ən azı) iki şahid tutun deyir. Sual olunur ki, bəs niyə indiyədək bu işləri mollalar həyata keçiriblər? Nəzərə almaq lazımdır ki, daha əvvəllər ölkəmiz şəriət qanunları ilə idarə olunub və qazilik insitutu mövcud olub. Bu insitut indiki VAAQ və məhkəmə funksiyasını yerinə yetirirdi. Ona görə də həmin dövrlər evlənənlər qazinin yanına gəlib evliliklərini rəsmləşdirirdilər ki, gələcəkdə aralarında mülk mübahisəsi yaranarsa, qazinin verdiyi möhürlü sənədlə bu mübahisələri həll etsinlər. Qazi iki nəfərin şahidliyi ilə onların nigahın rəsmiləşdirib, bu barədə möhürlü sənəd verirdi (şahidlər öldüyü halda sənəd qalırdı). Göründüyü kimi, burada qazinin verdiyi kəbin kağızı ancaq hüquqi sənəd sayılırdı və gələcəkdə mülkü mübahisələri həll edirdi. Qadınla kişinin biri-birinə halal olması, yəni, nigahın Allah dərgahında qəbul edilməsi üçün isə, iki nəfərin şahidliyi təmin edilirdi. İndi həmin funksiyanı VAAQ şöbələri həyata keçirir və burada da nigah və boşanma prosesi iki nəfərin şahidliyi ilə həyata keçirilir. Bu tamamilə normal, həm dövlət, həm də şəriət qanunlarına uyğun bir prosesdir. Amma, təssüflər olsun ki, insanlarımız qədimdə mövcud olmuş molla idarəçiliyini unuda bilmədiklərindən, indi də onlardan kağız almaq adətini tərgidə bilmirlər. (Burada yadıma xalq arasında işlənən: “İt əl çəkdi, motal əl çəkmədi” məsəli düşdü.) Bunun bir ziyanı olmasa da heç faydası da yoxdur. Çünki, bu gün mollaların verdiyi kəbin kağızı ilə VAAQ şöbəsinin verdiyi nigah şəhadətnaməsinə baxsanız, eyni sözlərin yazıldığını görərsiniz. Sadəcə, biri Azərbaycan, digəri Ərəb dilində yazılıb. İnsanların avamlığından, “Quran”dan bixəbərliyindən və qədimlərdə mövcud olmuş adətləri tərgidə bilməmək mərəzindən İran mollaları bu gün sui istifadə edirlər. Qadınları saat hesabı siğə adı ilə kirayəyə verərək, küllü miqdarda pul qazanmaları da, bu qaydanı pozanlara ölüm hökmü kəsmələri də insanların avamlığından irəli gəlir. Görünən odur ki, mollalar İslam dinindən qadın ticarətini nəzarətdə saxlamaq üçün istifadə edirlər. Belə olmasaydı onlar öz qızlarını və yaxud ailələrinə mənsub olan qadınları bir neçə saatlığa siğəyə verərdilər. Heç bir molla buna razı olmur!? Adama deyərlər ki, özünə rəva bilmədiyini başqasına necə rəva bilirsən?! Budurmu sənin dinin? Heç görmüsənmi, eşitmisənmi sənin Peyğəmbərin, hansısa imamın özünə rəva bilmədiyini başqalarına rəva bilə? Elə isə sən kimin yolundasan? Şeytanınmı? Bəzi mollalar bu cür yaramazlığa haqq qazandırmaq üçün cəmiyyətdə pozğunluğun, fahişəliyin artmasını bəhanə gətirirlər. Deyirlər ki, biz siğə etməsək də onsuz da o adamlar gedib cinsi əlaqədə olacaqlar. Bu arqument çox gülməlidir. Belə çıxır ki, mollalar əxlaqsızlığa “İslam” donu geydirməyə çalışırlar, onu “şəriət” pərdəsi ilə pərdələyirlər. Bu lap pisdir. Olmazmı ki, siz o cür niyyətlə müraciət edənlərə “Quran”la öyüd-nəsihət verəsiz və onlara ömürlük nigah bağlamağı tövsiyyə edəsiniz? Özünüz də bu müqəddəs işə şahidlik və vasitəçilik edəsiniz! Niyə məhz Allahın bəyənmədiyi işlərə şahidlik və vasitəçilik edirsiniz?! Əgər həqiqi din xadimisinizsə başqalarının övladlarına da öz övladınız kimi baxıb, düzgün yol göstərməli deyilsinizmi?! Sizlərdən fərqli olaraq mən həm öz övladlarıma, həm də oxucularıma üzümü tutub deyirəm: əgər siz günah qazanmaq istəmirsinizsə və Allahın razı qaldığı (bəyəndiyi) bir həyat yaşamaq istəyirsinizsə, onda İran mollalarının dediklərinə yox, Allahın “Quran”da buyurduqlarına əməl edin. Bəyəndiyiniz biri ilə evlənmək istəyirsinzisə və dövlət qanunları buna yol vermirsə, onda hər tərəfdən (həm qız, həm oğlan) azı iki şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin. Üzərinizə şəriətə müvafiq öhdəlik götürün. Ən əsası odur ki, bu nigahı müddətsiz bağlayın. Ailəniz namusunuzu qoruyursa, nigahınızı heç zaman pozmayın. Belə etsəniz Allah sizi mollaların əlində kirayə vasitəsi olmaqdan qoruyar və üzünüzə səadət qapısı açar. Yetər ki, siz öz ədəbiniz, əxlaqınız və yaşam tərzinizlə bu sədətə layiq olasınız. Allah hamınızı xoşbəxt eləsin. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq”. Quran. Xəbər verildiyi kimi dünən (20.02.24) Səlyan-Şirvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu qəzaya uğradı. Nəticədə səkkiz nəfər xəsarət aldı (yaralılara Allahdan şəfa diləyirik). Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə təsdüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir və Allahdan Azərbaycan xalqına və onun zalım rəhbərlərinə növbəti xəbərdarlıq mesajıdır. Bunu sübut edən hesablamaları təqdim edirik: 1) Qəza baş verəndə keçən ilin 29 oktyabrında baş verən Ay tutulmasının 114-cü günüdür ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahın elminə bağlı olduğunu sübut edir. 2) Yadınıza salaq ki, keçən il mayın 10-da Bakıxanov qəsəbəsi Anaşkin küçəsində yataqxana partlaması nəticəsində ölənlər və yaralananlar olmuşdu. Dünən həmin partlayışın 286-cı (!) günü idi ki, bu da avtobus qəzası ilə partlayışın əlaqəli olduğunu və hər ikisinin Allahdan xəbərdarlıq mesajı olduğunu sübut edir. 3) Səlyanda baş verən avtobus qəzası özündən əvvəlki analoji hadisələrlə riyazi yolla əlaqələnir. Xatırladaq ki, 13.10.2021-ci il tarixdə (ilin 286-cı günü) Bakıda 171 saylı marşrut avtobusu yük maşını ilə toqquşdu və nəticədə 5 nəfər ölüb, 21 nəfər yaralandı. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, dünən həmin hadiənin 858-ci günü idi və bundan orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, yenə də Yaradanın rəqəmsal möhürü sayılan 286 ədədi alınar: 858 – 286 – 286 = 286 4) Dünənki avtobus qəzası Şirvanda hərbi zavodun partlaması (28.09.2018) ilə də riyazi yolla əlaqələnir. Belə ki, bu iki hadisə arasında 1968 gün fərq vardır ki, bundan da Quranın səhifələrinin sayını (286) çıxsaq tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisələrin tövbəyə çağırış olduğunu sübut edir: 1968 - (286+286+286) = (555+555) 5) Hadisənin Səlyanda baş verməsi də təsadüfü deyildir. Belə ki, qəza baş verəndə saat fərqini nəzərə almaqla, ilin 52-ci günü idi ki, bu da Səlyanın rəmzidir (seriyasıdır). və s. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, Səlyanda baş verən avtobus qəzası tək bu rayona aid olmayıb, bütövlükdə çox hissəsi yolun azmış Azərbaycan xalqına və onun zalım rəhbərlərinə Allahdan bir xəbərdarlıqdır ki, tövbə edib, doğru yola dönsünlər. Bir-birlərini tərəzidə aldatmasınlar, haramdan, zinadan və s günahlardan əl çəksinlər. Rəhbərlər xalqın malına göz dikməsinlər, rüşvətdən, korrupsiyadan, xalqa yersiz yerə əziyyət verməkdən, zülm etməkdən çəkinsinlər; etdikləri bu cür günah əməllərə görə tövbə edib, xalqdan və Yaradandan üzr diləsinlər. Əks halda çox ağır bəlalarla üz-üzə qalacaqlar və güvəndikləri böyük mafiyalar, sonsuz sərvətləri onları Allahın əzabından qurtara bilməyəcək! “Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün günahkar cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!) “. Quran, 32:13 Xəbərdarlıqları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Məktəbli qızın öz həmcinsinə qarşı şiddət videosunu görəndə yadıma Moskvadan gələn bir pasiyentimin yaşadığı hallar düşdü (yazıram ki, belə halların qarşısını necə almaq lazım olduğunu biləsiz). Deməli, Moskvadan gələn təxminən 35 yaşlı xanım depressiyadan əziyyət çəkirdi. Deyir 17 ildir ailə qurub Moskvaya getmişəm, ora gedəndən bir gün də olsa üzüm gülməyib, ürəyim açılmayıb... Bu illərdə Moskvada elə bir klinika qalmayıb ki, mən oradakı psixoloqlardan, nevroloqlardan, psixatrlardan...müalicə almayım, karusel kimi klinikaları fırlanıram. Hətta, elə klinika var ki, orada müxtəlif illərdə 5-6 dəfə müalicə almışam. Ürəyimın sıxılması keçmir ki, keçmir... Elə birinci seansımda sinəsindəki sıxıntı keçdi və yanındakılarla deyib-gülməyə başladı. Birdən şaqqanaq çəkib güləndə sual verdim ki, yadına sal gör axırıncı dəfə nə vaxt belə ürəkdən gülmüsən? Dərin fikrə getdi, dedi Atamın canı axırıncı dəfə bu cür gülməyim 17 il öncə ata evində olduğum vaxtlar olub, ailə qurub Moskvaya gələndən hələ gülməmişəm. Sonra qayıtdı dedi: "Okazıvaetsa" Moskvada həkim yox imiş. Dedim həkim var, ancaq onlar ruhla bağlı problemləri aradan qaldıra bilmirlər. İndi keçək əsas mətləbə Sonra həmin xanım qəbuluma 15 yaşlı qızını gətirdi. Dedi bu qıza bütün sinif yoldaşları şiddət göstərirlər. Sinifi dəyişirik, yenə həmin sinifdə şiddət təkrarlanır, məktəbi dəyişirik, xeyri yoxdur, eyni vəziyyətdir... Elə olur ki, ildə iki dəfə məktəbi dəyişirik, 5-6 dəfə sinifi dəyişirik, amma yenə də vəziyyət dəyişmir; bütün məktəb uşaqları bu qızı qısnayırlar, vururlar..., artıq uşaq dərsə getmək istəmir... Hətta, qonşu uşaqlar da bu qızla oynamaq istəmirlər, eyni şiddəti göstərirlər... Nə isə, bununla da seanslara başladım. Üç seansdan sonra qız dedi qonşu uşaqlar mənə mesaj yazırlar ki, hardasan, niyə görsənmirsən....? Bir müddətdən sonra sinif yoldaşları mesaj yazmağa başladılar... Yay tətili bitəndən sonra ailə Moskvaya qayıtdı və mənə yazdılar ki, hər şey əladır, qız da sinif yoldaşları ilə çox mehribandır? Sual verəcəksiniz ki, nə baş vermişdi ki, qıza qarşı hər yerdə belə şiddət götərilirdi? Bunun sirri odur ki, ana ailə qurub Moskvaya gedən kimi, ərinin gəzdiyi əvvəlki rus qadınları bunü qəbullana bilməyiblər... Hər tərəfdən neqativ enerji ötürməyə başlayıblar ki, qız xəstə düşsün və hardan gəlibsə, ora da qayıdıb getsin. Ötürülən neqativ enerjilər qadını depressiyaya salıb, ürəyi sıxılıb, səbəbsiz yerə daim ağlayıb... Bu arada hamilə qalıb və hamiləliyi də eyni qaydada ürək sıxılmaları, ağlamalarla keçib... Nəhayət bu qız doğulub. Anada olan bütün neqativ enerji bərindəki uşağa da hopub. Uşaq necə deyərlər çiləli (elmi dildə desək neqativ enerji ilə) doğulub. Həmin qızı sinif yoldaşları, qonşu uşaqlar görəndə qıcıqlanırlar və əsəbləşirlər; bir pislik etmək istəyirlər... Nəticədə ana klinikaları, qızı isə məktəbləri karusel kimi 17 ildir fırlanırdılar... Nəhayət, biz onları narahat edən neqativ enerjidən təmizlədikdən sonra rahat yaşamağa başladılar. Yeri gəlmişkən, ananın özünə də ailədə yoldaşı tərəfindən, işdə rəhbərlik tərəfindən şiddət göstərilirdi, daim evdə dava dalaş idi. Seanslardan sonra bu da aradan qalxdı. İndi cəmiyyətdə belə hallar olduqca çoxalıb. Bəzi valideynlər məktəbi, müəllimi qınayır, bəziləri şikayət edir...amma, heç nə dəyişmir, hara getsə uşaq qısnamaya məruz qalır... Yazdım biləsiz ki, belə hallar nədən yarandığını və necə aradan qaldırılmalı olduğunu biləsiz. Vaxtında tədbir görülməsə uşaq işləyəndə, ailə quranda da (o halda ailə qurmaq da çətinləşir və ancaq özü kimi neqativ enerjili adamla ailə qura bilir) şiddət daha kəskin formada davam edir.... Zəruri qeyd: adətən valideynlər bu cür uşaqları bizim qəbulumuza gətirməkdə çətinlik çəkirlər. Belə hal yarananda əgər ana bizim pasiyentimiz olarsa, uşağı neqativ enerjidən təmizləmək problem olmur... Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi - Hörmətli Paşa Doktor, vallah əziyyət çəkib bu qədər həqiqətləri, ibrətamiz kəlamları yazdığınız vaxta heyfiniz gəlsin. Sizin yazılarınızın izləyicisi kimi demək istəyirəmki , sizin bu həqiqətləri ünvanladığınız şəxs üçün bu yazılar və hətda 18 min aləmləri yaradan Xaliqin özü belə o şəxslərə (əstəxfirullah) vız gəlir. Çünki ölkəmizdə baş verən, nəinki yazdığınız fəlakətlər, hətda bütün ölkə od tutub yansa belə onların sərvətlərinin milyonda biri belə azalmır. Yenə də olan bu məzlum xalqa olur, sanki, (haşa) qurban olduğumun da bunlara gücü çatmır... Cavab: - Bəy, yanılırsınız. bunlar Fırondan, Nəmruddan güclümü olacaqlar? Əsla. Allah istəsə bir saniyə ərzində bunları məhv edər və hakimiyyətlərinə də xitam verər. Sadəcə, bunlar cəmiyyətin hazırda 90 faizini təmsil edirlər. Yəni o qədər əhali bunlar xasiyyətdə, yaxud bunlardan daha pis, daha zalım xasiyyətdədir. Hökm veriləndə bu qəbildən olan insanlar üçün veriləcək. Həmin hökm indi verilərsə gərək on faiz əhali sağ qala, qalanlar qırıla. Odur ki, Rəbbim səbirlidir, istəyir ki, xəbərdarlıqlarla, təbliğatla, heç olmasa xilas olanları azı 29 faizə qədər yüksəldə. Həm də Quranda buyurduğuna görə bu xəbərdar olunmalar ona görədir ki, qiyamət günü zalımlar deməsinlər ki, biz səhv yolda olduğumuzu bilməmişik (din xadimləri -şeyx, mollalar və s nə ediblərsə biz də ondan etmişik. Onlar bizə deməyiblər ki, səhv yoldasınız. Desəydilər mütləq biz düz yola qayıdardıq). Bizi Allah adından xəbərdar edən olsaydı Allah deyəni edərdik.... Həm dünyəvi, həm də İlahi qanunlara görə insana birdən birə ağır cəza vermək olmaz; mütləq xəbərdarlıqlar, xırda cəzalar verəndən sonra ağır cəzaya keçilir. Həm də əhalinin bir qismi bu xırda cəzaları görüb, tövbə edir və böyük bəla gələndə məhv olanların sayı bir qədər azalar (90-dan təxminən 70-ə düşür). Ölənlərin də o dünyada bəhanələri kəsilər. Daha deyə bilməzlər ki, xəbərdarlığı eşitməmişik, deyən olmayıb falan... Onlara deyəcəklər ki elm verdiyimiz bəndəmiz (məsələn, Paşa Yaqub) üç gündən bir xəbərdarlıqları elmi cəhətdən əsaslandırılmış şəkildə sizə çatdırırdı. Siz isə oxuyub, qulaqardına vururduz, indi girin əbədi cəhənnəmə.... Odur ki, bizim missiyamız səbrlə və mədəni şəkildə bu xəbərdarlıqları xalqa və zalım rəhbərlərə çatdırmaqdır... Hökm Allahındır... Bildiyim qədər yuxarılar hamısı xəbərdar olunublar (artıq məlumatlıdırlar). Amma, aşağılar (tarlada toxum səpənlər, dağda qoyun otaranlar...) Kifayət qədər xəbərdar olunmadıqlarına görə bu iş bir qədər ləngiyib. Bildiyim qədər bu da çox uzun vaxt çəkməyəcək, yaxınlarda elə hadisələr baş verəcək ki, onun açmasını verəndə xalq tam xəbərdar olacaq. Ondan sonra hökm (111:1) veriləcək və iş tamam olacaq. Qüdrət ALLAHA məxsusdur. Başqa peyğəmbərlərin qövmlərinin sonu necə oldusa (peyğəmbərin dəvətini qəbul edənlər xilas olub, digər çox hissə məhv oldu) bizim də sonumuz elə olacaq. Elmi-lədun hesablamama görə bizim çağrışımızla 29 faiz xilas olacaqdır... Söz ardı: Kim övladlarının, yaxınlarının xilas olanların içərisində olmağını istəyirsə mənim paylaşdığım Elmi-lədun hesablamaları kopya edib onların vatshapına göndərsin. Əgər o şəxsin azacıq ağlı varsa yazını oxuyandan sonra günahlardan çəkinəcək və xilas olacaq. Beləliklə, sizlər də ən azından öz doğmalarınızın, dostlarınızın xilaskari olacaqsız və böyük savab qazanacaqsız.... Hörmətlə: Dr. Paşa Yaqub “Göylərdə və yerdə neçə-neçə əlamətlər vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər)”. Quran, 12:105 Ötən yazılarımızda təqdim etdiyimiz hesablamalardan aydın olurdu ki, Qurana dövlət səviyyəsində and içib, əməl edilməməsi Azərbaycanda bir çox yanğınlara və faciələrə səbəb olub. Hesablamalardan o da görünürdü ki, baş verən faciəvi hadisələr andiçmə mərasiminə 114 və 286 ədədləri ilə bağlanırdı ki, birinci Quranın surələrinin, ikinci isə, səhifələrinin sayı olmaqla, Yaradanın rəqəmsal möhürü sayılırlar və bütün faciəvi hadisələrin üzərinə “vurulur”lar. Bugünkü yazımız isə, 555 ədədi üzərində qurulacaqdır. Yəni, dövlət səviyyəsində andiçmədən sonra 555 gün periodla baş verən yanğın və dağıntıların hesablamalarına nəzər salacağıq. Bunu nəzərə alıb, əvvəlcə 555 ədəinin hikmətini açan bir düsturu diqqətinnizə çatdıraq. - Kainatın 4 cəhətdən; - Təbiətin 4 fəsildən ibarət olmasını; - İnsanın 4 ünsürdən yaranmasını; - Quranın 4-cü Səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi “Quran”da bəşəri dəyərlər, mülayimlik rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə, 9 rəqəmi ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, ...... 109) surələrdəki ayələri cəmləsək 555 ədədi alınır: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 – 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, müqəddəs kitab mülayimliklə sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: “Həqiqətən, Rəbbin insanların zülmlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!” Düsturdan göründüyü kimi, 555 ədədi tövbə və cəza rəmzi olmaqla, əsasən günahkarlara xəbərdarlıq hadisələinin üzərində görünür. Bu hikməti anladıqdan sonra, diqqətinizi üçüncü andiçmənin 555-ci günləri Azərbayvanda baş verən faciəvi hadisələrə yönəltmək istəyirik. 1) Üçüncü andiçmə mərasiminin 555-ci (!) günü Bakı-Böyükkəsik qatarı qəzaya uğradı (28.04.2015). Bu səbəbdən həmin istiqamətdə gün ərzində bütün qatarların hərəkəti dayandı (dəmir yolu iflic oldu). 2) 4 noyabr 2016-cı il tarixdə “Günəşli” yatağında 10 nömrəli estakada dağıldı. Həmin gün üçüncü andiçmənin 1110-cu günü idi ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də cəza rəmzi olan 555 alınır və hadisnin qurana and içib, əməl etmədiyinə görə gələcək bəlaların xəbərdarlığı olduğu görünür: 1110 – 555 = 555 3) 2022-ci ilin 10 dekabrında DSX-nin İ.Ə formasında tikilmiş Akademiya binasında yanğın baş verəndə Qurana üçüncü dəfə əl basılmasından 3.330 gün keçirdi ki, bundan da tövbə və cəza rəmzini (555) çıxanda, yenə də tövbə və cəza rəmzi alınır və günahlara son qoyaraq, tövbə etməyin vacibliyi mesajını verir: 3330 - (555+555+555) = (555+555+555) Bu düsturu bədii dilə çevirsək: “tövbə, tövbə, tövbə” kimi oxunar. və s. NƏTİCƏ: 555 ədədi həm də “Əbu-Ləhəb” surəsinin hasilidir. Hansı ki, həminn surədə Rəbbim “Əbu-Ləhəbin əli qurusun! Qurudu da!” (111:1) hökmünü verir. Surənin sıra nömrəsini (111) ayələrinin sayına (5) vurduqda 555 ədədi alınır ki, bu da yuxarıda bəhs etdiyimiz tövbə və cəzanın sonudur. Yəni, insan Allahdan gələn xəbərdarlıqlara məhəl qoymayıb, günahlarını davam etdirərsə, sonda bu hökmlə (111:1) üzləşə bilər! Bütün bunları nəzərə alıb, vəzifəsindn aslı olmayaraq bütün insanlarımız tövbə edərək, günahlardan çəkinməlidirlər. “And olsun ki, Biz sizin kimiləri çox məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” Quran, 54:51 Xəbərdarlıqları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Uşağınızın əsəbi doğulmasını istəmirsinizsə bunlara əməl edin Neçə illərdir ki, ruhi-əsəb xəstələri ilə (o cümlədən autizm sindromlu, əqli geriliyi olan uşaqlarla) işləyirəm. Təcrübəmdən bilirəm ki, bu cür xəstəliklərin yaranma səbəbi ilk növbədə xəstənin anasıdır (sizə qəribə gəlsə də belədir!). Yəni, ana hələ gənc olanda, (bu əsəb xəstəsini dünyaya gətirməzdən qabaq, ola bilsin qız vaxtı) ona neqativ enerji ötürülür. Bu enerji ilk vaxtlar onu gecələr diksindirir, qorxu, həyəcan, panika, nevroz... yaradır. Baş, çiyin, onurğa və s ağrıları olur. Süd vəzilərində və analıq orqanlarında müxtəlif problemlərdən (kistalar, mastapatiya, miomatik düyünlər...) biri, yaxud, bir neçəsi yarana bilir. Qorxulu yuxular (ilanlar, vəhşi heyvanlar...) görür. Yuxuda boğulmalar, qarabasmalar, yatarkən üstünə ağırlıq çökdüyünü hiss edir, depressiv hallar keçirir. Lakin, bunların fərqinə varmır. Nəhayət, bütün bu neqativ əlamətlərlə birlikdə, hamiləliyi səbəbsiz ağlamalarla, əsəbi halda başa vurur və dünyaya neqativ enerjiyə yoluxmuş uşaq gətirir. Uşaq əsəbi böyüyür, çox hallarda skalyozu və s problemləri olur. Bu cür gərgin keçən hamiləlikdə çox hallarda autizm sindromlu, yaxud, əqli geriliyi olan uşaqlar doğulur. Bunlar olmadıqda, həmin uşaq yetkinlik yaşına çatan kimi bütün problemləri çox yüksək qabarır, əsəblərini cilovlaya bilmir.... Ana hələ də başa düşmür ki, günahkar onun viruslu (neqativ enerji dolmuş) bətnidir; doğmaqda davam edir. Bu cür anaların ən çox birinci uşağında əsəb problemi olur. Və həmin birinci uşaq illərlə psixatr müalicəsi alsa da faydası olmur... ...Birinci uşağı doğandan sonra ana bir az rahatlanır. Çünki, bədənindəki neqativ enerjinin çox hissəsini birinci uşaqla bərabər atır – yəni, ilk övlada ötürür. Sonrakı hamiləliklərində səbəbsiz ağlamır, az əsəbləşir.... Doğulan sonrakı uşaqlarda da problem az olur. Lakin, birinci uşaq ya autizmli olur, ya da bir az böyüyəndən sonra başlayır anasını ağlatmağa... Yəni ana hamiləlik dövründəki kimi səbəbsiz ağlamasa da, birinci doğduğu uşağa baxıb ağlayır. Yəni, uağın o qədər böyük dərdləri olur ki, ana ona baxıb daim içində ağlayır. Amma, nə edəcəyini bilmir. Tibb elmindən, kimyəvi dərmanlardan başqa heç bir vasitə haqqında doğru düzgün məlumatı yoxdur; falçılara da gedəndə dəfələrlə aldadıblar.... Artıq heç nəyə inanmır. Bir qədər psixotrop dərmanlardan yedizdirir... Dərmanların təsirindən uşaq daha da süstləşir, sevgi hissi olmur, key kimi gəzir, ya da bir küncdə oturur, bir çox hallarda cinsin tanımır. Dərmanını kəsəndə əsəbləşib, valideynlərini döyür.... Böyüdükcə güclənir və idarəolunmaz vəziyyətə gəlir... Nəhayət, bizim haqqımızda eşidib, qəbulumuza gəlirlər. Öncə qeyd edim ki, bu cür əsəb (yaxud autizm sindromlu) xəstələri ilk seanslarda bizi yaxın buraxmaq istəmirlər, mümkün qədər müqavimət göstərməyə çalışırlar. Bunun səbəbi odur ki, onlarda neqativ enerji çox güclü olur. Biz ona müsbət enerjini (Efir enerjisini) ötürəndə ondakı mənfi enerji ilə toqquşur. Xəstə iki əks enerjinin arasında qalıb sıxılır. Bu hal onu əsəbləşdirir. Ancaq bu hal (sıxılma) hər seansda bir qədər azalır. Getdikcə onun bədənində neqativ enerji azaldıqca (kiçildikcə) müqavimət və sıxılma da azalır. Beləliklə, üç seansdan sonra demək olar ki, xəstə ciddi müqavimət göstərmir. Ona görə də valideynlər bir qədər səbirli olub, bizə vaxt tanımalıdırlar. Xəstənin yox, həkimin sözünü əsas götürüb, məsləhətlərimizə qulaq asmalıdırlar. Belə etsələr, ruhi-əsəb dispanserlərində nə qədər xəstə varsa, hamısını az vaxtda sağaltmaq mümkündür. Amma, hanı elə ağıllı, dünya görüşü olan valideyn? Ağıllı və dərrakəli valideynin uşağı əslində heç ora düşməzdi; əzəldən (qız vaxtı, yaxud hamiləlik dövründə) çarəsini tapa bilərdi. Dünya görüşü yetərincə olan valideyn bilərdi ki, ruhi xəstəliyin tibbə aidiyyəti yoxdur. İnanmırsınızsa əsəb dispanserindən çıxanlarla maraqlanın, görün son əlli, yüz ildə oradan çıxanlardan bir iş-güc sahibi olanlar, ailə dolandıranlar varmı? Belə xəstə uşaqların doğulmasına səbəb cəmiyyətin (özəlliklə də qadınların) enerji sahəsində maariflənməməsidir. Maariflənsəydilər niyə səbəbsiz ağladıqlarının, qarabasmalarının və s yuxarıda sadaladığım halların nəyin əlamətləri olduğunu, necə aradan qaldırmaq lazım olduğunu bilərdilər. Onda uşaqları da əsəbi doğulmazdı və indi onlara baxıb ağlamazdılar... (Bu yazını yazmaqda məqsədimiz insanları bu sahədə maarifləndirməkdir). Son dövrlər əsəbi və autizm sindromlu doğulanların sayı niyə artır? XX əsrin 80-ci illərindən sonra autizm sindromu ilə (yaxud əsəbi) doğulan uşaqların sayında kəskin artım müşahidə edilməkdədir. Təxmini hesablamalara görə hazırda doğulan körpələrin üçdən biri autizm sindromundan, yaxud əsəb xəstəliyindən əziyyət çəkirlər . Sual yaranır: nə baş verdi ki, 80-ci illərdən sonra xəstə və qüsurlu doğulan uşaqların sayı bu qədər artdı? Elmi-lədun araşdırmalarımıza görə keçən əsrin 80-ci illərindən sonra şeytani dövr başladı. Həimn vaxtdan cəmiyyətdə “vergi verilən” adamların sayı həddən artıq çoxalmağa başladı. Onların böyük əksəriyyəti falçı və cadugərlər idi. İnsanlar bunun fərqinə varmadan (qanmazcasına) onların qapısına axışmağa başladılar. Hətta, onların qəbuluna düşmək üçün günlərlə qapısında növbə gözləyirdilər. İnsanlar baxmadılar ki, Allah-təala həmin sehirbazlar (falçı və cadugərlər) haqda Quranda belə buyurur: “(Onlar) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman bu kitablara uymadığı (pis məqsədlə istifadə etmədiyi) üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. Bununla belə cadugərlər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” Quran, 2:102. Ayədən göründüyü kimi, Süleymanda belə bir kitab olmuş və cinləri həmin kitabda yazılmış dualarla buyurmuşdur. Lakin, Süleyman Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kitab sonrakı nəsillərin əlinə keçmiş, onlar da kitabda yazılanlardan ər-arvad (yaxud, qohumlar, dostlar...) arasına nifaq salmaq və digər fitnə-fəsad məqsədlər üçün istifadə etməkdədirlər... Təəssüf ki, bu gün həmin kitab bir çox mollaların və cadugərlərin, yalançı seyidlərin stolüstü kitabıdır. Bunun nəticəsidir ki, bu gün cəmiyyətimizdə boşanmaların və psixi xəstəliklərin (autizm, əqli gerilik və s), ziyanlı vərdişlərin sayı görünməmiş həddə çatmışdır. Bəzi evlərdə əşyaların tez-tez sirli şəkildə yoxa çıxması (az vaxtdan sonra həmin əşyalar elə yerdə tapılır ki, ora bəlkə min dəfə baxılmışdı), kəndlərdə kütləvi hal alan sirli yanğınlar da bunun əlamətlərindəndir. Sehirin (cadunun) digər əlamətləri insanda baş, boyun ağrıları, immunitetin azalması (nəticədə cürbə-cür xəstəliklərin baş qaldırması), əsəbilik, yuxusuzluq, qorxulu yuxular görmə, qarabasma, yuxuda diksinmə, depressiya, qapanma və s. kimi özünü biruzə verir. Bu cür hallarda insan özünə qapanır, həyat eşqi, məhəbbət hissi ölür, qəlbində ətrafdakılara qarşı nifrət hissi baş qaldırır. Beləliklə, sevdiklərindən uzaqlaşmağa çalışır (ağır hallarda intihara meyilli olur). Virus kompyuteri necə dondurursa, fayl və proqramları necə silirsə, neqativ enerjinin təsiri də insanın həyatını (fəaliyyətini) elə dondurur və qəlbindəki məhəbbət hissini silir (əvəzində nifrət, şübhə, panika... kimi ziyanlı “fayl”lar yazılır). Təssüf ki, bu gün cəmiyyətimizin böyük əksəriyyəti, blkədə 70 faizdən çoxu çadugərlərin ya birbaşa, ya da dolayısıyla (valideynlərdən keçməklə) ötürdükləri neqativ enerjinin təsirinə məruz qalıblar və istirab içində (bəzilərinin ailəsi dağıllıb, bəziləri ağır xəstəliyə düçar olub, bəzilərinin ruzisi kəsilib....) qıvrılırlar. Lakin, düşdükləri vəziyyəti düzgün qiymətləndirə (anlaya) bilmirlər. Çoxusu bunu Allahdan görür və oturub gözləyirlər. Əksəriyyəti heç çıxış yolu da axtarmırlar (onların əvəzində yaxınları narahat olurlar). Çıxış yolu axtaran da çox vaxtı yenə də falçı və cadugərlərə üz tuturlar. Halbuki, onu bu vəziyyətə salan elə həmin cadugərlərdir. Qılınc öz qının kəsmədiyi kimi, onların etdiyi sehr əməlləri də insanı vəziyyətdən çıxara bilməz. Onlara üz tutmaqla insanlar yüklərinin üzərinə öz əlləriylə bir yük də qoyub, özlərini daha da ağırlaşdırırlar. Falçıların verdikləri düyünlənmiş sap və s əşyalar evə gətirilən kimi, evdəki bakirə qız uşaqlarının və hamilə qadınların halı pisləşir. Çünki, cadugərlər həmin sap və əşyalara neqativ enerji yükləyirlər. Uran elementi qoyulmuş otaq necə radiyasiyaya məruz qalarsa və oradakı insanları necə xəstələndirərsə, falçı və cadugərlərin də verdiyi əşyalar ailəyə neqativ enerji buraxır və sakinləri xəstələndirir, uğursuzluğa düçar edir... İlk növbədə qızlara və hamilə gəlinlərə təsir edir. Qızlarda onurğa və digər orqanlarda (əsasən süd vəzlərində) ağrılar baş qaldırır, mensturasiya pozulur, bir müddətdən sonra analıq orqanlarında kista, polikistoz, miomatik düyünlər... yaranır. Hamilələrdə isə, bu enerji əsəbə, stresə, depressiyaya səbəb olur ki, bu da bətndəki uşağın gələcəkdə əsəbi olmasına, əqli geriliyinə, autizmə və s xəstəliklərinə səbəb olur. Analar övladlarının bu cür xəstə doğulmasını istəmirlərsə, falçı və cadugərlərdən uzaq durmalıdırlar. Kimdənsə onlara neqativ enerji gəlibsə (yuxarıdakı əlamətləri varsa), tez bir zamanda bu enerjidən təmizlənməlidirlər ki, həm özləri, həm də övladları sağlam olsunlar. Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi Konsultasiya üçün əlaqə: 0503753097 “Biz hər şeyi sayıb yazmııq”. Quran, “Xəbərdarlıq” (78) surəsi
Dünənki yazımızda üçüncü andiçmədən sonra 114 gün periodla ölkədə baş verən faciəvi yanğınlar və qəzalardan bəhs etmişdik. Bu yazımızda isə, həmin andiçmədən sonra 286 gün periodla baş verən enerji böhranları və faciəvi hadisələri diqqətinizə çatdıracağıq. Qeyd edək ki, 286 ədədi orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, Yaradanın rəqəmsal möhürü kimi, Ondan gələn bütün bəla və xəbərdarlıqların üzərinə “vurulur”. Odur ki, Üçüncü andiçmənin 286-cı günləri Azərbaycanda baş baş verən fəlakətlərə qısaca nəzər salaq. !) Üçüncü andiçmənin 286-cı günü (28 iyul 2014) Bakıda Heydər Əliyev Mərkəzində güclü yanğın baş verdi. 2) 23 fevral 2016-cı ildə enerji kəsildiyindən Bakı-Sumqayıt qatarı yolda qaldı və dəmir yolunda bütün qatarların hərəkəti iflic oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin gün üçüncü andiçmənin 858-ci günü idi: 858 – 286 – 286 = 286 3) 3 iyul 2018-ci ildə ölkəni günlərlə (həftələrlə) qaranlığa qərq edən müəmmalı enerji böhranı baş verəndə üçüncü andiçmənin 1716-cı günü idi ki, bundan da “Quran”ın səhifəlrinin sayını (286) çıxsaq, yenə də Yaradanın kodlaşdırılmış möhürü olan 286 ədədi görünür və hadisənin andiçməyə bağlılığını sübut edir: 1716 – (286+286+286) = (286+286+286) 4) Üçüncü andiçmənin 2002-ci günü Nizami rayonunda yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxana yandı (10.04.2019). Bu hadisənin andiçmə ilə əlaqəsi açağıdakı hesablamadan görünür: 2002 : 7 = 286 5) 2021-ci ilin 24 avqust tarixi Gəncəbasar bölgəsində yaşayanların yaddaşlarından heç vaxt silinməyəcək. Çünki, həmin gün elə bir ildırım hadisəsi baş verdi ki, nəinki o bölgədə yaşayanlar, hətta, dünyanın heç bir yerində insan oğlu elə bir ildırım çaxması görməmişdi: Gəncə və ətraf ərazi bir saata yaxın tamamilə ildırımın alovuna büründü. İnsanları vahiməyə salan bu hadisədən şəhərin enerji sisteminə böyük ziyan dəydiyindən, bölgə günlərlə qaranlığa qərq oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin gün üçüncü andiçmənin 286(0)-cı günü idi ki, bu da yalandan and içib əl basdıqları “Quran”ın səhifələrinin on mislidir: 2860 : 10 = 286 6) 2022-ci ilin iyunun 2-də Kürdəmir ərazisində baş verən vtobus qəzasında ölən və yaralananlar oldu. Həmin tarix üçüncü andiçmənin 3.146-cı günü idi ki, bu da Quranın səhifələrinin 11 mislidir: 3146 : 11 = 286 7) Kürdəmirdəki qəzanın 572-ci günü isə, Masallı rayonu ərazisində bir nəfərin ölümü, 16 nəfərin yaralanması ilə nəticələnən avtobus qəzası baş verdi (25.12.2023). Həmin vaxt üç gün davam edən güclü külək ölkə ərazisində xeyli fəsadlar törədərək, rayonları qaranlığa qərq etdi. Maraqlıdır ki, həmin vaxt üçüncü andiçmənin 3.718-ci günü idi; bunu da enerji rəmzi olan 13-ə bölsək, yenə də Quranın səhifələrinin sayı alınır: 3718 :13 = 286 Və s NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, Qurana dövlət səviyyəsində and içib, əməl etməmək Azərbaycana baha başa gəlməkdədir. Bildiyimiz qədər bu baş verənlər gələcək böyük bəlaların xəbərdarlığıdır; proseslər getdikcə inkişaf edəcək və daha böyük bəlalarla qarşı-qarşıya qalacağıq. Bu bəlalardan qorunmağın yeganə yolu tövbə edərək, doğru yola dönmək, xalqa və biri-birimizə vurduğumuz ziyanlara görə kompensasiya ödəmək, üzr diləməkdir. Bunu etməyənlərə vəzifəsindən aslı olmayaraq gələn bəlalardan qurtuluş yoxdur! "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Xəbərdarlıqları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi “Allah mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları əzabımla qorxudub onlara bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” 16-cı surə, 2-ci ayə Dövlət səviyyəsində müqəddəs kiaba əl basılıb, anda əməl edilməməsi indiyədək Azərbaycanda bir çox sirli hadisələrə və faciələrə səbəb olmuşdur. Məsələn, üçüncü andiçmənin (19.10.2013) törətdiyi fəsadlara nəzər salaq: Üçüncü andiçmədən sonra azərbaycanda 114 gün periodla baş verən fəlakətlər (114 Quran rəmzidir): 1) Üçncü andiçmənin 114-cü günü – 10 fevral 2014-cü il tarixdə baş verən 5,5 bal zəlzələ bütün Azərbaycanı silkələdi. Episentri Hacıqabulda olan və yerin 5 km dərinliyində baş verən bu zəlzələ bəzi yerlərdə hətta dağıntılara səbəb olmaqla, ölkədə həyəcan yaratdı. 2) 04.06.2014 tarixdə İsmayıllıda torpaq sürüşməsi baş verəndə üçüncü andiçmənin 228-ci günü idi: 228 – 114 = 114 3) 29 sentyabr 2014-cü il tarixdə Azərbaycanın Qərb bölgəsində (Gəncəbasardan Qəbələyədək) 6 bal zəlzələ baş verdi. Nəticədə yaşayış binalarında çatlar yaranmaqla, böyük bir həyəcan yaşandı. Həmin gün üçüncü andiçmənin 342-ci günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda yenə də Quran rəmzi alınır və hadisənin andiçməyə bağlandığı bir daha aydın olur: 342 – 114 – 114 = 114 4) 4 sentyabr 2015-ci il tarixdə Şəkidə 7 bal zəlzələ baş verəndə üçüncü andiçmənin 684-cü günü idi: 684 – (114 + 114 + 114) = (114 + 114 + 114) 5) Binəqədidə 17 mərtəbəli yaşayış binası yanan gün (10.11.17) üçüncü andiçmənin 1.482-ci günü idi ki, bu da Quran rəmzi olan 114 ədədinin 13 mislidir: 1482 : 13 = 114 (Qeyd: əvvəlki yazılarımızda qeyd etdik ki, 13 həyəcan rəmzidir) 6) Bakıda narkoloji dispanser yananda üçüncü andiçmənin 1.596-cı günü idi: 1596 : 14 = 114 7) Üçüncü andiçmənin 1824-cü günü (17.10.18) Bakının S.Vurğun küçəsində başqa vaxtlar rast gəlinməyən qeyri adi hadisə baş verdi - 60 metr uzunluğunda, 3 metr enində yol çökdü. Maraqlıdır ki, həmin gün üçüncü andiçmənin 1.824-cü günüdür ki, bu da Quran rəmzinin 16 mislidir: 1824 : 16 = 114 8) 5 fevral 2019-cu il tarixdə Azərbaycanın bütün rayonlarını silkələyən 6 ballıq zəlzələ bəzi yerlərdə evlərin çatlaması və qəzalı vəziyyətə düşməsi ilə nəticələndi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, həmin tarix üçüncü andiçmənin 1.938-ci günüdür ki, bu da Quran rəmzi olan 114 ədədinin 17 mislidir: 1938 : 17 = 114 9) Şamaxıda 5,1 ballıq zəlzələ həyəcanı yaşananda (19.11.2021-ci il tarixdə baş verən bu zəlzələdən sonra bir çox evlər qəzalı vəziyyətə düşdü.) üçüncü andiçmənin 2.964-cü günü idi: 2964 : 26 = 114 10) Yadınıza salaq ki, 2023-cü ilin martın 4-də Hacıqabul rayonu ərazisində Yerin 2 km dərinliyində gün ərzində beş dəfə zəlzələ baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, insanları həyəcana salan bu hadisə Qurana and içib, əməl etməməyə bağlanır. Belə ki, həmin gün üçüncü andiçmənin 3.420-ci günüdür ki, bu da Quran rəmzinin otuz mislidir: 3420 : 30 = 114 11) 2023-cü ilin 24 iyun tarixində Bakı Beynəlxalq hava limanında park edilmiş maşınlar eyni anda müəmmalı şəkildə (kütləvi halda) yanmağa başladılar. Maraqlıdır ki, həmin gün üçüncü andiçmənin 3.534-cü günü idi: 3534 : 31 = 114 Nəticə: Bu və digər (açıqlanması hələlik məqbul sayılmayan) hesablamalarımız göstərir ki, Qurana and içib əməl etməyəndə ölkədən xeyir-bərəkət çəkilir və cürbə-cür bəlalar enir. Bu bəlalardan qurtulmağın yeganə yolu vəzifəsindən aslı olmayaraq tövbə etmək və doğru yola yönəlməkdir. Əks halda qurtula bilməyəcəyiniz daha böyük bəlalarla qarşılaşacaqsınız! Qeyd edək ki, baş verənlər hələ bəlanın özü deyil, xəbərdarlıqlarıdır. Əsl bəla (Nuh qövmünə, Lut qövmünə gələn kimi) yaxın zamanda gələcək. Odur ki, papağınızı qabağınıza qoyub yaxşı-yaxşı fikirləşin! İçdiyiniz anda, verdiyiniz sözə əməl edin! Ölçüdə, çəkidə düzgün olun! Qurtuluşunuz düzgünlükdədir! “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 Xəbərdarlıqları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Avropaya inteqrasiya edəndən bəri Qurban bayramını "soyqırım" (?) adlandıran cəmiyyətimiz yeni bir "bayram" təntənə ilə qeyd edir - "Valentin günü". Bu günün mahiyyəti çoxlarınıza məlumdur: fevralın 14-də Valentin adlı bir avropalı evinə gələndə arvadını başqa bir kişi ilə yataqda tutur (daha doğrusu üstünə çıxır). Amma, bu biqeyrət heç nə olmamış kimi, qapını örtüb çıxır. Deyir ki, sevgililərə mane olmaq olmaz (?). Ondan sonra bəşəriyyətin mənəviyyatına müxtəlif yollarla zərbə vuran Dünya mafiyaları 14 fevral tarixini bütün xalqlara bayram günü kimi sırıdılar. Artıq Azərbaycan da daxil əksər xalqlar öz milli bayramlarından üz çevirib, biqeyrətlik, şərəfsizlik gününü təntənə ilə qeyd edirlər (hətta, avropalılara xoş getsin deyə mühüm dövlət tədbirlərini də bu günə salırlar). Elə bu səbədəndir ki, artıq ölkədə namus, qeyrət anlayışları arxivə getmək üzrədir. (( Bu günü qeyd edənlərə sual edirəm: Valentin kimi biqeyrətlərdən Azərbaycanda azdırmı? Niyə Baboşun tik toka çıxıdığı günü, yaxud, Bayram nurlunun qadın olduğu günü qeyd etmirsiniz? Sosial şəbəkələrə baxanda milyonlarla "milli" biqeyrətə rast gəlirsiz; Valentini qeyd etməkdənsə, niyə samiraldonu, falanı qeyd etmirsiniz? Məyər "bizimkilər" avropanınkından geri qalırmı? Söz ardı: bu gedişlə ki, siz gedirsiz, sabah Bayram nurlunun ilk yatağa girdiyi günü qeyd etsəniz təəccüblənmərəm. Azərbaycanda az sayda şərəfini, namusunu qoruyan insan qalıb. Allah onları Lut qövmünə göndərdiyi əzabdan qorusun. Amin. Dr. Paşa Yaqub “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 Xəbər verildiyi kimi, bu gün (1 fevral 2024) Lerikdə “Təbəssüm” istirahət mərkəzi yandı. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu hadisə təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir və çox hissəsi yolun azmış xalqımıza və onların zalım rəhbərlərinə doğru yola qayıtmaları üçün Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bunu sübut edən hesablamaları təqdim edirik: 1) Xatırladaq ki, 16 noyabr 2022-ci il tarixdə Binəqədidə hündürmərtəbəli bina yandı və həmin gün Xırdalanda yaşayış binası partladı. Bu gün həmin yanğın və partlayışın 443-cü günüdür ki, bundan da Quranın surə (114) və səhifələrinin sayını (286) çıxsaq, alınan ədəd Lerikin seriyasını (rəmzini) göstərir və hadisənin təsadüfü olmadığını, Allahdan xəbərdarlıq olması barədə verdiyimiz xəbərin doğruluğunu sübut edir: 443 – 114 – 286b = 43 2) Bugünkü yanğın Günəş tutlması (20.04.23) və kosmik peykimizin qəzaya uğraması ilə də əlaqələnir. Belə ki, Günəş tutulan günü “Azersky” kosmik gəmisi asimanda kometlə toqquşub qəzaya uğradı. Yerdəki saat fərqini nəzərə almaqla, həmin vaxt Ağstafada kömür sexi partladı (iki nəfər həyatını itirdi) və Qəbələdə məktəb yandı. Maraqlıdır ki, bu gün Lerikdə istirahət mərkəzi yananda həmin bu hadisələrin 286-cı (!) günü idi ki, bu da Quranın səhifələrinin sayı olmaqla, xalqımızın diqqətini Qurana (bu kitabda yazılanlara əməl etməyin vacibiyinə) yönəldir. 3) Yadınıza salaq ki, Bakı-Quba yolunda yeddi nəfərin ölümü ilə nəticələnən qəza baş vermişdi (09.03.23). Bu gün həmin qəzanın 329-cu günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd Lerikin rəmzini göstərir və hadisənin ciddi bir qanunauyğunluğa tabe olduğunu bir daha ortaya qoyur: 329 – 286 = 43 4) Nəhayət, bu gün Xəzərdə (bulvar ərazisində) gəmi batmasının (22 dekabr) 43-cü günüdür ki, bir daha Lerikdəki yanğının ciddi bir elmə, nizama tabe olduğunu sübut edir. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, bu gün Lerikdə baş verən yanğın yolazmışlara və zalım rəhbərlərə Allahdan gələcək böyük bəlanın xəbərdarlığıdır. Əgər bu və yuxarıda sadaladığım digər faciələrdən (xəbərdarlıqlardan) nəticə çıxarılmasa yaxın vaxtda böyük bəlalar gələcək; vəzifəsindən aslı olmayaraq, heç kəs bu bəlalardan qurtula bilməyəcək! Odur ki, ağlınızı başınıza yığın və biri-birinizi aldatmağa, zülm etməyə, şərləməyə və s günah işlərə son qoyun! Dünyanı sahibsiz bilməyin! Sizin hər gününüz, hər saatınız, hətta, aldığınız hər nəfəs belə sananır! "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |