Sosial şəbəkədə bəzi LGBT üzvləri tanınmış həkim, Elmi-lədun bilicisi Paşa Yaqubun müalicə metoduna istehza ediblər. Həkimin onlara yazdığı cavab çox maraqlı olub. pashayaqub.weebly.com saytı həmin cavabı öz oxucularına təqdim edir. Zəhra Kələndərova, bizdə olan bu qabiliyyət sevdiyiniz (və sevdiyimiz) İmam Hüseyndə də olub - o həzrət dua oxuyub kimin üzünə üfürərmişsə şəfa taparmış. Yəqin ki, İmam Hüseyn sağ olsaydı və bu gün xəstələrin üzünə üfürməklə sağaltsaydı sizin kimi cahillər (üzdə başını bağlayıb İmam Hüseyn deyənlər, arxada maviliyi, əxlaqsızlığı, lezbiyanlığı, geyliyi - bir sözlə, Lut qövmünün əməllərini təbliğ edənlər) ona da lağ edərdilər. Çünki mənim müalicə metodumla onunku eynidir (proqram olaraq mənə ondan keçib). Yaxud, loğman Peyğəmbər sağ olsaydı və diplomsuz falansız kimisə sağaltsaydı ona məndən daha çox lağ edərdiniz. Yaxud, Yusif Peyğəmbər indi yaşasaydı və xəstənin gördüyü yuxu ilə ona diaqnoz qoyub, sağaltsaydı ona məndən çox lağ edərdiniz. Həzrət Cəbrayıl Məryəm anamızın yaxasından üfürməklə Həzrət İsaya hamilə qalmadımı? O vaxt da sənin kimi cahillər Məryəm anamızı gözümçıxdıya salıb, gününü qara etmədilərmi? Guya həmin hadisə bu gün baş versəydi sən və sənin təmsil olunduğun "lgbt" üzvləri Məryəm anamıza mənə dediyinizin beşqatını demiyəcəkdinizmi? Yeri gəlmişkən, mənim bu üfürmek seansımla indiyədək onlarla uşaq dünyaya gəlib; hansı ki, onların anaları on illərlə hamilə qala bilmirdilər. Bu analardan bəzilərinə canlı şəkildə (klinikada), bəziləri isə, xaricdə olduğundan videoseans zamanı üfürmüşəm (Bu seanslardan sonra dünyaya gələn uşaqların bəziləri ilə valideynlərinin razılığı ilə şəkil çəkdirib paylaşmışam. sən və milyonlarla insan bunu görüb). Göydə Allah, yerdə də minlərlə insan buna canlı şahiddirlər. Belə olduğu halda mənim üfürməyimlə doğulan uşaqlarla İsa Peyğəmbərin doğulması bənzər proses deyilmi? Mənə lağ edənlər guya İsa Peyğəmbər sağ olsaydı ona da lağ etmiyəcəkdilərmi? Sizlər Allahdan gələn hər şeyə lağ etmirsinizmi? Bitkilərin çoxalma, bar vermə prosesinə baxıb heç ibrət almısınızmı? Onlar küləklə (oxu: üfürməklə) coxalıb bar vermirlərmi? Onların çoxalması ilə Məryəmin və mənim qadın pasiyentlərimin hamilə qalması (çoxalması) arasında oxşarlığı görə bilmirsənsə bunun günahı məndədirmi? Bütün kainat küləklə (küləyin tərkibində olan Efir enerjisi ilə) hərəkətə gəlmirmi? Mən üfürəndə kiçik külək yaranmırmı? Həmin kiçik küləyin tərkibində olan Efir enerjisi xəstələrin ağrısın dayandırıb, onlara şəfa vermirmi? Yeri gəlmişkən, dəfələrlə məndən videomüsahibə alıb efirə vermisən və bu seanslar vaxtı özünü də seans etmişəm (həmin seans da YouTube də var). Həmin vaxt özün etiraf etdin ki, xeyli yüngülləşdin (səsin də YouTube də durur). Həmin yungülləşmə mənim üfürməyimlə baş vermədimi? (İndiyədək məndən başqa kiminsə üfürməsi ilə yüngülləşən, ağrısı həmən yox olan birinə rast gəlmisənmi? Qüdrət ALLAHA məxsusdur) . Bütün bunları gözünlə gördüyün, şahid olduğun halda mənə lağ edəcək qədər cahillik nümayiş etdirirsəsə, səni Allaha həvalə etməkdən başqa əlimdən heç nə gəlmir. Sizlər LGBT olaraq ailə dəyərlərinə, qızların ərə getməsinə qarşı mübarizə aparırsınız, fahişəliyi, Lut qövmünün əməllərini indiki insanlara təbliğ edirsiniz, amma, çoxunuz başınızı bağlayıb, ailə qurursuz?! Sual yaranır: Ailə pis şeydirsə özün niyə ailəlisən? 2. Fahişəlik yaxşı şeydirsə özün niyə etmirsən? Özünə rəva bilmədiyini (Lut qövmünün əməllərini) xalqa niyə təbliğ edirsən? Heç olmasa pərdələndiyin hicabdan utan. Allahdan həya elə. O ki qaldı mənim ixtisasımın nə olmasına? İlahi sistemdə bunun adı kəramətdir . Bunu Rəbbim peyğəmbərlərə, imamlara və bəzi övliyalara bəxş edib. Bütün kəramət sahibləri yaşadıqları dövrdə öz kəramətlərini gizlətməyə çalışıblar. Alimlər bunu belə izah edirlər ki, qadınların ayda bir dəfə heyz olduğunu hamı bilir. Amma, heç bir qadın onu cəmiyyətə nümayiş etdirmir, çünki, həya edirlər. Kəramət sahibləri də onlarda kəramət olduğunu heç vaxt cəmiyyətə bəyan edib, bununla qürrələnməzlər, çünki, Allahdan həya edərlər. Qüdrət ALLAHA məxsusdur. Biz də öz növbəmizdə bizə bəxş olunan hikməti (kəraməti) indiyədək psixoterapevt, parapsixoloq və s adlar altında gizlətməyə çalışmışıq. Çünki, bütün dövrlərdə cəmiyyətdə sizin kimi cahillər üstünlük təşkil edirlər. İstəmirik ki, Allahın hikməti onların dilində müzakirə mövzusu olub, ucuzlaşsın. Yadıma Zünnun Misri ilə bir gəncin əhvalatı düşdü. Əhvalat belə olmuşdur: Bir gənc Zünnun Misrinin yanında övliyaları inkar etdi. Zünun barmağındakı üzüyü çıxarıb gəncə verdi ki, apar bunnu çərçi bazarında 10 qızıla sat gəl. Gənc birazdan qayıtdı ki, çərçilər bu üzüyə bir gümüşdən artıq vermədilər. Zünnun dedi indi bu üzüyü apar ləl-cəvahirat bazarına, gör orada nə verəcəklər? Gənc birazdan qayıtdı və heyrət içində dedi ki, ləl-cəvahirat satanlar bu üzüyə min qızıl təklif etdilər. Zünnun dedi mənim bu üzüyü satmaq fikrim yoxdur, sadəcə bu üzüyə kimin hansı qiyməti verəcəyini sənə göstərmək istəyirdim. Sənin övliyalara qiymət verməyin, çərçilərin bu üzüyün dəyərini bilmələri kimidir. Saytımızım "Sizdən Gələnlər" bölməsində Paşa Yaqub həkimin sağaltdığı xəstələrin ürək sözləri və təəssüratları var. Arzu edən hər kəs bu bölməyə keçib baxa bilər və həkimin müalicə metodları və nəticələri ilə tanış ola bilər. Həmin bölməyə keçid üçün link: https://pashayaqub.weebly.com/sizd601n-g601l601nl601r.html
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |