Son günlər Moderator.az saytında İstanbulu fəth etmiş Fateh Sultan Mehmedlə bağlı maraqlı araşdırmalar yer almaqdadır. Fəthin pərdəarxası məqamalrı ilə bağlı daha bir maraqlı əhvalatı tədqiqatçı Paşa Yaqub danışdı. Oxucuların marağına səbəb olacağını nəzərə alıb, yazıçının danışdığı tarixi əhvalatı diqqətinizə çatdırırıq: Sultan Mehmed fəthə hazırlaşarkən Allaha dua edib, uğur qazanmasını istədi və əhd etdi ki, İstanbulu fəth edərsə orada böyük bir məscid tikdirəcək. Nəhayət, 1453-cü ildə İstanbulu fəth etdi. Lakin məscid tikəcəyi haqda əhdi yadından çıxdı. Bir müddət keçdikdən sonra, Həzrət Peyğəmbərimiz Sultanın yuxusuna girdi və etdiyi nəziri yadına salıb, məscidin tikiləcəyi yeri nişan verdi. Səhəri gün Fateh Sultan ən məşhur memarları götürüb, nişan verilən yerə gəldi. Planlar cızıldı. Lakin, yer kiçik olduğundan ətrafda olan sakinlərin də torpaqları bu məqsəd üçün alınmalı idi. Torpaq isə, Lalə adlı bir qadına məxsus idi. Sultan Mehmed qadının yanına gəlib, məscid tikmək üçün bu torpağı ondan almaq istədiyini bildirdi və torpağına qiymət qoyub, halallıqla ona satmasını xahiş etdi. Amma, nə qədər xahiş etdisə, Lalə iki ayağını bir başmağa dirəyib, heç nəyin müqabilində torpağı satmayacağını qəti şəkildə bildirdi. Bu səbəbdən məscidin tikintisi bir qədər yubandı. Aradan bir müddət keçdikdən sonra (Lalənin ağır xəstəliyindən və yaxud ölümündən sonra) Sultan Mehmed torpağı böyük çətinliklə satın ala bilir. Sultan memardan xahiş edir ki, bu əhvalatı (Lalənin yersiz inadkarlığını) tikintidə əks etdirsin. Memar bu hadisəni məscidin qarşısındakı hovuzda özünəməxsus şəkildə əks etdirmişdir. Belə ki, həmin camenin qarşısındakı hovuzda daşdan yonulmuş lalənin suyun içərisində başıaşağı halda yerləşdirilməsi məhz bu əhvalata işarədir. Bu yaradıcılıq əsəri məhz Sultanın Laləyə olan münasibətini əks etdirir...
0 Comments
"...Rəbbim hər şeyi elmlə ehtiva etmişdir" Quran, 6:80. “Quran” bütün kainatı özündə əks etdirən səmavi kitabdır. Kainat isə, kimyəvi elementlərin birləşməsindən yaranmışdır. Maraqlıdır ki, müqəddəs kitabda surələrin düzülüşü ilə, kimyəvi elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uyğunluq vardır. Araşdırmalarımız göstərir ki, həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin qanunlarını - sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi qanunlarını özündə əks etdirir. Belə ki, Quranın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca, surələr sərtləşməyə doğru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunu ilə uyğunluq təşkil edir. Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir. Bundan başqa, surələr ikili xassə nümayiş etdirirlər. Yəni, onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişlər ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə uzlaşır. Mendeleyev cədvəlində bu hal eyni elementin ikili (həm mənfi, həm də müsbət) xassəyə malik olması ilə özünü göstərir. Yeri gəlmişkən qeyd edim ki, ikili xassəyə malik olma insanda da özünü biruzə verir. Belə ki, qarşılaşdığı fərddən (oxu: elementdən) aslı olaraq, insan (kimyəvi elementlər kimi) gah müsbət, gah da mənfi xassə nümayiş etdirir. Bütün bu sadaladığım faktlar aydın göstərir ki, dialektikanın qanunları “Quran”ı və Allahı inkar etmək üçün ortaya atılsa da, əslində onları təsdiq edir. Bu da Rəbbimin bir hikmətidir. Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”ın surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü mahiyyətcə biri-birini tamamladığı kimi, riyazi cəhətdən də bağlanırlar. Məsələn, “Quran”ın 24-cü surəsi olan “Nur” surəsinin mahiyyəti nurlanmadan (işiqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı (!) qurupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır. Dövrü cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur. Göründüyü kimi, həm “Nur” surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur” surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir: 64 ”“ 52 = 12 “And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Quran”, “Ay” surəsi, 32. Məlumdur ki, müqəddəs kitabda “Dəmir” surəsi də vardır və burada Dəmir elementindən bəhs edərək buyrulur: “ Biz həddindən artıq möhkəm olan və insanlara fayda verən dəmiri də icad (nazil) etdik ...”. “Dəmir” surəsi, 25-ci ayə. “Dəmir” surəsi ilə dövrü cədvəldəki Dəmir elementi arasında olan riyazi əlaqəyə birlikdə nəzər salaq. Belə ki, Dəmirin atom kütləsi olan 55 ədədindən onun sıra nömrəsini (26) çıxsaq, alınan 29 ədədi “Dəmir” surəsinin ayələrinin cəmini göstərir: 55 ”“ 26 = 29 Yaxud, Allah-təalanın Öz adına olan “Rəhimli Allah” (55) surəsi ilə, Mendeleyev cədvəlinin 55-ci xanasında yerləşən Sezium elementi arasında olan riyazi əlaqəyə nəzər salaq: Seziumun nisbi atom kütləsi olan 133 ədədindən sıra nömrəsini (55) çıxsaq, alınan 78 ədədi “Rəhimli Allah” surəsinin ayələrinin cəmini göstərir və bütün bu elmlərin Allahın nəzarətində olduğunu sübut edir: 133 ”“ 55 = 78 Moderator.az-dakı keçən yazımda 13-cü (“Göy gurultusu”) surəni şərh edərək, bunun bir enerji prosesi olduğunu və energetika (!) sənayesinin özəyini təşkil edən Alminium elementinin də 13-cü xanada yerləşməsinin təsadüf olmadığnı çoxsaylı hesablamalarla təqdim etmişdim (bax: http://www.moderator.az/news/132245.html ) Quranın 16-cı surəsi "Bal arısı" adlanır. Qeyd edim ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, Rəbbim onun adına olan surəni də bu ədədlə nömrələnməsinə qərar vermişdir. Bal - arının gülə olan məhəbbətindən yarandığından, həm qərbdə, həm də şərqdə MƏHƏBBƏT rəmzi sayılır. Bu baxımdan 16 rəqəmi də Quranda məhəbbət rəmzi sayılır. Bu hikmət özünü Mendeleyev cədvəlində də biruzə verir. Belə ki, məhəbbət yandırıcı hiss olduğundan, bu hiss "yanmaq", "alovlanmaq" sözü ilə ifadə olunur. Maraqlıdır ki, yandırıcı element olan Kükürd də kimyəvi elementlərin dövri sistemində 16-cı (!) xanada yerləşir. İnsan cəmiyyətindəki məhəbbətdə iki tərəf iştirak edir. Biri olmasa, o biri "yanmaz". Deməli məhəbbətin yaranması üçün mütləq iki "16" lazımdır. Kimya elmində də eynən belədir: 16-cı element olan Kükürd təklikdə yanmır. Onun yanması üçün mütləq Oksigen lazımdır. Burada diqqət çəkən ən maraqlı məqam odur ki, Oksigenin də atom kütləsi 16-dır ki, bu da məhəbbət rəmzidir. "Biz hər şeyi sayıb yazmışıq". “Quran”, 78:29. Məhəbbət insana yaşamaq həvəsi, enerji verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da məişətimizə enerji mənbəyi (akkumlyator) kimi daxil olub. Maraqlıdır ki, bu birləşmədə Kükürdün elektronları 2 - 8 - 6 formasında yerləşir ki, bunları da bütöv oxuduqda “Quran”ın səhifələrinə (286) işarədir (“Quran”ın 286 səhifədən ibarət olması barədə əvvəlki yazılarımda bəhs etmişəm). Enerji mənbəyi olan Sulfat turşusunun elektronlarını cəmləsək: 2 + 8 + 6 = 16 Alınan 16 ədədi yenə də insana enerji verən məhəbbətin rəmzini göstərir. Buradan aydın olur ki, “Quran” əslində insanlara məhəbbət aşılayır. "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" Quran, 30:21. Arının gülə olan məhəbbətindən BAL yarandığı kimi, insanların da məhəbbətinin nəticəsində BALa yaranır və hər ikisi şirindir. "Bala baldan şirindir" məsəli də bu hikmətdən qaynaqlanır. Rəbbim bal arısını həm də insanlara ailə, ordu və dövlət qurub, idarə etmək üçün gözəl bir nümunə yaradıb. Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu ylda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Qeyd edim ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına Quranda surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. (31 ədədinin hikmətlərindən sonra bəhs edəcəm.) Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür. Bir vacib məqamı da diqqətinizə çatdırım ki, məhəbbət hissi insanın ürəyində deyil, ağ ciyərində yerləşir. Bu səbəbdən də güclü sevən və yaxud sevdiyi şəxsi itirən insanın adətən sinəsi göynəyir. Hamınıza bol-bol sevgi məhəbbət, həyat eşqi arzulayıram. Çünkü Rəbbim buyurur: "SİZ BİRİ-BİRİNİZİ SEVİN Kİ, MƏN DƏ SİZİ SEVİM". Söz ardı: elmi-lədunla məşğul olmağa başlayarkən, elementlərin dövri cədvəlinin kəşf olunma tarixini də araşdırdım. Kimya elmindən bəhs edən ədəbiyyatlarda göstərilir ki, Mendeleyevdən qabaq yaşamış bir çox görkəmli alimlər bu cədvəli tərtib etməyə çalışsalar da nəticə əldə edə bilməmişlər. Mendeleyev də öz dövründə kimya elminə böyük tövhə verəcək bu cədvəlin üzərində uzun müddət fikirləşmişdir. Nəhayət, o, Bakıda (!) Nobel qardaşlarının neft laboratoriyasında çalışarkən yuxuda bu cədvəl ona göstərilmişdir (vəhy yolu ilə beyninə həkk olunmuşdur). Səhər oyananda yuxuda gördüyü cədvəli olduğu kimi kağıza köçürmüşdür. Ancaq cədvəldəki bəzi sirli suallara cavb verə bilməmişdir. Maraqlıdır ki, cədvəldəki sirlər və elmentlərin düzülüşünün “Quran”ın düzülüşü ilə eyni prinsipə malik olması da bu sətirlərin müəllifinə Bakıda (!), həm də yuxuda olarək (Mendeleyevə öyrədilən kimi) öyrədilmişdir. "...Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu bilməz!" "Yusif" surəsi, 68. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Xəbər verildiyi kimi, bu gün Tokionun "Haneda" beynəlxalq hava limanının uçuş zolağında təyyarə yanıb. "Korean Air" aviaşirkətinə məxsus və göyərtəsində 302 sərnişin və 1,7 ekipaj üzvü olan Boeing 777 təyyarəsinin mühərriki yanıb. Hadisə təyyarənin havaya qalxdığı vaxt baş verib. Sərnişinlər təcili olaraq təxliyyə ediliblər. Hadisəni Moderator.az saytına şərh edən təyyarə qəzaları üzrə araşdırmaçı Paşa Yaqub sözü gedən qəza ilə bağlı bunları bildirdi: Yazılarımı müntəzəm izləyən oxuculara məlumdur ki, təyyarə qəzaları pərakəndə baş verməyib, xüsusi bir qanunauyğunluğa (düstura) tabedir. Bu qanunauyğunluq özünü bir qayda olaraq 114 və 286 ədədləri ilə büruzə verir ki, bunlardan birincisi orjinal “Quran”ın surələrinin, ikincisi isə, səhifələrinin sayı olmaqla, müqəddəs kitabın kodlarıdır. Baş verən qəzalar biri-biri ilə bu ədədlərlə zəncirvari bağlanır ( http://www.moderator.az/news/127715.html təkrarlanır). Yaponiyadakı Boeing 777 qəzası da bu kodlar altında baş vermişdir. Belə ki, bu gün İndoneziyada 54 sərnişinin ölümünə səbəb olan təyyarə qəzasının (16.08.2015) 286-cı günüdür ki, bu da “Quran”ın səhifələrinin sayıdır. Bu gün həmçinin, Türkiyədə eyni gündə (24.04.2015) baş verən “A-319” və “A-320” qəzalarının 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını çıxsaq, səhifələrinin sayı qalır və yenə də bəşəriyyətin diqqətini müqəddəs kitaba yönəldir: 400 ”“ 114 = 286 Xatırladım ki, Türkiyədə bu qəzalar baş verən gün ilin 114-cü (!) günü idi. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" “Quran”, 57:22 Yapaoniyada baş verən təyyarə qəzasında diqqət çəkən digər məqam onun Ay tutulması ilə əlaqələnməsidir. Təyarə qəzalarının monitorinqindən bəhs edən əvvəlki yazılarımdan da görünürdü ki, qəzaya uğrayan təyyarələrin markası bir qayda olaraq Ay tutulmalarından keçən günün sayını göstərir. Məsələn: bu günkü qəza 14 aprel 2014-cü il tarixdə baş verən Ay tutulmasının 777-ci günü baş vermişdir ki, bu da təyyarənin üzərində həkk olunmuşdur: Boeing 777. Hesablamalarımız göstərir ki, bütün bu və digər qəzalar yolun azmış və biri-birinə zülm etməyi sevən bəşəriyyətə Allahdan bir xəbərdarlıqdır. Bu kimi qəzalardan sığortalanmaq üçün insanlar tövbə edib, ancaq xeyirxah əməllərlə məşğul olmalıdırlar. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. (Məhəmməd Füzuli) Dahi Fizulinin qəzəlindən olan bu beytdə çox böyük fəlsəfi məna yükü vardır. Bildiyimiz kimi gövhər (ləl-cəvahirat) dənizin dibində, sədəfin içində olur və o, gövhər olmamışdan qabaq ilbiz olur. İlbizin gövhərə çevrilıməsi çox maraqlı və ibrətamiz bir prosesdir. Belə ki, içində ilbiz olan sədəf uzun bir məsafə qət edərək, dənizin dibindən suyun üzünə doğru hərəkət edir. Və bu elə hesablanır ki, həmin üzə çıxma aprel (nisan) ayında baş verir; həmin gün ilk bahar yağışı yağır. Sədəf ağzını açaraq, bahar (aprel) yağışının ilk damcısını udur və ağzını yumub, təkrar okeanın dibinə qayıdır. Dəryanın dibində bir müddət ilbizlə bahar suyunun arasında reaksiya gedir və nəticədə gövhər (ləl-cəvahirat) yaranır. Dahi şairimiz Məhəmməd Fizuli bu ibrətamiz prosesi bir misra ilə çox gözəl ifadə etmişdir: “Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini insan cəmiyyətində də müşahidə etmək mümkündür. Belə ki, insanın ana bətnində yaranma prosesi bir növ gövhərin sədəfdə (örtülü, qapalı mühitdə) yaranma prosesinə bənzəyir. Quranda Rəbbim buyurur: "Biz sizi bir qətrə sudan (nüftədən) yaratdıq". (Bu prosesi yuxarıdakı proseslə özünüz müqayisə edin.) Diqqətinizi başqa maraqlı bir məqama cəlb edim ki, dənizin dibindən sədəfi tapanda, onu yarmamış, içindəkinin inci (gövhər), yoxsa muncuq (bujiteriya) olduğunu bilmək olmur. Ana bətnindəki övlad da belədir, dünyaya gəlməmiş, onun xeyirli və yaxud xeyirsiz olduğunu bilmək olmur... İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini insan cəmiyyətində başqa cür də müşahidə etmək mümkündür. Belə ki, hansı nəslin kökündə xeyirxah, əməlisaleh adam olubsa, zaman keçdikcə həmin nəsildən kimdəsə bu əlamət özünü büruzə verir. Yəni, insan öz kökündəki əməlisalehlərdən ilham almasa, özü yaxşılıq edə bilmir. Fizuli bunu da nəzərdə tutub deyirdi: “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. Yəni, əslindən-kökündən ilham almayan yaxşılıq edə bilməz. Yeri gəlmişkən, bir incə məqamı da qeyd edim ki, insanın cismi də ruhu üçün sədəfdir (onu gizlədən örtükdür). Ruh nə qədər ki, cisimdə gizlənib, onun qiymətli (inci), yoxsa qiymətsiz (muncuq) olduğunu bilmək mümkün olmur. Ruh sədəfdən azad olduqdan sonra onun nuru zaman-zaman özünü müxtəlif formalarda biruzə verir. Belə ruhlara peyğəmbərlərin, imamların, şəhidlərin və sair Allah dostlarının, mömünlərin ruhlarını misal göstərmək olar. Gövhərin (ləlin) yarandığı maddəyə (ilbizə) fikir verdinizmi necə murdardır? Eynən insanın yarandığı maddə (nütfə) kimi. Amma, sonda ilbiz qiymətli bir maddəyə - gövhərə çevrilərsə, insanlar onu hədsiz sevərlər. Eyni zamanda bir damçı mənidən yaranan insan da zaman keçdikcə əgər cəmiyyət üçün faydalı bir şəxsiyyətə çevrilərsə, insanlar arasında böyük sevgi və rəğbət qazanar və gövhər kimi parlayaraq, ətrafa işıq saçar. Bu yolda sizə uğurlar arzulayıram. "Həqiqətən, Biz sözü onlar üçün bir-birinin ardınca (müfəssəl) izah etdik ki, bəlkə, öyüd-nəsihət qəbul etsinlər". Quran, “Hekayət” surasi, 51. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Son günlər Moderator.az saytında kliniki ölüm halında o biri dünyadan gedib-qayıtmış adamlar haqqında P. Atvoterin kitabına istinadən silsilə yazılar gedir. Araşdırmaçı o biri dünyadan qayıdan şəxslərin əsasən fizika, kompüter texnologiyası, musiqi, rəssamlıq sahəsində yüksək nailiyyət qazandığını qeyd edir. Onun sözlərinə görə, böyük fizik, Nobel mükafatçısı Albert Eynşteyn, məşhur bəstəkar Motsart və siyasətçi, ABŞ-ın prezidenti olmuş Avraam Linkoln da o biri dünyadan qayıdan dahilərdən üçüdür. Araşdımaçı bu üç dahinin kliniki ölümdən sonrakı qeyri-adiliyini bu cür əsaslandırır:
“Onlar həmin vaxt- yəni kliniki ölümə düçar olub, o biri dünyaya baş vuran zaman beyin dəyişimi yaşayırlar. Onlar üçün artıq ölüm qorxusu və ölüm haqqında düşüncələr heç zaman olmur. Çünki bu hiss milyonlarla insandan fərqli olaraq onlara çox yaxşı tanışdır. O dünyaya səfər etmiş dahilər üçün ölüm qorxusu elə oradaca bitir. Onlar hər zaman sirli işığa və sirli səsə maraqlı olurlar. Eynşteynin elmi nəzəriyyəsindəki işıq sürəti, işıq məfhumuna meyillilik bununla əlaqədardır. Onlar yeməklərə, içkilərə qarşı qeyri-adi həssaslıqla yanaşırlar. Zəka və xarakterlərində qeyri-adi dərəcədə yüksəliş hiss olunur” (moderator.az) Bunları oxuduqca insanda istər-istəməz bir sual yaranır: belə hallar bizim də ölkəmizdə yaşanırmı? Yaşanırsa bunu bir araşdıran, qeydə alan varmı? Məşhur bir filimdə deyildiyi kimi: “O əjdahadan bizdə niyə yoxdur?” Bu sualla qeyri-adi yazıları ilə gündəmdə olan, tədqiqatçı-yazıçı Paşa Yaquba müraciət etdik. Yazıçının çox orjinal və yenə də qeyri-adi cavabı oldu. -Kliniki ölüm keçirərək, o biri dünyanı görüb gəlmiş adamlarla həmsöhbət olmuşam. Onlardan biri elə öz qohumum Nuru kişi idi. O bağırsaq əməliyyatı zamanı kliniki ölüm keçirmişdi. Bu vaxt çox maraqlı hallarla qarşılaşmışdı. O da başqaları kimi, öz cisminə kənardan (tavandan) baxmış, yaxınlarının və həkim personalının necə təşviş keçirdiklərini seyr etmişdir. Ən maraqlı hallar isə, tuneli keçəndən sonra baş vermişdir. Belə ki, orada keçmiş iş yoldaşlarını, tanıdıqları digər adamlarla rastlaşmışdı. Onların bəzisini Cənnətdə, bəzisini isə, Cəhənnəmdə görmüşdü (həmsöhbətim bu barədə mənə ətraflı danışsa da, müxtəlif səbəblərdən ad çəkmək istəmirəm). Nuru kişiyə orada öyrədilən hikmətlər də diqqət çəkəndir. Ona demişlər ki, külək əsməklə bütün bitkiləri tozlandırır ki, bununla da rəncbər (əkinçi) funksiyasını yerinə yetirir (o əsməsə ruzi olmaz). Ona izah edilən hikmətlrdən biri də dil barəsində idi. Deyiblər ki, daxili orqanlar qazarmada (qarın boşluğunda) yatan əsgərlərə bənzəyir. Bu halda dil keçikçi (dnivalnı) funksiyasını yerinə yetirir. əgər “keşikçi” yatarsa və yaxud özünə yiyəlik edə bilməyib, kiməsə sataşarsa, düşmən qazarmada yatan əsgərləri (orqanları) vurub zədələyər, bununla da orqanizm məhv olar. Həm də təhlükə anında dil öz funksiyasın yerinə yetirib ilk növbədə düşmənlə sülh danışığı aparmalıdır ki, daxili orqanları qoruya bilsin... -Paşa bəy, Siz özünüz necə, o biri dünyanı grmüsüzmü? Hər halda yazılarınızdan bu hiss olunur. -Hiss olunursa, deməli görmüşəm (gülür). -Orada tanıdıqlarınızdan kimləri gördünüz? Maraqlı bir söhbət oldumu? -Onda ilk növbədə Sirat körpüsündən başlayaq. Çünki, o dünya Sirat körpüsündən başlayır. Deməli belə. Camaatla birlikdə Sirat körpüsünü keçmək üçün növbəyə düzülmüşdük. Körpü tük kimi nazik olduğundan, heç kəs keçə bilmirdi. Gedənlər ortada dərəyə yıxılır, yıxılanları görüb, növbədə olanlar körpüyə çıxmağa ehtiyat edirdilər ki, onlar da yanar odun içinə yıxılacaqlar... Mən yaxınlaşıb körpüyə çıxdım və rahat irəliləməyə başladım. Hiss etdim ki, körpü bayaqkı kimi nazik deyil və getdikcə enlənir. Həm də sağ tərəfimdən bir işıq (nur) seli körpüyə düşürdü ki, (bax: “Quran”ın 66-cı surəsinin 8-ci ayəsinə) bu da körpünün işıqlanmasına və genişlənməsinə səbəb olurdu... Körpünün ortasına çatanda gördüm artıq körpü “PRAQLATKA” (ara qat) formasındadır. Praqlatka haqqında onu deyim ki, bu əşya mühərrikin içərisinə qoyulur. Mühərriki sökərkən onun iki hissədən ibarət olduğunu görmək olur. Və bu iki hissəni bir-biri ilə bitişdirərkən arasına həmin bu praqlatka (ara qat) deyilən ehtiyat hissəsi qoyulur. Məndə bir sual yarandı ki, nəyə görə sirat körpüsü praqlatka formasındadır? Həmin anda beynimə informasiya gəldi ki, Allah-təala kainatı hərəkətdə olan mühərrik formasında, iki hissədən ibarət yaradıb. Bu iki hissənin biri bu dünya, biri o dünyadır. Kainatın iki hissəsini birləşdirən SİRAT körpüsü əslində praqlatka funksiyasını yerinə yetirir”¦ “”¦ Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?” Quran, “Davar” surəsi, 80. -Bəs körpünü keçəndən sonra kimlərlə, nələrlə rastlaşdınız? -Maraqlıdır ki, orada tanıdığım, amma, onların bir vaxt Cənnətdə olacağını heç vaxt ağlıma gətirmədiyim adamları gördüm. Yəni, orada gözlədiklərimlə yox, gzləmədiklərimlə qarşılaşdım. Birincisi, öz həmkəndlim və həmişə yeyib-içən oğlan” kimi tanınan (etiraf edim ki, bir zamanlar mən özüm də onunla birgə yeyib-içmişəm) bir nəfəri gördüm. Gül dərirdi. Soruşdum gülü kiminçün dərirsən? Dedi kəndimizdən filankəs gələcək, onu qarşılamağa hazırlaşıram (dediyi adamı tanıyırdım). Heyrətləndim ki,bu adam bura necə düşüb, axı o ömür boyu ibadət etməyib? Bu vaxt beynimə telepatiya ilə informasiya gəldi ki, bu adam yaşadığı dövrdə kənddə nə qədər hüzür düşübsə, bütün şəxsi işlərini bir kənara qoyub, cənazənin götürülməsinə böyük əziyyət çəkib və mərhumu son mənzilə yola salıb. Doğurdan da beləydi. Həmin adam ustaydı və həm də lafeti olan traktor sürürdü. Kənddə hüzür düşəndə adam heç vaxt hökmət işinə getməzdi. Hüzür yerinə gəlib, tut ağaclarından qəbir üçün lazım olan şeyləri yonub düzəldər, ağacdan mağar qurar və çadır çəkər, dəfn üçün lazım olan şeyləri traktoruna yükləyib, qəbirstanlığa aparardı.... (Sovet dönəmində kənddə yaşamış adamların bu işlərin indikindən fərqli olaraq nə qədər çətin olmasından xəbərləri var.) Bir sözlə, kənddəki hüzür məclislərinin ən ağır günü olan birinci gününün (dəfn gününün) bütün ağırlığı bu adamın üzərinə düşərdi. Və ən başlıcası da, bütün bu işləri təmənnasız edərdi, heç kəsdən bir manat pul götürməzdi. Ədalətli və Adil olan Allah-təala onun bütün bu əziyyətlərini nəzərə alıb, tərəzidə əməlləri ağır gəldiyindən onu Cənnətlə mükafatlandırmışdır. Cənnətə gedənlər arasında Əşrəf kişini də gördüm. 70-ci illərdə bizim kənddə kolxoz sədri işləyib. Rayonda onu tanımayan yoxdur, bir neçə il qabaq rəhmətə getdi. Onun da Cənnətə getməsi məni təəccübləndirdi (nə qədər olmasa vəzifədə olub, kolxoz sədri işləmiş adamdır, günahları olmamış deyildir). Bu vaxt beynimə telepatiya ilə informasiya gəldi ki, bu adam rəhbər işlədiyi dövrdə ayağı çox ruzi-bərəkətli olub. Niyyəti camaata çoxlu taxıl, bostan bölmək olub. Allah da onun bu xoş niyyətini qəbul edərək, kolxozun əkin-biçininə bərəkət verib. Nəticədə onun dövründə kəndlilərin güzəranı yaxşı olub. Düzü Əşrəf kişi sədr işləyəndə mən balaca uşaq idim və o dövrdə nə baş verdiyi yadımda qalmamışdı. Odur ki, aldığım informasiyanı dəqiqləşdirmək (həqqi-yəqinlik hasil olması) üçün kəndə gedəndə ağsaqqallar arasında kiçik bir sorğu apardım. Dedilər torpağın bir hektarı normalda 20 sentner taxıl verməli olduğu halda Əşrəfin dövründə ən azı 50-60 sentner taxıl verdi. Halbu ki, nə ondan qabaq, nə də ondan sonra həmin torpaqlar 20 sentnerdən artıq məhsulu heç vaxt vermədi. Kartof, soğan, bostan da anbarda qalıb xarab olurdu və insanlar daşımaqla qurtarmırdı... Buradan görünür ki, istənilən rəhbər xoş niyyətli olsa və insanlara yaxşılıq etməyi qarşısına məqsəd qoysa Allah-təala onun niyyətini qəbul edər və o yerə ruzi-bərəkət yağdırar. Əks halda... bizim indi yaşadığımız vəziyyət yaranar və Allah ruzini qeybə çəkər, neft quyularını yandırar, heç kəs ondan xeyir görməz! "Beləliklə, qazandıqlarına (qazandıqları günahlara) görə zalımların bəzisini digərinə rəhbər təyin edərik (və onun əliylə günahkarları cəzalandırarıq)". Quran, 6:129 Ayələrdən görünür ki, Allah bir qövmü sevəndə və ona yaxşılıq etmək istəyəndə ona ürəyiyumuşaq, həlim xasiyyətli bir rəhbər qismət edir və qövmə etmək istədiyi yaxşılığı da həmin xasiyyətli rəhbərin əliylə edir. Cəzalandırmaq istədikdə isə, zalım, qəddar bir rəhbər qismət edir. Allah zalım rəhbərin əliylə heç bir qövmün qarşısına xeyir çıxartmır və bu adamın ayağıyla millətə bəladan başqa heç nə gələ bilməz (necə ki, gəlmir)! Bunlar mənə orada öyrədilənlərdir. İranın nüfuzlu din adamlarından sayılan Ayətullah Şirazi ölkənin dini lideri Xameneinin İmam Mehdi ilə əlaqə qurduğunu iddia edib.
Moderator.az xəbər verir ki, Qum şəhərində təşkil olunan beynəlxalq konfransda danışan Şirazi Xameneinin Cəmkəran məscidində İmam Mehdi ilə bağlantı qurduğunu deyib. Sözü gedən mövzunun ictimaiyyət arasında geniş maraq doğurduğunu nəzərə alıb, din yazarı, otuzdan çox kitabın müəllifi olan tədqiqatçı Paşa Yaquba müraciət edərək, məsələyə münasibət bildirməsini xahiş etdik. Yazıçının fikirlərini sizə təqdim edirik: -Bu mövzu ruhlarla bağlı olduğundan və ruh haqqında da danışmaq elm verilmiş şəxslərə qadağan olunduğundan, bu barədə çox danışa bilmirəm. Allahdan qorxuram ki, birdən ağzımdan nəsə qaçırdaram. Çox sirləri açmaq istəmirəm, ona görə də bu mövzudan həmişə qaçmağa çalışmışam. Bu mövzuda ancaq onu deyə bilərəm ki, İmam Mehdinin zühuru onların gözlədiyi kimi baş verməyəcək. Çünki, Mehdi xilaskar deməkdir. Bir xilaskar çıxacaq, imam Mehdinin, eləcə də bütün imamların və peyğəmbərlərin yarımçıq qalmış missiyasını davam etdirəcək. Ruhla bağlı indiyədək demədiyim kiçik bir informasiyanı demək istəyrəm (günah edirəmsə Allah bağışlasın). Ruhun çoxsaylı funksiyalarından biri də proqram (kompyuter proqramı) formasında olmasıdır. Ruh həm də bir missiyadır. Bu missiya da proqrm kimi həmin missiyanı daşıyıb dünyasını dəyişmiş birindən başqasına keçə bilir ”“ Allahın əmri ilə! Bilmək lazımdır ki, bütün peyğəmbərlər və imamlar əslində bir-birlərinin missiyasını davam etdiriblər... Bu gün bəşəriyyətin zühurunu gözlədiyi xilaskar da həmin missiyanın (hansı ki, bütün peyğəmbərlərə və imamlara yüklənmişdi) daşıyıcısı olaraq, günahkarlara Allahdan gələcək bəlanı, mömünlərə isə, müjdəni xəbər verəcək. Amma heç inanmıram ki, bu gün onu gözləyənlər həmin xilaskarı qəbul etsinlər. -Nəyə görə? Çünki, həmin xilaskar xalqın içərisindən çıxacaq. Necəki bütün imamlar və peyğəmbərlər indiyədək hamısı xalqın içərisindən, əsasən də kasıb təbəqədən çıxıblar. Göydən indiyədək xilaskar gəlməyib. Bu barədə Rəbbim Quranda belə buyurur: De: “Əgər yer üzündə (siz insanlar kimi) arxayın gəzib dolaşanlar mələklər olsaydı, sözsüz ki, onlara bir mələk peyğəmbər göndərərdik!” 17:95 Bugünki insanlar da ruh olsaydılar, Allah göydən hansısa ruhu göndərərdi. İnsan olduğumuz üçün, bizi xəbərdar etmək üçün göndərilən şəxs də özümüz kimi insan olmalıdır. Məntiq və Quran bunu deyir. Bu gün bəşəriyyət mənəvi böhran içərisində olduğundan və kütləvi şəkildə zülmə məruz qaldıqlarından, Allah elm verdiyi bir qulunu bu missiya ilə görəvləndirəcək (bəlkə də görəvləndirib, nə bilmək olar). O da Quranı, onun hökmlərini təbliğ edib, milləti islah etməyə, doğru yola yönəltməyə çalışacaq - bundan əvvəlki peyğəmbərlər və imamlar kimi. Və o şəxs çox güman ki, heç vaxt özünü cəmiyyətə Mehdi kimi, İmam kimi təqdim etməyəcək. Sadəcə öz adı ilə təbliğ (irşad) fəaliyyəti ilə məşğul olacaq (bəlkə də olur). Bu gün baş verən təbii fəlakətlər daha da intensivləşəcək və o təbliğə inanıb doğru yolu tutan 29 faiz əhali bu fəlakətlərdən sağ çıxacaq. Qalan 71 faiz isə, dəryaların payıdır. Təsadüfü deyildir ki, Yerin 29 faizində insan yaşayır, 71 faizi isə dəryalardır. Xatırladım ki, insan orqanizmindədə su ilə quru maddə 29-un 71-ə nisbətindədir. -İran alimlərinin iddia etdiyinə görə həmin şəxs mütləq imamların nəslindən olmalıdır. Sizcə bu belə olacaqmı? -Sizə incə bir məsələni izah edim. Həzrət Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın iki oğlu (İbrahim və Qasım) yetkinlik yaşına çatha-çatda Allah onları öldürdü. Və şübhəsiz ki, atalarının qəlbinə dağ çəkildi. Sizcə Allah-təala Öz sevdiyi elçisinin qəlbinə niyə belə dağ çəkilmsinə razı oldu? Bunun iki səbəbi vardı. Birincisi, sonralar mömünlərdən kiminsə övladı gənc yaşda ölərsə, bunu özünə dərd etməsin və bunu Allahın qəzəbinin təzahürü hesab edib bəd gümana düşməsin. İkinci səbəbi o idi ki, Məhəmməd əleyhissəlam bir ideoloji rəhbər ”“ lider idi. Gələcəkdə o da hamı kimi öləcəkdi. İnsanların ona sevgisi böyük olduğundan, Peyğəmbər öləndən sonra deyəcəkdilər ki, yerinə növbə ilə oğlanlarını seçəyin. Peyğəmbərə olan sevgi və inamlarını sonra onun oğlanlarına yönəldəcəkdilər. Bu da heç də yaxşı nəticə vermiyəcəkdi. Çünki, ola bilsin ki, Peyğəmbərin oğlanları heç də həmin ideologiyanın daşıyıcısı olmasınlar (Nuhun oğlu kimi), yaxud onlar ataları kimi savad və liderlik qabiliyyətinə malik şəxsiyyət olmasınlar. Millət bunu dərk etmədiyindən, həmin uşaqları özlərinə lider seçib öz-özlərini məhvə aparardılar. Ona görə də Allah bütün bunları qabaqcadan gördüyündən həmin oğlan uşaqlarının ölməsinə qərar verdi. -Elə isə, niyə Allah o oğulları Peyğəmbərə vermişdi? Elə əvvəldən verməsəydi olmazdımı? -Haqlı və yerində verilmiş sualdır. Buna cavab almaq üçün həmin dövrün adət-ənənəsinə nəzər salaq. Bildiyimiz kimi, İslama qədər qız uşaqlarını öldürüb, ancaq oğlanları saxlayırdılar. Peyğəmbər bunun qarşısını alsa da, yenə də cəmiyyətdə oğlan uşaqlarının nüfuzu yüksək olaraq qalırdı. Həmin vaxt cahiliyyətin müəyyən əlamətləri qaldığından, oğlan uşağı olmayan ataya pis baxırdılar. Hətta, ataları oğulların adıyla çağırırdılar. Məsələn, “Əbülqasım” ”“ Qasımın atası. Bu səbəbdən də Allah Öz elçisinə oğlan uşağı da bəxş etdi ki, cahillər ona dil uzatmasınlar. Amma bir həqiqət də var ki, bayaq dediyim kimi, oğullar heç də atalarının malik olduğu elmə, qabiliyyətə malik olmurlar. Özəlliklə də ideologiya sahəsində. Bir anlıq öz yaşadığımız cəmiyyətin yaxın keçmişinə nəzər salaq. Hansı ideoloji liderin oğlu onun missiyasını davam etdirib? Onun kimi qabiliyyətə və elmi biliklərə sahib olub? Demək olar ki, heç kimdə bu hallar müşahidə olunmayıb. Deməli imamların da övladlarının (seyyidlərin törəmələrinin) bu gün həmin missiyanı davam etdirəcəyini iddia etmək absurddur. Mən bir tədqiqatçı olaraq, imamların bəzi layiqli törəmələrindən olan kəramət sahibləri haqda araşdırmalar aparmışam və bir neçə kitabımı onlara həsr etmişəm. Tarixdə o nəsildən həqiqətən də nümunəvi əxlaqa və mənəviyyata malik seyyidlər (seçilmişlər) çıxıb və onlar kəramət sahibləri olaraq, cəmiyyətin inam və sevgisini qazanıblar. Amma təssüflər olsun ki, bu gün onların törəmələrinin böyük əksəriyyəti nəinki həmin yolda deyillər, əksinə cəmiyyət onların bəzilərinin əlindən əlhazar etməkdədir. Şəxsən mən haqqında kitablarımın birində bəhs etdiyim bir kəramət sahibinin (seyyidin) öz oğlunu necə qarğıdığını yuxumda gördüm. Hansı ki, onun oğlu bu gün yaşayır və ləyaqətsiz əməlləriylə xalqı bezdirir (müəyyən səbəblərdən adını çəkmirəm). Bütün bunları nəzərə alıb, məntiqlə demək olar ki, peyğəmbərlərin və imamların missiyasının (proqramının) daşıyıcısı heç də o nəsildən olmayacaq. Sadəcə Allahın elm verdiyi sadə, imanlı bir şəxs olacaq. Allah bu barədə Quranda çoxlu ayələr göndərib. “Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!” Quran, 42:13 Və yaxud: “Allah Öz əmri ilə mələkləri (Cəbraili) vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları əzabımla qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” Quran, 16:2 Ayələrdən göründüyü kimi, Allah istədiyi qulunu özünə Peyğəmbər (xəbər verən) seçər və bəla göndərməmişdən öncə onun diliylə bəşəriyyəti xəbərdar edər: “Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onun əhalisini məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, kitabda yazılmışdır!” “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik. Quran, 17:16 -Paşa bəy, indi Siz konkret olaraq Ayətullah Şirazinin fikirlərini qəbul edirsinizmi? Onun dediyi sözə inanırsınızmı? - İmam Mehdi 5 yaşında dünyasını dəyişib (ruhuna Allahın salamı olsun!). Hamı kimi o da kiminsə ancaq yuxusuna girə bilər. Aşkar görə bilməz. Mən buna inanmıram. Bunu sadəcə reklam, ucuz təbliğat hesab edirəm. Bu həm də insanları qəsdən çaşdırmağa yönəlmiş bir təbliğat da ola bilər. -Xilaskar çıxarsa, cəmiyyət onu necə tanıya bilər? -Onda xüsusi bir əlamətlər olmayacaq və nə var-dövlətinə, nə də libasına görə cəmiyyətdən fərqləməyəcək. Sadəcə elminə, iman və əxlaqına görə seçiləcək ki, bunu da hamı dərk edə bilməyəcək. Çünki, bu şeylər daxildə olur. O başqa din xadimlərindən (mollalardan) onunla fərqlənəcək ki, təbliğ etdiyi Qurana birinci özü əməl edəcək. Özü əməl etmədiyini heç vaxt təbliğ etməyəcək! İnsanlara tövbə edib doğru yola dönməyi təbliğ edərkən, özü də tövbəkar olacaqdır. Bir tədqiqatçı olaraq xilaskarı (Mehdini) yuxusunda görənlərə çox rast gəlmişəm Azərbaycanda. Açığı onların yuxuda gördükləri hallar və orada danışılan söhbətlər daha hikmətli və doğrudur, nəinki iranlıların dediklər. Məsələn, bir Mehdi aşiqi gördüyü yuxunu belə nəql etdi: çoxlu adamlar vardı. Onların içərisində bir nəfər çox nurani, hündür boylu, yaraşıqlı bir nəfər dedi ki, mən xilaskaram (İmam Mehdiyəm). Bu vaxt qeybdən bir səs də mənə dedi ki, bu adam həqiqətən də sənin gözlədiyin xilaskardır. Ora toplaşanlar arasından bir qadın dedi ki, mən səni tanıyıram axı, sən filankəs deyilsən (dediyi ad yuxu görənin yadında qalmayıb)? İmam dedi bəli, sənin tanıdığın filankəsəm. Amma indi xilaskarlıq missiyasını yerinə yetirirəm. Bu yuxunu görən Mehdi aşiqi məndən onu yozmağımı istədi. Dedim gördüyün yuxu çox hikmətlidir və həqiqətdir. Yozumu odur ki, insanlar arasından bir nəfər yuxarıda qeyd etdiyim kimi həmin missiyanı davam etdirəcək. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycana məxsus “An-12” markalı təyyarə Əfqanıstanda qəzaya uğramışdır. Təyyarə və qatar qəzalarını araşdıran tədqiqatçı-yazıçı Paşa Yaqub bu hadisəni moderator.az-a şərh etdi. Həmin şərhi oxucularımıza təqdim edirik: -Bildiyimiz kimi, kainatın idarə olunmasında çox böyük riyazi dəqiqlik vardır. Baş verən bu kimi qəzalar da prakəndə olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Əvvəlki yazılarımda da görünürdü ki, bütün təyyarə qəzaları Günəş tutulmaları ilə riyzai şəkildə bağlanır (bax: http://www.moderator.az/news/135016.h ) Bu qəzada da diqqət çəkən məqamlardan biri 25 oktyabr 2014-cü il tarixli Günəş tutulmasının (astronomik xəbərdarlığın, qiyamət əlamətinin) 572-ci günü baş verməsidir. Belə ki, 572 ədədindən orjinal “Quran”ın səhifələrinin sayını (286) çıxsaq, yenə də 286 ədədi alınar və əvvəlki hadisələrdə olduğu kimi, yenə də diqqətimizi “Quran”a yönəldər: 572 ”“ 286 = 286 Qəzada diqqət çəkən digər maraqlı məqam onun Azərbaycana məxsus digər təyyarə qəzaları ilə əlaqələnməsidir. Belə ki, bu hadisə Bakı-Naxçıvan reysi ilə uçan “Boeinq 757” təyyarəsinin havada olarkən nasazlıq səbəbindən geri qayıdaraq, qəza enişi etməsinin (13 iyun 2015) 342-ci günüdür ki, bu da “Quran”ın surələrinin sayı olan 114 ədədinin üç mislidir: 342 ”“ 114 ”“ 114 = 114 Xatırladım ki, moderator.az-dakı əvvəlki yazımda Bakıdakı qatar (metro) qəzalarının monitorinqini təqdim edərkən, onların 114 (!) gündən bir baş verdiyi aydın görünürdü (bax: http: //www.moderator.az/news/135338.html ) Qatar qəzalarından söz düşmüşkən, bugünkü təyyarə qəzası riyazi yolla həm də qatar qəzalarına bağlanır. Belə ki, 7 may 2013-cü il tarixdə Bakı-Moskva reysi ilə hərəkət edən qatar qəzaya uğramışdı. Əfqanıstanda baş verən “An-12” qəzası da bu hadisənin 1110-cu günü idi ki, bundan da “Quran”da tövbə və cəza rəmzi sayılan 555 ədədini çıxsaq, yenə də 555 alınar və diqqətimizi bir daha tövbə edib, doğru yola dönməyin vacibliyinə yönəldər: 1110 ”“ 555 = 555 Oxucuların yadına salım ki, Qız qalasının sirlərindən bəhs edən yazımda qalanın kodunun 555 (!) olduğu görünürdü. Eləcə də Azərbaycanda baş verən bütün təyyarə və metro qəzalarının da 555 (!) ədədinə bağlandığı daim görünməkdədir. "And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22
Xəbər verildiyi kimi, keçən ilin bugünkü günü Bakı şəhərində baş verən yanğın hadisəsi həyəcana səbəb olmuşdu. Həmin gün 16 mərtəbəli yaşayış binasında baş verən yanğın 16 nəfərin həyatına son qoydu. Əvvəlcə yanğında dünyasın dəyişənlərə bir daha Allahdan rəhmət diləyirəm. Uşaqlarını itirmiş valideynlərə Fəxri-Kainat Peyğəmbərimizin oğlanlarını xatırladıram (Peyğəmbərimizin 2 oğlu da uşaq yaşlarında dünyalarını dəyişdilər). Həmçinin, Əyyub Peyğəmbərin 11 oğlunun bir gecədə həlak olmasını yada salın. Xızır Peyğəmbər arxda çimən bir oğlan uşağını vurub öldürəndə Musa Peyğəmbər bu hərəkətin səbəbin soruşdu. Cavab verdi ki, bu uşaq gələcəkdə valideynlərinə başıaşağılıq gətirə bilərdi, öldürdüm ki, əvəzində Allah bu mömün ailəyə daha xeyirli bir övlad verəcək. Nə bilmək olar, bəlkə Allah həmin gün həlak olan uşaqların əvəzində valideynlərinə daha xeyirlilərin qismət edəcək?! Düzgünün Allah bilir. Rəbbim buyurur ki, hər ziyanın içərisində bir xeyir də var. Onu biz bilmərik, Allah bilər. Əvvəlki yazılarımdan da göründüyü kimi Bakıda (eləcə də dünyada) baş verən həyəcanlı hadisələr təsadüf olmayıb, biri digəri ilə zəncirvari əlaqələnir və bütöv bir prosesin tərkib hissəsi olduğunu ortaya qoyur. Sözü gedən yanğın hadisəsi də bu qəbildəndir. Bunu aşağıdakı faktlar sübut edir: 1) 19 mayda baş verən yanğın həyacanı həmin ilin 26 yanvarında baş verən metro qəzasının 114-cü günüdür ki, bu da “Quran”ın surələrinin sayı olmaqla, diqqətimizi müqəddəs kitaba yönəldir. Hadisədən 114 gün bundan qabaq həm də Qubada baş verən 5,5 ballıq zəlzələ bölgə əhalisini həyəcanlandırmışdı; 2) Binada yanğın baş verən gün həm də 15 aprel 2014-cü il tarixli Ay tutulmasının (astronomik xəbərdarlığın) 400-cü günüdür ki, bundan da “Quran”ın səhifələrinin cəmini (286) çıxdıqda, yenə də surələrin cəmi (114) alınır və diqqətimizi təkrar müqəddəs kitaba və onun hökmlərinə yönəldir: 400 - 286 = 114 3) Təyyarə qəzalarının monitorinqinə həsr etdiyim yazımdan görünürdü ki, eyni markalı təyyarələr 858 günün tamamında təkrar qəzaya uğrayır (dünyada həyəcan yaradır). Həmçinin astronomik hadisələrin də 858 ədədi altında təkrarlandığına (həyəcan yaratdığına) dair cədvəllər təqdim etmişdim (858 ədədi orjinal “Quran”ın səhifələrinin sayı olan 286 ədədinin üç mislidir) Bax: aşağıdakı cədvəllərə: Maraqlıdır ki, 19 mayda Bakıda yaşanan həyəcanlar da bu qəbildəndir. Yəni 858 ədədi ilə təkrarlanıb. Belə ki, elm əsrinn 13-cü ilinin 13-cü günündə Hacıqabulda qatarı ildırım vurması və yanması səbəbindən ölkədə həyəcan yaşanmışdır (bax: http://www.moderator.az/news/135338.html ). Diqqətinizi maraqlı bir məqama cəlb edim ki, sözü gedən bina yananda, Hacıqabulda qatarı ildırım vurub yandırmasının 858-ci (!) günü idi. 4) Ölkəmizdə buna bənzər həyəcanlı hadisə 7 may 2012-ci ildə Zaqatalada baş verən 7 ballıq zəlzələ ilə yaşanmışdı. Burada diqqət çəkən məqamlardan biri də həmin yanğınla zəlzələ hadisəsi arasında 1110 gün fərq olmasıdır. Belə ki, bu ədəddən “Quran”da tövbə rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınar və diqqətimizi həmişə olduğu kimi, yenə də tövbə edib doğru yola yönəlməyin vacibliyinə yönəldər: 1110 - 555 = 555 Oxucuların yadına salım ki, Qız qalasının sirlərindən bəhs edən yazımda qalanın kodunun 555 (!) olduğu görünürdü. Eləcə də Azərbaycanda baş verən bütün təyyarə və metro qəzalarının da 555 (!) ədədinə bağlandığı daim görünməkdədir. Söz ardı: Adətən ölüm ayağında olan insanı ayıltmaq üçün elektroşokdan istifadə edirlər ki, buna tibb elmində şokterapiyya deyilir. Təssüf ki, bu gün millət olaraq ölü nöqtədəyik və bu həyəcanlı hadisələr də bizləri oyatmaq üçün şokterapiyya rolunu oynayır. Bu hadisələrdən sığortalanmaq istəyənlər tövbə edib doğru yola dönməlidirlər. Çünkü yerə enən bəlalrın hər gün intensivləşdiyinin şahidi oluruq. Allah inananları qorusun! Unutmayın: hər ziyanın içində bir xeyir də var. Bu hadisələr nəhayət insanları oyadacaq və onlar doğru yolu tutaraq, biri-birlərinə zülm etməkdən, əziyyət verməkdən və haqsızlıq etməkdən çəkinəcəklər. Beləliklə də Azərbaycan Dünyanın mənəviyyat mərkəzinə çevriləcəkdir. Bir məqamı da qeyd edim ki, artıq Səudiyyə ərəbistanı Allah qatında öz statusunu itirmiş və bu status Azərbaycana verilmişdir. Baş verən hadisələrin pərdəarxası səbəblərindən biri də budur! "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə göndərib belə buyurar: “İnsanları əzabımla qorxudub, bu həqiqəti Mənim adımdan onlara bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Quran”, 16:2 Söz ardı: bu yanğından qabaq analoji yanğın hadisəsi də 16 (!) nömrəli binada baş vermişdi. Bütün bu sirlər də elm əsrinin 16-cı ilində insanlara şərh olunur. Ümid edirəm ki, 16-cı ildə millətimizin şüurunda nəhayət oyanış baş verəcəkdir. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Uşaqlığım və gəncliyim sovet dövrünə təsadüf etdiyindən, etiraf edim ki, həmin zamanlarda mən də hamı kimi cahillik dövrümü yaşamışam.
Belə ki, hələ 5 yaşımda atamı itirdiyimdən və başqa qardaşım olmadığından, faktiki olaraq evin kişisi sayılırdım. Bu mənə bəzi mənəvi sıxıntılar yaşatsa da, azadlıq və müstəqillik baxımından tam sərbəstlik verirdi. Ona görə də orta məktəb və sonrakı dövrlərdə dostlarla keçirdiyimiz bütün gecəlr, bayram tədbirləri və “sobrozim”lər bir qayda olaraq bizim evdə keçirilərdi. Bacılarım köçdüyündən və anam da (Allah ona rəhmət eləsin) qoca olduğundan bizim evimiz sinif yoldaşlarım və dostlarım üçün ən əlverişli məkan idi. Evimiz kəndin qırağındakı boyük gölün kənarında yerləşdiyindən, buradakı gözəl təbiət mənzərəsi sinif yoldaşlarımın, tələbəlik, əsgərlik və qələm dostlarımın daim diqqət və marağını çəkmiş, onlar üçün sevimli istirahət məkanı olmuşdur. Həyətimizdə hər cür meyvə ağacları vardı. Bir spirt çəkən aparat da düzəltdirmişdim, yay-payız aylarında altı daim yanardı”¦ Odur ki, həyətimizdəki həm gözəl təbiət mənzərəsi, həm də gözəl “təbiət neməti” qonaq-qaranın bolluğuna səbəb olardı”¦ Onu da deyim ki, həmin dövrdə (elə indi də) kitab həvəskarı idim. Həmin vaxtlar dilimizə tərcümə olunan, yenicə çapdan çıxan “Quran” kitabını da aldım və çox böyük həvəslə mütüliyə etməyə başladım. Quranda diqqətimi çəkən məqamlardan biri də şeytanın yaranması haqda ayələr oldu: “BİZ ŞEYTANI T Ü S T Ü S Ü Z O D D A N YARATDIQ” Maraqlıdır ki, spirt çəkdiyim məqamlarda həmin ayələr gözlərimin qarşısına gəlir və mən həm ŞEYTANIN, həm də SPİRTİN yaranma prosesləri arasında çox böyük oxşarlıq görürdüm. Bu yazımda diqqətinizi həmin oxşarlıqlara cəlb etmək istəyirəm. Öncə onu qeyd edim ki, bunların hər ikisi T Ü S T Ü S Ü Z O D D A N (oxu: buxardan) yaranır. Xatırladım ki, Həzrət Peyğəmbərimiz: “Dırnaqlarınızı kəsin ki, onun altında şeytan gizlənir” ”“ deyirdi. İndi həkimlər: “Dırnaqlarınızı kəsin ki, onun altında mikroblar (bakteriyalar) gizlənirlər” ”“ deyirlər. Maraqlıdır ki, həm şeytanın, həm də mikrobun (bakteriyanın) fəaliyyəti düşdüyü yeri çürüdüb, orada fəsad törətməkdən ibarətdir. Mən spirt çəkmək üçün meyvələri böyük qaba yığıb, ağzını kip bağlayırdım. Oradakı bakteriyalar (hansı ki, Peyğəmbər onu şeytan adlandırırdı) meyvələri çürüdürdü. Həmin qabın altını yandırdıqca, çürüntü T Ü S T Ü S Ü Z O D A (buxara) çevrilir, daha sonra buxar soyuq suyun içərisindəki turbadan keçdikcə, suya çevrilərək, şüşə qaba yığılırdı”¦ Maraqlıdır ki, həmin bu çürümüş meyvənin suyunu (spirti) içdikdən sonra insanın abır-həyası azalır və günaha (zinaya, davakarlığa, adam öldürməyə və digər şeytani işlərə) daha çox meyilli olur. Bütün bu prosesləri gözlərim önündə müşahidə etdikcə və həyatımda bunların fəsadlarını yaşadıqca (içəndən sonra həmişə başıma pis işlər gəlirdi), dərk etdim ki, mən əslində şeytanı yaradıram və onu qəbul etdikcə də bu varlığın təsiri altına düşürəm ”¦ Odur ki, 24 yaşımdan sonra bu kimi işlərə TÖVBƏ dedim və ondan sonra heç vaxt spirtli içki qəbul etmədim. Dostlarıma və oxucularıma da bunu məsləhət görürəm”¦ “Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”!” Quran, 2:219 Bu barədə düşünməyə dəyər”¦ Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı XII əsrdə tanınmış memar Məsud Davud oglu tərəfindən tikilən və Bakının simvoluna çevrilən Qız qalası özündə bir çox sirləri gizlətməkdədir. O sirləri tədqiqatçılar və memarlar zaman-zaman açmağa çalışsalar da hələ də qala özündə sonsuz sayda sirr saxlayır. Tədqiqatçı-yazıçı Paşa Yaqub da öz növbəsində bu sirlərdən bir neçəsinə aydınlıq gətirir. Tədqiqatçı bu barədə fikirlərini Moderator.az saytı ilə bölüşür: Xatırladaq ki, Qız qalası ilə bağlı araşdırmanı oxucuların marağını nəzərə alaraq ikinci dəfə işıqlandırırıq. - Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Bu faktı Quran prizmasından işıqlandırsaq: 23 - "Möminlər" surəsinin; 32 - "Səcdə" surəsinin sıra nömrələridir. Elə isə: 23 + 32 = 55 Bildiyimiz kimi, 55 ədədi "Rəhimli Allah" surəsinin sıra nömrəsi olmaqla, Allaha işarədir. 32 - 23 = 9 Bildiyimiz kimi, 9 rəqəmi "Tövbə" surəsinin nömrəsi olmaqla, Quranda tövbə rəmzi sayılır. Qeyd edim ki, qala özü də "9" formasında olmaqla, "Tövbə" surəsinin simvoludur. Bütün bunları nəzərə alsaq görərik ki, Qız qalasının bizlərə ötürdüyü kodlaşdırılmış mesaj belədir: "Möminlər tövbə edərək yalnız Allah qarşısında səcdə etməlidirlər". Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159+951 = 1110 258+852 = 1110 357+753 = 1110 456+654 = 1110 1110 ədədi isə, 555 ədədinin iki mislidir. Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər. Maraqlıdır ki, 555 ədədi həm də Quranın özəyini təşkil edir. Belə ki, Quranın 114 surədən ibarət olmasının sirri də məhz 555 ədədinə bağlanır! Bunu aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 (!) ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən (əksliklərin vəhdəti və mübarizəsi) ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir. Düsturdakı ədədləri necə tapmağım barədə çox suallar verirlər. Nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail əleyhissəlam tərəfindən Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy yolu ilə nazil olub, və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək, bu düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan. ...Və mən səhər onlara qonaq getdim (birinci dəfəydi gedirdim). Bu düsturlardakı rəqəmlər mənə çatanda mürəkkəb və izahsız formada idi. Özüm başa düşsəm də, başqalarına çatdırmaq üçün onların anlaya biləcəyi dildə sadə izah olunmalıydı... Oxucuların nəzərinə bir məqamı da çatdırım ki, Quranın mahiyyətini açan bu düstur, həm də kainatın idarəolunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur. Odur ki, bu düstur ladun elminin fundamenti sayılır. "Biz hər şeyi sayıb yazmışıq" Quran, 78: 29. Həm Quran üzərindəki hesablamalarımız, həm də sirli, möcüzəli Qız qalasında apardığımız araşdırmalar göstərir ki, yaxın zamanda Azərbaycanda yaşayan əhali tövbə edib günahlardan çəkinməklə, bəşəriyyətə nümunə olacaqlar İnşallah. Qeyd: yazının hazırlanmasında göstərdiyi köməkliyə görə tədqiqatçı Qalib Quliyevə təşəkkürümü bildirirəm. Qızlar açıq-saçıq geyinib müəllimlərin hisslərini zorlamasınlar... Yaşadığım yer şəhərin mərkəzində olduğundan, yaxınlığımızda iki məşhur universitet, bir orta məktəb var. Gündəlik o məktəblərə gələn tələbə və şagirdlərin çoxu gözümün qabağından keçib gedirlər. Müşahidələr göstərir ki, universitetlərin tələbə qızları orta məktəbdə oxuyan qızlarla müqayisədə çox mədəni və ədəb-ərkanlı geyinirlər. Acınacaqlı haldır ki, bu gün orta məktəbdə oxuyan azyaşlı qızlar məktəbə demək olar ki, yarıçılpaq gəlirlər. Onların geyimini ancaq bar qızlarının geyimi ilə müqayisə etmək olar. Elə bu səbəbdəndir ki, son vaxtlar şagird-müəllim münasibətləri əndazədən çıxaraq, neqativ məcraya yönəlmişdir. Məktəblərdə qız şagirdlərin gənc müəllimlər tərəfindən cinsi təcavüzə məruz qalmasının da köklərini məhz burada axtarmaq lazımdır. Narahatlıq yaradan hallardan biri də odur ki, bəzi atalar məktəbə yola saldıqları qızın geyiminə nəzarət etmirlər, ancaq hamilə qaldıqdan sonra saytlara müsahibə verməklə, şikayət etməklə öz vəzifələrini bitmiş hesab edirlər. Halbuki, həmin qızlar normal geyinib, intim yerlərini örtsəydilər, partada ədəb-ərkanlı otursaydılar gənc müəllimlərin hisslərini zorlamazdılar və sonda onları türmələrə salıb, bədbəxtliklərinə səbəb olmazdılar. Belə acınacaqlı vəziyyətin yaranmasında günahı olanlardan biri də məktəb direktorlarıdır. Onlar nə vaxt şagirdlərə öyüd-nəsihət etdilər ki, a bala, dərsə gələndə biraz ədəb-ərkanlı geyinin; bura yevrovijin səhnəsi deyil, bar deyil, elm, mərifət ocağıdır. Burada dərs verən müəllimlər sizin atanız, babanız yaşında kişilərdir, öz geyiminiz, oturuşunuzla, duruşunuzla onlara hörmət qoyun! Orta məktəblərdə apardığımız müşahidələr göstərir ki, direktorlar bu nəsihəti şagirdlərə vermirlər. Versəydilər bu gün şagirdlərin geyimi bar qızlarının geyimindən fərqlənərdi və belə biyabırçı hadisələr də baş verməzdi. Bu situasiyanın yaranmasında valideyn və məktəb direktorundan sonra üçüncü günahkar rayon təhsil şöbələrinin müdirləridir. Onlar heç bir dəfə də olsun direktorlara tapşırıblarmı ki, şagirdlərin ədəbli geyinmələrinə nəzarət etsinlər?! Bir dəfə də olsun bu məqsədlə məktəblərdə reyd keçiriblərmi? Əslində bunu görmək üçün heç reyd keçirmək də vacib deyil. Sadəcə, məktəblərin yanından keçəndə həyətdə oynayan uşaqların “geyim”lərinə nəzər salmaq kifayətdir: yarıçılpaq yeniyetmə qızlara baxanda adamın üzünün abrı tökülür (əlbətdə, üzündə abır olanların). Elm ocaqlarında belə biabırçı halların yaranmasında günahı olanlardan biri də Təhsil Naziridir. Təəssüflər olsun ki, işlədiyi müddətdə Nazir bir dəfə də olsun şagirdlərin normal geyinməli olduğunu dilə gətirməyib (hər halda biz belə söhbəti onun dilindən eşitməmişik), bu barədə gərəkən tədbiri görməyib, tapşırıqlar verməyib. Əksinə, başını örtən qızların məktəbə buraxılmamasına göstəriş verib. Nəticədə məktəbləərdə belə xoşagəlməz vəziyyət yaranıb: şagirdər tək başlarını deyil, demək olar ki, bütün bədənlərini açıblar. Elə bilməyin ki, bununla mən məktəblilərin hamısının hicab bağlamasını təbliğ edirəm. Xeyr, düşünürəm ki, indiki dövrdə bu o qədər də vacib deyil. Amma bu o demək deyil ki, şagirdlər məktəbə yarıçılpaq, bar geyimində getməlidirlər?! Olmazmı, şagird qızlara nəzarət olunsun, bir qədər ədəb-ərkanlı geyinsinlər, özlərinin cinsi təcavüzə məruz qalmalarına şərait yaratmasınlar?! Axı bu yaş dövrü onların ən təhlükəli dövrü sayılır. Çünki, onlarda ilk oyanışlar baş verir və çox alovlu olurlar, heç nəyi gzə almırlar. Azyaşlı məktəbli qızların cinsi təcavüzə məruz qalmasında sonuncu (beşinci dərəcəli) günahkar həmin təcavüzü edən gənc müəllimlərdir. Onlar çalışdıqları müəssisənin elm-mərifət ocağı olduğunu, özlərinin müəllim olaraq başqalarına hər sahədə (elmdə, mərifətdə, əxlaqda) nümunə olmalarının vacibliyini dərk etməliydilər. Həmçinin, özlərinin də bir valideyn olduqlarını, insanın etdiyi hər bir əməlinin gec-tez qarşısına çıxacağını dərk edib, iradə nümayiş etdirməli və o qız uşaqlarından gözlərini çəkməliydilər. Bunu etməyiblərsə, nəfislərini cilovlaya bilməyiblərsə, iradəsizlik ediblərsə, şübhəsiz ki, günahkardırlar və yuxarıda sadaladığım şəxslərlə birlikdə cəzaya layiqdirlər. Burada yadıma İsa Peyğəmbərin bir əhvalatı düşdü: bir gün İsa Əleyhissəlam yolla gedərkən, bir dəstə insanın əllərinə daş götürərək, bir nəfəri daşqalaq etməyə hazırlaşdıqlarını görür. Onlara müraciətlə: “Kim o şəxsin etdiyi günahı heç vaxt etməyibsə, birinci olaraq daşı o atsın”. Nəticədə heç kəs daş atmır, çünkü hamısı eyni günahı gizlində törətmiş adamlar idilər. Sadəcə, öldürmək istədikləri şəxsin günahı təsadüfən aşkara çıxmışdı... Bu gün məktəblərdə cinsi təcavüzə görə cəzalanan müəllimlərin halı həmin o daşqalaq etmək istədikləri bədbəxtin halına bənzəyir. Mən o müəllimləri qətiyyən müdafiə etmirəm və cəzalanmalarının tərəfdarıyam. Amma, qoy onları o adamlar cəzalandırsınlar ki, onlar yuxarıda sadaladığım kimi, öz vəzifələrini vicdanla yerinə yetirmiş olsunlar. Son olaraq, oğlanları pedoqoji ixtisasa yiyələnmiş valideynlərə tövsiyyə edərdim ki, uşaqları 35-40 yaşına çatmayınca (iradələri möhkəmlənməyincə) orta məktəblərdə müəllim işləmələrinə razılıq verməsinlər. Hazırki situasiyada bundan təhlükəli bir iş yoxdur məncə. Gözü çıxmış qardaşından ibrət almağın vaxtı çatıb hər halda. Paşa Yaqub ”“ tədqiqatçı yazıçı Saday Şəkərlinin hüquqlarını Müdafiə Komitəsi ölkə başçısına müraciət edib. Moderator.az-a daxil olan müraciətdə deyilir: “Son zamanlar haqsızlığa, məmurların özbaşınılığına qarşı sərgilədiyiniz mövqe, bizim Sizə müraciət etməyə əsas verdi. İctlmaiyyətin gözü qarşısında tam qanunsuz və ədalətsiz qisas hadisəsi baş verir - ölkədə,eləcə də ölkə xaricində kifayət qədər tanınmış istedadlı şair Saday Şəkərlini günahsız olmağına baxmayaraq, şərləyib uzun müddətli həbsə salmaq istəyirlər. Və bu olaya tə əssüf ki, Vergilər Nazirliyinin rəhbərliyi istiqamət verir. Biz, S.Şəkərlinin Müdafiə Komitəsinin üzvləri sizdən xahiş edirik ki, ədalətsizlik və qəsd məqsədi güdən bu məsələyə təcili şəkildə müdaxilə edəsiniz. Günahsız insanın həbsi əlbəttə ki, çox neqativ haldı. Bu insan tanınmış şairdisə, deməli artıq bu, eyni zamanda ölkə imicinə də xələl gətirən olaydı...Xahiş edirik ki, səlahiyyətləriniz daxilində şairin azad olunmasına köməklik edəsiniz”. 1. Eldəniz Quliyev - kinodramaturq.Müdafiə Komitəsinin sədri. 2. Zöhrab Əmirxanlı ”“ publisist. 3. Rüstəm Behrudi ”“ şair. 4. Sabir Rüstəmxanlı ”“ xalq şairi. 5. Ramiz Qusarçaylı ”“ şair. 6. Yaşar Məmmədli ”“ BDU-nun professoru. 7. Cəmil Həsənli ”“ Tarixçı professor. 8. Səadət Cahangir ”“ şairə. 9. Sevinc Məmmədova ”“ şairə. 10. Zümrüd Yağmur ”“ yazıçı. 11. Rafiq Manafov ”“ politoloq. 12. Zakir Məmməd ”“ tənqidçi, şair. 13. Mehdibəy Səfərov ”“ ictimai xadim. 14. Xəlil Adıgözəl ”“ şair. 15. Araz Səməd ”“ şair. 16. Nurəddin Muğanli ”“ yazıçı. 17. Şahinə Könül ”“ şairə. 18. Mübariz Məsimoğlu ”“ şair. 19. Rasət Pirisoyu ”“ yazıçı, şair. 20. İlqar Hüseynli ”“ yazar. 21. Elşən Qəniyev ”“ jurnalist. 22. Şəhriyar İbrahimov ”“ şair. 23. Rəşidə Allahverdiyeva ”“ şairə. 24. Əlisəmid Kür - şair. 25.Nəriman Zeynalzadə - şair. 26.Nigar Hüseynqızı - hüquqşünas. 27.Əbülfət Novruz - şair. 28.Paşa Yaqub - publisist. 29.Əlayif Həsənov - vəkil. 30. Rövşən Almuradlı - rejissor. 31. Bilman Qüdrət - şair. 32. Çingiz Ələsgər - şair. 33.İradə Aytel -şairə. 34.Ayaz Arabaçı - şair. 35.Elməddin Mətləb - şair. 36.Əlizaman Baxış - şair. 37.Rafail Tağızadə - şair. 38.Esmira Məhiqızı - şairə. 39. Azad Qaradərəli - yazıçı. 40. Nazim Yaquboğlu - şair. 41. Aqşin Dadaşoğlu - şair. 42.Zəka Vilayətoğlu - ictimai xadim. 43. Qurban Bayramov - tənqidçi,ədəbiyyatşünas. 44. Müzəffər Məzahim - şair. 45. Maarif Soltan - şair. 46. Aləmzar Əliyeva - şairə. 47.Vasif Əlihüseyn - jurnalist. 48.Nazlı Ağayeva - publisist. 49. Hafiz Rüstəm - şair,tərcüməçi. 50.Murad Köhnəqala - şair. 51.Allahverdi Təkləli - şair. 52.Zakir Oğuz -şair. 53.Tahir Dövlətoğlu - neftçi,yazar. 54.Zamiq Mehdisoy - müəllim. 55.Sahib Nəbiyev - yazar. 56.İlkin Şakiroğlu - şair. 57. Yeganə Əmiraslanova - jurnalist,siyasi mühacir. 58. Kəmaləddin Qədim - şair. 59. Namiq Hacıheydərli - şair. 60. Yusif Məhəmmədoğlu - şair. 61. Daşqın Ağalarlı - siyasi-ictimai xadim. 62.Sakit Sabiroğlu - şair. 63.Mayisə Əsədullaqızı - şairə,publisist. 64.Murtuzəli Atayev - müəllim. 65.Şahvələd Çobanoğlu - jurnalist. 66.Qeys Əbilov - naşir,poliqrafçı. 67.Mənsur Naziroğlu - şair. 68. Rafael Həbiboğlu - şair. Seymur Əliyev Sabiq prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçi Bəy haqda Nemət Pənahlının işlətdiyi ifadələr cəmiyyətdə birmənalı qarçılanmamışdır. Son günlər bir çox tanınmış siyasətçilər və hərəkat nümayəndələri səslənən fikirlərə öz etirazlarını bildirmişlər. Onlardan biri də öz qeyri adi araşdırmaları ilə gündəmdə olan yazıçı Paşa Yaqubdur. O, Elçi Bəy haqda indiyədək heç yerdə səsləndirmədiyi, bugünədək gizli saxladığı bəzi sirli məqamları Moderator.az saytına açıqladı:
-Yazılarımı müntəzəm izləyənlərə məlumdur ki, məndə “elmi-lədun” adlanan batini bir elm vardır ki, onunla indiyədək dünyada və Azərbaycanda baş vermiş çox sirli hadisələrin üstünü açmışam (bu barədə son dövrlərdə saytınızda çox məqalələrim yayımlanıb). Azərbaycanda baş verən sirli hadisələrdən biri də Elçi Bəylə bağlıdır. Yəni, onun 40 mərasimində günorta vaxtı baş verən göy gurultusu ilə. Hamsı ki, o şiddətli gurultu orada iştirak edən bəlkə də yüz minlərlə insanı bütün mərasim boyu həyəcanlandırdı və bu gün də həmin adamların yadından çıxmayıb o həyəcan. Həmin həyəcanı başqa iştirakçılar kimi mən də yaşadım və təbii ki, həmin gün mən də başqaları kimi, o hadisənin sirrini bilmədim... Ta ki, batini elmi mənimsəyənə qədər. Hadisədən bir il sonra məni maraqlandıran bəzi sirlər kimi, bu sirrdən də agah oldum. Lakin, müxtəlif səbəblərdən indiyədək bu barədə yazmamışam. Bu gün nemətkimilərin Bəy haqqında hədyan danışdıqlarını görəndən sonra mən də bildiyim sirlərdən bəzilərini açmaq qərarına gəldim. Elmi-ladunla yüklənərkən, mənə agah oldu ki, Əbülfəz Bəyin 40 mərasiminin ildırımla müşayət olunması heç də təsadüf olmayıb (“Quran” məntiqinə görə heç bir hadisə təsadüfən baş vermir), xüsusi qanunauyğunluğa tabedir. Yəni, bu hadisə “Quran”ın 13-cü ("Göy Gurultusu") surəsinin 40-cı (!) ayəsi ilə əlaqədardır. Həmin ayədə deyilir: "Onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək də və ya ondan qabaq səni öldürsək də (Öz dərgahımıza götürsək də, fərq etməz). Sənin vəzifən ancaq Haqqı təbliğ etməkdir. Haqq-hesab çəkmək isə Bizə aiddir!" GÖY GURULTUSU surəsi, 40-cı ayə. Elçi Bəyin 40 (!) mərasimindən bir il sonra mənə agah oldu ki, yuxarıdakı ayənin hökmü onun düşmənlərinə də şamil olunub! Və onun 40 (!) mərasimində də analoji hadisənin baş verməsi insanların diqqətini məhz bu ayəyə (13:40) cəlb etmək məqsədi daşıyırdı. Sonralar mən məqalələrimdə bu ayəyə diqqət yönəltsəm də, düzgün anlaşılmaz deyə bu barədə belə açıq yazmamışam. Amma son dövrlər (13-cü ildən başlayaraq) Azərbaycan ətrafında baş verən ildırım hadisələri (qatarları, insanları və buruqları ildırım vurması) və Əbülfəz Bəy haqqında söylənən təhqirlər, hədyanlar məni bu mətləbi açıq yazmağa vadar etdi. Bir məqamı da açıqlamaq istəyirəm: yuxarıdakı ayənin hökmünün Elçi Bəyin düşmənlərinə də şamil olunması haqda mənə məlum olanda, onun düşmənlərini də gördüm: üç təbəqədən ibarət böyük bir kütlə idi (sayı-hesabı bilinmirdi). Onlar hamısı Bəyə qarşı üsyana qalxmışdılar. Ən qabaqdakı təbəqə Elçi bəyin yaxın ətrafına daxil olan adamlar idi ki, onlar üsyançıların başında dururdular (onların içində əlində boş kaset tutan da vardı ki, dolu kimi qələmə verirdi). Onlardan sonrakı təbəqə sadə xalq kütləsi idi ki, haqqı-nahaqdan ayıra bilməyərək küyə gedirdilər. Ən axırda isə, az sayda vəzifəli hökumət nümayəndələri vardı ki, özlərini biruzə vermədən qarşıdakı iki təbəqəni əslində onlar idarə edirdilər. Bir məqamı da qeyd etməyim vacibdir ki, Elçi Bəy Yerə haqqı, ədaləti təbliğ etmək missiyası ilə gəlmiş böyük şəxsiyyət idi və ona qarşı millətin üsyana qalxması, təhqir edərək, olmazın həqarət yağdırması Rəbbimi qəzəbləndirdiyindən, millətin zülümdə qalmasına qərar vermişdir! “Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin əhalisi Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə sakinlərinin etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. Onlara özlərindən bir peyğəmbər gəlmişdi. Onlar onu yalançı saydılar, buna görə də əzab onları zülm etdikləri üçün yaxaladı”. “Quran”, 16:112-113. Bir məsələni də diqqətinizə çatdırım ki, Elçi Bəyin Allah dərgahında hörmət qazanmasına səbəb onun pak niyyətli şəxs olmasıdır. Bildiyimiz kimi, əməllər niyyətə görə qəbul olunur. Bəyin niyyəti xalqa xidmət etmək idi. Vəzifə bu yolda bir vasitə idi. Onun məqsədinə nail olmaması və Bakıdan getməsi heç də zəifliyi, qorxaqlığı ilə əlaqədar deyildi. Sadəcə dövrə, zamana görə niyyətinə çata bilmədi. Azərbaycan xalqının düşmənləri həddən ziyadə güclü idi və onlar bu xalqa demokratiya verilməsini mümkünsüz hesab edirdilər ki, xalq və dövlət güclənməsin. Fikir verdinizmi, həmin vaxt Rusiya silahın götürüb, İran “Quranı” qoltuğuna vurub üsyançıların pişvazına çıxırdılar. Bunlarla yanaşı, Azərbaycanın sərvətlərini müftə yolla talamağı qarşısına məqsəd qoymuş güclü dövlətlər də (hansı ki, bizim avam xalqımız bu gün də o dövlətləri “demokratiyanın beşiyi” hesab edirlər) Elçi Bəyin devrilməsində maraqlı idilər və üsyançılara açıq-aşkar dəstək verdikləri göz önündə idi. Təəssüflər olsun ki, qardaş dediyimiz Türkiyənin mafiyoz rəhbərliyi də Azərbaycanda haqqın-ədalətin deyil, mafiyanın bərqərar olmasını daha üstün tutdu. Belə güclü düşmənlərin hücumda olduğu bir şəraitdə Əbülfəz Bəy xidmət vasitəsi kimi baxdığı vəzifəni kiməsə (o şəxsə ki, həmin vəzifədən ancaq xalqa xidmət vasitəsi kimi istifadə edəcəyinə söz vermişdi!) ötürməkdən başqa çıxış yolu qalmadı. Sonradan kimsə vəzifədən digər məqsədlər üçün istifadə etdisə və xalqa xidmət etmədisə, üstəlik xalq da onu illər uzunu sevdi və dəstəklədisə (!) burada Elçi Bəy niyə söyülməlidir? Ən yaxşısı odur ki, millətimiz başına gələnlərdən ibrət alsın, yaşadığı zülm və işgəncəni HAQQ ETDİYİNİ (!) dərk etsin və tövbə etsin! Bir daha haqqa qarşı üsyan etməyəcəyinə Allah qarşısında söz versin. Bəlkə onda Allah bu millətin günahından keçə. "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Ayələrimi (zalımların cəzalanacağı haqda hökmlərin bütün dövrlrə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" Quran, 21:37 Fransanın paytaxtı Parisin Şarl-de-Qoll hava limanında "Air France" şirkətinə məxsus "Airbus A320" təyyarəsi ilə "Boeing 777" təyarəsi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da hava limanı müvəqqəti olaraq fəaliyyətin dayandırıb. Bildirilir ki, A320 Tunisə uçmağa hazırlaşıb. "Boeing 777" isə Dakaradan gəlib və enişə hazırlaşıb.
Təyyarə qəzalarının monitorinqini aparan tədqiqatçı Paşa Yaqub xəbəri moderator.az saytına şərh edərkən, qəzanın sirlərini belə şərh etmişdir: -Əvvəllər baş verən təyyarə qəzalarını şərh edərkən bildirmişdim ki, bu cür qəzalar biri-biri ilə zəncirvari bağlıdır (bax: //www.moderator.az/news/135016.html ) Xatırladım ki, 25 mart 2014-cü il tarixdə Azərbaycana məxsus “Boeinq 757” təyyarəsi İstanbulda enərkən yanğın baş vermişdi. Bu gün həmin hadisənin 777-ci (!) günüdür ki, bu da toqquşan təyyarələrdən birinin üzərində həkk olunmuşdur: “Boeinq 777” (!) "And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94. Əvvəlki şərhlərimdə bildirmişdim ki, bu cür qəzalar bir qayda olaraq 114 və 286 ədədləri ilə astronomik hadisələrə bağlanır ki, bunlardan birincisi “Quran”ın surələrinin, ikincisi isə, səhifələrinin sayıdır. Maraqlıdır ki, Fransada baş verən təyyarə toqquşmaları 28 sentyabr 2015-ci ildə baş verən Ay tutulmasının (astronomik xəbərdarlığın) 228-ci günüdür ki, bundan “Quran”ın surələrinin sayını (114) çıxdıqda, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədədi alınır və diqqətimizi yenə də “Quran”a yönəldir. "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22 Bugünkü təyyarə toqquşmasında diqqət çəkən məqamlardan biri də “Quran”ın səhifələrinin sayı olan 286 ədədi ilə digər analoji qəzalara bağlanmasıdır. Xatırladım ki, 5 yanvar 2014-cü il tarixdə Mədinə şəhərində “Boeinq 767”, Bakı şəhərində isə, “A-380” təyyarələri qəza enişi etmişlər. Bu gün bu qəzaların 858-ci günüdür ki, bu da 286 ədədinin üç mislidir: 858 ”“ 286 ”“ 286 = 286 Maraqlıdır ki, astronomik hadisələrin monitorinqi də onların 858 gündən bir təkrarlandığını göstərir (bax aşağıdakı linkə: //www.moderator.az/news/127715.html ) Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, zülm etməkdə və günah törətməkdə həddin aşmış Yer əhlinin diqqətini Qurana yönəltmək, zülümdən çəkindirmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, zülm etməkdən çəkinməklə və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür. “Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, Kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir Elçi göndərdik. Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!” Quran, “İnək” surəsi, 151, 152-ci ayələr. "Rəbbin hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?" “Quran”, 6:80.
Bildiyimiz kimi kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Məsələn, 36-cı surə “YA SİN” adlanır. İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün "kamil insan", "Peyğəmbər" sözünün sinonimi olduğunu deməyə əsas verir. Bildiyimiz kimi, kamil insan olan peyğəmbərlər Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq. Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın “Quran”dakı rəmzi 36-dır (YA SIN). Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur. Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür. Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür. "Transformasiya" ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. Bildiyimiz kimi transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür. Yüksəldici transformatorların vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transormatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur. İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətda uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməz! (Xatırladım ki, Həzrət Cəbrail Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda ”“ Hira dağında nazil olardı.) Alçaldıcı transormatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, cihazların (oxu: insanların) tutumuna uyğun ”“ 220-yə çevirərək, ötürürlər. İlahi sistemdə bunun misalı peyğəmbərlərdir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər. İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur. Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb! Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər və kəramət sahibləri də anatomic və bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir? Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar. Kamil insanlarda da eynən bu cürdür ”“ vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlənmə” (94) surəsində belə deyilir: “Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!” 94:1. Söz ardı: yuxarıda izah etdiyim fiziki-dini prosesləri yaşamayan adamın bunları şərh etməsi mümkünsüzdür. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |