Bir müddət əvvəl əlimə “Koronavirus dərmansız da sağalır” adlı kitabça keçmişdi. İnsanların əziyyət çəkdikləri xəstəliyin törətdiyi əngəllər çoxumuzda dözümsüzlük sindromu yaradıb. Psixoloji, sosioloji cəhətdən virusun əsirinə çevrilmişik. Bu barədə az və ya pıçıltı ilə danışan tibb insanları olsa da, açıq söz deməkdən qaçanı çoxdur. Bu səbəbdən, qeyd etdiyim kitabçanın müəllifi, psixoterapevt Paşa Yaqub ilə günün mövzusu ətrafında AYNA üçün söhbət fürsətini əldə etdim. - Doktor, sizin fikrinizcə, viruslar, həmçinin iki ildir canımızı hər formada alan COVID-19 əslində neqativ enerjidir?
- İllərdir, elmin gizlinləri ilə bağlı saysız araşdırmam olub, onlarla kitab müəllifiyəm. Sadəcə bir məqamı diqqətə çatdırmaq istəyirəm. Araşdırmalar onu göstərir ki, Mendeleyev sağ ikən onun tərtib etdiyi Elementlərin Dövrü Sistemində “Nyutoniy” adlı element olub. Bu element bir çox sağalmaz xəstəliklərin, həmçinin koronavirusun dərmanıdır. 1906-cı ildə nəşr olunann “Kimyanın əsasları” kitabında bu qeyd olunan öz təsdiqini tapır. Mendeleyevin əsl cədvəlində sıfır qrupu vardı və bu qrupda “Nyutoniy” yeganə elementdir. Alimlərin “Dünya efiri” adlandırdığı efir elementi hidrogendən əvvəl yazılıb və bu element əsl enerji daşıyıcısıdır. Başqa sözlə, efir atom, molekulu formalaşdırır, amma kimyəvi reaksiyada iştirak edə bilmir, efir maddənin ruhudur. Mendeleyev 1907-ci ildə vəfat etdikdən sonra onun dövri cədvəlində element götürüldü, indiki cədvəldə 0 qrupu yoxdur. Dünya düşmənləri bu saxtakarlıqla bir çox elmin qarşısını aldılar. Buna baxmayaraq, böyük alim Nikola Tesla efir elementindən enerji alınmasının mümkünlüyünü sübut etdi, daimi işləyən mühərrik, daha sonra enerjinin naqilsiz paylanmasını kəşf etdi. Efirin yenidən meydana çıxması alimin sui-qəsdə uğramasına səbəb oldu. İndi bir çox insan kimi mən də o elementin sirlərinə yiyələnmişəm və virusla mübarizədə ondan yararlanıram. Virus - əslində insanın bədənində olan neqativ enerjidir. Neqativ enerji insanın həm fiziki, həm mənəvi, həm də psixoloji sonuna səbə ola bilir. Bu enerjinin yox edilməsi, hərtərəfli sağalmadır. Bu mənada virusla mübarizədə çox pasiyentimə yardımım dəyib. - Artıq dünya alimləri də virusa yoluxanların çoxunun standart dərmanların istifadəsindən sonra öldüyünü deyirlər. “Koronavirusun dərmansız müalicəsi” deyəndə nəyi nəzədə tutursuz? - Bəli, dərmanların təsirindən xəstələrin ölmə ehtimalları getdikcə çoxalır. Dərmanın istifadəsinin tam əleyhinə deyiləm. Amma əvvəldə qeyd etdiyim kimi neqativ enerjinin xaric olunması xəstənin yüngülləşməsinə səbəb olur ki, bu da praktikamda təsdiqini tapıb. Xəstələrlə uzaqdan, onlayn seans keçirirəm, onlara müsbət dalğalar göndərməklə müalicə edirəm. Xəstələr var ki, bir seansla boğulma halından qurtulur. Dövlət orqanlarına da rəsmi müraciət etmişəm ki, mənə bu xidməti göstərməyə geniş imkan verilsin. - Sizcə, qlobal dərman mafiyası sizin dediklərinizi qəbul edərmi? - Elə məsələ də ondadır. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə dərrakəli, ağıllı, inanclı insanlar lazım deyil. Çünki belə insanları idarə etmək çətin olur. Dərmansız xəstəliyə qalib gəlmək təbliğatını edənlər belə qüvvələrin birbaşa düşmənidir. Baxın, pandemiyanın ilk vaxtları vaksinin çətinliyindən danışılsa da, indi 4-cü və 5-ci dozalar, hətta növbəti dozalardan söz açılır. Bunun sonu bilinmir. Belə başa düşmək olur ki, genefondun məhv edilməsi uğrunda gedən işin nəticəsində kim sağ qala, kim ölə - bəlli deyil. Vaksin xəstəliyin qarşısını almaq yox, virusu insana yerləşdirməkdir. Bu da dediyim kimi neqativ enerjisi bol adamlara pis təsir edir, çoxunda ağırlaşma baş verir. - Həkimlərin vaksinasiyası məcburidir. Siz peyvənd olunmusuz? - Bəli. Amma dərhal özümü neqativ enerjidən təmizləmişəm, öz üzərimdə seanslar aparmışam. - Yəqin ki, onlayn seansla virusun müalicəsi çox həmkarınız tərəfindən qəbul olunmur… - Sözsüz, videobağlantı ilə müalicənin effektinə inanmayanlar var. Xəstələrim sosial şəbəkədə bu haqda yazanda onlara inanmayanlar olur. Başadüşüləndir. Bir məqamı da izah edim. Koronavirusun yayılmasını araşdıran alimlər də artıq təsdiq edirlər ki, 5G internet tezliyi nəticəsində güclü şüalanma olduğundan insanlarda oksigen çatışmazlığı, boğulmalar yaranır. Hətta bu dalğalar havada koronovirusun yayılmasını tezləşdirir. Yüksək tezlikli bu dalğalar insanın birbaşa immun sisteminə təsir edir, insanın qoruyucusu olan mikroorqanizmlərin zəifləməsinə gətirib çıxarır. Demək ki, dalğalarla baş verən yoluxmanın nəticəsini elə dalğalarla da dəf etmək mümükündür. Mən fizika qanunları ilə işləyirəm. Dəyişən cərəyanı sabit cərəyana, neqativ enerjini müsbətə çevirirəm. Yeri gəlmişkən, mənim dayaq nöqtəm olan Mendeleyev cədvəlində 19 saylı element olan “Kalium” və atom kütləsi 19 olan “Flor” da xəstəliklə mübarizədə təsiredici maddələrdir ki, qida və dərmanın tərkibində var. Bu rəqəmlərin COVID-19-la uyğunluğu da əbəs yerə deyil. - Doktor, qayıdaq insanların neqativ enerjiylə yüklənməsinə. Bu gün adam hər yerdə aqressiv, kobud, əsəbi adamlarla qarşılaşmaqdan tükənir. İnsanların bu hala düşməsində səbəblər çoxdur. Özümüz neqativdən necə qurtula bilərik? - Neqativ enerji analar vasitəsiylə “yoluxur”. Bu, necə baş verir? Gənc xanımlar hamiləykən neqativ enerji yüklənmiş insanların təsirinə düşür, həmin pis enerji ilə dünyaya övladını gətirir, o enerji uşaqla birgə böyüyür. Bu gün gənc nəsil dediyimiz qrup ötən əsrin 90-cı illərinin uşaqlarıdır, həmin dövrün neqativi ilə yaşayan anaların uşaqlarıdır. Özümün araşdırmalarında, müraciət edən pasiyentlərlə işin nəticəsində baxıram ki, o çətin illərdən gələn nəsil çox yüklənib. Bu yük hərtərəfli yükdür. Hər bir əşyanın yük götürmə qabiliyyəti var, dözməyəndə sınır, qırılır. Söhbət insandan gedirsə, baxın bu, nə qədər ağırdır. Bir də ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycanda kütləvi vergili, cadu-piti edən insanlar meydana gəldi. Həmin dövrdə qara enerji, tilsimlə işləyən insanlar xüsusi bəddualarla, yollarla neqativ enerjinin yayılmasına nail oldular. Təəssüf ki, bu gün də böyük pullar verib cadugərlərin qapısında növbədə dayanan insanlar var. Qeyd etdiyim tarixdən bəri, elə bil bizdə “şeytani dövr” başladı. İlk vaxtlar çətinliklər oldu, bundan istifadə edənlər yalana, fırldağa əl atdılar. Bu gün də cəmiyyətdə insanlar elə bil etibarsızlığa, haram pul qazanmağa, kiminsə haqqını yeməyə, bir-birinə pislik etməyə köklənib. - Sizə müraciət edənlər arasında ən çox nədən şikayətlər olur? - Dediyim kimi, gənc nəsildə sinir sisitemi bərbad vəziyyətdədir. Dözümüsüzlük hökm sürür. Gənc qızların, oğlanların panik atak problemləri çoxalıb. Bu da ailədən, ətrafdan neqativ yüklənmənin nəticəsidir. Misal üçün, gənc oğlan gəlir ki, mənim qızlara qarşı marağım yoxdur və ya əksinə, qızlar oğlanlara qarşı istəksiz olduğunu deyirlər. Autizm, diqqət pozğunluğu, ətrafdan soyuma kimi ciddi problemlərin artması təəssüf doğurur. Bizim insanlarda özünü təsdiq imkanları çox azdır. Elmi, sənəti, qabiliyyəti olan insanların belə problemi yoxdur. Özünü təsdiqetmə imkanı olmayanlar bahalı telefonu, hansısa formada əldə etdiyi geyimi, maşını ilə gözə girməyə çalışırlar. Borca, kreditə girib özündə psixoloji probemlər yaradırlar. Həqiqi inanclı insanları sayı xeyli azdır. - Cəmiyyəti dərdlərdən necə xilas edə bilərik? - İnsanlar etiraz etməyi bacarmalıdırlar. Pisliklərə, zalımlara, haqsızlığa qarşı nə isə etməlidirlər. Bir neçə il əvvəl Allahşükür Paşazadə “vicdan nədir bilmirəm” demişdi. Bəli, o vicdan hissinin bərpası mütləqdir. Sonra hər şey özlüyündə çözüləcək. Müəllif: Raminə Eyvazqızı
0 Comments
Pashayaqub.weebly.com saytı xəbər verir ki, tanınmış psixoterapevt, Elmi-lədun bilicisi, 36 kitab müəllifi doktor Paşa Yaqub yeni bir xeyriyyə aksiyası keçirəcək.
25 oktyabr 2021-ci il tarixdə keçiriləcək aksiyamızda konsultasiya ödənişsizdir. Arzu edənlər (uşaqlar və böyüklər) gəlib pulsuz müayinə oluna bilərlər. Maraqlananlar üçün müalicə etdiyimiz xəstəliklərin siyahısını təqdim edirik: - Bütün növ qorxular, fobyalar; - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (böyrəkdəki bütün problemlər, enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm; - Epilepsiya; - Skalyoz , osteoxondroz, kipoz, protuziya və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluq; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s.); - Hormon pozğunluqları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s); - Həyəcan pozuntuları (panik atak); - Sayrışan hallar nevrozu; - Sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Zob; -Göz xəstəlikləri - Miasteniya (əzələ zəifliyi); - Sevgisizlik, inamsızlıq; - Dəmirov və s. dəri xəstəlikləri, allergik yaralar...; - Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq; - Sonsuzluq; - Xərçəng; - Koronavirusa yoluxma (videoseansla sağaldırıq); -Koronavirusdan geriyə qalan əlamətlər - əsəb, ürək sıxılması, yuxusuzluq, əzələ ağrıları və s. - Analıq orqanlarının xəstəlikləri - endometroz, kistalar, miomalar, fibrozlar, folikulların partlamaması, uşaqlığın sallanması və s. - Osteoparez; - Ürək-damar xəstəlikləri və s. - Zöhrəvi xəstəliklər (siflis, SPİD və s) - Bakteroloji xəstəliklər (qızılı stefilokok, fekal streptokok və s) Konsultasiya üçün əlaqə: 050 375 30 97 Dr. Paşa Yaqub Elmi-lədun bilicisi, 36 kitabın müəllifi Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, pashayaqub webly com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Yazırsınız ki, tester cihazındakı funksiyalar Kəramət sahiblərində də var. Bunu necə izah edə bilərsiniz? Paşa Yaqub: - Yuxarıda qeyd etdik ki, Yaradan Kainatı fizikanın qanunları ilə idarə edir. Peyğəmbərlərin (o cümlədən Kəramət sahiblərinin) cəmiyyətin transformatoru funksiyasını yerinə yetirdiyi barədə izah verdik. Tester aparatını fiziklər yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, televizor, kompüter və s. cihazları təmir edən ustaların demək olar ki, hamısının stolunun üstündə tester aparatı olur. Aparatın çoxsaylı funksiyaları vardır. Belə ki, o, həm cihazın daxilindəki problemi (qırılmış detalı) müəyyən edir, həm də dəyişən (qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirir. Qeyd edim ki, cihazda olan bu problem enerji (ruh) daşıyıcısı olan insanda da özünü biruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti gah yaxşı, gah da pis (dəyişkən) olur. Hələ ta qədimdən- son 50-60 ilə qədər (tibb elmi inkişaf edənədək) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan Kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonralar Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası, nəfəsi vasitəsi ilə ötürdükləri enerjinin təsirindən özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edərdilər və xəstəlikdən sağalardılar. Araşdırmalarımız göstərir ki, Peyğəmbərlərin və digər Kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür. Qeyd edim ki, insan ruhunda baş verən qeyri-sabit hallar və xəstəliklər neqativ enerjinin təsirindən yaranır və qorxu, həyəcan, qarabasma, baş, çiyin, oynaq, sinir ağrıları, depressiya və s. xəstəliklərlə özünü biruzə verir. Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri düz getmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz) qalırlar (xalq arasında buna qara zolağa düşmə də deyirlər). Belə adamların səhhətində yaranan problemləri maddi həkimlər (tibb işçiləri) dərmanlarla aradan qaldırmaqda çətinlik çəkirlər. Dərmanlarla müalicələr nəticə vermir. Çünki, birinci səbəb (neqativ enerji), sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır. Təəssüf ki, müasir tibb elmi (bütün digər elmlər kimi) yarımçıq olduğundan və insanda olan ruhu nəzərə almadıqlarından (ruhun sirlərini bilmədiklərindən), səbəbə qarşı deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu ömrü boyu xəstəxana yollarında qalırlar. Bunun səbəbi enerjiyə dayanır. Yəni, insandakı sabit enerji “dəyişən cərəyan” formasına keçdiyindən, onu heç bir dərman pereparatı sağaltmır. Bu cür xəstələrin övliyaların ziyarətində sağalmaları fizikanın qanunlarına söykənir. Yuxarıda qeyd etdiyim kimi, Kəramət sahibləri insanın ruhuna təsir edərək, onun enerjisini “sabit cərəyan” formasına salırlar. Eynən tester cihazında olduğu kimi. Məhz bu qabiliyyətlərinə görə Peyğəmbərlərin və övliyaların həyatlarına nəzər saldıqda görürük ki, onlar həm də öz dövrlərinin həkimi olmuşlar. Müəllif: - Bir çox insanlar ziyarətgahlara inanırlar, bəziləri isə, inanmırlar. Ziyarətgahlar insanlara necə kömək edə bilirlər? Paşa Yaqub: - Ziyarətgahlar cəmiyyətin “ildırımötürücü”ləridir. Fiziki qanunlardan daha bir misal çəkim. Yaşayış məntəqələrində binalar tikilərkən, ona ildırımötürücülər quraşdırılır. İnsan cəmiyyətində isə, bu funksiyanı kəramət sahibləri və yaxud onların müqəddəs ziyarətgahları yerinə yetirirlər. Belə ki, insanlar övliyalara, və yaxud onların ziyarətgahlarına üz tutmaqla, xəstəliklərdən, həmçinin, müəyyən bəlalardan qurtula bilirlər. Müəllif: - Peyğəmbərlər və övliyalar kəramətlərini necə göstərə biliblər? Kəramət sahiblərinin xəstələri müalicə etməsinin elmi əsası varmı? Varsa, bunu necə izah etmək olar? Paşa Yaqub: - Tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlər və övliyalar insanları inandırmaq üçün hərəsinin öz möcüzələri olmuşdur. Məsələn, Musa Peyğəmbər Qırmızı dənizdən yol açaraq, qövmünü oradan salamat keçirdi, əlindəki əsa ilə cadugərlərin etdikləri sehrləri qırdı. İsa Peyğəmbərin korların gözünü açması, ölünü diriltməsi və s. göstərdiyi böyük möcüzələr idi. Bugünlərdə mətbuatda dərc olunan “ABŞ-ın Aya sahiblənmək istəyinin sirri “Quran”da imiş...” araşdırma məqaləsindən göründüyü kimi, Məhəmməd əleyhissalamın möcüzəsi ilə Ayın parçalanması faktı artıq Amerika Milli Kosmik Agentliyinin (NASA) Ayda tədqiqat aparan alimləri tərəfindən təsdiq olundu. Peyğəmbərlərdən sonra yaşamış bir çox imamların və övliyaların da kəramət göstərərək xəstələrə şəfa verməsi barədə yaxın keçmişimizdə çoxsaylı faktlar mövcuddur... (ardı var) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, pashayaqub webly com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Kəramət nədir və kimlərə nəsib olur? Paşa Yaqub: - Allah-taala “Qurani-Kərim”də buyurur: “Allah istədiyi şəxsə hikmət (elm, mərifət, kəramət) bəxş edər. Kimə hikmət bəxş olunmuşsa, ona çoxlu xeyir (əbədi səadət) bəxş olunmuşdur”. İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məşğul olduqca və “Quran” ədəbi, “Quran” əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqalarından daha yaxın olur. Yaxın olduqca da duaları daha tez qəbul edilir. Belə şəxsləri Allah “Quran”da “vəliyullah”, “həbibullah”, “övliyaüllah” adlandırır ki, dilimizə tərcüməsi “Allahın vəlisi, dostu, həbibi” mənasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Həm kişilər, həm də qadınlar arasında rast gəlinən bu cür şəxslər mərifət elminə sahib olurlar. Mərifət elminə (elmi-ləduna) sahib olan şəxs istər kişi olsun, istər qadın, kəramət sahibi sayılır. Müəllif: - Kəramətin formaları varmı? Paşa Yaqub: - Təbii ki, var. Allah dostları kəramətin özləri üçün böyük bir imtahan olduğunu bilərək, bu haldan həmişə ehtiyat etmişlər və şükürlə Rəbblərinə yönəlmişlər. Onlar əsl kəramətin “istiqamət” olduğunu dərk etmiş və bu cür yaşayaraq, başqalarına nümunə olmuşlar. Kəramət Allah dostu olan bir şəxsdə fövqəladə bir halın meydana gəlməsidir. Peyğəmbərlərdə zühur edən qeyri-adi hallara isə, möcüzə deyilir. Kəramət, Allahın öz quluna bir ikramıdır. O, iki cür olur: Birinci: Hissi və maddi kəramət. Buna misal olaraq uzun məsafəni qısa zamanda qət etmə, az qidanı çoxaltma, su üzərində yerimə, odda yanmamaq, sağalmaz xəstəni sağaltmaq kimi kəramətləri göstərmək olar. Allah dostları bu cür kəramətləri ilə heç vaxt öyünməzlər və bunu cəmiyyətdən gizlətməyə çalışarlar. Bütün bunların Allahın imtahanı olmasından qorxarlar. İkinci: Mənəvi və həqiqi kəramət. Bu kəramətlər elm, ürfan, səxavət, mərifət və əxlaqla əlaqəli kəramətlərdir. Bir insan pis, xoşagəlməz halından imtina edərək, gözəl və hamının bəyəndiyi bir hala gələrsə, deməli, ən böyük kəramət budur. Həqiqi kəramət elmdə, ürfanda, əxlaqda, ibadətdə, itaətdə, əməldə, ədəbdə və insanlıqda göstərilən üstün nümunələr, fəzilətlərdir.“İstiqamət kəramətdən üstündür. Çünki kəramət nəfsin, istiqamət isə Rəbbin səndən istədiyi şeydir” - deyilmişdir. Bu səbəbdən də biz hər namazda “Fatihə” surəsini oxuyarkən Rəbbimizə “Bizi doğru yola hidayət et”, - deyə dua edirik. Həqiqi Allah dostları elm, ürfan və əxlaq vasitəsilə baş verən dəyişiklikləri, irəliləmələri və yüksəlişləri gerçək kəramətlər olaraq qəbul etmişlər. Hissi və maddi kəramətlərə isə, çox da önəm verməmişlər. Bir şeyxin və yaxud seyidin göstərdiyi ən böyük kəramət bir kafirin mömin olmasına, bir günahkarın pis əxlaqdan nəfsini tərbiyə etməsinə vəsilə və vasitə olmasıdır. Hissi və maddi kəramətə isə, bütün çarələr tükəndikdə, əlac kəsildikdə baş vurmuşlar. Buradan belə qənaətə gəlmək olur ki, kəramət “Allahım, yaradılışımı gözəlləşdirdiyin kimi, əxlaqımı da gözəlləşdir” - duasıyla həyatı səadət və riza ilə yaşamaqdır. Müəllif: - Kəramət sahibləri nə ilə məşğul olur? Paşa Yaqub: - Kəramət sahibləri İlahidən qəbul etdikləri enerjini cəmiyyətə ötürməklə, sanki, cəmiyyətin transformatoru funksiyasını yerinə yetirirlər. Müəllif: - Qalileo Qaliley bildirir ki, “Allah Kainatı riyazi dillə yaratmışdır”. Bunu necə başa düşmək olar? Paşa Yaqub: - Bildiyimiz kimi, Kainat fizikanın qanunları ilə idarə olunur. Yəni, İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Məsələn, “Quran”da 36-cı surə YASİN adlanır. İlyas Peyğəmbərə müraciətlə müqəddəs kitabda "İlyasin" deyilməsi, bu sözün kamil insan, Peyğəmbər sözünün sinonimi olduğunu deməyə əsas verir. Bildiyimiz kimi, Peyğəmbərlər və Kəramət sahibləri allah-taala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq. Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və gündə 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın-Kəramət sahbinin “Quran”dakı rəmzi 36-dır (YASİN). Maraqlıdır ki, transformatorda da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 sarğı olur. Bildiyimiz kimi, Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı sözə çevirməklə insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (dərk edə biləcəyi qədər) ötürür. Maraqlıdır ki, transformatorun da iş prinsipi eynilə bu cürdür. Transformasiya-“çevirmə” deməkdir və onun funksiyası mənbədən qəbul etdiyi yüksək gərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib, mənsəbə (cihazlara) ötürməkdən ibarətdir. Bildiyimiz kimi, transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür. Yüksəldici transformatorların vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transformatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur. İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətta uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməzlər (xatırladım ki, Həzrət Cəbrayıl tərəfindən vəhy Peyğəmbərimizə çox vaxt məhəllədən kənarda- Hira dağında nazil olardı). Alçaldıcı transformatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini (vəhyi) azaldaraq, cihazların (oxu: insanların) tutumuna uyğun-220-yə çevirərək, ötürürlər. İlahi sistemdə bunun misalı peyğəmbər və kəramət sahibləridir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq cəmiyyətə ötürürlər. İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik bununla bitmir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur. Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 sümüyün birləşməsindən yaranıb. Başqa bir maraqlı məqamı da izah etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, Peyğəmbərlər və Kəramət sahibləri də bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir? Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar. Kamil insanlarda da eynilə bu cürdür-vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın 94-cü Surəsinin 1-ci Ayəsində - “ƏL-İNŞİRAH” (“Açma və ya genişlətmə”) belə deyilir: “Məgər biz sənin köksünü açıb genişlətmədikmi?” Müəllif: - Bu Surədən belə başa düşmək olar ki, qəlbində açılıb genişlənmə getməyən bir şəxsin bu mövzunu şərh etməsi də mümkünsüz olardı. Deməli, Siz də qəlbi genişləndirilənlərdənsiniz? Belə insanlarda tükənməyən bir sevgi olduğu deyilir. Sizdə belə bir sevgi olubmu? Paşa Yaqub: - Yaxşısını Allah bilir. Bəli, mən ailəli idim, üç övladım var idi. Gənc idim. Birdən daxilimdə elə bir istək, məhəbbət yarandı ki, özüm də bilmədim ki, nə baş verir, nə istəyirəm, kimi istəyirəm. Sanki köksümdən qan axırdı, qanın kəsilməsi üçün elə bil pambığa yod vurub köksümə içəridən basırdılar. Həmin hissləri dillə demək mümkünsüzdür. Qeyri-adi hiss idi. Əgər bir neçə gün belə davam etsəydi, mən Məcnun kimi çöllərə düşə bilərdim. Bir necə gündən sonra həmin hisslər keçdi. Bundan sonra köksümün genişləndiyini hiss etdim və rahatlandım. Zaman keçdikcə özümdə qeyri-adiliyin olmasını hiss etdim... (ardı var) “Biz hər şeyi sayıb yazmışıq”. Quran, 78:29
Xəbər verildiyi kimi, bu gün 171 saylı marşurut avtobusunun yük maşınıyla toqquşması nəticəsində ölənlər və yaralananlar olub. (Dünyasını dəyişənlrə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.) Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü baş verməyib, yolun azmış millətimizə və onu idarə edən zalım rəhbərlərə Allahdan böyük bir xəbərdarlıqdır. Bunu sübut etmk üçün bir neçə dəlil-düstur gətirəcəm. - Bugünkü qəza riyazi yolla digər avtobus qəzalarına da bağlanır. Xatırladaq ki, 01 oktyabr 2018-ci il tarixdə 160 saylı marşrut avtobusu qatarla toqquşmuş, nəticədə ölən və yaralananlar olmuşdu (bu barədə hesablamaları həmin vaxt paylaşmışdıq). Bu gün həmin hadisənin 1110-cu günüdür ki, bundan da tövbə və cza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 ədədi alınır və hadisənin ALLAH tərəfindən xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha sübut edir: 1110 – 555 = 555 Əlavə: Yer kürrə formasında olduğundan, eyni saatda burada üç tarix ola bilir. Məsələn, Yaponiyada bir tarix, Azərbaycanda başqa, merikanın bəzi hissələrində isə tamam başqa tarix olur (bu səbəbdən Qurban bayramı üç gün qeyd edilir). Bu üç gün fərqi bugünkü avtobus qəzasında da görürük. Belə ki, 160 saylı avtobus qəzasından üç gün qabaq (28.09. 18) Şirvanda hərbi zavod partlamışdı ki, saat fərqi nzərə alınarsa, bu gün həmin hadisənin də 1110-cu günüdür: 1110 – 555 = 555 “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. - Əvvəllər təyyarə qəzalarını hesablayarkən bir qayda olaraq üstündəki marka ilə Ay tutulmasına bağlanırdı (məsələn, Ay tutulmasının 737-ci günü baş verirdi). Bəs bu gün qəzaya uğrayan avtobusun nömrəsi onu hansı hadisəyə bağlayır? Bunun üçün kalendar üzərində 171 gün geriyə sayaq. Görəcəyik ki, bu il aprelin 24-nə düşür. Soruşacaqsız ki, aprelin 24-də nə baş verib? Maraqlıdır ki, həmin gün ilin 114-cü günüdür ki, bu da Quran rəmzidir. Gördüyünüz kimi, marşurutun nömrəsi də hadisəni Qurana bağlayır ki, bu da Allahdan zalım qövmə və onların zalım rəhbərlərinə bir xəbərdarlıq mesajı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir! - Bugünkü avtobus qəzası daha bir hərbi bazanın partlamasına da bağlanır. Belə ki, 27 avqust 2017-ci il tarixdə Siyəzəndə silah anbarı partlamışdı. Bu gün həmin hadisənin 1510-cu günüdür ki, bundan da Yuxarıdakı Quran rəmzlərini çıxsaq, yenə də Quran rəmizləri alınır: 1510 – 114 - 286 – 555 = 555 - Bu gün ilin 286-cı günüdür ki, bu da Kəbədə saxlanan orjinal Quranın səhifələrinin sayıdır (bütün qəzaların üzərindən sirr pərdəsini qaldıranda 286 ədədi görünür). - Xatırladaq ki, xalqımıza və onun zülmü sevən rəhbərlərinə daha bir xəbərdarlıq 3 iyul 2018-ci il tarixdə ölkənin qaranlığa qərq edilməsiylə verilmişdi (həmin gün ölkədəki bütün enerji stansiyaları eyni vaxtda söndüyündən, millət günlərlə qaranlıqda qaldı). Bu gün həmin hadisənin 1200-cü günüdür ki. bundan da Quranın səhifələrinin və surələrinin sayını çıxsaq, yenə də Quran rəmzləri alınır və hadisələrin eyni Mərkəzdən – ALLAH tərəfindən xəbərdarlıq məqsədiylə törədildiyini bir daha təsdiq edir: 1200 – (114 + 286) – (114 + 286) = (114 + 286) - Qəzaya düşən avtobusun da təsadüfü olmadığını görmək üçün onun dövlət nömrə nişanındakı 116 ədədinin üzərinə marşurutun nömrəsini gələk: 116 + 171 = 287 Allah tək olduğundan bu ədəddən 1 çıxsaq alınan ədəd yenə də 286-nı göstərir (həmçinin, buradakı sirləri, mesajları biz paylaşanda artıq ilin 287-ci (!) günüdür)... Və s. Hesablamaları çox uzatmaq olar. Fəqət, arifə (qanana) bir işarə də kifayətdir. Qanmaza isə, nə qədər dəlil gətirsən faydası yoxdur... Yəqin oxucuda sual yaranacaq ki, niyə avtobus qəzası silah anbarının partlamasına bağlanır? Bununla yaradan bizlərə hansı mesajı verir? Məlumdur ki, bu gün ölkədə haqsızlıq, zülm tarixdə heç vaxt olmayan kimi, ərşə dirənib (sanki XXI əsrdə deyil, ibtidai icma quruluşunda yaşayırıq).Yuxarıdan aşağı hamı biri-birinə zülm edir və bundan sanki həzz alır. Zülm edənlər də bir qayda olaraq öz güclərinə, silahlarına və s güvənirlər. Bugünkü avtobus qəzasıyla verilən xəbərdarlığı Yaradan silah bazasındakı partlayışa bağlamaqla, diqqəti HAKİMİYYƏT surəsinin 20-ci ayəsinə yönəldir: “Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qoruya bilsinlər?” “Hakimiyyət” surəsi, 20-ci ayə. Yəni, insanın güvəndiyi silah partlayıb, onun özünü də məhv edə bilər. Ona görə də insan ağıllı olmalı, silahına güvənib, Allahın yaratdıqlarına zülm etməməlidir. Əks halda Allah insanın bütün həyatını qaralda bilər (necə ki, yuxarıda dediyim tarixdə qaraltdı). Odur ki, aşağılardan qorxmasanız da YUXARIdan qorxun! Günləriniz sananır... "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16 Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub Allahın qulu və carçısı Son vaxtlar insanlar arasında onurğa xəstəlikləri kəskin şəkildə artmışdır. Demək olar ki, hər ailədə azı bir nəfərin skalyoz, kipoz, fəqərələrarası diskin sürüşməsi, kirəcləşməsi, yırtıq və s onurğa xəstəliklərinin birindən əziyyət çəkməsi şübhəsizdir.
Sual yaranır: niyə son dövrlər onurğa xəstəlikləri bu qədər artıb? Araşdırmalarımız göstərir ki, onurğa orqanizmin antennası funksiyasını yerinə yetirir. Necə ki, televiziya, radio və s cihazlar onlara ötürülən dalğaları antennalar vasitəsi ilə qəbul edirlər, orqanizm də Kainatdan gələn enerji dalğalarını məhz qabırğa vasitəsi ilə qəbul edir, oradan bədənə paylanır. Kainatdan isə, həm mənfi, hm də müsbət enerji dalğaları gəlir. Son dövrlər insanlar günah işlərlə daha çox məşğul olduqlarından, biri-birlərinə həsəd, paxıllıq etdiklərindən, pis nəzərlə baxdıqlarından, onlardan daha çox neqativ enerji ayrılır və qarşılarındakı insana ötürülür (müsbət enerji günahsız, nəfissiz insanlardan ayrılır ki, bunların da sayı cəmiyyətdə çox azdır). Bu cür neqativ enerji axımını ilk qəbul edən üzv qabırğa olduğundan onda ilk növbədə ağrılar, sonra isə, disk sürüşməsi, kirəcləşmə, yırtıq və s yaranır. Adətən, insanlar onurğadakı bu fəsadların mahiyyətinə varmayaraq, ağrıkəsicilərdən istifadə edərək, yaxud, cərrahi müdaxilə ilə problemi ötüşdürməyə çalışırlar. Nəticədə onurğadakı neqativ enerji digər orqanlara keçir. Bu vaxt beldəki ağrılar dayanır, amma, digər orqanlarda yaranan xəstəliklər onurğadakından daha ciddi olur. Belə ki, bu mərhələdə insanda limfa şişləri, böyrək xəstəlikləri, poliplər, prostatın böyüməsi və s xəstəliklər müşahidə olunmağa başlayır. Xərçəng xəstələri arasında apardığımız elmi-lədun araşdırmalar göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin böyük əksəriyyəti daha əvvəl onurğa (bel) ağrısından əziyyət çəkiblər. Eləcə də qadınlar arasnda geniş yayılmış süd vəzi və analıq orqanlarının xəstəlikləri (kista, mastopatiya, miomatik düyünlər və s) də onurğa ağrılarından sonra yarandığı aydın olur ki, bu da neqativ enerjinin onurğadan sonra həmin orqanlara ötürülməsi səbəbindəndir. Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün bunlardan əlavə, onurğaya daxil olan neqativ enerji həm də oradan keçən sinirləri zədələyir. Nəticədə insanda əsəb, sinir ağrıları və yaxud, miqren yaranır. Bu ağrıların tibbi müalicəyə tabe olmaması da onların neqativ enerjidən yaranması barədə söylədiklərimizi bir daha təsdiqləyir. Onurğada toplanmış neqativ enerji həmçinin, insanda yorğunluq, halsızlıq, depressiya, yuxu pozğunluğu, panikatak, nevrozların, qıç ağrılarının da yaranmasına səbəb ola bilir. Qabırğadan orqanizmə ötürülən neqativ enerji həmçinin, çakraların bağlanmasına da səbəb olur ki, bu da şəxsi həyatda və karyerada uğursuzluqlara səbəb olur. İnsan qara zolağa düşür. Onurğada ən çox müşahidə edilən problemlrdən biri də skalyozdur. Skalyozla bağlı bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, bu problemin əsası ana bətnində qoyulur. Belə ki, hamiləlik dövründə anada olan neqativ enerji mütləq bətndəki uşağa yoluxur. Bir neçə yaşdan sonra uşaqda skalyoz müşahidə olunur. Tədbir görülməzsə yaş artdıqca skalyozun dərəcəsi də artır. Onu da qeyd edim ki, hamilə qadında olan neüativ enerji tək skalyoza səbəb olmur; doğulan uşaqda hiperaktivlik, əsəbilik, autizm və s xəstəliklər də yarada bilir. Son dövrlər uşaqlar arasında bu tip xəsrəliklərin artması məhz anaların neqativ enerjidən təmizlənməməsi səbəbindəndir. Tibb elmində neqativ enerjiyə təsir edən vasitə kəşf olunmasa da, bizim yaratdığımız elmi-lədun müalicə seansları ilə cəmi 21 günə onurğanı neqativ enerjidən təmizləmək və ağrıları nəzarət altına almaq mümkündür. Dr. Paşa Yaqub Qeyd: oktyabrın 13-də konsultasiyamız ödənişsizdir. Əlaqə: 050 375 30 97 Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Kainatın idarə edilməsi ilə fizikanın qanunları arasında hər hansı bir əlaqə varmı və varsa bu barədə nə deyə bilərsiniz? Paşa Yaqub: - Kainatda hər şey yumaq kimi bir-birinin içindədir-Kainatın içində insan, insanın içində isə, Kainat var. Kainat insan bədəninə bənzəyir. Bütün orqanlar bir-birilə qanunauyğun şəkildə bağlı olduğu kimi, Kainatdakı hər şey də beləcə biri-birinə bağlıdır. Allah-Taala Kainatı fizikanın qanunları ilə idarə edir. Məsələn, Kəbə ətrafında dolanmaq (təvaf) müsəlmanların Həcc ziyarəti zamanı həyata keçirdiyi dini ayinlərdən biridir. Sözügedən ayin saat əqrəbinin əksi istiqamətində həyata keçirilir. Bəs bunun səbəbi nədir? 1. İnsan bədənində qan saat əqrəbinin əksi istiqamətində dövr edir. 2. Atom elektronları nüvə ətrafında təvafda olduğu kimi fırlanır. 3. Ay öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir. 4. Yer kürəsi öz oxu ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir. 5. Yer kürəsi Günəş ətrafında təvafda olduğu kimi fırlanır. 6. Günəş sisteminin planetləri Günəş ətrafında saat əqrəbinin əksi istiqamətində dövr edir. 7. Günəş və bütün günəş sistemi qalaktikadakı orbitdə saat əqrəbinin əksi istiqamətində hərəkət edir. 8. Bütün qalaktikalar kosmosda saat əqrəbinin əksi istiqamətində fırlanır. Buradan belə məlum olur ki, insan Kəbə ətrafında dolananda, bütün kainatın dövr etdiyi istiqamətdə hərəkət edir və Allahın kiçik hissəciklərdən nəhəng Kainata qədər bütün yaratdıqları Uca Tanrının həmdində birləşirlər. Müəllif: - Yazırsınız ki, insanlarda paralel aləmə çıxış nöqtələri var bunu necə izah edə bilərsiniz? Paşa Yaqub: - Bəli, insanlarda paralel aləmə çıxış nöqtələri var. Qeyd edək ki, elmi-lədunla bütün sirli hadisələrin və xəstəliklərin üzərindən sirr pərdəsini qaldırmaq, hadisənin mahiyyətini açıb, ondan xilas yollarını təyin etmək mümkündür. Bildiyimiz kimi, kompüter insanın alt kopyası olaraq yaradılıb. İnsanlar alt kopyanın bütün sirlərini öyrənsələr də, özlərindəki sirləri öyrənməkdə acizdirlər. İnsandakı elmə məlum olmayan sirləri elmi-lədunla üzə çıxarmaq mümkündür. Məsələn, elmi-lədun araşdırma nəticəsində sifətdə üç nöqtə üzə çıxardıq ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə, barmaqların fəzada vəziyyəti “WWW” formasını alır və insanın bəsirət gözü açılaraq, paralel aləmdəki nuru və bu aləmin gözəlliyini, mələklərin nurunu ziyarət edə bilir. Necə ki, həmin nöqtələri (“WWW”) sıxmaqla, kompüter informasiya məkanına çıxır və dünyanın istənilən nöqtəsi ilə bir anda əlaqə yaradır. Buradan aydın olur ki, insanda (“üst kopya”da) olmayan bir şey, alt kopya sayılan kompüterə düşə bilməz. Sübut üçün, sizə daha bir sirri açım: internetdə informasiya ötürmək üçün istifadə edilən “@” işarəsinin və insan mədəsinin şəkillərini götürüb, yanaşı qoyun. Görəcəksiniz ki, bunlar biri-birinin bənzəridir. Elmi-lədun araşdırmalarımız zamanı kəşf etdik ki, bunların funksiyaları da üst-üstə düşür. Belə ki, mədənin üzərində olan nöqtələri basmaqla, insan öz enerjisini kainatın istənilən nöqtəsinə çatdıra və orada olan əşyalara təsir edə bilir. Bu vaxt insandan ayrılan enerji öz gücünə görə Allahın enerjisinə yaxın, bəlkə də elə Ona bərabər olur. Çünki, həmin vaxt insan öz gücünü Allahın gücü, enerjisi ilə birləşdirir. Onu da qeyd edim ki, mədənin üzərindəki nöqtədən cəmi bir dəfə – 1999-cu ilin dekabrında istifadə edildi. Onda da enerjinin ünvanı Yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyaları oldu. Həmin vaxt stansiyaların işi bir dəqiqəlik dayandığından, Yerdəki bütün transliyasiyalar, rabitə və internet də bir dəqiqəlik kəsildi. Həmin gün bu hadisə dünyanın bütün xəbər agentliklərində yayımlansa da, sirrini heç kəs aça bilmədi. Bir neçə cümlə ilə vurğulandı ki, ötürücü stansiyalar Yerdən edilən təsirlə dayandırıldı. Əslində isə onu Neftçala rayonunda yaşayan dostum Hacı Xalid etmişdi. Müəllif: - Bunu təkrar etmək mümkündürmü? Paşa Yaqub: - Bu, ancaq allah-taalanın icazəsi ilə edilə bilər. Bir dəfə etməyə icazə verdi ki, həqqi-yəqinlik hasil olsun - insan nəyə qadir olduğunu, Allahdan sonra ikinci qüdrətli varlıq olduğunu bilsin. Enerjinin ünvanı ona görə Sputnik seçildi ki, bütün dünya bilsin: Azərbaycanda elmi-lədun sahibləri var və bu elm nəyə qadirdir. Həmin gün dünyanın bütün KİV-ləri tərəfindən xəbəri yayımlanan bu hadisə, Yer sakinlərinə Yaradan tərəfindən bir mesaj idi ki, silahlarının gücünə çox güvənməsinlər. Allahın elmi istənilən vaxt həmin silahları susdurmağa, enerjini kəsməyə qadirdir. (ardı var) Bir gün şah xalqın güzəranı ilə tanış olmaq üçün libasını dəyişib ölkəni gəzməyə çıxır. Bir kəndin yaxınlığında su içmək istəyir, tapmır. Bağ-bağatlı bir həyətə girir. Payız idi, nar ağacları meyvələrin ağırlığından əyilmişdi. Şah fikirləşdi ki, bu narlardan birini yesə susuzluğu keçər. Ev yiyəsini səslədi, səsə qadın çıxdı.
Qonaq susadığını dedi və bir nar, bir də kasa istədi. Qadın hər ikisini gətirdi. Qonaq narı kasaya sıxdı, kasa doldu. Nar suyunu ləzzətlə içən qonağın susuzluğu tam keçdi. Kənd-kəsəyi gəzib dolaşan zaman camaatın kasıb dolandığını görən şah, saraya qayıdan kimi vergilərin azaldılması, bəzi vergilrin isə, tamam ləğv edilməsi barədə fərman verir və xalqın güzəranı sürətlə yaxşılaşmağa başlayır. Belə firavanlığı gözü götürməyən əyanlar şahın qulağını doldururlar ki, xəzin boş qalacaq, dövlət zəifləyəcək və s. Üç il beləcə keçir və axır ki, şah yenidən vergiləri artırır. İlbəil də əhalinin güzəranı pisləşir. Dövlət xəzinəsi isə dolmur ki, dolmur. Beş il vergilər arta-arta gedir. Axırda şah xəzinənin dolmadığını görüb bunun sirrini öyrənmək üçün yenidən libasını dəyişib ölkəni gəzməyə çıxır. Oba-oba, el-el gəzib dolaşan padşah o vaxt gəldiyi kəndin yanından keçəndə yadına səkkiz il öncə bu həyətdə içdiyi sərinləşdirici, ləzzətli nar şirəsi düşür və yenə də həmin həyətə girir. Yenə də qapını həmin qadın açır. Qonaq susuzluğunu yatırmaq üçün bir nar, bir dənə də kasa istəyir. Qadın kasanı gətirir, həminki boyda bir yaxşı yetişmiş nar qırıb qonağın qabağına qoyur. Şah narı sıxır, şirə kasanı doldurmur. İçir, susuzluğu da yatmır. Çox təəcüblənir. Qadına deyir məni başa sal görüm niyə səkkiz il qabaq mən bura gələndə bu narın suyu bir kasanı doldurdu və mənim susuzluğumu yatızdırdı, indi kasa da dolmadı, susuzluğum da keçmədi? Qadın deyir ki, Vallah 8 il qabaq şahımız təzə seçilmişdi, çox ədalətli idi. Onda məhsulumuz da bərəkətli idi. 3 ildən sonra şahın nəfsi artdı, vergilər çoxaldı, o gündən əkinimizin, bağ-bağatımızın bərəkəti çəkildi... Şah hər şeyi anlayır və geri qayıdır. Amma gec idi, xalq qiyam edib, onun taxtını devirmişdi. Bəli, əziz oxucu, indi bildinmi ölkəmizdən xeyir-bərəkət niyə çəkilib? Vergilər, qiymətlər dayanmadan (az qala hər gecə) artsa da nə xalqın güzəranı yaxşılaşır, nə də dövlət büdcəsi dolur. Əksinə, deputatın biri çıxıb deyir ki, hər bir vətəndaş yardım üçün dövlət büdcəsinə 15 qəpik pul ödəsin. Bu artıq dövlətin də xalq kimi dilənçi vəziyyətinə düşməsi deməkdir. Bu qədər sərvətləri olan bir ölkənin vətəndaşları və xəzinəsinin niyə dilənçi vəziyyətində olmasının sirri yuxarıda yazdığım əhvalatda gizlənir. Ağıl sahibləri bundan ibrət almalıırlar. Məmurlar isə, bundan sonra atacaqları addımlarda bunu nəzərə almalıdırlar. Əks halda gec-tez bunun peşmançılığını çəkəcəklər və bir tikə çörəyə möhtac qalacaqlar. Çünki, oğurluq malın bərəkəti olmur, ya rusa, ya da ingilisə qismət olur... Əgər məmurlar düşdükləri vəziyyətin ciddiliyini dərk edirlərsə, biz onlara ALLAHIN bəxş etdiyi elmlə çıxış yolu göstərərik (bizim missiyamız budur). Bu bəm xalq, həm dövlət, həm də rəhbərlər üçün xeyirli olar. Necə ki, Rəbbim buyurur: “Şübhəsiz ki, hər biləndən üstün bir bilən də vardır” (Quran) Paşa Yaqub Elmi-lədun bilicisi ALİMLƏRDƏN XƏBƏRDARLIQ: ZƏHƏRLİ YAĞIŞLAR YAĞACAQ, İNSANLARIN GÖZÜNÜ KOR, DƏRİSİNİ YANDIRA BİLƏR....10/2/2021 Son günlər dünyada gündəm olan əsas xəbərlərdən biri İspaniyada LA PALMA vulkanının püskürməsidir.
Belə ki, sentyabrın 19-da eyni adlı adada püskürən bu vulkan dünyanın elmi cameəsində böyük həyəcan yaratmışdır. Elmə məlumdur ki, quruda püskürən vulkanın lavası dənizə tökülərsə, su ilə lavanın reaksiyasından yaranan zəhərli qazlar bulludlara yığılar və zərərli yağışların yağmasına səbəb ola bilər. Təəssüflə qeyd etməliyik ki, La palma vulkanı püskürəndən on gün sonra, sentyabrın 29-dan etibarən onun qaynar lavası Atlantik okeanına tökülməyə başlayıb. Hazırda Dünyanın bir çox nüfuzlu elmi mərkəzləri bu hadisənin yaradacağı təbii fəlakətin miqyasını proqnozlaşdırmaqla məşğuldurlar. Alimlərin proqnozlarına görə yaxın günlərdə zəhərli yağışların yağması gözlənilir. Yağışın tərkibində lavayla suyun reaksiyasından yaranmış zəhərli kimyəvi maddələr olacaqdır ki, (təxminən xlorun tərkibinə bənzər) bu da insanların gözlərini kor edə, dərilərini yandıra bilər. Həmçinin, bu zəhərlər ağ ciyərlərin sıradan çıxmasına və dəridə sağalmaz xəstəliklərin yaranmasına da səbəb ola bilər. Hazırda İspaniyanın vulkan püskürən bölgəsində əhalinin xeyli hissəsi evakuasiya olunub və digər yaxın şəhərlərdə əhaliyə evdən çıxmamaq xəbərdarlığı olunub. Bundan əlavə, La palma adasında olan xeyli sayda yaşayış evi və meşələr yanaraq, külə dönüb. Xəbərin doğruluğunu təsdiq edən Elmi-lədun hesablamalar Elmi-lədun hesablamalarımız göstərir ki, sentyabrın 19-da baş verən vulkan püskürməsi təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğun isə, həmişə olduğu kimi, Quran rəmzləri olan 114 (surələrin sayı) və 286 (səhifələrin sayı) ədədləri altında baş verməsi hadisənin ALLAH tərəfindən xəbərdarlıq mesajı olaraq törədildiyini ortaya qoyur. Bildiyimiz kimi, həm dənizlərdə baş verən qabarma-çəkilmələr, həm də yerdə baş verən zəlzələ və vulkanların birbaşa Ayla əlaqəsi vardır. Maraqlıdır ki, sözügedən vulkan püskürməsi də Ay tutulmaları ilə riyazi yolla əlaqələnir. Məsələn: 1. La palma vulkanı püskürən gün 26 may tarixdə baş verən Ay tutulmasının 114-cü (!) günüdür. 2. İspaniyada vulkan püskürəndə keçən il 30 noyabrda baş verən Ay tutulmasının 286-cı günü idi ki, bu da Kəbədə və muzeylərdə saxlanan orjinal Quranın səhifələrinin sayıdır. 3. La palma vulkanı püskürəndə həmçinin, 21 yanvar 2019-cu ildə baş verən Ay tutulmasının 972-ci günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxanda, müqəddəs kitabın surələrinin sayı alınır. Bu da fəlakətin əslində yolun azmış bəşəriyyətə ALLAHDAN cəza olaraq gəldiyini bir daha sübut edir: 972 – 286 – 286 – 286 = 114 4. La palma vulkanı püskürən gün 16 sentyabr 2016-cı il tarixdə baş verən Ay tutulmasının 1830-cu günüdür ki, bundan da Quranın səhifələrinin sayını çıxanda yenə də surələrin sayı alınır və fəlakətin ALLAH tərəfindən bir xəbərdarlıq olması barədə yuxarıda söylədiyimiz fikri bir daha təsdiq edir: 1830 – 286 – 286 – 286 – 286 – 286 = 114 Hesablamanı xeyli uzatmaq mümkündür... Lakin, oxucunu yormamaq üçün digərlərini təqdim etmirəm. Bu və digər hesablamalarımız sübut edir ki, bəəriyyətin böyük əksəriyyəti Haqdan uzaqlaşdığına, pozğun həyat tərzi keçirdiyinə və özündən aşağı təbəqəyə zülm etdiyinə görə Yerə cürbə-cür bəlalar gəlməkdədir. Əvvəlki yazılarımızda koronavirusdan bəhs edərkən, bunun da bir bəla olduğunu və insanlar nəticə çıxarıb doğru yola qayıtmazsa daha böyük bəlaların gələcəyini xəbər vermişdik. Qeyd etmişdik ki, hətta, elə bəlalar gələ bilər ki, bəəriyyət koronavirusa şükür edə bilər... Artıq bəşəriyyət həmin bəlalarla üz-üzədir. Bütün bunlardan tövbə etmək və doğru yolda olmaqla qurtulmaq mümkündür. Bilməliyik ki, Yaradan Quranı bəşəriyyətə “texniki pasport” olaraq göndərmişdir. Cihazın texniki pasportundakı göstərişlərə əməl etməyəndə onda problem yarandığı kimi, insan oğlu da Yaradanın göstərişlərinə əməl etməyəndə və bu hal kütləvi olanda cürbə-cür problemlərlə (bəlalarla) qarşı-qarşıya qalır... Son vaxtlar delfinlər niyə kütləvi şəkildə sahilə çıxırlar? Son dövrlər dünyanın müxtəlif yerlərində delfinlərin özlərini sahilə atması müşahidə olunur. Bunun səbəbini alimlər araşdırsalar da hələ də nəticə əldə edə bilməyiblər. Elmi-lədun yoluyla bu barədə bizə maraqlı və heyrətmiz bir informasiya sızdırıldı. Deyildi ki, “VULKAN EVLƏNMƏK İSTƏYƏNDƏ DELFİNLƏRİ ELÇİ GÖNDƏRİR”. Bu cümləni araşdırdıqda maraqlı faktlarla qarılaşdıq. Hazırda elmə məlumdur ki, vulkanlar erkək və dişi olmaqla, iki qrupa bölünürlər. Suda və quruda baş verən vulkanlar fərqli cinslərə malikdirlər. Əgər quruda baş verən vulkan suyla qovuşarsa (oxu: evlənərsə, birləşərsə) onda Yerdə böyük fəlakətlər yaranar (onların birləşməsindən zəhərli qazlar yaranır). Delfinlər təbii fəlakətləri bütün canlılardan tez hiss etdiyindən, fəlakət baş verməzdən öncə onlar özlərini quruya atırlar. Son dövrlər delfinlərin müxtəlif okean və dənizlərdən quruya atımasının sirri məhz budur. Belə görünür ki, onlar La palma vulkanının okeanla qovuşacağını və bunun fəlakətə səbəb olacağını qabaqcadan biliblər. Bunu insanlara xəbər vermək üçün özlərini quruya ataraq, bəşəriyyəti xilas etmək üçün canlarını fəda ediblər.... “And olsun ki, Biz Quranı ondan ibrət almaq üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan, (öyüd-nəsihət qəbul edən) varmı?” Quran, “Qızıl bəzəklər” surəsi. Dr. Paşa Yaqub Psixoterapevt, Elmi-lədun bilicisi Bildiyimiz kimi üç gün qabaq (28 sentyabr) Bakı sel sularının əsarətində qaldı və həyat demək olar ki, iflic oldu. Eyni zamanda Azərbaycanın qərb rayonlarını da sel suları basdı və insan təlafatı oldu (ölənlərə Allahdan rəhmət diləyirəm).
İlk baxışdan adi təbiət hadisəsi imi görünən bu fəlakətdə əslində böyük bir qanunauyğunluq var. Elmi-lədun hesablamalarımız göstərir ki, bu fəlakət əslində yolun azmış millətimizə və onların zalım rəhbərlərinə ALLAHDAN bir xəbərdarlıq mesajıdır ki, doğru yola qayıtsınlar və zülm etməkdən çəkinsinlər. Bunu sübut etmək üçün bir neçə dəlil sübut (hesablama) gətirəcəm. Məsələn: 1. Xatırladım ki, analoji hadisə bu il 6 iyun tarixində Şəkidə baş vermişdi. Belə ki, həmin tarixdə baş verən dolu, leysan selə səbəb olmuş, nəticədə şəhərdə dağıntılar və insan təlafatı baş vermişdi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Bakını sel basanda Şəkidəki analoji hadisənin 114-cü günü idi. Bu da Quran rəmzi olmaqla, hər iki hadisənin ALLAH tərəfindən xəbərdarlıq mesajı olduğunu sübut edir. 2. Bakıda yaşanan sel fəlakəti astronomik xəbərdarlıqlarla da uzlaşr. Belə ki, bu fəlakət 14 dekabr 2020-ci il tarixli Günəş tutulmasının 286-cı günü baş vermişdir ki, bu da Kəbədə (və qədim kitabxanalarda) saxlanan orjinal Quranın səhifələrinin sayıdır. 3. Üç gün qabaq yaşanan fəlakət enerji böhranı ilə də riyazi yolla əlaqələnir. Belə ki, Bakı iflic olanda 3 iyul 2018-ci ildə ölkənin qaranlığa qərq olmasının (enerji böhranının) 1183-cü günüdür ki, bundan da Quran rəmzlərini çıxanda tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisələrin ALLAHDAN bir xəbərdarlıq siqnalı olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir: 1183 – 114 – 114 – 114 – 286 = 555 4. Xatırladaq ki, keçən il martın 24-də ölkədə koronavirusla bağlı karantin elan edildi. O gündən xalqımıza sərbəst gəzmək və ALLAHIN havasını udmaq “haram” (qadağan) edildi. Əvvəlki yazılarımda da bəyan etmişəm ki, bu pandemiya necə yayılmasından aslı olmayaraq, yolun azmış bəşəriyyətə ALLAHIN bəlasıdır!!! İnsanlar kütləvi şəkildə harama, zülmə meyilləndiyinə görə, zalıma dəstək verdiklərinə görə Yaradan cürbə-cür xəstəlikləri və ağlagəlməz bəlaları çoxaldır ki, günahkarlar cəzalansınlar... Maraqlıdır ki, üç gün qabaq Azərbaycanda sel fəlakəti yaşananda 24 martda karantin elan olunmasının 555-ci (!) günü idi ki, bu da yuxarıda qeyd etdiyim kimi, tövbə və cəza rəmzidir (bu rəmzlər barədə daha ətraflı yazının rəy hissəsində). Üç gün əvvəl yaşanan sel fəlakəti daha əvvəl baş vermiş bir neçə qasırğa və daşqın hadisələri ilə də riyazi yolla bağlanır. Lakin oxucuları yormamaq üçün bunların hamısını təqdim etmirəm. Ağıl sahibləri üçün təqdim etdiyim düsturlar da kifayətdir (ağılsıza heç Quran da kar eləmir). Təqdim etiyimiz bu dəlil sübutlar onu göstərir ki, ökədə yaşanan bütün böhranlı hadisələr biri-biri ilə riyazi şəkildə əlaqəlidir və ALLAHDAN xəbərdarlıqlardır. Yaradan bununla demək istəyir ki, Quran sizə beş ildən bir dövlət səviyyəsində yalandan and içmək üçün göndərilməyib. Bu kitaba and içib əməl etməməyin çox böyük cəzası var və yaxın günlərdə biz o cəzanın şahidi olacağıq! Baş verən sel və enerji fəlakətləri də bunun xəbərdarlıqlarıdır. Artıq vaxt daralıb!!! Bu gün cəmiyyətin beş faizi zalımlardan, təxminən altmış beş faizi də onlara bu və ya digər formada yaltaqlananlardan, zalımı təbliğ edənlərdən ibarətdir ki, gələn bəla bu kateqoriyadan olanların hamısını tutacaqdır. Üçdə bir hissə bu fəlakətlərdən sağ qurtula bilər (əgər tövbə edib, zalımlardan məsafə saxlayarsa). “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Biz Nuhdan sonra neçə-neçə ümmətləri məhv etdik. Rəbbinin öz qullarının günahlarını bilməsi, görməsi onlara cəza vermək üçün kifayət edər”. “Quran”, 17:16-17 Sizdən əvvəlkilər də xəbərdarlıqlara məhəl qoymamışdılar. Onların aqibətindən ibrət alın. Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub Allahın qulu və carçısı |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |