Hamımıza məlumdur ki, bu gün cəmiyyətdə əxlaq faciyəsi yaşanmaq-dadır. Qərbdən başlayan bu faciyə artıq Şərqi də ağuşuna almaqdadır. Bildiyimiz kimi, zinakarlıq insan şəxsiyyətini alçaldır və millətlərin çökməsinə, tənəzzülünə, həlakına səbəb olur; bu dünyada fəlakət, bəla gətirir. Axirətdə isə, bunun cəzası əbədi cəhənnəmdir. Odur ki, öz ailəsinin, övladlarının gələcək taleyini düşünən hər bir ağıllı insan, bu barədə düşünməli və çıxış yolları axtarmalıdır. Allah-təala buyurur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl (böyük günah) və (Allah bağışlamazsa insanı cəhənnmə sürükləyən) murdar bir yoldur!” (əl-İsra 17:32) Şeyx Abdurrəhman əl-Sadi “Təfsir (1/457)” əsərində demişdir: Allah zinanı və zinadan doğan fəsadları “FAAHİŞƏ (yəni, həddi aşan hər bir şey: böyük günah)”, şəriətə və sağlam düşüncəyə, sağlam insan fitrətinə görə iyrənc olan bir günah adlandırır. Çünki bu Allahın haqqlarına, qadının haqqlarına, onun ailəsinin haqqlarına və onun ərinin haqqlarına qarşı həddi aşmaqdır. Bu əxlaqsızlığı yaymaq, nəsilləri və digər pis əməlləri, şərləri, fəsadları qarışdırmaqdır. Murdar bir yoldur. Bütün bunlar ailələrin və cəmiyyətlərin əmin-amanlığını, sabitliyini təhlükə ilə üz-üzə qoyur. Belə ki, öldürücü xəstəliklərin, nikahdan kənar (zinadan doğulmuş) uşaqların çoxalmasına, ailələrin parçalanmasına, uşaqların lazımınca tərbiyə olunmamasına və pis tərbiyə altında böyüməsinə, boşanmaların sayının artmasına, cinayətlərin və digər fəsadların artmasına səbəb olur. Bunun icazəli olduğu, zinanın geniş yayıldığı cəmiyyətlərdə isə, bu təsir daha qabarıq şəkildə özünü göstərir, hiss etdirir. Nəticədə həmin cəmiyyətlərin parçalanmasına və mədəniyyətlərin çökməsinə gətirib çıxarır. İslam dini zinaya qarşı bir sıra tövsiyyələr verir. Məsələn: İmkanı olanın evlənməsi, evlənməyənin oruc tutaraq nəfsini qoruması, baxışların haramdan qorunması, qadınların məhrəm yerlərini örtməsi, bir-birilərinə naməhrəm olan kişi və qadınların baş-başa qalmaması kimi tövsiyyələr bunların başında gəlir. Allahın Rəsulu evlənmə imkanı tapa bilməyən gənclərə belə buyurmuşdur: “Sizdən evlənməyə gücü çatan evlənsin, çünki evlilik gözü haramdan qoruyar və cinsi orqan üçün də ən möhkəm qaladır. Evlənməyə gücü çatmayan isə oruc tutsun. Çünki oruc cinsi istəyi zəiflədər” (Buxari, Savm, 1; Müslim, Siyam, 74, 79) Quranda kişi və qadınların gözlərini haramdan qorumaları, məhrəm yerlərini örtmələri əmr edilməklə, zinaya gedən yolların müəyyən qədər bağlanmasına çalışılır: “Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər; zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!” (“Nur” surəsi, 30-31) Həzrət Peyğəmbərimiz isə, belə buyurub: “Kim Allaha və axirət gününə inanırsa, məhrəmi olmayan bir qadınla tək başına qalmasın, çünki onların üçüncüləri şeytan olar”. (Müslim, Həcc, 74; Tirmizi, Rada, 16; Hakim, Müstədrək, I, 114) Qarşı cinsin bir-birinin söz, hərəkət və davranışlarından təsirlənməsi qaçınılmazdır. Bunu ən aza endirmək və ya buna yol açacaq vəziyyətlərdən çəkinmək lazımdır. Bunu nəzərə alaraq, Yaradan, qadınların onlara məhrəm olmayan kəslərlə danışarkən, ciddi və ağır başlı olaraq danışmalarını tapşırır: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də yad kişilərlə yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha düşər. Danışdığınız zaman gözəl danışın! (Allahın buyurduğu kimi, yaxud qəbul olunmuş qayda üzrə gözəl, ciddi bir söz deyin!)” (Əhzab, 32) “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab, 59) Sosioloji tədqiqatlar göstərir ki, cəmiyyətdə zinakarlığın artmasının ən başlıca səbəbi kasıblıqdır. Yəni, insanların bir çoxunun evlənmək üçün maddi imkanları olmadığından zinakarlığa meyl edirlər. Bu işdə dövlətin və cəmiyyətin üzərinə böyük vəzifələr düşür. Evlilik üçün maneə olan kasıbçılıq məsələsi həll olunmalı və özlərinin namusunu qorumaq üçün kifayət qədər imkanı olmayan gəncləri maddi vasitələrlə təmin etmək lazımdır. Bunu bizə Allah əmr edir: “Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah (lütfü ilə) Genişdir, Biləndir!” (Nur, 24:32) Əbu Ubeyd əl-Qasim ibn Salamın “əl-Əmval (251)” kitabında deyilir: “Ömər ibn Abduləziz, özünün İraqdakı valisinə yazdığı məktubunda belə deyir: “Mal-dövləti olmayan hər bir subayı axtarıb tapın və evlənmək istəyərsə onun evliliyini təşkil edin və ona sədəqə verin”. Yuxarıda qeyd etdik ki, zinakarlığın artması cəmiyyətimizi çökdürən və xeyir-bərəkətin çəkilməsinə səbəb olan ən başlıca faktordur. Zinakarlığın sürətlə artmasına bir çox amillər təsir etməkdədir ki, bu amillərdən biri də adət-ənənələrimizdir. Belə ki, bu gün millətimiz başqa sahələrdə olduğu kimi, evlilik adətlərində də ifrata varmaqdadır. Belə ki, elçi gələn oğlana qız evi maddi cəhətdən o qədər ağır şərtlər qoyur ki, oğlan tərəfi bu şərtləri ödəyə bilmir, yaxud, bu tələblərin ödənməsi üçün illərlə vaxt lazım gəlir. Bu illər ərzində isə, biri-birlərini sevən oğlanla qız demək olar ki, hər gün görüşürlər ki, bu da onların zina edərək, günaha yüklənmələrinə səbəb olur. Bu mühüm məsələdə cəmiyyətlərin və valideynlərin üzərinə düşən ən mühüm vəzifə budur ki, onlar mehr (başlıq pulu) məsələsində ifrata varmamalı və yaxud evlilik xərclərində özlərini nümayiş etdirərək və ya qarşı tərəfdən (oğlan tərəfindən) mal-dövlət əldə etməyə çalışaraq həddini aşmamalarıdırlar. Ömər ibn Xattab bir dəfə minbərdən xütbə verərkən demişdir: “Qadınlara mehirdə həddinizi aşmayın, çünki bu dünyada bu şərəf və ləyaqət və Allah qarşısında təqvalı olma əlaməti olsaydı, o zaman Muhəmməd sallallahu aleyhi və səlləm bu məsələdə sizi qabaqlamış olardı. Lakin, o nə öz zövcələrinə, nə də onun qızlarına iyirmi “uqiyədən” artıq mehr verilməmişdir. Əbu Davud (2106); Şeyx Albani “Səhih Əbu Davud”da hədisi səhih olaraq təsnif etmişdir. Ağıl və düşüncə sahibi insanlar bunu da inkar etmirlər ki, qızlarını ərə verərkən mehir məsələsində valideynlərin həddini aşması cəmiyyətlərin korlanması və əxlaqsızlığın yayılmasının səbəblərindən biridir. Vil Durant, bəzi qərb cəmiyyətlərində tarixin müəyyən dövrlərində əxlaqsızlığın yayılmasından bəhs edərək “Məbahic əl-Fəlsəfə” (Fəlsəfənin Ləzzətləri 127-128) adlı kitabında demişdir: “Şübhəsiz ki, bu (əxlaqsızlıq) müəyyən dərəcədə, ataların öz qızları üçün təyin etdiyi başlıq səbəbindən çoxalmaqdadır”. Zina bəşərin ictimai quruluşunun korlanmasına və kütləvi həlakətə səbəb olduğu üçün Allah bir neçə işi vacib buyurmuşdur ki, insan bunlara riayət edərsə, belə bir böyük günaha mübtəla olmaz. İslam şəriətində bunlar zinanın qarşısını alan nizami qanunlar olaraq dəyərləndirilməkdədir. Hər şeydən əvvəl İslam dini insana gözəl əxlaq və mənəviyyata yiyələnməyi əmr etmiş və ona bütün çirkinliklərdən, o cümlədən zinadan çəkinməsini təmin edən "həya” duyğusuna sahib çıxmasını və həyalı olmasını göstəriş vermişdir. Peyğəmbərimiz buyurmuşdur: "Həya imanın bir şöbəsidir”. Başqa bir hədisində belə söyləmişdir: "Həyasız olduqdan sonra istədiyini et!” İmam Sadiq buyurmuşdur: "Həyası olmayanın imanı yoxdur”. Gənclərin yetkinlik yaşında evləndirilmələri şəhvani hisslərinin ən qüvvətli olduğu bir zamanda onları zina kimi çirkin bir işdən qorumaqda mühüm rol oynadığı üçün Yaradan insanı evlənməyə təşviq etmişdir, çünki belə olduqda halal bir yolla ehtiyacını aradan qaldıran bir insanın qeyri-qanuni yollara müraciət etməsinə səbəb qalmayacaqdır. Buna görə də şəriət evlənmək üçün müxtəlif asan qanunlar vermiş, evlənə bilməyən və yoxsul şəxslərə dövlət büdcəsindən (beytül-mal) kömək etmək üçün dövlətin üzərinə xüsusi vəzifələr qoymuşdur. Böyük alim Qəzzali "Kimyayi-Səadət” adlı kitabında belə yazır: "Evlənməyin bir faydası da dinini qorumaqdır. Şeytanın pislik etmək aləti olan şəhvəti özündən uzaqlaşdırmaqdır. Bunun üçün Peyğəmbərimiz: "Evlənən dininin yarısını qorumuşdur” ”“ deyə buyruq vermişdir. Eylənməyən bir şəxs fərcini (cinsi orqanını) nə qədər qorusa da, bəzən gözünü baxmaqdan, qəlbini vəsvəsədən qoruya bilməz”. Peyğəmbər buyurmuşdur: "Allah dərgahında evlənmə ilə abad olan evdən sevimli heç bir şey yoxdur”. Başqa bir hədisində belə söyləmişdir: "Heç bir mübah (icazə verilmiş) iş Allah yanında evlənmə qədər əziz deyildir, çünki mömin bir şəxs öz halalı ilə yaxınlıq etdikdən sonra qüsl edərsə, Şeytan ağlayıb belə deyər: "Vay olsun! Bu şəxs öz Pərvərdigarına itaət etdi və günahları bağışlandı”. Digər bir hədisində buyurmuşdur: "Ey gənclər, sizdən kim evlənə bilirsə, evlənsin; çünki o (yəni evlənmək), gözü və namusu haramdan qorumaqda bir qalxandır”. Başqa bir hədisində belə demişdir: "Hər kəs cavanlığın ilk çağlarında evlənərsə, Şeytan fəryad edib belə deyər: "Vay olsun! Vay olsun! Dininin üçdə ikisini mənim şərimdən qorudu”. Digər bir hədisində buyurmuşdur: "Mən sizin dünyanızdan ətir və qadından başqa heç bir şeyi götürmədim (bəyənmədim)”. Başqa bir hədisində buyurmuşdur: "Evlənmək mənim Sünnəmdir. Mənim Sünnəmdən üz çevirən şəxslər məndən deyildir”. İmam Sadiq buyurmuşdur: "İnsanlar dünya və axirətdə qadınlardan ləzzət aldıqları kimi heç bir şeydən ləzzət ala bilməzlər”. Çalışmaq lazımdır ki, bu ləzzət halal yolla alınsın. Çünkü yol verilən hər bir haram (zina) əməl, insanın mənəvi aşınmasına səbəb olmaqla, cəmiyyətin çökməsinə, ruzi-bərəkətin çəkilməsinə və nəticə etibarı ilə haqsızlığın tüğyan etməsinə gətirib çıxarır.
0 Comments
Etiraf etməliyik ki, qanuni oğrular bu gün cəmiyyətimizə çox böyük nüfuz etməkdədirlər və demək olar ki, söz sahibidirlər. Hətda bir çox dövlətlər hazırda mafiya (oğru) qanunları ilə idarə olunur. Odur ki, dövlət başçılarının bir qisminin (əsasən şərq ölkələrinin) əlləri öz xalqlarının, digər qisim (qərb dövlətlərinin) rəhbərlərin əlləri isə, digər millətlərin qanına batmaqdadır. Yer kürrəsində (istər qərb, istər şərqində) mövcud olan dövlətlərin böyük əksəriyyəti mafiya tipli dövlətlərdir. Bu səbəbdən Yer kürrəsində kriminal hadisələr çoxalmaqda, nahaq qanlar axmaqdadır... Bütün bunları nəzərə alıb, kriminal aləmə elmi-ladunla bir nəzər salmaq qərarına gəldik. Qeyd edək ki, bu aləmin əsas "atributu" barmaq izləridir. Odur ki, sahəni işıqlandırmağa da burdan başlayaq. Bildiyimiz kimi, barmaq izlərini araşdıran dünyəvi elm DAKTİLOSKOPİYYA adlanır. Araşdırmalarımız göstərir ki, bütün elmlərin mənbəyi Quranda olduğu kimi, daktiloskopiyya elminin də mənbəyi müqəddəs kitaba bağlanır. Öncə qeyd edək ki, insanın anatomik quruluşunda olan saysız-hesabsız hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri biri-birinə bənzəmir. Quranda bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin barmaq izləri olduğu kimi bərpa olunacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4 Elmi-lədun mənə işarə verdi ki, Quranın birinci ayəsindən başla, 75-ci surənin 4-cü ayəsinə qədər say, gör nə görəcəksən. Mən də tənbəllik etməyib saymağa başladım. Həmin barmaq izlərindən bəhs edən yeganə ayəyə çatanda gördüm bu Quranın 5555-ci ayəsidir. Buradakı hikmət ondan ibarətdir ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4-cü ayəsini göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4 (5555-ci ayə) Bu və digər hikmətlər onu göstərir ki, Quranın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur. Odur ki, əməllərimizə diqqət edək. Çalışaq ki, barmaq izləriniz ancaq gözəl əməllərin üzərində qalsın. Çünkü, hansı vəzifədə işləməyinizdən aslı olmayaraq, bir gün mütləq əməllərimiz araşdırılacaq və qarşımıza qoyulacaq. Ey insanlar, öz azuqə və ruzinizdən artıq qazandığınız şeylərdə başqası üçün xilaskarsınız. Elm və bilik tükənməz xəzinədir. Güzəştə getmək zəfər və qələbənin balaca qardaşıdır. Çətinliklərə göz yumun və yan keçin, yoxsa heç vaxt şad olmarsınız. Haqqımızı yeyənlərə zülm etmək bizim üçün ən böyük sərvətdir. Cəncəlli işlərə göz yumun. Ədalət və insaf qızıl ortanı tutmaqdır. Xəsis qadın, xəsis kişidən daha üstündür. Xəbərçinin dostu olmaz. Borcunuz varsa, dərdiniz var. Acıdillilik dəliliyin bir növüdür. Ən təhlükəli yer ən böyük vəzifədə olanın yeridir. Ən yaxşı görmək ağılla olur. Namuslu şəxs zinaya nifrət edər. Yaradan vasitələrlə hər şeyə qadirdir. Çalışın siz də Onun bir vasitəçisi olasız. İnsanı tanımaq istəyirsənsə ona vəzifə ver. Elm axtaran insan heç vaxt doymaz. Qeybət etmək və arxasınca danışmaq insanı rahatlaşdırsa da, sonradan onu kiçildər. Elm alimlərdən bizə qalan əziz bir mirasdır. Gülərüzlülük və xoşxasiyətlilik ikibaşlı olar. Sülh və bağışlamaq böyüklük əlamətidir. Eqoistin düşməni çox olar. Səxavətlilik xeyirli və ürəkaçan bir dərmandır. İnsanlarla elə qaynayıb qarışın, elə rəftar edin ki, onlar heç zaman sizi unutmasınlar. Bədbəxt olmuş insanı tənqid etmək onu intihara sövq etməyə bərabərdir. Qorxu bədxah qonşudur. Utancaqlıq ümidsizliyin qardaşıdır. Yalan danışan adamın ya dili çaşar, ya da üzü. Məsləhət və məşvərət olmasa dünya məhv olar. Əgər bir şeyi bilmirsinizsə, qəti olaraq “bilmirəm” deyin; bu sizə ən doğru olandır. Ağıldan və səbrdən faydalı heç bir sərvət yoxdur. Xoş əməli boş ibadət əvəz edə bilməz. Fürsəti əldən vermək qorxuya təslim olmaqdır. Səhlənkarlıq və tənbəllik ən böyük bəlalardandır. Öyrənmək eşqi hər bir avamın cihadıdır. Ruzinin artmasını istəyirsənsə, yaxşı əməl et və tənbəllikdən əlini üz. Qəm kədər içində olan gənc artıq qocalmışdır. Var - dövlətin az qismini bölüşməklə amanda saxlayın. Xoş əməlsiz ibadət düzgün deyildir. Çünki, Yaradan gözəl sözləri eşidir, gözəl əməlləri isə, qəbul edir! Yoxsulluq və kasıblıq ən əzablı edamdır. Ziyarətgahda qurban kəsilməsinin düzgün olub-olmaması bu gün İslam alimləri və sadə insanlar tərəfindən ən çox dartışılan mövzulardandır. Sözü gedən mövzunun elmi-lədun araşdırması çox maraqlı faktlar ortaya qoydu. Həmin faktlardan bəziləri ilə elə ziyarətgahlarda olarkən qarşılaş-dım. Onları moderator.az saytının oxucularına şərhsiz təqdim etməklə, nəticə çıxarmağı da elə oxucuların öz öhdəsinə buraxıram. Birinci müsahibimlə “Xızır Zində baba” adıyla tanınan Beşbarmaq dağında söhbət etdim: -Mənim həyatım çox çətinliklərlə keçib - deyə, müsahibim söhbət edir: - həm ətrafımda olan insanlar, həm də görünməyən aləmdə olan cin-şeytanlar üstümə gəlir, mənə çox əziyət verirdilər. Mənə deyirdilər ki, tilsimə düşmüsən; amma, heç kəsin çıxarmağa gücü çatmırdı. Həyatım cəhənnəmə dönmüşdü. Vəziyyətdən çıxmaq üçün həmişə Allaha və Xızır Zində Babaya dua edirdim. Bir gecə yuxuda iki qoç gördüm, biri ağ, biri qara. Ağ qoçun boynunda qara yaylıq, qara qoçunsa boynunda ağ yaylıq vardı. Bir səs mənə dedi ki, bu qurbanlar Xızır Zində Babanındır. Bu yuxunu bir neçə il dalba-dal təkrar-təkrar görsəm də, əhəmiyyət vermirdim. Bu ilin yanvar ayında yenidən yuxuda həmin qoçları gördüm. Bu dəfə həmin səs mənə konkret olaraq dedi: ”Bilirsən, bu qurbanları hara aparmalısan? Bu qurbanları Xızır Peyğəmbərin ocağına aparmalısan; diri Peyğəmbərin ocağına”. Artıq mən bu yuxuya ciddi yanaşmağa başladım və pul toplayıb iki qoç aldım - biri ağ, biri qara. Ağ qoçun boynuna qara yaylıq, qara qoçun da boynuna ağ yaylıq bağlayıb, keçən ay gətirib burada - Beşbarmaq dağında kəsdim. Qurbanları kəsib gedəndən sonra özümdə xeyli yüngülləşmə hiss elədim. Sıxıntılarım yavaş-yavaş azalmağa başladı. Paralel aləmdəki qara qüvvələr üstümə gələndə görürdüm ki, kənardan bir işıq (nur) gəlib onu qovur, yox edir. İçimdə özümü qınadım ki, gərək mən bu qurbanları neçə il bundan qabaq kəsəydim. "Vəhabilərin sözünə baxıb az qala uşağımı öldürəcəkdim..." İkinci müsahibimlə Oğuz rayonunun Kərimli kəndindəki “Çərşənbə baba” adlanan pirdə rast gəldim: -Təzə gəlin olan vaxtlarımda yuxuda gördüm ki, dağın başında, böyük bir qəbrin yanındayam, yalvarıram ki, “Ay Zində baba, səndən bir oğul istəyirəm”. Bir neçə gün dalbadal bu yuxunu gördüm. Aradan bir müddət keçdikdən sonra oğlum dünyaya gəldi. Zində babanın kim olduğunu, harada dəfn olunduğunu öyrənmək istəsəm də, buna nail ola bilmirdim. Günlərin birində həyətə dilənçi girdi, qaynanam ona nəzir verərkən, evə dəvət etdi ki, bir stəkan çay içsin. Dilənçi dedi: “Tələsirəm, Zində babanı ziyarətə gedirəm”. Dedim: “Kimi ziyarətə gedirsən?” Dedi: “Zində babanı”. Dedim: “Neçə ildir mən onu axtarıram, tapa bilmirəm”. Dedi: “Quba yolunun üstündə, dağın başındadır”. Mən ona nəzir verdim ki, ziyarətgaha qoysun. Nəhayət, aradan bir müddət keçdi, uşaq beş yaşa çatanda sudurğa keçirdi, ölüm ayağında oldu. Əl açdım göyə, dedim: “Ya Rəbbim, bu uşaq ayılsın, birinci sinfə gedən gün kəndimizdə olan, “Çərşənbə” pirində qurban kəsərəm”. Allah duamı qəbul etdi, həmin andaca uşaq ayıldı. Böyüyüb, birinci sinfə gedəsi oldu. Əhdimə əməl edərək, qurban kəsməli idim. Məscidə gedən və ərəblərin kitablarını oxuyan kişi qohumlarım qurban kəsməyə icazə vermədilər. Dedilər ərəb müəlliflərinin kitablarında pirdə qurban kəsməyi qadağan edirlər. Uşaq üç gün dərsə gedəndən sonra, sağ biləyinin aşağısından çiban çıxdı, dörd ay əlinə qələm ala bilmədi, yoldaşları əlifbanı öyrənib başa çatanda bu ilk hərifləri yazmağa başladı. Aradan bir il də keçdi, yenə də qurbanı kəsməyə icazə vermirlər... ...Ürəyimə dammışdı ki, bu il də uşağa nə isə olacaq. Sentyabrın birində uşaq məktəbli formasını geyib ikinci sinfə yola düşürdü ki, pilləkəndən düşəndə ayağı ilişib yerə yıxıldı. Tərs kimi, yerdə, pilləkənin düz qabağında şüşə butılkanın qırığı varmış. Bu, heç vaxt olmayan bir hal idi ki, yarıdan qırılmış butılka oturacaq hissəsi aşağı, sınıq hissəsi bıçağın ucu kimi ağzıyuxarı halda pilləkənin qabağında durubmuş. Sanki, kimsə qəsdən bunu bura qoymuşdu. Həmin bıçağabənzər butılka uşağın çənəsinin altından necə batdısa, məktəbli forması al qana boyandı. Təcili yardım çağırdıq, şüşəni çıxarıb, yarasını sarıdılar. Yaxşı ki, səs telləri zədələnməmişdi... Yenə də evdə pirdə qurban kəsib-kəsməmək üstündə söz-söhbət, mübahisələr qızışdı və kişilər imkan vermədilər ki, əhdimə əməl edəm. Beləcə, daha bir il də ötdü... Uşağın üçüncü sinfə getməsinə saylı günlər qalırdı. Yenə də ürəyim əsirdi ki, görəsən bu il nə baş verəcək? Allaha yalvarırdım ki, heç nə olmasın. Nə isə... Məktəb başlanmasına üç gün qalmış uşaq meyvə ağacından yıxılıb, sağ qolu qırıldı. Bu hadisədən sonra bütün qohumlar biri-birinə dəydi. Hamı başa düşdü ki, bütün bu olanlar qurbanı gecikdirdiyimizə görə baş verir. Atamgil də işə qarışdılar, nəhayət bir qoç alıb, “Çərşənbə” ziyarətgahında kəsəndən sonra uşaqda heç bir problem olmadı. Vəhabi yazarların sözünə baxıb, az qala uşağımın ölümünə bais olacaqdım. Söz ardı: Azərbaycan övliyaları mövzusunda araşdırma apararkən, bir məqam diqqətimi çəkdi ki, Allah dostları yağış yağması, yaxud xalqın bir bəladan qurtulması üçün müsəlləyə (toplu halında dua etməyə) çıxarkən, həmişə ərazidə yaşamış övliya qəbirlərini seçərmişlər və orada qurban kəsərək, dua edərmişlər. Çox hallarda həmin dua qəbul olar və problem öz həllini taparmış. Keçən yazımızda Nastrodamusun "Gül əkin, gül becərin" fikrini təhlil edərək, məşğul olduğu sahənin insan pisxologiyasına necə təsir etdiyindən bəhs etmişdik. Bu yazımızda isə, uşaq psixologiyasına təsir edən bəəzi məqamlardan bəhs etmək istərdik. Öncə vacib bir məqamı qeyd edək ki, oynadığı oyuncaqlar uşağın gələcəkdə şəxsiyyətinin formalaşmasına və xarakterinə mühüm təsir edir. Odur ki, uşaqlara ilan, qurbağa, meymun və s. bu kimi (hansı ki, uşaqlarımızın bu heyvanların adı ilə çağrıldığını eşidəndə xətrimizə dəyir) heyvanların oyuncağı ilə oynamağı qadağan etmək lazımdır. Çünki, həmin heyvandakı neqativ xüsusiyyətlər uşağın xarakterində mənfi izlər buraxır. Təsadüfü deyildir ki, magiya ilə məşğul olanlar (cadugərlər, maqlar) insanlar arasına nifaq salmaq üçün məhz bu heyvanların müəyyən orqanlarından istifadə edirlər. Ona görə də magik təsirə məruz qalan insanda gecələr yuxuda diksinmə, qorxma baş verir. Necə ki, real həyatda həmin heyvanlar (ilan, qurbağa və s.) qəflətən qarşımıza çıxanda bizdə diksinmə, qorxma baş verir... Təcrübə göstərir ki, bu cür mənfi xüsusiyyətlərə malik heyvanların oyuncaqları (və yaxud heyvanın özü ilə) oynayan uşaqlar böyüyəndə ətrafdakılara qarşı rəhmsiz və qəddar olurlar. Odur ki, uşaqlarımızı neqativ heyvanlardan və insanlardan qorumağa çalışmalıyıq. Desək ki, ağaclardan da bu cür neqativ enerji yayanlar var, bəlkə də çoxlarınız inanmayacaqsınız. İnanmayanlara belə bir təcrübə aparmalarını təklif edirəm: şam ağaclarının (iynəyarpaqlıların) kölgəsində fəaliyyət göstərən çayxanada oturub bir çaynik çay için. Sonra gedib söyüd, palıd və yaxud, digər enliyarpaqlı meyvə ağaclarının altında oturub çay için. Fərqi açıq-aşkar hiss edəcəksiz: enliyarpaqlı ağacın (özəlliklə də bar verən ağacın) kölgəsində insan özünü daha rahat hiss edir və xoş təsir bağışlayır. İynəyarpaqlıların kölgəsində isə, insanın beyni tez yorulur. Heç bir istirahət effekti vermir. Ona görə də aqillər həmişə həyətə, küçəyə bar verən ağac əkməyi məsləhət biliblər. Belə ağacların həm kölgəsi, həm də barı cəmiyyət üçün faydalıdır. Çox təssüf ki, son dövrlərdə parklarda və küçələrdə (bəzən həyətlərdə də) əsasən bu cür barsız ağaclar əkilir. Bundan insanlara özləri də hiss etmədən neqativ enerji ötürülür. Bəlkə də insanların ətrafdakılara qarşı bu cür aqressiv və rəhimsiz olmasının səbəblərindən biri də elə budur?! Müqayisə üçün deyək ki, küçədə qarşımıza çıxan bəzi insanların bizə heç bir pisliyi dəyməsə də, onları görəndə bizə xoş olmur, əsəblərimizi korlayır. Bəzi insanlar da var ki, bizə bir yaxşılığı dəyməsə də onları görmək bizə xoş gəlir. Əhvalımız yaxşılaşır. Bu inkarolunmaz faktdır və onların ətrafa ötürdükləri enerji ilə bağlıdır. İnsanlar öz enerjilərinə görə iki cürə (mənfi və müsbət) olduqları kimi, bitkilər və heyvanlar da belədirlər. Odur ki, uşaqlarımıza oyuncaqlar alarkən, məhz müsbət aura yaradan heyvanların (ceyran, maral, dovşan və s.) oyuncaqlarına üstünlük verməliyik. İnsanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi”¦ insanları zaman-zaman düşündürən mövzulardandır. Moderator.az saytı olaraq kənar svilizasiyalarla təmas qurmuş insanlar və onların orada gördükləri haqda fikir və mülahizələrini yeri gəldikcə oxucularımıza çatdırmışıq. Kənar svilizasiyalarla təmasda olmuş daha bir müsahibimizin fikirlərini təqdim edirik. Moderator.az-a danışan Xırdalan şəhər sakini İldırım Kazımov planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Müsahibimizin fikirlərinin ikinci hissəsini şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq. (Söhbətin birinci hissəsini bu linkdən oxuya bilərsiniz: moderator.az/news/183325.html) - Samirlə Gülnaz Yerdə 300 il yaşadılar və Samirin gözləri qocalıqdan tutuldu. İti daşla işləyərkən, biləyini kəsdi və canını tapşırdı. Samir, baxmayaraq ki, Yer üzünün ilk peyğəmbərlərindən biri idi, 16 yaşındaikən Tanrının qanunlarını pozaraq, göydə qan tökmüşdü (Gülnazla yaxınlıq etmişdi). Bu günahdan sonra Tanrı onu 300 il yaşatsa da, sonda özü-öz qanını tökdü. Yadplanetlilərin mənə bildirdiyinə görə, Amerikada yaşayan hindular, türkdilli xalqlar, qafqaz xalqları və Pakistan, Hindistan ərazisində yaşayan bir çox xalqlar Samirlə Gülnazın törəmələridir. Gülnaz ərini o qədər çox sevirdi ki, baxmayaraq ki, onun da gözləri tutulmuşdu, hər dəqiqə Samiri axtarırdı. Bir gün o Kür sahilində ərini axtararkən, canavar Gülnaza yaxınlaşdı və onu götürərək, yoxa çıxdı. Bu hadisədən sonra onun oğlanları, nəvə-nəticələri, öz ailələrini götürərək, hərəsi bir istiqamətdə Gülnazın axtarışına çıxdılar. Beləliklə, onlardan bir dəstəsi indiki Şimali Qafqaz ərazisinə, bir dəstəsi indiki Gürcüstan ərazisinə, bir dəstəsi indiki Orta Asiya ərazisinə çatdılar. Turanla oğlu Türk isə, ailələri ilə birlikdə indiki Ermənistan ərazisinə yetişdilər; hansı ki, canavar Gülnazı o istiqamətdə aparmışdı və Yanın yaşadığı yerə gəlib çıxmışdılar. Onlar Gülnazı bu ərazidə taparaq, qoca qadını daşla, ağacla vurmağa başladılar. Bu vaxt canavar üzünü göylərə tutub ulayırdı. Sanki, insanların bu vəhşiliyindən Tanrıya şikayət edirdi. Canavarın bu ulartısına Turanla, Türk gəlib çıxdılar. Türk və övladları Gülnazı xilas etmək üçün, Yanın başına ağacla, daşla vurmağa başladılar. Qoca Yan qanı axan şəkildə yerə yıxıldı. Yanın uşaqları qanı görəndə qorxdular. Yan, oğlu Haya: “Urartu” - dedi. Qədim erməni dilində bu sözün mənası “Turanı vur” deməkdir. Turanla Türk Gülnazı da götürüb, indiki Türkiyə istiqamətində hərəkət etdilər. Həmin vaxt göydən elə bir dolu yağdı ki, hərəsi bir tərəfə qaçdılar. Gülnazın cəsədi isə, dolunun altında qaldı. Türklər həmin yeri gələcəkdə Anadolu adlandıracaqdılar. Indiki Mingəçevir ərazisində qalan, göydən gətirilən o kiçik kosmik aparatla bir dəstə qadın, kişi uçaraq indiki Amerika ərazisinə getdilər. İlk yaradılışda insanların elmi indikindən heç də geri qalmırdı. Onlar göydən gəlmiş kosmik aparatları idarə edə bilirdilər. Yaxın illərdə Yerdəki insanların elmi yenidən elə bir səviyyəyə yüksələcək ki, bir neçə dəqiqəyə başqa planetə köçə biləcəklər. Daha sonra, Yerdən köçərək, Ayda və Marsda yaşayan insanlar hətda bir-birləri ilə planetlərarası müharibə aparacaqlar. Bu müharibələrin səbəbi planetlərdə olan qiymətli metallar olacaq. Fəzalılar mənə onu da bildirdilər ki, Yer kürrəsinə indiki insanların, heyvanların və quşların yaradılıb gətirilməsindən 14 min il keçib. Həmçinin, Yerdə ilk svilizasiya Azərbaycan ərazisindən başladığı kimi, son da burada baş verəcək. Azərbaycan çox sirli bir ərazidir. Dünyanın hazırda pozulmuş nizamı Azərbaycandan düzələcək. Bunun üçün Azərbaycanda kifayət qədər elm verilmiş adamlar var. Onların təliğ etdiyi yeni ideyalar bəşəriyyəti birləşdirəcək və Yerdə sülhü, əminamanlığı bərpa edəcək. Bu məqsədlə hər ölkədə fəzalıların öyrətdiyi adamlar var. Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəri bu mesajı verir. Yəni, azərbaycandan doğulacaq yeni bir ideologiyanın bəşəriyyəti öz ətrafında birləşdirəcəyini xəbər verir. “İnsanlar bİr neçə dəqİqəyə başqa planetə köçə bİləcəklər” - "Yadplanetlİ" Azərbaycanlı...7/2/2017 Insanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi”¦ insanları zaman-zaman düşündürən mövzulardandır. Moderator.az saytı olaraq kənar svilizasiyalarla təmas qurmuş insanlar və onların orada gördükləri haqda fikir və mülahizələrini yeri gəldikcə oxucularımıza çatdırmışıq. Kənar svilizasiyalarla təmasda olmuş daha bir müsahibimizin fikirlərini təqdim edirik. Moderator.az-a danışan Xırdalan şəhər sakini İldırım Kazımov planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Müsahibimizin fikirlərinə şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq. - 1997-ci ilin yanvarın 13-dən 14-nə keçən gecə qeyri-ixtiyari yuxudan oyandım. Gördüm evdə kosmonavt geyimində (skafandrda), boyu təxminən 130-140 sm olan, dizlərində təxminən Azərbaycanın gerbinə bənzər gerb, başındakı kaskada doqquz guşəli, ziq-zaqvari ulduz olan bir canlı varlıq var. Bundan əlavə, boyu təxminən 90-100 sm olan daha iki canlı varlıq da evdə dayanmışdı. Onları yataq otağımda görəndən sonra, necə oldusa, bir də gördüm ki, başqa bir planetdəyəm. Oradakı gözəlliyi və rahatlığı təsvir etməkdə çətinlik çəkirəm. Hər tərəf tunc və gümüşü rəngdəydi. Onlar orada mənimlə telepatiya yolu ilə danışırdılar. Beynimə informasiyalar ötürürdülər. Sonra bir də gördüm ki, yenə yataq otağımdayam. - Fəzalılar sizə hansı informasiyaları ötürdülər? - Onlar dedilər ki, Yer üzərində canlıları biz yaratdıq (hiss olunurdu ki, Tanrının izni ilə yaradıblar). Biz Yerdə yeddi soy insan yaratdıq: - İlk yaradılmış insan soyu indiki Azərbaycanın Mingəçevir ərazisinə; - İkinci yaradılmış soy, indiki slavyan xalqlarının yaşadığı ərazilərə; - Üçüncü soy, monqol irqi, Cənub-Şərqi Asiya ərzisinə; - Dördüncü soy, Qərbi-Avropa xalqlarının yaşadığı əraziyə; - Beşinci soy, farsdilli xalqların yaşadığı ərazilərə; - Altıncı soy - Tövratda və Quranda xəbər verilən Adəmlə Həva; - Yeddinci soy - qara zənci irqi - indiki Afrika ərazisinə gətirildi. Azərbaycana gətirilən ilk cütlük Samir və Gülnaz olub. Tanrı onları göz yaşından yaradıb. İlkin mərhələdə onlar göyün birinci qalaktikasında Laç adlanan bir yerdə məskunlaşdırıldılar. Tanrı Samir və Gülnaza 35 dil öyrətdi və 18 yaşına qədər bir-biri ilə yaxınlıq etməyi qadağan etdi. Lakin onlar 16 yaşa çatanda şərin nümayəndəsi Samiri yoldan çıxardı və Gülnazla yaxınıq etməyi öyrətdi. Gülnaz əvvəl razı olmadı ki, Tanrı bunu bizə qadağan edib, zamanımızı gözləməliyik. Buna baxmayaraq, Samir Gülnazı yoldan çıxardı və onlar yaxınlıq etdilər. Beləliklə, Tanrının qanununu pozdular. Gülnazı bu işə Samir sövq etdi. Bu səbəbdən türkdilli xalqlarda qadın kişidən daha namuslu olur. Onlar etdikləri günaha görə üç ay Tanrıya yalvardılar. Tanrı onları bağışlamadı; göydən uçan bir kosmik gəmi ilə indiki Azərbaycanın ərazisinə endirdi. Göydən gələn iki canlı məxluq (mələklər) Samirlə Gülnaza yerdəki həyat (yaşam) tərzini, bitkiləri, heyvanları öyrətdilər. Gülnazın Samirdən ”“ Turan, Manya, Samrat, Qandar, Yan, Cəlil, Sambay adında yeddi oğlu oldu. Göydən gətirilmiş kosmik aparatın içərisində daha bir kiçik aparat da var idi. Gələn məxluqlar kiçik aparatı Samirə verib, təkrar göyə qayıtdılar. Gedib gördülər ki, Tanrı daha yeddi qız uşağı da yaradıb. Biz hər zaman Yerə nəzarət edirik! Samir yerdə oğlanlarını böyüdür, onların hərəsinə bir dil öyrədirdi. Onlara həmçinin heyvanları, bitkiləri öyrədirdi. Bir axşam oğlanları oturub ataları ilə söhbət edirkən Turan soruşdu ki, ata, biz insanlar necə yaranmışıq, bura haradan gəlmişik? Həmin gecə ayparayla ulduz qarşı-qarşıya dayanmışdı. Samir Ayparanın qarşısındakı ulduzu göstərib: “Bizi Tanrı yaradıb, oradan gətiriblər” dedi. Uşaqlar göyə baxanda ulduzu kimisi beş guşəli, kimisi isə, səkkiz guşəli gördü. Uşaqlar böyüdükcə aypara ilə ulduzu qayalara çəkirdilər. Biz göydəki hər qıza bir dil öyrətdik. Onlar 15 yaşa çatanda Yerə gətirdik. Göydə qızların altısı kor idi; təkcə Gita görürdü. Yerə endirəndən sonra qızların altısının da gözlərini açdıq. Gita dedi ki, ora daha gözəl idi. Göydən gələn mələk geri qayıdarkən, Gitanın alnından öpdü. Sonradan həmin qız öz ailəsi ilə Azərbaycandan Hindistana gedib çıxacaq və məhəbbət nişanəsi olaraq həmişə alnına xal qoyacaqdı. Aradan 150 il vaxt keçdi. Samir yeddi oğlunun hərəsini göydən gələn qızlardan biri ilə evləndirmişdi. Oğlanlarına hər bir kəsin yalnız öz qadını ilə yaşamasının vacib olduğunu bildirmişdi. Bu qadağaya baxmayaraq, Manna Tanrının qanununu pozdu və qardaşı Yanın arvadı ilə bir neçə dəfə yaxınlıq etdi. Yan və uşaqları bunu bildilər və Mannanı Kür çayında boğub öldürdülər.... Söhbətləşdi: Paşa Yaqub (ardı var) Araşdırmalar göstərirki, hazırda dünyada hər 100 kişidən 10-nu və hər 100 qadından isə, 20-si depressiyadadır. DEPRESSİYA NƏDƏN YARANIR? Suala cavab vermək üçün, fizikanın qanunlarına müraciət edək (Kainat fizikanın qanunları ilə idarə olunur). Bildiyimiz kimi, fizikada iki cür ”“ dəyişən (qalxıb-enən) və sabit (düzxətli) cərə-yan mövcuddur. Məsələn, televizorun ekranında iki min voltdan çox sabit cərəyan olduğu halda, insanı öldürmür (ziyansızdır). Amma, televizorun girişində 220 volt dəyişən cərəyan insanı öldürür (ziyanlıdır). Bu hal enerji (ruh) daşıyıcısı olan insanda da mövcuddur. İnsanın enerjisi nə qədər ki sabitdir, onda heç bir xəstəlik baş vermir. Bəzən neqativ təsirlər nəticəsində insanın enerjisi “dəyişən cərəyan” formasına keçir. Yəni, onda tez-tez hal dəyişiklikləri baş verir. Ürəyin kardeoqrammasında olduğu kimi, insanın halı qalxıb-enir (gah yaxşı, gah pis olur). Bundan sonra insanda aşağıdakı əlamətlər müşahidə edilir: - baş, çiyin və diz (qıç) ağrıları; - bel, fəqərə ağrıları; - qorxu, həyəcan; - əsəb; - ürək döyüntüləri; - diksinmələr; - boğulma; - daim arxadan izləndiyini hiss edir; - çoxlu (pis) yuxular görür; - ağır hallarda qarabasmaları olur (boş evdə yanından kiminsə keçdiyini hiss edir); - daim qəmgin olur və özünə qapanır, evdən bayıra çıxmaq istəmir; - əks cinsə (özəlliklə də həyat yoldaşına) nifrət edir, onunla əlaqədə olmaq istəmir; - uğursuzluq; Bütün bu əlamətləri olan insana psixoloqlar DEPRESSİYA diaqnozu qoyurlar. Elmi-lədun bilgilərimiz göstərir ki, bu əlamətlərin yaranma səbəbi yuxarıda qeyd etdiyimiz kimi, insan orqanizmindəki (ruhundakı) “sabit cərəyan”ın, “dəyişən cərəyan”a keçməsidir. Yəni, ruhda sabitliyin (“sostoyaniya”nın) pozulmasıdır. Sual yaranır: ruhda sabitliyin pozulmasına səbəb nədir? Araşdırmalarımız göstərir ki, ruhda sabitliyi pozan və yuxarıda sadaladığım depressiya əlamətlərini yaradan kənardan ruha daxil olan neqativ enerjidir. Neqativ enerjinin nə olduğunu bilmək üçün yenə də fizikanın qanunlarına və hər gün istifadə etdiyimiz kompyuterə nəzər salaq. Bildiyimiz kimi, kompyuter insanın alt kopyası olaraq yaradılıb. Deməli, kompyuterdə gedən bütün proseslər, bu və ya digər formada insanda da baş verir. Sadəcə, insan çox texnikalar kəşf etsə də özünü kəşf (dərk) etməkdə hələ də acizdir. Bu da dünyəvi elmlərin yarımçıqlığı və ruhu bilməməsi ilə əlaqəlidir. Qayıdaq neqativ enerjinin nə olmasına. Bunu dərk etmək üçün, kopyuterimizə düşən virusu və onun yaratdığı fəsadları gözlərimiz önünə gətirək: kopyuterimiz donur və ondakı bir çox fayl və proqramlar silinir. Bilməliyik ki, virus kopyuterimiz üçün nədirsə, neqativ enerji də ruhumuz üçün odur. Neqativ enerji ruhda sabit halı dəyişən hala çevirir ki, nəticədə orqanizmin müxtəlif nahiyyələrində səbəbi bilinməyən ağrılar, əsəbilik, qəmginlik, özünə qapanma və s. yuxarıda sadaladığım depressiya əlamətləri və xəstəliklər yaradır. Bilməliyik ki, insan qəlbində (ruhunda) olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hissləri kompyuterimizdə olan fayl və proqramlar kimidir. Virus kompyuterdən faylları sildiyi kimi, neqativ enerji də ruhumuzda olan sevinc, fərəh, xoşbəxtlik, sevgi, məhəbbət hisslərini silir; əvəzində nifrət faylı yazır. Bunun nəticəsi olaraq, depressiyaya düşən insan bütün yaxınlarına və doğmalarına nifrət etməyə başlayır və onlardan uzaqlaşmağa çalışır. DEPRESSİYANIN MÜALİCƏSİ Müasir psixologiya və nevrologiya elmləri ruhu bilmədiklərindən (qəbul etmədiklərindən) bütün bu əlamətləri aradan qaldırmaqda acizdirlər. Psixoloji seanslar depressiyaya düşən insanda xoş əhval yaratmağa hesablansa da, bu dərdli insanın konsertə, toya baxmağı kimi, ani olur. Yəni, konsert zamanı dərd unudulduğu, bir müddət sonra təkrar yada düşdüyü kimi, psixoloq seansı da dərdi müvəqqəti unutdurur... Nevroloq və psixoterapevtlər isə, depressiyaya düşmüş (neqativ təsirə məruz qalmış) insanın əsəblərini sakitləşdirmək üçün psixotrop dərmanlardan istifadə edirlər. Bu dərmanlar beyinə keyləşdirici təsir etdiyindən, isanda süstlük və asılılıq yaradır. Yəni, dərmanlar kəsilən kimi, xəstədə əsəbilik yenidən yaranır. Yuxarıda sadaladığım digər əlamətlər (ağrılar, əks cinsə nifrət, qorxular...) isə, ümumiyyətlə, olduğu kimi qalır. Elmi-lədun bilgilərimiz və psixologiya sahəsindəki təcrübəmiz göstərir ki, depressiyaya düşmüş və yuxarıda sadalanan əlamətləri olan pasiyentlərin müalicə seansları fizikanın qanunlarına uyğun aparılır. Yəni, bu əlamətlər fiziki qanunlarla yarandığı kimi, bu qanunlarla da aradan qaldırılır. Belə ki, virus düşən kompyuter format olunub, silinmiş fayl və proqramlar bərpa (vostonovit) olduğu kimi, insandan da neqativ enerji eləcə təmizlənib, yox olmuş sevgi, məhəbət və xoşbəxtlik hissləri (faylları) yenidən bərpa olunur. Bütün bunlar elmi-lədun sirlər əsasında cəmi üç seansa həyata keçirilir. Seanslar psixologiyada olduğu kimi, pasiyentdən bir neçə metr kənarda dayanaraq aparılır və təbii ki, ictimaiyyət üçün açılması məqbul olmayan müəyyən sirlər üzərində qurulur. Depressiyaya düşmüş insanlara əlavə məsləhətlərimiz: - Otağınızı gündüz vaxtı qalın pərdə ilə qapamayın və günəş işığı ilə işıqlandırın; - Gündüz qapı və pəncərələri qapamayın; - Kondinsioner və sərinkeşdən istifadə etməyin; - Otaqda çox oturmayın və vaxtınızın çoxunu, həyətdə, parkda keçirməyə çalışın; - Telefonla tualetə girməyin; - Axşamüstü hamamdan istifadə etməyin; - Günəş şüası qəbul etməyə çalışın. Təcrübəmiz göstərir ki, bu tövsiyyələrə əməl etməklə, psixoterapiyanın və elmi-lədunun sirlərinə əsaslanan üç seans alan istənilən pasiyentin cəmi 21 gün müddətinə depressiyadan qurtulması mümkündür. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |