İki gün öncə yayımlanan “Ailəsində qız (qadın) olanlar bunları bilməlidirlər” başlıqlı məqaləm cəmiyyətdə böyük rezonansa səbəb oldu. Son günlər bu mövzuda ünvanıma çoxsaylı müraciətlər daxil olur. Valideynlər övladları ilə bağlı üzləşdikləri müxtəlif problemləri bölüşürlər. Bu mövzuda valideynlərin üzləşdikləri ən böyük problem əsəbi övladlarını bizim seansa gətirə bilməmələridir. Valideynlərin çoxu övldlarını seansa necə cəlb etmələri ilə bağlı məsləhət istəyirlər. Bunu nəzərə alıb, bugünkü yazımı bu mövzuda tövsiyyələrə həsr edirəm.
Allah-taala Quranda peyğəmbərlərə tövsiyyə edir ki, övladın dünyaya gəldisə, Allah yolunda qurban kəs, ehtiyacı olanlara payla. Oğul övladı üçün iki, qız övladı üçün bir qurban kəsmək tövsiyyə edilir. Bilməlisiniz ki, hansı tövsiyyə Qurana düşübsə, artıq o, tək peyğəmbərlərə aid olmayıb, bütün bəşəriyyətə aiddir (Peyğəmbərin simasında bizlərə deyilir). Yəni, bizim hər birimiz dünyaya gələn övladımız üçün qurban kəsməliyik. Təəssüflər olsun ki, son dövrlər valideynlərin böyük əksəriyyəti maddi sıxıntını bəhanə gətirərək, Allahın bu tövsiyyəsinə əməl etmirlər. Nəticədə uşaqların böyük əksəriyyəti xəstə, əsəbi və s problemlər içində boğulur. Onların sağalması üçün xərclənən vəsait qurbanlıq qoçun pulundan azı yüz dəfə çox olur... Bunu nəzərə alaraq, əgər xəstə uşağınız doğulanda qurban kəsməmisinizsə indi kəsin. Kəsmisinizsə, uşaq yenə də xəstədirsə və mənim seansıma gətirə bilmirsinizsə (fərqi yoxdur hansı səbəbdən), yenə də uşağın şəfa yolunun açılması niyyəti ilə daha bir qurban kəsin. Qurbanı kasıb və yetim uşaq olan ailələrə paylayandan sonra, uşağa bir daha təklif edin ki, mənim qəbuluma gəlsin. Bu vaxt uşağın gəlmə ehtimalı xeyli artacaq. Yox əgər xəstə yenə də imtina edərsə, onda valideyn uşaqla məsləətləşmədən (ona bildirmədən) mənə yaxınlaşsın. Məlumunuz olsun ki, özünün xəbəri olmadan istənilən xəstəni sağaltmaq mümkündür. Bunu özünüzə dərd etməyin ki, uşağı seansa gətirə bilmədik, daha heç bir çarə qalmadı. Allah şahiddir ki, Maştağa ruhi-əsəb dispanserində yatan, üzünü görmədiyim neçə xəstəni müalicə edib oradan çıxarmışam (Qüdrət Allaha məxsusdur). Burada əsas şərt sizin Allaha inamınız, Onun tövsiyyələrinə əməl edərək, səxavət göstərməyinizdir. Bilməlisiniz ki, qəbula keçən qurban insanın üzərindən bəlanı qaldırır və onun şəfa yolunu açır. Bundan sonra xəstəni gətirməyə pul da, nəqliyyat da, imkanlar da addım-addım yaranacaq... Sizə daha bir sirri açım. Bu niyyətlə qurbanı kəsmək istəyəndə sizə ən böyük maneəni xəstə özü yaradacaq (bu sizi təəccübləndirəcək). Bunun sirri odur ki, əsəb xəstələri öz beyinləri ilə düşünmürlər. Yəni, iradələri öz əllərində deyil. Siz görmürsünüzmü ki, həmin xəstəni öz qardaşınız (bacınız, qohumunuz...) evinə qonaq aparmaq istəyəndə nə qədər əziyyət çəkirsiniz?! Onlar əvvəlcə getməyə razı olsalar da, beş dəqiqə sonra fikirlrini dəyişirlər. Bilməlisiniz ki, bu qərarsızlıq əslində onların özlərindən aslı olmayıb, onları idarə edən (ötən yazımda qeyd etdiyim kimi, hətta, cinsi istismar edən) qüvvələrdən aslıdır. Yəni, o qüvvəllərin icazəsi olmadan əsəb xəstələri (ruhi xəstələr) heç bir yerə gedə bilməzlər. Bizim qəbulumuza gəlməyə də əslində onlar icazə vermirlər. Qurbanı kəsməyə də mane olmağa çalışacaqlar (bir valideyn tanıyıram, üç ildir qurban kəsmək istəyir, xəstə uşaq icazə vermir; ona görə də qapanmış uşağı evdən çıxarıb gətrə bilmir). Bütün bunları nəzərə alıb, qurban kəsərkən heç vaxt xəstədən icazə alınmamalıdır. Görsəniz ki, həyətinizdə kəsməyin qarşısını alır, onda onun xəbəri olmadan qəssaba kəsdirib, ətini ya uşaq evinə, ya da tanıdığınız ehtiyacı olan insanlara paylayın. Bu tövsiyyəni yerinə yetirəndən sonra adətən xəstənin fikirlərində dəyişikliklər müşahidə olunur. Yəni, Allah onun şəfa yolunu açır. Əgər xəstəliyi yüngüldürsə sizə qoşulub gələcək qəbuluma. Yox, əgər ağırdırsa, onda ona bildirmədən siz özünüz mənə yaxınlaşın, mən onu kənardan sağaldacam. Bilməlisiniz ki, onun sinir sistemini pozan kənardan ötürülən neqativ enerji dalğalarıdır. Televiziyaların transliyasiyaları dalğalarla necə pozulursa (vurulursa) insanın sinir sistemi də neqativ enerji dalğaları ilə elə vurulub sıradan çıxarılır. Ondan sonra insan beyni tamamilə kənar qüvvələrin (ruhi varlıqların) təsiri altına düşür. Onların iradəsindən kənara çıxa bilmir, özü qərar verə bilmir. Ona görə də bu cür xəstələrə ruhi xəstələr deyilir. Biz onları tibbin qanunları ilə deyil, fizikanın qanunları ilə sağaldırıq (bu barədə əvvəlki yazılarımızda geniş bəhs etmişik). Həkimlik (və bilicilik) praktikamdan mənə məlumdur ki, bu cür (ruhi) xəstələrin mənim qəbuluma gətirilməsinə bəzi hallarda ailədən kimsə (valideynlərdən, yaxud, qardaş-bacılardan biri) mane olur. Siz də bunu müşahidə edəcəksiniz (qurban kəssəniz belə, bu maneənin yenə də kiminsə yaratmaq istədiyini görəcəksiniz). Bilməlisiniz ki, həmin adam ailə üzvünüz olsa belə, şeytanlaşmış (şeytana qul olmuş, onun əmrlərini yerinə yetirən) adamdır (bu gün əhalinin böyük əksəriyyəti bu tip adamlardır). Onlar deyəcəklər (deyirlər) ki, xəstəni Paşa doktorun yanına aparmayın, heç bir faydası olmayacaq... Amma, kim ki, bu maneələri aşaraq, xəstəni gətirir, elə ilk seansdaca xəstənin ən azı əlli faiz sağaldığını görür (ilk seansdan bütün ağrılar yoxa çıxır). Burada haşiyə çıxaraq, bir əhvalatı danışmaq istəyirəm. İşlədiyim klinikalardan birində daim oruc tutub, namaz qılan bir xadimə qadın vardı. Hiss edirdim ki, o, ibadət etsə də, daim təsbeh çevirsə də şeytanlaşmış “adam”dır. Bir gün koridorda baş verən səs-küyə kabinetimdən çıxdım, gördüm indicə qəbulumdan çıxan bir pasiyentim həmin xadiməni söyür. Yaxınlaşıb, onu sakitləşdirdim və soruşdum ki, nə məsələdir, niyə onunla dalaşırsan? Pasiyentim dedi ki, bayaq burada – foyedə oturub, sizin qəbulunuzu gözləyirdik. Məndən başqa da sizin növbənizi gözləyən xəstələr vardı. Hamımız birinci dəfəydi gəlirdik və sizi tanımırdıq. Bu xadimə gəldi bizə yaxınlaşdı, dedi Paşa doktor sizi aldadacaq, niyə başqa həkimə getmirsiz?... Belə bir qədər sizi pislədikdən sonra, o biri xəstələr qayıdıb getdilər evlərinə. Mən isə, qayıtmadım, işin axırını gözləmək qərarına gəldim. Özümə söz verdim ki, girəcəm Sizin seansa, əgər bu qadının dediyi kimi, faydası olmasa Sizə sözümü deyəcəm. Yox, əgər faydası olsa, onda bu qadının fitnəkar olduğunu hamıya deyəcəm. Gələndə şiddətli ağrılarım vardı, Siz seans etdiniz, bütün ağrılarım getdi. Bildim ki, Siz düzgün həkimsiniz. İnsanların sağalmasına mane olduğu üçün bu qadını mütləq buradan qovduracam. Səs-küyə çıxan Baş həkim məsələnin nə yerdə olduğunu bildi və klinikanın işinə mane olduğu üçün həmin gün xadiməni işdən azad etdi... Bu cür şeytanlaşmış “adam”lar bu gün hər ailədə, nəsildə, küçədə, sosial şəbəkədə... var. Quranda belələrindən bəhs edərək buyurur ki, ona (şeytana) qiyamətə qədər izn verdik, doğru yolun üzərində oturub istədiyini azdırsın. O, yalnız imanı zəif insanları azdıra biləcək. İş təcrübəmdən görürəm ki, belələri daim mənim də yolumun üstündə dayanıb, gəlmək istəyənlərə mane olmağa çalışırlar. Ancaq imanı möhkəm olanlar gəlib şəfalarını alırlar (qüdrət Allaha məxsusdur). Qurban kəsmək ona görə vacib buyrulur ki, səxavət insanın imanını möhkəmləndirir (kamilləşdirir), şəfa yolunu açır. Belə adamı şeytan azdıra bilmir. Çalışın imanınız kamil olsun. Allah yolunuzu açıq eləsin. Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi
0 Comments
Demişdim bu mövzuda bir daha yazmayacam, amma, bu gün xəbərlərdə 18 yaşının tamam olmasına bir neçə ay qalmış qızın toyunun hökumət tərəfindən dayandırılması barədə reportajı görəndən sonra yenə də bu mövzuya qayıtmaq və bu barədə bəzi sirləri açmaq məcburiyyətindəyəm. Reportajda o da qeyd olundu ki, qızın valideynləri ilə maarifləndirici söhbət aparılıb. Maariflənməkdən söhbət düşmüşkən, mən də bəzi sirləri açım, o söhbət aparanlar özləri də biraz maariflənsinlər. Bu aşağıda skrin edilən vatçap yazışmasını mənə bir kolleqam göndərib. Onunla vatçapda yazışan bir qız pasiyentidir (hansı ki, bakirədir). Qız yazır ki, bu gecə də cin mənimlə cinsi əlaqədə oldu və bu hal məni yenə də əsəbləşdirdi. Kolleqam soruşur ki, ondan uşağın olubmu? Qız əvvəlcə deyir yox; sonra isə, deyir hə, bir balaca tüklü nəyinsə düşdüyünü hiss etmişdim. Ancaq nə olduğunu bilmədim.... Bizlər iş praktikamızda belə hallarla çox qarşılaşırıq. Ancaq pasiyentin sirlərini qorumaq borcumuz olduğu üçün bu halları ictimailəşdirmirik (bu yazışmanı da kolleqam vəziyyəti mənimlə konsultasiya etmək üçün göndərib və adsızdır). Qəbuluma gələn, doqquzuncu sinif şagirdi olan bir qız pasiyentim deyəndə ki, cinlər mənim toyumu edib bir cinə ərə verdilər, anasının gözləri kəlləsinə çıxdı. Daim əsəbi və evə qapanan bu bakirə qızdan soruşdum ki, sən "ondan" uşaq doğmusanmı? Cavab verdi ki, bəli, doğmuşam, amma, evdə məndən başqa heç kəs uşağı görmür. Baxdım ki, artıq anasının ürəyi getmək üzrədir. Ananı güclə sakitləşdirdim. Qızı da bir müddət seans edəndən sonra şər məxluqların əsirliyindən xilas edə bildim. Bundan sonra qapanmadan azad oldu və indi Ali məktəb tələbəsidir ("uşağı" da "atası" götürüb, ondan uzaqlaşdı). Azərbaycanda belə (cinlərin əsarətində və istismarında olan) qızlar və qadınlar onmilərlə (bəlkədə yüz minlərlə)dir. Bəziləri doğduğun hiss edir, bəziləri hiss etmir, ancaq gecələr üstlərində kiminsə olduğunu hiss edirlər. Bunlar yeniyetmə qızlar (14-15 yaşdan yuxarı) və boşanmış, dul qadınlar da olurlar. Onların əsas əlamətləri odur ki, çox vaxt əsəbi olurlar, ağır hallarda evə qapanırlar, insan cinsindən olan kişiləri sevə bilmirlər (ya da platonik sevgiləri olur), heç bir oğlanla (kişiylə) münasibətləri alınmır, elçiləri daim geri qaytarırlar... Onlarda başqa bir əlamət də olur ki, bunu ancaq özləri görə bilirlər: baldırlarında, qollarında və s intim yerlərində göy ləkələr olur. Səhər yuxudan oyananda bu ləkələri görüb təəccüblənirlər ki, axşam yatanda bu yox idi, gecə mənim qıçım hara dəydi ki, belə göyərdi? Məlumunuz olsun ki, bu travmadan yaranan göyərmə deyildir. Bu gecə həmin yeniyetmə qızı (yaxud, boşanmış, dul qadını) istismar edən şər məxluqlardır ki, (el arasında buna üçhəriflilər də deyirlər) həmin qadına (qıza) öz "möhürün" vurur. Belə "möhür"lü (göyərmiş) qızlara (qadınlara) real həyatda heç bir kişi cinsi yaxın dura bilmir. Adətən onlar çox gözəl olurlar və elçiləri də yüzlərlə olur. Onlar küçədə gedəndə kişilərin çoxu həsədlə baxırlar. Çox kişilər də təəccüb edirlər ki, bu qadın (qız) niyə heç kəsə yaxınlıq vermir? Daha bilmirlər ki, onun üzərində "möhür" var, qəlbindən kişi cinsinə qarşı sevgi və inam hissi (oxu: proqramı) onu istismar edənlər tərəfindən silinib. Yəni, istəsə də sevə bilməz və heç kəs ona yaxınlaşa bilməz (yaxınlaşmaq istəyənin ya sinir sistemi pozular, ya da ağır xəstəliyə düçar olar. Elə gözəl qadınlar tanıyıram ki, illərdir ərlərini yatağına buraxmırlar). Belə mövzular geniş auditoriya üçün olmadığından, adətən belə çılpaqlıqla danışılmır, yazılmır. Mənim bu gün belə çılpaq yazmağıma səbəb yuxarıda qeyd etdiyim kimi, 18 yaşının tamamına bir neçə ay qalmış qızın toyunun dağıdılması barədə bu gün baxdığım reportaj oldu (bundan qabaq da belə reportjları çox görmüşük, hansı ki, qızların toy çadırları sökülürdü). Bütün bunlar əslində savadsızlığın, xalqımızın dünyadan bixəbərliyinin nəticəsidir. Başqa xalqlarda belə hal yoxdur ki, yetkinlik yaşına çatmış qızın izdivacına mane olsunlar. Avropa dövlətlərində buna insan haqlarının pozulması kimi baxırlar (hər bir şəxs cinsəl və digər təlabatlarını ödəməkdə azaddır). Tək müsəlman dövlətlərində bu qadağa var. O da barlara və s pozgun yerlərə aid deyil, ancaq halal yolla nigaha girəndə bu qadağa ciddi şəkildə tətbiq olunur. Bilməlisiniz ki, cinsi oyanış baş verən qızlar (qadınlar) öz təlabatlarını yerinə yetirə bilmədikdə, paralel aləmdə olan şər məxluqlar (cinlər) onlara yaxınlaşıb, təlabatlarını ödəyirlər. Bunu qadınlar bu və ya digər formada hiss edirlər. belə qadınlar həmişə əsəbi olurlar, onlarda adətən mastopatiya, mioma, kista, endometroz və s analıq orqanlarının xəstəlikləri yaranır. Sonra isə, belə qadınlar xoşbəxt ola bilmirlər (onları istismar edənlər xoşbəxt olmalarına imkan vermirlər). Bütün bunları yazdım ki, başqa millətlərin əsrlərdir öz kitablarından rəsmən oxuduqları həqiqətləri mənim millətim də oxusun (bizdə bunu az adamlar bilir) və qızlarının niyə qapanmasının, elçilərin hərəsinə bir "qulp" qoymasının gerçək səbəbini bilsinlər. Özəlliklə də toy çadırlarını dağıdıb, valideynləri ilə "maarifləndirici" söhbət aparanlar bu yazını da oxuyub biraz da bu sahədə mariflənsinlər. Bilsinlər ki, izdivacına imkan vermədikləri o qızlar heç də boş qalmayacaqlar. Mənə inanmırsınızsa, sabah gedib o qızların qıçlarındakı ləkələrə baxın.... Bir həkim və Elmi-lədun bilicisi olaraq bunları cəmiyyətə çatdırmaq mənim borcumdur. Sizə bunu məndən başqa heç kəs belə çılpaqlığı ilə demiyəcək. Çünki, bunu bilən az sayda adamların əllərində sübut olmadığından publika qarşısında belə açıq danışmırlar. Bəlkə də dünyada yeganə adamam ki, əlimdə bunu sübut edəcək yüzlərlə dəlil var (aşağıdakı və s yazışmalardan əlavə, qadınların üzərindəki "ləkəni" də yeri gəlsə göstərə bilərəm). Ona görə (sübut etməyə qabiliyyətim və elmim olduğuna görə) belə açıq danışmaqdan çəkinmirəm. Həm də həkim olaraq bunları cəmiyyətə mən çatdırmayıb, kim çatdırmalıdır? Nə vaxta qədər bu qadınlara həm dövlət tərəfindən, həm də cəmiyyət (ailə, qohumlar) tərəfindən zülüm olunacaq? Bilməlisiniz ki, sizin təzyiqləriniz nəticəsində onlar başqa məxluqların əsarətinə düşürlər və yuxarıda qeyd etdiyim kimi, süd vəzlərində, analıq orqanlarında düyünlər yarandığından, tez-tez cərrahi müdaxiləyə məruz qalırlar. Ağır hallarda bu orqanlarda xərçəng şişləri yaranır. Bunları dərk edən millətlər qızlarının toy çadırını dağıtmırlar, boşanmış, dul qadınların insan övladıyla izdivacına mane olmurlar. Məgər sizin dininniz, Peyğəmbəriniz demirmi ki, subay qaınların evlənməsinə şərait yaradın?! Bunu boşunamı tövsiyyə ediblər sizə? Gərək elə hər şeyi açıq deyələr ki, qadağan edəndə qadının başına nə gəlir...??? Söz ardı: cəmiyyət bu qədər cahil və qanmaz olmasaydı heç mən də bu qədər açıq və çılpaq yazmaq istəməzdim.... Paşa Yaqub, Həkim, Elmi-lədun bilicisi "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22
Xəbər verildiyi kimi, dünən və bugünkü tarixlərdə (22-23 iyun) Goranboy, Tovuz, Gəncə, Gədəbəy rayonlarında təbii fəlakət baş verdi. Belə ki, qəfil gələn sel suları bu rayonları basmış, insanların maşınlarını, mal-qarasını, evlərini və əkinlərini yuyub aparmışdır. Balakən rayonunda isə, bir evə ildırım düşərək yandırdı. Beləliklə, iki gün ərzində insanlara küllü miqdarda maddi və mənəvi ziyan dəydi. Elmi-lədun hesablamalarımız göstərir ki, bu hadisə təsədüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və zalım rəhbərlərə, eləcə də onların pərəstişkarlarına Allahdan bir xəbərdarlıqdır. Bunu sübut edən hesablamaları diqqətinizə çatdırırıq:
2. Goranboyu sel yuyanda ayın 22-i idi ki, bu da rayonun seriyasıdır. 3. Bu gün Tovuzda sel fəlakəti yaşananda ilin 174-cü günü idi ki, bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq alınan 60 ədədi rayonun seriyasını göstərir və fəlakətin Allahdan bir xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir. Xatırladım ki, bu il martın 2-də Tovuzda enerji böhranı baş verəndə ilin 60-cı (!) günü idi. 4. Qərb bölgəsində sel fəlakəti baş verəndə 14.12.2020-ci il tarixdə baş verən Günəş tutulmasının 555-ci günü idi ki, bu da quranda tövbə və cəza rəmzi sayılır (555 ədədinin izhını əvvlki yazılarımızda vermişik). 5. Hamımıza məlumdur ki, bu gün ölkəmizdə haqq-ədalət demək olar ki, yox dərəcəsindədir, haqqını tələb edənləri şərləyərək zindanlara doldururlar. Bir sözlə, ölkədə zülm ərşə dirənib. Bütün bunlara cavabdeh olan rəhbər dörd dəfə Qurana əl basaraq and içmişdi ki, ölkədə haqı-ədaləti bərqərar edəcək. Təəssüflər olsun ki, adam Quranı oyuncaq bilərək, içdiyi anda əməl etmədi. Hesablamalarımız göstərir ki, azərbaycanda baş verən təbii fəlakətlərin çox hissəsi (həmçinin, 2018-ci ilin iyulunda baş verən enerji böhranı) riyazi yolla andiçmə mərasimlərinə bağlanır. Maraqlıdır ki, bu gün Goranboy və ətraf rayonlarda baş verən sel fəlakəti də üçüncü andiçməyə bağlanır. Belə ki, bu gün həmin andiçmə mərasiminin 3.168-ci günüdür ki, bundan Quranın surə və səhifələrinin cəmini çıxsaq, alınan ədəd (555) tövbə və cəza rəmzi olmaqla, tövbə etməyənlərin cəzalanacağı barədə verdiyimiz xəbərin doğruluğunu bir daha təsdiq edir: 3168 – (286 + 286 + 286) - (286 + 286 + 286) – (114 + 114 + 114) = (555 + 555) Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Bu və digər hesablamalar göstərir ki, Goranboy və digər rayonlarda baş verən sel fəlakəti Allahdan gələcək böyük bəlanın hələlik kiçik siqnallarıdır. İnsanlar pozğun həyat tərzinə və kütləvi günahlara, Qurana əl basan rəhbər isə, içdiyi anda əməl edərək, zülmə son qoymasa çox yaxın müddətdə böyük bəlalar gələcək. Əsl bəla gələndə nə zalım rəhbərdən, nə də ona pərəstiş edən yolazmış xalqdan əsər əlamət qalmayacaq. Bu bəladan ancaq tövbə etmiş əhali sağ qalacaq ki, onlar da özlərinə normal dövlət qurub, kamillik dövrünü yaşayacaqlar... Bu gün Tovuzda baş verən sel fəlakəti ilə Allah insanların diqqətini bir daha 60-cı surəyə yönədir: “Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri (Allahın bəxş tdiyi sərvətlərdən sizə vermədikləri – P.Y) halda, siz onlarla dostluq edirsiniz...” “Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin...”. (Quran, 60:1-13) Qeyd: buradakı 13 ədədi ildırım rəmzidir (İldırım surəsi 13 ədədi ilə nömrələnib). Bu gün Balakəndə baş verən ildırım hadisəsi də buna görədir. "Biz bir məmləkəti məhv etmək istədikdə bir nəfərin dili ilə onun naz-nemət içində yaşayan başçılarına insanlara zülm etməməyi əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar, o məmləkəti və rəhbəri yerlə yeksan edərik". Quran, 17:16 Paşa Yaqub, Həkim, elmi-lədun bilicisi Depressiv hallar yaşayan xanım pasiyentimdən soruşuram ki, niyə belə dərdlisən, səni üzən nədir? Deyir yaşım əllini haqlayır, bir əlil uşaqla 20 ilə yaxındır tək yaşayıram, istəyirəm sağlam bir uşağım olsun ki, qocalanda mənə həyan olsun. Arzuma çata bilməməyim məni üzür... - Bu 20 ildə sizə bir evlilik təklif edən olmadımı? - Mən yaşda bəylər hamısı evlidir. Mənə ancaq evli kişilərdən təkliflər gəldi. Özüm razı olsam da, ailə üzvlərim, qardaşlarım razı olmadılar. Onunla gizli görüşsəm də uşaq dünyaya gətirə bilmirəm, qardaşlarım məni öldürər. Məcbur qalıb gizli görüşürəm, bu da mənə bir dərd olub - özümü günahkar hiss edirəm.... Belə hallarla bir dəfə qarşılaşsaydım heç yazmazdım. Təssüf ki, iş təcrübəmdə belə hallara tez-tez rast gəlirəm: boşanmış, yaxud dul qadın evli kişilərlə görüşür, onlar bu izdivacı leqalladırmaq (hamıya bildirmək, ər-arvad olmaq, uşaq sahibi olmaq) istəyirlər; lakin, qadın tərəf (qardaş, əmoğlu və s) buna icazə vermirlər... Nəticədə nə baş verir? Qadın öz (maddi, mənəvi...) təlabatlarını ödəmək üçün evli bir kişi ilə bir müddət görüşür. Aralarında heç bir rəsmi prosedur olmadığından, kişi onu öz namusu hesab etmir və bir müddətdən sonra dəyişir. Bu ayrılıq qadına çox böyük zərbə olur və əsəb, stress yaşayır. Bir müddətdən sonra qadın öz yaşıdı olan, eyni statuslu başqa kişiylə tanış olur. Yenə də eyni səbəbdən ailə bu izdivacı leqalladırmağa icazə vermir. Yenə də gizli görüşlər, qorxu, həyəcan (kimsə görər, bilər...), yenə də ayrılıq, əsəb, stress.... Stresdən çıxmaq üçün gənc qadın ya gecə klublarına ayaq açır, ya da öz səviyyəsinə uyğun olmayan kiminləsə görüşmək məcburiyyətində qalır... Qadın artıq özünə və həyatına nifrət edir. Düşünür ki, mən belə həyata layiq deyildim, niyə belə oldum(( Bundan sonra həmin xanımda sinir pozuntusu, müxtəlif əsəb xəstəlikləri, yuxusuzluq, daxili xəstəliklər, depressiya halları yaranır. Yəni, şəxsi həyatı puç olduğu kimi, sağlamlığını da tədricən itirir. Nə qədər acı da olsa Azərbaycan cəmiyyətinin mənzərəsi budur. Müxtəlif səbəblərdən ailəsi dağılan (yaxud dul qalan) qadınların böyük əksəriyyəti bu həyatı yaşayır və cürbə-cür xəstəlik tapır. Bunu hamı bilsə də, heç kəs bu problemi qabartmaq istəmir (ayıb bilirlər). Hamının ürəyi ağrayır ki, gecə klublarının, barların... sayı sürətlə artır. Artıq belə əxlaqsız məkanlar rayonlarda da açılır. Millətimiz əxlaq faciəsi ilə üz-üzə qalıb... Bəs çıxış yolu nədir? Dövlət rəsmiləri və ölkədəki QHT-lər (əhalinin ictimayi-siyasi aktiv hissəsi) fahişəliyin leqallaşdırılmasını təklif edirlər. Yəni, o məkana gedənlər vergi ödəsinlər, ondan sonra neyniyirlər eləsinlər. Bütün bu hallar cəmiyyətin mənəvi çöküşünə sbəb olur və xeyir-bərəkət çəkilir - dəryalar (ruzi gəllən yerlər) quruyur və müxtəlif sağalmaz xəstliklər yayılır... Fahişəliyi leqallaşdırmaqdansa (camaatı pozğunluğa həvəsləndirməkdənsə), olmazmı ki, evliliyi leqallaşdırasınız. Yəni, onsuz da gizli görüşən cütlüklərin münasibətlərini hansısa bir qaydada rəsmiləşdirəsiniz, onlar da arxayın dünyaya uşaq gətirsinlər, xeyrə-şərə birlikdə getsinlər, ailə məsuliyyətini dərk edib, qarşı tərəfi öz namusu hesab etsinlər və səbəbsiz yerə atmasınlar... Bu daha yaxşı olmazmı? (Onsuz da onların gizli görüşməsinin qarşısını almaq mümkün deyil.) Belə olsa gecə klublarına, barlara... gedən qadınların böyük əksəriyyəti oradan çəkilər; bilər ki, ona sahib çıxan, təlabatını ödəyən bir kişi var. Heç bir qadın elə yerlərdə əldən-ələ ötürülməyini istəmir, sadəcə buna məcburdurlar. Onların çoxunu bu yola vadar edən dar düşüncəli qardaşları, gerizəkalı qohumları və ümumilikdə cəmiyyətdir. O qadınlar bizim bacılarımız, qohumlarımız, əmiqızlarımız, xalaqızlarımızdır... Onlar bu cəmiyyətin bir parçasıdır (çox da kiçik parça deyil, getdikcə böyüməkdədir). O qadınları sevdikləri ilə leqal yaşamağa qoymayan qardaşlarına sual verirəm: özünüz əks cins olmadan bircə həftə yaşaya bilərsinizmi? Bilmərsiniz. Bəs o qadınlar da insan deyillərmi? Onların təlabatları yoxdurmu? Siz onlara halal yolu qadağan etməklə nəyəsə nail olduğunuzu düşünürsünüzmü? Onlar sizin qadağalarınıza əməl etsəydilər axşam saat 7-də gecə klublarının qarşısında qadınların bu qədər növbəsi yaranmazdı, ora girmək üçün basa-bas salmazdılar (gecə klublarına giriş oranın tutumuna uyğun. limitlə olduğuna görə hər axşamüstü bu obyektlərin qarşısında qadınların izdihamı yaşanır. Toplaşan qadınların yarıdan çoxu içəri keçə bilməyərək kor-peşman qayıdırlar, yaxud, küçələrə düşürlər). Bunlar həmin o qadınlardır ki, öz yaşlarında sevdikləri kişilərlə leqal yaşamalarına qardaşları (yaxud qohumları) icazə vermirlər. Görəsən həmin qızların qardaşları (qohumları) gedib barda, gecə klublarında bacılarını yoxlayırlarmı ki, əyləndikləri kişi evlidir, yoxsa subaydır, neçə uşağı var? Düzgün həyatda halal işə mane olan, qadağa qoyan düşüncəsiz kişilər niyə çirkli həyatda (barda, gecə klubunda) da bacılarına eyni qadağanı qoymurlar (demirlər ki, gecə klubunda, yaxud, başqa yerlərdə ancaq subay kişi ilə görüş)? Sual yaranır: bəs dövlətlər niyə belə iyrənc, əxlaqsız işlərin qarşısını almırlar? Məsələ burasındadır ki, bu gün dünyanın demək olar ki, bütün dövlətlərini mafiyalar (zalımlar) idarə edirlər. Onlar milli sərvətləri talayır, insanları qul edərək, istədikləri zülmü verirlər. İnsanlar bu zülmdən qurtulmaq üçün nə qədər Allaha yalvarsalar da yalvarışları qəbul olunmur... Çünki, insanlar kütləvi şəkildə günaha batıblar. Günaha batarn insanın duaları qəbul olmadığından, ona zülm etmək, haqqını yemək asan olur. Ona görə də, zalim rəhbərlərin siyasəti ona yönəlir ki, insanlar daha çox günaha batsınlar. Zalımların hakimiyyəti yalnız millətin günahları üzərində bərqərar olur. Millətin günahları olmasa onlar bir gün də o vəzifədə otura bilməzlər. Bunu kütlə dərk etməsə də, zalım rəhbərlər ğzləri çox dərindən dərk edirlər. Bu səbəbdən öz ölkələrində elə siyasət yeridirlər ki, insanları daha çox günaha batırsınlar. Bunun da ən əsas yolu evlənmək üzərində qoyulan qadağalar, yaradılan maneələrdir. Yəni, onlar gecə klublarında, parkda, küçədə istənilən sayda əks cinslə qeyri-rəsmi əylənməyə icazə verdikləri halda, bu görüşü leqallaşdırmağa (hansı yollasa qanuniləşdirməyə) icazə vermirlər. İnsanlra sevdiyi şəxslə leqal yolla evlənməyə icazə verməyəndə məcbur olub tələbatını ödəmək üçün başqa yollara əl atırlar (gizli görüşə, barlara... üz tuturlar). Beləliklə də kütləvi günaha batırlar. 17 yaşlı qızların toy çadırlarının sökülməsi də, gecə klublarının sayının günü gündən artması da, fahişəliyin leqallaşması da həmin siyasətin tərkib hissəsidir. Cəmiyyətdə yaşanan əxlaq faciəsinin qarşısını necə almaq olar? Allah insanı yaradanda onun özünün və cəmiyyətin yaşayışını nizmalamaq üçün Quranı nazil etdi. Quran insanın texniki pasportudur. Məişətimizdəki cihazların texniki pasportunda yazılanlara əməl etməyəndə cihazda necə problem yaranırsa, Qurandakı göstərişlərə əməl etməyəndə də bugünkü əxlaq faciəsi ilə üzləşirik. Bu faciənin qarısını almaq istəyiriksə və gələcəkdə bacılarımızın, qızlarımızın, qohumlarımızın o cür iyrənc məkanlara getməsini istəmiriksə, mütləq Yaradanın bizə yazdığı qanunlara əməl etməliyik. Yaradan bu cür problemləri çözmək üçün bizə tövsiyyə edir ki, sevdiyiniz insanla izdivacınızı leqallaşdırmaq (halallaşdırmaq) üçün ən azı dörd şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu bəyan edin (üzərinizə ailə məsuliyyəti götürün və əks tərəfi öz namusunuz hesab edin və namusunuzu qoruyun). Bu izdivac Allah dərgahnda qəbul edilir və doğulan uşaq halal sayılır. Söz ardı: Yaxşı olardı ki, bu, dövlət sviyyəsində olaydı. Təəssüf ki, indiki şeytani dövrdə dövlət insanları harama yönəltmək istədiyindən, bunu etməyəcək (şeytani dövr bitəndə bu izdivac dövlət tərəfindən tanınacaq). Bunu nəzərə alıb, insanlar günaha batmamaq və gələn kütləvi bəlalara düçar olmamaq üçün əks cinslə münasibətlərini bu şəkildə halallaşdıra (leqallaşdıra) bilərlər. Bunu başqaları (qardaşınız, qohumlarınız) qəbul etməsələr də Allah qəbul edəcək və sizi bəlalardan qoruyacaq. Əgər sizlər Yaradanın qanunlarına tabe olub, onlara əməl etsəniz, Allah sizə çətinlikdən sonra bir asanlıq nəsib edər (yəni sizə elə hökumət qismət edər ki, sizin bu izdivacıınızı gələcəkdə dövlət də tanıyar. Sizə bu izdivacı təsdiq edən rəhbər qismət edər. O rəhbər sizi günahlardan qoruyar). Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq”. Quran, 19:94
Xəbər verildiyi kimi, bu gün (8 iyun) Şirvan şəhərində yerləşən hərbi zavodda partlayış baş verdi. Nəticədə yaralananlar oldu (hər halda rəsmi məlumat belədir). Elmi-lədun hesablamalarımız göstərir ki, partlayış xüsusi qanunauyğunluğa tabedir və əsgərlərinə (polisə, qorumaya...) güvənib insanlara zülm edənlərə Allahdan növbəti bir xəbərdarlıqdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1. Yadınıza salaq ki, 7 avqust 2020-ci il tarixdə “Sokar”a məxsus magistral qaz kəməri Hacıqabul ərazisində partladı və alovu digər rayonlardan da müşahidə olundu. Həmin vaxt bu hadisənin hesablamasını təqdim edərkən qeyd etmişdik ki, millətə məxsus sərvətlərin oğurlanmasına Allahın qəzəbinin təzahürüdür. Maraqlıdır ki, bu gün Şirvanda partlayış baş verəndə həmin hadisənin 669-cu günü idi. Bundan da Quran rəmzi olan 114 ədədini çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisənin Allahdan rəhbərlərə bir xəbərdarlıq olaraq göndərildiyini təsdiq edir: 669 – 114 = 555 2. Hərbi sürsat partlaması ilə bağlı daha bir hadisə Ağstafada (06.07.2019) baş vermişdi. Belə ki, hərbi hissənin silah anbarında baş verən partlayışda ölənlər və yaralananlar olmuşdu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu gün Şirvanda analoji hadisə baş verəndə Aağstafadakı partlayışın 1069-cu günü idi. Bu ədəddən yenə də Quranın surə (114) və səhifələrinin (286) sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınmaqla, diqqətimizi tövbə edib, düz yola qayıtmağın vacibliyinə yönəldir: 1069 – (114 + 286 + 114) = 555 3. Xatırladaq ki, Şirvanda eyni hərbi zavodda bundan əvvəl də partlayışlar baş vermişdi. Maraqlıdır ki, bugünkü partlayış, daha əvvəl baş verən partlayışla (28.09.2018) riyazzi şəkildə bağlanır. Belə ki, bu iki analoji hadisə arasında 1355 gün fərq vardır ki, bundan da Quran rəmzlərini çıxsaq yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisənin Allah tərəfindən xəbərdarlıq mesajı olduğunu bir daha təsdiq edir: 1355 – (114 + 286) – (114 + 286) = 555 4. Şirvanda baş verən bu partlayış hətta, Qazaxstanda baş verən analoji hadisəyə də bağlanır. Belə ki, keçən ilin 26 avqustunda Taroz şəhərindəki hərbi bazada partlayış və yanğın baş vermişdi (xeyli sayda ölən və yaralananlar oldu). Bu iki hadisə arasında 286 (!) gün fərq vardır ki, bu da hadisələrin eyni Mərkəzdən, çox dəqiqliklə idarə olunduğuna sübutdur. Şirvanda baş verən hadisə Günəş tutulması, Qobustan metal zavodunda və s yerlərdəki partlayışlarla da əlaqələnir. Sadəcə oxucunun beyin tutumunu nəzərə alıb, yazını uzatmıram. Bu və digər elmi-lədun hesablamalarımız göstərir ki, bu gün Şirvanda hərbi zavodda baş verən partlayışla Allah hərbi gücünə güvənib xalqa zülm edən zalım rəhbərlərə aşağıdakı mesajı verir: "Bu əsgərləriniz (mühafizəçiləriniz...) kimdir ki, onlar sizi ALLAHIN əzabından qurtara bilsinlər?! Kafirlər, sadəcə olaraq, aldanmaqdadırlar!" Quran, “Hakimiyyət” surəsi, 20 Yəni, sizin güvəndiyiniz əsgərlər heç özlərini qoruya bilmirlərsə və öz silahları özlərini öldürürsə, onda onlar sizi Allahın bəlasından necə qoruya bilərlər??? Odur ki, bu əsgərə, silaha falana güvənib xalqa zülm etməyin! Sabah o silahlar (yaxud başqa əşyalar) sizin öz əlinizdə də partlaya bilər və siz bunun qarşısını ala bilmərsiniz. Elə isə bəs niyə bu qədər hikkəlisiniz?! Görmürsünüzmü, sizə edilən xəbərdarlıqlar nə qədər sıx-sıx baş verir (əvvəl ildə bir neçə dəfə olurdusa, indi artıq hər həftə xəbərdarlıq olunur)?! Növbəti partlayışın sizin öz əlinizdə baş verməyəcəyindən əminsinizmi? Əmin deyilsiniz! Elə isə, bəs niyə edilən xəbərdarlıqlardan nəticə çıxarmırsınız?! Paşa Yaqub – Elmi-lədun bilicisi “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.
Xəbər verildiyi kimi bu gecə (iyunun 5-dən 6-na keçən gecə) Lənkəranda baş verən qasırğa rayona böyük ziyan vurdu. Belə ki, ağacların aşması nəticəsində insanlara xeyli maddi ziyan dəymiş, həmçinin, rayonun elektrik təsərrüfatı sıradan çıxdığından rayonun xeyli hissəsi bir sutkadan çoxdur ki, qaranlığa qərq olub. Elmi-lədun hesablamalarımız göstərir ki, bu, sıradan (təsadüfi) bir hadisə olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bundan qabaq digər rayonlarda baş verən həyəcanlı hadisələr kimi, bu qasırğa da ölkədəki zülmə, haqsızlığa... görə Allahdan növbəti xəbərdarlıq mesajıdır. Bunu sübut edən hesablamaları təqdim edirik: 1) Yadınıza salaq ki, bu il fevralın 14-də Tovuzda enerji böhranı baş verdiyindən (yarımstansiya sıradan çıxıd), bölgə qaranlığa qərq oldu. Hadisənin Allahdan xəbərdarlıq siqnalı olması barədə həmin vaxt hesablamalar paylaşmışdıq. Maraqlıdır ki, bu gecə Lənkəran qaranlığa qərq olanda Tovuzdakı analoji hadisənin 114-cü (!) günü idi ki, bu da Quran rəmzi olmaqla, hər iki hadisənin biri-birinə bağlılığını və qanunauyğunluğu sübut edir. 2) Keçən il Azərbaycanda baş verən daha bir qeyri-adi, həyəcanlı hadisəni (xəbərdarlığı) yadınıza salmaq istəyirəm. Belə ki, keçən ilin 24 avqust tarixində baş verənlər Gəncəbasar əhalisinin heç vaxt yaddaşından silinməyəcək. Çünki, özlərinin dediklərinə görə həmin gün baş verən ildırım hadisəsi kimi bir hadisəni ömür boyu görməmişdilər. Təxminən bir saata qədər müddətdə göy üzünü sanki alov bürümüşdü. Şəhər özü də ildırımın alovuna bürünmüşdü. Bir saatdan çox dayanmadan göy guruldaması insanları vahiməyə saldı. Sakinlərin dediyinə görə onlar qiyamətin qopduğunu (!) zənn edib, vahiməyə düşmüşdülər. Həmin hadisənin ölkədəki zülmə, haqsızlığa, Qurana and içib əməl etməməyə görə Allahdan gələn xəbərdarlıq siqnalı olduğunu sübut edən hesablamalarımızı paylaşmışdıq. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Lənkəranda qasırğa baş verəndə Gəncədəki həyəcanın 286-cı (!) günü idi ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, hər iki hadisənin biri-biri ilə əlaqəli olduğunu sübut edir. 3) Azərbaycanda daha bir həyacanlı hadisə Sədərək TM-də baş verən yanğın oldu (18.02.2020). Həmin vaxt TM-də yüzlərlə mağaza yandı ki, nəticədə xeyli sayda iinsanın malına və canına ziyan dəydi. Maraqlıdır ki, Lənkəranda sözügedən hadisə baş verəndə Sədərəkdəki yanğının 841-ci günü idi. Bu ədəddən Quranın səhiflərinin sayını (286) çıxsaq, alınan 555 ədədi tövbə və cəza rəmzi olmaqla, hər iki hadisənin eyni Mənbədən, xəbərdarlıq olaraq törədildiyini bir daha sübut edir: 841 – 286 = 555 (Haşiyə: Lənkərandakı qasırğa Günəş və Ay tutulmaları ilə də bağlanır ki, oxucunu yormamaq üçün bunları yazmıram.) 4) Bu kimi hadisələri (mesajları) şərh edərkən hər dəfə xüsusi olaraq vurğulayırıq ki, bütün bunlar ölkəmizdə baş verən haqsızlığa, ədalətsizliyə, zülmün ərşə dirənməsinə... Allahın qəzəbinin təzahürüdür. Ölkəyə rəhbərlik edənlər haqqı, ədaləti bərqərar edəcəkləri barədə indiyədək dörd dəfə Qurana əl basıb and içiblər. Təəssüflər olsun ki, hələ də bu anda əməl etməyiblər. Bu fakt Allahın qəzəbinə səbəb olmuş və bu səbəbdən vaxtaşırı ölkəmizə (və onu idarə edənlərə) irili-xırdalı bəlalar (xəbərdarlıqlar) göndərmişdir. Maraqlıdır ki, Lənkərandakı qasırğa riyazi yolla üçüncü andiçməyə bağlanır. Qasırğa baş verəndə üçüncü andiçmənin (19.10.2013) 3.146-cı günüdür ki, bu da orjinal Quranın səhifələrinin on bir mislidir: 3146 : 11 = 286 (Qeyd: Dünyada 11 iqlim vardır və Lənkəranda baş vrənlər iqlimə bağlı idi. Quranın 11-ci surəsində bizdən qabaq yolun azmış qövmlərə və onların rəhbərlərinə iqlimlə (yağışla, küləklə...) gələn bəlalardan bəhs olunur.) Hesablamaları çox uzatmadan bir daha vurğulamaq istəyirik ki, bu gecə Lənkəranda baş verən qasırğa və qaranlığa qərq olma, təsadüfü olmayıb, millətin yolunu azmasına (biri-birinə qarşı ziyankar olmasına), həmçinin, rəhbərlərin insanlara zülm etməsinə və içdikləri anda əməl etməməsinə Allahın qəzəbinin təzahürü idi. Bu hələ son deyil; indiyədək baş verənlər bəla olmayıb, xırda xəbərdarlıqlardır. Daha dəhşətli bəlalar hələ qabaqdadır. Bir daha üzümüzü xalqa tutaraq tövsiyyə edirik ki, zina etməyə, biri-birinizə ziyan vurmağa, aldatmağa, çalışmayın; zalıma rəğbət bəsləməyin! Sizin ayrı-ayrılıqda etdiyiniz xırda günahlar toplanaraq, rəhbərləriniz boyda daşa çevrilib başınıza çırpılır və siz o daşın altında qalıb əzilirsiniz, inildəyirsiniz... lakin tövbə edib doğru yola qayıtmaq (günahlarınızdan əl çəkmək) haqda düşünmürsünüz... Bu səbəbdən də ard-arda gələn bəlalar (xəbərdarlıqlar) sizi silkələyərək, oyatmağa çalışır. Əgər bundan sonra da oyanmazsınızsa, etdiyiniz günahları davam etdirərsinizsə... onda böyüklərinizə göndəriləcək böyük (əsl) bəlalardan sizlər də qurtula bilməyəcəksiniz! Ölkəyə rəhbərlik edənlərə də tövsiyyə edərdik ki, içdikləri anda tezliklə əməl edib, haqsızlığa, ədalətsizliyə, rüşvətxorluğa, zülmə... son qoysunlar! Dünyanı sahibsiz bilməyin! İndiyədək Allahdan gələn bəlalar qismən (az miqdarda) sizi də tutur. Bütün bunlar hələ siqnaldır. Əsl bəla az vaxta, həm də çox güclü gələcək. Onda nə “kardeşiniz”, nə “bratınız” sizi bu bəladan qurtara bilməyəcək! Sizdən əvvəlki qövmlərin (və onların rəhbərlərinin) aqibətindən ibrət alın! Allah həmin Allahdır, xalqlar biri-birini əvəz edib. Fironu, Nəmrudu... məhv edən Allahın sizə gücü çatmayacağınımı zənn edirsiniz??? Nə özünüzü bəlaya düçar edin, nə də xalqı! Tövbə edib, yolunuza qayıdın! Söz ardı: Məndən deməkdir, istəyirsiniz nəticə çıxarın, istəyirsiniz zülm etməkdə davam edin, mənə fərq etməz! Bildiyim odur ki, qısa zamanda indiki şeytani dövr bitəcək və kamillik dövrü başlayacaq. Bu Allahın qərarıdır. Sizin doğru yola qayıtmağınız ancaq özünüzə fayda verər ki, sağ qalarsınız. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Paşa Yaqub Elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |