Son illərdə 31 dekabr - Yeni il bayramı çatanda cəmiyyətdə ən çox müzakirə edilən məsələ bu günün bayram kimi qeyd edilməsinin düzgün olub-olmaması ilə bağlı olur. Yenə də bu mövzu sosial şəbəkələrin müzakirə mövzusudur. Cəmiyyətin dindar kəsimi 31 dekabrın müsəlmançılıqla heç bir əlaqəsi olmadığını, xristiyan bayramı olduğunu iddia etməkdədirlər. Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün, elmi-lədun bilicisi və psixoterapevt Paşa Yaquba müraciət edib. Onun fikirlərini oxuculara təqdim edirik: -Quranda belə bir ayə var: "Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" (“Yunis” surəsi, 5) Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların, elmi artdıqca, əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay (Qəməri) təqvimini yaratdılar ki, burada bir il 355 gündür. Elm bir qədər də inkişaf etdikdən sonra, Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi yaradıldı. - Ateistlər bu təqvimlərin insan beyninin məhsulu olduğunu, Allaha aid olmadığını iddia etməkdədirlər. - Elmi-lədun hesablamalarımız göstərir ki, hər iki təqvim insan beyninin məhsulu olsa da, Allah Öz kodlaşdırılmış möhürünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır. Bunu sübut edən hesablamaları oxuculara təqdim edirirəm: 1) Öncə qeyd edək ki, insanlar Günəş və Ay təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib (ondan sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı). 2) Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayı 286 olduğu kimi, “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 (!) gündür 3) Elmi-lədun hesablamalarımız göstərir ki, Allah öz kodlaşdırılmış “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 4) “Quran”da 286 ədədi ilə bağlı digər maraqlı məqam, 2-ci (“İnək”) surənin 286 ayədən ibarət olmasıdır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bayramlar iki-iki (!) biri-biri ilə bağlanırar ki, bu bağlılıq da özünü məhz 286 ədədi ilə büruzə verir (İnsanın yaranması da iki nəfərin cütləşməsindən sonra baş verir). Həmçinin, müqəddəs kitabı elmi-lədun yolu ilə araşdırdıqda görürük ki, burada keçən bütün hadisələrin bənzəri 2-ci dəfə mütləq baş verir. Odur ki, 2-ci surədə əlamətləri təsvir edilən inək qurbanının da yaxın zamanlarda təkrar kəsiləcəyi gözlənilir. Bundan sonra bəşəriyyət zülmdən xilas olacaqdır – Necə ki, Musanın dövründə xilas oldu. Bütün bu hesablamalardan da göründüyü kimi, 31 dekabr ilin başa çatması və yeni ilin başlanğıcı olmaqla, həqiqətən də bayramdır və üzərində Yaradanın kodlaşdırılmış “möhür”ü var. İnsanların elmi artdıqca və mənəviyyatı zənginləşdikcə, bu kodları anlamağa başlayacaqlar. Anladıqca da, bəşəri dəyərlərə, İlahi qanunauyğunluğa tabe olacaq və beləliklə, mövcud böhrana son qoyacaqlar. Bir daha yeni ilin başlaması və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə saytınızın yaradıcı kollektivini və oxucularını təbrik edirəm.
0 Comments
Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubun yeni kitabı artıq nəşr olunub. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/252760.html ) Xalqlar bir ideya ətrafında birləşsə, ən güclü müqaviməti qırarlar. Yoxsulu olmayan hökmdarın adı daima tarixdə qalar. Elələri var ki, dişləri qılınc, çənələri bıçaqdı, yoxsulları tutub udarlar. Hər insanın içində bir Günəş var, imkan verin o parlasın. Artıq elminizi hərbidə deyil, tibbdə sınayın. Sərhədləri açın və dünyanı bir kənd halına gətirin. “Yeyəlim-içəlim, necə olacaqsa sabah öləcəyik” - deməyin; bəşəriyyətə fayda verin. Kasıba iş verin; o zaman uzunömürlü və Yaradana qovuşanlardan olarsınız. Ey qayğısız qadınlar! Qalxın, səsimi eşidin. Qardaş, ər və övlad acısını dadmaq istərdinizmi? “Yox, istəmirik” - deyərsiniz. Bəs nə üçün müharibələrə etiraz etmirsiniz?! Əgər dünyada sülh olmasa, şəhərlər kişisiz qalacaq, insan nəsli yox olacaq. İnadkarlığa hamilə qalıb ətaləti sevənlər, çəkilin, bəşəriyyət irəliləsin. Kəmər insanın belinə necə yapışırsa, cəhallət də insanın belinə elə yapışmışdır. Çalışın cəhalətdən xilas olasız! Budur, planetlər qarşınızdadır; bacarırsınızsa, övladlarınıza verməyi vəd etdiyiniz planetləri tutun. Yaradan sizi o qədər çoxaldıb ki, sayınız göydəki ulduzlar qədərdir. Qoy Allah sizi indikindən də min dəfə çox eləsin və necə ki vəd edib, sizi nemət sahibi etsin. İçərinizdən müdrik, bəsirətli, dünyagörmüş adamlar seçin. Hakimlərinizə belə göstəriş verildi ki, “Aralarında münaqişə düşən şəxslərin işinə ədalətlə baxın! Hökm çıxaranda tərəfkeşlik etməyin. Kasıb adamı da böyük adamı dinlədiyiniz kimi dinləyin. Adamlardan qorxmayın, hökm Allahındır”. Sizin sülhsevər davranmağınız başqa xalqlara sizin müdrik, aqil olduğunuzu göstərəcək və bu qayda-qanunlar haqqında eşidən o xalqlar deyəcək: “Bu böyük xalq, doğrudan da, müdrik və aqil bir xalqdır”. Amma, siz ehtiyatlı olun, diqqət edin ki, bu qanunları unutmayasınız, nə qədər ki sağsınız, onlar ürəyinizdən silinməsin. Allah onları göylər altında yaşayan bütün bəşərə ərməğan edib. Ey insanlar, bu gün sizə bəyan etdiyim qanun və hökmlərə qulaq verin: Adam öldürməyin! Zina etməyin! Oğurluq etməyin! Heç kimə qarşı yalandan şahidlik etməyin! Başqasının arvadına tamah salmayın! Heç kimin heç nəyində — evində, torpağında, pulunda, varında və dövlətində gözünüz olmasın! Qızıl-gümüşə meyl etməyin, elmə meyl edin... Dinlə ey insan! Yaradanı bütün qəlbinlə, bütün varlığınla, var gücünlə sevməlisən. Ey sülh sevər insanlar! Siz Yaradanın müqəddəs xalqısınız. Yaradan yer üzündəki bütün xalqların arasından sizi seçib ki, Onun xalqı, Onun xüsusi mülkü olasınız. Ona görə də, bu gün sizə verdiyim tövsiyyələrə cidd-cəhdlə əməl edin. Əgər bu hökmlərə həmişə qulaq assanız və onları yerinə yetirsəniz, Yaradan ata-babalarınıza and içib verdiyi əhdə vəfa edəcək, vəd etdiyi kimi, məhəbbətini sizdən əsirgəməyəcək. Sizi sevəcək, sizə xeyir-bərəkət verəcək, sayınızı çoxaldacaq. O, sizə çoxlu övlad nəsib edəcək, torpağınızın məhsulunu, taxılınızı, yağınızı bərəkətli edəcək; mal-qaranızın, qoyun-keçilərinizin balası çox olacaq. Siz xalqların ən mübarəki olacaqsınız. Aranızda nə bir sonsuz kişi, nə bir sonsuz qadın olacaq. Heyvanlarınızdan biri də qısır olmayacaq. Sizdən hər cür azar-bezarı uzaq edəcək, sizi eşidib-gördüyünüz dəhşətli xəstəliklərə düçar etməyəcək. Qızıl-gümüşə meyl etməyin, elmə meyl edin. İyrənc şeyləri evinizə gətirməyin, yoxsa onlarla bir yerdə məhv olarsınız. Belə şeylərdən ikrah etməli, iyrənməlisiniz; çünki onlar məhv edilməli şeylərdir. İnsanı yaşadan yemək deyil, insanı yaşadan xeyirli əməl və elmdir. Adil insanlar tərəfkeşlik etməz, rüşvət almaz. Yetim üçün, dul qadın üçün ədaləti bərqərar edər; qəribi sevər, ona ruzi, geyim verər. Siz də qəribi sevməlisiniz, çünki, bir zamanlar özünüz də qərib olmusunuz. Şəhərlərdən birində soydaşlarınızdan kimsə kasıbdırsa, ürəyiniz daşa dönməsin, ona qarşı xəsislik etməyin. Əlinizi səxavətlə açıb möhtac olduğu, korluq çəkdiyi şeyi ona borca verin. Ona qarşı səxavətli olun, nə isə verəndə candərdi verməyin, Onda Yaradan əməyinizə, əl atdığınız hər işə xeyir-bərəkət verəcək. Çünki, dünyada hələ ki, kasıblar olacaq. Buna görə də sizə deyirəm: ölkənizdəki fəqir-füqəraya qarşı əliaçıq olun. Yetimlər məktəbi qutardıqdan sonra onları əliboş yola salmayın. Sürünüzdən, xırmanınızdan, zeytununuzun və üzümünüzün məhsulundan səxavətlə onlara pay verin. Yaradan sizə bərəkət verdiyi kimi, siz də onun yaratdıqlarına qarşı əliaçıq olun. Haqq-ədaləti tapdalamayın, tərəfkeşlik etməyin, rüşvət almayın, çünki rüşvət hikmətlinin gözünü kor edər, dürüst adamın fikrini dəyişdirər. Ədalətə, yalnız ədalətə can atmalısınız ki, sağ qalıb Yaradanın sizə verdiyi diyara sahib olasınız. Rəhbərlər çoxlu arvad almasınlar, yoxsa ürəkləri haqq yolundan dönər. Özləri üçün çoxlu qızıl-gümüş də yığmasınlar. Aranızdan pisliyi yox edin ki, bütün cahil insanlar eşidib qorxsun. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/252433.html?fbclid=IwAR3OD_ep4ndeWgsTMkQr2MbHmRhdqe_ExiigP3Xw69_3SfdZNCfv-CAL4ZA ) Ağılsıza ağıl vermək balaları əlindən alınmış ayıyla vuruşmaq kimidir Göz qırpmaq əsəbiliyə və yalançılığa, hiyləgər təbəssümlər isə, pisliyə işarədir. Səbrli şəxs igiddən daha üstündür. Özünə nəzarət edən şəxs uca fatehlərdən daha üstündür. Nəvələr babaların, ədalət də idarəedənlərin tacıdır. Ağılsıza ağıl vermək balaları əlindən alınmış ayıyla vuruşmaq kimidir. Davanın başlanğıcı su sızıntısına bənzəyər. Qan çıxmamış çəkişməni bitirin, axı sizlər müdriksiniz. Ağılsız tez təsir altına düşər, onun gözündə bir pərdə var, onun beyni çox zəifdi, nə desələr ona da inanar. Ağılsız onu doğana dərddir, onun atası xoşbəxtlik nədir bilməz. Rüşvət alan sizin haqqınızı oğurlayan kəsdir. Müdrik insanın ağzından çıxan sözlər saf su kimidir. Heç kəsə nifrət etməyin, onlara həqiqəti izah edin. Ağılsızın dili onu ölümə aparar. Qulaq asmadan cavab vermək ayıb və axmaqlığa yozular. Ədalət hisslə dərk olunmur, o ağılla dərk olunur. Yaxşı həyat yoldaşı tapan adamın həyatı da yaxşı olar. Həyatınızın və ailənizin xoş olmağını istəyirsinizsə, həyat yoldaşınızı götür-qoy edərək, tanıyaraq seçin. Uçuruma aparan dostlar var; amma, elələri də var ki, doğma qardaşdan daha üstündür. Belə dostlar sınaqlardan çıxan dostlardı. İçki içmək insanı lağ obyekti edər, insanı çox danışdırar, hörmətdən salar. Şərab içmək insanın ömrünü azaldar. Haram qazanılan pul adama dadlı gəlsə də, sonra insana xəstəlik gətirir... İnsanın niyyəti dərin bir quyunun suları kimidir. Ağıllı şəxslər onu üzə çıxarar. Haram qazanılan pul adama dadlı gəlsə də, sonra insana xəstəlik gətirir. Tez varlananın pulu bərəkətli olmaz. Gənclərin qüruru onların tərbiyəsi, yaşlıların qüruru isə, onların hökmü olmalıdır. Yaradan, insanların Ondan qorxmasından çox, insanların Ona sevgi ilə bağlanmasını istər. Sevgi ilə haqq ədalət bərpa olunar. Çalışqanın niyyəti həmişə bolluqdu, tələsənin işi isə, həmişə ziyanla nəticələnər. Haram qazanılmış sərvət, duman kimi keçicidir; tez gedər, yiyəsinə xəstəlik gətirər. Sadə insanlar daima yüksələrlər; elmi olub, özündən razı olan insanlar isə, Günəş kimi batarlar. Əgər onlar təkəbbürdən əl çəkə bilsələr, Günəş kimi yenidən çıxarlar. Elmin, yaxşı əməlin, sevginin arxasınca qaçan həyatı və şöhrəti tapar. Yaxşı ad böyük sərvətdən, hörmətcil olmaq isə, qızıl-gümüşdən daha üstündür. Qızıl zərgər üçün nədirsə, kitab da müdrük adam üçün məhz odur Yoxsul oğlu elmlənərsə, o cahil varlıdan daha üstündür. Comərd olun; kasıba iş, ehtiyacı olanlara qurbanlar kəsib paylayın; onlara əl tutun, axırınızın necə olacağını bilmək olmaz. Siz edin ki, sizə də etsinlər. Yoxsulu kasıb olduğu üçün kiçiltməyin, günahsızı boş yerə həbsə məhkum etməyin. Heç kəsə yaltaqlanmayın və heç bir iş yoldaşınızı da yalandan rəhbər işçinizə satmayın. Yalnız işinizdə usta olun ki, zirvələri fəth edəsiniz. Atalarınızın hər dediklərinə kor-koranə tabe olmayın; savadlanın, ağlınızla dərk edin və pis təsirlərdən uzaqlaşın. Çalışın həmişə ağlınız hisslərinizdən üstün olsun. O zaman yüksələnlərdən olarsınız. Uşaqlarınızı döyməklə yox, sevgi və təcrübə ilə başa salın. Tərbiyə keçicidir. Əxlaqsız kişi və qadınlardan uzaq olun. Əxlaqsızlar dərin bir quyudurlar, sizi ora çəkər və tələf edərlər. Nə xoş günahkarı mühakimə edənlərin halına. Pisliyi unudan yaxşılığı ondan daha tez unudar. Yerində deyilən söz ən böyük igidliklərdəndir. Qızıl zərgər üçün nədirsə, kitab da müdrük adam üçün məhz odur. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/252273.html ) Yaxşılıq icad edənlər Yaradana qovuşarlar. Pislik icad edənlər vəhşi heyvandan fərqlənməzlər. Bütün insanlar, irqlər, dinlər bir kökdən yaranmışlar və bunları ayırmaq əti dırnaqdan ayırmağa bənzər. Can qorxusu olmasın, bəşəriyyətə fayda verməmə qorxusu olsun. Yer kürəsi bizim vətənimizdir. Sual verməkdən qorxmayın. Dünyada sual verənlərin sayı çox olsa avamlıq tarixə qovuşar. Xoş ətirlərdən istifadə edin; onlar ürək açandır. Ətir bayramı keçirin. Çalışın həmin bayramda yeni-yeni ətirlər yaradın, həmin ətirlərin ilk iyi ətir bayramında hiss olunsun. Dəyişikliyə təhlükə kimi yox, yeni imkanlar kimi baxın. Konstitusiyalar, qanunlar sizi qorxutmasın; unutmayın ki, onlar qələmlə yazılıb və silinərək sizin üçün daha sərfəli şərtlərlə əvəzlənə bilər. Əsas odur ki, haqqınızı, hüquqlarınızı tələb edənlərdən olun. Göydəki quşun hara uçacağı bilinmədiyi kimi, pis rəhbərin də nə edəcəyi məlum olmaz. Həyat elə bir müəllimdir ki, heç bir tələbəsinə öz sirlərini təcrübəsiz öyrətməz. Pis adamlar çoxdur. Pis adamların bəziləri istəyir ki, onun ucbatından heç kəs sevinməsin, elə olsun ki, hamı ona möhtac olsun, amma, o heç kimə təmənnasız yaxşılıq etməsin. Əgər kimsə bir başqasına yaxşılıq edirsə, paxıl adamlar kədərlənər və ürəyində deyər ki, vay, o məndən daha yüksək olacaq. Bir para pis adamlar isə, daima fikirləşər ki, qoy başqasının haqqını yeyim; nə olur olsun, pulum çox olsun, o zaman mən ölümsüz olaram. Bir qurup pis adamlar da çalışarlar ki, yaxşılıq və xeyirxahlıq həmişəlik yer üzündən silinsin. Sevgi səmimilik yaradır, qorxu isə, tabeçilik yaradır. İnkişaf etmiş ölkələr lütlənməklə, əxlaqsızlıqla inkişaf etmədilər. Elə olsaydı ibtidai icma quruluşunda paltarsız insanlar ən inkişaf etmiş ölkə yaradardılar. Əxlaqsızlıq insanı, ailəni, dövləti məhv edir. Ancaq elmlə, biliklə inkişaf etmək olar. Əxlaqsızlığın qarşısını almaq üçün çoxlu iş yerləri açın və gəncləri evlənməyə təşviq edin. İçimizidən keçən yaxşı niyyətlər belə bizim əxlaqımızı gözəlləşdirir və bir gün gəlir o yaxşılığı həyata keçirmək imkanı doğurur. İnsan anlamalıdır ki, onun oruc tutmasının, ibadət etməsinin Yaradana xeyri yoxdur və o, bunları yalnız özü üçün edir. Bütün sıxıntılarımız özümüz üçün dua etməməyimizdən və paylaşmamağımızdandır. İnsanı qorxuya salan məlumatsızlıqdır; oxuyun ki, məlumatınız çoxalsın. Bu kitab mimikadan istifadə etməyən natiqdir. Bu kitab qədimdəki vəsiyyətləri gələcəkdəkilərə çatdırar. Maşın yanacaqsız hərəkət etmədiyi kimi, insan da yaxşı əməlsiz yaşaya bilməz. Müdriklərlə dostluq edən müdrik olar... Müdrüklərin xəbərdarlıqlarına qulaq asmayan əvəzini ödəyər; buyruqlara hörmətli olan mükafatını alar. Müdrüklərin öyrətdiklərini həyat qaynağı bilin, insanları erkən ölüm tələlərindən qurtarın. Ehtiyatlı adam işini bilərək edər; ağılsız adam isə, axmaqlığını sərgiləyər. Yerinə yetən dilək xoşbəxtlik gətirər. Ağılsız adam pislikdən uzaq qala bilməz. Müdriklərlə dostluq edən müdrik olar; ağılsızlarla dostluq edən zərər görər. Müdrik qadın evini saray edər. Axmaq qadın isə, evini xarabaya çevirər. Axmaq müdrikliyi axtarsa da tapa bilməz. Ağıllı üçünsə, bu, su içmək kimi asandır. Axmaq adamlardan uzaq gəzin, çünki, onda öyrəniləsi bir şey yoxdur. Elə yol var ki, insana düz kimi görünər, amma, sonu ölümdür. Bu yol əxlaqsızlıqdır. Axmaq adam hər sözə inanar. Ehtiyatlı olansa atdığı hər addımı hesablayar. Müdrik adam qorxduğu üçün, pislikdən uzaqlaşar; fikirləşər ki, bu əməl, bu qida onun səhhətinə ziyan gətirər. Axmaq isə, nağıllardan qorxub bu işi etməz. Axmağın mirası ağılsızlıqdı. Müdrükün tacı isə ağıldır. Kamillik dövründə alçaqlar yaxşılara, acgözlər isə, müdrüklərə məğlub olacaqlar. Tənbəli doğmaları da sevməz; lakin çalışqanın dostu çoxdur. Daima çalışqan olun. Hər əmək qazanc gətirər. Əməlsiz ibadət isə, insanı tənbəlliyə aparar. Dünyanın ucalığı xalqların vicdanının və elminin artmasına bağlıdır. Xalqlar vicdansız və elmsiz olarsa dünya məhv olar. Ağıl insanın mənəvi çəkisini artırar... Gec hirslənən ağıllı, tez hirslənən isə axmaqdır. Sülh sevən insan çox yaşayar; dalaşqan isə az. Tənbəl olub cəmiyyətə yamaq olmaqdansa, çalışqan olub hamıya xeyir vermək daha üstündür. Müzakirə olmasa nəyin düz, nəyin səhv olduğunu siz heç vaxt bilməzsiniz. Qərarlarınızı müzakirə edərək verin. Halallıqla qazanılan az şey, haqsızlıqla qazanılan böyük gəlirdən daha bərəkətlidir. İnsan ağlı, maşın sürəti, mal çəkisi ilə fərqlənər. Ağıl insanın mənəvi çəkisini artırar. Onların doğumları və ölümləri də fərqlidir. Allah buyrduqlarını ağıllı şəxslərin diliylə açıqlayar. Bu səbəbdən ağıllı şəxslər ədaləti tapdalamazlar. Dürüst danışanı hamı sevər, çünki, onlar cəmiyyəti xəstələnməkdən qoruyarlar. Xoş söz pətəkdəki bal kimidir – cana şirin və bədənə şəfadır. Sülhü sevin, bu bəşəriyyətin ən böyük tələbatıdır. Çörəkçini çalışdıran onun iştahıdır; tənbəllik insanı qamçılayar. (ardı var) Ağılla arzu tərs mütənasİbdir; ağıl artdıqca arzular azalır - Böyüyə yox, ağıllıya tabe olun12/21/2018 Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251987.html?fbclid=IwAR0dZXn7C8GHG8LHoOBUWUMjRs55AEdKOhVaOkhMlvv7JIstGMDcsmisxOU ) Ey insanlar, nə üçün hər hansı ideologiya üçün canınızı boş-boşuna qurban verirsiniz?! Yaradanın heç nəyə ehtiyacı yoxdur. Sizlər fanisiniz, sizin ehtiyacınız var – maddi və ya qeyri maddi şeylərə. Beyin enerjiniz bütün məlumatların açarıdır. Bu enerjidə canlı ruh var. Bu ruh kamiləşməsə məhv olar. Bu ruha gümüş tel də deyirlər. Ağılla arzu tərs mütənasibdir. Ağıl artdıqca arzunun sayı azalır və konkretləşir. Dünya hamıya çatacaq qədər böyükdür. Başqa ölkələrdə yaşayan insanları əzməkdənsə, onlarla qohum olun, əl-ələ verin, şöhrətiniz dünyaya yayılsın. Sizlərin hər biriniz bir lidersiniz və sizlər dünyaya böyük işlər görmək üçün doğulmusunuz. Xoş arzunuza çatmaqda Yaradan daim sizin yardımçınızdır. Müharibələri tamahdan edirsiniz. Ey rəhbərlər, sərhədləri açın, birləşin, dünya sizin vətəninizdir. Hamınız qohumsunuz və təkrarən də qohum olacaqsınız. Yemi olan öküz heç böyürərmi? Otu olan uzunqulaq heç anqırarmı? Siz müharibə edəndə bunlardan fərqlənmirsiniz! Müharibə hər şeyin dadını qaçırdır. Həyatın mənasını itirir. Miras olaraq sizə boş aylar verildi, nə üçün çalışıb elmlənmirsiniz? Daha nəyi gözləyirsiniz? Müharibəyə lənət olsun! Selin torpağı sürükləyib götürdüyü kimi, insan elmlənməsə onun bütün ümid və xəyalları elə yox olar. Təxirə salınan ümid xəyal qırıqlığına uğrayar. Yerinə yetən arzu isə, insanın ömrünü artırar. Nə üçün öləndən sonra adınızın dünyadan silinməsinə razı olursunuz? Qoy sizin adınızla bəşəriyyətdə yeni səhifə açılsın. Elmlənsəniz bəşəriyyətə daima işıq saçacaqsınız; qohumlarınız, sizi tanıyanlar daima sizinlə fəxr edəcəklər. Bir daha dünyaya gəlməyəcəksiniz. Pislik edənlərin, xeyirxahları təqib edənlərin sonu necə də dəhşətdir! Onlar aclıq və səfalət içində ölərlər. Bu şəxslərin Yaradana qovuşmağı yarasanın günəşi görməsi kimi bir şeydir. Əslində sizlərin elmliləri bilirlər ki, biz kafir deyilik. Biz həqiqəti dediyimiz halda, siz guya Yaradanın yanında yaxşı olmaq üçün elə bizi inkar edirsiniz. Amma, sizlər hər bizi inkar etdikcə dəli olacaqsınız və özünüzü öldürənlərdən olacaqsınız. Həqiqəti demək üçün nə yaşca böyükdən, nə də pulca sizdən artıq olandan çəkinməyin. Daima həqiqəti deyin. Onda bu xəstə cəmiyyətə dərman olarsınız. Böyüyə yox, ağıllıya tabe olun. Bizi anlamayanların ürəyi yağ bağlayıb; ağızlarından böyük sözlər çıxır. Bu deyilənlərdə bir pislik varmı ey ağıl sahibləri?! Yaradanın sirlərindən agah olsanız, ömrünüz uzun və üzərinizə bərəkət yağar. Cahil insan kal əncir kimidir - diyirlənib kökündən uzaqlaşar. Həmişə bar verən ağac əkin ki, gələcək nəsillər onların zəhmətindən fayda görsünlər və sizə rəhmət oxusunlar. Cahillər bunun fərqinə varmazlar, həmişə barsız ağac əkərlər. Bu da onların paxıllığını, qəlbi darlığını biruzə verər. Yəni, cahillər istəməzlər ki, əkdikləri ağacın meyvəsini gələcəkdə kimsə yesin. Biz dağın zirvəsindən axan çayıq, surətlə axa-axa gəlirik. Bəzi insalar bizim qabağımızı kəsmək istəyirlər, bizi göl edib iyləndirmək istəyirlər; amma, bu faydasızdır. Biz yolumuzdan əsla dönmərik. Həyat hərəkətdir. Bu qısa ömrü əbədi həyat kimi yaşamaq lazımdır. Bir gün ürəyinizcə yaşamaq bir il əzabla yaşamaqdan üstündür. Hansı ölkədə ki torpaqlar məhsuldardır, orada idarəedənlər ədalətsiz, yalançı olar. Hansı ölkədə ki torpaqlar məhsuldar deyil, insanlar aqil olar, idarəedənləri isə adil olarlar. Bunun səbəbi həmin torpaqların üzərində yaşayan insanların elmə marağından aslıdır. Çalışın, torpaqla uğraşarkən elmlənməyi də unutmayın ki, əməyinizi istismar etməsinlər. Haqqınızı elminizlə qoruyun. Pis rəhbər çürük diş kimidir... Güclü küləklərin qaldırdığı dalğalar ləpələnəcək, sərhədləri aşacaq, dünyaya səs salacaqdır. Ədalət bərpa olunduğu gün sülhün doğulduğu gündür. Bəzi dəllallar sizin yaradıcı istedadınıza mane olarlar; sizə paxıllıq edərək belə söylərlər: “Həyat bir anlıqdır və fanidir, özünü belə şeylərlə yorma”. Belə sözlərə aldanmayın. Çalışın dünyanı və insanları mütərəqqi fikirlərlə dəyişin. Onda uğur qazananlardan olarsınız. Biz elə etməliyik ki, hamı müdrük olsun. Müdrük insanın ürəyi tərəziyə bənzər və o heç bir şəxsin haqqına girməz. Avam insan isə, kar, kor, lal insana bənzəyər; onda yeni fikirlər yoxdur. Onu ancaq qədimdən gəlmə fikirlər və öz dərdi maraqlandırar. Onlarda özünə inam yoxdur. Kamillik dövründə yoxsulların nəsibi susmaq və səbr etmək olmayacaq. Əsəbləşmək, hirslənmək acizlik əlamətidir. Əsəb coşqunluğu olan insanın ən böyük dərmanı oruc tutmaq, təmiz havada gəzmək və xoş ünsiyyətdir. Bütün əsəbiylə ətrafa atəş saçan insana veriləcək ən böyük cavab susmaqdır. Şəhərləşmənin gətirdiyi yalnızlıq, susqunluq, qohumu sevməmək hissi kamillik dövründə qar kimi əriyib yoxa çıxacaq. Qənaətcil olun, israfçı və xəsis yox. Aza qənaət edə bilməyən çoxa da qənaət edə bilməz. Pul sizin tanrınız yox, xidmətçiniz olsun. Pul elə bir şeydir ki, o qəfildən artdıqca insan ölümsüz olacağını düşünür. Pul sizin ömrünüzü artırar, amma, sizə əbədi həyat verməz. Gərək siz cəmiyyətə faydalı olasınız ki, Yaradana qovuşanlardan olasınız. Kamil insanlar çeşməyə bənzəyərlər. Elə çeşmə ki, o susuzluqdan yanan dodaqların alovunu alan fərahlıq mərkəzidir. Hər bir şeydə gözəlliklər görməyə çalışın. Hər çirkinlikdə bir gözəllik gizlədilmişdir. Aqil olun ki, bunu tapasınız. Bunu tapan insanlar uzunömürlü olarlar. Könül nə mal istər, nə mülk; könül ədalət və sevgi istər (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251798.html) Bütün bu illər ərzində Sülhsevər sevimli müəllimindən bilgilər əldə edərək, çox güclü bir şəxsiyyətə çevrilmiş, “Pangeyist” təxəllüsü ilə şöhrət tapmışdı. İstəkli sevgilisiylə ailə qurub oğul uşaq sahibi olsa da, həyatında yenə də nəyinsə çatmadıgını hər zaman oz-ozlüyündə hiss etmişdi. Ölkəsində baş alıb gedən haqsızlıq, ədalətsizlik, rüşvətxorluq və korrupsiya Sülhsevəri çox narahat edirdi. O, görürdü ki, son illər korrupsiya dünyanın bir çox dövlətlərinin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Mətbuatda dərc olunan müsahibələrində tez-tez bu mövzuya toxunur və problemin həlli üçün öz orjinal təkliflərini verirdi. Sülhsevər, Yaqub müəllimin kitablarından bəhrələnərək, elmini daha da mükəmməlləşdirir, tədricən agıl dəryasına çevrilirdi. Onun aşağıdakı kəhanətləri artıq mətbuatda dərc olunmuşdu: Təbiətdə hər şey hərəkətdədir. Çalışın daima hərəkətdə olun; fərqi yoxdur fiziki və ya zehni hərəkətdə. Çünki kamilləşmək yalnız bununla mümkündür. Biz cəmiyyəti elə inkişaf etdirməliyik ki, kömür parçası almaza çevrilsin, meyvəsiz ağac meyvə versin. Göydəki buludlar qədər mürəkkəb olsa, saçınızdakı tüklər qədər qələm olsa, Yaradanın qüdrətini göstərməyə azlıq edər. Bildikləriniz, öyrəndikləriniz və öyrətdikləriniz dəryada bir zərrə qədərdir. Elmlənin ki, sirlərdən agah olasınız. O şəxslər ki, Yaradana inanır, Onu məhəbbət və ağıl yolu ilə dərk etməyə cəhd edirlər, o şəxsləri qorxutmaq qurdu quzu ilə qorxutmağa bənzəyir. Kainat insan bədəninə bənzəmirmi? Bütün orqanlar bir-birilə qanunauyğun şəkildə bağlı olduğu kimi, Kainatdakı hər şey beləcə biri-birinə bağlıdır. İnsanlar arasında qarşılıqlı inam olsa bir adamın barmağı belə qanamaz. Nə istəyirsiniz istəyin, amma, var gücünüzlə istəyin. İstəklərinizi. vərəqlərə yazın və hər gün hədəflərinizi ziyarət edin. Amma unutmayın ki, yüz mərtəbəli binanın onuncu mərtəbəsinə çıxmaq istəyirsinizsə, yüzüncü mərtəbəni hədəf almalısınız. Tibb elmi hələ yeniyetməlik dövründədir. O, hələ gənclik dövrünə çatmayıb. İnsanın bədənində tarazlıq olmasa, insan məhv olar. Gələcəkdə müalicə yeməklə, içəcəklərlə və meyvə-tərəvəzlərlə həll olunacaqdır. Heç bir cinayətkar bağışlanmamalıdır. Əks təqdirdə ədalət zənciri qırılar, bəşəriyyət məhv olar. Unutmayın, insaf qanunların təməlidir. Ədalət bəşəriyyətin ən böyük silahıdır. Yalançı əfv isə, onun ölü doğulmuş uşağıdır. Aqil insan heç vaxt cinayət törətməz. Cahillik cinayətin əsas səbəbkarıdır. Elmli, intelektual insan heç vaxt başqasına pislik etməz, cinayət törətməz. Əgər o oxumuş biridirsə, bunu edirsə, o özünü pula satan bir fahişə kimidir. Həyatda insanlar ya qəssab olar, ya da qoyun Bəşəriyyətə olan məhəbbət Yaradana olan məhəbbətin bir parçasıdır. İnsan öz Yaradanını sevməlidir, Ondan qorxmamalıdır. Şüursuzlar qorxmalıdırlar. Yaradana olan məhəbbət artdıqca, millətlərarası ədavətə son qoyulacaq, bəşəriyyət çiçəklənəcək, hamı tərəqqi və inkişaf edəcək. Qəssab qoyunu ona görə bəsləyir ki, gələcəkdə qoyunu satıb xeyir əldə eləsin və öz balalarına çörək pulu qazansın. Həyatda insanlar ya qəssab olar, ya da qoyun. Qəssab bacarıqlı insandır, qoyun isə şüursuz. İbrət al, ey bəşər övladı! Bütün dini, irqi, sinfi, cinsi, və s. ideologiyaların əsas məqsədi insanları qırmaq, kölə halına salmaq və dünyanı ələ keçirməkdir. Yerplanetininheçbiryeridigərbiryerindənmüqəddəsdeyil. Yerəhlinidostlaravədüşmənlərəbölməkçoxallahlılığaişarədir.Yaradantəkdir.Eşqatəşialovlandımı, ağılxırmanıyanar.Xırmanhazırlandısa, çörəkbololarvəbəşəriyyəthəqiqətibilər; hərdeyilənəinanmaz. Hisslər daima sizi aldadar. Çalışın ağıl ilə hisslərinizi birləşdirin, sonra qərar verin. Yaradandan maddi şeylər diləməyin, maddini yaradan şeyləri diləyin! Yaradan öz əlamətlərini, ilahi qanunları, təkamülü sizin bədənlərinizdə göstərmədimi?! Sizin bədəniniz körpəlik, uşaqlıq, yeniyetməlik, gənclik, yetkinlik və qocalıq mərhələlərini keçdiyi kimi, təbiət də – yaz, yay, payız, qış – fəsilləri kimi mərhələlərə bölünmüşdür. Bu qanunauyğunluqdan ibrət almırsınızmı?! Yaradanın qanunları hər yerdə olduğu kimi, Özü də hər yerdədir. Vay o kəslərin halına Yaradana şərik qoşdular! Yaratdıqları evləri – sinaqoqları, kilsələri, məscidləri Yaradanın evi adlandırdılar. Onlar öz mənfəətləri üçün insanları aldadarlar. Yaradan hər yerdədir! Hərəniz özünüzə bir qibləgah düzəldib, sonradan biri-birinizlə vuruşmayın! Bunlardan hələ də nəticə çıxarmırsınızmı?! Yaradandan maddi şeylər diləməyin, Ondan yalnız maddini yaradan şeyləri diləyin! Mənəvi nemətlərlə qidalanın, həftədə bir dəfə oruc tutun. Yuxuda böyük hikmətlər yatır, ora bir sirli aləmdir, bu aləmə varmağa çalışın. Silahın ox və ya güllə olmağı əsas deyil, əsas odur ki, hədəfə vura biləsən. Gözəl geyinən insan yaxşı yarpaqları olan və meyvələri bol olan ağaca bənzəyir. Gizli yerlərinizi örtün, ədəblilərdən olun. Əks halda ucuzlaşmışlardan olarsız. Hamı sizə baxar, deyər ki, bu əcdadlarımız kimi lüt gəzir. O şəxs heyvanlara bənzər; axı heyvanların da paltarı yoxdur. Ruhanilik tarixə qovuşmalıdır. Aqil insanlar olun ki, heç kim sizə öyüd nəsihət verməsin. Kamil insana öyüd nəsihət nəyə lazımdır? Axı o, Haqdan agahdır. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251533.html ) Qarışqa kimi çalışqan Sülhsevər, dərsdən sonra Universitetin kitabxanasında işləyirdi. Günlərin bir günü qəribə tanışlıq nəticəsində burada o, İlknur adlı tələbə qızla tanış oldu. İlknur imtahanlara hazırlaşanda Sülhsevərin köməyindən istifadə edirdi. Həm də bu gənc qız, Sülhsevərin qəzetlərdə və jurnallarda çap edilən məqalələrini həvəslə izləyirdi. Beləliklə, onların tanışlığı əvvəlcə dostluğa, sonra isə məhəbbətə çevrilmişdi. İbrahimlə Züleyxa eşqi kimi biri-birləri üçün dəli divanə olan bu gənclər, görüşüb söhbətləşdikləri zamanı o qədər yüksək dəyərləndirirdilər ki, ayrılmaq belə istəmirdilər. Artıq, Sülhsevər öz məqalələrini “Pangeyist” imzası ilə yazırdı. İlknur hər görüşəndə ondan pangeya ideyası, gələcəkdə bu ideya ətrafında birləşənlərin necə yaşayacaqları barədə soruşurdu. Sülhsevər də öz növbəsində professor Yaqub müəllimdən öyrəndiklərini həvəslə sevgilisinə izah edirdi: -Pangeyizmə görə insan öz taleyini əslində özü öz əməlləriylə yazır. Yəni, bu il ərzində insanlara etdiyimiz yaxşılıq, yaxud, pislik alnımıza yazılır və növbəti ildə həmin şeylər bu və ya digər formada özümüzə qayıdır... Odur ki, pangeyistlər daim yaxşılıq edib, yaxşılıq da görəcəklər. Pangeyizm ideyası ətrafında birləşənlər gün ərzində beş dəfə Yaradanı zikr edib - yada salıb, beş dəfə də ətrafdakı insanlara yaxşılıq edəcəklər. Bununla da Yaradana olan ibadətləri sözdə və əməldə tamamlamış olacaqlar. Pangeyistin axşam övladına verdiyi sual budur: Oğlum, bu gün beş adama yaxşılıq etdinmi? Pangeyistlər etdikləri zikrləri də, etdikləri yaxşılıqları da təklikdə edəcəklər. Qrup halında ibadət reklam və özünü kiməsə göstərmək üçündür. Bunlar yalnız Yaradan xatirinə və gizlin olmalıdır. Bu gün qəzetdə Yaqub müəllimin yeni bir məüsahibəsi dərc olunmuşdu. Professor qeyd edirdi ki, Pangeya ideyası çox yaxın zamanda dünyaya yayılacaq, bəşəriyyət bu ideya ətrafında birləşəcək. Beləliklə, dünyada sülh, əminamanlıq bərqərar olacaq. Bunun qarşısın heç bir qüvvə ala bilməz. Çünki, bu Allahın qərarıdır. Jurnalistin: “Bu qərarın Allahdan olduğunu necə sübut edə bilərsiniz?” sualını Yaqub müəllim belə cavablandırırdı: -Bu xəbərin Allahdan olduğunu sübut etmək üçün, sizə bir sirr açım. Hansı ki, bu sirr insan beyninin məhsulu olmayıb, Allahdan gələn bir kəşfdir. Belə ki, bayaq Dünyanın ilk yaranışda tək bir materikdən ibarət olduğunu, həmin materikin isə, Pangeya adlandığını qeyd etdim. İndi sizə Pangeya materiki haqda daha heyrətamiz bir sirr açmaq istəyirəm. Belə ki, insanlar hər gecə bu materiki gözləri ilə görsələr də, əslində bunun Pangeya olduğunu heç vaxt ağıllarına gətirməyiblər. İndi mən sizə həmin materikin yerini göstərirəm: axşam qaranlıq qovuşandan sonra başınızı qaldırıb, Aya baxın; Pangeya materikini orada görəcəksiniz. Belə ki, Ayın üzərindəki “ləkə” əslində Pangeya materikinin xəritəsidir. Bütün bu və hələlik demək istəmədiyim digər sirlər, Azərbaycanda meydana gələcək pangeyizm ideyasının bəşəriyyəti xilas edəcəyi barədəki fikirlərimin subyektiv olmadığını, Yaradanın qərarı olduğunu bir daha sübut edir. Bu sətirləri oxuduqdan sonra Sülhsevərin beynində belə bir sual yarandı: “bəşəriyyət pangeyizm ideyası ətrafında birləşib, vahid hala gəldikdən sonra ictimayi quruluş necə olacaq?” Sabah auditoriyada Professor bu sualı belə cavablandırdı: -Həqiqətən, maraqlı sualdır: bəşəriyyət gələcəkdə hansı quruluşda yaşayacaq: kapitalizm, sosializm, yoxsa kommunizm olacaq? Mənə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Düzgün məlumat hər şeydən qiymətli olacaq. Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq. “Meritokratiya” - savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, pangeyizmdə insanlara mənsub olduqları partiyaya görə deyil, malik olduqları savada, ağıla görə yanaşılacaq. Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan da çox olacaq. Həmin dövrdə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz. -Yaqub müəllim, Pangeyizmdə kimlər müqəddəs sayılır? -Pangeyizmə görə insan daim yaxşılıq etməlidir – son nəfəsinə kimi! Pangeist öləndə də mütləq orqanını başqasına bağışlamaldır! Pangeyistin dirisi fayda verdiyi kimi ölüsü də cəmiyyət üçün faydalı olmalıdır! Pangeyizmə görə yaxşılığa çalışan, xeyirxahlıq edən hər bir şəxs müqəddəs sayılır. Dünyanı nə sevgi, nə gözəllik, nə də din xilas edəcək! Dünyanı ancaq və ancaq yaxşılıq xilas edəcək! Yaxşılıq et, sən də müqəddəslərdən ol! -Yaxşılığı kimə etsək, Allah dərgahında qəbul olunar? - Hər adama da yaxşılıq etmək olmaz. Yaxşılığın qədrini bilənlərə, dürüst insanlara yaxşılıq etmək ən məqbul olandı. Həm də, yaxşılığı yerinə görə edənlərdən olun. Biri var bulağın başında olan bir adama ehtiyacı olmadığı halda bir cam su verəsən, biri də var səhradaki adama bir qurtum su verəsən. Səhrada verilən bir qurtum su, bulağın başında verilən bir cam sudan sənə daha çox hörmət gətirər. -Bəs ruh nədir? -İnsanda iki cür ruh var. Bədən sahədir, birinci ruh o bədənin sahəsi, ikinci ruh isə, bədənin suyu, günəşi və havasıdır. Günəş təkbaşına yer səthini işıqlandırdığı kimi, ikinci ruhumuz da inkişaf etdikcə bizi elə işıqlandıracaq və nura qərq edəcəkdir. İnsanın ən zəif yeri göbək və başıdır. Hər iki ruhumuz da burada (göbəkdə və başda) yerləşir. Amma, insanların çoxu bundan xəbərdar deyil. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251466.html) Çətinliklərlə böyüməsinə baxmayaraq Sülhsevər dərslərini “əla” qiymətlərlə oxuyurdu. Humanitar və dəqiq elmləri mükəmməl mənimsədiyindən, müəllimlərin rəğbətini qazanmışdı... Nəhayət, orta məktəbi “əla” qiymətlərlə bitirən Sülhsevər Universitetə daxil oldu. Artıq o zahiri elmlərlə yanaşı, həm də batini elmlərə maraq göstərirdi. Elmin dərin qatları onu daha çox cəlb edirdi... Ona görə də professor Yaqub müəllimin mühazirə vaxtı dediyi bu cümlələr Sülhsevərin beynindən çıxmırdı: “Elm - zahiri və batini olmaqla, iki qurupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəl-limdən öyrənilməz. Buna elmi-ladun deyilir. Ladun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla, hissiyyatla qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar”. Yaqub müəllim Akademiyanın fizika insitutunun əməkdaşı idi. Eyni zamanda elmi-lədun bilicisi kimi tanınırdı; bu mövzuda bir xeyli kitabları çap olunmuşdu. Sülhsevər, Milli kitabxanaya və Akademiyanın kitabxanasına gedərək, Yaqub müəllimin bütün kitablarını əldə etmişdi. Hər gün saatlarla oturub, bu kitabları mütaliyə edirdi. Oxuduğu bu kitabların təsiri altında Sülhsevər bir gün Allahı zikr edərək, Ona belə dua etdi: - Ey Kainatı Yaradan! Sən vasitələrlə hər şeyə qadirsən və Sən hər yerdəsən. Dünyada yalnız sülh olsa, hər yer müqəddəs olar. Səndən yalnız ağıl və səbir diləyirəm! Məni ağıl və səbr verdiyin kəslərin yoluna yönəlt! Yönəlt ki, elmlənim, hamıya yaxşılıq və bəşəriyyətə sülh gətirim. Elmi kəşflər edim ki, insanlar boş yerə ölməsin. Yaxşılıq icad edim ki, əmin-amanlıq olsun. Yaradanım! Sən bizi bunun üçün yaratmadınmı?! Bir insanı xilas edən bütün bəşəriyyəti xilas etmiş kimidir. Sənə qovuşmağım üçün mənə sirləri agah et! Yaqub müəllimin Pangeya mövzusunda yazdığı kitablar Sülhsevərin diqqətini daha çox cəlb edirdi: “İlk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə Pantalas olub. Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. “Pangeoist” sözünün mənşəyi, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Bu ideyanın daşıyıcıları pangeyistlər adlanır. Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan, bir anadan doğulduqdan sonra, millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və indiki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də! Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün Pangeyizm ideyası insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan - “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edir. Vaxt gələcək pangeyistlərin təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar”. Bu yeni və mütərəqqi fikirləri oxuduqca, Sülhsevərin qəlbində bəşəriyyəti azad etmək istəyi yarandı. O, özünü artıq bir Pangeyist obrazında görürdü. Sülhsevərin beynində bir sual yarandı: pangeyistlər və onun ardınca gedənlər dinsiz olacaqlarmı? Səhər, Yaqub müəllim auditoriyaya girəndə Sülhsevər beynini məşğul edən bu sualı ona ünvanladı. Yaqub müəllim səbr və təmkinlə cavab verdi: -Əlbəttə ki, yox, oğlum; pangeyistlər dinsiz deyillər. Onlar Yaradanın birliyini qəbul edirlər. Öz fəaliyyətlərində elmə, əxlaqa, xeyir əməllərə, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verirlər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha – sinaqoqa, kilsəyə, məscidə getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar Allahın təkliyini, Allahın hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə - tək Allahlığa uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır. Həmin vaxt ibadətgah olmayıb. Beləliklə, yeni xilaskar – Pangeyist həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına və pozulmuş nizamın bərpa olmasına səbəb olacaqdır... Nə qədər acı da olsa, etiraf etməliyik ki, bu gün bəşəriyyət arasında yaranan qarşıdurmaların kökündə ilk növbədə dinlər dayanır – deyə, Yaqub müəllim söhbətini davam etdirir: - Dünyaya açıq gözlə baxsaq görərik ki, “Buddizim”, “Atəşpərəstlik”, “Musəvilik”, “İsavilik” və “İslam” adı altında fəaliyyət göstərən mafiyalar dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş aparırlar. Bu savaşda qazanan yuxarıda sadaladığım din mafiyaları, onların başında duran mafiozlar; itirən isə, onları din bilib, ardıyca gedən sadə insanlardır. Bu mafiyalar insanları öz ardıyca aparmaq, özlərinə tabe etdirmək üçün ibadətgahlar - kilsələr, sinaqoqlar, məscidlər... düzəldir və ora “Allah evi” adı verirlər. Halbuki, Allah hər yerdə, özəlliklə də insanın qəlbindədir. Bu ibadətgahlarda əsas təbliğat onun üzərində qurulur ki, başqa dinlərə, yaxud, təriqətlərə mənsub olan insanlar sizin düşməninizdir və mütləq onları qətlə yetirib, sərvətlərini və yurdlarını əllərindən almalısınız. Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara maaş vəd verməklə, müharibələrə cəlb edirlər. Nəticədə, həmin müharibədə iştirak edən tərəflərə həm silahlarını satırlar, həm əsir götürdükləri insanları, onların daxili orqanlarını satırlar, həm də qarətçilikdən küllü miqdarda sərvət qazanırlar. Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər. Əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər. Bütün bunların qarşısını almaq, insanları din mafiyalarının əsarətindən qurtarmaq üçün, bəşəriyyət pangeyizm ideyası ətrafında birləşəcəkdir. Çalışmaq lazımdır ki, insanlar elmlənsinlər və mafiyaların quraşdırdıqları ibadətgahlardan – dırnaqarası “Allah evləri”ndən uzaq dursunlar. Professor gələcək üçün proqnoz verməyi də unutmadı: Yaxın zamanda pangeyizm ideyası bütün dünyaya yayılacaq və bəşəriyyət öz əvvəlki halına - birlik və sülh halına qayıdacaqdır. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: (www.moderator.az/news/251340.html) REDAKTORDAN Dünyanı yaxşılıq xilas edəcək Əsrlər, minilliklər boyu insanlar dəhşətli müharibələrdən, savaşlardan keçərək, zaman-zaman sülh şəraitində yaşamış, zaman-zaman da savşla vuruşaraq, nəsil-şəcərə ilə dövrümüzə gəlib çıxmışlar. Bu savaş və sülhlə sıralanan dünyada savad qazananlar qazandıglarını cahilliklə sözün əsl mənasında mübarizə apararaq, illərin süzgəcindən süzülərək, insanlar vasitəsiylə nəsillərə ötürmüş, öz dövr və zamanına görə təkamülləşərək, inkişafa dogru irəliləmişlər. Hər bir insan bu dünyaya bir missiya ilə gəlir. Kimi xeyiri, kimi şəri tərənnüm edir. Xeyir hər zaman qələbə qazananlardan olur. Atalarımızın dediyi kimi, “Haqq nazilir, lakin, üzülmür” məsəlindəki kimi. Oxucuları qarşıda həyatdakı bütün çətinliklərə baxmayaraq, ancaq və ancaq xeyirin arxasıyca səsləyən yazarın romanı sizlərə gözəl və sülhsevər mesajlar verərək, Dünyanın həqiqətən də xilaskarı yaxşılıq olduguna bir daha əmin olmaga cagıracaq. Əziz oxucular! Sizlərə romanı oxuyarkən xoş anlar və bilgilər diləyirik. Romanın sonunda görüşənədək... PANGEYA (Roman) Soyuq bir qış günü bayırda iliyə işləyən bir sazaq, nəfəs kəsəcək külək var idi. Kəndin kənarında yerləşən məktəbin yuxarı sinifinin dərs otagında isə, bahar fəslini andıracaq bir istilik mehi, günəş işıltısı bərq vururdu. İgid görkəmli İbrahimlə gözəllər gözəli Züleyxa eyni sinifdə oxuyurdular. Onlar hələ birinci sinifdən dost idilər. Böyüdükcə, bu dostluq özləri də bilmədən məhəbbətə çevrildi. Yuxarı sinifə keçəndən sonra isə, bu məhəbbət daha da alovlanaraq elə bir ülvi mərhələyə çatmışdı ki, onlar artıq bir-birlərindən ayrı qala bilmirdilər. Onlar üçün ən ağır və dözülməz günlər bazar günləri olurdu. Bu gün dərs olmadığından, onlar biri-birləri üçün darıxırdılar. İbrahim bazar günləri dərslərini hazırlayandan sonra, Züleyxagilin məhləsinə gələr, saatlarla orada oturardı ki, sevgilisi küçəyə çıxanda onu görsün. Bu, Züleyxaya da xoş gəlirdi, bir bəhanə tapıb, tez-tez küçəyə çıxırdı ki, İbrahimi görsün. Beləcə, sevgi dolu, həsrət dolu illər ötüb keçirdi. Məktəbi bitirsələr də bir birilərindən ayrı qala bilməyən sevgililər elə an olmurduki xəyallarında belə görüşməsinlər. Fürsət tapdıqcada həyətda görüşüb söhbətləşib, gələcək üçün planlar qurardılar. Anası, Züleyxanın bu sevgisindən xəbərdar idi. Dəfələrlə qızına demişdi ki, atan səni İbrahimə vermiyəcək, çünki ata-babadan nəsillərimiz düşmən olublar... İbrahim də bunu bilirdi. Günlərin bir günü Züleyxayla vədələşdilər ki, cümə günü gecə sübhə yaxın saatlarda heç kimə görünmədən kənddən qaçsınlar. Nəhayət, o gün gəlib çatdı. İbrahimlə, Züleyxa əvvəlcədən vədələşdikləri kimi, bütün kənd 7-ci yuxuda ikən biri-birlərinə qoşulub, meşəyə qaçdılar.. Meşə çox vahiməliydi. Gecənin qaranlıqlarında çaqqalların ulartısı gənc Züleyxanı qorxuya salırdı. Səksəkə içində səhəri açan gənclər yollarına davam etdilər. Nəhayət, uzaq bir kəndə gəlib çıxdılar. Onlar bələdiyyə idarəsinə gəlib, qərib olduqlarını dedilər və yaşamaq üçün yer vermələrini xahiş etdilər. Bələdiyyə sədri gənclərin xahişlərini nəzərə alıb, kənddə olan sahibsiz, uçuq-sökük bir daxmanı onlara təklif etdi. “Bəyənirsinizsə, burda qala bilərsiniz” – dedi. Toz basmış, pəncərələrinin şüşələri qırıq bu daxma yaşamaq üçün əlverişli olmasa da, başqa əlacları da yox idi. Beləliklə, İbrahimlə Züleyxa əl-ələ verərək daxmanı yaşamaq üçün yararlı vəziyyətə salmaga başladılar... Daxmanı elə bəzədilər ki, Bələdiyyədən gələn nümayəndə belə heyrət etdi. Onlar öz məhəbbətləri ilə də bu soyuq daxmaya istilik verərək mehriban bir ortam yaratdılar. Artıq İbrahim özünə iş də tapmışdı – usta Vaqifin yanında köməkçi işləyirdi. Az da olsa, gündəlik qazandığı pulla hər axşam evə lazımi ərzaq alıb gətirirdi. Züleyxa da evin işlərini görür, İbrahim işdən gəldikdə isə, birlikdə yemək yeyib bərabər günlərini davam edərdilər. Onlar beləcə xoşbəxt və məsud yaşayırdılar. Hətta, bir gün Züleyxa çox gözəl bir xəbərlə İbrahimi işə gedərkən müjdələmiş və bu sevinclə yerə göyə sığmamışdılar. Züleyxa artıq hamilə idi. Aylar ayları əvəz etmiş, düşdükləri bir sıxıntı onların həyatını alt üst etmişdi. Onlar bu kəndə köçdükləri vaxtdan qonşu Əbuləhəbin iti bu ailəyə göz verib, işıq vermirdi. O, heç vaxt itini bağlamırdı. It tez-tez İbrahimgilin həyətinə soxulub, Züleyxaya cumurdu. Bu səbəbdən Züleyxa həyətə düşə bilmirdi. İbrahim dəfələrlə Əbuləhəbə itini bağlamağı xahiş etsə də, o, buna məhəl qoymurdu. Beləliklə, gənc Züleyxa hamiləliyin çətinliyi ilə yanaşı, qorxu, stress də yaşayırdı. Yenə bir gün İbrahim işdən gələndə, qonşunun itinin Züleyxaya cumduğunu gördü. Tez özünü irəli atdı. Bu vaxt İbrahim həyat yoldaşını qorumaq üçün cibindəki bıçağı şıxarıb, itin qarnına soxdu. İt Züleyxadan aralanaraq, zingildəyə-zingildəyə həyətin bir tərəfinə yıxılaraq hərəkətsiz qaldı. İtinin vurulduğunu görən Əbuləhəb, İbrahimin üstünə yüyürdü və əlindəki baltanı onunn başına endirdi. Gənc oğlan yerə sərilərək, qan içində çabalamağa başladı. Ərini bu halda görən Züleyxa çaşqınlıg içində qalaraq şok oldu, nə edəcəyini bilmədi. Yerdəki daşı götürüb, Əbuləhəbin başına vurdu. Zərbədən Əbuləhəb yerə yıxılaraq yerindəcə keçindi. Təcili yardım maşını özünü çatdıranda həm İbrahim, həm də Əbuləhəb canlarını tapşırmışdılar. Züleyxa isə İbrahimin başı üstündə saatlarla bir nöqtəyə baxaraq buz kimi donub qalmışdı.. ... Məhkəmə Züleyxaya yeddi il iş kəsdi... Türmənin ağır qanunları Züleyxanı çox sıxırdı. Buradakı rüşvətxorluq, hüquqsuzluq, nəzarətçilərin özbaşınalığı bütün dustaqlar kimi, onu da bezdirmişdi. Bətnindəki körpəsi olmasaydı, bəlkə də yaşamaq istəməz, intihar edərdi. Bütün əzab və iztirablara baxmayaraq, Züleyxa körpəsini dünyaya gətirməyə qərarlı idi. Analıq hissi onu yaşamağa, həbsxanadakı haqsızlıqlara sinə gərməyə sövq edirdi. Nəhayət, İbrahimə qoşulub qaçdığı o əlamətdar gündən 286 gün keçmiş, Züleyxa gözəl bir oğlan uşağı dünyaya gətirdi. Uşağın adını Sülhsevər qoydu. Sülhsevər dörd yaşına çatanda Züleyxa məhbəsdə tapdığı vərəm xəstəlyindən dünyasını dəyişdi. Həyatında ən xoş günləri sevimli əri İbrahimlə yaşayan Züleyxa ondan sonra çox zillətlər çəkdiyi üçün oglunu böyüdə bilmədi, uşaq ikən yalnız və köməksiz qoyub getdi, ruhunu əzablı dünyaya təslim edərək, sevimli İbrahiminin yanına köçdü. Dünyaya gəlmədən atasını, 4 yaşındaykən isə, anasını itirən, boynubükük, yetim Sülhsevərin bundan sonrakı həyatı uşaq evində keçdi. Biri olub o biri olmayan bir həyat yaşadı, balaca ikən böyüdü, uşaqlıq yaşamadan yetkinləşdi. Lakin atsı İbrahim kimi mərd və igid bir oglan oldu. Zamanın heç bir çətin sınagı onu sındıra, əyə bilmədi. Çünkü, oxudu, daim elmləndi, oxumaqdan güc aldı, kimsəsiz oldugunu unutdu. Həyat sınaqlarına elmiylə cavab verməyə hazırlaşdı... (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251173.html?fbclid=IwAR18AME93XkZighziYM2wGO3QLYGClq3ZaaePclYmzBvdwho5eKmFnRKHQc ) Elm - zahiri və batini olmaqla, iki qurupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrənilməz. Buna elmi-ladun deyilir. Ladun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla, hissiyyatla qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Qeyd edək ki, elmi-lədunla bütün sirli hadisələrin və xəstəliklərin üzərindən sirr pərdəsini qaldırmaq, hadisənin mahiyyətini açıb, ondan xilas yollarını təyin etmək mümkündür. Əvvəlki fəsillərdə şərh etdiyimiz sirlər də məhz elmi-lədun məhsuludur. Bu yazıda sizə biologiya və kibernetika elmlərinə dair bəzi sirləri açmaq istəyirik. Bildiyimiz kimi, kompüter insanın alt kopyası olaraq yaradılıb. İnsanlar alt kopyanın bütün sirlərini öyrənsələr də, özlərindəki sirləri öyrənməkdə acizdirlər. İnsandakı elmə məlum olmayan sirləri elmi-lədunla üzə çıxarmaq mümkündür. Məsələn, elmi-lədun araşdırma nəticəsində sifətdə üç nöqtə üzə çıxardıq ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə, barmaqların fəzada vəziyyəti “WWW” formasını alır və insanın bəsirət gzü açılaraq, paralel aləmdəki nuru, və bu aləmin gözəlliyini, mələklərin nurunu ziyarət edə bilir. Necə ki, həmin nöqtələri (“WWW”) sıxmaqla, kopyuter informasiya məkanına çıxır və dünyanın istənilən nöqtəsi ilə bir anda əlaqə yaradır. Buradan aydın olur ki, insanda (“üst kopya”da) olmayan bir şey, alt kopya sayılan kompyuterə düşə bilməz. Sübut üçün, sizə daha bir sirri açım: internetdə informasiya ötürmək üçün istifadə edilən “@” işarəsinin və insan mədəsinin şəkillərini götürüb, yanaşı qoyun. Görəcəksiniz ki, bunlar biri-birinin bənzəridir. Elmi-lədun araşdırmalarımız zamanı kəşf etdik ki, bunların funksiyaları da üst-üstə düşür. Belə ki, mədənin üzərində olan nöqtələri basmaqla, insan öz enerjisini kainatın istənilən nöqtəsinə çatdıra və orada olan obyektlərə təsir edə bilir. Bu vaxt insandan ayrılan enerji öz gücünə görə Allahın enerjisinə yaxın, bəlkə də elə Ona bərabər olur. Çünki, həmin vaxt insan öz gücünü Allahın gücü, enerjisi ilə birləşdirir. Onu da qeyd edim ki, mədənin üzərindəki nöqtədən cəmi bir dəfə – 1999-cu ilin dekabrında istifadə edildi. Onda da enerjinin ünvanı Yerin cazibəsindən kənarda olan Sputnik ötürücü stansiyaları oldu. Həmin vaxt stansiyaların işi bir dəqiqəlik dayandığından, Yerdəki bütün transliyasiyalar, rabitə və internet də bir dəqiqəlik kəsildi. Həmin gün bu hadisə dünyanın bütün xəbər agentliklərində yayımlansa da, sirrini heç kəs aça bilmədi. Bir neçə cümlə ilə vurğulandı ki, ötürücü stansiyalar Yerdən edilən təsirlə (!) dayandırıldı. Oxucuda sual yaranacaq ki, həmin təsiri yenidən etmək, stansiyaları yenidən dayandırmaq mümkündürmü? Nəzərinizə çatdırım ki, bu, ancaq Allah-təalanın icazəsi ilə edilə bilər. Bir dəfə istifadə etməyə icazə verildi ki, həqqi-yəqinlik hasil olsun – insan nəyə qadir olduğunu, Allahdan sonra ikinci qüdrətli varlıq olduğunu bilsin! Enerjinin ünvanı ona görə Sputnik stansiyaları seçildi ki, bütün dünya bilsin: Azərbaycanda elmi-lədun sahibləri var və bu elm nəyə qadirdir. Həmin gün dünyanın bütün KİV-ləri tərəfindən xəbəri yayımlanan bu hadisə, Yer sakinlərinə Yaradan tərəfindən bir mesaj idi ki, silahlarının gücünə çox güvənməsinlər. Allahın elmi istənilən vaxt həmin silahları susdurmağa, enerjini kəsməyə qadirdir... (ARDI VAR) Artıq yeni ilin astanasındayıq. Astroloqlar ili təhlil edərkən, onu heyvan adları (meymun, donuz, it və s.) ilə adlandırırlar. Tanınmış psixoloq və elmi-lədun bilicisi Paşa Yaqub buna öz etirazın bildirir: İli murdar heyvanların adı ilə adlandırmaq Allaha xoş getməyən, Onun qəzəbinə səbəb olan bir haldır. Necə ki, bizlərədən hansı birimizi, yaxud övladlarımızı bu cür adlarla çağırsalar özümüzə təhqir hesab edərik. Bilməliyik ki, zaman Allaha məxsusdur və onu təhqiredici adlarla adlandırmaq qətiyyən düzgün deyildir. - Donuzu, meymunu da Allah yaradıbsa, bu niyə təhqir sayılır? - Nəzərinizə çatdırım ki, Quranın İsa Peyğəmbərdən bəhs edən bir surəsində, Peyğəmbərə qarşı çıxan havarilərin Allahın qəzəbinə gəldiyi və onların meymuna döndərildiyi vurğulanır. Buradan belə nəticə çıxır ki, Allah, qəzəbi tutan adamları meymuna döndərir. Bu səbəbdən insanlar həmişə xoşlamadıqları, nifrət etdikləri adamları "meymun", "donuz"... deyə təhqir edirlər. Unutmayaq ki, müqəddəs kitabda Allah-təala zamana and içir! Bu fakt, zamanın Allah yanında necə əziz olduğunu göstərir. Əgər biz Allahdan və onun ilindən (zamanından) nəsə xoş bir şey istəyiriksə, həmin ilin düşərli olmasını, bizə nəsə verməsini istəyiriksə, onda onu xoşagələn adlarla adlandırmalıyıq. Məntiq bunu tələb edir. Təsəvvür edin ki, işiniz düşən birinə deyirsiz: "Ay donuz filankəs, mənim filan işimi düzəlt". Təbii ki, həmin adam sizin xahişinizi nəinki nəzərə almaz, əksinə, sizi cəzalandırar. Zaman da Allaha məxsus olduğundan, növbəti ildən nəsə umuruqsa, onu gözəl, xoşagələn, əzizləyici adlarla adlandırıb, istəyimizi bildirməliyik. - Doktor, elmi-ləduna görə növbəti ili necə adlandırardız? - Elmi-lədun hesablamalaımız göstərir ki, 2019-cu il XİLAS ilidir. Bu il yeni bir ideyanın doğuluşu və bəşəriyyətin bu ideya ətrafında birləşərək mafiya və monopoliyalardan qurtulacağı ilə yadda qalacaq. Xalqlar arasında sülh, əminamanlıq bərqərar olacaq. “Quran”ın düzülüşü ilə Mendeleyev cədvəlinin düzülüşü eyni prinsipə malikdir... Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251029.html?fbclid=IwAR0zRIjhBOYubkngFz2QZZPMpCIN1v3DDjq4HfrMesFbgrnO_VGUb7rMC3E ) “Quran” bütün Kainatı özündə əks etdirən səmavi kitabdır. Kainat isə, kimyəvi elementlərin birləşməsindən yaranmışdır. Maraqlıdır ki, müqəddəs kitabda surələrin düzülüşü ilə, kimyəvi elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uyğunluq vardır. Araşdırmalarımız göstərir ki, həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin qanunlarını - sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi qanunlarını özündə əks etdirir. Belə ki, “Quran”ın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca, surələr sərtləşməyə doğru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunu ilə uyğunluq təşkil edir. Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir. Bundan başqa, surələr ikili xassə nümayiş etdirirlər. Yəni, onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişlər ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə uzlaşır. Mendeleyev cədvəlində bu hal eyni elementin ikili (həm mənfi, həm də müsbət) xassəyə malik olması ilə özünü büruzə verir. Yeri gəlmişkən qeyd edim ki, ikili xassəyə malik olma insanda da özünü biruzə verir. Belə ki, qarşılaşdığı fərddən (oxu: elementdən) aslı olaraq, insan (kimyəvi elementlər kimi) gah müsbət, gah da mənfi xassə nümayiş etdirir. Bütün bu sadaladığım faktlar aydın göstərir ki, dialektikanın qanunları “Quran”ı və Allahı inkar etmək üçün ortaya atılsa da, əslində onları təsdiq edir. Bu da Yaradanın bir hikmətidir. Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”ın surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü mahiyyətcə biri-birini tamamladığı kimi, riyazi cəhətdən də bağlanırlar. Məsələn, “Quran”ın 24-cü surəsi olan “Nur” surəsinin mahiyyəti nurlanmadan (işiqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı (!) qurupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır. Dövrü cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur. Göründüyü kimi, həm “Nur” surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, hamısı 24 ədədinə bağlanır. Onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur” surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir: 64 – 52 = 12 Indi isə, “Dəmir” surəsi ilə, dövrü cədvəldəki Dəmir elementi arasında olan riyazi əlaqəyə nəzər salaq. Belə ki, Dəmirin atom kütləsi olan 55 ədədindən, onun sıra nömrəsini (26) çıxsaq, alınan 29 ədədi “Dəmir” surəsinin ayələrinin cəmini göstərir: 55 – 26 = 29 Yaxud, Allah-təalanın Öz adına olan “Rəhimli Allah”(55) surəsi ilə, Mendeleyev cədvəlinin 55-ci xanasında yerləşən Sezium elementi arasında olan riyazi əlaqəyə nəzər salaq: Seziumun nisbi atom kütləsi olan 133 ədədindən, sıra nömrəsini (55) çıxsaq, alınan 78 ədədi “Rəhimli Allah” surəsinin ayələrinin cəmini göstərir və bütün bu elmlərin Allahın nəzarətində olduğunu sübut edir: 133 – 55 = 78 Mendeleyev cədvəlində diqqət çəkən digər məqam, 13-cü xanada yerləşən elementlə, “Quran”ın 13-cü surəsinin biri-birini tamamlamasıdır. Belə ki, 13-cü surə «Göy gurultusu» adlanır. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» “Quran,” 13:13 Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. “Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan, kimya elmində də eynilə - 13 rəqəmi altında - büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü (!) elementi Alüminiumdur ki, elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, bu element energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi “Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd fizikada da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü digər atoma ötürməklə boşalır. Beləliklə, 13-də enerjinin axımı başlayır. 13 ədədində olan həyəcan, kimya və fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, insanlar arasında bəd xəbərin tez yayılması həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü (xəbəri) başqasına ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür... Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür). Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 (!) metr olduğunu artıq biologiya elmi təsdiq etmişdir... Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda göz yaşı ilə boşaldır. “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” Mendeleyev cədvəlinin “Quran”la uzlaşdığını görmək üçün, 16-cı elementlə, 16-cı surəni müqayisə edək. “Quran”ın 16-cı surəsi «Bal arısı» adlanır. Ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal - arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir. Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni ədəd altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı elementi olan Kükürd, məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətin yaranması və alovlanması üçün, mütləq iki tərəf iştirak edir. Maraqlıdır ki, kimya elmində də belədir: dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 olan Oksigensiz yanmır. Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanmanı” əks cinsdən olan tərəf müqabili təmin edir. Kimyəvi elementlərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Kükürdü yandırmaq üçün mütləq Oksigen lazımdır ki, hər ikisi 16 ədədinə bağlıdır. Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 - 8 - 6 formasında yerləşir. Bunu bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir. Maraqlıdır ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Yaradanın insanlara məhəbbət aşıladığını bir daha sübut edir: “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim”. (Allah-təala) Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Yaradan bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq, adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Onu da nəzərinizə çatdıraq ki, Yaradan elmi çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın adına 31-ci surəni göndərdi. Bu fakt, Yaradanın elm adamlarına olan məhəbbətinin təzahürüdür. Mendeleyevin ölümündən sonra “Efir” elementi Dövri Sistemdən niyə çıxarıldı? Yeri gəlmişkən, qeyd edək ki, Mendeleyev sağ olarkən, onun tətərtib etdiyi Elementlərin Dövri Sistemi Cədvəlinin orjinalında “Efir” adlı element mövcud idi. 1906 ci ildə nəşr olunan “Kimyanın əsasları” kitabında (8-ci nəşr) Mendeleyevin əsl cədvəli salınmışdır (bax: aşağıdakı cədvələ:). Kimyəvi işarəsi “X” olan bu elementi Mendeleyev öz cəvəlində “Nyutoniy” adlandırmışdı. Cədvəlin yuxarı sol küncündə yerləşən bu maddə "Dünya efiri" idi. Cəvəldə “Efir”, “Hidrogen”dən əvvəl yazılmışdı, sıfır qrupuna, sıfır sırasına daxil edilmiş yeganə element idi. Atom çəkisi 0,4 olan bu element yer üzərində hər yerdə mövcuddur. Bu maddə əsl enerji daşıyıcısıdır. “Efir”in hissələri atomları, molekulları formalaşdırır, amma, kimyəvi reaksiyalarda iştirak etmir. Efir - maddənin bir hissəsidir (belə deyək ki, ruhudur, enerjisidir). Mendeleyevin vəfatindan (1907) sonra, bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr cədvəl üzərində dəyişiklik edib, “Efir” elementini oradan xaric etdilər və 0 qrupunu ləgv etdilər. Beləliklə də, bir çox sirləri qizlətmiş oldular. Ona görə də müasir cədvəldə “Efir” görsənmir. Çünkü 0 qrupu mövcud deyil. Bu cür saxtalaşdırma kimya, fizika, biologiya elmlərinin gələcək inkişafına zərbə vurmaqla, sivilizasiyanın tərəqqisini dayandırdı. Hazırda məktəblərdə və Ali təhsil müəssisələrində Mendeleyev cədvəli tamamlanmamış, yarımçıq tədris olunur ki, bu da açıq saxtakarlıqdan başqa bir şey deyildir. “Efir” elementinin sirlərini bilən alimlər müəmmalı şəkildə öldürülürlər Tarixə nəzər yetirsək görərik ki, “Efir” elementinin sirlərindən bəşəriyyətin xeyrinə istifadə edən alimlər müəmmalı şəkildə öldürülüblər. Belə ki, bir çox alimlər bu sonsuz enerji maddəsinin cəmiyyətin xeyrinə tətbiq olunma variantlarını işləyiblər. Amma, hamısının sonu faciə ilə bitib. Bəşəriyyətin tərəqqisini istəməyən qüvvələr buna imkan verməyiblər. Məsələn, böyük alim Nikola Tesla (1856 – 1943) “Efir”dən energi alınmasının mümkünlüyünü sübut etdi. Alim bu elementin sirrini bilməklə, daimi işləyən mühərrik yaratdı. Daha sonra, enerjinin naqilsiz paylanmasını kəşf etdi. Bu da onun karyerasının sonunu gətirdi: qoca vaxtı hoteldə qaldığı otaqda müəmmalı şəraitdə ölü tapıldı. Dərhal onun otağından bütün əlyazmalarını, elmi işlərini kəşfiyyat xidməti (FBR) yoxa çıxardı. Eynşteyn “Ümumi nisbilik nəzəriyyəsi”ni açıqlamaq üçün fiziki məkanı "Efir" adlandırmağı təklif etsə də, böyük güclərin (mafiyaların) nəzarətində olan və “elmlər akademiyası” adlanan qurum buna imkan vermədi. Ümumi nisbilik nəzəriyyəsinə əsasən, deyə bilərik ki, məkan - "Efir" olmadan ağlasığmazdır. Elimlər akademiyası hələ də öz mövqeyində möhkəm dayanmaqa davam edir. “Efir” elementi ilə bağlı heç bir tədqiqat işi, elmlər akademiyaları tərəfindən qəbul edilmir. Çünki, bu mövzuya hansısa qüvvələr tərəfindən qadağa qoyulub. Misal üçün “daimi mühərriklərin” ixtirası baxlmır. Amma, hal hazırda bu istiqamətdə aktiv müzakirələr gedir. Bu mühərrik alimlər tərəfindən bir cox ölkələrdə yenidən işlənib. Hətta, Russiyada. İAE bazasında və digər bazalarda keçirilən ekspermentlərdə “Efir” elementindən istifadə olunub. Yaponiyada yanacaqsız işləyən avtomobillərin istehsalına başlanacağı haqda məlumat verilib. 2008-ci ildə yanacaqsız çalışan və enerjisini “Efir”dən alan motossikl nümayiş etdirilib. Maraqlıdır ki, yenə də hansısa qüvvələr bu texnoloqiyaların həyata keçməsinə imkan vermədilər. Müasir təssəvürdə “Efir” yuksək sıxlığa malik olan qaza bənzəyir. Elementin araşdırmasına Rusiya alimi Vladimir Ocukovskiy də xeyli əmək sərf edib. O, Texnika elimləri doktoru, Siyalkovski adana kosmik akademiyasinin üzvü, Rusiya akademiyasının fəxri üzvüdir. Sual yaranır: bəs “Efir” elementi və onun faydaları niyə belə ciddi-cəhdlə bəşəriyyətdən gizlədilir? Məncə səbəb odur ki, bu element Kainatın enerjisini, ruhunu təşkil edir. “Efir”in varlığını, onun sirrini bilmədən, Kaninatın, yaradılışın dərki mümkünsüzdür. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə insanların dərrakəli olması maraqlı deyil (ağıllı, dərrakəli insanı istismar etmək çətindir). Həmçinin, daimi işləyən mühərriklərin həyata tətbiq edilməsi enerji resurlarına nəzarət edən mafiyaların marağına uyğun deyildir. Bu səbəbdən də elmin inkişafına mane olmaqla, bu gün dünyada yarımçıq – inamsız, imansız dərrakəsiz bir kütlə formalaşdırıblar (bu səbəbdən hələ də meymundan yarandığına inanan düşüklər var). “Efir” enerjisi bütün xəstəliklərin dərmanıdır Vacib bir məqamı da qeyd edək ki, Elementlərin Dövri Sistemindən “Efir”in çıxarılması kimya, fizika və biologiya elmlərinin inkişafının qarşısını aldığı kimi, eləcə də tibb elminə zərbə vurdu. Tibb elmi, adını çəkdiyim elmlərə bağlı olduğundan, onlar kimi, yarımçıq qaldı. Təcrübəmiz göstərir ki, “Efir” elementinin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühəriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi (təəssüf ki, bütün bunlar bəşəriyyətdən gizlədildi). Qeyd edək ki, bizim tətbiq etdiyimiz müalicə metodu da məhz bu sirlərə əsaslanır. İnsan bədənində toplanan və orqanların funksiyasını pozan, ağrılara, xəstəliklərə səbəb olan neqativ enerjini bədəndən məhz “Efir”in enerjisi ilə xaric etmək mümkündür. Bu sirlər tibb elminə məlum olmadığından, bir çox xəstəliklər müalicəsiz hesab edilir. Hansı ki, belə “müalicəsiz” xəstəliklərin çoxunu “Efir”lə müalicə edib, sağaltmaq mümkündür. Zaman keçdikcə insan oğlu dərk edəcək ki, “Efir”dən alınan enerji bütün xəstəliklərin dərmanıdır... Nəzərinizə çatdırım ki, bu element istənilən adamda vardır. Sadəcə, bunu müalicəyə tətbiq etmək üçün sirləri bilmək lazımdır. Biz bu sirlərə uzun araşdırmalardan, tədqiqatlardan sonra vaqif olduq. Elə bu səbəbdəndir ki, tibb elminin müalicəsiz hesab etdiyi bir çox xəstəlikləri heç bir dərman tətbiq etmədən, “Efir” enerjisi ilə müalicə edirik. Məsələn: bütün növ qorxular, fobiyalar, depressiyalar, həzm sistemi xəstəlikləri, zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq, uroloji xəstəliklər, autizm, onurğa xəstəlikləri, bütün növ depressiyalar, cinsi disfunksiyalar, hormon pozğunluqları, nevrozlar, sinir sistemi xəstəlikləri, yuxusuzluq, parkinson, şizofreniya, miqren, zob, mielit, masteniya, dağınıq skleroz, dəmirov və s. dəri zöhrəvi xəstəli kləri, sonsuzluq, kista, mioma, fibroma və s. (ardı var) Qeyd: araşdırmalarımız zamanı məlum oldu ki, Mendeleyevdən qabaq da Elementlərin Dövrü Cədvəlini tərtib etməyə cəhd edən bir çox alimlər olub. Lakin, onlar buna nail olmadan dünyaların dəyişiblər. Mendeleyev də öz dövründə bu cədvəli tərtib etmək üçün çox çalışıb. Nəhayət, Bakıda Nobel qardaşlarının neft emalı zavodunda çalışarkən, bir gecə yuxuda bu cədvəl ona göstərilib və yaddaşına həkk olunub. Səhər oyananda Dövrü Cədvəli kağız üzərinə köçürüb. Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/250874.html ) ”Məgər göylərdə və yerdə olanların Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların (hamısının), insanların isə, bəzilərinin Allaha səcdə etdiyini görmürsənmi?” “Quran”, “Həcc”surəsi, 18 Xəbər verildiyi kimi, 2019-ci ildə üç dəfə - 6 yanvar, 2 iyul və 26 dekabr tarixlərində Günəş tutulması baş verəcəkdir. Günəş tutulmalarında diqqət çəkən məqamlardan biri, onların 29 ədədi altında baş verməsidir. Bu ədədin mənasını şərh etməzdən öncə, tərtib etdiyimiz cədvəli diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, tutulmalar 355 günün (Ay təqvimi ilə bir ilin) tamamında təkrar baş verir (bu hal dörd dəfə təkrarlanır).
Gələn ilin Günəş tutulmalarının bizə ötürdüyü kodlaşdırılmış mesajları anlamaq üçün, 29 ədədinin hikmətinə nəzər salaq. Əvvəlcə qeyd edək ki, 29 ədədi Yer kürəsinə işarədir. Çünkü, yerin insan yaşayan quru hissəsi 29 %-dir (yeri gəlmişkən, bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyasında mövcud olan su ilə bərk cisim 29-un 71-ə nisbətindədir). Diqqətinizi daha bir məqama yönəldək ki, “Quran”ın 29-cu surəsi “Hörümçək” adlanır və şər qüvvələrə, bugünkü mafiya və monopoliyalara işarədir. Bildiyimiz kimi, bu gün Yer kürəsinin 29 %-də yaşayan insanlar şər qüvvələrin, mafiyaların qurduqları hörümçək torunda çabalamaqdadırlar. Qurani-Kərimdə Günəş tutulması qiyamətin əlaməti olaraq qeyd edilir. XXI əsrdə bu əlamətin (tutulmanın) 29 ədədi altında baş verməsi artıq Yer əhlinə kodlaşdırılmış xəbərdarlıq kimi qəbul edilməlidir. Sübut üçün bildirim ki, 29-cu surə 69 ayədən ibarətdir. 69 ədədi isə “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, “Quran”da qiyamət rəmzi sayılır. Son dövrlər diktatorların hakimiyyətə gəlməsini araşdıran tədqiqatçılar bir məqama xüsusiylə diqqəti cəlb edirlər ki, onların bir çoxu hakimiyyətə 69 ədədi altında (69-cu ildə) gəlmişlər. Bu təsadüfdürmü? “Quran” məntiqinə görə həyatda təsadüf yoxdur! Bəs onda 69 ədədi nəyə işarədir? Yuxarıda qeyd etdiyimiz kimi, 69 ədədi “Haqq olan qiyamət” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd “Quran”da qiyamət rəmzi sayılır. Firoonun prototipləri olan diktatorların da 69 ədədi altında hakimiyyətə gəlmələri və xalqları hörümçək kimi tora salaraq əsarətdə saxlamaları bizə qiyamətin yaxınlaşdığını xəbər verir. Diktatorları təsadüfən hörümçəyə bənzətmədik. Burada da bir riyazi əlaqə vardır. Belə ki, “Hörümçək” surəsinin sıra nömrəsi 29 olmaqla, şər qüvvələrə, tor quranlara, müasir dildə desək mafiya və monopoliyalara işarədir. Maraqlıdır ki, 29-cu surə məhz 69 (!) ayədən ibarətdir. Bu fakt onu göstərir ki, 69-cu və 29-cu surələr həm mahiyyətcə, həm də riyazi yolla biri-birinə bağlanırlar. Sübut üçün daha bir dəlil gətirim: 29 ədədi (29-cu ayə) müqəddəs kitabda məhz 69 dəfə keçir (“Quran”ın altmış doqquz surəsində 29-cu ayə var; qalan surələrdə ayələrin sayı 29-dan azdır). Qeyd edək ki, 29 ədədi həm də, Yerin insan yaşayan (quru) hissəsinə işarədir. Fironun prototipləri olan diktatorların 69-cu ildə hakimiyyətə gəlməsi ilə 29 faizlik Yerdə zülmün əsası qoyuldu və mafiyalar bəşəriyyəti hörümçək kimi tora saldılar. Onların qurduqları dövlətlər də mafiya tipli dövlətlərdir (yaxud, dövlət tipli mafiyalardır). Fərəhli haldır ki, elm və peyğəmbərlik əsri olan XXI əsr başlayandan bəri, bu hörümçək toru dağılmağa başlayıb və Yaradanın iradəsi ilə bu proses irəliləməkdədir. Bu da təsadüfü deyildir. Belə ki: 29 x 69 = 2001 Gördüyümüz kimi bu hikmətli ədədlərin hasili XXI əsrin başlanğıcını göstərir. Xatırladaq ki, 21 ədədi “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan bu ədəd “Quran”da elm, kamillik və peyğəmbərlik rəmzi sayılır. Diktatorların əsasən Şərq ölkələrində hakimiyyətə gəlməsini əsas götürən ateistlər bunu İslam dini ilə əlaqələndirmək kimi uğursuz cəhdlər edirlər. Məsələyə açıq gözlə baxdıqda isə, bunun tam əksini görmək mümkündür. Yəni, 29 faiz Yerin hər tərəfində zalımları hakimiyyətə gətirən, mafiya tipli dövlətləri yaradan və bu günədək onarın hakimiyyətini hər vəclə qoruyub saxlayan əslində qeyri müsəlmanlar - yahudi və xaçpərəstlərdir. Bunu görmək üçün heç də yüksək savad tələb olunmur. Sadəcə, azacıq gözüaçıq olmaq yetərlidir. 2019-cu ilin Günəş tutulmalarının elmi-lədun təhlili göstərir ki, Yaradan yolun azmış, bəşəri dəyərlərdən uzaqlaşmış insanlara, və onların rəhbərlərinə xəbərdarlıq edir ki, tövbə edib, doğru yola qayıtsınlar və bir-birlərinə züm etməkdən çəkinsinlər. Əks halda xalqları və onların rəhbərlərini ağlasığmaz bəlalar gözləyir. Hesablamalarımız 2019-cu ildə mafiya tipli dövlətlərin dağılacağını və pangeyizm dövrünün başlayacağını xəbər verir. Dünyada baş verən və günü-gündən intensivləşən fəlakətlərə açıq gözlə baxsaq yolun azmış bəşəriyyətin necə cəzalandığını hər gün görə bilərik. "Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Onu da qeyd edək ki, Ay tutulmalarında olduğu kimi, Günəş tutulmaları da 858 gündən bir təkrarlanır ki, bu da diqqəti bütün elmlərin mənbəyi olan “Quran”a yönəldir: (bax: aşağıdakı cədvələ) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. http://www.moderator.az/news/250703.html 2019-cu İLİN AY TUTULMALARI MAFİYALARIN SÜQUT EDƏCƏYİNİ GÖSTƏRİR “Allah Kainatı riyazi dillə yaratmışdır”. (Qalileo Qaliley) Öncə qeyd edək ki, 2019-cu ildə iki dəfə - 21 yanvar və 17 iyul tarixlərdə Ay tutulması baş verəcək. Elmi-lədun araşdırmalarımız göstərir ki, Ay tutulmaları bir-biri ilə “Quran”ın səhifələrinin (286) üç misli olan 858 (!) ədədi ilə bağlanır. Bildiyimiz kimi, “Quran”ın orjinalı 286 səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələrində İslama baxış dəyişənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 səhifəyə yerləşdirilib. Odur ki, bu ədədin hikmətlərinə qısaca nəzər salmağı lazım bilirik: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. “Quran”ın əsas mahiyyəti günahlara görə insanın TÖVBƏ etməsidir ki, bu da üç dəfə deyilir. Bunu riyazi dilə çevirsək: 286; 286; 286 (müqəddəs kitaba and içəndə də üç dəfə təkrarlanır). Bunları topladıqda isə, 858 ədədi alınır: 286 + 286 + 286 = 858 Bu və digər hesablamalarımız sübut edir ki, 286 ədədi Allahın kodlaşdırılmış möhürü olaraq bütün elmlərin və böyük hadisələrin üzərinə “vurulmuşdur”. O cümlədən astronomik hadisələrin də üzərində 286 ədədinin üç misli olan 858 ədədini görmək üçün tərtib etdiyimiz aşağıdakı cədvələ diqqət etməyiniz kifayətdir: Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək, doğru yola dönmək (tövbə etmək) üçün, Yaradan tərəfindən göndərilmiş kodlaşdırılmış mesajdır. Ay tutulmaları niyə 14 ədədi altında baş verir? Onu da qeyd edək ki, Ay tutulmalarının ötürdüyü kodlaşdırılmış mesajlar bununla bitmir. Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. Öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub?
Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsi olmaqla, tarazlıq, balans rəmzi sayılır. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün bir düsturu diqqətinizə çatdıraq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim”� surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, fövqəladə bir elmlə düzüldüyünü təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmalarına bağlanır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Zülm edənlərdən və 14 ədədindən söhbət düşmüşkən, maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra, Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti cəmi bir neçə ay çəkdi. Məlumdur ki, bəşər yaranandan, xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə məqamlarda baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Yaradanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin elmi-lədun təhlili pozulmuş balansı bərpa edəcək şəxsin də artıq aramızda olduğunu sübut etməkdədir. Bütün bu və ya digər (açıqlanması məqsədəuyğun olmayan) məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Ayın üzərindəki “ləkə” əslində hansı materikin xəritəsidir? Aydan söz düşmüşkən, Yerin orbiti olan bu göy cisiminin bir sirrini də açmaq istəyirəm. Bu sir, Ayın üzərində görünən “ləkə”lərlə bağlıdır. Bu “ləkə”lərin nəyə işarə olduğu inndiyədək elmə məlum olmadığından, bu barədə dillərdə daim əfsanələr, miflər dolaşmışdır. Araşdırmalarımız zamanı məlum oldu ki, bu “ləkə”lər əslində, bir vaxtlar mövcud olmuş Pangeya adlı materikin xəritəsidir. Coğrafiya elmindən bilindiyi kimi, ilk yaranışda Yer kürrəsi cəmi bir materikdən ibarət olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okean isə Pantalas adlanıb. Zaman keçdikcə, həmin Pangeya materiki əvvəlcə iki hissəyə, sonra isə, altı hissəyə bölünüb. “Pangeoist” sözünün mənşəyi, “Pan os” - “tam”, “bütöv”, “kök” (özül); “geo” - “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Bu ideyanın daşıyıcıları pangeyistlər adlanır. Göründüyü kimi, ilk yaranışda Yer kürrəsi bütöv olmuş, əsrlər keçdikcə, parçalanaraq, indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan, bir anadan doğulduqdan sonra, millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və indiki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin, bir təriqət digər təriqətin qanını içməyə hazırdır və içirlər də! Bütün bunların qarşısın almaq, insanları din və digər mafiyaların əsarətindən qurtarmaq üçün 2019-cu ildən Pangeyizm ideyası yenidən doğularaq, dünyaya yayılacaq və insanlara elmlənməyi, Kainatı və yaradılışı dərk etməyi tövsiyyə edəcək. İl ərzində pangeyistlərin təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. Bu barədə növbəti fəsildə bəhs edəcəyik. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Hazırda nəşrdə olan və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. 2019-cu İL BƏŞƏR TARİXİNDƏ BÖYÜK DƏYİŞİKLİKLƏR İLİDİR “İnsan Mənim sirrimdir, Mən də insanın sirriyəm!” (Yaradan) Artıq elm rəmzi sayılan 21-ci əsrin 19-cu ilinin astanasındayıq. Bu ərəfədə çoxlarını düşündürür ki, görəsən növbəti il necə keçəcək? Uğurlumu, uğursuzmu olacaq? Oxucu marağını nəzərə alıb, növbəti ilin astronomik hadisələrinin elmi-lədun təhlilini və bunun Yerə, ümumilikdə cəmiyyətə göstərə biləcəyi təsiri oxucularımıza təqdim edirik. Əvvəlcə 19 ədədinə və onun hkmətlərinə nəzər salaq. Hesablamalarımız göstərir ki, 19-cu ayə “Quran”da 82 dəfə keçir (yəni, müqəddəs kitabın cəmi səksən iki surəsində 19-cu ayə var; qalan surələrdə ayələrin sayı 19-dan azdır). Maraqlıdır ki, 82-ci (!) surə də 19 ayədir. “Quran”ın rəmzi (kodu) olan 114 ədədi cəmi üç rəqəmə (2, 6, 19) bölünür ki, onlardan da biri 19-dur. Maraqlıdır ki, müqəddəs kitabda 114 surədən də cəmi üçü (82; 87 və 96-cı surələr) 19 ayədən ibarətdir. 19 ədədində diqqət çəkən digər məqam, onun elmə və yradılışa bağlı olmasıdır. Belə ki, “Quran”ın ilk nazil olan surəsi (“Laxtalanmış qan”) 19 ayədən ibarət olmaqla, insana oxumağı əmr edir: “(Məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi”. “Laxtalanmış qan” surəsi, 1-5-ci ayələr. Göründüyü kimi, nazil olan ilk vəhy oxumağın, yaradılışı dərk etməyin vacibliyini anladır oxucuya. Həm də 19 ədədi altında anladır bunları. Bildiyimiz kimi, artıq biologiya elmi insanın (dölün) ana bətnində yaranış prosesinin laxtalanmış qandan başladığını təsdiq etmişdir. Qeyd edək ki, yaradılış (çoxalma) iki cürdür: toxumla və tozlanma ilə. Birinci hal, insanlarda və heyvanlarda, ikinci hal isə, bitkilərdə müşahidə edilməkdədir. Lakin, İsa Peyğəmbərin yaradılışı istisnalıq təşkil edir. Belə ki, o, yeganə bəşərdir ki, tozlanma (üfürmə) yolu ilə yaranmışdır. Burada diqqət çəkən ən maraqlı məqam isə, həmin hadisənin 19-cu (!) surədə (“Məryəm”) xəbər verilməsidir. Belə ki, Həzrət Məryəmin yaranması haqda Allah-təala buyurur: “Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan (bitki) kimi böyütdü...”. “Quran”, 3:37 Burada, Məryəmin fidana (bitkiyə) bənzədilməsi, gələcəkdə onun bitkilərdə olduğu kimi (tozlanma üsulu ilə), İsaya hamilə qalmasına işarə verir. Qurani-Kərimin 19-cu sursinin 19-cu (!) ayəsində Allah-təala buyurur: “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin göndərdiyi elçisiyəm!” - dedi”. (Məryəm) dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” Dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə və möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Bütün bunlar onu göstərir ki, 19 ədədi yaradılışla, xilaskarla bağlı olan bir ədəddir. Hesablamalarımız göstərir ki, üzümüzə gələn elm əsrinin 19-cu ilində də bu rəmz özünü biruzə verəcək. Yəni, növbəti il yeni bir ideyanın doğuluşu ilə tarixə düşəcək. Bu barədə aşağıdakı yazılarımızda bəhs edəcəyik. (ardı var) Qeyd: kitabı yaxın günlərdə mağazalardan əldə edə bilərsiniz. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |