Ağılla arzu tərs mütənasİbdir; ağıl artdıqca arzular azalır - Böyüyə yox, ağıllıya tabe olun12/21/2018 Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub yeni kitabını nəşrə hazırlayıb. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/251987.html?fbclid=IwAR0dZXn7C8GHG8LHoOBUWUMjRs55AEdKOhVaOkhMlvv7JIstGMDcsmisxOU ) Ey insanlar, nə üçün hər hansı ideologiya üçün canınızı boş-boşuna qurban verirsiniz?! Yaradanın heç nəyə ehtiyacı yoxdur. Sizlər fanisiniz, sizin ehtiyacınız var – maddi və ya qeyri maddi şeylərə. Beyin enerjiniz bütün məlumatların açarıdır. Bu enerjidə canlı ruh var. Bu ruh kamiləşməsə məhv olar. Bu ruha gümüş tel də deyirlər. Ağılla arzu tərs mütənasibdir. Ağıl artdıqca arzunun sayı azalır və konkretləşir. Dünya hamıya çatacaq qədər böyükdür. Başqa ölkələrdə yaşayan insanları əzməkdənsə, onlarla qohum olun, əl-ələ verin, şöhrətiniz dünyaya yayılsın. Sizlərin hər biriniz bir lidersiniz və sizlər dünyaya böyük işlər görmək üçün doğulmusunuz. Xoş arzunuza çatmaqda Yaradan daim sizin yardımçınızdır. Müharibələri tamahdan edirsiniz. Ey rəhbərlər, sərhədləri açın, birləşin, dünya sizin vətəninizdir. Hamınız qohumsunuz və təkrarən də qohum olacaqsınız. Yemi olan öküz heç böyürərmi? Otu olan uzunqulaq heç anqırarmı? Siz müharibə edəndə bunlardan fərqlənmirsiniz! Müharibə hər şeyin dadını qaçırdır. Həyatın mənasını itirir. Miras olaraq sizə boş aylar verildi, nə üçün çalışıb elmlənmirsiniz? Daha nəyi gözləyirsiniz? Müharibəyə lənət olsun! Selin torpağı sürükləyib götürdüyü kimi, insan elmlənməsə onun bütün ümid və xəyalları elə yox olar. Təxirə salınan ümid xəyal qırıqlığına uğrayar. Yerinə yetən arzu isə, insanın ömrünü artırar. Nə üçün öləndən sonra adınızın dünyadan silinməsinə razı olursunuz? Qoy sizin adınızla bəşəriyyətdə yeni səhifə açılsın. Elmlənsəniz bəşəriyyətə daima işıq saçacaqsınız; qohumlarınız, sizi tanıyanlar daima sizinlə fəxr edəcəklər. Bir daha dünyaya gəlməyəcəksiniz. Pislik edənlərin, xeyirxahları təqib edənlərin sonu necə də dəhşətdir! Onlar aclıq və səfalət içində ölərlər. Bu şəxslərin Yaradana qovuşmağı yarasanın günəşi görməsi kimi bir şeydir. Əslində sizlərin elmliləri bilirlər ki, biz kafir deyilik. Biz həqiqəti dediyimiz halda, siz guya Yaradanın yanında yaxşı olmaq üçün elə bizi inkar edirsiniz. Amma, sizlər hər bizi inkar etdikcə dəli olacaqsınız və özünüzü öldürənlərdən olacaqsınız. Həqiqəti demək üçün nə yaşca böyükdən, nə də pulca sizdən artıq olandan çəkinməyin. Daima həqiqəti deyin. Onda bu xəstə cəmiyyətə dərman olarsınız. Böyüyə yox, ağıllıya tabe olun. Bizi anlamayanların ürəyi yağ bağlayıb; ağızlarından böyük sözlər çıxır. Bu deyilənlərdə bir pislik varmı ey ağıl sahibləri?! Yaradanın sirlərindən agah olsanız, ömrünüz uzun və üzərinizə bərəkət yağar. Cahil insan kal əncir kimidir - diyirlənib kökündən uzaqlaşar. Həmişə bar verən ağac əkin ki, gələcək nəsillər onların zəhmətindən fayda görsünlər və sizə rəhmət oxusunlar. Cahillər bunun fərqinə varmazlar, həmişə barsız ağac əkərlər. Bu da onların paxıllığını, qəlbi darlığını biruzə verər. Yəni, cahillər istəməzlər ki, əkdikləri ağacın meyvəsini gələcəkdə kimsə yesin. Biz dağın zirvəsindən axan çayıq, surətlə axa-axa gəlirik. Bəzi insalar bizim qabağımızı kəsmək istəyirlər, bizi göl edib iyləndirmək istəyirlər; amma, bu faydasızdır. Biz yolumuzdan əsla dönmərik. Həyat hərəkətdir. Bu qısa ömrü əbədi həyat kimi yaşamaq lazımdır. Bir gün ürəyinizcə yaşamaq bir il əzabla yaşamaqdan üstündür. Hansı ölkədə ki torpaqlar məhsuldardır, orada idarəedənlər ədalətsiz, yalançı olar. Hansı ölkədə ki torpaqlar məhsuldar deyil, insanlar aqil olar, idarəedənləri isə adil olarlar. Bunun səbəbi həmin torpaqların üzərində yaşayan insanların elmə marağından aslıdır. Çalışın, torpaqla uğraşarkən elmlənməyi də unutmayın ki, əməyinizi istismar etməsinlər. Haqqınızı elminizlə qoruyun. Pis rəhbər çürük diş kimidir... Güclü küləklərin qaldırdığı dalğalar ləpələnəcək, sərhədləri aşacaq, dünyaya səs salacaqdır. Ədalət bərpa olunduğu gün sülhün doğulduğu gündür. Bəzi dəllallar sizin yaradıcı istedadınıza mane olarlar; sizə paxıllıq edərək belə söylərlər: “Həyat bir anlıqdır və fanidir, özünü belə şeylərlə yorma”. Belə sözlərə aldanmayın. Çalışın dünyanı və insanları mütərəqqi fikirlərlə dəyişin. Onda uğur qazananlardan olarsınız. Biz elə etməliyik ki, hamı müdrük olsun. Müdrük insanın ürəyi tərəziyə bənzər və o heç bir şəxsin haqqına girməz. Avam insan isə, kar, kor, lal insana bənzəyər; onda yeni fikirlər yoxdur. Onu ancaq qədimdən gəlmə fikirlər və öz dərdi maraqlandırar. Onlarda özünə inam yoxdur. Kamillik dövründə yoxsulların nəsibi susmaq və səbr etmək olmayacaq. Əsəbləşmək, hirslənmək acizlik əlamətidir. Əsəb coşqunluğu olan insanın ən böyük dərmanı oruc tutmaq, təmiz havada gəzmək və xoş ünsiyyətdir. Bütün əsəbiylə ətrafa atəş saçan insana veriləcək ən böyük cavab susmaqdır. Şəhərləşmənin gətirdiyi yalnızlıq, susqunluq, qohumu sevməmək hissi kamillik dövründə qar kimi əriyib yoxa çıxacaq. Qənaətcil olun, israfçı və xəsis yox. Aza qənaət edə bilməyən çoxa da qənaət edə bilməz. Pul sizin tanrınız yox, xidmətçiniz olsun. Pul elə bir şeydir ki, o qəfildən artdıqca insan ölümsüz olacağını düşünür. Pul sizin ömrünüzü artırar, amma, sizə əbədi həyat verməz. Gərək siz cəmiyyətə faydalı olasınız ki, Yaradana qovuşanlardan olasınız. Kamil insanlar çeşməyə bənzəyərlər. Elə çeşmə ki, o susuzluqdan yanan dodaqların alovunu alan fərahlıq mərkəzidir. Hər bir şeydə gözəlliklər görməyə çalışın. Hər çirkinlikdə bir gözəllik gizlədilmişdir. Aqil olun ki, bunu tapasınız. Bunu tapan insanlar uzunömürlü olarlar. Könül nə mal istər, nə mülk; könül ədalət və sevgi istər (ardı var)
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |