"Günəşi işıqlı, Ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, Ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı... !" “Yunis” surəsi, 5. Ayədən göründüyü kimi, Allah-təala Günəşi və Ayı yaradıb ki, insanlar illərin, ayların sayını, hesabını bilsinlər. İnsanların şüuru, elmi artdıqca əvvəlcə Ayın günəş sistemində hərəkətinə uyğun olaraq Ay təqvimini (355 gün) yaratdılar. Elm bir qədər də inkişaf etdikdən sonra Yerin Günəş ətrafında illik dövr etməsinə uyğun olaraq Günəş təqvimi (365 gün) kəşf edildi. Odur ki, inamsız insanlar bu təqvimlərin insan beyninin (elminin, zəkasının) məhsulu olduğunu (Allaha aid olmadığını) iddia etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, hər iki təqvim insan ağlının məhsulu olsa da Allah Öz kodlaşdırılmış “möhür”ünü onların üzərinə vurmuşdur. Bununla da ağıl sahiblərinə sübut etmişdir ki, hər iki təqvimi yaradan Alim, bunu Allahın elmi və iradəsi ilə, Onun nəzarəti (izni) altında yaratmışdır! Bunu sübut edən hesablamaları moderator.az saytının oxucularına təqdim edirik. Öncə qeyd edək ki, insanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 (!) gündür. Bildiyimiz kimi, “Quran”-ın orjinalı 286 (!) səhifədən ibarətdir. Yəni, XVIII əsrə qədər (ərəb ölkələri ingilislərin ideoloji nəzarətinə keçənə qədər) çap olunan və Kəbədə, elcə də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan bütün “Quran” kitabları 286 (!) səhifəyə yerləşdirilib. XVIII əsrdən sonra çap olunan “Quran”ların mətnində dəyişiklik edilməsə də, kağız formatı dəyişdirildiyindən səhifələrin sayı artdı. Əvvəlki yazılarımızı izləyən oxucularımıza məlumdur ki, bütün Günəş, Ay tutulmaları, eləcə də Yerdə baş verən zəlzələ və qəzaların üzərində 286 ədədini görmək mümkündür. Başqa sözlə desək, bu ədəd Allahın kodlaşdırılmış “möhür”ü olaraq, Onun elmi ilə baş verən bütün hadisələrin üzərinə vurulmuşdur. Novruz bayramı ilə yeni il bayramı arasında qalan günlərin sayının 286 olması da, Yaradanın təqvimlər üzərinə vurduğu “möhür”dür. Onu da nəzərinizə çatdırım ki, bu “möhür” tək Novruzla, 31 dekabr üzərinə vurulmayıb; “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı: Qurban və Ramazan bayramları üzərinə də vurulub. Belə ki, iki dini bayram arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 (!) gündür! Burada: “Biz hər şeyi sayıb yazmışıq” (Quran, 78:29) ayəsi ayəsi yada düşür. Araşdırmalarımız göstərir ki, Allah öz kodlaşdırılmış “möhür”ünü insanın yaradılışı üzərinə də vurmuşdur. Belə ki, insan ana bətnində 286 (!) günə yaranır: cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. Bütün bu və ya digər hesablamalar göstərir ki, alimlər tərəfindən tərtib edilən təqvimlər əslində Allahın elmi və iradəsi ilə yaradılmışdır. Bunu sübut etmək üçün Allah Öz kodlaşdırılmış “möhür”ünü hər iki təqvim üzərinə vurmuşdur. Yeri gəlmişkən, onu da qeyd edək ki, 286 ədədi həm də “Quran”ın “İnək” sursinin ayələrinin cəmidir. Artıq elm sübut edir ki, hər bir inəyin anatomik quruluşu 286 (!) sümüyün birləşməsindən yaranıb. Təqvimdən söz düşmüşkən, diqqətinizi daha maraqlı bir məqama cəlb etmək istəyirəm. Təqvimlər astronomiya elmi əsasında yarandığı üçün, astronomik hadisələrin üzərində də Yaradanın “möhür”ünü (286) görmək mümkündür. Belə ki, bütün Günəş və Ay tutulmaları biri-biri ilə 286 ədədinin üç misli olan 858 ədədi ilə bağlanır. Yəni, hər tutulmanın 858-ci (286 + 286 + 286) günü yenidən tutulma baş verir (bax: aşağıdakı cədvəllərə). Buradan görünür ki, astronomik hadisələr əslində insanların diqqətini bəşəri dəyərlərə və bu dəyərlərin toplusu olan “Quran”a yönəltmək üçün kodlaşdırılmış mesajlardır. İnsan oğlunun elmi artdıqca, bu mesajları anlamağa başlayacaq. Anladıqca da, ya İlahi qanunauyğunluğa tabe olaraq, böhrandan xilas olacaq, ya da məhv olacaq! Bütün oxucularıma xilas olmağı arzulayıram...
0 Comments
Pasiyentlərimdən biri söhbət edir ki, bu yaxınlarda kliniki ölüm keçirərək o biri dünyaya düşdüm. Orada mənə bir çox hikmətlərin sirlərini izah etdilər ki, onlardan biri də yellə (küləklə) bağlıdır. Belə ki, orada küləyi “rəncbər” (toxumsəpən) adlandırdılar. Çünki, külək olmasa bitkilərin və ağacların toxumları yayılmaz və ruzi-bərəkət olmaz. Bütün bunların səbəbkarı yeldir. Bu gün Yel çərşənbəsi günü pasiyentimin danışdığı bu söhbət yadıma düşdü. Yeldən söz düşmüşkən, əvvəlki yazılarımdan birində bəhs etdiyim İsa Peyğəmbərin yaradılış sirrini də xatırlamaq yerinə düşərdi. Belə ki, İsa əleyhissəlamın da küləklə (üfürməklə) yarandığı “Quran”da öz əksini tapıb: “Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan (!) kimi böyütdü...” “İmran ailəsi” surəsi, 37. Burada fidan (bitki) kəlməsi Məryəmin gələcəkdə İsaya bitkilərdə olduğu kimi, tozlanma üsulu ilə hamilə qalmasına işarə verir. Qurani-Kərimin “Məryəm” surəsində isə, Allah-təala buyurur: “(Cəbrail:) “Mən sənə ancaq təmiz (məsum) bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm!” ”“ dedi”. Məryəm dedi: “Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli belə toxunmamışdır. Mən zinakar da deyiləm!” (Cəbrail) dedi: “Elədir, lakin Rəbbin buyurdu ki, bu Mənim üçün asandır. Biz onu insanlar üçün qüdrətimizə dəlalət edən bir möcüzə, sənə və möminlərə isə dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu, əzəldən təqdir olunmuş bir hökmdür!” Məryəm artıq Cəbrailin üfürməsi (!) ilə İsaya hamilə oldu və onunla (bətnindəki uşaqla) birlikdə uzaq bir yerə (xəlvətə) çəkildi...”. “Məryəm” surəsi, 19-20-21-ci ayələr. Ayələrdən görünür ki, Həzrəti İsanın yaranma prosesi küləklə (üfürməklə) baş verdiyi üçün, bu proses bitkilərin tozlanma yolu ilə çoxalma prosesi üst-üstə düşür. Bu da “Nuh” surəsində keçən və yaradılışdan bəhs edən: “Və Allah sizi yerdən (torpaqdan) bir bitki kimi göyərtdi” ”“ ayəsini bir daha təsdiq edir. Yeldən və üfürmədən söhbət düşmüşkən, keçən yazımda xəstəliklərin Efir enerjisi ilə müalicəsindən bəhs etmişdim. Bildirmişdim ki, psixologiya ilə elmi-lədunu birləşdirib istənilən ağır xəstəliyə diaqnoz qoymaq və iynə-dərman istifadə etmədən müalicə etmək mümkündür. Mövzuya əlavə olaraq onu da qeyd etmək yerinə düşər ki, elmi-lədun üsulu ilə mənə öyrədilən müalicə metodu da üfürməyə (yelə, küləyə) əsaslanır. Yəni, İsanın yaranmasında və meyvələrin bar verməsində olduğu kimi, xəstəliklərin müalicəsində də üfürmə metodundan istifadə edilir. Bu vaxt pasiyentə külək vasitəsi ilə daxil olan Efir enerjisi ondakı bütün neqativ enerjini yox edir ki, bunun da nəticəsi olaraq bir neçə dəqiqə ərzində bədəndə olan ən kəskin ağrılar və depressiv sıxıntılar yoxa çıxır. Beləliklə, tibb və psixologiya elmləri ilə illərlə sağala bilməyən xəstələr bu metodla çox asanlıqla sağala bilirlər. Bir daha bütün oxucularımızı Yel çərşənbəsi münasibəti ilə təbrik edib, onlara bol-bol ruzi-bərəkət və sağlam RUHiyyə arzulayırıq. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |