“... Səni də yalnız (möminlərə) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105. Elmi-lədun araşdırmalarımız göstərir ki, Peyğəmbərlik haqqında Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Öncə qeyd edək ki, Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət tələb edir. İnsan hər hansı bir məqama layiq olarsa, Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha yaraşmaz. Biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, başqaları da o məqama layiq deyillər və yüksələ bilməzlər! Bu ona bənzəyir ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplaya, amma, ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən, sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da dəqiq bilirəm! Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiklərini etdik, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi? İş burasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığımız haram pulla gedib vəhabilərin məskənini ziyarət edirik ki, qayıdanda bizə "Hacı" deyib, başa keçirsinlər, sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz... Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə. Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir. İstəyirsiniz Quranı dərk etməyin və Peyğəmbərlik məqamına yüksəlməyin sirrini sizə açım: - İndiyədək etdiyiniz günahlara görə tövbə edin; - Təkəbbürdən və lovğalıqdan uzaq olun, - Sadə həyat tərzi keçirin; - Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun; - Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın; - Quranı oxuyarkən orada mötərizə arasında (“Ya Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın. - Quranda münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında ad çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda Quranı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz. Bir müddət belə (Quranın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsınız. Bir məqamı da diqqətinizə çatdırım ki, Quran 114 surədən ibarətdir və sonuncu – 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək Quran rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları təsvir edilib. Bu obrazların hamısının (peyğəmbərlərin, fironların, nəmrudların, kafirlərin, möminlərin...) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! Sual yaranır: Quranı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda Məhəmməd deyə xitab olundu? Cavab budur: nə qədər ki, kamilləşməmişdi, Əhməd idi; kamillik məqamına yüksəldikdən sonra artıq Məhəmməd oldu. Yəni, Məhəmməd obrazı Quranda kamillik simvoludur və Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşamış və yaşayacaq bütün kamil insanları (peyğəmbərləri, imamları, övliyaları) özündə ehtiva edir. Allah bu məqama yüksəlməyi hamıya nəsib etsin. “Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik”. “Mağara” surəsi, 56
0 Comments
Ötən yazımızda məşhur rəssam Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı əsərinin kodlarından bəhs etdik. Qeyd etdik ki, Məşhur kahin Nostradamus da bu mövzuda kəhanətlər yazıb, indi yaşadığımız dövrdə (2016-2020-ci illər ərzində) doğulacaq Xilaskarın (Pangeyistin) əlamətlərindən bəhs edib. (Yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/229677.html ) Moderator.az saytında dərc edilən bu araşdırmamız sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Ünvanıma gələn suallara cavab olaraq, Xilaskarın əlamətləri barədə qədim Hind mənbələrində verilən xəbərləri diqqətinizə çatdırıram. Hinduların müqəddəs kitablarında da xilaskarın zühuru haqqında müjdələr var. Bu kitablarda deyilir: “Dördüncü dövrün axırlarında yer əhli fəsada çəkilər və onların əksəri kafir olar. Onlar böyük günahlar edərlər və hakimləri alçaq bir şəxs olar. Həmin dövrün insanları bir-birini yırtan canavara bənzəyər. Kahinlər və din adamları yolunu azar, haqq oğruların əlinə düşər, təqvalı və zahid insanlar alçaldılar... Həmin vaxt “Brəhman Kəla”, yəni şücaətli bir dindar zühur edər və öz elmi ilə yer üzündə fəsadın kökünü kəsər. O pak insanları hifz edəcək”. ”Şakomuni” kitabında deyilir: “Dünya hakimiyyəti aləmin yaranmışlarının ağası nəslindən olan böyük “Kəşnin” əlinə keçəcək. O şərq və qərb dağlarına hakim olacaq. Bütün ilahi dinlər bir dinlə əvəz olacaq. Adı Qaim olan bu şəxs Allahın dinini canlandıracaq”. Hindu kitablarından olan ”Vişn-cok” kitabında yazılır: “Dünyanın sonunda hakimiyyət Allahı sevən və Onun xalis bəndələrindən olan bir şəxsin əlinə keçəcək. Onun adı Xoşbəxtdir”. Hindu kitablarından olan “Bask” kitabında yazılır: “Dünya həyatı adi bir şəxsin hakimiyyəti ilə tamamlanacaq. O, mələklərin, cin və insanların rəhbəridir. Haqq onunladır. O, suya, quruya, dağlara hakim olacaq. Göylərdə və yerdə olandan xəbər verəcək. Ondan böyüyü dünyaya gəlməmişdir”. “Upanişad” kitabında deyilir: “O, dünyanın axırlarında zühur edər. Ağ ata süvar olar, əlində yalın qılınc tutar. Quyruqlu ulduz tək işıq saçar. Bütün rəzil insanları həlak edər, yeni bir həyat qurar. Paklığı yer üzünə qaytarar”. Dövlət də insan kimi canlıdır... Yeri gəlmişkən, orta əsrlərdə yaşamış təcrübəli dövlət xadimi və tarixçi Ibn xalduna görə dövlətlər də insanlar kimi doğular, böyüyər, yaşlanar və ölər. Buna görə də o, dövlətin keçirdiyi mərhələləri 5 yerə ayırır. Birinci mərhələ fəth və quruluş mərhələsidir. Bu mərhələdə oturaq bir rəhbərliyin əlindən hərbi güclə iqtidar ələ keçirilir. Əsəbiyyə bağlarının çox güclü olduğu, hökmdarların bir kraldan daha çox bir başçı olduğu mərhələdir. İkinci mərhələdə hökmdar iqtidarı inhisarlaşdırmağa başlayır. Bunun üçün özünün başa keçməsinə kömək edən təbii həmrəylikdə "təmizlik" aparmağa başlayar, onun gücünə ortaq olanları yox edər, birbaşa özünə bağlı olan muzdlu döyüşçü və bürokratlardan təşkil olunmuş bir əhatə yaratmağa başlayar. Bundan başqa mütəfəkkirlərdən ibarət məsləhətçiləri olar. İbn Xəldunun düşüncəsincə mütəfəkkirlər ən pis siyasi məsləhətçilərdir. Siyasi hadisələri ayrıca görmək yerinə bir-biri ilə müqayisə edərək gördükləri üçün mənfi siyasi məsləhətlər verə bilirlər. İbn Xəlduna görə hökmdarlara əsl yararlı məsləhətləri "orta bir zəkaya sahib olan fövqəladə şəxslər" verirlər. Üçüncü mərhələ iqtisadi rifahın artdığı, mədəni ünsürlərin inkişaf etdiyi bir yüksəliş ya da dəbdəbə mərhələsidir. Bu mərhələdə hökmdar şəxsi gəlirini artırmaq, tabeliyində olanların vergilərini azaldaraq dövlətin maliyyə mənbələrini artırmaq və yenidən düzəltmək, şəhərləri gözəlləşdirmək üçün çalışır. Hər kəs iqtisadi rifahdan öz payını alır, sənətkarlıq və elm inkişaf edir, hakim təbəqələr özlərini mədəni layihələrin qoruyucuları olaraq göstərərlər. Rifah və sərbəstlik dövlətin suveren vəziyyətinə çevrilər. Dördüncü mərhələ doymaq, təmin və özünü bəyənmək mərhələsidir. Sabitlik və sülhün hakim olduğu, idarə etmədə yenilikçi heç bir təşəbbüsün olmadığı, əvvəlki idarə etmənin təqlid edildiyi və bundan imtina etmənin dövlətin dağılmasına səbəb olduğuna inanılan bir mərhələdir. Həm idarə edənlər, həm də idarə olunanlar bu sabitlik və rifahın əbədi olacağına inanarlar. Dövlət qurucularının gücü və uğurlarına görə bu mərhələ çox uzun müddət davam edə bilər. Ancaq bu mərhələdə hiss olunmadan geriləmə, dağılma başlayır və dövlət sonuncu mərhələ olan "eyş-işrət və israf" mərhələsinə keçir. Sonuncu mərhələ eyş-işrət və israf mərhələsidir. Bu mərhələdə hökmdarların iqtisadi və toplum hadisələrini şəxsi arzuları ilə idarə etməyə çalışması ilə dövlətdə sağalması mümkün olmayan xəstəliklər meydana çıxır. Hökmdar sahib olduğu lüks həyatı, ordunu və bürokratları saxlamaq üçün vergiləri artırmağa məcbur olur. Artan vergi iqtisadi fəaliyyətlərin azalmasına səbəb olur və hökmdarın məqsədinin əksinə olaraq, dövlətin gəlirləri azalır. Dövlətin gözləmələri zəifləyər və ümidsizlik yayılar. İqtisadi fəaliyyətlər dayanar və insanlar uzun müddətli planlara girişməzlər. Doğum həddi aşağı düşər, əhalisi çox olan şəhərlərdə sıxlıq və ekoloji problemlər ortaya çıxar. Dövlət dağılmağa başlayar. Mərkəzdən uzaqda yerləşən valilər, generallar, şahzadələr ya da başqa dövlətlər dövlətdən torpaq parçaları əldə etməyə başlayarlar. Paytaxtda da ordu və bürokratlar hökmdarın nüfuzunu ələ keçirməyə, hökmdarı sadəcə "oyuncağa" çevirməyə başlayarlar. Nəticədə xaricdən gələn və əsəbiyyəsi güclü gənc və sağlam bir topluluq dövləti zəbt edər və çürümüş quruluşu yox edib yenisini qurarlar. Hər dövlət bu mərhələləri yaşayar və bunlar dövri olaraq həmişə təkrarlanar. Göründüyü kimi bir mərhələdən digərinə keçiş ictimai quruluşdakı təbii güclərlə izah olunur. İbn Xəlduna görə bu proses bir ictimai qanundur və şəxslərin iradəsinə tabe olmaz. “İnsan Mənim sirrim, Mən də insanın sirriyəm” (Allah-təala, qüdsi hədislərdən) Allahdan bir zərrəcik ayrıldı. Bu zərrəcik həyat zərrəciyi idi. Bu zərrəcik ilk vaxtlar hava, od, su və torpağı yaratdi. Sonra bunlar reaksiyaya girərək mineralları yaratdı. Mineralların da ruhu var. Mineral, od, su, hava və torpaq reaksiyaya girərək bitkiləri yaratdı. Sonra isə, bitki, mineral, od, su, hava və torpaq reaksiyaya girərək heyvanları, yəni, hiss duyğularını yaratdi. Daha sora, bunların hamısı reaksiyaya girərək, insanı yaratdı. Allahın zərrəciyi ən çox insanda təcəssüm edir. Ən boyük möcüzə elmdir. Təkamül insanın beynində gedir. Vaxt var idi insan araba düzəldirdi, indi maşın, təyyarə düzəldir. Gələcəkdə yeni-yeni nəqliyyat vasitələri düzəldəcək. Mələk insanın ağlı, şeytan isə, insanın hissləridir. Şər yoxdur; xeyiri şər edən insanlardır. İnsanlar dininə və milliyyətinə görə yox, ağlına və bacarığına görə bölünməlidir. Bilməliyik ki, üç cür insan var: 1) agıllı; 2) bacarıqlı; 3) həm agıllı, həm bacarıqlı. İnsanları və heyvanları hərəkətə gətirən ruhdur. Hər bir insanın iki ruhu var: biri insanın göbəyində olur və ana bətnində inkişaf edir (heyvanlarda olduğu kimi). Digər ruh isə, insanın beynində olur. Bu ruh əzələ kimidir - insan məşq etdikcə, əzələsi inkişaf edən kimi, beyin ruhunu da məşq etdirdikcə sonsuzluğa qədər inkişaf edir. İnsan ana bətnində olanda onun ikinci ruhu (beyin ruhu) toxum kimi olur. Zaman keçdikcə, bu toxum inkişaf edir və sanki tumurcuqlayır. Həmin tumurcuqlardan meyvə çıxır və o meyvələrdən bir də toxum əmələ gəlir… Beləliklə, beyin ruhu inkişaf etməyə və bəhrə verməyə başlayır. İkinci ruhunu inkişaf etdirən şəxs məhz Allaha qovuşar. Həqiqətləri dedikləri üçün insanlar bir çox filosofları, peygəmbərləri öldürdülər. Vaxt var idi İbrahim Peyğəmbər bütləri dağıdanda ona qarşı gedən də insanlar idi. O vaxt bütləri müdafiə edənlərin inadkar gen kodları bugünkü insanlarda hələ də qalmaqdadır... Çoxluğa aldanıb ədalətdən sapmayın. Başınız fikirləşir, ayağınız isə sizi aparır. Onda nə üçün baş yox, ayaq olursunuz? Yuxarıda qeyd etdik ki, Kainat, Allahdan qopan nurla yaradılmışdır. Allah ilə Kainat eyni deyildir. Allah hər yerdədir; həm zamanın içindədir, həm xaricində; həm dəyişəndir həm də dəyişməyəndir. Allah, Kainat və bütün varlıqları Özündən (Öz nurundan) yaratdı və Kainatı aşan, Kainatın şüurunda mütləq və dəyişməz bir varlıq olaraq suverendir. Ruhun tək məqsədi, meydana gəldiyi Allaha dönməkdir. Bunun da yolu tək universal qanun olan təkamüldən keçir. Kainat Allahın içindədir və sevgi vasitəsi ilə idarə edilir Konkret mənada, Allahın daxilində olan, Kainatın və varlıqların təkamül yolu ilə dəyişdiyi və inkişaf etdiyi göz önündədir. İnkişafını tamamladıqdan sonra, dönüşün yenə də əzəli və əbədi olan Yaradana olacağı şübhəsizdir. Bu geri dönüşdə yalnız təkamülünü tamamlayan ruhlar Allaha qovuşarlar. Kainat Allahın içindədir və sevgi vasitəsi ilə idarə edilir. Necə ki, bədənimizdəki orqanlar sevgi yolu ilə biri-birinə bağlı olduğu kimi, Kainatda da hər şey bir birinə belə bağlıdır. Kainat, sanki, iç-içə, dolu bir yumaqdır. Hər şey biri-birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, Kainat var. Cahil və dərrakəsiz (mexaniki) ibadət dövrü artıq başa çatmaqdadır. Bundan sonrakı mərhələdə xeyirli əməllər və bəşəriyyətə sülh gətirən qanunlar yaradılmalıdır. Qarşıdakı dövrdə insanlar o qədər kamilləşəcək, saflaşacaqlar ki, etdikləri yaxşılıqları cəhənnəm qorxusundan deyil, yaradılmışlara sevgi və şəfqət səbəbindən edəcəklər. (Yazının əvvəlini bu linklərdən oxuya bilərsiniz:
http://www.moderator.az/news/228766.html http://www.moderator.az/news/228873.html http://www.moderator.az/news/229539.html ) Məşhur rəssam Salvador Dalinin əsərində təsvir etdiyi, Azərbaycanda meydana çıxacaq Xilaskar (pangeyist, sülhyaradan) haqqında neçə əsr qabaq yaşamış bir çox kahinlər və münəccimlər də xəbər vermişlər. Məsələn, məşhur kahin Nostradamus Yaxın Şərq mənşəli bir Mehdinin (Xilaskarın, Pangeyistin) Asiyada meydana çıxacağını və onun gəlişiylə, Dünyanın 2016-2020 illəri arasında Qızıl Çağa girəcəyini söyləyir. Məşhur kahin Mehdidən kitabın onuncu dərsinin 75-ci dörtlüyündə bəhs edərək söyləyir: “Uzun müddətdir gözlənilən adam heç dönməyəcək Avropaya; Asiyada ortaya çıxacaq; Hermesin birliyindən gələn biri; Şərqin bütün krallarının üstündə səsləniləcək”. Şifrə şərhçiləri bunu belə şərh edirlər: "Kahin “gözlənilən adam” dedikdə Mehdini nəzərdə tutur, və Mehdi (Xilaskar) Asiyada ortaya çıxacaq". Bəs xəbər verilən Xilaskar (Mehdi, Pangeyist) nə vaxt gələcək? Şifrə təhlilçiləri bu tarixi "Qızıl Çağ" olaraq şərh edirlər. Təhlilçi Peter Pendiriyə döyüşlərin ardından insanoğlunun gözəllik və barışla tanış olacağı bu dövrün başlanğıc tarixini belə verir: 2016-2020-ci illər arası. "Pisliyin yaxşılıqla döyüşü" ilə əlaqədar Nostradamusun kral II Henriyə yazdığı məktubu araşdıran Pendiriyə məktubun son sətirlərinə diqqət çəkir: “Bu gün, bu gün və bir az zaman sonrası yox olacaq. Bu uzun sürən dövrdən sonra, Saturnun səltənəti, Qızıl Çağ yenidən başlayacaq. Qullarının ağrısını hiss edən Yaradan, Şeytanı dibsiz quyunun dərinliklərinə atacaq. Daha sonra Allah ilə insan arasında universal bir sülh başlanacaq. Və Şeytan illər boyunca orada bağlı qalacaq. Və daha sonra bağlarından qurtulacak”. Burada diqqət çəkən məqamlardan biri üçüncü sətirdə Xilaskarın “Hermesin birliyindən gələn biri” kimi xəbər verilməsidir. Bildiyimiz kimi, Hermes Misir mifologiyasında “Tanrının mesajcısı”dır. Yəni, Nostradamus Asiyada ortaya çıxacaq bu liderin əslində Orta şərq - Misir tarixinə bağlı oacağını bildirmiş olur. Araşdırmalarımız göstərir ki, “Hermes” Misir dilində İdris Peyğəmbərin adıdır. Məlum olduğu kimi İdrisin əsl-nəsəbi dörd nəsillə Şis Peyğəmbərə yetişir. İbni Əsir yazır ki, Adəm dünyadan gedəndə İdrisin 368 yaşı vardı. Onun ibrit dilində adı Xunux, ərəbcədə isə, Uxnux kimi tələffüz olunur. Bəzi tədqiqatlara görə, Yunan hikmət alimləri onun adını Hirmisül, yaxud, həkim Hirmis qoymuşlar. Hirmis Ərəbcə olub Yunanca “İrmis” Merkuri ulduzu mə`nasındadır. Onun anadan olduğu şəhəri bəziləri Babul, bəziləri isə qədim Misirin paytaxtı Mənəf şəhərinin olduğunu qeyd edirlər. Nübüvvət mənsəbi Əbul-bəşər Adəm və onun övladı Şisdən sonra bütün xüsusiyyətlər, İsmi-əzəm və vəsiyyətnamə ilə ona yetişdi. Əbdül Vəhhab Nəccarın "Qisəsül-ənbiya" kitabında İdrisin Misirə gəlməsi, orada məskunlaşması və camaatı haqqa dəvət etməsi yazılır. Əlavə edir ki, o dövrün camaatı yetmiş iki dildə danışırdılar və Allah-taala bütün bunları ona öyrətdi. İdris də siyasət, şəhər idarəetmə və ölkə qayda-qanunlarını camaata öyrətdi. Həmçinin şəhərsalma yollarını da onlara öyrətdi. Bunun nəticəsində yer kürrəsində 188 şəhər salındı və onların ən kiçiyi Rəha şəhəri idi. (Yeri gəlmişkən, yazının ikinci hissəsində pangeyizmdən bəhs edərkən, belə bir məqamı vurğulamışdıq: “Həmin dövrdə mədəniyyət və incəsənət indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz...”) İdris camaatı Allahın dininə, yeganəliyinə və Ona ibadət etməyə dəvət edərək deyirdi: "Bu dünyada yaxşı, saleh əməl axirətdə Onun əzabından qurtuluşa səbəbdir". O, camaatı dünyada zöhdlə yaşamağa və ədaləti bərqərar etməyə çağırırdı. Həmçinin, onları müəyyən vaxtlarda namaz qılmağa, müəyyən günlərdə oruc tutmağa, düşmənlərə qarşı cihad etməyə, zəkat verməyə, zəiflərə kömək etməyə, cənabətdən paklığa, it və donuz kimi heyvanlardan çəkinməyə, məstedici içkilərdən uzaq olmağa və s. kimi haram şeylərdən çəkinməyi əmr edirdi. Onlar üçün bəzi bayramlar da təyin etmişdi ki, onlarda qurban kəssinlər. O, özündən sonra gələn peyğəmbəri müjdə verib onun nişanələrini camaata çatdırdı və camaatı üç təbəqəyə - kahinlər, əmirlər və rəiyyətə bölmüşdü. Tarixdə İdris peyğəmbərin ən böyük peyğəmbərlərdən olması və Allah-taalanın bütün mənəvi, zahiri və batini nemətləri onda toplaması qeyd olunur. Nübüvvət mənsəbindən əlavə, zahirdə də qüdrət və əzəmətə çatması, camaatın ona hökmran kimi itaət etməsi və böyük hörmətlə yanaşması yazılır. Belə rəvayət olunur ki, İdrisin dövründə zalım bir padşah yaşayırdı. O zorla camaatın əkin sahələrini və mal-dövlətlərini əlindən almışdı. Onun gözəl bir qadını var idi və işlərini onunla məsləhət edir, onun dediyi ilə rəftar edirdi. Bir gün zülmləri səbəbindən İdrisin nifrətinə giriftar oldular. Padşah özü, o gözəl qadını və bütün tabeçiləri naümid oldular. İllər boyu camaata qıtlıq üz verdi... Tarixi mənbələrdə xəbər verilir ki, “İdrisin boyu hündür, sinəsi geniş, səsi alçaq, danışığı sakit və yeriyəndə addımlarını qısa atırdı... O, paltar tikən ilk şəxs idi və hər vaxt iynə vuranda Allaha təsbih edir, onun böyüklüyünü və birliyini xatırladırdı. Hər gün camaatın yaxşı əməl etməklərinə baxmayaraq onun əməlləri asimana qalxırdı". O dövrdə mələklər yerə enib camaatla əl verib salamlaşır və söhbət edirdilər. Bu onların saleh, pak və layiqli bəndə olmalarından irəli gəlirdi. Bu vəziyyət həzrət Nuha qədər davam etdi. Ondan sonra artıq camaat mələkləri görmədilər. İmam Sadiq (ə) Səhlə məscidinin fəziləti barəsində buyurur: "Hər vaxt Kufəyə getdiniz, hökmən Səhlə məscidinə gedib namaz qılın və Allahdan öz istəklərinizi diləyin, çünki, Səhlə məscidi İdris Peyğəmbərin evi idi və orada dərzilik edib namaz qılardı". Sual yaranır: bütün dinlərin, kahinlərin, öngörücülərin xəbər verdikləri Xilaskarı (Mehdini, Pangeyisti) Nostradamus niyə İdris Peyğəmbərə bağlı olacağını xəbər verir? Tarixi mənbələrdə onun İdris adlandırılması həddən artıq dərs və kitabla məşğul olması ilə əlaqədardır. Tarix və rəvayətlərə görə ilk yazı yazan, paltar tikən və dərzilik öyrədən şəxs İdris idi. Ondan qabaq insanlar özlərini heyvan dəriləri ilə örtürdülər. O, bir çox elmlərin - nücüm (münəccimlik), hesab (cəbr), həndəsə, heyət (astronomiya) və s. elmlərin mənşəyi və ilk müəllimi hesab olunur. İdris bunları heç yerdən oxumurdu (çüki, o dövrdə kitab yox idi), o, bunları elmi-lədun yolu ilə mənimsəyirdi. Yəni, Allahdan gələn vəhylərlə mənimsəyirdi və yazaraq insanlara öyrədirdi. Ona görə də bu elmlərin ilk mənbəyi İdris Peyğəmbər sayılırdı. Müasir dövrdə meydana çıxacaq Xilaskarın da (Pangeyistin) elm cəhətdən İdris əleyhissəlama oxşaması onun elmi-lədun sahibi olacağına işarə verməklə, həm də İdris və ondan sonra gələn bütün peyğəmbərlərin missiyalarını davam etdirəcəyini bildirir. Ruh kompüter proqramı kimidir Elmi-lədun araşdırmalarımız, ruhda sonsuz sayda funksiyalar olduğunu göstərir. Bunları açmaq qadağan olduğundan, qısaca ruhun bir xüsusiyyətini izah etmək istərdik. Ruh bir missiyadır. Ruh, həm də, kompyuterə yüklənmiş proqrama bənzəyir ki, eyni proqramı iki kompyuterə yükləməklə o kompyuterləri eyniləşdirmək (eyni missiyanın daşıyıcısına çevirmək) mümkündür. Bildiyimiz kimi kompyuter insanın “alt kopyası” olaraq yaradılıb. “Alt kopya”ları proqramlarla eyniləşdirmək mümkün olduğu kimi, “üst kopya”ları (insanları) da ruhlarla (missiyalarla) eyniləşdirmək mümkündür (bu barədə bundan artıq yaza bilmərəm, necə istəyirsiz qavrayın). Qısa olaraq onu bildirək ki, zühuru 2016 - 2020-ci illər arasında gözlənilən Xilaskar əslində İdris Peyğəmbərdən üzü bəri bütün peyğəmbərlərin (o cümlədən İsanın) və imamların (o cümlədən 12-ci İmam Mehdinin) missiyasının davamçısıdır. Eyni zamanda, onların elmiylə (elmi-lədunla) yüklənmiş olacaq. O ki, qaldı həmin Xilaskarın bəşəriyyəti hansı ideya ətrafında birləşdirəcəyinə, ötən yazılarımızda qeyd etdiyimiz kimi, bu ideya Pangeya ideyası olacaqdır. Yəni, Azərbaycanda meydana çıxacaq bu şəxs, Yerin başlanğıc materiki olan və birlik, bütövlük rəmzi sayılan Pangeya ideyasını irəli sürərək, bütün insanları bu ideya ətrafında birləşdirəcək. Beləliklə də Yer kürrəsində sülh, əminamanlıq, insanlıq bərqərar olacaq ki, bu səbəbdən Allah Öz bərəkətini yenidən Yerə yağdıracaqdır (hansı ki, bu bərəkət indi Yerdən çəkilib). Yazımın sonunda mənə tez-tez ünvanlanan bir suala cavab vermək istəyirəm. Sual belədir: “Pangeyizmə görə erməniyə qardaş demıək olarmı?” Cavab olaraq bildirirəm ki, qatilin milliyyəti yoxdur. Qatilə qardaş demək olmaz. Ümumiyyətlə, vurğulamaq istəyirəm ki, Pangeyizmdə millət yoxdur, İNSAN var. Yəni, insanlığı olan hər bir kəs, hansı millətə mənsub olmasından aslı olmayaraq, bizim qardaşımızdır. “De: "Ey insanlar! Artıq Rəbbinizdən sizə haqq (Peyğəmbər) gəlmişdir. Doğru yolu tutan özünə savab, doğru yoldan azan isə, özünə günah qazanar. Mən sizə zamin deyiləm!"- Quran, 10:108. (Yazının əvvəlini bu linklərdən oxuya bilərsiniz: http://www.moderator.az/news/228766.html http://www.moderator.az/news/228873.html ) Rəssam Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı əsərində diqqət çəkən digər məqam 13 ədədi ilə bağlıdır. Belə ki, əsərdə Yer kürəsinin üzərinə tutulmuş çətirin 13 saçağı vardır. Şübhəsiz ki, əsərdəki digər detallar və rəqəmlər kimi 13 ədədi də bizə bir sıra kodlaşdırılmış mesajlar verir. Bu mesajları anlamaq üçün 13 ədədinin sirlərini araşdırmaq qərarına gəldik. Öncə qeyd edək ki, “Quran”ın 13-cü surəsi «Göy gurultusu» adlanır. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» “Quran,”13:13 Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. “Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan, kimya elmində də eynilə - 13 rəqəmi altında - büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü (!) elementi Alüminiumdur ki, elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, bu element energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi “Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd fizikada da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü digər atoma ötürməklə boşalır. Beləliklə, 13-də enerjinin axımı başlayır. 13 ədədində olan həyəcan kimya, fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, insanlar arasında bəd xəbərin tez yayılması həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür... Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür). Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 (!) metr olduğunu artıq biologiya elmi qəbul etmişdir... Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda göz yaşı ilə boşaldır. Bütün bu sadaladığım faktlardan aydın olur ki, S. Dalinin əsərində təsvir edilən 13 ədədi enerjiyə işarədir. Burada bir məqamı vurlamaq yerinə düşər ki, XXI əsr başlayandan Dünyada bir çox sirli, müəmmalı enerji qəzaları baş vermişdir. Bu qəzaların hesablamaları bir qayda olaraq 13 ədədinə bağlanır. Yəni, enerji qəzalarının 13 ədədi altında baş verdiyi məlum olur (bu, yuxrıda sadaladığım sirlərlə bağlıdır). Məsələn, götürək 2003-cü ilin 13 (!) avqustunda Amerikada (həmçinin, Meksika və Kanadada) baş verən və bir qitəni həftə ərzində qaranlığa qərq edən enerji qəzasını. Bu sirli hadisəni elmi-lədun araşdırarkən diqqətimizi çəkən ən maraqlı məqam 13 ədədinə bağlanması oldu. Belə ki, həmin hadisə baş verən gün elm əsrinin 955-ci günü idi. Maraqlıdır ki, elm mənbəyi olan “Quran”ın 955 ci (!) ayəsi (başdan saydıqda) 7-ci surənin 1-ci ayəsidir: “ƏLİF, LAM, MİM, SAD” Göründüyü kimi burada hərflərin sayı 13-dür; qəzanın tarixi də 13-dür. (Hadisə barədə tam hesablamalarımızı bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/158961.html ) “Quran”ın bağlı (mütəşabeh) ayələrindən söz düşmüşkən, bu ayələrin iyirmi doqquz surənin əvvəlində gəməsinin mənası odur ki, 29 ədədi həm Yer kürrəsinin, həm də qiyamətin rəmzidir. Belə ki, Yerin 29 faizində insan yaşayır. Həmçinin, 29-cu surə 69 ayədən ibarətdir və 69-cu surə də “Haqq olan qiyamət”adlanır (S. Dalinin əsərində də Yer kürrəsi təsvir olunub). Beləliklə, Dalinin əsərində təsvir edilən yeni insanın (yeni ideyanın) doğuluşunun 13 ədədi altında təsvir edilməsi və son dövrlər Yerdə baş verən müəmmalı hadisələrin 13 ədədinə bağlanması arasında riyazi əlaqə olduğu üzə çıxır. Hesablamalarımız göstərir ki, əsərdə, doğulan xilaskarın (Pangeyistin, sülh yaradanın), əslində 13-cü imam olacağına işarə verilir. Bildiyimiz kimi, indiyədək 12 imam olub və mömünlər tərəfindən qəbul edilib. İnsanların xilaskar kimi, gözlədikləri 12-ci İmam, əslində sayca və məntiqlə 13-cü olacaqdır (riyazi məntiqlə bir adam və yaxud əşya bir dəfə sayılar və 12-dən sonra 13-ün gəlməsi aksiomadır). Həmin şəxs aramızda olsa da özünü büruzə verməyəcəkdir. Ancaq, Yerdə gedən bugünkü təmizlənmə prosesi (zəlzələlər, vulkanlar, daşqınlar...) başa çatandan sonra sağ qalan 29 faiz əhali 13-cü imamın kimliyini dərk edəcəkdir... Ümüd edirik ki, çatdırdığımız bu mesajları dərk edən insanlar tövbə edəcək, zülmə, harama, yalana, yaltaqlığa rəzalətə son qoyacaq, beləliklə də gələn bəlalardan sığortalanacaqlar. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Quran”, 5:19 (ardı var) (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: moderator.az/news/228766.html ) İndi isə, rəssam Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı əsərindəki digər məqamlara nəzər salaq. Göründüyü kimi, əsərdə Yer kürrəsi, materiklər təsvir edilib və kürrədən bir uşaq doğulur. Əsərdə diqqət çəkən digər məqam kənarda dayanan qadının, əliylə xəritə üzərində Azərbaycanı işarə verməsidir. Bir çox təhlilçilər əsərdəki yeni doğulan körpənin dünyanı xilas edəcək XİLASKAR (İsa Məsih, yaxud, Həzrət Mehdi) olduğunu bildirirlər və qadının verdiyi işarə ilə rəssamın bu körpənin Azərbaycandan çıxacağını xəbər verdiyini güman edirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, əsərdəki doğulan uşaq Pangeistdir (Pangeoist). Nədir (kimdir) Pangeist? Bunu izah etmək üçün Yer kürrəsinin əvvəlki halına qayıdaq. Elmə məlumdur ki, ilk yaranışda Yer kürrəsində cəmi bir materik olub ki, onun da adı Pangeya olub. Həmin materiki əhatə edən okeanın adı isə, Pantalas olub. Zaman keçdikcə həmin Pangeya materiki əvvəlcə iki hissəyə - Lavrasiya və Hondvanaya bölünmüşdür. Hazırda isə, altı materik olduğu hamınıza məlumdur. “Pangeoist” sözün mənşəyi “Pan os”- “tam”, “bütöv”, “kök” (özül); “geo”- “Yer” mənası verməklə, “bütöv Yer” mənasını bildirir. Göründüyü kimi, ilk yaranışda Yer bütöv olmuş, əsrlər keçdikcə parçalanaraq indiki halına gəlmişdir. Necə ki, insanlar əvvəlcə bir atadan və bir anadan (Adəm və Həvvadan) doğulduqdan sonra millətlərə, xalqlara parçalandılar; daha sonra irqlərə, dinlərə, təriqətlərə... bölündülər və hazırki hallarına gəldilər. Həmin eyni atanın və ananın övladları artıq biri-birlərinə düşmən kəsilərək, bir xalq digərinin, bir din o birinin qanını içməyə hazırdır və içirlər də! Salvador Dalinin şifrəli əsərindəki yeni doğulan Pangeist adlandırdığımız körpə həmin bu parçalanmanın qarşısını alacaq və Yeri əvvəlki halına - bütöv Yer halına gətirəcək şəxsdir. O şəxsin fəaliyyəti ilə Yerdə yaşayan bütün insanlar vahid bir ideya ətrafında birləşərək, bugünkü düşmənçiliyə və müharibələrə son qoyacaq, sülh, əminamanlıq şəraitində yaşayacaqlar. Etiraf edək ki, bu gün bəşəriyyət arasında yaranan qarşıdurmanın kökündə ilk növbədə dinlər dayanır. Daha dəqiq desək din mafiyaları (dinlərin mafiyalaşması) dayanır. Dünyaya açıq gözlə baxsaq “Buddizim”, “Atəşpərəstlik”, “Musəvilik”, “İsavilik” və “İslam” adı altında fəaliyyət göstərən mafiyaların dünya sərvətləri, nüfuz dairəsi uğrunda necə qanlı savaş apardıqlarını görmək olar. Bu savaşda qazanan yuxarıda sadaladığım mafiyalar, onların başında duran mafiozlar; itirən isə, onları din bilib, ardıyca gedən sadə insanlardır. Bu mafiyalar insanları öz ardıyca aparmaq, özlərinə tabe etdirmək üçün ibadətgahlar (kilsələr, sinaqoqlar, məscidlər...) düzəldir və ora “Allah evi” adı verirlər (halbuki, Allah hər yerdə, özəlliklə də insanın qəlbindədir). Mafiya başçılarının gəlir mənbəyi olan bu ibadətgahlarda əsas təbliğat onun üzərində qurulur ki, başqa dinlərə (yaxud təriqətlərə) mənsub olan insanlar sizin düşməninizdir və mütləq onları qətlə yetirib, sərvətlərini və yurdlarını əllərindən almalısınız. Onlar əsasən, savadsız, elmsiz, işsiz-gücsüz insanları öz təsiri altına salaraq, onlara maaş vəəd verməklə, müharibələrə cəlb edirlər. Nəticədə həmin müharibədə iştirak edən tərəflərə həm silahlarını satır, həm əsir götürdükləri insanları (onların daxili orqanlarını) satır, həm də qarətçilikdən küllü miqdarda sərvət qazanırlar. Bir çox hallarda müharibədə iştirak edən əsgərlərin maaşlarını və sığortalarını da vermirlər (əsgərlər ölüncə döyüşür, ömürlərini mafiyaların yolunda qurban verirlər). Bütün bunların qarşısını almaq, insanları din mafiyalarının əsarətindən qurtarmaq üçün, əsərdə təsvir edilən Pangeist insanlara elmlənməyi və bu mafiyaların quraşdırdıqları ibadətgahlardan “Allah evləri”ndən uzaq durmağı tövsiyyə edəcəkdir. Beləliklə, onun təbliğatı bütün dünyaya yayılacaq və insanlar öz əvvəlki hallarına - birlik və sülh hallarına qayıdacaqlar. Oxucuda sual yaranacaq ki, Pangeizm ideyasının rəhbəri (əsərdəki doğulan uşaq) və onun ardıyca gedənlər dinsiz olacaqlarmı? Əlbəttə ki, yox! Onlar Yaradanın birliyini qəbul edəcəklər. Öz fəaliyyətlərində elmə, əxlaqa, halallığa və dürüstlüyə - bir sözlə, bəşəri dəyərlərə üstünlük verəcəklər. Sadəcə, indi mövcud olan (mafiyaların nəzarətində olan) heç bir ibadətgaha getməyəcəklər və özləri də heç bir ibadətgah yaratmayacaqlar. Onlar yuxarıda qeyd etdiyimiz kimi, Allahın təkliyini, hər yerdə olduğunu qəbul edəcəklər. Bu səbəbdən onların inancı daha çox bütün kitab verilmiş peyğəmbərlərin babası olan İbrahim Peyğəmbərin təbliğ etdiyi Tovhidə (tək Allahlığa) uyğun gələcəkdir. Bildiyimiz kimi, Tovhid bütün dinlərin mənbəyi, başlanğıcıdır (həmin vaxt ibadətgah olmayıb). Beləliklə, yeni doğulmuş Pangeist həm millətləri, həmm də dinləri ilkin mənbəyinə, başlanğıcdakı halına gətirəcəkdir ki, bu da insanlar arasında sülhün, əminamanlığın yaranmasına səbəb olacaqdır... Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” əsərində diqqət çəkən digər məqam xəritə önündə dayanmış qadının Azərbaycana işarə etməsidir. Elmi-lədun araşdırmalarımız göstərir ki, yeni doğulan Pangeoist və onun təbliğ edəcəyi pangeizm ideyası həqiqətən də çox qısa zamanda Azərbaycanda meydana çıxacaq və buradan bütün dünyaya yayılacaqdır. Yazdığımız fikirlərin subyektiv olmadığını və Allahdan gələn bir xəbər olduğunu sübut etmək üçün daha bir sirri diqqətinizə çatdırmaq istəyirəm. Yuxarıda Dünyanın ilk yaranışda tək bir materikdən ibarət olduğunu, həmin materikin isə Pangeya adlandığını yazdıq. Bu materik zaman-zaman 6 hissəyə parçalanıb. İndi sizə Pangeya materiki haqda daha heyrətamiz bir sirr açacağıq. Belə ki, insanlar hər gecə bu materiki görsələr də, əslində bunun Pangeya olduğunu heç vaxt ağıllarına gətirməyiblər. İndi mən sizə həmin materikin yerini göstərirəm: axşam qaranlıq qovuşandan sonra başınızı qaldırıb Aya baxın; Pangeya materikini orada görəcəksiniz. Belə ki, Ay Yer kürrəsinin, üzərindəki ləkə isə, Pangeya materikinin kopyasıdır Bütün bu və hələlik demək istəmədiyim digər sirlər S. Dalinin əsərinə verdiyim şərhin - Azərbaycanda doğulacaq yeni ideyanın bəşəriyyəti xilas edəcəyi barədəki fikirlərimin subyektiv olmadığını, Allahın qərarı (!) olduğunu bir daha sübut edir. Oxucuda sual yaranacaq ki, bəşəriyyət birləşib vahid hala gəldikdən sonra, ictimayi quruluş necə olacaq?” Həqiqətən, maraqlı sualdır: bəşəriyyət gələcəkdə hansı quruluşda yaşayacaq: kapitalizm, sosializm, yoxsa kommunizm olacaq? Mənə məlum olan odur ki, gələcəkdə bəşəriyyət bu quruluşların heç birində yaşamayacaq. Gələcək quruluşun adı İnformasionizm olacaq. Bu quruluşda əsas məsələ məlumat olacaq. Düzgün məlumat hər şeydən qiymətli olacaq. Hakimiyyət quruluşu isə, Meritokratiya olacaq. “Meritokratiya”- savadlıların və ağıllıların hakimiyyəti deməkdir. Yəni, insanlara mənsub olduqları partiyaya görə deyil, malik olduqları savada, ağıla görə yanaşılacaq. Onu da bildirim ki, həmin vaxt insanlarda elm çox güclü inkşaf edəcək və digər planetlərdə yaşayan canlıların elminə yaxın, bəlkə də onlardan çox olacaq. Həmin dövrdə mədəniyyət və incəsənət də indikindən güclü inkişaf edəcəkdir. Belə ki, tikilən binalar insanlara, heyvanlara və ağaclara bənzəyəcəkdir. Yəni, memarlıq o qədər güclü inkişaf edəcək ki, istənilən görkəmli adama bənzəyən, sevdiyiniz heyvana, yaxud, xoşladığınız ağaca, gülə bənzər binalar sifariş edib, tikdirə biləcəksiniz... “Allah Kainatı riyazi dillə yaratmışdır” Qalileo Qaliley Bildiyimiz kimi, məşhur rəssam Salvador Dali (1904-1989) bir çox sirli rəsm əsərləri yaratmışdır ki, bu sirlər, oradakı gizli şifrələr üzərində bu gün də tədqiqatçılar baş sındırmaqdadırlar. Rəssamın belə şifrəli əsərlərindən biri də “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir”� adlı rəsm əsəridir. Əsərin aşağı hissəsində yazılmış 9 rəqəmi diqqətimizi çəkdi. Aydın məsələdir ki, dünyaca məşhur bir əsərdə qeyd olunmuş rəqəm təsadüf ola bilməzdi. Elə isə, bu rəqəm insanlara hansı kodlaşdırılmış mesajı verir? Hesablamalarımız göstərir ki, Salvador Dalinin sözü gedən əsərindəki rəqəm Bakıdakı Qız qalasına işarə verir. Xatırladım ki, ötən yazılarımızdan birində Bakıdakı yaşı min illərlə ölçülən və astronomik məqsədlə tikilən Qız qalasının sirlərindən (kodlarından) bəhs etmişdik. Təqdim etdiyimiz hesablamalar göstərirdi ki, “9” formasında tikilən qalanın kodları 9 rəqəminə (eləcə də “Quran”ın 9-cu surəsinə) bağlanır (yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/133955.html ) Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Elə isə: 32 - 23 = 9 (!) Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır. Burada haşiyə çıxaraq, oxucuların diqqətini “Quran”da 9 rəqəmi ilə gələn surələrə cəlb etmək istəyirik: Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr 9 rəqəmi (Qeyd edim ki, 9 “Tövbə” surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Yenə də qayıdaq Qız qalasındakı rəqəmlərə. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 (!) ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159 + 951 = 1110 : 2 = 555 258 + 852 = 1110 : 2 = 555 357 + 753 = 1110 : 2 = 555 456 + 654 = 1110 : 2 = 555 Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94. Bildiyimiz kimi “Quran”ın 9-cu surəsi yeganə surədir ki, “Bismillah”sız başlayır. Sual yaranır: niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır? Elmi-lədun araşdırmalarımızla bu suala cavab tapmağa çalışaq. Hesablamalarımız göstərir ki, 9-cu surə 22-ci (Həcc) surənin davamıdır. Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimizdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (Sıfır məna bildirmədiyindən mötərizəyə aldıq.) bunlardan 22-si başdadır. Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir. 22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya elmlərində deyil, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirik. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır. (ardı var) “Allah Kainatı riyazi dillə yaratmışdır”. Qalileo Qaliley Bildiyimiz kimi, məşhur rəssam Salvador Dali (1904-1989) bir çox sirli rəsm əsərləri yaratmışdır ki, bu sirlər, oradakı gizli şifrələr üzərində bu gün də tədqiqatçılar baş sındırmaqdadırlar. Rəssamın belə şifrəli əsərlərindən biri də “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəridir. Əsərin aşağı hissəsində yazılmış 9 rəqəmi diqqətimizi çəkdi. Aydın məsələdir ki, dünyaca məşhur bir əsərdə qeyd olunmuş rəqəm təsadüf ola bilməzdi. Elə isə, bu rəqəm insanlara hansı kodlaşdırılmış mesajı verir? Hesablamalarımız göstərir ki, Salvador Dalinin sözü gedən əsərindəki rəqəm Bakıdakı Qız qalasına işarə verir. Xatırladım ki, ötən yazılarımızdan birində Bakıdakı yaşı min illərlə ölçülən və astronomik məqsədlə tikilən Qız qalasının sirlərindən (kodlarından) bəhs etmişdik. Təqdim etdiyimiz hesablamalar göstərirdi ki, “9” formasında tikilən qalanın kodları 9 rəqəminə (eləcə də “Quran”ın 9-cu surəsinə) bağlanır (yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/133955.html ) Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Elə isə: 32 - 23 = 9 (!) Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır. Burada haşiyə çıxaraq, oxucuların diqqətini “Quran”da 9 rəqəmi ilə gələn surələrə cəlb etmək istəyirik: Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr 9 rəqəmi (Qeyd edim ki, 9 “Tövbə” surəsinin sıra nömrəsidir.) ilə gəlir və sayı 11 olan bu (9, 19, 29, 39, ......109) surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Bu ayələr bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi “Quran”da sərtlik, cəza rəmzi sayılır. Yenə də qayıdaq Qız qalasındakı rəqəmlərə. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 (!) ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159 + 951 = 1110 : 2 = 555 258 + 852 = 1110 : 2 = 555 357 + 753 = 1110 : 2 = 555 456 + 654 = 1110 : 2 = 555 Qalanın tikilişində diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır. Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Məryəm” surəsi, 94. Bildiyimiz kimi “Quran”ın 9-cu surəsi yeganə surədir ki, “Bismillah”sız başlayır. Sual yaranır: niyə bəs “Tövbə” (9) surəsi “Bismillah”sız başlayır? Elmi-lədun araşdırmalarımızla bu suala cavab tapmağa çalışaq. Hesablamalarımız göstərir ki, 9-cu surə 22-ci (Həcc) surənin davamıdır. Xatırladım ki, elm və peyğəmbərlik rəmzi olan XXI əsrin 2-ci (!) Qurban bayramı günü (22. 02. 2002) mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz… Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz dön-dərsəniz, bilin ki, Allahın əzabından qaçıb ca-nınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür) bitəcəyini bildiyimizdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdik və gözlənilən bəladan xalqı xəbərdar etdik (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu. Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin da-vamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik. Yəni, riyazi dildə desək, Quranda "iyirimi iki" "doqquza" çevrilir. Yeri gəlmişkən, diqqətinizi başqa bir məqama da cəlb etmək istəyirik. Bu hikmət insanın anatomik quruluşunda da özünü büruzə verir. Belə ki, insan anatomiyası 22(0) sümüyün birləşməsindən yaranmışdır ki, (Sıfır məna bildirmədiyindən mötərizəyə aldıq.) bunlardan 22-si başdadır. Maraqlıdır ki, “Quran”ın 22-ci (!) surəsi “Həcc” surəsidir və burada Allahın evi, başqa sözlə desək enerjinin BAŞlanğıcı, mərkəzi olan Kəbə evinin ətrafına fırlanmaqdan söhbət açılır. Bunlar təsadüfü deyildir. 22-nin 9-a çevrilməsi tək “Quran” və anatomiya elmlərində deyil, fizika elmində də özünü büruzə verir. Belə ki, diqqətinizi cihazların daxilində qoyulmuş transformatorun funksiyasına cəlb etmək istəyirik. Bu transformatorlar 22(0) voltluq enerjini bir qayda olaraq 9-a çevirərək istifadə edirlər. Buradan belə qənaət hasil olur ki, insan öz enerjisini əməli işə çevirərkən, onu vicdanının (oxu: daxili transformatorunun) süzgəcindən keçirməlidir. Yəni, TÖVBƏ surəsinin sərhədləri daxilində əməllər etməlidir: öz enerjisini günah işlərə sərf etməməlidir. Əgər insan fizikanın (Allah kainatı fizikanın qanunları ilə idarə edir) qanunlarına tabe olmayıb, enerjisini günah işə sərf edərsə, onda mütləq gec-tez bəlaya məruz qalacaqdır. Son dövrlərdə cəmiyyətdə həyacanlı hadisələrin (qəzaların, zəlzələlərin...) artması da məhz bu amillə əlaqədardır. (ardı var) Ey insanlar, öz azuqə və ruzinizdən artıq qazandığınız şeylərdə başqası üçün xilaskarsınız. Elm və bilik tükənməz xəzinədir. Güzəştə getmək zəfər və qələbənin balaca qardaşıdır. Çətinliklərə göz yumun və yan keçin, yoxsa heç vaxt şad olmarsınız. Haqqımızı yeyənlərə zülm etmək bizim üçün ən böyük sərvətdir. Cəncəlli işlərə göz yumun. Ədalət və insaf qızıl ortanı tutmaqdır. Xəsis qadın, xəsis kişidən daha üstündür. Xəbərçinin dostu olmaz. Borcunuz varsa, dərdiniz var. Acıdillilik dəliliyin bir növüdür. Ən təhlükəli yer ən böyük vəzifədə olanın yeridir. Ən yaxşı görmək ağılla olur. Namuslu şəxs zinaya nifrət edər. Yaradan vasitələrlə hər şeyə qadirdir. Çalışın siz də Onun bir vasitəçisi olasız. İnsanı tanımaq istəyirsənsə ona vəzifə ver. Elm axtaran insan heç vaxt doymaz. Qeybət etmək və arxasınca danışmaq insanı rahatlaşdırsa da, sonradan onu kiçildər. “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” (Allah-təala) Dünya müsəlmanları mübarək Ramazan ayının Qədr gecəsini qarşılamaqdadırlar. Bildiyimiz kimi, Qədr gecəsi “Quran”ın nazil olması ilə şərəfli və xeyir-bərəkətlidir. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, bu gecə nazil olan səmavi kitab, özündən əvvəlki kitabları təsdiq etməklə yanaşı, özü-özünü də (öz doğruluğunu) riyazi yolla təsdiq edir. Məsələn, "Quran”ın 16-cı surəsi «Bal arısı» adlanır. Araşdırmalarımız göstərir ki, bu nömrələnmə təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal - arının gülə olan məhəbbətinin nəticəsində yarandığından, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss ədəbiyyatda «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir. Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi (!) kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmaz”. Maraqlıdır ki, kimya elmində də eynən belədir. Dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır. Başqa sözlə desək: “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanmanı” əks cinsdən olan tərəf müqabili təmin edir. Kimyəvi elementlərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Kükürdü yandırmaq üçün mütləq Oksigen lazımdır (hər ikisi də 16 ədədinə bağlıdır). “... Rəbbim hər şeyi elmlə ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” “Quran”, 6:80 Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 - 8 - 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir. (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir. Elmi-lədun araşdırmalarımız sübut edir ki, insan ana bətnində 286 (!) günə yaranır. Belə ki, genekologiya elminə aid kitablarda qeyd olunur ki, cütlüklər görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Həmin kitabın başqa bir fəslində isə, qeyd olunur ki, toxum ana bətninə düşəndən 280 gün sonra normal uşaq dünyaya gəlir. Bunu nəzərə alıb, sadə bir hesablama aparaq: 6 gün + 280 gün = 286 gün. Buradan aydın olur ki, insan ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21. İndi isə, 16 ədədində olan başqa hikmətlərə nəzər salaq: atom kütləsi 16 olan və yanmanı təmin edən Oksigenin sıra nömrəsini (8) Kükürdün məhəbbət rəmzi olan sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və kimyəvi elementlərlə “Quran”ın surələri arasında olan riyazi əlaqəni bir daha təsdiq edir: 8 x 16 = 128 (İnsan kimyəvi elementlərin birləşməsindən ibarətdir.) Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istə-yirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən qaynaqlanır. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Onu da nəzərinizə çatdırım ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür. Bu və digər hesablamalarımız sübut edir ki, Qədr gecəsində nazil olan “Quran” böyük bir elm mənbəyi olmaqla, bütün dünyəvi elmlər (kimya, biologiya, astronomiya, anatomiya, kibernetika və informatika, riyaziyyat, təbabət, daktiloskopiyya və s) öz mənbəyini bu səmavi kitabdan götürür. Elm iki cür olur Yeri gəlmişkən, qeyd edim ki, elm zahiri və batini olmaqla, iki qurupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrənilməz. Buna elmi-lədun deyilir. Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və bəzi Allah dostları bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri də məhz bu elmlə qaldırıblar (bu yazıda olduğu kimi). Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” - deyə buyurulmuşdur. “Sülükül-Uləma” adlı əsərdə keçən bir hədisi şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” buyrulmuşdur. Bu elm barədə Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz” demişdir. Elmi-ladun barəsində Quranın bir ayəsində belə buyrulur: «Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin, insanların ək-səriyyəti bunu (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!» “Quran”, 12:68 Qeyd edim ki, oxuduğunuz bu yazı da bir elmi-lədun nümunəsidir. Bu gün Qədr gecəsinin ehtimal olunduğu ikinci əhya gecəsidir. Qədr gecəsi bütün müqəddəs kitabların nazil olması ilə mötəbərdir. Yeri gəlmişkən, qeyd edək ki, sonuncu səmavi kitab olan “Quran”, özündən əvvəlki peyğəmbərlərə gələn kitabları təsdiq etməklə yanaşı, özü-özünü də (öz doğruluğunu) riyazi cəhətdən təsdiq edir. Bunu təsdiq edə düsturların bir qismini əvvəlki yazılarımızda açıqladıq (bax: http://www.moderator.az/news/227527.html http://www.moderator.az/news/227816.html ) Bu yazımızda isə, İbrahim Xəlilullahın adına olan surənin 14 ədədi ilə nömrələnməsinin sirlərindən (hikmətindən) bəhs edəcəyik. Xatırladım ki, Quranda “İbrahim” surəsi 14 ədədi ilə nömrələnib. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Araşdırmalarımız göstərir ki, 14 ədədi Allahın Öz adına olan “Rəhimli Allah” surəsinə bağlanır və “Quran”da çox böyük tarazlıq (balans) yaradır. Bunu sübut edən hesablamanı diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı 55-dən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda 55 dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55 ədədi 41 dəfə, 41 ədədi isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 - 41 = 14 Alınan 14 ədədi həm də İbrahim Xəlilullahın Peyğəmbərliyinin riyazi sübutudur. Nuşirəvanın sarayından niyə məhz 14 sütun uçdu? Diqqətinizi daha bir maraqlı və hikmətli fakta cəlb etmək istəyirəm. Belə ki, Məhəmməd əleyhissəlam dünyaya təşrif gətirən gecəsi fars hökümdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Bu hadisəni şərh etmək üçün saraya yığılan kahinlər və bilicilər şaha belə izah etdilər ki, bəşəriyyətin gözlədiyi Peyğəmbər artıq dünyadadır və sütunların uçması da Nuşirəvanın hakimiyyətinin tezliklə süqut edəcəyinə işarədir. Çox keçmədi ki, verilmiş proqnoz özünü döğrultdu və sasanilər dövləti süqut etdi. Yuxarıda qeyd etdiyim kimi, peyğəmbərlərin (elmi-ladun sahiblərinin) meydana çıxması, adətən Yerdə xeyirlə şər arasında tarazlığın pozulduğu zamanlarda baş verir və onların missiyası tarazlığı bərpa etməkdən ibarət olur. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Hər gün yüzlərlə insan fitnə-fəad törədənlərin partlatdığı bombanın qurbanına çevrilir, yaxud, şərlənərək, başına yüz cürə oyunlar açılır; bu və ya digər formada zülmə məruz qalır. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur. Hesablamalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər və müəmmalı təyyarə və s. qəzalar da məhz bu qəzəbin təzahürüdür. Odur ki, insanlar bu xəbərdarlıqlardan nəticə çıxararaq, günahlarına görə görə tövbə etməli, əməllərinə diqqət etməli və savablarının sayını artırmalıdırlar. Əks halda... "Elə isə onlardan ötrü (zalımların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84 Söz ardı: Yeri gəlmişkən, “İbrahim” surəsindəki hikməti sübut edən bu düstur insan beyninnin məhsulu deyildir. Belə ki, əvvəlki düsturlar kimi, bu düsturu da Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver, insanlara çatdırsın” - deyə, tapşırmışdır. (Qeyd edim ki, illərdir bu düsturu axtarırdım.) Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər (ateistlər və bir çox mollalar) “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94. Bu gün mübarək Ramazan ayının Qədr gecəsinin ehtimal edildiyi əhyalardan biridir. Bildiyimiz kimi, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. Yeri gəlmişkən, “Quran”ı elmi-lədunla tədqiq edərkən onun surələrinin və ayələrinin nömrələnməsində xüsusi bir qanunauyğunluğun olduğu üzə çıxır. Burada hər bir rəqəmin rəmzi mənası vardır və həmin rəqəm altında deyilən sözlər (ayələr) də bir qayda olaraq rəqəmdəki mənanı tamamlayır. Məsələn, götürək Rəsulullahın adına olan "Məhəmməd" (47) surəsini. Surənin nömrəsi (rəmzi) olan 47 ədədinin sirri elə Rəbbimin Öz adına olan "Rəhimli Allah" (55) surəsində açılır. Yəni, Peyğəmbərin adına olan surə riyazi yolla Allahın adına olan surəyə bağlanır. Belə ki, "Rəhimli Allah" surəsi 78 ayədən ibarətdir və bu ayələrin 31-də eyni sual təkrar olunur: "Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!" Bunu nəzərə alıb, ayələrin ümümi sayından (78), təkrar olunan sualların sayını (31) çıxsaq, “Məhəmməd” surəsinin sıra nömrəsi olan 47 ədədinin alındığını görərik: 78 - 31 = 47 Bu fakt, Yaradanla, Onun Peyğəmbəri arasında olan əlaqənin riyazi sübutu olmaqla yanaşı, həm də “Quran”ın düzülüşünün birbaşa Allah-təalanın nəzarətində və iradəsi ilə baş tutduğunu sübut edir. Yəni, surə və ayələrin düzülüşü insan beyninin məhsulu olmayıb, şüurdankənar, fövqəladə bir elmlə baş tutmuşdur. Yeri gəlmişkən, “Məhəmməd” surəsindəki hikməti sübut edən bu düstur özü də insan beyninnin məhsulu deyildir. Belə ki, bu düsturu Həzrət Cəbrail əleyhissəlam Neftçala rayon sakini Hacı Xalidə vəhy edərək: “Sabah Paşa Yaqub adlı bir nəfər sizə qonaq gələcək, bu düsturu ona ver, insanlara çatdırsın” - deyə, tapşırmışdır. Düsturu insanlara çatdırmaqda Yaradanın mesajı odur ki, müqəddəs kitaba nəyinsə əlavə olunması və yaxud buradan hansısa ayənin çıxarılması haqqında deyilənlər cəfəngiyyatdan başqa bir şey deyil və bunu söyləyənlər “Quran”a və Allahın qüdrətinə şübhə edənlərdir. “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29 Bildiyimiz kimi Allah-təala kainatı fizikanın qanunları ilə idarə edir. Odur ki, əvvəlki yazılarımızda peyğəmbərlərin (o cümlədən kəramət sahiblərinin) cəmiyyətin transormatoru funksiyasını yerinə yetirdiyi barədə hesablamalar vermişdik. Bu günkü yazımızın mövzusu isə testerdir... Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor ustalarının demək olar ki, hamısının əlində bu aparatdan olurdu. Aparatın çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir. Qeyd edim ki, cihazda olan bu problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü biruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti gah yaxşı, gah da pis (dəyişkən) olur. Hələ ta qədimdən - son 30-40 ilə qədər (tibb elmi inkişaf edənə qədər) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonralar Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası, nəfəs vasitəsi ilə ötürdükləri enerjinin təsirindən özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan) hiss edərdilər və xaəstəlikdən sağalardılar. Araşdırmalarımız göstərir ki, peyğəmbərlərin və digər kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür… Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir: “O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və insanın cismini, əczalarla müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-lədunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”. Qeyd edim ki, insan ruhunda baş verən qeyri-sabit hallar və xəstəiklər neqativ təsirdən yaranır və özünü qorxu, diksinmə, qarabasma, baş, çiyin, oynaq ağrıları, boğulmalar və s. hallarla biruzə verir. Bu kimi əlamətləri olan adamların adətən həyatda işləri düz getmir, sağlamlıqlarında, məişətlərində və xoşbəxtliklərində onları daim izləyən problemləri həll etməkdə aciz (çarəsiz) qalırlar (xalq arasında buna qara zolağa düşmə də deyirlər). Belə adamların səhhətində yaranan problemləri maddi həkimlər (tibb işçiləri) əczalarla aradan qaldırmaqda çətinlik çəkirlər; dərmanlarla müalicələr effekt vermir. Çünkü birinci səbəb (neqativ), sonra nəticə (xəstəlik) aradan qaldırılmalıdır. Təssüf ki, müasir tibb elmi (bütün digər elmlər kimi) yarımçıq olduğundan və insanda olan ruhu nəzərə almadıqlarından (!), səbəbə deyil, nəticəyə qarşı mübarizə aparırlar. Ona görə də insanlarımızın çoxu ömrü boyu xəstəxana yollarında qalırlar… Son vaxtlar psixoloq olaraq bu cür hallarla çox qarşılaşıram və xəstəliyi aradan qaldırmaq üçün ilk növbədə xəstədəki neqativin növünü, səbəbini, daxilolma vaxtını və yolunu təsbit edirəm. Daha sonra pasiyentin neqativ enerjidən xilas olması üçün müsbət enerji ötürürəm ki, bu vaxt ondakı dəyişən cərəyan sabit cərəyana çevrilir - tester cihazında olduğu kimi. Daxili enerjisi sabitləşmiş insan elə ilk seansdaca bütün ağrılarının yox olduğunu və rahatlandığını etiraf edir. Beləliklə, pasiyentdə nə qədər ağır xəstəlik olmuş olsa belə, 21 günə bu xəstəlikləri yaradan səbəbdən – neqativ enerjidən azad olur. O ki, qaldı niyə məhz 21 günə? Qeyd edim ki, insanda hər gün milyonlarla hüceyrə doğulur və bu hüceyrələrin hər birinin ömrü 21 gün olur. Orqanizmdə neqativ enerji olduqda, yaranan hər hüceyrə həmin neqativə yoluxur. 21 gün ərzində xəstəni vaxtaşırı bir neçə dəfə (4-5 dəfə) seans etdikdə, doğulmuş bütün hüceyrələr neqativdən təmizlənir. Beləliklə, yeni doğulan hüceyrələr artıq neqativlə yüklənmir və enerjisi sabit olur. Bu cür sabit enerjili insanda heç bir xəstəlik baş vermir. Hamınıza sağlam can və daim sabit RUHİYYƏ (enerji) arzulayıram. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |