“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, “Rumlular” surəsi, 21. Elmi-lədun araşdırmalarımız “Quran”ın düzülüşündə olan İlahi qanunauyğunluğu ortaya qoymaqdadır. Məsələn, götürək «Bal arısı» surəsini. Hesablamalarımız göstərir ki, surənin 16 ədədi ilə nömrələnməsi heç də təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də (“Bal arısı”) 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal – arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss ədəbiyyatda və şifahi nitqdə «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir. Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi (!) kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmır”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır! Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır). Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi də 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir: 2 + 8 + 6 = 16 Necə ki, Allah-təala buyurur: “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim”. “Quran”ın düzülüşü ilə, Mendeleyev cədvəlinin düzülüşü arasında qanunauyğunluğu sübut edən başqa bir faktı diqqətinizə çatdırmaq istəyirik. Oksigenin sıra nömrəsini (8) Kükürdün sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» (16) surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan riyazi əlaqəni bir daha təsdiq edir: 8 x 16 = 128 Bu və digər faktlar həm “Quran”ın, həm də Dövrü cədvəlin Allahın elmi ilə (Mendeleyevə də elmi Allah vermişdi) düzüldüyünü bir daha sübut edir. Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü necə büruzə verməsinə cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal-a yaranır və hər ikisi şirindir. Çünkü, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm yaşadığı cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Bildiyimiz kimi, arılar faydalı və faydasız olmaqla, iki qurupa bölünürlər - bal arısı və cır arılar. İnsanlar da – kamil və cahil olmaqla – iki qurupa bölünürlər. Çalışaq cəmiyyət üçün faydalı olaq ki, həm xalqin, həm də Allahın məhəbbətini qazanaq.
0 Comments
Cinləri buyurmaq ənənəsi Süleymanın dövründən mövcuddur “Biz Davuda Süleymanı bəxş etdik, nə gözəl bəndə!” (Quran). “Quran” sirlərinin elmi-lədun izahı ilə bağlı məqalələrimizdən sonra elektron poçtumuza çoxsaylı suallar gəlmək-dədir. Həmin sualları quruplaşdıraraq, cavablarını vaxtaşırı Moderator.az-ın oxucularına təqdim etmişik. Belə suallardan bir qurupu da paralel aləm və orada olan varlıqların (cinlərin) insanlar tərəfindən buyrulmasının mümkünlüyü barədədir. Bu qrupdan olan suallara cavab olaraq bildiririk ki, cinlərin buyrulması haqda elm Süleyman Peyğəmbərə verilmişdi. Bu elm vasitəsi ilə o, quşların, heyvanların və cinlərin dilini bilmək və onları buyurmaq qabiliyyətinə malik olduğu “Quran”da xəbər verilməkdədir. Süleyman (ə) cinlərin əməyindən istifadə etməklə, dünyada tayı-bərabəri olmayan billur saraylar tikdirmişdi ki, görənlər valeh olurdular. Buna baxmayaraq, o çörək pulunu öz zəhməti ilə qazanardı. Belə ki, Peyğəmbər öz əlləri ilə həsir toxuyub satar, onun pulu ilə çörək və digər yeyəcək şeylər alardı. Süleyman Peyğəmbər cinlərin xidmətindən həm də Allahı qəbul etməyən dövlət başçılarını ram etmək üçün istifadə edirdi. Onun Yəmən padşahı Bəlqisi Haqqa təslim etməsi barədə “Quran”da keçən əhvalat bu mənada diqqət çəkəndir: “Süleyman dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taхtını mənə gətirə bilər?” Cinlərdən olan çoх qüvvətli və nəhəng bir ifrit dedi: “Sən yerindən (taхtından) qalхmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çoх qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taхtını götürüb gətirməyə gücüm çatar. Mən taхtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”. Süleyman taхtın daha tez gətirilməsini istədi. Kitabdan bir qədər хəbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu (taхtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoхsa nankor olacağam! Kim Rəbbimin nemətinə şükür etsə, yalnız özü üçün (öz хeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö’minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!). Süleyman dedi: “Bəlqisin taхtını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yoх?!” Bəlqis gəldikdə ona: “Taхtın bu cürdürmü?” - deyildi. O da: “Sanki odur!” - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi:) “Bizə ondan daha öncə elm verilmiş və biz ondan daha əvvəl müsəlman (Allaha təslim) olmuşuq!” Süleyman ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (Yaхud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). çünki o, kafir bir tayfadan idi. Bəlqisin əqlini, zəkasını yoхlamaq məqsədilə ona belə deyildi: “Saraya daхil ol!” Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraхıldığı üçün Bəlqis sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu su deyil, büllurdan tikilmiş (şəffaf) bir saraydır!”-dedi. Bəlqis dedi: “Ey Rəbbim! Mən günəşə sitayiş etməklə özümə zülm etmişdim. Mən artıq Süleymanın sayəsində aləmlərin Rəbbi olan Allaha təslim oldum!” Bax: “Qarışqalar” surəsi, 22-44-cü ayələr. Ayələri oxuduqda insanda belə bir sual yaranır: Süleyman cinləri necə buyururdu? Bu indi də mümkündürmü? Sualın cavabını Allah-təala “Quran”ın başqa bir ayəsində verir: “(Sehrbazlar) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman bu kitablara uymadığı (pis məqsədlə istifadə etmədiyi) üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. Bununla belə cadugərlər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” 2:102. Ayədən göründüyü kimi, Süleymanda belə bir kitab olmuş və cinləri həmin kitabda yazılmış dualarla buyurmuşdur. Lakin, Süleyman Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kitab sonrakı nəsillərin əlinə keçmiş, onlar da kitabda yazılanlardan ər-arvad (yaxud, qohumlar, dostlar...) arasına nifaq salmaq və digər fitnə-fəsad məqsədlər üçün istifadə etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu gün həmin kitab bir çox mollaların və cadugərlərin stolüstü kitabıdır. Bunun nəticəsidir ki, bu gün cəmiyyətimizdə boşanmaların və psixi xəstəliklərin, ziyanlı vərdişlərin... səviyyəsi görünməmiş həddə çatmışdır. Bəzi evlərdə televizor pultunun və s. əşyaların tez-tez sirli şəkildə yoxa çıxması (az vaxtdan sonra həmin əşyalar elə yerdə tapılır ki, ora bəlkə min dəfə baxılmışdı) da bunun əlamətlərindəndir. Sehirin (cadunun) digər əlamətləri insanda baş, boyun ağrıları, immunitetin azalması (nəticədə cürbə-cür xəstəliklərin baş qaldırması), əsəbilik, yuxusuzluq, qorxulu yuxular görmə, qarabasma, yuxuda diksinmə və s. kimi özünü biruzə verir. Bu cür hallarda insan özünə qapanır, həyat eşqi, məhəbbət hissi ölür, qəlbində ətrafdakılara qarşı nifrət hissi baş qaldırır. Beləliklə, sevdiklərindən uzaqlaşmağa çalışır (ağır hallarda intihara meyilli olur). Magiq təsiri kompyuterimizə düşən virusla da müqayisə etmək olar. Belə ki, virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ təsir də insanın həyatın (fəaliyyətin) dondurur və qəlbindəki məhəbbət hissini silir (əvəzində nifrət kimi ziyanlı “fayl”lar yazılır). Ötən yazılarımızda qeyd etdiyimiz kimi, insandakı sabit cərəyan dəyişən cərəyana çevrilir və nəticədə halı və fikirləri tez-tez dəyişir... Araşdırmalarımız göstərir ki, bu hallar nə qədər qorxulu olsa da aradan qaldırılması mümkün olan bir problemdir. Belə ki, bu cür hallarda komryuter format olunub, fayllar bərpa (vostanovit) olduğu kimi, insanın aurası da “format” olunaraq, pozulmuş hisslər (fayllar) elmi-lədun üsulu ilə bərpa edilə bilir. Bir məqamı xüsusi vurğulamaq istəyirik ki, bu cür fitnə-fəsad işlərlə məşğul olmağı elə həmin ayədə də Allah-təala qadağan edir və belələrinə cəza vəd edir. Bilməliyik ki, etdiyimiz (yaxşı və pis) əməllər bumeranq kimi özümüzə qayıdır, gec-tez bu və ya digər formada qarşımıza çıxır. Odur ki, çalışıb yaxşı əməllərlə məşğul olmalıyıq ki, qarşımıza yaxşılıq çıxsın. “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”? Bildiyimiz kimi, gövhər (ləl-cəvahirat) dənizin dibində, sədəfin içində olur və o, gövhər olmamışdan qabaq ilbiz olur. İlbizin gövhərə çevrilıməsi çox maraqlı və ibrətamiz bir prosesdir. Belə ki, içində ilbiz olan sədəf uzun bir məsafə qət edərək, dənizin dibindən üzünə doğru hərəkət edir. Və bu elə nizamlanır ki, həmin üzə çıxma aprel (nisan) ayında baş verir. Həmin vaxt baharın ilk yağışı yağır. Sədəf ağzını açaraq, bahar (aprel) yağışının ilk damcısını udur və ağzını yumub, təkrar okeanın dibinə qayıdır. Burada bir müddət ilbizlə bahar suyunun arasında reaksiya gedir və nəticədə gövhər (ləl-cəvahirat) yaranır. Dahi şairimiz Məhəmməd Fizuli bu ibrətamiz prosesi bir beyt ilə çox gözəl ifadə etmişdir: “Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”? Qismən maye formasında olan ilbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata (gövhərə) çevrilməsi prosesini insan cəmiyyətində də müşahidə etmək mümkündür. Belə ki, insanın ana bətnində yaranması bir növ gövhərin sədəfdə yaranma prosesinə bənzəyir - hər iki proses örtülü, qapalı mühitdə gedir və “su”? ilə mayalanır. Quranda Yaradan buyurur: "Biz sizi bir qətrə sudan (nüftədən) yaratdıq". Diqqətinizi bu prosesdə daha maraqlı bir məqama cəlb etmək istəyirəm. Belə ki, dənizin dibindən sədəf tapanda, onu yarmamış, içindəkinin inci (gövhər), yoxsa muncuq olduğunu bilmək olmur. Ana bətnindəki övlad da belədir, dünyaya gəlməmiş, onun xeyirli və yaxud xeyirsiz (qiymətli, yaxud, qiymətsiz) olduğunu bilmək olmur. İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini cəmiyyətdə başqa formada da müşahidə edirik. Belə ki, hansı nəslin kökündə xeyirxah, əməlisaleh, yaxud, kəramətli adam olubsa, zaman keçdikcə həmin nəsildən kimdəsə bu əlamət özünü büruzə verir. (Və yaxud, əksinə, nəsildə bir mərdümazar olanda, gələcəkdə ona bəzəyən biri doğulur ki, buna biologiyada irsən keçmə deyilir.) Dahi Füzuli həm də bunu nəzərdə tutub deyirdi ki, “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”?. Yəni, əslindən, kökündən ilham almayan yaxşılıq edə bilməz. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, insanın cismi ruhu üçün sədəfdir (onu gizlədən örtükdür). Ruh nə qədər ki, cisimdə gizlənib, onun pak (oxu: gövhər), yoxsa çamur (oxu: muncuq) olduğunu bilmək mümkün olmur. Ruh əgər gövhər misalındadırsa, “sədəfdən”? azad olduqdan sonra onun nuru zaman-zaman özünü müxtəlif formalarda biruzə verəcəkdir. Çalışaq gözəl əxlaqımız və əməllərimizlə ruhumuzu cilalayaq ki, gövhər kimi parlasın və ətrafa işıq saçsın. Bu gün dünya ölkələrinin böyük əksəriyyətində insanlar korrupsiya bataqlığında boğulmaqdadırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri bu bataqlıqdan xilas yollarını düşünməkdədirlər. Bunu nəzərə alıb, elmi-lədun yolu ilə bizə öyrədilmiş dövət quruluşu sistemini paylaşırıq ki, xalqlar gələcəkdə bu sistemi öz ölkələrində tətbiq etməklə, elə dövlət qursunlar ki, o quruluşda (məmurlar istəsələr belə) korrupsiyaya qurşanmaq mümkün olmasın. Öncə qeyd edək ki, qədim dövrlərdən başlayaraq, korrupsiya dövlətlərin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmlakının talan edilməsi, maliyyə fırıldaqları və bu kimi başqa cinayət əməllərinin kökündə məhz korrupsiya durur. Bu gün dünyadakı bir çox korrupsioner rəhbərlərin əsas amalı bunlardır: dövlət büdcəsini dağıtmaq, gənclərin mənəviyyatını pozmaq, həkimlərin, müəllimlərin və başqa peşə sahiblərinin vasitəsi ilə xalqı məhv etmək, seçkilərin nəticələrini saxtalaşdırmaq, xüsusi mülkiyyəti məhv etmək, ekoloji tarazlığı pozmaq, insan və vətəndaşların əsas azadlığını məhv etmək, mətbuatı yaltaq jurnalistlərlə “bəzəmək”, azad sözü boğmaq və ən əsası dövlət hakimiyyətindən öz şəxsi məqsədləri üçün sui-istifadı etmək. Korrupsiya hüquqi aktların və dövlətin inkarı deməkdir. Korrupsiya zülmü, zorakılığı, özbaşınalığı və s. bu kimi alçaq və rəzil xüsusiyyətləri özündə ehtiva edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər qədim bir əməldir. Rüşvət alan hakimin orqanı alınıb Dövlət orqan bankına təhvil verilməlidir ki, o, belə əməldən çəkinsin. Göydə uçan quşun hara gedəcəyi məlum olmadığı kimi, pis dövlət başçısının da nə edəcəyi məlum olmaz. Korrupsioner rəhbərlər elə edərlər ki, korrupsiya əməli pis hal kimi deyil, dolanışıq halı kimi qələmə verilsin. Hüquqi aktların işləməməsi korrupsiyanın əsas səbəblərindən biri kimi göstərilməlidir. Korrupsiyanın qarşısını almaq üçün məmurun maaşı artırılmalı və göstərdiyi xidmətə uyğun bonus əlavə edilməlidir. Məhkəmə hakimiyyətində korrupsiyanın olmasının əsas səbəbləri bunlardır: hakimlərə ciddi cəza nəzərdə tutulmaması, hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrindən istifadənin çox olması (hüquqi aktlarda boşluqların yaranmasına səbəb olur), ictimai nəzarətin olmaması, nəzarətedici orqanın olmaması, cəzasızlıq sindromu, sahibkarların azad olmaması, hüquqi aktların işləməməsi, hakimlərin şəffaf seçilməməsi və s. Korrupsiyanın nəticələri bunlardır: kölgə iqtisadiyyatı yaranır, monopolistlər iri vəzifə sahibləri olur və onların sayı artır, təhsil və səhiyyə çökür, əsgər və zabitlərdə qələbəyə inam ölür, elmin inkişafı ləngidilir, xalqın milli mənəviyyat hissi ölür; yaltaq ziyalılar sinfi meydana gəlir, beyinlər kütləşir, dövlətin içindəki mafioz qruplar biznesmenləri sıxır, yoxsulluq artır, hakimiyyətə inam azalır, xarici sərmayəçilərin etibar və inamı itdiyindən yatırımlar azalır, hüquq-mühafizə orqanları konkret şəxslərə və ailələrə işləyir, tayfa klan hakimiyyətləri yaranır, sifarişli məhkəmələr və s. Hansı xalq ki, korrupsiyaya hörmət kimi baxır, o, xalq şübhəsiz məhvə məhkumdur. Korrupsiyanın əcdadı mənəvi pozğunluqdur. Rüşvət alan məmura ilk öncə xəbərdarlıq edin və onun iş yerini dəyişin. Əgər o ikinci dəfə bu hərəkəti etsə, o zaman onun bütün əmlakı dövlət tərəfindən alınsın, hərracda satılsın və ehtiyacı olanlara əvəzsiz verilsin. Yaradan insana var dövləti ona görə verir ki, insan onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana yardım etsin. Ey insanlar, sizin ən böyük amalınız zülm və istibdaddan, qorxu və ehtiyacdan azad bir dövlətdə asudə və rahat yaşamaqdır. Ey insanlar, bilin və agah olun ki, insanın insana qarşı törətdiyi cinayətin kökündə şübhəsiz, varlanmaq ehtirası dayanır. Varlı olmaq və ya yaxşı yaşamaq hamının istəyi olsa da, başqasının hesabına varlanmaq hər adamın arzusu deyil. Hər bir insan öz zəhməti hesabına varlanmalı, yalnız haqqı olan maddi nemətlərlə kifayətlənməlidir. Ey insanlar, bilin və agah olun ki, var dövlət toplamaq insanın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəmbərlər, filosoflar hamıya dəfələrlə bəyan edərdilər. İnsanın ən böyük missiyası xeyir əməl sahibi olmaq və elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşəriyyəti maarifləndirmək, əhəmiyyətli ideyalar irəli sürmək və həyatı dərk etməkdir. Ey rəhbərlər! İşçilərnizə inanın, amma, daima onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz. Müharibələrin özü insan acgözlüyünün, hərisliyinin ən yüksək səviyyəsi deyilmi? İnsan qətlləri, üsyanlar hakimiyyət ehtirasının nəticəsi deyilmi? Bəzi şəxslər deyərlər ki, dünya fanidir, vəfasızdır. Əslində fani də, vəfasız da tamahkar insanın özüdür. Bir insanın təminatı yoxdursa, öz evində acından ölürsə, onun ölümündə kimdir günahkar: insan, dünya, yoxsa dövlət? Məgər dövlət elə insan deyilmi? Dövlətin başında duran kimdir: dünya, yoxsa insan? Əl idarəçiliyin simvoludur; məgər insanlar bunu bilmirlərmi? Əldə beş barmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir: 1) Baş barmaq məhkəmə hakimiyyətini; 2) İşarə barmağı nəzarət edici hakimiyyəti; 3) Orta barmaq imtahanları təşkil edən hakimiyyətin bir qolunu; 4) Üzük barmağı qanunverici hakimiyyəti; 5) Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir. Quracağınız dövlətdə hakimiyyətin bu qolları qarşılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilində müstəqil olmalıdırlar. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün, hakimliyə namizədlər ilk olaraq imtahan versinlər. (İmtahanları vahid qurum təşkil etməlidir.) Sonra isə, hakimlər yüksək bal toplayan namizədlər arasından xalq tərəfindən seçki yolu ilə seçilsinlər. Məhkəmələr Cinayət, Mülki, İnzibati, İqtisadi, Apellyasiya və Ali məhkəmələrə bölünsünlər. Məhkəmə qərarlarının icrasına “Nəzarət edici orqan” nəzarət etsin. Nəzarət edici orqanı “Baş Senzorluq” adlandırın. Senzorun rəhbəri “Baş senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi aktların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər. Baş Senzor senzorlar arasından stajı, biliyi və təcrübəsi nəzərə alınmaqla, püşk atma yolu ilə 7 il müddətinə seçilsin və bir daha bu vəzifəni tuta bilməsin. Keçmiş Baş Senzor seçilmiş şəxs səlahiyyət müddəti bitdikdə birbaşa Dövlət Şurasının üzvü sayılsın . Dövlət Şurasının üzvləri insan hüquq və azadlıqlarına ziyan verəcək hər bir qərara veto qoymaq hüququna malik olsunlar və onlar toxunulmaz sayılsınlar. İmtahan Şurası ən savadlı, bilikli, elm adamlarından ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi dövləti savadlı kadrlarla təmin etmək olsun. Qanunverici hakimiyyət isə, Hüquqi aktların ekspertiza şurasıdır. Şura bütün hüquqi aktlar qəbul edilməmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və digər peşə sahiblərindən ibarət olsun. Şurada qanunvericilik təşəbbüsünü hər bir vətəndaş elektron və yazılı formada bildirə bilər. Şurada millət vəkilləri olmasın. Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırlasınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalıdır. Şurada hazırlanmış qanunları (və onlara vaxtaşırı edilən dəyişiklikləri) ümumxalq referendumu ilə qəbul edin. İcraedici hakimiyyətinizin başçısını Strateq adlandırın. Strateq öz icra səlahiyyətlərini həyata keçirmək üçün ixtisaslaşmış qurumlara rəhbərləri Baş senzorluq və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Strateq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir daha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra birbaşa Dövlət Şurasının üzvü olsun. Strateq ölkəni aşağıdakı xalq tribunları vasitəsi ilə idarə etsin: 1) Hərbi işlər üzrə xalq tribunu - bütün silahlı qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nəzarət etsin. 2) Maliyyə işləri üzrə xalq tribunu - dövlətdə işləyən işçiləri və işləməyən vətəndaşları sosial müavinət və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla təmin etsin. 3) Daxili işlər üzrə xalq tribunu - bu vəzifə həm də vitse-strateq sayılsın. Daxili işlər üzrə xalq tribunu ölkənin miqrasiya, vergi, gömrük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti həyata keçirsin. Bu qurum həm də ölkədəki bütün təhqiqat və istintaqları aparsın. Bu quruma rəhbərlik edən şəxs dövlətin bütün qubernatorlarının başçısı sayılsın. 4) Qubernatorlar İmtahan şurasının təşkil etdiyi imtahanları müvəffəqiyyətlə verən şəxslərdən ən çox bal toplamış şəxs seçilsin. Əgər iki və daha artıq ən çox bal toplamış şəxs olarsa, onda qubernatoru onlar arasından püşkatma yolu ilə seçin. Qubernatorlar öz ərazilərində qeydiyyat idarələrinə, təhsilə, səhiyyəyə, ekologiya idarələrinə... tam nəzarət etsinlər. 5) Mədəniyyət işləri üzrə xalq tribunu - turizmə, idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikintilərə icazə versin. 6) Yüksək texnologiyalar və Nəqliyyat işləri üzrə xalq tribunu - su, quru, dəmir yolu, hava, kosmosdakı işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işlərinə nəzarəti həyata keçirsin. 7) Xarici işlər üzrə xalq tribunu - ölkənizin xarici siyasətini müəyyən etsin. 8) İnsan və Dövlətin mühafizəsinin təşkili üzrə xalq tribunu - dövlətinizin və vətəndaşlarınızın təhlükəsizliyini təmin etsin. 9) İqtisadi inkişaf üzrə xalq tribunu - kənd təsərrüfatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları hazırlasın və onları icra etsin. 10) Bütün Banklar dövlətin müstəsna mülkiyyətində olsun. Sələmi haram elan edin. Bank işçiləri maaşlarını dövlətdən alsınlar. Xalq tribunları və qubernatorlarınızın səlahiyyət müddəti beş il olsun və bir şəxs yalnız bir dəfə həmin vəzifələri tuta bilsin. Bu gün dünyada olan xalqların böyük əksəriyyəti korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalmışlar və çıxış yolu axtarırlar. Yuxarıda göstərdiyimiz dövlət quruluşu sistemi bəşəriyyətə bir model olaraq təklif edilir. Əgər sizlər həqiqətən də korrupsiya ilə mübarizə aparmaq, rüşvətxorluğun kökünü kəsmək, tərəqqi etmək istəyirsinizsə, onda öz ölkələrinizdə bu modeli tətbiq etməyniz təklif olunur. "Kəmər insanın belinə necə yapışırsa, cəhalət də insanın belinə elə yapışır" Müzakirədə ilk danışan haqqlı görünər; çoxluğa inanıb haqqı əldən verməyin. Başqa birisi çıxıb hər şeyin səbəb və nəticəsini izah etsə ona inanın. Yaxşı həyat yoldaşı tapan adamın həyatı da yaxşı olar. Həyatınızın və ailənizin xoş olmağını istəyirsinizsə, həyat yoldaşınızı götür-qoy edərək, tanıyaraq seçin. Uçuruma aparan dostlar var; amma, elələri də var ki, doğma qardaşdan daha üstündür. Belə dostlar sınaqlardan çıxan dostlardı. İçki içmək insanı lağ obyekti edər, insanı çox danışdırar, hörmətdən salar. Şərab içmək insanın ömrünü azaldar. İnsanın niyyəti dərin bir quyunun suları kimidir. Ağıllı şəxslər onu üzə çıxarar. Haram qazanılan pul adama dadlı gəlir, lakin sonra o, insana xəstəlik gətirir. Tez varlananın pulu bərəkətli olmaz. Gənclərin qüruru onların tərbiyəsi, yaşlıların qüruru isə, onların hökmü olmalıdır. Yaradan insanların Ondan qorxmasından çox, insanların Ona sevgi ilə bağlanmasını istər. Sevgi ilə haqq ədalət bərpa olunar. Çalışqanın niyyəti həmişə bolluqdu, tələsənin işi isə, həmişə ziyanla nəticələnər. Haram qazanılmış sərvət, duman kimi keçicidir; tez gedər, yiyəsinə xəstəlik gətirər. Sadə insanlar daima yüksələrlər; lovğa və özündən razı insanlar isə, Günəş kimi batarlar. Əgər onlar təkəbbürdən əl çəkə bilsələr Günəş kimi yenidən çıxarlar. Elmin, yaxşı əməlin, sevginin arxasınca qaçan həyatı və şöhrəti tapar. Yaxşı ad böyük sərvətdən, hörmətcil olmaq isə, qızıl-gümüşdən daha üstündür. Yoxsul oğlu elmlənərsə o cahil varlıdan daha üstündür. Comərd olun; kasıba iş, ehtiyacı olanlara qurbanlar kəsib paylayın; onlara əl tutun, axırınızın necə olacağını bilmək olmaz. Siz edin ki, sizə də etsinlər. Yoxsulu kasıb olduğu üçün kiçiltməyin, günahsızı boş yerə həbsə məhkum etməyin. Heç kəsə yaltaqlanmayın və heç bir iş yoldaşınızı da yalandan rəhbər işçinizə satmayın. Yalnız işinizdə usta olun ki, zirvələri fəth edəsiniz. Atalarınızın hər dediklərinə kor-koranə tabe olmayın; savadlanın, ağlınızla dərk edin və pis təsirlərdən uzaqlaşın. Çalışın həmişə ağlınız hisslərinizdən üstün olsun. O zaman yüksələnlərdən olarsınız. Uşaqlarınızı döyməklə yox, sevgi və təcrübə ilə başa salın. Tərbiyə keçicidir. Əxlaqsız kişi və qadınlardan uzaq olun. Əxlaqsızlar dərin bir quyudurlar, sizi ora çəkər və tələf edərlər. Nə xoş günahkarı mühakimə edənlərin halına. Pisliyi unudan yaxşılığı ondan daha tez unudar. Bütün xalqlar həmrəy olmalıdırlar. Yerində deyilən söz ən böyük igidliklərdəndir. Qızıl zərgər üçün nədirsə, kitab da müdrük adam üçün məhz odur. Xalqlar birləşsə ən güclü müqaviməti qırarlar. Çətin gündə pis rəhbərə güvənmək çürük dişə güvənmək kimi bir şeydi. Haqsızlığa tabe olan şəxs çirklənmiş quyu kimidir. Zəngin sərvəti olan ölkə əhalisini yoxsullaşdıran hökmdar quduz it kimi bir şeydir; nə ona tabe olun, nə də onun dövründə çıxarılan qanunlara. Yoxsulu olmayan hökmdarın adı daima tarixdə qalar. Elələri var ki, dişləri qılınc, çənələri bıçaqdı, yoxsulları tutub udarlar. Ey Rəhbərlər, burnunu sıxsalar qanın, xalqı sıxsalar canın çıxar. Hər insanın içində bir Günəş var, imkan verin o parlasın. Artıq elminizi hərbidə deyil, tibbdə sınayın. Meşələrdə əlinizi quş yuvasına salıb quş yumurlarını yığan kimi, satqın rəhbəri olan xalqların sərvətlərini yığmayın. Sərhədləri açın və dünyanı bir kənd halına gətirin. “Yeyəlim-içəlim, necə olacaqsa sabah öləcəyik” - deməyin; bəşəriyyətə fayda verin. Kasıba iş verin, o zaman uzunömürlü və Yaradana qovuşanlardan olarsınız. Ey qayğısız qadınlar, qalxın, səsimi eşidin. Qardaş, ər və övlad acısını dadmaq istərdinizmi? “Yox, istəmirik” - deyərsiniz. Bəs nə üçün müharibələrə etiraz etmirsiniz?! Əgər dünyada sülh olmasa şəhərlər kişisiz qalacaq, insan nəsli yox olacaq. Ot quruyar, dəmir paslanar, dağ yerlə yeksan olar, yalnız Yaradana qovuşanlar əbədi yaşayarlar. İnadkarlığa hamilə qalıb ətaləti sevənlər, çəkilin, bəşəriyyət irəliləsin. Kəmər insanın belinə necə yapışırsa, cəhalət də insanın belinə elə yapışır. Çalışın cəhalətdən xilas olasız! Ey bəşər övladları! Yaradanın xatirinə ədaləti qoruyan şahidlər olun. Hər hansı bir camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Yaradana yaxınlaşmaq üçün vasitə axtarın. Əgər yetimlərin həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə, o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya (verilən salamı olduğu kimi) qaytarın! Ey Kitab əhli! Dininizdə ifrata varmayın və Yaradan barəsində yalnız həqiqəti deyin. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa qalan insanlar ziyan içərisindədir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Siz yetimə ehtiram göstərməlisiz, kasıbı yedirməyə bir-birinizi təhrik etməlisiniz. Mirası hərisliklə yeyirsiniz, var-dövləti də hərisliklə sevirsiniz. Yaradan hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi. Yaradan sizi torpaqdan bir bitki kimi bitirmişdir. Çalışın biri-birinizi kasıbı yedirtməyə rəğbətləndirin. Kamil insanlar dünyanı əl içi boyda bir çadıra çevirəcəklər. Sizlər bir gün səhər yuxudan oyananda görəcəksiniz ki, bir gecədə dünyaya sülh qarı yağıb, sərhədlər görsənmir. Bu sərhədlər millətləri, irqləri, ölkələri, biri-birindən ayıran bir maneədir. Sizlər o an dünyanın vətəndaşı olacaqsınız. Elə hökümətlər vardır ki, günün günorta çağı, öz xalqını soyurlar. Onıar yalandan Yaradanın adından danışarlar, adil olduqlarını deyərlər. Onların sözlərinə yox, əməllərinə baxın. Hansı ölkədə ki torpaqlar məhsuldardır, orada idarəedənlər ədalətsiz, yalançı olar. Hansı ölkədə ki torpaqlar məhsuldar deyil, insanlar aqil olar, idarəedənləri isə adil olarlar. Bunun səbəbi həmin torpaqların üzərində yaşayan insanların elmə marağından aslıdır. Çalışın, torpaqla uğraşarkən elmlənməyi də unutmayın ki, əməyinizi istismar etməsinlər. Haqqınızı elminizlə qoruyun. Güclü küləklərin qaldırdığı dalğalar ləpələnəcək, sərhədləri aşacaq, dünyaya səs salacaqdır. Ədalət bərpa olunduğu gün sülhün doğulduğu gündür. Bəzi dəllallar sizin yaradıcı istedadınıza mane olarlar; sizə paxıllıq edərək belə söylərlər: “Həyat bir anlıqdır və fanidir, özünü belə şeylərlə yorma”. Belə sözlərə aldanmayın. Çalışın dünyanı və insanları mütərəqqi fikirlərlə dəyişin. Onda uğur qazananlardan olarsınız. Biz elə etməliyik ki, hamı müdrük olsun. Müdrük insanın ürəyi tərəziyə bənzər və o heç bir şəxsin haqqında girməz. Avam insan isə, kar, kor, lal insana bənzəyər; onda yeni fikirlər yoxdur. Onu ancaq qədimdən gəlmə fikirlər və öz dərdi maraqlandırar. Onlarda özünə inam yoxdur. Kamillik dövründə yoxsulların nəsibi susmaq və səbr etmək olmayacaq. Əsəbləşmək, hirslənmək acizlik əlamətidir. Əsəb coşğunluğu olan insanın ən böyük dərmanı oruc tutmaq, təmiz havada gəzmək və xoş ünsiyyətdir. Bütün əsəbiylə ətrafa atəş saçan insana veriləcək ən böyük cavab susmaqdır. Şəhərləşmənin gətirdiyi yalnızlıq, susqunluq, qohumu sevməmək hissi kamillik dövründə qar kimi əriyib yoxa çıxacaq. Qənaətcil olun, israfçı və xəsis yox. Aza qənaət edə bilməyən çoxa da qənaət edə bilməz. Pul sizin tanrınız yox, xidmətçiniz olsun. Pul elə bir şeydir ki, o qəfildən artdıqca insan ölümsüz olacağını düşünür. Pul sizin ömrünüzü artırar, amma, sizə əbədi həyat verməz. Gərək siz cəmiyyətə faydalı olasınız ki, Yaradana qovuşanlardan olasınız. Kamil insanlar çeşməyə bənzəyərlər. Elə çeşmə ki, o susuzluqdan yanan dodaqların alovunu alan fərahlıq mərkəzidir. Hər bir şeydə gözəlliklər görməyə çalışın. Hər çirkinlikdə bir gözəllik gizlədilmişdir. Aqil olun ki, bunu tapasınız. Bunu tapan insanlar uzunömürlü olarlar. Könül nə mal istər, nə mülk; könül ədalət və sevgi istər. Yaxşılıq icad edənlər Yaradana qovuşarlar. Pislik icad edənlər vəhşi heyvandan fərqlənməzlər. Bütün insanlar, irqlər, dinlər bir kökdən yaranmışlar və bunları ayırmaq əti dırnaqdan ayırmağa bənzər. Can qorxusu olmasın, bəşəriyyətə fayda verməmə qorxusu olsun. Yer kürəsi bizim vətənimizdir. Sual verməkdən qorxmayın. Dünyada sual verənlərin sayı çox olsa avamlıq tarixə qovuşar. Xoş ətirlərdən istifadə edin; onlar ürək açandır. Ətir bayramı keçirin. Çalışın həmin bayramda yeni-yeni ətirlər yaradın, həmin ətirlərin ilk iyi ətir bayramında hiss olunsun. Konstitusiyalar, qanunlar sizi qorxutmasın; unutmayın ki, onlar qələmlə yazılıb və silinərək sizin üçün daha sərfəli şərtlərlə əvəzlənə bilər. Əsas odur ki, haqqınızı, hüquqlarınızı tələb edənlərdən olun. Həyat elə bir müəllimdir ki, heç bir tələbəsinə öz sirlərini təcrübəsiz öyrətmir. Pis adamlar çoxdur. Pis adamların bəziləri istəyir ki, onun ucbatından heç kəs sevinməsin, elə olsun ki, hamı ona möhtac olsun, amma, o heç kimə təmənnasız yaxşılıq etməsin. Əgər kimsə bir başqasına yaxşılıq edirsə, paxıl adamlar kədərlənər və ürəyində deyər ki, vay, o məndən daha yüksək olacaq. Bir para pis adamlar isə, daima fikirləşər ki, qoy başqasının haqqını yeyim; nə olur olsun, pulum çox olsun, o zaman mən ölümsüz olaram. Bir qurup pis adamlar da çalışarlar ki, yaxşılıq və xeyirxahlıq həmişəlik yer üzündən silinsin. Sevgi səmimilik yaradır, qorxu isə, tabeçilik yaradır. İnkişaf etmiş ölkələr lütləşməklə, əxlaqsızlıqla inkişaf etmədilər. Elə olsaydı ibtidai icma quruluşunda paltarsız insanlar ən inkişaf etmiş ölkə yaradardılar. Əxlaqsızlıq insanı, ailəni, dövləti məhv edir. Ancaq elmlə, biliklə inkişaf etmək olar. Əxlaqsızlığın qarşısını almaq üçün çoxlu iş yerləri açın və gəncləri evlənməyə təşviq edin. İçimizidən keçən yaxşı niyyətlər belə bizim əxlaqımızı gözəlləşdirir və bir gün gəlir o yaxşılığı həyata keçirmək imkanı doğurur. İnsan anlamalıdır ki, onun oruc tutmasının, ibadət etməsinin Yaradana xeyri yoxdu və o, bunları yalnız özü üçün edir. Bütün sıxıntılarımız özümüz üçün dua etməməyimizdən və paylaşmamağımızdandır. İnsanı qorxuya salan məlumatsızlıqdır; oxuyun ki, məlumatınız çoxalsın. Bu kitab mimikadan istifadə etməyən natiqdir. Bu kitab qədimdəki vəsiyyətləri gələcəkdəkilərə çatdırar. Maşın yanacaqsız hərəkət etmədiyi kimi, insan da yaxşı əməlsiz yaşaya bilməz. Müdrüklərin xəbərdarlıqlarına qulaq asmayan əvəzini ödəyər; buyruqlara hörmətli olan mükafatını alar. Müdrüklərin öyrətdiklərini həyat qaynağı bilin, insanları erkən ölüm tələlərindən qurtarın. Ehtiyatlı adam işini bilərək edər; ağılsız adam isə, axmaqlığını sərgiləyər. Yerinə yetən dilək xoşbəxtlik gətirər. Ağılsız adam pislikdən uzaq qala bilməz. Müdriklərlə dostluq edən müdrik olar; ağılsızlarla dostluq edən zərər görər. Müdrik qadın evini saray edər. Axmaq qadın isə, evini xarabaya çevirər. Axmaq müdrikliyi axtarsa da tapa bilməz. Ağıllı üçünsə bu su içmək kimi asandır. Axmaq adamlardan uzaq gəzin, çünki, onda öyrəniləsi bir şey yoxdur. Elə yol var ki, insana düz kimi görünər, amma, sonu ölümdür. Bu yol əxlaqsızlıqdır. Axmaq adam hər sözə inanar. Ehtiyatlı olansa atdığı hər addımı hesablayar. Müdrik adam qorxduğu üçün, pislikdən uzaqlaşar; fikirləşər ki, bu əməl, bu qida onun səhhətinə ziyan gətirər. Axmaq isə, nağıllardan qorxub bu işi etməz. Axmağın mirası ağılsızlıqdı. Müdrükün tacı isə ağıldır. Kamillik dövründə alçaqlar yaxşılara, acgözlər isə, müdrüklərə məğlub olacaqlar. Tənbəli doğmaları da sevməz; lakin çalışqanın dostu çoxdur. Daima çalışqan olun. Hər əmək qazanc gətirər. Əməlsiz ibadət isə, insanı tənbəlliyə aparar. Dünyanın ucalığı xalqların vicdanının və elminin artmasına bağlıdır. Xalqlar vicdansız və elmsiz olarsa dünya məhv olar. Gec hirslənən ağıllı, tez hirslənən isə axmaqdır. Sülh sevən insan çox yaşayar; dalaşqan isə az. Tənbəl olub cəmiyyətə yamaq olmaqdansa, çalışqan olub hamıya xeyir vermək daha üstündür. Müzakirə olmasa nəyin düz, nəyin səhv olduğunu siz heç vaxt bilmərsiniz. Qərarlarınızı müzakirə edərək verin. Halallıqla qazanılan az şey, haqsızlıqla qazanılan böyük gəlirdən daha bərəkətlidir. İnsan ağlı, maşın sürəti, mal çəkisi ilə fərqlənər. Ağıl insanın mənəvi çəkisini artırar. Onların doğumları və ölümləri də fərqlidir. Allah buyrduqlarını ağıllı şəxslərin diliylə açıqlayar. Bu səbəbdən ağıllı şəxslər ədaləti tapdalamazlar. Dürüst danışanı hamı sevər, çünki, onlar cəmiyyəti xəstələnməkdən qoruyarlar. Xoş söz pətəkdəki bal kimidir - cana şirin və bədənə şəfadır. Sülhü sevin, bu bəşəriyyətin ən böyük tələbatıdır. Çörəkçini çalışdıran onun iştahıdır; tənbəllik insanı qamçılayar. Göz qırpmaq əsəbiliyə və yalançılığa, hiyləgər təbəssümlər isə, pisliyə işarədir. Səbrli şəxs igiddən daha üstündür. Özünə nəzarət edən şəxs uca fatehlərdən daha üstündür Nəvələr babaların, ədalət də idarəedənlərin tacıdır. Ağılsıza ağıl vermək balaları əlindən alınmış ayıyla vuruşmaq kimidir. Davanın başlanğıcı su sızıntısına bənzəyər. Qan çıxmamış çəkişməni bitirin, axı sizlər müdriksiniz. Ağılsız tez təsir altına düşər, onun gözündə bir pərdə var, onun beyni çox zəifdi, nə desələr ona da inanar. Ağılsız onu doğana dərddir, onun atası xoşbəxtlik nədir bilməz. Rüşvət alan sizin haqqınızı oğurlayan kəsdir. Müdrik insanın ağzından çıxan sözlər saf su kimidir. Heç kəsə nifrət etməyin, onlara həqiqəti izah edin. Ağılsızın dili onu ölümə aparar. Qulaq asmadan cavab vermək ayıb və axmaqlığa yozular. Ədalət hisslə dərk olunmur, o ağılla dərk olunur. Qazaxdan Elnur Quliyev adlı oxucumuz yazır: -Hörmətli oxucular, başıma gələn bir hadisəni sizlərlə bölüşmək istərdim. Həyat yoldaşımın bogazında elmi dildə desək qalxanvari vəzin şişməsi - yəni zob xəstəliyi vardı. Bu xəstəlik ona cox əziyyət verirdi. Məsələn, ürək döyüntüsü, əldə uyuşma, saç tökülməsi, özündən aslı olmayaraq əsəb və s. Günlərin bir günü yoldaşımı Qazax rayon xəstəxanasına götürdüm. Analizlər, UZİ aparatı... Cavab heç də ürək açan olmadı. Zob həkiminin yanına gedib, bu xəstəliyin müalicə olunması üçün müraciət etdik. Həkim bu xəstəliyin gecikməsini, üstəlik, müalicənin xeyri olmadıgını qeyd edərək, mütləq cərrahiyyə əməlyatının vacibliyini dedi. Həkimə dəfələrlə sual verdim və cox xahiş etdim ki, bu xəstəliyi müalicə yoluyla dəf etsin. Cox təəssüflər olsun ki, cərrahiyyə əməliyyatınnan başqa cıxış yolu göstərmədi. Sözün açığı rayon yeri olduğu ücün, həkimlərə güvənməyib, Bakıya üz tutdum. Bakıda təkrar analiz, UZİ... cavab eyni - rayondakı kimi çıxdı. Bakıda da eyni sözü dedilər: bu xəstəlik gecikmədən cərrahiyyə əməliyyatı olunmalıdır. Gecikərsə ağır xəstəliklə nəticələnə bilər. Bir az müalicə edib, cərrahiyyə əməliyyatı olmaq üçün hazırlaşmağımızı təklif etdilər. Nə isə, təklifi qəbul edib, Bakıdan dərmanları alıb, rayona döndüm. Rayonda 10 gün müalicə olunduqdan sonra, həkimin 10 gündən sonra təkrar UZİ aparatından kecmək tapşırığına əməl edib, müayinədən keçdim və analizlər verdim. Heç bir xeyri olmadı... Yenidən Qazax rayonunda calışan həkimin yanına getdim və analiz kagızlarını, üstəlik Bakıda yazılan dava-dərmanların reseptini göstərdim. Həkim kagıza baxaraq cox əsəbləşdi: bu nədi, bunu kim yazıb - dedi? Dedim Bakıda həkim yazıb, noolub, nə məsələdi? Dedi hansı agılla, hansı savadla bu dərmanları yazıb? Bu dərmanların xəstə ücün heç bir aidiyyəti yoxdur; bu dərmanlar sadəcə müqaviməti gücləndirmək ücündür. Etməyib tənbəllik, Bakıda olan həkimlə, rayonda olan həkim arasında telefon əlaqəsi yaratdım. Biraz danışdıqdan sonra telefonu söndürüb: o kimdi bilmirəm, tanımıram, bircə onu bilirəm ki, o savadsız həkimdi - dedi. Dedim həkim, bəs mən nə edim, hara gedim, nə məsləhət görürsən? Dedi əgər istəyirsən müalicə yazım, 2- 3 ay bu müalicəni edin. 2-3 aydan sonra cərrahiyyə olunmalıdı, başqa çıxış yolu yoxdur. Dedim yaz, onda nə yazırsan. Nə isə, bir vərəq dava-dərman yazıb, bizi ugurladı: gedin, 3 aydan sonra gələrsiz deyə. Xəstəxananı tərk edib, başqa bir zob həkiminin yanına üz tutdum. Eynisini o biri həkim də dedi və o da başqa bir resept yazdı: gedin bunları alın, cərrahiyyəyə hazırlaşın dedi. Gəldim aptekə, satıcıya yaxınlaşıb reseptin ikisini də uzadaraq: qardaş, səndən çox xahiş edirəm bu reseptin hansını məsləhət görürsən? - deyə soruşdum. Cavab verdi ki, ikinci getdiyin həkim illərin həkimi oldugu üçün, onun reseptini al. Ən azından illərin həkimidi - dedi. Nə isə, dəva- dərmanı alıb, evə döndüm. Bir necə vaxt aradan keçdi, təkrar analiz UZİ aparatı... heç bir xeyri olmadıgını gördüm. Cərrahiyyə əməlyatı ücün hazırlaşdım. Bu arada moderator.az saytında bir xəbərə rast gəldim. Dava-dərmansız elmi-lədun metodu ilə insanların xəstəliklərdən müalicə olunmasının mümkünlüyü barədə bir xəbəri oxudum. Bu həkimin adı Paşa Yaqub idi. Etməyib tənbəllik Paşa Yaqubu tapdım. Onunla tanış olub, başıma gələni ona danışdım. Cavab verdi ki, Elnur, yoldaşınla gəl yanıma, narahat olma, mən sagaldacam. Sözün acıqı ilk başda inanmadım. İnanmamagımın səbəbi həkimlərin cərrahiyyə əməlyatı barədə qəti qərar verməsi idi. Bu qərar gözmün önünü kəsirdi. “Yaxşı, Paşa doktor, gələcəm” dedim. Bu arada Bakıda yaşayan bir qohmum depresiyya deyilən bir xəstəlikdən çox əziyyət cəkirdi, hər gün səhərdən axşama səbəbsiz yerə oturub ağlayırdı. İlk öncə bu yaxın qohmumu Paşa doktorun yanına getməsini istədim. Fikirləşdim ki, bunu sağaltsa, deməli düz deyir, yoldaşımı da sağaldar. Həmin qohumum da mənə güvənərək, Paşa Yaquba üz tutdu. Aradan iki həftə kecmiş qohumumun yaxşı olması xəbərini eşitdim. Paşa Yaquba daha da inamım artdı. Etməyib təmbəllik 470 km yolu qət edərək, Bakıya - Paşa Yaqubun yanına getdim. Sağ olsun, məni gözəl bir şəkildə qəbul etdi. İlk senansı elə həmin gün etdi. Bizi yola salarkən daha iki dəfə gəlməyimizi söylədi. “Baş üstə” deyərək, xəstəxanadan uzaqlaşdıq. Onu da nəzərnizə catdırım ki, ilk senansdan sonra yoldaşım özündə biraz yüngülkük hiss elədi. Təkrar rayona qayıdıb, daha iki dəfə Paşa doktorun qəbuluna gəldik. Üçüncü senansdan sonra: Elnur, get, narahat olma, 1 aydan sonra apar harada istəyirsən aparatdan kecir, yoldaşın yaxşı olacaq dedi. Sözün acıgı biraz ürəyimdə şübhə qaldı. Dedim Paşa doktor, bir aydan sonra yenidən aparatdan kecirəcəm, əgər xeyri olmasa səni social şəbəkədə biabır edəcəm. Paşa doctor dedi necə məsləhətdi, nə istəyirsən edərsən, mən Allahı cagırıb, əlimdən gələni etdim, deyərək, mənimlə sağollaşdı. Əziz dostlar, aradan bir ay kecdi, mən üz tutdum yenidən rayonmuzda (Qazaxda) olan klinikalardan birinə, təbii ki, UZİ aparatından kecməyə. Aparatın cavabı cıxdı. Aparata salan həkim Könül xanım təəccüblə yoldaşımın üzünə baxaraq: sən həftənin ikinci, yaxud, ücüncü günü Ağstafaya gəl, səni orada birdə aparata salacam dedi. Biz də “baş üstə” deyərək, xəstəxananın ücüncü mərtəbəsinə - ilk başda cərrahiyyə əməliyyatı olunmalısan deyən həkimin yanına qalxdlq. Əvvəlki aparat kagızını, bir də yeni çıxan UZİ kagızını həkimin qarşısına qoyaraq, həkimdən əvvəlki ilə indiki fərqi öyrənməyə çalışdıq. Həkim üzümüzə baxaraq: bu ola bilməz, bu mümkünsüzdü, deyərək, aparatın xarab olduğunu, cavabı doğru cıxarmadıgını söyıədi. Dedim necə bəyəm, bu aparat hər gün neçə insanı müayinədən keçirir. Bu aparat saxtadırsa nədən onda millətin cibinə girib, yalandan aparatdan kecirirsiz? Cavab əvəzinə soruşdu ki, sən bu xəstəni harada müalicə etdirmisən? Dedim heç bir dəva dərman olmadan, elmi-lədun metdu ilə müalicə olunub. Üzümə baxıb gülümsəyərək: bu mümkünsüzdür, biz həftədə bir, 10 gündə bir alimlərlə yıgışıb müşavirə keciririk, əgər bu xəstəliyin çarəsi olsa biz də bilərik dedi. Dedim bəs biz kimə inanaq neyləyək? Cavab verdi ki, siz gedin yenidən Ağstafada UZİ-dən kecin. “Yaxşı, təkrar kecib gələrik” dedim. Elə də etdim. Təkrar Ağstafada UZİ aparatından keçdik. Aparata salan Könül xanım Qazaxda çıxan aparat kagızını cıraraq: ikisi də eynidi, heç bir fərq yoxdur dedi. Biz yenidən Qazağa həmin aparat kagızına inanmayan həkimin yanına gəldik. Həkim yenidən aparat kagızlarını gözdən kecirərək: “bəli, xəstəlik cərrahiyyəlik deyil, əvvəlkindən fərqli olaraq yarıdan aşagıdır” dedi. Yəni, 50 %-dən az qalıb. Dedi istəyirsən müalicə yazım, o da çıxıb gedəcək. Mən ona gülümsəyərək, çox sağ olun, bizim öz həkimimiz var; hansı ki, dəva dərmansız müalicə edir, ehtiyac yoxdur - deyib, xəstəxanadan ayrıldıq. Təbii ki, sevincimizin həddi hüdüdu olmadı. Mən burdan ilk başda Allahıma, daha sonra Paşa Yaqubu bizim qarşımıza çıxaran moderator.az saytına öz təşəkkürümü bildirirəm. Paşa doktora təşəkkürüm ayrıcadır. Çünki, o, bizim tükənmiş ümidlərimizi doğrultdu; hansı ki həkimlərin verdiyi “bu xəstəlik cərrahiyyəlikdi, başqa yolu yoxdur”, qərarı ümüdlərimizi kəsmişdi. Mən bir daha Paşa həkimə sonsuz təşəkkür edirəm inanıramki yerdə qalan 50 %-də digər senanslarında birdəfəlik yox edəcək. Söz ardı: mənə elə gəlir ki, xəstəxanadakı UZİ xarab olmayıb, ümumilikdə səhiyyə sistemi xarab olub. Elnur Quliyev – Qazax rayonu, Daşsalahlı kəndi. Əvvəlki yazılarımda qeyd etdiyim kimi, tibb elmində müalicəsi mümkün olmayan bir çox xəstəliklərin yaranma səbəbləri və müalicə yolları mənə (elmi-lədun yolu ilə) öyrədildi. Bu yolla sirrini öyrəndiyim xəstəliklərdən biri də autizmdir. Bir neçə ay qabaq moderator.az saytında yayımlanan məqaləmdə bu sindromu yaradan sirlərdən və onun müalicə yollarından bəhs etmişdim. (bax: http://www.moderator.az/news/180699.html ) Həmin məqalədə qeyd etmədiyim məqamlar da vardı. Aradan bir neçə ay keçəndən sonra, o vaxt demədiyim bəzi məqamları indi yazmaq qərarına gəldim. Məsələnin məğzi bundan ibarətdir ki, autizm sindromu uşağın özündən deyil, valideynlərindən aslı olan bir problemdir. Bir qədər də dərinə getsək, bu sindrom magik yolla ötürülən neqativ enerjinin təsirindən yaranır. Belə ki, ana hamilə olarkən (yaxud, hələ qızlıq dövründə) bu cür qara enerjinin təsirinə məruz qalır. Nəticədə ana depressiv hallar keçirir, səbəbsiz əsəbləşir, səbəbsiz ağlayır; qorxuları, həyəcanlanmaları, ağrıları olur... Nəticədə, hamiləlik dövründə baş verən bütün bu neqativ əlamətlər bətndəki uşağın beyninin inkişafdan qalmasına səbəb olur. Beləliklə, doğulan uşaq əsəbi, özünə qapanan, bir sözlə, autizm sindromlu doğulur. Autizmin yaranma səbəbi kimi, onun müalicəsi də mənə öyrədildi. Sonda o da məlum oldu ki, sən onun müalicəsini bilsən də, həmin uşaqların valideynləri uşaqlarını sənin yanına gətirməyəcəklər. Onda mən bu xəbərə inanmadım (daha dorusu inanmaq istəmədim). Düşündüm ki, valideyn necə öz uşağının sağalmasını istəməz? Sonra bu mövzuda mətbuatda dəfələrlə məqalələr yazdım, broşura çap etdirdim. Fikir verdim ki, autizmli uşaqların valideynləri bunları oxuyub, bilsələr də, öz xəstə uşaqlarını mənim qəbuluma gətirmək istəmirlər. Gətirənlər də, bir dəfədən artıq gətirmirlər. Əslində isə, autizmli uşağın ilk üç seansı valideynləri ilə birlikdə, digər seansları isə, təklikdə davam etdirilməlidir (valideynlər istəsələr sonrakı seansları izləyə bilərlər). Psixoloq olaraq müşahidələrim göstərir ki, autizmli uşaqların valideynləri öz uşaqlarını Türkiyə, Ukrayna və s. ölkələrin psixologiya mərkəzlərinə illərlə təkrar-təkrar aparsalar da (hər gedəndə iyirmi gündən çox orada qalırlar), heç bir nəticə olmamasına baxmayaraq, yenə də gedəcəklərini bildirirlər. Amma, mən deyəndə ki, ilk üç seansda hər iki valideyn mütləq iştirak etməlidir, valideynlərdən biri mütləq bundan imtina edir və beləliklə, uşağın seansları baş tutmur. Odur ki, həkimlərdən və psixoloqlardan fərqli olaraq, autizmin yaranma və müalicə sirlərini bilsəm də, indiyədək cəmi bir uşağı müalicə edə bilmişəm. Maraqlıdır ki, müalicə etdiyim həmin uşağın da ata-anası yoxdur və onu bir xeyirxah qadın övladlığa götürərək saxlayır. Ona görə də onu seans edib sağaltmaq heç bir problem olmadı (onu da deyim ki, bu yetim uşağı Allah rizasına, təmənnasız seans etdim). Oxucuda sual yaranacaq ki, xəstə uşaqlarının şəfa tapması üçün illərlə, aylarla xarici ölkələrin klinikalarına ayaq döyən valideynlər niyə öz ölkələrindəki psixoloqun seanslarında üç dəfə iştirak etmək istəmirlər? Şübhəsiz ki, burada müəyyən sirlər vardır və bu sirlərin açması bir vaxtlar məni də düşündürmüşdü. İllər keçdikcə və mən bu cür xəstələrlə bir dəfə də olsa görüşdükcə, bu sirləri açmağa başladım. Qeyd edim ki, bu sirlər autizmi yaradan səbəblərlə bağlıdır. Yuxarıda vurğuladım ki, autizm sindromu magiyanın (cadunun, tilsimin) valideynlərə ötürdüyü neqativ enerjinin təsirindən yaranır. Bu enerji daim diri olduğundan, özü-özünü qoruyur. Yəni, valideynlərin beyninə təlqin edir ki, uşaqlarını mənim yox, xaricdəki psixoloqların seanslarına aparsınlar (hansı ki, o psixoloqlar səbəbə qarşı deyil, nəticəyə qarşı səmərəsiz mübarizə aparırlar). Əgər mənim seansıma gəlsəydilər, hər iki valideyn neqativ enerjidən təmizlənəcəkdi və uğura doğru gedən yolun birinci mərhələsini keçmiş olacaqdılar. Təəssüf ki, autizmin yaranmasına səbəb olan neqativ enerji (magiya), bu mərhələnin də qarşısını almağa qadir olur... Beləliklə, qara enerjidən əziyyət çəkən ailələr xəstə uşağa görə mənəvi əzab çəkməklə yanaşı, xarici klinikalara getməklə, boşuna pul itkisinə də məruz qalırlar... Söz ardı: onu da qeyd edim ki, real həyatda magiyanın toruna düşmüş insan, virtual aləmdə “mavi balina”nın təsiri altına düşmüş gəncə bənzəyir: hər ikisi tora düşür və hər ikisi beynə ötürülən şüuraltı komandanı qeyri-ixriyari icra edir. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |