Dünən Şamaxinkadan taksiyə minib, Qubaya gəldim. Axşamüstü rayona çatdıq. Sürücü başladı o küçə-bu küçə fırlanıb, dilxor halda kiminsə evini axtarmağa. Soruşdum ki, nə məsələdir? Dedi Bakıdan pişik yemi göndəriblər, onun yiyəsini tapıb verməliyəm; yiyəsi də deyir ki, yaşlıyam, bayıra çıxa bilmirəm, gətir evimdə ver, evini də tapa bilmirəm. Beləliklə, qaranlıq düşənədək mən də Qubada bu maşınla o yan bu yana vurnuxmalı oldum.... Sürücüdən soruşuram ki, Qubada siçan yoxdumu ki, buranın adamı Bakıdan pişiyinə yem gətizdirir? Deyir nə bilim, ağılsız adamdır da, elə bilir Bakıdan gələn yem keyfiyyətlidir. Dedim Bakıda kilosu 15-20 manata satılan kolbasaları analizə verdilər, sübut olundu ki, onların tərkibində nəinki mal əti, malın heç qanı da qarışmayıb (DNT analizi heyvana aid heç nə tapmadı kolbasada). İnsana satılan şeyin içinə ət qatılmayıbsa, pişiyə satılanamı qatılacaq??? Pişiyi Allah yaradanda siçanı və s həşaratları onun yemi üçün yaradıb; niyə insanlar Allah yaradan təbii qidanı yox, nə qədər xərc çəkib Bakıdan geydirmə, mənşəyi məlum olmayan (nədən düzəldiyi bilinməyən) qida gətizdirirlər?! Bunu hansı ağılla edirlər? Sürücüyə dedim qadını tapa bilsən ona de ki, əgər evində siçan falan yoxdursa, onda özün yediyin zəhərin (yeməyin) suyuna bir tikə çörək batırıb atsın pişiyin qabağına; pişik onu sevə-sevə yeyəcək (yeməsə Bakıdan yem gətizdirər). Camaatı gecə vaxtı küçələrdə əsir-yesir eləyib günaha batmasın. Buna bənzər halı birinci dəfə görsəydim, heç yazmazdım. Təssüf ki, bu cür lazımsız işlərlə əhalinin əksəriyyəti məşğul olur və bununla guya savab qazandıqlarını düşünürlər. Əslində isə, itə, pişiyə və s çöl heyvanlarına verilən yemdən, sudan insana heç bir savab gəlmir. Bunu sizə Allahın elm verdiyi şəxs olaraq deyirəm ki, biləsiniz (məndən başqa bunu sizə heç kəs deyəsi deyil). Niyə savab yoxdur? Çünki, o heyvanları (iti, pişiyi və s evinizə məhkum etdiyiniz heyvanları) Allah çöl üçün yaratdığına görə, həm orqanizmlərini şaxtaya davamlı yaradıb, həm də onların ruzilərini çöldə verib. Onların qidası həşaratlardır ki, bununla həşaratların çoxalmasının qarşısını alırlar. Həm də zibilliklərdə, çöllərdə... onların qidalanması üçün kifayət qədər qida var. Elə isə, onlara mağazadan pul verib yem almaq israfçılıqdan başqa bir şey deyildir. Bununla (həm də o heyvanları evdə dustaq etməklə) siz ziyanverici həşaratların (onlardan gələn xəstəliklərin), çoxalmasına şərait yaradırsınız. Guya siz o heyvanlara mağazadan yem alıb verməsəniz, onlar acından öləcəklərmi? İndiyə qədər bir çöl heyvanının, çöl quşunun acından öldüyünü görmüsüzmü? Allah bu barədə Quranda belə buyurur: "Göydə uçan quşu görürsənmi? Onun da ruzisini Biz veririk. Necə ki, onun ruzisini veririk, elə də sizin ruzinizi veririk". İnsanlar iti, pişiyi evə dustaq etməklə, həm də özlərini onlara tay (bərabər) edirlər. Sən kiminlə yoldaşlıq edib, birlikdə yaşayırsansa, həm cəmiyyət içində, həm də Allah yanında hörmətin onun qədərdir, bunu bilməlisən (bunu sənə sıradan biri demir, Allahın elm (elmi-lədun) verdiyi şəxs deyir). Görmürsənmi evdə it saxlamadığı dövrdə insanın hörməti necə yüksək idi? İtlə bir yataqda yatmağı özünə yaraşdırdıqdan sonra insanın hörməti it qədər, ondan daha az olmadımı? İnanmırsansa get it sığınacağında bir itə çəkilən xərcə də bax, dövlətin sənə, sənin övladına çəkdiyi xərcə də bax, mənim düz dediyimə əmin olacaqsan. Dövlətin bu cür münasibətinə görə əhalinin doxsan faizdən çoxu dövlət başında duranları qınayır. Bəlkə də mən ölkədə yeganə adamam ki, belə vəziyyətə görə dövlət başında dayananları yox, xalqı qınayıram. Xalq özünə hansı qiyməti qoyursa, rəhbərlər də o qiyməti qoyur, bu təbiidir. İt saxlanan evlərə girəndə görürsünüzmü, evdən adam iyi (ətir iyi) yox, məhz it iyi gəlir. Bilmirsən adam (insan) evinə girmisən, yoxsa it damına. Bu cür heyvani yaşayışı insan özünə yaraşdırırsa, onda dövlət rəhbərlərini niyə qınamalıdır ? (onlar da sizə birgə yaşadığınız, birlikdə yatdığınız canlı kimi baxırlar). İnsanların bir qismi də yaltaqlıq edərək, rəhbərlərin düz bağırsağına girməyi özünə yaraşdırırsa, onda düz bağırsaqdakı qurdla onun arasında nə fərq oldu? Dövlət də sizə bağırsaqdakı qurd qədər hörmət qoymursa, siz niyə özünüzü yox, rəhbəri qınayırsız? Özünüz rəhbər olsaydız qurdla (yaxud it-pişiklə) birgə eşələnənə bundan artıq qiymət verərdinizmi? Mən qiymət verməzdim. Bəs kimə yaxşılıq etsəniz savab qazanarsınız? Çöl heyvanlarına (itə-pişiyə...) Sizin edəcəyiniz ən böyük yaxşılıq onları azad buraxmaqdır. Onlar özlərinə ruzi tapıb, yaşayacaqlar. Əgər onları mühafizə məqsədi ilə həyətə bağlayırsınızsa onda süfrənizin artığından onlara vermək borcunuzdur. Artıq bu savab deyil, onların xidməti müqabilində sizin vəzifə borcunuzdur (ya azad etməlisiz, ya da yem verməlisiz). Amma, çöl heyvanı hamilədirsə, doğursa, yaxud, körpə balası varsa onun köməksiz halda olan, ayağı yer tutmayan balalarına yem, su verərsinizsə bu sizin savabınıza yazılacaq əməldir. Qalan hallarda bu işlərdə savab yox, sizin üçün əyləncə var (onlara yem verəndə könlünüz xoş olursa, bu sadəcə bəyənilən bir əyləncə növüdür). Əgər savab qazanmaq istəyirsinizsə, maddi cəhətdən özünüzdən aşağı olan, sizə möhtac olan insanlara imkanınınız daxilində yaxşılıq edin, tərəzini düz çəkin, verdiyiniz sözə nə olur olsun əməl edin, iş gördürdüyünüz adamın (razılaşmaya uyğun) haqqını kəsməyin və həmən verin. belə etsəniz Allah yanında hörmət qazanıb, ucalacaqsız. Onda Allah rəhbərlərin sizə zülm etməsinə imkan verməyəcək. Unutmayın ki, siz özünüzə nəyi rəva bilsəniz Allah da, rəhbər də...onu rəva biləcək.... Yazıya əlavə: onu da bildirək ki, evində it saxlayanlar həmin itin güclü nəfsinə gəlirlər (bu, həyət itlerine aid deyil). "Filankəsin nəfsi it nəfsidir", "filankəs elə bil it nəfsinə gəlib". El arasında işlənən bu ifadələr təsadüfi deyildir. Canlılardan ən güclü nəfis itdə olduğundan, bu heyvan ümumiyyətlə nəfis rəmzi sayılır. Bir məqamı da qeyd edim ki, evdə saxlanan erkək itin nəfsi qadına, dişi itin nəfsi isə, kişiyə keçir. Buna görə də, it saxlanan evdə insanlar xəstə və uğursuz olurlar. Ailə qurmaqda çətinlik çəkirlər, yaxud, qurduqları ailə uğursuz olur. Bütün bunlar itdən gələn nəfsin (neqativ enerjinin) təsirindən baş verir (bu hal həyətdə saxlanan itlərə aid deyil). Hörmətlə: Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi
0 Comments
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu Allah üçün çox asandır!" "Ay" surəsi, 22 Bildiyimiz kimi dünən (23.01.2024) Şirvanda yerləşən hərbi zavodda partlayış baş verdi. Nəticədə xeyli insan yaralandı. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən hadisə digər əsgər ölümləri ilə riyazi şəkildə əlaqələnməklə, ölkədəki haqsızlığa, ədalətsizliyə Allahın qəzəbinin təzahürüdür və xəbərdarlıq məqsədi daşıyır. Bunu aşağıdakı hesblamalardan aydın görmək olur: 1) Xatırladaq ki, bir neçə ay qabaq Xaçmazda körpü uçanda (15.09.2023) bunun Allahdan xəbərdarlıq mesajı olması barədə hesablamalar paylaşmışdıq. Maraqlıdır ki, dünən həmin hadisənin 132-ci günü idi və bundan Quranın surələrinin sayını çıxsaq, alınan ədəd Şirvanın rəmzini (seriyasını) göstərməklə, hadisənin Allahdan xəbərdarlıq olması barədə söylədiyimiz fikri təsdiq edir: 132 – 114 = 18 2) Şirvandakı partlayış, Cəlilabadda yaşayış binasının yanması ilə də riyazi şəkildə əlaqələnir. Belə ki, 26.03.2023-cü il tarixdə Cəlilabad şəhəri Zərifə Əliyeva küçəsində yaşayış binası yandı. Dünən həmin hadisənin 304-cü günüdür ki, bundan da orjinal (Kəbədəki) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd yenə də Şirvanın seriyasını göstərməklə, hadisənin Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 304 – 286 = 18 3) Dünən hərbi zavod partlayanda Laçında hərbçilərimizin qəzaya düşərək dünyasını dəyişməsinin 18-ci (!) günü idi. 4) Yadınıza salaq ki, əsgər ölümü ilə nəticələnən daha bir partlayış Ağstafadakı hərbi hissədə (06.07.2019) baş vermişdi. Maraqlıdır ki, bu hadisənin 1773-cü günü Şirvanda hərbi zavod partladı. Bu ədəddən Quranın surə və səhifələrinin cəmini, həmçinin, tövbə və cəza rəmzini çıxsaq, yenə də partlayış baş verən rayonun seriyası görünür: 1773 – (114+114+114) – (286+286+286) – 555 = 18 və s. NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, dünən Şirvanda baş verən hərbi zavodun partlaması yolun azmış xalqımıza və onun zülm etməkdə həddi aşan rəhbərlərinə Allahdan növbəti xəbərdarlıq mesajıdır ki, tövbə edərək, günahlarınızdan əl çəkin, doğru yola dönün, əsgərlərinizə (gücünüzə) güvənib, xalqa zülm etməyin. Əks halda əsgərlərinizi də sizi də məhv edərik: "Bu əsgərləriniz kimdir ki , sizi Allahın əzabından qurtara bilsinlər?! Zalımlar həqiqətən yanılırlar". Quran, "Hakimiyyət" (67) surəsi, 20-ci ayə. Xəbərdarlığı çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi "O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!" Quran, 3:81 Bizim şərh: ayənin içərisində olan bu cümləyə diqqətinizi cəlb etmək istəyirəm. Allah bütün peyğəmbərlərə belə buyurub: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi...." "Ağır olan əhdimi..." İşin mahiyyətini bilməyənlərdə sual yaranır: bir Peyğəmbər özündən əvvəlki və sonrakı peyğəmbərlərin doğruluğunu təsdiq edirsə bu niyə ağır olsun ki? Bunun mahiyyətini bilənlər (işin içində olanlar, hikmət verilənlər) üçün bundan ağır bir iş yoxdur. Bunu son illərdə dərk etdim. Məsələn, mənə Elmi-lədun yüklənəndən sonra məndən qabaq uca məqama yüksəlmiş insanların Allah dərgahındakı hörmət-izzətləri mənə bu elmlə bəlli oldu. Quranın hansı ayəsinin onlardan hansına şamil olunduğunun mesajını aldım (hansı ki, o ayələrdə heç bir kəsin adı çəkilmir). O cümlədən Elçi Bəyin Allah dərgahında uca məqam sahiblərindən olduğu haqda da mesaj aldım. Quranın "Göy gurultusu" (ildırım) surəsinin 40-cı ayəsinin hökmünün Bəyə də şamil olunduğu barədə bilgi aldım (ölümündən bir il sonra.) Və bunun xalqa çatdırılması mənə tapşırıldı. Elçi Bəyin 40-ı günü insanları həyacanlandıracaq səviyyədə şiddətli göy gurultusunun baş verməsi də bunun sübutu olduğu deyildi (həmin anda yadıma düşdü ki, bir il qabaq mən də 40 mərasimindəydim və göy gurultusundan hamı kimi mən də həyəcanlanırdım). Bu mövzuda "Hürriyyət" qəzetində məqaləm dərc olundu. Feysbukda olduğum müddətdən bəri ildə bir dəfə Elçi Bəy haqda yazı yazıb, diqqəti həmin ayəyə və onun uca məqamına yönəldirəm. Amma, qəribə burasıdır ki, həmin postun rəy hissəsində insanların böyük kütləsi Bəyin ünvanına söyüşlər, təhqirlər yağdırırlar. Hansı ki, başqa statuslarıma o cür mənfi münasibət göstərilmir. Başqaları dərk etməsə də, özüm başa düşürəm ki, kütlənin aqressiyasının sirri Quranın yuxarıda qeyd etdiyim (3:81) ayəsindədir: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi". Həqiqətən, bu işin nə qədər ağır olduğunu gördüm və peyğəmbərlərin yaşadıqları dövrdə nə çəkdiklərini hiss etdim (onları bu və ya digər formada öz həyatımda yaşadım. Danışsam, mən çəkən zülmün heç kəsin çəkmədiyini anlayarsız). Elçi Bəyə (eləcə də digər peyğəmbərlərə) o adamlar söyürlər ki, onun əməlindən heç vaxt ziyan çəkməyiblər, əksinə, ancaq yaxşılıq görüblər... Sənə pisliyi keçməyən adamın söyülməsi isə, kütlənin (tarixdən bu günədək) böyük əksəriyyətinin (71 faizinin) cahiliyinin və nadanlığının göstəricisidir... Bəzən sual ünvanlayırlar ki, peyğəmbərlərə bəxş olunan bu elm (Elmi-lədun) hazırkı dövrdə səndən başqa kiməsə bəxş olunubmu? Cavab verirəm ki, bu elm bəzi kitablarımda və məqalələrimdə adını hörmətlə çəkdiyim, ehtiramını saxladığım Hacı Xalidə də verilib (Neftçala rayonu, Aşağı Qaraimanlı kəndi). Onun missiyası müalicə olmayıb, ancaq Quranın mahiyyətini, gözəlliklərini insanlara çatdırmaqdır. Qəribədir ki, onun da haqqında yazanda məni söyürlər və istehza edirlər; bunu da təbii qəbul edirəm (səbəbin yuxarıdakı ayədə dedim). "Səndən əvvəl də peyğəmbərlərə istehza edilmişdi. İstehza edənləri məsxərəyə qoyduqları şeyin özü (peyğəmbərlərin onları qorxutduğu əzab) məhv etdi". Quran, 21:41 Söz ardı: Bu mövzularda yazanda əsasən iranpərəst və ərəbpərəst "dindar"lar tərəfindən söyülürəm. Bunun da səbəbi məscidlərdə onların beyinlərinin yuyulmasıdır. Neçə illərdir boşuna yazmıram ki, Xilaskar zühur edəndə ona qarşı çıxan ilk zümrə məscid əhli olacaq; baxmayaraq ki, onun gəlməsi üçün əsrlərdir dua edirlər... Dr. Paşa Yaqub - Elmi-lədun bilicisi “Biz hər şeyi sayıb yazmışıq”. Quran, “Xəbər” surəsi Bildiyiniz kimi, bu gün (19 yanvar) Azərbaycanda 5,1 bal zəlzələ baş verdi. Hesablamalarımız göstərir ki, ölkədə böyük həyəcan və təşvişə səbəb olan bu zəlzələ yaxınlaşmaqda olan böyük bir bəlanın xəbərdarlığıdır. Bunu aşağıdakı hesablamaardan aydın görmək olur: 1) Bu gün Ay tutulmasının (26.05.21) 972-ci günüdür ki, bundan orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd müqəddəs kitabın rəmzini göstərir və hadisənin Allahdan olduğunu təsdiq edir: 972 – 286 – 286 - 286 = 114 2) Bugünkü zəlzlə Günəş tutulması ilə də riyazi yolla əlaqələnir. Belə ki, 10 iyun 2021-ci il tarixdə baş verən Günəş tutulmasının (astronomik xəbərdarlığın) 955-ci günüdür ki, bundan da Quranın surə və səhifələrinin cəmini çıxsaq, alınan ədəd tövbə və cəza rəmzini (555) göstərməklə, xalqımızın diqqətini tövbə edib günahlardan çəkinməyin vacibliyinə yönəldir: 955 – 114 – 286 = 555 3) Yadınıza salaq ki, 3 iyul 2018-ci ildə Azərbaycanda olan bütün elektrik istehsal edən stansiyalar eyni anda müəmmalı şəkildə dayandı. Ölkə on günə yaxın (kəndlərdə daha çox) qaranlığa qərq oldu. Həmin vaxt məqalələrimizmdə vurğuladıq ki, bu adi qaranlıq deyil, Allahın xəbərdarlığıdır və ardıycan müxtəlif bəlalar gələcək. Bu xəbərdarlığa da məhəl qoyulmadığından həmin enerji böhranından sonra ölkəmizdə pandemiyya da daxil olmaqla, cürbə-cür bəlalar, fəlakətlər yaşandı... Elmi-lədun hesablamalarımız göstərir ki, bugünkü zəlzələ riyazi yolla həmin enerji böhranına bağlanır. Bu gün həmin enerji kəsilməsinin 2024-cü (!) günüdür ki, bundan da Quran rəmzlərini çıxanda yenə də tövbə və cəza rəmzi alınır və hadisənin Allahın xəbərdarlığı olduğunu bir daha təsdiq edir: 2024 – (114+114+114) – (286+286) = (555+555) NƏTİCƏ: Əsrin 24-cü ilinin ilk güclü zəlzələsinin episentrinin Hacıqabul ərazisinə düşməsi təsadüfi deyildir. Belə ki, bu rayonun seriyası da 24-dür (!). Burada diqqət çəkən digər məqam ondan ibarətdir ki, zəlzələ Yerin 24 (!) km dərinliyində baş verib; bu da rayonun seriyasına və ilə uyğundur. Bu və digər (açıqlanması hələlik məqsədəuyğun olmayan) hesablamalarımız göstərir ki, xalqımızın kütləvi şəkildə yolun azması, və ona rhbərlik edənlərin haqsız yerə insanlara zülm etməsi Allahın qəzəbinə səbəb olmuş, bu səbəbdən də Yerə böyük bəlaların gəlməsi vacib olmuşdur (insanların əməllərinin cəzası olaraq). Bu gün baş verən zəlzələ də xalqımıza xəbərdarlıq mesajıdır. Adətən ağır yatanlar silkələnərək oyadıldığı kimi, bu zəlzələ də cəhalət bataqlığına düşən xalqımızı və onun zalım rəhbərlərini silkələyib oyadılmağa hesablanıb. Ümid edirik ki, silkələnmə həqiqtən də oyanmağa nədən olacaq və insanlar öz günahlarını götür-qoy edərək, ondan arınmağa çalışacaqlar. Belə olsa gözlənilən bəlanın miqyası kiçilər və xalqımız ondan az itki ilə çıxa bilər. Yəni, hər şey əslində insanın öz əlindədir: “aşına” az günah tökərsə, qarşısına da yüngül bəla çıxar və kamillik dövrünə az itki ilə keçər. Bütün hallarda dəccalizm dövrü bitəcək və layiq olanlar kamillik dövrünə keçəcəklər. İstərdik ki, bu dövrə çox adam keçsin. “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 Xəbərdarlıq mesajını çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi “Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” “Qızıl bəzəklər” surəsi, 5-ci ayə. Xəbər verildiyi kimi bu gecə (yanvarın 17-dən 18-nə keçən gecə) Sumqayıtda 22-ci məhllədə yerləşən kollec yataqxanasında yanğın baş verdi. Nəticədə sakinlərə xeyli maddi ziyan dəyməklə, bir neçə insan da tüstüdən zəhərləndi. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən yanğın hadisəsi təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir. Hadisənin Quran rəmzləri olan 114 və 286 ədədləri altında baş verməsi yolun azmış millətimizə və onun zülm etməyi sevən zalım rəhbərlərinə xəbərdarlıq olduğunu sübut edir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Dünən Bakı-Quba yolunda baş verən və 7 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxsaq, orjinal (Kəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı alınır və hər iki hadisənin Allah tərəfindən xəbərdarlıq siqnalı olması barədə söylədiyimiz fikri təsdiq edir: 400 – 114 = 286 2) Yadınıza salaq ki, keçən il avqustun 4-də Sumqayıtda böyük bir şadlıq sarayı yananda buradan hesablama paylaşdıq və hadisənin Allah tərəfindən gələcək bəlaların xəbərdarlığı olduğunu, tövbə edib doğru yola dönməyin vacibliyini bəyan etdik. Təəssüf ki, həmişə olduğu kimi, insanlar bu xəbərdarlığa da məhəl qoymadılar... Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki yanğın arasında 164 gün fərq vardır və bundan da Quran rəmzini çıxsaq, Sumqayıt şəhərinin rəmzi olan 50 ədədi görünür: 164 – 114 = 50 3) Dünən Naxçıvanda bina yanmasının (17.02.2023) 336-cı günü idi ki, bundan da Müqəddəs kitabın səhifələrinin sayını çıxsaq, yenə də Sumqayıtın seriyası görünür və hadisələrin biri-birinə bağlılığını, Allahdan xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 336 – 286 = 50 4) Bu gecə Sumqayıtda yataqxana yananda Azərbaycanda (Mingəçevir və Gəncəbasar bölgəsində) baş verən 4,6 bal zəlzələnin 50-ci (!) günü idi. Və s NƏTİCƏ: Oxucunu yormamaq üçün hesablamaları çox uzatmırıq. Bu və digər hesablamalarımız göstərir ki, ölkədə baş verən kütləvi pozğunluq, tərəzilərin düzgün çəkməməsi, insanların kütləvi şəkildə biri-birini aldatması, pisliklər etməsi; eləcə də rəhbərlərin xalqa yersiz yerə zülm etməsi, haqqını tələb edənlərin kütləvi şəkildə şərlənərək zindanlara doldurulması... Yaradanın qəzəbinə səbəb olmuş və ölkəyə ağır bəla göndərməyə qərar vermişdir. Bəşər tarixinin əvvəlki dönəmlərində (Nuh dönəmi, Lut dönəmi, Firon dönəmi) olduğu kimi, indiki dönəmdə də ağır bəla (hansı ki, o bəla əhalinin azı yetmiş faizindən yan keçməyəcək) göndərməzdən öncə Rəbbim kiçik zəlzələlər, yanğınlar, qəzalarla milləti silkələyərək oyatmağa çalışır ki, bəlkə bu xırda xəbərdarlıqlardan ibrət alıb tövbə edələr; bəla az adamı tuta. Təqdim etdiyimiz hesablamalar sübut edir ki, bu gecə Sumqayıtda yataqxananın yanması da bu qəbildən olan xəbərdarlıq siqnalıdır və yaxınlaşan böyük bəlanı xəbər verir... “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Xəbərdarlıq mesajını çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Doğum evİndəkİ yanğın DSX Akademİyasında və narkolojİ dİspanserdəkİ yanğınlara bağlanır – HESABLAMA1/11/2024 "Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (Lövhi-məhfuzda) yazılmamış olsun.Bu Allah üçün çox asandır!" "Ay" surəsi, 22 Bildiyiniz kimi, dünən (9 yanvarda) Respublika Perinetal Mərkəzin doğum şöbəsində dörd körpənin ölümü ilə nəticələnən yanğın baş verdi. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən yanğın hadisəsi təsadüfü olmayıb, xüsusi qanunauyğunluğa tabedir; ölkədəki zümə, haqsızlığa, pozğunluğa... Allahın qəzəbinin təzahürüdür və gələcək böyük bəlanın xəbərdarlığıdır. Bunu aşağıdakı riyazi hesablamalardan aydın görmək olur: 1) Xatırladaq ki, 6 dekabr 2022-ci il tarixdə DSX-nin Akademiyasında yanğın baş verdi. Bu hadisənin 400-cü günü isə (dünən) doğum evində analoji hadisə baş verdi. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, 400 ədədindən Quranın surəlrinin sayını çıxsaq, səhifələrinin sayı qalır və hadisənin Allah tərəfindən xalqa və rhbərlərə xəbərdarlıq olduğunu bir daha sübut edir: 400 – 114 = 286 2) Elmi-lədun hesablamalarımız göstərir ki, doğum evindəki yanğın Alov qüllələrində baş verən yanğınla da əlaqələnir. Belə ki, bu iki hadisə arasında 742 gün fərq vardır ki, bundan da surələin sayını çıxsaq, yenə də orjinal (Kəbədəki) Quranın səhifələrinin sayı qalır və hadislərin Allah tərəfindən xəbərdarlıq məqsədi ilə törədildiyini bir daha təsdiq edər: 742 – (114 + 114 + 114+114) = 286 3) Doğum evindəki yanğının ilin 9-cu günü baş verməsi də təsadüfü deyildir. Belə ki, insan ana bətnində 9 ay qalır. Həmçinin, “Tövbə” surəsinin sıra nömrəsi olan 9 rəqəmi Quranda tövbə və cəza rəmzi sayılır. Qeyd edək ki, Quranda cəzadan bəhs edən bütün surələr “9”-la gəlir (9;19;29;...109) və sayı onbir olan bu surələrdəki ayələri cəmləsək 555 ədədi alınır: 129 + 98 + 69 + 75 + 18 + 24 + 52 + 46 + 30 + 8 + 6 = 555 Maraqlıdır ki, dünən narkoloji dispanserin yanmasının 2.237-ci günü idi ki, bundan Quranın səhifələrinin sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi görünür; baş verən yanğının böyük bir bəlanın xəbərdarlığı olduğunu sübut edir: 2237 – (286+286) = (555+555+555) Burada 555 ədədinin üç dəfə təkrarlanması isə, tövbə edərkən bu kəlmənin üç dəfə deyilməsi ilə əlaqədardır. Yəni, bunu bədii dilə çevirsək: “tövbə, tövbə, tövbə” kimi oxunar. Doğum evi həyatın başlanğıcı anlamına gəlir. Ötən yazılarımızda vurğuladıq ki, insan ana bətnində 286 gün qalır ki, bu da Quranın hər səhifəsinə bir gün deməkdir. Dünən baş verən yanğında həyatını itirən körpələr 286 gün bundan əvvəl ana bətninə düşən körpələr idi. Həmin körpələr günahsız olduqlarına görə Cənnət bülbülləri sayılırlar və onların ölümü bəla hesab olunmur. Sadəcə, baş verən hadisə ilə, Allah insanlara qiyaməti xəbər verir. Hansı ki, qiyamət günü ana öz körpəsini unudub, öz başının hayında olar. Dünən doğum evində baş verən əslində lokal qiyamət idi. Bu səbəbdən də analar körpələrini unutdular və öz başlarının hayında oldular. Həm də bu hadisə, qarşıda xalqı və ona rəhbərlik edənləri gözləyən böyük bəlanın xəbərdarlığı idi. Hansı ki, bu bəladan ancaq qabaqcadan tövbə etmiş adamlar xilas olacaqlar. Bu yazı da insanların tövbə edərək, doğru yola dönmələri üçün yazıldı. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16-17 Xəbərdarlıq mesajını çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi “Siz zülm etməkdə həddi aşan bir qövmsünüz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” “Qızıl bəzəklər” surəsi, 5-ci ayə. Bildiyimiz kimi, dünən (4 yanvar) Laçın rayonunda əsgərlərimizin ölümü ilə nəticələnən qəza baş verdi. Elmi-lədun hesabamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və əsgərlərə (silahlı güclərə) güvənib xalqa zülm edənlərə xəbərdarlıq mesajıdır: xalqın övladına güvənib, xalqa zülm etməyin! Bunu aşağıdakı hesablamalardan aydın görmək olur: 1) Xatırladaq ki, Ağstafadakı hərbi hissədə bir neçə əsgərin ölümü və yaralanması ilə ilə nəticələnən partlayış baş verdi (06.07.2019). Bu gün həmin hadisənin 1641-ci günüdür ki, bundan da Quranın surə və səhifələrinin cəmini çıxsaq, yenə də tövbə və cəza rəmzi (555) alınır və hər iki hadisənin (əsgər ölümlərinin) silahlı güclərə güvənib xalqa zülm edənlərə mesaj olduğunu sübut edir: 1641 – (286+286+286) – (114+114) = 555 2) Hesablamalarımız göstərir ki, dünənki əsgər ölümü riyazi şəkildə FHN-nin Zığdakı modul tipli xəstəxanasında baş verən partlayışla (18.12.2020) da bağlanır. Belə ki, bu iki hadisə arasında 1110 gün fərq vardır ki, bundan da tövbə və cəza rəmzini çıxsaq, yenə də cəza rəmzi alınır və zalımların tezliklə cəzalanacağı barədə verdiyimiz xəbəri bir daha təsdiq edir: 1110 – 555 = 555 3) İki il öncə güclü külək nəticəsində Qış parkında binanın ətrafındakı maşınlarla birlikdə yanması (29.06.2022) çoxunuzun yadındadır. Həmin gün Bakıda 68 saylı məktəb də yandı. Maraqlıdır ki, dünən Laçında hərbçilərimiz qəzaya uğrayanda həmin yanğınların 555-ci (!) günü idi. 4) Yeri gəlmişkən, daha bir hadisəni – Cəlilabad şəhəri, Zərifə Əliyeva küçəsində yerləşən, 12 ailənin yaşadığı çoxmənzilli binada baş verən yanğını yadınıza salmaq istərdik. Hansı ki, həmin yanğın (eləcə də yuxarıda sadaladığımız köhnə hadisələr) baş verəndə bunların xalqa və zalım rəhbərlərə xəbərdarlıq mesajı olması barədə geniş hesablamalar təqdim etmişdik. Maraqlıdır ki, dünən (qəza baş verəndə) həmin yanğının 286-cı günü idi ki, bu da orjinal Quranın səhifələrinin sayı olmaqla, baş verən hadisələrin üzərinə Allahın rəqəmsal möhürünün vurulduğunu sübut edir. 5) laçında əsgərlərin qəzaya uğraması astronomik xəbərdarlıqlarla da əlaqələnir. Belə ki, dünən Ay tutulmasının (25.10.2022) 441-ci günüdür ki, bundan yenə də Quran rəmzlərini çıxanda qəza baş verən rayonun (Laçının) seriyası alınır və hadisənin Allah tərəfindən xəbərdarlıq olduğunu bir daha təsdiq edir: 441 – 114 – 286 = 41 (!) və s. NƏTİCƏ: Oxucunu yormadan qeyd edək ki, Laçında Azərbaycan hərbçilərinin qəzaya uğraması ilə Yaradan rəhbərlərə mesaj verir ki, xalqın övladlarına (silahlı güclərə...) güvənib, xalqa zülm etməyin! O əsgərlər ki, Allahdan heç özlərinə gələni dəf edə bilmirlər; Komandanlarına gələn bəlanı necə dəf edəcəklər?! "Bu əsgərləriniz kimdir ki , sizi Allahın əzabından qurtara bilsinlər?! Zalımlar həqiqətən yanılırlar". Quran, "Hakimiyyət" (67) surəsi, 20-ci ayə. Söz ardı: hərbçilərimiz əslində şəhadətə yüksəldilər. Amma, bu hadisə ilə Yaradan həm onların komandanına, həm xalqa, həm də digər silahlı güclərin nümayəndələrinə mesaj verir ki, gücünüzü xalqa göstərməyin! O xalq ki, sizi doğub, böyüdüb, yedirib, geydirib, sağlam bir oğul kimi xidmətə göndərib ki, düşmənə, zalıma, cinayətkara qarşı mübarizə aparasınız. Amma, sizlər təəssüf ki, bəzən öz hədəflərinizdən yayınır və xalqa (o xalq ki, sizin atanızdır, ananızdır, bacınız, qardaşınız, əminiz, dayınızdır...) zülm olunmasında bir alət olursunuz! Bu qəzalarla, ölümlərlə Allah-taala sizlərə mesaj verir ki, bu barədə ciddi düşünəsiniz və manqurtlaşmayasınız! Əks halda sizlərə daha böyük bəlalar gələr və siz onu dəf etməyə qadir olmarsınız! Mesajları çatdırdı: Dr. Paşa Yaqub – elmi-lədun bilicisi “And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır.” Quran, 19:84 Bildiyimiz kimi, ilin ilk günü baş verən 7,6 bal zəlzələ və sunami tək Yaponiyada deyil, bütün dünyada insanları həyəcan və təşvişə saldı. Eyni gündə Yaponiyada böyük bir ərazidə evlər yandı, həmçinin, “Aerbus A-350” markalı sərnişin təyyarəsi digər təyyarə ilə toqquşaraq, tamamilə yandı. Nəticədə ölənlər və yaralananlar oldu... Elmi-lədun hesablamalarımız göstərir ki, eyni ölkədə, eyni gündə baş verən belə böyük fəlakətlər təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və Allah tərəfindən bəşəriyyətə böyü bir xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan görmək olur: 1) Xatırladaq ki, keçən ilin 19 mayında Sakit okeanda baş verən 7,7 bal zəlzələ Y.Zellandiya və digər dövlətləri ciddi silkələdi. Yaponiyada analoji hadisə baş verəndə həmin zəlzələnin 228-ci günü idi ki, bundan da Quran rəmzini (114) çıxsaq, yenə də Quran rəmzi alınır və hadisələrin Allahın elminə və qüdrətinə bağlandığını təsdiq edir: 228 – 114 = 114 2) Yadınızdadırsa, Qazaxstanın Taraz şəhərində hərbi baza partladı (26.08.2021) və nəticədə xeyli sayda ölənlər, yaralananlar oldu. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bugünlərdə Yaponiyada böyük faciyələr yaşananda həmin partlayışın 858-ci günü idi; bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də Yaradanın kodlaşdırılmış möhürü olan 286 ədədi alınar: 858 – 286 – 286 = 286 Bu hesablama onu göstərir ki, dünyada baş verən bütün təbii fəlakətlər kimi, Yaponiyadakı fəlakətlərin də üzərinə Rəbbim Öz rəqəmsal möhürünü vurub. 3) Yaponiyada yaşanan faciyələr astronomik xəbərdarlığın (14.12.2020 tarixli Günəş tutulmasının) 1110-cu günüdür ki, bundan da tövbə rəmzini (555) çıxsaq, yenə də tövbə rəmzi alınar və baş verən faciyələrin əslində tövbə edib doğru yola qayıtmaq üçün bir xəbərdarlıq olduğunu sübut edir: 1110 – 555 = 555 4) O ki qaldı həm gün Yaponiyada təyyarənin yanmasına, bu da riyazi yolla Nepalda baş verən və 72 nəfərin ölümünə səbəb olan təyyarrə qəzasına bağlanır. Belə ki, Nepalda “ATR-72” (!) təyyarəsinin qəzaya uğramasının (15.01.23) 350-ci (!) günü baş verən təyyarənin üzərində “A-350” (!) ədədinin həkk olması təsadüfi sayıla bilməz (Quran məntiqinə görə həyatda təsadüf olmur). Bu, qəzalar arasındakı riyazi əlaqənin sübutudur. NƏTİCƏ: Yaponiya möhkəm tikilən binalara görə dünyada liderdir. İndiyədək zalım və günahkarlar belə düşünürdülər ki, binalarımızı möhkəm özüllə, bol sementlə tikməklə gələn bəlalardan qurtula biləcəyik. Bəzi mafiyoz qüvvələr hətta, yerin altında özlərinə saraylar, sığınacaqlar tikərək, gözlənilən fəlakətlərdən qurtulacaqlarını zənn edirdilər. Yaponiyada eyni gündə baş verən cürbə-cür faciyələrlə (zəlzələ, sunami, şəhərin bütüöv yanması, qəzalar...) Allah bəşəriyyətə mesaj verdi ki, binalarınızı, saraylarınızı möhkəm tikməklə əzabımızdan qaçıb canınızı qurtara bilməzsiniz (zəlzələ dağıtmasa su basacaq, yaxud, yanğınla, qəza ilə əzabımızı dadacaqsız)! Allahın əzabından ancaq bəla gəlməzdən öncə edilən tövbə (555) ilə, saleh əməllərlə qurtula bilərsiniz (hesablamalar bunu sübut edir)! Bildiyim qədərində bu kimi fəlakətlər getdikcə intensivləşəcək və əhatə dairəsi böyüyəcək... Nəhayət, insan oğlu dərk edəcək ki, bu bəlalardan qurtulmağın tövbədən başqa yolu yoxdur. Sağ qalan əhali (29 faiz) tövbə edib doğru yola döndükdən sonra faciyələr dayanacaq və bəriyyətin kamillik dövrü başlayacaqdır. Hamınızın 29 faizin içərisində olmasını arzulayardım. Amma, bu mənim arzumdan yox, sizlərin atacağınız addımdan (tövbədən) aslıdır. Kodlaşdırılmış xəbərdarlığı şərh etdi: Dr. Paşa Yaqub – elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |