Son dövrlər Azərbaycanda həm kişilər, həm də qadınlar arasında kök insanlara çox rast gəlinir. Kök adamlar arasında apardığımız sorğulardan aydın olur ki, onlar çəki atmaq üçün idman zallarına, fitnes klublara getsələr də, müəyyən müalicə prosedurlarından keçsələr də, nəticə ürəkaçan olmur. Görəsən bunun səbəbi nədir; niyə ətrfımızda bu qədər şişman adamlar var? Bu sualla tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Doktorun cavabını oxucularımıza təqdim edirik: -Son dövrlər həqiqətən də cəmiyyətimizdə köklükdən əziyyət çəkən adamlara çox rast gəlirik. Bunun bir çox səbəbləri olsa da, əsas səbəb insanlarda əsəbin çox olmasıdır. Əsəbdən və depressiyadan əziyyət çəkən adamlar nevroloqlara müraciət etdikdə, həkimər onlara əsəbsakitləşdirici dərmanlar yazırlar. Bu dərmanların demək olar ki, müalicəvi təsiri yoxdur; onlar sadəcə müvəqqəti sakitlik yaradır. Bunları yazırlar ki, xəstə sakit dayansın və ətrafındakı insanlarla mübahisə edib, onların rahatlığını pozmasın. Dərmanın qəbulunu dayandıran kimi, xəstə yenidən əsəbləşməyə, ağrımağa başlayır. Odur ki, bu cür adamlar ömür boyu dərmandan aslı vəziyyətdə qalırlar. Fikir verirsinizmi, həminn dərmanları içən adamlar key kimi olurlar, daim yatmaq istəyirlər, iş qabiliyyətlərini itirirlər və s. Əsəbsakitləşdirici və yuxugətirici dərmanların digər əks təsiri hormonal pozğunluq yaratmasıdır. Hormonal pozğunluq da, öz növbəsində köklüyə səbəb olur. Əsəbsakitləşdirici dərmanların fəsadları bununla da bitmir. Yuxarıda qeyd etdim ki, bu cür dərmanlar hormonal pozğunluqlara səbəb olur. Yəni, kişilərdə qadın, qadınlarda isə, kişi hormonları ifraz olunmağa başlayır. Nəticədə cinsi disfunksiya yaranır və insanlar əks cinsə meyl etmirlər. Bu da ailələrin dağılmasına gətirib çıxarır. Belə ki, ailədə bir tərəf əsəb dərmanı içirsə və cinsi həvəsi sönürsə, qarşı tərəf mütləq kənarda özünə partnyor axtarmaq məcburiyyətində qalır. Bu da ailələrdə münasibətlərin soyumasına, bir çox hallarda isə, ailənin dağılmasına səbəb olur. Son dövrlər qəbuluma gələn pasiyentlərin çoxunda bu cür problemlər olur. Araşdıranda görürəm ki, qəbul etdikləri əsəbsakitləşdiricilər onlarda həm köklük, həm də cinsi disfunksiya yaradıb. -Paşa doktor, bəs kimyəvi dərmanlardan istifadə etmədən əsəbi və depressiyanı müalicə etmək mümkündürmü? Siz özünüz belə xəstəliklərə qarşı hansı vasitələrdən istifadə edirsiniz? -Əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, Mendeleyev cədvəlindən Efir (Nyutoniyum) elementinin çıxarılması tibb elminin yarımçıq qalmasına səbəb oldu. Odur ki, Tibb universitetlərini bitirən həkimlər əsəb xəstəliklərinə qarşı istifadə etdikləri dərmanların ziyanı xeyrindən çox olur. Mənim tətbiq etdiyim müalicə metodu isə, həmin o Dövri Sistemdən çıxarılmış elementin sirlərinə söykənir. Hansı ki, o elementin (Efirin) sirlərini bilməklə Nikola Tesla daimi və yanacaqsız işləyən mühərrik, enerjinin naqilsiz ötürülməsi kimi, bu gün də elm aləminə qaranlıq qalan kəşflər etmişdi. Mən həmin sirləri bilməklə, üz-üzə dayandığım əsəb xəstəsini, yaxus depressiyaya düşmüş adamı heç bir dərman vasitəsi işlətmədən asanlıqla müalicə edirəm. Hətta, mənimlə üzbə-üz dayanmağa imkanı olmayan xəstələri dünyanın hansı nöqtəsində olmalarından aslı olmayaraq videogörüntüylə sağaldıram. Necə ki, Tesla enerjini naqilsiz ötürürdü... İnsanlara məsləhət görərdim ki, elmin bu qədər inkişaf etdiyi XXI əsrdə xırda bir əsəb, sinir xəstəliklərini müalicə etmək üçün kimyəvi dərmanlardan istifadə etməyə ehtiyac yoxdur. Bu cür dərmanlar həm insanların həddən artıq kökəlməsinə, həm də cinsi disfunksiyalara səbəb olur.
0 Comments
Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubun yeni kitabı artıq nəşr olunub. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/254344.html?fbclid=IwAR1-P-xmgSe5LKVqbrygo7yqsJhEZsSLG8fyqHAdoH29qQQ51rJ-v50C9J4 ) Ey sülhpərvər xalq! Kainat boyunca qaçsanız da, göylərin ənginlliklərini dolaşsanız belə, Yaradanın qanunlarına baş əyməyincə rahatlıq tapa bilməzsiniz! Ey sülhpərvər xalq! Dünyanı bütöv bir kənd halına gətirin ki, Yaradan Əzəmətinin sirlərini sizə açsın və əbədiyyət nuru ilə sizi işıqlandırsın! Fikirləş və düşün: boş-boşuna yatağınızdamı ölmək istəyirsiniz, ya elmlənib sirləri tapıb, bəşəriyyətə fayda vermək?! Ey ağıl sahibləri! Özünüzü tamahın qulu etməyin. Çünki, Yaradan qızılı atəşlə, bəndələri isə, qızılla sınayar! Ey sülhpərvər xalq! Malınızdan elmə və yoxsullara xərcləyin ki, göydəki bitməz şərəf dəfinələrindən və tükənməz şöhrət xəzinələrindən bəhrələnəsiniz. Ey insanlar! Ürəyiniz Yaradanın evidir, oranı təmiz saxlayın! Dəyişikliklərə təhlükə kimi yox, yeni imkanlar kimi baxın. Yoxsulluq və kasıblıq ən əzablı edamdır... Elm alimlərdən bizə qalan əziz bir mirasdır. Gülərüzlülük və xoşxasiyətlilik ikibaşlı olar. Sülh və bağışlamaq böyüklük əlamətidir. Eqoistin düşməni çox olar. Səxavətlilik xeyirli və ürəkaçan bir dərmandır. İnsanlarla elə qaynayıb qarışın, elə rəftar edin ki, onlar heç zaman sizi unutmasınlar. Bədbəxt olmuş insanı tənqid etmək onu intihara sövq etməyə bərabərdir. Qorxu bədxah qonşudur. Utancaqlıq ümidsizliyin qardaşıdır. Yalan danışan adamın ya dili çaşar, ya da üzü. Məsləhət və məşvərət olmasa dünya məhv olar. Əgər bir şeyi bilmirsinizsə, qəti olaraq “bilmirəm” deyin; bu sizə ən doğru olandır. Ağıldan və səbrdən faydalı heç bir sərvət yoxdur. Xoş əməli boş ibadət əvəz edə bilməz. Fürsəti əldən vermək qorxuya təslim olmaqdır. Səhlənkarlıq və tənbəllik ən böyük bəlalardandır. Öyrənmək eşqi hər bir avamın cihadıdır. Ruzinin artmasını istəyirsənsə, yaxşı əməl et və tənbəllikdən əlini üz. Qəm kədər içində olan gənc artıq qocalmışdır. Var - dövlətin az qismini bölüşməklə amanda saxlayın. Xoş əməlsiz ibadət düzgün deyildir. Çünki, Yaradan gözəl sözləri eşidir, gözəl əməlləri isə, qəbul edir! Kainatda hər şey biri-birinin içindədədir. Yəni, Kainatın içində insan, insanın içində isə, Kainat var. Ey insanlar, öz azuqə və ruzinizdən artıq qazandığınız şeylərdə başqası üçün xilaskarsınız. Elm və bilik tükənməz xəzinədir. Güzəştə getmək zəfər və qələbənin balaca qardaşıdır. Çətinliklərə göz yumun və yan keçin, yoxsa heç vaxt şad olmarsınız. Haqqımızı yeyənlərə zülm etmək bizim üçün ən böyük sərvətdir. Cəncəlli işlərə göz yumun. Ədalət və insaf qızıl ortanı tutmaqdır. Xəsis qadın, xəsis kişidən daha üstündür. Xəbərçinin dostu olmaz. Borcunuz varsa, dərdiniz var. Acıdillilik dəliliyin bir növüdür. Elm axtaran insan heç vaxt doymaz Ən təhlükəli yer ən böyük vəzifədə olanın yeridir. Ən yaxşı görmək ağılla olur. Namuslu şəxs zinaya nifrət edər. Yaradan vasitələrlə hər şeyə qadirdir. Çalışın siz də Onun bir vasitəçisi olasız. İnsanı tanımaq istəyirsənsə ona vəzifə ver. Elm axtaran insan heç vaxt doymaz. Qeybət etmək və arxasınca danışmaq insanı rahatlaşdırsa da, sonradan onu kiçildər. Yaradana qovuşmağı öz yeganə istəyinə çevir. O səbəbdən ki, yeganə, ölməz və əbədi olan Odur. Davamlı elmlənən və daima elmi axtarışda olan insan mələkdən üstündür. Əgər xilas baradə bu gün düşünmürsünüzsə, bəs nə vaxt düşünəcəksiniz? Bu zəncirləri bu gün qırmayacaqsınızsa bəs nə vaxt qıracaqsınız? Xırda işlərdə ciddilik böyük işlərdə mükəmməllik yaradar. Qorxu yolu ilə kamilləşmə, özünə daxili intizam yarat; qoy o sənin öz konstitutsiyan olsun. Əks halda (qorxu yolu ilə kamilləşsən), kamillik cahilliyə dönər. (ardı var) Əziz oxucular, tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqubun yeni kitabı artıq nəşr olunub. “HƏYATINIZI DƏYİŞƏCƏK – 2019” adlanan bu kitabda müəllif, üzümüzə gələn 2019-cu ilin astronomik hadisələrini təhlil edərək, növbəti il üçün proqnozlar verib. Kitabda həmçinin, kimya, fizika, biologiya və tibb sahəsində bugünədək elmə məlum olmayan bəzi sirlər açıqlanır. kitaba, müəllifin “Pangeya” romanı da daxil edilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı hissə-hissə oxucularımıza təqdim edirik. (Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/253249.html ) Yaradanın sizə irs olaraq verdiyi dünyanı murdarlamayın. Qadın kişi paltarı, kişi qadın paltarı geyinməməlidir. Allah belə adamdan ikrah edir. Öküzlə eşşəyi bir kotana qoşmayın. Yunla kətanın qarışığından toxunmuş parçadan paltar geyinməyin. Aranızdan pisliyi yox etməlisiniz. Heç kim atasının arvadını alıb atasının şərəfinə ləkə gətirməməlidir. Düşmənlərinizə qarşı çıxmaq üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun. Nəzir edəndə onu yerinə yetirməyi uzatmayın; çünki, Yaradan bunu sizdən tələb edəcək. Yerinə yetirməsəniz, özünüzə ziyan verənlərdən olacaqsınız. Amma nəzir deməkdən qaçınırsınızsa, bu günah deyil. Verdiyiniz sözün (əhdin) üstündə durun və Yaradana öz dilinizlə könüllü olaraq nə nəzir etmisinizsə, yerinə yetirin. Yadellinin, yaxud yetimin işinə baxanda haqqı, ədaləti pozmayın. Yaradanın sözünə həmişə qulaq assanız, bütün nemətlər başınızdan töküləcək: şəhərdə də, tarlada da xeyir-bərəkətiniz aşıb-daşacaq; övladlarınız çox, torpağınızın bəhrəsi bol olacaq, heyvanlarınızın balaları, buzovlarınız, quzularınız saya gəlməyəcək. Səbətləriniz, xəmir təknələriniz bərəkətli olacaq. Hər işiniz avand olacaq. Yaradan anbarlarınızı bərəkətli, əl atdığınız hər işi xeyirli edəcək. Yaradan sizə verdiyi diyarda üstünüzə bolluca xeyir-bərəkət yağdıracaq. Yaradanın əmrlərinə riayət edib Onun yolu ilə getsəniz, Yaradan siz sülhsevərləri müqəddəs xalq edəcək. Yaradan mal-heyvanınızı birə-beş artıracaq, torpağınızı məhsuldar edəcək. Yaradan Öz ruzi-bərəkət anbarının, göylərin qapısını açıb torpağınıza vaxtlı-vaxtında yağış yağdıracaq, əlinizin hər işinə bərəkət verəcək. Yox əgər Yaradanın əmrlərinə qulaq asmasanız, bütün əmrlərə və qanunlara dəqiqliklə əməl etməsəniz, bu lənətlər sizi qarabaqara izləyib yaxanızdan yapışacaq: Şəhərdə də, tarlada da lənətli olacaqsınız. Səbətləriniz xəmir təknələriniz lənətli olacaq. Övladlarınız da, torpağınızın bəhəri də, mal-heyvanınızın balaları da lənətli olacaq. Hər işiniz nəhs gətirəcək. Bəd əməllərinizə, Yaradanı unutduğunuza görə gördüyünüz hər işdən lənət, çaşqınlıq, cəza biçəcəksiniz; tez bir zamanda məhv olub yer üzündən yox olacaqsınız... Allahı sevirsinizsə, insafdan üz çevirməyin Ey sülhpərvər xalq! Mənim ilk nəsihətim budur: pak, gözəl və nurlu bir ürəyə malik olun ki, əzəli, əbədi və qədim bir səltənətə sahib olasınız. Yaradanın nəzərində ən sevimli şey insafdır; Allahı sevirsinizsə, insafdan üz çevirməyin. İnsaf Yaradanın bizə bir bəxşişidir; onu gözünüzün önündə saxlayın. Ey insanlar! Sevgi Yaradanın qalasıdır; oraya daxil olan kəs nicat tapar və əminamanlıqda olar; ondan üz çevirən kəs isə, yolunu azar və həlak olar. Yaradan sizi zəngin yaratdı; nə üçün yoxulluğa yuvarlanırsınız? Yaradan sizi əziz yaratdı; nə üçün özünüzü zəlil tutursunuz? Yaradan sizi elm cövhərindən yaratdı; nə üçün Yaradandan deyil, başqasından elm axtarırsınız? Ey sülhpərvər xalq! Kainatı başdan başa axtarsan Yaradanın qüdrətindən başqa heç nə tapa bilməzsən! Yaradan sizi əbədiliyə çağırır; siz isə, faniliyə meyl edirsiniz. Öz məqamınızla fəqirlər qarşısında lovğalanmayın. Allahın yaratdıqlarından biri sizə üz tutub bir şey istəsə, onu rədd etməyin. Ey ağıl sahibləri! Hesabata çəkilməmiş, hər gün özünüzə hesabat verin. Çünki, ölüm sizi qəflətən haqlayar və əməllərinizin hesabını verməli olarsınız. Yaradan ölümü sizin üçün bir şadlıq müjdəsi etdi; nə üçün ondan hüzünlənirsiniz?!. Allah Günəşi öz şəfəqlərini sizin üzərinizə səpmək üçün yaratdı! Nə üçün o nurdan pərdələnirsiniz? (Evinizə qalın pərdələr vurursunuz?!) (ardı var) |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |