Tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub bir neçə klinikada çalışır. 33 kitabın (o cümlədən 4 ensiklopediyanın), yüzlərlə məqalənin müəllifidir. Onun növbəti kitabı nəşrə hazırlanır. “Təbabətin sirləri” adlanan bu kitabda müəllif müxtəlif xəstəliklərin elmə məlum olmayan yaranma səbəblərini araşdırır və özünə məxsus müalicə metodunu izah edir. Kitab, həkimlər, psixoloqlar və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Geniş oxucu marağına səbəb olacağını nəzərə alıb, Moderator.az saytı kitabı hissə-hissə yayımlamaq qərarına gəlib. Beləliklə, növbəti hissəni təqdim edirik: Son dövrlər intiharlar sürətlə artmaqdadır. Azərbaycan kimi kiçik bir ölkədə gün ərzində bir neçə intihar hadisəsi baş verməsi, problemin ciddiliyindən xəbər verir. İntihar edənlərin sosial tərkibinə nəzər saldıqda, onların maddi cəhətdən başqalarından heç də aşağı səviyyədə yaşamadığını (bəlkədə çoxundan üstün olduğunu) görmək olur. Odur ki, bir psixoloq və elmi-lədun bilicisi olaraq, intiharların bu qədər artmasının sirlərini araşdırmaq qərarına gəldik. Fizikada iki cür enerji növü var: sabit və dəyişən. Müqayisə üçün deyim ki, televizorun ekraranında 2-3 min volt sabit cərəyan var. Lakin bu cərəyan insanı öldürmür və faydalıdır: bizə görüntü və informasiya ötürür. Televizorun giriş hissəsində isə, cəmi 220 volt cərəyan olmasına baxmayaraq, bu cərəyan öldürücüdür. Çünki, bu cərəyanın növü DƏYİŞƏN cərəyandır. İnsan da enerji (ruh) daşıyıcısıdır. Ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir. Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda ilk növbədə həyəcanlanmalar, qorxular, diksinmələr, qarabasmalar... baş verir. Daha sonra insan özünə qapanır; sevgisiz, həvəssiz olur; səbəbsiz ağrıları, qəlbində sıxılmaları olur; yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək, diksinib, oyanır; bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud, həzm problemləri olur; bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir; səbəbsiz əsəbləşir və səbəbsiz ağlayırlar. Bütün bunlar aradan qaldırılmadıqca, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir... Xəstənin dini inancı olduqa, bu faktor intiharı bir qədər ləngidir. Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin, fikir beyindən çıxmır. Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilmir. Ümumiyyətlə, intihar fikrində olan insanda bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinmiş olur. Kompyuterə düşən virus, ondakı fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkirlər; bir gün bir, sabah başqa diaqnoz qoyulur. Nevroloqlara və psixatrlara müraciət etdikdə, bu cür xəstələrə əsasən əsəbsakitləşdirici, psixotrop dərmanlar yazılır. Bu dərmanlar onu bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan, asılılıq yaradır və beynin fəaliyyətini getdikcə zəiflədir (beyni keyləşdirir və əmək qabiliyyətini itirir). Bu cür dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır... İntiharların qarşısı fizikanın qanunları ilə alınmalıdır Sual yaranır: bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır ki, intihar fikrindən daşınsın? Araşdırmalarımız göstərir ki, insanda intihar fikrinin yaranması nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur; əslində bütün bunlar fizikanın qanunlarına uğyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır. Bir psixoterapevt və elmi-lədun bilicisi olaraq, intiharların qarşısını almaq üçün çox araşdırmalar apardım. Nəhayət, tester cihazının funksiyası diqqətimi cəlb etdi. Fiziklər bu aparatın funksiyalarını yaxşı bilirlər. Nəzərinizə çatdırım ki, tester aparatının çoxsaylı funksiyalarından biri də cihazın (məsələn, televizorun) daxilində olan dəyişən cərəyanı sabit cərəyana çevirməkdən ibarətdir. Yuxarıda qeyd etdim ki, intiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də həmin prinsiplə sabitləşdirilməlidir. Uzun araşdırmalardan sonra kəşf etdim ki, kompyuter insanın alt kopyası olaraq yaradıldığı kimi, tester cihazı da insanın alt kopyası olaraq yaradılıb. Yəni, testerdə olan bütün funksiyalar əslində insanda da var; sadəcə indiyədək kəşf edilməyibmiş. Elmi-lədun üsulu ilə bu sirləri kəşf etdikdən onra, nə qədər qəribə də olsa, artıq xəstələr üçün özüm tester funksiyasını yerinə yetirməyə başladım. Yəni, onlara əlimi vurduqda həm ağrının harada olduğunu təyin edə, həm də insanda dəyişən cərəyanı, sabit cərəyana çevirə bilirəm (eynən testerdə olduğu kimi). Bu metodla elə birinci seansda xəstənin gərginliyini aradan qaldırmaq, qəlbində məskən salmış və onu intihara vadar edən şiddətli sıxıntıları yox etmək mümkündür. Bu vaxt “Efir” enerjisi ilə, ruhdakı neqativ enerji yoxa çıxır və insan sakitləşir (sabitləşir). Onu da qeyd edim ki, bu metodla tək intihar fikrini deyil, tibb elminin müalicəsiz hesab etdiyi bütün xəstəlikləri asanlıqla sağaltmaq mümkündür. Onu da bildirim ki, bu müalicə metodunda heç bir tibbi avadanlıqdan və digər cihaz və texnikalardan istifadə olunmur. Sadəcə insandakı “Efir” enerjisindən və bir sıra elmi-lədun sirlərdən istifadə edilir. Odur ki, bu müalicə üsulunu istənilən şəraitdə tətbiq etmək mümkündür. Ona görə də qəbuluma gələn xəstələr elə birinci seansdaca intihar fikrindən daşınırlar və qapandıqları otaqdan çıxaraq, cəmiyyətə qaynayıb-qarışırlar... Kompyuterdən silinmiş fayl və proqramlar necə bərpa (vostonovit) olunursa, intihar etmək istəyənin də qəlbindən silinmiş sevgi, məhəbbət hissləri, inam və ümid elə bərpa olunur. Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər, yaxud, bir çox hallarda məni onların yanına aparırlar... Yeri gəlmişkən, illərlə depressiyada qalaraq, tez-tez “son məktub”unu yazıb, bacısına verən bir pasiyentim, birinci seansdan sonra sosial şəbəkə profilində belə bir status paylaşmışdı: “Həyat möcüzələrlə doludur. Heç gözləmədiyin anda nələrsə dəyişə bilir. Son sandığın anda biri gəlib həyatını elə dəyişir ki, o son sənin üçün bir başlanğıc olur. Dörd illik virtual dostum Paşa doktor ilk seansı ilə üzərimdə olan ağırlığın çox hissəsini yox etdi. Mən dünənə qədər şiddətlənən depressiyada ölümdən başqa bir şey fikirləşmirdim. İndi o qədər yüngüllük var ki... Bu bir gerçəklikdir. Reklam deyil. Həyat möcüzələrlə doludur. Növbəti seansları səbirsizliklə gözləyirəm...” (Qeyd: müəyyən səbəblərdən statusu ixtisarla yazdım və ad çəkmədim) (ardı var)
0 Comments
Tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaqub bir neçə klinikada çalışır. 33 kitabın (o cümlədən 4 ensiklopediyanın), yüzlərlə məqalənin müəllifidir. Onun növbəti kitabı nəşrə hazırlanır. “Təbabətin sirləri” adlanan bu kitabda müəllif müxtəlif xəstəliklərin elmə məlum olmayan yaranma səbəblərini araşdırır və özünə məxsus müalicə metodunu izah edir. Kitab, həkimlər, psixoloqlar və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub. Geniş oxucu marağına səbəb olacağını nəzərə alıb, moderator.az saytı kitabı hissə-hissə yayımlamaq qərarına gəlib. Beləliklə, növbəti hissəni təqdim edirik: Qazaxdan Elnur Quliyev adlı oxucumuz yazır: -Hörmətli oxucular, başıma gələn bir hadisəni sizlərlə bölüşmək istərdim. Həyat yoldaşımın bogazında qalxanvari vəzin şişməsi - yəni zob xəstəliyi vardı. Bu xəstəlik ona cox əziyyət verirdi. Məsələn, ürək döyüntüsü, əldə uyuşma, saç tökülməsi, əsəb və s. Günlərin bir günü yoldaşımı Qazax rayon xəstəxanasına götürdüm. Analizlər, UZİ aparatı... Cavab heç də ürək açan olmadı. Endokrinoloqun yanına gedib, bu xəstəliyin müalicə olunması üçün müraciət etdik. Həkim bu xəstəliyin gecikməsini, üstəlik, müalicənin xeyri olmadıgını qeyd edərək, mütləq cərrahiyyə əməlyatının vacibliyini dedi. Sözün açığı rayon həkimlərinə güvənməyib, Bakıya üz tutdum. Bakıda təkrar analiz, UZİ... cavab eyni - rayondakı kimi çıxdı. Bakıda da eyni sözü dedilər: bu xəstəlik gecikmədən cərrahiyyə əməliyyatı olunmalıdır. Gecikərsə ağır xəstəliklə nəticələnə bilər. Bir az müalicə edib, cərrahiyyə əməliyyatı olmaq üçün hazırlaşmağımızı təklif etdilər. Nə isə, təklifi qəbul edib, Bakıdan dərmanları alıb, rayona döndüm. Rayonda 10 gün müalicə olunduqdan sonra, həkimin 10 gündən sonra təkrar UZİ aparatından kecmək tapşırığına əməl edib, müayinədən keçdim və analizlər verdim. Heç bir xeyri olmamışdı... Yenidən Qazax rayonunda calışan həkimin yanına getdim və analiz kagızlarını, üstəlik Bakıda yazılan dava-dərmanların reseptini göstərdim. Həkim kagıza baxaraq cox əsəbləşdi: bu nədi, bunu kim yazıb - dedi? Dedim Bakıda həkim yazıb, noolub, nə məsələdi? Dedi hansı agılla, hansı savadla bu dərmanları yazıb? Bu dərmanların xəstə ücün heç bir aidiyyəti yoxdur; bu dərmanlar sadəcə müqaviməti gücləndirmək ücündür. Dedi əgər istəyirsən müalicə yazım, 2-3 ay bu müalicəni edin. 2-3 aydan sonra cərrahiyyə əməliyyatı olunmalıdı, başqa çıxış yolu yoxdur. Nə isə, bir vərəq dava-dərman yazıb, bizi ugurladı: gedin, 3 aydan sonra gələrsiz deyə. Xəstəxananı tərk edib, başqa bir zob həkiminin yanına üz tutdum. Eynisini o biri həkim də dedi və o da başqa bir resept yazdı: gedin bunları alın, cərrahiyyəyə hazırlaşın dedi. Gəldim aptekə, satıcıya yaxınlaşıb reseptin ikisini də uzadaraq: qardaş, səndən çox xahiş edirəm bu reseptin hansını məsləhət görürsən? - deyə soruşdum. Cavab verdi ki, ikinci getdiyin həkim illərin həkimi oldugu üçün, onun reseptini al. Ən azından illərin həkimidi - dedi. Nə isə, dəva- dərmanı alıb, evə döndüm. Bir necə vaxt aradan keçdi, təkrar analiz, UZİ aparatı... heç bir xeyri olmadıgını gördüm. Cərrahiyyə əməlyatı ücün hazırlaşdıq. Bu arada Moderator.az saytında bir xəbərə rast gəldim. Dava-dərmansız elmi-lədun metodu ilə insanların xəstəliklərdən müalicə olunmasının mümkünlüyü barədə bir xəbəri oxudum. Bu həkimin adı Paşa Yaqub idi. Etməyib tənbəllik Paşa Yaqubu tapdım. Onunla tanış olub, başıma gələni ona danışdım. Cavab verdi ki, Elnur, yoldaşınla gəl yanıma, narahat olma, mən sagaldacam. Sözün acıqı ilk başda inanmadım. İnanmamagımın səbəbi həkimlərin cərrahiyyə əməlyatı barədə qəti qərar verməsi idi. Bu qərar gözmün önünü kəsirdi. “Yaxşı, Paşa doktor, gələcəm” dedim. Bu arada Bakıda yaşayan bir qohmum depresiyya deyilən bir xəstəlikdən çox əziyyət cəkirdi, hər gün səhərdən axşama səbəbsiz yerə oturub ağlayırdı. İlk öncə bu yaxın qohmumu Paşa doktorun yanına getməsini istədim. Fikirləşdim ki, bunu sağaltsa, deməli düz deyir, yoldaşımı da sağaldar. Həmin qohumum da mənə güvənərək, Paşa Yaquba üz tutdu. Aradan iki həftə kecmiş qohumumun yaxşı olması xəbərini eşitdim. Paşa Yaquba daha da inamım artdı. Etməyib təmbəllik 470 km yolu qət edərək, Bakıya - Paşa Yaqubun yanına getdim. Sağ olsun, məni gözəl bir şəkildə qəbul etdi. İlk senansı elə həmin gün etdi. Bizi yola salarkən daha iki dəfə gəlməyimizi söylədi. “Baş üstə” deyərək, xəstəxanadan uzaqlaşdıq. Onu da nəzərnizə catdırım ki, ilk senansdan sonra yoldaşım özündə biraz yüngülkük hiss elədi. Təkrar rayona qayıdıb, daha iki dəfə Paşa doktorun qəbuluna gəldik. Üçüncü senansdan sonra: Elnur, get, narahat olma, 1 aydan sonra apar harada istəyirsən aparatdan kecir, yoldaşın yaxşı olacaq dedi. Əziz dostlar, aradan bir ay kecdi, yenidən üz tutdum rayonumuzda (Qazaxda) olan klinikalardan birinə, təbii ki, UZİ aparatından kecməyə. Aparatın cavabı cıxdı. Aparata salan həkim (...) xanım təəccüblə yoldaşımın üzünə baxaraq: sən həftənin ikinci, yaxud, ücüncü günü Ağstafaya gəl, səni orada bir də aparata salacam dedi. Biz də “baş üstə” deyərək, xəstəxananın ücüncü mərtəbəsinə - ilk başda cərrahiyyə əməliyyatı olunmalısan deyən həkimin yanına qalxdlq. Əvvəlki aparat kagızını, bir də yeni çıxan UZİ kagızını həkimin qarşısına qoyaraq, həkimdən əvvəlki ilə indiki fərqi öyrənməyə çalışdıq. Həkim üzümüzə baxaraq: bu ola bilməz, bu mümkünsüzdü, deyərək, aparatın xarab olduğunu, cavabı doğru cıxarmadıgını söyıədi. Dedim necə bəyəm, bu aparat hər gün neçə insanı müayinədən keçirir. Bu aparat saxtadırsa nədən onda millətin cibinə girib, yalandan aparatdan kecirirsiz? Cavab əvəzinə soruşdu ki, sən bu xəstəni harada müalicə etdirmisən? Dedim heç bir dəva dərman olmadan, elmi-lədun metdu ilə müalicə olunub. Üzümə baxıb gülümsəyərək: bu mümkünsüzdür, biz həftədə, 10 gündə bir alimlərlə yıgışıb müşavirə keciririk, əgər bu xəstəliyin müalicəsi olsa biz də bilərik dedi. Dedim bəs biz kimə inanaq neyləyək? Cavab verdi ki, siz gedin yenidən Ağstafada UZİ-dən kecin. “Yaxşı, təkrar kecib gələrik” dedim. Elə də etdim. Təkrar Ağstafada UZİ aparatından keçdik. Aparata salan həkim (…) xanım Qazaxda çıxan aparat kagızını cıraraq: ikisi də eynidi, heç bir fərq yoxdur dedi. Biz yenidən Qazağa həmin aparat kagızına inanmayan (…) həkimin yanına gəldik. Həkim yenidən aparat kagızlarını gözdən kecirərək: “bəli, xəstəlik cərrahiyyəlik deyil, əvvəlkindən fərqli olaraq yarıdan aşagıdır” dedi. Yəni, 50 %-dən az qalıb. Dedi istəyirsən müalicə yazım, o da çıxıb gedəcək. Mən ona gülümsəyərək, çox sağ olun, bizim öz həkimimiz var; hansı ki, dəva dərmansız müalicə edir, ehtiyac yoxdur - deyib, xəstəxanadan ayrıldıq. Təbii ki, sevincimizin həddi hüdüdu olmadı. Mən burdan ilk başda Allahıma, daha sonra Paşa Yaqubu bizim qarşımıza çıxaran moderator.az saytına öz təşəkkürümü bildirirəm. Paşa doktora təşəkkürüm ayrıcadır. Çünki, o, bizim tükənmiş ümidlərimizi doğrultdu; hansı ki həkimlərin verdiyi “bu xəstəlik cərrahiyyəlikdi, başqa yolu yoxdur”, qərarı ümüdlərimizi kəsmişdi. Mən bir daha Paşa həkimə sonsuz təşəkkür edirəm inanıramki yerdə qalan 50 %-də digər senanslarında birdəfəlik yox edəcək. Söz ardı: mənə elə gəlir ki, xəstəxanadakı UZİ xarab olmayıb, ümumilikdə səhiyyə sistemi xarab olub. Elnur Quliyev – Qazax rayonu, Daşsalahlı kəndi. Qeyd: müəyyən səbəblərdən həkimlərin adlarını nöqtələrlə əvəz etdik. FOTOLAR – UZI CAVABLARI |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |