"Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?! (Və ya: siz imansızsınız deyə, sizi adam yerinə qoymayıb Quranla sizə öyüd-nəsihət verməməliyikmi?!)” “Quran”, 43:5.
Xəbər verildiyi kimi, dünən axşam Bakının Babək prospektində yerləşən maşın bazarında yanğın baş vermişdir. Hadisədə xeyli insana maddi ziyan dəyməklə yanaşı, camaat arasında da qorxu və həyəcan yaratmışdır. Elmi-lədun hesablamalarımız göstərir ki, Azərbaycanda baş verən digər həyəcanlı hadisələr kimi, bu hyanğın da təsədüfü olmayıb, özündən əvvəlki analoji (bənzər) hadisələrlə riyazi şəkildə bağlıdır. Bu əlaqə özünü həmişə olduğu kimi, 114 və 555 ədədləri ilə biruzə verir. Hadisəni şərh etməzdən öncə bu ədədlərin mənasını izah etmək istəyirəm. Öncə qeyd edim ki, Quran özündən əvvəlki səmavi kitabları təsdiq etməklə yanaşı, həm də öz-özünü riyazi yolla təsdiq edən möcüzəli kitabdır. Araşdırmalarımız sübut edir ki, bu müqəddəs kitabda bütün surə və ayələr Allaha məxsus olduğu kimi, onların düzülüşü və nömrələnməsi də birbaşa Rəbbimin iradəsi ilə baş vermişdir. Məsələn, götürək “Quran”ın 114 surədən ibarət olmasının hikmətini. Sual yarana bilər ki, niyə məhz 114? Başqa ədəd ola bilməzdimi? Bunun tərtibçilərin iradəsi ilə deyil, məhz Allah-təalanın iradəsi və qərarı ilə baş tutmasını aşağıdakı düsturdan görəcəksiniz: Kainatın 4 cəhətdən; Təbiətin 4 fəsildən ibarət olmasını; İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını; Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək: 7 + 286 + 200 + 176 = 669 Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır. Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ......109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır. Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq: 669 ”“ 555 = 114 Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi “Quran”ın surələrinin sayı olan 114 ədədini göstərir. Düsturdan o da məlum olur ki, “Quran” mülayimliklə, sərtliyin vəhdətindən ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur: "Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!" 114 və 555 ədələrinin hikmətlərini bildikdən sonra, qayıdaq maşın bazarında dünən baş verən yanğında bu ədədlərin özünü necə biruzə verməsinə. Əvvəlcə onu qeyd edim ki, dünən yanğın baş verəndə 9 mart tarixdə baş verən Günəş tutulmasının 114-cü (!) günü idi ki, bu da diqqətimizi 114 surədən ibarət olan müqəddəs kitaba yönəldir. Elmi-lədun hesablamalarımız göstərir ki, maşın bazarındakı yanğın 19 iyun 2016-cı il tarixdə Bakıdakı cərimə meydançasında baş verən yanğınla riyazi şəkildə bağlanır və eyni bir prosesin davamı olduğunu göstərir. Belə ki, qeyd etdiyim tarixdə cərimə meydançasındakı maşınların üzərinə elektirik naqili qırılıb düşmüş və nəticədə orada olan 57 maşın yanaraq kül olmuşdur. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bu iki bənzər (hər ikisi maşınlarla əlaqəlidir) 1110 gün fərqlə baş vermişdir. Bu ədəddən “Quran”da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınar: 1110 ”“ 555 = 555 Bu hesablama bir daha göstərir ki, həm cərimə (cəza) meydançasında, həm də maşın bazarında baş verən yanğınlar yolun azmış və pozğun həyat tərzinə aludə olmuş millətimizin cəzalanma prosesinin tərkib hissəsidir (bunu aşağıdakı hesablamalardan da görəcəksiniz). Xatırladım ki, keçən il sentyabrın 19-da Bakı metrosunda problem yarandığından qatarlar 10 dəqiqə tuneldə qalmışdı. Bu da insanlar arasında böyük təşviş və həyəcana səbəb olmuşdu. Maraqlıdır ki, bu həyəcanla dünənki yanğın həyəcanı arasında 286 gün fərq vardır ki, bu da “Quran”ın səhifələrinin sayı olmaqla, Allahın kodlaşdırılmış möhürü sayılır və bütün bu kimi hadisələrin üzərində görünür. Xatırladım ki, keçən il mayın 19-da Binəqədidə baş verən yanğın hadisəsi də eynən bu ədədlər altında baş vermişdi. Bax: http://www.moderator.az/news/137335.html Bütün bunlar bir daha sübut edir ki, vəzifəsindən aslı olmayaraq millətimiz son dövrlər yolun azdığına və biri-birinə zülm, haqsızlıq etdiyinə görə Allahın qəzəbinə gəlmiş və cəzalanmasına qərar verilmişdir. Bu hadisələr də həmin cəzalanma prosesinin tərkib issəsidir ki, davam etməkdədir. Xatırladım ki, elm və kamillik əsri olan XXI əsrin ikinci Qurban bayramı günü (22.02.2002.) elmi-ladun hesablamalarla mənə məlum oldu ki, artıq bəşəriyyətin (özəlliklə də Azərbaycanın) cəzalanmasına qərar verildi və 4 ayın tamamında bu proses başlanacaq. Sübut üçün Qurandan ayə də məlum oldu: “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir: “Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”¦ Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə. Allahın verdiyi elmlə, dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə açıq məktub yazıb, həm o zamankı dövlət başçısına, həm də mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriy¬yət” qəzetində çap olundu). Nəhayət, 22 iyunda İranın Azərbaycanlılar yaşayan bölgəsində baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin gün bir çox yaşayış məntəqələri yer üzündən silindi). Ondan sonara Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının bu prosesin davamı olduğunu zaman-zaman məqalələrimdə və kitablarımda riyazi hesablamalarla sübut etmişəm. Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyim xəbərin doğruluğunu sübut etmək üçün daha bir dəlil gətirim: elm əsrinin birinci, ikinci və üçüncü Qurban bayramlarının 286-cı (!) günləri ”“ müvafiq olaraq: - 14 dekabr 2001-ci il; - 4 dekabr 2002-ci il; - 24 noyabr 2003-ci il tarixlərdə Günəş tutulub. Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü ”“ 3 aprel 2003-cü ildə Günəş tutulub (286 ədədi orjinal - Kəbədə və mzeylərdə saxlanan ”“ Quranın səhifəlrinin sayıdır). Bu faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını sübut edir. Onu da əlavə edim ki, 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün ”“ 24 iyunda (bayram üç gün oldu-ğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi. Yuxarıda qeyd etdiyim kimi, 22 iyun 2002-ci il tarixdən etibarən dünyanın günahkarlardan təmizlənməsinə və cəzalanmasına start verilib və bu tarixdən etibarən, dünyada baş verən bütün böyük fəlakətlər biribiri ilə və 22 iyunla riyazi şəkildə əlaqələnir. Bu əlaqələri sübut edən hadisələrdən bir çoxunu oxucularım zaman-zaman kitablarımdan və məqalələrimdən oxuyurlar. Hesablamalarımız göstərir ki, baş verəcək fəlakətlərdən ancaq gözəl əxlaq və saleh əməllərlə qorunmaq mümkündür. “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi, halal yaşamağı) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik” “Quran”, 17:16 Nə qədər ki, məmləkətimiz yerlə-yeksan olmayıb, tövbə edib, doğru yola dönəyin (mən belə etdim, siz özünüz bilərsiniz). Allahın qulu və carçısı: Paşa Yaqub
0 Comments
Moderator.az xəbər verir ki, Dünya mason lojalarının rəhbərləri bugünlərdə Bakıda toplantı keçiriblər. Onların burada hansı məsələləri müzakirə etmələri cəmiyyət üçün maraqlı olsa da, təşkilatın quruluşu həddən artıq qapalı olduğundan, bu barədə dəqiq informasiya almaq mümkün olmamışdır. Əməkdaşımız bu və digər suallarla bağlı tədqiqatçı-yazıçı Paşa Yaquba müraciət edib.
Yazıçının fikirləri həmişəki kimi orjinal oldu: -Heç kəsə sirr deyildir ki, bu gün Azərbaycan da daxil, demək olar bütün dövlətlər ya birbaşa, ya da dolayısı ilə masonlar tərəfindən yönləndirilir. Dünyanı əslində mafiyalar idarə edirlər; olkələrdəki hakimiyyətlər hər biri bu mafiya zəncirinin bir həlqəsidir. Hətda mafiya (mason) zəncirinin qolları Dünya səviyyəli beynəlxalq təşkilatlara qədər gedib çıxır. Ona görə də Azərbaycan kimi xırda dövlətlər bu mafiyanın qoyduğu planları ödəməkdan yayınmaq istədikdə Beynəlxalq təşkilatlar buradakı insan haqları pozuntularını, korrupsiyanı, seçki saxtakarlığını yada salan bəyanatlar verirlər və vəzifəli şəxslərə sanksiya tətbiq edəcəkləri ilə hədələyirlər. Bu o deməkdir ki, kvartalın sonudur, haqqımızı gətirin. Bundan sonra 3-4 ay sakitlik olur. Bu gün Bakıda hər addımda mason simvollarına rast gəlmək olur. Metro stansiyaları, parklardakı gül əkmək üçün düzəldilən çalalar belə yuxarıdan baxanda mason simvolunu xatırladır. Hətda, bu gün Bakının simvoluna çevrilən alov qüllələrini belə şeytanın buynuzu ilə yanaşı qoyanda oxşarlıq açıq-aşkar görünür (bax: aşağıdakı şəkillərə) Bütün bunlar sübut edir ki, Azərbaycan və onun paytaxtı masonların tam nəzarətindədir və bütün layihələrin memarı onlardır. -Masonların fəaliyyəti təkcə tikintilərlə bitir, yoxsa başqa sahələri də əhatə edir? -Onlar ən böyük zərbəni xalqın mənəviyyatına, əxlaqına vururlar. Bunu da KİV vasitəsi ilə həyata keçirirlər. Belə ki, televiziyalarda, qəzetlərdə, saytlarda əxlaqsız müğənniləri və s. bu qəbildən olanları önə çıxararaq, insanların gözünə soxmaqla, pozğunluğu təbliğ edən serial və filimləri nümayiş etdirməklə, insanların tərbiyəsinə, əxlaqına sağalmaz yaralar vururlar. Əxlaqı pozuq insanlar isə, o qədər cılızlaşar ki, öz dəyər-qiymətni bilməz və heç vaxt böyük ideyalar, amallar, bəşəri dəyərlər uğrunda mübarizə aparmazlar. Belə insanlar özlərini çox ucuz satarlar ki, bu da masonlara sərf edən bir vəziyyətdir. Bütün bunlara görə bu gün Azərbaycanda əxlaq faciəsi hökm sürür... -Masonların təsiri təkcə hakimiyyət üzərindədirmi? - Ən acınacaqlı hal odur ki, Azərbaycanda həm hakimiyyəti, həm də müxalifəti masonlar idarə edirlər. -Bunu o qurumların özləri bilirlərmi? -Dövlət rəhbərləri və partiya rəhbərləri özlərinin masonlar tərəfindən yönləndirildiklərini biirlər, amma, qarşı tərəfin də eyni qurum tərəfindən idarə olunduğunu bilmirlər. Çünki, kuratorlar başqa-başqadır. Belə ki, hakimiyyəti idarə edən mason kuratorunun dərəcəsi müxalifəti yönləndirən kuratorun dərəcəsindən biraz üstündür. Fərq yalnız bundadır. -Sözünüzdən belə çıxır ki, Azərbaycanda xalq hərəkatını masonlar yaradıblar? -Xeyr, əsla belə deyildir! Xalq hərəkatı Azərbaycan tarixinin qızıl dövrüdür. Mən də bu hərəkatda olmuşam və bununla fəxr edirəm. Bu hərəkat insanların deyil, Allahın iradəsi ilə yarandı və nəhayət uzun fasilədən sonra 90-cı ilin əvvəllərində Azərbaycanda həqq-ədalət qələbə çaldı. Təssüf ki, cəmiyyətmiz bu neməti yetərincə dərk edə və dəyərləndirə bilmədiklərinə, bu nemətə layiq olmadıqlarına görə Allah-təala verdiyi neməti onlardan aldı və layiq olduqlarını, haqq etdiklərini verdi. Beləliklə də keçən əsrin sonlarında Azərbaycanda yaranan xalq hərəkatı artıq öz missiyasını başa vurmuş oldu. -Həmin hərəkat və onun bugünkü liderləri təkrar hakimiyyətə gələ bilərlərmi? -Əgər bu gün Dünyada 90-cı illərdəki abu-hava olsaydı, əlbətdə gələ bilərdilər. Təssüf ki, dövr o dövr deyil və dünyanın bəşəri dəyərlərə, demokratiyaya baxışları 180 dərəcə dəyişib. Yəni, Dünyanı yönləndirən mafiyalar (masonlar) demokratiyanı, haqq-ədaləti ancaq avropalılar üçün nəzərdə tutublar. Onlar Azərbaycana və digər müsəlman dövlətlrinə ancaq xammal bazası kimi baxırlar. Ona görə də bu cür dövlətlərə sözəbaxan, özlərinə tabe olan rəhbərlər təyin edib, onların əli ilə sərvətləri talamaqla məşğuldurlar. Taladıqları haram sərvətlərdən kiçik bir hissəni də həmin dövlətlərin siyasi cəhətdən fəal kəsiminə qrant adı ilə ötürürlər ki, onlar səslərini kəssinlər və xalq üçün yalançı bir ümid yerinə çevrilsinlər. Siyasi partiyaların qorunub saxlanması ölkədə yalaçı bir demokratiya imici yaradır. Həm də xalqın fəal hissəsi başqa ideyalar (İslam və s.) ətrafında birləşməyə meyl etmirlər. Hamı ümidin siyasi təşkilatlara bağlayır. Beləliklə, millətin ümidlərini də nəzarət altında saxlayırlar. Onu da deyim ki, siyasi partiyalara qrant ayıran fondların bəzilərinin rəhbərləri Dünyada qadın ticarətinə rəhbərlik edirlər. Belə çirkli pulların bir hissəsini də Azərbaycandakı siyasi hərəkatlara ötürdüklərinə görə buradakı xalq hərəkatı haramlaşdı, çirkaba bulaşdı. Masonlar bunu qəsdən etdilər. Çünki, onlar bilirlər ki, müqəddəs ideyaların qarşısını almağın əsas yolu onu haramlaşdırmaq, çirkaba batırmaqdır. Ona görə də son dövrlər aparılan mübarizələr heç bir effekt vermir. -Mübarizədən söz düşmüşkən, insanlarımız haqq-ədalət uğrunda kifayət qədər gərgin mübarizə aparsalar da, haqqa çata bilmirlər... -Çünki, haqqı tələb edənlər özləri Haqqa boyun əymirlər. Haqlarını tələb edərkən, özləri kiminsə haqqını tapdalayırlar. Ona görə də Haqqa çata bilmirlər. Bilməliyik ki, özündən aşağıya zülm edən insan mütləq özündən yuxarının zülmünə məruz qalacaqdır. Biz əməllərimizin əsiriyik öz əxlaqımız (daha doğrusu əxlaqsızlığımız), günah əməllərimizlə bugünkü zülmü haqq etmişik. -Çıxış yolunu nədə görürsüz? -Bizdən əvvəl yaşamış din böyükləri, Allah dostları insanlara məsləhət görmüşlər ki, əgər rəhbərinizin dəyişməsini istəyirsinizsə, birinci növbədə özünüzdən başlayın. Özünüzü (əməl və əxlaqınızı) dəyişə bilsəniz Allah sizin rəhbərinizi dəyişəcəkdir. Dəyişə bilməsək mübarizə heç bir nəticə verməyəcəkdir ”“ indiki kimi. Bilməliyik ki, bu gün çəkdiyimiz zülümlər, məruz qaldığımız haqsızlıqlar bizim günahlarımızın nəticəsidir. Bundan xilas olmaq üçün birinci növbədə tövbə edib günahlarımızdan xilas olmalıyıq. Belə etsək Allah bizi masonların və onların əlaltılarının zülmündən xilas edəcəkdir. Necə ki, Musanın qövmünü Firoonun, İbrahimi Nəmrudun zülmündən xilas etdi.... Təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır
'Gül əkin, gül becərin' Bu tövsiyə Nostradamusun kitabında yer alır. Amma səbəbini izah etmir. Elmi-lədun yolu ilə bu tövsiyyəni izah etməyə çalışaq. Belə ki, insan oğlunun məşğul olduğu sahə mütləq onun xarakterinə təsir edir. Bunu adi həyatda, istənilən peşə sahiblərinə diqqətlə nəzər saldıqda aydın görmək mümkündür. Bu mənada istənilən insan hər gün vaxtının bir neçə saatını gül bəsləməyə sərf edərsə, bir neçə ildən sonra güldə olan zərifliyi, gözəlliyi, təravəti, ətri həmin adamın xarakterində müşahidə etmək mümkündür. Məhz bunu nəzərə alaraq Osmanlı dövlətinin sultanları qərar vermişdilər ki, qəssablar hər altı aydan bir gülçülük təsərrüfatlarında məcburi əməyə cəlb edilirdilər. Nostradamus bu deyimlə qadınları da nəzərdə tuta bilərdi. Çünki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Onlarla da təmas insana (kişiyə) nəvaziş, incəlik təlqin edir. Fikir vermisinizmi, qadın olmayan kollektivlətdə həmişə kobudluq hökm sürür. Nostradamus bu deyimlə övladlara da işarə vura bilərdi. Çünki, onlar da bizim gül balalarımızdır və onlarla da təmas insanın xarakterinə müsbət təsir edir. Övladın qoxusu hər bir valideyin üçün əvəzolunmaz ətirdir. Allah hamınızın balalarınını xoşbəxt etsin. Fürsəti qaçırmayın - gül əkin, gül becərin. Paşa Yaqub Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.
Moderator.az saytı yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. Beləliklə, əsərin beşinci hissəsi ilə tanış olun. Dördüncü hissəni bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/142493.html MƏHƏMMƏD DAVUDİ DÖVRÜNÜN MEDAR QÜTBÜ İDİ Ã–vliyalıqda yüksək dərəcələrə çatmış mübarək şəxslərdən bir qisminə Qütb və ya bunun sinonimi olan aktab adı verilir. İşlərin görülməsinə və çətinliklərin aradan qaldırılmasına vasitə olan bu müqəddəs insanların dünya işləri və maddi aləmlə əlaqəli olanlarına Qütb-ül-aktab, Qütb-ül-ebdal və ya Qütb-ül-medar (medar qütbü), din və irşad işləri ilə vəzifəli olanlara Qütb-ül-irşad (irşad qütbü) deyilir. Qütb-ül-aktab - aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar... deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir. Böyük alim İmam Rəbbaninin bildirdiyinə görə, Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən bu zat hər zaman bulunur. Həzrəti-Rəsulullahın zamanında da vardı. Fəqət bunlara inziva (insanlar arasına qarışmamaq) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri ilə olur. Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünki aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir. İrşad qütbü isə, belə deyildir. Çünki, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur. Peyğəmbər əfəndimiz zamanının irşad qütbü idi. Həmin dövrdə medar qütbü Üveys əl-Qərani idi. Davudinin həyat və fəaliyyəti ilə yaxından tanış olduqca aydın olur ki, onun missiyası xəstələrə şəfa vermək, çarəsizlərin dərdinə çarə etmək, kasıblara əl tutmaq, Allahdan ruzi və yağmur istəyənlərə dua etməkdən... ibarət olmuşdur. Bütün bunlar sübut edir ki, o da öz dövrünün Qütb-ül-medarı (və yaxud Qütb-ül-ebdalı) olmuşdur. Hacı Məhəmməd Əfəndi Davudi məşhur sufi (Nəqşibəndi) şeyxləri Lələli Yunis Əfəndi, Almalı Mahmud Əfəndi, Talalı Əhməd Əfəndi, Ləkitli Hacı Cəbrayıl Əfəndi ilə eyni dövrdə yaşamış və onların bəziləri ilə yaxından dostluq etmişdir. O, həm də kəramət sahibi olan bir övliya kimi xalqın sevimlisinə çevrilmiş və bu günədək müqəddəs məzarı ziyarət olunmaqdadır. Onun kəramətlərinə dair əhvalatlar bu günədək Car bölgəsində danışılmaqdadır. Yeri gəlmişkən, Car kəndinin sakini Mina xanım Burcayeva bizimlə söhbətində bildirdi ki, oğlum stress keçirmişdi; depressiyada olurdu. Məhəmməd Davudinin qəbrini ziyarət etdik, orada dualar etdik. Ondan sonra oğlumda bir daha stresin əlamətləri olmadı... MÜQƏDDƏS HƏCC YOLÇULUÄžUNDA “Həqiqətən insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr ”“ İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin Həccə gedib, o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur” Quran, “İmran ailəsi” surəsi, 96-97-ci ayələr. Məhəmməd Davudi dəfələrlə Həcc ziyarətində olub. O, ziyarətə gedərkən, həyat yoldaşlarını da apararmış (bir neçə arvadı olub). Təkcə həyat yoldaşı Məryəmi yeddi dəfə Həccə aparıb. Belə səfərlərin birində, Həccdən qayıdarkən, quldurlar onlara basqın edirlər. Əfəndi başından aldığı zərbədən yerə yıxılır və huşunu itirir. Oğru onu soyub, qaçmaq istəyəndə, onunla birlikdə olan Car kənd sakini Hacı Ramazan, qulduru tutaraq, Məhəmməd əfəndinin qarşısında diz çökdürür. Əfəndiyə təklif edirlər ki, oğruya cəza kəs, biz də icra edək. Məhəmməd Davudi cavab verir ki, “mən müqəddəs torpaqda əlimi insan qanına batırıb, günah edə bilmərəm. Buraxın getsin”. Bu, Məhəmməd Əfəndinin necə böyük insan olduğunu sübut edən əhvalatlardan biridir. Bu hadisələrdən sonra övliyanın qulağı eşitmir. Lakin Həcc ziyarətində olan vaxtlarda qulağı daim eşidərmiş. Bu hadisə yadıma Mövlana ilə xalça oğrusunun ibrətamiz əhvalatını saldı. Əhvalat belə olmuşdur: Mövlana bir gecə namaz qılırdı. Həmin anda “eşq sultanı” bir başqa dünyanın insanı idi. Nə evində idi, nə də dünyada. Hüzurunda hüzur tapdığı Rəbbinin qatında idi. Ondan heç bir şey ala bilməyənlərdən biri oğurluqla keçinməkdə idi. Mövlananın otağına gəldi və orada yerə sərilən xalçanı götürüb getdi. Bir neçə gün sonra oğurladığı xalçanı bazarda satarkən yaxalandı. Həzrəti Mövlananın hüzuruna gətirildi. Mövlana oğrunu vəhşi kimi tutub gətirənləri sözləri ilə təəccübləndirdi. Oğruya yazığı gəlmişdi: -Buraxın o yazığı! Ehtiyacı olduğu üçün etmişdir. Üzrlü hesab edin. Artıq xalça onundur. Ya da pulunu verib xalçanı satın alın! (Bu hadisə bir çox yazıçı və şairə ilham qaynağı oldu. Əsrlər sonra Viktor Hüqo bu gözəlliyi götürüb romanında canlandırdı. “Səfillər” adlı bu roman klassiklər arasında sayıldı. Lakin həmin kitaba görə o gözəlliyin qəhrəmanı Mövlana deyil, bir xristian rahibi idi). Məhəmməd Davudi də övliyaya layiq hərəkət edərək, quldurun ac olduğunu nəzərə alıb, onu əfv etmişdir. Bir gecə də, onun tövləsinə oğru girib, atlardan birini oğurlamaq üçün minir. Ancaq nə qədər çalışsa da, nə at yerindən tərpənir, nə də oğru atdan düşə bilir. Beləliklə, sübh namazına qalxan Məhəmməd Əfəndi, tövləyə yaxınlaşır və çöldən oğruya adı ilə müraciət edir ki, “filankəs, çıx get”. Oğru cavab verir ki, “atdan düşə bilmirəm”. Əfəndi deyir: “İcazə verdim, düş get”. Bundan sonra oğru atdan düşür və övliyanın qarşısında diz çökərək üzr diləyir. Hacı Məhəmməd Əfəndinin duaları Haqq dərgahında qəbul olunduğundan, yaşadığı dövrdə insanlar bir çox problemlərinin həlli üçün ondan dua etməsini xahiş edərmişlər və əksər hallarda istəklərinə nail olarmışlar. MƏHƏMMƏD DAVUDİ İNSANLARIN DADINA YETƏRDİ Ã–vliyalardan bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli olduqlarını bir kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni, insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi, bəziləri qırx, bəzi alimlər isə yetmiş olduğunu söyləmişlər. Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bir hədisində buyurmuşdur: "Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. Bu zatlara ebdal deyilir (“Ebdal” sözünü təsəvvüfdə yüksək məqam olmaqla, “dərviş” sözünün sinonimi kimi də qəbul etmək olar ”“ müəllif). Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər". Abdullah ibn Məsud: "Ya Rəsulallah! Nə ilə bu dərəcəyə çatdılar?" - deyə soruşdu. "Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər" - deyə buyurdu. Məhəmməd Davudidən və onun insanların dadına yetməyindən söhbət etdikcə, yadıma məhz bu hədis düşdü. Onu da qeyd edim ki, övliya insanların dadına təkcə maddi yardımla çatmırdı, o həm də xəstələr üçün şəfa, çarəsizlərin dərdinə çarə idi. Zaqatala rayonunun Çökək kəndində olan qədim məsciddə Məhəmməd Davudi tez-tez namaz qılarmış. Həmin kənddən olan yaşlı bir möminə qadın da, valideynlərinin ehsanı olaraq, məscid əhlinə tez-tez yemək gətirərmiş. Qadın bir gün məscidə gələndə Məhəmməd Əfəndinin içəridə təklikdə namaz qıldığını görür. Bir qədər gözləyir, birdən gördüyü mənzərədən heyrət edir: Davudi qaranquşa dönüb, məscidin içində bir neçə dövrə vurdu və yenidən insan olaraq, namaz qılmağa davam etdi. Qadın gördüyü möcüzənin heybətindən bayıldı. Özünə gələndə, Şeyx ona, gördüyü möcüzəni heç yerdə danışmamağı tapşırdı. Qadın vədinə əməl edərək, gördüyünü Şeyxin ölümünə qədər danışmır. Məhəmməd Əfəndi dünyasını dəyişəndən sonra, oğulluğu Hacı Osman həyat yoldaşı Məryəm xanımla birlikdə Çökək kəndində qonaq imiş; həmin qadın da, məclisdə iştirak edirmiş. Nəhayət, qadın bu əhvalatı danışır və bildirir ki, bu sirri o dünyaya aparmaq istəmir. (ardı var) Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucula-rımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb. Moderator.az saytı yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib. Beləliklə, əsərin dördüncü hissəsi ilə tanış olun. Üçüncü hissəni bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/142328.html DAVUDİ MƏRİFƏT ELMİNƏ SAHİB İDİ Əvvəlki fəsildən göründüyü kimi, Hacı Məhəmməd Əfəndinin həyat və fəaliyyəti belə çətin və mürəkkəb bir dövrə təsadüf edirdi. Bütün çətinliklərə, təzyiq və təqiblərə baxmayaraq, o, ilahiyyat elminin incəliklərini öyrənməkdən və müridlərinə öyrətməkdən çəkinmirdi. İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məşÂ¬Â¬ğul olduqca və Quran ədəbi, Quran əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqa-ların¬dan daha yaxın olur. Yaxın olduqca da duaları da¬ha tez qəbul edilir. Belə şəxsləri Rəbbim Quranda vəliyullah, həbibullah, övliyaüllah adlandırır ki, dilimizə tərcüməsi Allahın vəlisi, dostu, həbibi mə¬nasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Bu cür şəxslər mərifət elminə sahib olurlar. Könüllə bilmək, Allah-təalanı hakkıyla tanıyıb bilməyə mərifət deyilir. Məhəmməd Məsum Faruki insanın izzətinin iman və mərifət ilə olduğunu, mal və mülk ilə olmadığını bildirmişdir. Əbül-Həsən bin Sai isə, “Mərifət ”“ hər durumda qulun Allah-təalanın verdiyi nemətlərə şükr etməkdə aciz qaldığını, gənc və güclü zamanlarında da zəif olduğunu bilməsi ilə əldə olunur” - demişdir. Allah-təalanı qəlb və ruhla tanıyıb bilməyə mərifətullah da deyirlər. “Sülük-ül-Ulema” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” - buyrulmuşdur. Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz. İbadətlərin yapılması və bütün şəriət bilgiləri isə ustaddan öyrənməklə əldə edilir” ”“ demişdir. İnsanın görünməyən və aləmi əmirdən olan qəlb, sirr, ruh kimi dəyərləri mövzu edən elmə qısaca könül ”“ yəni, qəlb; ruhla bağlı elmə ELM-İ BATİN (və yaxud ELMİ-LADUN) deyilir. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elm-i batin Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” ”“ deyə buyurulmuşdur. Şəhabəddin Şührəverdi: “Elm-i batin (elm-i ladun) ilə qulun Allah-təalaya yaxınlığı artar. Bu elm Allah adamı deyilən vəliləri və talibləri ona qovuşduran, doğru yolu qüvvətləndirən və insanlara doğru yolu göstərən alimlərin söhbətlərində qazanılır. Bu alimlər peyğəmbərlərin varisləridir” ”“ demişdir. Peyğəmbərimiz buyurmuşdur: “Elmi ilə əməl edənə Allah-təala bilmədiklərini də bildirər”. Əbül Əsəd ed-Dueli: “Heç bir şey elmdən üstün deyildir. Çünki, sultanlar insanlara hökm edirlər; alimlər isə, sultanlara hökm edirlər” ”“ demişdir. Loğman Peyğəmbər də oğluna bunu söyləmişdir: “Ey oğlum! Dünyanın sevinc və nəşələrini təcrübə etdim, elmdən ləzzətli bir şey tapmadım”. Sonra isə: “Dərvişlər, fəqir və yoxsullar elm sayəsində sultanlar süfrəsində otururlar” ”“ demişdir. Abdullah Dəhləvi isə? “İnsanın qəlbini genişləndirən şeylərdən biri elmdir” ”“ demişdir. Bu cür mərifət elminə sahib olan şəxs kəramət sahibi sayılır ki, Hacı Məhəmməd Əfəndi də məhz bu zümrəyə daxil idi. MƏHƏMMƏD ƏFƏNDİ DƏRƏCƏ-DƏRƏCƏ YÜKSƏLİRDİ “Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldirik. Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir”. “Davar” surəsi, 83. Allah-təala başqa dostları kimi Məhəmməd Davudinin də xidmətlərini nəzərə alıb, onu dərəcə-dərəcə yüksəltmişdir. Çünki o, xalqa xidmət etdikcə, nəfsini öldürmüş və ruhən paklaşaraq, Allahla dostluğa layiq bir vəli qula çevrilmişdir. Yeri gəlmişkən, Peyğəmbər Əfəndimiz hədislərindən birində: “Bir qövmə xidmət edən şəxs (əcr və mükafata nail olmaq baxımından) onların ən üstünüdür”- deyə, buyurmuşdur. Başqa bir hədisi- şərifdə isə buyurur: “Bir nəfər yolda gedərkən qarşısında bir tikan kolu gördü və onu götürüb yoldan kənara atdı. Bu səbəbdən Allah ondan razı qaldı və qüsurlarını bağışladı” (Buxari, Azan 32). Buradan belə məlum olur ki, Allah dərgahında ən məqbul əməl, Allah rizası üçün insanlara xidmət etmək və gözəl əxlaq sahibi olmaqdır ki, Məhəmməd Əfəndinin simasında biz bunun aydın nümunəsini görürük. O, bütün həyatını insanların hidayətə çatması və daxili aləmlərinin mənəvi gözəlliklərlə bəzədilməsi kimi ülvi bir xidmətə həsr etmişdir. İsti yay günlərinin birində Məhəmməd Əleyhissəlam səhabələrlə birlikdə səfərə çıxmışdı. Münasib bir yerdə düşərgə saldılar. Səhabələrin bir qismi oruclu idi və onlar yorğun olduqlarına görə yatdılar. Oruclu olmayanlar isə kölgələnmək üçün çadır qurdular dəstəmaz almaq və heyvanları sulamaq üçün su daşıdılar, oruclu olanlara xidmət etdilər. İftar vaxtı çatanda Peyğənbər Əfəndimiz belə buyurdu: “Bu gün oruc tutmayanlar (daha çox) savaba nail oldu”. (Buxari, Cihad, 71; Müslim, Siyam,100-101) HAQQA DƏVƏT “İçərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən adamlar olsun! Bunlar (bu adamlar), həqiqətən nicat tapmış şəxslərdir”. “Quran”, “İmran ailəsi” surəsi, 104-cü ayə. Məhəmməd Davudinin övliyalıq məqamına yüksəlməsinin bir səbəbi də, insanları Haqqa dəvət etməsi və onları pis işlərdən, bəd əməllərdən çəkindirməsi idi. Onu başqalarından fərqləndirən əsas cəhətlərdən biri də qəlbindəki mərhəmət hissi idi. Mərhəmətin təzahürü kimi edilən müqəddəs xidmətlərin başında da islami təbliğ və Haqqa dəvət gəlir. İnsanları xeyirxahlığa çağırmaq, xətalarını düzəldərək bilmədiklərini öyrətmək, qəlblərini Allaha istiqamətləndirmək onlara edilən ən böyük xidmətlərdəndir. Həzrət Peyğəmbərimiz bu barədə belə buyurmuşdur: “Allaha and içirəm ki, Allah təalanın sənin vasitənlə bir nəfəri hidayətə çatdırması (ən qiymətli dünya neməti sayılan) qızıl dəvələrə sahib olmağından daha xeyirlidir”. (Buxari, Əshabun-Nəbi, 9) Başqa bir hədisdə isə, fəxti-kainat Peyğəmbərimiz belə buyurur: “Hidayət yoluna dəvət edən şəxs, ona tabe olanların əcri qədər mükafat alar. Bu, ona tabe olanların əcrindən hec bir şey əksiltməz! Pis bir yola dəvət edən insan da, ona tabe olanların günahı qədər günah alar. Bu da ona tabe olanların günahlarından heç bir şey əksiltməz”. (Müslüm, Elm, 16; Əbu Davud, Sünnə, 6/4609) Təbliğ xidməti edən şəxsin; elmli, əməli-saleh, səxavətli və gözəl əxlaq ilə yaşayaraq başqalarına nümunə olması vacibdir ki, bu keyfiyyətlərin hamısını Məhəmməd Davudidə görmək mümkün idi. Belə yaşayan səmimi insanlar üzlərinə baxıldıqda Allahı xatırladan sadiq və övliya bəndələrdən olurlar. Belə ki, səhabələr: “Allahın övliya bəndələri kimlərdir?”- deyə soruşduqda, Allahın Rəsulu: “Allahın övliya bəndələri üzlərinə baxıldıqda Allah-təalanı xatırladan insanlardır”- deyə buyurmuşdur (Heysəmi,X, 78). Məhəmməd Davudinin xalqa etdiyi ən mühüm xidmətlərindən biri də, onlara Quranı öyrətməsidir. Belə ki, insanın bu dünyada rifah halında yaşaması üçün maddi qidalara nə qədər ehtiyacı varsa, əbədi həyatdakı səadətini təmin etməsi üçün mənəvi və ruhi qidalara bir o qədər ehtiyacı vardır. İnsan ruhunun ən gözəl və ən təsirli qidası Qurandır. Ona görə də ən şərəfli əməl, Quranı öyrənmək və onu öyrətməklə məşğul olmaqdır. Rəsulullah-səllallahu əleyhi və ssəlləm-belə buyurmuşdur: “Qurani-Kərim elə bir ilahi kəlamdır ki, o, baş verə biləcək hər cür fitnəyə qarşı insanı salamata çatdırar. Onda sizdən əvvəlkilərin xəbərləri, sizdən sonrakıların vəziyyətləri, insanlar arasında meydana gələcək hadisələrin hökmləri vardır. O, haqq ilə batili bir-birindən ayırır. Onda mənasız heç nə yoxdur. Onu tərk edən azğını Allah-təala həlak edər. Ondan kənarda hidayət axtaranı, Allah zəlalətə salar. O, Allah-təalanın sağlam ipi, zikri-hakimi və sirəti-müstəqimidir. Ona tabe olanlar heç vaxt yolunu azmaz, onu söyləyən dillər səhv etməz. Alimlər ondan doymaz. Çox təkrar edildiyinə görə yeniliyini əsla itirməz. İnsanları təəccübləndirən möcüzəvi xüsusiyyətləri bitib-tükənməz. Cinlər, onu eşitdikləri zaman; “... Doğrudan da biz, heyran edən bir Quran eşitdik...” deməkdən özlərini saxlaya bilməzlər. Qurana əsaslanaraq danışanlar doğru danışarlar. Onunla hökm verənlər yerində adil davranarlar. Onu tətbiq edənlər mükafat qazanar və ona dəvət edənlər doğru yolu taparlar”. (Tirmizi, Fəzailul-Quran, 14/2906; Darimi, Fəzailul-Quran, 1). Quran elmini öyrədən insana mürşid deyilir. Mövlana Cəlaləddin Ruminin maraqlı bir fikri var ki: “Bir bıçaq öz sapını başqa bir bıçaq olmadan yona bilmədiyi kimi, insan da öz ruhunu, mənəviyyatını cilalamaq üçün bir mürşidə ehtiyac duyur”. Şeyx Məhəmməd Əfəndi dövrünün kamil mürşidi olaraq insanların ruhunun cilalanmasına, nurlanmasına, paklanmasına xidmət edirdi. Mövlanə kamil mürşidləri mənəvi həkimlər adlandırır və onların maddi həkimlərdən (təbiblərdən) üstünlüklərini belə izah edir: “O zahir həkimlər başqadır. Onlar ürəyə nəbzi tutaraq baxırlar. Mürşidi-Kamillər isə nəbzi tutmadan ürəyə baxarlar. Və Allahın vermiş olduğu fərasət və sirri varmaq cəhətdən maddi həkimlərdən fərqlidirlər. Zahiri həkimlər ancaq maddi qida və əczalarla cismi, yəni cəsədi müalicə edərlər. Cəsəd isə, aydındır ki, bir gün qeyb olacaqdır”. “Mənəvi həkimlər isə Allahın cəlal və əzəmət nuruna bələnmişlər. Bu səbəbdən Allaha varmağa mane olan yollar ortadan qaldırılır. Dəlilləri kəşf, ilham və sirri ilahidir. O mübarək insanlar müalicə haqqı da istəməzlər”. (ardı var) Moderator.az xəbər verir ki, Londonun Hitrou hava limanında American Airlines şirkətinə məxsus A330 təyyarəsində yanğın baş verməsi səbəbindən sərnişinlər təxliyyə olunub.
/http://www.moderator.az/news/142306.html Təyyarə qəzalarının monitorinqini aparan tədqiqatçı-yazıçı Paşa Yaqub hadisə ilə bağlı saytımıza maraqlı hesablamalar təqdim etmişdir: Əvvəlki yazılarımda və kitablarımda göstərdiyim kimi, təyyarə qəzaları təsadüfü olmayıb, biri-biri ilə riyazi şəkildə əlaqəlidir. Yəni, burada böyük bir qanunauyğunluq vardır. Bu qanunauyğunluq bir qayda olaraq, özünü 114 və 286 ədədləri ilə biruzə verir (bu ədədləri əvvəlki məqalələrimdə geniş şərh etdiyimdən, burada qısaca olaraq qeyd edim ki, 114 “Quran”ın surələrinin, 286 isə, səhifələrinin sayıdır). Bu gün Londonda baş verən təyyarə yanğını da bu qəbildəndir. 1)Xəbər verildiyi kimi, 4 mart 2016-cı il tarixdə Türkiyənin İstanbul şəhərindəki “Atatürk” hava limanından havaya qalxan “Türk Hava Yolları” aviaşirkətinə aid 3 təyyarə ildırım vurması nəticəsində yerə enmişdi. Bax: http://www.moderator.az/news/125230.html Maraqlıdır ki, bu gün londonda təyyarə yanğını da həmin hadisənin 114-cü (!) günü baş vermişdir! Siz zülm etməkdə, günah törətməkdə həddi aşan bir qövmsünüz deyə, (sizi başlı-başına buraxıb) “Quran”ı sizə təbliğ etməkdən vaz keçməliyikmi?!” “Quran”, 43:5. 2) Xatırladım ki, bu gün həm də 16 noyabr 2015-ci il tarixdə (ilin 319-cu günü) Tehran-Bakı marşurutu ilə uçmalı olan “Airbus 319” (!) təyyarəsinin nasazlıq səbəbindən uçuşunun təxirə salınmasının 228-ci günüdür ki, bundan da “Quran”ın surələrinin sayını (114) çıxsaq, yenə də müqəddəs kitabın rəmzi olan 114 ədədi alınar və fikrimizin doğruluğunu bir daha təsdiq etmiş olar: 228 - 114 = 114 “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29 3) Bu gün Londonda baş verən təyyarə yanğını həmçinin, Berlin hava limanında (27.05.2015) baş verən “Airbus 319” (!) qəzasının 400-ü günüdür ki, bundan yenə də “Quran”ın surələrinin sayını çıxsaq. Müqəddəs kitabın səhifələrinin sayı alınmaqla, bəşəriyyətin diqqətini təkrar olaraq bəşəri dəyərlərin təbliğ olunduğu “Quran”a yönəldir: 400 ”“ 114 = 286 4) Bu gün həmçinin, 13 sentyabr 2015-ci il tarixdə baş vermiş astronomik xəbərdarlığın (Günəş tutulmasının) 286-cı (!) günüdür. "And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır". Quran, 19:94. Oxucuları yormamaq üçün hesablamaları çox davam etdirmirəm. Bir daha qeyd etməyi vacib bilirəm ki, bu cür qəzaların baş verməsi Allahdan xəbərdarlıq olmaqla, yolun azmış Yer əhlinin onların zalım rəhbərlərinin diqqətini “Quran”a yönəltmək məqsədi daşıyır. Hesablamalarımız göstərir ki, bəşəriyyət bu xəbərdarlıqlara lazımi reaksiya verməzsə, daha böyük faciələrlə üzləşəcəkdir. Bu kimi hadisələrdən tövbə edib doğru yola dönməklə, “Quran” ədəbi və əxlaqı ilə, həmçinin, insanlara yaxşılıqlar etməklə sığortalanmaq olar. “Sizi suda və quruda (havada) gəzdirən Odur. Siz gəmidə (oxu: hava gəmisində) olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: “Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!” “Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik”. “Quran”, 10:22-23. Müəllifdən: bu ayənin hökmü bu il martın ortalarında özəl təyyarədə Türkiyə hava limanına qəza enişi edənlərə də aiddir! Qeyd: təyyarə qəzalarının monitorinqi ilə bağlı ətraflı hesablamalarla müəllifin "Məhəbbət ili" və "Kəramətin sirləri" kitablarında tanış olmaq olar. (c) Allahın aciz qulu və carçısı: Paşa Yaqub Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.
Moderator.az yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib: İkinci hissəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/142181.html Elə buna görə də 1863-cü il üsyanından sonra Zaqatala dairəsinin yeni rəisi Stoletov general Karsova məktubunda bildirirdi ki, dairədə xristianlığın normalarına cavab verəcək bir nəfər də olsa xristian yoxdur. Real vəziyyət keşişlərin raportlarında da öz əksini tapmışdı. Qorağan keşişi Nikolay Bornabov yazırdı: “Qorağan prixodunda fəaliyyətə başladığım vaxtdan bu günə qədər qorağanlıların dini-ruhani xristian həyatında mübarizə aparmaq məcburiyyətində qaldığım çoxlu sapmalar qeydə alınmışdır. ... pravoslav inamının tələblərini yerinə yetirmək və ruhani atanın öyüd-nəsihətlərinə qulaq asmaq, eşitdiklərini qəbul etmək və sonra onları öz həyatına tətbiq etmək Qorağan xristianının xarakterinə xas deyil. ... Kilsəyə və keşişin yanına ancaq ölünü basdırmaq, yeni doğulmuşu xaç suyuna salmaq, nikah bağlamaq üçün qaçırlar və bunu da yalnız nikahın və yeni doğulmuş uşağın qeydiyyatını rəsmiləşdirmək üçün edirlər...”. Yaranmış dözülməz şəraitdə Zaqatalanın Tasmalı və Lələpaşa kəndlərinin sakinləri bu qəddar müstəmləkə siyasətinə etiraz əlaməti olaraq hamılıqla Türkiyəyə köçürülmələri barədə ərizə ilə Qafqaz canişininə müraciət etmişlər. Lakin canişindən müsbət cavab almayacaqlarını qət edən Car-Balakən əhalisi kütləvi surətdə azadlıq hərəkatına qalxdı. 1863-cü ildə Hacı Murtuzun başçılığı altında xalq üsyanı başladı. Hacı Murtuz rus ordusunun keçmiş kapitanı olmaqla, əhali içərisində böyük nüfuza malik idi. O, Balakənin Noblevan kəndində doğulub mədrəsə təhsili almış, fars, ərəb, türk dillərini yaxşı bilən v şəriət qanunlarına ciddi əməl edən birisi idi. Rus hökuməti ondan xristianlığı qəbul etməyi tələb etmiş, tələbi yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilmişdir. Hətta çar məmuru Şalikov onu Balakəndə kilsə tikmək üçün torpaq sahəsi verməyə məcbur etmişdi. Bu hadisə onun üsyana rəhbərliyi öz üzərinə götürməsinə səbəb olur. Balakənli Bürcəli və Carlı Molla Zəngi Hacı Murtuzun ən yaxın köməkçiləri idilər. Bölgənin bütün müridləri onlarla birlikdə idi. İngiloylar, xüsusən də əliabadlılar Hacı Murtuzun rəhbərlik etdiyi üsyanın əsas təşkilatçılarından biri idilər. Bu da səbəbsiz deyildi. Belə ki, Əliabad və Tasmalı kəndlərinin əhalisinin xristianlığı qəbul etməkdən qəti şəkildə imtina etmələrinə baxmayaraq, burada Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin hesabına tikiləcək kilsələrin təməli qoyulmuşdu. Bölgənin əhalisini tamamilə xristianlaşdırmaq arzusu ilə 1862-ci ildə Balakəndə də kilsə tikintisinə başlanılmışdı. Qısa müddət ərzində Əliabad üsyanın mərkəzinə çevrildi. Camaat dəfələrlə Əliabadın kənd məscidində yığışaraq üsyana hazırlıq işlərini və növbəti dəfə hansı addımın atılacağını müzakirə etmişlər. Belə yığıncaqlardan birində əliabadlılar xristianlığı qəbul etmiş ingiloy kəndlərini üsyana hazırlamaq missiyasını öz üzərlərinə götürdülər. Onlar xristianlığı qəbul etmiş ingiloyları inandırdılar ki, dövlət gec-tez onların xristianlaşdırılmasına sərf etdiyi bütün vəsaiti: altı illik güzəşt, bəylərin torpaq asılılığından azad edilmələri barədə təəhhüdü, kilsə tikintiləri ilə bağlı olaraq il ərzində kilsə tərəfindən kəsilmiş aylıq məvacibi ləğv edəcək və bunun əvəzini onlardan alacaqdır. Bütün bu izahat işlərinin nəticəsində, çox keçmədən ingiloylar zorla xristianlaşdırıldıqlarına dair şikayətlə Qafqaz canişininə müraciət edərək, yenidən İslam dininə qayıtmaq arzusunda olduqlarını bildirirlər. İyunun 5-də Əliabad məscidində üsyana hazırlığı yoxlamaq məqsədi ilə son yığıncaq keçirildi. Yığıncaqda əhalisi xristianlaşdırılmış ingiloy kəndlərinin də nümayəndələri iştirak edirdilər. Onlar da əliabadlılarla birlikdə Hacı Murtuza kömək etməyə hazır olduqlarını bildirirlər. 6 iyun 1863-cü il tarixdə üsyançılar, o cümlədən zorla xristianlaşdırılmış ingiloylar axşam Zaqatala qalasına hücuma başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi Şalikov öldürüldü. Çar hökuməti üsyanın geniş vüsət almasından təşvişə düşərək onun yatırılması üçün təcili tədbirlərə əl atdı. Temirxan-Şuradan buraya 3 minlik süvari rus qoşunu da yeridildi. Üsyan iştirakçıları arasında kütləvi həbslər həyata keçirildi. Qorağan kəndindəki məscid bağlanıldı. Əmrə tabe olmayaraq həmin məscidə gələnləri və İslama etiqad edənləri kütləvi surətdə həbs etdilər. Hərbi-səhra məhkəməsinin qərarı ilə üsyanın 18 nəfər ən fəal iştirakçısı dar ağacından asıldı. Min nəfərdən çox üsyançı və onların ailə üzvləri ağır katorqa işlərinə göndərildi. Hacı Murtuz Yenisey quberniyasına sürgün edildi və on ildən sonra orada vəfat etdi. Hökumət dairələri üsyanda iştirak etmiş kəndlilərə vəhşicəsinə divan tuturdu. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyan iştirakçılarının əmlakı dağıdıldı və talan edildi. Üsyan nəticəsində ingiloylar kütləvi surətdə xristianlaşdırılmaqdan imtina etdilər və bnunla 7 pravoslav icması bağlandı. Yalnız Qax, Qorağan kəndlərinin əhalisinin bir qismi, həmçinin Əlibəyli kəndinin əhalisi pravoslavlıqda qaldı. 1879-cu ildə Serafimoviçin Zaqatala dairəsinə rəis təyin edilməsindən sonra vəziyyət yenidən dəyişdi. O, gürcü missionerlərinin fəaliyyətinə yenidən xeyir-dua verdi. Lakin Serafimoviçin səyləri istənilən nəticəni vermədi. Belə ki, 1880-ci ildə yalnız tasmalılardan 20 ailəni xaç suyuna salmaq mümkün oldu. Lakin 1881-ci ildə Serafimoviç Balakəndə öldürülən kimi tasmalılardan 11 ailə yenidən İslama qayıtdı. Bundan sonra, Tasmalıda pravoslavlaşdırılmış ingiloylar tamamilə öz dininə qayıtdı. Artıq 1883-cü ildə Tasmalı, Zəyəm, Yengian kəndlərinin hər birində cəmi bir ailə xristianlığa etiqad edirdi. Bununla Tasmalı prixodunun da bağlanma təhlükəsi yaranır. Amma, missionerlər coğrafi mövqeyinə görə mühüm nöqtədə yerləşən Tasmalını itirmək niyyətində deyildilər. Missionerlər üçün Tasmalı onun əhatəsində yerləşən Zəyəm, Lələpaşa, Marsan, Varxian, Şotavar, Yengian, Əliabad kəndlərində missionerlik fəaliyyətini tədricən bərpa etməyə imkan verəcək mərkəz idi. 1891-ci ildə Tasmalı kilsəsinin tikintisinə başlanıldı. Missionerlər yeni kilsənin tikintisi üçün uğurlu yer seçmişdilər. Yeni kilsə yerli müsəlman əhalinin müqəddəs saydıqları alban kilsəsinin xarabalıqları üzərində tikiləcəkdi. Qafqazda Pravoslav xristianlığını bərpa edən cəmiyyət bu kilsənin tikintisi üçün 4.000 rubl ayırmışdı. 1892-ci ildə isə, Meşəbaş və Kürmük kilsələrinin tikintisinə başlanılır. Kürmük kilsəsi də həm müsəlman, həm də xristian əhalinin ziyarətgahı olan Alban məbədinin üzərində tikildi. İngiloy Ruhani İdarəsinin səyləri nəticəsində Qax sahəsinin ingiloylarının xristianlığa döndərilməsində xüsusi xidmətləri olan kapitan Merkulov Əliabad sahəsinin rəisi təyin edildi. 1892-ci ildə onun səyləri nəticəsində tasmalılardan 12 ev yenidən xristianlaşdırıldı. Artıq 1892-ci ildə Tasmalıda 16 ev, hər iki cinsdən birlikdə 75 nəfər, Zəyəmdə iki ev, 6 nəfər, Yengianda isə bir ev və 3 nəfər xristian idi. 1892-ci ilin mayında Merkulov öz vəzifəsindən istefa verən kimi tasmalılardan 12 ev yenidən İslama döndü. Qeyd etmək lazımdır ki, Zaqatala dairəsində xristianlaşdırmadakı uğursuzluqlardan sonra, missionerlər öz fəaliyyətlərini bərpa etməyin yeni yollarını axtarırdılar. Qorağan keşişi Qvtisavarov xristianlaşdırma işini “yaxşılaşdırmaq” üçün ciddi təkliflər verdi. Onun fikrincə missionerlər öz fəaliyyətlərinə ilk növbədə müsəlman uşaqlarını rus məktəblərinə cəlb edilməsindən başlamalı idilər. Bu gənc nəslin xristian dininə istiqamətləndirilməsinə imkan verəcəkdi. Yaşlı müsəlmanlar arasında xristianlığı yaymaq üçün isə, müsəlmanlar üzərində polis nəzarəti gücləndirilməli və xristian şəxslərə qəsdən etimad göstərmədikləri halda onlar cəzalandırılmalı idilər. Xristianlara müsəlmanlarla müqaisədə açıq şəkildə üstünlük verilməsini vacib sayan keşiş, xristianlığı qəbul etməyənlərin daha az məskunlaşmış ərazilərə köçürülməsini təklif etdi. Missionerlər eyni zamanda xristianlığı qəbul edənləri müsəlmanlar və xristianlar tərəfindən xristian adları ilə çağırılmasının vacib olması (əks halda qaydanı pozanların cəzalandırılması), ölən xristianın mirasının yaxın müsəlman qohumuna verilməməsini tələb etdi. Onun fikrincə, belə məsələlərdə prinsipial mövqe göstərilsə, pravoslavlaşdırılmışların sayı artacaqdı. Lakin, əhalinin ciddi müqaviməti nəticəsində bu tələbləri də həyata keçirmək mümkün olmadı. Artıq əhalinin kütləvi xristianlaşdırılması mümkün deyildi. Ona görə də missionerlər heç olmasa ayrı-ayrı insanları xristianlaşdırmaq üçün kilsə qanunlarını pozmaqdan belə çəkinmirdilər. Məsələn, 1896-cı ildə Taras İvaniski adlı keşiş Balakən sakini Dibir Musayevi xristianlaşdırarkən Ruhani Konsistoriyasının 31-ci maddəsini pozmuşdu. Bu hadisə Ali Ruhani İdarəsi tərəfindən müzakirə olunsa da, nəticə uğurlu olduğu üçün T. İvaniski cəzasız qaldı . Keşişlərin özfəaliyyəti təkcə Zaqatala dairəsinə aid deyildi. Onlar imkan düşəndə digər qonşu müsəlman vilyətlərində də “öz müqəddəs borclarını” yerinə yetirirdilər. 1900-cü ildə Nuxa vilayətində Şirin bəy Əliyevin “arzusunu gözündə qoymaq” istəməyən keşişlər öz təcrübələrinə əsaslanaraq ölünü də xristianlaşdırırlar. Mərhumun adı dəyişdirilərək Aleksandr olur. Nəşi isə, müsəlman qəbiristanlığından çıxarılıb xristian qəbiristanlıında dəfn edilir. Halbuki, buna oxşar hadisə Yengian kəndində olarkən kəndin sakinlərindən biri İbrahim Hacı Məhəmməd oğluna nəinki İslam dininə dönməyə icazə verilmədi, hətta, kəndin digər sakini Nur Məmməd oğlunu müsəlman adəti ilə dəfn edən molla məsuliyyətə cəlb olundu . Beləliklə, Rusiya hökumətinin gürcü kilsəsi ilə birlikdə Car-Balakən camaatlığının və İlisu sultanlığının ərazisində həyata keçirdikləri xristianlaşdırma siyasətinin nəticələri onların tam arzuladığı kimi olmadı. Lakin, 70-80 illik fəaliyyət nəticəsiz də qalmadı. Zorla xristianlaşdırma siyasəti nəticəsində XIX əsrin əvvəllərinə qədər aralarında bir nəfər də olsun xristian olmayan ingiloylar arasında ədavət və düşmənçilik yarandı. Tasmalı keşişi Bakradzenin Gürcüstan ekzarxına yazdığı məruzədən bir parça bunu sübut edir: “Pravoslavlarla Məhəmmədilər (müsəlmanlar) arasında indi güclü bir düşmənçilik və qisasçılıq başlanıb; indi onların arasında nə qohumluq, nə qonşuluq, nə dostluq, nə tanışlıq, nə də ki, əvvəlki kimi ictimai münasibətlər var” . Beləliklə, zor gücünə və böyük maddi imtiyazlar hesabına ingiloyların bir hissəsinə pravoslavlığı qəbul etdirməklə, Rusiya imperiyasının hakim dairələri Azərbaycanın şimal-qərb torpaqlarında, o cümlədən Car-Balakən camaatlığının və İlisu sultanlığının yerli əhalisi arasında gələcəkdə uğurla istifadə edilə biləcək qarşıdurma ocağı yaratdı və bu yolla işğal olunmuş ərazilərdə öz mövqelərini möhkəmləndirdi. Ardı var... Qeyd: kitabın bu fəslinin yazılmasında AMEA Tarix İnsitutunun əməkdaşı Arzu Əşrəfqızının tədqiqatlarından istifadə edilmişdir. Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.
Moderator.az yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib: Birinci hissəni bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/141987.html Məhəmməd Davudinin həyat və fəaliyyətini öyrənməzdən öncə, yaşadığı dövrün ictimai-siyasi hadisələrinə nəzər salmağı vacib bilirəm. Tədqiq etdiyimiz dövrdə kənd icmasını ağsaqqallar idarə edirdilər. Cəmiyyətdə ruhanilərin də nüfuzu yüksək idi. Onlar məhkəmə işlərində şəriət qanunlarına əsaslanırdılar. Camaatlığın ali orqanı xalq yığıncağı idi. Burada yaşlılarla bərabər, yetkinlik yaşına çatmış kişilər də iştirak edirdilər. Yığıncaqlarda camaatın bütün daxili məsələləri, həmçinin müharibə və sülh məsələləri müzakirə edilir, qəbul edilən qərarlar qanun qüvvəsini alırdı. Carlıların əsas məşğuliyyəti maldarlıq, əkinçilik və sənətkarlıq idi 1803-cü ilin martında rus qoşunları beş minlik gürcü qoşunu ilə birlikdə mühüm strateji əhəmiyyətə malik olan Car-Balakənə hücuma keçdilər. Mərd və mübariz xalq olan avarlar düşmənə layiqli cavab verdilər. Lakin, ruslar və gürcülər sayca dəfələrlə çox olduğundan və nizami orduda birləşdiklərindən Car-Balakəni ələ keçirdilər. 1803-cü il aprelin 12-də Tiflisdə Car-Balakənin Rusiyanın tərkibinə qatılması barədə “Andlı öhdəlik” sənədi imzalandı. Bu sənədə görə carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəməli, girovlar verməli və öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin carlılar müqavilənin şərtlərini yerinə yetirmədiklərinə görə general Qulyakov 1804-cü ilin yanvarında yenidən Carı işğal etdi və yandırdı. Sonra rus qoşunları Zaqatalaya doğru hərəkət etdilər. Zaqatala yaxınlığında carlılar onların üzərinə hücum edərək qələbə çaldılar. Salamat qalan rus əsgərləri Muxax kəndinə tərəf geri çəkildilər, general Qulyakov isə öldürüldü. Bu hadisə general Sisianovu çox qəzəbləndirdi. Onların bağışlanmaq haqqındakı müraciətlərinə general öz məktubunda belə cavab verirdi: “Kafir əclaflar. İstəyirsiniz ki, mən sizə inanım və əfv edim. Siz mənim gəlməyimi gözləyin və onda mən sizin bütün evlərinizi yandıracağam, sizin özünüzü oda yaxacaq, uşaqlarınızın və qadınlarınızın içalatını dartıb çıxaracağam”. Carlılar müqavimətin mənasız olduğunu görüb, tabe oldular. Rus tarixçisi N. F. Dubrovin yazırdı ki, Sisianov 1803-cü ildən dağlı tayfalarını qorxuya salır və xanlıqları bir-birinin ardınca istila edirdi. Car-Balakənin ardınca İlisu sultanlığı işğal edildi. Həmin dövrdən başlayaraq Nikolay hökuməti Azərbaycanın şimal-qərbində əhalinin milli tərkibini dəyişməyə başladı. Belə ki, erməniləri, almanları, ingiloyları, rusları bu bölgəyə köçürüb, onlara çoxlu torpaq sahələri, geniş imtiyazlar verərək, müsəlman əhalini sıxışdırmağa başladılar. Azərbaycanın digər bölgələrində xanlıq idarə üsulu komendantlıq adlanan hərbi idarə ilə əvəzlənsə də, Car-Balakən camaatlarında daxili muxtariyyət hələ də qalmaqda idi. Bu da çarizmin müstəmləkəçilik siyasətinə uyğun gəlmirdi. Həm də, Car kəndinin coğrafi vəziyyəti elə idi ki, o, Dağıstan, Gürcüstan və Şəki xanlığının qovşağında idi. Tiflis ”“ Şamaxı ”“ Bakı ticarət yoluna nəzarət edirdi. Bu da Rusiyanın Qafqazdakı hakimiyyətinə təhlükə yaradırdı. İran və Türkiyə ilə müharibə zamanı ruslar Car-Balakənin və Dağıstanın arxadan hücumuna məruz qala bilərdilər. Car keçidinə yiyələnmədən ruslar Dağıstanı ələ keçirə bilməzdilər. İ. F. Paskeviçin 1830-cu ildə hazırladığı plana əsasən Dağıstana hücum Car vilayətindən başlamalı idi. Planı icra etmək üçün Paskeviç Muğanlı ”“ Padar ”“ Əliabad ”“ Tala ”“ Car istiqamətindən hücum edərək, 3 mart 1830-cu ildə Cara daxil oldu. Baş verən hadisələr Car-Balakən şeyxlərini ciddi narahat edirdi. Odur ki, müridizm ideoloqlarından olan Şeyx Şabanın rəhbərliyi ilə 1830-cu ilin iyunun 12-də Carda rus hökumətinə qarşı üsyan başlandı. Üsyançılara kömək etmək üçün Dağıstan şeyxi Həmzət bəy iki min müridlə köməyə gəldi. Həmin ilin 15 oktyabrında rus qoşunları məğlub oldu. Lakin, bir aydan sonra, noyabrın 14-də əks-hücuma keçən rus ordusu Car, Köhnə Zaqatala və Göyəm kəndlərini ələ keçirdilər. Bununla Car vilayət idarəçiliyi ləğv edilərək, əvəzində Gürcü quberniyasına tabe olan uyezd idarəçiliyi yaradıldı. Müstəmləkəçi hakimiyyət orqanları Car- Balakən əhalisinə qarşı kobud müstəmləkə siyasəti yeridirdi. Hökumətin yeritdiyi zorakı xristianlaşdırma siyasətinin də sosial-siyasi vəziyyətin kəskinləşməsində mühüm rolu oldu. Carlıların şəxsi və torpaq hüquqlarını müəyyən etmək üçün Zaqatalaya hökumət komissiyası gəlmişdi. Komissiya belə fikirdə idi ki, Carlıların torpaqlarında yaşayan ingiloyları və muğalları qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəməklə keşkəl (torpaq-red.) sahiblərinin aslılığından qurtarmaq lazımdır. Torpağı becərənlər ingiloy və muğallar olduğundan, bu tədbirin həyata keçirilməsi nəticəsində Katex, Matsex, Tağam, Dörddoqqaz, Sumayıllı, Qarahacılı, Car və Tala kəndlərinin keşkəl sahibləri əsas gəlir mənbəyindən məhrum olurdular. Bu səbəbdən də keşkəl sahibləri olan avarlar burada islahatların keçirilməsini istəmirdilər. Həmçinin bölgədə xristianlaşdırma siyasəti yeridilirdi. Belə ki, xristianlığı qəbul edənlər vergidən azad edilir, torpaqların yaxşısı onlara verilirdi. Rusiyanın zorla xristianlaşdırma siyasəti Həmin dövrü araşdıran tarixçi Arzu Əşrəfqızı “Car-Balakən camaatlığı” kitabında yazır: “Rusiya imperiyasının işğallarına qədər Car-Balakən camaatlığının və İlisu sultanlığının əhalisi etnik tərkibindən asılı olmyaraq İslam dininə etiqad edirdi”. 1850-1856-cı illərdə xristianlıq zorla Zəyəm, Lələpaşa, Tasmalı, Qax, Əlibəyli, Qarağan, Qoduqlu, Meşəbaş, Şotavar, Mirsaq, Yengivar və digər kəndlərin əhalisinə qəbul etdirildi. Burada yaşayan xalqlar İslam amilinin ətrafında sıx birləşmişdilər. Xüsusilə, xaricdən gözlənilən hücum təhlükələrində bu amil yerli əhalinin düşmənə qarşı birgə mübarizəsində mühüm rol oynayırdı. Buna görə də Rusiya imperiyasının Car-Balakən camaatlığını qısa müddətdə işğal etmək planları reallaşmadı. 1803-1804-cü illərdə rus qoşunlarının Car-Balakən camaatlığına yürüşləri işğalın başa çatdırılmasında həlledici rol oynaya bilmədi. İşğal prosesini tezliklə başa çatdırmaqda maraqlı olan çarizm yerli əhalinin müqavimətini qırmaq və onu itaətə gətirmək üçün özünün sınaqdan keçmiş “silahından” ”“ xristianlaşdırma siyasətindən istifadə etməli oldu. Qeyd edək ki, Azərbaycanı işğal etməsinə qədər çarizmin bir xristian dövləti kimi əsarət altına aldığı dövlətlərdə, xüsusilə də əhalisi müsəlman olan İslam dövlətlərində yerli əhalini xristianlaşdırmaq təcrübəsi var idi. Belə ki, XVI əsrin ortalarından (çar IV İvanın hakimiyyəti illərində) Rusiya dövlətinin xarici siyasətində əsas istiqamət yeni ərazilərin işğalı və yerli əhalinin (müsəlmanların və bütpərəstlərin) zorla xristianlaşdırılması olmuşdur. Kazan (1552), Həştərxan (1556) xanlıqlarının, həmçinin Sibirin işğalı zamanı çarizm məhz bu metoddan ”“ yerli əhalinin xristianlaşdırılması və bunun nəticəsində yaranmış dini parçalanmalardan istifadə edərək burada möhkəmlənir. Car-Balakən və İlisu sultanlığının ərazisində də xristianlaşdırma siyasəti Kazan, Həştərxan, Sibirdə olduğu kimi, eyni metodlarla həyata keçirilirdi. Burada yalnız iki məsələdə fərq var idi: 1) başlanğıcda Car-Balakən camaatlağının ərazisində yaşayan bütün əhalinin deyil, ancaq ingiloyların xristianlaşdırılması nəzərdə tutulmuşdu, 2) camaatlığın ərazisində həyata keçirilən xristianlaşdırma siyasətində rus pravoslav kilsəsinin rolunu gürcü kilsəsi oynayırdı. Ümumilikdə isə Car-Balakən camaatlığının və İlisu sultanlığının ərazisində aparılan xristianlaşdırma siyasətini həyata keçirilmə metodlarına və nəticələrinə görə 3 mərhələyə bölmək olar. 1. 1803-1850-ci illər; 2. 1851-1863-cü illər; 3. 1864-1890-cı illər; Birinci mərhələdə Rusiya dövləti xristianlaşdırma siyasətinin həyata keçirilmə yollarını axtarmaqla məşğul idi. Qeyd edək ki, çar hökuməti Şimal-Qərbi Azərbaycanda, yəni Car-Balakən camaatlığı və İlisu sultanığında xristianlığı (pravoslavlığı) yaymaq cəhdlərinə 1803-cü ildə Car-Balakən camaatlığının işğalı zamanı başladı. Özünü “gürcü əsilli, rus ürəkli” adlandıran çar generalı Sisianovun təşəbbüsü ilə rusların Car-Balakən camaatlığına yürüşünün nəticəsi olan “Car-Balakənin Rusiyanın itaətinə keçməsi haqqında”kı andlı öhdəlikdə qədim albanların nəsilləri olan müsəlman ingiloyların yaşadığı Əliabad kəndinə “xüsusi status” verildi. Xüsusi bənddə carlılara kənd camaatının “xristian dininə etiqad etməsi” üçün maneə törətməmələri şərti qoyuldu. Lakin gürcü kilsəsinin “zorla müsəlmanlaşdırılmış gürcülər” kimi qələmə verdiyi ingiloyların guya “xristianlığı qəbul etmək arzusunda olmaları” barədə çar hərbi və siyasi dairələrində formalaşdırdığı yalnış fikirlər özünü doğrultmadı. Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloylar arasında İslam dininin dayaqlarının kifayət qədər güclü olduğunu görən çar hökuməti burada xristianlaşdırma işini “əlverişli imkan yaranana qədər” tarixə saldı. XIX əsrin 20-ci illərindən başlayaraq İlisu sultanlığının ərazisində yaşayan ingiloylar arasında pravoslavlığı yaymağa cəhdlər edildi. Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolovun aşağıdakı ifadəsi bu cəhdlərin əsas məqsədlərinə tam aydınlıq gətirir: “Bu yolla dinc qonşulara və zaman keçdikcə sadiq təbəələrə çevrilərdilər”. 1830-cu ildə çarizm Car-Balakən camaatlığını tamamilə itaət altına aldıqdan sonra, burada yaşayan ingiloyların xristianlaşdırılması məsələsi yenidən ortaya atıldı. Hələ 1830-cu il aprelin 15-də qraf Paskeviç Gürcüstanın ekzarxı, mitropolit İonaya göndərdiyi gizli məktubda Car vilayətinin xalqlarının xristianlaşdırılması üçün “öz ağlı və müdrikliyi ilə seçilən bir neçə gürcü keşişi”nin hazırlaşdırılmasını xahiş etmişdi (47, s. 249). Lakin Car-Balakən camaatlığının ləğvindən sonra, burada yaradılmış Car-Balakən vilayətinin rəisi general-mayor knyaz Bekoviç-Çerkasski Paskeviçin bu qərarının müsbət nəticə verəcəyinə inanmırdı. O, yazırdı: “Bizim keşişlərin birdən-birə onların tayfaları arasında görünməsi, şübhəsiz onlarda bizim hökumətə qarşı pis fikir yaradacaqdır. Eyni zamanda artıq yarım əsrdən çox İslam dininə etiqad edən ingiloyların da bizim keşişləri yaxşı qarşılayacaqlarına inanmaq mümkün deyil”. Yeri gəlmişkən, Gürcüstan ekzarxı mitropolit İonanın özü də “dinindən zorla ayrılmışlar” adlandırdığı ingiloyların “könüllü” şəkildə xristianlığa qayıdacaqlarına inanmırdı. Buna görə də baş komandan qraf Paskeviçə yazdığı məktubda Car-Balakən vilayətinin rəisinin öz missiyalarını yerinə yeirmək üçün ora göndəriləcək keşişlərə “hərtərəfli imkan yaratmasını” vacib sayırdı. 1832-ci ildə Gürcüstan ekzarxı mitropolit İona Tiflis keşişi İmnadzeni Zaqatalada yerləşən rus qoşunları arasında dini ayinləri icra etmək adı altında müvəqqəti polk keşişi vəzifəsinə təyin edərək buraya göndərdi. Mitropolit İonanın təlimatlarına əsasən keşiş İmnadze Car vilayətinin əhalisinin əhval-ruhiyyəsi ilə tanış olmalı, müxtəlif bəhanələrlə Əliabad və ona yaxın ingiloy kəndlərinə gedərək camaatla yaxınlaşmalı və onları provaslavlığa döndərməyin əlverişli yollarını və vaxtını öyrənməli idi. Lakin ingiloyların xristianlığı qəbul etmək niyyətlərinin olmadığını görən keşiş İmnadze tezliklə öz vəzifəsindən istefa verərək geri dönməyə məcbur oldu. 1835-ci il oktyabrın 12-də Baş komandan baron Q. V. Rozen ingiloyların xristian dininə “həqiqətən meyl etdiyinə” şəxsən əmin olmaq üçün Car-Balakən vilayətinin rəisi Antropova əmr etdi ki, “ingiloy kəndlərinin hər birindən həmkəndlilərinin şüuruna təsir etmək imkanında olan və xristian dinini qəbul etməyə daha çox meyl göstərən iki nüfuzlu şəxs müəyyən edərək” təcili onun yanına göndərilsin. Lakin Antropovun xristianlığı qəbul etməyə meyilli olduğunu güman edərək seçdiyi həmin şəxslər Müsəlman bayramının gəlməsi münasibətilə evlərində qalıb bayram keçirməyi üstün tutmuş və bunun üçün icazə verməsini xahiş etmişlər . Qeyd edək ki, əmri sonralar da yerinə yetirmək mümkün olmamışdır. İngiloyların yaxın gələcəkdə xristianlığı qəbul edəcəyinə ümidini itirən Gürcüstan ekzarxı hətta keşiş İmnadzenin yerinə təyin edilmiş keşiş Erianova missioner fəaliyyətinə görə Osetin Ruhani komissiyasının[1] fondundan maaş verməkdən belə imtina edir. Baş komandan baron Rozen isə ingiloylar xristianlığı “könüllü” qəbul etmək niyyətində olmadıqlarına görə xristianlaşdırma işini hələlik təxirə salmağı və gələcəkdə əlverişli vəziyyət yaranan kimi yenidən bu işə təkan verməyi təklif edir. Göründüyü kimi, keçən 10 il ərzində missionerlər ingiloy əhali ilə ünsiyyət belə yarada bilməmişdilər. Bu isə arxiyepiskop Yevgeninin Qafqazda Yunan-Rusiya inamını yayan missioner cəmiyyətin fəaliyyəti ilə bağlı qeyidlərində 1834-cü ildə Car-Balakən vilayətində 32 nəfərin öz dinindən döndərildiyi barədə göstərdiyi faktı şübhə altında qoyur. Artıq keçın illər ərzində ingiloyların sosial-iqtisadi vəziyyətilə ətraflı tanış olan işğalçılar əhalini daha təsirli tədbirlərin köməyilə xristianlığa döndərməyə cəhd edirdilər. 1851-ci il avqustun 18-də Zaqatala dairə rəisinin köməkçisi general-mayor knyaz Muxranski xristianlığı qəbul etmək müqabilində ingiloyların vergi və mükəlləfiyyətlərdən azad olunması, o cümlədən hər bir ingiloy ailəsinə gümüş pul ilə 15 rubldan 30 rubla qədər mükafat verilməsi təklifi ilə çıxış etdi. Bu təklif çar hakimiyyəti dairələrində dərhal rəğbətlə qarşılandı. 1851-ci il noyabrın 7-də Qafqaz canişini, knyaz M.S.Vorontsov xristianlığı qəbul edəcək ingiloyların dövlət xəzinəsinə verəcəkləri can və tüstü vergisindən azad edilmələri baradə xüsusi bir əmir verdi. Əhalinin iqtisadi ehtiyaclarına hesablanmış bu siyasət, dərhal olmasa da, tədricən öz “bəhrəsini” verməyə başladı. Belə ki, artıq 1851-ci ildə Car-Balakən dairəsində 1133 nəfər ingiloyu xristianlaşdırmaq mümkün oldu. Çarizmin xristianlaşdırma siyasəti nəticəsində xristianlaşdırılan (pravoslavlaşdırılan) ilk ingiloy kəndləri vaxtilə İlisu sultanlığının ərazisinə daxil olan Qax, Qorxanda, Meşəbaş, Kötüklü, Əlibəyli kəndləri oldu. Süskənd və Şotavar kəndlərinin camaatı isə xristianlığı qəbul etməkdən imtina etdilər. Tezliklə Qax və Qorağanda kilsə tikintisinə başlanıldı. Qeyd etmək lazımdır ki, bu kilsələr Rusiya dövlət xəzinəsinin vəsaiti hesabına tikilmişdir. Çar hökuməti onların tikintisi üçün xəzinədən 3.800 rubl ayırmışdır. 1891-ci ildə keçmiş Car-Balakən camaatlığının ərazisində də kilsə tikintisinə başlanılır. Bu kilsənin tikintisi üçün Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti 400 rubl ayırmışdır. Onu da qeyd etmək yerinə düşər ki, Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti Gürcüstanın ekzarxı, Kartalini və Kaxeti mitropoliti İsidorun təşəbbüsü ilə və Qafqaz canişini knyaz Aleksandır Baryatinskinin səyləri nəticəsində yaradılmışdır. 1860-cı il iyunun 9-da Rusiya çarının fərmanı ilə təsis olunmuş həmin cəmiyyətə imperatriçə Mariya Aleksandrovna özü himayədarlıq edirdi. Cəmiyyətin fəaliyyət göstərdiyi illərdə onun hesabından Qafqazda, o cümlədən Şimal-Qərbi Azərbaycan ərazisində pravoslav xristianlığını yaymaq məqsədilə 1.475.482 rubl 04 qəpik pul xərclənmişdir. Elə Tasmalı kilsəsi də bu pulların hesabına tikilən kilsələrdən biri idi. XIX əsrin 50-ci illərinin sonlarında keçmiş Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloyların da xristianlaşdırılmasına başlanıldı. Bu illərdə zorakılıq tədbirləri baş alıb gedirdi. Lakin ingiloyların böyük əksəriyyəti verilən imtiyazlara, həyata keçirilən şirnikləndirmələrə aldanmır, özlərinin İslam etiqadlarını qoruyub saxlayırdılar. Elə buna görə də çar hakimiyyət orqanları müxtəlif imtiyazların verilməsindən xeyli vaxt keçməsinə baxmayaraq, burada xristianlaşdırma işini “məcrasına” qoya bilməmişdilər. Əhali öz dini inamını saxlamaq üçün Gürcüstan ekzarxının göndərdiyi missionerlərə ciddi müqavimət göstərirdi. Bunun nəticəsində 1856-cı ilədək burada cəmi 19 nəfər ingiloyu pravoslavlaşdırmaq mümkün olmuşdur. Əcnəbi missionerlər buradakı fəaliyyətlərinin nəticəsiz qaldığından, yaxın gələcəkdə keçmiş Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloylar arasında xristianlığın yayılacağına ümid etmirdilər. Buna görə də çar məmurları keçmiş Car-Balakən camaatlığının ərazisində yaşayan ingiloyları zorla xristianlaşdırmağa başladılar. Zəyəm, Tasmalı, Lələpaşa kəndlərində xristianlaşdırma daha qəddarlıqla həyata keçirilirdi. Özü də bu proses görünməmiş vandalizm aktları ilə müşayiət olunurdu. Məsələn, müsəlman kəndlərindəki məscidlər əhalinin gözü qarşısında dağıdılırdı. Xristianlığı qəbul etmək istəməyən əhalinin bir hissəsi evlərini tərk edərək dağlara qaçırdılar. Qaçıb canını qurtara bilməyənləri isə, zorla, döyə-döyə nohurun yanına gətirmiş və zorla xristianlığı qəbul etdirmişdilər. Car-Balakən dairəsinə göndərilmiş müstəntiq Purseladze polis rəisinin xristianlığı qəbul etmək istəməyən bir nəfər yaşlı müsəlmanı dəfələrlə döydürməsinin şahidi olmuşdur. Xristianlığı qəbul etmək istəməyənləri xaç suyuna salmaq üçün nohurlara doğru qovmaqdan ötrü odlu silahlardan və hərbi qüvvələrdən də istifadə olunurdu. Çar məmurlarının zorakılıqları nəticəsində 1858-ci ildə ingiloyların yaşadıqları Tasmalı, Zəyəm, Lələpaşa, Marsa və Yengian kəndlərinin əhalisinin xeyli hissəsi xristianlaşdırıldı. Bu zaman Gürcüstan ekzarxı hətta Balakən, Tasmalı, Zəyəm və Yengianda kilsə tikintisi üçün plan və layihələr hazırlatdırdı. Qeyd etmək lazımdır ki, dairə rəisi və onun köməkçiləri əhalinin zorla xristianlaşdırılması işinə o qədər aludə olmuşdular ki, heç bir etiraza məhəl qoymurdular. Zorla xristianlaşdırma həyata keçirildikdən sonra, xristian dininin qaydalarına uyğun ibadət etməyənləri və mövcud qaydaya etiraz edənləri həbs cəzası və sürgün gözləyirdi. Özbaşınalıq elə həddə çatmışdı ki, 1861-ci ildə knyaz Tarxan Mouravov özü camaatın gözü qarşısında dini etiqadını dəyişməkdən imtina edən mollanı cəzalandırmış, saqqalından tutaraq sürümüşdü. Bölgənin bütün əhalisini xristianlaşdırmaq iştahasında olan gəlmə keşişlərin ədəbsiz hərəkətləri də heç bir ölçüyə sığmırdı. Dairənin yerli hakimiyyət nümayəndələri isə onları himayə edir və əllərindən gələn köməyi əsirgəmirdilər. Hətta onlar məhbəsdə olan cinayətkarlara da öz dinlərini könüllü dəyişəcəkləri halda cəzadan azad ediləcəklərini vəd edirdilər. “Quldurlar, oğrular, əxlaqsızlar xristianlığı qəbul etməklə, asanlıqla cəzadan yaxalarını qurtarır və kilsənin himayəsinə sığınırdılar. Nəticədə Car-Balakən dairəsinin rəisi Stoletovun özünün etiraf etdiyi kimi, “15 il müddətində oğruları, acgözləri, əxlaqsızları müsəlmanlıqdan döndərməyə çalışaraq heç bir inamı olmayan 2000 nəfər toplaya bilmişik” . Öz etiqadlarından ”“ İslamdan üz döndərmək istəməyən ingiloylar 1858-1861-ci illər ərzində dəfələrlə Qafqaz canişininə zorla xristianlaşdırıldıqlarına dair şikayət ərizəsi ilə müraciət etmiş və rəsmi cavab gözləmədən yenidən İslama qayıtmışlar. Zorla pravoslavlaşdrılmış ingiloyların öz əvvəlki dini etiqadlarına ”“ İslama qayıtmaları elə kütləvi hal almışdır ki, yüksək rütbəli çar məmurları İslama qayıtmış ingiloylara qarşı hansı tədbirləri görəcəklərini belə bilmirdilər. Bu məsələ çar hakimiyyət orqanlarını çox narahat edirdi və onlar hər hansı düşünülməmiş qərarın kütləvi müqavimət hərəkatına çevriləcəyindən ehtiyat edirdilər. Nəhayət, 1861-ci ildə bu məsələyə açıq münasibət bildirildi: “... yenidən İslama dönmüş ingiloylar xristian hesab edilməsin və lazım olan məsələlərdə şahidlik edərkən müsəlman dininin qaydalarına görə and içsinlər” . Lakin bununla yanaşı, çar hökuməti xristianlaşdırılmış əhali arasında bu dini etiqadı qoruyub saxlamaq üçün daha sərt addımlar atmağa başladı. Bunlardan ən başlıcası o idi ki, İslam dininə qayıdan ingiloylar xristianlığı qəbul edərkən əldə etdikləri bütün imtiyazlardan dərhal məhrum edilirdilər və yenidən üzərlərinə əvvəlki vergilər qoyulurdu. Yüksək rütbəli məmurlar bununla İslama axının qarşısını alacaqlarına ümid edirdilər. Lakin zorla xristianlaşdırılanların əksəriyyəti əldə etdikləri bütün imtiyazlardan və güzəştlətrdən məhrum olunmalarına baxmayaraq, yenidən əvvəlki etiqadlarına ”“ İslam dininə qayıdırdılar. Pravoslavlaşdırılmış ingiloyların kiçik bir qismi isə əldə etdikləri güzəştləri itirməmək üçün zahirən xristian olaraq qalır, gizlində isə öz etiqadına sədaqətlərini davam etdirirdilər. Əslində onların xristian dininin qayda-qanunlarından heç xəbərləri belə yox idi. Onlar doğum, ölüm və s. bu kimi məsələləri rəsmiləşdirmək xatirinə kilsəyə müraciət etdikdə belə, İslam dininin qayda-qanunlarına uyğun hərəkət edirdilər. Məsələn, biri-birlərini müsəlman adları ilə çağırır, öz ölülərini dəfn edərkən tabuta qoymaq əvəzinə kəfənə bürüyür, məzar daşlarının üzərinə Azərbaycan dilində yazırdılar. Hətta qadınlar və kişilər kilsədə yanaşı oturaraq ibadət etmirdilər. Ardı var... Moderator.az yadplanetlilərin Yer sakinləri ilə təmas yaratması, hətta bu təmasın intim münasibətə qədər yüksəlməsi barədə xəbər yaymışdı. Cəmiyyətdə belə bir sual yarandı ki, görəsən Azərbaycanda da yadplanetlilərlə əlaqədə olan, yaxud sevgi münasibəti yaşayanlar varmı?
Əməkdaşımız bu sualla elmi-lədun araşdırmalar aparan, otuzdan çox kitabın müəllifi Paşa Yaquba müraciət edib. Müsahibimiz bu mövzuda rastlaşdığı hadisələri belə danışır: - Bir gün Vüsal adlı tanışım (ad şərtidir) mənə müraciət etdi ki, qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, sən dini mövzuda tədqiqatçısan, mənə bir məsləhət verə bilərsənmi? Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən "zdaç" da istəyə bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, əllilik vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", “qalığını” qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, bir məsləhət verərsənmi? Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.) Dedi hardan bildin, yoxsa sən də görmüsən? Dedim yox, səndən qabaq da birinə ilişmişdi. Həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür... Nə isə, oğlana bəzi tövsiyyələr verdim, ondan sonra qadın cin bir də onu narahat etmədi. Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar. - Paşa bəy, tədqiqatlarınız zamanı başqa bu kimi hadisələrlə rastlaşmısınızmı? - Rayonların birində tədqiqat apararkən, qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxladıqlarının və heç kəslə təmasda olmağına icazə vermədiklərinin şahidi olmuşam. Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı. Müqayisə üşün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür... Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, baxıcılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür əsirlikdən keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları gələn pasiyentlərə ötürməklə pul qazanırlar. Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri düz olur (kartla, kofeylə, şamla baxan “şeytan”lar da belədir). Çünki, “Quran”da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı maqa xəbər verir... Bütün bunlar “İnək” surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan və “Məhəbbət ili” kitabımda bu barədə şərh verdiyimə görə burada çox danışmıram. Bir vacib məqamı da qeyd edim ki, bu gün cəmiyyətin əksər hissəsi neqativ təsirə məruz qalıblar və bundan əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxusunun törədicisi qadınlardır. Onlar bunu edərkən elə bilirlər ki, xoş bir missiya həyata keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (maqa) deyirlər. O da öz növbəsində bu işin onunçun heç bir problem olmamasını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır". Elə bütün bəlalar da bundan sonra baş verir. -Nə baş verir? - O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), səhhəti pozulur (və müalicə effekt vermir), məhəbbət hissin itirir (əks cinsə həvəsi ölür), həyat eşqi, yaşamaq həvəsi olmur, insan intihara meylli olur, həmişə qəmli olur, özünə qapanır və s. Nəticədə bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir. Ona görə də qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gələndə ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa maqın (görücünün, falçının...) vasitəçiliyindən heç vaxt istifadə etməsinlər. Bu qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat patlayıb fəsad törədən kimi, magiya da insan həyatına daim neqativ enerji verməklə, fəsadlar törədir. Həm də insanın etdikləri bir gün bumeranq kimi mütləq qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşğul olaq ki, qarşımıza da həmişə xeyir çıxsın! Yazıçı Paşa Yaqub son vaxtlar özünün elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb. Moderator.az saytı yazıçının hələ çapa getməmiş “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib.
Beləliklə, əsərin birinci hissəsi ilə tanış olun ŞEYX MƏHƏMMƏD DAVUDİ Rəhman və Rəhim olan Allahın adı ilə “Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O daim Allaha sığınan bir kimsə idi.” Quran, “Sad” surəsi, 30-cu ayə. XIX əsrdə Azərbaycanda yaşamış və İslam dinini təbliğ etmiş görkəmli şeyxlərdən biri də Məhəmməd Davudi olmuşdur. O, Zaqatala rayonunun Car kəndində təxminən 1823-cü ildə doğulub. Həyatını şəriət elmini öyrənməyə və onun gözəlliklərini xalqa təbliğ etməyə həsr etmişdir. Məhəmməd əfəndi “Quran”ı atası, ilahiyyat alimi olan Davud əfəndidən öyrənmişdi. Hələ altı yaşı olanda “Quran”ı sərbəst oxuyurdu. Gənc yaşlarında Dağıstanda tanınmış sufi şeyxlərindən dərs aldı. Daha sonra təhsilini davam etdirmək üçün Misirə getdi. Bir neçə il orada təhsil aldıqdan sonra Buxaraya getdi. Burada nüfuzlu elmi-dini mərkəz olan Buxara İlahiyyat Universitetində elmi-dini biliklərini daha da təkmilləşdirdi. Sonra Cara qayıtdı. “Quran” hafizi və ilahiyyat elminin dərin bilicisi olaraq yaşadığı bölgədə böyük nüfuz qazandı. Hər tərəfdən onun yanına tələbələr gəlirdi. O, çox oxuyar və çox da yazardı. Onun kitabları və əlyazmaları öz dövründə çox yayılmışdı. Hətta vaxtilə Talada yaşamış və hazırda şərif məzarı ziyarətgah olan Şeyx Əhməd əfəndi (1839-1904) də Davudinin elmi biliklərindən faydalanmışdır. Məhəmməd Davudinin qəbri Car kəndindəki məscidin həyətindədir. Başdaşındakı kitabə Quranın 55-ci surəsinin 26-27-ci ayələri ilə başlayır: Baş daşının şəkli “Yer üzündə olan hər kəs fanidir. Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. Hicri 1334 il (1915-16). Bu qəbir Carda dünyasını dəyişmiş, şəriət elmlərinin dərin bilicisi, elm bağının bağbanı, zəka meyda¬nında qələbə çalmış müdriklərin başçısı, mövlana, hacıların zinə¬ti, Hacı Məhəmməd Əfəndi Da¬vu¬dinindir. O, daim İlahiyyat el¬mi¬ni araşdıraraq, təbliğ etmiş, ömrünün sonunadək Zaqatala bölgəsində unudulmuş Mürciid təlimini təbliğ etmiş və ölərkən işi yarımçıq qalmışdır. Allah onun ruhunu şad etsin”. Tədqiqatçı Timur Aytberov “Qafqaz avarları” kitabında yazır: “Carda yaşayan tarix müəllimi Sədulda Məhəmməd Davudinin soyundan (şəcərəsindən) bəhs edən kitab vardır. Orada olan şəcərə bir neçə onilliklər əvvəl Qabaqçöl kəndində saxlanan hicri 1180-ci illərə (1766-1767) aid ərəbcə əlyazmanın surətidir. Həmin əlyazmada Məhəmməd əfəndinin özündən əvvəlki nəslinin şəcərəsi bu ardıcıllıqla göstərilmişdir: Hacı Məhəmməd əfəndi (1915-1916-cı ildə vəfat edib) Davud əfəndi Məhəmməd əfəndi Usman əfəndi Davud əfəndi Davud əfəndi Molla Məhəmməd Beptilava Əhməd Loğman Əhmədil Çar-Tali Qasım Beptilava Xanəli Qasım Abdulla Abdulkərim Seyid Əli” Tədqiqatçı T. Aytberovun göstərdiyi bu faktdan aydın olur ki, Məhəmməd əfəndinin onuncu nəsli (əcdadı) Əhmədil Car-Talali adını daşımışdır. Bu fikrə əsaslanıb belə güman edə bilərik ki, hazırda Car-Tala dairəsində yaşayan və Davudovlar kimi tanınan nəsillər bölgəyə XVII əsrin ortalarında gəlmiş və holodililər arasında məskunlaşmışlar. Şəcərə siyahısındakı sonuncu adın Seyid Əli olmasına əsaslanıb belə bir fikir də yürütmək olar ki, Davudinin soykökü Həzrət Peyğəmbərimizin nəslinə - haşimilər soyuna bağlanır (düzgünün Allah bilir). Əvvəllər Şəki-Zaqatala bölgəsi haqqında yazdığım kitablarda burada yaşamış və qəbri hazırda ziyarətgah olan bir çox kəramətli övliyaların həyatını və soy kökünü araşdırarkən, onların haşimilər nəslinə bağlandığı və bir neçə əsr qabaq yaşamış babalarına “Seyid” deyə müraciət olunduğu üzə çıxmışdı. Məsələn, Baş Layskidə Nurullah əfəndini, Baqqal kəndində Mahmud Axund babanı və digərlərini buna misal göstərmək olar (bax: müəllifin “Torpağı şərəfləndirənlər” və “Nurlu simalar” kitablarına). Məhəmməd Davudinin ideoloj irsini araşdırdıqda sufiliyin nəqşibəndiyyə qoluna mənsub olan Davud ət-Taiyə bağlı olduğu məlum olur. Yeri gəlmişkən, qeyd edim ki, Davud ət-Tai sufilik cərəyanının nəqşibəndiyyə qoluna mənsub olan və bu silsilədə Peyğəmbər Əfəndimizdən sonra dördüncü pillədə duran, hicri 184-də (800-801) vəfat edən nəqşibəndi şeyxidir. O, İmami-Əzəm Əbu Hənifənin tələbəsi olub. Ola bilsin ki, Məhəmməd əfəndi ideoloji cəhətdən olduğu kimi, nəsil şəcərəsi ilə də Davud ət-Taiyə bağlı olsun. Düzgünün Allah bilir. MÜRCİİD TƏLİMİ Məhəmməd Davudinin baş daşındakı kitabədə diqqət çəkən digər maraqlı məqam, onun mücriid təlimini təbliğ etməsidir. Belə ki, İslam lüğətində olan məlumata görə, mürciid təlimi Həzrət Osmanın ölümündən sonra müsəlmanlar arasında mənasız çəkişmələrin qarşısını almaq məqsədi ilə Həzrət Əlinin nəvəsi Əl-Həsən bin Məhəmməd tərəfindən VIII əsrin əvvəllərində yaradılmışdı və barışdırıcılıq, birləşdiricilik mövqeyi tutmuşdu. Bu təlim həm Həzrət Ömər, həm də Həzrət Əli təraftarlarını özündə birləşdirmişdir. Onların təbliğatına görə nə Həzrət Osmanı, nə də Həzrət Əlini günahkar hesab etmək olmaz; onların günahı olub-olmadıgı axirət günü bilinəcək. O vaxta qədər bu böyük şəxiyyətlər haqqında mənfi fikir söyləmək doğru deyildir. Onun bu və digər mütərəqqi fikirləri tezliklə xilafətin bütün ölkələrinə - Xorasana, Suriyaya, İraqa və s. yayıldı. Tarixin müxtəlif dövrlərində İmami-əzəm Əbu Hənifə, Davud ət-Tai, Qaylan Əd-Dəməşqi kimi böyük İslam alim və övliyaları bu təlimə öz töhfələrini vermişlər. Bu gün həyatını araşdırdığımiz Şeyx Məhəmməd Əfəndinin baş daşındakı kitabədən aydın olur ki, bu böyük Alim və övliya da öz dövründə mürciid təlimini təbliğ etməklə, İslam dinindəki parçalanmanın qarşısını almağa, cəmiyyətin birliyinə və bütövlüyünə çalışmışdır. Çünki Allah ”“ təala Quranda dini parçalayanların axirətdə cəzalanacağını xəbər verir: “Şübhəsiz ki, sənin firqə- firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. Allah sonra (axirətdə) onlara etdiklərini xəbər verəcəkdir!” Quran, “Davar” surəsi, 159-cu ayə. Məhəmməd Əfəndi də təqva sahibi oldu-ğundan, dini parçalamaqdan qorxmuş və İslamı unudulmuş mürciid təlimi ilə təbliğ etmişdir. Kitabədən də göründüyü kimi, onun ölümündən sonra yolunu davam etdirən olmamışdır. Başdaşındakı digər kitabənin tərcüməsindən isə aydın olur ki, Məhəmməd Əfəndi elmin öy-rənilməmiş sahələrini tədqiq etmiş (onun zən¬gin kitabxanası olmuş, kitablarının bir hissəsi nə-vəsi Məhəmmədəfəndinin evində saxlanmaqda-dır), kamilləşərək, övliyalıq məqamına yüksəlmişdir: Uşaqlıqdan yüksək keyfiyyətləri özündə birləşdirərək elmin öyrənilməmiş səhifələrini tədqiq edərək və elmini tamamlayaraq, tədricən kamillik (müqəddəslik) zirvəsinə çatıb, Davudi oldu. O, ölməyib, bir dünyadan, başqa dünyaya köçüb. Onun əsərləri dövrünü işıqlandırır (çünki o, Məhəmməd Davud oğlu olaraq, Allahın yolunu getməkdə səhv etməyib). O, yüksək mərtəbələrə çatdıqca, yenə də öz ləyaqətini qoruya bilmiş və göylərə qədər yüksəlmişdir (Allah böyükdür). Bu adam Car və Nuxa diyarında böyük nüfuz sahibi olmuşdur. O, ətrafına gümüşü işıq saçan, elmin okeanı, yetkinliyin və səxavətin zirvəsi olmuşdur. Kitabədən aydın olur ki, Məhəmməd Əfəndi öz elmi, imanı, təqvası və ləyaqəti ilə müqəddəslik zirvəsinə çatmış, insanlar üçün kamillik və səxavət nümunəsi olmuşdur. (ardı var) “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”. “Quran”, 30:41
Xəbər verildiyi kimi bu gün Naxçıvanda baş verən zəlzələ sakinlər arasında həyəcana səbəb olmuşdur. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi bu cür həyəcanlı hadisələr təsadüfü baş verməyib, bir qanunauyğunluğa tabedir. Bu cür hadisələr həmişə astronomik xəbərdarlıqlarla (Günəş və Ay tutulmaları ilə) riyazi şəkildə əlaqələnir. Bu əlaqə özünü 114 və 286 ədədləri ilə biruzə verir ki, birinci “Quran”ın surələrinin, ikinci isə, müqəddəs kitabın səhifələrinin sayıdır ki, hər ikisi Allahın kodlaşdırılmış möhürü olaraq bir qayda olaraq zəəlzələ və təyyarə qəzalarının üzərinə “vurulmuş” olur. Bugünkü zəlzələnin “üzərində” bu kodları göstərməzdən öncə 286 ədədindəki hikmətə təkrar nəzər salmanızı istəyirəm. Qeyd edim ki, XVIII əsrə qədər çap olunan, Kəbədə, eləcə də dünyanın bütün muzey və kitabxanalarında qorunan bütün quranlar 286 səhifəyə yerləşdirilib. Bunun təsadüf olmadığı aşağıdakı faktlardan görünür: 1) Quranda təsbit olunmuş İslamın iki böyük bayramı ”“ Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq, (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) İnsan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətində normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar ən çox Günəş və Ay (qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla), bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfü deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Bütün bunları bildikdən sonra qayıdaq Naxçıvandakı bugünkü zəlzələ həyəcanına və onun 114 və 286 ədədləri ilə digər qiyamət əlamətlərinə (Günəş və Ay tutulmalarına) bağlanmasına. Əvvəlcə onu qeyd edim ki, bu gün 12 sentyabr 2015-ci ildə baş verən Günəş tutulmasının (tutulmalar “Quran”da qiyamətin, bəlanın xəbərdarlığı kimi qeyd olunur) 286-cı (!) günüdür. Bu gün həmçinin, keçən il mayın 19-da Bakıda 16 mərtəbəli binada baş verən və ölkəni həyəcana salan bina yanmasının 400-cü günüdür ki, bundan da “Quran”ın surələrinin sayını (114) çıxanda yenə də səhifələrin sayı (286) qalır və diqqətimizi təkrar olaraq bəşəri dəyərlərin cəmləndiyi “Quran”a yönəldir: 400 ”“ 114 = 286 Naxçıvanda baş verən və qiyamət əlaməti olan bugünkü zəlzələ Ay tutlması ilə də bağlanır. Belə ki, bu gün 15 aprel 2014-cü il tarixli Ay tutulmasının 800-cü günüdür ki, bundan da “Quran”ın kodlarını çıxanda, yenə də müqəddəs kitabın kodları görünür: 800 ”“ (114 + 286) = (114 + 286) Bu gün həmçinin, 23 mart tarixdə baş verən Ay tutulmasının 90-cı günüdür ki, bu da zəlzələ baş verən bölgənin seriyasıdır. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən zəlzələ və digər təbii fəlakətlər əslində yolun azmış, bu səbəbdən də zülmə məruz qalmış (yəni, öz əməlləri ilə zülmü haqq etmiş) millətimizə və onun zülm etməyi sevən rəhbərlərinə Allahdan kodlaşdırılmış xəbərdarlıqlardır. Millətimiz (vəzifəsindən aslı olmayaraq) bu xəbərdarlıqlara məhəl qoymazsa, daha böyük fəlakətlərlə üz-üzə qala bilərlər. Bütün bunlardan ancaq gözəl əxlaq və saleh əməllərlə sığortalanmaq mümkündür. Əslində hər ziyanın içərisində bir xeyir də vardır. Yəni, fəlakətlər ölkəmizin təmizlənməsi ilə bitəcəkdir ki, bu da əməlisaleh insanların xeyrinədir ”“ onların nicat tapması bu cür hadisələrə bağlıdır əslində! “Sənin Rəbbin mərkəzlərinə (böyük şəhərlərinə) ayələrimizi oxuyan bir peyğəmbər göndərməmiş məmləkətləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan məmləkətləri yox etdik!” “Quran”, 28:59 “Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağırışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”. “Quran”, 17:16 Allahın qulu və carçısı: Paşa Yaqub “... Səni də yalnız (möminlərə ) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105.
Peyğəmbərlik haqqında Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət tələb edir. İnsan bir məqama layiq olarsa Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Rəbbimə yaraşmaz. Biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, daha o məqama heç kəs layiq deyil və yüksələ bilməz! Bu ona bənzəyir ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplaya, amma ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da çox gözəl bilirəm! Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiyi əməlləri təkrarladıq, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi? İş orasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik və topladığımız haram pulla gedib vəhabilərin məskənini ziyarət edirik ki, qayıdanda bizə "Hacı" deyib, başa keçirsinlər (daha bilmirik ki, bu əsrin ikinci Qur(b)an bayramından etibarən İslamın mərkəzi olmaq statusu ərəblərdən alınıb...), sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz... Quranda yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub (bu həqiqəti Mənim adımdan onlara) bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” Quran, 16:2. Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən seçə biləcəyinə açıq-aşkar işarə verir. İstəyirsiniz Quranı dərk etməyin, peyğəmbərlik məqamına yüksəlməyin sirrini sizə açım (hansı ki, indiyədək bu barədə danışmamışam): - İndiyədək etdiyiniz günahlara görə tövbə edin; - Təkəbbürdən və lovğalıqdan uzaq olun, - Sadə həyat tərzi keçirin; - Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun; - Əxlaqınızı saflaşdırın və Qurana uyğunlaşdırın; - Quranı oxuyarkən orada mötərizə arasında (“Ya Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın. Quranda münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında ad çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda Quranı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanarın obrazlarını bu kitabda görəcəksiniz. Bir müddət belə (Quranın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsız (sonra gələrsiniz, söhbət edərik). Bir məqamı da diqqətinizə çatdırım ki, “Quran” 114 surədən ibarətdir və sonuncu ”“ 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək “Quran” rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları verilib. Bu obrazların hamısının (həm peyğəmbərlərin, həm firoonların, nəmrudların) prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! Heç özünüzə sual vermisinizmi ki, “Quran”ı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu? Sualın cavabı budur ki, nə qədər ki, kamilləşməmişdi, Əhməd idi, kamillik məqamına yüksələndən sonra artıq Məhəmməd oldu. (Bütün peyğəmbərlərə Allahın Salamı olsun!) Yəni, Məhəmməd “Quran”da kamillik simvoludur. Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşayacaq bütün kamil insanların simvoludur. Allah bu məqama yüksəlməyi hamımıza nəsib etsin. Amin. “Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verənlər və (zalımları) qorxudanlar (xəbərdar edənlər) olaraq göndərdik”. “Quran”, 18:56 Allahın aciz qulu: Paşa Yaqub Moderator.az xəbər verir ki, bu gün - iyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, həmin gün bədrlənmiş Ay və iyun Günəş dönümü baş verəcək. Növbəti oxşar hadisənin 2042-ci ildə baş verəcəyi gözlənilir. Bax: http://www.moderator.az/news/141619.html Astronomik hadisələri elmi-lədun üsulu ilə şərh edən tədqiqatçı Paşa Yaqub bu nadir hadisəni satımıza belə şərh etdi: - İl ərzində Günəş üfüqdə saatın kəfkiri kimi o yana bu yana gedir. 21 iyundan 21 dekabra qədər. 21 dekabr və 21 iyunda günəşin qıraq nöqtləri, hərəsi 3 gün olan durğunluq dövrləri var. O dövr günəş hərəkət etmir, bir az yuxarı çıxır, 3 gün ərzində bu artır. Əslində 22 dekabr yeni bir günəş dövrünün başlanğıcıdır. Çünki, 21 dekabr təqvimdə ən uzun gecədir. 22 dekabrdan başlayaraq hər gün dəqiqələr artır. Günəşin durğunluq günlərindən başqa 2 bərabərlik günü də var: 22 mart və 22 sentyabr. Həmin vaxt onların səmtləri bir-birinin üstünə düşür. Bütün bunları nəzərə alıb, təqvim üzərində hesablama aparsaq, görərəik ki, bu dörd tarix (21 dekabr, 21 mart, 21 iyun, 21 sentyabr) arasında qalan günlərin sayı 91-dir (durğunluq günləri nəzərə alınmaqla). Bu da təsadüfü olmayıb, “Quran”la bağlıdır. Belə ki, müqəddəs kitabın “Günəş” surəsi 91 (!) ədədi ilə nömrələndiyindən bu ədəd “Quran”da Günəş rəmzi sayılır. Burada diqqətinizi daha bir maraqlı məqama cəlb etmək istəyirəm. Belə ki, 91-ci ayə müqəddəs kitabda məhz 21 (!) dəfə keçir (yəni, “Quranın” cəmi 21 surəsində 91-ci ayə var; qalan surələrdə ayələrin sayı 91-dən azdır). Yuxarıdakı abzasda qeyd etdim ki, il ərzində Günəşin hərəkəti dörd dövrə bölünür və hər dövr ayın 21-də bitir. “Günəş” surəsinin rəmzi olan 91 ədədinin də “Quran”da məhz 21 (!) dəfə keçməsi (həmçinin dörd dövrün hər biri arasında 91 gün qalması) da təsadüf olmayıb, məhz Allahın elminə, nizamına bağlanır. Diqqətinizi Azərbaycanla bağlı daha bir maraqlı məqama cəlb etmək istəyirəm. Bu da Qız qalası ilə bağlıdır. Belə ki, astronomik məqsədlə (rəsədxana məqsədi ilə) tikilən Qız qalasının quruluşunda da bu rəqəmlər özünü aşkar biruzə verir. Belə ki, 2008-ci il 22 dekabrda Qız qalasında Abşeron ərazisinin baş arxeoloqu İdris Əliyenin rəhbərliyi altında elmi ekspedisya keçirilib. Ekspedisiyanın tərkibində astronomiya inistutunun əməkdaşları, geofiziklər və geodezistlər, həmçinin tədqiqatçı İsgəndər Tağıyev də var idi. - Niyə məhz 22 dekabr? - İ. Tağıyev bu tədqiqat barəsində yazır ki, İngiltərədə, araşdırmaçı Abbas İslamov ingilis dilində kitab buraxıb. O kitabında yazıb ki, 22 dekabr Günəşin ilk şüası Qız qalsının böyük pəncərəsinə düşür və bu hər il təkrarlanır. Bu informasiyanın əsasında ekspedisiya təşkil olunmuşdu. Ekspedisiya üzvləri həqiqətən də həmin gün o hadisənin şahidi olublar. Onun əsasında qərara gəliblər ki, əsas o deyil ki, hər il 22 dekabr günəşin ilk şüası qalanın böyük pəncərəsindən içəri düşür. Əsas odur ki, şüalar kontrforsla parallel olurdular və bu binanın (qalanın) əsas səmti 22 dekabrı göstərir. Qalanın üzərindən baxdıqda düz ox əmələ gəlir, bu 22 dekabrı, qalanın silindirindən gələn ox isə 21 martın göstəricisidir. Qalanın üçüncü səmti də var 21 iyun səmti. Qalanın yuxarı çıxışının qapısı 21 iyuna yönləib. Ondan başqa 22 mart və 22 sentiyabrın səmti şərqlə qərbin oxudur. Göründüyü kimi, ekspedisiyadakı alimlərin əldə etdikləri bu nəticələr “Quran”dakı düzülüş prinsipi ilə üst-üstə düşür və biri-birini tamamlayır. Necə ki, Rəbbim buyurur: “Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29 Qız qalası haqqında əvvəl yazdıqlarıma daha bir faktı əlavə edim ki, qalanın 9 pəncərəsi var və quruluşu da 9 formalıdır. Bu hikmət “Quran”dakı hikmətlərlə üst-üstə düşür. Belə ki, müqəddəs kitabda 9 ədədi “Tövbə” surəsinin sıra nömrəsi olduğundan bu rəqəm tövbə rəmzi sayılır. Maraqlıdır ki, 9 rəqəmi ilə gələn 11 surə vardır ki, (9, 19, 29, 39, ......109) bu surələrdəki ayələri cəmləsək, 555 ədədi alınar. Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin hamısının 555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn: 159 + 951 = 1110 258 + 852 = 1110 357 + 753 = 1110 456 + 654 = 1110 1110 ədədi isə, 555 ədədinin iki mislidir. Bütün bunlar onu göstərir ki, Qız qalası tikilən dövrdə (min illər qabaq) “Quran” nazil olmasa da, qalanı tikən memarı Allah yaratdığından və ona elmi Allah verdiyindən qalanın tikilişindəki elmlə “Quran”dakı elm biri birini tamamlayır və təsdiq edir. Bu da tamamilə məntiqlidir. Burada məşhur fizik Qalileo Qalileyin bir fikri yada düşür: “Allah Kainatı riyazi dillə yaratmışdır”. “Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların hamısının, insanların isə, bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?” Quran, 22:18
“Mənəviyyat həkimləri” kitabımı yazarkən, tədqiqat üçün XIX əsrin görkəmli övliyalarından olan Şeyx Hacı Bulud babanın (qəbri Ağdaş rayonunun Xosrov kəndində müqəddəs ziyarətgahdır) doğulduğu Dağıstan mahalının Axtı rayonunda oldum. Onu da qeyd edim ki, Hacı Bulud babanın doğulduğu ocaq Axtı camaatı tərəfindən müqəddəs tutulur və daim ziyarət edilir. Həmin ocağı tez-tez ziyarət edənlərdən biri ”“ Axtı rayon məscidinin imam cüməsi Həbibullayev Hacı Mirzə Zeynəddin oğlu bizimlə söhbətində orada şahid olduğu bir kəraməti belə nəql etdi: -Bir Cümə günü məscid əhli ilə birlikdə Cümə namazını qılmaq və zikr etmək üçün Hacı Bulud babanın doğulduğu ocağa getdik. Namazımızı qıldıqdan sonra 10-15 ağsaqqal dairəvi oturaraq, zikr etməyə başladıq. “La İlahə İllallah” dedikcə eyni vaxtda başımızı sağa-sola əyərək, sufilər kimi zikr edirdik. Bu vaxt yoldaşlarımızdan biri belə bir dua etdi ki, “Ya Rəbbim! əgər ziyarətinə gəldiyimiz bu ocaqda kəramət varsa, onda burada bizə bir hikmət görünsün”. Onu da deyim ki, həmin ocaq dağın yamacında olduğundan biz hamımız ora atla getmişdik. Biz zikr edərkən atlarımız kənarda otlayırdılar. Bu vaxt atlardan biri ilxıdan ayrılaraq, bizim yanımıza gəldi və dizini yerə ataraq, dairədə biz oturan kimi “oturdu”. Biz “La İlahə İllallah” dedikcə, at da bizim kimi başımızı sağa əyəndə sağa, sola əyəndə o da başını sola əyərək, mərasimin sonuna qədər bizimlə zikr etdi. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı Müəlifdən: Azərbaycandakı zəngin şəxslərdən kimsə tutmadığı orucun kəffarəsini nə iləsə ödəmək istəyirsə, onda mənim yazdığım kəramət sahiblərinin həyatından bəhs edən “Azərbaycan övliyalarının ensiklopediyası” kitabının işıq üzü görməsinə dəstək ola bilər. "Zəif görünən o tayfanı (müsəlmanları) yer üzünün daim xeyir-bərəkət verdiyimiz Şərq tərəflərinə (!) varis etdik." Quran-Kərim, 7:137.
Ayədən də göründüyü kimi, müsəlmanların qismətinə Yerin ən zəngin xəzinələrə malik Şərq hissəsi düşmüşdür. Elə bu səbəbdən də başları həmişə dərddə olmuşdur. Çünkü xəzinə üstündə həmişə ilanların mübarizəsi gedər... Bu təbiətin yazılmamış qanunudur. Əsrlər boyu ingilislər şərqin sərvətlərini nəzarətə götürmək üçün müxtəlif hiylələr qurmuşlar. Belə ki, İslamın daxilində qondarma cərəyanlar (vəhabilik, sələfilk, İŞİD və s.) yaradıb, hakimiyyətə gətirməklə, bu sərvətləri nəzarətdə saxlayırlar. Son dövrlərdə isə, yaratdıqları qondarma cərəyanı bütün Şərqdə hakimiyyətə gətirməyə çalışmaqla, həm nəzarətlərində olan əraziləri genişləndirmək, həm də bəşəriyyəti İslam dinindən iyrəndirmək və uzaqlaşdırmaq məqsədi güdürlər. Beləliklə də bir gülləyə iki dovşan vururlar. Onların digər maraqları ondan ibrətdir ki, radikal və terrora meyilli cərəyanlar nə qədər çox coğrafiyaya yayılarsa, müharibələr də çoxalar, beləliklə də silah satmaq üçün yeni bazarlar açılar. Bu talanlar, qarətlər neftlə zəngin bir ərazidə getdiyindən, radikal cərəyanlar, və onların beynəlxalq himayədarları ələ keçirdikləri neft yataqlarından külli miqdarda qazanc əldə edirlər. Qərbdəki mafioz dairələr Şərq ölkələrində müharibə alovunu qızışdırmaqla, həm də insan alverinə geniş imkanlar açırlar. Belə ki, hazırda müharibə gedən ölkələrdən gündə yüzlərlə qadın, qız, azyaşlı uşaqlar insan alverinin qurbanına çevrilir, Qərb bazarlarında satılır. Onların bir hissəsi pritonlara, digər hissəsi isə, orqan alveri ilə məşğul olanlara satılır. Bütün bunları yaradan səbəblərdən ən başlıcası Şərq ölkələrində savadsızlığın, cahilliyin və İslamdan uzaq düşmənin nəticəsidir ki, bu da Qərbin dəstəyi ilə hakimiyyətə gələn cərəyanların əli ilə qəsdən yaradılmışdır. Söz ardı: Sən saydığını say, gör fələk nə sayır?! Elmi-lədun hesablamalarımız göstərir ki, kafirlərin məkirli hiylələrinə baxmayaraq, Allah-təala İslamın dirçəlişinə qərar verib və bu dinin gözəllikləri, mənəvi dəyərləri nəinki Şərqdə, bütün dünyada bərqərar olacadır İnşallah. Yaxın bir neçə ildə bizlər buna şahid olacağıq. Onda heç bir təriqətdən söhbət getməyəcək və insanlar Allaha sığınaraq, gələn fəlakətlərdən qurtulacaqlar. Paşa Yaqub ”“ tədqiqatçı-yazıçı |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |