Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Mendeleyev cədvəlinin “Quran”la uzlaşdığını görmək üçün, 16-cı elementlə, 16-cı surəni müqayisə edək. “Quran”ın 16-cı surəsi “Bal arısı” adlanır. Ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal-arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss “yanmaq””alovlanmaq” sözü ilə ifadə edilir. Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni ədəd altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı elementi olan Kükürd, məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi kimi daxil olub. Məhəbbətin yaranması və alovlanması üçün, mütləq iki tərəf iştirak edir. Maraqlıdır ki, kimya elmində də belədir: dövri cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 olan Oksigensiz yanmır. Başqa sözlə desək, “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanmanı” əks-cinsdən olan tərəf müqabili təmin edir. Kimyəvi elementlərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, Kükürdü yandırmaq üçün mütləq Oksigen lazımdır ki, hər ikisi 16 ədədinə bağlıdır. Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2-8-6 formasında yerləşir. Bunu bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir. Maraqlıdır ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da Yaradanın insanlara məhəbbət aşıladığını bir daha sübut edir: Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki, ikisi də məhəbbətdən yaranr. “Bala baldan şirindir” məsəli də məhz bu hikmətdən doğur. Yaradan bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq, adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Onu da nəzərinizə çatdıraq ki, Yaradan elmi çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, allah-taala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın adına 31-ci surəni göndərdi. Bu fakt, Yaradanın elm adamlarına olan məhəbbətinin təzahürüdür. Bal arısı haqda əlavə olaraq, bir maraqlı məqamı da qeyd edək ki, erkək arı 16 tək xromosoma, dişi arı isə, 16 cüt xromosoma malikdirlər. Düşünürəm ki, bu Allahın insanlara: “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim” mesajıdır. (ardı var)
0 Comments
Şəhidlik haqqında Elmi-lədun söhbətlər
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”. “Quran”, 3:169. Övladları müharibədə həlak olmu valideynlərin çıxışlarını ürək ağrısı ilə dinləyirm. Təskinlik tapacağımız bir məqam var ki, Vətən uğrunda dünyasını dəyişənlər adi ölü olmayıb, şəhidlik məqamına yüksəlirlər. O məqama ki, Allah-taalanın peyğəmbərləri, imamları və ən sevimli dostları həmin məqamdadırlar. Bəzən çoxları düşünür ki, axı mənim qardaşım (yaxud oğlum) ailəmizdə ən ürəyitəmiz, mömin oğlan idi, Allaha bağlı idi, (Qeyd edim ki, şəhidlər haqda çox tədqiqatlar aparmışam və mənə məlumdur ki, onlar nəinki öz ailələrinin, hətta doğulduqları kəndin, şəhərin ən imanlı, ən ləyaqətli, vətənpərvər və qəlbən Allaha bağlı oğulları olublar) axı Allah çoxlarını qoruduğu halda niyə onu qorumadı? Axı, istəsəydi qoruyardı, O, buna qadirdir! Bilirəm, bu sual çoxlarının qəlbini didən və rahatlığını pozan cavabsız sualdır. Sualın cavabını Rəbim aşağıdakı ayələrdə verir: “Əgər siz (Xocalı faciəsində - P.Y.) yara aldınızsa, o biri (kafir) dəstə də (digər döyüşdə) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz”! “Bu, həm də Allahın iman gətirənləri (öz qanlarıyla günahlardan) təmizləməsi və kafirləri məhv etməsi üçündür”. “Yoxsa Allah içərinizdən cihad edənləri (düşmənlə vuruşanları) və (əziyyətə) səbr edənləri bilib (camaata bildirib) ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz?” “Quran”, 3-cü Surənin 140-141-142-ci ayələri. Ayələrdən görünür ki, Rəbbim iman gətirənləri Şəhidlik (Peyğəmbərlik) məqamına yüksəltmək istəyir. İndiki dövrdə həmin məqama yüksəlməyin başqa yolu olmadığından (həm də dövrümüzdə bütün insanlar müxtəlif günahlarla çirkləndiklərindən), Allah sevdiyi bəndələrinin yolunu müharibədən salır ki, üstlərindəki günahlar öz qanları (şəhidlik qanı) ilə yuyulsun ki, onlar ən uca məqama layiq olsunlar (bax: yuxarıdakı 141-ci ayəyə). “Müharibəyə getməyib, evlərində oturan və (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!” “De: - “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər” “Quran”. Surə 3; Ayə 168-154. Bu ayələrdən də görünür ki, şəhidlərin alnına həmin gün ölüm yazılmışdır. Yəni, müharibəyə getməsəydilər belə, həmin gün ömürləri başa çatmalıydı. Sadəcə, onlar imanlı və qəlbləri Allaha bağlı olduqlarından, Allah onları ən uca məqama yüksəltmək istədi. Ona görə də onlara Şəhidlik nəsib etdi. Necə ki, Peyğəmbərlərə, imamlara və digər dostlarına qismət etmişdi. İmamlardan söhbət düşmüşkən, bu gün xalqımız həm şəhidlik məktəbinin əsasını qoymuş İmam Hüseynin, həm də Vətənimiz, namusumuz uğrunda canından keçən şəhidlərimizin anım gününü eyni gündə qeyd edir. Bütün bunlar təsadüfü olmayıb (Quran məntiqinə görə həyatda təsadüf olmur), Allahdan bir mesajdır ki, şəhidlər hansı əsrdə, hansı ildə canını fəda etməsindən aslı olmayaraq, hamısı müqəddəsdir, hamısının məqamı ALLAH dərgahında eynidir (peyğəmbərlərin məqamındadırlar). Görmürsüzmü neçə aylardan sonra açılan şəhid məzarlarında cənazələrin çürümədiyi görünür. Ey ağıl sahibləri, kimlərin cənazəsi çürümür? Ancaq müqəddəslərin - peyğəmbərlərin, imamların, övliyaların - cənazəlrinin çürümədiyini ALLAH zaman-zaman insanlara görk edir! Gəlin görək bizlər bunndan ibrət alıb, şəhidlərimizə doğru-düzgün qiymət veririkmi? Məncə nə ibrət almırıq, nə də düzgün qiymət vermirik. Ələ portret götürmək, anım gününü qeyd etmək hələ olanları düzgün dərk etmək deyildir. Tssüf ki, bu gün anım gününü qeyd etməklə yanaşı, şəhidlərimizi "birinci"yə, "ikinci"yə bölməklə öz qanmazlığımızı ortaya qoyuruq. Şəhidlərə düzgün qiymət versəydik bu gün 93-də. 95-də.... şəhid olanlardan bircəciyinin şəklini qaldırıb, ötəri də olsa adını çəkərdik... Sual yaranır: bəs doxsanlarda şəhid olanlar kimin yolunda həlak olublar? Onları niyə yada salmırıq? Onların ruhları, valideynləri, doğmaları bunu hörmətsizlik kimi qəbul etmirlərmi? Belə çıxmırmı ki, sabah da bir döyüş olsa və yeni şəhidlər versək bu gün andığımz şəhidləri bir daha yada salmayacağıq??? Özümüzə, etdiyimizə, davranışımıza kənardan baxıb utanmalıyıq məncə. Bütün müqəddəsləri - dinimizi, imanımızı... bölmüşdük, bircə şəhidlərimiz qalmışdı, onu da böldük. Ayıb olsun bizə! ALLAH bizi bağışlasın. Dr. Paşa Yaqub Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Gənclərə nə arzulayırsınız? Paşa Yaqub: - Gənclərə arzum bütün işlərində böyüklərinin məsləhətini alsınlar. Mətbuatla dərindən tanış olsunlar. Mətbuatdan kənar həyat yoxdur. Mətbuatdakı xəbərləri təhlil etməyi və nəticə çıxarmalarını məsləhət görürəm. Çoxlu kitab oxusunlar, bilik-bacarıqlarını inkişaf etdirsinlər. Gənclik böyük qüvvədir, o qüvvədən səmərəli istifadə olunmasının tərəfdarıyam və tövsiyə edirəm. Müəllif: - Mətbuatdan söz düşmüşkən, Siz hansı mətbuatı izləyirsiniz? Paşa Yaqub: - Xəbərləri hal-hazırda əsasən internet üzərindən izləyirəm. Müəllif: - Bir də dünyaya gəlsəydiniz, hansı peşəni seçərdiniz? Paşa Yaqub: - Bir də dünyaya gəlsəydim, hal-hazırda olduğu kimi, həkimlik peşəsini seçərdim. Müəllif: - Ölkəmizi necə görmək arzusundasınız? Ölkənin bu durumdan çıxması üçün nə təklif edərdiniz? Yəni çıxış yolunu nədə görürsünüz? Paşa Yaqub: - Demokratikləşməkdə. Demokratik ölkənin vətəndaşı kimi, heç olmasa, bircə gün də olsa yaşamaq arzusundayam. Müəllif: - Ən böyük arzunuz nədir? Paşa Yaqub: - Dövlətimi, millətimi azad və firavan görmək. Müəllif: - Sizi üzən hal nədir? Paşa Yaqub: - Bəşəriyyətin doğru yolda olmaması, Yaradanın qanunlarına sayğısız yanaşması. Müəllif: - Sizi ən çox nə sevindirir? Paşa Yaqub: - Mübariz insanların olduğunu görəndə sevinirəm və yaşamağa dəyər - deyirəm. Müəllif: - Kiməsə ömrünün sonuna qədər Sizi unuda bilməyəcək bir yaxşılıq etmisinizmi? Paşa Yaqub: - Bir çox sağalmaz xəsətliyə düçar olan adamların həyatını xilas etmişəm. Düşünürəm ki, onlar məni xoş xatirələrlə xatırlayacaqlar. Müəllif: - Atanızdan Sizə hansı keyfiyyətlər miras qalmışdır? Paşa Yaqub: - Allaha bağlılıq. Atam həmişə deyərdi ki, bizim ailəmizə haram düşmür. Bütün işlərinizdə dürüst olsanız, çətinə düşəndə bəndədən yox, Allahdan imdad istəsəniz, köməyinizə mütləq çatdığının şahidi olacaqsınız. Bu, həqiqətən də, belədir. Mən həmişə Allahımdan razı olmuşam. Verdiyi hər şey üçün şükür edirəm. Müəllif: - Kainatı necə dərk etmək mümkündür? Paşa Yaqub: - Kainat kimyəvi elementlərin birləşməsindən yarandığına görə Mendeleyev tərəfindən kəşf olunan Elementlərin Dövri Cədvəlindəki sirləri bilmədən Kainatı dərk etmək mümkün deyil. Hətta, “Quran”ın düzülüşü ilə Mendeleyev cədvəlinin düzülüşü eyni prinsipə malikdir. “Quran” bütün Kainatı özündə əks etdirən səmavi kitabdır. Maraqlıdır ki, müqəddəs kitabda surələrin düzülüşü ilə, kimyəvi elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uyğunluq vardır. Araşdırmalarımız göstərir ki, həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materializmin qanunlarını - sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi qanunlarını özündə əks etdirir. Belə ki, “Quran”ın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri artdıqca, surələr sərtləşməyə doğru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunu ilə uyğunluq təşkil edir. Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir. Bundan başqa, Quranın surələri ikili xassə nümayiş etdirirlər. Yəni, onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişlər ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə uzlaşır. Mendeleyev cədvəlində bu hal eyni elementin ikili (həm mənfi, həm də müsbət) xassəyə malik olması ilə özünü göstərir. Yeri gəlmişkən, qeyd edim ki, ikili xassəyə malik olma insanda da özünü biruzə verir. Belə ki, qarşılaşdığı fərddən (oxu: elementdən) asılı olaraq, insan (kimyəvi elementlər kimi) gah müsbət, gah da mənfi xassə nümayiş etdirir. Bütün bu sadaladığım faktlar aydın göstərir ki, dialektikanın qanunları “Quran”ı və Allahı inkar etmək üçün ortaya atılsa da, əslində onları təsdiq edir. Bu da Yaradanın bir hikmətidir. Elmi-lədun hesablamalarımız göstərir ki, “Quran”ın surələrinin düzülüşü ilə dövrü cədvəldə elementlərin düzülüşü mahiyyətcə bir-birini tamamladığı kimi, riyazi cəhətdən də bağlanırlar. Məsələn, “Quran”ın 24-cü surəsi olan “Nur” surəsinin mahiyyəti nurlanmadan (işıqlanmadan) bəhs edir. Mendeleyev cədvəlində isə, eyni xanada (24) yerləşən Xrom oksidləşərkən (Xrom 3 oksid) cilalayıcı qrupa aid edilir və yaşıl rəngə (nur rənginə) çalır. Dövri cədvəldə 24 ədədinə bağlı olan elementlərdən biri də Maqneziumdur. Atom kütləsi 24 olan bu elementdən işıqlandırıcı (oxu: nurlandırıcı) və yandırıcı raketlərin hazırlanmasında, həmçinin fotoqrafiya işində işıq (oxu: nur) mənbəyi kimi istifadə olunur. Göründüyü kimi, həm “Nur” surəsi, həm Xrom, həm də Maqnezium elementləri hər üçü mahiyyətcə işıqlanmaya (nurlanmaya) xidmət etdikləri kimi, hamısı 24 ədədinə bağlanır. Onlar arasında digər riyazi bağlılıq da vardır. Belə ki, “Nur” surəsinin ayələrinin cəmi olan 64 ədədindən Xromun atom kütləsini (52) çıxsaq, alınan 12 ədədi Maqneziumun sıra nömrəsini göstərir və onlar arasındakı əlaqəni bir daha təsdiq edir: 64 – 52 = 12 İndi isə, “Dəmir” surəsi ilə, dövri cədvəldəki Dəmir elementi arasında olan riyazi əlaqəyə nəzər salaq. Belə ki, Dəmirin atom kütləsi olan 55 ədədindən, onun sıra nömrəsini (26) çıxsaq, alınan 29 ədədi “Dəmir” surəsinin ayələrinin cəmini göstərir: 55 – 26 = 29 Yaxud, allah-taalanın Öz adına olan “Rəhmli Allah” (55) surəsi ilə, Mendeleyev cədvəlinin 55-ci xanasında yerləşən Sezium elementi arasında olan riyazi əlaqəyə nəzər salaq: Seziumun nisbi atom kütləsi olan 133 ədədindən, sıra nömrəsini (55) çıxsaq, alınan 78 ədədi “Rəhmli Allah” surəsinin ayələrinin cəmini göstərir və bütün bu elmlərin Allahın nəzarətində olduğunu sübut edir: 133 – 55 = 78 Mendeleyev cədvəlində diqqət çəkən digər məqam, 13-cü xanada yerləşən elementlə, “Quran”ın 13-cü surəsinin biri-birini tamamlamasıdır. Belə ki, 13-cü surə “Göy gurultusu” adlanır. Surədə deyilir: “Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Allah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!”(“Quran,” 13:13) Göy gurultusunun enerji prosesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. “Quran”da 13 rəqəmi altında özünü büruzə verən enerji və həyəcan, kimya elmində də eynilə - 13 rəqəmi altında - büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 13-cü (!) elementi Alüminiumdur ki, elektrik ötürmə qabiliyyəti yüksək olduğundan, bu element energetika (!) sənayesinin özəyini təşkil edir. 13 rəqəmi “Quran” və kimyada olduğu kimi, fizika elmində də öz hikmətini göstərir. Yəni, bu ədəd fizikada da həyəcan rəmzi sayılır. Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul etməmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə həyəcanlanır (13-ü keçir) və yükünü digər atoma ötürməklə boşalır. Beləliklə, 13-də enerjinin axımı başlayır. 13 ədədində olan həyəcan, kimya və fizikada olduğu kimi, biologiya elmində də özünü büruzə verir. Belə ki, insanlar arasında bəd xəbərin tez yayılması həyəcanlanma ilə bağlıdır. Çünki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü (xəbəri) başqasına ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür... Burada diqqət çəkən digər maraqlı məqam ondan ibarətdir ki, insanın qəbul etdiyi həyəcanlı informasiyaya ilk reaksiyanı bağırsaq verir (qorxulu xəbər alan insanın mədəsində spazma yaranır və bağırsağa sancı ötürür). Diqqətinizə çatdırım ki, həyəcana ilk reaksiya verən orqanın (bağırsağın) uzunluğunun hər bir insanda 13 metr olduğunu artıq biologiya elmi təsdiq etmişdir. Həmçinin, təbiət həyəcanlandıqda (ildırım vaxtı) öz yükünü yağışla boşaltdığı kimi, insan da öz həyəcanını bir çox hallarda göz yaşı ilə boşaldır. (ardı var) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Elmi-lədun bilicisi kimi cəmiyyətdə tanınırsınız. Elmi- lədun nə deməkdir? Paşa Yaqub: - Elm zahiri və batini olmaqla iki qrupa bölünür. Zahiri elmlər məktəbdə müəllimdən və kitabdan öyrənildiyi halda, batini elm əksinə, müəllimdən öyrənilməz. Buna elmi-lədun deyilir. Lədun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarə anlamını verir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər və Allah dostları (kəramət sahibləri) bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz, bu elmlə qaldırıblar. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi-lədun allah-taalanın sirlərindən olan bir sirdir. Onun hökmlərindən olan bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” - deyə buyurulmuşdur. “Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib ol-mayanlardan başqası onları inkar etməz”- buyrulmuşdur. Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz” - demişdir. Elmi-lədun barəsində “Quran”ın bir ayəsində belə buyurulur: “Şübhəsiz ki, Yaqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!” (“Quran”, 12:68). Müəllif: - Siz həyatda nəyin əleyhinə olmusunuz? Paşa Yaqub: - Mən bütün fəaliyyətim dövründə çalışmışam ki, heç kimə pislik etməyim. Pisliyin bir ucu adamın özünə dəyir. İkincisi, mən içkinin, siqaretin, qumar oynamağın, diktaturanın, insan haqlarının pozulmasının, rüşvətxorluğun, yalan-palan danışmağın, başqasının əməyindən istifadə edib varlanmağın - bir sözlə, haram nə varsa, hamısının özümü tanıyandan bu günə kimi də əleyhinəyəm. Müəllif: - Bəs nəyin tərəfdarı olmusunuz? Paşa Yaqub: - Az yatıb, çox işləməyin tərəfdarı olmuşam. Bütün kitablarımı, məqalələrimi, hesablamalarımı və digər yazdıqlarımın hamısını gecələr yazmışam. Müəllif: - Başqa nəyin tərəfdarı olmusunuz? Paşa Yaqub: - Mən həmişə təlim-tərbiyənin yüksək səviyyədə təşkilinin, ailədə səmimiyyətin, övladlara qayğının, övladlarıma bütün seçimlərində sərbəstlik verilməsinin - istər ali təhsil almaları, istərsə də ailə həyatı qurmaq üçün etdikləri seçimdə. Babalarımın, atamın əqidəsinə hörmətlə yanaşmağın, düzgünlüyün tərəfdarı olmuşam. Dürüstlüyün olduğu yerdə rahat həyat tərzi olduğunu dərk etmişəm və bunları özümə aşılamağa çalışmışam. Müəllif: - Çin çıxan yuxular hansılardır? Paşa Yaqub: - Tanımadığın məkanda və işıqlı görülən yuxular çin çıxar. Yuxuda sizə sevdiyiniz bir şey verilirsə, onu verən oğlandırsa bu yuxu çin çıxacaq, qızdırsa əksinə.... (ardı var) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir.
Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com saytı yenicə çapdan çıxmış bu kitabın daha bir hissəsini oxucularına təqdim edir. Müəllif: - Yer üzündə tüğyan edən zülmdən qurtarmağın yolunu nədə görürsünüz? Paşa Yaqub: - Elm və Peyğəmbərlik əsri olan XXI əsr başlayanda Rəbbim mənə elə bir elm bəxş etdi ki, onunla “Quran”ın açılmamış sirlərinə işıq salıb bir çox mətləbləri üzə çıxarmaq mümkün oldu. İndiyədək kitablarımda, məqalələrimdə və paylaşdığım statuslarda bu mətləblərdən bəzilərini cəmiyyətə çatdırmışam. Zilmdən qurtarmağın asan yolu inək qurbanı kəsib paylamaqdadır. Bu, o qədər də asan deyil. “Əl-Bəqərə” ("İnək") surəsində keçən əhvalat həyatda başıma gəldi. Əvvəlcə qeyd edim ki, surənin mahiyyəti ondan ibarətdir ki, Misirdə iki tayfadan biri (Firon tayfası) o birinə (Musa tayfasına) zülm edirdi və onlar heç bir hüquq tanımırdı, istədiyi adamı öldürsəydi, qanı batırdı. Musa (ona Salam olsun!) tayfasının xilası üçün Rəbbinə dua etdi və cavab aldı ki, qızılı rəngdə, üç yaşında, kələ görməmiş bir inək (düyə) qurban kəssələr, onu qəbul edib, tayfanı zülümdən azad edərəm (bax: “İnək” surəsi, 67-72-ci ayələrə). Surədəki sirləri elmi-lədunla öyrənərkən mənə məlum oldu ki, bu gün bəşəriyyət həmin hadisələri yaşamaqdadır və insanlar müasir fironların zülmündən qansız xilas olmaq istəyirlərsə, həmin əlamətlərdə inəyi (düyəni) tapıb, ikinci dəfə qurban kəsməlidirlər. Surənin 2 rəqəmi ilə nömrələnməsi də məhz bununla bağlıdır. (Ümumiyyətlə, Quranda keçən bütün hadisələr bu əsrdə bu və ya digər formada görünəcək). Bunu biləndən sonra, mən həmin əlamətlərdə inəyi axtarmağa başladım. Bir neçə ildən sonra bir şair dostum (o həm də tamadadır) yanıma gəlib, dedi: -İnək axtarırsan? Əvvəl heç nə yadıma düşmədiyindən, dedim: -Yox. Dedi bu gecə yuxumda filankəsi gördüm, qabağında bir neçə baş heyvanlarını aparırdı, içərisində qızılı rəngdə bir düyə vardı. Qeybdən bir səs mənə dedi ki, bu düyə Paşa Yaqubun neçə ildir axtardığı qurbanlıq düyədir. Şair dostum yuxunu danışanda, yadıma düşdü ki, mən Qurandakı inəyi axtarıram, Allah-taala mənə nişan verir. Dediyi adamı tanıyırdım, axşamüstü evinə gedib, bu əlamətlərdə düyəsinin olub-olmadığını, satıb-satmadığını öyrəndim. Kişi dedi var, 3 yaşındadır, çöldə-bayırda azad gəzsə də, kələ başqa heyvanlara yaxınlaşır, nədənsə ona yaxınlaşmır. Dəfələrlə satmaq istəmişəm, arvad qoymur ki, həyətimizin yaraşığıdır, satmıram. Maraq üçün gedib heyvanlar saxlanan yerdə həmin inəyə baxdım, gördüm “Quran”dakı bütün əlamətlər bunda var. Təxmini hesabladım ki, bunun ən yüksək bazar qiyməti o vaxtkı pulla 100 “şirvan” olar. Arvada bu məbləği təklif etdim ki, heyvanı sat mənə, dedi pula ehtiyacım yoxdur, satmıram. Soruşdu ki, doğmayan heyvana nə əcəb bu qədər məbləğ təklif edirsən, hansı ki, bazarda bu pula daha sərfəlisin ala bilərsən? Qurban kəsəcəyimi deyəndə, arvada gülməli gəldi, dedi ki, inəkdən qurbanmı olar? ("Onlar dedilər: "Bizi məsxərəyəmi qoyursan?" “Quran”ın həmin ayəsi.) Səhəri gün həmin qadına 150, birisi gün isə 200 “şirvan” və yaxud yanı balalı bir inəyi bazardan alıb verməyi, düyəni onunla dəyişməyi təklif etdim. (And olsun ki, həmin anda mənim bir kamaz pulum olsaydı, hamısını ona təklif edərdim) Arvad iki ayağını bir başmağa dirəyib, satmayacağını dedi. Bundan əlavə qonşu qadınların da yanında mənim dəli olduğumu, erkək heyvanlar dura-dura dişini qurban kəsmək istədiyimi lağnan danışırmış. Sonuncu söhbətimdə ona bildirdim ki, mənə satmırsansa, eybi yoxdur, amma bu heyvanı heç vaxt qəssaba satma, çünki oradan restoranlara və içki məclislərinə gedəcək və günaha batacaqsan, düyədə Allahın nişanəsi olduğundan, ona kələ yaxınlaşmır... Mən danışdıqca gördüm arvad gülür... Bir neçə aydan sonra xəbər tutdum ki, həmin düyəni 70 “şirvana” qəssaba satıblar, bir neçə heyvanla birlikdə. Arvadı qəfil sancı tutduğundan Bakıda əməliyyat olunub. Bu minvalla ailə üzvləri dalbadal bir neçə dəfə əməliyyat olandan sonra həmin həyətdəki heyvan sürüsündən əsər-əlamət qalmadı. Aradan cəmi bir neçə il keçib, həmin ailədəki bir dəstə külfətdən də heç kəs qalmayıb, sonuncu həmin qadın dünyasını dəyişdi. Allah hamısına rəhmət eləsin! Günahların bağışlasın! Bu əhvalatı danışmaqda məqsədim insan oğlunun diqqətini bir daha həmin qurbana cəlb etməkdir ki, müasir fironların zülmündən qansız-qadasız qurtarmaq üçün Rəbbim onun kəsilməsini istəyir. Qurbana şərik olmaq üçün say məhdudiyyəti yoxdur və onu istənilən ölkədə zülmə məruz qalan toplum cəmləşərək, halallıqla alıb, kəsə bilər. Bu qurbanlıqda başqa nüanslar da var ki, bunlar ictimaiyyət üçün deyil. Surədə deyilir: “Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” - dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?”-dedilər” (Musa da:) Allah Özü məni cahil olmaqdan saxlasın!” - dedi”.... “Quran”, “İnək” surəsi, 67. “Nəhayət, onlar inəyi tapıb kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər” (“Quran”, 2:71). Müəllif: - Həyatda ən çox sevdiyiniz nədir? Paşa Yaqub: - Elmli olmaq, kitab oxumaq, öz üzərində işləmək. Müəllif: - Uzun ömürlülüyün sirri nədədir? Paşa Yaqub: - Uzun ömürlüyün sirrini birinci növbədə düzgün həyat tərzi keçirməkdə, zəhməti sevməkdə, mübariz olmaqda, daxili təmizlikdə, heç kimə pislik etməməkdə, qonşunun itinə-pişiyinə belə daş atmamaqda, insanın daxilində Allaha dərin sevgi olmasında, torpağa bağlı olmaqda, qohum-əqrəbanı tez-tez ziyarət etməkdə görürəm Müəllif: - Özünüzə bağışlaya bilmədiyiniz səhviniz varmı? Paşa Yaqub: - Xalq hərəkatında iştirak etdiyim illərdə bəzi gecələr evə gələ bilmirdim. O vaxt mobil telefon da yox idi ki, evə xəbər verəm. Səhər qayıdanda deyirdilər ki, anam səhərədək nigarançılıqdan yatmayıb. O vaxtlar cavan olduğumdan mən buna ciddi əhəmiyyət vermirdim. İndi özüm valideynəm, həmin illər yadıma düşdükcə anamın ruhu qarşısında xəcalət çəkirəm... (ardı var) Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com/saytı kitabın daha bir hissəsini oxucularına təqdim edir. MÜƏLLİFLƏ QƏHRƏMANIN DİALOQU Müəllif: - Salam Paşa doktor, necəsiniz? Paşa Yaqub: - Şükürlər olsun bizi Yaradana. Allahın köməkliyi ilə alın yazımızı yaşayırıq. Müəllif: - Siz çox gənc yaşlarınızdan siyasətə baş vurdunuz. Xalq Hərəkatına qoşuldunuz və haqsızlığa qarşı mübarizə apardınız. Sizə qarşı atıla biləcək, şər-böhtandan, günahsız həbslərdən qorxmadınızmı? Paşa Yaqub: - Allahdan başqa heç kim və heç nədən qorxmuram. Allah qoruyur. O şəxslər ki, Yaradana inanır, onu məhəbbət və ağıl yolu ilə dərk etməyə cəhd edirlər, o şəxsləri qorxutmaq istəyi qurdu quzu ilə qorxutmağa bənzəyir. Bir də ki: Haqq olana Tanrı daim yar olur. Şər atanlar əzəl-axır xar olur. Müəllif: - Mətbuatdan mənə məlumdur ki, Siz də həqiqətləri söylədiyiniz üçün təqiblərə məruz qalmısınız. Paşa Yaqub: - Bəli, yazdıqlarımı təkzib etmək üçün dəfələrlə güclü təzyiqlər olub. Amma, nə qədər çalışsalar da, məni məhv edə bilmədilər. Allah hamımızı qorusun! Müəllif: - Əsasən hansı səbəbə görə təqib olunurdunuz? Paşa Yaqub: - Hətta, kəşf etdiyim bir həqiqətə görə. Müəllif: - Hansı kəşfə görə? Paşa Yaqub: - Yerin ilk yaranışı Pangeya materikidir. Bunun xəritəsi coğrafiya kitablarında və internetdə var. Həmin materik yerin orbiti olan Ayın üzərində əks olunub və biz onu hər axşam başımızı qaldırıb göyə baxanda görürük.. Yanaşı qoyduqda Ayın üzərindəkinin Pangeya materikinin xəritəsi olduğu adi gözlə görünür. Hər gün gördüyümüz, ancaq fərqinə varmadığımız hikmətləri üzə çıxaran (kəşf edən) elmə elmi-lədun deyilir.
Bu kəşfim barədə ilk dəfə -Pangeya və Ayın fotoları- “Moderator.az” saytında izahlı məqaləm dərc edildikdən sonra facebookdakı şəxsi mesaj (inbox) bölməmə hədələyici mesajlar gəldi ki, bu yazını silim və bu mövzuda danışmayım. Bu hədələrə məhəl qoymadığımı gördükdə yazdılar ki, ALLAH adından səhv məlumat yayırsan və ALLAH səni cəzalandıracaq. Buna da əhəmiyyət vermədiyimi görən həmin adam bu şəkillərin (Pangeya və Aydakı xəritənin) proqrama salınmış şəklini göndərdi. Yazdı ki, bax, görürsən hansısa proqrama salmışam, fotolarda 80 (səksən) faiz oxşarlıq göstərir. 20 faiz yalan danışdığına görə ALLAH səni cəzalandıracaq, sil yazıları. Dedim qardaş, lap sən məni sevindirdin ki, deməli, yazılarımda 80 faiz həqiqət var. Sən bu ölkədə mənə danışdığının 80 faizi düz olan bir adam göstər, mən onun da əlindən öpüm, sənin də. Yerin (Pangeyanın) yaranmasından milyard illər ötüb və o materik indi yoxdu, parçalanıb. Alimlər onun xəritəsini təqribi tərtib ediblər. Ona görə də 10 faiz qeyri-dəqiqliyə yol vermələri təbiidir. Eləcə də Ay bizdən milyon kilometrlərlə uzaq məsafədə olduğundan onun da fotosunda 10 faiz qeyri-dəqiqlik görmək təbiidir. Bunlar bir yerdə 20 faiz qeyri dəqiqlik edir ki, bu da mənim yox, fotoqrafların və coğrafiyaçıların günahıdır. Ona görə də mənim heç bir qorxum yoxdur. Bu cavabdan sonda hədələr qurtardı. Müəllif: - Bir çox dövri mətbuatda oxumuşdum ki, yazırsınız ki, mollalarla probleminiz olub. O vaxtlar nə baş vermişdi? Paşa Yaqub: - Qəlbində Allah sevdası olan mollalara salam olsun! Bəzi məmurlar haqqı deyən jurnalistləri, blogerləri pulla ələ ala bilmədikdə şərləyib həbs etdirdikləri kimi, mollalar arasında da belələri var. Mollaların arasında hətta, Allaha şəkk edənlər, hansısa qüvvələrə işləyənlər də az deyil. Mənim mətbuatda gedən bir yazımı həzm edə bilməyən (belələrinə molla demək olmaz) özlərini molla adlandıranlar haqqında idi. Hətta, 2002-də xarici missionerlər haqqımda “ölüm hökmü” çıxardılar və bunu icra etmək üçün dəfələrlə Zərdabdakı evimə hücumlar etdilər. Azyaşlı uşaqlarımı vahiməyə salırdılar. Bu barədə həmin dövrün mətbuatında xəbərlər dərc olunmuşdu. Müəllif: - Həzm edə bilmədikləri yazıda nəyi əsaslandırmışdınız? Paşa Yaqub: - Bir gün əlim dinc durmadı, götürüb “Hürriyyət” qəzetində elmi-lədun bir məqalə yazdım. Üç qəzet səhifəsi həcmində olan bu məqalədə (gündə bir səhifə olmaqla üç gün çap olundu) “Quran”dakı rəqəmlərin mənasından, yolazmışlara gələcək bəlalardan tutmuş, mollaların tamah məqsədi ilə bəzi ölkələrdən pul alıb, İslamı səhv təbliğ etmələrinə qədər bir çox mətləblərdən bəhs etdim. Və sonda qeyd etdim ki, İslamın dirçəlişi məscidlərin bağlanmasından keçəcək. Sübut kimi də qeyd etdim ki, sovetlər dönəmində məscidlər bağlananda İslam (İslam deyəndə əxlaq, mənəviyyat, etibar, halallıq, dürüstlük, bir sözlə, insanlıq nəzərdə tutulur) indikindən qat-qat güclü idi və insanların qəlbində Allah xofu olduğundan, əhalinin, o cümlədən dindarların böyük əksəriyyətində İslamın sadaladığım əlamətlərini görmək mümkün idi. Məscidlər çoxalandan sonara bu əlamətlər həm ora gedənlərdə, həm də getməyənlərdə azaldı. Mənim bu səpkidə məqalə yazmağım və müasir dövrdə məscidlərdən bir qədər məsafə saxlamağın gərəkliyini qeyd etməyim (bir çox xarici dövlətlərin kəşfiyyat orqanlarının “mikrafonları və kameraları” məscidlərdə qurulub və mikrofonların düymələri də xaricdən basılır.) Zərdab mollalarını bərk qəzəbləndirdi. Onda mən Zərdabda yaşayırdım. Məqalənin çapı bitər-bitməz gördüm ki, yaşadığım evin zirzəmisi molla ilə doludur. Bu yerdə fikirləşəcəksiniz ki, yəqin onlar əllərinə “Quran” götürüb gəliblər ki, səninlə dialoq aparsınlar, səni səhv çıxartsınlar. Xeyr, sizin düşündüyünüz normal məntiqdir. Hardaydı bizdə belə bəxtəvərlik ki, əksər mollalarımız normal məntiqlə hərəkət edələr? Yenə də sual verəcəksiniz ki, bəs onda mollalar sənin zirzəmində (podvalında) neynəyirdilər? Düzü, suala cavab verməkdə çətinlik çəkirəm. Çünkü, qorxuram dediyimə inanmayasız. İnanmaq nə qədər çətin olsa da, onlar orada it kimi hürürdülər. Allah şahiddir ki, sözlərimdə yalan yoxdur. Azyaşlı uşaqlarım gecə həyətə düşəndə onlar pencəklərini başlarına keçirərək, it kimi hürə-hürə uşaqların üstünə yüyürüb, körpə uşaqları qorxudurdular. Ona görə də uşaqlar qorxusundan, ayaqyoluna qaranlıq olmamış gedirdilər, gecə heç kəs həyətə düşmürdü. Belə olanda mollalar zirzəmidə özləri üçün bir az hürüb gedirdilər. Ən maraqlısı da odur ki, səhəri gün həmin mollalar hüzr məclislərində camaatın gur vaxtında elan edirdilər ki, ay camaat, bəs deməzsinizmi ki, Paşa Yaqub məqaləsində “Quran”ı səhv təbliğ etdiyinə görə cinlər gecələr onu narahat edirlər. Təbii ki, bu söhbərlər gəlib mənə çatırdı. Mən də cavabında onlara sifariş göndərdim ki, o necə cinlərdir ki, gecələr mənim qapımda hürürlər, gündüzlər isə məsciddə azan verirlər, minbərdən canmaatı düzgünlüyə, əxlaqa çağırırlar... Xülasə, bu hürüşmə bir neçə gün təkrar olandan sonra, mən polisə ərizə verdim. Bu əhvalat o vaxtın mətbuatında da öz əksini tapıb və bəzi mollalardan izahat alınandan sonra (təbii ki, onlar boyunlarına almadılar və mən də dirənmədim) daha “cinlər” gəlmədilər. İndi həmin mollalar həyatda yoxdular. Müəllif: - Başqa nə kimi və nə üçün təzyiqlərə məruz qalmısınız? Paşa Yaqub: - Ölkədə baş alıb gedən haqsızlıqlarda ölkə rəhbərliyinin günahı olması və ədaləti bərqərar etməsə Allahın cəzasına gələcəyi barədə 2003-cü ildə mətbuatda yazım dərc edilmişdir. Bu yazıma təkzib verməyim üçün bütün hüquq-mühafizə orqanları işə qarışmışdı və bunu Zərdabda əksər insanlar bilirdilər. Onda da təkzib vermədim və ALLAH məni darda qoymadı... (ardı var) Pashayaqub.weebly.com saytı xəbər verir ki, tanınmış psixoterapevt, Elmi-lədun bilicisi, 36 kitab müəllifi doktor Paşa Yaqub yeni bir xeyriyyə aksiyası keçirəcək.
Aksiya 17 sentyabr 2021-ci il tarixdə saat 12.00-dan 19.00-dək keçiriləcək. İstənilən şəxs gəlib ödənişsiz konsultasiya oluna bilər. Maraqlananlar üçün doktorun müalicə etdiyi xəstəliklərin siyahısını aşağıda veriririk: - Bütün növ qorxular, fobyalar; - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (böyrəkdəki bütün problemlər, enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm; - Epilepsiya; - Skalyoz , osteoxondroz, kipoz, protuziya və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluq; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s.); - Hormon pozğunluqları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s); - Həyəcan pozuntuları (panik atak); - Sayrışan hallar nevrozu; - Sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Zob; - Miasteniya (əzələ zəifliyi); - Sevgisizlik, inamsızlıq; - Dəmirov və s. dəri xəstəlikləri, allergik yaralar...; - Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq; - Sonsuzluq; - Xərçəng; - Koronavirusa yoluxma (videoseansla sağaldırıq); - Analıq orqanlarının xəstəlikləri; - endometroz, kistalar, miomalar, fibrozlar, folikulların partlamaması, uşaqlığın sallanması və s. - Osteoparez; - Ürək-damar xəstəlikləri və s. - Zöhrəvi xəstəliklər (siflis, SPİD və s) - Bakteroloji xəstəliklər (qızılı stefilokok, fekal streptokok və s) Konsultasiya üçün əlaqə: 050 375 30 97 Sağalmaz xəstəlikdən möcüzə sayəsində şəfa tapan tanınmış vəkil Zahidə Vulkan onu həyata qaytaran doktoru Paşa Yaqub haqqında kitab yazıb. "Əfsanəvi fenomen" adlanan bu kitab elmi-lədun bilicisi, qeyri-adi müalicə üsulu olan Paşa Yaqubun həyat və fəaliyyətindən, müalicə metodundan bəhs edir. Oxucu marağını nəzərə alaraq, pashayaqub.weebly.com/saytı hazırda çapda olan bu kitabın daha bir hissəsini oxucularına təqdim edir.
BƏS VƏSİYYƏT ETMİŞDİN??? Zahidə Vulkan: - Bir neçə sağalmaz xəstəlikdən əziyyət çəkirdim. Çəkim 67 kilodan 39 kiloya düşmüşdü. Artıq heç nə yemirdim. Ağrılarıma yüksək dozada vurulan iynələr də kömək etmirdi. Başa düşdüm ki, artıq bu dünya ilə vidalaşmağımın zamanıdır. Vəsiyyət etdim. Kimin üstümdə haqqı var idisə halallıq istədim. Ailələrimizin uzun illər dost olduğu respublikamızın dəyərli siyasətçisi, hüquqşünas,10 il Milli məclisin deputatı olmuş, istiqlalçı millət vəkili Mətləb Mütəllimlinin təkidi ilə psixoterapevt Paşa Yaqubun seanslarını qəbul etməyə başladım. Doğrusu, Mətləb bəyə də enerjiylə müalicəyə inanmadığımı qabaqcadan demişdim. Paşa bəyin özünə də dedim ki, mən inanmıram amma, Mətləb bəyin Sizə çox böyük ümidlərinə hörmətlə yanaşaraq gəldim. Çöhrəsində təbəssüm var idi. Üzümə doğmalıqla baxaraq, 21 gün səbr edə bilsən sağalacaqsan, - dedi. Düzü, ağrıkəsici dərman qəbul edib getmişdim. Dedim ki, Paşa bəy 21 günə mənə yəqin 3;7 və 3 dəfə də cümə axşamı mərasimləri də qurulacaq həddəyəm. Sabaha çıxacağıma ümidim yoxdur. Siz 21 gündən danışırsınız.Çox mehribanlıqla bütün xəstəliklərimi soruşaraq qeyd etdi. Dərhal seansa başladı. Danışmağa belə halım yox idi. Bir az yüngülləşdim. Dedi ki, ağrılarınız artacaqdı. Qorxmayasınız. Dözə bilsəniz, dərman da qəbul etməyin. Ertəsi gün zəng edib dedim ki, Paşa bəy, mən ağrıdan ölürəm, dərmansız mümkün deyil. Az miqdarda qəbul edin, gəlin yanıma - dedi. Mümkünsüz olduğunu bildirdim. Videoseans etməyini təklif etdi. Razılaşdım. Seansdan sonra mədəmdə olan ağrılar azalmağa başladı. İki aya yaxın idi ki, heç nə yeyə bilmirdim. Ancaq meyvə şirələri ilə qidalanırdım. Məni görənlər tanımırdılar. Üç gün vidioseans edəndən sonra mədəmdəki ağrılar yox oldu. Yavaş-yavaş sulu yeməklər yeməyə başladım. Yenidən canlı seanslara getdim. Düzünü deyim ki, bir gün dedim ki, Paşa bəy, mənim başım xarab olub. Elm inkişaf edib. Həkimə getmək əvəzinə ekstrasens yanına gəlmişəm. Sanki mənim xəstələnməyimdə onun bir günahı var imiş kimi, çox aqressiv şəkildə paltarımı göstərərək deyirdim ki, baxın görün mən necə arıqlamışam, paltarlar əynimdən düşür. O isə, üzümə baxaraq mehribancasına gülümsəyirdi. Dözə bilsəniz, sağalacaqsınız deyirdi. Onun gülümsəməyinə əsəbiləşirdim. Elə bilirdim ki, o mənim ciddi xəstə olduğuma inanmadığından gülümsəyir. Onun səmimi gülüşünü istehza kimi başa düşürdüm. Hərdən də mənə elə gəlirdi ki, Paşa həkim mənim dəli olduğum qənaətindədir. Hər seansdan sonra deyirdi ki, istəyirsənsə, tibbi müalicə də al. Amma, mən səni sağaldacağıma əminəm. Nəhayət, 21-cü gün tamam oldu. Seansdan evə taksi ilə gəldim. Dəhşətli ağrılardan ilan kimi qovrulmağa başladım. Özümün də, Paşa həkimin də qarasına gileylənirdim. Öz-özümə, - bu nədir başıma gəldi. Bu da 21 gün. Yəqin mənə tərsi oldu - deyirdim. Fikirləşirdim ki, yəqin Paşa həkim 21 günə ya sağalacam, ya da öləcəyəm, demək istəməsə də, bu, belədir. Mən sağalmadım. Ölürəm deyib sakitləşdirici dərman içib yatdım. Ertəsi gün yuxudan tam sağlam insan kimi oyandım. Səhər yeməyi yedim. Evdəkilər işə getmişdilər. Soyuducuya baxdım ki, nə var, nə yox. Günorta yeməyə nə bişirim. Xülasə, Badımcan dolması bişirdim. Mətbəxə üç aya yaxın idi ki, girmirdim. Yeməyimi yataqda yeyirdim. Mən sanki heç xəstə olmamışam kimi kompot, dolma bişirdim, salat hazırladım. Mənə elə gəlirdi ki, o hissləri mən yuxuda görmüşəm. Bişirdiklərimdən də yedim. Heç bir ağrı hiss etmədim. Axşam uşaqlar evə gələndə təəccübdən donub qalmışdılar. Hətta, günorta qardaşım da mənə baş çəkməyə gəlmişdi. Gördü ki, mətbəxtdəyəm. O da yemək yedikcə təəccüblə üzümə baxırdı. Nə baş verdiyini anlamırdı. Paşa həkimdən seans götürdüyümü bilən rəfiqəm Aygün xanım hər axşam olduğu kimi 22-cü gün mənə zəng etdi. Mən onunla neçə illər əvvəl danışdığım kimi danışırdım. Telefonda - nəsə yeyə bilmisən? - deyə soruşdu. Dedim ki, badımcan dolması bişirmişəm. Aygün xanım dili dolaşa-dolaşa yediiiiiiiiiin, - deyə soruşdu. Gülə-gülə “yedim” dedikdə, necə yedin? - dedi. “Adam kimi”, -cavabını verdim. Çox şən idim, gülürdüm. Aygün xanım təəccübünü gizlədə bilmədi. Soruşdu ki, sənə nə olub? Dedim ki, bu gün vaxt tamam oldu. Soruşdu ki, hansı vaxt tamam olub? Gülə-gülə: - 21 gün keçdi, sağaldım. Paşa həkimin seansları məni adam elədi - deyib güldüm. Aygün xanım sevincindən ağlayırdı. Mətləb bəy də tez-tez zəng edərək, necə olduğumu soruşurdu. Hərdən də oğlu Mahiri göndərirdi. Onlara da sağaldım deyib, qəhqəhə ilə güldüm. Mətləb bəy gülə-gülə: - Bəs vəsiyyət edirdin, - deyə zarafat etdi. Mətləb bəy hər dəfə mənə zəng edəndə səsimin tonundan hiss edirdi ki, səhhətimlə yanaşı əhvalım da yaxşıdır. Deyirdi ki, deyəsən bu gün Paşa həkimin yanında olmusunuz. Soruşurdum ki, hardan bilirsiniz? Hiss edirəm, Siz seansdan sonra daha çox şən olursunuz, - deyirdi. Təbii ki, 22-ci gün Paşa həkimin yanına getdim. Onunla da sevincimi böldüm. Çox həvəslə mətbəxt sərgüzəştlərimi ona danışdım. O, yenə də əvvəlki kimi üzümə baxaraq mehribancasına gülümsəyərək, bildirdi ki, Siz artıq neqativ enerjidən qurtarmısınız, amma, ağrılar azalsa da, xəstəliklər hələ tam sağalmayıb. Seanslara davam etməlisiniz. Etiraf etməliyəm ki, mənim sağalmağıma hamı sevinsə də, Paşa həkimin gözlərindəki qeyri-adi sevinci heç kimdə görə bilmədim. Paşa həkimin seanslarını qəbul etmək üçün mənim sağalmağımı gözləyən rəfiqələrim və qohumlarım da nəticəni gördükdən sonra tərəddüdsüz Paşa həkimin seanslarına üz tutdular. Rəfiqəm Nəcibə xanım həkimdir. Oğlunun boğulma kimi xəstəliyə düçar olmasını, müalicələrin köməyi olmadığını deyirdi. Mən ona Paşa həkimin seanslarını təklif etdim. Sağaldığımı eşidən kimi oğlunu Paşa həkimin seanslarına apardı. Bir dəfə təsadüfən Paşa həkimin seansı zamanı onunla rastlaşdım. Qapının arasından Nəcibə xanımı gördüm və içəri girdim (Paşa həkim seanslarda başqa şəxsi içəri buraxmır). Nəcibə xanım təəccüblə: - Zahidə xanım, sən əvvəlki kimisən şən gülərüz, çəkin də normallaşıb, gözlərimə inanmıram, - deyib bir də məni qucaqladı. Paşa həkim məsum-məsum gülümsəyərək bizə baxırdı. Beləcə, mən çox sayda qohum-qonşularımı və rəfiqələrimi Paşa həkimin seanslarına göndərmişəm. Hər biri xəstəliklərindən xilas olduqlarına görə Paşa həkimlə onları tanış etdiyim üçün mənə təşəkkür ediblər. Paşa həkimin seanslar zamanı “açar sözləri”ni oxuyaraq adama üfürməsi insanı sanki bir anlıq təbiət qoynunda istirahət edirmiş kimi rahatlayır. Nəfəsindən müşk-ənbər iyi gəlir. Gözləri şəfəq saçır.Seanslar zamanı bədənimin bir tərəfinə soyuq, eyni anda digər tərəfinə isti gəlirdi. ŞƏKİLLƏRİNDƏN DƏ ENERJİ ALIRDIM Bir müddət torpaqlarımızın işğaldan azad edilməsi üçün əks həmlə zamanı ölkədə internetin kəsilməsi və koronavirusun tüğyan etməsi ilə əlaqədar Paşa həkimin həm birbaşa və həm də videoseanslar etmək imkanları olmadı. Onunla telefonla danışdıqdan sonra rahatlıq tapırdım. Birdən yadıma düşdü ki, Paşa həkimin bir xəstəsi ona deyirdi ki, şəklinə baxanda rahatlıq tapıram. Fikirləşdim ki, bəlkə mən də şəkillərinə baxsam, rahatlıq taparam. Onun haqqında kitab yazmağı planladığım üçün internetdən çoxsaylı şəkillərini götürmüşdüm. Şəkillərini açaraq hər birinə dəfələrlə baxdım. İlk baxışdan şəkillərdən biri-hansı ki, indiki görkəmində olan şəkil-sanki mənə sağalacaqsan deyir, üzümə gülümsəyirdi. Həmin şəklə təkrar-təkrar baxdım. Mənə elə gəldi ki, Paşa həkim canlı olaraq yanımdadır. Öz-özümə - Bissimillah, deyəsən dəli oluram dedikdə, qulaqlarıma –“yox” - səsi gəldi. Səs Paşa həkimin səsi idi. Bir neçə gün həmin hadisənin təsirindən çıxa bilmirdim. Yuxuda gördüm ki, Paşa həkim mənə deyir ki, niyə görünmürsünüz, seanslara gəlmirsiniz? Həm də mənə bükülü nəsə verdi. Yuxudan oyanan kimi həmin şəkli açıb baxmağa başladım. Şəkildə Paşa həkim gülümsəyir, qulaqlarıma isə, sağalacaqsızınız sədası gəlirdi... Mən bir neçə gün şəkillə təmasda olduqdan sonra, həmin şəkil vasitəsilə Paşa həkimə suallar verməyə başladım. Hətta, ona mənə aid olmayan şəxsi sirləri barədə də suallar verdikdə cavabları dəqiqliyi ilə bilmədiyim üçün, verilən cavabları bir kağıza yazırdım. Nəhayət, internet bərpa oldu, Paşa həkim əvvəlcə videoseanslara başladı. Sonra klinikada birbaşa seanslarını bərpa etdi. Seansların birindən sonra ona kitabla əlaqədar suallar vermək istəyimi bildirdim. Əslində isə məqsədim şəkilinə verdiyim suallara aldığım cavabların doğru olub-olmamasını yoxlamaq idi. Birbaşa cavabları deyərək, belədirmi sualı verirdim. Belədir, amma, bunu Sizin bilməyiniz mümkünsüzdür, - deyə cavab verir və özü də təəccüblənirdi. Sonda təkidlə - bunları hardan öyrənmisiniz, axı, heç evdəkilər belə bunları bilmir - deyə soruşduqda, onu intizarda qoymayaraq, şəkili ilə danışdığımı bildirdim. Mümkünsüzdür, - dedi. Gülərək, niyə mümkünsüzdür, Siz telefonun o başından nəfəsinizi ötürə bilirsiniz, amma, şəkilinizlə cavab verməyiniz mümkünsüzdür? - deyə sual verdikdə, təəccüblənsə də “hər şey mümkündür”, - dedi. Beləcə, mən onun kəramət sahibi olmasını, seçilmişlərdən olmasını, mənəviyyatını, dürüstlüyünü, qeyri-adı insani keyfiyyətlərini, Şəfa Mələyi olmasını şəkli ilə danışaraq bir daha kəşf etdim. Düşünürəm ki, hər insanın şəklilə danışmaq da mümkünsüzdür. Elə Paşa həkimin də bir şəklindən başqa... Doktor Paşa Yaqubun iynə-dərman işlətmədən indiyədək sağaltdığı xəstəliklərin siyahısını təqdim edirik: - Bütün növ qorxular, fobyalar; - Həzm sistemi xəstəlikləri; - Zərərli vərdişlərdən (narkomaniya, alkoqolizm və s.) xilas olmaq; - Uroloji xəstəliklər (enuroz, sistit, gecələr tez-tez sidiyə çıxma və s.); - Autizm; - Epilepsiya; - Skalyoz , osteoxondroz və s. onurğa xəstəlikləri; - Təhsildə və işdə uğursuzluq; - Bütün növ depressiyalar; - Cinsi disfunksiyalar (zəiflik, həvəssizlik və s.); - Hormon pozğunluqları (oğlanın özünü qız, qızın oğlan kimi hiss etməsi və s); - Həyəcan pozuntuları (panik atak); - Sayrışan hallar nevrozu; - Sinir sistemi xəstəlikləri; - Bütün növ nevrozlar və əsəb xəstəlikləri; - Yuxusuzluq; - Parkinson xəstəliyi; - Şizofreniya; - Miqren; - Zob; - Miasteniya (əzələ zəifliyi) - Sevgisizlik, inamsızlıq; - Dəmirov və s. dəri xəstəlikləri, allergik yaralar...; - Bütün növ ağrılardan və neqativ enerjilərdən xilas olmaq; - Sonsuzluq; - Xərçəng; - Koronavirusa yoluxma (videoseansla sağaldır); - Analıq orqanlarının xəstəlikləri - endometroz, kistalar, fibro-miomalar, folikulların partlamaması, uşaqlığın sallanması və s. - Osteoparez; - Ürək-damar xəstəlikləri; - Göz xəstəlikləri və s. (ardı var) |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |