Azərbaycanda bir ilkə imza atıldı...
Paşa Yaqubu uzun illərdir ki, tanıyıram. Onun Azərbaycanın müxtəlif bölgələrində yaşamış müqəddəs övliyaların, yaşadıqları dövrün görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərindən bəhs edən bir neçə kitablarından da xəbərim var. İndi sevinirəm ki, o, övliyalar haqqında araşdırmalarını bir kitabda, “Övliyalar ensiklopediyası” adlandırdığı topluda cəmləşdirmişdir. Övliya ərəb dilində vəli sözünün cəmi olub, “həyatını Allah yolunda sərf edərək Ona yaxınlaşmağa nail olmuş müqəddəs insan”, “müqəddəs, təmiz, pak, saf şəxsiyyət” anlamını bildirir. Övliyalarımızdan bəhs edən bu dəyərli kitab çox maraqlı və oxunaqlı bir dildə yazılmışdır. Əlbəttə ki, mən həm də bir oxucu olaraq çoxdan idi ki, bu kitabın çapını gözləyirdim. Budur, nəhayət ki, 680 səhifəlik ensiklopediya artıq qarşımdadır və mən onun ilk oxucusu və redaktoruyam. Azərbaycanın ictimai fikir tarixində İslam dininin rolu misilsizdir. İslamın bir sıra təriqət və cərəyanları, tanınmış sufi alimləri, şeyxləri, dövrünün görkəmli elm və mədəniyyət xadimləri cəmiyyətimizdə zaman-zaman baş vermiş sosial-siyasi hadisələrdə islami dəyərləri, müqəddəs xanəgahlarımızı, pirlərimizi, ziyarətgahlarımızı uzun əsrlər boyu qoruyaraq bu günümüzə gətirib çıxarmışlar. Əsrlərin daş yaddaşı olan kitabələrdə Azərbaycanda fəaliyyət göstərmiş neçə-neçə sufi cəmiyyətlərin, kəramətli şeyxlərin, ruhani alimlərin adlarına rast gəlmək olar. Məlumdur ki, İslam dünyasında geniş yayılmış sufizm çox mürəkkəb bir fəlsəfi cərəyan olmuşdur. Azərbaycanın ictimai həyatında, tarixində onun İslam dünyası ilə mədəni-siyasi əlaqələrində orta əsr sufi cəmiyyətinə mənsub olan övliyalarımızın, ruhani alimlərimizin, şeyxlərimizin, şairlərimizin özünəməxsus, mühüm, ləyaqətli yeri olmuşdur. Son orta əsrlərdən bəhs edən kitablardan da görürük ki, sufi cəmiyyətlərində Allaha qovuşmaq – təsəvvüf, vəhdəti-vücud məqsədinin metodları, eləcə də xüsusi təlimlər müxtəlif cür olmuşdur. Son yüzilləri əhatə edən müxtəlif türbə, pir və s. abidələrimizin kitabələrindəki ”Qurani Kərim”in “Ər-Rəhman” surəsinin 26 – 27-ci ayələrində “Yer üzündə olan hər kəs fanidir; ancaq əzəmət və kəramət sahibi olanlar Rəbbimin zati-baqidir” kəlamı da min ildən artıqdır ki, şərəfli ömür yolu keçmiş sufi şeyxlərini cəmiyyətimizə təqdim edir. Təcrübəli tədqiqatçı Paşa Yaqubun “Azərbaycan övliyalarının ensiklopediyası” kitabında Dədə-Qorquddan üzü bəri, bu günlərimizə qədər davam edən Əxlaqın – Ümumislam mədəniyyətinin boy verən bəhərləri – inanılmış, sınanılmış şeyxləri, mövlanaları, seyidləri, kəramət sahiblərini oxuculara tanıdır. Kitabda XIII əsrdə Türkiyədə əsası Mövlana Cəlaləddin Rumi tərəfindən qoyulmuş mövləvilik (mövlə ərəb dilində “Allah, Tanrı, Yaradan” deməkdir), orta əsrlərdə Kiçik Asiyada, o cümlədən, Azərbaycanda meydana gələn, “Zəhmət qardaşları” cəmiyyətinin üzvləri hesab edilən əxilik (əxi sözü ərəb dilində “qardaş” anlamını ifadə edir), eləcə də nəqşibəndilik, ələvilik və s. təriqətlər və onların nümayəndələri barədə maraqlı yazılar da yer almışdır. Məlumdur ki, İslam şərqində, o cümlədən də Azərbaycanda bəzi görkəmli alim və şairlərə hörmət əlaməti olaraq mövlana (əntiqfüruş) deyirdilər (məsələn: Mövlana Məhəmməd Füzuli, Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani və s.). Müridizm və Nəqşibəndiyyə tərəfdarları ilə bağlı məlumatlar da kitabı daha maraqlı və oxunaqlı etmişdir. Kitabda Azərbaycanda təsəvvüf tarixinin şanlı səhifələri hesab olunan onlarla şeyxlərimizin, seyidlərimizin, müqəddəs insanlarımızın həyatdakı əməlləri haqqında ibrətamiz məlumatlar toplanmışdır. Bu seçilmişlər – fəzilət və kəramət sahibləri daim Allaha ibadət edənlər, əllərində olan malı, mülkü kasıblara, ehtiyacı olanlara paylayanlar, xəstələrə şəfa verənlər, insanlara xeyirxahlıq göstərənlərdir. Kitabı vərəqləyib oxuduqca insanda Allah sevgisi, Onun peyğəmbərinə inam, müqəddəs övliyalara rəğbət və məhəbbət hissi artır. Bu yerdə dahi Nizami Gəncəvinin məşhur deyimi yadıma düşür: Bizə qorxu, ümid, şadlıq, qəm verən, Günəş, Ay, Ulduzlu bir aləm verən, Bu yeri, bu göyü odur saxlayan, Onun varlığına şahiddir cahan. İdrakın çatırsa vahid Allaha, Nədir? Və necədir? – Soruşma daha. Hər işə elə bir son verər dərhal, Onu dərk etməyə acizdir kamal... Oxucu bu ensiklopediyadan belə məlumat da əldə edir ki, təsəvvüf dövründə Azərbaycanda təsis olunan ilk təkyələrdən biri Pir Hüseyn xanəgahıdır. Bu xanəgah qismən xaraba halında olsa da, min ilə yaxındır ki, günümüzə qədər ribat xarakterli böyük təkyə kimi gəlib çatmışdır. Kitabda bu böyük təkyə haqqında da maraqlı məlumatlar özünə yer tapmışdır. Məlumdur ki, Azərbaycanda XIII əsrdən etibarən Sührəverdiliyin təsiri ilə Əbhəriyyə, Zahidlilik, Xəlvətiyyə, Səfəviyyə təriqətləri meydana gəlmişdir. Bundan az sonra Hürufilik, İşraqilik, Əxilik kimi mühüm fəlsəfi və mistik cərəyanlar yaranmışdır. Kitabda həmin fəlsəfi və mistik cərəyanlara mənsub olan görkəmli övliyalar haqqında da məlumatlara yer ayrılmışdır. Paşa Yaqubun “Azərbaycan övliyalarının ensiklopediyası” kitabında Azərbaycanın demək olar ki, bütün bölgələrinin şeyxləri, övliyaları, pirləri, seyidləri əhatə olunmuşdur. Kitabda Seyid Yəhya Bakuvi, Mir Həmzə Seyid Nigari, Üveys-əl Qərani, Həzrət baba, Şıx Eyyub baba, Mövlana Şeyx İsmayıl Siracəddin Şirvani, Hacı Mahmud Əfəndi Aslanbəyli, Hacı Əhməd Əfəndi Külüllü, Seyid Mir Fazil ağa, Hacı Mahmud Baba Kürdəmirli, Şeyx Hacı Əbdi Əfəndi Qaracallı, Seyid Lazım ağa, Şeyx Əhməd Əfəndi Talalı, Həzrət baba, Miskin Abdal, Seyid Yusif ağa və digər övliyalar haqqında ətraflı məlumatlar verilmişdir. Azərbaycanın bütün coğrafiyasını təmsil edən dövrünün məşhur övliyalarının, görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətlərini öyrənmək baxımından Paşa Yaqubun bu dəyərli kitabı çox qiymətlidir. Bu kitab xüsusilə, XVII – XX əsrlərdə yaşamış görkəmli övliyaların həyat və fəaliyyətləri ilə tanış olmaq və gələcəkdə onları tədqiq etmək nöqteyi-nəzərindən araşdırıcılara faktlar verir, maraqlı diskussiya meydanları yaradır. Məhz bu cəhətlərinə görə kitab dəyərləndirilməyə layiqdir. Allah-taala bütün iman sahiblərini imandan əksik etməsin! Müqəddəs övliyalarımızın kəramətləri daim köməyimiz olsun! Onu da qeyd edək ki, “Övliyalar ensiklopediyası” Azərbaycanda (bəlkə də dünyada) bir ilkdir. İndiyədək çox mövzularda ensiklopediyalar çap olunsa da, övliyalıq mövzusunda ensiklopediya tərtib olunmamışdı. Bu ilkə imza atan qələm dostum, istedadlı yazıçı-publisist, təcrübəli araşdırıcı, tanınmış psixoterapevt, elmi-lədun bilicisi, həkim, 36 kitab müəllifi olan Paşa Yaquba həyatda uzun ömür, cansağlığı, xoşbəxtlik, gələcək yaradıcılıq yollarında böyük uğurlar arzulayıram. Qeyd: “Övliyalar ensiklopediyası” Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi əsasında çap olunmuşdur. NAZİM TAPDIQOĞLU (VƏLİŞOV) tarixçi, tədqiqatçı, pedaqoq, şair, publisist, “Qızıl Qələm” mükafatı laureatı Yazıya əlavə: “Övliyalar ensiklopediyası”nın ikinci cildi nəşrə hazırlanır. Arzu və təklifləri olanlar müəlliflə əlaqə saxlaya bilərlər: 050 375 30 97 / 051 777 70 40 Kitabı oxumaq üçün link: Paşa Yaqub - Övliyalar Ensiklopediyası Linkə daxil olduqda Mənəvi Dəyərlərin Təbliği Fondunun səhifəsi açılır və aşağıda kitabın elektron forması görünür. İlk səhifənin üzərində "Click to view in Fullscreen" düyməsinə vurduqda kitab tam ekran rejimində açılır. Səhifələri sağa-sola çevirərək oxuya bilərsiniz.
0 Comments
Xəbər verildiyi kimi, dünən (10 mart 2021) Bakıda gəmi yanğını baş verdi. Sumqayıtda isə, qatar yük maşınıyla toqquşdu. Ölən və yaralananlar oldu. (Gəmi rəmzi məna bildirir)
Hesablamalarımız göstərir ki, bu hadisələr təsadüfü olmayıb (Quran məntiqinə görə həyatda təsadüf yoxdur), xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq isə, özünü orjinal Quranın səhifələrinin sayı (kodu) olan 286 və tövbə rəmzi olan 555 ədədi altında büruzə verməsi hadisələrin ALLAH tərəfindən xəbərdarlıq mesajı olduğunu sübut edir (onu da deyim ki, bütün bu kimi qəza və zəlzələlərin üərində bu iki ədəd daim görünür): 1) Xatırladım ki, 20 noyabr 2018-ci ildə Gəncədə yaşayış binası partlamışdı. Dünən Bakıda gəmi yananda həmin hadisənin 841-ci günü idi. Bu ədəddən Quranın səhifələrinin sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hər iki hadisənin biri-birinə bağlı olduğu və ALLAH tərəfindən cəmiyyətə bir mesaj olduğu görünür: 841 – 286 = 555 2) Gəmi yanğını astronomik xəbərdarlıq olan Ay tutulması ilə də əlaqələnir. Belə ki, bu yanğın Ay tutulmasının (28.07.18) 955-ci günü baş verib ki, bundan da Quranın surə və səhifələrinin saylarını çıxsaq yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və hadisənin ALLAH tərəfindən törədilməsi barədə söylədiyimiz fikri bird aha təsdiq edir: 955 – 114 – 286 = 555 3) Elmi-lədun araşdrmalarımız göstərir ki, gəmidəki yanğın Xızıda silah anbarında baş verən partlayışla da riyazi yolla əlaqələnir. Yadınıza salım ki, 6 fevral 2018-ci il tarixdə MSN-nin Xızıdakı silah anbarında partlayış baş vermişdi. Dünən gəmi yananda həmin hadisənin 1127-ci günü idi ki, bundan da yuxarıdakı rəmzləri çıxanda yenə də tövbə və cəza rəmzi alınır və fikrimizin doğruluğunu bir daha təsdiq edir: 1127 – 286 – 286 = 555 4) Dünənki yanğın tək Xızıdakı partlayışla əlaqələnmir; həm də Şirvan şəhərindəki silah anbarının partlaması ilə də əlaqələnir. Xatırladım ki, Şirvandakı partlayış 26 iyul 2016-cı il tarixdə baş vermişdi. Dünən bu hadisənin 1682-ci günü idi. Bu ədəddən Qurandakı rəmzləri çıxsaq, yenə də tövbə və cəza rəmzi alınır: 1682 – (286 + 555) = (286 + 555) 5) Dünən Bakıda gəmi yananda Azərbaycanı silkələyən zəlzələ həyəcanının (11.05.17) 555-ci günü idi… Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram. Arifə bir işarə kifaytdirsə, biz burada beş sübut - düstur verdik. Bütün bunlar onu göstərir ki, dünən Bakıda baş verən gəmi yanğını özündən əvvəl baş verən zlzələ və partlayışların davamı olmaqla, yolun azmış millətimizə və onların zülm etməyi sevən rəhbərlərinə ALLAHDAN növbəti xəbərdarlıq mesajıdır. Bu mesajlara gərəkən reaksiyanı vermədikcə daha böyük faciələrlə (yaxud xəstəliklərlə) qarşı-qarşıya qalacağıq. Odur ki, baş verənlərdən nəticə çıxarmaq və ölkədə haqqı, ədaləti bərqərar etmək vacibdir. Unutmayın ki, siz tövbə edərək etdiyiniz günahlardan təmizlənməsəniz, ALLAH Yeri sizdən təmizləyəcəkdir!!! Bu, qüdrət sahibi olan ALLAH üçün çox asandır (bu da yuxarıdakı düstur üzrə baş verəcəkdir)! “Biz bir məmləkəti məhv etmək istədikdə, əvvəlcə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (xalqa zülm etməmək barədə) xəbərdarlıq edərik. Lakin, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16 ALLAHIN qulu və carçısı: Paşa Yaqub "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!" “Quran”, 30:21
Bildiyimiz kimi, İslam dini və onun müqəddəs kitabı olan “Qurani-Kərim” qadına böyük dəyər vermişdir. Başqa səmavi kitablardan fərqli olaraq, “Quran”da qadınların adına bir çox surələr vardır. Buna misal olaraq “Qadınlar” (4), “Məryəm” (19), “İmtahana çəkilmiş qadın” (60) surələrini göstərmək olar. Həmçinin, bu müqəddəs kitabın yüzlərlə ayəsində qadınlardan, onların gözəl əxlaqından, kamil imanlarından və Allaha bağlılıqlarından, dualarının Allah dərgahında qəbul olunmasından bəhs olunur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla, Lut) onları Allahın əzabından heç vəchlə qurtara bilmədilər. Onlara: “Başqaları ilə birlikdə siz ikiniz də Cəhənnəmə girin” – deyildi”. “Allah iman gətirənlərə isə, Fironun zövcəsini (Asiyə bint Məzahimi) misal çəkdi. O zaman o: “Ya Rəbbim! Mənim üçün Öz dərgahında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et!” – demişdi”. “Allah mömin qadınlara həmçinin namusunu (ismətini) möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi də misal çəkdi. Biz Cəbrayıl vasitəsi ilə libasının yaxasından ona Öz ruhumuzdan üfürdük. Məryəm Rəbbinin sözlərini (şəriətini, dini hökmlərini), kitablarını təsdiq etdi və Allaha itaət edənlərdən oldu”. “Quran”, “Qadağan” surəsi, 10-11-12-ci ayələr. “Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, cəmi aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)” “Quran”, “İmran ailəsi” surəsi, 42-43. “İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla! Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini Şeytanın şərindən Sənə tapşırıram” (dedi). Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. Zəkəriyya: “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!” “Quran”, “İmran ailəsi” surəsi, 35-37. Ayədən görünür ki, Rəbbim kişilərlə (kişi peyğəmbərlər, imamlar, övliyalarla) yanaşı, bəzi qadınlara da hikmət (kəramət) bəxş etmişdir. Məryəmin yanında daim Cənnət ruzilərinin olması da onun kəramətini təsdiq edən ayədir. Və yaxud, “Məryəm” surəsində onun kəramətinə dair başqa fakta rast gəlirik: “(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün! Ye-iç, gözün aydın olsun!” 19:25-26 Bütün bunlar Məryəmin kəramətinə dəlalət edən faktlardır. İslam tarixində də bir çox kəramətli qadınlar olmuşlar ki, onlardan biri Həzrət Rəbiədir (haqqında bir çox filimlər və kitablar yazılan bu xanım övliya VII əsrdə yaşamışdır). Onunla eyni dövrdə yaşamış Həsən Bəsri arasında baş verən bir əhvalatı oxucuların diqqətinə çatdırmaq istəyirəm. Bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: “Gəl burada iki rükət namaz qılaq” - dedi. Rəbiyyə: “Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” – deyə cavab verdi. Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” dedikdən sonra əsas söyləmək istədiyini söylədi: - Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər. Tarixi mənbələrdə yer alan bu faktlar Həzrət Rəbiyyənin kramət sahibi övliyalardan olduğunu təsdiq edir. Elə Azərbaycanda da öz kəramətləri ilə məhşur olan xanım övliyalar yaşamışlar ki, onlara misal olaraq Həzrət Museyi Kazımın qızları Həzrət Həkimə xanımı, Həzrət Leyla xanımı, Həzrət Rəhimə xanımı və s. kəramət sahibi olan xanımları göstərmək olar. Bütün bunları oxuduqdan sonra insanda belə bir sual yaranır: qadınlar arasından kəramətli şəxslər çıxdığı halda niyə onlardan peyğəmbər seçilmir? Bildiyimiz kimi, Peyğəmbərlik məqamına ancaq kişilərin layiq görülməsi barədə “Quran”da ayələr vardır: “Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər (kişi peyğəmbərlər) göndərmişdik. Əgər bunu bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!” “Bal arısı” surəsi, 43. Suala cavab tapmaq üçün Peyğəmbərliyin mahiyyətinə nəzər salmaq vacibdir. “Quran”dan məlumdur ki, Allah peyğəmbəri o xalqın arasından seçir ki, orada sadə camaat yolun azıb, pozğun həyat tərzi keçirir, onlara rəhbərlik edən (kişi) padşah isə, xalqa zülm etməkdə həddin aşmış olsun. Allah onların arasından seçdiyi bir şəxsi (elçini) həmin zalım rəhbərin yanına göndərib, xalqa zülm etməməyi əmr edir. Xalqa da elan edir ki, pozğun həyat tərzinə son qoyub, doğru yolu tutun... Peyğəmbərlər tarixinə nəzər saldıqda aydın görmək olur ki, belə hallarda həmin zalım padşah və pozğun həyat tərzinə alışmış xalq heç də həmin Peyğəmbəri qəbul etmirlər. Ya ona (Həzrət İbrahim kimi) ağır işgəncələr verirlər, ya da (Həzrət Zəkəriyya və Yəhya kimi) öldürürlər: “Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə həmin peyğəmbərlərin bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər. Və elə hesab edərdilər ki, bunun müqabilində özlərinə heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular...”. “Süfrə” surəsi, 70-71. Ayədən göründüyü kimi, Peyğəmbərlik vəzifəsi bu missiyanı daşıyan şəxsin həyatı üçün çox təhlükəli və əziyyətli bir vəzifədir. Məhz bu səbəbdən də Allah-təala zərif cinsin nümayəndələrinə belə çətin bir vəzifəni yükləməmişdir. Digər tərəfdən qadınlarda ayda bir dəfə baş verən fizioloji hallar vardır ki, həmin dövrdə qadının ibadət etməsi, vəhy qəbul etməsi mümkün deyildir. Bildiyimiz kimi, “Quran”ın 21-ci surəsi “Peyğəmbərlər” adlanır. Bu səbəbdən də 21 ədədi müqəddəs kitabda Peyğəmbərlik rəmzi sayılır. Elmi-lədun araşdırmalarımız göstərir ki, qadınlardan fərqli olaraq, kişilərin anatomik quruluşunda 21 ədədi görünür. Belə ki, qadınlarda barmaq çıxıntıları 20 olduğu halda, normal kişilərdə barmaqların və barmaqvari çıxıntıların (cinsiyyət üzvünün) birlikdə sayı 21-dir. Həyatda təsadüf yoxdur. Bu amil qadınların peyğəmbər seçilməməsinə səbəb olmasa da hər halda insanın anatomik quruluşunun müqəddəs kitabla uzlaşmasını göstərən faktdır. Bu və digər bir çox səbəblərdən peyğəmbərlər ancaq kişilər arasından seçilir. Qadınlardan isə, peyğəmbər seçilməsə də, yuxarıda qeyd etdiyimiz kimi, böyük övliyalar yetişmişlər. Yeri gəlmişkən, 8 mart qadınlar bayramı münasibəti ilə bütün xanımları təbrik edirəm və onlara övliyalıq məqamına yüksəlmələrini arzulayırm. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi Moderator.az xəbər verir ki, tanınmış psixoterapevt və bilici Paşa Yaqub 8 mart qadınlar bayramı ilə əlaqədar qadınlar üçün xeyriyyə aksiyası keçirəcək. İstənilən yaşda xanımların iştirak edə biləcəyi xeyriyyə aksiyasında konsultasiya ödənişsiz olacaq. Aksiya 5 mart tarixində, özəl klinikada saat 12-dən 19-dək keçiriləcək. Konsultasiyaya yazılmaq üçün əlaqə: 051 777 70 40 050 375 30 97 Dr. Paşa Yaqub, psixoterapevt, elmi-lədun bilicisi |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |