“Keşişlərin, rahiblərin və mollaların bir çoxları insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər” “Quran”. Oxucularımın ən çox ünvanladığı suallardan biri də siğə ilə bağlıdır. Yəni, bu məsələnin qanunlar toplusu olan “Quran”da öz əksini tapıb-tapmaması ilə bağlı suallar verilir. Sualların çoxluğunu nəzərə alıb, yazımı bu mövzuya həsr etmək qərarına gəldim. Öncə qeyd edim ki, siğə İslam dini və onun müqəddəs qanunlar kitabı olan “Quran”la heç bir əlaqaəsi olmayan, iyrənc bir haldır. Çünki, bu barədə Allah-təala buyurur ki, qadın bir kişidən ayrıldıqdan sonra üç ay gözləyib, bu müddətdə üç dəfə heyz görməsə başqa bir kişiylə əlaqədə ola bilməz: “Boşanan qadınlar üç dəfə heyz görüb təmiz-lənincəyə qədər başqa ərə getməyib gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıb-larsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.” (“İnək” surəsi 228) “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşa-yın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allah-dan qorxun. Onları ”“ açıq-aşkar bir pis iş (zina) etməyənə qədər yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) ”. “Boşan¬ma” surəsi 1-5-ci ayələr Üç aylıq gözləmə müddəti ona görədir ki, qadın dünyaya uşaq gətirərsə, körpənin atası barədə cəmiyyətdə şübhə yaranmasın. İran mollaları “Quran”ın bu hökmünü pozurlar. Görəsən bir qadını gündə bir və yaxud ber neçə kişiyə siğə edən mollalar gələcəkdə doğulacaq uşağın atasını müəyyən edə biləcəklərmi? Bu gün dünyada fitnə-fəsad törədən adamlar elə bu cür qarma-qarışıq şəkildə dünyaya gələnlər (zinadan törəyənlər) deyilmi?! Bunu gördükləri halda özünə “din xadimi” deyənlər bu cür iyrəncliyə necə rəvac verirlər?! Bu cür fitnə-fəsada rəvac verənlər pis niyyətlərini pərdələmək üçün “Qadınlar” surəsinin 24-cü ayəsindən istifadə etməyə çalışırar (daha doğrusu ayəni siğəyə işarə kimi şərh etməyə çalışırlar). Amma, ayəyə açıq gözlə nəzər saldıqda burada heç bir siğədən falandan söhbət getmədiyinin şahidi oluruq: “Sahib olduğunuz (cariyələr) istisna olmaqla ərli qadınları almaq sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. İstifadə etdiyiniz (evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. İran mollaları ayədəki “istifadə etdiyiniz” ifadəsini siğə zamanı istifadə etməyə yozurlar. Əslində isə, burada evlənərək, həyat yoldaşı kimi istifadə olunan qadından söhbət gedir. Son günlər KİV-də yayılmış bir xəbər diqqətimi çəkdi. Xəbər bundan ibarətdir ki, İranda açılmış yeni sayt siğə xidməti göstərir. Yəni, əks cinsə ehtiyacı olan insanlar bu sayta müraciət etməklə və lazımi vəsaiti (təqribən 60 dollardan 500 dollara qədər) ödəməklə bir saatdan 99 saata qədər qadın “kirayələyə” (onların təbirincə desək siğə edə) bilərlər. Həmin saat başa çatdıqdan sonra isə, həmin qadını başqa bir kişıyə... və s. siğə edirlər. İran qapalı və ciddi rejimli bir dövlət olduğundan, bu cür saytların xidməti özfaliyyət olması mümkün deyildir. Deməli, bu saytın qadın kirayələmə xidmətinə dövlət (İran həm də şəriət qanunları ilə idarə olunur.) qanunları icazə verir. Qeyd edim ki, bundan əvvəl də İran qanunarı bir neçə saatlıq qadın siğə etməyə icazə verir və bu ölkədə bu cür hallar demək olar ki, dəbdədir. Bütün bunlar şəriət adıyla insanlara sırındığından məsələyə münasibət bildirmək qərarına gəldim. Sayt vasitəsi ilə, yaxud, real həyatda bir qadını saat, gün hesabı ilə kişilərin ixtiyarına verən mollanın priton kassirindən nə fərqi oldu? Fərqi varsa göstərin! Pritona girənlər saat hesabı pul odəyib çek alırlar, mollalar da eyni qayda ilə cinsəl təlabatını ödəmək istəyənlərdən pul alıb, “siğə” kağızı (oxu: çeki) verirlər. Saat bitəndə hər iki kağız qüvvədən düşür və zibil qabına atılaraq, hər kəs öz işinin dalınca gedir... Açıq demək lazımdır ki, belə ölkələrdə mollalar “siğə” adı altında qadın ticarətinə nəzarət edirlər. Ona görə də bu sahədə qanunları sərtləşdirirlər ki, heç kəs cəsarət edib mollanın icazəsi (çeki) olmadan bir qadına yaxın durmasın. İran qanunlarında belə hal daşqalaq olunmaqla nəticələnir. Mollanı “gördükdə” isə, heç bir məhdudiyyət yoxdur. Necə deyərlər: “Kəndxudanı gör, kəndi çap”. İslam dini eyni vaxtda birdən dördə qədər qadınla evlənməyə icazə verir; bir şərtlə ki, onların hamısı eyni hüquqlu olsun ”“ birinə az, birinə çox, qayğı göstərilməsin və müddətlə evlənilməsin: “...sizə halal olan (bəyəndiyiniz) başqa qa-dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyil-sinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” (“Qadınlar” surəsi 3-cü ayə) Müşahidələr göstərir ki, qadınların bütün tələbatı ödənərsə, birdən artıq kişiylə yaşamağa meyilli olmurlar. Kişilərdə isə əksinə, nə qədər tələbatları ödənsə də, yenə də müxtəlifliyə meyilli olurlar. Bu da kişi ruhunun xüsüsiyyəti ilə əlaqə-dardır. Allah-təala yaratdığı varlığın xüsusiyyətini nəzərə alıb, qanun Kitabında (“Quran”da) bir kişinin eyni vaxtda dördə qədər qadınla nigahlanmasına icazə verir. Dövlətlərin qanun yazanları insanlar üçün qanun yazarkən, bundan nümunə götürüb, cinslərin xüsusiy¬yətlərini nəzərə almalıdırlar ki, cəmiyyətin nizamı pozulmasın. Suallar gəlir ki, nigah əslində necə bağlanmalıdır? “Quran” bu mövzuda nə deyir? Allahın buyurduğuna görə istər nigah bağlananda, istərsə də pozu¬landa bu ən azı iki nəfər şahidin qarşısında elan olunmalıdır ki, Allah qəbul etsin. Şahidsiz bağlanan nigahlar İslamda qəbul olunmur və zina sayılır. “...içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.” (“Boşanma” surəsi, 2) “Quran”ın heç bir ayəsində yazılmayıb ki, nigah bağlanarkən, yaxud, pozularkən buna molla hansısa bir sənəd (kəbin, siğə və s.) verməlidir. Müqəddəs kitabda bu işləri edərkən (ən azı) iki şahid tutun deyir. Sual olunur ki, bəs niyə indiyədək bu işləri mollalar həyata keçiriblər? Nəzərə almaq lazımdır ki, daha əvvəllər ölkəmiz şəriət qanunları ilə idarə olunub və qazilik insitutu mövcud olub. Bu insitut indiki VAAQ və məhkəmə funksiyasını yerinə yetirirdi. Ona görə də həmin dövrlər evlənənlər qazinin yanına gəlib evliliklərini rəsmləşdirirdilər ki, gələcəkdə aralarında mülk mübahisəsi yaranarsa, qazinin verdiyi möhürlü sənədlə bu mübahisələri həll etsinlər. Qazi iki nəfərin şahidliyi ilə onların nigahın rəsmiləşdirib, bu barədə möhürlü sənəd verirdi (şahidlər öldüyü halda sənəd qalırdı). Göründüyü kimi, burada qazinin verdiyi kəbin kağızı ancaq hüquqi sənəd sayılırdı və gələcəkdə mülkü mübahisələri həll edirdi. Qadınla kişinin biri-birinə halal olması, yəni, nigahın Allah dərgahında qəbul edilməsi üçün isə, iki nəfərin şahidliyi təmin edilirdi. İndi həmin funksiyanı VAAQ şöbələri həyata keçirir və burada da nigah və boşanma prosesi iki nəfərin şahidliyi ilə həyata keçirilir. Bu tamamilə normal, həm dövlət, həm də şəriət qanunlarına uyğun bir prosesdir. Amma, təssüflər olsun ki, insanlarımız qədimdə mövcud olmuş molla idarəçiliyini unuda bilmədiklərindən, indi də onlardan kağız almaq adətini tərgidə bilmirlər. (Burada yadıma xalq arasında işlənən: “İt əl çəkdi, motal əl çəkmədi” məsəli düşdü.) Bunun bir ziyanı olmasa da heç faydası da yoxdur. Çünki, bu gün mollaların verdiyi kəbin kağızı ilə VAAQ şöbəsinin verdiyi nigah şəhadətnaməsinə baxsanız, eyni sözlərin yazıldığını görərsiniz. Sadəcə, biri Azərbaycan, digəri Ərəb dilində yazılıb. İnsanların avamlığından, “Quran”dan bixəbərliyindən və qədimlərdə mövcud olmuş adətləri tərgidə bilməmək mərəzindən İran mollaları bu gün sui istifadə edirlər. Qadınları saat hesabı siğə adı ilə kirayəyə verərək, küllü miqdarda pul qazanmaları da, bu qaydanı pozanlara ölüm hökmü kəsmələri də insanların avamlığından irəli gəlir. Görünən odur ki, mollalar İslam dinindən qadın ticarətini nəzarətdə saxlamaq üçün istifadə edirlər. Belə olmasaydı onlar öz qızlarını və yaxud ailələrinə mənsub olan qadınları bir neçə saatlığa siğəyə verərdilər. Heç bir molla buna razı olmur!? Adama deyərlər ki, özünə rəva bilmədiyini başqasına necə rəva bilirsən?! Budurmu sənin dinin? Heç görmüsənmi, eşitmisənmi sənin Peyğəmbərin, hansısa imamın özünə rəva bilmədiyini başqalarına rəva bilə? Elə isə sən kimin yolundasan? Şeytanınmı? Bəzi mollalar bu cür yaramazlığa haqq qazandırmaq üçün cəmiyyətdə pozğunluğun, fahişəliyin artmasını bəhanə gətirirlər. Deyirlər ki, biz siğə etməsək də onsuz da o adamlar gedib cinsi əlaqədə olacaqlar. Bu arqument çox gülməlidir. Belə çıxır ki, mollalar əxlaqsızlığa “İslam” donu geydirməyə çalışırlar, onu “şəriət” pərdəsi ilə pərdələyirlər. Bu lap pisdir. Olmazmı ki, siz o cür niyyətlə müraciət edənlərə “Quran”la öyüd-nəsihət verəsiz və onlara ömürlük nigah bağlamağı tövsiyyə edəsiniz? Özünüz də bu müqəddəs işə şahidlik və vasitəçilik edəsiniz! Niyə məhz Allahın bəyənmədiyi işlərə şahidlik və vasitəçilik edirsiniz?! Əgər həqiqi din xadimisinizsə başqalarının övladlarına da öz övladınız kimi baxıb, düzgün yol göstərməli deyilsinizmi?! Sizlərdən fərqli olaraq mən həm öz övladlarıma, həm də oxucularıma üzümü tutub deyirəm: əgər siz günah qazanmaq istəmirsinizsə və Allahın razı qaldığı (bəyəndiyi) bir həyat yaşamaq istəyirsinizsə, onda İran mollalarının dediklərinə yox, Allahın “Quran”da buyurduqlarına əməl edin. Bəyəndiyiniz biri ilə evlənmək istəyirsinzisə və dövlət qanunları buna yol vermirsə, onda hər tərəfdən (həm qız, həm oğlan) azı iki şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin. Üzərinizə şəriətə müvafiq öhdəlik götürün. Ən əsası odur ki, bu nigahı müddətsiz bağlayın. Ailəniz namusunuzu qoruyursa, nigahınızı heç zaman pozmayın. Belə etsəniz Allah sizi mollaların əlində kirayə vasitəsi olmaqdan qoruyar və üzünüzə səadət qapısı açar. Yetər ki, siz öz ədəbiniz, əxlaqınız və yaşam tərzinizlə bu sədətə layiq olasınız. Allah hamınızı xoşbəxt eləsin.
0 Comments
Bu gün Azərbaycanda SU çərşənbəsi qeyd olunur. Hələ ta qədimdən cəmiyyətimizdə çərşənbələrə və digər bu qəbildən olan bayramlara münasibət birmənalı deyildir. Belə ki, əhalinin çox hissəsi bu tip bayramları qeyd etsə də, cəmiyyətimizin dindar kəsimi (ərəb mənbələrini oxuyanlar) bayram haqda “Quran”da xəbər verilmədiyindən, onu inkar edirlər.
Bildiyimiz kimi, çərşənbələrin sayı ”“ Su, Torpaq, Yel (hava) və Od (enerji) ”“ olmaqla, dörddür. Elmi-lədun araşdırmalarımız göstərir ki, tariximizdən gələn bu ənənə insanın yaradılış ünsürləri ilə üst-üstə düşür. Belə ki, insan ”“ torpaq, su, hava və ruh (enerji) olmaqla ”“ dörd ünsürdən yaranıb. Həmçinin, təbiət də ”“ yaz, yay, payız, qış olmaqla ”“ dörd fəsildən ibarətdir, eləcə də Kainat ”“ Şərq, Qərb, Şimal və Cənub olmaqla, dörd cəhətdən. Allah-təalanın nazil etdiyi səmavi kitabların sayı da ”“ “Tövrat”, “Zəbur”, “İncil” və “Quran” olmaqla ”“ dörddür. Müqəddəs “Qurani-kərim”də kainatın altı gündə (Bazar günündən başlamaqla, Cümə günü başa çatıb.) yaranması qeyd olunmuşdur. İki günə Yer, iki günə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə, göydə olanlar yaradılmışdır: “Doğrudanmı siz Yeri iki gündə (!) yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!” “O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd (!) gündə (fəsildə) müəyyən etdi”. “Quran”, “Müfəssəl izah” surəsi, 9-11. Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır. Məlumdur ki, Novruzun (yeni günün) gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar. Onların fəaliyyətlərinin əsas istiqaməti TORPAQ və SUdur. Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər (əkinçi) rolunu oynayır. Yəni, ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər. Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD-da buna işarədir. Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur? Məsələ burasındadır ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir. Yeri gəlmişkən, bu gün qeyd edilən SU çərşənbəsi haqda bir qədər geniş bəhs etmək istərdik. Bildiyimiz kimi, Yerin 71 faizi sudan ibarətdir. Eyni zamanda insan orqanizminin də 71 faizinin sudan ibarət olmasını elm təsdiq etmişdir. Bu fakt insanın və Kainatın yaradılmasında necə bir İlahi qanunauyğunluğun olduğunu sübut edir. Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, 71 ədədi “Quran”da da SU ilə bağlıdır. Belə ki, dəryadan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi 71-dir (!). Maraqlıdır ki, 71 ədədi astronomiya elmində də öz hikmətini büruzə verir. Belə ki, hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən olunmuşdu ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı (və yaxud 6585 sutkanı) əhatə edir. Sonradan astronomiya elmi yarandı və bu dövr "Saros dövrü" adlandırıldı. Bir qayda olaraq hər "Saros dövrü”ndə 71 astronomik hadisə baş verir ki, onlardan 28-i Ay, 43-ü isə Günəş tutulması olur. Neçə minilliklərdir ki, dəyişməyən bu rəqəmlərin mənası (niyə məhz bu sayda olması) hələ ki, astronomiya elmi tərəfindən şərh olunmayıb (yəqin ona görə ki, indiyədək bu məsələyə “Quran” fonunda baxılmayıb). Elmi-lədun araşdırmalarımız zamanı məlum oldu ki, Allahın elminin sirrini məhz Özünün göndərdiyi kitabla ”“ “Quran”la açmaq mümkündür. Belə ki, Buradakı 71 astronomik hadisə Yerin SU hissəsinə işarədir. “Quran”ın sudan bəhs edən 71-ci surəsi 28 ayədən ibarətdir ki, bu da “Saros dövrü”ndə baş verən 28 (!) Ay tutulmasının açarıdır. 71 - 28 = 43 hesablaması isə, bir astronomik dövrdə 43 (!) dəfə baş verən Günəş tutulmasının açarıdır. Bütün bunlar yaradılışın necə bir nizamla və biri-birinə bağlı yaradıldığını bir daha sübut edir. Bundan ibrət alanlara salam olsun! Bir daha oxucularımızı SU çərşənbəsi münasibəti ilə təbrik edirik. Qoy həyatınız su kimi aydın olsun. “And olsun ki, Biz “Quran”ı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 17-ci ayə.
Son dövrlər oxucularımın ən çox ünvanladığı suallardan biri hüzür məclislərində, qəbristanlıqlarda oxunan “Quran”ın ölüyə bir faydası olub-olmaması barədədir. Bu sual cəmiyyətin çox hissəsini düşündürdüyündən, tədqiqatçı olaraq mövzuyla bağlı fikirlərimi moderator.az saytının oxucuları ilə bölüşmək qərarına gəldim. Öncə qeyd edim ki, cəmiyyətimizdə “Quran”a yanaşma, baxış düzgün deyildir. Cəmiyyət bu kitabı hələ də ölü kitabı kimi qəbul edir, onu ancaq ölüyə oxutmaq istəyirlər. Buna görə də əhalinin bu avam və cahil xüsusiyyətindən bəzi nadan mollalar “yaxşı” bəhrələnirlər. Sual edəcəksiz ki, oxunan “Quran”ın ölüyə heç bir faydası yoxdurmu? Deməzdim ki, faydası yoxdur. Var, amma necə? Təsəvvür edin ki, zindanda, yaxud qürbətdə olan birinə salam göndərirsən. Salamı alan adam bundan sevinir ki, filankəs məni unutmayıb. Amma, bu salamın onun yaşayış şəraitinə, maddi durumuna heç bir təsiri yoxdur. Ölüyə göndərilən “Yasin” də buna bənzəyir. O biri dünyada sistem belə qurulub ki, kiməsə rəhmət, dua, “Quran” göndərəndə uca səslə bu xəbər elan olunur (bu dünyada radio, tv olan kimi). Xəbəri qəbul edən şəxs ani olaraq bundan sevinir, fərəhlənir ki, məni unutmayıblar. Amma, bu sevinc ruhun Cənnətdə, yaxud, Cəhənnəmdə olmasına heç bir təsir etmir. Yəni, halını yaxşılaşdırmır. Ona görə də insan bu dünyada olanda “Quran”ı oxuyub, ondan faydalanmalı, orada yazılanlara əməl edərək, gözəl əxlaqa, gözəl əməllərə sahib olmalıdır ki, həm bu dünyada, həm də o dünyada bu əməllər ona rəhmət qazandırsın, yerini yaxşı eləsin. Bu mənada mən deyərdim ki, əgər insan yaşadığı dövrdə (diri vaxtı) “Quran”dan faydalanmayıbsa, ölü vaxtı bu kitab ona heç bir fayda verməyəcək, ani sevinc istisna olmaqla. Yəni, o dünyada “Quran”ın faydası bu dünyada xoş bir musiqinin faydası qədərdir ”“ ani. Oxucuda sual yaranacaq ki, bu sətirlərin müəllifi “Quran”ı öz rəhmətə gedənlərinə oxudurmu? Maraqlı sualdır. Cavabım orjinal olacaq. Mənim valideynlərimin hər ikisi çoxdan dünyalarını dəyişiblər, Allah hamının dünyadan köçənlərinə rəhmət eləsin. Mən özüm ərəb əlifbasını bilmirəm. “Quran” tədqiqatlarımı da tərcümə üzərində aparıram və hesablamamı əsasən surə və ayələrdəki rəqəmlərə əsasən qururam. Valideynlərimə də heç vaxt kiməsə pul verib “Quran” oxutmuram. Qəbristanlığa yolum düşəndə “Fatihə” və “İxlas” surələrini əzbərdən oxuyub valideynlərimin ruhuna bağışlayıram. Qalan vaxtlarda hər gün valideynlərimin adlarını çəkib: “Atam filankəs filankəs oğlunun ruhuna salam və salavat göndərirəm ”“ Allahummə Səlli Əla Məhəmmədin və Ali Məhəmməd” deyirəm. Bununla göndərdiyim salam onlara çatır və bilirlər ki, onaları unutmamışam. Amma, digər ailə üzvlərim belə etmirlər. Onlar mollaya pul verib oxudurlar. Amma, dəqiq bilirəm ki, onların pul verdikləri molla da ərəbcəni bilmir və nə oxuduğundan qətiyyən xəbəri yoxdur. Yalandan “qart-qurt” edir. Elə Allah bunu “Quran”da xəbər verir ki, bəziləri oxuduqlarının kitabdan olduğunu göstərmək üçün dillərini ağızlarında əyişdirib, yalandan “qart-qurt” edəcəklər. Bu gün mollaların böyük əksəriyyəti belədir. “Quran”la bağlı ailəmizdə yaşanan maraqlı bir əhvalatı da deyim. Ailə üzvlərimiz valideynlərimizə ehsan vermək üçün müəyyən günlərdə məclis qururlar. Məclisin başında da həmişə “qart-qurt” edənləri otuzdururlar. Bir dəfə belə məclislərin birində mollaya tərcüməli “Quran” verdim və tələb qoydum ki, ya ayələri oxuduqca tərcüməsini də oxuyacaqsan, ya da heç oxumayacaqsan, durub çıxıb gedəcəksən. Molla qırımımı görüb, razılaşmaq məcburiyyətində qaldı. “Ərrəhman” (Rəhimli Allah) surəsini tərcüməylə oxudu. Surədə əsasən qadın gözəlliyi vəsf olunduğundan camaatın ağzı ayrıq qaldı ki, bu nə oxuyur belə? Surə qurtaranda məclisə yemək vermək istəyirdik ki, kənd camaatı dedilər bəs niyə “Quran” oxunmadı? Molla dedi bəs səhərdən oxuduğum nə idi, “Quran” deyildimi? Dedilər yox, o “Quran” deyildi, sən bayaqdan qadınların gözəlliyini təsvir edirsən, bizim də ağzımız sulanır. Deməli sən indiyə qədər bizim ölülərimizə bunu oxuyursanmış? Bizi aldadırsanmış? Kəndimizin cahil insanları mollanı götürdülər hoydu-hoyduya, qaldı pis vəziyyətdə. Sonra vəziyyətdən çıxmaq üçün dedi ay camaat, gözləyin, “Quran”a başlayıram. Məndən xahiş etdi ki, sən dinmə, mən ərəbcə balaca bir surə oxuyum, vəziyyətdən çıxım. Mən də vəziyyətin qəlizləşdiyini görüb, mollaya yazığım gəldi, dedim nə bilirsən elə. O da adəti üzrə biraz “qart-qurt” edib, dedi bax dediyiniz “Quran”ı indi oxudum, bayaqkı elə-belə idi. Bu əhvalatı ona görə danışdım ki, cəmiyyət molladan “Quran” tələb eləmir, “qart-qurt” tələb edir və ancaq bu halda pul verirlər. Nə də özləri evdə bu kitabın tərcüməsini götürüb oxumurlər. Ona görə də insanlar “Quran”dan mənəvi qidalana bilmirlər. Fikir verirsinizmi, mollalar heç vaxt məclislərdə “Quran”ı təbliğ etmirlər. Bir-iki hədis danışırlar, onda da çox vaxt məntiq olmur. Bilirsinizmi, bunun səbəbi nədir, niyə onlar kitabı təbliğ etmirlər? Səbəb elə yuxarıda qeyd etdiyim faktdır. “Quran”ı tərcümədən oxusalar insanlar görəcəklər ki, burada onların ölüsünə aid heç nə yoxdur; mollaya pul verməyəcəklər. İkincisi, orada yazılanların çoxuna molla özü əməl etmir, başqasına necə təbliğ etsin bunu? Biri yerindən qalxıb sual verər ki, bunu özün edirsənmi? Üçüncüsü, “Quran”ın bütün ayələri insanları haqsızlığa qarşı mübarizəyə səsləyir. Bunu təbliğ etməyə cəsarət lazımdır ki, bu da mollalarda yoxdur. Onu da qeyd edim ki, “Quran” bütün dövrlərin aynasıdır; onu oxuyan adam bu kitabda həm özünün, həm də ətrafındakı adamların obrazlarını görə bilir. Adətən, nöqsanı olan adamlar aynaya baxmaq istəmədikləri kimi, bir çox mollalar da həm özlərinin, həm də məclisdəki kütlənin nöqsanlarını göstərməmək üçün “Quran”ı bağlı saxlayırlar. Yalandan ağızlarını o tərəf-bu tərəfə əyişdirib məclisi yola verirlər. Onu da vurğulamaq istəyirəm ki, bu gün məclislərdə “Ya Sin” surəsini oxumaq qətiyyən məqsədəuyğun deyildir. Çünki, faktiki olaraq məclisdə oturanların 99 faizi onun mənasını başa düşmür. Ona görə də olduğunuz məclislərdə fikir versəniz görəcəksiz ki, heç kəs mollanı dinləmir, hamı onun tez qurtarmasını gözləyir ki, çıxıb işinin-gücünün dalıyca getsin. İnsanları qınamaq da olmaz. Çünki, müasir dövrümüzdə vaxt çox sürətlə gedir və insanlar da buna uyğun olaraq “qaça-qaç”dadırlar. İndiki insanların vaxtını alıb 40-50 dəqiqə başa düşmədikləri bir mətnə zorla qulaq asdırmaq sağlam məntiqə sığmır. Bu hal toylarımızda da müşahidə edilməkdədir. Fikir verirsinizmi, 20-30 il bundan qabağa qədər 2-3 gün toy edərdilər və xanəndələr oturub səhərdən bir muğam başlayardılar, axşama qədər insanlar heç yerə tələsmədən, səbrlə o muğamı dinləyərdilər. Görün indi toylara muğam ifaçıları dəvət edilirmi? Yaxud toylarımızda muğam oxunurmu? Çünkü müasir insanların oturub saatlarla muğam dinləməyə nə vaxtları, nə də həvəsələləri var. Əgər dinləsələr, gərək həmin gün evə əliboş gedələr ki, bu da arzuolunmazdır. Nəzərə alınmalıdır ki, əvvəlki illərdən fərqli olaraq bu günün insanında nə səbr, nə də vaxt var. Ona görə də toylarda olduğu kimi, hüzür məclislərində də uzun-uzadı, başa düşmədiyi bir mətni zorla insanlara sırımağa ehtiyac yoxdur. Onsuz da nə anlamırlar, nə dinləmirlər. Çıxış yolu qısa söhbətlərdir: “Quran”dan bəzi tərbiyəvi ayələri oxuyub, insanlara izah etmək və onları günahlardan (rüşvətxorluqdan, zülm etməkdən, insafsızlıqdan, zinakarlıqdan...) çəkindirməyə çalışmaq. Bu daha məqsədəuyğundur. Ərəbcə “Ya Sin”i tək olanda evdə, qəbristanlıqda, yaxud ölüm yatağında olan (tələsəcək yeri olmayan) bir xəstənin yanında oxumaq münasibdir. Bu vaxt ölünün ruhu yad olunduğu üçün sevinər. Can verən xəstəyə gəldikdə isə, həmin vaxt təzyiqi aşağı düşdüyündən gözünə paralel aləmdəki məxluqlar görünə və qorxa bilər. Belə xəstələrin yanında “Quran”, və yaxud digər Allah kəlamı oxunanda feyziyab olur və qorxusu azalır. Rəsmən 2-4 arvad almaq geridəqalmışlıq, vətəndaş nikahı ilə “n” sayda qadınla yaşamaq isə müasirlikdirmi? Müsəlmanın, türkün beli onda qırıldı ki, zinakarlığı, əyyaşlığı kişilik, çoxarvad-lılığı isə qəbahət saymağa başladı... II bəhs (Yazının əvvəli bu linkdədir: http://www.moderator.az/news/169130.html) Bunu qəti bilmək lazımdır ki, Yaradanın Quranda təsbit etdiyi bütün qayda-qanunları kimi, kişilərə 4 arvad almaq izni də insan nəslinin, bütün millətlərin genefondunun normal şəkildə qorunması və rifahına yönəlib. Bununla həm də öncə dediyimiz kimi zinakarlığın, fahişəliyin qarşısını almaqla zinadan doğulmuş, atılmış, yetim, ata-anasından xəbərsiz vələdüz-zina adamların çoxalmasının qarşısı alınır. Tarixi faktlar da göstərir ki, dünyada, o cümlədən İslam aləmində bir sıra ixtilaf və iştişaşlar, cinayətlər məhz əsli-nəcabəti bəlli olmayan dövlət adamları, sərkərdələr, din adamları və s. tərəfindən törədilib. Dini mənbələr də təsdiqləyir ki, peyğəmbərlərlə, imamlarla düşmənçilik etmiş və onların qanında əli olmuş adamların hamısı vələdüz-zina olmuşlar... Böyük Britaniya Krallığı müsəlman ölkələrində artımın qarşısını almaq üçün çoxarvadlılığa əngəllər yaradıb... Təsadüfi deyil ki, Böyük Britaniya Krallığının hələ XVIII əsrin əvvəllərində müsəlman dünyasını və xüsusən 5 əsr boyu onun dayağı olmuş Osmanlını çökürtmək üçün tərtib etdiyi proqramına daxil olan 4 maddədən ibarət 50 səhifəlik planın 8-ci maddəsində yerlərdəki canişin və agentlərə konkret olaraq belə bir məsləhət vardır:“Ləkəli(!) liderlərin və qəddar hərbçi komandirlərin yetişdirilərək hakimiyyətə gətirilməsinə və şəriətə əməl olunmasını qadağan edən qanunlar verilməsinə xüsusi diqqət ayırmaq”... Çox güman ki, burada “ləkəli” dedikdə həm də nəsli-nəcabəti bəlli olmayan şəxslər nəzərdə tutulur. Müsəlmanların güclü cəhətlərini zəiflətmək məqsədi güdən 21 maddəlik digər planın 18-ci maddəsində isə belə deyilir:”Müsəlman əhalinin çoxalmasına mane olmaq üçün uşaq doğumunu azaltmaq və çoxarvadlılığa əngəl yaratmaq gərəkdir. Nikah yolunda da maneələr qoymaq lazımdır. Məsələn, demək lazımdır ki, ərəb kişi iranlı qadınla, iranlı və ya türk isə ərəb qadınla evlənə bilməz...” Həmin planın 2-ci maddəsində də müsəlman ölkələrində açıq şəkildə zinakarlığın yayılması nəzərdə tutulur:”Gizli və açıq şəkildə bu 4 nəsnəni müsəlmanlar arasında yaymaq lazımdır; uyuşdurucu içki və vasitələr, mərc oyunları, zinakarlıq və donuz əti. Buna nail olmaq üçün mümkün dərəcədə müsəlman ölkələrində yaşayan xristian, yəhudi və digər xalqların nümayəndələrindən istifadə etmək gərəkdir...” Xankəndində, Şuşada erməni qızlarla zinakarlığımız öncə ruhumuzu, sonra da Qarabağımızı işğal etdi... Ötən yazıda deyildiyi kimi, təbii ki, kişilərə birdən artıq arvad almağa qadağa qoyulmasının zinakar kişi və fahişə qadınların artmasına təkan verəcəyi təbiidir. Müsəlmanların, Osmanlının, türklərin beli onda qırıldı ki, nəfslərinə uyaraq zinakarlığı, şərabxorluğu “kişilik simvolu” saydılar. Və Qərbin materialist-darvinist düşüncəsi sonda Allahın buyurduğu çoxarvadlılığı gözdən salıb, əvəzində əxlaqsızlığı, zinakarlığı, vətəndaş nikahını, eynicinslilərin evliliyini “azadlıq”, “sivillik” kimi bizə sırıdı. Düşmənlərimiz sovet dövründə Bakıda, Xankəndidə, Şuşada və s. tut arağından içib erməni qızlarla etdiyimiz zinakarlıqla öncə ruhumuzu, sonra da torpaqlarımızı işğal etdi. Bu barədə, inşallah, gələn söhbətlərimizdən birində geniş danışarıq... İndi çoxlarına zinanın, şərabın, sələmin haram olmasından danışanda ağız büzür... Bir sözlə, müsəlman dövlətlərində çoxarvadlılığa qadağa qoyulmasında kafir, mason barmağı olduğu aydın olur. Yəni, bu, təkcə sosial yox, həm də siyasi məsələdir... Bu gün masonluq, illüminatlıq, “Komitet-300” və s. adlanan sionist-anqlosaks sistemi ilə idarə olunan Böyük Britaniya Krallığının İslama, Osmanlıya qarşı yürütdüyü məkrli siyasət bütövlükdə müsəlman inancını məhv etməyə nail olmasa da, Allah düşmənlərini qarşıya qoyduğu çirkin məqsədlərinin bir hissəsinə çatdırıb. Bu gün qüdrətli Osmanlı dövləti 50-yə yaxın kiçik dövlətə parçalanıb. Amma Böyük Britaniya imperiyası cildini dəyişərək faktiki olaraq daha geniş coğrafiyada nəfəs alır. Və açıq-gizli rıçaqlarla “müstəqil dövlətlər” adı ilə qondardığı rejimləri öz bildiyi kimi idarə edir, lazım olanda da dağıdır, xaosa qərq edir. Artıq Türkiyə və Azərbaycan da daxil olmaqla, müsəlman ölkələrinin xeylisində yuxarıda qeyd edilən 4 çirkin əməl, zinakarlıqlıq, alkoqolizm və narkomaniya, haram qidalar, qumar və dövlət səviyyəsində mərc oyunları, eləcə də sələmçilik baş alıb gedir. Təəssüf ki, indi çoxlarına zinakarlığın, sələmin, şərabın, qumarın, donuz ətinin və s. haram olmasından danışanda ağız büzür... “Azad” qadınlar da eyni vaxtda 4 kişidə ərdə olmağa icazə tələb edir!... Söhbətimizin ilk hissəsinin sonunda qeyd etdiyimiz kimi, Allahın Qurani-Kərim vasitəsilə mömin kişilərə 4 arvad almağa izn verməsi və bunu ədalətə riayət etmə şərtləri daxilində halal buyurması İslamın mahiyyətini yanlış anlayan bir sıra xanımları hiddətləndirir. Hətta zaman-zaman İranda, Misirdə və s. buna açıq şəkildə etirazlarını ifadə etməyə cəsarətdə bulunan fəal, “azad” qadınlar da peyda olur. Əslində İslamın nəzərində belələri nə cəsarətli, nə fəal, nə də azaddırlar. Buna həyasızlıq, abırsızlıqdan savayı ad vermək olmaz. Namusu, isməti olan qadın bütün ictimaiyyət qarşısında eyni vaxtda 4 ərdə olmaq iddiasıyıa bağlı məsələ qaldırmaz. Hətta hər hansı müsəlman cildli, mason mahiyyətli qondarma ruhanı, müctəhid qadına bu cür ixtiyar verən bir fətva icad etsə belə, namusu-qeyrəti olan heç bir xanım eyni zamanda bir neçə kişi ilə əlaqədə olub onlardan dünyaya övlad gətirməyə razı olmaz. Çox güman ki, belələri özbaşına deyil, onlara fətva verən İslamı gözdən salmaq istəyən Allah düşmənləridir. Saxta qadın azadlığını- feminizmi-filanı təbliğ edənlərdir. Bax, məsələnin kökü elə bundadır. Fahişə qadın və ya narkoman kişi azad insandırmı? Qərbdən sələmçi, kafir super oliqarxların, “mason”-filan adlananlar tərəfindən yönləndirilən demokratiya carçıları bizlərə, ümumiyətlə, insan azadlığını bilərəkdən yanlış təqdim edir. Əslində demokratiyanın təlqin etdiyi azadlıq nəfs azadlığıdır. Yəni mövcud dünyəvi qanunlar çərçivəsində, ürəyin nə istəyirsə, edə bilərsən. Belə azadlıqda vicdan, əxlaq, abır, həya, namus və s. nəzərə alınmır. Dərindən düşünsək, görərik ki, bu cür “azadlıq” sonda istər qadın, istərsə də kişini öz nəfsinin və beləliklə, Şeytanın quluna çevirir. Və nəhayətdə belələri başqa insanların quluna çevrilirlər. Məgər öncə ürəyi istədiyi kişilərlə əlaqədə olan qadın, sonradan fahişəyə çevrilərək öz nəfsinin və Şeytanın köləsi, eləcə də işlədiyi priton, yaxud restoran, mehmanxana sahibinin qulu olmurmu? Eləcə də kefi istədiyi qədər araq, pivə içən, narkotik qəbul edən kişi sonda əyyaşa, narkomana çevrilməklə nəfsinin, Şeytanın, içki, nəşə əldə etmək üçün qarşısında əl açdığı insanların qulu olmurmu? Budurmu azadlıq? İnsana, eləcə də xanımlara əsl azadlığı İslam verir... İnsana, eləcə də qadına əsl azadlığı İslam, Quran, Peyğəmbər(s) vasitəsilə Allah verir. Hansısa ruhani, müctəhid, imam, molla İslami qaydalardan sui-istifadə edib insanları yanlış yollara salırsa, İranda siğə, Ərəbistanda misyar adı altında qızlar, qadınlar ticarət və həzz obyektinə çevrilirsə, bunun səbəbini İslamda, Quranda axtarmaq doğru deyil. Odur ki, təkrar edirik ki, özünü müsəlman hesab edən hər kəs dinimizi mümkün qədər mükəmməl öyrənməlidir. Hər hansı bir qadın və ya kişi Qurani-Kərimi diqqətlə oxuyub orada Allahın qadına verdiyi dəyəri, üstünlükləri, azadlıqları və kişilər üzərindəki haqlarınl dərk etsə, bir daha belə suallar verməz... Həzrət Əlinin (s) qadınların çoxarvadlılıqla bağlı sualına ibrətamiz cavabı... Allahın nədən qadınlara eyni vaxtda bir neçə kişi ilə evliliyinə izn verməməsini Həzrət Əlinin (ə.s.) (bəzi təriqətlər bunu Əbu-Hənifəyə də aid edirlər) əyani olaraq çox ibrətamiz formada izah etdiyi rəvayət edilir. Bir neçə qadın sözügedən sualla İmama müraciət etdikdə o, qadınların hər birinə bir qab verir və həmin qablara bir neçə başqa qabdan süd tokdürür. Sonra da qadınlara müxtəlif qablardan öz qablarına tökülmüş südləri ayırmaqlarını istəyir. Təbii ki, xanımlar bunu edə bilmirlər. Həzrət buyurur ki, bax, hər hansı bir qadın müxtəlif kişilərlə əlaqədə olduqda da onun bətnində yaranacaq uşağın atasının hansı kişi olduğunu müəyyən etmək mümkün omayacaq. Yəni həmin övlad vələdüz-zina, zinadan doğulmuş hesab ediləcək... “Şərəfli qadın öz iffətini yalnız bir kişinin arvadı olmasında görür...” Hacı Vaqif adlı bir dindar İslamda çoxarvadlılıq məsələsi ilə bağlı xaricdə qarşılaşdığı maraqlı bir situasiyanı belə nəql edir: “San Fransiskoda keçirilən konfransda İslam haqqında çıxış edərkən, konfrans iştirakçılarından bir qadın mənə belə iradla müraciət etdi: “İslam dini eyni vaxtda bir kişiyə dörd qadınla evlənməyə icazə verdiyi halda nəyə görə bir qadına dörd kişi ilə evlənməyi qadağan edib? İslam dinindəki ədalət budurmu?!” Mən ona belə cavab verdim: “Sizin ölkədə subay gənclərin ehtiraslarını söndürməkdən ötrü qadınlardan ibarət xüsusi barlar (salonlar) vardır. Könlündən eyş-işrət keçən gənclər oraya gedib, pullarını köçürdükdən sonra istədiyi qadınlarla qeyri-qanuni cinsi əlaqədə olurlar. Bəs, nə üçün bu ölkədə kişilərdən ibarət salonlar yoxdur ki, könlündən eyş-işrət keçən qadınlar da oraya daxil olub öz cinsi rahatlıqlarını təmin etmək üçün istədikləri kişilərlə vaxt keçirə bilsinlər?” Sual verən qadın susdu, daha danışmadı.... Mən isə sözümə davam etdim: “Çünki qadın təbiətən birdən çox kişini qəbul edə bilmir və şərəfli qadın öz iffətini, izzətini yalnız bir kişinin arvadı olmasında görür. (Hətta şəriətimiz buna icazə verdiyi halda bəzi qadınlar əri öləndən sonra başqasına ərə getməyə belə razı olmurlar). Bundan əlavə, qadın birdən çox kişiylə evlənərsə, nəsil qorunmaz və uşağın atası bilinməz. Həmçinin, kişi uşağın ondan (onunku) olmasına qarşı çox həssasdır. Digər tərəfdən, əgər qadın birdən çox kişiylə evlənmiş olsa, həmin kişilərin sperması qadının bətnində qarışdığından, uşağın kimə nisbət edilməsi şübhəli qalar. O maneələrdən biri də budur: kişi öz arvadı ilə yaxınlıq etmək istəyəndə, öz qadınının yanında başqa kişini görür...” Qorxmayın, indiki ağır iqtisadi durumda hər kişi 4 arvad saxlaya bilməz... Bütün hallarda çoxarvadlılıqda əsas məsələ xanımların könlünün qırılmamasıdır. Ancaq ötən bəhsimizdə dediyimiz kimi, onsuz da kişilərin xeyli hissəsi halal, rəsmi arvadından gizli şəkildə bir və ya bir neçə başqa qadınla da görüşür. Belə ərlərin xanımları da bunu bilərək ya susaraq içlərində əzab çəkir, ya ailədə daim dava-dalaş olur, yaxud son nəticədə boşanma baş verir, övladlar ya atadan, ya anadan faktiki məhrum olur. Amma İslam dürüstlük, səmimilik dinidir. Əlbəttə, Quranda buyurulduğu kimi, ən yaxşısı, ən ədalətslisi bir kişinin bir xanımla yaşamasıdır. Bizim məqsədimiz heç də çoxarvadlılığı təbliğ etmək deyil. Fəqət, kişilərin gizlicə məşuqə saxlaması, yaxud pritonlara gedib müxtəlf fahişələrlə əlaqədə olması yaxşıdır, yoxsa xanımının razılığı ilə və halallıqla 2-4 qadınla evlənməsi? Digər tərəfdən, Yaradanın Quranda qoyduğu tələblər o qədər ağırdır ki, buna heç Peyğəmbərimizin(s) özü də riayət edib-etmədiyinə şübhəli qalırdı. Odur ki, 4-dək arvad almağa dövlət tərəfindən icazə veriləcəyi halda belə, indiki iqtisadi böhran şəraitində buna qoyulacaq şərtləri yerinə yetirə bilən çox az kişi tapılacaq... “Müsəlman ölkələrində 2 qadınla rəsmən evlənənlərin sayı cəmi 3 faizdir...” Dəyərli araşdırmaçı yazar Paşa Yaqub ötən il Moderator.az -da dərc edilmiş”İran mollaları priton kassiri funksiyasını yerinə yetirirlər” adlı yazısında (http://www.moderator.az/news/145261.html) bu məsələni çox incəliklə izah edir: “Məsələyə başqa tərəfdən yanaşaq: Cəmiyyətdə kişi və qadının say bərabərliyini nəzərə alsaq, kişilərin qadınlardan az olmasının şahidi olarıq. Bunun bir səbəbi də kişilərin müharibə və s. kimi hadisələrdə dünyalarını dəyişməsidir. Əgər qadınların kişilərdən sayca çox olması real faktdırsa və hər bir kişiyə birdən çox qadın düşürsə, nə üçün evlənməyə qadağa qoyulmalıdır? Axı, ailə qurmaq üçün kişilər azlıq təşkil edirsə, ailə qurmaq arzusunda olan qadınlar nə etməlidirlər? Onları himayəsiz buraxmaq olarmı? Axı onların da öz həyatlarını, rahatlıqlarını təmin etmək üçün haqqı vardır. Gəlin, başqa növlərə nəzər salaq. Adətən, aparılan müşahidələr say etibarı ilə müqayisədə erkək cinsinin dişi cinsindən azlıq təşkil etdiyini göstərir. Yüz ədəd yumurta üzərində cinsi növlülüyü təyin etmək üçün tədqiqat aparılsa, toyuqların sayı xoruzların sayından çox olacaq. Toyuğun sayca çox olmasının bir səbəbi budur: toyuq bizə yenə də yumurta verir və biz o yumurtadan ya yeyir, ya da o yumurtanı toyuq və ya xoruz çıxarması üçün saxlayırıq. Yaxud yüz xurma ağacı əkilsə, onlardan çoxu dişi, azı erkək çıxacaq. Çünki meyvəni gətirən dişi ağaclardır. Yəni dişi xurma ağacı həm xurma, həm də xurma ağaclarının toxumlarını gətirir. Ətrafa diqqət etsək, bütün varlıq aləmində dişi cinsin funksiyasının bu cür olduğunun şahidi olarıq. Səbəbi isə odur ki, erkək cinsi dişi cinsini mayalandırır, o isə məhsul verir. İslam ölkələrinə nəzər salsaq, görərik ki, iki qadınla rəsmi evlənənlərin sayı cəmi 3%-ə çatır. Məgər bu, böyük göstəricidir? Bundan əlavə, İslam şəriəti halalın qarşısına elə bir şərt qoymuşdur ki, az adam onun öhdəsindən gələ bilər. Həmin şərt ədalət prinsipidir. Kişi, ancaq ədalətə riayət edəcəyinə əmin olduğu təqdirdə birdən çox qadınla nikah bağlaya bilər. 3% hesabı, yəni yüz nəfərdən cəmi üçünün iki arvadlı olması deməkdir. O üç nəfərin iki arvadlı olmasına səbəb olan amilləri də unutmamalıyıq. Bəlkə birinin arvadı yataq xəstəsidir. Onun üçün ikinci arvadla nikah bağlamaq zərurəti meydana çıxır. O nə etməlidir? O, ikinci arvadı almaqdan ötrü, xəstə arvadı boşamalıdırmı? Yoxsa gedib başqa qadınla zina etməlidir? Axı, xəstə qadını boşamaq da olmaz, onun öz kişisinə ehtiyacı vardır. Başqa qadınla zina etmək isə haramdır. Belə olan təqdirdə kişi nə üçün ona halal olan ikinci qadınla evlənməməlidir? Statistik hesablamalar göstərir ki, 3 qadınla evlənən kişilərin sayı mində birə çatır. 4 qadınla evlənən kişilərin sayı isə beş mində birə çatır. Məgər bu, böyük göstəricidir? Çox arvadlılıq məsələsini problemə çevirmək nə dərəcədə doğrudur? Məgər Allah-Taala insanlar üçün nəyin xeyirli, nəyin zərərli olmasını bilmirmi? Əlbəttə ki, Allahın nazil etdiyi hökmlərdə bir sıra hikmətlər vardır. İstər insan o işdəki hikməti anlasın, istərsə də yox. Bu, İlahi hökmə xələl gətirməz. O hikmətləri görməyənlər isə əlbəttə ki, məsələyə öz bəsit düşüncələri ilə yanaşmalı olacaqlar. Peyğəmbərin (s) xanımı Həzrət Aişə deyir: "Rəsulullah (s) gecələrini qadınları arasında bölüşdürərdi və ədalətlə rəftar edərdi. Sonra da duasında deyərdi: "İlahı! Bu, mənim gücüm çata bilən ədalətlə dolanmağımdır. Sənin malik olduğun, mənim isə malik olmadığım ədalətdə məni qınama!” Burada Peyğəmbərin malik ola bilmədiyi ədalət sevgi-məhəbbətlə bağlıdır. Təbii ki, o da bir qadınını digərlərindən çox sevirdi, lakin gecələri bərabər şəkildə bölüşdürərdi. Nəzərə almaq lazımdır ki, birdən çox qadınla nikah bağlamaq sosial problemləri həll etmək zərurətindən də irəli gələ bilər. Paşa Yaqub:“Qəlblərində xəstəlik olanlar İslam işığına kölgə salmaq istəyirlər...” Qeyd etdiyimiz kimi, iki qadınla evlənənlərin sayı yüzdə üç nəfərə, üç qadınla evlənənlərin sayı mində bir nəfərə, dörd qadınla evlənənlərin sayı isə beş mində bir nəfərə çatır. Bu say, göründüyü kimi, elə də böyük bir problem deyil. Lakin qəlblərində xəstəlik olanlar, İlahi hikmətdən xəbərsiz olanlar, çoxarvadlılıq məsələsini qabartmaqla İslama böhtan atmaq və İslam işığına kölgə salmaq istəyirlər...” Sultan Laçın “Biz peyğəmbərlərin bəzisini digərlərindən üstün etdik ...” “Gecə vaxtı seyr” surəsi, 55. Heç gözləmirdim ki, Moderator.az saytında dünən yayımlanan “Belə etsəniz vəhy qəbul edəcəksiniz” başlıqlı yazım cəmiyyətdə bu qədər rezonansa səbəb olar (yazını bu linkdən oxuya bilərsiniz: moderator.az/news/168951.html) Bir qrup oxucum insanın öz gözəl əxlaqı, faydalı əməlləri ilə İlahi məqama yüksələ bilməsi fikrini qəbul etsə də, başqa bir qurup bu informasiyanı həzm edə bilmədi. Onlar bildirdilər ki, Məhəmməd əleyhissəlamdan sonra İlahi məqama yüksəlmək yolları qapanıb və artıq heç kəs dərəcə qazana bilməz. Bu cür düşünənlərin nəzərinə Musa Peyğəmbərin (Cəmi peyğəmbərlərə salam olsun!) yaşadığı bir əhvalatı xatırlatmaq istəyirəm. Musa Peyğəmbər Tur dağındaikən Allah-təaladan sordu ki, mənim Cənnətdə qonşum kim olacaq? Əgər o adam bu gün həyatdadırsa onu mənə tanıt. Allahdan səda gəldi ki, hal-hazırda filan şəhərin bazarında qəssablıq edən filankəs oğlu filankəs sənin Cənnətdə qonşun olacaq. Bildiyimiz kimi Cənnət 7 qatdır və ən yüksək qatda (İlliyyun Cənnətində) peyğəmbərlər sakin olurlar. Bu səbəbdən də Musa evinə gedəndən sonra bu sual onu çox düşündürdü: mən kitab verilmiş Peyğəmbər olduğum üçün bu mərtəbəni qazandım; bəs qəssab hansı işinə, əməlinə görə mənə bərabər tutuldu? Beyninə hakim kəsilmiş bu suala cavab tapmaq üçün bir gün o, deyilən şəhərə üz tutdu. Soraqlaşaraq bazarı tapdı. Qəssabı soruşdu, nişan verdilər ki, dükanı bazarın o başındadır. Musa qəssaba salam verib, qərib bir yol adamı olduğunu və nahara ona qonaq olmaq istədiyini bildirdi. Qəsssab şad olaraq, böyük məmuniyyətlə onu evinə qonaq apardı. Qəssab süfrə açaraq, tanımadığı qərib qonağının qarşısına çay-çörək düzüb, özü yan otağa keçdi. Musa əleyhissalam yeməyə əl vurmayaraq, ev sahibini diqətlə izləyirdi ki, görsün bu nə işlə məşğuldur, necə bir həyat keçirir. Ara qapıdan gördü ki, qəssab yuxarıdan asılmış iri bir səbəti alıb yerə qoydu, içindən nəsə çıxarıb, onunla məşğul olmağa başladı. Ancaq, ev sahibinin arxası Peyğəmbərə tərəf olduğundan, Musa onun orada nə işlə məşğul olduğunu anlaya bilmədi. Bir müddətdən sonra qəssab qayıdanda qonağın yeməyə əl vurmadığını görüb təəccübləndi və səbəbini soruşdu. Musa dedi mən sənin çörəyini o vaxt yeyərəm ki, yan otaqda nə etdiyini deyəsən. Ev sahibi çox israr etsə də, qonağın yemədiyini görüb, etdiyi işi izah etmək məcburiyyətində qaldı. Dedi o səbətdəki mənim anamdır; o qədər qocalıb ki, uşaq kimi balacalaşıb. Odur ki, onu səbətə qoyub, yüyrük kimi yuxarıdan asıram, gündə üç dəfə bələyin dəyişib, onu yemləyirəm. Özüm də evlənmirəm ki, birdən həyat yoldaşıma ümüd olaram, o da bu işləri layiqincə yerinə yetirməz (amma, mənə deyər ki, eləmişəm). Musa soruşdu ki, sən bayaq işlərini görüb qurtaranda “Amin” dedin, o nə üçün idi? Qəssab cavab verdi ki, heç, anam qocaldığından biraz ağlı azalıb, ona hər dəfə qulluq edəndə mənə dua edir ki, ay oğul səni görüm Cənnətdə Musa Peyğəmbərlə qonşu olasan. Mən də amin deyirəm; amma, bilirəm ki, mən Musa Peyğəmbərlə qonşu ola bilmərəm, o Peyğəmbərdir, mən qəssab, hərənin özünün yeri var... Bu əhvalatda diqqət çəkən ən maraqlı məqam hətda qəssabın da Peyğəmbərlik məqamına yüksələ bilməsidir. Yəni, bu məqama yüksəlmək üçün vacib deyil ki, ona Allahdan kitab və yaxud vəhy göndərilsin. Bu məqama yüksəlməyi abuturiyentin Ali məktəbə imtahan verməyi ilə müqayisə etmək olar: kim nə qədər bal toplayırsa, ona münasib də yer qazanır. Peyğəmbərlik məqamı qazanmaq da eynən bu cürdür: bu məqam üçün lazım olan savabı (oxu: balı) bəndənin hansı yolla (kitab təbliğ etməkləmi, valideynə, cəmiyyətə təmənnasız xidmət etməkləmi) toplamağın heç bir fərqi yoxdur. Necə ki, yuxarıdakı əhvalatda qəssab anasına layiqiqincə xidmət edərək, onun duasını qazanmaqla və yol adamı bildiyi şəxsə (şəxslərə) Allah rizasına çörək verməyə meyilli olduğu üçün bu məqama yüksəldi. Çoxları belə gümün edir ki, Peyğəmbərlik məqamı VII əsrdə bitdi, indi o savabı toplasaq da XXI əsrdə yaşadığımız üçün bizi o məqama buraxmazlar. Belə düşünənlər yanılırlar. Bu ona bənzəyir ki, gedib testlə imtahan verəsən, ən yüksək balı toplayasan, amma, sənə deyələr ki, səni universitetə qəbul etmirik, çünkü, filan ildə, filan yerdə doğulmusan və yxud, filan nəsildən deyilsən. Adın bəhmənkəs olsaydı qəbul edərdik. İndi deyin görüm bunu özünüzə haqsızlıq kimi qəbul etmərsinizmi? Ey dindarlar və dinşünaslar, siz bu haqsızlığı Allahdan gözləyirsinizmi? Şəxsən mən gözləmirəm və əminəm ki, hər kəs topladığı savabın (balın ”“ məhəbbətin) müqabilində Allahdan mükafatını alır və layiq olduğu dərəcəyə yüksəlir. Adəmdən bu günümüzədək bu belədir və qiyamətədək də belə olacağına əminəm (əksini görsəydim heç bir gün də ibadət etməzdim). O ki, qaldı yüksək məqama çataraq vəhy qəbul etməyin mümkünlüyünə, bu məsələdə də mənim fikrim başqalarından fərqlənir. Belə ki, hər bir şəxsin dərəcəsini artıraraq vəhy qəbul etməyə layiq olmasına inanıram. Əgər inanmırsınızsa “Quran”ın öz dilinizə tərcüməsini (!) oxuyun və ayələri özünüzə gəlmiş kimi qəbul edərək, yerinə yetirməyə çalışın. Bir müddət belə etsəniz görəcəksiniz ki, qalan ayələri də vəhy şəklində qəbul edirsiniz. Bir məsələni də qeyd etməyi vacib bilirəm ki, bu gün məscidlərə üz tutanların böyük əksəriyyəti övliyaları (Allah dostlarını) qəbul etmirlər, Peyğəmbərlik, övliyalıq məqamına yüksəlməyi ağıllarından belə keçirmirlər. Bir qismi isə, filan nəsildən olmayanların bu məqama yüksəlməsini mümkünsüz sayırlar (hamımız Adəmin nəsli deyilikmi?). Elə isə, bəs siz nəyə görə ibadət edirsiniz? Hədəfiniz nədir? Bunu izah edə bilərsinizmi? Elədirsə, niyə vaxtınızı məsciddə, namazda öldürürsünüz? Zamanınızı elə işə sərf edə bilmirsinizmi ki, o sizi qarşınıza qoyduğunuz hədəfə çatdırsın?! O necə əsgərdir ki, general olmağı qarşısına məqsəd qoymayıb?! Bütün bunlar onu göstərir ki, bu gün məscidlərimizdə dindarlara düzgün yol (hədəf) göstərilmir. Araşdırmalarımız göstərir ki, bir çox məscidlərdə nəinki dindarlara düz yol göstərilmir, əksinə, yollarının azmasına səbəb olurlar. Haşiyə şıxaraq, oğlumla aramızda olan bir əhvalatı danışım. Bir neçə il qabaq oğlum dedi qonşumuz filankəsin oğlu məscidə gedir, icazə ver mən də gedim. Dedim icazə vermirəm, getmə; evlərimiz ibadət üçün yararlıdır, istəsən burda ibadət edə bilərsən. Uşaq heç nə deməsə də gözlərindən bunu oxudum: sən necə atasan ki, övladını məscidə buraxmırsan?! Bu yaxında oğlum deyən həmin o filankəsin oğlunun Suriyada ölməsi barədə xəbər gəldi. Ailəsi başsız, körpələri yetim qaldı. Meyidini də tapıb gətirə bilmədilər. Oğluma dedim indi gördünmü səni niyə məscidə buraxmırdım? Mən uzaqgörən olmasaydım indi sənin də qara xəbərin Allah bilir hansı ölkədən gələcəkdi. Bu əhvalatı ona görə xatırlatdım ki, bu gün məscidlərimizin çoxunda dindarları əsl hədəfdən yayındırıb, səhv yola yönəldirlər (elə cinayət faktları da baş verir ki, mən onu buradan yaza bilmirəm, çükü arxalarında güclü mafiya dayanıb). Ona görə də məscidə gedənlərin çoxu nə övliya qəbul edirlər, nə peyğəmbər. Əksinə, işləri peşələri Allah dostlarına lağ etməkdir. İlahi məqama yüksəlməyin yolu ilk növbədə mərifətdən keçir. Mərifətullaha sahib olmayanlar Allah dərgahında nəinki məqam qazana bilməzlər, heç bu məqamın nə olduğunu da dərk etməzlər! “Quran”da yüzlərlə ayə vardır ki, istənilən şəxsin İlahi məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar .... " “Bal arısı” surəsi, 2-ci ayə “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21.
Ayədən göründüyü kimi, Allah qadını dostluq, sevgi və məhəbbət üçün yaradıb. Təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Təəssüflər olsun ki, bəzi kişilər yaradılış qanunlarını anlamaqda və qadınları dəyərləndirməkdə çətinlik çəkdiklərindən bir çox hallarda qadınların döyülməsi hallarına rast gəlirik. Belə kişilərə Həzrət Peyğəmbərimizin bir tövsiyyəsini xatırlatmaq istəyirəm: Bir qadın Həzrət Peyğəmbərin hüzuruna gəlib, ərinin hər gün onu döyməsindən şikayət etdi. Məhəmməd əleyhissəlam qadının ərini yanına çağırıb, nə üçün həyat yoldaşını döydüyünü soruşur. Kişi arvadının hər işinin yaxşı olduğunu, amma bir nöqsanlı vərdişini tərgitdirmək üçün onu tez-tez döysə də, bu xasiyəti tərgidə bilmədiyini deyir. Peyğəmbərimiz bunun səbəbini belə izah etdi: - Yadında saxla ki, kişi (Adəm) torpaqdan, qadın (Həvva) isə, kişinin qabırğasından yaranıb. Qabırğanın bir başında olan əyrilik qadının hansısa bir xasiyyətində özünü mütləq büruzə verir və döyməklə düzəldilməsi mümkün deyildir. Sındırıb, xarab edərsən. Sən çalış bu nöqsanın üstünü örtəsən ki, kənardan görünməsin. İmam Sadiqdən söylənən bir hədisdə isə belə deyilir: “Həzrəti İbrahim (ə) Saranın xasiyyətinin pisliyindən Allaha şikayət etdi. Allah ona vəhy göndərdi ki, qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər. Buna görə onunla səbirlə rəftar et". Allahın və Onun Peyğəmbərinin verdiyi bu izahdan və tövsiyyədən bütün kişilər ibrət almalıdırlar. Yəni, öz qadınlarının nöqsanını qabartmağa yox, üstünü örtəyə çalışmalıdırlar. “Quran-Kərim”in “Qadınlar” surəsinin birinci ayəsinəd Allah-təala yaradılış haqda belə buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” Baş verən paranormal hadisənin sirrini “Əsli-Kərəm” dastanından oxumaq olar. Yardımlı rayonunda ev öz-özündən yanmağa başlayır və əşyalar havada uçur. Bu barədə evin sahibi Şərif Babayev ATV-nin canlı yayımına birbaşa qoşularaq xəbər verir. Ev sahibinin göndərdiyi videodan da görünür ki, ev əşyaları sirli şəkildə havada uçaraq pəncərənin şüşələrinə dəyir və şüşələr qırılıb yerə tökülür. Bundan başqa, paltar dolabında, çemodanlarda olan paltarlar, xalça-palazlar, yataq dəstləri də qeyri-ixtiyari yanmağa başlayır. Ev sakinləri su tökərək həmin yanğınları söndürsələr də bir qədər keçmiş yanğınlar yenidən alovlanmağa başlayır; stolun üstündəki əşyalar yerə düşüb və yaxud divara çırpılıb sınırlar. Bu paranormal hadisələr səbəbindən ailə üzvləri həmin evi tərk edərək, 40 gündən çoxdur ki, qohum-qonşu evlərində yaşayırlar. Elmi-lədun araşdırmaçı Paşa Yaqub Moderator.az-a açıqlamasında həmin evdə baş verənlərə aydınlıq gətirib. - Belə hal Azərbaycanda birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də bəzi evlərdə sirli yanğınların baş verməsi haqda informasiyalar və videogörüntülər yayımışdı. Bu kimi hadisələr neqatv enerji səbəbindən də baş verə bilər, başqa səbəblər də ola bilər. Ən düzgün qərarı hadisə yerinə baxmaqla vermək olar. - Necə olur ki, neqativ enerji evə daxil ola bilir? - Bunun çox yolları var ”“ magik təsir və s. Bizim dastanlarımızda da bu mövzu öz əksini tapıb. Məsələn, götürək “əsli-Kərəm” dastanını. Orada bəhs edilən mövzu Qara keşişin əsliyə tilsim etməsi və toy gecəsi Kərəm Əslinin yaxasının düyməsin açarkən oradan çıxan sirli, sehirli bir odun Kərəmi yandırmasıdır. Dastan həmin magik hadisəni çatdırır bizlərə. Yardımlıda baş verən sirli-sehirli yanğın da müxtəlif səbəblərdən baş verə bilər ki, bu səbəblərdən biri də həmin dastanda söylənən magiyadır. İndi qara keşişlər bütün Azərbaycanı bürüyüblər və fitnə-fəsad baxımından heç də ondan geri qalmırlar. - Bunun qarşısını almaq mümkündürmü? - Əlbətdə mümkündür. “Quran”da elə müsbət enerjili ayələr var ki, onları insan öz enerjisi ilə birləşdirib istənilən məkana ötürəndə oradan neqativ enerji yox olur və belə paranormal hallar da baş vermir. “... Səni də yalnız (möminlərə ) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105. Elmi-lədun mövzusunda sirləri açıqladıqca elektron poçtuma müxtəlif mövzularda suallar gəlməkdədir. Suallardan bir qurupu da Peyğəmbərlik mövzusundadır. Yəni, indiki dövrdə bu məqama yüksəlməyin mümkün olub-olmaması barədədir. Bu mövzuda sualların çoxluğunu nəzərə alıb, cavabını Moderator.az saytı vasitəsi ilə bütün oxuculara çatdırmaq qərarına gəldim. Öncə qeyd edim ki, peyğəmbərlik haqqında Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan iradə və cəsarət və iradə tələb edir. İnsan bir məqama layiq olarsa Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha yaraşmaz. Bu ona bənzəyər ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplayar, amma ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən, ona görə sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da bilirəm! Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiyi əməlləri təkrarladıq, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi? İş orasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik, zülm edirik, sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz... Əgər biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, o məqama heç kəs layiq deyil və yüksələ bilməz! “Quran”da yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub bu həqiqəti Mənim adımdan onlara bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə. Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir. İstəyirsiniz “Quran”ı dərk etməyin və peyğəmbərlik məqamına yüksəlməyin sirrini sizə açım: - İndiyədək etdiyiniz günahlara görə tövbə edin; - Təkəbbürdən və lovğalıqdan uzaq olun, - Sadə həyat tərzi keçirin; - Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun; - Əxlaqınızı saflaşdırın və “Quran”a uyğunlaşdırın; - Quranı oxuyarkən orada mötərizə arasında (“Ya Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edin və onu yerinə yetirməyə çalışın. “Quran”da münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında ad çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda “Quran”ı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanların obrazlarını bu kitabda görəcəksiniz. Bir müddət belə (“Quran”ın buyurduğu kimi) yaşadıqdan sonra görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsız. Bir məqamı da diqqətinizə çatdırım ki, “Quran” 114 surədən ibarətdir və sonuncu ”“ 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək “Quran” rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları verilib. Bu obrazların hamısının - həm peyğəmbərlərin, həm firoonların, nəmrudların - prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcək! Heç özünüzə sual vermisinizmi ki, “Quran”ı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu? Sualın cavabı budur ki, nə qədər ki, kamilləşməmişdi, Əhməd idi, kamillik məqamına yüksələndən sonra artıq Məhəmməd oldu. Yəni, Məhəmməd “Quran”da kamillik simvoludur. Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşayacaq bütün kamil insanların simvoludur. Allah bu məqama yüksəlməyi hamımıza nəsib edə bilər. Yetər ki, insan öz iman, əxlaq və gözəl əməlləriylə bu məqamı haqq etsin. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19. “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, “Rumlular” surəsi, 21.
Elmi-lədun araşdırmalarımız “Quran”ın düzülüşündə olan İlahi qanunauyğunluğu ortaya qoymaqdadır. Məsələn, götürək «Bal arısı» surəsini. Hesablamalarımız göstərir ki, surənin 16 ədədi ilə nömrələnməsi heç də təsadüfü deyildir. Belə ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, onun haqqında olan surə də (“Bal arısı”) 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır. Bal ”“ arının gülə olan məhəbbətinin nəticəsində yarandığı üçün, həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu hiss ədəbiyyatda və şifahi nitqdə «yanmaq», «alovlanmaq» sözü ilə ifadə edilir. Maraqlıdır ki, bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı (!) elementi olan Kükürd məişətimizə yandırıcı (!) vasitə kimi daxil olub. Həmçinin, məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişətimizə enerji mənbəyi (!) kimi daxil olub. Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri “yanmır”. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, dövrü cədvəldə 16-cı element olan Kükürd, atom kütləsi 16 (!) olan Oksigensiz yanmır! Başqa sözlə desək “16” tək yanmır; onun həm hərfi, həm də məcazi mənada yanması üçün ikinci “16” lazımdır. İnsan cəmiyyətində “yanma”nı əks cinsdən olan tərəf müqabili təmin edir (necə ki, Oksigen Kükürdü yandırır). Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 ”“ 8 ”“ 6 formasında yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına (286) işarədir (“Quran” nazil olandan ta XVIII əsrə qədər harada və nə vaxt çap olunmasından asılı olmayaraq 286 səhfədə yerləşdirilib; bu barədə əvvəlki yazılarımızda izah vermişik). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir. Necə ki, Allah-təala buyurur: “Siz biri-birinizi sevin ki, Mən də sizi sevim”. “Quran”ın düzülüşü ilə Mendeleyev cədvəlinin düzülüşü arasında qanunauyğunluğu sübut edən başqa bir faktı diqqətinizə çatdırmaq istəyirik. Oksigenin sıra nömrəsini (8) Kükürdün sıra nömrəsinə (16-ya) vurduqda alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan riyazi əlaqəni bir daha təsdiq edir: 8 x 16 = 128 Bu və digər faktlar həm “Quran”ın, həm də Dövrü cədvəlin Allahın elmi ilə (Mendeleyevə də elmi Allah vermişdi) düzüldüyünü bir daha sübut edir. Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü necə büruzə verməsinə cəlb etmək istəyirik. Yuxarıda qeyd etdik ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan məhəbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal-a yaranır və hər ikisi şirindir. Çünkü, ikisi də məhəbbətdən yaranr. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaratmışdır. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Buradan aydın olur ki, həmin keyfiyyətləri özündə cəmləşdirən istənilən insan həm yaşadığı cəmiyyətin, həm də Allahın məhəbbətini qazana bilər. Yeri gəlmişkən qeyd edək ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir. Bildiyimiz kimi, arılar faydalı və faydasız olmaqla, iki qurupa bölünürlər: bal arısı və cır arılar. İnsanlar da ”“ kamil və cahil olmaqla ”“ iki qurupa bölünürlər. Çalışaq cəmiyyət üçün faydalı olaq ki, həm xalqin, həm də Allahın məhəbbətini qazanaq. Cinləri buyurmaq ənənəsi Süleymanın (ə) dövründən mövcuddur.
“Biz Davuda Süleymanı bəxş etdik, nə gözəl bəndə!” (Quran). “Quran” sirlərinin elmi-lədun izahı ilə bağlı məqalələrimizdən sonra elektron poçtumuza çoxsaylı suallar gəlməkdədir. Həmin sualları quruplaşdıraraq, cavablarını vaxtaşırı Moderator.az-ın oxucularına təqdim etmişik. Belə suallardan bir qurupu da paralel aləm və orada olan varlıqların (cinlərin) insanlar tərəfindən buyrulmasının mümkünlüyü barədədir. Bu qrupdan olan suallara cavab olaraq bildiririk ki, cinlərin buyrulması haqda elm Süleyman Peyğəmbərə verilmişdi. Bu elm vasitəsi ilə o, quşların, heyvanların və cinlərin dilini bilmək və onları buyurmaq qabiliyyətinə malik olduğu “Quran”da xəbər verilməkdədir. Süleyman (ə) cinlərin əməyindən istifadə etməklə, dünyada tayı-bərabəri olmayan billur saraylar tikdirmişdi ki, görənlər valeh olurdular. Buna baxmayaraq, o çörək pulunu öz zəhməti ilə qazanardı. Belə ki, Peyğəmbər öz əlləri ilə həsir toxuyub satar, onun pulu ilə çörək və digər yeyəcək şeylər alardı. Süleyman Peyğəmbər cinlərin xidmətindən həm də Allahı qəbul etməyən dövlət başçılarını ram etmək üçün istifadə edirdi. Onun Yəmən padşahı Bəlqisi Haqqa təslim etməsi barədə “Quran”da keçən əhvalat bu mənada diqqət çəkəndir: “Süleyman dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taÑ…tını mənə gətirə bilər?” Cinlərdən olan çoÑ… qüvvətli və nəhəng bir ifrit dedi: “Sən yerindən (taÑ…tından) qalÑ…mamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çoÑ… qüvvətliyəm, etibarlıyam! (Mənim Bəlqisin taÑ…tını götürüb gətirməyə gücüm çatar. Mən taÑ…tın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, ondan heç bir şey götürmərəm!)”. Süleyman taÑ…tın daha tez gətirilməsini istədi. Kitabdan bir qədər Ñ…əbəri olan birisi dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman onu (taÑ…tı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək Onun nemətinə şükür edəcəyəm, yoÑ…sa nankor olacağam! Kim Rəbbimin nemətinə şükür etsə, yalnız özü üçün (öz Ñ…eyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, kərəm sahibidir!” (Allah dünyada qədirbilənə də, nankora da, mö”™minə də, kafirə də lazımınca ruzi və gün-güzəran verər, çünki O, tükənməz mərhəmət sahibidir!). Süleyman dedi: “Bəlqisin taÑ…tını tanınmaz hala salın, görək onu tanıyacaq, ya yoÑ…?!” Bəlqis gəldikdə ona: “TaÑ…tın bu cürdürmü?” - deyildi. O da: “Sanki odur!” - deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi:) “Bizə ondan daha öncə elm verilmiş və biz ondan daha əvvəl müsəlman (Allaha təslim) olmuşuq!” Süleyman ona Allahdan başqasına (günəşə, aya) ibadət etməyi qadağan etdi. (YaÑ…ud Allahdan başqasına tapınması o qadına Allaha ibadət etməyə mane olmuşdu). çünki o, kafir bir tayfadan idi. Bəlqisin əqlini, zəkasını yoÑ…lamaq məqsədilə ona belə deyildi: “Saraya daÑ…il ol!” Süleymanın sarayı büllurdan tikildiyi və altına su buraÑ…ıldığı üçün Bəlqis sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və (paltarı islanmasın deyə) ətəyini qaldırdı (baldırlarını açdı). O (Süleyman): “Bu su deyil, büllurdan tikilmiş (şəffaf) bir saraydır!”-dedi. Bəlqis dedi: “Ey Rəbbim! Mən günəşə sitayiş etməklə özümə zülm etmişdim. Mən artıq Süleymanın sayəsində aləmlərin Rəbbi olan Allaha təslim oldum!” Bax: “Qarışqalar” surəsi, 22-44-cü ayələr. Ayələri oxuduqda insanda belə bir sual yaranır: Süleyman cinləri necə buyururdu? Bu indi də mümkündürmü? Sualın cavabını Allah-təala “Quran”ın başqa bir ayəsində verir: “(Sehrbazlar) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablarına) uydular. Süleyman bu kitablara uymadığı (pis məqsədlə istifadə etmədiyi) üçün kafir olmadı, lakin şeytanlar bildikləri sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki o iki mələk: “Biz Allah tərəfindən göndərilmiş imtahanıq (sınağıq), sən gəl kafir olma!” ”“ deməmiş heç kəsə sehr öyrətmirdilər. Bununla belə cadugərlər yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (cadugərlər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” 2:102. Ayədən göründüyü kimi, Süleymanda belə bir kitab olmuş və cinləri həmin kitabda yazılmış dualarla buyurmuşdur. Lakin, Süleyman Peyğəmbər dünyasını dəyişdikdən sonra həmin kitab sonrakı nəsillərin əlinə keçmiş, onlar da kitabda yazılanlardan ər-arvad (yaxud, qohumlar, dostlar...) arasına nifaq salmaq və digər fitnə-fəsad məqsədlər üçün istifadə etməkdədirlər. Elmi-lədun araşdırmalarımız göstərir ki, bu gün həmin kitab bir çox mollaların və cadugərlərin stolüstü kitabıdır. Bunun nəticəsidir ki, bu gün cəmiyyətimizdə boşanmaların və psixi xəstəliklərin, ziyanlı vərdişlərin... səviyyəsi görünməmiş həddə çatmışdır. Bəzi evlərdə televizor pultunun və s. əşyaların tez-tez sirli şəkildə yoxa çıxması (az vaxtdan sonra həmin əşyalar elə yerdə tapılır ki, ora bəlkə min dəfə baxılmışdı) da bunun əlamətlərindəndir. Sehirin (cadunun) digər əlamətləri insanda baş, boyun ağrıları, immunitetin azalması (nəticədə cürbə-cür xəstəliklərin baş qaldırması), əsəbilik, yuxusuzluq, qorxulu yuxular görmə, qarabasma, yuxuda diksinmə və s. kimi özünü biruzə verir. Bu cür hallarda insan özünə qapanır, həyat eşqi, məhəbbət hissi ölür, qəlbində ətrafdakılara qarşı nifrət hissi baş qaldırır. Beləliklə, sevdiklərindən uzaqlaşmağa çalışır (ağır hallarda intihara meyilli olur). Magiq təsiri kompyuterimizə düşən virusla da müqayisə etmək olar. Belə ki, virus kompyuteri dondurduğu, bəzi fayl və proqramları sildiyi kimi, neqativ təsir də insanın həyatın (fəaliyyətin) dondurur və qəlbindəki məhəbbət hissini silir (əvəzində nifrət kimi ziyanlı “fayl”lar yazılır). Ötən yazılarımızda qeyd etdiyimiz kimi, insandakı sabit cərəyan dəyişən cərəyana çevrilir və nəticədə halı və fikirləri tez-tez dəyişir... Araşdırmalarımız göstərir ki, bu hallar nə qədər qorxulu olsa da aradan qaldırılması mümkün olan bir problemdir. Belə ki, bu cür hallarda komryuter format olunub, fayllar bərpa (vostanovit) olduğu kimi, insanın aurası da “format” olunaraq, pozulmuş hisslər (fayllar) bərpa edilə bilər (özünüreklam olmasın deyə bu yazıda bu barədə danışmayacağıq). Bir məqamı xüsusi vurğulamaq istəyirik ki, bu cür fitnə-fəsad işlərlə məşğul olmağı elə həmin ayədə də Allah-təala qadağan edir və belələrinə cəza vəd edir. Bilməliyik ki, etdiyimiz (yaxşı və pis) əməllər bumeranq kimi özümüzə qayıdır, gec-tez bu və ya digər formada qarşımıza çıxır. Odur ki, çalışıb yaxşı əməllərlə məşğul olmalıyıq ki, qarşımıza yaxşılıq çıxsın. “Azərbaycan övliyalarının ensiklopediyası”nı hazırlayarkən Oğuz rayonunun Xaçmaz kəndində də oldum. Orada bir neçə Allah dostunun həyatını araşdırdım ki, onlardan da biri Səfərəli Cəmaləddin oğlu idi. 1903-1978-ci illərdə sözü gedən kənddə yaşayan Səfərəli baba ilahiyyat alimi və Allah dostu olub. Səfəralı babanın şəxsi arxivindən tapdığım bir əlyazma diqqətimi xüsusi olaraq çəkdi. Əlyazmada Allah dostu öz əcdadları barədə məlumat verərək, onların Xaçmaz kəndinə nə vaxt və nə səbəbdən köçmələri barədə məlumat verir. Yazılanlardan məlum olur ki, onun ulu babası Məhəmməd 1722-ci ildə Quba mahalında doğulub; ailədə iki qardaş üç bacı olublar. Həmin vaxtlarda hakimiyyətdə Quba xanı Hüseynəli xan (1726-1758) imiş. Xan çox qudurğan və harın xarakterə malik imiş. Hətda o qədər harın ki, xoşuna gələn qızlar ərə gedərkən tələb edərmiş ki, birinci onun sarayına gəlməli sonra ər evinə getməlidirlər. Etiraz edənlərin boynu vurularmış. Səfərəli baba öz babalarına istinadən yazır ki, köklü nəsildən olan Məhəmməd və qardaş-bacıları həddibuluğa çatsalar da xanın bu qudurğan xasiyyətinə görə evlənmək, ərə getmək istəmirlərmiş. Nəhayət, 1758-ci ildə Məhəmməd öz qardaşı Mustafa ilə plan quraraq saraya daxil olur və Hüseynəli xanı öldürürlər. Həmin andan da Quba xanlığının ərazisini gizli yollarla tərk edərək qonşu Şəki xanlığının ərazisinə keçirlər və Oğuz rayonunun Xaçmaz kəndində məskən salırlar... Onu da qeyd edim ki, tarixi mənbələrdə Hüseynəli xanın 1758-ci ildə öldüyü qeyd edilsə də, ölüm səbəbləri barədə heç bir məlumat verilmir. Həmin vaxtdan hakimiyyətə Hüseynəli xanın oğlu Fətəli xan gəlir. Onu da qeyd edim ki, İlahiyyat alimi olan Səfəralı baba dövrünün bir çox tanınmış alimləri ilə dostluq etmişdir. Əli Fəhmi də tez-tez bu Allah dostunun qonağı olarmış. “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz” Bildiyimiz kimi gövhər (ləl-cəvahirat) dənizin dibində, sədəfin içində olur və o, gövhər olmamışdan qabaq ilbiz olur. İlbizin gövhərə çevrilıməsi çox maraqlı və ibrətamiz bir prosesdir. Belə ki, içində ilbiz olan sədəf uzun bir məsafə qət edərək, dənizin dibindən üzünə doğru hərəkət edir. Və bu elə hesablanır ki, həmin üzə çıxma aprel (nisan) ayında baş verir. Həmin vaxt baharın ilk yağışı yağır. Sədəf ağzını açaraq, bahar (aprel) yağışının ilk damcısını udur və ağzını yumub, təkrar okeanın dibinə qayıdır. Burada bir müddət ilbizlə bahar suyunun arasında reaksiya gedir və nəticədə gövhər (ləl-cəvahirat) yaranır. Dahi şairimiz Məhəmməd Fizuli bu ibrətamiz prosesi bir beyt ilə çox gözəl ifadə etmişdir: “Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. Qismən maye formasında olan ilbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata (gövhərə) çevrilməsi prosesini insan cəmiyyətində də müşahidə etmək mümkündür. Belə ki, insanın ana bətnində yaranması bir növ gövhərin sədəfdə yaranma prosesinə bənzəyir ”“ hər iki proses örtülü, qapalı mühitdə gedir və “su” ilə mayalanır. Quranda Yaradan buyurur: "Biz sizi bir qətrə sudan (nüftədən) yaratdıq". Diqqətinizi bu prosesdə daha maraqlı bir məqama cəlb edim ki, dənizin dibindən sədəf tapanda, onu yarmamış, içindəkinin inci (gövhər), yoxsa muncuq olduğunu bilmək olmur. Ana bətnindəki övlad da belədir, dünyaya gəlməmiş, onun xeyirli və yaxud xeyirsiz (qiymətli, yaxud, qiymətsiz) olduğunu bilmək olmur. İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini cəmiyyətdə başqa formada da müşahidə edirik. Belə ki, hansı nəslin kökündə xeyirxah, əməlisaleh, yaxud, kəramətli adam olubsa, zaman keçdikcə həmin nəsildən kimdəsə bu əlamət özünü büruzə verir. (Və yaxud, əksinə, nəsildə bir mərdümazar olanda, gələcəkdə ona bəzəyən biri doğulur ki, buna biologiyada irsən keçmə deyilir.) Dahi Füzuli həm də bunu nəzərdə tutub deyirdi ki, “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. Yəni, əslindən, kökündən ilham almayan yaxşılıq edə bilməz. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, insanın cismi ruhu üçün sədəfdir (onu gizlədən örtükdür). Ruh nə qədər ki, cisimdə gizlənib, onun pak (oxu: gövhər), yoxsa çamur (oxu: muncuq) olduğunu bilmək mümkün olmur. Ruh əgər gövhər misalındadırsa, “sədəfdən” azad olduqdan sonra onun nuru zaman-zaman özünü müxtəlif formalarda biruzə verəcəkdir. Çalışaq gözəl əxlaqımız və əməllərimizlə ruhumuzu cilalayaq ki, gövhər kimi parlasın və ətrafa işıq saçsın. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi”, - deməməyiniz üçün sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19-cu ayə. Sabah ”“ fevralın 11-də 2017-ci ilin ilk Ay tutulması baş verəcək. Proses Bakı vaxtı ilə saat 02:34-də başlayacaq, saat 04:43-də maksimumda olacaq, saat 06:51-də başa çatacaq. Azərbaycanda da bu prosesi səhərə yaxın müşahidə etmək mümkün olacaq. Elmi-lədubaxışların araşdırmalarımız göstərir ki, Ay tutulmaları təsadüfü baş verməyib, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Quran” rəmzləri ilə büruzə verir ki, bu da qiyamətin əlamətləri olan tutulmaların Allahın elmi ilə və ciddi bir nizamla baş verdiyini ortaya qoymaqdadır. Belə ki, aşağıdakı cədvəldən də göründüyü kimi bütün Ay tutulmaları “Quran”ın səhifələrinin üç misli olan 858 ədədi altında təkrarlanır. Yeri gəlmişkən qeyd edim ki, XVIII əsrə qədər üzü köçürülən, Kəbədə və muzeylərdə qorunan bütün “Quran”lar 286 səhifədə yerləşdirilib. Sonradan ərəblərin İslama və onun rəmzlərinə baxışları dəyişdiyindən “Quran”ın sözlərinə əl vurmasalar da kağız formatın dəyişdilər ki, bununla da səhifələrinin sayı artdı. Buna baxmayaraq, 286 ədədi “Quran”ın kodu sayılır və Allah tərəfindən yaradılan bütün elmlərin, eləcə də dünyada baş verən bütün elmi proseslərin alt qatında bu kodu (286) görmək olur. Məsələn: 1) “Quran”da təsbit olunmuş İslamın iki böyük bayramı Qurban və Ramazan bayramları arasında qalan günlərin sayı bir qayda olaraq (Qurban bayramından sayılmaqla) 286 gündür. 2) Araşdırmalarımız göstərir ki, insan ana bətnində 286 günə yaranır. Belə ki, cütlüklər görüşəndən sonra, toxumun ana bətninə çatması 6 gün + bətndə normal inkşaf 280 gün = 286 gün. Deməli, uşaq ana bətnində “Quran”ın hər səhifəsinə bir gün hesabı ilə qalır. 3) İnsanlar Günəş və Ay (Qəməri) təqvimindən istifadə etməklə, ildə iki dəfə təqvim dəyişməsini qeyd edirlər: 21 martda və 31 dekabrda. Bu iki bayram arasında qalan günlərin sayı da (Novruz bayramından sayılmaqla) bir qayda olaraq 286 gündür. 4) Quranın 2-ci surəsi olan “İnək” surəsinin də 286 ayədən ibarət olması təsadüfi deyildir. Belə ki, inəyin 286 sümüyün birləşməsindən yaranmasını artıq elm təsdiq etmişdir. Onu da qeyd edim ki, müqəddəs kitaba əl basıb and içərkən (yaxud, tövbə edərkən) bu üç dəfə deyilir. Bunu riyazi dulə çevirsək: 286 + 286 + 286 = 858 Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları biri-digərinə 858 ədədi ilə riyazi şəkildə bağlanır. Bu da onu sübut edir ki, astronomik hadisələr təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir və “Quran”a bağlanır. Bax: 858 gün fərqlə baş verən Ay tutulmalarının cədvəlinə: Cədvəldən göründüyü kimi, baş verən Ay tutlmaları əslində bəşəriyyətin diqqətini “Quran”a yönəltmək üçün Allah tərəfindən göndərilmiş kodlaşdırılmış mesajdır. Onu da qeyd edək ki, qiyamətin əlaməti və gözlənilən bəlaların xəbərdarlığı (siqnalı) olan Ay tutulmalarının ötürdüyü mesajlar bununla bitmir. Elmi-ladun araşdırmalarımız göstərir ki, bütün Ay tutulmaları bir qayda olaraq Hicri-qəməri təqvimi ilə ayın 14-də baş verir. Bununla Yerə hansı kodlaşdırılmış informasiyanın ötürüldüyünü bilmək üçün 14 ədədinin hikmətlərinə nəzər salmaq kifayətdir. öncə, Ay tutulmalarının cədvəlini hər iki təqvimlə diqqətinizə çatdırırıq: Cədvəldən göründüyü kimi, elm əsrinin bütün Ay tutulmaları 14 ədədi altında baş verir. Sual yaranır ki, hər ayda 30 (29) gün olmasına baxmayaraq, niyə məhz 14-cü günləri Ay tutulub? Xatırladaq ki, 14 ədədi Quranda “İbrahim” surəsinin sıra nömrəsidir. Allah-təala bu surədə İbrahim Peyğəmbərin mənalı həyat yolundan söhbət açır və onun zülmə qarşı apardığı mübarizəni önə çəkir. Onun mübarizəsi o vaxta təsadüf edirdi ki, Yerdə xeyirlə şər arasındakı balans birincinin ziyanına pozulmuşdu. Allah həmin dövrdə pozulmuş balansı İbrahim əleyhissəlamın vasitəsi ilə bərpa etdi. Hesablamalarımız göstərir ki, 14 ədədi Allahın öz adına olan “Rəhimli Allah” surəsində açılır və “Quran”da tarazlıq (balans) rəmzi sayılır. Bunu sübut etmək üçün Allah-təalanın Həzrət Cəbrail Əleyhissalam vasitəsi ilə göndərdiyi bir düsturu diqqətinizə çatdırırıq: "Rəhimli Allah" surəsinin sıra nömrəsi (kodu) olan 55 ədədi “Quran”da 41 dəfə keçir (yəni, kitabın cəmi qırx bir surəsində 55-ci ayə var. Qalan surələrdə ayələrin sayı əlli beşdən azdır). Eyni zamanda 41-ci ayə də müqəddəs kitabda əlli beş dəfə keçir (“Quran”ın cəmi əlli beş surəsində 41-ci ayə var). Beləliklə, “Quran”da 55-ci ayə 41 dəfə, 41-ci ayə isə, 55 dəfə keçir. Tarazlığa (balansa) dəlalət edən bu faktı nəzərə alıb, 55 ədədindən 41 çıxsaq, alınan 14 ədədi “İbrahim” surəsinin sıra nömrəsini (kodunu) göstərir: 55 ”“ 41 = 14 Bu düstur bir daha “Quran”ın düzülüşünün insan beyninin məhsulu olmadığını, altı min iki yüz otuz altı ayənin fövqəladə bir elmlə (Allahın elmi ilə) düzüldüyünü bir daha təsdiq edir. Ay tutulmalarının da 14 ədədi altında baş verməsinin sirri bu düsturda açılır. Belə ki, xeyirlə şər arasında tarazlığı pozan və zülmə üstünlük verən iqtidarlara Allah tərəfindən mesaj ötürülür ki, hədlərini aşmasınlar və Yerdə tarazlığı pozmasınlar. Əvvəlki yazılarımızda ortaya qoyduğumuz faktlardan da görünürdü ki, Yerdə baş verən bütün böyük zəlzələ və təyyarə qəzaları bir qayda olaraq riyazi şəkildə Ay tutulmasına bağlanmaqdadır. Bu da sübut edir ki, Ay tutlmaları əslində tarazlığı pozanlara gələcək bəlaların siqnalıdır. Zülm edənlərdən və 14 ədədindən söhbət düşmüşkən maraqlı bir tarixi faktı diqqətinizə çatdırım ki, Məhəmməd Əleyhissəlam dünyaya təşrif gətirən gecəsi zalım şah olan fars hökmdarı Nuşirəvanın sarayından 14 (!) sütun uçdu. Hadisəni şərh etmək üçün saraya çağrılan münəccimlər və bilicilər uzun müzakirələrdən sonra belə qərara gəldilər ki, səmavi kitablar vasitəsi ilə xəbəri qabaqcadan verilən Peyğəmbər artıq dünyadadır. Onu da bildirdilər ki, Nuşirəvanın hakimiyyəti süqut edəcək və 14 padşah dəyişdikdən sonra Sasanilər dövləti dağılacaq. Çox keçmədi ki, verilən proqnoz özünü doğrultdu və Sasanilər dövləti dağıldı. Bu müddətdə 14 dəfə saray çevrilişi oldu ki, hər bir padşahın hakimiyyəti bir neçə ay çəkdi. Yeri gəlmişkən, tarixi faktlar sübut edir ki, idarəçilikdə zülmə üstünlük verən (balansı pozan) padşahlar 14 ildən (!) artıq hakimiyyətdə qala bilmirlər. Məlumdur ki, bəşər yaranandan xeyirlə şər arasında həmişə balans olmuşdur. Tarixin elə mərhələləri də olmuşdur ki, xeyirlə şər arasında mövcud balans (birincinin ziyanına) pozulmuşdur. Peyğəmbərlər tarixini araşdırdıqda, məlum olur ki, onların zühuru da məhz belə mərhələlərdə baş verir. Yəni, Allah-təala xeyirlə şər arasında pozulmuş tarazlığı peyğəmbərlər vasitəsi ilə bərpa edir. Bu gün də Yerdə xeyirlə şər arasında tarazlığın pozulması göz önündədir. Artıq haqq-ədalət demək olar ki, qalmayıb. Yerdəki bu vəziyyət Allah-təalanın qəzəbinə səbəb olmuşdur! Elmi-lədun araşdırmalarımız göstərir ki, son vaxtlar baş verən təbii fəlakətlər, müəmmalı təyyarə qəzaları... məhz bu qəzəbin təzahürüdür. Astronomik hadisələrin, eləcə də sabahkı Ay tutulmasının elmi-lədun təhlili pozulmuş balansı bərpa edəcək şəxsin (xilaskarın) də artıq aramızda olduğunu sübut etməkdədir. Hesablamalarımız göstərir ki, elm əsrinin 17-ci ilində tarazlığı pozanlara güclü bəlalar gələcəkdir ki, nətcədə xeyirlə şər arasındakı balans bərpa olacaqdır. XXI əsr başlayandan bəşəriyyət əsrin hər günündə “Quran”ın müvafiq ayəsini yaşayır. Beləliklə, müqəddəs kitabın ayələrinin cəmi olan 6.236-cı ayə 2018-ci ilin 27 yanvarında başa çatır. Elmi-lədun hesablamalarımız göstərir ki, həmin tarixə qədər tarazlığı pozan insanların cəzalanma prosesi başa çatacaqdır. Bununla da Yerdə haqqın, ədalətin bərqərar olduğu kamil bir dövr başlayacaqdır. Onu da qeyd edək ki, bu kamil dövrdən indi yaşayan insanların 29 faizi bəhrələnəcəkdir (71 faiz dəryaların payına düşür). Bütün bu və ya digər məlumatları təhlil edərək, insanlara tövsiyyə edərdik ki, özlərindən aşağılara zülm etməkdən, əziyyət verməkdən, pozğun həyat tərzi keçirməkdən çəkinsinlər. Allah bəyənən əxlaqa və əməllərə sahib olsunlar. Belə edənlər xilas olan 29 faizin içərisində olacaqlar. Hamınıza uğurlar arzulayırıq. "Göydə uçan quşun hara gedəcəyi məlum olmadığı kimi, pis rəhbərin də nə edəcəyi məlum olmaz" Yazıçı-psixoloq Paşa Yaqub yeni yazdığı “Elmi-lədun işığında” kitabını nəşrə hazırlayıb. Kitabın “Dövlət və korrupsiya” bölümünü moderator.az saytının oxucula-rına təqdim edirik. (əvvəlki hissəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/167895.html ) Bu gün dünya ölkələrinin böyük əksəriyyətində insanlar korrup-siya bataqlığında boğulmaqda-dırlar. Millətlərin içərisində olan az sayda ağıl sahibləri bu bataqlıqdan xilas yollarını düşünməkdədirlər. Bunu nəzərə alıb, elmi-lədun yolu ilə bizə öyrədilmiş dövət quruluşu sistemini paylaşırıq ki, xalqlar gələcəkdə bu sistemi öz ölkələrində tətbiq etməklə elə dövlət qursunlar ki, o quruluşda (məmurlar istəsələr belə) korrupsiyaya qurşanmaq mümkün olmasın. Öncə qeyd edək ki, ən qədim dövrlərdən başlayaraq korrupsiya dövlətlərin idarəetmə sisteminin kökünü zədələmiş, mütəşəkkil cinayətkarlığa yol açmış, cinayətkar qruplaşmaların yaranmasına səbəb olmuş və bu qrupların əsas strategiyasına və taktikasına çevrilmişdir. Məmur özbaşınalığı, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə etmə halları, rüşvətxorluq, dövlət əmlakının talan edilməsi, maliyyə fırıldaqları və bu kimi başqa cinayət əməllərinin kökündə məhz korrupsiya durur. Bu gün dünyadakı bir çox korrupsioner rəhbərlərin əsas amalı bunlardır: dövlət büdcəsini dağıtmaq, gənclərin mənəviyyatını pozmaq, həkimlərin, müəllimlərin və başqa peşə sahiblərinin vasitəsi ilə xalqı məhv etmək, seçkilərin nəticələrini saxtalaşdırmaq, xüsusi mülkiyyəti məhv etmək, ekoloji tarazlığı pozmaq, insan və vətəndaşların əsas azadlığını məhv etmək, mətbuatı yaltaq jurnalistlərlə bəzəmək, azad sözü boğmaq və ən əsası dövlət hakimiyyətindən öz şəxsi məqsədləri üçün sui-istifadı etmək. Korrupsiya hüquqi aktların və dövlətin inkarı deməkdir. Korrupsiya zülmü, zorakılığı, özbaşınalığı və s. bu kimi alçaq və rəzil xüsusiyyətləri özündə ehtiva edən çox zərərli bir əməldir. Korrupsiya fahişəlik qədər qədim bir əməldir. Rüşvət alan hakimin orqanı alınıb Dövlət orqan bankına təhvil verilməlidir ki, o, belə əməldən çəkinsin. Göydə uçan quşun hara gedəcəyi məlum olmadığı kimi, pis dövlət başçısının da nə edəcəyi məlum olmaz. Korrupsioner rəhbərlər elə edərlər ki, korrupsiya əməli pis hal kimi deyil, dolanışıq halı kimi qələmə verilsin. Hüquqi aktların işləməməsi korrupsiyanın əsas səbəblərindən biri kimi göstərilməlidir. Korrupsiyanın qarşısını almaq üçün məmurun maaşı artırılmalı və göstərdiyi xidmətə uyğun bonus əlavə edilməlidir. Məhkəmə hakimiyyətində korrupsiyanın olmasının əsas səbəbləri bunlardır: hakimlərə ciddi cəza nəzərdə tutulmaması, hüquqi aktlardakı qeyri-müəyyən nitq hissələrindən istifadənin çox olması (hüquqi aktlarda boşluqların yaranmasına səbəb olur), ictimai nəzarətin olmaması, nəzarətedici orqanın olmaması, cəzasızlıq sindromu, sahibkarların azad olmaması, hüquqi aktların işləməməsi, hakimlərin şəffaf seçilməməsi və s. Korrupsiyanın nəticələri bunlardır: kölgə iqtisadiyyatı yaranır, monopolistlər iri vəzifə sahibləri olur və onların sayı artır, təhsil və səhiyyə çökür, əsgər və zabitlərdə qələbəyə inam ölür, elmin inkişafı ləngidilir, xalqın milli mənəviyyat hissi ölür; yaltaq ziyalılar sinfi meydana gəlir, beyinlər kütləşir, dövlətin içindəki mafioz qruplar biznesmenləri sıxır, yoxsulluq artır, hakimiyyətə inam azalır, xarici sərmayəçilərin etibar və inamı itdiyindən yatırımlar azalır, hüquq-mühafizə orqanları konkret şəxslərə və ailələrə işləyir, tayfa klan hakimiyyətləri yaranır və sifarişli məhkəmələr və s. Hansı xalq ki, korrupsiyaya hörmət kimi baxır, o, xalq şübhəsiz məhvə məhkumdur. Korrupsiyanın əcdadı mənəvi pozğunluqdur. Rüşvət alan məmura ilk öncə xəbərdarlıq edin və onun iş yerini dəyişin. Əgər o ikinci dəfə bu hərəkəti etsə o zaman onun bütün əmlakı dövlət tərəfindən alınsın, hərracda satılsın və ehtiyacı olanlara əvəzsiz verilsin . Yaradan insana var dövləti ona görə verir ki, insan onu xoş niyyətlər üçün istifadə etsin və ehtiyacı olana yardım etsin. Ey insanlar, sizin ən böyük amalınız zülm və istibdaddan, qorxu və ehtiyacdan azad bir dövlətdə asudə və rahat yaşamaqdır. Ey insanlar, bilin və agah olun ki, insanın insana qarşı törətdiyi cinayətin kökündə şübhəsiz, varlanmaq ehtirası dayanır. Varlı olmaq və ya yaxşı yaşamaq hamının istəyi olsa da, başqasının hesabına varlanmaq hər adamın arzusu deyil. Hər bir insan öz zəhməti hesabına varlanmalı, yalnız haqqı olan maddi nemətlərlə kifayətlənməlidir. Ey insanlar, bilin və agah olun ki, var dövlət toplamaq insanın ən böyük missiyası olsaydı, təbii ki, bunu peyğəmbərlər, filosoflar hamıya dəfələrlə bəyan edərdilər. İnsanın ən böyük missiyası xeyir əməl sahibi olmaq və elmlənməkdir. Şübhəsiz, insanın ən böyük amalı bəşəriyyəti maarifləndirmək, əhəmiyyətli ideyalar irəli sürmək və həyatı dərk etməkdir. Ey rəhbərlər! İşçilərnizə inanın, amma, daima onları yoxlayın. Hər şeyə şübhə ilə yanaşmaq olar, amma hər şeyə inamsızlıq göstərmək olmaz. Müharibələrin özü insan acgözlüyünün, hərisliyinin ən yüksək səviyyəsi deyilmi? İnsan qətlləri, üsyanlar hakimiyyət ehtirasının nəticəsi deyildirmi? Bəzi şəxslər deyərlər ki, dünya fanidir, vəfasızdır. Əslində fani də, vəfasız da tamahkar insanın özüdür. Bir insanın təminatı yoxdursa, öz evində acından ölürsə, onun ölümündə kimdir günahkar: insan, dünya, yoxsa dövlət? Məgər dövlət elə insan deyilmi? Dövlətin başında duran kimdir: dünya, yoxsa insan? Əl idarəçiliyin simvoludur; məgər insanlar bunu bilmirlərmi? Əldə beş barmaq olduğu kimi, dövlətin idarəçiliyi də beş yerə bölünməlidir: 1) Baş barmaq məhkəmə hakimiyyətini; 2) İşarə barmağı nəzarət edici hakimiyyəti; 3) Orta barmaq imtahanları təşkil edən hakimiyyətin bir qolunu; 4) Üzük barmağı qanunverici hakimiyyəti; 5) Kiçik barmaq isə, icraedici hakimiyyəti bildirir. Quracağınız dövlətdə hakimiyyətin bu qolları qarşılıqlı fəaliyyət göstərməli və öz səlahiyyətləri daxilində müstəqil olmalıdırlar. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün hakimliyə namizədlər ilk olaraq imtahan versinlər. (İmtahanları vahid qurum təşkil etməlidir.) Sonra isə, hakimlər yüksək bal toplayan namizədlər arasından xalq tərəfindən seçki yolu ilə seçilsinlər. Məhkəmələr Cinayət, Mülki, İnzibati, İqtisadi, Apellyasiya və Ali məhkəmələrə bölünsünlər. Məhkəmə qərarlarının icrasına “Nəzarət edici orqan” nəzarət etsin. Nəzarət edici orqanı “Baş Senzorluq” adlandırın. Senzorun rəhbəri “Baş senzor” adlansın. Senzorluq ölkədə bütün hüquqi aktaların icrasına nəzarət etsin. Senzorun işçiləri Ali hüquq təhsilli olmalı və işə imtahan verərək seçilməlidirlər. Baş Senzor senzorlar arasından stajı, biliyi və təcrübəsi nəzərə alınmaqla, püşk atma yolu ilə 7 il müddətinə seçilsin və bir daha bu vəzifəni tuta bilməsin. Keçmiş Baş Senzor seçilmiş şəxs səlahiyyət müddəti bitdikdə birbaşa Dövlət Şurasının üzvü sayılsın . Dövlət Şurasının üzvləri insan hüquq və azadlıqlarına ziyan verəcək hər bir qərara veto qoymaq hüququna malik olsunlar və onlar toxunulmaz sayılsınlar. İmtahan Şurası ən savadlı, bilikli, elm adamlarından ibarət tərkibdə yaradılsın və şuranın əsas məqsədi dövləti savadlı kadrlarla təmin etmək olsun. Qanunverici hakimiyyət isə, Hüquqi aktların ekspertiza şurasıdır. Şura bütün hüquqi aktlar qəbul edilməmişdən əvvəl onun ekspertizasını həyata keçirsin və şuranın işçiləri ən savadlı hüquqşunas, iqtisadçı və digər peşə sahiblərindən ibarət olsun. Şurada qanunvericilik təşəbbüsünü hər bir vətəndaş elektron və yazılı formada bildirə bilər. Şurada millət vəkilləri olmasın. Şurada ancaq ekspert və mütəxəssislər təkliflər hazırlasınlar. Təkliflər ümumi bəşəri dəyərlərə zidd olmamalıdır. Şurada hazırlanmış qanunları (və onlara vaxtaşırı edilən dəyişiklikləri) ümumxalq referendumu ilə qəbul edin. İcraedici hakimiyyətinizin başçısını Strateq adlandırın. Strateq öz icra səlahiyyətlərini həyata keçirmək üçün ixtisaslaşmış qurumlara rəhbərləri Baş senzorluq və İmtahan şurası ilə razılaşdırmaqla təyin etsin. Strateq 7 il müddətinə seçilsin. Strateq seçilmiş şəxs bir daha yenidən strateq seçilə bilməz. Əvvəllər strateq seçilmiş şəxs səlahiyyət müddəti bitdikdən sonra birbaşa Dövlət Şurasının üzvü olsun. Strateq ölkəni aşağıdakı xalq tribunları vasitəsi ilə idarə etsin: 1)Hərbi işlər üzrə xalq tribunu ”“ bütün silahlı qüvvələrə, hərbi sənayeyə və hərbi xidmətə çağırışa nəzarət etsin. 2) Maliyyə işləri üzrə xalq tribunu ”“ dövlətdə işləyən işçiləri və işləməyən vətəndaşları sosial müavinət və pensiya alan şəxsləri hər ay vaxtlı-vaxtında pulla təmin etsin. 3) Daxili işlər üzrə xalq tribunu ”“ bu vəzifə həm də vitse-strateq sayılsın. Daxili işlər üzrə xalq tribunu ölkənin miqrasiya, vergi, gömrük siyasətinə, fövqəladə hallara və türmələrə nəzarəti həyata keçirsin. Bu qurum həm də ölkədəki bütün təhqiqat və istintaqları aparsın. Bu quruma rəhbərlik edən şəxs dövlətin bütün qubernatorlarının başçısı sayılsın. 4) Qubernatorlar İmtahan şurasının təşkil etdiyi imtahanları müvəffəqiyyətlə verən şəxslərdən ən çox bal toplamış şəxs seçilsin. Əgər iki və daha artıq ən çox bal toplamış şəxs olarsa, onda qubernatoru onlar arasından püşkatma yolu ilə seçin. Qubernatorlar öz ərazilərində qeydiyyat idarələrinə, təhsilə, səhiyyəyə, ekologiya idarələrinə... tam nəzarət etsinlər. 5)Mədəniyyət işləri üzrə xalq tribunu ”“ turizmə, idmana, tikinti və bərpa işlərinə nəzarət etsin və tikintilərə icazə versin. 6)Yüksək texnologiyalar və Nəqliyyat işləri üzrə xalq tribunu ”“ su, quru, dəmir yolu, hava, kosmosdakı işlərə nəzarəti və aidiyyatı yerlərdəki təmir bərpa işlərinə nəzarəti həyata keçirsin. 7)Xarici işlər üzrə xalq tribunu ”“ ölkənizin xarici siyasətini müəyyən etsin. İnsan və Dövlətin mühafizəsinin təşkili üzrə xalq tribunu ”“ dövlətinizin və vətəndaşlarınızın təhlükəsizliyini təmin etsin. 9)İqtisadi inkişaf üzrə xalq tribunu ”“ kənd təsərrüfatı və digər dövlət inkişafı üçün müxtəlif proqramları hazırlasın və onları icra etsin. 10)Bütün Banklar dövlətin müstəsna mülkiyyətində olsun. Sələmi haram elan edin. Bank işçiləri maaşlarını dövlətdən alsınlar. Xalq tribunları və qubernatorlarınızın səlahiyyət müddəti beş il olsun və bir şəxs yalnız bir dəfə həmin vəzifələri tuta bilsin. Bu gün dünyada olan xalqların böyük əksəriyyəti korrupsiyalaşmış dövlət qurumlarının əsarətində qalmışlar və çıxış yolu axtarırlar. Yuxarıda göstərdiyimiz dövlət quruluşu sistemi bəşəriyyətə bir model olaraq təklif edilir. Əgər sizlər həqiqətən də korrupsiya ilə mübarizə aparıb, onun kökünü kəsmək istəyirsinizsə, onda öz ölkələrinizdə bu modeli tətbiq etməyniz təklif olunur. (ardı var) Yazıçı-psixoloq Paşa Yaqub yeni yazdığı “Elmi-lədun işığında” kitabını nəşrə hazırlayıb. Kitabın üçüncü hissəsini Moderator.az saytının oxucularına təqdim edirik. (İkinci hissəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/167685.html ) Müzakirədə ilk danışan haqqlı görünər; çoxluğa inanıb haqqı əldən verməyin. Başqa birisi çıxıb hər şeyin səbəb və nəticəsini izah etsə ona inanın. Yaxşı həyat yoldaşı tapan adamın həyatı da yaxşı olar. Həyatınızın və ailənizin xoş olmağını istəyirsinizsə, həyat yoldaşınızı götür-qoy edərək, tanıyaraq seçin. Uçuruma aparan dostlar var; amma, elələri də var ki, doğma qardaşdan daha üstündür. Belə dostlar sınaqlardan çıxan dostlardı. İçki içmək insanı lağ obyekti edər, insanı çox danışdırar, hörmətdən salar. Şərab içmək insanın ömrünü azaldar. İnsanın niyyəti dərin bir quyunun suları kimidir. Ağıllı şəxslər onu üzə çıxarar. Haram qazanılan pul adama dadlı gəlir, lakin sonra o, insana xəstəlik gətirir. Tez varlananın pulu bərəkətli olmaz. Gənclərin qüruru onların tərbiyəsi, yaşlıların qüruru isə, onların hökmü olmalıdır. Yaradan insanların Ondan qorxmasından çox, insanların Ona sevgi ilə bağlanmasını istər. Sevgi ilə haqq ədalət bərpa olunar. Çalışqanın niyyəti həmişə bolluqdu, tələsənin işi isə, həmişə ziyanla nəticələnər. Haram qazanılmış sərvət, duman kimi keçicidir; tez gedər, yiyəsinə xəstəlik gətirər. Sadə insanlar daima yüksələrlər; elmli və özündən razı insanlar isə, Günəş kimi batarlar. Əgər onlar təkəbbürdən əl çəkə bilsələr Günəş kimi yenidən çıxarlar. Elmin, yaxşı əməlin, sevginin arxasınca qaçan həyatı və şöhrəti tapar. Yaxşı ad böyük sərvətdən, hörmətcil olmaq isə, qızıl-gümüşdən daha üstündür. Yoxsul oğlu elmlənərsə o cahil varlıdan daha üstündür. Comərd olun; kasıba iş, ehtiyacı olanlara qurbanlar kəsib paylayın; onlara əl tutun, axırınızın necə olacağını bilmək olmaz. Siz edin ki, sizə də etsinlər. Yoxsulu kasıb olduğu üçün kiçiltməyin, günahsızı boş yerə həbsə məhkum etməyin. Heç kəsə yaltaqlanmayın və heç bir iş yoldaşınızı da yalandan rəhbər işçinizə satmayın. Yalnız işinizdə usta olun ki, zirvələri fəth edəsiniz. Atalarınızın hər dediklərinə kor-koranə tabe olmayın; savadlanın, ağlınızla dərk edin və pis təsirlərdən uzaqlaşın. Çalışın həmişə ağlınız hisslərinizdən üstün olsun. O zaman yüksələnlərdən olarsınız. Uşaqlarınızı döyməklə yox, sevgi və təcrübə ilə başa salın. Tərbiyə keçicidir. Əxlaqsız kişi və qadınlardan uzaq olun. Əxlaqsızlar dərin bir quyudurlar, sizi ora çəkər və tələf edərlər. Nə xoş günahkarı mühakimə edənlərin halına. Pisliyi unudan yaxşılığı ondan daha tez unudar. Bütün xalqlar həmrəy olmalıdırlar. Yerində deyilən söz ən böyük igidliklərdəndir. Qızıl zərgər üçün nədirsə, kitab da müdrük adam üçün məhz odur. Xalqlar birləşsə ən güclü müqaviməti qırarlar. Çətin gündə pis rəhbərə güvənmək çürük dişə güvənmək kimi bir şeydi. Haqsızlığa tabe olan şəxs çirklənmiş quyu kimidir. Zəngin sərvəti olan ölkə əhalisini yoxsullaşdıran hökmdar quduz it kimi bir şeydi; nə ona tabe olun, nə də onun dövründə çıxarılan qanunlara. Yoxsulu olmayan hökmdarın adı daima tarixdə qalar. Elələri var ki, dişləri qılınc, çənələri bıçaqdı, yoxsulları tutub udarlar. Ey Rəhbərlər, burnunu sıxsalar qanın, xalqı sıxsalar canın çıxar. Hər insanın içində bir Günəş var, imkan verin o parlasın. Artıq elminizi hərbidə deyil, tibbdə sınayın. Meşələrdə əlinizi quş yuvasına salıb quş yumurlarını yığan kimi, satqın rəhbəri olan xalqların sərvətlərini yığmayın. Sərhədləri açın və dünyanı bir kənd halına gətirin. “Yeyəlim-içəlim, necə olacaqsa sabah öləcəyik” - deməyin; bəşəriyyətə fayda verin. Kasıba iş verin, o zaman uzunömürlü və Yaradana qovuşanlardan olarsınız. Ey qayğısız qadınlar, qalxın, səsimi eşidin. Qardaş, ər və övlad acısını dadmaq istərdinizmi? “Yox, istəmirik” - deyərsiniz. Bəs nə üçün müharibələrə etiraz etmirsiniz?! Əgər dünyada sülh olmasa şəhərlər kişisiz qalacaq, insan nəsli yox olacaq. Ot quruyar, dəmir paslanar, dağ yerlə yeksan olar, yalnız Yaradana qovuşanlar əbədi yaşayarlar. İnadkarlığa hamilə qalıb ətaləti sevənlər, çəkilin, bəşəriyyət irəliləsin. Kəmər insanın belinə necə yapışırsa, cəhallət də insanın belinə elə yapışmışdır. Çalışın cəhalətdən xilas olasız! (ardı var) |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |